Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1001/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 3, ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə, kultivasiya etmişdir. Belə ki, o, 2020-ci ilin mart ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 3, ev 13-də olan yaşayış evinin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 192 kv metr təşkil edən bir-birindən ayrı olan istixanalarda qanunsuz olaraq külli miqdarda, yəni 303 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kuitivasiya etmiş, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxx 2020-ci il tarixdə saat 10:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 3, ev 13-də olan yaşayış evinin yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən bir mərtəbəli yaşayış evinin sağ tərəfində yerləşən ümumi sahəsi 192 kv metr təşkil edən bir-birindən ayrı olan istixana sahəsində qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 45 kq 535 qram olan külli miqdarda 303 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 il bundan əvvəl narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkməklə istifadə etməyə başlamış, yəni, 12 yaşından narkotik vasitə olan marixuanadan istifadə edir. Bir neçə dəfə narkotik vasitədən imtina etmək istəmiş, lakin, bədənində ağrılar yaranmış, həmin ağrıları azaltmaq üçün yenidən narkotik maddə marixuanadan istifadə etməyə davam etmişdir. Narkotik vasitələr baha olduğu üçün belə bir qənaətə gəlmişdir ki, öz yaşadığı evin həyatyanı sahəsində istixana qurub, orada kannabis bitkisini yetişdirsin. Bu məqsədlə yaşadığı evin həyətində 192 kv metr sahədə istixana düzəltmişdir. Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən aldığı çətənə kollarının toxumlarını 2020-ci ilin mart ayında əkərək onlara su verməklə qulluq etməyə başlamışdır. Həmin əkdiyi toxumlardan əksəriyyəti bitmişdir. O, həmin bitkilərə qulluq etməyə davam etdiyindən həmin bitkilər daha yaxşı inkişaf etməyə başlamış və o, həmin bitkilərdən yığaraq, qurudub istifadə etmişdir. Narkotik vasitələri əkib-becərməkdə məqsədi narkotikdən istifadə etmək olmuş, satmaq məqsədi olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evin qarşısında olarkən bir neçə mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək onun həyətyanı sahəsində narkotik vasitə əkib-becərməyi barədə məlumat daxil olduğundan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını söyləmişlər. O, yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə yazdıqdan sonra polis əməkdaşlarından artıq gizlədə bilməyəcəyini başa düşüb polis əməkdaşlarına öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində olan istixanada narkotik vasitə çətənə kollarını əkib-becərməyini etiraf etmiş və polisləri istixanaya aparıb orada əkdiyi çətənə kollarını polislərə göstərmişdir. Polis əməkdaşları həmin çətənə kollarını dəvət olunmuş aqranomun iştirakı ilə videoçəkiliş aparılmaqla torpaqdan çıxartmışlar. Həmin çətənə kolları onun iştirakı ilə qablaşdırılaraq möhürlənməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təsir və təzyiq olmamışdır. Onun həmin narkotik vasitəni satmaq məqsədi olmamış, öz istifadəsi üçün əkib-becərmişdir. Ailə üzvlərinin narkotik maddə qəbul etməyi və yaşadığı evin həyətyanı sahəsində olan istixanada narkotik vasitə çətənə kollarını əkib-becərməyi barədə məlumatları olmamışdır. Tumları aldığı şəxsin telefonunu, yaşayış yerini və anket məlumatlarını bilmir. O, həmin 303 ədəd koldan əldə olunmuş narkotik vasitəni təxminən 3 il mddətinə istifadə edib qurtara bilərmiş. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətində yerləşən istixanada narkotik vasitə marixuana əkib-becərməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün o və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid1 ilə birlikdə xx xxx 2020-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının yaxınlığına gələrək mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 10:00-da qeyd olunan ünvanda yerləşən evin qarşısına bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin çıxdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra, ona barəsində daxil olmuş məlumat əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitəni əkib-becərməklə məşğul olduğunu, hazırda həyətyanı sahədəki istixanada özünün qəbul etməsi məqsədi ilə marixuana bitkisini əkibbecərdiyini və özünün bitkilərə qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinin yaxınlığında yerləşən həyətyanı sahəsinə baxış keçirilməsi təklif olunduqda, o, buna razılıq verib bu barədə ərizə yazdıqdan sonra çətənə bitkilərinin aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədi ilə dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə onun yaşadığı evin həyətindəki həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 192 kv metr təşkil edən bir-birindən ayrı olan istixanalara daxil olarkən orada həqiqətən də əkilmiş və xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin olması aşkar olunmuşdur. Baxış zamanı həmin sahədən 303 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin kolların yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün onlar tərəfindən polietilen torbalara yığılaraq möhürlənib, götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin tumlarını bu ilin mart ayında gələcəkdə özü istifadə etməsi üçün yarpaqlarını qurudaraq özü üçün qəbul etməsi üçün əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən hər hansı bir qanunsuz əşya və bitki aşkar edilməmişdir. Daha sonra həyətyanı sahədən 303 ədəd çətənə bitkilərinin aşkar edilməsi videoçəkiliş aparılmaqla protokol tərtib olunmuş və tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü də etiraz etmədən imza etmişlər. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx xxx 2020-ci il tarixli raportundan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 3, 13 nömrəli ünvanında yaşayan Əliyusif adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində narkotik bitki olan çətənə kolu «marixuana» bitkisi əkib-becərməsi və qulluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs Sabunçu rayon 14-cü Polis Bölməsinin rəisi adına ünvanlanmış ərizəsindən görünür ki, sonuncu polis əməkdaşları tərəfindən yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə yerləşən bir mərtəbəli yaşayış evinin sol tərəfində yerləşən ümumi sahəsi 192 kv metr təşkil edən bir-birindən ayrı olan istixana sahəsində qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə 303 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mütəxəssis aqranom X3 xx xxx 2020-ci il tarixli rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanının həyətində yerləşən həyətyanı sahədə olan 192 kv metr ərazidə polietilen örtüklə bağlanmış yerdə tərəfindən aqronomik baxış keçirilərkən hündürlüyü ortalama 5- 10 sm şitillərdə, 35-105 sm kollarda olmaqla 303 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış, alaq olunmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli «CD» diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilərək aşağıdakıları müəyyən etmişlər: fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi geyimdə bir nəfər şəxs və mülki geyimdə olan dörd nəfər şəxs görüntüyə gəlir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Tural Allahverdiyev kimi təqdim edir və Sabunçu 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik bitkiləri əkib becərməsi, saxlaması və qəbulunda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinin yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə xx xxx 2020-ci il tarixdə saat 10:30 dəqiqədən baxış keçirilməsini bildirir. Bundan sonra baxışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 və mətəxəssis aqranom X5 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən həyətyanı sahədə narkotik vasitəni əkib becərməsi ilə məşğul olmasını və hazırda həyətyanı sahədəki istixanada özünün qəbul etməsi məqsədi ilə marixuana bitkisini əkib-becərməsini və qulluq etməsini bildirir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki həyətyanı sahəsinə mütəxəssis aqranomun iştirakı ilə baxış keçirilərkən yaşayış evinin həyətyanı sahəsində yerləşən ümumi sahəsi 192 kv metr təşkil edən bir-birindən ayrı olan istixana sahələrində əkilmiş və xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin kollarının olması aşkar olunur. Bundan sonra həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədi ilə dəvət edilmiş mütəxəssis aqranomun iştirakı ilə istixanaya baxış keçirilir və mütəxəssis aqranom həmin sahədə olan 303 ədəd çətənə bitkisi kollarına aqrotexniki qaydada qulluq olunaraq, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, o həmin çətənə kollarının tumlarını bu ilin mart ayında əkmişdir ki, gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul etsin. Bundan sonra Təqsirləndirilən şəxs dəvəti, icazəsi və iştirakı ilə yaşadığı ünvan 2 ünvanında olan yaşayış sahəsinə baxış keçirilərkən qanunsuz əşya və predmet aşkar edilmir. Təhqiqatçı həmin çətənə bitkilərini qablaşdırmaq üçün bağlamaların üzərində qeydlər edir, iştirak edənlər bağlamanın üzərini imzalayır və bağlamalar qablaşdırılmaqla möhürlənir. Cinayət işinin 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/190 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində”...vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan ...” yazıları və imzalar olan 5 ədəd ağ rəngli sintetik torbalarda və 01 ədəd sellofan torbada ümumi sayı 303 (üç yüz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi-45,535 qram (45 kq 535 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan “Maddi sübut kimi tanımaq barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 45,535 qram (45 kq 535 qram) 303 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilərək Sabunçu RPİnin saxlanc yerinə məsul saxlanışa verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kol-kosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 108-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1333 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserndə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxx 2020ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 9-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 79-80-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4 (008)-245/2020 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 45 kq 535 qram olan 303 ədəd çətənə kolu məhv edilməli, 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 303 ədəd çətənə kolu məhv edilsin, 1 ədəd CD diskin cinayət işi materillarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1001/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1001/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver