Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1005/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, Dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, Müdafiəçilər – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bərdə rayonu, Şahvəlilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Şahvəlilr kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə əldə etmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olan zaman videoçəkiliş apardığını, Zərərçəkmiş şəxs1 rüsvayedici məlumat kimi qəbul etdiyi həmin görüntüləri sonuncunun yaxın qohumları və digər şəxslər arasında yayacağı ilə hədəqorxu gələrək ondan 100 manat pul tələb etmiş və 13 iyul 2015-ci tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən taksi fəaliyyəti ilə məşğul olan Şahid2 vasitəsilə göndərilmiş 100 manat pulu Bərdə rayonu Şahvəlilər kəndində alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 100 manat maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə əldə etmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü qardaşı arvadı Şahid3 kimi təqdim edərək cinsi əlaqədə olan zaman çəklimiş videogörüntülərin onda olduğunu və Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumat kimi qəbul etdiyi həmin görüntüləri "Youtube” internet səhifəsində və digər şəxslərə yayacağı ilə hədə-qorxu gələrək 2.500 manat pul tələb etmiş və 10 iyun 2016-cı tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən taksi fəaliyyəti ilə məşğul olan Şahid2 vasitəsilə göndərilmiş 2.500 manat pulu Bərdə rayonu Şahvəlilər kəndində alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2.500 manat maddi ziyan vurmaqla təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ağır xəstəliyi ilə əlaqədar müalicə olunması üçün pula ehtiyacı olduğunu, Zərərçəkmiş şəxs1 uşağının olduğunu, uşağı abort etdirmək lazım olduğunu, övladının qaçırılmasını və qaytarılması üçün pul tələb edildiyini və sair adlarla aldadaraq 26 iyul 2015-cİ il tarixdən 14 mart 2017-ci il tarixədək müddətdə hissə-hissə olmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 153.887 manat və həmin dövrün manat məzənnəsi ilə 5.163,60 manat təşkil edən 4.250 ABŞ dolları məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə Bərdə rayonu ərazisində alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə külli miqdarda 159.050,60 manat maddi zyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, habelə onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əldə etmək məqsədi ilə 2018-ci ilin iyun ayından etibarən telefon vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü cinayətkar aləmdə nüfuz sahibi olan «oğru Elşən» adlı şəxsin qızı kimi təqdim edərək, əvvəlcə istifadəsində olan +**********93 saylı mobil telefon nömrəsindən öz adından, daha sonra isə guya Rusiya Federasiyasının cəzaçəkmə müəssisələrindən birində cəza çəkən və cinayətkar aləmdə nüfuza malik olan «Elçin» adlı şəxsin adından +**********7 saylı Rusiya Federasiyasının mobil operatoruna aid telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********40 və +**********33 saylı mobil telefon nömrələri ilə «WhatsApp» ani mesajlaşma xidməti vasitəsilə mütəmadi əlaqə saxlayaraq tələb etdiyi pul və əmlakları vaxtında ona çatdırmayacağı halda cinayətkar aləmdə nüfuza malik olan şəxslərin Zərərçəkmiş şəxs2 özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, həmçinin vaxtilə Zərərçəkmiş şəxs2 qiyabi olaraq Elçin kimi tanıdığı şəxsə telefon vasitəsilə göndərmiş olduğu rüsvayedici məlumatları özündə əks etdirən intim xarakterli fotoşəkillərini camaat arasında yayma hədəsi ilə 2018-ci ilin iyun-iyul aylarında hissə-hissə olmaqla ümumilikdə xeyli miqdarda 22.000 manat pulu bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələb etmiş və bu müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 xeyli miqdarda 12.000 manat məbləğində nağd pul vəsaitini və digər əmlakları hədə-qorxu ilə tələb edib vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasının doğma xalası oğludur. Onu əvvəldən tanısa da əsas münasibəti təxminən 2015-ci ilin əvvəllərindən olmuşdur. Həmin zaman o, Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon şöbəsinin rəisinin müavini vəzifəsində işləmişdir. O, sosial müvinətlə bağlı Zərərçəkmiş şəxs1 yanına getmiş, Kərimin mobil nömrəsini götürmüş və onunla danışmağa başlamışdır. Həmin vaxtdan onunla qeyrirəsmi münasibətdə olmuşlar. O dəfələrlə Kərimin iş yerinə getmiş və orada Zərərçəkmiş şəxs1lə cinsi əlaqədə olmuşlar. Onların arasında normal münasibət olmuş və buna görə də ondan pul istədikdə pul vermişdir. Lakin sonradan Kərimdən pul istədikdə onunla kobud danışmış və pulu olmadığını bildirmişdir. Bu zaman o Kərimə yalandan birlikdə cinsi əlaqədə olduğları zaman onu videoya çəkdiyini bildirmiş və 100 manat pul verməyəcəyi təqdirdə həmin videonu onun tanışlarına və digər şəxslərə yayacağını bildirərək onu rüsvay edəcəyini qeyd etmişdir. Hətta Kərim ona nə qədər təkid edərək həmin videonu ona göstərməsini istəsə də, ona videonu göstərməmişdir. Kərim də qorxaraq ona 13 iyul 2015-ci il tarixdə Ramazan adlı sürücünün vasitəsilə 100 manat pul göndərmiş və o həmin pulu yaşadığı Bərdə rayonu Şahvəlilər kəndində götürmüşdür. Bundan sonra ona videonu siləcəyinə söz vermişdir. Daha sonra onunla münasibətləri yenidən normallaşmış və danışıb-yazışmağa başlamışlar. Kərim onu çox istəmiş və ona inanmışdır. Buna görə də ondan müxtəlif məbləğlərdə pullar istəmişdir. Belə ki, onu aldadaraq yalandan bildirmişdir ki, guya ondan hamilə qalmış, əvvəlcə uşağı aldırmaq adı ilə ondan hazırda xatırlamdığı məbləğdə pul almışdır. Daha sonra özünün xəstə olduğunu, İran İslam Respublikasında əməliyyat olunmalı olduğunu, bundan sonra Bakıda yenidən əməliyyat olunmalı olduğunu yalandan bildirərək aldadıb pullar almışdır. Ona beynində şiş olduğunu bildirmişdir. Bundan başqa azyaşlı oğlunun əməliyyat olunmalı olduğunu da bildirərək ondan pul almışdır. Bir müddət o bu adla onu aldadaraq pullarını ələ keçirsə də sonradan Kərimin ona pul vermək istəmədiyini hiss etmişdir. Buna görə də özünə başqa, yəni ***-***-**-** saylı mobil nömrəni almış və həmin nömrədən Kərimə yazaraq özünü qardaşının arvadı Şahid3 kimi təqdim etmişdir. İlk əvvəl Kərimə guya Cəmilə ilə aralarında olan münasibətlərdən xəbəri olduğunu bildirmişdir. Bundan sonra onunla Xumarə adı ilə danışmağa başlamışdır. O Kərimi aldadaraq guya ondan xoşu gəldiyini və birlikdə yaşamaq istəyini bildirmişdir. O Kərimə internetdən götürdüyü açıq-saçıq qızların üzləri düşməyən şəkillərini göndərmişdir. Xumarə adı ilə də Kərimi aldadaraq guya onun böyrəklərində problem olduğunu, Tiflisdə əməliyyat olunmalı olduğunu, eləcə də Xumarənin oğlunun onun keçmiş əri Taryel tərəfindən qaçırıldığını, bundan başqa Xumarənin Gürcüstanda ev alması, onun Kərimdən olan uşağının vəfat etdiyini və baş-daşı üçün pul lazım olduğunu və sair adlarla onu aldadaraq ondan 26 iyul 2015-ci il tarixdən 14 mart 2017-ci il tarixdək hissə-hissə olmaqla 153.887 manat və 4250 ABŞ dolları pulu almışdır. Həmin hadisələrdən xeyli müddət keçdiyindən o konkret tarixləri yadına sala bilmir. Lakin aralarında olan sms yazışmalarında qeyd olunanlarla razıdır. Belə ki, onunla bütün məslələri sms yazaraq həll etmişlər. Demək olar ki, çox az telefonla danışmışlar. Buna görə də bütün söhbətlər sms yazışmalarında vardır. Həmin ərəflərdə Kərim onunla danışmaq istəməyəndə, o özü ***-***-**- ** saylı mobil nömrədən qardaşı Şöhrətin həyat yoldaşı Şahid3 adı ilə Kərimə yazaraq ona videonu Cəmilənin kompüterindən götürdüyünü, 2500 manat pul verməyəciyi təqdirdə videonu yayacağını və onu biabır edəcəyini bildirmişdir. Kərim də 10 iyun 2016-cı il tarixdə 2500 manat pulu Bərdə rayonu ərazisində Ramazan adlı həmin taksi sürücüsü vasitəsilə ona göndərmiş və o həmin pulu yaşadığı Bərdə rayonu Şahvəlilər kəndində götürmüşdür. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 153887 manat və 4250 ABŞ dolları pulu müxtəlif bəhanələrlə onu aldardaraq ələ keçirmiş, eləcə də onu barəsində olan videogörüntünü yayacağı ilə hədələyərək bir dəfə 100 manat və bir dəfə də 2500 manat pul almışdır. Qeyd etdiyi bütün pullar ona Bərdə rayonu Şahvəlilər kəndində verilmişdir. Törətdiyi cinayətlərdən nə qardaşı arvadı Xumarənin, nə Ramazan adlı taksi sürücüsünün, eləcə də digər şəxslərin məlumatı olmamışdır. Bunda başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun əri olmuşdur və hazırda boşanmışlar. 2018-ci ilin may-iyun aylarında tanışı Pəhləvan Əmirovun nömrəsinə Pərvanə adlı qadın zəng etmişdir. Pəhləvan isə telefonu söndürdüyündən onda şübhələr yaranmışdır. Pəhləvanın yanında telefonu yandırdığı zaman dərhal yenidən zəng etdikdə o Pərvanənin zənginə cavab vermişdir. Telefonda danışan zaman özünü Pəhləvanın arvadı kimi təqdim etdikdə, Pərvanə ona “Pəhləvanın neçə arvadı var? Hər rayonda bir uşağı bir arvadın qucağına verib “Birini də mənə verib. Sənə də birini verəcək?” sözlərini demişdir. Belə olduqda Pəhləvanla hansı əlaqəsini olduğunu soruşduğu zaman, 10 il bir evdə qaldıqlarını, hətta həmin evi də ətraflı şəkildə təsvir etmişdir. Bundan sonra Pəhləvandan Pərvanə barədə soruşduqda, Pəhləvan hər şeyin yalan olduğunu və Pərvanənin şər atdığı demişdir. Lakin onda maraq yarandığından Pərvanə ilə danışıb həqiqəti bilmək istəmişdir. Danışıq zamanı ona bildirmişdir ki, onun nömrəsi yoxdur, ona görə də ona nömrə alsın, ətraflı danışsınlar. O da öz adına ona ***-***-**- ** nömrəni almış, lakin nömrəni ona verməmişdir. O “WhatsApp” ani mesajlaşma xidmətindən həmin nömrə ilə qeydiyyatdan keçmiş və ona getmiş şifrəni qeydiyyat bölümündən tamamlayıb proqramı istifadə etməyə başlamışdır. Danışıq zaman münasibətləri yarandığından rəfiqə olmuşlar. Onun Azərbaycan nömrəsi olmadığından Pəhləvan Rusiya Federasiyasından qayıtdığı zaman ona telefon almış və həmin telefonun içərisində +**********7 nömrəsi qaldığından həmin nömrədən “WhatsApp” ani mesajiaşma xidmətində qeydiyyatdan keçmişdir. 2018-ci ilin iyun ayının ortalarında o, Pərvanəyə demişdir ki, yetim bir uşaq var, ona pal-paltar lazımdır. Bunu deyən kimi internetdən bir uşağın şəkillərini ona göndərmişdir. Əslində o həmin paltarları öz 5 yaşlı oğlu Əli üçün istəmişdir. O uşağı guya həbsdə olan Quli ləqəbli oğrunun sağ əlinin övladı kimi təqdim edib, atasının 13 ildir həbsdə olduğunu deyərək özü baxdığını bildirmişdir. Daha sonra gərəkli paltarların şəkillərini də Pərvanəyə göndərmişdir. Bir müddət sonra o paltarları dəqiq xatırlamadığı taksi vasitəsi ilə ona göndərmişdir. Yazışmalarından birində ondan Pəhlivanla münasibətlərinin necə olduğunu soruşduğu zaman Pərvanə Pəhlivanın onun başına oyunlar açdığını, ona külli miqdarda ziyan vurub malını yeyib taladığını bildirmişdir. Hətta onu evində də saxladığını, anası ilə tanış etdiyini demişdir. Ona narahat olmamasını, onun da Pəhlivandan ayrıldığını, yiyəsiz olmadığını, özünü guya oğru Elşənin qızı kimi təqdim edib İlqarın onun dayısı olduğunu və Lotu Quliyə qohumluğunun çatdığını, həmin cinayətkarların vasitəsi ilə həm öz qısasını həm də Pərvanənin qisasını Pəhlivandan alacağını bildirmişdir. Bir müddət sonra o Pərvanəyə demişdir ki, guya Tural adlı şəxsin vasitəsi ilə Pəhlivanı bıçaqlatdırmış, Tural hazırda Xaçmaz Polisi tərəfindən tutulub və buraxılması üçün 1500 manat pul lazımdır, həmin pulun 1000 manatı o özü verəcək, 500 manatını isə Pərvanə tapsın. Bundan sonra Pərvanə hazırda dəqiq xatırladığı bank vasitəsi ilə xatırlamadığı adamın adına 500 manat göndərmiş və həmin şəxs pulu ona çatdırmışdır. Daha sonra Pərvanə ona bildirmişdir ki, ondan əl çəksin belə işlər ona lazım deyil və onu qara siyahıya atacaqdır. O isə ona qara siyahıya əlavə etsə, onun həyatını qara siyahıya salacağını bildirmişdir. Bundan sonra ona demişdir ki, şəklini göndərdiyi uşağın atasına yazmaq və onunla tanış olmaq lazımdır. Pərvanə imtina etsə də, demişdir ki, özünə problem yaradacaq, o sadə, zəif adam deyil, oğru aləmində olan bir adamdır, hörmətli bir adamdır, əli hər bir yerə çatır və istənilən hərəkəti edə bilir, yaxınlarda da Azərbaycana gələcəkdir. Həmçinin guya uşağın atasının adının Elçin Hüseynov olduğunu demişdir. Bundan sonra bir gün keçmiş özünü Elçin kimi təqdim edərək Pərvanəyə “WhatsApp” proqramından yazaraq, 200 manat təcili pul lazım olduğunu və Cəmiləyə göndərməsini bildirmişdir. Pərvanə yenidən taksi vasitəsi ilə 200 manat pulu ona göndərmişdir. Bundan sonra o gah Elçin adı ilə, gah da öz adı ilə onunla yazışaraq oğru aləminin üzvlərinin adından istifadə edərək hər dəfə Pərvanəyə hədə-qorxu gəlib müxtəlif növ paltarlar, şirniyyatlar və digər yeməli nemətlər almış və həmin paltar, eləcə də şirniyyatların içərisində pul göndərməsini də tələb etmişdir. Hətta bir neçə dəfə onun oğlunun öldürüləcəyini də demişdir. Elçin adı ilə yazışarkən Pərvanə öz çılpaq fotolarını da göndərmişdir. O da şəkili saxlamışdır. Hissə-hissə olmaqla 2018-ci ilin iyun-iyul aylarında ümumilikdə 1835 manat dəyərində paltar və yeyinti məhsulları, habelə paltarların içərisində hissə-hissə olmaqla müxtəlif vaxtlarda 8.365 manat pul, həmçinin müxtəlif banklar vasitəsi ilə tanışları X12, X5 adlarına 1800 manat göndərtmişdir. Lakin həmin şəxslərin onun hədə-qorxularından məlumatı olmamışdır, O bir neçə dəfə oğru aləminin nümayəndələrinin foto-video şəkillərini də göndərmişdir. Ümumilikdə Pərvanənin 12.000 manat pulunu ələ keçirmişdir. Şahid1 bu cinayətə heç bir aidiyyəti yoxdur. O, bu cinayəti maddi imkansızlıq və çətin vəziyyəti ilə əlaqədar törətmişdir. X12 və X5 digər anket məlumatlarını bilmir. Hər iki şəxslə facebook üzərindən tanış olmuşdur. Heç vaxt üzlərini görməmişdir. Onlardan xahiş etmişdir ki, onların adına gələn pulu sonradan ona göndərsinlər. Onlar bu cinayətdən ümumiyyətlə məlumatsızdırlar. Əməlindən səmimi peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin əvvəllərindən tanıyır. Onunla dəqiq xatırlamadığı vaxtda bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Həmin ərəfələrdə Cəmilə ona zəng edərək və sms yazaraq ondan köməklik kimi pul istəmişdir. O da Cəmiləyə müəyyən məbləğlərdə pullar vermişdir. Ona birinci dəfə hamilə olduğunu və uşağı abort etdirmək üçün 150 manat pul lazım olduğunu bildirmiş və o həmin pulu ona göndərmişdir. Bundan sonra ondan yenə pul istəmişdir. O bu dəfə ona pulu olmadığını bildirdikdə, ona birlikdə olduqlarını videoya çəkdiyini və həmin videonu tanışlarına göndərməklə onu rüsvay edəcəyini bildirərək pul tələb etmişdir. O da ona 13 iyul 2015-ci il tarixdə Ramazan adlı sürücünün vasitəsilə 100 manat pu! göndərmişdir. Həmin zaman Cəmilə ona söz vermişdir ki, videonu siləcəkdir. Həmin zaman o Cəmiləyə videonu baxması üçün ona göndərməsini bildirsə də, Cəmilə videonu göndərməmişdir. Bundan sonra Cəmilə onunla həmin video barəsində danışmamışdır. Onunla münasibətləri yenidən normallaşmış və onlar danışıb yazışmağa başlamışlar. Bir müddətdən sonra Cəmilə köməyə ehtiyacı olduğunu və ona köməklik etməsini xahiş etmişdir. Ona müxtəlif bəhanələr gətirərək özünün xəstə olmasını, övladının xəstə olmasını, guya ondan hamilə qaldığını və uşağın dünyaya gəldiyini, həmin uşağın da xəstə olduğunu, uşağın vəfat etdiyini və baş daşı üçün pul lazım olduğunu, ev almaq istədiyini və sair bildirməklə onu aldadaraq 26 iyul 2015-ci il tarixdən 14 mart 2017-ci il tarixdək onun hissəhissə olmaqla 153.887 manat və 4250 ABŞ dolları pulunu ələ keçirmişdir. Bundan başqa Cəmilə ilə danışan zaman özünü Cəmilənin qardaşı arvadı kimi təqdim edən Şahid3 adlı şəxs ona yazaraq həmin videonun onda olduğunu və 2500 manat pui verməyəcəyi təqdirdə həmin videonu yayacağını və onu rüsvay edəcəyini bildirmişdir. O həmin videonu Cəmilənin kompüterindən götürdüyünü bildirmişdir. O da əlacsız qalıb 10 iyun 2016-cı il tarixdə 2500 manat pulu Bərdə rayonu ərazisində Ramazan adlı həmin taksi sürücüsü vasitəsilə Xumarə kimi bildiyi şəxsə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, onunla yazışan elə Cəmilənin özüdür və özünü Xumarə kimi təqdim etmişdir. Cinayət hadisəsi nəticəsində ona ümumilikdə Azərbaycan Respublikası milli pul vahidi ilə 161.650,6 manat maddi ziyan dəymişdir. Şikayət etməzdən əvvəl ona 53.000 manat və istintaq dövründə isə 35.000 manat olmaqla ümumilikdə 88.000 manat pul geri qaytarılmışdır. Hazırda Cəmilə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olur. 2000-ci ildə o İranda Hacı adlı şəxslə tanış olmuş və onunla münasibətləri yarandıqdan sonra ailə qurmuşlar. İranlı Hacı onunla ailə qurduqdan sonra Azərbaycana gəlmiş və burada onun işi ilə tanış olmuşdur. 2002-ci ildə Hacı təklif etmişdir ki, Azərbaycanda kiçik bir alüminium fabriki açsınlar. O təklifi qəbul etdikdən sonra Lökbatan qəsəbəsində şərikli bir sex açmışlar. Həmin sexdə aylıq məvacib alan fəhlələr də işləmişlər. 2005-ci ildə əri Hacı ona bildirmişdir ki, artıq evdə oturmaq lazımdır, onun işləməyə ehtiyacı yoxdur. Bu onun acığına gəlmiş, çünki həmin sexin açılışında onun böyük əməyi və zəhməti olmuşdur. Lakin o ailəsində söz-söhbət olmasın deyə evdə oturmaq məcburiyyətində qalmışdır. Evdə olan günlərin birində gecə saatlarında ona zəng gəlmiş, danışan özünü Şahid1 kimi təqdim edib onların sexdə fəhlə işlədiyini bildirmiş və Hacının onun haqqını yemək istədiyini, gedib haqqını ondan tələb etməsini demişdir. O da onun bu sözlərinə təəccüblənmiş və nəyə görə bu cür danışdığını soruşmuşdur. Pəhlivan isə ona bildirmişdir ki, Hacı onun pulunu ələ keçirib burdan qaçmaq istəyir. O artıq onun bu sözlərindən qorxmuş və ehtiyat etməyə başlamışdır. Həmin vaxtdan bir müddət sonra Hacıdan uzaqlaşmaq üçün barəsində Qaradağ rayon məhkəməsinə şikayət edib haqqını tələb etməyə başlamışdır. Elə həmin vaxtdan o, Pəhlivanın təkidi ilə guya sonuncunun onu kimlərdənsə qoruması və ona iranlı tərəfindən dəyən ziyanı geri qaytarması məqsədilə Pəhlivanın evinə köçmüşdür. O həmin vaxt bir qədər qorxu altında və Pəhlivanın təsiri altında yaşadığı üçün məcbur qalıb onunla yaxınlıq etmişdir. Bir növ qeyri-rəsmi yaşamışlar. Evində iki həftə qaldıqdan sonra o çıxıb ayrıca ev tutub kirayədə yaşamışdır. Kirayə pulunu özü vermiş, Pəhlivan isə onun evinə bəzi hallarda gəlmişdir. Hətta həmin müddətdə o Pəhlivanın əksər xərclərini ödəmişdir. Lakin 2013-cü ildə o artıq onunla münasibətləri kəsmişdir. 2014-cü ildə o Xırdalanda 46.800 manat ödəniş edərək adını xatırlamadığı MTK-dan öz adına 120 kvadrat metrlik mənzil almışdır. Lakin həmin MTK evləri tikib təhvil vermədiyindən 2018-ci ildə o artıq bundan bezib pulunu şirkətdən tələb etməyə başlamışdır. Şirkət ona həmin pulu geri qaytarmaq əvəzinə hər dəfə bəhanə gətirib pulunu qaytarmamışdır. O da məcbur olub Pəhlivana müraciət etmək fikrinə gəlmişdir. Bu səbəbdən 2018-ci ilin iyul ayının əvvələrində o Pəhlivanın nömrəsinə zəng vurub onunla danışmaq istəmiş, lakin onun telefonuna bir qadın cavab vermiş və bildirmişdir ki, Pəhlivan yoxdur. O da onunla artıq bir şey danışmadan zəngi bağlamışdır. Bundan 20 dəqiqə sonra onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə vvhatsapp proqramına Rusiya mobil telefon operatoruna məxsus nömrədən mesaj gəlmişdir. Mesajda onunla salamlaşan qadın kobud danışdığı üçün üzr istəyərək Pəhlivanın arvadı olduğunu demişdir. O da evinin problemi ilə bağlı zəng vurduğunu, bildirmişdir. Növbəti gün yenidən ona Rusiya nömrəsindən vhatsapp vasitəsilə mesaj gəlmiş və mesajda onunla salamlaşan şəxs Pəhlivandan artıq ayrıldığını deyib özünün yetim adam olduğunu, anası və atasının olmadığını bildirərək onunla arada bir zəngləşib yazışmaq istədiyini demiş, o, da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs ilə üzbəüz heç vaxt görüşməmişdir. Telefon danışığı zamanı onunla normal münasibəti yaranmışdır. Onu görməsə belə özünə rəfiqə kimi qəbul etmişdir. Söhbət əsnasında o bir nəfər xəstə uşağa köməklik etdiyini və imkanı olarsa onun da pul göndərməsini istəmişdir, O səhv etmirsə bir neçə dəfə pul göndərdikdən sonra o yenə də təkidlə ondan pul göndərməsini istəmişdir. O pul göndərməkdən imtina etdikdə ona həmin uşağın “Lotu Quli” ləqəbli oğrunun “sağ əlinin” uşağı olduğunu, pul verməsə onun üçün pis olacağını bildirmişdir. O da tək qadın olduğundan qorxmuş və yenidən pul göndərməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin oğru aləminin nümayəndələrinin adlarından istifadə edərək ona, oğluna və nəvələrinə zor tətbiq edəcəyi ilə hədə qorxu gəlib pul tələb etmişdir. Həmçinin onun nömrəsini oğru aləminin nümayəndəsi olan “Elçin” adlı şəxsə verdiyini və həmin şəxslə danışmasını istəmişdir. O imtina etdikdə, onun üçün pis olacağını bildirmişdir. Bundan sonra Rusiya Federasiyasına məxsus nömrədən bir nəfər şəxs onunla yazışmağa başlamışdır. Həmin şəxs özünü “oğru Elşən” kimi təqdim etmişdir. Həmin şəxs də ondan pul istəmiş və həmin pulu Cəmiləyə göndərməsini bildirmişdir. O da 200 manat pulu tanımadığı taksi sürücüsü ilə Cəmiləyə göndərmişdir. Həmçinin “Elçin adlı” şəxslə bir müddət yazışmış, həmin zaman Elçin ondan şəkilini ona göndərməsini istəmişdir. O da ona bir iki yarıçılpaq şəkillərini çəkib göndərmişdir. Lakin sonradan Elçin həmin şəkilləri də onun ailə üzvlərinə, eləcə də digər şəxslərə yayacağı ilə ona hədə qorxu gələrək ondan pul tələb etmişdir. Cəmilə ilə danışan zaman Cəmilə guya bütün şəkilləri Elçindən sildirəcəyini bildirmişdir. Cəmilə ona təkid etmişdir ki, Elçinin istədiyi pulu verib canını qurtarsın. O istintaq zamanı bilmişdir ki, əslində heç bir Elçin adlı şəxs yoxdur, elə onunla yazışan şəxs Cəmilənin özüdür, O yalandan özünü Elçin kimi təqdim edib ondan hədə-qorxu ilə pul tələb etmişdir. O özünü Elçin kimi təqdim edən şəxslə telefonla heç vaxt danışmamış, çünki həmin şəxs ona Rusiya Federasiyasında türmədə cəza çəkdiyini və danışa bilmədiyini demişdir. Buna görə də onlar ancaq Vatsapp proqramı vasitəsilə yazışmışlar. Şahid1 tərəfindən ona heç bir hədə-qorxu gəlinməmişdir. Sadəcə olaraq həmin zaman Cəmilə ilə Pəhlivan bir yerdə yaşamış və o, elə zənn etmişdir ki, bütün bunları Pəhlivan planlaşdırmışdır. Lakin sonradan Cəmilə ilə, eləcə də Pəhlivanın özü ilə də danışan zaman ona məlum olmuşdur ki, Pəhlivanın bu işdə heç bir iştirakı olmamış, bütün bunlar Cəmilənin əməlləri olmuşdur. Təqsirləndirilən şəxs onun özünə və qohumlarına zor göstəriləcəyi, eləcə də yarıçılpaq fotoşəkillərini camaat arasında yayacağı ilə hədə- qorxu gəlib 2018-ci ilin iyun-iyul aylarında hissə-hissə olmaqla ondan ümumilikdə 22.000 manat pulu tələb etmişdir. O da həmin müddətdə Cəmiləyə 12.000 manat məbləğində nağd pul və digər əmlaklar göndərmişdir. Hadisə nəticəsində ona 12.000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 10 ildən artıqdır tanıyır. Onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. O, Pərvanəni onun qeyri-rəsmi əri olan İran vətəndaşı Səfəri Tahiri adlı şəxsin sexində işlədiyi vaxt tanımış, tanış olduqdan sonra Pərvanə həmin şəxsdən ziyan gördüyü üçün ondan İranlı vətəndaşın onun işinə müdaxiləsinə son qoymasını xahiş etmişdir. O da Pərvanəyə bu barədə köməklik göstərmiş və onun sayəsində Pərvanə İranlı vətəndaşın təsirindən yaxa qurtarmışdır. Bundan sonra isə onunla münasibət saxlamağa başlamışdır. Belə ki, onların münasibətləri 2015-2016-cı illərədək davam etmişdir. Sonda onların münasibətlərində soyuqluq yarandığı üçün ondan uzaqlaşmışdır. Lakin bəzi vaxtlarda Pərvanə onunla ünsiyyət yaratmağa can atmışdır. Təqsirləndirilən şəxs isə təxminən 7-8 aydır tanıyır. Onunla internet vasitəsilə sosial şəbəkədə tanış olub münasibət qurmuş və həmin vaxtdan qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. O, Cəmilənin barəsində hər hansı bir cinayət işinin olmasından və onun axtarışda olmasından məlumatlı olmamışdır. Cəmilə Bərdə rayonu Şahvəlilər kəndindən olsa da, özü Bakı şəhərində Qaradağ rayonu ərazisində kirayə ev tutub yaşamışdır, anası və bir azyaşlı övladı kənddə qalmışdır. O da bəzi vaxtlarda Cəmilənin Bakıda kirayə tutduğu evdə gedib qalmışdır. 2018-ci ilin yay aylarının əvvəlində Cəmilə ondan Pərvanə adlı qadının kim olduğunu soruşmuş, o isə həmin qadınla əvvəllər münasibətdə olduğunu bildirmişdir. Cəmilə isə ona bildirmişdir ki, həmin qadın, yəni Pərvanə onun mobil telefonuna yığıb onu soruşmuş, o da telefonu verməmişdir. Bunun üstündə Cəmilə ilə aralarında mübahisə də düşmüş və ona acıqlanaraq Pərvanə adlı qadınla bir daha əlaqə saxlamamasını tapşırmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, onlar onun xəbəri olmadan ünsiyyət qurmuş və Cəmilə həmin ünsiyyətdən istifadə edib Pərvanənin müəyyən məbləğdə pulunu hədə gəlməklə tələb etmişdir. Lakin onun bütün bunlardan məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sabiq həyat yoldaşı olmuşdur. O, Cəmilə İlə 06 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuş və üç ilə yaxın evli qalmışlar. Onlar mobil telefon vasitəsilə tanış olmuşlar. Onların birgə nikahlarından bir övladı dünyaya gəlmişdir. Bundan sonra onların münasibətləri normal olmadığı və xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmağa qərar vermişlər. 03 mart 2015-ci il tarixdə Bərdə rayon məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq boşanmışlar. Daha sonra o, əvvəllər evli olduğu, Ağdaş rayonu Əmirarx kəndində yaşayan əvvəlki ailəsinin yanına qayıtmışdır. Bu müddət ərzində Cəmilə ilə heç bir münasibətləri və ünsiyyəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ona məxsus “VAZ-21033" markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təxminən bir il bundan qabaq Cəmiləni bazara aparanda Cəmilə ona Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin binasına getməsini, orada Kərim adlı şəxsə onun nömrəsini verdiyini, Kərimin ona pul verəcəyini demişdir. Daha sonra Kərim ona zəng edərək onun harada olmasını soruşmuş, o da Bərdə şəhərində olduğunu demişdir. Kərim ona pensiya fondunun binasına gəlməyi demişdir. Bundan sonra o, binaya gəldikdə Kərim orada ona dəqiq yadında olmasa da, 200-300 manat pul vermişdir. Təxminən 5-6 gün keçəndən sonra Kərim ona yenə zəng etmiş və ona təxminən 500-600 manat pul vermişdir. Kərimin verdiyi pulların məbləği artıq qalxmağa başlamış, Kərim 600-700, 1000-1500 manat məbləğində pulları dəfələrlə Cəmiləyə yollamışdır. Kərim pulu ona verəndə, Cəmilənin əməliyyata getdiyini bildirmişdir. Kərim ona müxtəlif vaxtlarda Cəmilənin İstanbulda, Təbrizdə, Almaniyada olmasını, uşağının əməliyyat olunmasına dəfələrlə yolladığı pulları Cəmiləyə göndərməsini bildirmişdir. Lakin heç bir zaman o, həmin pulları nə Almaniyaya, nə İstanbula, nə Gürcüstana, nə Təbrizə yola salmamışdır. Həmin pulların hamısını Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan Cəmiləyə aparıb vermişdir. O, Kərimdən ən böyük məbləğlər olaraq 18000 manat, 16000 manat, 14000 manat, 12000 manat, 8000 manat məbləğində pullar almış, Şahvəlilər kəndinə aparıb vermişdir. O hər dəfə Kərimdən pul alıb aparanda, Kərim ona 5, 10, 15, 20 manat pul vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Cəmilə, Xumarə, Günel adlı qadınlar tərəfindən şantaj olunmasını bilmədiyini, Kərimin pulları başqa ölkələrə çatdırmalı olduğunu desə də hər dəfə pulları Bərdə rayonu Şahvəlilər kəndinə gətirib çatdırdığını, “Beynəlxalq Bank” vasitəsilə Cəmilənin qardaşı Şöhrətin adına “Beynəlxalq Bank” vasitəsilə bir dəfə 200 manat, bir dəfə isə 500 manat pul yolladığını, Bərdə rayon mərkəzi poçtu vasitəsilə isə bir dəfə 300 manat pul yolladığını və həmin pulları isə Cəmilədən aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Şahid4 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların bir oğlu dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun baldızıdır, Cəmilə iki dəfə ailə həyatı qurmuş, lakin hər ikisindən də boşanmış və bu nikahlardan onun bir övladı dünyaya gəlmişdir söyləmişdir. Cəmilənin oğlunun adı Əlidir. O, Zərərçəkmiş şəxs1 adını eşitməmiş, onun qayınatası Əmrahın xalası oğlu olduğunu bilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 heç vaxt üzünü belə görmiş, nə “Whatsapp", nə “LİNE” şəbəkəsi vasitəsilə heç kimə heç bir şey yazmamış və video barədə xəbəri olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs onun ailəsinə nə qədər pul vermişdir. Lakin Cəmilə onların evlərini alan zaman təxmini olaraq 15000 manat pul vermişdir. Bundan başqa həmin evin təmirinə 5000 manat, birinci dəfə avtomobil alanda isə Cəmilənin onlara 8200 manat pul verdiyini demişdir. Həmin avtomobili əri Şöhrət 9000 manata satmış, ikinci avtomobili olan “Hundai Grandeur” alan zaman isə Cəmilə təxmini olaraq əlavə 18000 manat pul vermişdir. Başqa vaxtları isə Bakıdan Bərdə rayonuna gələn zaman onların əksər xərclərinin hamısını Cəmilə ödəmişdir. O, nə özü, nədə uşağı xəstə olmamış, nə Gürcüstan Respublikasına, nə də Təbriz şəhərinə getməmiş, ümumiyyətlə xarici pasportu olmamışdır. O, Cəmilənin əri Şöhrətə verdiyi pulların qohumu olan və təqaüd fondunda işləyən Zərərçəkmiş şəxs1 köməyi ilə müəyyən işlər düzəltməsi müqabilində Zərərçəkmiş şəxs1 tərəfindən ona verildiyini bilmişdir. Bundan başqa Cəmilə ona Fərid adlı sevgilisinin olmasını, Fəridin onun üçün pul xərcləməsini, həmin pulları isə Fəridin ona verməsini bildirmişdir. X14 Babayevi şantaj edərək pul almasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xumarə ilə 2012-ci ildə ailə həyatı qurmuşdur, onların həmin nikahdan Turan adlı bir oğulları dünyaya gəlmişdir. Cəmilə onun bacısıdır və Cəmilə iki dəfə ailə həyatı qurmuş, həmin nikahlardan bir övladı dünyaya gəlmişdir. Cəmilə atası Əmrah və anası Simuzərlə birlikdə Bərdə rayonu Şahvəlilər kəndində yerləşən evlərində yaşamışdır. Zərərçəkmiş şəxs1 onun atası Əmrahın xalası oğludur və onunla münasi yoxdur. Təxminən bir il bundan qabaq Zərərçəkmiş şəxs1 ona zəng vuraraq, atasının xalası oğlu olmasını, maaşının nə qədər olmasını soruşmuş, o da Zərərçəkmiş şəxs1 191 manat maaş aldığını demişdir. Zərərçəkmiş şəxs1 Pirallahı rayonunun icra hakimiyyəti başçısının və ya onun müavininin nömrəsini ondan istəmiş, o isə buna heç bir ehtiyac olmadığını bildirmişdir. Bundan sonra onunla Zərərçəkmiş şəxs1 arasında heç bir əlaqə olmamışdır. O, həmçinin heç vaxt Zərərçəkmiş şəxs1 mesaj yazmamış, zəng etməmiş və ondan heç vaxt pul istəməmişdir. X14 Babayevi aldadaraq şantaj yolu ilə onun pullarını ələ keçirməsindən də xəbəri olmamışdır. Bundan əlavə Cəmilə ona 2016-cı ilin yanvar ayında “Mercedes” markalı avtomobili alan zaman 8000 manat pul vermiş 2016-cı ilin yayında ev almaq üçün 20000 manat pul, 2017-ci ilin yanvar ayında isə “Hundai Grandeur” markalı avtomobil alan zaman isə 18000 manat pul vermiş, evin kreditinə isə ayrı-ayrı vaxtlarda cəmi 6500 manat pul vermişdir. Sonradan isə “Hundai Grandeur" markalı avtomobili 28500 manata sataraq özünə 16500 manata “Mercedes Benz E350” markalı ** MZ *** dövlət nömrə nişanlı avtomobili almışdır. Onun həyat yoldaşı Xumarə Zərərçəkmiş şəxs1 tanımır və bu olanlardan xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsində oxuyur. Təqsirləndirilən şəxs onun anasının xalası qızıdır. O, Cəmiləni bir il bundan əvvəl tanımışdır. Belə ki, 2016-cı ilin avqust ayında Cəmilə ailəsini yaşadığı Bərdə rayonu Şahvəlilər kəndinə qonaq dəvət etmiş, o da ailəsi ilə birlikdə Cəmilə gilə qonaq getmişdir. Bu zaman Cəmiləni qohum kimi tanımışdır. Həmin vaxtdan sonra Cəmilə 2-3 aydan bir Ağdam rayonu Ayaqqərvənd kəndinə nənəsi Malığın evinə gəlmiş və o da Cəmiləni orada görmüşdür. Cəmilə heç vaxt onların Ağdam rayonu Paşabəyli kəndində yerləşən evlərinə gəlməmişdir. 2017-ci lin fevral ayında Cəmilə onların Bakıdakı evinə qonaq gəlmişdir. O, sonuncu dəfə Cəmiləni 18 mart 2017-ci il tarixdə Bərdə rayonu Şahvəlilər kəndində yerləşən özünün yaşadığı ata evində görmüşdür. Belə ki, həmin gün Cəmilənin oğlu Əlinin sünnət məclisi keçirilmişdir. Onlar da ailəvi şəkildə məclisə dəvət olunduqlarından anası Xatirə, dayısı Səxavət və onun ailəsi ilə birlikdə həmin məclisdə iştirak etmişlər. O, bundan sonra Cəmiləni görməmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəmilənin tutulduğunu eşitmiş, ancaq onun nə üçün tutulduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir münasibəti olmamış, Zərərçəkmiş şəxs1 heç vaxt şəkil göndərməmiş, şəkillərini “Whatsapp” şəbəkəsi vasitəsilə Cəmiləyə göndərmiş, Təqsirləndirilən şəxs hədə- qorxu gələrək Zərərçəkmiş şəxs1 pullarını ələ keçirməsindən xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş 27 aprel 2017-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 İstifadə etdiyi «Samsung Duos A 3» markalı mobil telefonuna baxış keçirilmiş və «Line» sosial şəbəkəsində «gözel» təxəllüsü ilə 23 yanvar 2017-ci il tarixdən başlanmış yazışmaların olması, həmin yazışmalarda Zərərçəkmiş şəxs1 yazan şəxsin onda video olmasını, həmin videonu ondan istəmələrini, onun işlədiyi yerdə ona problem yaratmaları, əvvəllər ona qarşı səhv etdiyini, onu bir daha hədələməyəcəyini, xəstə olduğunu yenə ona pul lazım olduğunu, Cəmilədən olan “Arzu” adlı qızının ölməməsini, həmin uşağın Cəmilə tərəfindən uşaq evinə qoyulmasını, sadəcə olaraq göndərilən qəbir şəklinin yalnış olmasını, amma hansı uşaq evində olmasını bilmədiyini, Cəmilənin ona yalan deməsini dediyi mesajlarla öz əksini tapmışdır. «Line» şəbəkəsində «Zika» təxəllüsü ilə yazlımış sms mesajlarına baxış zamanı isə yazışmanın 12 mart 2017-ci il tarixdə başlaması, 02 aprel 2017-ci il tarixdə bitməsi, yazışmalarda Xumarədə olan videonun necə olmasını, Xumarənin isə həmin viedonun kompüterdə olmasını bildirməsi, Cəmilənin Arzu adlı qızının ondan olmamasını, hər şeyin yalan olmasını, Xumarənin isə ona Cəmilənin başqa kişi ilə olmamasını bildirməsini, Arzunun Kərimin uşağı olmasını, Xumarə adlı şəxsin özünə məxsus olan şəkilləri Zərərçəkmiş şəxs1 göndərməsi, Cəmilnənin oğlunun sünnətində olmaması, əri Şöhrətdən ayrılması, onunla barışmaq istəməməsini, sonradan Kərimin ona hər şeyi bildiyini deməsi və hədə qorxu gələrək, ondan pul alınmasını, buna görə polis və prokurorluğa şikayət edəcəyini deməsi, sonradan isə isə onun heç bir günahı olmaması, Zərərçəkmiş şəxs1 isə ona verdiyi pulları geri qaytarması barədə sözlər öz əksini tapmışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş "Diskə baxış keçirilməsi haqqında” 05 avqust 2017-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 28 iyul 2017-ci il tarixli, 18422 nömrəli müşayiət məktubu ilə daxil olmuş 02 ədəd diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakıları aşkar edilmişdir: 13.07.2015-ci il tarixdə uşağına görə 100 manat pul istəməsi və verməyəcəyi təqdirdə videonu yaymaqla hədələməsi; 26.07.2015-ci il tarixdə başında problem olduğu üçün 1000 manat pul istəməsi; 06.09.2015-ci il tarixdə Xumarə xəstə olduğu üçün 250 manat pul istəməsi; 01.11.2015-ci il tarixdə oğlu xəstəxanada olduğu üçün 300 manat pul istəməsi; 10.11.2015-ci il tarixdə aptekə borcunu ödəməsi üçün 247 manat pul istəməsi; 13.11.2015-ci il tarixdə yeyib-içmək almaq üçün15 manat pul istəməsi; 24.11.2015-ci il tarixdə özü xəstə olduğu üçün 800 manat pul İstəməsi; 27.11.2015-ci il tarixdə Xumarəyə verməsi və özünün xərcləməsi üçün 1150 manat pul istəməsi; 01.12.2015-ci il tarixdə Xumarəyə 200 manat yollanılması; 03.12.2016-cı il tarixdə Cəmilənin əməliyyat olunması üçün 2000 dollar pul istəməsi; 09.12.2015-ci il tarixdə 600 manat Xumarəyə və 20 manat Cəmiləyə xərclik üçün göndərilməsi; 12.12.2015-ci il tarixdə Cəmilənin böyrəyindən əməliyyat olunması üçün 900 dollar pul göndərilməsi; 25.12.2015-ci il tarixdə Xumarənin borcunu verməsi və Cəmiləyə xərclik üçün 900 dollar göndərilməsi; 26.12.2015-ci il tarixdə 350 manat Xumarəyə və 50 manat Cəmiləyə olmaqla 400 manat pul göndərilməsi; 28.12.2015-ci il tarixdə Xumarə xəstələndiyi üçün 2000 manat göndərilməsi; 30.12.2015-ci il tarixdə Cəmilənin pulu qurtardığı üçün 100 manat göndərilməsi; 08.01.2016-cı il tarixdə Xumarə xəstə olduğu üçün 3000 manat pul istənilməsi; 11.01.2016-cı il tarixdə Xumarə xəstə olduğu üçün 2150 manat pul istənilməsi; 19.01.2016-cı il tarixdə 270 manat Xumarəyə, 130 manat isə Cəmiləyə xərclik üçün olmaqla 400 manat göndərilməsi; 25.012016-cı il tarixdə 300 manat Xumarənin həkimi, 200 manat isə Cəmilə üçün 500 manat pul istənilməsi; 08.02.2016-cı il tarixdə Cəmilənin xərcləri üçün 800 manat pul istəməsi; 10.02.2016-cı il tarixdə Cəmilənin əməliyyat olunması üçün 1050 manat göndərilməsi; 15.02.2016-cı il tarixdə Cəmilənin həkimi, dərmanları və resepti üçün 680 manat pul istənilməsi; 17.02.2016-cı il tarixdə Cəmilənin dərmanları və resepti üçün 350 manat göndərilməsi; 22.02.2016-cı il tarixdə Cəmilənin dərmanları və resepti üçün 350 manat göndərilməsi; 23.02.2016-cı il tarixdə Xumarəyə işə görə borc verməsi adı ilə 1000 manat pul istənilməsi; 26.02.2016-cı il tarixdə Cəmilənin dərmanlarını alması üçün 210 manat pul istənilməsi; 29.02.2016-cı il tarixdə Cəmilənin dərmanlarını, yeməyini alması üçün 300 manat istənilməsi; 05.03.2016-cı il tarixdə Cəmilənin dərmanlarını alması üçün 350 manat göndərilməsi; 15.03.2016-cı il tarixdə 1350 manat Cəmilənin əməliyyatına, 50 manat isə Cəmilənin özünə olmaqla 1400 manat pulun göndərilməsi; 18.03.2016-cı il tarixdə Cəmilənin dərmanlarım alması üçün 500 manat pul istəməsi; 18.04.2016-cı il tarixdə Cəmilənin oğlu Əlinin xəstəliyinin müalicəsi üçün 1220 manat istəməsi; 22.04.2016-cı il tarixdə Cəmilənin oğlu Əlinin xəstəliyinin müalicəsi üçün 455 manat istəməsi 25.04.2016-cı il tarixdə Cəmilənin oğlu Əli xəstə olduğu və Cəmilənin pulu qurtardığı üçün 980 manat göndərilməsi 27.04.2016-cı il tarixdə tanışı Sevdanın qızına kömək etmək üçün Cəmiləyə 320 manat göndərilməsi 02.05.2016-cı il tarixdə 500 manat Cəmilənin tanışı Sevdaya kömək etməsi üçün, 100 manat isə Cəmiləyə lazım olduğu üçün 600 manat göndərilməsi 05.05.2016-cı il tarixdə Cəmilənin iynələri və yeyib-içməyi üçün 500 manat istəməsi 12.05.2016-cı il tarixdə 1300 manat Cəmilənin oğlu Əlinin əməliyyatı üçün, 120 manat Cəmilənin borcu olduğu üçün, 30 manat isə xərcləməsi üçün olmaqla 1450 manat göndərilməsi 16.05.2016-cı il tarixdə Cəmiləyə uşağının ehtiyaclarını ödəyə bilməsi üçün 750 manat pul göndərilməsi 10.06.2016-Cı il tarixdə Xumarə onu hədələdiyinə və borcu olduğuna görə 2500 manat göndərilməsi 17.06.2016-cı il tarixdə Cəmilənin uşağı Əlinin dərmanları üçün 300 manat pul İstəməsi 21.06.2016-cı il tarixdə Arzu adlı qızı xəstə olduğu üçün 2100 manat 22.06.2016-cı il tarixdə Xumarəyə 300 manat göndəriməsi 23.06.2016-cı il tarixdə Xumarənin qardaşı üçün 700 manat istəməsi 27.06.2016-cı il tarixdə Arzunun xəstəliyinin müalicəsi və xərclik üçün 2000 manat istənilməsi 28.06.2016-cı il tarixdə Arzu adlı qız yenidən xəstələndiyi üçün 1000 manat göndərilməsi 01.07.2016-cı il tarixdə Arzunun həkimlərinə və yeyib-içməyə görə 3180 manat göndərilməsi 03.07.2016-cı il tarixdə X7 aparmalı olduğu üçün 8500 manat istəməsi 11.07.2016-cı il tarixdə Leyla adlı şəxsə 400 manat göndərilməsi 20.07.206-cı il Günel adı ilə yazan Cəmilənin 3880 manat istəməsi 22.07.2016-cı il tarixdə Cəmiləyə 150 manat göndərilməsi 26.07.2015-cı il tarixdə Cəmilənin iynələri və xərcliyi üçün 800 manat istəməsi 29.07.2016-cı il tarixdə Arzu adlı uşağın qəbrini düzəltdirməsi üçün 980 manat pul istənilməsi 02.08.2016-cı il tarixdə 2800 manat Cəmilənin borcu, 500 manat Günelə boyunbağı alması üçün, 100 manat isə Cəmilənin özünə xərclik üçün 3400 manat göndərilməsi 04.08.2016-cı il tarixdə Pərvizin borcunu ödəməsi üçün 450 dollar və 1300 manat göndərilməsi 08.08.2016-cı il tarixdə Pərvizə uşağı xəstə olduğu üçün 800 manat pul göndərilməsi 08.08.2016-cı il tarixdə 800 manat həkimə, 450 manat borca, 200 manat isə Leylaya və Cəmilənin uşağına lazım olan şeyləri alması üçün olmaqla 1450 manat göndərilməsi 11.08.201-cı il tarixdə 1340 manat Günelə, 100 manat isə Cəmiləyə olmaqla 1440 manat göndərilməsi 12.08.2016-cı il tarixdə uşağın resepti üçün 500 manat göndərilməsi 15.08.2016-cı il tarixdə 250 manat Günelin aptekə olan borcunu verməsi, 50 manat Cəmiləyə xərclik üçün olmaqla 300 manat göndərilməsi 18.08.2016-cı il tarixdə əməliyyatın baş tutması üçün 1200 manat istənilməsi 24.08.2016-cı il tarixdə Xəstəxana xərcləri, dava-dərmanların pulu üçün 1600 manat istəməsi 26.08.2016-cı il tarixdə Cəmiləyə 480 manat göndərilməsi 30.08.2016-cı il tarixdə 2000 manat qıza, 400 manat isə Cəmilənin özünün xərcləməsi üçün 2400 manat göndərilməsi 31.08.2016-cı il tarixdə Cəmilənin müalicə xərcləri üçün 600 manat istəməsi 01.09.2016-cı il tarixdə iynələrin alınıb vurulması üçün 580 manat göndərilməsi 02.09.2016-cı il tarixdə analiz etdirilməsi üçün 110 manat göndərilməsi 05.09.2016-cı il tarixdə aylıq kirayə pulunun ödənilməsi üçün 130 manat göndərilməsi 05.09.2016-cı il tarixdə dərmanların pulunun ödənilməsi üçün 100 manat göndərilməsi 06.09.2015-cı il tarixdə aptekdən lazım olan dərmanların alınması üçün 290 manat göndərilməsi 08.09.2016-cı il tarixdə aptekdən lazım olan dərmanların alınması üçün 380 manat göndərilməsi 09.09.2016-cı il tarixdə 6200 manat xəstəxana xərclərinin ödənilməsi, 1800 manat isə Xumarəyə çatdırılması üçün olmaqla 8000 manat göndərilməsi 15.09.2016-cı il tarixdə Cəmiləyə lazım olduğu üçün 1070 manat göndərilməsi 16.09.2016-cı il tarixdə 6500 manat həkimlərin pulunun ödənilməsi, 3000 manat Taryelə verilməsi, 200 manat Xumarəyə çatdırılması üçün olmaqla 9700 manat göndərilməsi 19.09.2016-cı il tarixdə həkimin pulunun ödənilməsi üçün 1600 manat göndərilməsi 22.09.2016-cı il tarixdə evə təzə qapı alınması, yemək, pal-paltar alınması üçün 950 manat göndərilməsi 22.09.2016-cı il tarixdə Günelə 1270 manat göndərilməsi 27.09.2016-cı il tarixdə Günel istədiyi üçün ona 1500 manat göndərilməsi 03.10.2016-cı il tarixdə əməliyyatın baş tutması üçün Günelə 550 manat göndərilməsi 07.10.2016-cı il tarixdə əməliyyat pulu üçün 1500 manat göndərilməsi 07.10.2016-cı il tarixdə Xumarəyə ehtiyac olduğu üçün 200 manat göndərilməsi 11.10.2016-cı il tarixdə tarixdə Cəmiləyə 1000 manat göndərilməsi 15.10.2016-cı il tarixdə Cəmiləyə qan köçürülməsi üçün 5070 manat istənilməsi 17.10.2016-cı il tarixdə evə köçməyə və digər xərcləri ödəməyə görə 2600 manat göndərilməsi 22.10.2016-cı il tarixdə tarixdə Cəmilənin yatdığı xəstəxanaya verilməsi üçün 2400 manat istənilməsi 25.10.2016-cı il tarixdə türk tibb bacısına həkimə çatdırması üçün 5600 manat göndərilməsi cı il tarixdə Cəmilənin köçdüyü evin kirayə pulunu ödəmək üçün 1000 manat göndərilməsi cı il tarixdə dəfn mərasiminin keçirilməsi üçün 1000 manat göndərilməsi 28.10.2016-cı il tarixdə Cəmilənin əməliyyat olunması üçün 2500 manat göndərilməsi 29.10.2016-cı il tarixdə dəfn işləri və Cəmiləyə lazım olan dərmanların alınması üçün 800 manat göndərilməsi 01.11,2016-cı il tarixdə Xumarəyə 900 manat göndərilməsi 03.11.2016-cı il tarixdə üç qəbrin hazırlanması üçün lazım olan pulun ödənilməsi üçün 4500 manat göndərilməsi 08.11,2016-cı il tarixdə aptekdən alınan dərmanların və tibb bacısının pulunu ödəmək üçün 1800 manat istənilməsi 14.11,2016-cı il tarixdə Cəmilənin xəstəxana xərcləri üçün 5370 manat göndərilməsi 16.11,2016-cı il tarixdə Xumarəyə 2000 manat göndərilməsi 17.11.2016-cı il tarixdə Cəmiləyə 400 manat göndərilməsi 24.11,2016-cı il tarixdə Cəmilənin oğlu Əlinin xəstəliyinin sağaldılması üçün 5300 manat göndərilməsi 06.12.2016-cı il tarixdə aptekdən alınan dərmanlar və iynələr, həkimin pulunun ödənilməsi üçün 1220 manat göndərilməsi 20.12.2016-cı il tarixdə Xumarənin kredit borcu üçün 240 manat göndərilməsi 23.12.2016-cı ii tarixdə həkimə dərmanlara görə pul verilməsi üçün 380 manat göndərilməsi 07.01.2017-ci il tarixdə Xumarənin oğlunu Taryelin qaçırması üçün 5200 manat göndərilməsi 13.01.2017-ci il tarixdə evin borcu və həkimə pul verilməsi üçün 3500 manat istənilməsi 02.02.2017-ci il tarixdə Xumarənin kredit borcu üçün 240 manat göndərilməsi 17.02.2017-ci il tarixdə Cəmilənin dərmanlarının alınması üçün 200 manat göndərilməsi 10.03.2017-ci il tarixdə Cəmilənin dərmanlarının alınması üçün 180 manat göndərilməsi ci il tarixdə tarixdə Cəmilənin əməliyyat olunması və oğlu Əlinin əməliyyatı üçün 6400 manat pul istənilməsi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Bunlar 22 noyabr 2012-ci il təvəllüdlü X11 və 13 noyabr 2020-ci il təvəllüdlü X3r. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nigahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 Salam oğlu ilə 29 avqust 2020-ci il tarixdə rəsmi boşanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 59.1.12-ci maddələrinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar toplanmaqla ona cəza təyin edilməli, 26 aprel 2017-ci il tarixdən 28 aprel 2017-ci il tarixinə qədər şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 07 sentyabr 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixə qədər həbsdə və ev dustaqlığında olduğu 1 il 5 ay 25 gün, cəmi 01 il 05 ay 27 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəsasından çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan 22 noyabr 2012-ci il təvəllüdlü X11 və 13 noyabr 2020-ci il təvəllüdlü X2 gələcək taleyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzanın icrası himayəsindəki azyaşlı uşaqların hər biri on dörd yaşlarına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təxirə salınmasında məhkəmənin əsas məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, azyaşlı uşaqlara zəruri şəraiti təmin etmək imkanını, onların tərbiyəsinə olan münasibətini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 26 aprel 2017-ci il tarixdən 28 aprel 2017-ci il tarixinə qədər şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 07 sentyabr 2018-ci il tarixdən 03 mart 2020-ci il tarixə qədər həbsdə və ev dustaqlığında olduğu 1 il 5 ay 25 gün, cəmi 01 il 05 ay 27 gün müddət ona təyin edilmiş cəzadan çıxarılmaqla üzərində qəti olaraq 05 (beş) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs azyaşlı uşaqları – 22 noyabr 2012-ci il təvəllüdlü X11 və 13 noyabr 2020-ci il təvəllüdlü X2 hər biri on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1005/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1005/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver