Məhkəmə qərarları › İş №1(101)-1001/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1001/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1001/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, fərdi qayda fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1967-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Cəlilabad rayonu, Günəşli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs aldadıb ona əvəzində 1 ay müddətinə Bakı şəhəri ərazisində yeni tikilən binaların birindən mənzil verəcəyini vəd etməklə sonuncuya məxsus Türkiyə Respublikasının Kayseri şəhərində fəaliyyət göstərən “Naturel” fabrikində istehsal olunmuş qaz sobalarının satılmasında köməklik göstərən tanışı Şahid2 nisyə götürmək adı ilə guya girov kimi verdiyi hüquq verən rəsmi sənəd hesab edilən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK tərəfindən inşa olunan çox mərtəbəli yaşayış binasında 1-ci blok, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kvadrat metr olan 2 otaqlı 6 saylı mənzilə dair “X12” MMC tərəfindən X6 adına verilmiş, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış 18 aprel 2016-cı il tarixli, 28 nömrəli maliyyə arayışı və ona əlavə edilmiş müqavilənin saxta olduğunu bilə-bilə qeyd olunan sənədlərdən istifadə edərək qaz sobalarının satılmasında köməklik göstərən digər tanıdığı Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ə.Bağırov küçəsində yeməkxana kimi istifadə etdiyi adsız obyektində saxlanılan 1306 ədəd, onlardan hər birinin dəyəri 54 manat təşkil edən 128 ədəd NT-306 modelli, hər birinin dəyəri 54 manat təşkil edən 122 ədəd NT-302 modelli, hər birinin dəyəri 48 manat təşkil edən 15 ədəd NT-206 modelli, hər birinin dəyəri 48 manat təşkil edən 16 ədəd NT-202 modelli, hər birinin dəyəri 66 manat təşkil edən 119 ədəd NT-108 modelli, hər birinin dəyəri 66 manat təşkil edən 137 ədəd NT-104 modelli, hər birinin dəyəri 73 manat təşkil edən 358 ədəd NT-404 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 400 ədəd NT-418 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 11 ədəd NT-408/418 modelli həmin qaz sobalarını tanışı Şahid4 icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən “1001 İnşaat” tikinti materiallarının satışı mağazasına daşıtdıraraq Zərərçəkmiş şəxs ümumilikdə 92131 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs aldadıb ona əvəzində Bakı şəhəri ərazisində yeni tikilən binaların birindən mənzil verəcəyini vəd etməklə sonuncuya məxsus Türkiyə Respublikasının Kayseri şəhərində fəaliyyət göstərən “Naturel” fabrikində istehsal olunmuş 563 ədəd, onlardan hər birinin dəyəri 83 manat təşkil edən 345 ədəd NT-408/418 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 162 ədəd NT-404/414 modelli, hər birinin dəyəri 152 manat təşkil edən 55 ədəd NT-4004 modelli, dəyəri 190 manat təşkil edən 1 ədəd D.ООП ayaqüstü modelli qaz sobalarını Zərərçəkmiş şəxs tanışı Şahid9 yaşadığı ünvan 3 ünvanından tanışı Şahid4 icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən “1001 İnşaat” tikinti materialları mağazasına daşıtdıraraq Zərərçəkmiş şəxs ümumilikdə 50631 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, hazırda Cəlilabad rayonu, Günəşli kəndində ata evində yaşayır. Əvvəllər tikinti-təmir işləri ilə məşğul olmuşdur. Şahid2 2012-ci ildən tanıyır, mərmər-qranit alveri ilə məşğul olmuşlar. 2016-cı ilin aprel ayında aralarında olan biznes fəaliyyəti ilə bağlı Şahid2 ona 75000 manat pul borcu yaranmışdır. Belə ki, o, aralarında olan razılığa əsasən Maşallaha 112000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “АSAN Xidmət”in arxa hissəsində yerləşən "xxxx" МТК-nə məxsus yeni tikili yaşayış binasının 19-cu mərtəbəsində, sərəncamında olan 151 kv.metr ölçüdə 3 otaqlı təmir olunmamış mənzil vermiş, Maşallah əvəzində 3 ay müddət ərzində ona mərmərqranit, daş və digər inşaat materialları, qalan hissəsinə isə nəğd pul verməli olmuşdur. Həmin ərəfədə Maşallah ona ilk olaraq mənzilin sənədləşdirilməsi zamanı 25000 manat nəğd pul ödəmiş, sonradan da hissə-hissə olmaqla, ümumilikdə 7000 manat pul ödəmişdir. Lakin pulun qalan hissəsinə, 75000 manat dəyərində ona qeyd etdiyi kimi inşaat materialları verməli olduğundan, verilməsində çətinlik çəkdiyi üçün ona 75000 manat borcu qalmışdır. Bu səbəbdən Maşallah ona həmin pulun müqabilində qaz plitələri təklif etmişdir. 2016-cı ilin aprel ayının ortalarında o, Maşallah ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında olan bir çayxanada görüşərkən Maşallah bu təklifi ona etmişdir. Həmin vaxt yanlarında yaxın tanışı, iş birliyi olan Şahid4 da olmuşdur. Azərin “Sədərək” ticarət mərkəzində özünə məxsus “1001 İnşaat” adlanan tikinti materiallarının topdan və pərakəndə satışı mağazası vardır. Söhbət əsnasında o, Maşallahdan həmin qaz plitələrinin kimə məxsus olması, ceşid və qiymətləri ilə bağlı maraqlanmış, Maşallah isə həmin qaz plitələrinin kataloqunu ona göstərərək bildirmişdir ki, həmin qaz plitələri özünə aiddir, razılıq verdiyi halda Maşallahın ona 75000 manat olduğu pul borcunun əvəzində həmin malları götürə bilər. Uzun müddət Maşallahdan pulunu ala bilmədiyi üçün məcbur olub razılaşmış, malların sayı və dəyəri barədə maraqlanmış, hətta qaz plitəsinin nümunəsini də istəmişdir. Maşallah ona bir nəfər Fazil adlı şəxsin (050) ***-**-** saylı mobil telefon nömrəsini verərək qaz plitələri ilə bağlı onunla əlaqə saxlamağını bildirmişdir. Üstündən 2-3 gün keçdikdən sonra o, Fazil adlı şəxsin mobil telefon nömrəsinə zəng etmiş və qaz plitələrinin nümunəsini istəmişdir. Sonradan adını Fazıl kimi bildiyi Tapdıq adlı şəxs onu Zabrat qəsəbəsində yerləşən kafe kimi fəaliyyət göstərən obyektinə dəvət etmiş, həmin gün o, Azərlə birlikdə Tapdığın obyektinə getmiş, orada ilk dəfə görüşüb tanış olmuşlar. Tapdıq ona həmin obyektdəki anbarında saxlanılan çoxlu sayda qaz plitələrini göstərmişdir. O, Maşallahın ona 75000 manat pul borcu olduğunu, həmin səbəbdən Maşallahın sözlərinə görə qeyd olunan malları pul əvəzi götürmək istədiyini Tapdığa bildirmiş, Tapdıq malların özünə məxus olduğunu, heç bir problem olmadığını, bundan xəbərinin olduğunu, Maşallahın bu barədə bildirdiyini demişdir. Malları götürmək qərarına gəldiyi halda Maşallah həmin prosesdə mütləq iştirak etməli, belə ki, bununla bağlı öz aralarında məsələyə aydınlıq gətirməli olmuşlar. Bundan sonra Tapdıq ona “Naturel” firmasına aid qaz plitələrinin siyahısını və qiymətləri göstərilən siyahını vermiş, qaz plitələrinin dəyərinin Maşallahın ona olan borcunu bağladığını demişdir. O da ilkin razılığa gələrək qaz plitələrindən 3 ədədini nümunə kimi Tapdıqdan götürmüşdür. Belə ki, nümunələri bir neçə yerə göstərib dəyəri və keyfiyyəti barədə maraqlanmaq istəmişdir. Bundan sonra o, Azərlə birlikdə oradan çıxıb getmiş, bir neçə nəfər tanışlarına qaz plitələrinin nümunələrini göstərmiş və məlum olmuşdur ki, Tapdığın göstərdiyi qiymətlər malın dəyəri əhatə etmir, daha ucuz qiymətə satılması mümkündür. Həmin səbəbdən o, bir daha Maşallahla görüşərək bu baradə bildirmiş, Maşallah isə narahat olmamağı, həmin malların bir hissəsinin də Biləsuvar rayonunda saxlanıldığını, əgər o, Zabratdakı qaz plitələrini götürərək pul borcunun bir hissəsini bağlamaq fikrində olsa, Biləsuvardakı malları da ona göndərəcəyini və sonda hesab aparmağı təklif etmişdir. Maşallahın bu təklifi ilə o, razılaşmış və ilk olaraq Zabrat qəsəbəsindəki malları götürmək istədiyini demişdir. Maşallaha Tapdığın malları yalnız onun iştirakı ilə verəcəyini demiş, daha sonra tanışı Azərlə məsləhətləşib elə razılığa gəlmişlər ki, qaz plitələrini Azərin “Sədərək” ticarət mərkəzindəki “1001 İnşaat” adlanan tikinti materialları mağazasına boşaltsınar, oradan satışını həyata keçirsinlər, əldə olunan pullardan malların satışı həyata keçirilən obyektin sahibi kimi Azərin də qazancı olacaqdır. Azər onun təklifi ilə razılaşmşdır. Bundan sonra o, 2016-cı ilin aprel ayının sonlarında hansısa bir gün günorta saatlarında bir daha Maşallah ilə görüşmüş, Maşallah və Azərlə birlikdə qaz plitələrini götürmək üçün Tapdığın Zabratdakı yerinə yollanmış, orada bir daha malın ona borc əvəzi verilməsi ilə bağlı müzakirə etmişlər. O, təkrar Maşallah və Azərin iştirakı ilə Tapdığa qaz plitələrini və Maşallahın dediyinə görə Biləsuvar rayonunda olan qaz plitələrinin qalan hissəsini də ümumilikdə sonuncunun ona olan 75000 manat pul borcunun əvəzində qəbul etdiyini demişdir. Tapdıq hamının yanında ona etiraz etməmiş və heç bir problem olmadığını, həmin malların hamısını Maşallahın ona olan pul borcu əvəzinə verildiyini, Maşallah ilə isə özləri aralarında hesablaşacaqlarını demişdir. Onlar ümumi razılığa gəldikdən sonra o, malları “Sədərək” ticarət mərkəzindəki Azərin obyektinə göndərməyi bildirmiş və oradan çıxıb getmişlər. Elə həmin gün Tapdıq Zabrat qəsəbəsində olan qaz plitələrini bir yük avtomobilinə yükləkdirib öz işçisinin vasitəsi ilə Azərin obyektinə göndərmişdir. Həmin vaxt o və Azər orada olmamış, lakin malları Tapdığın işçisindən Azərin oğlu Vasif təhvil almışdır. Daha sonra o, Azərlə birlikdə qaz plitələrinin satışını həyata keçirtməyə başlamışlar. Bir müddət sonra, yəni 2016-ci ilin may ayının əvvələrində hansısa bir gündə Maşallah vəd etdiyi kimi Tapdığın vasitəsi ilə Biləsuvar rayonunda olan malları da Azərin obyektinə göndərmişdir. Malın göndərilməsi ilə bağlı ona Tapdıq və Maşallah zəng edərək telefonla məlumat vermişlər. Bu dəfə də Biləsuvar rayonundan gələn qaz plitələrini Tapdığın işçisi gətirmiş, Azərin oğlu Vasif isə qəbul edərək özündə qeydiyyat aparmışdır. O zaman o və Azər orada olmasalar da bunu Vasifə tapşırmışlar. Hər iki partiya qaz plitələrin satışından o, ümumilikdə təxminən 70000 manat nəgd pul əldə etmiş və həmin pulun üstünə 5000 manat da əlavə edərək Maşallahın ondan götürdüyü "xxxx" MTK-nə məxsus yeni tikili yaşayış binasındakı evin tam borcunu bağlamışdır. Həmin mənzil isə Maşallahın sərəncamında qalmış, onun sonradan mənzili nə etdiyindən məlumatı yoxdur. Qeyd etmək istəyir ki, qaz plitələrinin hamısını təxminən bir ay müddətinə satmışdır. Daha sonra Tapdıqla Zakir arasında qaz plitələrinə görə problem yaranmışdır. Tapdıq ona öz borcunun qarşılığında Zakirə ev verəcəyini və buna görə vaxt lazım olduğunu demiş, o, Tapdıqın təklifi ilə Zərərçəkmiş şəxslə borc müqaviləsi bağlamışdır. Bundan başqa o, istintaqa qədər Zərərçəkmiş şəxslə görüşməmişdir. Tapdıq ondan aldığı evi Zərərçəkmiş şəxs adına keçirtmişdir və bu ona istintaqın gedişində məlum olmuşdur. Daha sonra evdə problem olduğuna görə Zərərçəkmiş şəxs onunla bağladığı borc müqaviləsini ləğv etdirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Tapdıq ona daha sonra qaz plitələrinin Zərərçəkmiş şəxs məxsus olduğunu və bu məsələni Zakirlə həll etməli olduğunu demişdir. İstintaqın ilk vaxtlarında Azər ölkə xaricində olmuş və plitələrin satışından əldə etdiyi pulları ona verməmiş, ona görə də istintaqa verdiyi izahatında pulların Azər tərəfindən mənimsənildiyini demişdir. Daha sonra Azər pulları gətirib ona vermişdir. O, Maşallaha aprel ayının əvvəlində evlə bağlı sənəd vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2014-cü ildən etibarən qaz sobalarının alqı-satqısı ilə məşğul olmağa başlamış və bununla əlaqədar Türkiyə Respublikasının Kayseri şəhərində fəaliyyət göstərən “Naturel” istehsal fabrikinə müraciət etmişdir. Adı çəkilən fabrikin malları ilə geniş maraqlanmış, onların keyfiyyətini, təhlükəsizliyini öyrəndikdən sonra alış-veriş etmək razılığına gəlmişdir. Standartlara uyğun olan bütün şərtlərlə razılaşdıqdan sonra, qaz sobalarının modellərinə nəzər yetirərkən onların təhlükəsiz olmalarına diqqət vermiş və təklif etmişdir ki, qaz gözlərinə əlavə olaraq sensorlar qoyulsun. Belə ki, sobalar istifadə olduğu vaxt qaz hər hansı bir səbəbdən söndürülərsə həmin sensorlar bunun qarşısını alaraq qaz çıxmasını dayandırır. Həmin sensorların əlavə olmasına görə əlavə xərclərin çıxacağına baxmayaraq o, istifadəçilər üçün gələcəkdə təhlükəsizlik baxımından bununla razılaşmışdır. Hətta qaz sobalarının təlimat kitabçasını onun xahişi ilə Azərbaycan dilinə tərcümə etməklə vermişlər. Beləliklə, “Natural” istehsal fabriki ilə 2014-cü ilin əvvəllərində müqavilə bağlandıqdan sonra malların alış-verişinə başlamışlar. 10 yanvar 2014-cü il tarixdə 70 növ, 2102 ədəd qaz sobasının alınması üçün “Naturel” istehsal fabrikinə fiziki şəxs kimi öz adından 123829,90 ABŞ dolları məbləğində pul köçürmüşdür. Bundan təxminən 2-3 ay sonra 70 növdə 2102 ədəd qaz sobası Türkiyə Respublikasının Kayseri şəhərindən 1 “TİR” avtomobili vasitəsi ilə yaşadığı Naxçıvan şəhəri, Şərrur şossesi, Əliabad qəsəbəsində yerləşən anbarına gətirilmiş və orada boşaldılmışdır. Həmin mallardan 2093 ədədi qaz sobalari, 9 ədədi isə hava təmizləyiciləri olmuşdur. Qeyd olunan malların gömrük rüsumu, digər sənədləşmə və xərc işlərini gördükdən sonra satışına başlamışdır. Əvvəlcə həmin malları gömrük nəzarətindən keçirtdikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində icarəyə anbar götürərək oraya yerləşdirmiş, daha sonra onunla əlaqəli sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışlarına bu barədə bildirmişdir. Elə qərara gəlmişdir ki, malların bir hissəsini sataraq qazanc əldə etmək məqsədi ilə Biləsuvar rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid9 göndərsin. Ağakərim ilə danışıb razılaşdıqdan sonra 26 noyabr 2015-ci il tarixdə malların bir hissəsini sonuncunun Biləsuvar rayonundakı yaşadığı evin həyətində ticarət obyekti kimi işlətdiyi sahəyə göndərmişdir. Malların digər hissəsini isə 17 dekabr 2015-ci il tarixdə Qəbələ rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı, Naxçıvan MR, Ordubad rayonundan olan sahibkar Şirzadın anbarına göndərmişdir. 2016-cı ilin yanvar-fevral aylarında o, Naxçıvan şəhərində olduğu zaman köhnə tanışı və həmyerlisi, Naxçıvan şəhərinin Hərbi polisinin sabiq rəisi polkovnik Şahid15 iş yerinə yanına gəlmişdir. Onlar bir qədər söhbət etdikləri zaman Fərail bildirmişdir ki, qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasından Türkiyə Respublikasına qoz göndərmək istəyir, bununla bağlı müəyyən məbləğdə vəsait lazımdır. Fərail pulla bağlı ona müraciət etmişdir. O, isə Fərailə bildirmişdir ki, pullarını mallarda yatırtmış, hazırda nəgd pulu yoxdur. Hətta Fərailə qaz sobalarını satışa buraxdığını bildirmiş, Fərail bunu eşitdikdən sonra tanış iş adamlarının olduğunu, həmin qaz sobalarının tez bir zamanda satışını həyata keçirtməkdə ona köməklik göstərəcəyini, bir nəfər iş adamı Fazil adlı şəxsə müraciət edəcəyini bildirmişdir. O da Fərailə demişdir ki, əgər belə bir alıcı olarsa bu barədə ona müraciət edə bilər, lakin o, malların satılmasında tələsmir. Fərail bunu malları tez bir zamanda satıb nəğd pul əldə etdiyi halda ondan borc pul götürmək məqsədi ilə demişdir. Söhbətlərinin üstündən təxminən 1 ay keçdikdən sonra istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə (050) ***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmişdir. Həmin şəxs özünü Fazil kimi təqdim edərək bildirmişdir ki, nömrəni ona Fərail vermiş, qaz sobaları ilə bağlı maraqlanmaq istəyir. Fazil kimi özünü təqdim edən elə həmin Şahid1 bildirmişdir ki, Qazaxıstan Respublikasında "xxxx" MMC şirkəti vardır, orada olan nümayəndə həmin qaz sobaları ilə maraqlanmış və satışını həyata keçirtmək istəyir. Tapdıq ondan Bakı şəhərinə gəlib ona malların kataloqunu və digər sənədlərini göstərməyini xahiş etmişdir. O da Fərailə Tapdıqla danışdığını bildirmiş, Fərailin Fazil kimi tanıdığı Tapdığın da Naxçıvandan olduğunu, tanış olmaqlarını tövsiyə etmişdir. Tapdıqla razılaşıb danışdıqlarından 10-15 gün keçdikdən sonra, o, 2016-cı ilin mart ayının sonlarında malların kataloqu, faktura və digər lazımi sənədlərini götürüb Bakı şəhərinə yollanmışdır. İlk dəfə Tapdıqla Bakı şəhərində Atatürk adına parkın yaxınlığında yerləşən “Avesta” konsernin binasının qarşısnda görüşmüş, həmin vaxt o, tək olmuş, Tapdığın isə yanında tanışı Asəf adlı şəxs olmuşdur. Onlar bir qədər söhbət etmişlər, o, malların sənədlərini təqdim etdikdən sonra Tapdıq ona bildirmişdir ki, Qazaxıstan Respublikasında həmin mallara tələbat vardır, qiymətdə razılaşdıqdan sonra orada həmin malların satışını həyata keçirəcəkdir. O, Tapdığa razılıq verdikdən sonra sonuncu malların kataloqu, sayı və qiymətləri barədə olan lazımi sənədlərin surətini götürdükdən sonra çıxıb getmişdir. Həmin söhbətin üstündən 5- 10 gün keçdikdən sonra, 2016-cı ilin aprel ayının əvvəllərində Tapdıq ona zəng etmiş və bildirmişdir ki, Qazaxıstanla əlaqə saxlamış, malların qiymətləri ilə razılaşmışdır. Tapdıq ondan gömrük işini həll etmək üçün malların sənədlərinin əslini istəmiş və bildirmişdir ki, qaz sobalarını oraya satışa göndərəcəkdir. O isə Tapdığa 1-2 günə sənədlərin əsllərini Türkiyə Respublikasından “Sədərək” ticarət mərkəzində yerləşən “Gülsəm Karqo”ya göndərtdirə biləcəyini demişdir. O, dediyi kimi, sənədləri göndərtmiş, özü isə digər işləri ilə əlaqədar Türkiyə Respublikasına gedəcəyini Tapdığa bildirmişdir. Tapdıq isə özünün də Türkiyədə işlərinin olduğunu, birlikdə getməyini təklif etmişdir. Bundan sonra 2016-cı ilin aprel ayının ortalarında onlar Tapdıqla birlikdə Naxçıvan şəhərindən Türkiyə Respublikasına yollanmışlar. Orada Tapdıq onunla iş birliyində olan dostalırı ilə tanış olmuş, həmçinin onlar hamısı qaz sobalarının satışı barədə danışmışlar, o, mallarının bir hissəsinin Qəbələ rayonunda, digər hissəsinin isə Biləsuvar rayonunda oluğunu demişdir. Tapdıq onlara bildirmişdir ki, ilk partiya malları Qazaxıstana satdıqdan sonra bunu davamlı edə bilərlər, başqa malları (mərmər, armatur) da oraya satışa göndərə biləcəklər. Bu şəkildə onun Tapdıqla münasibəti yaranmışdır. Bundan sonra onlar Türkiyədən geri qayıtmışlar. Üstündən bir-iki gün də keçdikdən sonra Tapdıq onunla əlaqə saxlamış və bildirmişdir ki, qaz sobalarını sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən obyektinə göndərsin, oradan da malları Qazaxıstan Respublikasına göndərəcəkdir, 1 ay ərzində mallar satıldıqdan sonra ona aid pulu hesabına köçürəcəkdir. O da Tapdığa inanıb təklifi ilə razılaşmış və Bakı şəhərinə gələcəyini bildirmişdir. 2016-cı ilin aprel ayının sonunda dostu Hidayət İbrahimovla birlikdə Naxçıvan şəhərindən Bakı şəhərinə yollanmışlar, oradan isə Hidayətlə Qəbələ rayonuna yollanmışlar. Orada Şirzadla görüşmüş və malları aparacağını söyləmişdir. Qəbələ rayonunda mehmanxanada bir neçə gün gecələmişlər, sonra 2016-cı ilin may ayının əvvəllərində Türkiyə istehsalı olan malları, yəni hər birinin dəyəri 54 manat təşkil edən 128 ədəd NT-306 modelli, hər birinin dəyəri 54 manat təşkil edən 122 ədəd NT-302 modelli, hər birinin dəyəri 48 manat təşkil edən 15 ədəd NT-206 modelli, hər birinin dəyəri 48 manat təşkil edən 16 ədəd NT-202 modelli, hər birinin dəyəri 66 manat təşkil edən 119 ədəd NT-108 modelli, hər birinin dəyəri 66 manat təşkil edən 137 ədəd NT-104 modelli, hər birinin dəyəri 73 manat təşkil edən 358 ədəd NT-404 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 400 ədəd NT-418 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 11 ədəd NT-408/418 modelli, ümumilikdə 92131 manat təşkil edən qaz sobalarını iki yük avtomobilinə yükləyərək Tapdığın Bakı şəhərində Zabrat qəsəbəsindəki obyektinə göndərmiş, özü də Hidayətlə birlikdə oraya gəldikdə adı çəkilən malları Tapdığa təhvil vermişdir. Həmin vaxt orada Tapdığın yanında işçisi Samiq adlı şəxs olmuş, sonuncu da malların boşaldılmasında köməklik göstərmişdir. Obyektdə digər işçilər də olmuş, lakin onları tanımamış və adlarını bilməmişdir. Yük avtomobillərinin sürücülərini o, Qəbələdən yol kənarından tapmış və hər avtomobilə 350 manat pula danışaraq, ümumilikdə 700 manat pulun müqabilində onlarla razılaşıb malları yollamışdır. Onlar Tapdığın obyektində söhbət etdikləri zaman sonuncu bildirmişdir ki, o, malın qalan hissəsini də Biləsuvardan göndərdikdən sonra bütün malları bir “TİR” avtomobili ilə Qazaxıstan Respublikasına yola salacaqdır. Həmin gün artıq yorulduqları üçün elə razılığa gəlmişlər ki, sabahısı gün o, Biləsuvar rayonuna gedib malları gətirəcəkdir. Həmin gün o, Hidayət ilə Bakı şəhərində gecələmiş və sabahısı gün Tapdığa zəng edib bildirmişdir ki, Biləsuvar rayonuna yola düşür. Lakin Tapdıq fikrini dəyişərək ona iki gün möhlət verməsini, Qazaxıstan Respublikasında olan şirkətin işçisinin Bakı şəhərinə gəldiyini, geri qayıtdıqdan sonra malı yükləyib göndərməsini xahiş etmişdir. O, bunu eşitdikdə Tapdığa demişdir ki, belə olan halda Naxçıvana yola düşür, nə vaxt bildirsə gəlib qalan malları da təhvil verəcəkdir. O, Naxçıvana evinə yollanmış və iki gün sonra Tapdıqla əlaqə saxlayıb malların göndərilməsi barədə maraqlanmışdır. Tapdıq isə ona bildirmişdir ki, narahat olmasın, eləcə oraya tapşırsın, bir-iki günə özü Biləsuvar rayonuna yük avtomobili göndərib malları gətizdirəcəkdir. O da Tapdığın sözləri ilə razılaşmış və Biləsuvar rayonunda Ağakərimin əlaqə nömrəsini ona vermişdir. Bu barədə Ağakərimin özünə də bildirmiş və Tapdığın nömrəsini Ağakərimə vermişdir. Həmin söhbətin üstündən 2-3 gün keçdikdən sonra Ağakərim onunla telefonla əlaqə saxlayaraq bildirmişdir ki, Tapdıq əlaqə saxlamış və malları Bakı şəhərinə göndərilməsini istəmişdir. O da Ağakərimə demişdir ki, əgər Tapdıq əlaqə saxlayıbsa malları saysın və özündə qeydlər etməklə sürücüyə versin, sürücü isə öz növbəsində malları Tapdığa təhvil verərkən nə verdiyini orada qeyd etsinlər. 2016-cı ilin may ayının əvvələrində Ağakərim onunla bir daha telefonla əlaqə saxlayaraq bildirmişdir ki, malları yük avtomobillərinə yükləyib Bakı şəhərinə göndərir. O da Ağakərimə razılıq verdikdən sonra sonuncu hər birinin dəyəri 83 manat təşkil edən 345 ədəd NT-408/418 modelli, hər birinin dəyəri 83 manat təşkil edən 162 ədəd NT-404/414 modelli, hər birinin dəyəri 152 manat təşkil edən 55 ədəd NT-4004 modelli, dəyəri 190 manat təşkil edən 1 ədəd D.0011 ayaqüstü modelli, ümumilikdə 50631 manat təşkil edən qaz sobalarım Bakı şəhərinə göndərmişdir. Lakin malların Tapdığın Zabrat qəsəbəsindəki obyektinə göndərildiyini zənn etdiyi üçün o zaman malın Zabrat qəsəbəsinə göndərəcəyini düşünmüşdür. Tapdıq eləcə ona bildirmişdir ki, malları özü təhvil almışdır. Hətta Tapdıq bildirmişdir ki, dəyəri 190 manat təşkil edən 1 ədəd D.0011 ayaqüstü modelli qaz sobasinin yandırıb söndürülən yeri qırılıbdır. O isə demişdir ki, narahat olmasın Bakı şəhərinə gələndə ehtiyyat hissəsini gətirəcəkdir. Ağakərimlə də malların təhvil verilməsi barədə maraqlandıqda, sonuncu Tapdığın sürücülərin pulunu vermədiyini bildirmişdir. Lakin o, bunun üstünə düşməmiş, Ağakərimə özünün pulu verməyini xahiş etmişdir ki, görüşəndə onunla özü hesablaşacağını bildirmişdir. Malların hamısı Tapdığa təhvil veriləndən bir müddət sonra, 2016-cı ilin may ayının ortalarında o, Bakı şəhərinə yollanmışdır. Gəlməmişdən Tapdıqla telefonla əlaqə saxlamış, malları Qazaxıstan Respublikasına yollayıb-yollamaması barədə maraqlanmış və özünün Bakı şəhərinə gələcəyini demişdir. Tapdıq isə demişdir ki, Qazaxıstana ehtiyac olmamış, malları Bakı şəhərində tanıdığı adamlara satmışdır. Əldə edilmiş pullar barədə maraqlandıqda isə Tapdıq bildirmişdir ki, narahat olmasın, qısa müddət ərzində malların pulları ödəniləcəkdir. Tapdığın bu danışığı onun xoşuna gəlməmiş və o, qeyd etdiyi ərəfədə Bakı şəhərinə yollanmış, orada isə Zabrat qəsəbəsindəki mallarını təhvil verdiyi Tapdığın obyektinə gəlmişdir. Obyektə girdikdə o, malların yerində olmadığını aşkar etmiş və bu barədə Tapdıqdan maraqlanmışdır. Tapdıq bildirmişdir ki, malları öz tanışlarına satmış, verilmiş malların müqabilində razılaşdıqları kimi ona aid olan 142762 manat pulu isə təxminən 5-10 günə ödəyəcəkdir. O, Tapdığa malların danışdıqları kimi deyil, nisyə şəkildə tanımadığı və bilmədiyi şəxslərə satması ilə bağlı narazılığını bildirmiş və nəyə görə danışdıqları kimi malları Qazaxıstan Respublikasına göndərmədiyi barədə maraqlanmışdır. Tapdıq malların Qazaxıstan Respublikasına satmasının baş tutmadığını və bir daha ona narahat olmamağını, malları satdığı adamları çoxdan tanıdığını, iş adamı olduqlarını bildirmişdir. Hətta Tapdıq onu da qeyd etmişdir ki, malları Qazaxıstan Respublikasında olan qiymətlərə uyğun olaraq Azərbaycanda da həmin qiymətlərə satmışdır. Narazılıq etməyinə baxmayaraq o, Tapdığın dediklərinə inanmış, sonuncunu təxminən 5 gün gözləməyə məcbur olmuş və Naxçıvan şəhərinə qayıtmışdır. Bir-iki gün sonra o, yenə də Tapdıqla telefon vasitəsi ilə əlaqə saxlayıb malları barədə maraqlanmışdır. Bu dəfə Tapdıq bildirmişdir ki, həmin şəxslərdən malın pullarını gözləyir, tam nəgd pul olmadığı halda qalan hissəsinə ona malın dəyərində mənzil verəcəkdir. Buna baxmayaraq Tapdıqdan ona məxsus malların kimlərə verdiyini deməsini tələb etmiş və icazəsi olmadan özbaşına mallarını verməsi ilə bağlı ona iradlarını bildirmişdir. Tapdıq ona narahat olmamağını, həmin şəxslərin yaxın tanışları, iş adamları olduqlarını, Bakıya gəldiyi halda həmin şəxsləri buraya dəvət edib onunla də tanış edəcəyini bildirmişdir. O, Tapdığın fərqli formada danışıqlarından sonra inanmamış və Bakı şəhərinə getmək qərarına gəlmişdir. 2016-cı ilin may ayının sonlarında Naxçıvandan Bakı şəhərinə gəlmiş və Tapdığın Zabrat qəsəbəsindəki obyektinə getmiş, oraya ümumi tanışları Mehman da gəlmişdir. Sonra oraya Tapdıq tərəfindən bir nəfər tanımadığı Rafiq adlı şəxs gəlmişdir. Tapdıq Rafiqi onlara iş adamı kimi təqdim edərək bildirmişdir ki, məhz həmin Rafiqə onun qaz sobalarını satmışdır. İlk görüşdə o, Rafiqin zahiri görünüşündən heç bir iş adamına oxşamadığını hiss etmiş və elə Rafiqin yanında Tapdığa iradlarını bildirmişdir. O, Tapdığa mallarını konkret olaraq kimə verdiyini və tezliklə geri qaytarmağını tələb etmişdir. Hətta orada elə hamının yanında “Tapdıq mən bu şəxsə heç 14 manat da etibar etmərəm” sözlərini demişdir. Bu sözlərdən sonra onların süfrə arxasında əyləşərək nahar etməyi baş tutmamışdır. O, isə həmin vaxt Rafiqin yanında Tapdıqdan mallarının geri qaytarmasını istəmişdir. Həmin vaxt Rafiq onun belə danışmağını görüb sanki mədəni şəkildə aradan çıxmaq istəmişdir. O, isə Rafiqin getmək istədiyini görüb təkidlə saxlamışdır. Lakin Rafiq həmin vaxt bildirmişdir ki, onunla heç bir alver etməmiş, alış-verişi Tapdıqla olmuş və bu sözləri dedikdən sonra çıxıb getmişdir. Rafiq getdikdən sonra da onların Tapdıqla sözlə mübahisələri başlamış və o, konkret olaraq Tapdıqdan mallarını geri qaytarmasını tələb etmişdir. Bu dəfə Tapdıq ona 2 gün vaxt verməyini, həmin vaxt ərzində onun verdiyi qaz sobalarının müqabilində pulunu tam şəkildə qaytaracağına söz vermişdir. Buna baxmayaraq o, Mehmanın yanında Tapdığa etiraz etmiş, 2 gün gözləməyəcəyini söyləməklə uzağı sabaha kimi ya malını, ya da ki, malın dəyəri olan 142762 manat pulunu verməyini tələb etmişdir. Bundan sonra o, çıxıb getmişdir. Həmin gün üstündən 2-3 saat keçdikdən sonra ona Tapdığın tanışı, özünün də naxçıvanlı olduğundan əvvəldən tanıdığı Şahid14 zəng etmişdir. Nazim Tapdıqla aralarında olan mübahisəli məsələ ilə bağlı onunla görüşərək söhbət etməyini xahiş etmişdir. O, Nazimi tanıdığı üçün etiraz etməmiş və 2-3 gün keçdikdən sonra Nazim və Tapdıqla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk adına parkdakı kafelərin birində görüşmüşdür. O, elə başa düşmüşdür ki, Tapdıq Nazimi yanına bir aqsaqqal kimi gətirmişdir. Söhbət zamanı Tapdıq və Nazim ona bildirmişlər ki, Tapdığın malları təhvil verdiyi şəxsləri buraya dəvət ediblər, birlikdə onlarla söhbət edib məsələni yoluna qoyacaqlar. Hətta dedikləri şəxslər hələ gəlməmişdən Tapdıq ona Rafiqlə borc müqaviləsi bağlamağını təklif etmişdir. O, bu sözləri eşitdikdən sonra etirazını bildirmiş və heç kimlə görüşməyəcəyini, malını da kimə vermişdirsə, yəni Tapdıqdan tələb edəcəyini deyib çıxıb getmişdir. O, əsəbləşib çıxıb getdikdən sonra həmin gün Nazim ona zəng edərək, bir qədər vaxt möhlət verməyini, yaxın bir zamanda onun malının pulunun veriləcəyini bildirmişdir. O, Nazimə hörmət qoyduğu üçün heç bir söz deməmiş və aralarında olan danışığa görə 10 gün, yəni 2016-cı ilin iyun ayının əvvəllərinə kimi möhlət vermiş, özü isə Naxçıvana çıxıb getmişdir. Buna baxmayaraq bu müddət ərzində o, tez-tez Nazim və Tapdıqla əlaqə saxlamış, pulu barədə maraqlanmışdır. Nəhayət iyun ayı gəlmiş, lakin Tapdıq müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Nazim də həmin ərəfədə ona səbrli olmağını tövsiyə etmişdir. 09 iyun 2016cı il tarixdə o, Bakı şəhərinə yollanmış, orada Tapdığın Zabrat qəsəbəsindəki iş yerində yenə də sözlə çəkişmələri başlanmışdır. O, artıq Tapdıqdan malının kimə verməyini və yerini göstərməyini tələb etmişdir. Tapdıq ona malları verdiyi şəxslərlə görüşməyini xahiş etmişdir. Bu dəfə o, etiraz etməmiş və Tapdığın sözü ilə 10 iyun 2016-cı il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsinin yaxınlığındakı Heydər parkındakı kafelərin birində Tapdıq və Nazimlə görüşmüşdür. Bir qədər sonra oraya Rafiq və yanında tanımadığı iki nəfər şəxs gəlmişdir. Onlardan birinin adı Maşallah olmuş, digərinin isə adını bilməmişdir. Söhbət zamanı Tapdıq ona bildirmişdir ki, satmaq üçün verdiyi qaz sobalarını Rafiqə vermiş, Rafiq isə həmin malları “Sədərək” ticarət mərkəzində inşaat malları satılan bir mağazaya yerləşdirərək satmış, yaxın bir zamanda malın pulunu ona verəcəklər. Tapdıq ona bildirmişdir kİ, Şıx qəsəbəsində bir torpaq sahəsi vardır, həmin torpaq sahəsinə alıcı çıxmış, alıcıdan pulu götürüb malının əvəzində ona verəcəklər. Lakin Tapdıq pul ona verilənə qədər Rafiqlə borc müqaviləsi bağlamağını təklif etmişdir. Əvvəlcə Rafiq onunla borc müqaviləsi bağlamağa razılaşmamış və bildirmişdir ki, ondan heç bir mal, əşya almamış, ona görə də borc müqaviləsi bağlamayacaqdır. Lakin Tapdıq, yanında olan Nazim, Maşallah və adını bilmədiyi şəxslər birlikdə təkidlə Rafiqdən onunla borc müqaviləsini bağlamağını xahiş etmişlər. Onların çox sayda xahişlərindən sonra Rafiq razılaşmış və onu da bir qədər razılığa gətirdikdən sonra sabahısı gün, yəni 11 iyun 2016-cı il tarixdə o, Tapdıq və Rafiq Xətai rayonu ərazisində görüşərək Bakı şəhəri, 6 saylı notariat kontoruna gəlmişlər. Orada malının dəyərini təqribən 139000 manat kimi hesablayaraq bu barədə Rafiqlə aralarında borc müqaviləsi bağlamışlar. Həmin gün o, bir nəfər hüquqşünas tanışı ilə görüşüb başına gələnlər, o cümlədən borc müqaviləsi bağladığını bildirmişdir. Tanışı ona demişdir ki, həmin şəxslər dələduzdular, onu bu şəkildə aldatmışlar. Bundan sonra o, aldadıldığını başa düşüb sabahısı gün, 12 iyun 2016-cı il tarixdə Tapdıqla metronun “Nərimanov” stansiyasının yaxınlığında görüşmüşdür. O, sərt şəkildə Tapdıqdan mallarını hara verib oraya getməklərini tələb etmişdir. Bu sözlərindən sonra Tapdıq onu “Sədərək” ticarət mərkəzinə aparmış, orada ona bir inşaat materialların satışı mağazasını göstərərək bütün iki partiya mallarının məhz həmin mağazaya təhvil verdiyini bildirmişdir. O, avtomobildən düşərək mağazanın sahibi barədə maraqlanmışdır. Mağazada bir nəfər 20-22 yaşlı cavan oğlan ona yaxınlaşmış, o, həmin oğlandan mağazanın sahibini soruşmuş, həmin oğlan isə mağazanın atasına məxsus olduğunu, hazırda isə atasının xatırladığına görə Rusiya Federasiyasında olduğunu demişdir. Cavan oğlandan malları barədə maraqlanmış, həmin oğlan həqiqətən də qaz sobalarının atasının buradakı mağazasına boşaldıldığını, əli ilə Tapdığı göstərərək “bunların bizə pul borcu olduğu üçün, həmin qaz sobalarını götürmüşük, öz borcumuzu çıxdıqdan sonra, qalıq hissəsini də özlərinə ödəmişik” sözlərini demişdir. Tapdıq bunu eşitdikdə müdaxilə etmiş, bu barədə maraqlanmamağı, özü bu məsələyə aydınlıq gətirəcəyinə söz vermişdir. Bundan sonra Tapdıq elə həmin mağazadan Zabratdakı obyektin təmiri üçün 10 kiloqramlıq bitum inşaat materialını almış və onlar birlikdə Tapdığın obyektinə getmişlər. Orada da bir az mübahisə etdikdən sonra Tapdıq ona Rafiq ilə aralarında olan borc müqaviləsinin son müddətinə, yəni 11 iyul 2016-cı il tarixədək gözləməyini, həmin günə qədər onun qaz sobalarına görə olan bütün pulunu ödəyəcəyinə söz vermişdir. O da razılıq verdikdən sonra Naxçıvana qayıtmışdır. Tapdığın bu dəfə də söz verdiyi tarix bitmiş və o, yenə də Tapdıqdan pulunu tələb etməyə başlamışdır. Bu ərəfədə isə Şahid1 ona veriləcək pulun əvəzində Bakı şəhərinin müxtəlif ərazilərində yeni inşa edilmiş binalarda mənzillər təklif etməyə başlamışdır. Bunu Şahid14 da razılaşmağını ondan xahiş etmişdir. O, özünə aid pulu Tapdıqdan hər hansı bir yolla almaq məcburiyyətində olduğundan bu mənzil söhbətinə də etiraz etməmiş və Naxçıvandan Bakı şəhərinə gələrək onlarla birlikdə Bakı şəhərinin Xətai, Nizami, Nəsimi rayonu ərazilərində bir neçə mənzillərə baxmışdır. Həmin binalarda onların müxtəlif tanışları mənzillər göstərmiş, lakin ona məlum olmayan səbəbdən mənzilin ona verilməsi alınmamışdır. Belə ki, Tapdıqdan nəyə görə alınmadığını soruşduqda, sonuncu ona səbəb göstərmədən “narahat olma axır sənə bir mənzil tapıb borcumu sildirəcəyəm” sözlərini demişdir. Bu şəkildə bir neçə ay Tapdıq onu aldadaraq adına heç bir mənzil sənədləşdirməmiş, o da Tapdığın vədləri ilə boş yerinə bir neçə dəfə Naxçıvana gedib yenidən Bakı şəhərinə gəlmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində Tapdıq bir daha onunla əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Koroğlu” parkının yaxınlığında yeni tikili yaşayış binasında bir mənzil təklif etmiş, həmin mənzilin 6-cı mərtəbədə yerləşdiyini, təmirsiz 130 kv.metr olduğunu demişdir. O, mənzilin Tapdığın ona verilməli olduğu puldan artıq qiymətə olduğunu başa düşmüş və mənzilə baxacağını bildirmişdir. Bu dəfə mənzilə baxmağa Tapdığın işçisi Samirin avtomobili ilə, Tapdıq tərəfdən gələn, özünün də Naxçıvandan tanıdığı Siyavuş Şaxtaxtinski ilə birlikdə getmiş, həmin mənzili ona Siyavuş göstərmişdir. Mənzilə baxmış, xoşuna gəlmiş, qiyməti barədə maraqlanmış və müəyyən olunmuşdur ki, Tapdığın ona verməli olduğu puldan əlavə özü də həmin mənzilə görə təxminən 50-60 min manat pul ödəməlidir. Mənzil həqiqətən də xoşuna gəldiyi üçün, həmçinin Tapdıqla aralarında olan pul mübahisəsinə son qoymaq məqsədi ilə mənzili almağa razılaşmış, lakin mənzil adına sənədləşdirildiyi halda Tapdıqdan ona çatası pulunu çıxıb və yerdə qalan pulu verəcəyini söyləmişdir. Onun şərtlərini bildikdən sonra mənzili təklif edən Tapdığın tanışı Məzahir adlı şəxs onun şərtləri ilə razılaşmamış və mənzili verməkdən imtina etmişdir. Belə olan halda Tapdıq ona öz evini verəcəyini bildirmişdir. 15 noyabr 2016-cı il tarixdə Tapdıq öz razılığı əsasında Heydər Əliyev prospektindəki 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda ünvan 6 ünvanında yerləşən, çıxarışı adına olan 1 mərtəbəli 2 otaqlı evinə dair 4 ay 17 gün müddətinə ona etibarnamə vermiş və etibarnamənin qüvvədən düşdüyü vaxt, yəni 01 aprel 2017-ci il tarixədək olan müddət ərzində onun Tapdığa verdiyi qaz sobalarının müqabilində 142762 manat pulu qaytaracağına söz vermişdir. Notariatda olduqları zaman o, ilk dəfə Tapdığın Fazil deyil Şahid1 olduğunu bilmişdir. Hətta özü də təəcüblənib Tapdığın kim olduğunu soruşmuş, sonuncu əsl adının Tapdıq olduğunu təsdiq etmişdir. Etibarnaməni aldıqdan sonra Tapdıqla razılaşmış, sonuncunun vəd verdiyi müddətə inanıb Naxçıvana yollanmışdır. Bir müddət sonra Şahid14 ona demişdir ki, Tapdıq həmin etibarnaməni ləğv etdirib, həmçinin söyləmişdir ki, onsuz da həmin evə aid vərəsələr çoxdu, onların hamısının razılığı olmadığı halda o, evi öz adına keçirə bilməyəcəkdir. Bundan sonra həmin ərəfələrdə Səyavuş Şahtaxtisnski də ona zəng edərək, Tapdığa bir az da möhlət verməyini xahiş etmişdir. 2017-ci ilin mart ayının ortalarında Tapdığın fırıldaqlarına görə yenidən Bakı şəhərinə yollanmış, Bakı şəhərində olduğu zaman Səyavuş Şahtaxtisnski onunla əlaqə saxlayaraq Tapdığın Zabrat qəsəbəsindəki obyektinə gəlməyini xahiş etmişdir. O da Səyavuşun sözü ilə obyektə gəlmiş, həmin vaxt orada özü, Tapdıq, Nazim və Səyavuş olmuşlar. Ona bildirmişlər ki, Elxan adında tanışları vardır, sonuncunun vasitəsi ilə ona mənzil təşkil edəcəklər. Bir qədər sonra adını çəkdikləri Elxan adlı şəxs oraya yanlarına gəlmiş, Elxanla bir qədər söhbət etdikdən sonra sonuncu bildirmişdir ki, 1 həftə ərzində onun adına mənzil yazdıracaqdır və ondan gözləməyini xahiş etmişlər. O da razılıq verdikdən sonra həmin müddəti gözləmişdir. 1 həftə də keçmiş yenə onu aldadaraq heç bir mənzil verməmişlər. Məcbur olub artıq heç kimin xahişlərini nəzərə almayıb özü Tapdıqdan pulunu tələb etməyə başlamışdır. Bir neçə gün sözlə mübahisələri olduqdan sonra 29 mart 2017-ci il tarixdə onu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə dəvət etmişlər. Orada polis təhqiqatçısı Bakir müəllim bildirmişdir ki, Şahid1 şikayəti ilə bağlı onun izahatı alınmalıdır. O da etiraz etməyib izahatını vermiş və bildirmişdir ki, əslində Tapdıq deyil özü ondan şikayət etməlidir, Tapdıq onun külli miqdarda malını ələ keçirtmişdir. Tapdığın belə qabaq gəlmiş hərəkətlərini görüb sonuncunun dələduz olmağına konkret əmin olmuş və Naxçıvana qayıtmışdır. 2017-ci ilin aprel-may ayları ərzində Tapdıqla əlaqə saxlaya bilməmiş, sonuncunun mobil telefon nömrəsinə zəng çatmamışdır. Ona görə də, Tapdığı tapmaq üçün məcbur olub Bakı şəhərinə yollanmışdır. Bakı şəhərində olduğu vaxt ona məlum olmuşdur ki, Tapdıq şəxsi problemləri ilə bağlı Naxçıvana getmişdir. Tapdığın orada olduğunu bilib o, 2017-ci ilin may ayının sonlarında özü də Naxçıvana yollanmışdır. Orada bir qədər Tapdığı axtarmış və bir gün sonuncunun Şahid14 və Fərahim Rəcəbli ilə parkda olduqlarını öyrənib oraya getmişdir. Parkda Tapdıqla söhbət etmiş, sonuncu isə Nazim və Fərahimin yanında bildirmişdir ki, burada şəxsi problemləri vardır, onları həll etdikdən sonra onun pul məsələsini həll edəcəkdir. Həmin müddətdən sonra o, Tapdığı görməmişdir. Naxçıvanda olduğu vaxt 19 iyun 2017-ci il tarixdə Şahid14 onunla görüşüb bir sənəd göstərmiş, həmin sənəd əsasında Nazimin adına "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2 otaqlı 98 saylı mənzilinə dair 17 iyun 2017-ci il tarixli maliyyə arayışı verilmiş, həmin maliyyə arayışında Nazim tərəfindən 32320 manat pul ödənilmişdir. Nazim həmin sənədi ona göstərib bildirmişdir ki, təxminən ay yarım müddətinə Tapdıq onun pulunu vermədiyi halda həmin mənzili onun adıına keçirəcəkdir. Həmin maliyyə arayışında göstərilmişdir ki, Şahid14 tərəfindən 32320 manat məbləğində pulu mənzilin əvvəlki sahibi X3 ödənilmişdir. O, sənədə baxıb Nazimə etiraz etmişdir ona görə ki, həmin mənzilin dəyəri ona dəymiş ziyanın heç 1/3 hissəsini ödəmirmiş. Buna baxmayaraq həmin sənədin surətini Nazimdən götürüb elə həmin gün Bakı şəhərinə yollanmışdır. Belə ki, Tapdıq artıq Bakı şəhərində olmuşdur. Orada yenə Tapdığın Zabrat qəsəbəsindəki obyektinə getmiş, həmin vaxt orada Şahid13 də olmuşdur. O, Nazimin təqdim etdiyi maliyyə arayışının surətini Tapdığa göstərib ona narazılıq etmişdir. Tapdıq və Səyavuş ona bildirmişlər ki, maliyyə arayışında 32320 manat göstərilməsinə baxmayaraq mənzilin qiyməti ondan baha, təxminən 86000 manat dəyərindədir, Şahid14 Bakı şəhərinə gəlib həmin mənzilə dair etiraz ərizəsini yazdıqdan sonra mənzili onun adına keçirəcəklər. Bundan sonra Tapdıq Nazimlə əlaqə saxlayıb onu dəvət etmiş, lakin Nazim yol xərcini tələb etmişdir. O da pulunu almaq məqsədi ilə Nazimin gəlmək xərclərini öz üzərinə götürmüş və bunun üçün 500 manat xərc çəkmişdir. Nazim Bakı şəhərinə gəlmiş, 21 iyun 2017-ci il tarixdə o, Tapdıq və Nazim Nərimanov parkının içərisində yerləşən “İstanbul” kafesində görüşmüşlər. Tapdıq ona bildirmişdir ki, özünün pulu olmadığı üçün o, mənzilin 2500 manat təşkil edən sənədləşmə pulunda köməklik göstərsin. Nazim də bu işin həll olunmasında həmin pulu ödəməyini ondan xahiş etmişdir. O, narazılıq etməmiş, Tapdıq və Nazimlə razılaşıb 2500 manat pulu elə həmin kafedə Nazimə təqdim etmişdir. Nazim pulu qəbul edib həmin mənzili iki gün ərzində onun adına sənədləşdirəcəyinə söz vermiş və onlar ayrılmışlar. 23 iyun 2017-ci il tarixdə Şahid13 ona zəng edib bildirmişdir ki, həmin mənzilə dair maliyyə arayışını onun adına keçiriblər, həmin mənzilə gedib baxmağı təklif etmişdir. Həmin gün o, deyilən ünvana getmiş, orada Tapdıq, Nazim və Səyavuş onu gözləmişlər. Onlar orada Əzizağa adlı bir komendantla görüşüb mənzilə qalxmışlar. O, evin sənədinə baxdıqda görmüşdür ki, 32320 manat əvəzində məbləğ 55000 manat göstərilmişdir. Bunu görüb təəcüblənmiş və Tapdıqdan nəyə görə məbləğin dəyişdirildiyini soruşmuşdur. Tapdıq demişdir ki, hazırki sənəddə evin pulunu tam ödədiyi üçün məbləğ artıq göstərilmişdir. Bundan sonra onlar mənzilə baxmışlar və o da mənzili götürməyinə razılıq verdikdən sonra Tapdığın xahişi ilə sonuncunun ona borclu olduğu puldan 86000 manatı silmişlər. Tapdığın dediyinə görə mənzillərin qiyməti baha olsa da, MTK rəhbərliyi özlərinə aid işlərinə görə maliyyə arayışında qiyməti az göstərmişlər, lakin alıcıdan mənzilin dəyəri qiymətini götürürlər. Bundan sonra o, həmin mənzili özününki bilib təmirinə başlamışdır. Ona məlum olmuşdur ki, mənzilin əvvəlki sahibi Səyavuş Heydərov nüfuzlu bir şəxsdir, ona görə inanıb təmirə başlamışdır. Mənzilin təmiri 2017-ci ilin iyun ayının sonlarından oktyabr ayının əvvələrinə kimi davam etmiş, təmirə 32800 manat xərc çəkmişdir. Evin təmiri müddətində o, Naxçıvandan Tapdıqla əlaqə saxlayıb yerdə qalan, yəni 56762 manat pulunu tələb etməyə başlamışdır. Tapdıq isə ona Bakı şəhərinə gəlməyini xahiş etmişdir. O, 2017-ci ilin sentyabr ayının sonlarında Tapdığın sözü ilə Bakı şəhərinə gəlmiş, sonuncu ilə Zabrat qəsəbəsindəki obyektində görüşmüşdür. Oraya gələndə görmüşdür ki, Tapdıq, Şahid13 və iki nəfər tanımadığı şəxslərlə yeyib içirmişlər. Həmin tanımadığı şəxslərdən birinin adının Mehrac olduğunu Tapdıq söyləmiş və onu həmin iki nəfər şəxslə tanış edib süfrə arxasına dəvət etmişdir. O, Tapdığa etiraz etmiş və bura gəlməmişdən nahar etdiyini bildirməklə yerdə qalmış pul məsələlərinə keçməyi təklif etmişdir. Mehrac dediyi şəxs onun sözünə müdaxilə edərək bildirmişdir ki, spirtli içkidən çox miqdarda qəbul etmiş, Tapdıqla aralarında olan söhbəti səhəri günə davam etməyi təklif etmişdir. Mehrac adlı şəxsin belə tonda danışmağı ona xoş olmamış və o, Mehraca hansı səbəbə görə aid olmayan məsələyə qarışdığını soruşmuşdur. Tapdıq təkidlə ona demişdir ki, “sən Mehracı tanımırsan?”. O, isə tanımadığını demiş, bundan sonra Tapdıq “Mehrac 2 nəfər şəxsi qətlə yetirdiyinə görə 27 il cəza çəkib” sözlərini demişdir. O, isə Mehracın kim olduğunun onların işinə heç bir aidiyyəti olmadığını Tapdığa söyləmişdir. Mehrac bir daha söhbətin səhərə qaldığını bildirdikdə o, süfrə arxasından qalxaraq Mehraca sərt şəkildə onların məsələsinə qarışmamağını təklif etmiş və çıxıb getmişdir. Səhərisi gün Tapdıq onunla telefonla əlaqə saxlayaraq bir daha Zabrat qəsəbəsindəki obyektinə dəvət etmişdir. O, gedəndə orada Tapdıq, işçisi Samir, Şahid13, qardaşı İlqar Şahtaxtinski, həmçinin dediyi Mehrac adlı “kriminal” şəxs olmuşlar. Mehrac ona Tapdıqla aralarında olan pul məsələsi ilə bağlı oturub söhbət etməyi təklif etmişdir. O, Mehraca bu məsələyə qarışmamağını tövsiyə etmişdir. Lakin Mehrac ona israrla Tapdığa pulun qaytarılmasında vaxt verməyini xahiş etmişdir. O isə bildirmişdir ki, artıq Tapdığın xahişləri 1 ildən çoxdur ki, qurtarmır, artıq bitibdir, heç bir xahişi qəbul etmir, pulunu tələb edir. Bu sözlərindən sonra Mehrac hədə-qorxu sözlərlə onu bu işdən çəkindirmək istəmişdir. Buna baxmayaraq o, hamının yanında bir daha Tapdığa pulunun qalan hissəsini qaytarmasını tələb etmiş və Mehracın hədələrinə əhəmiyyət vermədən oradan çıxıb getmişdir. Həmin gün günorta saatlarında Yasamal rayon icra şöbəsindən onun mobil nömrəsinə zəng gəlmişdir. İcra məmuru ona bildirmişdir ki, "xxxx" MTK-nın binasında özünə aid olmayan mənzildə təmir işləri aparmış, məhkəmə qətnaməsi əsasında həmin mənzil ona deyil, X1 məxsusdur. Ona görə də, mənzilin qapısını qırmamaq üçün açarlarını könüllü surətdə təqdim etməyini bildirmişdir. O, icra məmuruna bildirmişdir ki, evi ona satan şəxslə əlaqə saxalyıb zəng edəcəkdir. Bunları eşidib həyacan keçirmiş və dərhal Tapdığa zəng etmişdir. Tapdıq zənglərinə cavab vermədiyi üçün Şahid13 zəng etmiş və baş verənlər barədə danışmışdır. Siyavuş ona səhərisi gün birlikdə Yasamal rayon icra şöbəsinə getməyi təklif etmişdir. Səhərisi gün Səyavuşla birlikdə Yasamal rayon icra şöbəsinə getmişlər, yolda hətta Səyavuş ona bunun mümkün olmadığını, kiminsə onunla zarafat etdiyini bildirmiş, lakin icra məmurunun otağına ikisi daxil olduqda icra məmuru Tiqrina Rzayevanın həmin mənzilə aid xeyrinə olan məhkəmə qətnaməsini göstərərək, mənzilin ona heç bir aidiyyəti olmadığını təsdiq etmişdir. Bununla da o, artıq bir daha Tapdıq tərəfindən aldandığını bilmişdir. 2017-ci ilin oktyabr ayının ortalarında onlar Siyavuş Şaxtaxtinski ilə Zabrat qəsəbəsində Tapdığın obyektinə yollanmışlar, həmin vaxt Tapdıq Nazim və həmin Mehrac adlı şəxslə birlikdə orada olmuşlar. O, Tapdıqdan mənzil məsələsinin nə olduğunu soruşmuş, Tapdıq isə bildirmişdir ki, bu məsələdən xəbərdar olub, evi aldıqları adamlar yoldadılar, buraya gəlirlər. Oraya əvvəl bir dəfə Tapdıqgilin yanında gördüyü Elxan və tanımadığı Siam adlı şəxslər gəlmişlər. Elxanın bir dəfə ona yalan vəd verdiyini xatırlayıb Tapdığa demişdir ki, hansı səbəbə görə Elxanı buraya çağırmışdır. Tapdıq isə ona demişdir ki, mənzili məhz həmin Elxan və Siam adlı şəxslərdən almışdır. O, adı çəkilən bütün şəxslərin yanında Tapdığa bildirmişdir ki, artıq bütün hədləri keçib, pulu qaytarmaq üçün ona heç bir vaxt vermir, təcili gün ərzində ona aldadaraq aldığı pulları evin təmirinə çəkdiyi xərci toplam şəkildə qaytarsın. Tapdıq bildirmişdir ki, Naxçıvan şəhərində ona məxsus çıxarışı və tikintisi olan, təxminən 41 sot ölçüdə anbar obyekti vardır, lakin ailə üzvləri narazı olduqlarına görə onun adına keçirə bilmir, ona görə ki, ailə üzvləri Tapdığın ona qarşı olan borcunu bilirlərmiş. Tapdıq demişdir ki, səhərə kimi nə edəcəyini düşünüb ona deyəcəkdir. O isə bildirmişdir ki, Tapdıq səhər pul məsələsini həll etməsə günorta saatlarında sonuncunun barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Bu sözləri deyib o, baş verənlərlə bağlı əsəblərini sakitləşdirmək məqsədi ilə həmin gün axşam saatlarında tək halda dənizkənarı parka gedib orada bir çayxanada əyləşərək çay içmişdir. Bu zaman gözlənilmədən Şahid13 və Mehracın ona yaxınlaşdıqlarını görmüşdür. Bunları görüb əsəbləşmiş və onlara “məni güdürsünüz” sözlərini demişdir. Səyavuş və Mehrac isə bildirmişlər ki, guya təsadüfən buraya gəlmişlər, kiminləsə görüşləri vardır. Bundan sonra o, Səyavuş və Mehraca əhəmiyyət verməyib oradan çıxıb Abşeron mehmanxanasının yanında saxladığı avtomobilinə doğru getmiş, orada Tapdığın “Mitsubishi Pajero” markalı avtomobilində Nazimlə birlikdə əyləşdiklərini görmüşdür. O, bunu görüb Tapdığa yaxınlaşmış və burada nə etdiyini soruşmaq istədikdə Tapdıq onu görüb oradan uzaqlaşmış, o da çıxıb getmişdir. Səhərisi gün Tapdığa zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Təzədən Səyavuşa zəng edib Tapdıq barədə maraqlanmış, Səyavuş isə Atatürk parkında olduğunu, ona da oraya gəlməyini təklif etmişdir. O, Səyavuşun sözü ilə dediyi yerə gəlmiş, parkda Səyavuş qardaşı İlqarla birlikdə çay içirmişlər. Səyavuşa bildirmişdir ki, icra məmuru mənzilin açarlarını istəyir, Tapdığı isə tapa bilmir. Səyavuş Tapdığın harada olmasını bilmədiyini söyləmiş və bu zaman Səyavuşa zəng gəlmişdir. Səyavuş onların çayxanada oturduqlarını söyləmişdir. Az sonra oraya Mehrac gəlmiş və onlarla masa arxasına əyləşmişdir. O, Səyavuşla Tapdığın məsələsini aydınlaşdırdığı zaman Mehraca zəng gəlmişdir. Mehrac masadan qalxıb bayıra çıxmış, bunun arxasınca onlar da masadan durmuşlar. Mehrac tərəfə yaxınlaşdıqda sonuncunun telefonda kiminləsə danışıb güldüyünü görmüş, danışıb qurtardıqdan sonra Mehrac gülərək ona “Zakir, sən artıq özüvü at dənizə” sözlərini deməklə Tapdığın ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Bundan sonra oraya yanlarına Nazim də gəlmişdir. Onlar bir qədər dayandıqdan sonra aralanmış, Nazim ona yolüstü düşürtməyini xahiş etmişdir. Onlar Nazimlə onun avtomobilində yol getdikləri zaman ona Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Fərid Məmmədov zəng etmiş və Tapdığın ondan şikayət etdiyini bildirərək sabahısı gün səhər saat 10:00-da xidməti otağına dəvət etmişdir. O, razılaşıb səhərisi gün, yəni 20 oktyabr 2017-ci il tarixdə Fərid Məmmədovun yanına gedib izahat vermişdir. Orada ona məlum olmuşdur ki, Tapdıq onun barəsində şər və böhtanedici ifadələr vermişdir. O da izahatında bütün şərlərini təkzib edərək sadəcə onu bir neçə dəfə aldadaraq ələ keçirdiyi pulları qaytarmağını tələb etmişdir. Həmin araşıdırma ilə sübut olunmuşdur ki, Tapdığın onun barəsində yazdıqdan şər və böhtan olmuş, sadəcə ona pulu qaytarmaqdan boyun qaçırtmaq məqsədi ilə belə bir şikayət etmişdir. Həmin araşdırmadan da sonra o, dəfələrlə Tapdıqdan pullarını geri qaytamasmı tələb etmiş, müxtəlif instansiyalara bununla bağlı müraciət etmişdir. Lakin bu günə kimi, Tapdıq dələduzluq yolu ilə aldadaraq ələ keçirdiyi pullarını geri qaytarmamış, bunun məqsədi Qazaxstan adı ilə onun mallarını alıb öz borclarının əvəzinə başqa şəxslərə verib və sonradan pulunu qaytarmaqdan yayınaraq bir qrup şəxslə əlbir olmaqla ona saxta sənədlərlə mənzil verib üstünə kriminal ailəmin adamını gətirib pulunu mənimsəmək olmuşdur. Ona görə də, Şahid1 qaz sobalarını 142762 manat, mənzilin təmirinə çəkdiyi 32800 manat, Tapdıqla Nazimə evin sənədləşdirilməsi üçün 2500 manat, Nazimin Naxçıvandan Bakıya gəlib getməsi üçün çəkdiyi 500 manat yol xərcini Şahid1 alınıb ona verilməsini, Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun fəaliyyəti əsasən tikinti-təmir işlərini həyata keçirmək və müxtəlif çeşidli tikinti materiallarını ölkəyə idxal etməkdən ibarət olmuşdur. Hazırda "xxxx" MTK-nin müdüri vəzifəsində işləyir. Uzun müddətdir o, Bakı şəhərində kommersiya fəaliyyəti ilə məşğul olur, ofisi və anbarları isə Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşir. 2016-cı ilin yanvar ayında tanışı Şahid15 bir neçə dəfə ona müraciət edərək, Naxçıvan MR-dan iş adamı Zərərçəkmiş şəxs müxtəlif məişət qaz sobalarının satışında köməklik göstərməyini xahiş etmişdir. O, əvvəlcə Farailə, daha sonra isə Zakir özü ona zəng etdikdə, hər ikisinə bildirmişdir ki, qaz sobalarının satışı ilə məşğul olmamış, işi əsasən tikinti materialları ilə əlaqədardır. Buna baxmayaraq Zərərçəkmiş şəxs zəng edib xahiş etmişdir ki, onun Türkiyədən alıb gətirdiyi və ümumi dəyəri 139000 manat təşkil edən 2042 ədəd müxtəlif qiymətli stolüstü qaz sobalarının onun ofisinin həyətinə boşaldılmasına icazə versin və gələcəkdə həmin sobalərin satışının onun ofisindən həyata keçirilməsinə köməklik göstərsin. Bir həmyerli kimi o, Zakirin sözünü yerə salmamış və sonuncunun qaz sobalarının onun ofisinin həyətinə boşaldılmasına etiraz etməmişdir. 2016-cı ilin yanvar ayının təxminən 20-25 arası Zərərçəkmiş şəxs Bakı şəhərinə, onun Zabrat qəsəbəsində yerləşən ofisinə gəlmiş, 2-3 il əvvəl Türkiyədən satış məqsədi ilə müxtəlif çeşidli məişət qaz sobalarını idxal etdiyini, bu müddət ərzində həmin sobaların satışını təşkil edə bilmədiyini bildirmişdir. Bu işdə kömək etməyini xahiş etmiş, bu köməyin müqabilində ona 20000 manat vəd etmişdir. O, isə öz növbəsində Zakirə təmənnasız bacardığı köməyi edəcəyini bildirmiş, Zakir ona malların sənədlərini də vermişdir ki, müştəri çıxdığı halda çeşidləri və qiymətləri izah edə bilsin. Elə həmin gün bu malların satışının təşkili üçün qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs qaz sobalarının bir hissəsini Bakı şəhərinə, onun Zabrat qəsəbəsində yerləşən obyektinə göndərsin. Bundan sonra 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs öz deməsinə görə ümümi dəyəri 83000 manat olan cəmi 1157 ədəd qaz sobalarının bir hissəsini onun obyektinə göndərmişdir. Zərərçəkmiş şəxs sözlərinə görə həmin malları Qəbələ rayonundan göndərmiş, həmin vaxt o, obyektdə olmasa da, Zakirin tapşırığına əsasən malları bir yük avtomobili ilə gəlib boşaltmışlar, uzun müddət keçdiyindən dəqiq xatırlamır, obyektdə fəaliyyət göstərən kafenin işçilərindən kimsə malları qəbul etmişdir. Həmin 1157 ədəd qaz sobası bir, iki, üç və dörd “gözlü” sobalar olmuşdur. Onun Əli adında tanışı olmuş, Əlinin oğlu isə Qazaxıstanda işləmiş, o, Əlinin oğlu ilə əlaqə saxlayıb əlində sobaların olduğunu və bunları satmaq üçün Qazaxıstana göndərmək istədiyimi bildirmiş, Əlinin oğlu sobalardan birini Qazaxıstana nümunə kimi aparmış, daha sonra ona bildirmişdir ki, sobaların dəyəri baha olduğuna görə sobaların burada satılması mümkün deyildir. O da sobaların satışı ücün belə işlərdə təcrübəsi olan adamlarla tanış olmuş, onlara, bəzi tanışlara bu qaz plitələrindən nümunələr vermiş, 2 aydan artıq müddət ərzində bütün nümunələr geri qaytarılmışdır. Bir ədəd belə plitə satmaq mümkün olmamışdır. Buna səbəb Zərərçəkmiş şəxs təklif etdiyi qiymətlərin mövcud bazar qiymətlərindən 2 dəfə baha olması olmuşdur. O, bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdə sonuncu bildirmişdir ki, bu sobalar alınanda 1 ABŞ dolları 78 qəpik olub, sonradan inflyasiya ilə əlaqədar 1 ABŞ dollar 1,7 manatdır və qiymətlərdə endirim mümkün deyil. Bir müddət bundan sonra sobalar onun obyektində qalmış və sobaların satışını təşkil etmək mümkün olmamışdır. Həmin ərəfədə onun obyektinə 2013-2014-cü illərdən mərmər-qranit alış-verişi ilə məşğul olduğu Şahid2 adlı tanışı gəlib-getmiş və həmin qaz sobalarını də obyektdə görmüşdür. Sobalar barədə maraqlandıqda o, Maşallaha qiymətləri və çeşidləri barədə məlumat verib bildirmişdir ki, həmin qaz sobalarını bir nəfər tanışı satır, müştəri tapdığı halda sata bilərlər. Maşallah bunu nəzərə alıb çıxıb getmişdir. 2016-cı ilin təxminən aprel ayının ortalarında Maşallah onunla görüşüb bildirmişdir ki, obyektdə olan qaz sobalarının nisyə götürüb pulunu bir ay müddətinə ödəmək şərti ilə müştəri tapa bilər. O, Maşallaha sobaların başqa adama, yəni Zərərçəkmiş şəxs məxsus olmasını və nisyə satmaq üçün Zakirlə danışacağını bildirmişdir. Maşallah da ondan cavab gözləyəcəyini deyib çıxıb getmişdir. Bundan sonra mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxslə əlaqə saxlayıb Zakirə məxsus qaz sobalarını nisyə, yəni bir ay müddətinə pulunu ödəmək şərti ilə almaq istəyən Maşallah adlı bir tanışının olduğunu bildirmişdir. Zakir isə öz növbəsində qaz sobalarını həmin şəxsin hansı qiymətə götürəcəyi barədə maraqlandıqda və o, Zakirin təyin etdiyi qiymətə danışdığını demişdir. Həmin səbəbdən də Zakir malları bir ay müddətinə nisyə verməyə razılaşmışdır. Maşallaha da Zakirin dediyi qiymətlərlə mallarını satılmasına və 1 ay müddətinə pulunun ödənilməsinə razılıq verdiyini dedikdən sonra Maşallahın da razılığına və xahişinə əsasən o, obyektində olan qaz sobalarını 1 yük avtomobilinə yükləyib sürücüsü Samiqin vasitəsi ilə Maşallahın dediyi ünvana, yəni “Sədərək” ticarət mərkəzində yerləşən bir anbara göndərmişdir. Qaz sobaları avtomobildən boşaldılan kimi Maşallaha zəng vurmuş və bir daha ödənişin detallarını və dəqiq vaxtını müəyyən etmək üçün onunla danışmışdır. Bu dəfə Maşallah ödənişin 6-12 ay müddət ərzində mümkün olacağını bildirmişdir. O, bunu eşitdikdə kəskinliklə Maşallaha etirazını bildirmiş və sürücüsü Samiqlə əlaqə saxlayaraq qaz sobalarını geri qaytarmaq göstərişini vermişdir. Həmin vaxt Maşallah və yanında olan qardaşı Səadət ona zəng edib dönə-dönə sobaları geri qaytarmamağını xahiş etmişlər. Buna baxmayaraq o, onlara razılıq verməmiş və qəti olaraq malların geri qaytarılmasını bir daha tapşırmışdır. Elə üstündən 20-30 dəqiqə keçdikdən sonra Zabratdakı obyektinə Maşallahın tanışları olan iki nəfər şəxs gəlmiş, onlar özlərini Rafiq və Azər kimi təqdim etmişlər və onunla sobalarla bağlı danışmaq istədiklərini bildirmişlər. Rafiq bildirmişdir ki, sobalara görə məsuliyyəti öz üzərinə götürür və həmin mallara aid verilməli nəgd pulun əvəzində 1 ay müddətinə Bakı şəhərində yeni tikilən binaların birindən mənzil verəcəyini boyun olmuşdur. O, həmin şəxsləri dinlədikdən sonra ilk olaraq telefonla Maşallah ilə əlaqə saxlamış, Maşallah bildirmişdir ki, qaz sobalarını alan məhz həmin Rafiq adlı şəxsdir, sonuncunun dediyi şərtləri ilə razılaşsın, Rafiqin dəqiqliyi ilə şərti pozmayacağına onu əmin etmişdir. O, Maşallah ilə əvvəllər də kommersiya fəaliyyəti məşğul olduğu üçün və sonuncunun heç bir vaxt onu aldatmadığına görə inanıb bu barədə malların sahibi Zərərçəkmiş şəxslə əlaqə saxlamaq qərarına gəlmişdir. Elə həmin gün, yəni 2016-cı ilin aprel ayının ortalarında o, Zabratdakı obyektində elə Rafiq və Azərin yanında Zərərçəkmiş şəxslə əlaqə saxlamış və Rafiqin təklifini Zərərçəkmiş şəxs anlatmışdır. Zərərçəkmiş şəxs yenə də alıcının onun qiymətlərini qəbul etdiyini dəqiqləşdirdikdən sonra bu təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs razılığı əsasında o, yenidən sürücüsü Samiqlə əlaqə saxlayaraq qeyd olunan qaz sobalarının anbara boşaldılmasına icazə vermişdir. Üstündən təxminən 10-15 gün keçdikdən sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə gələrək onunla Zabratdakı yerində görüşmüş və sonradan onlar birlikdə Bakı şəhərində xatırlamadığı bir yerdə görüşmüşlər. Orada üçü Rafiqin aldığı qaz sobaların əvəzində nə mənzil verəcəyi barədə söhbət etmişlər. Rafiq mənzil barədə Zakirə aydınlıq gətirdikdən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, onda bir qədər də 56000 manat dəyərində qaz sobaları vardır, əgər ona veriləcək mənzilin dəyəri artıq olarsa, həmin sobaları da Rafiqə verə bilər. Onlar razılığa gəldikdən sonra Rafiq 1 ay müddətində Zərərçəkmiş şəxs sahəsi 138 kv.m olan mənzil verəcəyini bildirmiş, əvəzində isə Zakirin əlavə mallarını da göndərməyini xahiş etmişdir. Rafiq demişdir ki, götürmüş olduqları 83000 manatlıq 1257 ədəd qaz sobalarının dəyəri Zakirə vermək istədiyi mənzilin pulunu ödəmir. Ona görə də xahiş etmişdir ki, həmin mənzilin pulunun tam bağlanması üçün Zakirin sözlərinə əsasən onda olan 56000 manatlıq 785 ədəd qaz sobalarını da ona versin. Zakir Rafiqin bu təklifi ilə də razılaşmış və həmin sobaları da 04 may 2016-cı il tarixdə Biləsuvar rayonundan yüklədib birbaşa Rafiqin dediyi ünvana, “Sədərək” ticarət mərkəzində Azərin dükanına göndərmiş, daha sonra Zərərçəkmiş şəxs bir daha 2016-cı ilin iyun ayında Bakı şəhərinə gəlmiş, Rafiqlə görüşmüş, notariat kontorunda Zərərçəkmiş şəxs Rafiqə 139000 manat borc verməsi haqqında müqavilə bağlamışlar. Həmin vaxt o, notariusda iştirak etməmişdir. Hətta Zakir Təqsirləndirilən şəxslə birgə bir sıra mənzillərə də baxış keçirmişlər. Lakin sonra ona məlum olmuşdur ki, Rafiq vəd etdiyi mənzili vaxtında Zərərçəkmiş şəxs adına yazdırmamışdır. Həmin ərəfədə Rafiq ona təklif etmişdir ki, o, bir maşın pilləkənlik mərmər versin, çox tez zamanda Zərərçəkmiş şəxs mənzil yazdıracaqdır. O da Zərərçəkmiş şəxs görə həmin məsələnin tez bir zamanda həlli üçün Rafiqə 16640 manat dəyərində mərmər vermişdir. Lakin mənzil yenə də verilməmişdir. Bir gün Rafiq onunla görüşə gələndə Azərin gecə ikən sobaların dükandan xəbərsiz çıxardığını, Azərin Rusiyaya qaçdığını bildirmişdir. Rafiq həmçinin bildirmişdir ki, bütün vədlər qüvvədə qalır və çox qısa müddətə o mənzili Zərərçəkmiş şəxs adına yazdıracaqdır. Amma bir müddət sonra məlum olmuşdur ki, Rafiq də qaçıb və harada isə gizlənir. O, Rafiqi də tapa bilmədiyi üçün Zakirin narahat olduğunu bilib Maşallah ilə əlaqə saxlamış və sonuncuya bu məsələnin Zakirə malların əvəzinə pulun və ya əvəzində mənzilin verilmədiyinə görə iradlarını bildirdmişdir. Bu zaman Maşallahın qardaşı Səadət yenə də özünü qabağa vermiş, onlar hər ikisi Rafiqin ağır xəstə olduğunu bildirməklə, Rafiqi sıxmamağını, bir qədər vaxt verilməsini xahiş etmişlər, hətta Rafiqin bu işinin həllini sürətləndirmək üçün Səadət ondan 10000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Səadət ona demişdir ki, həmin pula MTK-nın birində tanışlarının vasitəsi ilə Zakirin adına mənzil yazdıracaqdır. Yenə də məsələnin tez bir zamanda həlli naminə o, tanışlardan həmin məbləği borc almış, Səadətə 10000 ABŞ dolları pulu vermişdir. Amma mənzil ayrılması məsələsi yenə həll edilməmişdir. Elə bundan sonra da Zakir ilə onun arasında münasibətlər getdikcə kəskinləşməyə başlamışdır. Zərərçəkmiş şəxs artıq Təqsirləndirilən şəxs ilə notariat qaydasında borc müqaviləsi bağlamasına baxmayaraq, malların pulunu ancaq ondan tələb edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs təklif etmişdir ki, bu haqda qanuna müvafiq aidiyyati hüquq mühafizə orqanlarına müraciət etsinlər. Lakin Zərərçəkmiş şəxs heç kimə şikayət etməyəcəyini, pulunu ancaq ondan tələb etdiyini bəyan etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həm telefonda, həm də görüş zamanı onu təhqir etmiş, hədəqorxu gəlmiş, ona qarşı zorakılığa əl atmış, hətta ölümlə hədələmişdir. Zərərçəkmiş şəxs təkidli təzyiqlərinə və hədə-qorxusuna məruz qalmışdır. 11 noyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs növbəti dəfə onun Zabratdakı obyektinə gəlmişdir. Həmin vaxt orada onların ortaq tanışları Şahid13, Şahid14, Nəriman Abbasov və Zakirlə birlikdə gələn Mehmanın qarşısında ona əl qaldırmış, ona zor işlətmiş, ölümlə hədələmiş, 139000 manat məbləği təcili ödəməyi və ya bütün əmlakını adına keçirməyi tələb etməyə başlamışdır. Aradakı gərginliyi və təhlükəni sovuşdurmaq üçün dostlarının məsləhəti ilə o, əlacsız qalaraq Naxçıvan şəhərindəki valideynlərindən miras qalmış əmlakı Zərərçəkmiş şəxs adına keçirməyə, daha doğrusu notariat qaydasında Zərərçəkmiş şəxs həmin əmlaka dair baş etibarnamə verməyə məcbur olmuşdur. Lakin bu da Zərərçəkmiş şəxs qane etməmişdir. Zakir hamının yanında çoxlu pulu, imkanlı adamları olduğunu bildirmiş, heç kimdən, heç nədən çəkinmədiyini, adam öldürsə belə, məsuliyyətdən yayınmaq imkanı olduğunu bəyan etmişdir. Zərərçəkmiş şəxs 20 fevral 2017-ci il tarixdə yaşadığı ünvana gəlmiş, danışmaq adı ilə onu küçəyə çağırmış, həmişəki kimi onu ölümlə hədələmiş, ona qarşı zorakılıq etmiş, səhərə qədər pulu verə bilməsə onu öldürəcəyini bildirmişdir. Həyatının təhlükə qarşısında olduğunu bilərək 27 mart 2017-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng etməli olmuşdur. Onu 25-ci Polis bölməsinə dəvət etmişlər, ərizəsini qəbul etmişlər, araşdırma aparılmış, onun iştirakı ilə qaz sobalarının təhvil verildiyi yerə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs, Maşallahdan izahat alınmış və materiallar araşdırmanın davam etdirilməsi üçün Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə göndərilmişdir. Bir müddət Zərərçəkmiş şəxs sakitləşmiş, lakin qısa bir müddətdən sonra Zərərçəkmiş şəxs yenə də ona qarşı təzyiqlərə başlamışdır. Ya pulun ödənilməsini, ya da əmlakının adına keçirilməsini tələb etmişdir. 14 iyun 2017-ci il tarixdə anasının ildönümü ilə əlaqədar Naxçıvan şəhərində yas mərasimində olarkən, ondan iki gün sonra, 16 iyun 2017-ci il tarixdə Zərərçəkmiş şəxs onunla Naxçıvan şəhərində Ukrayna deyilən yerdə çayxanada görüşmüş, həmin vaxt yanında onları tanış edən Şahid15 və ümumi tanışları Şahid14 yanında olmuşlar. Zakir orada ona avtomobilə əyləşərək getməyini təklif etmişdir. O, Fərail və Nazimə bir azdan gələcəyini demiş, həmin gün Zakir avtomobili ilə onu Əsabi-Kəf istiqamətində heç kəsin olmadığı dağlıq yerlərə aparmış, onu vurmuş, boğmağa cəhd etmişdir, dağdan atmaqla hədələmiş, sonra onu şəhərə qaytarmışdır. Zakirin bu hərəkətlərindən sonra həm öz həyatı, həm yaxınlarının həyatının təhlükədən qurtarmaq üçün tanışlarından borc pul toplayıb 2017-ci ilin iyun ayının sonlarında Bakı şəhərinə gələrək orada Yasamal rayonu ərazisində yerləşən "xxxx" MTK-də sahəsi 101 kv.metr, qiyməti 70000 manat olan mənzili Zakirin adına keçirtmişdir. Belə ki, o, Səadətə Zakirin adına mənzilin ayrılması məqsədi ilə 10000 ABŞ dollarını verdiyi üçün tez-tez məsələnin nə yerdə olduğu barədə Səadətdən maraqlanırmış və tez bir zamanda bu işin həll etməyini tələb etmişdir. Ona görə də, qeyd etdiyi tarixdə dostu Şahid13 ilə birlikdə Zabrat qəsəbəsində obyektdə oturub çay içdikləri zaman bir nəfər tanımadığı Faiq adlı şəxs Siyavuşa zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin Faiq adlı şəxsi Zabrata obyektə dəvət etmişlər. Faiq yanında Elxan adlı şəxslə gəlmişdir. Orada onlara məlum olmuşdur ki, Səadətə görə onların məsələsi üçün vaxt almağa gəlmişlər. Bir qədər söhbət etdikdə Elxan demişdir ki, Səadətə görə gəlmiş, təxminən 1 ay vaxt istəmiş, söz vermişdir ki, həmin müddət ərzində Səadətin əvəzində onlara mərmər-qranit və ya mənzil verəcəkdir. O da Elxanla razılaşmış və deyilən vaxtı gözləmişdir. Hətta bundan sonra o, Zakirin Elxanla görüşünü təşkil etmiş, Elxan həmin sözləri Zakirə də demiş və Səadətgilin pulu Zakirə vermədikləri halda özü hansısa bir formada ödəyəcəyinə söz vermişdir. Həmin görüş onun Zabratdakı obyektində baş tutmuş, orada Zakir, Şahid13, Elxan, sonuncu ilə gələn Faiq olmuşlar. Elxanın da söz verdiyi vaxtın keçməsinə baxmayaraq yenə də bir nəticə olmamışdır. Ona görə də, Əsabi-Kəfdəki hadisə ona pis təsir etdiyi üçün tezliklə Bakı şəhərinə gəlib Səadətdən verdiyi vədə əməl etməyini tələb etmişdir. Elə həmin vaxt da təsadüfən Elxanla rastlaşmış və ondan məsələnin nə yerdə olduğunu soruşmaqla Zakirin onu pul mübahisəsi ilə bağlı dəhşət narahat etdiyini danışmışdır. Elxan ona demişdir ki, bir nəfər Siyavuş adlı tanışı "xxxx" MTK-də sahəsi 101 kv.metr olan mənzili ona verə bilər, lakin bunun müqabilində ya 70000 manat nəgd pul, ya həmin məbləğdə mərmər-qranit materialı vermək lazımdır. O, əlində nəğd pulunun olmadığını, lakin mərmər-qranit materialı təşkil edəcəyini Elxana bildirmişdir. Belə də onlar Elxanla razılığa gəlmişlər. Əvvəlcə Elxan tərəfindən tanışları Şahid14 adına "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2 otaqlı 98 saylı mənzilinə dair 17 iyun 2017-ci il tarixli 32320 manat pul ödənilən maliyyə arayışı verilmişdir. Nazim bu işə ona görə qarışmışdır ki, Zakirlə onun arasında sülh yaratsın və həqiqətən də buna çalışmışdır. Elxan Nazimin adına olan bu maliyyə arayışını verdikdə onlara bildirmişdir ki, hələlik bunu Zakirə göstərsinlər, daha sonra Zərərçəkmiş şəxs öz adına daha yüksək məbləğlə mənzilə dair maliyyə arayışı verəcəkdir. Onlar hələ Elxana heç bir məbləğdə pul ödəmədən həmin sənədi götürmüş və Nazim Naxçıvana yollanmışdır. Orada Zakirlə görüşərək maliyyə arayışını göstərmiş, Zakir isə həmin sənədi görüb Nazimdən götürüb özündə saxlamış və özünün adına olan sənədi verdikdən sonra bunu qaytaracağını bildirmişdir. Bundan sonra Nazim Bakı şəhərinə qayıtmış və bir neçə gün sonra Elxan bir daha onlarla əlaqə saxlamış, maliyyə arayışını vermək üçün Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və ilkin olaraq 2000 manat pul verməli olduqlarını demişdir. Bununla bağlı o, Zakirə zəng edib Elxanın sözlərinə əsasən mənzili addan ada keçirtməyə görə 2000 manat pul göndərməyini, ona mənzili götürəcəyini bildirmişdir. Zakir isə həmin məbləğdə pulu və şəxsiyyət vəsiqəsini göndərmişdir. Bundan sonra 21 iyun 2017-ci il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən DİNnin 2 nömrəli poliklinikasının yaxınlığında Elxanla görüşərək Zakirin şəxsiyyət vəsiqəsini və 2000 manat pulu vermiş, sonuncu özü gedib qeyd olunan mənzilə dair Zakirin adına mənzilin pulunun tam ödənilməsi ilə bağlı maliyyə arayışı götürərək 2-3 gündən sonra ona Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun “Nərimanov” stansiyasının yaxınlığında ona təqdim etmişdir. O da maliyyə arayışını Nazimin vasitəsi ilə Naxçıvana Zakirə göndərmişdir. Özü isə vəd verdiyi kimi 10 gün ərzində Elxana 51000 manat dəyərində mərmər-qranit materialını vermiş, pulun qalan hissəsi, 17000 manatını isə hissə hissə material şəkilində verəcəyini demiş, Elxan da onun vəziyyətini başa düşüb etiraz etməmişdir. Mərmər-qraniti Elxan hissə-hissə gəlib onun Zabratdakı yerindən götürmüş, həmin materialın böyük hissəsini o, tanışlarından nisyə götürmüşdür. Bundan sonra Zakir həmin mənzildə təmir işləri aparmaq qərarına gəlmişdir. Onlar Bakıda görüşərək Elxanın vasitəsi ilə "xxxx" MTK-nin sədri Cahangir müəllimlə əlaqə saxlamışlar və mənzil barədə maraqlanmışlar. Cahangir mənzilin kimə məxsus olması barədə maraqlanmış, onlar mənzilin bundan əvvəl Siyavuş adlı şəxsin adına olduğunu bildirdikdə Cahangir demişdir ki, əgər Siyavuşun adına olan mənzildən söhbət gedirsə heç bir problem yoxdu, rahat təmirə başlaya bilərlər. Bundan sonra Zərərçəkmiş şəxs həmin mənzilin təmirinə başlamış və başa çatdırmışdır. Elə həmin ərəfədə Zakirə Yasamal rayon icra şöbəsindən zəng edilərək məhkəmə qətnaməsinə əsasən mənzilin başqa bir Tiqrina adlı qadına məxsus olduğunu bildirməklə, mənzilin açarlarını verməyi tələb etmiş, əks halda qapının sındırılacağını bildirilmişdir. Bunu ona Zakir özü demişdir və ondan sonra yenə ona qarşı təzyiqlərə başlamışdır. Onun mənzilin sənədinin düzgün olub-olmaması barədə məlumatı olmamış, eləcə Zərərçəkmiş şəxs əlindən yaxa qurtarmaq üçün özü ziyana getmiş və Elxanın vasitəsi ilə münasib mənzil tapıb ona vermək məqsədi olmuşdur. Qeyd etdiyi kimi, Elxana ilk olaraq Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini və 2000 manat pulu vermiş, ardınca isə 51000 manat dəyərində mərmər-qranit materialını Elxana vermişdir. Elxanın maliyyə arayışlarını hansı şəkildə əldə etdiyini, sənədlərin səhv olmasında kimin məsuliyyəti olması barədə heç nə deyə bilməmişdir. Sadəcə həmin sənədləri Elxandan özü götürmüşdür. Belə olan halda Zərərçəkmiş şəxs pulunun ödənilməsi əvəzində əlavə xərclərə düşmüş, Zərərçəkmiş şəxs ondan pulu tələb etməkdə davam etmişdir. Halbuki o, Zərərçəkmiş şəxs məxsus qaz sobaların bir hissəsini Zabrat qəsəbəsində yerləşən obyektində saxlayıb daha sonra Maşallahın sözlərinə əsasən Təqsirləndirilən şəxs göndərmiş və sonradan həmin malların aqibəti barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs aldatmaq məqsədi olmamış, sonuncunun öz xahişi ilə heç bir maraq güdmədən mallarını satmaq üçün götürmüş və göstərdiyi şəkildə də malları satmaq üçün göndərmişdir. Həmin malların Təqsirləndirilən şəxs təhvil verildikdən sonra hara göndərildiyini, kimə verildiyini və ümumiyyətlə malların aqibəti barədə heç nə bilməmişdir. Bununla bağlı o, Azərin “Sədərək” ticarət mərkəzindəki anbarına da getmiş, orada Azər ona bildirmişdir ki, malların hamısını Təqsirləndirilən şəxs aparmışdır. Hətta Rafiq özü də ona demişdir ki, Azər malları harasa aparıb özü də qaçıb getmişdir, lakin malların pulunu ödənilməsində öhdəliyi özünə götürmüşdür. O, guman edir ki, malları Təqsirləndirilən şəxs özü harasa aparmış, kimlərə satdığından, kimlərə verdiyindən məlumatı olmamışdır. Rafiq bundan əlavə Zakirə guya mənzil verəcəyini deyib buna görə ondan də 16640 manat dəyərində mərmər götürmüş, lakin bu vaxta kimi həmin materialın pulundan 11000 manatını qaytarmış, qalan 5640 manatını isə hələ də qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 təxminən 2014-cü ildən tanıyır, sonuncu ilə iş birlikləri və yoldaşlıq münasibətləri olmuş, mərmər-qranitin satışı ilə məşğul olmuşlar, kommersiya fəaliyyəti ilə bağlı aralarında heç bir problem olmamışdır. Təqsirləndirilən şəxs isə 2008-ci ildən köhnə dostu, kərpic alışverişi ilə məşğul olan Aydın adlı tanışı vasitəsi ilə tanımış, lakin Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər iş birliyi olmamışdır. 2016-cı ilin aprel ayının əvvələrində Şahid1 Zabrat qəsəbəsindəki obyektinə getdiyi vaxt sonuncuda satlıq qaz sobaları olduğunu bilmiş və Şahid1 həmin sobaların satışında köməklik etməyi ondan xahiş etmişdir. Elə həmin ərəfədə bir gün Rafiq ilə telefonla söhbət etdiyi zaman həmin qaz sobaları barədə Rafiqə demişdir. Bundan sonra Rafiqlə görüşərkən sonuncu həmin qaz sobalarının kataloqunu ondan istəmişdir. O da bir daha Tapdıqla görüşüb qaz sobalarının qiymətlərini öyrənib, Tapdıqdan kataloqları götürüb Rafiqə vermişdir. Bir neçə gündən sonra Rafiq ona bildirmişdir ki, həmin qaz sobalarının satışını təşkil edə bilər. Bundan sonra 2016-cı ilin aprel ayının ortalarında o, Rafiqlə birlikdə Zabrat qəsəbəsində Tapdığa məxsus ofisə getmiş və orada söhbət etmişlər. Elə razılığa gəlmişlər ki, ilkin olaraq Tapdıq 30000 manat dəyərində qaz sobaları verəcək və həmin qaz sobalarının dəyəri Tapdığa 3 ay müddətinə ödəniləcəkdir. Rafiq isə malın “Sədərək” ticarət mərkəzində tanışı Azərin anbarına təhvil veriləcəyini bildirmiş, bununla bağlı o, Rafiq və Azərlə birlikdə də Tapdığın yanına gedib söhbət etmişlər. Bu söhbətdən əvvəl Rafiqin qaz sobalarını nisyə götürmək istədiyini bilib Rafiqdən ona girov kimi bir mənzil yazdırmağını demişdir. Rafiq də onunla razılaşaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK tərəfindən inşa olunan çox mərtəbəli yaşayış binasında ümumi sahəsi 112 kv.metr təşkil edən 2 otaqlı mənzilə dair maliyyə arayışı yazdırmasını təklif etmişdir. Hətta narahat olmaması üçün o, bu barədə Şahid1 də əvvəlcədən bildirmişdir. Belə ki, Tapdıq malın nisyə verilməsində narahat olmuş, o isə çoxdan tanıdığı üçün Rafiqdən mənzil götürəcəyini bilib arxayın olmuşdur. Onun digər bir məsələ ilə bağlı tanışı X5 qarşısında 40000 ABŞ dolları və 3000 manat pul öhdəliyi olmuş və elə hesab etmişdir ki, Rafiq mənzilə dair maliyyə arayışını Tofiqin adına yazdırsın, belə olduğu halda Rafiqin qaz sobalarına görə pulu ödəmədiyi təqdirdə özü pulu hissə-hissə Şahid1 ödəsin. Elə də etmişlər, o, pulun bu şəkildə ödəmək barədə Tofiq Əliyevdən razılığını aldıqdan sonra Rafiq Tofiqin arvadı X6 adına “X12” MMC tərəfindən yazılmış 18 aprel 2016-cı il tarixli 28 nömrəli maliyyə arayışını təqdim etmişdir. Həmin arayışı o, Rafiqdən bir gün sonra, yəni 19 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Şahid1 yerləşdiyi ofisində almış və elə həmin gün maliyyə arayışını Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun “Nərimanov” stansiyasının yaxınlığında Tofiq Əliyevə təqdim etmişdir. Mənzilin müqaviləsinə əsasən hər bir kv.metr 650 manatdan hesablanmış, mənzilin ümumi qiyməti 72800 manat kimi dəyərləndirilmişdir. Mənzilin arayışının yazılması üçün 17 aprel 2016-cı il tarixdə o, Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Sevinc” kinoteatrın qarşısında Tofiqdən 3000 manat pul alıb həmin gün metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında Rafiqə 3000 manat nəgd pul da vermişdir. Rafiqin mənzilə dair sənədləri kimdən və hansı şəkildə almağından məlumatı olmamış, sonuncu özü bu işi görmüşdür. Beləliklə, Rafiq ona mənzilin maliyyə arayışını təqdim etidkdən 1-2 gün sonra Tapdıq Zabrat qəsəbəsindəki ofisində olan qaz sobalarını Rafiq “Sədərək” ticarət mərkəzində dediyi yerə göndərmişdir. Həmin gün axşam Tapdıq ona zəng edərək bildirmişdir ki, həmin sobaların sahibi, Tapdığın tanışı Zakir adlı şəxs sobaların nisyə satılmasına icazə verməmiş, həmin səbəbdən Tapdıq malı boşaltmağa icazə verməmişdir. Tapdıq bunu ona məlumatının olması üçün demişdir. O, Tapdığın malı təhvil verməməyinə görə narahat olmuşdur. Belə ki, Rafiqdən borclu olduğu Tofiqin adına mənzilin maliyyə arayışını almışdır. Həmin səbəbdən qardaşı Səadətə zəng edib vəziyyəti danışmış və Səadətdən Tapdıqla əlaqə saxlayıb bu məsələnin razılığını almasını xahiş etmişdir. Səadət özü də Tapdıqla telefonla danışmış, lakin Tapdıq yenə də etiraz etmişdir. Buna baxmayaraq səhərisi gün o, qardaşı Səadət və Tapdıq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Şirvan” kafesində görüşərək bir daha söhbət etmişlər və Tapdıq yenə də qaz sobalarını təhvil veməyəcəyini bildirmiş, bu danışıqla da onlar ayrılmışlar. Bu söhbətin üstündən bir neçə gün keçdikdən sonra Tofiq Əliyev onunla əlaqə saxlayaraq bildirmişdir ki, Tofiqə verdiyi maliyyə arayışı saxtadır, qeyd olunan ünvanda belə bir mənzil mövcud deyildir. O, bunu eşitdikdə dərhal Rafiqlə telefonla danışmış, Rafiq demişdir ki, mənzilin maliyyə arayışının saxta olmasından məlumatı olmamışdır. Lakin buna baxmayaraq onsuz da Tapdıqdan qaz sobalarını götürmədiyini deməklə belə olduğu halda da heç bir narahatçılığa səbəb olmadığını Rafiq ona bildirmişdir. O da bunu eşitdikdən sonra Rafiq və Tapdıqla bir daha əlaqə saxlamamış, Tofiqə isə başqa yolla pulunu ödəyəcəyini bildirmişdir. Bu söhbətlərin üstündən bir müddət də keçdikdən sonra 2016-cı ilin iyun ayının əvvələrində qardaşı Səadət onunla əlaqə saxlayaraq bildirmişdir ki, Tapdıq və qaz sobaların sahibi Zakir Rafiqi axtarırlar. Hətta sonradan həmin Zakir özü də onunla əlaqə saxlayaraq görüşmüş və Rafiqin ondan aldığı qaz sobalarının əvəzində mənzil verməli olduğunu, lakin vədinə əməl etməyərək qaz sobalarını ələ keçirtdiyini, hazırda da onlardan gizləndiyini bildirmişdir. Zakir ondan Rafiqin yerini müəyyən etməyini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Rafiq özü ondan xəbərsiz Tapdıqla görüşərək malları nisyə götürmüş və bu barədə ona bildirməmişdir. Elə başa düşmüşdür ki, həmin malların alqı-satqısında vasitəçi olduğu üçün və danışdıqları kimi Rafiqin qazancdan ona da pul verməli olduğundan artıq xərcə düşməmək üçün onu bu məsələdən kənarlaşdıraraq özü gizlincə gedib Tapdıqla razılaşıb malı götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, Rafiq əldə edilmiş razılıqdan yayınaraq götürdüyü malın dəyərini də Zakirə ödəməkdən boyun qaçırtmış və bununla da Zakiri aldatmışdır. O, Zakirə kömək məqsədi ilə qardaşı Səadətlə birlikdə Rafiqi tapmış və görüş təyin etmişdir. 10 iyun 2016cı il tarixdə o, Zakir, Tapdıq, Azər, Tapdıq və Zakirin ümumi tanışları, Naxçıvan MR-nın sabiq deputatı Şahid14 və Rafiq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən Heydər Əliyev parkında olan bir kafedə görüşmüşlər. Orada Rafiqin hərəkətlərini müzakirə etmişlər, əvvəlcə Zakir Tapdıqdan malları kimə verdiyini soruşmuşdur. Tapdıq demişdir ki, malları Rafiqə təhvil vermişdir. Rafiq də malların hamısını götürdüyünü etiraf edərək müxtəlif şəxslərə satdığını, hazırda isə pulunun olmadığını, ödəniş etmək üçün Zakirdən bir qədər vaxt verməyini xahiş etmişdir. Söhbət zamanı Tapdıq əsəbləşib hətta Rafiqi vurmaq da istəmiş, onlar bunun qarşısını almışlar. Belə ki, Rafiqin götürdüyü qaz sobalarının dəyərində Zakirin adına mənzil yazdıracağını demişdir. Orada Rafiqin onun xəbəri olmadığından da artıq, təxminən 140000 manat dəyərində qaz sobalarını götürdüyünü bilmişdir. O vaxt isə özü bu məsələdə iştirak edəndə söhbət 30000 manat dəyərində olan qaz sobalarının bir hissəsindən getmiş, bir qədər söhbət getdikdən sonra Rafiq bütün götürdüyü malların öhdəliyini öz üzərinə götürmüş və bir ay müddətinə Zakirə 139000 manat pulunu qaytarması ilə bağlı notariat qaydasında borc müqaviləsi bağlamaq razılığına gəlmişlər. Bu razılıqdan sonra onlar ayrılmışlar və bu söhbətdən sonrakı proseslərə o, qarışmamışdır. Sadəcə qardaşı Səadətdən eşitmişdir ki, Rafiq hələ də müxtəlif təkliflər və bəhanələr edərək Zakiri aldatmış və pulunu qaytarmamışdır. Həmçinin sonradan ona məlum olmuşdur ki, Zakir artıq Rafiqdən əlini çəkmiş və malları Tapdığa verdiyi üçün sonuncudan şikayət edərək qaz sobalarını Tapdıqdan tələb etməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2009-cu ildən etibarən fərdi qaydada Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən “1001 inşaat” tikinti materialları mağazasını icarə müqaviləsi əsasında işlədərək dolanır. Təqsirləndirilən şəxs Telman adlı tanışının vasitəsi ilə 2011-ci ilin oktyabr ayından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Karvan” ticarət mərkəzinin tikintisinə rəhbərlik edirmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs onun “Sədərək” ticarət mərkəzində işlətdiyi “1001 İnşaat” mağazasından müxtəlif inşaat materialları alıb aparmış, aldığı materialların pulunu nəğd şəkildə ödəmiş, lakin sonradan nisyə mal götürməyə başlamış, hətta götürdüyü malların əvəzinə başqa inşaat materialları da təklif etmişdir. Bundan sonra o, mütamadi olaraq Rafiqlə əlaqə saxlayıb görüşmüşdür. 03 may 2016-cı il tarixdə Təqsirləndirilən şəxslə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan çayxanada görüşmüşlər və Rafiq ona bildirmişdir ki, Maşallah adlı şəxsin Rafiqə 70000 manat pul borcu vardır və həmin borcun əvəzinə Rafiqə qaz sobaları vermək istəyir. Rafiq ondan həmin malları sata bilibbilməyəcəyi barədə maraqlandıqda o, qaz sobalarının alverində anlayışının olmadığını bildirmişdir. Onlar Rafiqlə çay içərkən bir nəfər şəxs gəlmiş və Təqsirləndirilən şəxs həmin şəxsi Maşallah kimi ona təqdim etmişdir. Bundan sonra Rafiq Maşallahla birlikdə kanara çəkilib söhbət edib qayıtmış və ondan birlikdə Zabrat qəsəbəsinə getməyi xahiş etmişdir. O, Rafiqə etiraz etməmiş və onlar Rafiqin dediyi ünvana yollanmışlar. Orada bir yeməkxanaya gəlmişlər, orada olduqda 10 dəqiqə keçdikdən sonra onlara özünü Fazil kimi təqdim edən bir nəfər şəxs yaxınlaşmış və görüşmüşdür. Rafiq həmin şəxsə bildirmişdir ki, Maşallahın işi ilə əlaqədar gəlmişdir. Bundan sonra Rafiq həmin Fazil adlı şəxslə içəri otağa daxil olub nədənsə söhbət etmişdir. Təxminən 15 dəqiqədən sonra qayıdaraq ondan xahiş etmişdir ki, qaz sobalarını yığmağa yeri olmadığından həmin malları 10-15 gün müddətinə “Sədərək” ticarət mərkəzindəki obyektinə yerləşdirsin. O da Rafiqə etiraz etməyib razılaşmışdır. Səhərisi günü saat 11 radələrində oğlu Vasif ona zəng vuraraq bildirmişdir ki, tanımadığı şəxslər obyektə 1 yük avtomobili qaz sobaları gətirmişlər. O, Vasifə maldan xəbəri olduğunu, həmin malları Rafiqin gəlib qəbul edəcəyini bildirmişdir. Daha sonra Rafiqlə telefonla əlaqə saxlamış, Rafiq isə heç bir problem olmadığını, bir azdan özünün də gələcəyini, lakin gələnə qədər ondan malların boşaldılmasına göstəriş verməyini xahiş etmişdir. O da öz növbəsində Vasifə zəng edib malların boşaldılmasını tapşırmış və Rafiqin bir azdan gəlib malları təhvil alacağını demişdir. Elə də etmişlər, Vasif malları sonradan adını Tapdıq kimi bildiyi Fazil ləqəbli şəxsin tanışı və yük avtomobilin sürücüsü ilə birlikdə malları boşaltmış, bir qədər sonra Rafiq mağazaya yaxınlaşmış, malları gətirən şəxslərlə görüşmüş və oğlu Vasifin sözlərinə görə Rafiqə malların siyahısını təqdim etmişlər. Bundan sonra həmin gün axşam o, özü də mağazaya gəldikdə oğlu Vasif malların yerini ona göstərmişdir. O, malları gördükdən sonra Rafiqlə telefonla danışmış və mallar çox yer tutduğu üçün Rafiqdən tez bir zamanda malları oradan götürməyini xahiş etmiş, lakin buna baxmayaraq 3-4 gün sonra ona məlum olmuşdur ki, Rafiq ikinci partiya qaz sobalarını da gətizdirib mağazaya boşaltmışdır. Bunu Vasif ona deməmişdən boşaltmış, hətta ondan icazəsiz bunu etdiyinə görə Vasifə iradını bildirmişdir. Bu dəfə Rafiqə zəng vuraraq iradını bildirmişdir ki, mağazada onsuz da yeri yoxdur, Rafiq isə əksinə bir az da artıq mal gətirib boşaltmış və tezliklə malları buradan aparmağını Rafiqdən tələb etmişdir. Rafiq ona yenə də bildirmişdir ki, malları təxminən 10- 15 gün ərzində götürəcəkdir. Mallar mağazada olan müdətdə Rafiqin qardaşı sonuncunun tapşırığı ilə gəlib onun bilmədiyi sayda qaz sobalarının bir qismini götürüb aparmışdır. Rafiq ona demişdir ki, qardaşı həmin qaz sobalarını Cəlilabad rayonuna aparıb bacılarının mağazasına satışa qoyacaqlar. Bundan başqa bir neçə nəfər də ayrı-ayrı tanımadığı şəxslər Rafiqin sölərinə əsasən mağazaya gəlib mallardan hissə-hissə daşıyıb aparmışlar. O, həmin şəxsləri tanımamış, həmçinin də malları apardıqları zaman orada olmamış, özü ümumiyyətlə mağazada az görsənmiş, əsasən oğlu Vasif işləri aparmışdır. O, yalnız Rafiqin qardaşı gəlib yük avtomobili ilə malları aparanda orada olmuş, lakin avtomobilin markası və dövlət nömrə nişanını xatırlamır. Belə də təxminən 15-20 gün müddətinə həmin qaz sobalarının Rafiq özü çıxardıb aparmış, sonuncunun tapşırığı ilə müxtəlif şəxslər həmin qaz sobalarını daşıyıb aparmışlar. Birinci partiya qaz sobalarını mağazaya boşaldıldıqdan təxminən 2-3 gün sonra Fazil kimi bildiyi Tapdıq “Sədərək”dəki mağazaya gələrək sobaların orada olmağını yoxlamışdır. Daha sonra isə onunla söhbət edərək ona taxta, dəmir elektrod və s. satmaq üçün tikinti materialları verməyi təklif etmişdir. O, həmin vaxt Tapdıqla razılaşmış, lakin sonradan Tapdıqdan heç bir xəbər çıxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2009-cu ildən etibarən fərdi qaydada atası Şahid4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən icarə müqaviləsi əsasında işlətdiyi “1001 İnşaat” tikinti materialları mağazasında işləməyə başlamış, 2014-cü ildən atasının səhhəti pisləşdiyi vaxtdan həmin mağazanı özü işlətməyə başlamışdır. Əvvəllər mağazada satıcı kimi işlədiyi vaxt 2011-ci ildən atasının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Karvan” ticarət mərkəzinin tikintisinə rəhbərlik etmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs “Sədərək” ticarət mərkəzindəki mağazalarından müxtəlif inşaat materialları alıb aparmış, aldığı materialların pulunu nəğd şəkildə ödəmiş, lakin sonradan nisyə mal götürməyə başlamış, hətta götürdüyü malların əvəzinə başqa inşaat materialları da təklif etmişdir. Atası Təqsirləndirilən şəxs təklifləri ilə razılaşıb bir müddət, yəni 2012-ci ilin aprel ayına kimi Rafiqlə nəğd və nisyə şəkildə alış-veriş etmişdir. Bunun nəticəsində atasının sözlərinə görə Rafiqin 80859 manat pul borcu yarandığından atası Azər Rafiqə artıq nisyə material verməmişdir. O, atası ilə Rafiqin arasında olan pul haqq hesabına heç vaxt qarışmamış və ona görə də sonradan aralarında narazılıq olduğundan məlumatı yoxdur. Bunların hamısını atasının sözlərindən bilmişdir. 2016-cı ilin may ayının əvvəllərində günorta saatlarında o, mağazada olarkən bir nəfər orta yaşlı kişi markası və dövlət nömrə nişanını xatırlamadığı yük avtomobili ilə mağazaya gələrək həmin mağazanın Rafiqə məxsus olduğunu soruşmuşdur. O, həmin şəxsə mağazanın Rafiqə aidiyyəti olmadığını demiş, lakin həmin şəxs gətirdiyi qaz sobalarını Rafiqin sözlərinə əsasən onların mağazasına boşaltmalı olduğunu bildirmişdir. Bundan sonra o, atası Azərlə əlaqə saxlayıb nə baş verdiyini soruşmuş, atası isə bildirmişdir ki, Rafiq həmin malların müvəqqəti olaraq 10-15 günlük mağazaya boşaldılmasını xahiş etmiş və atası Rafiqə razılıq vermişdir. Atası Rafiqin də oraya gəldiyini ona bildirmişdir. Bundan sonra o, malları gətirən iki nəfər, yəni sürücü və yanında olan şəxsə qaz sobalarını boşaltmaq üçün yeri göstərmiş, daha sonra malları boşaltmağa başlamışlar. Malların bir hissəsi boşaldılan zaman oraya Rafiq gəlmiş və malı gətirən şəxslə görüşüb nəsə bir kağız götürmüşdür. O, həmin kağızın malın təhvil vermə kağızı olduğunu güman etmiş, lakin buna baxmayaraq malın ona və atasına aidiyyəti olmadığı üçün aralarında olan alış-verişə və təhvil-təslim söhbətlərinə qarışmamış, hətta götürülən kağızın da surətini istəməmişdir. Həmin vaxt Rafiq yalnız ondan malların tez boşaldılması üçün bir iki nəfər fəhlə tapmağını xahiş etmiş və o da zəng edib iki nəfər fəhlə dəvət etmiş, fəhlələrin zəhmət haqqısını Rafiq özü vermişdir. Qaz sobalarını mağazaya boşaldılan zaman orada malları gətirən iki nəfər şəxs və Rafiq olmuş, həmçinin mağazada özü və əmisi oğlu Şahid6 olmuşdur. Bundan başqa iki nəfər də bazar fəhləsi malları boşaltmağa köməklik göstərmişlər, lakin kim olduqlarını bilməmiş, orada başqa bir şəxs olmamışdır. Həmin günün axşamı atası Azər özü də mağazaya gələrək malları görmüş, hətta bir neçə gün sonra oraya dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli “Mitsubishi Pajero” markalı avtomobildə bir nəfər saçları ağ olan şəxs də gələrək qaz sobalarına baxaraq ondan malların satılıb satılmadığını soruşmuşdur. O isə həmin şəxsə malların onlara aid olmadığını, malları Rafiqin xahişi ilə boşaltdıqlarını bildirmişdir. Bu zaman oraya atası da gəldikdən sonra həmin ağ saçlı kişi ilə özləri nədənsə söhbət etmişlər, birinci malların gəldiyi vaxtdan təxminən 1 həftə keçdikdən sonra 2020-ci ilin may ayının əvvəllərində yenə də əvvəl malları gətirən həmin şəxs bu dəfə başqa bir markası və dövlət nömrə nişanını xatırlamadığı yük avtomobilini idarə edən sürücü ilə saat 16:00-17:00 radələrində gələrək əlavə qaz sobalarını boşaltmaq istədiyini ona bildirmişdir. O, yenə atası ilə əlaqə saxladıqda bu dəfə atası Azər məlumatı olmadığı bildirməklə Rafiqlə əlaqə saxlayıb sonuncuya zəng edəcəyini demişdir. O, atasının zənginə qədər malları boşaltmağa icazə verməmiş, təxminən 10-15 dəqiqə keçdikdən sonra atası ona zəng edərək bildirmişdir ki, Rafiqlə əlaqə saxlamış və razılıq vermişdir. Belə ki, Rafiq əlavə malların boşaldılmasını xahiş etmiş və tez bir müddətdə qaz sobalarını oradan aparılacağını təsdiq etmişdir. O da atasına etiraz etməmiş və malların boşaldılmasına icazə vermişdir. Həmin şəxs ondan malların boşaldılması üçün fəhlə dəvət etməyini xahiş etmiş, o da özü Rafiqə zəng edərək tanışlarının fəhlə istədiklərini demişdir. Rafiq ondan fəhlə tutub malları boşaltmağa və onların zəhmət haqqısını özündən verməyini xahiş etmiş, həmin gün bir az sonra mağazaya gəlib pulu ona qaytaracağına söz vermişdir. O da etiraz etmədikdən sonra iki nəfər fəhlə dəvət etmiş və təxminən 100- 120 manat zəhmət haqqılarını ödəmişdir. Daha sonra malları gətirən şəxs ona kağız təqdim edib oraya malları təhvil almağı barədə imza etməyini xahiş etmişdir. O, həmin şəxsə etiraz etmiş və heç nəyə imza etməyəcəyini bildirmişdir. Buna baxmayaraq imza etməsə də həmin kağızı Rafiqə vermək üçün ona təqdim etmişlər. Hətta o, kağızı da götürmək istəməmiş, lakin Rafiqin telefonla xahişlərinə görə razılaşıb götürmüşdür. Rafiq isə həmin gün axşam mağazaya gələrək kağızı ondan götürmüş, fəhlələrin pulunu isə atasına verəcəyini bildirib çıxıb getmişdir. Həmin ərəfədə, yəni həm birinci partiya mallar gəldiyi müddətdə, həmçinin də ikinci partiya mallar gətirildikdən sonra Rafiq hissə-hissə malları müxtəlif şəxslərə paylamış, o özü də Rafiqlə bir neçə dəfə söhbət edərək malları tez bir zamanda aparmasını xahiş etmişdir. Belə ki, özü mağazaya sement qəbul etməli imiş və Rafiq ona yaxın zamanlarda həmin qaz sobalarının qalanlarını götürüb müxtəlif mağazalara paylayacağını bildirmişdir. Mallar gəlib boşaldıldıqdan sonra həmin müddət ərzində boz rəngli dövlət nömrə nişanını xatırlamadığı “Nissan-X-Trail” markalı avtomobillə iki nəfər şəxs gəlmiş və qaz sobalarını götürmək istəmişlər. Lakin o, həmin şəxslərə Rafiqin razılıq vermədiyi halda qaz sobalarını verə bilməyəcəyini demiş, həmin şəxslər kanara çəkilib Rafiqlə danışmışlar və bundan sonra Rafiq ona zəng edib dedikdən sonra həmin şəxslər özləri qaz sobalarını seçib aparmışlar. İlk olaraq həmin şəxslər avtomobilə təxminən 20-30 ədəd qaz sobasını yükləyib aparmışlar, bundan sonra da bir neçə dəfə gələrək Rafiqin razılığı ilə bilmədiyi sayda qaz sobalarını aparmışlar. Həmin şəxslərin qaz sobalarından başları çıxırmış, ona görə ki, özləri də model və qiymətlər barədə telefonda Rafiqə izah etmişlər, Rafiqin qaz sobasının alverindən anlayışı olmamışdır. “Nissan-X- Trail” markalı avtomobillə gələn şəxslər ona yalnız götürdüyü malların model və sayları qeyd olunan kağızını verirmişlər, o da öz növbəsində Rafiqə gələndən sonra kağızları Rafiqə təqdim etmişdir. Bir dəfə də hətta Rafiqin qardaşı kimi tanıdığı Raci adlı şəxs gələrək qaz sobalarının təxminən 100 ədədini götürüb yaşadığı Cəlilabad rayonuna aparmış, həmin qaz sobalarının təxminən 20 gün ərzində mağazadan Rafiq tərəfindən tam boşaldılmışdır. Sonuncu dəfə Rafiqin iştirakı ilə markası və dövlət nömrə nişanını xatırlamadığı bir yük avtomobili ilə şəxslər gələrək qalan malların hamısını aparmışlar, mallar müxtəlif şəxslər tərəfindən gəlib aparılarkən çox zaman Rafiqin özünün orada iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən 2011-2012-ci illərdən tanımış, belə ki, həmin vaxt o, “Gənclik” metrostansiyasınm yaxınlığında dayanıb müştəri gözləyən zaman Rafiq onun avtomobilinə müştəri kimi əyləşmiş və bundan sonra mütamadi olaraq onunla gedib-gəlmiş, hətta bir neçə dəfə zəng vuraraq başqa yerlərdən də onu götürməyi xahiş etmişdir. Həmin vaxtlar Rafiqi adətən Yeni Yasamal qəsəbəsində “Qismət” şadlıq sarayının yaxınlığında olan çoxmərtəbəli yeni inşa edilmiş binaya, bundan başqa Lökbatan qəsəbəsində olan “Karvan” ticarət mərkəzində tikinti işləri aparılan yerə gətirmişdir. “Karvan” ticarət mərkəzində tikinti işləri başa çatdıqdan sonra artıq Rafiqlə mütamadi olaraq işləməmiş, daha doğrusu Rafiqin ara-sıra pulu olmadığından o, belə işləmək sərf etmədiyini bildirməklə özü taksi kimi fəaliyyət göstərməyə davam etmişdir. Lakin arabir Rafiq ona zəng vurub “Sədərək” Ticarət mərkəzində olan tanışı və onun da Rafiqin üzünə tanıdığı Azər adlı şəxsin mağazasına aparmağı xahiş etmiş, o da Rafiqi həmin ünvana aparmışdır. 2016-cı ildə qızını evləndirərkən Rafiq ona zənq vuraraq cehiz olaraq qaz sobasını götürməyini bildirmiş, o da gedib “Sədərək” ticarət mərkəzində Azərin mağazasından dördgözlü qaz sobası götürmüşdür. Bundan bir və ya iki gün sonra Rafiq yenə də ona zəng vuraraq həmin mağazadan 6 ədəd qaz sobasını götürməyi bildirmiş, o da həmin qaz sobalarının birini yenə də özünə götürmüş, üç ədədini Rafiqin dediyi ünvana, “Ukrayna” dairəsinin yaxınlığında olan “Elit” mağazasına vermiş və iki ədədini də “Ukrayna” dairəsində Rafiq göndərdiyi “Mercedes” markalı avtomobillə gələn orta yaşlı bir nəfər kişiyə vermişdir. Bundan sonra üç dəfə Rafiq onu çağırıb iki dəfə 3100 manat və üçüncü dəfə 1500 manat pul vermiş və həmin pulu Rafiqin sözlərinə əsasən zəng vuraraq Nizami rayon icra hakimiyyəti binasının yaxınlığında Fazil adlı şəxsə vermişdir. Rafiq ona Fazilə pulu nə üçün verdiyini deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tam təsdiq etdiyi ifadəsində göstərmişdir ki, Şahid1 1995-ci ildən Naxçıvan şəhərindən tanıyır, Tapdıq əvvəl Naxçıvanda mebel sexinin müdiri işləmişdir. Zərərçəkmiş şəxs isə 1993-cü ildən əvvəllər işlədiyi “Sədərək” gömrük məntəqəsindən tanıyır, Zakir o vaxtlardan ticarətlə məşğul olmuş və gömrükdə tez-tez rastlaşırmışlar. 2016-cı ilin noyabr ayında Bakı şəhərində təsadüfən Tapdıqla rastlaşmış, Tapdıq onu gördükdə bir gün Zabrat qəsəbəsində yerləşən kafesinə nahar yeməyə dəvət etmiş, özü də ona etiraz etməmişdir. Bir neçə gün sonra Tapdığın Zabrat qəsəbəsindəki obyektinə nahar etməyə getmişdir. Orada Tapdıq ona bildirmişdir ki, Naxçıvandan olan Zərərçəkmiş şəxs ona satmaq üçün çoxlu sayda qaz sobaları vermiş, Tapdıq da ümumi tanıdıqları Maşallahın vasitəsi ilə bir nəfər Rafiq adlı şəxsə vermiş və Rafiqin də qaz sobalarının əvəzində Zakirə yeni tikili binada mənzil verəcəyini yalandan vəd edib malları sataraq pulları ələ keçirdiyini bildirmişdir. Tapdıq aldanıldığını, həmin qaz sobalarının heç bir məbləğdə pul əldə etmədiyi halda Zakirin nahaq yerə ondan 140000 manata yaxın pulu tələb etdiyini ona bildirmişdir. O, Tapdığın pis vəziyyətə düşdüyünü başa düşüb sonuncuya köməklik edib Zakirlə barışdırmaq istəmişdir. Hətta Tapdığa da bildirmişdir ki, malın başqa şəxs tərəfindən ələ keçirilməsinə baxmayaraq Zakirin ziyana düşdüyünə görə Tapdığın da hərəkət edib Zakirə dəymiş ziyandan hansısa şəkildə ödəməsini, köməklik etməsini bildirmişdir. Bununla bağlı bir neçə dəfə Zakirlə də telefonla danışıb hər ikisinin Naxçıvandan olduqlarını, münasibəti olduğunu nəzərə alıb bu məsələni sülhlə yoluna qoymağını təklif etmişdir. Lakin Zərərçəkmiş şəxs ona eləcə Tapdıqdan pulunu tələb edəcəyini demişdir. Bundan sonra bir neçə dəfə Zakirin təklifi ilə sonuncu və Tapdıq ilə xatırlamadığı vaxt və yerlərdə görüşmüş, orada bir neçə dəfə bunları barışdırmaq üçün çalışmış, hətta bildiyinə görə Tapdıq münasibəti pozmamaq üçün Zakir üçün öz vəsaitinə hansısa məbləğdə mərmər-qranit materialı verməklə Elxan adlı bir nəfər şəxsdən Zakirin adına mənzil yazdırmış, lakin həmin mənzillə bağlı problem yaranmış və Zakirə verilən mənzilin başqa bir şəxsə aid olduğu məlum olmuşdur. Bununla bağlı Zakirin xahişi ilə onlar birlikdə Yasamal rayon İcra şöbəsinə də getmişlər, orada icraçı Zakirə bildirmişdir ki, həmin mənzil məhkəmənin qərarına əsasən bir nəfər qadının adına verilmişdir. Bundan sonra Zakir bir az da qəzəblənərək Tapdığın üstünə düşmüş, lakin bildiyinə görə bu məsələlər artıq ortaya çıxdığı vaxtlarda onun xəbəri olmamışdan əvvəl Zakirin qaz sobalarını satıb əvəzində ona mənzili verməyən Rafiqlə 139000 manat pulu aid borc müqaviləsi bağlamışlar, hətta o zaman məsələyə aydınlıq gətirilən görüşlərdə Rafiq bir neçə nəfərin yanında Zakirə etiraf etmişdir ki, malları satıb pulu özü götürmüş və yaxın zamanlarda Zakirə mallın pulunu və ya əvəzində mənzil verməklə qaytaracaqdır (cild 4, iş vərəqi 119-123). Məhkəmədəə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, “Sədərək” ticarət mərkəzində 2-ci zonanın axırında olan inşaat materialları mağazada fəhlə işləyir, həmin mağazanı əvvəl Şahid4 işlətmiş, son illər mağazanı Şahid4 oğlu Vasif işlətmişdir. Onun işi mağazaya gətirilən malların boşaldılması və yüklənməsindən ibarət olmaqla gündəlik 10 manat pul alır. 2016-cı ilin may ayının əvvəllərində mağazada olarkən bir maşın qaz sobaları gətirmişlər və həmin qaz lərini özü boşaltmışdır. Mağazanı işlədən Vasif adlı şəxs ona həmin qaz sobalarını boşaltmağı və mağazanın müştərisi kimi tanıdığı Rafiq adlı şəxsin gəlib onun pulunu verəcəyini demişdir. Lakin Rafiq gələndə ona cəmi 5 manat pul vermiş və sonda yaxşı pul verəcəyini bildirmişdir. Həmin malları boşaltdıqdan təxminən 3-4 gün sonra əlavə qaz sobaları gətirilmiş, həmin qaz sobalarını də yenə özü boşaltmışdır. Həmin qaz sobaları onun işlədiyi mağazada təxminən bir aya yaxın vaxt qalmış və həmin müddət ərzində Rafiqin tapşırığı ilə müxtəlif şəxslərə verilmiş, həmin malları aparanda da özü yükləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2016-cı ilin may ayının təxminən 10-15 arası o, Bakı şəhərində olarkən qardaşı Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət əsnasında Rafiq ona bildirmişdir ki, özünə məxsus Türkiyə istehsalı olan qaz sobaları vardır və həmin qaz sobalarını “Sədərək” ticarət mərkəzində bir mağazaya yığmışdır. Rafiq ona sata bildiyi halda həmin qaz sobalarını götürüb aparıb rayonda satmağını təklif etmiş, o da Rafiqlə razılaşmışdır. Rafiq ona demişdir ki, qaz sobalarını mağazadan götürüb kəndə aparsın və o da Rafiqlə razılaşdıqları kimi “Sədərək” ticarət mərkəzində olan mağazaya gəlmiş, orada cavan oğlanlara yaxınlaşaraq Rafiqin qardaşı olduğunu, qaz sobalarını aparmaq istədiyini bildirmişdir. Həmin mağazanın satıcısı olan cavan oğlan heç bir etiraz etmədən ona qaz sobalarını vermiş və o, 10 ədəd iki gözlü, 30 ədəd də dörd gözlü qaz sobalarını götürüb Cəlilabad rayonunda yaşadığı Günəşli kəndinə aparmışdır. Mağazadan qaz sobalarını götürdükdə mağazanın satıcısı ona həmin malların qiymətini də bir kağıza yazıb vermişdir. Lakin o, həmin qaz sobalarını kəndə apardıqdan təxminən 10-15 gün keçmiş Rafiq zəng vuraraq ondan qaz sobalarının pulunu istəmişdir. O, qaz sobalarını sata bilmədiyini dedikdə Rafiq belə olan halda malları geri Bakı şəhərinə göndərməyini ondan tələb etmişdir. O, da Bakı şəhərinə sərnişin daşınması ilə məşğul olan həmkəndlisi Xəyal adlı marşrut sürücüsündən həmin qaz sobalarını Bakı şəhərinə aparıb qardaşı Rafiqə təhvil verməyini xahiş etmişdir. Bundan sonra həmin qaz sobalarını Xəyalın “Qazel” markalı mikroavtobusuna yığaraq Bakı şəhərinə yola salmış və Bakı şəhərinə çatanda zəng vurub təhvil vermək üçün Rafiqin telefon nömrəsini Xəyala vermişdir. Xəyal isə Bakı şəhərinə gedib qayıtdıqdan sonra bildirmişdir ki, onun qardaşı Rafiqə zəng vuraraq danışmış, sonuncunun sözlərinə əsasən Bakı şəhərində Ukrayna dairəsi yaxınlığında olan mağazaya boşaltmış, Rafiq isə sonradan ona heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxsi bir neşə ildir tanıyır, xoş dostluq münasibətlərində olmuşlar. Təxminən 2015-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng vuraraq özünə məxsus Bakı şəhərində saxladığı Türkiyə istehsalı olan “Naturel” adlı qaz sobalarını Bakı şəhərində saxlamağa yeri olmadığından Biləsuvarda onun həyətində bağlı yerdə saxlamağı xahiş etmiş, o da razılıq verdikdən bir neçə gün sonra Zakir yük avtomobilində qaimə ilə qaz sobalarını göndərmiş və həmin qaimə üzrə malları qəbul etmiş, öz həyətinə, daha doğrusu evinin zirzəmisinə yığmışdır. Zakir hətta ona bildirmişdir ki, həmin qaz sobalarını almaq istəyən olsa qiymətini Zakirlə razılaşdırıb satışını təşkil etsin, o da öz növbəsində qaz sobalarının miqdarı çox olduğundan rayon yerində heç kəsin maraqlanıb almadığını demişdir. Bundan sonra, təxminən bir il yarım keçmiş Zakir ona zəng vuraraq saxladığı qaz plitələrini Bakı şəhərinə göndəməyi xahiş etmiş, Zakir ona hazırda yadında qalmayan bir mobil telefon nömrəsi vermiş və bildirmişdir ki, həmin nömrənin sahibi Fazil adlı şəxsdir. O da Zakirin xahişini yerinə yetirib Biləsuvar şəhərində işləyən “Qazel” markalı avtomobillərin birisinin sürücüsü ilə razılaşıb, həyətinə yığılmış Zakirə məxsus qaz plitələri Zakir verdiyi və özündə saxladığı qaimə ilə avtomobillə Bakı şəhərinə yollamışdır. Eyni zamanda sürücüyə Zakirin ona verdiyi mobil telefon nömrəsini vermiş və sürücü sonradan aparıb təhvil vermişdir. Sonra Zakirlə əlaqə saxlamış və Zakirə qaz plitələrini yola saldığını bildirmiş, bir müddət sonra Zakirlə Bakı şəhərində görüşmüş və Zakir minnətdarlığını bildirərək, qaz plitələrinin lazımi ünvana çatdırıldığını demişdir. Bu söhbətdən təxminən bir il keçdikdən sonra Zakirlə növbəti görüşlərin birində sonuncu qaz plitələri ilə əlaqədar böyük problemə düşdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid1 2015-ci ildən tanıyır, Şahid1 Zabrat qəsəbəsində yerləşən firmasında sürücü işləmişdir. O, Şahid1 firmasında işləyən zaman həmyerliləri olan Zakir adlı şəxsi Tapdığın yanına gəlib-gedən vaxt tanımışdır. Tapdığın firması mərmər satışı ilə məşğul olmuş, həmin ərəfələrdə Maşallah və Səadət adlı iki qardaş da Tapdıqdan mərmər alıb pullarını hissə-hissə ödəmişlər. Zərərçəkmiş şəxs firmaya gəlib getdikdən sonra firmanın Zabrat qəsəbəsində olan anbarına Türkiyə istehsalı olan qaz sobalarını yığmışdır. 2016-cı ilin may ayının əvvəllərində Tapdığın tapşırığı ilə o, Zabratdakı obyektdə olan qaz sobalarını yoldan pul müqabilində tutduğu “Qazel” markalı avtomobilə yükləyərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinə aparmışdır. Orada Tapdığın sözü ilə yük avtomobilini “1001 İnşaat” tikinti materiallarının satışı mağazasının qarşısına sürdürmüş, həmin tikinti mağazasında bir cavan oğlan və bir nəfər fəhlə onu qarşılamışlar. O da Tapdığa zəng edib həmin mağazanın qarşısında olduğunu bildirmişdir. Tapdıq ona gözləməyini bildirmiş və bir neçə dəqiqə sonra ona Tapdıq zəng edərək malı boşaltmamağını tapşırmışdır. O, Tapdığın sözlərinə əsasən malı boşaltmamış, lakin nəyə görə bunu dediyini bilməmiş, ona görə ki, Tapdığın işlərinə qarışmamışdır. Üstündən təxminən 1 saata yaxm vaxt keçdikdən sonra Tapdıq bir daha ona zəng edərək malları boşaltmağını bildirmiş, o da qaz plitələrini qeyd etdiyi mağazaya boşaltmışdır. Malları onu qarşılayan cavan oğlan qəbul etmiş, orada olan mağazanın fəhləsi həmin malları boşaltmışdır. O da həmin fəhləyə bildirmişdir ki, sobaların qutularının üzərində kodları var və kodlarla yığılsın, lakin həmin cavan oğlan ona bildirmişdir ki, özləri sonradan kodlara uyğun yığacaqlar. Həmin birinci dəfə malları, yəni qaz sobalarını boşaltdıqdan təxminən bir aya yaxın sonra, 2016-cı ilin may ayının sonlarında o, şəhərdə Tapdığın tapşırıqları ilə məşğul olan zaman,Tapdıq ona zəng vuraraq təcili “Sədərək” ticarət mərkəzinə həmin qaz sobalarını boşaltdığı yerə getməyini xahiş etmiş və bildirmişdir ki, ikinci partiya sobaları artıq Zakir özü Biləsuvardan həmin şəxslərə göndərib və o, malın boşaldılmasına nəzarət etməlidir. Bundan sonra o, həmin “Sədərək” ticarət mərkəzində olan mağazaya gəlmiş və görmüşdür ki, yük avtomobili dayanıb və birinci dəfə malı boşaldan həmin fəhlə malları boşaldır, həmin cavan oğlan da malları qəbul etmişdir. Malı boşaltdıqdan sonra o, Tapdığa zəng vurmuş və malın tam boşaldığını bildirmiş, Tapdıq isə ona demişdir ki, artıq onluq iş qurtarıb və çıxıb gedə bilər. Bundan sonra da o, çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 uzun müddətdir ki, tanıyır, sonuncu ilə kommersiya və dostluq münasibətləri olmuşdur. 2016-cı ilin yaz aylarında Tapdıq zəng vuraraq onun qardaşı Maşallahın Tapdıqdan satış üçün qaz sobaları götürmək istədiyini bildirmiş, o isə əgər Maşallahın malları götürmək istəyirsə razılıq verməyini təklif etmişdir. Lakin həmin günün axşamı Maşallah ona demişdir ki, Tapdıq malları Maşallahın dediyi yerə boşaltsa da, sonradan fikrindən daşınıb malları vermək istəməmişdir. Bu səbəbdən o, Tapdığa zəng vurub malları hansı səbəbə görə Maşallaha vermədiyini soruşmuş, Tapdıq isə malları verməyəcəyini bildirmişdir. Buna baxmayaraq sonradan mallar həmin anbarda qalmışdır. Onların Tapdıqla olan həmin söhbətdən təxminən 2-3 ay keçdikdən sonra Tapdıq ona zəng vuraraq Təqsirləndirilən şəxs adlı şəxsin həmin qaz sobalarını götürüb ödəməkdən yayındığını bildirmişdir. O isə Tapdığa bildirmişdir ki, Rafiqi tanıyır və pulların qaytarılmasında köməklik göstərəcəkdir. Həmçinin Rafiqin elə bir adam olmadığını, özünün də öz növbəsində Rafiqin götürəcəyi işin yekunlaşmasına və pulun alınmasında köməklik göstərəcəyini bildirmişdir. Sonradan Rafiqin sözlərinə əsasən ona məlum olmuşdur ki, “Sədərək" ticarət mərkəzində olan Azər adlı şəxs həmin malları götürüb satmış, Azər həmin malların pulunu Rafiqə ödəməli imiş. Sonradan 2017-ci ilin əvvələrində Tapdığa kömək etmək məqsədi ilə "xxxx" MTK-nın Yeni Yasamalda inşa etdirdiyi, yeni tikilidə mənzil müqaviləsi yazdırmaq üçün Tapdıqdan 10000 ABŞ dolları məbləğində pul almış, daha doğrusu Tadığın tanışı olan İlqar Şahtaxtinski ilə borc müqaviləsi bağlayaraq 10000 ABŞ dolları məbləğində pulu götürmüş, lakin mənzili ona söz verən Səbuhi adlı tanışı mənzil yazdıra bilmədiyindən bu məsələ uzanmış, həmin 10000 ABŞ dolları məbləğində pul müqavilədə yazılsa da həmin puldan 2000 ABŞ dolları onun başqa borcu əvəzinə silinmiş, 2800 ABŞ dolları Səbuhi adlı tanışına, onu Səbuhi ilə tanış edən Mürsəl adlı şəxsə 100 ABŞ dolları və 300 manat, 5000 manat Oqtay müəllim adlı şəxsə Xətai rayonu ərazisində mənzil müqaviləsi yazdırmaq üçün vermiş, qalan pulu isə özündə saxlamışdır. Həmin puldan sonradan müqavilə əsasında 7500 ABŞ dolları məbləğində pul və 1200 ABŞ dolları faiz ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, özünə məxsus olan “Ford Tranzit” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Cəlilabad rayonu ilə Bakı şəhəri arasında sərnişin daşıma fəaliyyəti göstərib pul qazanır. 19 aprel 2016-cı il tarixdə həmkəndlisi olan Şahid11 onunla telefon əlaqəsi yaradaraq ondan sabahısı gün Bakı şəhərinə gedəcəyini soruşmuş və orada “Sədərək” ticarət mərkəzində yerləşən dükandan qaz sobalarını götürüb Racinin kəndlərində işlətdiyi dükana gətirməyini xahiş etmişdir. O Raci ilə razılaşmış və qaz sobalarını gətirəcəyini ona bildirmişdir. Sabahısı gün, yəni 20 aprel 2016-cı il tarixdə saat təxminən 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində Racinin dediyi “1001 İnşaat” adlı dükanı tapmış, həmin dükanda işləyən tanımadığı şəxsə bildirmişdir ki, onu Raci göndərib və oradakı tanımadığı fəhlələr ona məxsus olan “Ford Tranzit” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonuna təxminən 40 ədəd qaz sobalarını yığmışlar. O, həmin qaz sobalarını həmin gün kəndlərinə Racinin işlətdiyi dükana boşaltmış və bunun qarşılığında Raci ona təxminən 30 manat pul vermişdir. Qaz sobalarını Bakı şəhərinə gətirdiyi tarixi yadında qalmasının əsas səbəbi həmin gün yaxın qohumunun toyu olmasıdır. Təxminən 15 gün keçdikdən sonra dəqiq tarixi yadında olmayan bir gün Raci yenidən onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, keçən dəfə Bakıdan gətirdiyi qaz sobalarını qaytarıb Bakı şəhərində yerləşən “Həzi Aslanov” metrostansiyası və Ukrayna dairəsi yaxınlığında qardaşı Rafiqə təhvil vermək lazımdır. O da elə həmin günün gecəsi qaz sobalarını Racinin işlətdiyi dükandan ona məxsus olan “Ford Tranzit” markalı **-ZP-*** dövlət qeydiyyat nişanh mikroavtobusa yığmış və sabahısı gün Bakı şəhərində yerləşən “Həzi Aslanov” metrostansiyası və Ukrayna dairəsi yaxınlığında Racının qardaşı olan ilk dəfə gördüyü Rafiqlə görüşüb həmin qaz sobalarını orada yerləşən təmir gedən bir tikilinin içərisinə şəxsən özü boşaltmışdır. Həmin vaxt Rafiqin yanında bir nəfər də tanımadığı şəxs olmuşdur. Rafiq ona bildirmişdir ki, beli ağrıyır və bu səbəbdən də qaz sobalarının boşaldılmasında kömək etməyini ondan xahiş etmiş, o isə əvvəl etirazını bildirsə də sonradan tələsdiyinə görə qaz sobalarını özü həmin tikilinin içərisinə boşaltmışdır. Bundan sonra o, Cəlilabad rayonuna çıxıb getmiş, həmin gün Racinin kəndlərindəki işlətdiyi dükandan təxminən 30 manat pulu qaz sobalarını Bakı şəhərinə apardığına görə təhvil almışdır. Bundan sonra nə Raci nə də qardaşı Rafiqlə hər hansı əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Şahid6 göstərmişdir ki, 2010-cu ildə əmisi Şahid4 “Sədərək” ticarət mərkəzində müqavilə ilə icarəyə mağaza götürmüş və həmin mağazada müxtəlif inşaat materiallarının satışı ilə məşğul olmuşlar. Təxminən 2014-cü ildə “Sədərək” ticarət mərkəzinin yaxınlığında olan “Karvan” ticarət mərkəzinin tikintisinə başlanıldıqda onlar işlətdikləri mağazaya Rafiq adlı şəxs gəlib-getməyə başlamışdır. Belə ki, həmin Rafiq adlı şəxs mağazalarından çoxlu sayda müxtəlif inşaat materialları götürmüş, əvvəllər nəğd pulla materialları almış, lakin sonradan nisyə götürmək istədikdə onunla birlikdə işləyən əmisi oğlu Vasif Azərin icazəsi olmadan Rafiqə nisyə mal verməmişdir. 2016-cı ilin may ayının əvvəllərində özü və Vasif mağazada olarkən bir nəfər orta yaşlı kişi mağazaya qaz sobaları gətirmiş və onların mağazasına boşaltmalı olduğunu bildirmişdir. Lakin Vasif əvvəlcə həmin şəxsə razılıq verməmiş, atası Azərlə telefonla əlaqə saxlayaraq qaz sobalarının gətirilməsi barədə məlumat vermiş, Azər isə Vasifə bildirmişdir kİ, həmin mallar Rafiqə aiddir, mağazada qəbul edib bir tərəfə yığmağı tapşırmış, bundan sonra Vasif Rafiqlə əlaqə saxlamış, Rafiq isə fəhlə tutub malları mağazaya boşaltmağı, pulunu isə sonradan onlara ödəyəcəyini bildirmişdir. Onlar da fəhlə tutub təxminən 100-120 manat pul verib, malları boşaltdırmışlar. Bundan təxminən bir həftə sonra o, yenə də mağazada olan zaman oraya yük avtomobili gəlmiş və birinci dəfə malın üstündə gələn adam bir daha gələrək malları əlində olan kağızla tutuşdurub malları mağazaya boşaltmış, həmin kağızı isə Vasifə verib çıxıb getmişdir, hətta səhv etmirsə ikinci dəfə malları boşaltdıranda fəhlələrin pulunu həmin şəxs özü vermişdir. Həmin qaz plitələri mağazaya boşaldıldıqdan sonra onlar, yəni özü və Vasif əmisi Azərdən nə vaxt malların çıxardılacağını soruşduqda, əmisi Azər yaxın vaxtlarda Rafiqin malları götürəcəyini bildirmişdir. Hər iki dəfə mal boşaldıldıqdan sonra malların sayı barədə olan kağızlar Vasifə verilmiş və Vasif də həmin kağızları Rafiqin özünə vermişdir. Mal mağazada olduğu zaman Vasif bir neçə dəfə Rafiqin özü ilə də danışaraq malları götürməsini xahiş etmiş, çünki mağazaya sement qəbul etməli imişlər və Rafiq Vasifə bildirmişdir ki, yaxın zamanlarda həmin qaz lərini götürüb müxtəlif mağazalara paylayacaqdır. Mal gəlib boşaldıldıqdan təxminən bir-iki gün sonra bir dəfə boz rəngli “Nissan-X-Trail” markalı avtomobillə iki nəfər gəlmiş və qaz plitələrini götürmək istəmişlər, lakin Vasif həmin şəxslərə Rafiq deməsə qaz plitələrini verə bilməyəcəyini demiş, həmin şəxslər kanara çəkilib Rafiqlə danışmışlar və bundan sonra Rafiq Vasifə zəng vuraraq həmin şəxslərə qaz plitələrini verməyini bildirmiş, ilk olaraq həmin şəxslər təxminən 20-30 ədəd qaz plitəsini avtomobilə yükləyib aparmışlar. Həmin şəxslər bundan sonra mütamadi olaraq gəlib qaz plitələrini apamışlar, həmin şəxslərdən başqa digər şəxslər də gəlib müxtəlif sayda aparmışlar. Bir dəfə hətta Rafiqin qardaşı kimi tanıdıqları, lakin adını bilmədiyi şəxs qaz plitələrinin təxminən 100 ədədini götürüb yaşadığı Cəlilabad rayonuna aparmışdır. Həmin mallar onların mağazasında təxminən bir aya yaxın vaxt qalmışlar və qeyd etdiyi kimi müxtəlif şəxslər Rafiqin tapşırığı ilə həmin malları götürüb aparmışlar, bu barədə, yəni malları mağazadan verdikdə Vasif özündə qeydlər aparmış və axırda bütün qeydlərini Rafiqə vermişdir (cild 2, iş vərəqi 28-30). İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Şahid14 göstərmişdir ki, Fazil kimi çağırdığı Şahid1 1970-ci illərdə Naxçıvan şəhər 2 nömrəli orta məktəbində alman dili müəllimi işlədiyi vaxt dərs demiş, 2014-cü ildən isə köhnə dostu Şahid15 vasitəsi ilə Tapdıqla yoldaşlıq münasibətləri yaranmış, Tapdıqla heç bir ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs Naxçıvan şəhərindən tanıyır, lakin yaxın münasibətləri olmamışdır. 2016-cı ilin əvvələrində qış aylarında Əliyev X9 Rəcəbli ilə görüşərək bildirmişdir ki, satışda özünə məxsus qaz sobaları vardır, neçə müddətdir müştəri tapa bilmir, onların satılmasında kömkəlik göstərməsini Fəraildən xahiş etmiş, Fərail isə bununla bağlı Tapdığın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bilib bu barədə sonuncuya müraciət etmiş və Zakirə də Tapdıqla əlaqə saxlamağını demişdir. Bunu əvvəl ona Fərail özü söyləmişdir. Bundan sonra Zakir və Tapdıq görüşmüşlər, qaz sobalarının satışı barədə danışmışlar, Tapdıq isə çalışıb qaz sobalarına müştəri tapacağını Zakirə bildirmişdir. Daha sonra isə Zakir özünə məxsus qaz sobalarının satışını həyata keçirmək üçün bir hissəsini Tapdığın Zabrat qəsəbəsindəki obyektinə göndərmiş, Tapdıq isə Zakirin razılığı əsasında qaz sobalarını tanıdığı Maşallah vasitəsi ilə Rafiq adlı şəxsə vermiş, Rafiq adlı şəxs isə sobaların əvəzində Zakirin adına həmin qiymətə uyğun mənzil yazdıracağına söz vermişdir. Hətta Zərərçəkmiş şəxs özü verdiyi qaz sobaların mənzilin dəyərini ödəməyəcəyəni bilib Rafiq ilə öz aralarında razılaşaraq qaz sobalarının qalan hissələrini də Rafiqə vermişdir. O, bunların hamısını X14 məxsus qaz sobalarını artıq götürüb və vəd etdiyi mənzili ona vermədiyi vaxtlar bu məsələ ilə bağlı olan görüşlərdə bilmişdir. Belə ki, o zamanlar onu yaşca böyük kimi bu məsələni sülhlə yoluna qoymaq üçün çağırmışlar. Hətta Zakirin sığortalanmaq üçün Rafiq ilə qaz sobaların dəyərinə borc müqaviləsi bağlamaqlarından da onun xəbəri olmuşdur. Zakir Rafiqə bütün malları verdikdən sonra onlar Zakir ilə Tapdığın Zabrat qəsəbəsindəki obyektində bir neçə dəfə oturmuşlar, onda Zakirin Tapdıq ilə çox yaxşı münasibətləri olmuş, hətta Zakir Tapdığın köməyi ilə qaz sobalarına müştəri tapdığı üçün minnətdarlığını da bildirmişdir. Bir müddət sonra Rafiq qaz sobalarının əvəzində vəd etdiyi mənzili Zakirə vermədiyi üçün sonuncu malların əvəzində pulu ya mənzili artıq Rafiqdən deyil, Tapdıqdan tələb etməyə başlamış, halbuki, Tapdıq həmin malları Rafiqə vermiş və sonuncu da malları nə etdiyindən, kimlərə verdiyindən, bunun müqabilində əldə etdiyi pulları hara xərclədiyindən heç kimin məlumatı olmamış, Rafiq özü isə hamının yanında eləcə ona bir az müddət verilməsini xahiş etməklə Zakirin adma mənzil yazdıracağına söz vermişdir. Hətta Rafiq vəd etdiyi mənzili Zakirə vermədiyi müddətdə onlar bir neçə dəfə Rafiq və Zakirlə görüşmüşlər. Görüşlərin biri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki Ukrayna dairəsinin yaxınlığında parkın içərisində kafedə baş tutmuş, həmin vaxt orada özü, Zərərçəkmiş şəxs, Şahid1, Maşallah, Rafiq və xatırlamadığı başqa şəxslər də olmuşlar. Orada həmin məsələ geniş şəkildə müzakirə olunmuş, Rafiq orada etiraf etmişdir ki, malları götürmüş, heç kimin bu məsələdə günahı yoxdur. Rafiq Zakirin yanında bildirmişdir ki, əlində nəsə işləri vardır, qazanc əldə etməlidir, yaxın vaxtlarda Zərərçəkmiş şəxs adına mənzil yazdıracağına söz vermişdir. Elə də hamı razılaşıb oradan ayrılmışlar, lakin buna baxmayaraq Rafiq yenə də söz verdiyini etməmişdir. Bundan sonra bir dəfə 2016-cı ilin noyabr ayında Tapdığın Zabrat qəsəbəsindəki obyektində oturmuşlar, həmin vaxt orada özü, Naxçıvandan tanıdıqları Şahid13 və Nəriman Abbasovla oturub nahar edirmişlər. Bu zaman Zakir Naxçıvandan tanıdığı Mehmanla birlikdə oraya gəlmişlər. Zakir orada Tapdığı vurmaq istəmiş, həmin vaxt onlar Zakir və Tapdığı aralamışlar, heç kim xəsarət almamış və böyük bir problemin qarşısı alınmış, həmişəki kimi Zakir və Tapdığın arasında qaz sobaları ilə bağlı mübahisələri yaranmış, Zakir Tapdığa qarşı xoşagəlməz ifadələr işlətmiş, mallarını qaytarmadığı halda Tapdığı öldürəcəyi ilə hədələmişdir. Onlar nə qədər də Zakirə başa salmaq istəmişlər ki, bu məsələdə Tapdığın günahı yoxdur, “o da inanıb sənin razılığına əsasən malları Rafiqə vermişdir” sözlərini desələr də, Zakir buna əhəmiyyət verməmiş və Tapdıqdan pulu ya mənzili tələb etməyə davam etmişdir. Daha sonra ara sakitləşmiş və Zakir çıxıb getmişdir. Bu mübahisə uzun illərdir Zakir və Tapdığın arasında davam etmiş, Naxçıvan şəhərində olan ümumi tanışları hamısı bu məsələni bilmişlər. Bir dəfə də 2017-ci ilin yay aylarında Tapdıq anasının ildönümü ilə əlaqədar Naxçıvan şəhərində yas mərasimində olan ərəfədə, onlar Tapdıq və Şahid15 ilə birlikdə Naxçıvan şəhərində Ukrayna deyilən yerdə çayxanada oturmuşlar. Bu zaman oraya Zakir gəlmiş və kobud şəkildə Tapdığı avtomobilə dəvət edərək harasa aparmışdır. Tapdıq onlara gözləməyi xahiş etmişdir. Bir qədər sonra onlar qayıtmışlar və Zakir kobud şəkildə onların yanında Tapdığa “qurban olasan bu adamlara, səni öldürmədim” sözlərini deyib çıxıb getmişdir. Tapdıqdan nə baş verdiyini soruşduqda bildirmişdir ki, Zakir onu Əsabi-Kəf istiqamətində heç kəsin olmadığı dağlıq yerlərə aparmış, orada dağdan atacağı ilə hədələmişdir. Zakirin bu hərəkətlərinə görə Tapdıq ondan yaxa qurtarmaq üçün artıq özü də çalışıb Zakirin pulunu ödəməyə cəhd göstərmişdir. Bununla bağlı Tapdıq Rafiqin də üstünə düşərək təcili Zakirin ya malını ya da ki, əvəzində pul ya mənzil verməyini Rafiqdən tələb etmişdir. Bildiyinə görə Tapdıq Rafiqin sözlərinə əsasən tez bir zamanda Zakirin adına mənzil yazdırmaq üçün Rafiqə mərmər materialları da vermişdir. Lakin Rafiq yenə də heç bir iş görməmiş, hətta Tapdıq güclə ondan pulunu hissə-hissə götürmüş, bu vaxta kimi Rafiq pulun hamısını Tapdığa qaytarmamışdır. Daha sonra Tapdıq bir nəfər şəxsin vasitəsi ilə Zakirin adına mənzil yazdırmağa çalışmış, əvəzində həmin şəxsə külli miqdarda mərmər-qranit materialı vermişdir. İlk dəfə Zakirin sözlərinə əsasən həmin mənzilə dair maliyyə arayışı onun adına yazdırılmışdır. Zakir demişdir ki, ona inanır və mənzilin sənədini adına yazdırmağını, gələcəkdə öz adına keçirəcəyini ona bildirmişdir. O, bununla bağlı Bakıdan Naxçıvana yollanmış və Zakirə sənədi göstərmişdir. Zakir heç bir söz demədən sənədi götürüb çıxıb getmiş, sabahısı gün isə yenidən onunla Naxçıvan şəhərində görüşərək sənədi öz adına keçirməyini istəmişdir. O, hətta Zakirə bununla bağlı narazılığını bildirmiş və “sənin sözünə görə sənəd mənim adıma yazıldı, indi isə deyirsən ki, sənin adına yazdırılsın, bir sözü konkret denən” sözlərini deyib Zakirə iradlarını bildirmişdir. Bundan sonra həmin mənzilə yenidən maliyyə arayışı Zakirin adına yazdırılmış, lakin kim tərəfindən yazıldığını, hansı şəkildə bu sənədin hazırlandığı barədə onun məlumatı olmamışdır. O, sadəcə Zakir ilə Tapdığın arasında olan ədavətin qarşısını almaq məqsədi ilə hər ikisinə köməklik etmək istəmişdir. Daha sonra Zakir həmin mənzilə gedib baxıb bəyənmiş və hətta orada təmir işlərinə də başlamışdır. Üstündən 6 ay keçdikdən sonra Zakirə verilən mənzildə problem çıxdığı məlum olmuş, guya həmin mənzil bir nəfər qadının adına yazılmışdır. Bu məsələdə ortaya çıxdıqdan sonra Zakir daha da qəzəblənmiş və Tapdığı hədələməyə başlamışdır. Tapdıq ona dəfələrlə bildirmişdir ki, bu işlərdə heç bir günahı yoxdur, Zakirə köməklik göstərmək istəmiş və buna görə özü də aldanılaraq ziyanlara düşmüşdür. Buna baxmayaraq Zakir yenə də bu işdə Tapdığı günahlandırmış, hətta dəymiş ziyanı Tapdıqdan tələb etmişdir. Tapdığın sadəcə Zakirin öz xahişi ilə sonuncunun qaz sobalarını satmağa köməklik göstərmək istədiyini və Tapdığın da Rafiq adlı şəxsin etdiyi hərəkətlərə görə aldanıldığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs məxsus qaz sobalarının satışında köməklik göstərməyini Şahid15 Şahid1 xahiş etmiş, Şahid15 Zakir və Tapdığı tanış etmiş, Fərailin sözlərinə görə Zərərçəkmiş şəxs özü qaz sobalarının satılmasında köməklik etməsini Fəraildən xahiş etmiş, lakin Şahid15 Zərərçəkmiş şəxs borc pul istəməyindən məlumatı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs ilə olan görüşlərdə sonuncu heç bir vaxt qaz sobalarını Şahid2 ona olduğu borc pul əvəzinə götürməsi ilə bağlı heç bir söz deməmiş, Təqsirləndirilən şəxs qaz sobalarını özü götürmüş, bunu dəfələrlə hamının yanında onlara təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin və onun iştirakı ilə qaz sobalarının əvəzində Zərərçəkmiş şəxs adına mənzil yazdıracağına söz vermişdir. Zərərçəkmiş şəxs özü də bunun şahidi olaraq Rafiqin vəd verdiyi vaxta qədər gözləyəcəyini demişdir. Onun eşitdiyinə görə əvvəllər Təqsirləndirilən şəxs demişdir ki, şəriki, qaz sobalarının “Sədərək” ticarət mərkəzindəki saxlanıldığı yerin sahibi Azər adlı şəxs malları götürüb qaçmış, lakin sonradan Təqsirləndirilən şəxs malları özü satdığını və əvəzində mənzil verəcəyini demişdir. Özü də bir neçə dəfə Rafiqə bununla bağlı iradlarını bildirəndə, sonuncunun hərəkətlərindən Zakir ilə Tapdığın münasibətlərinin korlandığını deyəndə Rafiq onu ağsaqqal çağıraraq dəfələrlə gunahın özündə olduğunu, bu məsələni həll edəcəyinə, Zərərçəkmiş şəxs zərərini mənzil şəkilində ödəyəcəyinə onlara söz vermişdir (cild 4, iş vərəqi 148-152). İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Şahid15 göstərmişdir ki, Fazil kimi çağırdığı Şahid1 2012-ci ildə qudası Malikin vasitəsi ilə tanımış, yoldaşlıq münasibətləri yaranmış, tanışlıq münasibətləri vardır, heç bir ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs isə 2010-cu ildən Naxçıvan şəhərindən dostu Bəxtiyar Orucovun vasitəsi ilə tanımış, həmçinin yaşadığı evin yaxınlığında Zakirə məxsus yanacaq doldurma məntəqəsinin olduğunu, dəfələrlə orada avtomobilə yanacaq doldurduğunu bildirmişdir. 2016-cı ilin yanvar-fevral aylarında özünə məxsus avtomobilə yanacaq doldurmaq məqsədi ilə Zakirin yanacaq doldurma məntəqəsi gəlmiş, orada təsadüfən Zərərçəkmiş şəxs görmüş və avtomobili saxlayaraq sonuncu ilə ofisində görüşmüşdür. Həmin vaxt Zakir ona bildirmişdir ki, özündə çox sayda satdığı qaz sobaları vardır, həmin qaz sobalarını uzun müddətdir sata bilmədiyi üçün ondan həmin qaz sobalarını satmaqda köməklik göstərməyini xahiş etmişdir. Hətta həmin qaz sobaların neçə ildir Qəbələ rayonunda qaldığını və satışını həyata keçirə bilmədiyini ona demişdir. O, əvvəlcə Zakirə qaz sobalarının satışı işinə baxmadığını, özü tikinti işi ilə məşğul olduğunu, həmin vaxtlar Ukraynada iş götürdüyünü, heç vaxtının da olmadığını Zakirin nəzərinə çatdırmışdır. Buna baxmayaraq Zakir ona bəlkə bu işi həyata keçirmək üçün Bakıda tanışının olub-olmadığını soruşmuşdur. O isə Zakirə demişdir ki, Bakıda yalnız bir nəfər Naxçıvandan olan, ticarətlə, yəni mərmər satışı ilə məşğul olan tanışı, Fazil kimi çağırdığı Şahid1 adlı yoldaşı vardır, ona müraciət edə bilər. Zakir bunu eşitdikdə Tapdıqla əlaqə saxlamağını ondan xahiş etmişdir. O da elə həmin vaxt Zakirdən kənara çəkilib Tapdığa zəng etmiş və məsələni danışmışdır. O, Tapdığa demişdir ki, Naxçıvandan olan tanışında qaz sobaları vardır, həmin malların satışını həyata keçirməkdə köməklik göstərməyini xahiş etmişdir. Tapdıq isə bildirmişdir ki, ticarətdə heç bir vaxt qaz sobaları satmadığı üçün həmin mallara baxıb, nə qaz sobaları olduğunu bildikdən sonra tanışlarından maraqlanmalı olacaqdır. O, Tapdıqdan mobil nömrəsini Zakirə vermək üçün icazəsini istəmiş, Tapdıq da ona etiraz etməmişdir. Bu söhbətdən sonra o, tikinti işləri ilə bağlı 1 il müddətinə Ukraynaya getmiş, Ukraynadan Azərbaycan Respublikasına qayıtdıqdan sonra, 2017-ci ilin yay aylarında Tapdıqla 8-ci kilometr bazarının yanında görüşüb çay içmişdir. Həmin vaxt Tapdıq ona bildirmişdir ki, Zakirlə razılaşaraq sonuncunun qaz sobalarını başqa bir şəxsə satmışlar, həmin şəxs isə malların əvəzində Zakirə mənzil verəcəyini bildirsə də, vədinə əməl etməyərək nə mənzil, nə də ki, malın müqabilində pulunu verməmişdir. Buna görə də Zakir malı götürən şəxsdən deyil, Tapdıqdan şikayət etmiş, pulları sonuncudan tələb etmişdir. Bir dəfə də Naxçıvan şəhərində evinin yanında keçmiş deputat Şahid14 və Tapdıqla çay içdikləri zaman oraya Zakir gəlmiş və hansısa sənədləri stolun üstünə ataraq Tadıqdan bir daha şikayət etməyəcəyini demiş, lakin Zakir və Tapdığın arasında olan məsələdən onun konkret məlumatı olmadığını, bunu sadəcə onlardan eşitdiyini göstərmişdir. Həmçinin 2017-ci ilin yay aylarında Şahid14 və Tapdıqla Naxçıvan şəhərində Ukrayna deyilən yerdə çayxanada oturduqları zaman Zərərçəkmiş şəxs oraya gələrək Tapdığı çağırmış və harasa aparmışdır. Təxminən 1-2 saatdan sonra Tapdığı geri qaytarmış, həmin vaxt Tapdıq çox həyacanlı olmuş, lakin ondan nə baş verdiyini soruşduqda Tapdıq onlara heç bir söz deməmişdir. O, bilmişdir ki, Zakir və Tapdığın qaz sobaları ilə bağlı mübahisələri davam etmiş, Zakir və Tapdığın qaz sobalarını hansı şəkildə və kimlərə satdıqlarından başqa heç bir məlumatı olmadığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs nə o zaman, nə də ki, başqa bir vaxt borc pul istəməmiş, həmçinin Zərərçəkmiş şəxs özü qaz sobaları ilə bağlı ona müraciət etmiş və qaz sobalarının uzun müddətdir sata bilmədiyini ona demişdir (cild 4, iş vərəqi 153-155). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş 03.04.2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokol və fotocədvəldən görünür ki, X4 ərizə ilə 27.03.2017-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciəti ilə əlaqədar Qaradağ rayonu Lökbatan qəsbəsində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən “1001 İnşaat” dükanına baxış keçirilmişdir. Baxış keçirilən ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində yerləşən “1001 İnşaat” dükanıdır, həmin dükanın qarşısında mühafizə budkası, sag tərəfində “Form” kombi dükanı müəyyən edilmişdir. Baxışda iştirak edən vətəndaş X4 bildirmişdir ki, 2016-cı ilin aprel ayında Rafiq və Azər adlı şəxslər ondan 144460 manat dəyərində qaz pilitələrini va 5600 manat dəyərində mərmər plitələri həmin dükana boşaltdırıb bir həftədən sonra dəyər-dəyməz qiymətə tanımadığı şəxslərə sataraq qaçıb gizlənmişlər (cild 01, iş vərəqi 31-32). İşdə olan notarial qaydada təsdiq edilmiş 11.06.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Zərərçəkmiş şəxs borc alan Təqsirləndirilən şəxs 139000 manat məbləğində pul borc verir və borc alan ktediti 11.07.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür (cild 1, iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 11.02.2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 verdiyi ifadəni təsdiq edərək Şahid2 ona Tapdıqda qaz plitələri olduğunu bildirməsi, plitələrin satışını təşkil etməyi ondan xahiş etməsi, o da Maşallaha “Sədərək” ticarət mərkəzində işləyən tanışı Azər vasitəsilə satışı təşkil edəcəyini deməsi, həmin plitələri Tapdıqın Ticarət mərkəzinə Azərun dükanına göndərməsi, ilkin razılığa əsasən 6 ay müddətində həmin qaz plitələri satılaraq pulun əvəzinə Tapdığa 2 otaqlı mənzil verilməli olması, lakin Tapdığın həmin plitələrin ona deyil, Zərərçəkmiş şəxs məxsus olduğunu bildirməsi, Tapdıq, Zakir və digər şəxslərlə görüş zamanı onun Zakirlə borc müqaviləsi bağlamaq haqqında təklifi ilə razılaşması barədə ifadə vermişdir (cild 1, iş vərəqi 183-185). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.11.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadələri Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir (cild 4, iş vərəqi 82-89). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 15.02.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid1 ifadələri hadisə yerlərində yoxlanılan zaman o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən “1001 İnşaat” tikinti materiallarının satışı mağazasını göstərərək bildirmişdir ki, həmin mağaza Təqsirləndirilən şəxs tanışı Şahid4 məxsus olmuş, 2016-cı ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs məxsus qaz plitələri satmaq üçün sonuncunun onun Zabrat qəsəbəsindəki obyektinə göndərdiyi qaz plitələrini Təqsirləndirilən şəxs sözlərinə əsasən məhz həmin “1001 İnşaat” mağazasına göndərmişdir. Bundan başqa Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ə.Bağırov küçəsində, Sabunçu-Zabrat yolunun sağ hissəsində yerləşən yeməkxana kimi istifadə olunan adsız obyekti göstərərək bildirmişdir ki, 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs özünə məxsus qaz plitələrinin bir hissəsini Qəbələ rayonundan məhz həmin obyektə gətirmiş və elə həmin obyektdən qaz plitələri Təqsirləndirilən şəxs sözlərinə əsasən “Sədərək” ticarət mərkəzinin 2-ci zonasında yerləşən “1001 İnşaat” tikinti materiallarının satışı mağazasına göndərilmişdir (cild 4, iş vərəqi 160-168). İşdə olan və məhkəmədə tədqiq edilmiş “X12” MMC tərəfindən verilmiş 18 aprel 2016cı il tarixli, 28 nömrəli maliyyə arayışının və həmin tarixli və saylı müqavilənin surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK tərəfindən inşa olunan çox mərtəbəli yaşayış binasında 1-ci blok, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112 kv. metr olan 2 otaqlı 6 saylı mənzil Bakı şəhəri, Qədirbəyov küçəsi, ev 63A, mənzil 41-də qeydiyyatda olan X6 adına rəsmiləşdirilmişdir (cild 1, iş vərəqi 244-245). İşdə olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyətinin 23 dekabr 2020-ci il tarixli, 2490 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində "xxxx" MTK tərəfindən 1 ədəd 1 girişli, zirzəmili, 9 mərtəbəli (blok A) və 2 ədəd 2 girişli, zirzəmili, 9 mərtəbəli (blok В və C) yaşayış binalarının tikintisinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 14 avqust 2014-cü il tarixli, 366 saylı sərəncamı ilə icazə verilmişdir (cild 4, iş vərəqi 132). İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MTK-nin 25 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində "xxxx" MTK tərəfindən inşa olunan 9 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbə, 2 otaqdan ibarət 112 kv.m sahəsi olan 6 saylı mənzil mövcud deyildir və həmin binada X6 adına heç bir mənzil alqı-satqı müqaviləsi bağlanmamış, bu barədə adı çəkilən şəxsə heç bir maliyyə arayışı verilməmişdir. “X12” MMC-nin həmin binanın tikintisi ilə bağlı heç bir əlaqəsi yoxdur (cild 4, iş vərəqi 134). İşdə olan və məhkəmədə tədqiq edilmiş 28.01.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərşəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 162). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 30.11.2020-ci il tarixli, 8290 nömrəli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb (cild 4, iş vərəqi 130). İşdə olan və məhkəmədə tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, Şahid4, Şahid1 və Şahid3 əməlində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.3.2-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (cild 4, iş vərəqi 172-221). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci və 320.2ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08.08.2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti təyin edilmişdir (cild 4, iş vərəqi 27-28; cild 2, iş vərəqi 49-53). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08.08.2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti başa çatdığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətini törətdiyi tarixdən iki il müddət keçmişdir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-in 320.2-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinsə də ona bu maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan, məhkəmənin və prokurorun qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 11.02.2018-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 13 fevral 2018-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2018-ci il tarixdən hesablanmış, həmin məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 06 iyun 2018-ci il tarixə qədər uzadılmış, 05 iyun 2018-ci il tarixdə onun həbsdə saxlanması müddətinin uzadılması barədə müstəntiqin vəsatəti prokuror tərəfindən təmin edilməmiş, 06 iyun 2018-ci il tarixdə o, həbsdən azad olunmuş, həmin tarixdə müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 177, 205-206; cild 2, iş vərəqi 125-127; cild 3, iş vərəqi 1-8). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) ay 27 (iyirmi yeddi) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay 3 (üç) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə cəza təyin edilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Fikrət Qəribov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar