Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1003/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, X13, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və rus-azərbaycan dilləri üzrə tərcüməçilər X6, X11 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri, xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 08 noyabr 2022-ci il tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlu və tanışı Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına pəncərinin üzərində olan dəmir barmaqlıqları dəmir parçası ilə birlikdə əydikdən sonra həmin pəncərəni açaraq qanunsuz daxil olub oradan 2 ədəd hər biri 1000 manat olmaqla 2000 manat dəyrəində dəmir seyf qapıları, hər biri 500 manat olmaqla 4500 manat dəyərində 9 ədəd şüşəli aliminium qapıları, hər biri 400 manat olmaqla, 4400 manat dəyərində 11 ədəd böyük ölçülü aliminum pəncərələri, 2 ədəd hər biri 1500 manat olmaqla, 3000 manat dəyərində otaq arası aliminium arakəsmələri, hər bir metrinin qiyməti 1 manat olmaqla 300 manat dəyərində 300 metr 24 çıxışlı kamera xəttini dəstəkləyən naqilləri, hər bir metri 60 qəpik olmaqla 120 manat dəyrəində 200 metr telefon naqilini, 1 ədəd 2500 manat dəyərində “Beko”markalı 120 kvadrat metrlik kondisionerin daxili aparatını,1 ədəd təxminən 1200 manat dəyərində “Beko” markalı 60 kvadrat metrlik kondisionerin daxili aparatını,1 ədəd 1500 manat dəyərində “Mitsubishi” markalı 60 kvadrat metrlik kondisioneri, hər metrinin qiyməti 2 manat 50 qəpik olmaqla 1000 manat dəyrəində 400 metr elektrik naqillərini və hər bir kvatratmetrinin qiyməti 25 manat olmaqla, 55 kvadrat metr plastik divar üzlyünü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəx Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda, yəni 21.895 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 02 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin yaxınlığında naməlum mənbədən 100 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr»-in İ siyahısına daxil edilmiş narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroindən 6 ədəd kağızdan hazırlanmış bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,263 qram, 3,198 qram, 0,444 qram, 0,310 qram, 0,305 qram 0,447 qram olmaqla, cəmi 6,967 qram əldə etmiş, üstündə saxlamaqla yaşadığı ünvan 4 ünvana daşımış, həmin narkotik vasitə heroinlə olan bükümlərdən ayrı-ayrılıqda 2,263 qram, 3,198 qram və 0,444 qram olan 3 ədədini yaşadığı evdə gizlətmiş, bir bükümdə olan 0,310 qram heroini saat 02:00 radələrində həmin ünvanda 20 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, hər birində 0,305 qram və 0,447 qram heroin olan 2 ədəd bükümü üstündə saxlamış, lakin 03 sentyabr 2022-ci il tarixdə, saat 12:50 radələrində ünvan 4 ünvanın qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitəlrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanılıb Polis Şöbəsinə dəvət olunmuş, orda xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf plastik qabda 2 bükümdə ümumi təmiz çəkisi 0,752 qram, əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanda yerləşən evinin yataq otağında 1 ədəd yaşıl rəngli qabda 3 ədəd bükümdə ayrıayırlıqda təmiz çəkiləri 2,263 qram, 3,198 qram, 0,444 qram ümumi təmiz çəkisi 5,905 qram kustar üsulla hazırlamış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 02 sentyabr 2022-ci il tarixdə, saat 02:00-da ünvan 4 ünvanıda yaşayan Təqsirləndirilən şəxs1 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin qızılı kağızı bükümündə yəni, 0,310 qram çəkidə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələr»-in İ siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 03 sentyabr 2022-ci il tarixdə, saat 16:45-də ünvan 8 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Platinium» markalı siqaret qutusunun içərisində 01 ədəd siqaretin qızılı kağız bükümündə 0,310 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu, E.İsaqzadə küçəsi 1 A saylı binanının girişində boruya bağlanılmış Zərərçəkmiş şəxs1 məxsus hər biri 70 manat olan ümumi dəyəri 280 manat təşkil edən 4 ədəd təkər disklərini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 9 ünvandan yerləşən dəmir jaluz sexinin qarşısından Zərərçəkmiş şəxs2 məxsus hər biri 475 manat olmaqla 02 ədəd 950 manat dəyərində dəmir qapı çərçivələri, hər bir metri 3 manat 89 qəpik olmaqla 70 manat dəyərində 03 ədəd dəmir boruları,130 manat dəyərində bir neçə ədəd kəsik dəmir boruları, 100 manat dəyərində 01 ədəd alüminium metaldan olan nərdivanı və 250 manat dəyərində 01 ədəd gün qırıcı dəmir jalüzü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Qəhraman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs1 Qəhraman oğluna münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun və Təqsirləndirilən şəxs2 məhkəməyə verildikləri maddələrlə nəzərdə tutulan cinayəti əməlini törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Qəhraman oğlu ona qarşı irəli sürülən ittihamlarla özünü qismən təqsirli bildiyini qeyd edib göstərdi ki, o, iş materialları ilə sözlə tanış olmuşdur. Ona verilən ittihamla razı olmamışa da, qeyd, ərizə, vəsatət verməmişdir. Ama müstəntiqə şifahi formada narazılığını bildirmişdir. İstintaq zamanı nə ifadə verdiyini oxumamış, nə yazıldığını belə bilməmişdir. İfadə verərkən müdafiəçisi olmuş, etirazlarını da vəkilin yanında etmişdir. Lakin vəkilə vəsatət qaldırmağı, ərizə yazmağı deməmişdir. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə oğurluq epizodu ilə bağlı soruşulmadığından, o özü də heç nə deməmişdir. Lakin narkotik barədə isə olanı, yəni ondan bir qram narkotik aşkar olunduğunu məhkəmədə demişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, o, son bir ildə narkotik vasitə heroindən istifadə edən olmuşudr. 1 sentyabr 2022-ci il tarixdə, səhər vaxtı saat 11- 12 radələrində polis əməkdaşları gəlib onu yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 40-cı Rezervuar ünvanından aparmışlar. Polislər gələndə onun oğlu evdə olmuşdur. Onu evindən aparan polislərdən biri məhəllədə qalan Namiq müəllim olmuş, digərlərini tanımamışdır. Polislər gəlib qapını döymüş, içəri girmiş və evi axtarış eləməyə başlamışlar. Evdən otaqdan plastmas qutunun içindən yarım qram heroin aşkar olunmuş, bundan sonra onu 17-ci Polis Şöbəsinə aparmış və orada üzərində axtarış keçirmişlər. Orada özü üzərində olan 2 bükümdə 1 qram narkotik vasitəni təqdim etmişdir. O, narkotik vasitəni almış, 1,5 qamına 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, O, Təqsirləndirilən şəxs2 tutulmazdan 2-3-ay qabaq tanımış və demək olar ki, bir məhəllədə yaşamışlar. Maillə görüşləri təsadüfən olmuş, o, Mailin narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, amma Mail onun narkotik vsitələrdən istifadə etdiyini, fikrincə bilmişdir. Amma Mail də narkotik vasitədən istifadə edən olmuş, onlar birlikdə də narkotik vasitə istifadə etmişlər. Onun Mailə, mailin də ona narkotik verdikləri vaxt da olmuşdur. O, özü narkotik vasitəni pulla əldə etsə də, lakin o, Mailə, hər hansı bir narkotik vasitəni pul müqabilində verməmişdir. O, ümumiyyətlə o, kiməsə pulla narkotik vasitə verməmişdir. Sonuncu dəfə Mail ona zəng vuraraq tutulduğunu, müvəqqəti saxlama yerində olduğunu, iki gün qalıb buraxıldığını, neçə gündür ağrıdığını bildirmiş və ona kömək etməyi xahiş etmişdir. O da Mailə kömək eləmək məqsədi ilə 0,2 qram, yəni bir çet narkotik vermiş və bir yerdə istifadə etmişlər. Oğurluqla bağlı hadisə yeri onların məhəlləsi olmuş, lakin oğurluğu o, etməmişdir. Nəriman ünvan 10 ünvanına oğurluğa getməyi o, planlaşdırmış və getməmişdir. O, hadisə yerinə getdiklərini sonra bilmişdir. Ora Mail getmiş, orda olan avadanlıqları Mail götürmüşdür. Maillə birlikdə əvvəlcədən oğurluqla bağlı planları olmamış, o, oğurluğa getməyi Mailə təklif etməmişdir. O, zərər çəkmiş Zərərçəkmiş şəxs3 şəxsən tanımamış, oğurluq olan obyektin içiərisində olmadığından oranı təsir edə bilməmişdir. Mail ona oğurluq etdiyini, nə oğurladığını deməmiş, o da Maildən heç nə soruşmamışdır. Amma Mail ondan evində işlətmək üçün lom, bel, çəkic istəmiş, o da vermişdir. İstintaqda ona təsir və təzyiqlər olmamış, imza etsə də, etməsə də, həmin maddə ilə ittiham verəcəklərini ona əvvəlcədən bildirmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik maddələri inyeksiya üsulu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında bədənində ağrılar olduğu üçün Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Azpetrol” YDM-nin yaxınlığına gedərək əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi şəxsdən 100 manat müqabilində beş ədəd adi sellofana və bir ədəd kağıza bükülmüş narkotik maddə olan heroin almışdır. Daha sonra əldə etmiş olduğu 2 ədəd adi sellofana bükülmüş narkotik maddə olan heroini şəffaf plastik qutuya qoyub cibinə qoymuş, digər kağız bükümünü isə həmin gecə tanışı Mailə tanışı kimi istifadə etməsi üçün vermiş, qalan bükülüləri isə evində yaşıl rəngli plastik qutunun içərisində gizlətmişdir ki, lazım olarsa istifadə etsin. 03 sentyabr 2022-ci il tarixdə, saat 12:50 radələrində ünvan 11 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə getmiş, polis şöbəsinə getdikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları olmuş və hüqüqlarını izah edib vəkil dəvət etmişlər. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O da əynində olan mavi rəngli cins şalvarının sağ cibindən 1 ədəd «Samsung» markalı mobil telefonunu, sol cibindən isə 1 ədəd qara rəngli “Rothmans” markalı siqareti və şəffaf plastik qabın içərisindən 2 ədəd adi sellofana bükülmüş bükümləri təqdim etmiş və təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin olmasını, həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi bükümləri götürərək zərfə qoymuş və protokol tərtib etmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənib imzalarla təsdiq edilmişdir. Bundan sonra onun ərizəsi əsasında yaşadığı evə baxış keçirilmiş və o, yataq otağında gizlətdiyi yaşıl rəngli plastik qutunun içərisində saxladığı 3 ədəd bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, ilkin ifadəsində 02 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində tanışı Mailə 20 manat pul müqabilində 01 bükümdə narkotik vasitə satmasını göstərməsini xatırlamamış, Mailə narkotik vasitəni 20 manata yox, tanışı kimi istifadə etməsi üçün vermişdir. O, həmin narkotik vasitələri ümumi 6 büküm şəklində 1 nəfər şəxsdən almış, həmin bükümlərin 3 ədədini evində, 2 ədədini üzərində saxlamış, 1 ədədini isə tanışı Mailə vermişdir. Heroinlərin tərkibləri barədə heç bir məlumatı olmamış, bu barədə anlayışı olmamışdır. Bundan başqa, Elbrus İbrahimov tədqiq olunan ifadəsində göstərmişdir ki, o, tanışı Maillə birlikdə ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsində oğurluq etmişdir. Belə ki, 10 iyul 2022-ci il tarixdə həmin yerdən dəmir qapıları, daha sonra aliminium pəncərə və qapıları, 3 ədəd kondisionerin daxili aparatını, orada olan elektrik naqillərini, kondisionerin çöldə quraşdırılmış aparatını və hazırda yadında qalmayan digər əmlakları sökərək qeyri-yaşayış sahəsinin içərisinə yığmış, həmin əmlakları hissə-hissə 3 gün ərzində həmin qeyri-yaşayış sahəsinə gələrək çölə çıxardıb yaxınlıqda olan əlvan metal qəbulu məntəqəsinə müxtəlif qiymətlərə xammal kimi satmışlar. O, Maillə birlikdə digər oğurluqlarda iştirak etməmişdir (iş vərəqə: cild İİİ, səh. 121-123). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə irəli sürülən ittihamlarla özünü təqsirli bilib, məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib ifadəsində göstərdi ki, ona oğurluğa getmək barədə təklifi və oğurluq əşyalar barədə məlumatları Elbrus demişdir. Obyektdən 1 ədəd kondisioner, mis şnur, alinminium pəncərə və qapı oğurlamışlar. İttihamda 2 ədəd kondisioner oğurluğu barədə qeyd olunanlar doğru deyildir. Ulutürk küçəsindəki qeyri-yaşayış sahəsinə orada olan pənəcərənin şotkası əyri olduğundan, əyilib həmin tikiliyə daxil olmuşlar. Həmin şotka hələ onlardan əvvəl kimlərsə tərəfindən əymiş vəziyyətdə olmuşdur. Onlar həmin ünvana gedərkən o, özü ilə vintaçan alət götürmüşdür. Oğurladıqları əşyaları Elbrusgilin həyətinə açıq formada yığmışlar. Həmin əşyaları hissə-hissə avtomobilə qoyub, aparıb satmışlar. Oğurlanan kondisioner, pəncərə və qapıları Dərnəgül deyilən ərazinin yaxınlığında yerləşən dəmir alıcılarına satmış, lakin hansı qiymətə satdıqlarını unutmuşdur. Pulları Elbrus nəğdləşdirmiş, həmin puldan ona təxminən 20-30 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan epizodla bağlı zərər çəkmiş şəxsin nümayəndəsi və zərər çəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən dindirilərkən, qeyd olunan oğurluq hadisəsini Elbrusla birlikdə gecə vaxtı törtdiyini, reşotkadan girib, oğurladıqları qapıları ikilikdə çıxarıb çöl qapıdan, yoldan dönən kimi olan qapıdan apardıqlarını, dəmir qapıları çıxarıb, “Qazel” markalı maşına yükləyib apardıqlarını bir daha təsdiq etmiş, dövlət ittihamçısının ittihamda saydığı predmetlərin hamısını təsdiq etdiyini bildirmişdir. Qeyd olunan epizodla bağlı Təqsirləndirilən şəxs2 göstərdi ki, hadisənin üstü açıldıqdan sonra o, Elbrusu ələ verməmək üçün ilk ağlına gələn Şahin adını çəkmiş, guya oğurluğu Şahinlə törətdiyini bildirmişdir. Lakin narkotikə görə məsələnin üstü açıldıqda o, əsil həqiqəti deyib, hadisəni Elbrusla törətdiyini etiraf etmişdir. Əslində o, Şahin adlı şəxsi tanımamış, onunla oğurluq etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, o, əvvəllər narkotikdən istifadə etmiş, narkotik axtardıqda uşaqlardan soruşmuş, Elbrusda narkotik ola biləcəyini öyrənmişdir. Odur ki, sonuncu dəfə Elbrusdan 20 manata «kakos» deyilən narkotik vasitə almışdır. D/i.s.c. Narkotiklə bağlı videoçəkilişdə narkotikin ona məxsus olduğunu, ona qarşı fiziki zorakılıq və işgəncə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, ona qarşı irəli sürülən ittihamlar üzrə o, avtomobil disklərinin oğurluğunu və Zərərçəkmiş şəxs2 məxsus əşyaların oğurlanmasını tək yerinə yetirmiş və bu barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində ətraflı göstərmişdir. Avtomobil disklərini blokdan götürmüş, lakin onun kimə məxsus olduğunu bilməmişdir. Həmin diskləri artıq polis biləndən sonra sahibinə qaytarmışdır. Zərərçəkmiş şəxs2 məxsus əşyaların demək olar ki, yarısını, məsələn jalüz və boruları qaytarmış, nərdivanı isə satmışdır. Törətdiyi əməldən peşmançılıq hissi keçirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə dəmir yığıb satmaqla məşğul olan və ona narkotik vasitə satan tanışı Elbrus ona Nərimanov rayonu, X.R.Ülutürk küçəsində işlənməyən qeyri-yaşayış sahəsindən oğurluq etməyi təklif etmişdir. Elbrus ona həmin qeyri-yaşayış sahəsində çoxlu sayda oğurlanmalı əmlak olduğunu, lakin həmin əşyaları tək oğurlamağın mümükün olmadığını bildirmişdir. Həmin ərəfədə pulu olmadığı üçün Elbrusun etdiyi təkliflə razılaşmışdır. Bundan sonra həmin gün saat 15 radələrində Elbrusla birlikdə Nərimanov rayonu, X.R.Ülutürk küçəsində yerləşən işlənməyən qeyri-yaşayış sahəsinə getmişlər. Onlar həmin qeyri-yaşayış sahəsinə arxa hissəsinə yaxınlaşmış, belə ki, arxa hissədə üzərində dəmir barmaqlıqlar olan pəncərə olmuşdur. Elbrus özü ilə gətirdiyi dəmir parçası ilə həmin dəmir barmaqlıqları sıxaraq əymiş və bundan sonra Elbrus həmin pəncərəni bir neçə dəfə əli ilə itələyərək açmışdır. Bundan sonra o, Elbrusla həmin pəncərədən içəri daxil olmuşlar. Elbrus özü ilə vintaçan gətirmişdir. Onlar ilk öncə qeyri-yaşayış sahəsində olan dəmir qapıları, daha sonra aliminium pəncərə və qapıları, 3 ədəd kondisionerin daxili aparatını, orada olan elektrik naqillərini, kondisionerin çöldə quraşdırılmış aparatını və hazırda yadında qalmayan digər əmlakları sökərək qeyri-yaşayış sahəsinin içərisinə yığmışlar. Həmin əmlakları hissə-hissə 3 gün ərzində həmin qeyri-yaşayış sahəsinə gələrək çölə çıxardıb yaxınlıqda olan əlvan metal qəbulu məntəqəsinə müxtəlif qiymətlərə xammal kimi satmışlar. Lakin oğurladıqları malları nə vaxt hansı qiymətə satmaqları yadımda deyildir. 2 ədəd qapını 50 manata satmış, bəzi əşyaları Elbrus özü satmışdır. Oğurluq etdikdən 3-4 gün sonra Elbrusu görməmişdir. Bəzi oğurluq malları Elbrus özü satıb ona pulları verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində bədənində ağrılar olduğu üçün 40-cı Rezervuar küçəsi, ev 2/2a ünvanda yaşayan tanışı Təqsirləndirilən şəxs1 evinə gedib 20 manat müqabilində 1 ədəd siqaretin qızılı kağızna bükülmüş narkotik maddə olan heroin almışdır. Daha sonra əldə etmiş olduğu narkotik maddə olan heroini bükülünün içərisindən bir qismini istifadə edib, qalanını isə sonra istifadə etməsi üçün cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə, saat 16:45 radələrində Nərimanov rayonu, E.İsaqzadə küçəsi ev 10, m.5-də yerləşən yaşadığı evin qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Polis şöbəsinə getdikdən sonra o, şöbənin xidməti otaqlarının birinə aparılmış, həmin otaqda hüqüq və vəzifələri izah olunduqdan sonra vəkl dəvət etmişlər. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa, təqdim etməyini xahiş etmişlər. O da əynində olan qara rəngli idman şalvarımın sağ cibindən 1 ədəd gümüşü rəngli «Kgtel» markalı mobil telefonunu, sol cibindən isə 1 ədəd qara rəngli “Platinum” markalı siqaret qutusunu, 1 ədəd qızılı rəngli alışqanı və 1 ədəd siqaretin qızılı kağızma bükülmüş qəhvəyi rəngli narkotik maddə heroini təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan heroin olmasını, həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadığı evin yaxınlığında gəzişərkən E.İsaqzadə küçəsi 1A ünvanın qarşısından keçən zaman blokun qapısının açıq olmasını və içəri baxdıqda blokda 04 ədəd avtomobil təkəri olduğunu görmüş və həmin təkərləri götürüb satıb müəyyən ehtiyaclarını ödəyə biləcəyini düşünmüşdür. Odur ki, tez yaşadığı evə getmiş, həmin təkərləri evinin arxasındakı həyətinə yığması məqsədilə böyük çanta götürmüşdür. O, evdən heç kəsə demədən bir ədəd çanta götürmüş və gəlib həmin təkərləri bir-bir çantaya qoyub gətirib yaşadığı evin həyətinə yığmışdır. Sonra gecə olduğundan səhərin açılmasını gösləmiş, aparb bazarların birində satmağı planlaşdırmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan zaman ona polis əməkdaşları yaxınlaşmış və hər hansı oğurluq edib-etməmək barədə sual etdikdə, o, səmimi olaraq yaşadığı evin yaxınlığındakı blokdan 4 ədəd təkər oğurladığını demişdir. Polis əməkdaşları ondan təkərləri harada saxladığını soruşanda, yaşadığı evin arxasındakı həyətdə gizlətdiyini bildirmiş və polis əməkdaşları ilə birlikdə həmin yerə getmişdir. Orada təkərlərin 4-nü də təqdim etmiş, sonra izahatı alınması üçün 17-ci PŞ-nə dəvət edilmişdir. O, avtomobilin sahibi Ceyhun adlı şəxsi tanımamış, aralarında heç bir düşmənçilik və ya münasibət olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 18 radələrində ünvan 13 ünvanının yerləşən dəmir sexinin qarşısından keçən zaman sexin qarşısında dəmir qapı çərçivəsinin, dəmir boruların, kəsik dəmir boruların, alluminium metaldan nərdivanın və dəmir jalüzün olduğunu görmüdür. Həmin məmulatların açıq yerdə olmasından istifadə edərək oğurlamaq qərarına gəlmişdir. Bundan sonra həmin məmulatları götürərək yaşadığı ünvana aparmış, daha sonra onların bəzi hissələrini metal alqı-satqı məntəqəsinə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək 17-ci polis şöbəsinə gəvət etmişlər. Orada o, törətdiyi əməli etiraf edərək oğurladığı məmulatlardan 02 ədəd 6 metrlik borunu, 02 ədəd dəmir dirəkləri və günqırıcı jalüzlərin dəmir parçalarını təqdim etmişdir (iş vərəqə: cild İİİ, səh. 141-143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, işi üzrə Təqsirləndirilən şəxs2 ifadadəsi yerində yoxlanılmış və sonuncu sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bir daha təstiq etmişdir (iş vərəqə: cild İİ, səh. 121-126). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 14 ünvanında yerləşən 217,6 kv.metr sahəni əhatə edən qeyri-yaşayış binası ona məxsus olmuş, həmin qeyri-yaşayış binası əvvəllər aptek, anbar, qida əlavəsi istehsalı edən sex kimi icarəyə verilmişdir. Hadisədən təxminən bir il əvvəl isə həmin qeyri-yaşayış sahəsi boş qalmış və heç bir məqsəd üçün istifadə ediləmişdir. Həmin qeyri-yaşayış binasında oğurluq baş verməzdən əvvəl o, sonuncu dəfə 2022-ci ilin təxminən yanvar ayında olmuşdur. Həmin vaxt qeyri-yaşayış binası səliqəli vəziyətdə olmaqla içərisində olan bütün elektrik cihazları və avadanlıqları işlək vəziyyətdə olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin yaxınlığında onun kiçik qardaşı yaşamış. Obyekt fəaliyyət göstərən dövrlərdə onun kamera sistemi olmuşdur. Obyekt fəaliyyətini dayandırdığından qardaşı orada yaşamış və obyektə nəzarət etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, 17 iyul 2022-ci il tarixdə, saat 15 radələrində qardaşının arvadı Şahnaz istifadəsində olan mobil telefona yığıb həyacanlı şəkildə ağlayaraq ona məxsus olan qeyri-yaşayış binasının pəncərəsinin dəmir barmaqlıqların kəsildiyini və icəriyə baxan zaman içərisinin dağınıq vəziyyətdə olduğunu görməsini bildirmişdir. O, bundan sonra dərhal özünə məxsus həmin qeyri-yaşayış binasına getmiş, binanın pəncərəsinin dəmir barmaqlıqlarının kəsildiyini, içəriyə baxan zaman içərisinin dağınıq vəziyyətdə olduğunu görmüş və dərhal istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurmuş və ona məxsus olan qeyriyaşayış binasında oğurluq olduğunu bildirmiş, lakin icəriyə baxış keçirmədiyini demişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, polis əməkdaşları onun iştirakı ilə qeyri-yaşayış binasına baxış keçirmək istəsələr də giriş qapısının içəridən bağlandığının şahidi olmuşlar. Bundan sonra polis əməkdaşlarının xahişi ilə küçədən keçən bir nəfər uşaq kəsilmiş dəmir barmaqlıqlardan içəri daxil olaraq qapını içəridən açmış və polis əməkdaşlarının iştirakı ilə qeyri-yaşayış binasına daxil olmuş və binanın əksər hissəsinin sökülərək oğurlanmasının şahidi olmuşdur. Müşahidə aparıb obyektdə dəmir barmaqlıqlar içəridə olduğundan ilk olaraq şüşə sındırıldığını, daha sonra dəmir barmaqlıqların kəsildiyini, obyektin arxasında olan qoruyucu pərdənin kəsildiyini, arxa pəncərədən barmaqlıqların kəsildiyini və içəri girildiyini müəyyəən etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində, həmçinin göstərdi ki, ona məxsus qeyri yaşayış sahəysindən 2 ədəd hər biri təxminən 1000 manat olmaqla 2000 manat dəyrəində dəmir seyf qapı, hər biri təxminən 500 manat olmaqla 4500 manat dəyərində 9 ədəd şüşəli aliminium qapı, hər biri təxminən 400 manat olmaqla, 4400 manat dəyərində 11 ədəd böyük ölçülü aliminum pəncərə, 2 ədəd hər biri təxminən 1500 manat olmaqla, 3000 manat dəyərində otaqların aliminium arakəsmələri, təxminən hər bir metri 1 manat olmaqla 300 manat dəyərində 300 metr 24 çıxışlı kamera xəttini dəstəkləyən naqillər, hər bir metri 60 qəpik olmaqla 120 manat dəyrəində 200 metr telefon naqili, 1 ədəd təxminən 2500 manat dəyərində “Beko” markalı 120 kvadrat metrlik kondisionerin daxili aparatı, 1 ədəd təxminən 1200 manat dəyərində “Beko” markalı 60 kvadrat metrlik kondisionerin daxili aparatı,1 ədəd 1500 manat dəyərində “Mitsubishi” markalı 60 kvadrat metrlik kondisioner, hər bir metri 2 manat 50 qəpik olmaqla 1000 manat dəyrəində 400 metr elektrik naqilləri və hər bir kvatratmetri 25 manat olmaqla, 1375 manat dəyərində 55 kvadrat metr plastik divar üzlyünü oğurlanmasının aşkar etmişdir. Oğurlanmış əşyların dəyəri 21895 manat, təmir bərpa işləri isə 10.000 təşkil etmişdir. O, ilkin vaxtlarda dəymiş zəzəri 50000 manatdan yuxarı olmasını təxmini olaraq göstərmiş, sonradan isə oğurlanmış əşyların dəyərini müəyyən etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, istintaqın gedişindən narazı olmuş, istintaqın düzgün aparılmaması ilə bağlı Daxili İşlər Nazirliyinə teleqram vurmuş, onun işinə düzgün baxılmadığını, istintaq orqanı tərəfindən çağrılmadığını, hadisənin necə baş verməsinin, kimdən şübhələnilməsinin ondan soruşmadığını bildirmişdir. İstintaqın ilk vaxtlarında zərər çəkmiş kimi tanınmış, müstəntiq yalnız bircə dəfə onun ifadəsini almaqla kifayətlənmiş və ifadəsini oxutdurmadan imzalatdırmışdır. Təqsirləndirilən şəxsin onun obyektindən xəbəri olmasına onun inamı yoxdur. Bu hadisədə onun günahı olmamış, onlar hadisə yerinin qapısının giriş-çıxışının yerini belə, bilməmişlər. O, oğurluq olan obyekti 2003-cü ildən işlətmiş, lakin təqsirləndirilən şəxsləri orada görməmişdir. Təqsirləndirilən şəxs2 ilk ifadəsində oğurluğu Şahin adlı şəxslə törətdiyini bildirmişdir. O, (Zərərçəkmiş şəxs3) Şahin adlı şəxsi tanımış və o, sonuncu ilə ədavətli olmuşdur. Hətta hadisədən sonra onun oğurluq olan obyektində qalan nərdivan Şahingilə məxsus olmuşdur ki, o, həmin nərdivanı tanımış və bu barədə istintaqa bildirmişdir. O, hadisə nəticəsində ona ən azı 60 min manatdan yuxarı ziyan vurulduğunu desə də, buna əhəmiyyət verilməmişdir. O, oğurlanmış əşyalarının həm məbləğini, həm də predmetlərin özünü mübahisələndirməkdədir. Bir çox şey siyahıya salınmamış, obyektə hər şey sökülüb dağılmış, sıradan çıxmışdır. Əlavə bir ədəd dəmir seyf qapı qeyd olunmamışdır ki, həmin dəmir seyf qapının qiyməti təqribən 1000 manat dəyərindədir. Obyektindən oğurlanan predmetlərin qiymətləndirilməsi ilə bağlı heç bir ekspertiza keçirilməmiş, o, bu barədə rəsmi, yazılı formada müraciət etməmişdir. Şifahi formada müraciət etsə də, baxan olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, o, hadisədən təxminən 10 gün əvvəl özünə məxsus «Lada Priora» markalı avtomobilini satmış, həmin avtomobilə məxsus olan 4 ədəd diski təkərləri sonradan tanışına vermək üçün yaşadığı binanın mərtəbələr arasında dəhlizdə boruya məftillə bağlayıb saxlamışdır. 08 noyabr 2022-ci il tarixdə səhər saatlarında dəhlizdə boruya bağlayaraq saxladığı 4 ədəd diski təkərlərin oğurlandığını aşkar etmişdir. İlkin alış qiyməti ilə ona 400 manat zərər vurulsa da işlənmiş təkərlər kimi ona 280 manat maddi ziyan dəymişdir. Lakin oğurlanmış təkərlər polis əməkdaşları tərəfindən aşkar edilib onun özünə qaytarıldığından təqsirləndirilən şəxsə qarşı onun şikayəti və tələbir qalmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramm ünvanlayaraq ona vurulan maddi zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, təxminən 27 ilə yaxındır ki, dəmir jalüz qapıların yığılması və satışı ilə məşğul olur. Hal-hazırda isə onun ünvan 15 ünvanında istehsal sexi vardır və fəaliyyətini orada davam etdirmişdir. xx.xx.2022-ci il tarixində, saat təxminən 18 radələrində sexi bağlayaraq toy mərasiminə getmiş, həmin gün saat 21:30 radələrində toydan bir başa sexə gəlmişdir. Sexə çatanda sexin qarşısında yol kənarında qoymuş olduğu hər biri 475 manat olan 02 ədəd ümumi dəyəri 950 manat dəmir qapı çərçivələrinin, 03 ədəd hər bir metri 3 manat 89 qəpik, ümumi dəyəri 70 manat olan dəmir boruların,130 manat dəyərində bir neçə ədəd kəsik dəmir boruların, 01 ədəd 100 manat dəyərində alluminium metaldan olan nərdivanın və 01 ədəd 250 manat dəyərində gün qırıcı dəmir jalüzün oğurlandığını aşkar etmişdir. Hazırda ona dəymiş maddi ziyan 1500 manatdır və ona dəymiş maddi ziyanı həmin məbləğ ilə qiymətləndirilməsini, gələcəkdə keçiriləcək əmtəəşünaslıq ekspertizasının verəcəyi rəy və məbləğdən asılı olmayaraq ona dəymiş maddi ziyanı 1500 manat olaraq qiymətləndirilməsini xahiş etmişdir (iş vərəqə: cild İ, səh. 51-53). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşı Şahid4 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 12:50 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid3lə birlikdə inzibati ərazidə xidmətdə olduqları zaman ünvan 16 ünvanının qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görmüş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs verilən suallardan yayınaraq getməyə çalışmış, həmin şəxsin danışığından, narkoik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Polis Şöbəsində həmin şəxsin anket məlumatları dəqiqləşdirilmiş və hazırda barəsində cinayət işinə baxılan X9 olması müəyyən olunmuşdur. Polis Şöbəsində təhqiqatçı tərəfindən xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Elbrus İbrahimova üzərində qeyri-qanuni əşya və ya maddə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki mavi rəngli cins şalvarın sağ cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, sol cibindən 1 ədəd qara «Rotmans» markalı siqaret qutusunu və 1 ədəd şəffaf plastik qabı, həmin plastik qabın içərisindəki 02 ədəd sellofana bükülmüş bükümləri çıxarıb könüllü təqdim etmiş, həmin iki ədəd bükümlərdəki maddənin narkotik vasitə heroin olmasını, 02 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında Ziya Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin yaxınlığında anket məlumatını bilmədiyi şəxsdən 100 manat pulun müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, iki bükümünü üzərində saxladığını və digər hissəsini evində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd bükümdəki kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə xx.xx.2022-ci il tarixdə, saat 14.25-də sonuncunun yaşadığı ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evində onun ərizəsi əsasında axtarış və götürmə apararkən ona evdə olan qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 özünün yatdığı otaqdakı yaşıl rəngli plastik qutunu götürüb onlara təqdim etmişdir. Qutunun içərisinə baxış keçirərkən orada 3 ədəd inyeksiya üçün şpris, iki ədəd şüşə borucuq, bir ədəd kiçik lampa, bir ədəd sınmış və üzərində kiril əlifbası ilə “NOVOKAİN” sözü yaxılmış flakon, qara rəngli kiçik qutu və qutunun içərisində sim kartlar, bir ədəd yaşıl rəngli kiçik qutu, həmin yaşıl rəngli kiçik qutunun içərisində isə bir ədəd böyük və iki ədəd kiçik sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükülülərdə olan qəhvəyi rəngli toz formalı maddənin narkotik vasitə olan heroin olmasını, qeyd olunan həmin narkotik vasitəni tanımadığı şəxsdən 100 manata özü istifadə etməsi üçün aldığını, iki bükümünü üzərində saxladığını, qalan bükümləri isə evində gizlətdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi ümumilikdə 03 ədəd bükümdəki kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. X12 ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əldə etdiyi narkotik vastədən 02 sentyabr 2022-ci il tarixdə 01 bükümünü tanışı Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində satması müəyyən edilmişdir. Şahid4 ifadəsinin davamında daha sona göstərdi ki, Elbrus saxlanılandan sonra onun oğurluqda adı hallanmasa da, sonra onun Mail adlı şəxslə köhnə apetk olmuş yerdən oğurluq etdikləri də məlum olmuşdur. Bildiyi qədər onlar köhnə qapı-pəncərə, kabellər və s. oğurlamışlar. Mail saxlanılan kimi əməllərini səmimi etiraf etmişdir. O, yalnız Elbrusun narkoltikə görə saxlanılmasında iştirak etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin digər əməkdaşı Şahid3 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid4 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Bakı şəhər, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 16:45 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1la birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 18 ünvanının qarşısında bir nəfər şəxsin – hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs2 yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görmüş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Şəxsin danışığından narkoik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1965-ci il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi ev 10, mənzil 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Polis Şöbəsində xidməti otaqlarının birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd «Kgtel» markalı mobil telefonu, sol cibindən 1 ədəd qara rəngli «Platinium» markalı siqaret qutusunu, 1 ədəd qızılı rəngli alışqanı və 1 ədəd siqaretin qızılı kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü çıxarıb könüllü təqdim edərək, 02 sentyabr 2022-ci il tarixdə tanıdığı Elbrus İbrahimovdan yaşadığı Nərimanov rayonu, 40-cı Rezervuar küçəsi 2/2a ünvanından 20 manata alıb şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdəki kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə bağlı hər-hansı bir məlumat olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nərimanov RPİ-nin 17-ci PŞ-nin digər əməkdaşı Şahid1 məhkəmədə şahid qismində dindirilən Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli, 6/4760 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 219» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs1» sözləri soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan: -1 №-li zərfdə bir ədəd şəffaf plastik qabda iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,447 qram, 0,305 qram ümumi təmiz çəkisi 0,752 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 2№-li zərfdə bir ədəd yaşıl rəngli qabda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,263 qram, 3,198 qram, 0,444 qram ümumi təmiz çəkisi 5,905 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiq olunan rəydən görünür ki, qeyd olunan ekspertiza tədqiqatından sonra ümumilikdə 6,357 qram heroin narkotik vasitəsi qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısna (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh.101-105). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli, 6/4759 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 219» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs2 sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və təmiz çəkisi 0,310 qram təşkil edir. Tədqiq olunan rəydən görünür ki, qeyd olunan ekspertiza tədqiqatından sonra 0,240 qram heroin narkotik vasitəsi qalıq qalmışdır (iş vərəqə: cild İİ, səh.25-28). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 6/4995 №-li rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan “6/4759...4 sentyabr 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş, “6/4760. 4 sentyabr 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş Məhkəmə Ekspertiza Mərkəzinə məxsus iki ədəd kağız paketdə olan 1 nömrəli zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,260 qram heroin, 2 nömrəli zərfdə 2 ədədbükümdə ümumi təmiz çəkisi 0,672 qram heroin və üç nömrəli zərfdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 5,785 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 44” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd 1 ml. həcmli, bir ədəd 2,5 ml. həcmli şpirisdən, bir ədəd sınmış ampuladan, bir ədəd kiçik ölçülü lampadan, 3 ədəd borucuqdan heroinə məxsus izlər aşkar edilmişdir. Heroin iz şəkilində olduğu üçün onların çəkisinin müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İİ, səh.232-236). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 2482 №-li rəyindən görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs X9 hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. X3, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtıdarında olmuşdur. Buna görə də X9 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəylə müəyyən olundu ki, X4 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Elbrus İbrahimov halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X4 məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.226-227). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 6382 №-li rəyi ilə müəyyən olundu ki, X3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.226-227). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 7651 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİİ, səh.39-40). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-daktoloskopik ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 22/648R №-li rəyindən görünür ki, 2022-ci ilin iyul ayının ortalarında ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus qeyriyaşayış binasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 16 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 16 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 07 ədəd əl-barmaq izinin şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olduğu müəyyən edilmişdir. Tədqiq olunun həmin rəydən, həmçinin görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 01 ədədi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Tədqiq olunun həmin rəydən daha sonra görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 03 əl-barmaq izi isə xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta (02 dəfə) və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Tədqiq olunun həmin rəydən daha sonra görünür ki, qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir (iş vərəqə: cild İİİ, səh.238-245). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, sol cibindən 01 ədəd qara «Rotmans» markalı siqaret qutusu və 01 ədəd şəffaf plastik qab və həmin plastik qabın içərisindən isə 02 ədəd sellofana büküldə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.87-88). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “evdə axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 yaşadığı ünvandakı özünün yataq otağında yaşıl rəngli plastik qutunun içərisindən 03 ədəd inyeksiya üçün şpris, 02 ədəd şüşə borucuq, 01 ədəd kiçik lampa, 01 ədəd sınmış və üzərində kiril əlifbası ilə “NOVOKAİN” sözü yaxılmış flakon, qara rəngli kiçik qutu və qutunun içərisində sim kartlar, 01 ədəd yaşıl rəngli kiçik qutu, həmin yaşıl rəngli kiçik qutunun içərisində isə 01 ədəd böyük və 02 ədəd kiçik sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür(iş vərəqə: cild İ, səh.95-96). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan elektron məlumatların yükləndiyi 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında təhqiqatçısı Sarvan Rüstəmovun xidməti otağda şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X19, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4, sahə inispektoru Şahid3 və Nərimanov RPİ-nin inispektor kriminalisti Emil Yusubovun iştirakları ilə Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini təklif edir və Təqsirləndirilən şəxs1 özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki mavi rəngli cins şalvarın sağ cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, sol cibindən 1 ədəd qara «Rotmans» markalı siqaret qutusunu və 1 ədəd şəffaf plastik qabı, həmin plastik qabın içərisindəki 02 ədəd sellofana bükülmüş bükümləri çıxarıb könüllü təqdim edərək, həmin iki ədəd bükümlərdəki maddənin narkotik vasitə heroin olmasını, 02 sentyabr 2022ci il tarixdə səhər saatlarında Ziya Bünyadov prospektində yerləşən «Azpetrol» YDM-nin yaxınlığında anket məlumatını bilmədiyi şəxsdən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, iki bükümünü üzərində saxladığını və digər hissəsini evində gizlətdiyini bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Bundan sonra baxış keçirilən CD diskdəki 2-ci video fayla baxış keçirilərkən müəyyən olundu ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçı Sarvan Rüstəmovun, şübhəli şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X15, Nərimanov RPİ-nin 17-ci PŞnin əməliyyat müvəkkili Şahid4, sahə inispektoru Şahid3 və Nərimanov RPİ-nin inispektor kriminalisti Emil Yusubovun iştirakları ilə xx.xx.2022-ci il tarixdə, saat 14:25-də şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evində sonuncunun ərizəsi əsasında axtarış və götürmə apararkən ona təklif olundu ki, evdə olan qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 özünün yatdığı otaqdakı yaşıl rəngli plastik qutunu təqdim etdi. Qutunun içərisinə baxış keçirərkən orada 3 ədəd inyeksiya üçün şpris, iki ədəd şüşə borucuq, bir ədəd kiçik lampa, bir ədəd sınmış və üzərində kiril əlifbası ilə “NOVOKAİN” sözü yaxılmış flakon, qara rəngli kiçik qutu və qutunun içərisində sim kartlar, bir ədəd ədəd yaşıl rəngli kiçik qutu, həmin yaşıl rəngli kiçik qutunun içərisində isə bir ədəd böyük və iki ədəd kiçik sellofan bükümlər aşkar edildi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükülülərdə olan qəhvəyi rəngli toz formalı maddənin narkotik vasitə olan heroin olmasını bildirdi. Təqsirləndirilən şəxs1 qeyd olunan həmin narkotik vasitəni tanımadığı şəxsdən 100 manata özü istifadə etməsi üçün aldığını, iki bükümünü üzərində saxladığını, qalan bükümləri isə evində gizlətdiyini qeyd etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi ümumilikdə 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (iş vərəqə: cild İ, səh.112-113). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd «Kgtel» markalı mobil telefon, sol cibindən 01 ədəd qara rəngli «Platinium» markalı siqaret qutusu, 01 ədəd qızılı rəngli alışqanı və 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İİ, səh.217-218). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan elektron məlumatların yükləndiyi 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 03 seyntabr 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında baş təhqiqatçısı Sarvan Rüstəmovun xidməti otağda şübhəli şəxs Təqsirləndirilən şəxs2 onun müdafiəçisi X10, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və Nərimanov RPİ-nin inispektor kriminalisti Emil Yusubovun iştirakları ilə Təqsirləndirilən şəxs2 özünü təqdim etməsini təklif edir və Təqsirləndirilən şəxs2 özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd «Kgtel» markalı mobil telefonu, sol cibindən 1 ədəd qara rəngli «Patinium» markalı siqaret qutusunu, 1 ədəd qızılı rəngli alışqanı və 1 ədəd siqaretin qızılı kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü çıxarıb könüllü təqdim edərək, 02 sentyabr 2022-ci il tarixdə tanıdığı Elbrus İbrahimovdan yaşadığı Nərimanov rayonu, 40-cı Rezervuar küçəsi 2/2a ünvanından 20 manata alıb şəxsi istifadəsi üçün saxladığını bildirdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 219 saylı möhürü ilə möhürlənərək götürüldü. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (iş vərəqə: cild İİ, səh.45). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx"MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 18889 nömrəli məktuba əlavə edilmiş telefon danışıqları və konkret mobil telefon nömrələrinin əhatə dairəsinə dair məlumatların yükləndiyi bir ədəd diskə baxş keçirilməsi haqqında protokoldan görünür ki, baxış nəticəsində X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə və digər nömrələr arasında fərqli müddətlərdə danışıqlar, həmçinin fərqli nömrələr arasında narkotik vasitələrin satışına dair sms yazışmalarının aparılması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.117). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən baxılan iş üzrə təqsirləndirilən şəxs X4 üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,657 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 3 ədəd inyeksiya üçün şpris, iki ədəd şüşə borucuq, bir ədəd kiçik lampa, bir ədəd sınmış və üzərində kiril əlifbası ilə “NOVOKAİN” sözü yaxılmış flakon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,310 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış müvafiq olaraq 6,357 qram və 0,240 qram narkotik vasitə heroin saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmmişdir (iş vərəqə: cild İİİ, səh.156). Bundan başqa tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 götürülmüş 04 ədəd diskli təkər, 02 ədəd 6 metrlik dəmir boru, 02 ədəd dəmir dirəklər, günqırıcı jalyuzlərin dəmir parçaları maddi sübut kimi tanınmış və zərərsəkmiş şəxsə qaytarılmışdır (iş vərəqə: cild İİİ, səh.81-82). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə, həmçinin müəyyən edildi ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılması, yaşayış sahəsinə baxış keçirilməsi və götürmə proseslərinin video görüntülərinin yükləndiyi 2 ədəd CD formatlı disk və "xxxx"MMC-dən daxil olmuş 01 ədəd disk -cəmi 3 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.114, 178, cild İİ, səh.46). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X1 məqsədi ilə qanunsuz olaraq küllü miqdarda heroin narkotik vasitəni əldə edib satması, yaşadığı evdə və üzərində saxlayaraq daşıması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla və təkrar oğurluq etməsi, yəni Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs X2 ifadələrində özünü qismən təqsirli bilməsi, üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə olan heroin aşkar olunsa da, narkotik vasitənin satışı ilə məşğul olmaması, tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini 20 manat pul müqabilində yox, tanışı kimi verməsi, Mail İbrahimovla birlikdə oğurluq hadisəsi törətməməsi barədə qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışlarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X9 əvvəllər məhkum olunmamış, lakin Təqsirləndirilən şəxs2 Bakı şəhər, Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milii Məclisin xx.xx.2016-cı il tarixli Aministiya Qərarının 3-cü Bəndinə əsasən cəzadan azad olunmuşdur (iş vərəqə: cild İİ, səh.201). Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı məsələni Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər, Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, təqsirləndirilən şəxs X4 himayəsində bir nəfər ayzyaşlı uşağı vardır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Eyni zamanda müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilən oğurluq cinayəti epizodlarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulan maddi zərər ödənilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edib, ona vurulan maddi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqrammda ona vurulan maddi zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Qeyd olunan bu hal cinayət nəticəsində yetirilmiş maddi zərərin qismən ödənilməsi kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi lə törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin hər ikisinin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğluna və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus əmlakın talanması faktına görə 08 avqust 2022-ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs1 6,657 qram küllü miqdarda heroin narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə 04 sentyabr 2022-ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs2 0,310 qram kustar üsulla hazırlamış heroin narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə 04 sentyabr 2022ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi yekunda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus əmlakın talanması faktına görə 15 dekabr 2022-ci il tarixdə başlanılmış ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Qəhraman oğlu ********* nömrəli cinayət işi üzrə 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə həmin iş üzrə Nərimanov rayon Məhkəməsinin qərarına əsasən barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Bundan sonra həmin iş üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri ibtidai istintaq orqanının 08 noyabr 2022-ci il tarixli qərarına əsasən «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Nəticədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə iki gün şübhəli şəxs kimi həbsdə, 2 ay 09 gün isə ev dustaqlığında saxlanılmışdır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə 03 sentyabr 2022-ci il tarixdə Azərbaycan Resbulikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, lakin prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq orqanının eyni tarixli qərarına əsasən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Nəticədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə 03 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün onun ********* nömrəli cinayət işi üzrə «ev dustağlığı»nda saxlanıldığı müddət dövrünə təsadüf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 29 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün və 29 avqust 2022-ci il tarixdə həmin iş üzrə Nərimanov rayon Məhkəməsinin qərarına əsasən barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilməklə 08 noyabr 2022-ci il tarixədək «ev dustaqlığı»nda saxlanıldığı iki ay doqquz gün – cəmi 2 (iki) ay 11 (on bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər X4 həbsdə və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldıqları bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxs X4 barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 gəldikdə isə, məhkəmə qeyd edir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə X4 barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizanın 27 oktyabr 2022-ci il tarixli, 6382 №-li rəyini və Təqsirləndirilən şəxs2 barəsində olan 16 dekabr 2022-ci il tarixli, 7651 №-li rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, hər iki təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və onların hər ikisi yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, X4 üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,657 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,357 qram hissəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,310 qram kustar üsullu hazırlanmış heroin narkotik vasitəstinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,240 qram hissəsi, üzərində narkotik vasitə heroinin izləri olan, inyeksiya üçün nəzərdə tutulmuş 3 ədəd şpris, iki ədəd şüşə borucuq, bir ədəd kiçik lampa, bir ədəd sınmış və üzərində kiril əlifbası ilə “Novokain” sözü yazılmış flakon məhv edilməli, 04 ədəd diskli təkərlərin, 02 ədəd 6 metrlik dəmir boruların, 02 ədəd dəmir dirəklərin və günqırıcı jalyuzlərin dəmir parçalarının zərərsəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı və şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin yükləndiyi 02 ədəd CD formatlı disk və "xxxx"MMC-dən daxil olmuş 01 disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 245 (iki yüz qırx beş) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlu və Təqsirləndirilən şəxs2 hər birindən 122,50 (yüz imyirmi iki manat 50 qəpik) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilmədiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 müstəqil olaraq mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Qəhraman oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Qəhraman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Qəhraman oğluna qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Qəhraman oğlu ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Qəhraman oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 29 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 29 avqust 2022-ci il tarixədən 08 noyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün – cəmi 02 (iki) ay 11 (on bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqlı çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çıxarıldığı 08 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, X4 üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,657 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,357 qram hissəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,310 qram kustar üsullu hazırlanmış heroin narkotik vasitəstinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,240 qram hissəsi, üzərində narkotik vasitə heroinin izləri olan, inyeksiya üçün nəzərdə tutulmuş 3 ədəd şpris, iki ədəd şüşə borucuq, bir ədəd kiçik lampa, bir ədəd sınmış və üzərində kiril əlifbası ilə “Novokain” sözü yazılmış flakon məhv edilsin; 04 ədəd diskli təkərlərin, 02 ədəd 6 metrlik dəmir boruların, 02 ədəd dəmir dirəklərin və günqırıcı jalyuzlərin dəmir parçalarının zərərsəkmiş şəxslərə qaytarılması nəzərə alınsın; şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin yükləndiyi 02 ədəd CD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 245 (iki yüz qırx beş) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Qəhraman oğlu və Təqsirləndirilən şəxs2 hər birindən 122,50 (yüz iyirmi iki manat 50 qəpik) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 onun müstəqil olaraq mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 Qəhraman oğluna və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1003/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1003/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver