Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1000/2025 11.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, psixoloq-mütəxəssis X2, müdafiəçilər – Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı Şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2,Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində Suraxanı rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini təkrarən törətmişdir. Belə ki, xx xxxxxx 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində müxtəlif vaxtlarda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün yaxınlığında olan daş hasarla hasarlanmış yarımtikilinin içərisində 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə görüşmüş və sonuncu ilə mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı təkrar cinsi əlaqədə olma və seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs idmanla məşğul olur. Zərərçəkmiş şəxs onlarla eyni məhəllədə oyun oynayırmış. O, zərərçəkmiş şəxsin yaşını və adını bilməmişdir. Zərərçəkmiş şəxslə sosial şəbəkələrdə yazışması olmamışdır. Bu işlə əlaqədar ondan əlavə bir neçə nəfər də saxlanılıb. 16 sentyabr 2024cü il tarixdə Polis İdarəsindən anasına zəng edilmiş, “sizin oğlunuz bir şəxsi döydüyü üçün Polis İdarəsinə gəlməlidir” deyilmişdir. Polis İdarəsində olarkən onu müstəntiqin otağına dəvət edib anasını çöldə saxlamışdırlar. Müstəntiqin otağında ona fiziki təzyiq göstərilməyə başlanılmışdır. Polis əməkdaşları onun kimi döydüyünü deməmişdirlər. Onu bir neçə polis əməkdaşı döymüşdür. Onun üzünə və bədəninə zərbələr endirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxs bacısı ilə onların məhləsinə velosiped sürmək üçün gəlmişdir.Aydan ona boks idman növü ilə məşğul olduğunu söyləmişdir.Onun Aydanla təklikdə qaldığı vaxt olmamışdır.X13 adlı şəxsi də eyni əmələ görə tutdurmuşdur.Əlizamin adlı şəxsdən hadisə barədə nəsə soruşmaq imkanı olmamışdır.Onu döyən polis əməkdaşlarının adları Rasim Salahov və Elnur Əliyev olmuşdur.Müstəntiq ona qarşı təzyiq etdiyi üçün ibtidai istintaq dövründə etiraf edici məzmunda ifadə vermişdir.Müstəntiq ona “bu işin üstünün açılmaması üçün pul verməlisiniz” demişdir. Zərərçəkmiş şəxslə aralarında hansısa münaqişə olmamışdır.Əlizamin adlı şəxsin 16 yaşı olmuşdur.O, Aydanın ağzına bibər sürtməmişdir.Aydan onun İnstagram sosial şəbəkəsinə mesajlar yazmışdır.Aydan ona İnstagramda “peysər” söyüşü söydüyü üçün onu təhqir edib, sosial şəbəkədə əngəlləmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, kiçik bacısı Ayanla Şor qırağında velosiped sürmək üçün getmişdir. Təqsirləndirilən şəxsla orada tanış olmuşdur. Təqsirləndirilən şəxs uşaqların ağzına acı bibər sürtmüşdür. Təqsirləndirilən şəxs onun da ağzına acı bibər sürtdükdən sonra o ağlamışdır. Bacısı anasına zəng edərək Anarın onun ağzına acı bibər sürtdüyünü bildirmişdir. Anası Anara sillə vuraraq nə üçün onun ağzına acı bibər sürtdüyünü bildirdikdə, Anar balaca qardaşına evdən bıçağını gətirməyi barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs təhqiredici ifadələr səsləndirmişdir. Onlar evə getdikdən sonra Anar “instagram” sosial şəbəkəsi vasitəsilə ona şor qırağında oynadığı bağın yanında olan yarım tikiliyə gəlməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla zarafat etdiyini, anasının onu nə üçün vurduğunu bildirmiş, daha sonra ona yaxınlaşaraq onu öpməyə başlamışdır. O, ətrafdan səs eşitdikdə Anar ona yəqin tülkü olduğunu, narahat olmamağını bildirmişdir. O, Təqsirləndirilən şəxs geri itələmişdir. O, evə qayıtdıqdan bir saat sonra Təqsirləndirilən şəxs ona video görüntü ataraq qorxutmaqla dediklərini etməsə olanları atasına deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs dayısının qara maskalı şəxs olduğunu, anası və atasının yatdıqları yerdə apara biləcəyini bildirmişdir. Anar bütün bunları İnstagram sosial şəbəkəsi vasitəsilə ona yazmışdır. Anar özü instagram sosial şəbəkəsindən onu tapmışdır.O, Anardan İnstagram sosial şəbəkəsindən onu necə tapdığını soruşduqda Anar ona cavab verməmişdir. Təqsirləndirilən şəxs ikinci dəfə onunla görüşdükdə Anar onunla o, istəmədiyi halda cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onun xəbəri olmadan cinsi əlaqədə olan zaman onun videosunu çəkmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin video ilə onu şantaj etməyə başlamışdır. Bu hadisələr ümumilikdə 5 dəfə davam etmişdir. Hadisələr bir il ərzində baş vermişdir. Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, hadisələri böyük bacısına dedikdə bacısı olanları anasına deməyi ona təklif etmişdir. O, olanları anasına dedikdən sonra onlar prokurorluğa şikayət etmişdirlər.Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman Anar ona qarşı zorakılıq hərəkətləri etməmişdir. O, qorxduğu üçün polis orqanlarına şikayət etməmişdir.Təqsirləndirilən şəxs başqa bir nəfərlə də cinsi əlaqədə olmuşdur. Əlizamin adlı şəxslə Təqsirləndirilən şəxs əvvəl cinsi əlaqədə olmuşdur.Təqsirləndirilən şəxsla xatırlamadığı tarixdə axşam saatlarında görüşmüşdür.Təqsirləndirilən şəxsla həmişə eyni yerdə görüşmüşdür. Təqsirləndirilən şəxsla gecə saat 1-2 radələrində də görüşmüşdür.Təqsirləndirilən şəxsla gecə vaxtı görüşən zaman anası və atasından gizlin çölə çıxmışdır. Təqsirləndirilən şəxs onu təhdid etdiyi üçün o, anası və atasından gizli evdən çölə çıxmışdır.Əlizamin və Anarla eyni vaxtda görüşməmişdir.İbtidai istintaq dövründə barəsində ekspertiza keçirilmişdir.Ekspertiza zamanı həkim ondan Təqsirləndirilən şəxsla arxadan və qabaqdan cinsi əlaqədə olub-olmadığını soruşduqda o, hər ikisinin baş verdiyini bildirmişdir, çünki o, Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman onun üzü divara tərəf olmuşdur. Buna görə də səhvən Təqsirləndirilən şəxs onunla arxa nahiyədən cinsi əlaqədə olduğunu demişdir. Anar onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Əlizamin adlı şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur.Telefon danışıqlarını və yazışmalarını istintaqa özü vermişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə2 bildirmişdir ki, kiçik qızı ona zəng edərək Təqsirləndirilən şəxs onun ağzına bibər sürtdüyünü bildirdikdə o, göl kənarına getmişdir. Təqsirləndirilən şəxs qardaşına onun üçün evdən bıçaq gətirməsini demişdir. O, hadisələri ərinə dedikdən sonra əri polisə bu barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs müxtəlif üsullarla hədələmişdir. Şahid Qanuni nümayəndə2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, iki işdə işlədiyi üçün qızı ilə maraqlana bilməmişdir.Təqsirləndirilən şəxs sonra Əlizamin adlı şəxsin də əməlləri ortaya çıxmışdır.Qızı hadisə barəsində ona 2024-cü ilin avqust ayında məlumat vermişdir.Qızı hadisə barəsində ona məlumat verən kimi o şikayət etmişdir.İbtidai istintaq dövründə ona təzyiq olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 05 sentyabr 2024-cü il tarixli “ərizə” dən görünür ki, Əsədova X5 rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs adlı şəxsin 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını bildirmişdir (cild 1, iş vərəqə 3). Baxış keçirilməsi haqqında 15 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Suraxanı rayonu,Əmircan qəsəbəsi,Bülbülə gölünün kənarındakı daş hasarla hasarlanmış yarımtikilini göstərən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla həmin yarımtikilidə cinsi əlaqədə olmasını bildirmişdir.Daş hasarla hasarlanmış sahəyə girdikdə sol tərəf küncdə yarımtikili yerləşmiş,yarımtikilinin divarları daşla hörülmüş,damı şiferlə bağlanmış,döşəməsinin olmadığı və qapısının olmaması müəyyən olunmuşdur.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək izlərə və əşyalara rast gəlinməmişdir(cild 1, iş vərəqə 29-33). Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bülbülə gölünün kənarında daş hasarla hasarlanmış yarımtikilini göstərərək hasisənin orada baş verdiyini bildirmiş, o, ifadəsində qeyd etdiklərini hadisə yerində göstərərək ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir(cild 1, iş vərəqə 91-93). Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs Əsədova X7 gölünün kənarında daş hasarla hasarlanmış yarımtikilini göstərərək hasisənin orada baş verdiyini bildirmiş, o, ifadəsində qeyd etdiklərini hadisə yerində göstərərək ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir(cild 1, iş vərəqə 97-99). 26 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq həərkəti aparılan zaman Əlizamin adlı şəxsin 2023-cü ilin fevral ayında ona qarşı seksual xarakterli hərəkətlər etməsini bildirmişdir (cild 1, iş vərəqə 100). 15 oktyabr 2024-cü il tarixdə mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon qara rəngdə olmaqla üzərində ***-***-**-** saylı mobil nömrəsi var. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğu zaman, ona instagram vasitəsilə yazdığı zamanlarda telefonun üzərində həmin nömrələr olmuşdur. Telefonda instagram sosial şəbəkəsinə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində “7_.aydan” profilindən istifadə olunduğu müəyyən edilmişdir. İnstagram sosial şəbəkəsinin mesaj bölməsinə daxil olduqda orada Təqsirləndirilən şəxsla hər hansı yazışma aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla yazışdıqdan sonra yazışmaları sildiyini bildirmişdir. Ondan niyə belə etdiyini soruşduqda anası görməsin deyə sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində “10.anarr” profili ilə ona yazmasını demişdir. Bundan sonra həmin telefonun whatsapp bölməsinə daxil olduqda Təqsirləndirilən şəxsla hər hansı yazışmaya rast gəlinməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla whatsapp vasitəsilə yazışmadığını, yalnız instagram sosial şəbəkəsinin mesaj bölməsində yazışdığını bildirmişdir. Bundan sonra həmin telefonun Fotolar bölməsinə daxil olduqda orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla instagram sosial şəbəkəsinin mesaj bölməsində yazışdıqları yazışmaları kayd edərək saxladığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən kayd edilmiş fotolara baxış keçirilən zaman “İnstagram’' sosial şəbəkəsində Zərərçəkmiş şəxs məxsus “7.aydan” profilindən X8 istifadə etdiyi “10.anarr” profilinə yazaraq onların arasında olan münasibətləri niyə yaydığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında “ Get .....(söyüş), zor eləmişəm ” cavabını verir. Bundan sonra Zərərçəkmiş şəxs yazısında “ Dövlətgil var ha onlar yoldan keçəndə bağın həyəti falan deyirdilər “ sualını verir. Təqsirləndirilən şəxs isə yazısında ” mənim altımda ............. (söyüş) balası”, “Dövlət zor .....(söyüş) deyir” “ Dövlətə mən demişəm desin, Dövlət nə edir zor edir” “Davay .....(söyüş) burdan ....... (söyüş)” yazılarını yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində Zərərçəkmiş şəxs yazaraq guya “escob_aroo3” profilindən yazan şəxs onları hədələdiyini, onların seks etdikləri yerdə videolarını çəkdiyini, Təqsirləndirilən şəxs instagram səhifəsinə Zərərçəkmiş şəxs ilə seks videolarını atmasını, baxdıqdan sonra sildiyini, Zərərçəkmiş şəxs ilə yazışmaq istədiyini, ona sözlərinin olmasını” bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs “yalan danışdığını, həmin escob_aroo3 səhifəsindən elə Təqsirləndirilən şəxs özü olmasını” demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs instagram profilində yazaraq “əgər içib gələməsəydin, məni şantaj etməsəydin, bunlarda olmazdı” yazısını yazmışdır. Təqsirləndirilən şəxs isə “mən hardan bilim belə olacağını, özdə 3-4 dəfə olub uje” yazısını yazmışdır. Bu suala Zərərçəkmiş şəxs “nə?” sualını verdikdə Təqsirləndirilən şəxs “onu arxadan elədiyimi səni” cavabını vermişdir. Zərərçəkmiş şəxs yazısında “p...... sanda” yazmışdır. Təqsirləndirilən şəxs “kimə deyirsən, varyoxun ........(söyüş), Aydan səni deşik-deşik eliyərəm, bildin, Sən şükür elə ki ves Əmircan bilmir bu məsələni” yazısını yazmışdır. Zərərçəkmiş şəxs “nə deyirsən sən, mən isdəmədim, içdin gəldin səfliylə oldu” yazısına Təqsirləndirilən şəxs “Aydan sən uje öldün, narahat olma” cavabını vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ”videolar əlində oldu, şantaj elədin yenə eliyək” yazısına Təqsirləndirilən şəxs “Mən neyniyim olan olub uje” cavabını vermişdir. Daha sonra Təqsirləndirilən şəxs “Aydan gələ bilirsən indi” yazısına, Zərərçəkmiş şəxs yox cavabını vermiş, Təqsirləndirilən şəxs isə hə ancaq axşam gələ bilirsən onda” yazısını yazmışdır. Zərərçəkmiş şəxsnm “Gəlmiyəcəm” cavabına Təqsirləndirilən şəxs “niyə, gəl deyirəm aydan, sən pis olassan sonra” yazısını yazmışdır. Zərərçəkmiş şəxs “istəmirəm, gəlməy yenə eyni şeyi edəcəksən” sualına Təqsirləndirilən şəxs “ayda yox, etmiyəcəm” yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs öz yazılarında israrla Zərərçəkmiş şəxs gəlməsini istəmiş Zərərçəkmiş şəxs isə gəlməyəcəyini bildirmişdir.Buna baxmayaraq Zərərçəkmiş şəxs “escob_aroo3” profili ilə yazışmaq istədiyini, nə demək istədiyini bilmək istədiyini” yazmışdır. Escob_aroo3 instagram profili ilə yazışan zaman həmin şəxs Zərərçəkmiş şəxs “ sən Anarla nə poxlar yemisən hamısını bilirəm” demişdir. Aydan həmin şəxsə “Anar mənimlə mənim rizam olmadan cinsi əlaqədə olmuşdur “ deyə bildirmişdir. Lakin escob_aroo3 profilindən yazan şəxs “ Anar çox möhkəm qaqaşdır, onun sözündən çıxma nə deyirsə onuda elə, yoxa sən öldün deməkdir” yazılarını yazmışdır. Zərərçəkmiş şəxs ona “yox onun dediklərin etməyəcəm” yazılarını yazdıqdan sonra, escob_aroo3 profilindən yazan şəxs “sənin videoların var Anarın dediklərin etməsən səni bütün Əmircana tanıtdıracam, videolarını atana göndərəcəm” yazılarını yazmışdır. Zərərçəkmiş şəxs escob_aroo3 profilindən yazan şəxsə guya mən bilmirəm sən Anarın özüsən yalandan məni hədələyib mənimlə yenidən cinsi əlaqədə olmaq istəyirsən yazısını yazmışdır (cild 1, iş vərəqə 112-113). 28 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 191-195). Məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 2010cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxsnm qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. A.S. Əsədovanın arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir(cild 1, iş vərəqə 9-12). Məhkəmə tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 1, iş vərəqə 138-140). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 oktyabr 2024cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən hallan adekvat qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdipsixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, kobudluq, eqosentrizm, öz maraqlarını üstün tutmaq və s. aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 172- 174). Məhkəmə-psixoloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi), fərdi-psixoloji xüsusiyyətlərində yeniyetmə yaş dövrünə məxsus sərbəstliyə və müstəqilliyə can atmaq, nümayişkaranəlik, tez qərar vermək, emosionallıq kimi xüsusiyyətlər aşkar olunur. X4 hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan, narahatlıq, gərginlik kimi hallar əmələ gələ bilərdi. Hazırda psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli sıxıntı, narahatlıq, gərginlik kimi depressiv əlamətlər müşahidə edilir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini dərk edə bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları nomaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. "Köməksiz vəziyyət" hüquqi termin olduğundan bu vəziyyəti qiymətləndirmək məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərindən və emosional halından asılı olaraq müqavimət (çağırışına getməmək, etiraz etmək, ailə üzvlərinə söyləmək və s.) göstərə bilərdi (cild 1, iş vərəqə 142-144). Sübutların qiymətləndirilməsi haqqında 03 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Blackview” markalı mobil telefondan çıxarılmış görüntülər olan 1 ədəd disk maddi sübut kimi tanınmaqla iş materiallara əlavə edilmişdir (cild 1, iş vərəqə 202-213). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 123). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini təkrarən törətmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 152.4.1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə cinsi əlaqədə olmaması və barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi haqqında ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında işin faktiiki hallarını mübahisələndirərək şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etriraf edici ifadələri döyülməsi səbəbindən verdiyini qeyd etmişdir. Məhkəmə müdafiə tərəfinin qeyd edilən dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri verərkən yetkinlik yaşına çatmadığından dindirmədə qanuni nümayəndəsinin və vəkilinin iştirakı təmin edilmiş və dindirilmə protokolları nəinki təqsirləndirilən şəxs,həmçinin onun vəkili və qanuni nümayəndəsi tərəfindən imzalanmışdır. Digər tərəfdən barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxılarkən qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək,təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişdir (cild 1, iş vərəqə 84-86). Barəsində məhkəmə tibbi ekspertizası keçirilərkən isə ekspertə 2023cü ilin avqust ayında tanış olduğu Zərərçəkmiş şəxs olduğunu bildiyi qızla gecə saatlarında (gecə 01-02 radələrində )Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bülbülə gölünün ətrafında olan yarımtikilidə görüşdüyünü, sonralar bir neçə dəfə həmin şəxslə qeyri təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin barəsində 23 oktyabr 2024-cü il tarixdə məhkəmə psixiatrik və psixoloji eksperizası keçirilərkən ekspertə hadisə barəsində danışarkən Aydanla tanış olmasını, xasiyəti xoşuna gəlmədiyindən ayrılmalarını, lakin Aydanın ondan ayrılmaq istəmədiyini, ona qarşı pis hərəkət etmədiyini yalnız hədə qorxu gəldiyini bildirsə də rəyin tədqiqi hissəsində sorğunun sonunda təqsirləndirilən şəxsin çəkdiyi videonu yayacağı barədə zərərçəkmiş şəxsə bildirdiyini etiraf etdiyi göstərilmişdir. Məhkəmə iclasında isə zərərçəkmiş şəxsin səxs tərəfindən təqdim edilmiş instagram sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazışmalar elan edilərkən təqsirləndirilən şəxs “10.anarr” profilinin ona məxsus olmasını təsdiq etsə də ilk olaraq Zərərçəkmiş şəxs ona yazmasını, Zərərçəkmiş şəxs təhqirlərinə cavab olaraq sonuncunu təhqir etməsini qeyd etmiş, lakin yazışmaların məzmunundan görünmüşdür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “əgər içib gələməsəydin, məni şantaj etməsəydin, bunlarda olmazdı” yazısına sonuncu “mən hardan bilim belə olacağını, özdə 3-4 dəfə olub uje” məzmunda cavabını, Zərərçəkmiş şəxs “nə?” sualına isə Təqsirləndirilən şəxs “onu arxadan elədiyimi səni” cavabını vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında qeyd edilən yazılar onlar arasında dəfələrlə cinsi münasibətlərin olmasını bir daha təsdiq edir. Digər tərəfdən həm məhkəmə iclasında, həm də barəsində məhkəmə psixiatrik və psixoloji eksperizası keçirilərkən ekspertə Aydanın onunla görüşmək istəməsi, təqsirləndirilən şəxsin isə bu görüşdən imtina etməsinə əsasən zərərçəkmiş şəxsin təhqirlərinə məruz qalması barədə ifadələri sonuncunun Zərərçəkmiş şəxs arasında telefon danışıqları ilə təkzib edilmişdir. Belə ki, instagram sosial şəbəkəsi vasitəsilə qeydə alınmış danışıqların məzmunundan görünmüşdür ki, Təqsirləndirilən şəxs “Aydan gələ bilirsən indi” yazısına, Zərərçəkmiş şəxs yox cavabını vermiş, Təqsirləndirilən şəxs isə “hə ancaq axşam gələ bilirsən onda” yazısını yazmışdır. Zərərçəkmiş şəxsnm “Gəlmiyəcəm” cavabına Təqsirləndirilən şəxs “niyə, gəl deyirəm aydan, sən pis olassan sonra” yazısını yazmışdır. Bu hal isə əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görüşə çağırması barədə zərərçəkmiş şəxsin ifadələrinin mötəbər olması barədə nəticəyə gəlməyə imkan verir. Digər tərəfdən məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs barəsində də məhkəmə psixiatrik və psixoloji eksperizası keçirilmiş və zərərçəkmiş şəxsin uydurmağa meyilli olmaması müvafiq rəydə öz əksini tapmışdır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsla qeyri təbii yolla cinsi əlaqədə olmasını inkar etməsi barədə ifadələri ilə bağlı qeyd edir ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs aşkar şəkildə hadisələrin gedişatı barədə ifadələr vermiş(Təqsirləndirilən şəxs əvvəlcə cinsiyyət orqanını özünün cinsiyyət orqanına salması, daha sonra isə arxa nahiyəsinə yeridilməsi), məhkəmə tibbi ekspertizadan keçirilərkən isə təqsirləndirilən şəxslə həm təbii, həm də qeyri təbii yolla cinsi əlaqədə olmasını təsdiq etmişdir. Zərərçəkmiş şəxsin qeyd edilən ifadələri Təqsirləndirilən şəxs məhkəmə tibb ekspertinə Zərərçəkmiş şəxs ilə qeyri- təbii yolla cinsi əlaqədə olması barədə söylədikləri ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs bakirəliyinin pozulmamasının sonuncunun təqsirləndirilən şəxslə təbii yolla cinsi əlaqədə olmasını təkzib etməsi barədə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 09 sentyabr 2024cü il tarixli məhkəmə tibbi ekspertiza rəyində aydın şəkildə bildirilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmasa da anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Müvafiq ekspertiza rəyini imzalamış Qismət Quliyev və Rübabə Zeynalova istintaq dövründə şahid qismində dindirilərkən eyni məzmunda ifadə verərək bildirmişlər ki, orqanizmin fərdi xüsusiyyətlərinə əsasən qızlıq pərdəsinin elastiki formada olması səbəbindən cinsi əlaqədə olma zamanı onun pozulması mümkün olmur, çünki həm elastiklik, həm qızlıq pərdəsinin hündürlüyünün az olması səbəbindən qızlıq pərdəsində cırılma baş vermir. Belə hallarda qızlıq pərdəsi ya doğuş, ya da kənar müdaxilələr zamanı pozula bilər. Qızlıq pərdəsinin üzükvari formada olması onun diamterinin böyük olmasına zəmin yaradır, qızlıq pərdəsində oynamaların olması isə cinsi əlaqə zamanı təbii oymaların hesabına diametri daha da genişləndirir ki, nəticədə qızlıq pərdəsi genişlənmir. Beləliklə, məhkəmə, zərərçəmiş şəxs və onun qanuni nümayəndəsinin ifadələrini ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyası həddində dövlət və özəl təlim-tərbiyə müəssisəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması kimi barəsində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində dövlət və özəl təlim - tərbiyə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 51), Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 84-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus “Blackview” markalı mobil telefondan çıxarılmış görüntülər olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir.Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) iş saatı (8+12) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat (48+132) məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə dövlət və özəl təlim-tərbiyə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut: - Zərərçəkmiş şəxs məxsus “Blackview” markalı mobil telefondan çıxarılmış görüntülər olan 1 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Müdafiəçi1 işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun hesabına 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Fəxri Məmmədov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1000/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1000/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver