Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1004/2024 27.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda da yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 8,167 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 17:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş və orada həmin gün saat 19:10dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun yaşadığı məhəlləyə yeni qadın köçmüşdür. Həmin qadının evinə bir şəxs gəlib-gedirmiş. O, bir gün həmin şəxsə yaxınlaşıb nə üçün həmin məhəlləyə gəldiyini soruşmuşdur. Həmin şəxs ona cavabında həmin qadının onun ikinci ailəsi olduğunu demişdir. O, sonradan həmin şəxsin DİN-nin hospitalın travmatologiya şöbəsinin müdiri işlədiyini öyrənmişdir. Bu hadisədən təxminən 10 gün keçdikdən sonra ona tanımadığı nömrədən zəng gəlmişdir. Həmin zəngi açdıqda ona “Leo” bankdan zəng etdiklərini və kart sifariş verdiyini demişlər. O isə öz cavabında belə bir kart sifariş etmədiyini bildirmişdir. Ona zəng edən şəxs onun ünvanını soruşmuş, o da məhəllənin ünvanını ona demişdir. O marketə daxil olub siqaret aldıqdan sonra küçəyə çıxanda onu polis əməkdaşları saxlamış və daha sonra onu idarəyə aparmışlar. Orada qarşısına narkotik vasitə qoyaraq onun olduğunu demişlər. O, ona qarşı edilən təzyiqlərə dözməyərək həmin narkotik vasitənin ona məxsus olduğunu demişdir. Onun üzərində hər hansı narkotik vasitə və ya narkotik maddə olmamışdır. Onun üzərində yalnız 2 ədəd mobil telefon, siqaret və alışqan olmuşdur. Özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olurmuş. Daha sonra anası və bacısının əmək haqqısı ilə dolanırmış. O, ona verilən siqaret pullarını yığıb narkotik maddə metamfetamin alırmış. Hadisə ilə bağlı qeyd edir ki, onu məhəllələrindən biraz aralıda yerləşən marketin qarşısında saxlamışlar. O müharibədən gəldikdən sonra narkotik maddə olan metamfetamin istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitəni tutulmamışdan təxminən 20 gün əvvəl istifadə etmişdir. İttiham aktında göstərilən narkotik maddə ona məxsus deyil. O, məhlədəki dostlarına pul verirmiş və dostları da ona narkotik vasitə alırmışlar. İş materiallarındakı yazışmalarda olan şəxslər onun narkotik vasitə aldığı şəxslərdir. Ailə üzvləri ondan xəbər ala bilmədiklərinə görə 102 xidmətinə məlumat vermişlər. Post patrulun əməkdaşı o tutulduqdan sonra onun ailə üzvlərinə “Elçini Ramin adlı həkim aparıb başa salmağa, gələndə üzü-gözü göyərmiş ola bilər qorxmayın” demişdir. 2 gün keçdikdən sonra onun ailə üzvlərinə “Elçinin telefonundan yazışma çıxdığına görə onu İstintaq Təcridxanasına aparıblar” demişlər. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün o, narkotik maddənin ona məxsus olduğunu qəbul etmişdir. O hesab edir ki, həmin məhəlləyə gələn şəxs onunla qərəzli olmuş və bu səbəbdən onu narkotiklə bağlı tutmuşlar. Çünki o saxlanan vaxt polis əməkdaşları ona “sən reketsen? Hər məhləyə gəlib-gedəni saxlayırsan?” demişlər. Ona qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fiziki təsir və təzyiq olmuşdur. O heç vaxt narkotik vasitə və ya maddənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onun üzündən başqa hər yerinə vurmuşlar. Onun bədənində sınıq və qançır olmamış, yalnız göyərmə olmuşdur. Onu təcridxanaya qəbul edərkən üzərindəki xəsarətləri qeydiyata almamışlar. MSY-də göyərmiş yerlərinə krem vurduqları üçün təcridxanada onu görməmişlər. Şahid2 ona fiziki və psixi təzyiq etmişdir. O saxlanılan zaman üzərimdə hər hansı qanunsuz əşya olmamışdır. Ona polislər demişlər ki, narkotik vasitəni boynuna götürməsə, həmin maddələri evindən və avtomobilindən çıxaracaqlar. Şahid3 onu döyüb. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, psixotrop maddə metamfetamindən təxminən 1 ildir ki istifadə edir. Tutulmamışdan 1 gün əvvəl, yəni 15 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər şəxs ilə görüşüb ona 50 manat pul verib şəxsi istifadəsi məqsədi ilə 1 bükümdə psixotrop maddə metamfetamin almışdır. Bundan sonra 16 may 2023-cü il tarixdə saat 17:25-də ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib polis əməkdaşları İlə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərimdən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan 1 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa o, 15 sentyabr 2023-cü il tarixdə istintaqa vermiş olduğu əlavə ifadəsində ilkin ifadələrini təkzib edərək psixotrop maddə metamfetaminin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona tətbiq edilmiş təzyiq nəticəsində ilkin ifadəsində videoçəkilişdə psixotrop maddənin özünə məxsus olmasını dediyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Baş İdarəyə dəvət edilmişdir. Orada Elçinin üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, 2013-cü ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupu Ayaz, Turqay və ondan ibarət olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 16-17 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Binəqədi rayon ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən səhv etmirsə, heroin aşkar edilmişdir. Bükümlərin sayını dəqiq xatırlamır. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara etiraz etməmişdir. Saxladıları yerdə şəxsin üzərinə baxış keçirmək kimi bir şərait olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Lakin sonradan satışla bağlı hər hansı sübut müəyyən edilməmişdir. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayorudur. 16 may 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Binəqədi rayonuna getmişlər. 16 may 2023-cü il tarixdə saat 17:25-də ünvan 2 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxs də etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 16 may 2023-cü il tarixdə axşam saatlarında Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən bir ədəd “İphone” markalı və bir ədəd “Samsung” markalı mobil telefonu telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı və bir ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Dünən Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata almış, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra əlavə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində tərəflərindən saxlanılaraq idarəyə dəvət edilmişdir. Orada üzərinə keçirilən videoçəkiliş zamanı 01 (bir) ədəd bükümdə metamfatemin aşkar edilrək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2020-ci ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupunda ondan başqa Şahid3 və Şahid2 iştirak etmişdir. Qrupun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 18 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs üzərində səhv etmirsə, mobil telefon da olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Saxladıqları yerdə şəxsin üzərinə baxış keçirmək üçün əlverişli şəraitləri olmamışdır. Təqsirləndirilən şəxs onlara hər hansı etiraz etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını təsdiq edən sübutun olub-olmadığını dəqiq deyə bilməz. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu ifadə verərək göstərmişdir ki, 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində daşıyaraq satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəflərindən tədbir keçirilmişdir. Təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində müəyyən edilərək idarəyə gətirilmişdir. Orada üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə metamfatemini təqdim edərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 02 (iki) ədəd mobil telefon aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda ondan başqa Turqay Məmmədov və Şahid2 iştirak etmişdir. Qrupun rəhbəri Turqay Məmmədov olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış istintaq hərəkətində vəkil iştirak etmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Saxladıqları yerdə şəxsin üzərinə baxış keçirmək üçün şərait olmamışdır. Buna səbəb isə kiminsə kənardan müdaxilə eləmək ehtimalı olması olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Elçin adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 17:25 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonu telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılarkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 27-30) Məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli 6/2854 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, " “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” və s. sözlər, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,167 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 8,167 qram, tədqiqata sərf edildi - 0,01 qr, qalıq - 8,067 qr. Metamfetamin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı 1) daxildir. (Cild 1, iş vərəqə 42-45) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərardan görünür ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 16 may 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 108) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərardan görünür ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 16 may 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqə 109-111) Mobil telefona baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd «İphone» və 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı“İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində +994 55 *** ** ** mobil nömrə istifadəçisinin “Həsən” adı altında, +994 70 *** ** ** mobil nömrə istifadəçisinin “Slavik" adı altında, +994 55 *** ** ** mobil nömrə istifadəçisinin “Rəşad Novxanı” adı altında qeydə alındığı, +994 77 *** ** ** və +994 77 *** ** ** mobil nömrə istifadəçiləri müəyyən edildi. Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemində +994 55 *** ** ** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi aşkar edildi. Həmçinin, baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Həsən” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Həsən” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: 27 aprel 2023-cü il • Kanalın var?(Elçindən) • Hə(Həsəndən) • Harda(Elçindən) • Neçiyə verir yarını( Elçindən) • Neynirsən e yarın 5dən 3dən sən təp məndə biraz tapım 10 15diy götürəydə(Həsəndən) • Beşdən üçdən şüpa dəymir axı. Görmürsən bir-iki tüstü vurduq. Mən xoşlamıram helə şeydə brat. Nəsə varsa çıxart. Yoxa büküb aparmaq zad. Görmürsüz mən vurmadım heç. Bayaqdandı adam gic olmuşam sən öl.(səs yazı Elçindən) • Sənin nəyin var beşdən üçdənşeylə məndə atamın yanına gedirəm.Beşdənüçdən düzəldim 10-15 manatlıq götürək qoyaqda. Adama bir 10 tüstü qoyduqbəsdidə. Yarını neyniyirik.( səs yazı Həsəndən) • Noldu (Həsəndən) • 5 tapa bilirsən (Həsəndən) 28 aprel 2023-cü il • Pulu atdır kartıva (Həsəndən) 29 aprel 2023-cü il • Oyağsan? (Elçindən) • Hə( Elçindən) • Dünən noldu dedin birazdan qoyacayıq səs sorağ çıxmadı sora(Həsəndən) 07 may 2023-cü il • Neynirsən( Elçindən) • Pulun var( Elçindən) • Yox neynirsən ki(Həsəndən) • 5 manat lazımdı( Elçindən) • Tema götürərdik( Elçindən) • Nə qədər götürəssənki(Həsəndən) • 10nuğ( Elçindən) • Gör neynirsən( Elçindən) • Bi..bala deyir 15İİkdi ( Elçindən) • Aloo( Elçindən) • Tapa bilirsən( Elçindən) • Yoxe qaqa(Həsəndən) Bundan əlavə, baxış zamanı "İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “Slavik” adı altında qeydə alınmış +994 70 *** ** ** mobil nömrə istifadəçisi ilə səsli mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Slavik” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid +994 70 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: 28 aprel 2023-cü il • Hadasan qaqa ( Elçindən) • Neynirsən (Elçindən) • Evde hecne sen?(Slavikdən) • Mehdiabad? ( Elçindən) • Heçne dilxorçulux( Elçindən) • Nie(Sİavikdən) - Pis idi(Slavikdən) • Pis deyildi( Elçindən) • Şupa deymedi( Elçindən) • 30 m yari götürdüy 5m benzin vurdug 3 yerə bolduy sen oi(Slavikdən) • Bildim qaqa Allah canıvı sağ eləsin( Elçindən) • Bomba temaydı(Slavikdən) • He( Elçindən) • Cox uzaqdı prosta(Slavikdən) • Hee( Elçindən) • Qalıb sende nese( Elçindən) • 5 6 tustu( Elçindən) • Nuş olsun( Elçindən) • Kanal var? (Slavikdən) • Hə kanalizasiya var, kanal yoxdu. Hardan var yoxdu. Pulun var? (səs yazı Elçindən) • he(Slavikdən) • Nə qədər( Elçindən) • 10(Slavikdən) • Bir nəfər var Baksoldan. Bilmirəm telefonu açacaq, açmayacaq. Zəng çata, çatmayacaq. Gözdə yığaq görək, (səs yazı Elçindən) • Açmır yetim( Elçindən) • He(Slavikdən) • imranla danışmısan?(səs yazı Elçindən) • Yo(Slavikdən) • Yığım? ( Elçindən) • 10 manata az dusure e(Slavikdən) • Neyniyəssən bəs? 10 manata nə götürdün odur da. Elə deyirsən ki, 10 manata az düşür. 10 manata yarı götürmək istəyirdin? Formulanın səsləri düz bura düşüre sənöl bizim həyətə, (səs yazı Elçindən) • Gorum buralardan neyneme olur(Slavikdən) • elcin(Slavikdən) • Bəli eşidirəm, (səs yazı Elçindən) • İmranan danışmısan? (Slavikdən) • Yox, yox danışmamışam (səs yazı Elçindən) • Da inw gorey ghele(Slavikdən) • At slavik kartıma at(səs yazı Elçindən) • İmrandi? (Slavikdən) • he( Elçindən) • hə qaqa hə götür, axşamda mən şeyləyərəm. Evdəkilər gəlsin axşam da mən götürərəm çəkərik, (səs yazı Elçindən) • atırsan? ( Elçindən) • Gozde exi 1 ndene ola bilsin goturduy(Slavikdən) **********(Slavikdən) • Heçnə başın burax onda. Xəbər gözdüyür məndən atırsan, atmırsan, (səs yazı Elçindən) • Bunuda şeyləsən, söhbət öləcək(səs yazı Elçindən) • Buna yig bidene denen slavik deir bidene whatsapa baxsin da(Slavikdən) • Dedim( Elçindən) • Opurem(Slavikdən) • Nə deyim mən İmrana indi? (səs yazı Elçindən) • Denen gozdensinde alinsa gotureciy(Slavikdən) • 10 luğ bes deyirdin( Elçindən) • noldu( Elçindən) • alinmadi(Slavikdən) • Neyndedin (Slavikdən) • Heçne( Elçindən) • Kanal var bele ama( Elçindən) • Pul yoxdu( Elçindən) • Hardadi kanal(Slavikdən) • Baksol( Elçindən) • Edİ (Slavikdən) • Yarini neciye verir(Slavikdən) 29 aprel 2023-cü il • Edi(Slavikdən) • He( Elçindən) • Neinse var? (Slavikdən) • Yox Allaha and olsun. Bayaqları uşaq var yarı kiməsə götürürdü. Çerez mənim əlimdən götürdük. Baksoldan götürdük. Sən öl bir xırda şey verdi. Nuda həsrətlə qoyduq, (səs yazı Elçindən) • Belə amma kanal var. İstəsən denən. Baksolda kanal var. (səs yazı Elçindən) • Yaxwi (Slavikdən) • Bu gün gedib götürüblər. Başa düşdün. Danışdıran temadı (səs yazı Elçindən) • Berk dilxoram e pizdec (Slavikdən) • Gorum tapa bilirem 10 m zad (Slavikdən) • Gor pati tapa bilsen newe de men duzum qowum cekey (Slavikdən) • Qaqa hardan tapım. Başıva dönüm sənin. Allah and olsun yoxdu. Olsa bezproblem (səs yazı Elçindən) Bundan əlavə, baxış zamanı “İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “Rəşad Novxanı” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə səsli mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Rəşad Novxanı” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: • Neynirsən brat? Nə var, nə yox? Canın, başın?(səs yazı Rəşad Novxanıdan) • Sağol, sağol. Sağlığın. Sən nətərsən? (səs yazı Elçindən) • Danışa bilirsən yetim? Bildiyimiz o şeyi həll eləmək olar? Neyləmək olar? 10 ya, yarı. Bir dənə maraqlan mənə xəbər elə. Mehdabaddayam. Burda internet çəkir. İşdəyəm. Mənə de, gələrəm ora. (səs yazı Rəşad Novxanıdan) • Neynedin yetim? (Rəşad Novxanıdan) • Qardaşım gör nə deyirəm. Yarıya pul alınmadı. Onluq həll eləmək olar? (səs yazı Rəşad Novxanıdan) • 4098 5844 7843 1032( Elçindən) • Atdım ay yetim 10 manat. (Rəşad Novxanıdan) • Gəldi qaqa. Gəldi(səs yazı Elçindən) • Qaqa alınmadı. Kartı atda bidənə mənə. Mən atım kartına, (səs yazı Elçindən) • Gəlirəm mən yavaş-yavaş ora. Səncanı qardaşımsan. Nolar Elçin. Dobru elədə başına dönərəm, (səs yazı Rəşad Novxanıdan) • Qaqa alınmadı. İndi yığırıq zəng çatmır. Kartını at. Kartına atım, (səs yazı Elçindən) • 4169 7388 8205 0747(Rəşad Novxanıdan) Yetim mən xırda-xırda gəlirəm. Mehdabaddan ora gələsi 20-25 dəqiqə çəkəcək, (səs yazı Rəşad Novxanıdan) • Puluda səndədi onsuzda hə? (səs yazı Rəşad Novxanıdan) • Pasyolkadayam. Gələn kimi mənə xəbər elə gəlim. Gəlib orda gözdəmiyimdə indi. Buralarda fırlanıram. Səni gözləyirəm. Səndən cavab, (səs yazı Rəşad Novxanıdan) - Yaxşı qaqa. Bax indi hardasa 5 dəqiqə olar çıxdılar. Taksi ilə getdilər. Gəlsinlər xəbər edəcəm, (səs yazı Elçindən) • Yaxşı(Rəşad Novxanıdan) • Zülfüqar tərəfdəyəm gözdüyrem. (Rəşad Novxanıdan) • Gelir brat? (Rəşad Novxanıdan) • Gelsin deyecem qaqa( Elçindən) • Qardaşımsan elçin qurban sene onu dobru ele qardaşın üçün evezin çıxacam(Rəşad Novxanıdan) • Danışmadın brat? (Rəşad Novxanıdan) • Gelmedi brat? (Rəşad Novxanıdan) • Yetim heçneydi e bır damcı şey vardı be sennen men xahiş eledim ki yaxşı qoy menim paymı yanımda qonağım var gedib baxram biyabrçıdı(Rəşad Novxanıdan) • Ay yetim yatmıyıbsandan niyə cavab vermirsən(Rəşad Novxanıdan) • Salam qaqaş( Elçindən) • Qaqaş yaxşı qoy ne demekdiki? ( Elçindən) • Bariqa zadam men yaxşıda qoyum( Elçindən) • Ne veribler onuda vermişem sene( Elçindən) • Yene başdadın sen(Rəşad Novxanıdan) • Bariqa nedi aa(Rəşad Novxanıdan) • Olar 10 nux götürməyə getməmişdilər ki o boyda yolu taksiynən bir qram yada yarı götürmey üçün getmişdilerde yaqin ki sende mene dedin atışıb götürek men ona göre dedim ki ordan mene ayırdığını yaxşı qoy da(Rəşad Novxanıdan) • Bariqa nedie aa (Rəşad Novxanıdan) • Ay qaqa başına dönüm. Mən deyirəm ki, camaat gedib özünə götürməyə. Onluqda yəni ki sənə nə verdilərsə onuda verdim. Mənə ayır deyəndə. Burda mən ayıran zad deyiləm ki. Başına dönüm sənin. Bundan sonra xahiş edirəm səndən. Bu barədə heçnə demə yaxşı. Bu gündən sonra məndə eləmirəm, (səs yazı Elçindən) • Sen mene ele deməmişdin axı men ele bildim sennen atışıb götürürük. Qardaşdıq eliyenmirsen denen eliyenmiremde day mene bu barede marede heçne deme nedi. (Rəşad Novxanıdan) • Ay qaqa başına dönüm mən sənə dedim axı polum yoxdu. Uşaq götürür. Qardaşlıq deyəndə elə şeydə qardaşlıq yəni nəzərdə tutursan? Belə sənin qulluğundayam. Elə şeylə bağlı bundan sonra xahiş eləmə. Pis vəziyyətdə qalan mən oluram. Başa düşdün? Ona görədə mən istəmirəm. Nə vaxt özümün ola hə sənə belə verərəm. Amma kimsə götürürsə, mən onu sənə necə verə bilərəm. Nə veriblərsə götürdüm, sənə verdim onu. (səs yazı Elçindən) • Öpürəm neyse canın sağolsun(Rəşad Novxanıdan) • Yoxundu indi heçneyin bir şey qalmayıb? (Rəşad Novxanıdan) Bundan əlavə, baxış zamanı “İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində +994 77 *** ** ** və +994 77 *** ** ** mobil nömrə istifadəçiləri Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səsli mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. “Samsung” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. (Cild 1, iş vərəqə 113-118) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 69-70) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 102-106) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 verdiyi 01 iyun 2023-cü il tarixli, 7981 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 140) Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi verdiyi xx.xx.2023-cü il tarixli, 5-10-2/2-110/2023 saylı arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi 21 A saylı evdə qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 1, iş vərəqə 156-158) Telefon danışıqları üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx-xx-2022 15:00:54 1.1.**********89 1.1.**********99 Brat üzürlü say məni..mən gələsi olmadım..Uşağa götüreceydim..Oda alınmadı..Üzürlü say xx-xx-2022 10:33:52 xx-xx-2022 10:33:52 1.1.**********89 1.1.**********05 5 manatı düzeldersen..Birazdan götürecem xx-xx-2022 23:56:31 xx-xx-2022 23:56:31 1.1.**********89 1.1.**********01 Brat qalsın o. O mene azdı..üstünde düzeldim sabah yarbala götürerem xx-xx-2022 20:57:30 1.1.**********13 1.1.**********89 Birazdan yigacam seni tema olacaq xx-xx-2022 23:55:43 1.1.**********13 1.1.**********89 Qaqa tema suqayit dadi gedib gele bilerik senin de hormetivi ederem Bundan sonraCD diskdə olan telefon danışıqları və anten dairələrinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 160-161) Telefon danışıqları üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx-xx-2022 23:45:03 1.1.**********28 1.1.**********89 Ay qaqaw niye bele edise cix cole ayibdi qaqaw men zaqlatqa ede birmiyecem cix 10 manat velim 19- 05-2022 23:53:06 xx-xx-2022 23:53:06 1.1.**********28 1.1.**********89 Ay qaqaw o birsi 10 manatin yelinede pati velelem 20- 05-2022 00:00:24 1.1.**********28 1.1.**********89 Qaqaw ac telli men pul vimaliyam hele cixda cole goley o poxu kime vele biririy xx-xx-2022 02:27:32 xx-xx-2022 02:27:32 1.1.**********28 1.1.**********89 Ay qaqas bu ne sozlerdi diyisen ne pisliyim keçib sene sehel bir tike seyide senen bodum budu qaqas evezi menim birisenki menim tek ozumun otagi yoxdu se Bundan sonra CD diskdə olan telefon danışıqları və anten dairələrinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 164-165) “Məhkəmə-Tibbi Ekspertizasının 17 may 2023-cü il tarixli 203/MEŞ saylı rəyindən görünür ki: “Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi”. (Cild 1, iş vərəqə 167-169) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 31 may 2023-cü il tarixli 1805/K saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki: “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazalon,1,4 benzodiazepin törəmələri, salisilatlar və çətən bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi”. (Cild 1, iş vərəqə 170-173) Məhkəmə-narkoloji ekspertizasının 17 may 2023-cü il tarixli, 2974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixisotimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 174-175) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti üç ay, yəni 16 dekabr 2023cü il traixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 195-198) Nərimanov rayon Prokurorluğunun 20 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 646-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (Cild 1, iş vərəqə 204-205) Sübutların qiymətləndirilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan göünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən qeyd edilən mobil telefon Elçin Qurbanovun müdafiəçisi vasitəsi ilə ailə üzvlərinə qaytarılmış, Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınsın və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,167 qram çəkidə psixotrop maddə metamfetaminin qalıq çəkisi 8,067 qramı 23 may 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi məhkəmə baxışı zamanı nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlandığından cinayət işinin materiallarından qanunsuz olaraq əldə edilmiş 8,167 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinə görə material ayrılmış, həmçinin, Azerfon və Bakcell MMC-dən əldə edilmiş 02 ədəd CD diskdə, təqsirləndirilən şəxsin mobil telefonunda olan “whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar yazışma mətnləri olan mobil nömrələrin sahiblərinin əməllərinə ayrılmış materialda hüquqi qiymət verilməsi qərara alınmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" və "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**- ** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokollar və 02 ədəd CD disk sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra psixotrop maddə metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi psixotrop maddənin qanunsuz əldə edilməsi, psixotrop maddəni əldə etdikdən sonra onu ünvan 2 ünvanının yaxınlığına gətirməsi psixotrop maddənin yerinin dəyişdirilməsi ilə əlaqədar hərəkətlər olduğu qanunsuz olaraq psixotrop maddənin daşınması, psixotrop maddə metamfetamini bir büküm halında əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxlaması psixotrop maddənin qanunsuz olaraq saxlanılması kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni gömrük sərhədlərindən daşınması ilə əlaqədar istintaq orqanında hər hansı sübut olmadığına görə onun əməlində Azərbaycan Respublikası CM-in 206-cı maddəsində nəzərdə tutulan cinayətinin, yəni qaçaqmalçılıq cinayətinin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan əməl üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, cinayət işi üzrə şahidlər Şahid3, Şahid2 və Şahid1 barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 207-224) Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 226-227) Cinayət işi üzrə materialın ayrılması üzrə 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,167 qram olan psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılmışdır. (Cild 1, iş vərəqə 245) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 248-249) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş psixotrop maddənin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən təziyiqlər edildiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-8568/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ diz nahiyəsində köhnə çapıq toxuması müşahidə olunmuşdur. DİN-nin BMCMİ-nin xx.xx.2023-cü il tarixli 3-13-6/2-13916/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nə qəbul edilərkən bədən xəsarətinin olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 15 dekabr 2023cü il tarixli, 2-2/1-054001/2023 saylı məktubundan və məktuba əlavə edilmiş Nərimanov rayon Prokurorluğunun 20 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 646-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində aşkar olunmuş psixotrop maddələrin polislər tərəfdən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər edildiyini və narkotik vasitələrin və ya psixotrop maddələrin satışı məşğul olmadığını söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid3 və Şahid2 isə ifadələrində 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində daşıyaraq satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, həmin gün təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində müəyyən edilərək idarəyə gətirildiyini, üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə metamfatemini təqdim edərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış disklərə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, istintaqın ilkin dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 8,167 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi və mobil telefonunda narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə bağlı smslərin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi psixotrop maddəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı smslərin olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə cinayət işinin materiallarına əlavə edilmiş Mobil telefona baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd «İphone» və 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı və baxış zamanı “İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində +994 55 *** ** ** mobil nömrə istifadəçisinin “Həsən” adı altında, +994 70 *** ** ** mobil nömrə istifadəçisinin “Slavik" adj altında, +994 55 *** ** ** mobil nömrə istifadəçisinin “Rəşad Novxanı” adı altında qeydə alındığı, +994 77 *** ** ** və +994 77 *** ** ** mobil nömrə istifadəçiləri müəyyən edildi. Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma mübadilə sistemində +994 55 *** ** ** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi aşkar edildi. Həmçinin, baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Həsən” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Həsən” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: 30 aprel 2023-cü il • Kanalın var?(Elçindən) • Hə(Həsəndən) • Harda(Elçindən) • Neçiyə verir yarını( Elçindən) • Neynirsən e yarın 5dən 3dən sən təp məndə biraz tapım 10 15diy götürəydə(Həsəndən) • Beşdən üçdən şüpa dəymir axı. Görmürsən bir-iki tüstü vurduq. Mən xoşlamıram helə şeydə brat. Nəsə varsa çıxart. Yoxa büküb aparmaq zad. Görmürsüz mən vurmadım heç. Bayaqdandı adam gic olmuşam sən öl.(səs yazı Elçindən) • Sənin nəyin var beşdən üçdənşeylə məndə atamın yanına gedirəm.Beşdənüçdən düzəldim 10-15 manatlıq götürək qoyaqda. Adama bir 10 tüstü qoyduqbəsdidə. Yarını neyniyirik.( səs yazı Həsəndən) • Noldu (Həsəndən) • 5 tapa bilirsən (Həsəndən) 31 aprel 2023-cü il • Pulu atdır kartıva (Həsəndən) 32 aprel 2023-cü il • Oyağsan? (Elçindən) • Hə( Elçindən) • Dünən noldu dedin birazdan qoyacayıq səs sorağ çıxmadı sora(Həsəndən) 07 may 2023-cü il • Neynirsən( Elçindən) • Pulun var( Elçindən) • Yox neynirsən ki(Həsəndən) • 5 manat lazımdı( Elçindən) • Tema götürərdik( Elçindən) • Nə qədər götürəssənki(Həsəndən) • 10nuğ( Elçindən) • Gör neynirsən( Elçindən) • Bi..bala deyir 15İİkdi ( Elçindən) • Aloo( Elçindən) • Tapa bilirsən( Elçindən) • Yoxe qaqa(Həsəndən) Bundan əlavə, baxış zamanı "İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “Slavik” adı altında qeydə alınmış +994 70 *** ** ** mobil nömrə istifadəçisi ilə səsli mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Slavik” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid +994 70 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: 28 aprel 2023-cü il • Hadasan qaqa ( Elçindən) • Neynirsən (Elçindən) • Evde hecne sen?(Slavikdən) • Mehdiabad? ( Elçindən) • Heçne dilxorçulux( Elçindən) • Nie(Sİavikdən) - Pis idi(Slavikdən) • Pis deyildi( Elçindən) • Şupa deymedi( Elçindən) • 30 m yari götürdüy 5m benzin vurdug 3 yerə bolduy sen oi(Slavikdən) • Bildim qaqa Allah canıvı sağ eləsin( Elçindən) • Bomba temaydı(Slavikdən) • He( Elçindən) • Cox uzaqdı prosta(Slavikdən) • Hee( Elçindən) • Qalıb sende nese( Elçindən) • 5 6 tustu( Elçindən) • Nuş olsun( Elçindən) • Kanal var? (Slavikdən) • Hə kanalizasiya var, kanal yoxdu. Hardan var yoxdu. Pulun var? (səs yazı Elçindən) • he(Slavikdən) • Nə qədər( Elçindən) • 10(Slavikdən) • Bir nəfər var Baksoldan. Bilmirəm telefonu açacaq, açmayacaq. Zəng çata, çatmayacaq. Gözdə yığaq görək, (səs yazı Elçindən) • Açmır yetim( Elçindən) • He(Slavikdən) • imranla danışmısan?(səs yazı Elçindən) • Yo(Slavikdən) • Yığım? ( Elçindən) • 10 manata az dusure e(Slavikdən) • Neyniyəssən bəs? 10 manata nə götürdün odur da. Elə deyirsən ki, 10 manata az düşür. 10 manata yarı götürmək istəyirdin? Formulanın səsləri düz bura düşüre sənöl bizim həyətə, (səs yazı Elçindən) • Gorum buralardan neyneme olur(Slavikdən) • elcin(Slavikdən) • Bəli eşidirəm, (səs yazı Elçindən) • İmranan danışmısan? (Slavikdən) • Yox, yox danışmamışam (səs yazı Elçindən) • Da inw gorey ghele(Slavikdən) • At slavik kartıma at(səs yazı Elçindən) • İmrandi? (Slavikdən) • he( Elçindən) • hə qaqa hə götür, axşamda mən şeyləyərəm. Evdəkilər gəlsin axşam da mən götürərəm çəkərik, (səs yazı Elçindən) • atırsan? ( Elçindən) • Gozde exi 1 ndene ola bilsin goturduy(Slavikdən) **********(Slavikdən) • Heçnə başın burax onda. Xəbər gözdüyür məndən atırsan, atmırsan, (səs yazı Elçindən) • Bunuda şeyləsən, söhbət öləcək(səs yazı Elçindən) • Buna yig bidene denen slavik deir bidene whatsapa baxsin da(Slavikdən) • Dedim( Elçindən) • Opurem(Slavikdən) • Nə deyim mən İmrana indi? (səs yazı Elçindən) • Denen gozdensinde alinsa gotureciy(Slavikdən) • 10 luğ bes deyirdin( Elçindən) • noldu( Elçindən) • alinmadi(Slavikdən) • Neyndedin (Slavikdən) • Heçne( Elçindən) • Kanal var bele ama( Elçindən) • Pul yoxdu( Elçindən) • Hardadi kanal(Slavikdən) • Baksol( Elçindən) • Edİ (Slavikdən) • Yarini neciye verir(Slavikdən) 29 aprel 2023-cü il • Edi(Slavikdən) • He( Elçindən) • Neinse var? (Slavikdən) • Yox Allaha and olsun. Bayaqları uşaq var yarı kiməsə götürürdü. Çerez mənim əlimdən götürdük. Baksoldan götürdük. Sən öl bir xırda şey verdi. Nuda həsrətlə qoyduq, (səs yazı Elçindən) • Belə amma kanal var. İstəsən denən. Baksolda kanal var. (səs yazı Elçindən) • Yaxwi (Slavikdən) • Bu gün gedib götürüblər. Başa düşdün. Danışdıran temadı (səs yazı Elçindən) • Berk dilxoram e pizdec (Slavikdən) • Gorum tapa bilirem 10 m zad (Slavikdən) • Gor pati tapa bilsen newe de men duzum qowum cekey (Slavikdən) • Qaqa hardan tapım. Başıva dönüm sənin. Allah and olsun yoxdu. Olsa bezproblem (səs yazı Elçindən) Bundan əlavə, baxış zamanı “İphone” markalı mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “Rəşad Novxanı” adı altında qeydə alınmış +994 55 *** ** ** mobil nömrə İstifadəçisi ilə səsli mesajların və SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. Belə ki, “Rəşad Novxanı” adı altında qeydə alınmış Azərbaycan Respublikasının mobil operatoruna aid +994 55 *** ** ** mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə baxış keçirildi. Həmin mesajlar aşağıdakı kimidir: • Neynirsən brat? Nə var, nə yox? Canın, başın?(səs yazı Rəşad Novxanıdan) • Sağol, sağol. Sağlığın. Sən nətərsən? (səs yazı Elçindən) • Danışa bilirsən yetim? Bildiyimiz o şeyi həll eləmək olar? Neyləmək olar? 10 ya, yarı. Bir dənə maraqlan mənə xəbər elə. Mehdabaddayam. Burda internet çəkir. İşdəyəm. Mənə de, gələrəm ora. (səs yazı Rəşad Novxanıdan) • Neynedin yetim? (Rəşad Novxanıdan) • Qardaşım gör nə deyirəm. Yarıya pul alınmadı. Onluq həll eləmək olar? (səs yazı Rəşad Novxanıdan) • 4098 5844 7843 1032( Elçindən) • Atdım ay yetim 10 manat. (Rəşad Novxanıdan) • Gəldi qaqa. Gəldi(səs yazı Elçindən) • Qaqa alınmadı. Kartı atda bidənə mənə. Mən atım kartına, (səs yazı Elçindən) • Gəlirəm mən yavaş-yavaş ora. Səncanı qardaşımsan. Nolar Elçin. Dobru elədə başına dönərəm, (səs yazı Rəşad Novxanıdan) • Qaqa alınmadı. İndi yığırıq zəng çatmır. Kartını at. Kartına atım, (səs yazı Elçindən) • 4169 7388 8205 0747(Rəşad Novxanıdan) • Yetim mən xırda-xırda gəlirəm. Mehdabaddan ora gələsi 20-25 dəqiqə çəkəcək, (səs yazı Rəşad Novxanıdan) • Puluda səndədi onsuzda hə? (səs yazı Rəşad Novxanıdan) • Pasyolkadayam. Gələn kimi mənə xəbər elə gəlim. Gəlib orda gözdəmiyimdə indi. Buralarda fırlanıram. Səni gözləyirəm. Səndən cavab, (səs yazı Rəşad Novxanıdan) - Yaxşı qaqa. Bax indi hardasa 5 dəqiqə olar çıxdılar. Taksi ilə getdilər. Gəlsinlər xəbər edəcəm, (səs yazı Elçindən) • Yaxşı(Rəşad Novxanıdan) • Zülfüqar tərəfdəyəm gözdüyrem. (Rəşad Novxanıdan) • Gelir brat? (Rəşad Novxanıdan) • Gelsin deyecem qaqa( Elçindən) • Qardaşımsan elçin qurban sene onu dobru ele qardaşın üçün evezin çıxacam(Rəşad Novxanıdan) • Danışmadın brat? (Rəşad Novxanıdan) • Gelmedi brat? (Rəşad Novxanıdan) • Yetim heçneydi e bır damcı şey vardı be sennen men xahiş eledim ki yaxşı qoy menim paymı yanımda qonağım var gedib baxram biyabrçıdı(Rəşad Novxanıdan) • Ay yetim yatmıyıbsandan niyə cavab vermirsən(Rəşad Novxanıdan) • Salam qaqaş( Elçindən) • Qaqaş yaxşı qoy ne demekdiki? ( Elçindən) • Bariqa zadam men yaxşıda qoyum( Elçindən) • Ne veribler onuda vermişem sene( Elçindən) • Yene başdadın sen(Rəşad Novxanıdan) • Bariqa nedi aa(Rəşad Novxanıdan) • Olar 10 nux götürməyə getməmişdilər ki o boyda yolu taksiynən bir qram yada yarı götürmey üçün getmişdilerde yaqin ki sende mene dedin atışıb götürek men ona göre dedim ki ordan mene ayırdığını yaxşı qoy da(Rəşad Novxanıdan) • Bariqa nedie aa (Rəşad Novxanıdan) • Ay qaqa başına dönüm. Mən deyirəm ki, camaat gedib özünə götürməyə. Onluqda yəni ki sənə nə verdilərsə onuda verdim. Mənə ayır deyəndə. Burda mən ayıran zad deyiləm ki. Başına dönüm sənin. Bundan sonra xahiş edirəm səndən. Bu barədə heçnə demə yaxşı. Bu gündən sonra məndə eləmirəm, (səs yazı Elçindən) • Sen mene ele deməmişdin axı men ele bildim sennen atışıb götürürük. Qardaşdıq eliyenmirsen denen eliyenmiremde day mene bu barede marede heçne deme nedi. (Rəşad Novxanıdan) • Ay qaqa başına dönüm mən sənə dedim axı polum yoxdu. Uşaq götürür. Qardaşlıq deyəndə elə şeydə qardaşlıq yəni nəzərdə tutursan? Belə sənin qulluğundayam. Elə şeylə bağlı bundan sonra xahiş eləmə. Pis vəziyyətdə qalan mən oluram. Başa düşdün? Ona görədə mən istəmirəm. Nə vaxt özümün ola hə sənə belə verərəm. Amma kimsə götürürsə, mən onu sənə necə verə bilərəm. Nə veriblərsə götürdüm, sənə verdim onu. (səs yazı Elçindən) • Öpürəm neyse canın sağolsun(Rəşad Novxanıdan) • Yoxundu indi heçneyin bir şey qalmayıb? (Rəşad Novxanıdan) yazması müəyyən edilmişdir. Bundan başqa telefon danışıqları üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 077- ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx-xx-2022 15:00:54 1.1.**********89 1.1.**********99 Brat üzürlü say məni..mən gələsi olmadım..Uşağa götüreceydim..Oda alınmadı..Üzürlü say xx-xx-2022 10:33:52 xx-xx-2022 10:33:52 1.1.**********89 1.1.**********05 5 manatı düzeldersen..Birazdan götürecem xx-xx-2022 23:56:31 xx-xx-2022 23:56:31 1.1.**********89 1.1.**********01 Brat qalsın o. O mene azdı..üstünde düzeldim sabah yarbala götürerem xx-xx-2022 20:57:30 1.1.**********13 1.1.**********89 Birazdan yigacam seni tema olacaq xx-xx-2022 23:55:43 1.1.**********13 1.1.**********89 Qaqa tema suqayit dadi gedib gele bilerik senin de hormetivi ederem Bundan sonraCD diskdə olan telefon danışıqları və anten dairələrinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 160-161) Telefon danışıqları üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx-xx-2022 23:45:03 1.1.**********28 1.1.**********89 Ay qaqaw niye bele edise cix cole ayibdi qaqaw men zaqlatqa ede birmiyecem cix 10 manat velim 21- 05-2022 23:53:06 xx-xx-2022 23:53:06 1.1.**********28 1.1.**********89 Ay qaqaw o birsi 10 manatin yelinede pati velelem 22- 05-2022 00:00:24 1.1.**********28 1.1.**********89 Qaqaw ac telli men pul vimaliyam hele cixda cole goley o poxu kime vele biririy xx-xx-2022 02:27:32 xx-xx-2022 02:27:32 1.1.**********28 1.1.**********89 “Ay qaqas bu ne sozlerdi diyisen ne pisliyim keçib sene sehel bir tike seyide senen bodum budu qaqas evezi menim birisenki menim tek ozumun otagi yoxdu se” yazması müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş mobil nömrələr, həmçinin, “Whatsapp” proqramı vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,067 qram narkotik psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya razılığı ilə yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,067 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin olduğu 01 (iki) ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «İphone » markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1004/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1004/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver