Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1004/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, iştirakı ilə, xx xxxx 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi, ev 42Ada qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhəri Binəqədi rayonu, 2-ci mədən, korpus 43, ev 483-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,259 qram olan külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 0,691 qram olan psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 dekabr 2020-ci il tarixdə saat 15:10-da ünvan 1 ünvanda yerləşən evinin yaxınlığında saxlanılmış və polis bölməsinə gətirilib həmin tarixdə saat 16:20-də üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəffaf sellofan bükümündə 06 ədəd ağ rəngli kağız və şəffaf sellofan bükümlərində 0,280 qr, 0,192 qr, 0,259 qr, 0,268 qr, 0,363 qr və 0,897 qr olmaqla ümumilikdə təmiz çəkisi 2,259 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 04 ədəd ağ rəngli kağız və şəffaf sellofan bükümlərində 0,132 qr, 0191 qr, 0,105 qr və 0,263 qr olmaqla ümumilikdə təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir müddət əvvəl adını bilmədiyi qadından 20 manat pul müqabilində öz istifadəsi üçün 04 büküm “şüşə” deyilən psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 28 dekabr 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanda olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu deyərək, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Orada üzərinə axtarış keçirib 04 ədəd bükümdə psixotrop maddə metamfetamini aşkar etmişlər. Ondan sonra polis əməkdaşları masanın üzərinə 6 büküm narkotik vasitə heroin qoyub onu da onun üzərindən çıxdığını 6-7 aya azadlığa çıxacağını bildirmişlər. Polis əməkdaşları ona təzyiq edərək narkotik və psixotrop maddəni “Kubinka” adlanan ərazidən Eldar adlı şəxsdən almağını söyləməyi ona bildirib və üzərindən aşkar olunmuş psixotrop maddəni və masanın üzərinə qoyduqları 6 bükümdə narkotik vasitə heroini cibinə qoymuşlar. Video çəkilişlə üzərinə yenidən axtarış keçirilmişdir. Video çəkiliş zamanı o, cibindən 6 bükümdə heroini və 4 bükümdə metamfetamini çıxaraq masanın üzərinə qoymuş, həmin maddələri Eldar adlı şəxsdən aldığını çəkilişdə demişdir. Həmçinin həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini də çəkiliş zamanı bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, heç zaman narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, ilkin ifadələrində, şəxsi axtarışda narkotik istifadəçisi olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız 04 ədəd psixotrop maddə metamfetamin aşkar edilmiş, heroin isə polis əməkdaşları tərəfindən video çəkilişdən öncə cibinə qoyulmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq törətdiyi əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir ki, ağrıları olduğundan narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 27 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən Eldar adlı şəxsdən 60 manat pul müqabilində öz istifadəsi üçün 04 büküm “şüşə” deyilən psixotrop maddə metamfetamin və 06 büküm narkotik vasitə heroin alıb özündə saxlamışdır. 28 dekabr 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanda olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu deyib, onu Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra o, dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş, vəkil dəvət olunub təqdim edilmiş, dəvət edilmiş müdafiəçi Qabil Dadaşova etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçi Qabil Dadaşov şəxsi axtarışda iştirak etməyəcəyini bildirmiş, o, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə içərisində Kubinkadan aldığı narkotik vasitə və psixotrop maddələr olan sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və üzərimdə başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, ancaq hər hansı əşya aşkar edilməmişdir. Sellofan bükülünün içərisində olan bükümlər açılıb sayılmış. 07 ədəd ağ rəngli kağız büküm və 03 ədəd sellofan büküm aşkar edilmişdir. Kağız bükümlər açıldıqda dördünün içərisində qəhvəyi rəngli maddə, üçünün içərisində isə kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. 03 ədəd şəffaf sellofan bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli maddə, birinin içərisində isə kristal şəkilli maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, polis əməkdaşlarına bükümlərin içərisindəki kristal şəkilli maddənin “şüşə” deyilən psixotrop maddə metanfetamin, toz şəkilli qəhvəyi rəngli maddənin isə narkotik vasitə heroin olduğunu, həmin bükümləri bir gün əvvəl Kubinkada Eldar adlı şəxsdən aldığını bildirmişdir. (cild 1, vərəqə 69-71) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 dekabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə Binəqədi qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat-müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün saat 15:10 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşaraq, özlərini təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə içərisində ağ rəngli bükümlər olan şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi seloffan bükülü açıldıqda içərisində 07 (yeddi) ədəd xırda ağ rəngli kağız bükümlər və 03 (üç) ədəd xırda şəffaf sellofan bükümlər olduğu aşkar edilmişdir. Xırda bükümlər açıldıqda 04 ədəd xırda kağız bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 03 ədəd xırda kağız bükümlərin içərisində ağ rəngli kristal şəkilli maddə, 02 ədəd xırda şəffaf sellofan bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd xırda şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, kristal şəkilli maddənin isə psixotrop maddə metafetamin olduğunu, həmin bükümləri “Kubinka” adlanan ərazidən “Eldar” adlı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsinə dair olmuşdur. Təqsirləndirilən şəxs Quran oğlu barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi, satışla bağlı kiminləsə sövdələşməsi, onun mümkün cinayət əlaqələri barədə heç bir məlumat əldə edilməmişdir. Ümumilikdə keçirilmiş bütün tədbirlərin yekununda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin sabiq əməliyyat müvəkkili Şahid2 dindirilmiş digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Binəqədi rayon məhkəməsinin 30 dekabr 2020-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 28 dekabr 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 57-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, 28 dekabr 2020-ci il tarixdə saat 17:10-da Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə içərisində ağ rəngli bükümlər olan şəffaf sellofan bükülünü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi seloffan bükülü açıldıqda içərisində 07 (yeddi) ədəd xırda ağ rəngli kağız bükümlər və 03 (üç) ədəd xırda şəffaf sellofan bükümlər olduğu aşkar edilmiş. xırda bükümlər açıldıqda 04 ədəd xırda kağız bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 03 ədəd xırda kağız bükümlərin içərisində ağ rəngli kristal şəkkili maddə, 02 ədəd xırda şəffaf sellofan bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd xırda şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkkili maddə olduğu müəyyən olunmuşdur. Bükümlər zərfə qablaşdırılıb möhürlərib iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, kristal şəkilli maddənin isə psixotrop maddə metafetamin olduğunu, həmin bükümləri “Kubinka” adlanan ərazidən “Eldar” adlı şəxsdən 60 manata aldığını bildirmişdir. (cild 1, iş vərəqə 33-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 28 dekabr 2020-ci il tarixdə saat 17:10-da başlanır. Şəxsi axtarış Binəqədi RPİ-nin 43-cü PB-də xidməti otaqda keçirilir. Şəxsi axtarış Binəqədi RPİ-nin 43-cü PBnin təhqiqatçısı X6 tərəfindən həyata keçirilir. Şəxsi axtarış şübhəli şəxs Təqsirləndirilən şəxs, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 oğlunun və video çəkilişi aparan Binəqədi RPİ-nin KTQ-nin inspektoru X3 iştirakı ilə süni işıqlandırma şəraitində, xidməti otaqda aparılır. X5 tərəfindən iştirakçıların anket məlumatları elan edilir və iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs ayağa qalxıb əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonu, sol yan cibindən içərisində ağ rəngli bükümlər olan şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, hər hansı əşya və predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf seloffan bükülü açıldıqda içərisindən 07 (yeddi) ədəd xırda ağ rəngli kağız bükümlər və 03 (üç) ədəd xırda şəffaf sellofan bükümlər aşkar edilir. Həmin bükümlər açıldıqda 04 ədəd xırda kağız bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 03 ədəd xırda kağız bükümlərin içərisində ağ rəngli kristal şəkkili maddə, 02 ədəd xırda şəffaf sellofan bükümlərin içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd xırda şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkkili maddə olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, kristal şəkilli maddənin isə psixotrop maddə metafetamin olduğunu, həmin bükümləri “Kubinka” adlanan ərazidən “Eldar” adlı şəxsdən 60 manata aldığını bildirir. Bükümlər zərfə qablaşdırılıb möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra şəxsi axtarış başa çatır. (cild 1, iş vərəqə 61) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 dekabr 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 5/44 saylı məhkəmə-texniki ekspert rəyindən görünür ki, tədqiq olunan 01 ədəd “Samsung” markalı “SM-L105H” modelli **********40122”, “**********40129” İMEİ nömrəli mobil smartfon işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. Tədqiq olunan 01 ədəd “Samsung” markalı “SM-L105H” modelli **********40122”, “**********40129” İMEİ nömrəli mobil smartfonun yaddaşında tam və hərtərəfli bərpa işləri nəticəsində müəyyən olunması mümkün olmuş kontaktlar, zənglər, SMS mesajlar, məlumat ilə fayllar və hesabat DVD tipli optik diskə köçürüldü. Qeyd olunan diskən baxış keçirilməsi haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. (cild 1, iş vərəqə 155-159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2020ci il tarixli 6/2804 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Babayev...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrıayırılqda təmiz çəkiləri 0,132 qr, 0,191 qr, 0,105 qr, 0,263 qr, ümumi təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristallik hissəcəklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, altı ədəd bükümdə ayrı-ayırılqda təmiz çəkiləri 0,280 qr, 0,192 qr, 0,259 qr, 0,268 qr, 0,363 qr, 0,897 qr, ümumi təmiz çəkisi 2,259 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (cild 1, iş vərəqə 40-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş12 fevral 2021-ci il tarixli 6/170 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Babayev...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,611 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, altı ədəd bükümdə ümumi təmiz çəkisi 2,139 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (cild 1, iş vərəqə 160-166) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 626 №-li narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 169- 170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli 454 №-li psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (cild 1, iş vərəqə 171-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 dekabr 2020-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 29 mart 2021-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,691 qram olan psixotrop maddə metamfetamin və altı bükümdə ümumi təmiz çəkisi 2,259 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış 0,691 qram metamfetaminin 0,611 qram qalığı və 2,259 qram heroinin 2,139 qram qalığı saxlanması üçün Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 167) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından, müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkəməsinin 30.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30.11.2016cı il tarixdə cəzasının sonu ilə azad edilib. (cild 1, iş vərəqə 125-127, 141-151). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməmiş, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli qərarda, heç bir sübuta istinad etmədən “istintaq hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmişdir” kimi əsassız qənaətə gəlmiş, həmçinin ibtidai istintaq sübutların qiymətləndirilməsi haqqında 06 aprel 2021-ci il tarixli qərarda da heç bir sübuta əsaslanmayaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından qat-qat artıq olması və bükümlərə bölünməsi fikrinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi kimi əsassız nəticəyə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, həmçinin onun ayrı-ayrı bükümlərdə olması digər mötəbər subutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Məhkəmə şəxsi axtarış və götürmə protokolunu, aşkar edilmiş narkotik vasitənin, psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Lakin həmin sübutlar, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillər təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 6 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qr, 0,192 qr, 0,259 qr, 0,268 qr, 0,363 qr və 0,897 qr olmaqla ümumilikdə təmiz çəkisi 2,259 qram olan külli miqdarda narkotik vasitə - heroin və 04 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,132 qr, 0191 qr, 0,105 qr və 0,263 qr olmaqla ümumilikdə təmiz çəkisi 0,691 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə edilməmişdir. Ümumilikdə keçirilmiş bütün tədbirlərin yekununda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması və onun bükümlərə ayrılması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin yalnız külli miqdarda olması, həm narkotik vasitənin, həm də ki psixotrop maddənin bükümlərə bölünməsi kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üstünə qoyulması, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, 2000-ci il təvəllüdlü övladı X2 23 fevral 2021-ci il tarixdə gənc yaşda ölməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2020ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 28 dekabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 20-22, 94-98). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddəmetamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-0,611 qram psixotrop maddə-metamfetamin, qalıq çəkisi 2,139 qram olan narkotik vasitə-heroin məhv edilməli, maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 224,81 (iki yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 41). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 ( iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan maddi sübut kimi tanınmış 0,691 qram metamfetaminin 0,611 qram qalığı və 2,259 qram heroinin 2,139 qram qalığı məhv edilsin, maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224,81 (iki yüz iyirmi dörd manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1004/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1004/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver