Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1000/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 13 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 13, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərxoş halda idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərdən birinin ölümü, digərinin isə ağır dərəcəli xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə, saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş halda etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz 1117 Yük» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 13 ev 16-ın qarşısında avtomobili arxa-arxaya hərəkət etdirib saxlamaq üçün münasib yer axtarmaq istəyən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbələrinə uyğun olaraq avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etirməməli olduğu halda bunlara əməl etməyərək ehtiyyatsızlıqdan avtomobilin yük yerinin arxa tərəfi qardaşı- Zərərçəkmiş şəxs1 yaşadığı evin darvaza qapısına toxunmuş və darvazaya bitişik inşa edilmiş hasarı, həyətdə evə qalxan piləkanların üzərində dayanaraq söhbət edən qardaşı Zərərçəkmiş şəxs1 ilə onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 üzərinə uçuraraq Zərərçəkmiş şəxs2 sol baldırın hər iki sümüklərinin açıq yerini dəyişmiş qəlpəli sınıqları, sol baldırın ön səthinin dəri defekti ilə əzilmiş-cırılmış, sıyrılmış yaraları, sağ gicgah nahiyəsinin dəri altı qansızması, sifətin əzilmiş yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarəti yetirməklə 12 avqust 2022-ci il tarixdə saat 19:30-da müalicə aldığı «X6» ölməsi, Zərərçəkmiş şəxs1 isə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətlərinə aid olmaqla sağ bazunun əzilmiş-sıyrılmış yaraları, sol kürək sümüyünün sınığı, sağ baldır sümüklərinin açıq, yerdəyişən sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması kimi xəsarətlər alması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitələrini sərxoş halda olan şəxs kimi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildə «BC» kateqoryalı sürücülük vəsiqəsi almış, 2023-cü ilin yanvar ayında isə «B1 B C1 C» kateqoryalı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Onun sürücülük hüququ heç vaxt məhdudlaşdırılmamışdır. Qonşusu Şahid məxsus «Mercedes» markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı yük avtomaşınını 5-6 il əvvəl etibarnamə əsasında götürüb idarə etmiş, bu üsulla sifarişlərlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İdarə etdiyi «Mercedes» markalı yük avtomaşının əyləc sistemi saz vəziyyətdə olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri, o cümlədən mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaxşı olmuş, Günellə o, bacı-qardaş münasibətində olmuşlar. O, ata evində tək yaşamış, qardaşı Xeybər isə ata həyətində ayrıca ev tikib ailəsi ilə orada yaşamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü, yəni xx.xx.2022-il tarixdə qardaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la birlikdə kafedə spirtli içki qəbul etmiş, məclisdə iştirak edən onun dostlarına görə dostları ilə qardaşı və qardaşı ilə onun arasında sözlə mübahisə düşmüşdür. Həmin vaxt o, idarə etdiyi avtomaşın elə kafenin qarşısında küçədə olmuhdur. O, və qardaşı onun idarə etdiyi maşınla kafedən qayıtdıqdan sonra qardaşı mübahisəni davam etdirmiş və əsəbiləşib vurub onun idarə etdiyi yük maşınının güzgüsünü sındırmışdır. Həmin vax Günel küçəyə gəlib Xeybəri onun yanından uzaqlaşdırıb həyətlərinə aparmışdır. Ona görə də o, küçədə evin darvazasının qarşısında saxladığı maşına oturub mühərriki işə salmış, maşını qardaşımgilin hasarının yanından aparıb başqa yerdə saxlamaq istəmişdir. Həmin vaxt maşını arxaya verib sürmək üçün özünə şərait yaratmaq istədikdə maşın ehtiyatsızlığdan yüngülcə qardaşımgilin darvazasına toxunmuş və darvaza hasarı çəkib dağıtmışdır. Nəticədə istəmədiyi və arzulamadığı halda qardaşı ilə qardaşı arvadı uçan hasarın altında qalmış və ağır xəsarət almışlar. O, tez yerə endiyində qardaşı Xeybərlə qardaşı arvadı Günelin uçmuş hasarın daşları altında qaldıqlarını görmüş, tez qonşuları köməyə çağırmış, təcili tibbi yardıma xəbər vermişdir. Köməkli şəkildə qardaşı Xeybəri və sonuncunun arvadı Güneli dağıntılar altından çıxartmışlar. Təcili tibbi yardım briqadası qardaşı Xeybəri və qardaşı arvadı Güneli X7 aparmışdırHəmin hadisə nəticəsində qardaşı arvadı Zərərçəkmiş şəxs2 12 avqust 2022-ci il tarixdə aldığı xəsarətlər nəticəsində X6 ölmüş, qardaşı Xeybər isə müalicə almış və hazırda sağlamlığı kafi vəziyyətdədir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisədən əvvəl o, qardaşı Xeybərlə qardaşı arvadı Günelin həyətdə hasarın arxa hissəsində olduqlarını bilməmişdir. Onun hasara zərər yetirmək kimi bir fikri olmamışdır. Hasar zəif bünövrə ilə tikildiyi və hasar darvazaya bitişik olduğu üçün zərbədən aşmışdır. O, sırf avtomaşını ehtiyatsız idarə etdiyindən belə bir hadisə baş vermişdir. Onun qardaşı Xeybərə və qardaşı arvadı Günelə hər hansı bir xəsarət yetirmək fikri və ya qardaşı Xeybər, həmçinin qardaşı arvadı Güneli öldürmək niyyəti olmamışdır. Hadisə vaxtı Günellə Xeybərin həyətdə pilləkənlərin üstündə olduqlarını bilməsi belə mümkünsüz olmuşdur. Qardaşı Xeybərin yaşadığı evə gedən yolun istiqaməti darvazadan başlamış və həyətin içərisi ilə irəliyə doğru getmişdir. Evlə darvazanın arası, yəni darvaza ilə evə qalxan pilləkənin arası təqribən 5-6 metr olduğundan, yəni çox da uzaq olmadığından darvazadan evə ani momentdə çatmaq mümkün olmuşdur. Qardaşının ailəsində baş vermiş hadisəyə görə çox peşiman olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təstiq etmiş, istintaq hərəkəti aparılarkən müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokolla birlikdə cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh.147-152). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-il tarixdə, saat təxminən 22 radələrində piyada olaraq alış-veriş etmək üçün qəsəbədə yerləşən “Albalı Market”ə getmiş, qayıdarkən yaşadığı evə yaxınlıqda yerləşən kafedə qardaşı Ələkbərin oturduğunu görmüş və ondan 20 manat alacağı olduğu üçün onun yanına yaxınlaşmış və sonuncunun pivə içdiyini görmüşdür. Ələkbər onu da pivə içməyə dəvət etmiş, əvvəl etiraz etsə də, daha sonra Ələkbərin yanında əyləşmiş və birlikdə pivə içməyə başlamışdır. Ələkbər ac olduğundan ona yemək sifariş etmiş və yeməyin pulunu o, özü ödəmişdir. Ələkbər yemək yeyərkən araq içmək istəmiş, o, Ələkbərə araq almaq üçün pul vermiş, sonuncu mağazaya gedib araq alaraq qayıtmışdır. O, həmin vaxt araq içməmiş, lakin 3 bokal pivə içmişdir. Ələkbər yemək yeyib qurtardıqdan sonra qalxmağa hazırlaşarkən, kafeyə Ələkbərin tanışları, onun isə ilk dəfə gördüyü Sərvət və Elvin adlı şəxslər gəlmiş, salamlaşdıqdan sonra hörmət əlaməti olaraq onları masaya dəvət etmişdir. Həmin şəxslər əyləşərək pivə sifariş vermiş və oturub birlikdə içməyə başlamışlar. O, həmin şəxslərlə birlikdə spirtli içki qəbul etməmiş, yeyib içdikdən sonra Sərvətin Ələkbərin “Mercedes” markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin açarını zarafatyana götürərək avtomobili özünün idarə edəcəyini bildirdiyindən o, Sərvətə hörmətyana şəkildə içkili olduqlarını, avtomobili Ələkbərin özünün idarə etməsini məsləhət bilmişdir. İçkili olduqlarından bu mövzuda Sərvətlə onun arasında qısaca sözlə mübahisə olmuş, lakin Elvinlə qardaşı Ələkbər onları sakitləşdirmişdir. Bundan sonra o, Ələkbər, Elvin və Sərvət kafedən çıxmışdılar. Sərvətlə Ələkbər qabaqda gedərək Ələkbərin etibarnamə əsasında idarə etdiyi yük maşınına əyləşmiş və öz aralarında söhbət etməyə başlamışdılar. Elvin isə ağır dərəcə sərxoş olduğundan, onun kafedə Sərvətə dediyi sözlərə görə onunla mübahisə etmiş və bir-birini itələmişlər. Elvin içkili olduğuna görə özünü saxlaya bilməyib yıxılmışdır. Bundan sonra Elvin qalxaraq təpiklə onun üzünə vurduqda o, Elvini özündən kənarlaşdırmaq üçün itələmiş və sonuncu özünü saxlaya bilməyib yenə də yerə yıxılmışdır. Bundan sonra Ələkbər və Sərvət onları aralaşdırmış və Sərvətlə Elvin oradan uzaqlaşıb getmişdilər. Bundan sonra iki qardaş Ələkbərin avtomobili ilə evə tərəf getməyə başlamışdır. Evə çatanda darvazanın yanında onu arvadı mərhum Günel qarşılamışdır. Günel onun üst-başının toz-torpaq və qan içində olduğunu görüb nə baş verdiyini soruşduqda o, yıxıldığını bildirmişdir. O, həyətə girən zaman qardaşı Ələkbərin avtomaşını olduğu yerdən tərpətməyib hərəkətsiz saxladığını və avtomaşında əyləşmiş olduğunu gördüyü üçün marketdən aldıqlarını arvadı Günelə verib, ona həyətə keçməsini bildirmiş, özü isə Ələkbərin avtomaşının yanına geri qayıtmşdır. O, Ələkbərin avtomaşınına əyləşmək istəyəndə qabaq sərnişin oturacağı tərəfdə qapının kilidli olduğunu görmüş və sürücü tərəfdən Ələkbərə yaxınlaşmışdır. Həmin vaxt Ələkbər maşından düşməmiş, özü tərəfdən qapının şüşəsini azacıq açıq qoymuşdur. Ələkbər ona tanışları ilə mübahisə yaratdığını irad tutan zaman o, Ələkbərə “sən yaxşı qardaş olsaydın, orada məni tutub ayırmazdın, ən azından mənə kömək edərdin” deyə o da öz iradlarını bildirmişdir. Həmin vaxt Ələkbər onun ünvanına söyüşlər söyməyə başlamış və buna görə aralarında narazıçlıq başlamışdır. Bu zaman arvadı Günel ona yaxınlaşaraq qolundan çəkmiş və Ələkbərə çıx getməsini demişdir. Ələkbər də ona cavab qaytardıqda o, dözməyərək sürücü tərəfdən avtomobilin şüşəsinə, güzgüsünə yumruqlar vurmuşdur. Bu zaman arvadı Günelin israrlı xahişlərindən sonra o, Ələkbərə baş qoşmayıb Günellə birlikdə yaşadığı həyətə keçmiş və həyət qapısını içəridən bağlamış və pilləkənlərlə evə qalxmağa başlamışdır. Həmin vaxt pilləkənlə öndə o, ondan arxada isə arvadı Günel qalxmışdır. Bu zaman arxadan avtomobil mühərrikinin işə salınma səsi eşidilmiş və həmin an həyətin hasarı başdan-başa gözlənilmədən aşmağa başlamışdır. Qaçacaq və ya çəkiləcək yer olmadığından o, və arvadı Günel aşan hasarın dağıntıları altında qalmışdır. Artıq ondan sonra baş verənləri dumanlı şəkildə xatırlamışdır. Özünə gələndə aldığı xəsarətlərlə Günelin və onun X7 aparıldığını öyrənib bilmişdir. Günel aldığı xəsarətlərdən 12 avqust 2022-ci il tarixdə X6 vəfat etmiş, o özü isə hazırda da aldığı xəsarətlərlə bağlı ambulator şəraitdə müalicəsini davam edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, fikirləşdiyinə görə qardaşı Təqsirləndirilən şəxs avtomaşını arxaya sürən zaman ehtiyyatsızlıq etdiyi üçün avtomaşının arxası darvazaya dəymiş, həyətin hasarı darvazaya bitişik olduğuna və hasarın bünövrəsi zəif olduğuna görə avtomaşının arxasının darvazaya toxunması nəticəsində hasar aşaraq onların üstünə tökülmüşdür. Həmin vaxt onun və arvadı Zərərçəkmiş şəxs2 hasarın arxasında olmasından Ələkbərin xəbəri olmamışdır. Qardaşı Təqsirləndirilən şəxsla əvvəllər aralarında sözlə mübahisə olsa da, qardaşı ona və onun ailə üzvlərinə qarşı hər hansı bir hüquqazidd əməl törətməmiş, aralarında ziddiyyət olmamışdır. Onunla qardaşı Təqsirləndirilən şəxs arasında evlərinin yaxınlığında baş vermiş mübahisə zamanı orada o, Ələkbər və Güneldən başqa adam olmamışdır. Qardaşı Ələkbərin onunla, eləcə də, mərhumə arvadı Günellə heç bir qərəzliyi, ədavəti, düşmənçiliyi olmayıbdır. Özünün xəsarət almağı ilə əlaqədar, həmçinin arvadı Günelin ölümü ilə bağlı hər hansı bir şəxs və ya şəxslərdən şikayət və tələbi olmamışdır. Qardaşı ilə barışmış, onu bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təstiq etmiş, istintaq hərəkəti aparılarkən müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokolla birlikdə cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh.155-161). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi – anası X1 ifadəsində göstərdi ki, qızı Günel hadisədən təxminən 9 il əvvəl Zərərçəkmiş şəxs1 ilə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahlarından 2013 və 2018-ci il təvəllüdlü iki qızları olmuşdur. Qızı Günellə əri Xeybər əvvəllər kirayədə yaşasalar da, sonralar kürəkəni Xeybər ata evinin həyətində torpaq sahəsi ayıraraq özlərinə ayrıca ev tikmiş və ailəsini ora, hadisənin baş verdiyi evə köçürmüşdür. Ata evində isə Xeybərin qardaşı Ələkbər tək yaşamışdır. Xeybərlə qızı Günelin münasibətləri həmişə normal olmuşdur, yəni onların arasında hər hansı bir böyük mübahisə və ya münaqişənin yaranmasının şahidi olmamışdır. Kürəkəni Xeybərlə qardaşı Ələkbərin arasında bəzən inciklik və küsülülüklər olsa da, zamanla öz aralarında barışmışlar. Qızı Günellə qaynı Ələkbərin münasibətlərii normal olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə İsmayılova ifadəsinin davamında göstərdi ki, məlum hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o, öz evlərində olarkən qonşuluqda yaşayan Rəvan ona zəng vuraraq qızı Günelgilin evlərinin yanına gəlməyini istəmişdir. O, telefonda qızı Günelin “ay ana, ay ana” dediyini eşitmişdir. Həmin ərəfədə kürəkəni Xeybərin ürəyində ağrılar olduğundan qızı Günelin məhz buna görə onu ora çağırdığını fikirləşmişdir. Dərhal qızı Günelgilin evlərinin yanına getmiş, ora çatanda Günelgilin həyət hasarının aşdığını, Günelin isə dizi üstə oturduğunun şahidi olmuşdur. Günel hasarın onunla Xeybərin üstünə aşdığını, ayaqlarının hasarın altında qaldığını və ayaqlarını hiss etmədiyini bildirmişdir. O, ora çatarkən təcili tibbi yardım maşını artıq kürəkəni Xeybəri X7 aparmışdır. Daha sonra qızı Güneli də X7 aparmışlar. Hadisə günü kürəkəni Xeybərlə qardaşı Ələkbər arasında spirtli içkinin təsiri altında mübahisə və münaqişə yarandığını, Ələkbərin idarə etdiyi yük maşını ilə qızı Günelgilin evlərinin yanından uzaqlaşmaq istəyərkən Ələkbərin idarə etdiyi yük maşınının qızıgilin həyətlərinin hasarına dəyərək oranı uçurtmasını və məlum hadisənin baş verdiyini hadisədən sonra öyrənmişdir. Qızı Günel aldığı xəsarətlərdən 12 avqust 2022-ci il tarixdə X6 vəfat etmişdir. Kürəkəni Xeybər isə hazırda da aldığı xəsarətlərlə bağlı ambulator şəraitdə müalicəsini davam etdirir. Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə İsmayılova ifadəsinin yekununda göstərdi ki, Kürəkəni Xeybərin qardaşı Ələkbərin onun qızı Günellə hər hansı bir düşmənçiliyi və ədavəti olmamış, Ələkbərin onun qızını qəsdən öldürməmişdir. Bədbəxt hadisə baş vermiş və buna görə qızı Günelin ölümü ilə bağlı kimsədən, o cümlədən Təqsirləndirilən şəxs şikayəti və tələbi olmamışdır. O, Ələkbəri bağışlamışdır. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl “Mercedes Ateco” markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı, 1998-ci il istehsalı olan yük avtomobili almış və elə o vaxtdan da həmin yük avtomobili ilə sifarişlər əsasında sürücü kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs hadisədən təxminən 5-6 il əvvəl qonşuluqda yaşayan şəxs kimi tanımış, Ələkbərin müxtəlif şəxslərə məxsus yük avtomobillərində sürücü kimi fəaliyyət göstərdiyini öyrənmişdir. Ələkbərlə aralarında olan şifahi razılaşmaya əsasən etibarnamə əsasında ona məxsus yük avtomobilini sonuncuya vermişdir. Ələkbərlə razılaşmalarına əsasən avtomobilin öz xərclərini çıxdıqdan sonra əldə olunan qalan gəlir məbləğinin aralarında tən bərabər hissəyə bölünməsi barədə razılaşmışlar. Amma avtomobilinin sazlığına daimi olaraq özü nəzarət etmiş, birgə əldə etdikləri qazancdan avtomobilin xərclərini qarşılamışlar. Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak etdikdən sonra birgə əməkdaşlıqları yenə də davam etmişdir. Şahid tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Ələkbər ona məxsus «Mercedes Ateco» markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini yaşadığı evin yanına aparmış, həmin vaxt Ələkbər ona gecə saatlarında qardaşı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə və münaqişə zamanı avtomobilin sol yan sürücü güzgüsünün qırıldığını və həmin ərazidən uzaqlaşmaq istəyərkən, avtomobili arxaya vermək istədikdə Ələkbərin qardaşının yaşadığı evin hasarlarına vurduğunu, nəticədə yük avtomobilinin arxa kuzasında müəyyən əziklər, batmalar meydana gəldiyini bildirmişdir. O, həmin vaxt Ələkbərə yüngül iradlarını bildirmiş, avtomobili Ələkbərdən təhvil almış və Ələkbər çıxıb getmişdir. Elə həmin gün ona Xəzər RPİ-dən zəng olunmuş və onu özünə məxsus yük avtomobili ilə RPİ-yə getməsi tələb olunmuşdur. Xəzər RPİ-yə getmiş, orada onunla olan söhbət zamanı gecə saatlarında Təqsirləndirilən şəxs ona məxsus yük avtomobili ilə qardaşı Zərərçəkmiş şəxs1 yaşadığı evin küçə tərəfdən qarşısında olduğu zaman onlar arasında mübahisə və münaqişə olduğunu, nəticədə Təqsirləndirilən şəxs yük avtomobilini ərazidən uzaqlaşmaq istəyərkən avtomobili arxa-arxaya vermiş, nəticədə yük avtomobilin evin hasarlarına toxunması nəticəsində həyətin hasarları həmin vaxt hasarın həyət tərəfdə yanında olan Ələkbərin qardaşı Xeybər və sonuncunun həyat yoldaşı Günelin üzərinə uçmasını və nəticədə onların xəsarət almalarını öyrənmişdir. Ona məxsus yük avtomobili təxminən 2-3 gün Xəzər RPİ-də saxlandıqdan sonra ona təhvil verilmişdir. Avtomobili Ələkbər təhvil aldığı zaman avtomobilin üzərində zədələr olmuşdur. Təqsirləndirilən şəxs avtomobili ona qaytaran zaman avtomobilin üzərində olan zədələrlə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmamışdır (iş vərəqə: səh.175-177). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 70/MEŞ sayl rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər: sol baldırın hər iki sümüklərinin açıq yerini dəyişmiş qəlpəli sınıqları, sol baldırın ön səthinin dəri defekti ilə əzilmiş-cırılmış, sıyrılmış yaraları, sağ gicgah nahiyəsinin dəri altı qansızması, sifətin əzilmiş yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, hərəkətdə olan avtomobilin hasara dəyməsi və hasarı uçuraraq altında qalması nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır. Tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 ölümünün bilavasitə səbəbi ağ ciyər arteriyası şaxələrinin tromboemboliyası ilə əlaqədar baş vermiş kəskin ağ ciyər-ürək çatışmazlığı olmuşdur (iş vərəqə: cild İ, səh.92-95). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 70/MEŞ sayl rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, təpə nahiyəsinin, sol qaşın, alt dodağın qırmızımtıl rəngli çapıq toxumaları əzilmiş yara izləri olub, sağ kürəyin, sağ bazunun əzilmiş-sıyrılmış yaraları, sol kürək sümüyünün sınığı, sağ baldır sümüklərinin açıq, yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X9” X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur. Tədqiq olunan həmin rəydən görünür ki, qeyd olunan xəsarətlərdən: baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, təpə nahiyəsinin, sol qaşın, alt dodağın qırmızımtıl rəngli çapıq toxumaları əzilmiş yara izləri olub küt əşya təsirindən müxtəlif şəraitdə, o cümlədən kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi nəticəsində yaranmaları inkar olunmur və bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, sağ kürəyin, sağ bazunun əzilmiş-sıyrılmış yaraları, sol kürək sümüyünün sınığı, sağ baldır sümüklərinin açıq, yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni daş hasarın onun üzərinə aşması nəticəsində yaranması istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər (iş vərəqə: cild İ, səh.203-206). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan yol-nəniliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 8/3426 nömrəli rəyindən görünür ki, “Mercedes Benz 1117” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, təqsirləndirilən şəxs - sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: cild İ, səh.246-249). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/2- 20680/2023 nömrəli məktubdan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs – xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlılığı olan) AF 021029 nömrəli «BC» kateqoryalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2023-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2033-cü il tarixədək etibarlılığı olan) BB 431548 nömrəli «B1 B C1 C» kateqoryalı sürücülük vəsiqəsinə dəyişdirilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(iş vərəqə: cild İİ, səh.35). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, tutduğu əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Ə.Sabir küçəsi, döngə 13 ev 16-ın qarşısında avtomobili arxa-arxaya hərəkət etdirib saxlamaq üçün münasib yer axtarmaq istəyən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələbələrinə uyğun olaraq avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etirməməli olduğu halda, bunlara əməl etməyərək ehtiyyatsızlıqdan bir nəfərin ölümü və daha bir nəfərin isə ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad olunmamışdır (iş vərəqə: cild İ, səh. 244-245, cild İİ, səh.32-34). Məhkumluqla bağlı məsələ müzakirə olunarkən məhkəmə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını və Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmasını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu artıq ödənilmişdir və Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsçasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs doğma qardaşıdır, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə onun qardaşı Zərərçəkmiş şəxs1 arvadı olmuşdur. İstər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizə ilə müvafiq olaraq istintaq orqanına və məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsinin ehtiyyatsızlıqdan baş verdiyini, Təqsirləndirilən şəxsla barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişlər (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları, törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə həmin maddədə nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsindən ötrü rayon prokurorluğuna vəsatət verilsə də, vəsatət təmin edilməmiş, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və nəticədə Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində bir gün həbsdə saxlanılmışdır (iş vərəqə: cild İ, səh. 76-79). Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində bir gün həbsdə saxlanıldığını nəzərə alıb belə nəticəyə gəlir ki, həmin bir gün Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən əqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir. 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1000/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1000/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver