Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1000/2024 15.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 06 ay çəkilməmiş cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində, xx.xx.1989-cu il tarixdə Ağdərə rayonu, Çərəktar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, Kəlbəcər rayonu, Çərəktar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə quruldulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 sifarişi əsasında istintaqa məlum olmayan mənbədən ünvan 3 ünvandakı Ali Hərbi Məktəbin yaxınlığına yerləşdirilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın onun köməkliyi ilə götürülüb birgə istehlakı üçün qabaqcadan razılığa gəlib Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən istintaqa məlum olmayan mobil telefonun “whatsapp” internet tətbiqi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung A01” markalı ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” internet tətbiqinə göndərilmiş fotolara əsasən, sonuncu xx.xx.2023-cü il tarixdə həmin ünvandakı Ali Hərbi Məktəbin yaxınlığında yerləşdirilmiş ərazidə külli miqdarda təmiz çəkisi - 1400 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİnin 35-ci PB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 00:05-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanda yerləşən Ali Hərbi Məktəbin yaxınlığında saxlanılıb ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-in inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı sol əlində olan göy rəngli sellofon paketin içərisindəki 01 ədəd qara rəngli sellofon bükümdə külli miqdarda təmiz çəkisi – 1400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə quruldulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək məqsədi ilə onun sifarişi əsasında istintaqa məlum olmayan mənbədən ünvan 3 ünvandakı Ali Hərbi Məktəbin yaxınlığına yerləşdirilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın tanışı Təqsirləndirilən şəxs1 köməkliyi ilə götürülüb birgə istehlakı üçün qabaqcadan razılığa gəlib onun istifadəsində olan ***-***-**-** mobil nömrədən istintaqa məlum olmayan mobil telefonun “whatsapp” internet tətbiqi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung A01” markalı ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” internet tətbiqinə göndərdiyi fotolara əsasən sonuncu xx.xx.2023-cü il tarixdə həmin ünvandakı Ali Hərbi Məktəbin yaxınlığında yerləşdirilmiş ərazidə külli miqdarda təmiz çəkisi - 1400 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-in əməkdaşları tərəfindən həmin tarixdə saat 00:05-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanda yerləşən Ali Hərbi Məktəbin yaxınlığında saxlanılıb ünvan 4 ünvandakı Xətai RPİ-nin 35-ci PB-in inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi-axtarış və götürmə zamanı sol əlində olan göy rəngli sellofon paketin içərisindəki 01 ədəd qara rəngli sellofon bükümdə külli miqdarda təmiz çəkisi – 1400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 mesaj gəlmiş və Xətai rayonu, P.Həşimov küçəsinə getmişdir. Danışıqlarına görə, 30-50 qram narkotik maddə olmalıydı. O, həmin küçəyə getmiş və narkotik maddəni tapmamış Xətai RPİ-nin 35-ci PB-in əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları orada olan narkotik maddəni tapmışlar. Lakin həmin narkotik maddə 30-50 qram deyil, təxminən 1,5 kq olardı. Təqsirləndirilən şəxs2 whatsappda göndərdiyi narkotik maddənin şəklində həcmi o qədər çox görsənmirdi. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs2 sonradan Suraxanı rayonuna köçmüşdür. Öz evi Binəqədi rayonunda olsa da, anasının səhhəti ilə bağlı sonuncunun yanında Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayır. 1986-cı ildən bəri Xətai rayonu, Əhmədli qəsəbəsində yaşamışdır. Son 4 ildə Təqsirləndirilən şəxs2la nadirən görüşmüşlər. O, saxlanılana qədər Təqsirləndirilən şəxs2la telefonda əlaqələri olmuşdur. Onun istifadə etdiyi nömrə ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadə etdiyi nömrə ***-***- **-** olmuşdur. Bu nömrələrlə həm zəng, həm də whatsapp vasitəsilə əlaqə saxlamışlar. Saxlanılan günə qədər Təqsirləndirilən şəxs2la 1 ay olardı danışmamışlar. Bundan əvvəl CM 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün məhdudiyyətlər yaşayırdı. Təqsirləndirilən şəxs2 narkotik maddənin olduğunu bildirib götürməyini istəmişdir. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkməsini bilmişdir. Götürəcəyi narkotik maddəni şəxsi istifadə üçün nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs2 pulu yox idi deyə özü gedib götürməmişdir. İranlı şəxsi o, tanımır, sonuncunu Təqsirləndirilən şəxs2 bilir. Əvvəl bu cür hallar olmamışdır, o, narkotik maddələrdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 verəcəyi narkotik maddə 1-2 dəfə istifadə üçün idi. 1-2 dəfə istifadə üçün olan narkotik maddə 1 qram olur. Təqsirləndirilən şəxs2 dediyi yerdə həmin narkotik maddəni tapa bilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik maddələrdən uzaqlaşdığını bilmişdir. Təqsirləndirilən şəxs2 dediyi yerə yaxın idi deyə sonuncu ona götürməyi demişdir. Narkotik maddənin olduğu yeri Təqsirləndirilən şəxs2 whatsapp ilə göndərmiş, həmin yer Xətai rayon, P.Həşimov küçəsində olmuşdur. Ora gedəndə təxminən saat 21:00 olardı. Lakin, narkotik maddəni qeyd olunan yerdən tapa bilməmişdir. Yəqin Təqsirləndirilən şəxs2 narkotik maddənin yerin deyən şəxs polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs2 whatsappda narkotik maddənin 30-40 qram olduğunu qeyd etmişdir. Polis əməkdaşları narkotik maddəni saxlanıldığı yerdən tapmışlar. Tapılan narkotik maddənin 1.5 kq olduğunu bildirmişlər. Narkotik maddə Təqsirləndirilən şəxs2 xüsusilə qeyd etdiyi yerdən tapılmamışdır. Sonra Xətai RPİ-nin 35-ci PB-ə gətirilmiş, 35-ci PB-də nə yazdılarsa imzalamışdır. Qeyd-şərtsiz imzalamağına səbəb təhqir eşitməmək olmuşdur. Əməliyyatçılardan biri onu təhqir etmişdir. Müstəntiqə tapılan narkotik maddəni o, tapmadığını bildirmişdir. Təhqir edən əməliyyatçı yenə gəlib ona söz dedi və bundan sonra lazım olan sənədləri imzalamışdır. 2-ci dəfə müstəntiqlə görüşdükdə ona qarşı hər hansı təzyiq olmamış və təqdim edilən sənədləri imzalamışdır. Tapılan narkotik maddənin miqdarının artıq qeyd olunması ilə bağlı kiməsə müraciət etməmişdir. Saxlanılan vaxt üzərində heç nə olmamışdır. Saxlanılmamışdan qabaq Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerə çatmış və ora baxmış, lakin, narkotik maddə tapa bilməmişdir. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Üzərinə baxış Xətai RPİ-nin 35-ci PB-də həyata keçirilmiş, baxış keçirilən zaman onu saxlayan 4 nəfər polis əməkdaşının hamısı orada olmamışdır. Videoçəkiliş saxlanıldığı günün sabahısı olmuşdur. Saxlanıldığı gün Xətai RPİ 35-ci PB-də qalmışdır. Videoçəkiliş zamanı orada başqa kiminsə olduğunu xatırlamır. Əməliyyatçılardan biri videoçəkilişdə 1400 qram narkotik maddə olduğunu deməyini istəmiş ona görə demişdir. Qətimkan tədbiri seçilməsi üçün məhkəmə çıxarılarkən orada 30 qram narkotik maddə barəsində danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs2la 30 qram narkotik maddə barədə danışmışlar. Onu təxminən saat 21:00-da saxlamış, bölmədə gecə yarısı və səhər dindirmişlər, ilk dəfə təhqiqatçı dindirmişdir. Xətai RPİ-nin 35-ci PB-də ona qarşı fiziki təsir olmamış, lakin, hədə-qorxu gəlmişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, sadəcə polis əməkdaşları dedikləri üçün imza etmişdir. BİT-də ittiham aktını almış, oxuyub tanış olmuşdur, ittiham aktında yazılanlar səhv olmuşdur. İttiham aktında yazılan səhvlərlə bağlı heç bir yerə şikayət etməmiş, bu günü gözləmişdir. İlk dəfə şikayətini barəsində həbs seçilən zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsində aşkar olunan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Sellofanda olan narkotik vasitənin hardan gəldiyini bilmir. Narkotik vasitə gedib götürəcəyi yer bəlli olmuş, ona göndərilən məkan olmuşdur, amma həmin ünvana gedildikdə heç bir narkotik vasitə aşkar olunmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmir. Şahid1 onun saxlanılmağında iştirak etməmiş, üzərinə şəxsi axtarış zamanı videoçəkilişdə iştirak etmiş, videoçəkiliş həyata keçirilən zaman ona qarşı sonuncu tərəfindən hər hansı təzyiq olmamışdır. Aşkar olunan narkotik maddənin çəkisi ilə bağlı narazılığını Şahid1 bildirməmişdir. Ona Whatsapp proqramı vasitəsi ilə atılmış ünvana getdikdə heç bir şey olmamışdır. O, tutulduğu gün 30 qram narkotik vasitə götürməyə getmişdir. İlkin ifadələrində bildirdikləri özünə məxsus deyil, polis əməkdaşlarının dediklərinə uyğun bildirmişdir. İfadəsini oxumuş, amma oxuduqlarını başa düşməmişdir. Abbasova Svetlana anasıdır və onkoloji xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs2la onun arasında 30 qram narkotik vasitə barəsində söhbət olmuşdur. Video çəklişdə olan sellofanı polis əməkdaşları ona polis bölməsinə aparıldığı vaxt vermişlər. Polis əməkdaşları onunla nəlayiq danışdıqları üçün ona verilən narkotik vasitənin özünə aid olmamağı barədə etirazlarını bildirməmişdir. O, aşkar olunan narkotik vasitənin ona məxsus olmamasının nəzərə alınaraq mərhəmətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, sosial şəbəkədə tanıdığı şəxslə narkotik maddənin alışı ilə bağlı o, danışmışdır. Lakin, onun narkotik maddəni götürməyə imkanı olmadığından Təqsirləndirilən şəxs1 götürməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni gedib götürməyi qəbul etmişdir. Təqsirləndirilən şəxs1 narkotik maddəni götürmək üçün getmiş və həmin an o, bilməmişdir. Fəxriyə zəng etmiş və sonuncu bildirmişdir ki, qeyd olunan narkotik maddəni götürmüş və evdədir. Təqsirləndirilən şəxs1 ev ünvanını ona bildirərək Nizami rayonu, 8-ci kilometr olduğunu demişdir. Həmin ünvana gedib Fəxrinin yaşadığı binanın 8-ci mərtəbəsinə çıxdıqda polis əməkdaşlarını görmüşdür. Fəxrinin polis əməkdaşları tərəfindən tutulmasını və orada nə baş verdiyindən xəbəri olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik maddəni almaq üçün danışdığı şəxsi “odnoklassniki” sosial şəbəkəsində tanımışdır. Həmin şəxslə ********** mobil nömrəsi vasitəsi ilə danışmışdır və yalnız bu nömrəsi var. Bu mobil nömrəni 2-3 ildir işlədir. Həmin şəxs “odnoklassniki”də özü ona yazmış və narkotik maddə ilə məşğul olduğunu bildirmişdir. O da marixuanadan istifadə edən biridir. Qeyd etdiyi şəxsdən əvvəl narkotik maddənin istifadəsini dayandırmışdır. Neftçala rayonunda balıqçılıqla məşğul olmuşdur. Atasının səhhəti ilə bağlı Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra “odnoklassniki”də tanış olduğu şəxslə danışmış və sonuncuya narkotik vasitə vermə qarşılığında 100 manat pul göndərmişdir. Həmin şəxs də narkotik maddəni qoyacağı yeri deyəcəkdi. Əvvəllər narkotik vasitəni alacağı hər hansı şəxs olmamış və uzun müddətdir istifadə etməmişdir. Həmin şəxsdən alacağı narkotik vasitəni şəxsi istifadəsi üçün nəzərdə tutmuşdur. Narkotik vasitəni aldığı şəxs yerləşdirəcəyi yeri özü təyin etdiyindən o, hər hansı yeri seçə bilmir. Onun maddi imkanı olmadığından narkotik maddəni Təqsirləndirilən şəxs1 götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni götürəndən sonra o, sonuncu ilə görüşən vaxtı ona verəcəkdi. Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün saat 18:00-da qeyd olunan yerə getmişdir. O, həmin gün saat 23:00 radələrində evdən çıxmış və yaşadığı ərazidə taksi fəaliyəti ilə məşğul olan birindən 10 manat borc alıb Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs1 narkotik maddəni götürməyi xahiş etdiyi vaxt hər hansı şəxsdən borc ala bilmədiyinə görə sonuncuya demişdir. Təqsirləndirilən şəxs1 narkotik maddənin yerləşdirildiyi ərazini tanımış və o, sonuncuya Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisi olduğunu demiş, amma Təqsirləndirilən şəxs1 gedəndə oranın Əhmədli qəsəbəsi olmadığını bildirmişdir. Narkotik maddəni aldığı şəxs ona bank kartı göndərmiş və o da ödəniş terminalı vasitəsi ilə ödəniş etmişdir. Təqsirləndirilən şəxs1 narkotik maddəni satan şəxsə ödəniş etməmişdir. Hadisə ərəfələrində onun telefonu olmamışdır. Həmin vaxt mobil nömrəsini ailəsindəki şəxslərin telefonunda istifadə etmişdir. Nömrəni istifadə etdiyi mobil telefonlar smart telefonlar olmuşdur. Narkotik maddəni aldığı şəxslə “odnoklassniki” sosial şəbəkəsində tanış olmuş, daha sonra bir-birilərinin mobil nömrəsini alıb whatsapp sosial şəbəkəsində danışmağa davam etmişlər. Təqsirləndirilən şəxs1la həm whatsapp sosial şəbəkəsi vasitəsi ilə, həm zəng və SMS vasitəsi ilə danışmışlar. Lakin, bundan əvvəl Təqsirləndirilən şəxs1la narkotik vasitə barədə hər hansı danışıqları olmamışdır. Narkotik maddəni almaq üçün danışdığı şəxs həmin narkotik maddənin çəkisinin 30 qram olduğunu bildirmişdir. Hər qramı 10 manat olmuşdur. Həmin şəxsə iki dəfə pul göndərmişdir. Əvvəlcə 100 manat, daha sonra 130 manat göndərmişdir. 100 manat göndərdikdən sonra məbləğ az olduğundan həmin şəxs onunla razılaşmamış və narkotik maddəni göndərməmişdir. Bundan sonra Bakıdan rayona getmiş və atasının səhhəti ilə bağlı 4 aydan sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt əlavə olaraq 130 manat da göndərmiş və belə olduqda razılaşıb narkotik maddəni yerləşdirdiyi yerin məkanını ona göndərmişdir. Narkotik maddəni almaq üçün danışdığı şəxs həmin maddəni yerləşdirdiyi yerin məkanın göndərərkən Əhmədli qəsəbəsi ərazisi olduğunu bildirmişdir. Hazırda narkotik maddədən istifadə etmir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq dövründə ona qarşı hər hansı təzyiqlər olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur və hər hansı narazılığı yoxdur. Aşkar olunan narkotik maddənin çəkisi ilə bağlı məlumatı yoxdur, çünki, həmin narkotik maddəni görməmişdir. CM-in 234.1-ci maddəsi üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində barəsində cinayət işi var. Həmin cinayət hadisəsi hazırki cinayət işindən sonra baş vermişdir. Həmin cinayət işi də narkotik maddənin dövriyyəsi ilə bağlıdır. Narkotik maddəni almaq üçün danışdığı şəxsə 130 manat pul göndərdikdən növbəti gün, axşama yaxın narkotik maddənin yerləşdiyi yerin məkanını göndərəcəyini bildirmişdir. Həmin şəxs ona 30 qram narkotik maddə olacağını bildirmiş və o da Təqsirləndirilən şəxs1 30 qram olduğunu yazmışdır. Narkotik maddəni almaq üçün danışdığı şəxs ona göy rəngdə sellofanın şəklini göndərmişdir. Hazırda həmin şəkil onda qalmamışdır. Lakin, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik maddə həmin sellofanda olmamışdır. Təqsirləndirilən şəxs1 həmin əraziyə getdikdə sonuncuya zəng etmiş və nəyisə gördüyünü, biraz sonra zəng edəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 zəng etdikdə evdə olduğunu və gəlməyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmışdır. Anasının xəstədir, atası da xəstə olmaqla onun himayəsindədir. Sənədlərdə də var ki, o, 30 qram narkotik vasitəyə görə 100 manat bir və 130 manat da bir göndərmişdir. Qeyd etdiyi məbləğin qarşılığında 30 qram narkotik vasitə reallığa əsas ola bilər. 1400 qram narkotik vasitə onun sifarişi olmayıb. Təqsirləndirilən şəxs1 telefonunda onunla olan yazışmalarda 5 dəqiqə əvvəlin SMS mətnləri qalıb, amma 30 qram narkotiklə bağlı SMS mətnlər qalmayıb. İş materiallarında olan sənədlərə imza çəkməmiş, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra törətdiyi əməli öz üzərinə götürməyi demiş, çünki onun ailəsi, arvadı və uşaqları var. O, qeyd etdiyi xüsusatları nəzərdən keçirməklə məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 2şayır. İşləmir, evlidir və himayəsində 1 azyaşlı övladı 2015-ci il təvəllüdlü X8 vardır. Arabir narkotik vasitə olan marixuana istifadə etmişdir. Buna onu heç kəs təhrik etməsə də, özü tanımadığı şəxslərdən narkotik vasitə marixuana əldə edərək istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Rəşad adlı şəxs mobil telefona onun istifadəsində olan mobil nömrəyə zəng edərək ona deyəcəyi yerdən narkotik vasitə olan marixuana götürərək Rəşada çatdırmağı müqabilində ona istifadə etməyi üçün həmin narkotik vasitə olan marixuananın bir qismini verəcəyini bildirmişdir. O da Rəşadla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Rəşadın onu istiqamətləndirməsi əsasında Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali Hərbi Məktəbin yaxınlığına gəlmişdir. Bundan sonra Rəşadın ona narkotik vasitə marixuananın yerinin fotoşəklini göndərməsi əsasında marixuana olan bükümün olduğu göy rəngli sellofon paketi P.Həşimov küçəsində yolun kənarındakı yaşayış evlərinin yerləşdiyi divarın dibindən götürərək oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşmış xx.xx.2023-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali Hərbi Məktəbin yaxınlığında mülki geyimli polis əməkdaşları özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə soraqlaşmışlar və ərazinin polis bölməsi olan 35-ci Polis Bölməsinə dəvət etmişlər. Xətai RPİ-nin 35-ci PB-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil dəvət olunduqdan sonra vəkilin iştirakı ilə ona hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Üzərində olan əşyaları təqdim etməyini dedikdə, əlində olan göy rəngli paketin içərisindəki qara rəngli bükümdə olan marixuananı çıxarıb təqdim etmişdir. Video çəkiliş zamanı təhqiqatçı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını qeyd etmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə marixuananı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində tanışı Rəşad adlı şəxsin istiqamətləndirməsi əsasında götürmüşdür. O, narkotik vasitəni kimsənin yanında istifadə etməmişdir. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Heç kimin onun narkotik vasitə marixuananı götürəcəyi barədə məlumatı olmamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və mütəmadi olaraq istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təxminən 1 ay bundan əvvəl sosial şəbəkədə tanımadığı, lakin “Şəhram” kimi adını bildiyi X12 vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitə marixuana təşkil edə biləcəyini bildirmişdir. O da narkotik vasitə marixuana istifadə etdiyindən həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə marixuana təşkil etməsini bildirmişdir. Bu minvalla, Şəhramın ona göndərdiyi hazırda xatırlamadığı bank hesabına ayrı-ayrı vaxtlarda 130 manat və 100 manat məbləğində pulu göndərmişdir. Lakin Şəhram ona vəd verdiyi narkotik vasitə olan marixuananı göndərməmişdir. Bundan xeyli vaxt keçmiş, yəni xx.xx.2023-cü il tarixdə Şəhram ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “vvhatsap” internet tətbiqinə yazaraq ondan istədiyi narkotik vasitə olan marixuananı göndərə biləcəyini demişdir. O da Şəhramdan narkotik vasitəni hara atmasını soruşduqda, Şəhram ona narkotik vasitə olan marixuananı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində divarın dibinə atdığını bildirərək həmin yerin fotoşəklini ona göndərib istiqamətləndirmişdir. Lakin onun üzərində pulu olmadığı üçün, həm də narkotik vasitənin qoyulduğu yer ona uzaq olduğundan ora gedə bilməyəciyini fikirləşmiş və bu zaman ağlına gəlmişdir ki, tanıdığı Fəxri adlı tanışı ilə əlaqə saxlasın. Fəxri də onun kimi marixuanadan istifadə etmişdir. Fəxri ilə əlaqə saxlayıb bildirmişdir ki, X12 vətəndaşı Şəhram adlı şəxs ona narkotik vasitə atmışdır, lakin hazırda üzərində pul olmadığından, həm də narkotik vasitənin olduğu yer ona uzaq olduğundan narkotik vasitəni götürə bilmir. Fəxriyə təklif etmişdir ki, əgər istəyirsə Fəxri narkotik vasitəni götürsün və birlikdə həmin narkotik vasitə marixuananı istifadə etsinlər. Fəxri də razılaşmışdır. O, istifadəsində olan nömrənin “vvhatsap” internet tərbiqi vasitəsi ilə Şəhramın ona göndərdiyi konumu və narkotik vasitə olan marixuanın olduğu yerin şəklini Fəxriyə göndərmişdir. Onun mobil telefonu olmamışdır. Yalnız mobil nömrəsi vardır və mobil nömrəni tanıdığı müxtəlif şəxslərin mobil telefonuna taxaraq istifadə etmişdir. İran Respublikası vətəndaşı Şəhramın ona hansı miqdarda narkotik vasitə marixuananı qoymasını bilməmişdir. Sadəcə olaraq onu bilmişdir ki, Şəhram ona əvvəlcədən göndərmiş olduğu cəmi 230 manat dəyərində narkotik vasitə qoyacaqdır. O, ifadəsində qeyd etdiyi kimi narkotik vasitə olan marixuananı sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxs təşkil edəcəkdir. O, narkotik vasitəni kimsənin yanında istifadə etməmişdir. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, ruhi və psixi cəhətdən sağlamdır və heç bir xəstəliyi yoxdur. Heç kimin narkotik vasitə marixuananı götürüləcəyi barədə məlumatı olmamışdır. Yalnız bu barədə Fəxriyə məlumat vermişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və mütəmadi olaraq istifadəsində olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Xətai rayonu, P.Həşimov küçəsi, Ali Hərbi Məktəbin yaxınlığında Təqsirləndirilən şəxs1 narkotik maddənin daşınması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin əraziyə gedib şəxsə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 əlində olan göy rəng sellofanda şəxsi istifadə üçün nəzərdə tutduğu marixuana olan narkotik maddənin olduğunu bildirmişdir. Xətai RPİ-nin 35-ci PB-yə gətirilib vəkilin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Axtarışın nəticəsində üzərindən 1400 qram marixuana olan narkotik maddə aşkarlanıb sənədləşdirilmişdir. Şəxs həmin əraziyə tanışının xahişi ilə getdiyini və həmin narkotik maddəni şəxsi istifadə üçün nəzərdə tutduğunu bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik maddənin çəkisi ittihamda qeyd olunduğu kimi aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 saxlayarkən, üzərinə şəxsi axtarış keçirilərkən və s. vaxtlarda hər hansı narazılığı olmamışdır. Təqsirləndirilən şəxs2 tanımır. Təqsirləndirilən şəxs1 saxlayarkən əlində olan sellofanın rəngi göy olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılması üçün yaxınlaşdıqda narkotik maddənin olduğu sellofan sonuncunun əlində olmuşdur. Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün tanışının xahişi ilə narkotik maddəni götürməyə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs1 ilk dindirilməsi təhqiqatçı tərəfindən Xətai RPİ-nin 35-ci PB-də həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 yaxınlaşdıqda əlində olan sellofanda narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 saxlanılması üçün sonuncuya yaxınlaşdıqda aşkar olunan narkotik maddənin çəkisi ilə bağlı hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. Onunla birlikdə Xətai RPİ-nin 35-ci PBnin CA üzrə əməliyyat müvəkkili işləyən, polis mayoru Şahid1 ilə işlədikləri Xətai RPİ-nin 35-ci PB-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 22 iyul 2023-cü il tarixdə saat 00:05-də Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali Hərbi Məktəbin yaxınlığında olan zaman, Təqsirləndirilən şəxs1 görmüşlər. F. Abbasov özünü şübhəli apardığı üçün yaxınlaşaraq mülki geyimdə olduqlarından ilkin olaraq xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi barədə bildirmişdir. Bu zaman onlar həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etmədikdən sonra PBnə apararaq barəsində araşdırma aparılması üçün X13yə təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. X13 Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. F. Abbasov da sol əlindəki göy rəngli sellofon paketin içərisində olan 01 ədəd qara rəngli sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 01 ədəd qara rəngi sellofona bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin bir ədəd qara rəngli sellofona bükülmüş bükümün içərisində narkotik vasitəni tanışı Rəşad adlı şəxsə aparmaq və birlikdə istifadə etmək istəməsini, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali Hərbi Məktəbin yaxınlığından Rəşadın istiqamətləndirməsi əsasında götürməsini bildirmişdir. Bir ədəd qara rəngli sellofona bükülmüş bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 1230 qram olması görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs1 tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali hərbi Məktəbin yaxınlığında tanışı Rəşad adlı şəxsin istiqamətləndirməsi əsasında istifadə etmək üçün götürməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs1 rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (İ cild, i.v. 4) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 00:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 00:05-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əlindəki göy rəngli sellofan paketin içərisində 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-ci il tarixdə saat 00:30 radələrində Xətai rayonu, P.Həşimov küçəsi Ali Hərbi məktəbin yaxınlığında Rəşad alı şəxsin sifarişi ilə götürməsini və ona çatdırmaq üçün gəzdirməsini bir neçə dəqiqə sonra elə həmin ünvanda yəni, ünvan 7aman polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlənin çəkisinin müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan marixuanaya bənzər kütlənin ümumi çəkisi 1230 qram olması müəyyən edilmişdir. (İ cild, i.v. 30-31, 71-72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16- 2-7/1059 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərində...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01(bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 1400 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild, i.v. 39-42) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 52-53) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X8 olmaqla bir nəfər azyaşlı uşağı var. (İ cild i.v. 63) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının ambulator-poliklinik şöbənin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 anası X4 xərçəng xəstəliyindən əziyyət çəkir. (İ cild i.v. 70) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung A01” markalı mobil telefona baxış zamanı telefonun “Qalareya” bölməsinə daxil olduqda orada 10 ədəd fotoşəkillərin olması aşkar olunmuş, qeyd olunan fotoşəkillərə baxış keçirən zamanı Təqsirləndirilən şəxs1 həmin fotoşəkillərin tanışı Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** saylı mobil nömrənin whatsapp internet tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin whatsapp internet tətbiqinə göndərməsini bildirmişdir. Bundan başqa Abbasov X7 həmin fotoşəkilləri ona göndərməklə narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri istiqamətləndirməsini və özü həmin narkotik vasitəni götürüb gətirməklə birlikdə istifadə etmək istəməsini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrənin ona məxsus olmasını və sadəcə olaraq istifadə etmək üçün narkotik vasitə marixuana götürmək istədiyini bildirmişdir. (İ cild i.v. 73-78) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-471/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 85-90) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild, i.v. 100-102) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 18:30-da CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:10-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 111-112) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung A01” markalı mobil telefona baxış zamanı telefonun “Qalareya” bölməsinə daxil olduqda orada 10 ədəd fotoşəkillərin olması aşkar olunmuş, qeyd olunan fotoşəkillərə baxış keçirən zaman Təqsirləndirilən şəxs2 həmin fotoşəkillərin ona məxsus ***-***-**-** saylı mobil nömrənin whatsapp internet tətbiqi vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin whatsapp internet tətbiqi ilə olan yazışma mətnləri olmasını bildirmişdir ki, həmin yazışmalarda özü İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin onun istifadə etməsi üçün qoyduğu narkotik vasitə olan marixuananı üzərində pulun olmamasından və narkotik vasitənin olduğu yerin uzaq olmasından tanışı Fəxrinin birlikdə istifadə etmək üçün götürməsini söyləmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrənin ona məxsus olmasını və sadəcə olaraq istifadə etmək üçün narkotik vasitə marixuana amaq istədiyini bidirmişdir. X16 Respublikası vətəndaşı Şəhram adlı şəxsin hansı miqdarda narkotik vasitə marixuana atacağını bilməmiş, sadəcə olaraq Şəhrama əvvəllər göndərmiş olduğu 230 manat dəyərində narkotik vasitə marixuana atacağanı bilmiş, Şəhramla söhbətinə əsasanaraq 30-50 qram aralığında narkotik vasitə marixuana atacağanı fikirləşmişdir. (İ cild i.v. 125) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və onun şübhəli şəxs kimi statusu ləğv edilmişdir. (İ cild, i.v. 126) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 545/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən və Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 05 ay 26 gün çəkmiş və onun 01 il 06 ay çəkilməmiş cəzası qalmışdır. (İ cild i.v. 146-156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X14 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5019 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opiodlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (İ cild, i.v. 159-160) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə hərəkət trayektoriyasının xəritələrinə baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23:54:43 saniyədən xx.xx.2023-cü il tarixdə saat 00:04:58 saniyədə olan müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılaraq aparılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 22 iyul 2023-cü il tarixdə saat 00:05-də saxlanılmasını qeyd etmişdir. (İ cild, i.v. 186) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung A01” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1399,8 qram narkotik vasitə quruldumuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild, i.v. 193-202) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 217-218) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 233-234) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X14 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7014 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (İ cild, i.v. 240-241) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 70/16 saylı, xx.xx.2016-cı il tarixli hökmündən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən və Penitensiar Xidmət 16 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdə Səbail Rayon Məhkəməsinin hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ cild i.v. 243-257) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (İ cild, i.v. 262-263) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 anası Məmmədova Səadət ikitərəfli qonartroz İİİ-İV mərhələ və retropatellar oynağın artrozu, osteoporoz, atası X1 isə şəkərli diabet tip 2 və digər xəstəliklərdən əziyyət çəkirlər, sonuncuda xx.xx.2024-cü il tarixdə “sağ budun ora 1/3-dən amputasiyası” əməliyyatı icra olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-204/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(003)-204/2024 saylı cinayət işi üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində olan 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, saxlanılmamışdan qabaq Təqsirləndirilən şəxs2 qeyd etdiyi yerə baxması, lakin, narkotik maddə tapa bilməməsi, saxlanılan vaxt üzərində heç nəyin olmaması, Təqsirləndirilən şəxs2la 30 qram narkotik maddə barədə danışmaları, Xəta RPİ 35-ci PB-də ona hədəqorxu gəlmələri və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, narkotik vasitə barədə danışdığı şəxsin ona 30 qram narkotik maddə olacağını bildirməsi və onun da Təqsirləndirilən şəxs1 30 qram olduğunu yazması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mobil telefonlara baxış keçirilməsi haqqında protokollar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs1 tam sərbəst şəkildə üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə marixuananı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində tanışı Rəşad adlı şəxsin istiqamətləndirməsi əsasında götürdüyünü səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da qeyd etdiyi həmin hallarla bağlı ardıcıl etiraf ifadələri verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 234.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, anasının xəstəlikdən əziyyət çəkməsini, Təqsirləndirilən şəxs2 anası və atasının xəstəliklərdən əziyyət çəkmələrini cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61.1.3-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməlində cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzalarını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirənvə ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 05 ay 26 gün çəkmiş və onun 01 il 06 ay çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ayı çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 09 (doqquz) ay müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə CM-in 66.5-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2024-cü il tarixli hökm üzə) və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (hazırkı iş üzrə) tutulduğu, həbsdə saxlanıldığı ümumilikdə 04 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 00:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 00:05dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-471/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 1399,8 qram narkotik vasitə quruldumuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung A01” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə və ya yaxın qohumlarına qaytarılmalıdır. Müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 90 saat, Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 540 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 90 saat, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 90 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 saat hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 540 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 90 saat hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 540 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 09 (doqquz) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü üzrə) və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə saxlanıldığı (hazırkı iş üzrə), ümumilikdə 4 (dörd) gün müddət çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 1399,8 qram narkotik vasitə quruldumuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung A01” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə və ya yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 540 (beş yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 90 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 540 manat (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1000/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1000/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver