Məhkəmə qərarları › İş №1(101)-1005/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1005/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1005/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,müdafiəçi – Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,”AB» YS ev 66, mənzil 33-də qeydiyyatda olan və Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 69, mənzil 21-də yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs qızı“Super personal” işə düzəltmə Agentliyi ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış xəstə baxıcısı xidmətinin göstərilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli 0054 nömrəli müqavilə əsasında 27 sentyabr 2021 -ci il tarixdən etibarən aylıq 700 manat əmək haqqı müqabilində Zərərçəkmiş şəxs1 xəstə anası X2 qulluq göstərmək məqsədilə sonuncunun övladı Zərərçəkmiş şəxs2 və nəvəsi Şahid ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 251A saylı evin 133 saylı mənzilində işə başladığı gündən özünün davranışı ilə qısa müddət ərzində ev sahiblərində dürüst şəxs kimi özünə qarşı inam və etibar qazanaraq mənzildə sərbəst hərəkət etmək və xəstə baxıcılığı ilə yanaşı mənzildəki istənilən yerdə təmizlik işləri aparmaq imkanı əldə etdiyindən Zərərçəkmiş şəxs2 məxsus yataq otağında təmizlik işləri apararkən paltar dolabında xeyli miqdarda pul vəsaitinin və qızıl- zinət əşyalarının olduğunu aşkar etdikdən sonra tamah məqsədi ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş və bu məqsədlə təxminən 22-23 oktyabr 2021 -ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 251A saylı evin 133 saylı mənzilindəki yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9000 ABŞ dolları məbləğində nağd pulu və 1000 manat dəyərində brilyant qaşları olan, 585 əyarlı sarı qızıldan hazırlanmış bir cüt sırğa- üzük dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 16.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 25-26 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 anası X3 qulluq göstərmək üçün Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 251A saylı evin 133 saylı mənzilində olarkən öz təşəbbüsü ilə X4 yataq otağında təmizlik işləri apardığı vaxt yataq otağında olan “Diplomat” adlanan çamadanda külli miqdarda pul vəsaitinin və qızıl-zinət əşyalarının olduğunu aşkar etdikdən sonra tamah məqsədi ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş və çamadandan Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulu, habelə 5000 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış bir ədəd kişi üzüyü və anasına aldığı 3000 manat dəyərində, üzərlərində brilyant qaşlar olan, 585 əyarlı san qızıldan hazırlanmış bir üzük və 2 sırğadan ibarət dəsti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 külli miqdarda, ümumilikdə 178.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 29 oktyabr 2021-ci il tarixdə X2 qulluq göstərmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251A saylı evin 133 saylı mənzilində olarkən Zərərçəkmiş şəxs2 məxsus əl çantasından tamah məqsədi ilə qəsdən 200 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Səidə xanımın evində onun anasına baxmaq üçün dayə kimi işləmiş, Səidəni də oradan tanımışdır. Belə ki, Səidə agentliyə müraciət edərək analarına baxmaq üçün işçi axtarmışlar, Asəf müəllim onunla müqavilə bağlamış, bacısı Səidə xanımın evində anasına baxacaqmış. Bir müddət işləmiş, onlardan çox razı qalmışdır. O, Asəf müəllimin anasına baxdığı müddətdə anası artıq yeriməyə başlamışdır, Asəfin anası evdə çox gəzmədiyindən öz istəyi ilə ev işlərinidə görmüşdür. Həmin ərəfədə onun maddi vəziyyəti yaxşı olmadığı, pula çox ehtiyacı olmudur. Belə ki, həyat yoldaşı bıçaqlama cinayətindən həbsdə olmuş, oğlu hərbi xidmətdə olmuş, bir qızı da onun himayəsində olduğundan çatdırıb dolana bilməmişdir. Bu səbəbdən də bir dəfə Səidə xanımın əşyalarının arasından 9000 ABŞ dolları pul götürmüş, lakin artıq oğurluğun üstü açıldığından səhərisi qaytarıb vermişdir. Evdə sərbəst gəzmişdir, ona görə də bir gün evdə otaqda olan qara rəngli diplomatın ağzını açdıqda orada paçkalarda ABŞ dollarları olduğunu görmüşdür. Həmin paçkalardan birinin ağzı açıq vəziyyətdə olmuş, həmin açıq paçkanı götürmüşdür. Sonra saydıqda, həmin açıq paçkada 80000 ABŞ dolları olduğunu görmüdür. Həmin pulu qaytarmaq fikri olmuş, lakin, oktyabr ayının 12 yoldaşının məhkəməsi olmuş, ona görə çatdıra bilməmiş, pulu evdə saxlamağa qorxduğundan aparıb banka qoymuşdur. Sonra pulun götürüldüyü bilinmiş və həmin pulu bankdan çıxarıb gətirib Asəf müəllimə qaytarmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, anasına yaşla bağlı daimi nəzarət lazım olmuşdur. 2021-ci ilin oktyabr ayının 24-ü şirkətdə Lamiyə xanımla müqavilə bağlamışlar. Hər şey əvvəl çox yaxşı olmuş, sonra noyabr ayının əvvəlində, o, rayonda olmuş, bacısı ona zəng etmişdir ki, evdən oğurluq hadisəsi baş verib. O da bildirmişdir ki, başqa bir yol yoxdu yalnız polisə müraciət etmək lazımdır. Elə də etmişlər və polisə müraciət edilmiş, həmin axşam bacısına məxsus 9000 ABŞ dollar və qızıl əşyalar olmuş, həmin qızıllar qaytarılmışdır. Onun pulları bacısıgildə olmuş, bacısından diplomatın yerində olub olmadığını soruşmuş, bacısı diplomatın yerində olduğunu bildirmiş, lakin içinə baxmamışdır. Rayondan qayıdandan sonra evə gəlmiş və diplomatı açdıqda əvvəl 200000 ABŞ dolları oğurlandığını zənn etmiş, sonra dəqiqləşdirdikdə, 100000 ABŞ dollar pulun oğurlandığını bilmişdir. Orada qızıl üzüyü və anasına məxsus bir qızıl üzük və iki cüt qızıl sırqa oğurlandığını bilmişdir. Sonra o, Nəsimi rayon polis idarəsinə müraciət etmiş və cinayət işi balamışdır. Zərər çəkmiş şəxs həmçinin bildirmişdir ki, ona dəymiş ziyan ödənilmiş, onun Lamiyəyə qarşı şikayəti və tələbi yoxdur, barışmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, anasının vəziyyəti ilə əlaqədar məcbur olub demişdir ki, anasına baxması üçün bir adam işə götürsünlər. Çün ki, qızı işləmiş, o özü işləmiş, anasına baxan olmamışdır. Bu səbəbdən də qardaşı Asəf agentliklə görüşüb Lamiyə xanımla müqavilə bağlamış və Lamiyə aylıq 700 manat müqabilində anasına baxmağa başlamışdır. 2021-ci ilin oktyabr ayının 24 ü müqavilə bağlanmış, ayın 27 dən onların evində işləməyə başlaış, öz təşəbbüsü ilə ev işlərinidə görmüşdür. Anası günün əsas hissəsini yatılı olmuş, çün ki, dərmanlar qəbul etmiş, həmin dərmanlar anasını yatırmışdır. Gün ərzində də Lamiyə öz təşəbbüsü ilə evin işlərini görmüşdür. Biri-birilərinə çox gözəl münsibət bəsləmişlər. Heç vaxt ağıllarına da gəlməzdi ki, evlərindən oğurluq hadisəsi baş verər. 2021-ci ilin oktyabr ayının 29 da onu toya dəvət etmişlər həmin gün hər şey üzə çıxmışdır. O, toya gedəndən sonra artıq evdə oğurluqlar başlamış və sonrada polisə müraciət etmişlər, hər şey ondan sonra aşkara çıxmışdır. Zərər çəkmiş şəxs həmçinin bildirmişdir ki, ona dəymiş ziyan ödənilmiş, onun Lamiyəyə qarşı şikayəti və tələbi yoxdur, barışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı Ticarət bankında mühasib iləyir, Zərərçəkmiş şəxs2 anasıdır, Zərərçəkmiş şəxs1 isə dayısıdır. Təqsirləndirilən şəxs isə şirkət vasitəsi ilə tanımışdır. Belə ki, nənəsi insult keçirmiş və yer xəstəsi olmuşdur. Təqribən 2-3 ay nənəsinə özləri baxmış, lakin, anası ilə o, işlədikləri üçün ona baxmağa adam axtarmışdır. O, axtarıb şirkəti tapmış, elə bilmişdir ki, şirkət həmin şəxslərin əməllərinə görə məsuliyyət daşıyır lakin məsuliyyət daşımırmış. Şirkəti də o, axtarıb Lamiyə xanımı tapmış, dayısı şirkətə gedib Lamiyə xanımla müqavilə bağlamış və Lamiyə xanım onun nənəsinə baxmağa başlamışdır. Lamiyə bir aya yaxın evlərində işləmiş, həmin müddətdə də özünü yaxşı insan kimi tanıtmışdır. Bir gün anası demişdir ki, onun əşyalarının içindən 9000 ABŞ dollar və brilyant dəst yoxa çıxıb. Dayısı ilə əlaqə saxlamışlar və polisə müraciət etmişlər, həmin axşam Lamiyə pulları qaytarmışdır. Ümumiyyətlə Lamiyə onunda cibindən az miqdarda pullar götürmüşdür, o, zənn etmişdir ki, pulları itirir. Sonradan dayısının külli miqdarda pulunun oğurlandığını bilmişlər və dayısı polisə müraciət etmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 12 noyabr 2021-ci il tarixdə, saat 13:04:07-də Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Q.Qarayev prospekti 61 ünvanında yerləşən Neftçilər filialında 60.000 ABŞ dolları 1,7 kursla Azərbaycan manatına dəyişdirilərək 102.000 manat əldə etmiş və əldə etdiyi puldan 100.000 manatını həmin tarixdə illik 10 faiz gəlir əldə etmək şərtilə 12 ay müddətinə bağlanmış “Sirlər Xəzinəsi əmanəti” adlanan, 476/D- 21 saylı müddətli əmanət müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına əmanət kimi saxlanılması üçün qoymuşdur. Təqsirləndirilən şəxs ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli, 476/D-21 saylı “Sirlər Xəzinəsi əmanəti” adlanan müddətli əmanət müqaviləsi, 100.000 manat məbləğində pulun banka mədaxil edilməsini təsdiq edən qəbz və 60.000 ABŞ dollarının Azərbaycan manatına dəyişdirilməsini təsdiq edən qəbz iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aid puldan 100000 ABŞ dolları deyil diplomatdan cəmi 80000 ABŞ dolları məbləqində pulu götürdüyü barədə göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsini göstərir, onun əməli zərər çəkmiş şəxslərin ifadələri, şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sənədlərlə təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və zərərçkəmiş şəxslərin ona qarşı şikayələrinin və tələblərinin olmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını zərərçkəmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib peşimançılıq hissi keçirməsi, bir evladının hərbi xidmətdə olması, həyat yoldaşının həbsdə olması və onun ailədə yeganə qazanc gətirən şəxs olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən qismən də olsa səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 1 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı arasında bağlanmış 12 noyabr 2021- ci il tarixli, 476/D-21 saylı “Sirlər Xəzinəsi əmanəti” adlanan müddətli əmanət müqaviləsi, 100.000 manat məbləğində pulun banka mədaxil edilməsini təsdiq edən qəbz və 60.000 ABŞ dollarının Azərbaycan manatına dəyişdirilməsini təsdiq edən qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə olunmuş, 12 noyabr 2021- ci il tarixli, 476/D-21 saylı “Sirlər Xəzinəsi əmanəti” adlanan müddətli əmanət müqaviləsi, 100.000 manat məbləğində pulun banka mədaxil edilməsini təsdiq edən qəbz və 60.000 ABŞ dollarının Azərbaycan manatına dəyişdirilməsini təsdiq edən qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar