Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1004/2025 11.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X6 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Tacir oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində məlum olmayan ünvanda kirayə yaşamış, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 aprel 2025-ci il tarixdə, saat 17:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 iyul 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur.
2. Belə ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanının yaxınlığında, yolun kənarı ilə piyada hərəkətdə olarkən orada təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs çiyin nahiyəsinin ona toxunmasını bəhanə edib, özünün şəxsiyyətini sonuncunun fövqündə qoymaqla kobud rəftar etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs yaxasından tutub dartmış, sonra isə üzərində gəzdirdiyi qara rəngli bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq yoğun bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və tərəflərin dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyindən ifadə verməkdən imtina edərək bildirdi ki, ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham və cinayət işində toplanmış materiallar tamamilə uydurma olduğundan özünü müdafiə etməyə ehtiyac görmür.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, ona qarşı irəli sürülmüş heç bir ittihamı qəbul etmir. Hesab edir ki, onun həbs olunması və həbsdə saxlanılması ictimai-siyasi fəaliyyəti ilə əlaqədardır. O, hazırkı iş üzrə Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət əməli törətməmişdir. Sonda Təqsirləndirilən şəxs bildirdi ki, cinayət işi materialları ibtidai istintaq orqanı tərəfindən saxtalaşdırılmış və uydurulmuşdur. Belə ki, əli bıçağa dəyməsə də ibtidai istintaq orqanı keçirilmiş ekspertiza zamanı guya onun əl-barmaq izlərini aşkar etmişdir. Hazırkı cinayət işi onun ictimai-siyasi fəaliyyəti və sosial mediada çıxışları ilə əlaqədar olmaqla Zərərçəkmiş şəxs iştirakı ilə tamamilə səhnələşdirilmişdir.
5. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı da özünün seçdiyi müqavilə əsasında olan müdafiəçilərinin iştirakı ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü təqsirli hesab etməyərək ifadə verməkdən və ona ünvanlanmış suallara cavab verməkdən imtina etmişdir. Bununla yanaşı həmin istintaq hərəkətləri protokollarına Müdafiəçi2 tərəfindən “Müvəkkilim qeyd edir ki, 24-cü polis şöbəsində ona tok verilərək telefonunun şifrəsi alınıb. Bu fakt araşdırılmalı və hüquqi qiymət verilməli” və “İttiham müvəkkilimin ictimai-siyası fəaliyyəti ilə bağlıdır” məzmununda qeydlər də edilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 36-37; 76-77;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu hadisə zamanı tanımış, təqsirləndirilən şəxslə hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 129 saylı məktəbin hasarının yanı ilə hərəkət edərək İsmayıl Məmmədov küçəsində yerləşən 10 saylı peşə liseyinin qarşısında olan avtoyuma məntəqəsinə tərəf gəlib oradan sol tərəfə dönüb üzü metronun Xalqlar Dostluğu stansiyasına tərəf getmək istəmişdir. Təxminən saat 15 radələrində avtoyuma məntəqəsi tərəfdən üzü onun tərəfə gələn, əvvələr tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə çiyin-çiyinə toqquşmuşdur. Emin əsəbi halda onun yaxasından tutmuş, o da Eminin əlindən çıxmaq üçün sonuncunun əynindəki qısaqol köynəyin yaxasından tutmuşdur. Emin təxminən onunla eyni boyda, idman cüssəli bir şəxs olmuşdur. Avtoyuma məntəqəsinin qarşısında olan və yoldan keçən şəxslər dayanıb onlara baxmışlar. Emin adlı şəxs elə bil kiməsə əsəbi olmuş, hirsini onun üstünə tökərək nalayiq ifadələr işlətməyə davam etmişdir. O, Eminə dəfələrlə fikirli olduğu üçün onu görmədiyini və ona dəydiyini demişdir. Emin isə sağ əli ilə onun sifət nayihəsinə zərbə vurmuş və sonra yaxasından buraxıb sağ qolundan möhkəm tutub hasarın dibinə tərəf çəkmişdir. O, Eminin əlindən çıxmaq üçün sinəsindən itələmiş, Eminin yaxasından tutub çəkən zaman sonuncunun köynəyinin yaxası cırılmışdır. Bu zaman Emin ondan bir az arxaya çəkilib cibindən çıxardığı qara rəngli tutacağı olan bıçaqla onun qarın nahiyyəsinin sağ tərəfindən bir dəfə zərbə vurmuşdur. Bədənində istilik hiss etdiyi üçün qarın nahiyəsinə baxanda sağ tərəf qarın nahiyəsindən qan gəldiyini görmüş və aşağı əyilib oturmuşdur. Bu zaman iki nəfər polis əməkdaşının onlara yaxınlaşdığını görmüşdür. Emin polis əməkdaşlarını görüb əlində olan qara tutacağı olan bıçağı dəmir barmaqlıqlı hasarın dibinə atmışdır. Polis əməkdaşlarına həmin şəxsin onu vurduğunu bildirmişdir. Polis əməkdaşları Emin adlı şəxsi tutub saxlamış, sonra harasa zəng edib məlumat vermişlər. Bir müddət sonra polis əməkdaşları və təcili tibbi yardım briqadası həmin yerə gəlmişdir. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilmiş, daha sonra cərrahi əməliyyat edilmiş, bıçağın daxilə nüfuz etdiyi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan bıçaqla ona xəsarət yetirilməsinin hər hansı şəxs tərəfindən görüb-görməməsini dəqiq deyə bilmir. Lakin aralarında olan mübahisə zamanı ətrafda çoxlu sayda tanımadığı adamlar olmuşdur. Yolu keçən maşınlar da saxlayıb Eminin səsinə qulaq asmışlar. Emin onu uca səslə nalayiq ifadələrlə təhqir etmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə idi görürdü. Aralarında olan mübahisə təxminən 7-8 dəqiqə davam etmişdir.
9. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, pik saatlarda “Laçın” ticarət mərkəzinin yaxınlığında tıxac yarandığı üçün adətən idarə etdiyi avtomobili həmin ticarət mərkəzinə çatmamış yuxarıda qoyub piyada getmişdir. Hadisədən sonra adını öyrəndiyi Təqsirləndirilən şəxsla 22 iyul 2024-cü il tarixdə günorta saatlarında piyada gedərkən səkidə rastlaşmışdır. Belə ki, o, əlində mobil telefona baxa-baxa hərəkətdə olarkən təsadüfən Təqsirləndirilən şəxsla çiyin-çiyinə toqquşmuş, həmin vaxt sonuncunun çox əsəbi halda olduğunu görmüşdür. Emin aqressiv hərəkətlər etmişdir. Belə ki, onun davranışları, qışqırmağı və söyüş söyməyinə görə Eminin aqressiv olduğunu hiss etmişdir. Emin onun sağ tərəfindən keçərkən onun sağ çiyni Eminin sol çiyninə dəymişdir. O, Təqsirləndirilən şəxsla çiyinçiyinə dəydiyindən üzrxahlıq etmiş, sonuncu isə onun ünvanına nalayiq söyüş söyərək köynəyinin yaxasından tutmuşdur. Bu zaman Eminlə arasında çəkişmə başlamışdır. Eminlə o bir-birinin yaxasından tutub dartışdırmış, bir-birilərini itələmişlər. Emin onun belindən tutub dartmış, o da Eminə qarşı eyni hərəkəti etmiş və sonuncunun köynəyi cırılmışdır. O, Emindən üzrxahlıq etməsinə baxmayaraq, sonuncu ona heç bir səbəb olmadan yumruq zərbəsi vurmuş, o da Eminə vurmuşdur. Dartışma zamanı qarnında istilik hiss edib yerə çökmüşdür. Belə ki, o, bədənində istilik hiss edən kimi yerə oturmuş, qan axdığını görmüş, qara nazik bıçağı isə hadisədən sonra yerdə görmüşdür. Hadisə zamanı Eminin bıçağı dəqiq necə çıxartdığını görməsə də, ona bıçaqla vurduğunu hiss etmişdir. Hadisə yerinə avtoyuma yerinin işçiləri və həmin ərazidə xidmət aparan polislər yaxınlaşmışlar. O, təcili tibbi yardım xidmətinə zəng edərək kömək istəmiş, daha sonra təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmiş, polis əməkdaşlarının köməkliyi ilə o, təcili tibbi yardım avtomobilinə mindirilmiş, sonradan isə nə baş verdiyini xatırlamır. Hadisə yerində qara rəngli bıçağın olmasını görmüşdür. Məhkəməyədək icraat zamanı verdiyi ifadələr və aralarında keçirilmiş üzləşdirmə zamanı protokolda qeyd edilənlər onun sözləri əsasında tərtib edilmiş və həmin ifadələri tam təsdiq edir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ilkin ifadəsi alınarkən o, xəstəxanada olmuşdur.
10. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, 38 yaşı olmaqla əvvəllər “Azərsun Holdinq” şirkətində işləmişdir. Əvvəllər hüquq mühafizə orqanları tərəfindən hər hansısa işdə nə hal şahidi, nə də hər hansısa formada iştirakı olmamışdır. Hazırda sərbəst olaraq fərdi qaydada Sədərək Ticarət Mərkəzində əmək fəaliyyəti ilə məşğul olur. Hadisə günü də Laçın Ticarət Mərkəzinə mal aparıb vermişdir. Hadisə təxminən saat 15-16 radələrində olmuşdur. Hadisə günü səhər saat 8 radələrindən hadisə olan vaxta qədər yaşadığı evində olmuşdur. Hadisə zamanı ətrafda çoxlu sayda kənar şəxslər olmuş, yolda isə avtomobillər hərəkətdə olmuşdur. Bildiyinə görə hadisənin baş verdiyi Nizami rayonunda yerləşən həmin ərazinin yaxınlığında polis əməkdaşları mütəmadi xidmət aparırlar. Orada xidmətdə olan polis əməkdaşları Təqsirləndirilən şəxs onu bıçaqlamasını gördükləri üçün deyil, elə həmin yerə yaxın ərazidə xidmət aparmaları ilə əlaqədar gəzərkən təsadüfən onları gördükləri üçün yaxınlaşmışlar. Hadisədən sonra təcili tibbi yardım xidmətinə öz mobil telefonu ilə zəng edib çağırmışdır. Hadisə zamanı huşunu itirməmişdir. Onun zəngindən təxminən 10 dəqiqə sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gələrək onu xəstəxanaya aparmışdır. O, bir neçə gün xəstəxanada müalicə olunmuş, lakin dəqiq neçə gün xəstəxanada müalicə olunmasını xatırlamır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş bıçaq xəsarəti ilə əlaqədar aldığı yarasının tikişləri söküldükdən sonra o, xəstəxanadan buraxılmış və ambulator olaraq müalicə olunmuşdur. Hadisə günü aldığı xəsarətlə əlaqədar üzərində həyata keçirilmiş cərrahiyyə əməliyyatından dərhal sonra dindirilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisədən keçən müddət ərzində onunla maraqlamaması, aldığı xəsarətlə bağlı hər hansı maddi yardım etməməsi və ondan üzr istəməməsi ilə əlaqədar onunla barışmadığını bildirərək ona qanunamüvafiq olaraq cəza təyin edilməsini xahiş etdi.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hazırda X25 Alayının 5-ci patrul bölüyünün polis nəfəri polis serjantı vəzifəsində işləyir. Hadisə zamanı da həmin vəzifədə işləmişdir. 22 iyul 2024-cü il tarixdə, səhər saat 08:00-da təlimatlandırmadan sonra polis serjantı Şahid2 ilə birlikdə xidməti avtomobildə Bakı şəhəri Nizami rayonu ərazisində xidmətə başlamışlar. Xidməti ərazidə olan zaman təxminən saat 15 radələrində ünvan 3 ünvanının yaxınlığında əvvəllər tanımadıqları iki şəxsin əlbəyaxa olub dalaşdıqlarını və ətrafda çoxsaylı vətəndaşların toplandığını görmüşlər. Dərhal həmin yerə yaxınlaşıb dalaşan şəxsləri ayırmışlar. Bu zaman dalaşan şəxslərdən birinin, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs qarın nahiyəsindən deşilmiş-kəsilmiş xəsarət aldığını, əynində olan qara rəngli köynəyin yaxasının cırıldığını, yarasından qan axdığını və yerdə üzərində qan izləri olan qara rəngli bıçaq olduğunu görmüşlər. Dərhal hadisə barədə əlaqə vasitəsi ilə aidiyyəti üzrə məlumat vermişlər. Zərərçəkmiş şəxs ilə dalaşan, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra xəsarət almış Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş və sonra hadisə yerinə təcili tibbi yardım briqadası çağırmışlar. Təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs X24 aparılmışdır. Hadisə yerinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları da gəlmişdir. O və Şahid2 isə saxlanılmış Təqsirləndirilən şəxs onlara təhkim olunmuş patrul avtomobili ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmışlar. Hadisə yeri polis əməkdaşları tərəfindən mühafizəyə götürülmüş, polis şöbəsində Təqsirləndirilən şəxs raportla təhvil vermişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, sadəcə ilkin saxlanılarkən əllərindən çıxıb hadisə yerini tərk etmək istəmiş, lakin onun qarşısı tərəflərindən alınmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq olunmamış, pis rəftara məruz qoyulmamışdır.
12. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o və xidmət yoldaşı Şahid2 ərazidə xidmət apararkən avtopatrulda ikisi olmuşdur. Onlar dislokasiya olunduqları ərazi üzrə hərəkətdə olarkən təsadüfən hadisə yerindən keçəndə insanların toplaşdığını, iki nəfər şəxsin yerdə süpürləşdiyini (dalaşdıqlarını) görüb yaxınlaşaraq dalaşan şəxsləri ayırmış, bu zaman yerdə uzanan şəxs dalaşdığı, sonradan adını bildiyi, hazırda təqsirləndirilən şəxs olmaqla zahiri görkəmindən tanıdığı Eminin ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Hadisə yerində tutacağı qara rəngdə olan bıçağı görmüşdür. Onlar Emin adlı şəxsi avtopatrula mindirmiş, daha sonra yerdə uzanan şəxsə tibbi yardım göstərmiş, əməliyyat qrupunu çağırmış, əməliyyat qurpu gəldikdən sonra Emin adlı şəxsi polis bölməsinə aparıb təhvil vermişlər. Hadisənin baş verdiyi yer onların xidməti ərazisi olmuşdur. Hadisə baş verən zaman orada təxminən 10 nəfər şəxs olmuşdur. Onlar hadisədən təxminən 2-3 dəqiqə sonra polis şöbəsindən başqa polis əməkdaşlarını çağırmış, hadisə yerinə onların çağırışlarına əsasən 10-15 nəfər polis şöbəsinin əməkdaşları, əməliyyat qrupunun əməkdaşları gəlmişdir. Nə Eminin, nə də hər hansı şəxsin əlində bıçaq görməmiş, bıçağı yerdə görmüşdür. O və Şahid2 avtopatrulda saat 8:00-dan 20:00-a qədər xidmət aparırlar. O, xidməti avtomobilin sürücüsüdür. Baş vermiş hadisə yerinin yaxınlığında avtoyuma məntəqəsi yerləşir. Onlar dalaşan şəxslərə yaxınlaşarkən Emin digər şəxsin üzərində idi. Onlar həmin şəxsləri ayırıb Eminin qolundan tutub saxlamışlar. Onlar həmin şəxslərə yaxınlaşıb ayırdıqdan sonra zərərçəkən şəxs təqsirləndirilən şəxs Eminin ona xəsarət yetirdiyini bildirmişdir. 24-cü Polis şöbəsinin əməliyyat qrupunu onlar xüsusi rabitə vasitəsi ilə hadisə yerinə çağırmış, həmin polis şöbəsi hadisə yerindən avtomobillə təxminən 3 dəqiqəlik məsafədə yerləşir. Onlar Emini polis şöbəsinə apararkən sonuncu tərəfindən hansısa müqavimət göstərilməmiş, Emin yol boyu ümumiyyətlə heç nə danışmamışdır. Lakin Emini hadisə yerində ilk dəfə tutub saxlayarkən Emin qaçmaq istəmişdir. Zərərçəkən şəxsin yarasının qarın nahiyəsinin yan tərəfində olmasını görmüşdür.
13. Məhkəmədə şahid qismində dindirilmiş X25 Alayının 5-ci patrul bölüyünün polis nəfəri polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu, Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə yerinə yaxın ərazidə müşahidə kameraları mövcud olsa da, bildiyinə görə həmin kameralar hadisə yerini əhatə etmir. Hadisə yeri avtoyuma məntəqəsinin yaxınlığında yerləşir və hadisə zamanı həmin avtoyuma məntəqəsində iki nəfər avtomobil yuyurdu. Onlar “efir” vasitəsilə polis şöbəsinə məlumat verdikdən sonra, polis şöbəsindən polis əməkdaşları 3 xidməti avtomobillə hadisə yerinə gəlmişdir. Onlar hadisə yerinə yaxınlaşanda bıçaqla xəsarət yetirilməsi hadisəsi artıq bitmişdi. Hadisənin baş verdiyi yer orta məktəbin yaxınlığı olmaqla 20 metr kənarda isə avtoyuma məntəqəsi yerləşir. Hadisə yeri insanların gediş-gəliş yeri olan səkinin üzəri olmaqla ətrafda 5-6 nəfər şəxs də olmuşdur.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi tədqiq edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Nizami RPİ-nin İŞ) baş müstəntiqi polis mayoru X5 tərəfindən həmin tarixdə saat 15 radələrində xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında aralarında yaranmış mübahisə nəticəsində üzərində olan qara rəngli bıçaqla 10 avqust 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurub sonuncuya “qarının ön divarının daxilə nüfuz etmiş yaralanması” ilə müşayiət olunan 1(bir) ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı ilə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində (bundan sonra mətndə-PŞ) toplanmış HK-1/2260 saylı material əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X25 Alayının 5-ci Polis Bölməsinin polis nəfərləri polis serjantları Şahid1 və Şahid2 tərəfindən tərtib edilmiş birgə raportda göstərilmişdir ki, 22 iyul 2024-cü il tarixdə, saat 15:00 radələrində inzibati ərazidə xidmət apararkən İ.Məmmədov küçəsi 17 ünvanındakı binanın yaxınlığından keçərkən iki nəfər şəxsin dava-dalaş etdiyini görüb həmin şəxslərə yaxınlaşan zaman bir nəfər şəxsin bıçaq xəsarəti aldığını görmüşlər. Həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim edərək digər şəxsin ona bıçaqla xəsarət yetirməsini bildirmişdir. Onlar hadisə yerinin mühafizəsini təşkil edib baş vermiş hadisə ilə bağlı məlumat vermiş, əməliyyat qrupu gəldikdən sonra onlar xəsarət almış şəxsi Təcili Tibbi yardım Briqadası ilə xəstəxanaya yola salmışlar. Daha sonra hadisə ilə əlaqəsi olan şəxsi polis şöbəsinə təmin etmiş, orada həmin şəxsin xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (Cild 1, i.v.4;).
17. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 15:15-dən 15:30-dək müstəntiq Cəmşid Sadıqov tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru X14, həmin şöbənin sahə inspektoru polis baş leytenantı X15, Nizami RPİ-nin X1 inspektor-kriminalisti polis baş leytenantı X17, 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X12 iştirakı ilə hadisə yerinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Protokoldan görünür ki, Nizami RPİ-nin Növbətçi Hissəsindən ünvan 4 ünvanın yaxınlığında bir nəfər kişi cinsli şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirilməsi məlumatı əsasında müstəntiq əməliyyat qrupu ilə birlikdə 22 iyul 2024-cü il tarixdə, saat 15:15 radələrində qeyd olunan ünvana gəlmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvan 129 saylı orta məktəbin metal barmaqlıqlı hasarının kənarı və asfalt səkinin üzəridir. Həmin səkinin üzərində aralarında təxminən 10- 15 sm məsafədə yerləşən 0,5 sm diametr ölçüsündə iki ədəd qana bənzər maddənin olması, həmin iki ədəd qana bənzər maddədən təxminən 30-40 sm uzaqlıqda metal barmaqlıqlı hasarın yanında asfaltın üzərində 20 sm uzunluğunda, açılıb-bağlanan qara rəngli gövdəsi, gümüşü rəngli ensiz tiyəli bıçağın olması və həmin bıçağın tiyəsinin uc hissəsində qırmızı rəngli, qana bənzər maddənin olması, eləcə də səkidən təxminən 3-4 metr aralıda yolun hərəkət hissəsində asfaltın üzərində şüşələri sınmış və bir qulpu olmayan eynək və həmin eynəyin yanında təxminən 10 sm aralıda bir ədəd eynək qulpunun olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerində inspektorkriminalist Həsən Səfərov tərəfindən səkinin üzərində olan iki ədəd qana bənzər maddədən steril pambıqlı çöp vasitəsilə nümunələr, səkinin üzərində olan açılıbbağlanan bıçağın üzərində əl-barmaq izlərinin olub-olmamasının müəyyən edilməsi üçün yapışqanlı lentlə izlər götürülmüşdür. Baxış zamanı açılıb-bağlanan bıçaq, üzərində şüşələri sınmış və bir qulpu olmayan eynək və həmin eynəyin yanında olan bir ədəd eynək qulpu sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək zərfə qoyulmaqla qablaşdırılmışdır. İstintaq hərəkətinin aparılması barədə protokol tərtib olunmuş, protokolda təhqiqatçı Elmar Əbilov tərəfindən “İphone” markalı mobil telefonla video çəkilişin aparıldığı, baxışın təbii işıqda və açıq hava şəraitində keçirildiyi, 1(bir) ədəd diskin protokola əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara oxunmuş əlavə və düzəliş olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 7-11;).
18. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmədə tədqiq edilən həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, hadisə yerində keçirilmiş baxış istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, i.v. 12;).
19. X33 tərəfindən əlyazma ilə tərtib edilməklə Nizami RPİ-nin İŞ-yə ünvanlanmış arayışda göstərilmişdir ki, 10 avqust 1987-ci il təvəllüdlü xəstə Şükürov X8 Tibbi Mərkəzə 22 iyul 2024-cü il tarixdə “Qarnın ön divarının daxilə nüfuz etmiş yaralanması” diaqnozu ilə daxil olmuş, hazırda əməliyyatxanada olduğu üçün dindirilməsi mümkün deyildir (Cild 1, i.v.13;).
20. “Götürmə haqqında” 22 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, müstəntiq Cəmşid Sadıqov tərəfindən Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara rəngli köynək ekspertizaya təqdim edilməsi üçün X19 təsərrüfat bacısı X.T.Kərimovadan qəbul edilmiş müvafiq qərar əsasında fotoşəkilli çəkilməklə götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol təsərrüfat bacısı X.T.Kərimova tərəfindən imzalanmış və protokola istintaq hərəkətinin gedişini əks etdirən fotocədvəl əlavə olunmuşdur (Cild 1, i.v.14-17;).
21. “Götürmə haqqında” 22 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, müstəntiq Cəmşid Sadıqov tərəfindən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd üzərində “USPA” əmtəə nişanı qeyd olunmuş mavi rəngli köynək ekspertizaya təqdim edilməsi üçün sonuncudan müvafiq qərar əsasında fotoşəkilli çəkilməklə götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs tərtib edilmiş protokolu imzalamaqdan imtina etmiş və protokola istintaq hərəkətinin gedişini əks etdirən fotocədvəl əlavə olunmuşdur (Cild 1, i.v.18-21;)
22. “Vəkillərin siyahısının təqdim edilməsi haqqında” protokola və müvafiq ərizədən, habelə müvafiq order və “Müdafiəçinin təqdim edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün istintaq orqanı tərəfindən ona təqdim edilmiş müvafiq ərazi üzrə Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısından hər hansı vəkilin xidmətindən imtina etdiyini bildirərək özünün müqavilə əsasında vəkili olduğunu bildirdiyindən Aqil adlı vəkilinin istifadəsində olan Təqsirləndirilən şəxs qeyd etdiyi mobil telefonla əlaqə saxlanılaraq dəvət olunmuş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 müvafiq order əsasında Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu etiraz etmədiyindən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün cinayət prosessində iştirakı təmin edilmişdir (Cild 1, i.v.22-26;).
23. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq Cəmşid Sadıqov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin tarixdə, saat 15:00-dan tutulmuş hesab edilməklə bu barədə müdafiəçisi Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir. Qeyd edilən prosessual sənədləri Təqsirləndirilən şəxs imzalamaqdan imtina etsə də, Müdafiəçi2 tərəfindən həmin sənədlər imzalanmışdır (Cild 1, i.v.27-32;).
24. Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi polis baş leytenantı X16 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli aktdan görünür ki, Nizami rayonu İ.Məmmədov küçəsi 17 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində olan qara rəngli “İphone 12” markalı mobil telefonu təqdim etmiş və həmin telefon götürülmüşdür (Cild 1, i.v.39;).
25. “Şahidin dindirilməsi” protokolundan görünür ki, 23 iyul 2024-cü il tarixdə, saat 10:28-dən 11:50-dək Zərərçəkmiş şəxs şahid qismində dindirilmişdir. Həmin protokol müstəntiq Cəmşid Sadıqov tərəfindən tərtib edilmişdir. Protokoldan görünür ki, birinci səhifə və ikinci səhifədə hüquq və vəzifələrə dair hissə əvvəlcədən hazır nümunə kimi kompüterdə yığılaraq çap olunmaqla daha sonra müvafiq xanalar əlyazma ilə doldurulmuş, protokolun qalan hissəsi isə əlyazma ilə yazılmışdır. Eyni zamanda protokolun 2-3-cü səhifələrindən görünür ki, həmin səhifələr A4 ölçülü vərəqdə kompüterdə hazır formada doldurulması üçün müvafiq xətlər çəkilərək çap edilərək daha sonra diyircəkli qələmlə doldurulmuş, 4-cü səhifədə isə A4 ölçülü hər hansı əvvəlcədən yazı olmamış, istintaq hərəkəti zamanı əlyazma ilə diyircəkli qələmlə müvafiq ifadələr qeyd edilmişdir. Protokolun birinci səhifəsində “Bakı şəhəri Nizami RPİ-nin İŞ-də aşağıda anket məlumatları göstərilən şəxsi şahid qismində dindirdim;” sözləri qeyd edilmişdir(Cild, 1, i.v. 42-45;).
26. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 24 iyul 2024-cü il tarixli, 662 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yoğun bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. Həmin rəyin təsviriəsalandırıcı hissəsindən göstərilmişdir ki, 23 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəmət-tibbi müayinədən keçirilmiş,... tibbi yardım üçün X24 müraciət etmiş, şikayəti zədə nahiyəsində ağrının olmasındadır. Şəxs çarpayıda arxası üstə uzanıqlı vəziyyətdədir. Qarnın yuxarı şöbəsinin yan səthində 8,0 sm uzunluqda üzərində cərrahi tikişlər olan yara vardır. Həmin yaradan 1,5 sm aşağıda 1,2 sm diametrdə içərisində mənfəzi qanla dolu drenaj boru olan yara vardır. Müayinə zamanı bədən səthində başqa xəsarətlər aşkar edilmədi. Təqdim edilmiş X21 tərtib etdiyi 49057 saylı xəstəlik tarixinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 22 iyul 2024-cü il tarixdə həmin mərkəzə təcili surətdə qarnın ön divarının kəsilmiş yarası, yaradan qanaxma, halsızlıq, ümumi zəiflik şikayətləri ilə orta ağır vəziyyətdə daxil olmuşdur. Deməsinə görə tanımadığı adam tərəfindən iti alətlə vurulub. Təcili yardımla gətirilib. Huşu aydın, vəziyyəti orta ağırdır....Lokal müayinə: qarnın ön sağ yan qabırğaaltında təqribən 0,3x0,1 sm ölçüdə yara vardır. Yaradan qan gəlir. Yaranın bucaqları iti, kənarları hamardır. Diaqnoz: qarnın ön divarının kəsilmiş deşilmiş yarası. 22 iyul 2024-cü il tarixdə, saat 17:20-də əməliyyat –laporatomiya: bağırsaq müsariqəsinin tikilməsi: narkoz altında əvvəlcə yara təftiş olunmaq üçün genişləndirildi. Təftiş zamanı məlum oldu ki, yara kanalı qarın boşluğuna nüfuz edir, ona görə də laporatomiya icra olundu. Təftiş aparılarkən məlum oldu ki, yoğun bağırsaq müsariqəsi zədələnib, tikiş qoyuldu, qanaxma dayandırıldı. Digər orqanlarda patologiya yoxdur. Kiçik çanaq drenaj olundu, yara qat-qat tikildi. Aseptik sarğı qoyuldu (Cild 1, i.v.50-53;).
27. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərar və müvafiq protokollardan görünür ki, 24 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v.56-60;).
28. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(007)-210/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs çıxış edərək cəlb olunduğu maddə üzrə özünü təqsirli bilmədiyini, qeyd olunan əməli törətmədiyini, zərərçəkmiş şəxsi tanımadığını və ona hər hansı xəsarət yetirmədiyini bildirərək təqdimatın təmin olunmamasını xahiş etmişdir. Həmin məhkəmənin 19 noyabr 2024-cü il tarixli, 4(007)-324/2024 saylı və 17 yanvar 2025-ci il tarixli, 4(007)-18/2025 saylı qərarları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 6 fevral 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 92-94; 210-214;276-283;).
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 30 iyul 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 113;).
30. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 3 avqust 2024-cü il tarixli, 24/1323R nömrəli məhkəmə-genetik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçağın tiyəsi üzərində və 2 (iki) ədəd tampon üzərində olan qanabənzər ləkələr insan qanıdır. 1 (bir) ədəd bıçağın tiyəsi üzərində və 2 (iki) ədəd tamponda qan nümunələri Zərərçəkmiş şəxs Hacəli oğluna məxsusdur. 1 (bir) ədəd bıçağın dəstəyi üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir.
31. “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 9 avqust 2024-cü il tarixli məktubdan görünür ki, xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur (Cild 1, i.v. 134;).
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Eksperiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kompüter texniki ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 5/945 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “SİM” danışıq kartının yerləşdiyi yuvadakı qeydə əsasən “**********60859” İMEİ kodlu “iPhone 12” markalı “A2172” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsinin” 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “iPhone 12” markalı “A2172” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini həmin cihazın yaddaşında olan məlumatları silmədən keçmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsinin” 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “iPhone 12” markalı “A2172” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, vileo fayllar, “WhatsApp” proqram təminatı, “İnstaqram”, “TikTok” və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatların olubolmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyərinin 60(altmış) manat olması müəyyən edilmişdir (Cild 1, 142-145;).
33. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 29 iyul 2024-cü il tarixli, 667 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hər iki saidin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyil. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, 24 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin Müvəqqəti Saxlama yerində məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Deməsinə görə, 22 iyul 2024-cü il tarixdə, təxminən saat 15 radələrində 129 nömrəli məktəbin yanında tanımadığı şəxs yaxasından yapışmış, aralarında yaranan mübahisə zamanı dartışmışlar, yaxası cırılmış, xəsarət almışdır. 24-cü PB-yə gətirələrkən polislər qollarını sərt qandallamış, sözlü təhdid etmiş, vurmuş, əlinə elektrik cərəyanı vermişlər... Hal-hazırda sağlamlığı ilə əlaqədar şikayəti yoxdur(Cild 1, i.v.152-153;).
34. X10 cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq Nizami RPİ-nin 24-cü PŞnin rəisi Vəli Cəfərovun 9 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı baş vermiş münaqişəni qeydə ala biləcək nəzarət müşahidə kameralarının olub-olmamasını müəyyən etmək məqsədi ilə ünvan 3 ünvanına baxış keçirilmiş, lakin həmin ərazidə hadisəni qeydə ala biləcək nəzarət müşahidə kameraları aşkar olunmamışdır. Həmçinin qeyd edilən münaqişənin şahidi ola biləcək şəxslərin müəyyən olunması məqsədi ilə ilkin olaraq ünvan 3 ünvanında yaşayan sakinlərlə, daha sonra həmin ətrafda yol kənarında dayanaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin hadisənin şahidi ola bilən şəxsləri müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 154;).
35. Təqdim etdiyi müvafiq order əsasında 12 avqust 2024-cü il tarixdə cinayət prosesində iştirak etməyə buraxılmış Müdafiəçi1 28 sentyabr 2024-cü il tarixdə ibtidai istintaq orqanına daxil olmuş vəsatəti təmin edilərək müstəntiq Cəmşid Sadıqov tərəfindən 22 iyul 2024-cü il tarixdə TŞ-4-108 saylı müşahidə kamerası vasitəsi ilə saat 14:50:00-dan 15:15:00-dək olan müddət ərzində hadisənin video görüntülərinin Nizami RPİ-nin İŞ-yə göndərilməsinə dair verdiyi müvafiq sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli cavabdan görünür ki, Təhlükəsiz Şəhər Xİdmətində arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq məlumatların təqdim edilməsi imkan xaricindədir (Cild 1, i.v. 155;).
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X30 Məhkəmə-Tibbi-Kriminalistika şöbəsinin 16 avqust 2024-cü il tarixli 368-2024/MTKŞ nömrəli “Maddi sübutların məhkəmə tibbi-kriminalistik” ekspertizasının rəyi və həmin rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta-aşağı hissəsində deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə yaxşı ülgücü, yaxşı itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta-aşağı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş qarnın ön divarının sağ yan qabırğaaltında daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində, boyunluğun ön səthinin sağ yan hissəsində 1 (bir) ədəd və sağ qolunun arxa səthinin orta-dizlik hissəsində 2 (iki) ədəd küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik cırılma zədələri aşkar olundu. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan fabrik yarıq üzrə yuxarıdan aşağı doğru 2-ci və 3-cü düymələrin öz yerində olmaması müəyyən olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxalığına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sol və sağ yarısının yuxarı hissələrində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 2 (iki) ədəd cırılma zədələri vardır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sol və sağ yarısının yuxarı hissələrində, boyunluq nahiyəsinin ön səthində küt yaranma mexanizminə malik 2 (iki) ədəd kombinə olunmuş cırılma-sökülmə zədələri vardır. Bu zədələr əvvəlcə köynəyin boyunluq nahiyəsinin ön səthinin kəskin dartılaraq cırılması və bundan sonra boyunluğunun ön tikişlərinin sökülməsi nəticəsində əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs məxsus köynəklərin üzərində aşkar olunmuş və küt yaranma mexanizminə malik zədələrin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən əlbəyaxa dava zamanı dartılma nəticəsində əmələ gəlmələri istisna edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişikliklər edilməmişdir (Cild 1, i.v.156-166;).
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X30 Məhkəmə-Tibbi-Biologiya şöbəsinin 28 avqust 2024-cü il tarixli 509/2024-MTBŞ nömrəli “Maddi sübutların məhkəmə-tibbi bioloji” ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən onun qan qrupu - A/ll/. Zərərçəkmiş şəxs təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən onun qan qrupu - O/l/. Ekspertizaya təqdim olunan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri alfabeta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (Cild 1, i.v.167-171;).
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-X4 və trasoloji ekspertizalar şöbəsinin 13 sentyabr 2024-cü il tarixli 3-16-16/2-3/1388 nömrəli rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1(bir) ədəd daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1(bir) saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2(iki) saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Aparılmış tədqiqatın dəyərinin 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat olması müəyyən edilmişdir (Cİld 1, i.v.172-177;).
39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi” X30 9 avqust 2024-cü il tarixli 2319 saylı “Kompleks ambulator komisyon məhkəmə-psixatrik və məhkəmə-psixoloji” ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs emosionallıq, inadkarlıq, söz götürməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə şəraiti nəzərə alınaraq iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətindədir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Öz hərəkətlərini ölçüb-biçmək, mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Rəyin psixiatrik müayinə hissəsində göstərilmişdir ki,...Ali təhsillidir, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsini bitirmişdir. Somatik xəstəliklə əlaqədar hərbi xidmət keçmədiyini qeyd edir. Ailəli olub ayrılıb, bir övladı var...Ona ittiham olunan əməl barədə soruşduqda ittihamla razılaşmayaraq aşağıdakıları deyir: “Tanımadığım həmin şəxs özü səbəbsiz olaraq mənə nalayiq sözlər dedi və üzərimə hücum etdi. Mənim üzərimdə bıçaq olmayıb, mən ona xəsarət yetirməmişəm”...Rəyin psixoloji müayinə hissəsində göstərilmişdir ki,...Hadisə barəsində soruşduqda ittiham olunduğu əməllə razılaşmayaraq aşağıdakıları deyir: “Məni şərləyiblər, oyun qurublar. Mən ev təmiri üçün gedirdim. Küçədə bir nəfər anidən söyüş söyərək üzərimə hücum çəkdi. Mən həmin şəxsi ilk dəfə idi görürdüm. Mən özümü qorumağa çalışdım. Lakin ona bıçaq xəsarəti yetirməmişəm, ümumiyyətlə həmin vaxt mənim üzərimdə bıçaq olmayıb. Mənimlə qərəzlidirlər.” (Cild 1, i.v.178-181;).
40. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 8 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X7 tərəfindən Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması öz təsdiqini tapmamış, toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessul Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, 22 iyul 2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilmiş, PŞ-də əl barmaq izləri götürüldükdən sonra polis əməkdaşları onun mobil telefonunun parolunu istəmiş, mobil telefonunda şəxsi məlumatları olduğu üçün parolu verməkdən imtina etmiş, bu zaman polis əməkdaşları onun əl barmaqlarına elektroşok vasitəsi ilə elektrik cərəyanı vermiş, işgəncələrə dözmədiyi üçün telefonunun parolunu vermişdir. Ona qarşı zor tətbiq edən polis əməkdaşlarını tanımır”. Araşdırma zamanı Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektrou X15, digər polis əməkdaşı X13 izahatları alınmış, məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Qeyd edilən qərar müdafiə tərəfindən nə məhkəmə, nə də prokuror nəzarəti qaydasında mübahisələndirilməmişdir (Cild 1, i.v.194- 196;).
41. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Rauf Əfəndiyev tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasına dair toplanmış müvafiq material üzrə Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin Zərərçəkmiş şəxsla sonuncunun aralarında baş vermiş mübahisə zamanı almasına dəlalət edən kifayət qədər ehtimallar olması, eləcə də alınmış xəsarətlərin dərəcəsi təyin olunmayan xəsarətlər olması nəzərə alınaraq toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessul Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (Cild 1, i.v.198-199;).
42. “Üzləşdirmə” 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələrini bir daha tam olaraq təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, qarşısında oturan Təqsirləndirilən şəxs onu bıçaqla vuran şəxs olduğunu, bu günə qədər ona yaxınlaşıb bir dəfə də olsun üzr istəmədiyini, ona görə də onun cəzalanmasını istədiyini qeyd etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ifadəsini təsdiq etmədiyini, onun dediklərinin boş, nağıl, uydurma olduğunu, onu vurmadığını bildirmişdir. Qeyd edilən protokol müdafiəçi tərəfindən imzalanmış, lakin Təqsirləndirilən şəxs digər istintaq və prosessual hərəkətlər zamanı tərtib edilmiş sənədlərdə olduğu kimi həmin protokolu da imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 57-59;).
43. “Sübutların qiymətləndirilməsi haqqında” 6 yanvar 2025-ci il tarixli qərar və 14 yanvar 2025-ci il tarixli raportdan görünür ki, möhürlənmiş zərfin içərisində olan 1(bir) ədəd qatlanan tipli cib bıçağı, Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının izi olan daktilolent, möhürlənmiş sellofan torbanın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd qara rəngli köynək və Təqsirləndirilən şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd üzərində “USPA” əmtəə nişanı qeyd olunmuş mavi rəngli köynək, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone 12” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v. 231-238;).
44. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.M.Sadıqov tərəfindən 15 yanvar 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 17 yanvar 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmiş və 23 yanvar 2025-ci il tarixdə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur (Cild 1, i.v.264-273;Cild 2).
45. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir (Cild 2;).
46. Müdafiə tərəfindən təqdim edilmiş (X34 @eminibrahimov81) sosial şəbəkə profilində edilmiş müxtəlif paylaşımların və yazışmaların surətlərindən görünür ki, həmin profilin sahibi müəyyən ictimai-siyasi-iqtisadi-tarixi məsələlərə dair özünə məxsus fikirlərini öz sosial şəbəkə hesabında paylaşmışdır (Cild 2;).
47. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 aprel 2010-cu il təvəllüdlü Ayla İbrahimli adlı bir uşağı vardır (Cild 2;).
48. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Zərərçəkmiş şəxs barəsində hazırkı cinayət işindən başqa hər hansı digər məhkəmənin icraatında cinayət xarakterli hər hansı iş və ya material olmamışdır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
49. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
50. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
52. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
53. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
55. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
56. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
57. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
59. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
60. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ilk növbədə CM-in 126.2.4-cü maddəsi ilə olan verilmiş ittiham üzrə cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
61. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.
62. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
63. CM-in 126.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
64. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir.
65. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur.
66. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi zəruri hesab edir.
67. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir.
68. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.
69. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər şəxslərin, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
70. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
71. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsi 17 ünvanının yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olarkən orada təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs çiyin nahiyəsinin ona toxunmasını bəhanə edib, özünün şəxsiyyətini sonuncunun fövqündə qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edərək öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub Zərərçəkmiş şəxs yaxasından tutub dartmış, sonra isə üzərində gəzdirdiyi qara rəngli bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq, yoğun bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur.
72. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə ictimai yerdə baş versə də, ibtidai istintaq orqanı məhkəməyə şəxsin ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə ifadə olunan hərəkətlərə yol verdiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Onun hərəkətləri məhz ictimai qaydanın pozulmasına qarşı deyil, öz şəxsiyyətini zərərçəkmiş şəxsin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan mübahisə edərək sonuncunun davranışına görə cəzalandırılmasına yönəlmiş və zərərçəkmiş şəxsə üzərində olan bıçaqla bədən xəsarəti yetirməklə nəticələnmişdir. Göstərilən hallara ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilməmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməsini təsdiq edən sübutlar müəyyən edilmir. Hadisə iştirakçıları arasında yaranan mübahisə təqsirləndirilən şəxs tərəfindən heç bir əsaslı səbəb olmadan davam etdirilərək münaqişəyə çevrilərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirilməsi ilə nəticələnmişdir.
73. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
74. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edə biləcək ifadə verməkdən və ona ünvanlanmış suallara cavab verməkdən imtina edərək hazırkı cinayət işinin onun hansısa ictimai-siyasi fəaliyyəti ilə bağlı ibtidai istintaq orqanı tərəfindən səhnələşdirilməsi ilə əlaqələndirmişdir. Baxmayaraq ki, ibtidai istintaqın ilkin mərhələsindən təqsirləndirilən şəxsin özü tərəfindən seçdiyi müdafiəçinin iştirakı təmin edilmiş, ibtidai istintaqın sonrakı mərhələsində də təqsirləndirilən şəxs tərəfindən müqavilə bağlanılmaqla cinayət prosesində iştirak etməyə buraxılmış digər iki müdafiəçinin iştirakı təmin edilməklə təqsirləndirilən şəxsin müdafiə hüquqları tam şəkildə təmin edilmiş, müdafiə tərəfindən ibtidai istintaq zamanı verilmiş üç vəsatət (zərərçəkmiş şəxslə üzləşdirmənin keçirilməsi, hadisə yerini müşahidə edən kameraların müəyyən edilərək videogörüntülərin ələ edilməsi və hadisəni görən digər şahidlərin müəyyən edilərək dindirilməsi) təmin edilmiş, hadisə yerini müşahidə edən kameraların müəyyən edilərək videogörüntülərin ələ edilməsi və hadisəni görən digər şahidlərin müəyyən edilərək dindirilməsi üçün əməliyyat-təhqiqat orqanına müvafiq sorğular verilmiş, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə zərərçəkmiş şəxslə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Hökmün 42-ci bəndində qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs baş vermiş hadisənin gedişi və mexanizmi barədə ətraflı ifadə verməklə verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə qarşı bir daha bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs isə yalnız Zərərçəkmiş şəxs ifadəsini təsdiq etmədiyini, onun dediklərinin boş, nağıl, uydurma olduğunu, onu vurmadığını bildirməklə kifayətlənmişdir. Həmçinin müdafiəçi də zərərçəkən şəxsə suallar verməklə onun ifadəsində ziddiyyətli hallar aşkarlamaq və ya ümumiyyətlə təqsirləndirilən şəxsin iddia etdiyi kimi zərərçəkmiş şəxsin həqiqəti danışmamasını müəyyən etmək üçün heç bir cəhd göstərməmişdir. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs ümumiyyətlə zərərçəkmiş şəxs və şahidlərin nə danışdıqlarını dinləmədiyini bildirməklə işin faktiki hallarının araşdırılmasında maraqlı olmadığını dəfələrlə nümayiş etdirmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müdafiəçilər tərəfindən məhkəməyə bir sıra vəsatətlər təqdim edilmiş (Təqsirləndirilən şəxs məhkəmə prosesinin gedişində müdafiəçiləri ilə fasiləsiz ünsiyyət yaratmaqla məsləhətləşmələri üçün şüşə kabinədən çıxarılmaqla müdafiəçilərinin yanında əyləşdirilməsinə şərait yaradılması, Zərərçəkmiş şəxs barəsində olan xəstəlik tarixi sənədinin surətinin alınması üçün X24 sorğu ünvanlanması, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxış keçirilməklə onun paylaşımlarının məhkəmədə elan edilərək tədqiq edilməsi, Zərərçəkmiş şəxs barəsində hər hansı cinayət işinin olub-olmamasının müəyyən edilməsi üçün müvafiq sorğular ünvanlanması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitundan qastreontoloq-cərrah dəvət edilərək mütəxəssis qismində iştirakının təmin edilməsi, iş üzrə rəy vermiş məhkəmə-tibbi ekspertinin məhkəmədə dindirilməsi, hadisənin mexanizmini göstərən məhkəmə eksperimentinin keçirilməsi, hadisədən sonra Zərərçəkmiş şəxs əməliyyat etmiş həkim cərrahın məhkəməyə dəvət edilərək dindirilməsi, məhkəmədaktiloskopik ekspertinin məhkəmədə dindirilməsi, iş üzrə təkrar məhkəmə-tibbi və məhkəmə-trassoloji ekspertizalarının təyin edilməsi), həmin vəsatətlər tərəflərin iştirakı ilə müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə prosesinin gedişində müdafiəçiləri ilə fasiləsiz ünsiyyət yaratmaqla məsləhətləşmələri üçün şüşə kabinədən çıxarılmaqla müdafiəçilərinin yanında əyləşdirilməsinə şərait yaradılmasına dair vəsatəti təqsirləndirilən şəxsin insan həyatı və sağlamlığı əleyhinə olan ağır zorakı cinayətdə ittiham olunmasına baxmayaraq, təhlükəsizlik tədbirləri görülərək dərhal təmin edilməklə məhkəmə baxışı üzrə məhkəmə iclasının gedişində birincinin müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxs obyektiv həqiqətin müəyyənləşdirilməsi üçün ona ünvanlanmış suallara mahiyyəti üzrə cavab verməyə, ümumiyyətlə məhkəmə araşdırmasına hər hansı maraq göstərməmişdir. Həmçinin müdafiə tərəfindən verilmiş Zərərçəkmiş şəxs barəsində olan xəstəlik tarixi sənədinin surətinin alınması üçün X24 sorğu ünvanlanması, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxış keçirilməklə onun paylaşımlarının məhkəmədə elan edilərək tədqiq edilməsi və Zərərçəkmiş şəxs barəsində hər hansı cinayət işinin olub-olmamasının müəyyən edilməsi üçün sorğular ünvanlanmasına dair vəsatətlərin məhkəmə tərəfindən faktiki olaraq təmin edilməsi vurğulanmışdır. Belə ki, hökmün 26-cı bəndində göstərildiyi kimi Zərərçəkmiş şəxs barəsində rəy verilərkən sonuncunun müayinəsi ilə yanaşı onun müalicə və müayinə olunduğu X31 tərəfindən tərtib edilmiş 49057 saylı xəstəlik tarixində göstərilən məlumatlardan da istifadə edilməsi tərəflərin diqqətinə çatdırılmaqla xəstəlik tarixindəki məlumatlar bir daha tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarına baxış keçirilməklə onun paylaşımlarının məhkəmədə elan edilərək tədqiq edilməsi ilə bağlı vəsatətdə göstərilənlərə münasibətdə müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş təqsirləndirilən şəxsin sosial şəbəkə hesablarındakı müəyyən paylaşımlarının elan edilməklə iş materiallarına əlavə edilməsi qeyd edilmişdir. Eləcə də, Zərərçəkmiş şəxs barəsində hər hansı cinayət işinin olub-olmamasının müəyyən edilməsi üçün sorğular ünvanlanması ilə bağlı məhkəmə tərəfindən hökmün 48-ci bəndində göstərildiyi kimi elektron məhkəmə sistemi vasitəsi ilə müvafiq məlumatlara tərəflərin iştirakı ilə məhkəmə iclasının gedişində baxış keçirilməklə belə halların olmaması diqqətə çatdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitundan qastroenteroloq-cərrahın dəvət edilərək mütəxəssis qismində iştirakının təmin edilməsi, iş üzrə rəy vermiş məhkəmə-tibbi ekspertinin məhkəmədə dindirilməsi, hadisənin mexanizmini göstərən məhkəmə eksperimentinin keçirilməsi, hadisədən sonra Zərərçəkmiş şəxs əməliyyat etmiş həkim cərrahın və məhkəmə-daktiloskopik ekspertinin dindirilməsi ilə bağlı vəsatətlər kifayət qədər əsaslandırılmadığından, xüsusilə də qeyd edilən ekspert rəylərinin şübhə altına alınması üçün məhkəmə istintaqı zamanı hər hansı hal müəyyən edilmədiyindən məhkəmə tərəfindən təmin edilməmiş, iş üzrə təkrar məhkəmə-tibbi və məhkəmə-trassoloji ekspertizalarının təyin edilməsinə dair vəsatət isə tamamilə əsassız olduğundan təmin edilməmişdir. Belə ki, məhkəmədə elan edilərək tədqiq edilmiş hökmün 26-cı bəndində göstərilmiş 24 iyul 2024-cü il tarixli, 662 saylı canlı şəxsin ekspertizası rəyi kifayət qədər əsaslı olmaqla həmin rəyin şübhə altına alınması üçün hər hansı yeni hallar müəyyən edilməmiş, ekspertiza rəyi verilərkən ekspertin əsaslandığı sübutların etibarsız (qeyri-mötəbər) olmasına dair hər hansı yeni hal müəyyən edilməmiş, habelə ekspertiza aparılmasının prosessual qaydalarının pozulmasına səbəb olan hallar aşkar edilməmişdir. Eyni zamanda, müdafiəçi tərəfindən vəsatətdə məhkəmətrasoloji ekspertizasının keçirilməsinin zəruriliyi əsaslandırılmamış, ekspertiza qarşısında hansı sualların qoyulması və sair mühüm hallar qeyd edilməmişdir. Başqa sözlə, müdafiə tərəfi məhkəmə araşdırması ilə işin tam, hərtərəfli və obyektiv tədqiq edilməklə həqiqətin müəyyən edilməsinə deyil, statistika naminə və obyektiv həqiqətin müəyyən edilməsinə hər hansı təsir etməyən formal vəsatətlər verməklə kifayətlənmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olduğundan məhkəmə tədqiq edilmiş sübutlara məhz bu kontekstdən hüquqi qiymət verməyi vacib hesab edir.
75. Belə ki, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
76. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
77. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
78. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
79. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
80. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına aid edilir.
81. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.2.4-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.
82. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.
83. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
84. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
85. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
86. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs bıçaqla vurmaması, ümumiyyətlə üzərində hər hansı bıçaq olmaması, cinayət işi materiallarının ibtidai istintaq orqanı tərəfindən onun ictimai-siyasi fəaliyyəti ilə əlaqədar səhnələşdirilməsi, toplanmış sübutların saxta olmaqla uydurulması, 24-cü polis şöbəsində mobil telefonunun şifrəsinin ələ keçirilməsi üçün ona elektrik cərəyanı verilməsi və sairlə bağlı bildirdiklərinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan bildirdiklərindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur, habelə zərərçəkmiş şəxsin, hadisənin şahidləri olmuş şəxslərin ifadəsi, eləcə də üzləşdirmə və digər iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir.
87. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi təkidlə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istifadəsində olmuş mobil telefonun şifrəsinin ələ keçirilməsi üçün pis rəftara, işgəncəyə, eləcə də elektrik cərəyanına məruz qoyulduğunu iddia edərək Təqsirləndirilən şəxs mobil telefonunun şifrəsinin ələ keçirildiyini bildirmişdir. Halbuki, hökmün 32-ci bəndində göstərilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunun mühafizə olunan ekran kilidinin şifrəsi (parol-pasword) ibtidai araşdırma orqanına məlum olmamış, hətta mobil telefonla bağlı təyin edilmiş ekspertiza tədqiqatı zamanı da məhz həmin şifrənin məlum olmaması səbəbindən telefondakı məlumatların silinmədən baxış keçirilməsinin mümkün olmamasına dair müvafiq rəy verilmişdir. Başqa sözlə, müdafiə tərəfinin iddia etdiyi kimi ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs mobil telefonunun şifrəsini ələ keçirdiyi halda, təkrarən əlavə olaraq həmin məsələ ilə bağlı ekspertiza təyin etməsi tamamilə məntiqə uyğun və inandırıcı deyildir.
88. Bundan başqa, müdafiə tərəfi təkidlə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanı ilə əməkdaşlıq edən şəxs olmasını, onun iştirakı ilə hazırkı cinayət işinin səhnələşdirildiyini bildirərək hətta həmin halın təsdiqi kimi isə hökmün 25-ci bəndində göstərilən Zərərçəkmiş şəxs ilkin olaraq şahid qismində ifadəsinin xəstəxanada deyil, məhz istintaq orqanının yerləşdiyi ünvanda alınmasına dair protokoldakı qeydi əsas göstərmişlər. Halbuki, hökmün 25-ci bəndində qeyd edilmiş istintaq hərəkətinin protokolundan da görünür ki, müstəntiq tərəfindən həmin ifadənin 1-ci səhifəsi əvvəlcədən kompüterdə hazırlanmış hazır formalı nümunədən ibarət olmuş, bununla əlaqədar olaraq da protokolun 1-ci səhifəsində dindirmə yeri kimi texniki səhv olaraq ibtidai istintaq orqanının yerləşdiyi yer qeyd edilmişdir. Hansı ki, protokolun digər hissələri məhz əlyazma ilə tərtib edilmiş, hətta sonuncu səhifəsi isə hər hansı cizgiləri olmayan sadə A4 formatlı vərəqdən istifadə edilməklə tərtib edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində həmin ifadənin müstəntiq tərəfindən məhz onun əməliyyat olunduğu xəstəxanada əlyazma ilə tərtib edildiyini bildirmişdir. Bundan başqa, hökmün 19 və 26-cı bəndlərində qeyd edilmiş sənədlərdən də görünür ki, hadisədən dərhal sonra Zərərçəkmiş şəxs əməliyyatxanada olmaqla dindirilməsinin mümkün olmamasına dair müvafiq həkim arayışı iş materiallarına əlavə edilmiş və ekspert tərəfindən Zərərçəkmiş şəxs məhz xəstəxanada müayinə olunmuşdur. Ümumiyyətlə məhkəmə kollegiyası xüsusi vurğulamaqla qeyd edir ki, hökmün 26-cı bəndində göstərilmiş zərərçəkmiş şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyini şübhə altına alması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bundan başqa, hökmün 17-ci bəndində qeyd edilənlərdən də göründüyü kimi, hadisədən dərhal sonra hadisə yeri mühafizə olunmaqla ibtidai araşdırma orqanı tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun formada baxış keçirilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlar, o cümlədən sonradan üzərində Təqsirləndirilən şəxs əl-barmaq izləri və Zərərçəkmiş şəxs qanı olan hadisənin törədilməsində istifadə edilən bıçaq prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Qeyd edilən istintaq hərəkətinin protokolundan və bu barədə çəkilmiş videogörüntüdən də görünür ki, həmin bıçaq üzərindəki əl-barmaq izləri məhz hadisə yerində ekspert-kriminalist tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülməklə sənədləşdirilmişdir. Müdafiə tərəfinin həmin sübutun saxtalaşdırılması ilə bağlı irəli sürdüyü arqumentlər isə yalnız ümumi sözlərdən ibarət olmaqla məhkəməyə bu barədə hər hansı konkret hal göstərə və ya dəlil təqdim edə bilməmişdir.
89. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, habelə baxış keçirilməsi haqqında və üzləşdirmə aparılmasına dair istintaq hərəkətləri, eləcə də çoxsaylı ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
90. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, üzləşdirmə istintaq hərəkətini, çoxsaylı ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-in 221.3-cü maddəsi ilə olan ittiham xaric edilməli, onun hazırkı cinayət işi üzrə olan əməli isə CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
91. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
92. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
93. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
94. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və uzun müddət ərzində Azərbaycan Respublikasının diplomatik xidmətində qulluq etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
95. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
96. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.
97. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
98. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan məhz azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
99. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir.
100. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
101. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
102. Hökmün 23 və 28-ci bəndlərində qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2024-cü il tarixdə barəsində müvafiq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və sonrakı müddətdə müvafiq məhkəmələrin qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
103. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablanmalıdır.
104. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
105. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Nizami RPİ-nin saxlanc anbarında saxlanılan möhürlənmiş zərfin içərisində olan 1(bir) ədəd qatlanan tipli cib bıçağı və Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının izi olan daktilolent məhv edilməli, möhürlənmiş sellofan torbanın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd qara rəngli köynək və Təqsirləndirilən şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd üzərində “USPA” əmtəə nişanı qeyd olunmuş mavi rəngli köynək müvafiq olaraq sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone 12” markalı mobil telefon sahibinə qaytarılmalı və hadisə yerinə baxış keçirilməsinə dair protokola əlavə edilmiş 1(bir) ədəd disk isə iş materiallarında saxlanılmalıdır.
106. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
107. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 121,29 (bir yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
108. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır.
109. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
110. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan möhürlənmiş zərfin içərisində olan 1(bir) ədəd qatlanan tipli cib bıçağı və Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının izi olan daktilolent məhv edilsin, möhürlənmiş sellofan torbanın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd qara rəngli köynək və Təqsirləndirilən şəxs məxsus olan hadisə vaxtı əynində olmuş 1(bir) ədəd üzərində “USPA” əmtəə nişanı qeyd olunmuş mavi rəngli köynək müvafiq olaraq sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone 12” markalı mobil telefon sahibinə qaytarılsın və 1(bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 121,29 (bir yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqlarının olması izah edilsin. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.