Məhkəmə qərarları › İş №1(101)-1001/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1001/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1001/2025 20.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində (probasiya üzrə) və Bakı şəhər probasiya idarəsində icra məmuru vəzifələrində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 311.3.2, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq eləcə də edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən vahid niyyətlə rüşvət qismində istəyərək təkrarən vahid niyyətlə rüşvət qismində almış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, rəsmi sənədi təkrarən vahid tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Belə ki o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 666-k nömrəli əmrlə həmin Nazirliyin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin (probasiya üzrə), xx.xx.2021-ci il tarixli 35-k nömrəli əmri ilə Bakı şəhər probasiya idarəsində icra məmuru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 1 (001)- 47/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınıb, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin təyin olunmuş cərimə cəzasının hissə-hissə ödənilməsi ilə bağlı 22 avqust 2019-cu il tarixli 7(001)296/2019 nömrəli qərarının icrasının davam etdirilməsi 2019-cu ilin sentyabr ayında özünə həvalə edilmiş Zərərçəkmiş şəxs10 ilə həmin ərəfələrdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı məhkum olunduğu 4.000 manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi bütün məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs10 qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında, eləcə də sonuncunun yaşadığı ünvan 6 ünvanının qarşısında aldığı ümumilikdə 4.000 (dörd min) manat pul vəsaitini dövlət nəfinə keçirməyərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun adından dövlət nəfinə hər hansı məbləğdə ödəniş edilmədiyi halda qeyd edilən ərəfədə istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə təyin edilmiş cərimənin ödənilməsi ilə cəzadan azad edilməsi hüququ verən rəsmi sənəd olan məzmununa guya “Zərərçəkmiş şəxs10 adından 300 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə biləbilə tamah niyyətilə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı Sərxan Əliyev və ödəyici Zərərçəkmiş şəxs10 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamaqla xx.xx.2019-cu il tarixli, məzmununa guya “Zərərçəkmiş şəxs10 adından 900 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı Aytən Cəfərova və ödəyici Zərərçəkmiş şəxs10 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamaqla xx.xx.2019-cu il tarixli, məzmununa guya “Zərərçəkmiş şəxs10 adından 400 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi" barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı İlqar Məmmədov və ödəyici Anar Əliyev adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamaqla xx.xx.2020-ci il tarixli Hökümət ödəniş portalı qəbzlərini tərtib edərək qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, həmin sənədləri Zərərçəkmiş şəxs10 təqdim etməklə qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs10 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin ələ keçirərək ziyan vurmaqla dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı Hərbi Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1-1 (093)- 19/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 6.000 (altı min) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs11 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 2020-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı məhkum olunduğu 6.000 (altı min) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin iyul ayının sonlarınadək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 6.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs11 ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya İdarəsinin inzibati binasındakı xidməti otağında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, məhkum edilmiş cərimə cəzasından sonuncunun adından hər hansı məbləğdə dövlət nəfinə ödəniş edilmədiyi halda Tərtər rayon Hərbi Məhkəməsinə ünvanlanmış məktubun məzmununa “Bakı Hərbi Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1-1(093)-19/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs11 xx.xx.2021-ci il tarixdə cəzasını tam olaraq ödəmişdir” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib öz adının qarşısından imzalamaqla istintaqa dəqiq məlum olmayan tarixdə xidməti otağında rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 21-1-313 69/12 nömrəli məktubu hazırlayıb vəzifə saxtakarlığı etməklə, həmin sənədi Tərtər Hərbi Məhkəməsinə göndərməklə, qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 1(005)-190/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2,2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilməklə 23 sentyabr 2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs7 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı məhkum olunduğu 4.000 manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi bütün məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 aldığı 2.000 manat məbləğində pul vəsaitini dövlət nəfinə cərimə ödənişi kimi sonuncunun adından ödəsə də, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında aldığı 2.000 (iki min) manat pul vəsaitini dövlət nəfinə keçirməyərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun adından xx.xx.2020-ci il tarixdə dövlət nəfinə ödəniş edilmədiyi halda qeyd edilən ərəfədə istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə təyin edilmiş cərimənin ödənilməsi ilə cəzadan azad edilməsi hüququ verən rəsmi sənəd olan məzmununa guya “Zərərçəkmiş şəxs7 adından 2.000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, təkrarən qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırladığı xx.xx.2020-ci il tarixli Kapital Bank ASC-nin Şuşa Filialının 79879 nömrəli qəbzini sonuncuya təqdim etməklə eləcə də şəxsi işinə əlavə etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri vahid tamah niyyətilə təkrarən istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-İstifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 1 (001 )-415/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1.800 (bir min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Şahid6 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, sonuncu və atası Zərərçəkmiş şəxs3 ilə 2020-ci ilin dekabr ayında ayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı Şahid6 məhkum olunduğu 1,800 (bir min səkkiz yüz) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair Zərərçəkmiş şəxs3 yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin dekabr ayı ərzində hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 1.500 manat pul vəsaitini Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Qara Qarayev” metrostansiyanının qarşısında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, məhkum edilmiş cərimə cəzasından sonuncunun adından hər hansı məbləğdə dövlət nəfinə ödəniş edilmədiyi halda təyin edilmiş cərimənin ödənilməsi ilə cəzadan azad edilməsi hüququ verən rəsmi sənəd olan məzmununa guya “Şahid6 adından 700 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, əməliyyatçı İlqar Məmmədov və ödəyici Şahid6 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamaqla qeyd edilən ərəfədə istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırladığı xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portalı qəbzini sonuncunun şəxsi işinə əlavə etməklə, eləcə də Zərərçəkmiş şəxs3 təqdim etməklə, qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan sui-İstifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitinin ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(001)-399/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs4 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı Zərərçəkmiş şəxs4 məhkum olunduğu 2.000 (iki min) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin yanvar ayının ortalarında 1.200 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməıi otağında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, məhkumların şəxsi işləri onun icraatından götürülərək digər icra məmuruna həvalə edildiyindən qalan məbləği ələ keçirə bilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qalan pul vəsaitini ondan almağa nail olmayaraq, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1(067)- 62/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınıb 2021-ci ilin yanvar ayında cəzanın icrasının davam etdirilməsi özünə həvalə edilmiş Zərərçəkmiş şəxs5 ilə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı Zərərçəkmiş şəxs5 məhkum olunduğu 4.000 (dörd min) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 4.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasının yaxınlığında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, məhkum edilmiş cərimə cəzasından sonuncunun adından hər hansı məbləğdə dövlət nəfinə ödəniş edilmədiyi halda qeyd edilən ərəfədə istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə təyin edilmiş cərimənin ödənilməsi ilə cəzadan azad edilməsi hüququ verən rəsmi sənəd olan məzmununa guya “Zərərçəkmiş şəxs5 adından 200 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, əməliyyatçı İlqar Məmmədov və ödəyici Zərərçəkmiş şəxs5 adlarının qarşısında olan imzalan qəsdən fərqli formada imzalamaqla 28,01,2020-ci il tarixli və “Zərərçəkmiş şəxs5 adından 1500 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, əməliyyatçı İlqar Məmmədov və ödəyici Zərərçəkmiş şəxs5 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamaqla qeyd edilən ərəfədə istintaqa məlum olmayan vaxtda və yerdə qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırladığı xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portalı qəbzlərini sonuncunun şəxsi işinə əlavə etməklə, eləcə də Xaçmaz Rayon Məhkəməsinə, surətləri Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Zərərçəkmiş şəxs5 ünvanlanmış məktubların məzmununda “xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1(067)-62/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəriməni tam şəkildə ödədiyi üçün probasiya qeydiyyatından çıxarılmışdır” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, öz adının qarşısından imzalamaqla xidməti otağında rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 15Y39 nömrəli məktubu hazırlayıb vəzifə saxtakarlığı etməklə, Zərərçəkmiş şəxs5 təqdim edib, qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hüquq verən rəsmi sənədləri təkrarən vahid tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 1(001)-60/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilməklə cəzanın icrası ilə əlaqədar ilkin olaraq Bakı şəhəri, Yasamal rayon icra və probasiya şöbəsində qeydiyyata alınıb, yaşayış yeri üzrə aidiyyəti üzrə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilməklə xx.xx.2020ci il tarixdə qeydiyyata alınaraq cəzanın icrasının davam etdirilməsi 2021-ci ilin fevral ayında özünə həvalə edilmiş Zərərçəkmiş şəxs6 ilə həmin tarixdə ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı məhkum olunduğu 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasından sonuncunun şəxsi işinin Bakı şəhəri, Yasamal rayon icra və probasiya şöbəsinin icratında olan zaman dövlət nəfinə ödədiyi məbləğin 1.000 manat olduğu halda həmin məbləğin 800 manat olduğunu bildirərək, eləcə də məhkum olunduğu cərimə cəzasından qalıq qaldığını bildirdiyi 2.800 manat məbləğində pul vəsaitinin ona ödənilməsini və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində Bakı şəhərində müxtəlif ərazilərdə quraşdırılmış ödəniş terminallarından Zərərçəkmiş şəxs6 tərəfindən sonuncuya göndərdiyi cinayətdən xəbərsiz bacısı X5 aid olmaqla Kapital Bank ASC-yə məxsus 416974******8755 nömrəli plastik kart hesabına köçürülmüş ümumilikdə 2.800 manat pul vəsaitini nağdlaşdıraraq ələ keçirib özünün şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(101)-563/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 2021-ci ilin fevral ayında ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı sonuncuya məhkum olunduğu 5.000 (beş min) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə ümumilikdə 3.780 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 qeyd edilən ünvanda yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasındakı xidməti otağında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, məhkum edilmiş cərimə cəzasından sonuncunun adından hər hansı məbləğdə dövlət nəfinə ödəniş edilmədiyi halda qeyd edilən ərəfədə istintaqa məlum olmayan vaxtda və yerdə təyin edilmiş cərimənin ödənilməsi ilə cəzadan azad edilməsi hüququ verən rəsmi sənəd olan məzmununa guya “Zərərçəkmiş şəxs1 adından 1.000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, əməliyyatçı Bəxtiyar Hacıyev və ödəyici Zərərçəkmiş şəxs1 adlarının qarşısında olan imzalan qəsdən fərqli formada imzalamaqla qanunsuz olaraq istifadə etmək məqəsədilə saxtalaşdırmaqla hazırladığı xx.xx.2020-ci il tarixli Hökümət ödəniş portalı qəbzini sonuncunun şəxsi işinə əlavə etməklə, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin Zərərçəkmiş şəxs1 barəsində qəbul olunmuş 09 oktyabr 2020-ci il tarixli, 1 (101)-563/2020 nömrəli hökmün cəzaya dair hissəsinin icrası vəziyyəti barədə sorğusuna cavab olaraq istintaqa dəqiq məlum olayan tarixdə xidməti otağında həmin məhkəməyə ünvanlanmış məktubun məzmununa “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum olunmuş Zərərçəkmiş şəxs1 5.000 manat məbləğindən 2.000 manatın ödənilməsi, 3.000 manatın ödənilməməsi" barədə bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edib, öz adının qarşısından şəxsən imzalamaqla rəsmi sənəd hesab edilən xx.xx.2021-ci il tarixli 21-1-/3-6096/12 nömrəli məktubu hazırlayıb vəzifə saxtakarlığı edib, həmin sənədi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus 3.780 (üç min yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, məhkumların şəxsi işləri onun icraatından götürülərək digər icra məmuruna həvalə edildiyindən qalan məbləği ələ keçirə bilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qalan pul vəsaitini ondan almağa nail olmayaraq, qulluq mövqeyindən istifadə etməklə sonuncuya məxsus cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hüquq verən rəsmi sənəd təkrarən tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən icra məmuru kimi məhkumun qeydiyyatını aparmaq, məhkuma məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah etmək, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlamaq, məhkumun bu Məcəllə ilə müəyyən edilmiş cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət etmək, məhkumla tərbiyə işini aparmaq, məhkum barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək, olduğu yer məlum olmayan məhkumun axtarışını təşkil etmək, cəzanın icrasından irəli gələn digər vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1 (011)-149/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəzanın icrası xx.xx.2020-ci il tarixdə özünə həvalə edilmiş Şahid3 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində 13 noyabr 2020-ci il tarixdə qeydiyyata alıb, həmin tarixdə elektron nəzarət vasitəsi tətbiq edərək, 2021-ci ilin fevral ayında sonuncunun yaşadığı ünvan 14 ünvanının qarşısında elektron nəzarət vasitəsinə baxış keçirən zaman Şahid3 elektron nəzarət vasitəsinin üzərindən çıxarılması və sonuncuya cəza çəkdiyi müddətdə maneəsiz hərəkət etməyə şərait yaratmaq imkanının olmasını bildirib Şahid3 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq eləcə də edəcəyi qanunsuz hərəkətə, yəni qanuni əsaslar olmadan elektron nəzarət vasitəsinin üzərindən çıxarılmasına görə özü üçün birbaşa yolla şəxsən ilkin olaraq maddi nemət olan 350 manat, cəza çəkdiyi müddət ərzində hər aya görə 50 manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəməklə, Şahid3 ilkin olaraq 300 manat hər ay isə 50 manat məbləğində pul vəsaiti verməsinə dair razılığını alıb, həmin niyyətlə 2021-ci ilin fevral ayının sonlarında ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasındakı xidməti otağında Şahid3 maddi nemət olan 300 manat, 2021-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayınadək, yəni 7 ay ərzində qeyd edilən ünvanda yerləşən Bakı şəhər probasiya idarəsinin yaxınlığında hər aya görə 50 manat olmaqla cəmi 350 manat, ümumilikdə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədə əməl edərək cəza müddəti başa çatmadığı halda 2021-ci ilin fevral ayında qeyd edilən ünvanda yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasında Şahid3 üzərindən elektron nəzarət vasitəsini qanunsuz açaraq çıxarmışdır. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Abşeron Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 1(012)-99/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Şahid4 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 29 mart 2021ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edərək, üzərindən elektron nəzarət vasitəsinin çıxarılması ilə bağlı 2021-ci ilin iyul ayında Şahid4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himəyədarlıq eləcə də edəcəyi qanunsuz hərəkətə, yəni qanuni əsaslar olmadan elektron nəzarət vasitəsinin üzərindən çıxarılması və sonuncuya cəza çəkdiyi müddətdə maneəsiz hərəkət etməyə şərait yaratmağa görə 2021ci ilin iyul ayının ortalarında aralarında olan telefon danışığı zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.200 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməklə, Şahid4 1.000 (bir min) manat məbləğində pul vəsaiti verməsinə dair razılığını alıb, həmin niyyətlə 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsində yerləşən Bolmart supermarketin qarşısında sonuncunun idarə etdiyi **-NG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter" markalı sərnişin avtobusun içərisində görüşərək maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədə əməl edərək cəza müddəti başa çatmadığı halda həmin tarixdə sərnişin avtobusunun içərisində Şahid4 üzərindən elektron nəzarət vasitəsini qanunsuz açaraq çıxartmışdır. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-cİ il tarixli, 1(045)-06/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəzanın icrası ilə əlaqədar Goranboy rayon icra və probasiya şöbəsində 05 mart 2021-ci il tarixdə qeydiyyata alınıb, 16 may 2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş Şahid2 hökmün icrasının 16 iyul 2021-ci il tarixdə özünə həvalə edilməsi ilə əlaqədar elektron nəzarət vasitəsinin çıxarılması ilə bağlı 2021-ci ilin iyul ayında Şahid2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himəyədarlıq eləcə də edəcəyi qanunsuz hərəkətə, yəni qanuni əsaslar olmadan elektron nəzarət vasitəsinin üzərindən çıxarılması sonuncuya cəza çəkdiyi müddətdə maneəsiz hərəkət etməyə şərait yaratmağa görə ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsindəki xidməti otağında özü üçün birbaşa yolla şəxsən ilkin olaraq maddi nemət olan 200 manat, cəza çəkdiyi müddət ərzində hər aya görə 100 manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində istəməklə, Şahid2 razılığını alıb, həmin niyyətlə 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən Tərlan şadlıq sarayının yaxınlığında Şahid2 maddi nemət olan 200 manat, 2021ci ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən İst Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında iki dəfəyə 50 manat olmaqla cəmi 100 manat, ümumilikdə maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə təkrarən rüşvət qismində almış, 2021-ci ilin avqust ayında Bakı şəhər probasiya idarəsində cəzaların icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Şahid2 yenidən elektron nəzarət vasitəsini tətbiq etməklə 2021-ci ilin avqust ayının sonlarında aralarında olan telefon danışığı zamanı Şahid2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni qanuni əsaslar olmadan elektron nəzarət vasitəsinin üzərindən çıxarılmasına görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində istəməklə, sonuncunun 1.200 manat məbləğində pul vəsaiti verməsi təklifi ilə razılaşaraq, həmin niyyətlə Şahid2 23 avqust 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasının yaxınlığında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alıb, ümumilikdə vahid niyyətlə maddi nemət olan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəməklə vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədə əməl edərək cəza müddəti başa çatmadığı halda xx.xx.2021-ci il tarixdə qeyd edilən ünvanda yerləşən Bakı şəhər probasiya İdarəsinin inzibati binasında Şahid2 üzərindən elektron nəzarət vasitəsini qanunsuz açaraq, həmin tarixdə Goranboy Rayon Məhkəməsinə, eləcə də surətləri Azərbaycan Respublikası DİN-nİn Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Şahid2 ünvanlanmış məktubun məzmununa bilə-bilə tamah niyyətilə yalan məlumatlar yəni, “Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-ci İl tarixli, 1(045)-06/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid2 cəzasının müddəti başa çatdığı üçün probasiya qeydiyyatından çıxarılmışdır” sözlərini daxil edərək, rəis vəzifəsini icra edən baş ədliyyə müşaviri Şahid1 adının qarşısından sonuncunun imzasını xidməti otağındakı kompüterdə skan etməklə üzünü köçürüb tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hazırladığı xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli məktubu Şahid2 təqdim etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(001)-394/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə xx.xx.2020-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs8 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 2021-ci ilin avqust ayının əvvəllərində aralarında olan telefon danışığı zamanı 800 manat pul vəsaiti müqabilində məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasına amnistiya qərarının tətbiq edilməsini təmin edərək cəza müddətinin 1 il müddətinə azaldacağına dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin avqust ayının əvvəllərində 800 manat pul vəsaitini Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəsbəsi Baksol yolunda yerləşən “Məmmədoğulları” avtoservisin qarşında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1 (001)-199/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilməklə xx.xx.2021-ci il tarixdə cəzanın icrası özünə həvalə edilmiş Zərərçəkmiş şəxs2 Bakı şəhər probasiya idarəsində həmin tarixdə qeydiyyata alıb, 2021-ci ilin sentyabr ayının əvvəllərində ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin inzibati binasındakı xidməti otağında görüşləri zamanı Zərərçəkmiş şəxs2 məhkum olunduğu 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasının ona ödənilməsi və həmin ödəyəcəyi məbləği dövlət nəfinə keçirəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin sentyabr ayının ortalarında 750 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı xidməti otağında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmiş, məhkumların şəxsi işləri onun icraatından götürülərək digər icra məmuruna həvalə edildiyindən qalan məbləği ələ keçirə bilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qalan pul vəsaitini ondan almağa nail olmayaraq, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1 (001)-331/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə 30 oktyabr 2020-ci il tarixdə cəzanın icrası ona həvalə edilmiş Şahid5 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 17 aprel 2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edərək üzərindən elektron nəzarət vasitəsinin çıxarılması ilə bağlı 2021-ci ilin sentyabr ayında Şahid5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himəyədarlıq eləcə də edəcəyi qanunsuz hərəkətə, yəni qanuni əsaslar olmadan elektron nəzarət vasitəsinin üzərindən çıxarılması və sonuncuya cəza çəkdiyi müddətdə maneəsiz hərəkət etməyə şərait yaratmağa görə 2021-ci ilin sentyabr ayının ortalarında aralarında olan telefon danışığı zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməklə, Şahid5 900 manat məbləğində pul vəsaiti verməsinə dair razılığını alıb, həmin niyyətlə 2021-ci ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin yaxınlığında maddi nemət olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədə əməl edərək cəza müddəti başa çatmadığı halda 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində yerlən Azadlıq Prospekti metrostansiyasının qarşısında avtomobilin içərisində Şahid5 üzərindən elektron nəzarət vasitəsini qanunsuz açaraq çıxarmışdır. Bundan başqa o, təkrarən həmin vəzifədə İşləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 1(008)-168/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhrumetmə cəzasına məhkum edilməklə təyin olunmuş cəzanın 02 il müddətinə şərti hesab edilmiş xx.xx.2021-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınaraq həmin tarixdə cəzanın icrası X10 həvalə edilmiş Zərərçəkmiş şəxs9 ilə 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 7 ünvanında yerləşən Bakı şəhər probasiya idarəsinin dəhlizindəki görüşləri zamanı təyin olunmuş cəzadan azad edilməsinə dair xahişi ilə bağlı özünə müraciət etməsi ilə əlaqədar qeyd olunan məsələnin həllinə dair imkanının olmasını bildirib, həmin məsələni 2.000 manat məbləğində pul qarşılığında həll edəcəyinə dair yalan vəd verib aldatmaqla qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, 2021-ci ilin noyabr ayının əvvələrində 2.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs9 qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin inzibati binasındakı yaxınlığında alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitinin ələ keçirərək ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanlar ödənilmiş və barışıq əldə edilmişdir. Əməlimdən peşmandır. İttiham aktında qeyd olunmuş bütün epizodları qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o 2021-ci ilin noyabr-dekabr ayında öz ərizəsi ilə işdən azad edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O Zərərçəkmiş şəxs8 pulu almamışdan əvvəl artıq Zərərçəkmiş şəxs8 amnistiyaya düşmüşdür. O Şahid2 “qolbağını” açmaq üçün 1500 manat almışdır. Barəsində şikayət olduğu üçün pulu Şahid2 qaytarmışdır. Şahid2 özü şikayət etməmiş, sadəcə onun məhkumlardan pul aldığı İdarədə bilinmişdir. Törətdiyi əməldən peşmandır. Bütün zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. İttiham aktında qeyd olunuş tarixlər tam düzgündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ildə alqı-satqını nağd şəkildə etdiyinə görə dövlət tərəfindən ona cərimə cəzası verilmişdir. Onun işini Təqsirləndirilən şəxs icra edirmiş. O cərimə cəzasını ödəməyinə baxmayaraq, sonradan məlum olmuşdur ki, cərimə büdcəyə ödənilməmişdir. Daha sonra bu barədə icra şöbəsinin rəhbərliyinə şikayət etmişdir. Nəticədə şikayəti təmin edilmiş və onun ödədiyi bütün məbləğ tam şəkildə ona geri qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan 1200 manat olmuşdur. Təqsirləndirilən şəxs ondan pul istəmiş, sonra özündən asılı olmayan hallara görə pulu ala bilməməsi kimi hal olmamışdır. Onu 2000 manat məbləğində cərimə etmişlər. O həmin cəriməni Təqsirləndirilən şəxs ödəmişdir. O, cəzasından 1200 manat ödəmiş, sonradan isə amnistiyaya düşdüyünə görə geri qalan pulu ödəməmişdir. Əgər amnistiyaya düşməsə 800 manatı da ödəyəcəkmiş. O amnistiyaya 2021-ci ilin noyabr ayında Zəfər bayramı münasibətilə düşmüşdür. O, Təqsirləndirilən şəxs 1200 manatı 2021-ci ilin yanvar ayında ödəmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pul vermişdir. Həmin pulu verməyinə səbəb törətdiyi əmələ görə aldığı cəzanın amnistiyaya düşməsini həll etməsi olmuşdur. Pulu verdikdən sonra o amnistiyaya düşmüşdür. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Ona 2 il 11 ay 29 gün cəza təyin olunmuşdur. Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən hökm çıxarmışdır. O, pulu Təqsirləndirilən şəxs verən zaman cəzasından bir neçə ay qalmışdır. O amnistiyaya düşəcəyini bilməmişdir. O aldadıldığını bilməmişdir. Sonradan ona Təqsirləndirilən şəxs atası zəng vuraraq pulu ona qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq aparılan zaman o həbsdə olmuş, həbsdə olan zaman ifadə vermişdir. Amnistiyaya düşəcəyini ona Təqsirləndirilən şəxs demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bir gün icra şöbəsindən ona zəng gəlmiş və oğlunun barəsində cərimə cəzasının tətbiq edildiyini demişlər. O oğlunun bir davaya qarışdığını və barəsində cinayət işi başlandığını bilmişdir. Daha sonra o icra şöbəsinə getmişdir. Orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs pulu ona ödəməyini, sonradan özünün pulu dövlət nəfinə keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 3 dəfəyə toplam 1.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs da oğlunun cəriməsini ödədiyi qəbzi ona təqdim etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs barəsində cəza tətbiq edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onun oğlu dava-dalaşa qarışdığı üçün məhkum olunmuşdur. O, pulu Təqsirləndirilən şəxs 3 dəfəyə vermişdir. Təqsirləndirilən şəxs 300 manat, 500 manat və 700 manat olmaqla ümumilikdə 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi qəbzi itirmişdir. O, istintaqda ifadə verdikdən sonra oğluna təyin edilmiş cəzanın amnistiyaya düşdüyünü öyrənmişdir. Heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, O cərimə olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs 3150 manat pul vermişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Ona dəymiş ziyan ödənilmşdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuş, ona 5 000 manat cərimə cəzası təyin edilmişdir. Onun probasiyada icra məmuru Təqsirləndirilən şəxs olmuşdur. O, probasiyaya cəzasnı ödəməklə bağlı özü müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4, 310 və 32.4,312.2ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmiş, hökmün icrası Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs həvalə edilmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında ona zəng edərək təyin edilmiş cərimə cəzasının ödənilməsi üçün Binəqədi rayon icra və probasiya şöbəsinə dəvət edərək cərimə cəzasını ona ödəməsini və özünün həmin pul vəsaitini dövlət büdcəsinə köçürəcəyini bildirmişdir. Qeyd olunan pul vəsaitinin hissə-hissə ödənilməsi ilə bağlı aralarında olan razılığa əsasən təxminən 2021-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində 5.000 manat cərimə cəzasından 3.780 manat hissəsini əlbəəl Təqsirləndirilən şəxs xidməti otağında təklikdə vermiş, lakin təqdim etdiyi pulun ödənilməsinə dair hər hansı ödəniş qəbzini ona təqdim etməmişdir. 2021-ci ilin oktyabr ayında Bakı şəhər probasiya idarəsinin Məmməd adlı əməkdaşı ona zəng edərək təyin olunmuş 5.000 manat cərimə cəzasını ödəməməsinin səbəbini soruşduqda, o, həmin pul vəsaitindən 3.780 manatını Təqsirləndirilən şəxs ödədiyini demişdir. Məmməd adlı əməkdaş onu Bakı şəhər probasiya idarəsinə dəvət edərək izahatını almış, həmin vaxt Təqsirləndirilən şəxs cərimə cəzasının ödənilməsi üçün verdiyi 3.780 manat pul vəsaitini dövlət xəzinədarlığına köçürmədən ələ keçirdiyini bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək iradını bildirmiş, səhv etmirsə sonuncunun atası tərəfindən onun Ayxana verdiyi 3.780 manatın çox hissəsi dövlət büdcəsinə ödənilmiş, yadında olmayan məbləğ isə ona qaytarılmaqla vurulmuş ziyan tamamilə aradan qaldırılmışdır. Sonradan barəsində amnistiya tətbiq edildiyindən qalan cərimə məbləğinin ödənilməsindən azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Bundan başqa o, ifadəsində ona təqdim olunmuş əməliyyatçı Bəxtiyar Hacıyev və ödəyici olaraq onun adının qarşısından imzalanmaqla hazırlanmış məzmununa “onun tərəfindən 1.000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə xx.xx.2020-ci il tarixli Hökümət ödəniş portalı qəbzi və Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində qəbul olunmuş 09 oktyabr 2020-ci il tarixli, 1(101)-563/2020 nömrəli hökmün cəzaya dair hissəsinin icrası vəziyyəti barədə sorğusuna cavab olaraq həmin məhkəməyə ünvanlanmış məzmununda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum olunmuş Zərərçəkmiş şəxs1 5.000 manat məbləğindən 2.000 manatın ödənilməsi barədə məlumatlar daxil edilməklə Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2021- ci il tarixli 21-1-/3-6096/12 nömrəli məktub ilə tanış olaraq qeyd edilən hökümət ödəniş portalının qəbzindəki adının qarşındakı imzanın ona məxsus olmadığını, eləcə də həm Hökümət ödəniş portalının qəbzindən, həm də ki Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məktubdan məlumatı olmadığını bildirmişdir. (cild İV, iş vərəqə 61-65) Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs 3 780 manat pul vermişdir. Ona sonradan başqa bir icra məmuru zəng edərək cəzanın ödənilmədiyini demişdir. O, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonra Təqsirləndirilən şəxs bütün cəzanı ödəmişdir. Yerdə qalan 1 220 manatı da Təqsirləndirilən şəxs geri almışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ayxanla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 000 manat cərimə olunmuşdur. O cəzasını ödəməyi gecikdirmişdir. Ona Təqsirləndirilən şəxs zəng vuraraq pulu ödəməyini bildirmişdir. O həmin gün üstündə 4 000 manat pul olmadığı üçün cəriməni həmin gün 2 000 manat, daha sonra 2 000 manat olmaqla iki dəfəyə ödəmişdir. Daha sonra o Ali Məhkəmənin qərarı ilə bəraət almışdır. Daha sonra ödədiyi 4 000 manatı geri almağa getmişdir. Oradakı işçi ona 2 000 manat pul qaytarmışdır. O 4 000 manat pul ödədiyini bildirmişdir. İşçi xanım ona 2 000 manatın qeydiyyatda olduğunu bildirmişdir. Daha sonra o Təqsirləndirilən şəxs zəng vuraraq bu barədə bildirmişdir. Üstündən 1 saat keçməmiş Təqsirləndirilən şəxs onun yerdə qalan 2 000 manatını da gətirmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o pulu Təqsirləndirilən şəxs nağd şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar. Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ona cərimə cəzası verilmişdir. O həbsdə olduğu üçün cəriməni ailə üzvləri ödəmişdir. Səhv etmirsə, cərimənin məbləği 6 000 manat olmuşdur. Onun cəriməsi tam ödənilmişdir. Zərərçəkmiş şəxs11 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ona AR CM-nin 178-ci maddəsi üzrə cərimə cəzası verilmiş, o özü isə AR CM-nin 234.1-ci maddəsi ilə həbsdə olmuşdur. Ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o 4 000 manat cərimə edilmişdir. Bununla bağlı onun işinə icra məmuru Təqsirləndirilən şəxs təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu İdarəyə çağırmış, orada danışmışlar və cərməmi hissə-hissə ödəməyə razılaşmışlar. O ödənişlərini edirmiş, ya oğlu aparıb vermiş, ya da Ayxan özü gəlib Mehdiabad qəsəbəsində ondan götürürmüş. Sonra o işə girmək üçün məhkumluq arayışı almağa getmişdir. Asan Xidmətdə ona axtarışda olduğunu bildirmişlər. O bunun nə ilə bağlı olduğunu soruşduqda, icra işi olduğunu demişlər. Daha sonra o idarəyə getmişdir. İdarəyə gedən zaman onun ödəniş çeklərinə baxmışlar, sonra Ayxanı çağırmışlar. Ayxan otağa girməmiş, ona bildirmişdir ki, bu məsələni özü həll edəcək. Daha sonra ona cəriməni tam ödədiyi barədə təmizlik kağızı vermişlər. Sonradan onu Korrupsiya qarşı mübarizə çağırmışlar. Oraya da gedib ifadəsini vermişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Gələcəkdə məhkəmə yekun qərar verən zaman Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs10 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o ev almışdır. Sonradan ortaya çıxmışdır ki, bu ev başqasına məxsudur. Ona saxta sənəd və oğurluq maddələri ilə cəza təyin etmişlər. Ona cəriməni ödəməyi ilə bağlı məhkəmədən sənəd vermişlər. Sonradan isə işi icraya yönəldilmişdir. Daha sonra onu icra şöbəsinə çağırmışlar və bildirmişlər ki, bundan sonra işinə Təqsirləndirilən şəxs nəzarət edəcək. O da pulu Təqsirləndirilən şəxs ödəyirmiş. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o probasiya idarəsində tanımışdır. Ona 02 il 06 ay müddətə sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Probasiya idarəsində o Təqsirləndirilən şəxs ayağına nəzarət qurğusunun bağlanmamasının hansısa yolla mümkün olub-ola bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs danışıb daha sonra mənə deyəcəyini bildirmişdir. Sonradan Ayxanla danışmışlar və səhv etmirsə 2 000 manata razılaşmışlar. Lakin sonradan bu iş alınmamışdır. Sonradan Təqsirləndirilən şəxs pulu bir az gecikdirsə də, qaytarmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə cəza təyin edilərkən Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ona Sabunçu Rayon Məhkəməsinin qərarı ilə dava-dalaş etdiyinə görə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ona məhkəmənin qərarı ilə cərimə cəzası təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu Bakı şəhər Probasiya İdarəsinə çağırmışdır. Sonra razılaşmışlar və o hər ay pulu Təqsirləndirilən şəxs göndərirmiş. O, cəriməni tam ödəyib qutarmışdır. Bir müddət sonra ona məktub gəlmiş, məktubda cərimə cəzasının olduğu qeyd edilmişdir. Məsələni araşdırmaq üçün idarəyə getmiş, orada məsələ aydınlaşmış və ona cəriməni tam ödəməyi ilə təmizlik kağızı vermişlər. Təqsirləndirilən şəxs da pulunu yerindəcə qaytarmışdır. Ona dəymiş ziyan ödənilmiş, Ayxanla Novruzovla barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Binəqədi rayon Məhkəməsinin qərarı ilə, AR CM-nin 178-ci maddəsi üzrə məhkum olunmuş, ona 3.500 manat cərimə cəzası təyin edilmişdir. O, Təqsirləndirilən şəxs 3.000 manat vermişdir. O, pulu Təqsirləndirilən şəxs kartına atırmış. Sonradan idarəyə getdiyi gün cərimə cəzası dövlətə tam ödənilmiş və ona təmizlik kağızı vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs icra və probasiya idarəsində tanımışdır. Onun cərimə cəzası olmuşdur. Hər ay bu cəzanı hissə-hissə ödəyirmiş. Daha sonra cəriməni tam ödəyib bitirmiş və Təqsirləndirilən şəxs ona cəriməni tam ödəyib bitirməyi barədə kağız vermişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasını ödəyirmiş. Təqsirləndirilən şəxs 4000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ona pulu geri qaytarmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X22 ifadəsində bildirmişdir ki, o ittiham aktı ilə tanış olan zaman oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirdiyini görmüşdür. O oğlunun ifadəsini tam təsdiq edir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının 08-də Bakı Probasiya İdarəsində Təqsirləndirilən şəxs ona 1500 manat pul verərək bir məhkuma çatdırmağını istəmişdir. O əlində pulla idarədə aşağı düşən zaman onu idarənin rəisi Şahid1 görmüş və əlindəki pulun nə olduğunu soruşmuşdur. Daha sonra pulu ondan götürərək protokollaşdırmışdır. Şahid7 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs iş yerindən tanımışdır. O probasiya idarəsində könüllü olaraq fəaliyyət göstərirmiş. O Təqsirləndirilən şəxs köməkçisi olmuşdur. Təqsirləndirilən şəxs pulu Şahid2 qaytarmağı üçün vermişdir. O Təqsirləndirilən şəxs hansı səbəbə pulu Şahid2 verməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs ondan pulu idarənin həyətində olan Şahid2 qaytarmağını xahiş etmişdir. Şahid1 onu İdarənin foyesində olan zaman görmüş və saxlamışdır. O, pulu əlində aparırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs ayağına bağlanmış qolbağı açması üçün 900 manat pul vermişdir. Sonradan qolbağın açıldığı bəlli olmuş və onu ifadə verməyə çağırmışlar. Daha sonra Təqsirləndirilən şəxs ona pulunu geri qaytarmışdır. Şahid5 məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onun avtomobilində oğurluq mal tutulmuş, bu səbəbdən məhkum olunmuşdur. Ona səhv etmirsə, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Ona amnistiyanın olacağı deyilmişdir. O özü Təqsirləndirilən şəxs ona hörmət edəcəyi halda ayağındakı qolbağı aça bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs da həll edə biləcəyini demişdir. Təqsirləndirilən şəxsla Azadlıq metrostansiyasının yaxınlığında görüşmüşlər, Təqsirləndirilən şəxs avtomobilin içində qolbağı açmışdır. Təqsirləndirilən şəxs başqa bir şəxslə öz avtomobillərində gəlmiş, qolbağı da həmin avtomobildə açmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımır, hadisəni xatırlamır. Şahid6 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1.800 (min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, hökmün icrası Binəqədi rayon icra və probasiya şöbəsinin Ayxan adlı icra məmuruna həvalə edilmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək Binəqədi rayon icra və probasiya şöbəsinə dəvət etdiyindən atası Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs yanına getmiş, sonuncu ona təyin olunmuş 1.800 manat cərimə cəzasını ona ödəməsini, həmin pulu dövlət nəfinə özünün keçirəcəyini bildirmişdir. Atası da razılaşmış və 1-2 gün sonra atası Zərərçəkmiş şəxs3la birlikdə Təqsirləndirilən şəxs yanına xidməti otağına getmiş, orada atası 1.800 manat pulu sayaraq onun yanında Ayxana vermişdir. Onlar həmin pulun dövlət nəfinə keçirildiyini zənn etmişlər. Bundan başqa, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasına cərimə cəzasının ödənilməsinə dair qəbz verdiyini xatırlayır, lakin qəbzdə ödənilmiş məbləğ yadında qalmamış, Təqsirləndirilən şəxs verilmiş pulun məbləği və ödəniş qəbzinin harda olmasını atası Zərərçəkmiş şəxs3 daha yaxşı bilir. Onun hazırkı işinə məhkəmədə baxılan zaman xx.xx.2021-ci il tarixli qərara əsasən məhkum olunduğu 1.800 manat cərimə cəzasına 05 noyabr 2021-ci il tarixli “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiyanın elan edilməsi haqqında qərarı” tətbiq edilməklə həmin cərimə cəzasından azad edildiyini bilmişdir. (cild İİİ, i.v.141-144) Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pul verilən zaman o orada olmamışdır. Ona dava-dalaş etdiyinə görə mənə cəza verilmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə elektron nəzarət sistemi olan elektron qolbaq taxılmışdır. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən yaşayış yeri ünvan 25 ünvanına dəyişdirildikdən sonra şəxsi işi xx.xx.2021-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə göndərilərək icra məmuru Təqsirləndirilən şəxs icraatına verilmişdir. Səhəri gün Təqsirləndirilən şəxs onu idarəyə dəvət edərək probasiya qeydiyyatına almış və onunla söhbət zamanı ona “hörmət” etsə cəzadan azad edilməsinə köməklik göstərəcəyini bildirmiş, o, da razılaşmışdır. Bundan təxminən 10-15 gün sonra Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Tərlan" şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş, sonuncunun tələbi ilə ona 200 manat pul vermişdir. Ayxan ona tətbiq edilmiş elektron nəzarət sistemi olan qolbağı üzərindən açmış və bunun müqabilində ona aylıq 100 manat pul verəcəyini bildirərək ölkə daxilində istədiyi yerə ona məlumat verməklə gedə biləcəyini demişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs məlumat verməklə evini tərk etmişdir. Daha sonra Ayxan iki dəfə 50 manat olmaqla 100 manat pul vəsaitini ondan almışdır. Bundan təxminən 15 gün sonra Təqsirləndirilən şəxs ona elektron nəzarət sistemləri ilə bağlı idarədə nəzarətin gücləndirildiyini deyərək yenidən qolbağı üzərinə tətbiq etmişdi. Bir müddətdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək işinin birdəfəlik həll edilməsini təklif etmiş və bunun müqabilində 2.000 (iki min) manat pul istəmişdir. O, həmin məbləğdə pulunun olmadığını demiş, Ayxanın təklifi ilə 1.200 manata razılaşmışdır. 23 avqust 2021-ci il tarixdə həmin məbləği bibisi Mehriban Şirinovanın adına hansısa bankdan kredit götürərək Bakı Probasiya Xidmətinin inzibati binasının yanında Ayxana vermiş və işinin həll olunmasını gözləmişdir. xx.xx.2021-ci il tarixdə Ayxan onu Bakı şəhər Probasiya idarəsinə çağıraraq elektron qolbağını açmış və ona Goranboy Rayon Məhkəməsinə ünvanlanmış, Probasiya idarəsinin rəisi Şahid1 adından imzalanmış məktub təqdim edərək işinin bağlandığını, sərbəst olduğunu demişdir. O, həmin məktubu götürüb idarədən çıxmış, lakin çox uzaqlaşmadan məktubun üzərindəki nömrəni internet vasitəsilə yoxladıqda həmin nömrəli məktubun başqa probasiya işinə aid olduğu məlum olmuşdur. Bundan sonra o, ümumi tanışlardan Şahid1 nömrəsini öyrənib sonuncu ilə əlaqə saxlayıb ona verilən məktubun şəklini göndərmiş, Namiq müəllim onu təcili Probasiya idarəsinə öz yanına dəvət edərək sorğu-suala çəkmiş və həmin məktubun saxta olduğunu bildirib ondan götürmüşdür. O, baş verənləri danışdıqdan sonra Namiq müəllim izahatını almış, o, da izahatında Təqsirləndirilən şəxs qanunsuz əməllərini qeyd etmişdir. İzahat verdikdən sonra yenidən elektron nəzarət vasitəsi tətbiq edilərək evə buraxılmışdır. Bundan təqribən 10 gün sonra Namiq müəllim ona zəng edərək Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 1.500 manat pulunu ona qaytarmışdır. Həmin pulu bildiyinə görə Ayxan hansısa dostu vasitəsilə ona geri qaytarılması üçün Probasiya idarəsinin hansısa işçisinə vermişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Həmçinin bildirmişdir ki, o, bir dəfə Ayxana 200 manatı Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən Tərlan şadlıq sarayının yaxınlığında, iki dəfə 50 manat olmaqla 100 manatı Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin arxasında olan yeni tikili binaların qarşısında, sonda İsə 1.200 manat pul vəsaitini Bakı Probasiya Xidmətinin inzibati binasının yanında vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. (cild İ, iş vərəqə 158-161) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Binəqədi rayon İcra və Probasiya idarəsinə icra məmuru Təqsirləndirilən şəxs həvalə edilmişdir. Səhv etmirsə 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onu Bakı Probasiya idarəsinə dəvət edərək ayağına elektron qolbaq taxmışdır. 2021-ci ilin fevral ayının ortalarında evdə olarkən Ayxan ona whatsApp mobil tətbiqi ilə zəng edərək ayağındakı elektron nəzarət qolbağı yoxlamaq üçün həmin vaxt kirayə yaşadığı ünvan 27 ünvanına gələcəyini demiş, o, da razılaşmışdır. Ayxan həmin ünvana gələrək binanın qarşısında elektron qolbağa baxış keçirmiş, söhbət əsnasında elektron qolbağı ayağından aça biləcəyini bildirərək bunun müqabilində ondan 350 manat pul istəmişdir. O, cavabında həmin pulu verə bilməyəcəyini bildirmiş, onlar qolbağın açılması üçün 300 manata razılaşmışlar. Bundan əlavə Ayxan azadlığın məhdudlaşdırılması cəzasının bitəcəyi tarixədək hər ay 50 manat ona pul verəcəyini demiş, o, da razılaşmışdır. 2021-ci ilin fevral ayının sonlarında 300 manat pulu toplayıb Təqsirləndirilən şəxs yanına Bakı Probasiya İdarəsindəki xidməti otağına getmiş, otaqda təklikdə 300 manatı sonuncuya vermiş, həmin vaxt Təqsirləndirilən şəxs elektron qolbağı ayağından açıb evə apararaq evdə saxlamasını demişdir. O, da evə gəlib elektron qolbağı evdə saxlamışdır. Təqsirləndirilən şəxs tələbi əsasında 2021-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayı daxil olmaqla hər ayın əvvəli 50 manat olmaqla 7 ay ərzində ümumilikdə 350 manat pulu Bakı Probasiya İdarəsinin yanında əlbəəl Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin oktyabr və noyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək 50 manat pulu tələb etmədiyindən təəccüblənmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Bakı Probasiya İdarəsinin Məmməd adlı icra məmuru onunla əlaqə saxlayaraq ayağından elektron qolbağın qanunsuz açıldığını bildirib qolbaqla birlikdə Bakı Probasiya İdarəsinə dəvət etmiş və orada elektron qolbağın Təqsirləndirilən şəxs tərəfindən pul müqabilində açılmasına dair izahatını almışlar. Həmin vaxt Məmməd adlı icra məmuru tərəfindən evdə saxladığı elektron qolbağı yenidən ayağına taxılmışdır. O, da Ayxana zəng edərək ümumilikdə ona verdiyi 650 manat pulu geri tələb etmiş, həmin gün Təqsirləndirilən şəxs da Bakı Probasiya İdarəsinin yaxınlığında 650 manat pulunu ona geri qaytarmışdır. 2021-ci ilin səhv etmirsə dekabr ayında azadlığın məhdudlaşdırılması cəzası bitdiyindən qeydiyyatdan çıxarılmaqla elektron qolbaq Məmməd adlı icra məmuru tərəfindən ayağından açılmışdır. Hal-hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. (cild İİİ, iş vərəqə 50-53) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Binəqədi rayon İcra və Probasiya idarəsinə göndərilərək icra məmuru Qədir Mikayılova tapşırılmışdır. Sonuncu tərəfindən məhkəmə hökmündən bir neçə ay sonra ona elektron qolbaq tətbiq edilmiş, elektron qolbaq taxılana kimi isə mütəmadi olaraq Qədir Mikayılov tərəfindən idarəyə dəvət olunaraq onunla profilaktiki söhbətlər aparılmışdır. Təxminən 2021-ci ilin səhv etmirsə iyul ayının ortalarında Ayxan adlı şəxs yadında olmayan nömrədən whatsaap mobil tətbiqi ilə onun istifadəsində olan mobil telefona zəng edərək şəxsi işinin ona verildiyini, bundan sonra ona hökm edilmiş azadlıqdan məhrum etmə cəzasına özü tərəfindən nəzarət ediləcəyini, onun ayağındakı elektron qolbağı 1.200 manat müqabilində aça biləcəyini bildirmişdir. O, da 1.000 manat verə biləcəyini demiş, Ayxan da razılaşaraq ona İdarədən kənar yerdə görüşmələrini və gələrkən özü ilə ayı oyuncağı gətirməyini, qolbağı onun ayağından açaraq oyuncaq ayıya bağlayacağını bildirmişdir. Səhv etmirsə aralarında olan danışıqdan 3 gün sonra Təqsirləndirilən şəxsla Tbilisi prospektində yerləşən Bolmart marketin qarşısında görüşmüş, onun idarə etdiyi “Mercedes Sprinter” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna oturmuş və tələb etdiyi 1.000 manat pulu əlbəəl həmin avtobusda təklikdə Ayxana vermişdir. Təqsirləndirilən şəxs elə avtobusda ayağındakı qolbağı qıraraq özü ilə gətirdiyi qara rəngli yapışkan lent ilə oyuncaq ayıya bağlamışdır, Ayxana qolbağı qırdığından ona problem olacağını desə də, sonuncu narahat olmamasını, özü nəzarət etdiyindən heç bir problem olmadığını söyləmişdir. 2021-ci ilin oktyabr ayında Bakı şəhər Probasiya İdarəsindən Məmməd adlı icra məmuru ona zəng edərək, Təqsirləndirilən şəxs ayağındakı qolbağı çıxardığını bildirərək qolbaqla birlikdə idarəyə dəvət etmiş, o, da qolbağın vurulduğu oyuncaq ayını götürərək Bakı Probasiya idarəsinə getmişdir. Orada icra məmuru Məmməd adlı şəxsə olanları danışmış, sonuncu tərəfindən ayağına yeni qolbaq vurulmuş və mütəmadi cəzasınin icrasına nəzarət edilməyə başlanılmışdır. xx.xx.2022-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən məhkum olunduğu 2 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına 05 noyabr 2021-ci il tarixli “8 noyabr- Zəfər günü münasibəti İlə amnistiyanın elan edilməsi haqqında qərarı” tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il müddətinə azaldılmış və məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzası bitdiyindən qeydiyyatdan çıxarılmaqla elektron qolbaq Məmməd adlı icra məmuru tərəfindən ayağından açılmışdır. (cild İİİ, iş vərəqə 82-85) Cinayət işi üzrə Şahid1 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, əvvəllər uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 21 fevral 2021-ci il tarixdən 2023-cü ilin fevral ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Bakı şəhər Probasiya İdarəsinin rəis müavini vəzifəsində işləmiş və idarə rəisi vəzifəsini icra etmişdir. İdarədə 26 icra məmuru ştatı olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu il tarixdən 2021-ci ilin fevral ayınadək Binəqədi İcra və Probasiya şöbəsində icra məmuru, 2021-ci ilin fevral ayından xx.xx.2022-ci il tarixədək Bakı şəhər Probasiya idarəsinin icra məmuru vəzifəsində işləmişdir. Bakı şəhər Probasiya İdarəsinin rəhbəri olduğu müddətdə Təqsirləndirilən şəxs səhlənkar, işinə məsuliyyətsiz, mütəmadi olaraq qanunsuz əməllərə yol verən və çox mənfi xarakterizə olunan bir işçi olmuş, sonuncunun qanunazidd əməllərini bir neçə halda sənədləşdirib bu barədə Nazirliyin rəhbərliyinə rəsmi və şifahi qaydada məlumat vermişdir. Belə ki, Təqsirləndirilən şəxs icraatına verilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid2 (yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu) probasiya işi üzrə sonuncuya elektron nəzarət vasitəsinin tətbiq edilməməsi, daha sonra isə ümumiyyətlə cəzadan azad olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 2021-ci ilin yay aylarında hissə-hissə olmaqla Şahid2 ümumilikdə 1.500 manat pul almış, daha sonra xx.xx.2021-ci il tarixdə həmin məhkumun cəza müddətinin başa çatması və probasiya qeydiyyatından çıxarılması barədə Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra etdiyi dövrdə onun adından Goranboy Rayon Məhkəməsinə ünvanlanmış məktubu hazırlayıb kompyuter vasitəsilə imzasını skan edib özbaşına imzalamaqla və başqa məktuba verilmiş çıxış nömrəsini tətbiq etməklə saxtalaşdırmışdır. Həmin məktubu Ayxan xx.xx.2021-ci il tarixdə qeyd olunan məhkəməyə çatdırması məqsədilə Probasiya İdarəsinin inzibati binasında məhkum Şahid2 əlbəəl verdikdə bu barədə məlumat tutub məktubu məhkumdan almışdır. Bundan sonra isə Ayxan Natiqdən aldığı pulu dostu vasitəsilə İdarədə qaytarmaq istəyərkən o, pulu götürüb sənədləşdirmiş və daha sonra həmin pulu Natiqə qaytarmışdır. Ayxanın, məhkum Şahid2 və qeyrilərinin izahatları alınaraq müvafiq akt tərtib olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs icraatında olan digər probasiya işi üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə 4.000 manat cərimə cəzasına məhkum olunmuş Zərərçəkmiş şəxs7 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hər dəfəsində 2.000 manat olmaqla cərimə məbləğinin ödənişi adı ilə pul vəsaitini qəbul edib 2.000 manat pul vəsaitini dövlət büdcəsinə ödəsə də, digər 2.000 manat pul vəsaitini dövlət büdcəsinə ödəməsinə dair sonuncuya saxta bank qəbzi təqdim edərək qeyd olunan 2.000 manat pul vəsaitlərini ələ keçirmişdir. Zərərçəkmiş şəxs7 Ali Məhkəmənin qərarı ilə bəraət aldıqdan sonra dövlət büdcəsinə ödənildiyini zənn etdiyi pul vəsaitini geri tələb edəndə Təqsirləndirilən şəxs qeyd olunan pul vəsaitinin 2.000 manat hissəsini ələ keçridiyi müəyyən olunmuş və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ələ keçirdiyi 2.000 manatın qaytarılması üçün Bakı şəhər probasiya idarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs7 tələb etdiyi 4.000 manat pul vəsaitinin 2.000 manatı dövlət büdcəsinə ödənildiyindən Maliyyə Nazirliyi tərəfindən, 2.000 manatı isə Təqsirləndirilən şəxs atası tərəfindən məhkuma qaytarılmışdır. Şahid2 və Zərərçəkmiş şəxs7 Bakı Probasiya idarəsinə verdikləri izahatlarında sabiq icra məmuru Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya qeyd olunan məbləğlərdə pul vəsaitlərini verdiklərini bir daha təsdiq etmişlər. Təqsirləndirilən şəxs izahatında Şahid2 cəzadan azad olunması adı ilə ümumilikdə 1.500 manat rüşvət pul aldığını, habelə sonuncunun probasiya qeydiyyatından çıxarılmasına dair onun adından Goranboy Rayon Məhkəməsinin hakiminə məktub hazırlayıb kompyuter vasitəsilə saxta imza həkk etdirərək saxtalaşdırdığını etiraf etmiş və bunu öz səhlənkarlığı ucbatından törətdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs7 cərimə ödənişi adı ilə iki dəfəyə ümumilikdə 4.000 manat pul vəsaitini alaraq ona saxta bank qəbzi təqdim etdiyini etiraf etmişdir. Bu hallardan başqa, Təqsirləndirilən şəxs 2020ci ildə və 2021-ci ilin avqust ayına kimi olan müddətdə cərimə cəzasına məhkum edilmiş bir çox məhkumun dövlət büdcəsinə ödəməli olduqları pulu xəzinəyə ödəmək adı ilə onlardan alıb ələ keçirmiş, cəzalarının bitməsi barədə məhkumlara və məhkəmələrə özü tərəfindən hazırlanan saxta arayışlar və qəbzlər vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-563/2020 saylı hökmünə əsasən 5.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs1 cərimə cəzasının 3.780 manat hissəsini hissə-hissə olmaqla ödəmə adı ilə alıb mənimsəmişdir. Cərimənin 3.000 manat hissəsi sonradan Təqsirləndirilən şəxs atası tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-60/2018 saylı, xx.xx.2018-cİ il tarixli hökmü ilə 2.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs6 müxtəlif tarixlərdə 2.800 manat pulu tələbə olan bacısı Nərminə Novruzovanın bank hesabına köçürtdürmüşdür. Məhkum barədə saxta arayış yazaraq guya onun cərimə cəzasının tam icra edildiyini göstərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs atası sonuncunun ələ keçirdiyi puldan 2.500 manat hissəsini dövlət büdcəsinə ödəmiş, 300 manat isə məhkum Zərərçəkmiş şəxs6 özünə qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 (001 )-415/2020 saylı 30 noyabr 2020-ci il tarixli hökmü ilə 1.800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Şahid6 cərimə cəzasının 600 manat hissəsini ödəmə adı ilə alıb mənimsəmişdir. Məhkum barədə təyin edilmiş cəza amnistiyanın təsiri dairəsinə düşmüş və barəsində amnistiya tətbiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-399/2020 saylı, 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 213-1.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat məbləğində cərimə növündə cəzaya məhkum edilmiş Zərərçəkmiş şəxs4 cərimə cəzasının 2.000 manat hissəsini Təqsirləndirilən şəxs ödəmə adı ilə alıb ələ keçirmişdir. Məhkum barədə Amnistiya qərarı qəbul edilmiş və şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Ayxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-47/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 4.000 manat cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs10 4.000 manat pulu ödəmə adı ilə alıb ələ keçirmişdir. xx.xx.2021-ci il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs atasına həmin məbləğ dövlət büdcəsinə ödətdirilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 (001 )-199/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 manat məbləğində cərimə növündə cəzaya məhkum olunmuş Zərərçəkmiş şəxs2 cərimə cəzasının 750 manatı hissəsi ödəmə adı ilə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. 05 noyabr 2021-ci il tarixdə 200 manat, 18 noyabr 2021-ci il tarixdə isə 300 manat onun tərəfindən dövlət büdcəsinə cərimə ödənişi kimi ödətdirilmiş, bundan sonra məhkum barədə Amnistiya qərarı qəbul edilmiş və şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Ayxan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən 6.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs11 6.000 manat pulu hissə-hissə olmaqla ödəmə adı ilə alıb ələ keçirmiş, dövlət büdcəsinə ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs məhkum barədə saxta arayış yazaraq cərimə cəzasının tam icra edildiyini göstərmişdir. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-62/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 4.000 manat məbləğində pul vəsaiti alaraq ələ keçirmiş, dövlət büdcəsinə ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs məhkum barədə saxta arayış yazaraq cərimə cəzasının tam icra edildiyini göstərmişdir. Təqsirləndirilən şəxs cərimə cəzasından başqa 2020-ci ildən başlayaraq azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmiş bir çox sayda məhkumdan pul alaraq, onlara tətbiq edilən Elektron Nəzarət vasitəsini açaraq, guya həmin məhkumların cəzalarının başa çatması barədə məhkəmələrə və məhkumların özlərinə saxta arayışlar vermişdir. Bu barədə məlumat aldıqdan sonra araşdırma apararaq məhkumları idarəyə dəvət etməklə izahatları alınmış və həm dövlət büdcəsinə, həm də ki pulları Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş məhkumlara məxsus pul vəsaitlərinin sonuncunun atası Nəsrulla Novruzov tərəfindən qaytarılmasını təmin etmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-53/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Şahid5 qolbağın ayaqdan açılması müqabilində Təqsirləndirilən şəxs 900 manat pul almış, həmin məbləğ sonuncunun atası Nəsrullah Novruzov tərəfindən məhkuma qaytarılmışdır. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 1(012)-99/2020 saylı, 21 may 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Şahid4 aldığı 1.000 manat müqabilində qolbağ “Oyuncaq Ayıya” bağlanmışdır. Həmin məbləğ Ayxanın atası Nəsrulla Novruzov tərəfindən məhkuma qaytarılmışdır. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-149/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən 1 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Şahid3 qolbağın ayaqdan açılması müqabilində Təqsirləndirilən şəxs 700 manat pul almış, həmin məbləğ sonuncunun atası Nəsrulla Novruzov tərəfindən məhkuma qaytarılmışdır. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-394/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Zərərçəkmiş şəxs8 qolbağın ayaqdan açılması müqabilində Təqsirləndirilən şəxs 1.000 manat pul almışdır. Bundan başqa Təqsirləndirilən şəxs həmin müddətdə icra məmuru Tamella Rüstəmovanın icraatında olan şərti məhkum edilmiş Zərərçəkmiş şəxs9 da cəzadan azad etdirəcəyinə söz verməklə sonuncunun 2.000 manat pulunu alaraq ələ keçirmişdir. Bundan başqa, o ifadəsində göstərmişdir ki, yuxarıda adları qeyd olunmuş bir çox şəxslərin şəxsi işlərində Təqsirləndirilən şəxs pul vermələrinə dair izahatları olmuş, bəziləri isə bu faktı şifahi şəkildə təsdiq etmişdirlər. (cild 1, iş vərəqə 143-151) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müraciəti əsasında toplanmış 02/2-172C-24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 4-5) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şahid2 tətbiq edilmiş elektron nəzarət vasitəsini açaraq Bakı Probasiya İdarəsinin mühafizə xidmətini təşkil edən Nərimanov rayon Polis İdarəsinin polis nəfəri Ələddin Salayevə vermişdir ki, bu hal protokollaşdırıİmaqla həmin “Attenti” markalı ******* nömrəli elektron nəzarət vasitəsi həmin tarixdə sonuncudan götürülmüşdür. (cild 1, iş vərəqə 26) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid2 verilməsi üçün Şahid7 verilmiş 1.500 manat məbləğində pulu vəsaiti həmin tarixdə protokollaşdırılmaqla götürülmüşdür. (cild 1, iş vərəqə 30) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli məktub protokollaşdırılmaqla Şahid2 götürülmüşdür. (cild 1, iş vərəqə 33) xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli məktubun surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinə, eləcə də surətləri Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Şahid2 ünvanlanmış məktubun məzmununa “Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(045)-06/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid2 cəzasının müddəti başa çatdığı üçün probasiya qeydiyyatından çıxarılmışdır’’ sözləri daxil edilərək, rəis vəzifəsini icra edən baş ədliyyə müşaviri Şahid1 adının qarşısından imzalanmışdır. (cild 1, iş vərəqə 35) Cinayət işi materiallarına əlavə edilmiş arayışdan görünür ki, Goranboy Rayon Məhkəməsinə, eləcə də surətləri Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Şahid2 ünvanlanmış məktubun məzmununa “Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(045)-06/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid2 cəzasının müddəti başa çatdığı üçün probasiya qeydiyyatından çıxarılmışdır" sözlərini daxil edilərək rəis vəzifəsini icra edən baş ədliyyə müşaviri Şahid1 adının qarşısından imzalanmış məktuba verilmiş 7345/12 nömrə Bakı probasiya idarəsinin dəfətrxanasında göndərilən sənədlərin qeydiyyatı kitabına əsasən həmin nömrə xx.xx.2021-ci il tarixli Xəzər rayon məhkəməsinə ünvanlanmış məktubun nömrəsi ilə eynilik təşkil etmişdir. (cild 1, iş vərəqə 36) Cinayət işi materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Şahid4 tətbiq edilmiş elektron nəzarət vasitəsi oyuncaq ayıya tətbiq edilməklə, həmin halın Təqsirləndirilən şəxs tərəfindən pul müqabilində etdiyi qeyd edilmişdir. (cild 1, iş vərəqə 53) xx.xx.2019-cu il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs10 adından 300 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı Sərxan Əliyev və ödəyici Zərərçəkmiş şəxs10 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalanmışdır. (cild 1, iş vərəqə 54) xx.xx.2019-cu il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs10 adından 900 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı Aytən Cəfərova və ödəyici Zərərçəkmiş şəxs10 adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalanmışdır. (cild 1, iş vərəqə 54) xx.xx.2020-cu il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs10 adından 400 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı İlqar Məmmədov və ödəyici Anar Əliyev adlarının qarşısında olan imzaları qəsdən fərqli formada imzalamışdır. (cild 1, iş vərəqə 54) Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Şahid6 adından 700 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı İlqar Məmmədov və ödəyici Şahid6 adlarının qarşısından qəsdən fərqli formada imzalanmışdır. (cild 1, iş vərəqə 55) xx.xx.2020-ci il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs5 adından 200 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi” barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı İlqar Məmmədov və ödəyici Zərərçəkmiş şəxs5 adlarının qarşısında olan imzalar qəsdən fərqli formada imzalanmışdır. (cild 1, iş vərəqə 56) xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs5 adından 1500 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı İlqar Məmmədov və ödəyici Zərərçəkmiş şəxs5 adlarının qarşısında olan imzalar qəsdən fərqli formada imzalanmışdır. (cild 1, iş vərəqə 56) xx.xx.2020-ci il tarixli Kapital Bank ASC-nin Şuşa Filialının 79879 nömrəli qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs7 adından 2.000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə yalan məlumatlar daxil edilmişdir. (cild 1, iş vərəqə 103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8-K saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə müvafiq olaraq öz arzusu ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. (cild 1, iş vərəqə 112) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 157) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 162-163) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X21 şəxsdən daxil olmuş 08 iyun 2024-cü il tarixli 7250 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. (cild 1, iş vərəqə 165) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs7 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 171) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 şəxsdən daxil olmuş 30 iyun 2024-cü il tarixli xx/xx-7224 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən mərkəzdə qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 173) Şahid5 181910 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1 (001 )-331/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30 oktyabr 2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə sonuncu həmin tarixdə Şahid5 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alıb, 17 aprel 2021-ci il tarixdə sonuncuya elektron nəzarət vasitəsi tətbiq etmişdir. (cild 1, iş vərəqə 182-219) Şahid4 208/118520 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Abşeron Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 1(012)-99/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə sonuncu Şahid4 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində həmin tarixdə qeydiyyata alıb, 29 mart 2021-ci il tarixdə sonuncuya elektron nəzarət vasitəsi tətbiq etmişdir. (cild 1, iş vərəqə 220-251) Şahid2 173949 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Goranboy Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 1(045)-06/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası ilə əlaqədar Şahid2 Goranboy rayon icra və probasiya şöbəsində 05 mart 2021-ci il tarixdə qeydiyyata alınıb, 16 may 2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, hökmün icrası 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həvalə edilmişdir. (cild 1, iş vərəqə 252-275) Şahid3 272/187515 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 1(011)-149/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs həvalə edilmiş, sonuncu Şahid3 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində 13 noyabr 2020-ci il tarixdə qeydiyyata alıb, həmin tarixdə sonuncuya elektron nəzarət vasitəsi tətbiq etmişdir. (cild 1, iş vərəqə 276- 295) Zərərçəkmiş şəxs5 152635 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1(067)-62/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, sonuncu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınıb 2021-ci ilin yanvar ayında cəzanın icrasının davam etdirilməsi Təqsirləndirilən şəxs həvalə edilmişdir. (cild 2, iş vərəqə 1-72) Zərərçəkmiş şəxs10 123 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 1(001)-47/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs10 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, sonuncunun təyin olunmuş cərimə cəzasını hissə-hissə ödəməsi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 7(001)-296/2019 nömrəli qərarı qəbul olunmuş və həmin qərar əsasında cəzanın icrasının davam etdirilməsi 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs həvalə edilmişdir. (cild 2, iş vərəqə 73-111) Zərərçəkmiş şəxs6 111579 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 1(001)-60/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, sonuncu cəzanın icrası ilə əlaqədar ilkin olaraq Bakı şəhəri, Yasamal rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, şəxsi işi xx.xx.2020-ci il tarixdə yaşayış yeri üzrə aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilməklə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq cəzanın icrasının davam etdirilməsi 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs həvalə edilmişdir. (cild 2, iş vərəqə 112-138) Zərərçəkmiş şəxs2 205843 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(001)-199/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilmiş və həmin tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmışdır. (cild 2, iş vərəqə 139-155) Zərərçəkmiş şəxs4 218017 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 1(001)-399/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Zərərçəkmiş şəxs4 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra vo probasiya şöbəsində qeydiyyata alınmışdır. (cild 2, iş vərəqə 166-184) Zərərçəkmiş şəxs1 199430 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(101)-563/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Zərərçəkmiş şəxs1 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, eləcə də dövlət nəfinə cərimə məbləğindən hər hansı məbləğdə pul ödənilmədiyi halda Bakı Ağır Cinayətlər Məhkəməsinin Zərərçəkmiş şəxs1 barəsində qəbul olunmuş 09 oktyabr 2020-ci il tarixli, 1(101)-563/2020 nömrəli hökmün cəzaya dair hissəsinin icrası vəziyyəti barədə sorğusuna cavab olaraq həmin məhkəməyə məzmununa “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5.000 (beş min) manat cərimə cəzasına məhkum olunmuş Zərərçəkmiş şəxs1 5.000 manat məbləğindən 2.000 manatın ödənilməsi, 3.000 manatın ödənilməməsi” barədə bilə yalan məlumatlar daxil edilərək Təqsirləndirilən şəxs öz adının qarşısından şəxsən imzalamaqla tərtib etdiyi xx.xx.2021-ci il tarixli 21-1-/3- 6096/12 nömrəli məktubu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. (cild 2, iş vərəqə 185-213) xx.xx.2020-ci il tarixli Hökümət ödəniş portalı qəbzinin surətindən görünür ki, həmin qəbzə Zərərçəkmiş şəxs1 adından 1.000 manat məbləğində pul vəsaitinin dövlət nəfinə cərimə adı altında ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, əməliyyatçı Bəxtiyar Hacıyev və ödəyici Zərərçəkmiş şəxs1 adlarının qarşısında olan imzalar qəsdən fərqli formada imzalanmışdır. (cild 2, iş vərəqə 185-213) Zərərçəkmiş şəxs8 217921 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(001)-394/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Zərərçəkmiş şəxs8 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmışdır. (cild 2, iş vərəqə 214-240) Şahid6 227085 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 1(001)-415/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1.800 (bir min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Şahid6 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmışdır. (cild 2, iş vərəqə 241-260) Zərərçəkmiş şəxs11 31369 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı Hərbi Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1-1(093)-19/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 6.000 (altı min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Zərərçəkmiş şəxs11 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, eləcə də dövlət nəfinə hər hansı cərimə cəzasının məbləği ödənilmədiyi halda Tərtər Hərbi Məhkəməsinə məzmununa “Bakı Hərbi Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1-1(093)-19/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs11 xx.xx.2021-ci il tarixdə cəzasını tam olaraq ödəmişdir” barədə yalan məlumatlar daxil edilib Təqsirləndirilən şəxs adının qarşısından sonuncu tərəfindən imzalanmaqla xx.xx.2021-ci il tarixli 21-1-313 69/12 nömrəli məktub tərtib edilmişdir. (cild 2, iş vərəqə 261-285) Zərərçəkmiş şəxs9 234016 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 1(008)-168/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etimə cəzasına məhkum edilməklə təyin olunmuş cəza 02 il sınaq müddətinə şərti hesab edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınaraq həmin tarixdə cəzanın İcrası həmin idarənin icra məmuru X10 həvalə edilmişdir. (cild 2, iş vərəqə 286-302) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs10 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 24) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 28) Cinayət işi materiallarına Zərərçəkmiş şəxs5 tərəfindən əlavə edilmiş xx.xx.2021-ci il tarixli 15Y39 nömrəli məktubun surətindən görünür ki, sonuncu tərəfindən dövlət nəfinə cərimə ödənişindən hər hansı məbləği ödənilmədiyi halda Xaçmaz Rayon Məhkəməsinə, surətləri Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə və Zərərçəkmiş şəxs5 ünvanlanmış məzmununda “xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 1 (067)- 62/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəriməni tam şəkildə ödədiyi üçün probasiya qeydiyyatından çıxarılmışdır” barədə yalan məlumatlar daxil edilib Təqsirləndirilən şəxs adının qarşısından sonuncu tərəfindən imzalanmışdır. (cild 3, iş vərəqə 47) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 49) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 77) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 91) 30 sentyabr 2024-cü il tarixli WhatsApp mobil tətbiqi vasitəsi ilə dindirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 isə WhatsApp” mobil tətbiqi vasitəsi ilə videogörüntü ilə dindirilən zaman şifahi formada müraciət edərək ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 92-94) Bakı probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 21-1/3-19056/17 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı X1 İdarəetmə portalında Şahid6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs11 məhkum olunduqları cərimə cəzalarını ödəmələrinə dair hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş şəxsi hesab vərəqələrindən görünür ki, dövlət nəfinə cərimə ödənişi ilə bağlı Zərərçəkmiş şəxs10 xx.xx.2021-ci il tarixdə 4.000 manat, Zərərçəkmiş şəxs2 xx.xx.2021 -ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə 2.500 manat, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə 3.000 manat ödəniş etmişdir. (cild 3, iş vərəqə 99-105) Zərərçəkmiş şəxs7 148754 nömrəli şəxsi işinin surətindən görünür ki, sonuncu Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 1(005)-190/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, 23 sentyabr 2020-ci il tarixdə cəzanın icrası Təqsirləndirilən şəxs həvalə edilməklə Zərərçəkmiş şəxs7 həmin tarixdə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alınmışdır. (cild 3, iş vərəqə 106-128) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 135) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 150) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə qəbul olunmuş xx.xx.2019-cu il tarixli 666-k nömrəli əmrlə Təqsirləndirilən şəxs həmin Nazirliyin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə (probasiya üzrə), xx.xx.2021-ci il tarixli 35-k nömrəli əmrlə Bakı şəhər probasiya idarəsində icra məmuru vəzifəsinə təyin edilmişdir. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi”nə əsasən icra məmuru azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən kimi məhkumun qeydiyyatını aparmaq, məhkuma məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah etmək, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlamaq, məhkumun bu Məcəllə ilə müəyyən edilmiş cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət etmək, məhkumla tərbiyə işini aparmaq, məhkum barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək, olduğu yer məlum olmayan məhkumun axtarışını təşkil etmək, cəzanın icrasından irəli gələn digər vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. (cild 3, iş vərəqə 155-156) Bakı şəhər probasiya idarəsindən verilmiş 07 oktyabr 2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs şəxsiyyəti mənfi xarakterizə edilmişdir. (cild 3, iş vərəqə 157) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi ərizədən görünür ki, ona qarşı dələzduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə aradan qaldırıldığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 3, iş vərəqə 181) Cinayət işi materiallarına əlavə edilmiş bank çıxarışından görünür ki, X4 adına Kapital Bank ASC-yə məxsus 416974******8755 nömrəli plastik kart hesabı mövcud olmuşdur. (cild 3, iş vərəqə 192-193) 23 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 179.2.3, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 178.2.4, 311.3.2, 313 və 320.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 178.2.4, 311.3.2, 313 və 320.1-ci ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 2.000 manat, Zərərçəkmiş şəxs8 800 manat məbləğində pul vəsaitlərini ələ keçirməsi hissələrində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 311.2 və 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən həmin hissələrdə sonuncu barəsində həmin maddələrlə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs cərimə cəzasına məhkum olunmuş X19 500 manat, X13 700 manat, X11 4.000 manat, X6 1.000 manat məbləğində pul vəsaitlərini alaraq cərimə ödənişlərini dövlət nəfinə ödəməyərək, eləcədə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla şəxsi işlərinin digər icra məmurunun icraatında olan X2 200 manat, X7 1.500 manat məbləğində pul vəsaitini sonunculara təyin olunmuş cəzadan azad etdirəcəyi adı ilə aldadaraq dələduzluq yolu ilə ələ keçirməsi barədə Şahid1 ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin hissələrdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş X8 1.250 manat, X12 700 manat, X9 1.000 manat, X16 1.000 manat pul vəsaitini rüşvət qismində alaraq təhkim edilmiş elektron qolbaqları qanunsuz olaraq açması barədə Şahid1 ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin hissələrdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311.2 və 311.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 179-cu maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs Hüseynov soyadlı şəxsdən sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə 700 manat, yol-nəqliyyat hadisəsi zamanı ziyan vurduğu avtomobili avtoservisdə düzələn zaman avtomobilin ehtiyat hissələrini sahibindən xəbərsiz satması, icra məmuru Qədir Mikayılovun cibinə narkotik vasitə ataraq polis orqanının əməkdaşı tərəfindən saxlanılması təmin etmək istəməsi barədə Şahid1 ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə rədd edilmiş, X23 barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, X14 barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şahid2, Şahid4, Şahid3 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 312-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən rədd edilmiş, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portallarının qəbzlərinin, xx.xx.2020-ci il tarixli Kapital Bank ASC-nin Şuşa Filialının 79879 nömrəli qəbzin, xx.xx.2021-ci il tarixli 21-1-313 69/12 nömrəli, xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli, xx.xx.2021-ci il tarixli 21-1-/3- 6096/12 nömrəli, xx.xx.2021-ci il tarixli 15Y39 nömrəli məktublarının surətləri, Kapital Bank ASC-yə məxsus 416974******8755 nömrəli plastik kart hesabından çıxarışın, xx.xx.2021-ci il tarixli pulun qaytarılmasına dair protokolun surətləri cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarlar qəbul edilmişdir. (cild 4, iş vərəqə 1-50) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmşdir. (cild 4, iş vərəqə 55-60) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmşdir. (cild 4, iş vərəqə 68-73) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmşdir. (cild 4, iş vərəqə 81-86) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 94-99) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 107-111) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3, 178.2.4, 311.3.2. 313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 4, iş vərəqə 118-131) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-988/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 18 (on səkkiz) gün müddətə, yəni 12 fevral 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 4, iş vərəqə 181-136) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 189-194) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 202-207) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 215-220) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 226-231) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 239-244) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 4, iş vərəqə 252-256) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermək, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxin törətdiyi həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri onun ibtidai və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materialları, məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.5 və 125.1-ci maddələrinin tələblərinə uyğun olaraq yuxarıda göstərilən sənədləri də sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 313 və 320.1-ci maddələri ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərarı ilə (ayrıca akt şəklində) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli qərarı ilə (ayrıca akt şəklində) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2 və 29,178.2.3-cü maddələri isə ittihamdan xaric edilmişdir. Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsində deyilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, ona müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 311.3.2-ci maddəsi təqsirli bilinməli, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək, onun təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, habelə onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CMin 311.3.2-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, onun cəzasını yüngülləşdirən halı, eləcə də cinayət əməllərinin törədildiyi dövrdən hal-hazıra qədər keçən vaxt ərzində təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs əlavə cəza qismində təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci İl tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portallarının qəbzləri, xx.xx.2020-ci il tarixli Kapital Bank ASC-nin Şuşa Filialının 79879 nömrəli qəbz, xx.xx.2021-ci il tarixli 21-1-313 69/12 nömrəli, xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli, xx.xx.2021-ci il tarixli 21-1-/3-6096/12 nömrəli, xx.xx.2021-ci il tarixli 15Y39 nömrəli məktubların surətləri, Kapital Bank ASC-yə məxsus 416974******8755 nömrəli plastik kart hesabından çıxarış, xx.xx.2021-cİ il tarixli pulun qaytarılmasına dair protokolun surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci İl tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Hökümət ödəniş portallarının qəbzləri, xx.xx.2020-ci il tarixli Kapital Bank ASC-nin Şuşa Filialının 79879 nömrəli qəbz, xx.xx.2021-ci il tarixli 21-1-313 69/12 nömrəli, xx.xx.2021-ci il tarixli 7345/12 nömrəli, xx.xx.2021-ci il tarixli 21-1-/3-6096/12 nömrəli, xx.xx.2021-ci il tarixli 15Y39 nömrəli məktubların surətləri, Kapital Bank ASC-yə məxsus 416974******8755 nömrəli plastik kart hesabından çıxarış, xx.xx.2021-cİ il tarixli pulun qaytarılmasına dair protokolun surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, məhkəmə xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar