Məhkəmə qərarları › İş №1(101)-1002/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1002/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1002/2024 20.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 12 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə metadon həblərini əldə etmiş, yaşadığı evə daşımış, evində və üzərində saxlamışdır. Belə ki, o, 2023-cü ilin may ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Mamed” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə olan metadon həblərini şəxsi istifadəsi üçün narkotik vasitə marixuana verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi razılığa əsasən 05 iyul 2023-cü il tarixdə qrupun üzvü “Mamed” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu ərazisində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan paketdə və bir ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkisi 28,665 qram, 2035,0 qram, ümumi təmiz çəkisi 2063,665 qram narkotik vasitə qurudulmuş marixuana, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxil edilmiş 336 ədəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 13,44 qram olan narkotik vasitə metadon həblərini götürüb qanunsuz əldə edərək yaşadığı ünvan 4 ünvana daşıyıb, bir ədəd sellofan paketdə təmiz çəkisi 28,655 qram narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd narkotik vasitə metadon həbləri üzərində, bir ədəd sellofan torbada təmiz çəkisi 2035,0 qram narkotik vasitə qurudulmuş marixuana və 296 ədəd narkotik vasitə metadon həblərini yaşadığı həmin evdə saxlamış, 09 iyul 2023-cü il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 28,655 qram narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd narkotik vasitə metadon həbləri, bundan sonra əməliyyat tədbirinin davamı kimi həmin tarixdə saat 19 radələrində onun yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxində ortada olan qəhvəyi rəngli masanın alt hissəsindəki bir ədəd yaşıl rəngli polietilen torbanın içərisindən üzərində aşkar olunmuş 28,655 qram narkotik vasitə qurudulmuş marixuana ilə tərkib komponentlərinə görə eynilik təşkil edən 2035,0 qram narkotik vasitə qurudulmuş marixuana, 296 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2-3 ildir ki, narkotik vasitə istifadə edir, şəxsi axtarış zamanı üzərindən aşkar edilən 50 qram təşkil edən “marixuana”nı öz istifadəsi üçün, İran nömrəsi ilə əlaqə saxlayaraq əldə etmişdir, özü dənizdə işləyir,aylıq qazancı ***-**** manat təşkil etdiyindən narkotik vasitə satışından əldə edilən gəlirə ehtiyacı yoxdur. O, narkotik vasitədən, fasilələrlə, yalnız dənizə çıxdıqda, toyda və bayramda istifadə etmişdir. Hadisə günü onun evinə təxmini olaraq səkkiz nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları evə daxil olarkən o, sanitar qovşaqda olmuş, ona həyat yoldaşının yanında fiziki təzyiq göstərildikdən sonra evində olan “marixuana” narkotik vasitəsini polis əməkdaşlarına vermişdir. Çəkiliş isə idarədə həyata keçirilmişdir. “Metadon” həbləri ona aid deyil, o həmin maddədən istifadə etmir. Yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşlarının təzyiqi ilə yaşadığı ünvanda narkotik vasitə saxlaması ilə əlaqədar ifadə verməyə və evə baxış istintaq hərəkətinin keçirilməsinə razı olmuşdur. İkinci dəfə evə baxış istintaq hərəkəti keçirilməsi üçün gəldikdə evdə qaynı, xalası, anası, bacısı və digər şəxslər olmuşdur. Polis əməkdaşları həmin şəxsləri evdən kənarlaşdırmışdır . Polis əməkdaşları onu evə saldıqdan sonra göy sellofan paketi ona təqdim etmiş, məhz onların göstərişinə əsasən həmin narkotik vasitəni evdə mətbəxdə balaca stolun altına yerləşdirmişdir. Evdən aşkar edilən tərəzi isə gündəlik məişət tərəzisi olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilir. 09 iyul 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildiyi üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd içərisində narkotik vasitə marixuana olan sellofan büküm, şalvarının sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı GSM nömrə olan “Honor” markalı mobil telefonunu, sol yan cibimdən 4 list hər listdə 10 ədəd olmaqla ümumi 40 ədəd narkotik vasitə olan metadon dərman həblərini, arxa sağ cibindən yaşadığı evin açarlarını çıxarıb masanın üzərinə qoymuşdur. Evin açarları ona qaytarılmışdır. Təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin sellofan büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan büküm, metadon həbləri və mobil telefonu içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, yaşadığı evdə də narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Evinə baxış keçirilməsi üçün razılıq ərizəsi də yazmışdır. Polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 10A nömrəli evə getmişlər. Ona evdə saxladığı narkotik vasitəni təqdim etmək təklif olunmuşdur. O, da yaşadığı evə daxil olan kimi mətbəx kimi nəzərdə tutulmuş otaqda ortada olan qəhvəyi rəngli masanın altında saxladığı yaşıl rəngli polietilen torbanı çıxarmışdır. Həmin torba açıldıqda içərisində saxladığı bir ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə ilə bağlı qeydlər apardığı kiçik ölçüdə kitabça, bir ədəd ağ rəngli elektron tərəzi, iki ədəd hər birində 100 ədəd, bir ədəd içərisində 96 ədəd, ümumilikdə 296 ədəd metadon həbləri olan üç qutu və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən tərəzidə çəkilmişdir. Sonra həmin dərman həbləri, elektron tərəzi həmin yaşıl polietilen torbaya qoyularaq qablaşdırılmış, kitabça isə təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə metadon həblərini xx.xx.2023-cü il tarixdə saat təxminən 23:30 radələrində tanışı “Mamed” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolunda qoyulmuş yerdən götürmüş, Mamed ona öncədən vatsap proqramında həmin narkotik vasitələri qoyduğu yerin şəklini və olduğu yeri göndərmişdir. Götürdüyü həmin narkotik vasitələri Mamedin dediyi ünvanlara qoymalı imiş, bunun müqabilində Mamed ona istifadə etməsi üçün 100 qram qurudulmuş marixuana hədiyyə verəcəkmiş. ***-***-**-** saylı mobil nömrəsini təxminən 8 il müddətdir ki, istifadə edir. Mamed adlı şəxsi qiyabi olaraq tanıyır, onunla təxminən 2 ay əvvəl, yəni 2023-cü ilin may ayında “instaqram” sosial şəbəkəsində tanış olmuş, Mamed adlı şəxslə +**********08 saylı nömrəsi ilə yalnız vatsap proqramı vasitəsi ilə danışırmış, aralarında olan danışıqları və yazışmaları silirmiş, Mamedin adını mobil telefonunda “Əxi” adı ilə qeyd etmiş, bundan qabaq təxminən 15 gün əvvəl bir dəfə onunla vatsap proqramı vasitəsi ilə danışaraq şəxsi istifadəsi üçün 300 manat müqabilində 50 qram narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitəni də özü istifadə etmişdir. Yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitələri Mamedin deyəcəyi ünvanlara çatdıracağı təqdirdə Mamed göndərdiyi narkotik vasitə qurudulmuş marixuanadan 100 qramını ona hədiyyə verəcəkmiş. Üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefonunun ana ekranına giriş şifrəsinin “198585” olduğunu bildirmişdir. O, 09 iyul 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini bildirmişdir. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, özünü CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində yaşadığı ünvan 5 ünvanda yerləşən evdə sanitar qovşaqda olan zaman təxminən 8-10 nəfər mülki geyimdə şəxslər sanitar qovşağın qapısını açaraq onu sillə və təpiklə vuraraq həyətə çıxarmışlar. Bundan sonra həyat yoldaşı Qumrunun və azyaşlı uşaqlarının yanında onun şərəf və ləyaqətini alçaldaraq ona fiziki zorakılıq tətbiq edərək qurudulmuş marixuananın yerini göstərməyini bildirmişlər. O, da şəxsi istifadəsi üçün tanımadığı vətəndaşdan aldığı ümumi çəkisi təxminən 25 qram olan marixuananı polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları həyat yoldaşından pinqivin sellofan istəmişlər. Sonra həmin marixuananı pinqivin sellofana qoymuşlar. Həmin şəxslərdən biri özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi kimi təqdim edərək ona 20000 manat pulun müqabilində buraxa biləcəklərini demişdir. O, da həmin şəxsə pulunun olmadığını bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onun şalvarının arxa cibinə açar, sol cibinə 35 qram marixuana, sağ cibinə isə metadon həbləri və mobil telefon qoyaraq çəkiliş etmişlər və guya onu yaşadığı evin yaxınlığında narkotik satarkən tutduqlarını dedikdə, o, da bunların ona aid olmadığını demişdir. Polis əməkdaşları da razılaşmasa ailəsi ilə birlikdə tutulacağı barədə onu şantaj etmişlər. O, da məcbur qalıb razılaşmışdır. Daha sonra onu özləri ilə yaşadığı evə gətirmişlər. Əlinə böyük sellofan torba vermişlər və həmin sellofan torbanı gizlətməyini tələb etmişlər. O, da həmin bağlamanı evə girişdə olan balaca stolun alt hissəsinə qoymuşdur. Bundan sonra çəkilişlə guya ona aid olan torbanı polis əməkdaşları tapmışlar və içərisindən 2 kq qurudulmuş marixuana və metadon həbləri çıxarmışlar. Həmin şəxslərdən biri həyətə çıxıb anasını çağırmış və ona nəsə demişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Saat təxminən 20 radələrində bir nəfər şəxs ona yaxınlaşaraq 20000 manat pul gəlmədiyi üçün həbsə getdiyini deyərək onu Yasamal rayon polis İdarəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, barəsində təyin edilmiş tibbi ekspertiza rəyində onun bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsini ona vurulan zərbələrin izləri qalmadığı üçün bədənində xəsarət aşkar edilmədiyi kimi izah etmişdir. Arxa cibinə açar, sol cibinə 35 qram marixuana, sağ cibinə isə metadon həbləri və mobil telefonu onun əynində olan şalvarın ciblərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində qoymuşlar. Həmin vaxt yanında ailə üzvlərindən heç kim olmamışdır. Sol cibinə 35 qram marixuana qoyulduğunu, təxminən həmin narkotik vasitənin çəkisini elə bildirdiyini bildirmişdir. Polis əməkdaşları yaşadığı evə xx.xx.2023-cü il tarixdə ilk dəfə gələrkən evdə həyat yoldaşı Qumru və iki azyaşlı uşaqları olmuşdur, İkinci dəfə o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə gələrkən evdə anası Könül, xalası Roza, qaynı Kamal və həyat yoldaşı Qumru olmuşdur. Polis əməkdaşlarına evində təqdim etdiyi marixuananı təxminən 5-7 gün əvvəl Mamedin göndərdiyi Xocəsən yolundan götürmüşdür. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmişdir, qalanı isə qalmışdır. Polislər də ondan marixuananı hara qoyduğunu soruşduqda, o, həmin narkotik vasitə marixuananı vermişdir. Polislər içərisində narkotik vasitə marixuana olan sellofan torbanı ona evinin həyətində verdiklərini ailə üzvlərindən və ya başqa şəxslərdən kiminsə görməsini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiqə məruz qalması ilə əlaqələndirmişdir. Həm istifadəsinda olan mobil telefonda, həm də ona məxsus olan kitabçada öz əksini tapan “Əxi” adlanan şəxslə ticarət fəaliyyəti həyata keçirmişdir. “Əxi iki kilogram aldım verdim, 500 kilogram 06 iyun” məzmunda qeyd göyrüş ağacı ilə bağlı olmuş, bundan başqa İrandan “armatur” və dəmir alveri ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 9 iyul 2023-cü il tarixdə, Şahid1 daxil olmuş külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə dair əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Onlar təqsirləndirilən şəxsin ola biləcəyi əraziləri müşahidə etmişdirlər. Təqsirləndirilən şəxs yaşadığı ərazidə saxlanıldıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. İdarədə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edildikdən sonra onun yaşadığı evə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin evindən baxış zamanı külli miqdarda “marixuana”, “metadon” həbləri və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilərkən evdə heç kim olmamış, evin açarı təqsirləndirilən şəxsin özündə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitənin yerini özü onlara göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Onlar təqsirləndirilən şəxsi Dadaş Bünyadzadə küçəsində saxladıqdan sonra Baş İdarəyə dəvət etmişdirlər. Baş İdarədə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən onun üzərindən həblər və narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülmüşdür. Onlar təqsirləndirilən şəxsin evinə də baxış keçirtmişdirlər. Onun evindən də narkotik vasitə olan marixuana və metadon həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni Mamed adlı İran vətəndaşından sosial şəbəkə vasitəsilə əldə etdiyini bildirmişdir. Sonradan Mamed adlı şəxsin tapılması barədə onlara göstəriş verilməmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən onun evində heç kim olmamışdır. Təqsirləndirilən şəxs evdə narkotik vasitə olmasını özü etiraf etmiş, evin qapısını özü açmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, günorta saat 3-4 aralığında evin pəncərəsindən qara rəngli avtomobildən bir nəfərin yerə endiyini görmüş, həmin şəxs Əzizgilin evinin qapısını döymüş, ev sahibindən bir xəbər çıxmadığı üçün həmin şəxs qapıdan evin içinə tullanaraq keçmişdir. 10 dəqiqə sonra Əzizi evdən çıxartmışdırlar. Bu hadisələr yay aylarında baş vermişdir. Əzizin əlində heç nə olmamış, o Əzizin evdən çıxarılıb aparılarkən görmüşdür. Onun evinin pəncərəsi Əzizin evinə tərəf baxmışdır. Sonradan Əzizin yenidən evə gətirildiyini yalnız eşitmiş, onun evə gətirilməsini, polis əməkdaşlarının əlində hər hansı əşya olmasını müşaiyət etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə, günorta saatlarında Əziz sanitar qovşaqda olarkən təxminən 5-10 nəfər onların evinin həyətinə daxil olmuşdur. Polis əməkdaşları evə daxil olmuş, onlar Əzizi sanitar qovşaqdan başına vura-vura həyətə çıxartmış, onun telefonu əlindən alınmış, Əzizin əşyaları yoxlandıqdan sonra ondan sellofan paket istəmişdirlər. Daha sonra Əziz polis əməkdaşları tərəfindən aparılmışdır. Polis əməkdaşları tərəfindən ilk dəfə Əziz evdən aparılarkən evin hər yerinə baxış keçirilmişdir. İkinci dəfə polis əməkdaşları onların evində 15-20 dəqiqə çəkiliş etmişdir. Polis əməkdaşları ikinci dəfə onların evinə gələrkən əllərində sellofan paket olmuşdur. Əzizin narkotik vasitəni haradan əldə etdiyini bilmir. Sellofan paket onların evinə sadə qırmızı klokda gətirilmış və xonça kimi aparılmışdır. Əvvəllər evdə qeyd dəftərinin olduğunu görsə də qeyd dəftərində yazılanlardan xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, 09 iyul 2023-cü il tarixdə, qardaşıgil onlara qonaq gəlməli olduğundan, saat 1-2 radələrində qardaşı arvadı Qumruya zəng edərək onlara gəlib-gəlməyəcəklərini soruşmuşdur. Qumru ona Əzizin hələ yatdığını, sonuncu oyandıqdan sonra bu barədə ona məlumat verəcəyini bildirmişdir. Qumru sonradan ona zəng edərək tez onlara gəlməsini xahiş etmiş, Əzizin saxlanıldığını bildirmişdir. O, anasına, Əzizin qaynına və xalasına zəng etmişdir. Əzizgilə təxminən saat 16:30 radələrində çatmış, saat 19:00 radələrində Əmrah adlı polis əməkdaşı qapını açıb evdən çıxmalarını tələb etmişdir. Polis əməkdaşları əllərində sellofan paket evə daxil olmuş, evdə çəkiliş edildikdən sonra anası evə daxil olmuşdur. Polis əməkdaşları iki saat ərzində 20.000 manat veriləcəyi təqdirdə Əzizin sərbəst buraxılacağını anasına bildirmişdirlər. Qardaşının narkotik vasitə istifadə etməsini bu hadisələrdən sonra bilmişdir. Evin dolanışığını qardaşı özü təmin etmişdir. Mətbəxdə olan stolun altında narkotik vasitə olması mümkünsüz olmuşdur. Belə ki, polis əməkdaşları onlara gələrkən əllərində sellofan paket olmuşdur. O, ilk dəfə sellofan paketi gördükdə həmin paketdən şübhələnməmiş, sonradan həmin paketin evdən aşkar olunan paket olması qənaətinə gəlmişdir. Əziz sonradan sellofan paketin polis əməkdaşları tərəfindən evə qoyulduğunu bildirmişdir. Polis əməkdaşları evdən çıxan zaman apardıqları sellofan paket evə daxil olarkən əllərində olan sellofan paketlə eyni olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş X9 ifadə verərək göstərmişdir ki, o evdə olarkən qızı Əzizin tutulması ilə bağlı ona zəng etmişdir. O özü Hövsanda yaşadığı yerdən Əzizin yaşadığı Yasamal ərazisinə getmişdir. İkinci dəfə polis əməkdaşları Əzizgilə gələrkən Əmrah adlı polis əməkdaşı ona öz nömrəsini verərək 20.000 manat məbləğində pul gətirdiyi təqdirdə Əzizi sərbəst buraxacaqlarını bildirmişdir. Saat 19 radələrində onlar evdə çay içərkən polis əməkdaşları Əzizgilin evinə girəndə sellofan paketlə girib əllərində podnosla birlikdə çölə çıxmışdırlar. Evdə aşkar edilən tərəzi evdə şirniyyat bişirilməsi üçün olmuşdur. Polis əməkdaşlarının əllərindəki sellofan paketin aqibətini bilmir. O sonradan həmin sellofan paketi görməmişdir. Oğlu qaynaqçı kimi fəaliyyət göstərir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə aşkar və gizli üsullarla müvafiq əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi haqqında “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 9 iyul 2023-cü il tarixli qərar (cild 1, iş vərəqə 5-6) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 123). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd sellofan bükümü və 4 ədəd konvalyuta 40 ədəd həblərini təqdim etmiş, həmin sellofan bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri təxminən 1 ay müddətdir ki, sosial şəbəkədə tanış olduğu “Mamed” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən 4-5 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolunda qoyulmuş yerdən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymaqla öz istifadəsi üçün narkotik vasitə əldə etməli olduğunu, Yasamal rayonunda yerləşən evində narkotik tərkibli maddələr saxlamasını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 30-33). Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsinə heç bir etirazı olmaması barədə 09 iyul 2023-cü il tarixli ərizəsinə (cild 1, iş vərəqə 34) əsasən həmin ünvana keçirilən baxış keçirilməsi haqqında eyni tarixli protokola və həmin istintaq hərəkətinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında qəhvəyi rəngli masanın altında yerləşən 1 ədəd polietilen torbanı təqdim etmiş, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində bir ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitələrin satışına dair qeydlərin aparıldığı kitabça, 3 ədəd kağız qutunun içərisində ümumi olaraq 296 ədəd olmaqla üzərində Metodon-40 yazısı olan həblər və tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 36-38). Məhkəmə-bioloji ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd sellofan paketdə təmiz çəkisi 28,665 qram və yaşadığı evindən aşkar olunmuş bir ədəd sellofan torbada təmiz çəkisi 2035,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 2063,565 qram təşkil etmişdir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir (Cild İ, iş vərəqə 48-49). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən 40 ədəd, yaşadığı ünvandan 296 ədəd olmaqla ümumilikdə 336 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, 336 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 13,44 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na (Siyahı İİ) daxildir. Ekspertiza tədqiqatından sonra metodon həblərinin qalıq sayı 316 həb təşkil edir (Cild İ, iş vərəqə 53-54). “Əşyaya baxış keçirilməsi haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna və kitabçasına baxış keçirilən zaman narkotik vasitələrin çatdırılması məzmunlu mesajlar və qeydlər müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki,üzərindən aşkar edilmiş qara rəngli “Honor” markalı mobil telefon ona məxsusdur,həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardır,həmin telefonda vatsap proqramında “Mamed” adlı İran İslam Respublikası vətəndaşı ilə həmin şəxsin istifadəsində olan +**********08 saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır.O,Mamed adlı şəxsin adını mobil telefounda “Əxi” adı ilə qeydə aldığını,mobil telefonda vatsap proqramında aralarında olan zənglərin,sms yazışmalarının,səsli mesajların narkotik vasitə alış-verişi ilə bağlı olduğunu,aralarında olan sms yazışmalarını sildiyini,Mamed adlı şəxsin vatsapda ona sms,səsli mesajlar yazaraq,zənglər edərək göndərdiyi narkotik vasitələri hansı ünvanlara çatdırmağını bildirdiyini qeyd etdi.Mobil telefonda vatsap proqramında Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə “Əxi” adı ilə qeyd etdiyi +**********08 saylı mobil nömrəsi ilə müxtəlif tarixlərdə zənglər etməsi telefona baxış zamanı müşahidə olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 1 ədəd qəhvəyi rəngli kiçik ölçülü üzərində “Note Book” reklam yazısı olan kitabçaya baxış zamanı kitabçanın ikinci səhifəsinin aşağı hissəsində “Əxi 2 k aldım verdim 500 kq 6 iyu...” sözlərinin yazılması müşahidə olunur.Təqsirləndirilən şəxs bildirdi ki,həmin qeyd Mamed adlı şəxsin yəni “Əxi” ləqəbli şəxsin ona göndərdiyi narkotik vasitə ilə bağlı apardığı qeyddir. (cild 1, iş vərəqə 79-80). “Baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin qarşısı və həmin küçəyə sonuncunun həyat yoldaşı X7 iştirakı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini götürmək üçün videomüşahidə cihazının olub-olmamasını müəyyən etmək məqsədi ilə baxış keçirilmiş,heç bir videomüşahidə cihazı aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin girişində,içəri həyətində videomüşahidə cihazı (kamera) aşkar edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı Dadaş Bünyadzadə küçəsində videomüşahidə cihazı (kamera) aşkar edilmədiyi üçün onun 9 iyul 2023-cü il tarixində tutularkən və polis əməkdaşları tərəfindən aparılarkən görüntülərini müəyyən etmək mümkün olmamışdır (Cild 1, iş vərəqə 207-211). Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2023-cü il tarixli rəyindən görünür ki, həmin tarixdə müayinədən keçirilmiş 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır (Cild 1, iş vərəqə 216-219). Məhkəmə-psixiatrik ekspertizasının 12 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild İ, iş vərəqə 226-228). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ətrafında olan və baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətindədir, onda hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evdə axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirdikdə ona psixoloji təyziq olunması halı müşahidə olunmamışdır, Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmamışdır. O, ətrafında olan və baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına görə yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışın mümkün nəticələrini görə bilərdi, onun hazırki psixi-emosional vəziyyəti norma daxilindədir. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. özündən uydurub danışmağa patoloji meyillilik əlamətləri müəyyən olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər (Cild İİ, iş vərəqə 186-189). Məhkəmə-kompyuter texniki ekspertizasının 05 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “HONOR X8a” markalı “CRT-LX1” modelli “**********39480, **********64496” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “HONOR X8a” markalı “CRT-LX1” modelli mobil smartfona “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatda tətbiq edilmiş müvafiq metodların cihaz tərəfindən dəstəklənməməsi səbəbindən həmin mobil cihaz yaddaşından silinmiş ola biləcək məlumatlar (“Exi” adla qeydə alınmış “+98 937 646 3108” abonent nömrəsi ilə “Whatsapp” proqram təminatında aparılmış hər hansı bir məlumat mübadiləsi və s.) üzərində tədqiqat işinin aparılması mümkün olmamışdır (Cild İİ, iş vərəqə 191-194). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2063,565 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 316 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi, bir ədəd “Honor” markalı mobil telefon və bir ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə ilə bağlı qeydlər olan kiçik ölçüdə kitabça saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və iki ədəd DVD diskləri isə cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqə 197-212). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (Cild 1, iş vərəqə 164). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Təqsirləndirilən şəxs həmin əməlləri qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətdikdə onun əməli əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada) Siyahıların 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qram və daha artıq çəkidə narkotik vasitə marixuana, həmin Siyahıların 1-ci Siyahısının 13-cü bəndinə əsasən 1,6 (bir tam onda altı) qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, evindən aşkar edilmiş marixuana növündə narkotik vasitənin və həm üzərindən, həm evindən götürülmüş metadon həblərinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, ibtidai istintaq dövründə barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 28,655 qram narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd narkotik vasitə metadon həblərinin özünəməxsus olmasını, həmçinin yaşadığı ünvanda da qeyd edilən növdə olan maddələri saxladığını bildirmişdir. Onun ifadəsi əsasında yaşadığı ünvanda aparılmış baxış nəticəsində 2035,0 qram narkotik vasitə qurudulmuş marixuana və 296 ədəd narkotik vasitə metadon həbləri, elektron tərəzi aşkar edilmişdir. Bundan başqa o, həmin maddələri 05 iyul 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində tanışı “Mamed” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolunda qoyulmuş yerdən götürdüyünü, Mamed adlı şəxsin ona öncədən vatsap proqramında həmin narkotik vasitələri qoyduğu yerin şəklini və olduğu yeri göndərdiyini, aralarında olan razılığa əsasən həmin narkotik vasitələri Mamedin dediyi ünvanlara qoymalı olduğunu, bunun müqabilində Mamed ona istifadə etməsi üçün 100 qram qurudulmuş marixuana hədiyyə verəcəyini bildirmişdir. İbtidai istintaq dövrünün sonrakı mərhələsində və məhkəmə iclasında həmin etirafedici ifadələri təkzib edərək fiziki və psixoloji təzyiq altında verməsini qeyd etsə də cinayət işi materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli məhkəmə tibbi eskpertiza rəyi ilə təqsirləndirilən şəxsin üzərində həmin tarixə təsadüf edən xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə məhkəmə psixiatrik və psixoloji ekspertizası keçirilərkən təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini əks etdirən DVD disk tədqiq edilmiş və həmin zaman verdiyi ifadələrin psixoloji təzyiq altında verilməməsi bildirilmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evin yaxınlığında deyil, evdən götürülərək aparılması barədə həyat yoldaşı X7 verdiyi ifadəsinin ibtidai istintaq dövründə yoxlanılması məqsədilə həmin ünvanın yerləşdiyi əraziyə 26 avqust 2024-cü il tarixdə baxış keçirilmiş, həmin ərazidə müvafiq halları təsdiq edə biləcək hər hansı video kamera cihazı qeydə alınmamışdır. Təqsirləndirilən şəxs anası X9, bacısı X5 və həyat yoldaşı X7 məhkəmə iclasında təqsirləndirilən şəxsin polis əməkdaşları ilə birgə evə gətirilərkən əllərində qırmızı sellofan olduğunu, evdən aşkar edilən narkotik vasitənin məhz polis əməkdaşları tərəfindən gətirilərək oraq qoyulması barədə ifadəsi də iş üzrə toplanmış sübutlar ilə təkzib edilir. Belə ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən həmçinin açar aşkar edilmişdir, məhz həmin açarla evin qapısı açılmış və müvafiq maddələr aşkar edilmişdir. Digər tərəfdən şahidlər polis əməkdaşları tərəfindən evə gətirilən narkotik vasitənin qırmızı sellofanda olmasını bildirsələr də təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilk ifadəsində polis əməkdaşları tərəfindən ona göy sellofanda narkotik vasitənin verildiyini və yerləşdirilməsinin tələb edildiyini göstərmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə aparılan danışıqları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən sonuncunun 5 iyul 2023-cü il tarixdə 15:02:59 zaman intervalında Lökbatan qəsəbəsi, "BİNƏ" Ticarət Mərkəzinin yaxınlığında və 23:57:40 zaman intervalında Bakı şəhəri, "MİDA" X8, "Zefir Mall" yaxınlığında olmasının müəyyən edilməsini və mobil operator şəbəkələrinin istifadəsində olan anten şanlarının sorğu verilən mobil nömrəyə 1500-3000 metr məsafə aralığı məsafəsində anten dairəsi verməsi mümkünlüyünü nəzərə alaraq təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən 05 iyul 2023-cü il tarixdə tanışı “Mamed” adlı şəxsin ona göndərdiyi narkotik vasitələri həmin əraziyə yaxın olan Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolunda qoyulmuş yerdən götürməsi barədə ifadələrinin həqiqi olması qənaətinə gəlir. Beləliklə, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindiirlmiş şahidlər X12, X9 , X2 ifadələrini Təqsirləndirilən şəxs yaxın qohumları olması və onun əleyhinə ifadə verməmək hüququ olması nöqteyi nəzərindən qiymətləndirərək, təqsirləndirilən şəxsin barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, evə baxış istintaq hərəkəktinin, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunun üzərindən 28,655 qram narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd narkotik vasitə metadon həbləri, yaşadığı evdən 2035,0 qram narkotik vasitə qurudulmuş marixuana və 296 ədəd narkotik vasitə metadon həblərinin aşkar edilməsi və həmin maddələrin “Mamed” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncuya şəxsi istifadəsi üçün narkotik vasitə marixuana verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməsi məqsədilə əldə edilməsi, saxlanması və daşınması işin mübahisəsiz hallarıdır. Məhkəmə belə qənaətə gələrkən həmçinin Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin müxtəlif növdə olmasını, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefona baxış keçirilməsi protokolunu, yaşadığı ünvandan elektron tərəzi, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar qeydlərin əks olunduğu qeyd dəftərinin aşkar edilməsi hallarını, habelə iş üzrə toplanmış digər sübutlarekspertiza rəyləri, şahid ifadələrini əsas götürür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəslər ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemi məlumatlarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cü il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladlarının olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 9 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 22), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 9 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild 1, iş vərəqə 94-98). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 iyul 20223-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (Cild 2, iş vərəqə 220-221). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2063,565 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 316 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi, bir ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə ilə bağlı qeydlər olan kiçik ölçüdə kitabça məhv edilməli, bir ədəd “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı və iki ədəd DVD disk cinayət işi materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 205 (iki yüz beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (Cild 2, iş vərəqə 240). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 9 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2063,565 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 316 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi, bir ədəd qəhvəyi rəngli içərisində narkotik vasitə ilə bağlı qeydlər olan kiçik ölçüdə kitabça məhv edilsin; Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın; Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və yaşadığı ünvana baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 205 (iki yüz beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar