Məhkəmə qərarları › İş №1(101)-1005/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1005/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1005/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu, Kilsəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, "Xəbər.az" xəbər saytının təsisçisi və direktoru, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 23 yanvar 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girmiş və bu məqsədlə təsisçisi və direktoru olduğu “Xəbər.az” media xəbər portalında paylaşılacağı anons formasında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar, yəni atasının dövlət məmuru olmasına baxmayaraq dəbdəbəli həyat tərzi keçirməsi, əxlaqsız qadınlara külli miqdarda pul xərcləməsi barədə videoçarx hazırlayıb Türkiyə Cümhuriyyətində yaşayan qrupun digər üzvlərinə göndərdikdən sonra, sonuncular 18 yanvar 2023-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb qeyd olunan videoçarxın yayımlanacağı ilə hədə-qorxu gəlməklə həmin dövrün valyuta məzənnəsinə görə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pul tələb etdikdən sonra, sonuncu, tanışları vasitəsilə videoçarxın Təqsirləndirilən şəxs tərəfindən hazırlandığını öyrənərək, mobil telefon vasitəsilə onunla əlaqə yaradıb videomaterialların yayılmamasını xahiş etdikdə, Təqsirləndirilən şəxs həmin məlumatların rəhbəri olduğu xəbər portalı ilə yanaşı bütün digər xəbər portallarında da paylaşılacağı barədə 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən aparılan danışıqlar zamanı Zərərçəkmiş şəxs hədə-qorxu gəlib, yayılmaması müqabilində 2.000 manat məbləğində pul tələb etmiş və arvadı X1 adına olan 5404 0852 3878 2694 saylı bank kart hesabına Zərərçəkmiş şəxs tərəfindən 18 yanvar 2023-cü il tarixdə saat 23:42 dəqiqədə köçürülmüş 1000 manat, 21 yanvar 2023-cü il tarixdə saat 19:48 dəqiqədə isə köçürülmüş 800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib 3 ədəd xırda bükümlərə bölərək üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı 23 yanvar 2023-cü il tarixdə saat 23:50-də qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq ünvan 4a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib, 24 yanvar 2023-cü il tarixdə saat 01:42 dəqiqədən etibarən orada üzərində şəxsi axtarış aparılan zaman əlində olan pul qabından 2 ədəd selofan bükümdə, əynində olan şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,544 qram, 0,206 qram və 0,116 qram olmaqla, ümumi təmiz çəkisi 0,866 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2015-ci il tarixdə «Xəbər.Az» saytını təsis etmişdir. 2023-cü ilin yanvar ayında Cəlal adlı şəxs ona «votsap» vasitəsi ilə yazaraq Cəmil Həsənliyə maddi və mənəvi dəstək olan bir şəxs olduğunu bildirmiş və həmin şəxs haqqında ona məlumat göndərmişdir. Bu zaman o, artıq həmin məlumatın ictimailəşdiyini görmüşdür. Cəlal ondan həmin xəbəri səsli variantda hazırlamağı xahiş etmişdir. O da, xəbəri yığıb Cəlala göndərmişdir. Özü şəxsən həmin məlumatı yaymamış və onu göndərməmişdir. Bir gün keçmiş tanışı Rəşad ona zəng edərək, Nəriman barədə xəbəri onun yığıb-yığmadığı ilə maraqlanmış, o da, həmin xəbəri özünün yığdığını bildirmişdir. Onunla Nərimanın danışmaq istədiyini Rəşad ona bildirmiş və dost olmaq istədiyini söyləmişdir. O isə, onun nömrəsini verməməyi tapşırmışdır. Bir müddət sonra Nəriman ona zəng edərək minnətdarlığını bildirmiş, həmin xəbəri yaymadığına görə ona təşəkkür etmişdir. Nəriman Cəlalla özünün arasında problem olduğunu və onun həll olunması üçün köməklik etməsini xahiş etmiş, o da, kompromis əldə olunması üçün köməklik ediəcəyini demişdir. Sonradan Rəşad ona yazaraq hesab nömrəsini istəmiş, bir reklam olduğunu və onu işləyəcəklərini bildirmişdir. Belə ki, o, Rəşadla tez-tez reklam işləri görmüş və videoçarxlar hazırlamışlar. Buna görə də, hesab nömrəsini Rəşada göndərmişdir. Yanvar ayının 10-15 aralığında Nəriman onun kartına 1000 manat pul vurmuş, üç gündən sonra isə 800 manat göndərmişdir. Buna görə də hesab edir ki, əgər o, Nərimana hədə-qorxu gəlsəydi və onu rüsvayedici hərəkətlərlə şantaj etsəydi, yəqin ki, pulu verməmişdən əvvəl Nəriman hər hansı bir dövlət qurumuna şikayət edərdi, həmin qurum da pulu aldığı vaxt onu yaxalayardı. Onu yanvar ayının 23-də saxlamışlar. Nərimanla Cəlalın arasında olan narazılıqlara görə sonuncunun özü yanvar ayının 10-15-dən əvvəl bu barədə müxtəlif orqanlara şikayət etmişdir. Ona da xəbər göndərmişdir ki, Cəmil Həsənlinin nəvəsinə maddi-mənəvi dəstək olan bir şəxs var və həmin xəbəri ona göndərəndə artıq görmüşdür ki, Cəlal bu xəbəri artıq sosila şəbəkələrdə yayımlamışdır. Özü isə həmin xəbəri sadəcə səsli formada yığmışdır. Onun özündə Cəmil Həsənliyə qarşı nifrət hissi olduğundan və bir məmur ailəsinin ona dəstək olması özü tərəfindən xoş qarşılanmadığından, dövlət marağına xidmət etdiyi üçün həmin xəbəri yığmışdır. Cəlal ona demişdir ki, prokurorluqdan ona zəng etmişlər və Nəriman adlı şəxslə bağlı tədbirlər görüləcəkdir. O da, buna görə minnətdarlıq bildirmişdir. O, nə Nərimanla, nə də Cəlalla əvvəlcədən belə bir iş planlaşdırmamış, onun nə səs yazısı, nə də «sms» yazışması yoxdur. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihama münasibət bildirərkən Təqsirləndirilən şəxs bildirdi ki, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçiləndə də onun narkotik vasitələrin satışı ilə məşğul olmadığı öz təsdiqini tapmışdır. Lakin bunlar nəzərə alınmamış və həmin maddə dəyişilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onun telefonunda narkotiklə bağlı heç nə aşkar olunmamışdır. O, 2015-ci ildə «Xəbər.Az» saytını təsis etmişdir və kimisə şantaj etmək fikri olsaydı, yəqin ki, indiyə qədər belə bir məlumatlar yayılardı. 051 404-99-06 nömrəsinin kimə məxsus olduğunu bilmir və həmin nömrəni o, işlətməmişdir. Həmin telefona SMS yazışmalar gəldiyini görməmişdir. Bu məlumatları o, ittiham aktını oxuyarkən görmüşdür. 23 yanvar 2023-cü il tarixdə saxlanılmışdır və bu zaman 0,8 qram metamfetamin aşkar olunmuşdur. Həmin metamfetamini otelin yanında yerdən tapmışdır. Onu yerdə görmuş və başqa şəxslərin əlinə keçməməkdən ötrü həmin bükümü götürmüşdür. Lakin onu götürsə də məhv etməmişdir.Bundan başqa, ondan tapanca oyuncaq aşkar olunmuşdur. İşi ilə əlaqədar o, xəbərlər hazırlayır və və çəkilişlər etmişdir. Nərimanla bağlı xəbəri Cəlal özü tirajlayıb ona vermişdir. Rəşadı da tanımış, Rəşad videoçarx hazırlamaq üçün ona müraciət etmişdir. O, əvvəllər Cəlalı tanımış, Xəyyamı isə tanımamışdır. Onlarla qabaqcadan əlbir olmamışdır. Nərimanı tanımır və onun barəsində rüsvayedici məlumatlar yaymamışdır. Nərimandan 2000 manat pul tələb etməmişdir. Psixotrop maddəni tapmışdır, onlar həmin maddəni 3 büküm edib onu məsuliyyətə cəlb etmək istəmişlər. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, “Xəbər.az” veb saytının direktoru və təsisçisidir. O, yanvar ayında nadir hallarda psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə etmişdir. Tutulmamışdan iki gün qabaq “Nərimanov” rayonu ərazisində olan “Piano” adlı otelin yaxınlığında gəzərkən yerdə bir selofan büküm olduğunu görmüşür. Həmin büküm diqqətini çəkdiyi üçün qaldırıb baxdıqda, içərisində üç bükümdə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bir-iki dəfə istifadə etiyi üçün dərhal tanımış, həmin üç bükümdə metamfetamini götürüb üzərində saxlamışdır. Düşünmüşdür ki, psixotrop maddəni kimsə götürüb istifadə edər, o nöqteyi- nəzərdən götürmüşdür. 23 yanvar 2023-ci il tarixdə axşam saatlarında onun yanına Sürəyya adlı tanışı gəlmişdir. Sürəyya işdən çıxmağı ilə əlaqədar o, xəbər saytının rəhbəri olduğu üçün onun yanına gəlmiş və buna görə tanışlığı yaranmışdır. Bu dəfə də “Azerenerji” ilə nəsə probleminin olduğunu demişdir. 23 yanvar 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində görüşdükləri yerdən çıxıb idarə etdiyi avtomobilə yaxınlaşan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə Baş İdarəyə getmişdir. Həmçinin Şahid7 da onun yanında olduğu üçün sonuncunu da Baş idarəyə dəvət etmişlər. Baş idarəyə gəldikdən sonra onun üzərində nə olduğunu soruşmuşlar və o, üzərində olan əşyaları polis əməkdaşlarına göstərmişdir. Sonra müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı izah edilmişdir. O, buna da etiraz etməmişdir. Şəxsi axtarışda Sürayyə Firidunova da iştirak etmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şüşə borucuğu, 1 ədəd gümüşü rəngli kağız bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra hər iki əli ilə tutduğu 1 ədəd əl çantasının içərisindən 1 ədəd alışqan tapançanı, 1 ədəd silaha bənzər qara rəngli alışqan tapançanı, 1 ədəd qatlanan qəhvəyi rəngli dəstəkli cib bıçağını, 1 ədəd kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı onun üstünü yoxlamağa başlamışdır. Əynində olan tünd göy rəngli pencəyinin sol iç yan cibindən 1 ədəd qara rəngli mobil telefon, 1 ədəd göy rəngli siqaret qutusu, əynində olan şalvarının sağ yan cibindən 2 ədəd qara rəngli mobil telefonlar, əynində olan şalvarının sağ arxa yan cibindən 1 ədəd qara rəngli pul kisəsi və şalvarının kəmərindən asılan 2 ədəd açar olması aşkar edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. 2 ədəd kağız bükümlərə baxış keçirilmiş, birinci kağız bükümün gümüşü rəngdə olması, içərisində ağ rəngli kristalfik formada psixotrop maddə kimi tanıdığı “metamfetamin” olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi ikinci kağız bükümə baxış keçirilmişdir. Bu zaman isə kağız bükümün içərisindən 2 ədəd selofan büküm olması aşkar edilmişdir. İştirakçıların şahidliyi İlə hər iki sellofan büküm açılmışdır. Hər iki sellofan bükümlərin də içərisində yenə də ağ rəngli kristalfik formada olan psixotrop maddə kimi tanıdığı “metamfetamin” olması müəyyən olunmuşdur. O, üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin psixotrop maddə “metamfetamin” olmasını, həmin maddələri şüşə borucuq ilə birlikdə 2 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Piano” otelin yanından yerdə tapmasını, özünün əvvəllər də “metamfetamin” istifadə etdiyini, bu səbəbdən həmin maddələrin psixotrop maddə olmasını başa düşdüyünü, həmin maddələri heç kim götürməsin deyə özü götürüb üzərində saxlamasım, lakin istifadə etməyəcəyi, müəyyən müddət sonra məhv edəcəyini, həmin maddələri heç kimə satmaq, pay vermək və ya hədiyyə vermək niyyətimin də olmamasını, üzərindən aşkar edilmiş mobil telefonlarda ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin olmasını, üzərindən aşkar edilmiş silaha bənzər dəmir predmetlərin alışqan olmasım, idarə etdiyi avtomobildə də silaha bənzər oyuncaq olmasını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş əşyalar qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üzərindən aşkar edilmiş 3 ədəd “Samsung” markalı mobil telefonlar, 2 ədəd fləşkart isə polis tərəfindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra onunla birlikdə saxlanılan Şahid7 qızının üzərinə baxış keçirilmişdir. Baxış davam etdirilərkən Şahid7 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra avtomobilinə baxış keçirilməsi haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olmuşdur. Ərizə əsasında qeyd etmişdir ki, onun göstərdikləri yalandır. O, Nərimana hədəqorxu gəlməmiş, lakin onun barəsində məqaləni o, hazırlamışdır. Məqalədə olan danışıq onun səsidir. Həmin məqaləni ondan Cəlal adlı şəxs hazırlamağa tapşırıq vermişdir. Cəlal hazırda onun bildiyinə görə Türkiyədə yaşayır. Bundan bir müddət qabaq Cəlaldan bir işlə bağlı xahiş etmişdir. O da onun xahişini yerinə yetirdiyi üçün tanışlığı yaranmışdır. Cəlal ona xatırlamadığı bu yaxın vaxtlarda “Vatsapp” mobil tətbiqi üzərində zəng edib ondan Nəriman adlı və X5 adlı şəxs barəsində məqalə hazırlamasını xahiş etmişdir. Cəlal bildirmişdir ki, bunu əvvəlcə “Baku fakt” səhifıəsinin rəhbəri Rəşad adlı şəxsdən xahiş etmiş, Rəşad bununla bağlı əvvəlcə məqalə hazırlayıb paylaşsa da, lakin sonradan Nərimanla əlaqəyə girdiyi üçün həmin məqaləni paylaşmaqdan imtina etmişdir. O, da Cəlalın xahişi ilə Nərimanla bağlı məqalə hazırlamış və bunu Cəlala göndərmişdir. Cəlaldan Nərimanla bağlı nə üçün belə bir məqalə hazırlatdığını soruşduqda Cəlal bildirmişdir ki, X3 ona 5.000 ABŞ dolları verəcəyi vardır, həmin pulu isə Nəriman Aytənin əvəzinə verəcəyinə söz vermişdir, lakin sonradan pulu verməkdən boyun qaçırmışdır. Bundan sonra “Baku Fakt”m rəhbəri Rəşad adlı şəxs Cəlala göndərdiyi məqalənin onun tərəfindən hazırlandığım bildiyi üçün onunla əlaqəyə çıxmışdır. Rəşad ondan xahiş etmişdir ki, həmin məqalə yayılmasın və bunun əvəzində nə edə biləcəyini soruşmuşdur. Lakin o, Nərimana demişdir ki, bu məqaləni yaymamışdır və bunu tək Cəlala göndərmişdir. O, Nərimandan videonu yaymamaq üçün hər-hansı bir pul istəməmişdir. Sonradan Rəşad ona bildirmişdir ki, bir mebel salonu ilə reklam olunması üçün razılaşma əldə edib və o, yaxşı reklam hazırladığı üçün ondan xahiş etmişdir ki, reklam İşi ilə bağlı məşqul olsun. Buna görə ondan hesab nömrəsini istəmişdir. O, da Rəşada hesab nömrəsini göndərmişdir. Rəşad onun hesab kartına bununla bağlı 1000 manat pul göndərildiyini bildirmişdir. Sonradan onun hesab kartına daha 800 manat pul göndərilmişdir. O, pulun mebel işi ilə bağlı göndərildiyini bilmişdir. Sonradan Nəriman özü də onunla danışmışdır. O, Nərimana məsləhət görmüşdür ki, Cəlalnan öz aralarında olan pul məsələsini həll etsin. Çünki, Nərimana məqalənin Cəlala görə hazırladığını bildirmişdir. Sonradan bilmişdir ki, həmin pulu ona Nəriman göndərib. Düzü budur ki, onun dolanışığı bundan çıxdığı üçün o, Nəriman barədə hazırladığı məqaləni yaymaq fikrində olmadığını bildirmişdir. Çünki, o, Nərimana heç bir hədə-qorxu gəlməmiş, pul tələb etməmiş, həm də qabaqcadan hazırladığı məqaləni yaymaq fikrində olmamışdır. Bu onun jurnalist kimi işidir. O, reklam işi ilə bağlı hesabını Rəşada göndərmişdir. Rəşad onu reklam İşi ilə bağlı aldadıb hesab nömrəmi ondan almışdır (cild 2, iş vərəqi 218-222). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsi tanımır. Onun problemi Cəlal adlı şəxslə olmuşdur. Belə ki, Cəlal onu şantaj etmişdir. Təqsirləndirilən şəxs ona zərər vurmamışdır. Cəlal onu hansısa bir xanımla şantaj etmişdir ki, guya o, həmin xanıma maşın almışdır. Onu atası ilə şantaj etmişlər. Cəlal da bu səbəbdən şantaj yolu ilə ondan pul tələb etmişdir. O da, Cəlal barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmişdir. Sonra bu barədə gedib ifadə də vermişdir. Təqsirləndirilən şəxsin adı ona bəlli olmamış, həmçinin həmin şəxslə onun telefon danışığı olmamış, onunla görüşməmişdir. Tural barəsində şikayət ərizəsi verməyi onun yadından çıxmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs hazırkı işlə bağlı ilk dəfə BMCMİ-nə müraciət etdiyini, özünün atasının İpoteka fondunda işlədiyini və onu atası ilə şantaj etdiklərini, özünün bir xanımla münasibəti olduğunu və həmin həmin xanımın babasının müxalifətçi olduğunu, onun isə bu barədə məlumatı olmadığını, dövlət işində çalışan bir məmurun oğlunun həmin müxalifətçini maliyyələşdirməsi barədə məlumat yayaraq şantaj yolu ilə ondan 10.000 manat pul istənildiyini, onun hər hansı bir şəkil və ya video ilə deyil, sözlə şantaj edildiyini, onun profil şəkli ilə həmin xanımın şəkli olduğunu və şəkili Cəlalın qoyduğunu, özünün Rəşadı da tanıdığını, Rəşadın onunla Turalın ortaq tanışı olduğunu, onun reklam işlərini Rəşadın gördüyünü, Rəşadın restoranı reklam etdiyini, reklam işlərini gördüyü üçün Rəşadın zəhmət haqqını onun kart hesabına atdığını, Turalla onun arasında telefon danışıqları olmadığını, Turalın ondan pul istəmədiyini və ona qarşı hədə-qorxu gəlmədiyini, Cəlalın onu şantaj etməsinin planlı şəkildə olduğunu, Cəlalın ondan əvvəlcə 5000 ABŞ dolları, daha sonra isə 10.000 ABŞ dolları pul tələb etdiyini, Cəlalın ona tanış olmaq üçün məqalə atdığını, Rəşadın ona həmin məqalənin kim tərəfindən hazırlandığını demədiyini, Rəşaddan Turalın videonu yaymaması barədə xahiş etmədiyini və Turalın ondan 2000 manat pul tələb etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Turalla hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Turalın barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə özü müraciət etmişdir. O, hadisələrdən az əvvəl Aytən adlı qadınla tanış olmuşdur. Həmin qadın Cəmil Həsənlinin nəvəsidir. Aytənlə bir tanış kimi birlikdə görüşmüşdür. Onun Aytənlə olan münasibətindən şikayət ərizəsində adlarını qeyd etdiyi Tural, Cəlal və Vüqar adlı şəxslər məlumat tutublar və bununla da ona hədə-qorxu gəlməyə başlamışlar. İlkin olaraq o, Aytənin yanında olduğu zaman 2023-cü ilin yanvar ayının əvvəllərində Cəlal Aytənin istifadəsində olan mobil telefonuna “Vatsap” mobil tətbiqində yazaraq Aytənin güya 5.000 ABŞ dolları borcunun olduğunu bildirmişdir. Aytən Cəlalı əvvəldən tanıdığı üçün Aytəndə Cəlalın nömrəsi olmuşdur. Cəlal əvvəllər insan alveri ilə məşğul olduğu üçün məhkum olunmuşdur. Aytənlə danışarkən Cəlalın Türkiyədə olduğu məlum olmuşdur. Onda olan məlumata görə isə hazırda Cəlal BƏƏ-nin Dubay şəhərinə getmişdir. Aytən Cəlala borcunun olmadığını bildirdikdən sonar, sonuncu Aytənə mesaj yazaraq gecə saat 12-ə qədər vaxt qoyduğunu və ödəməyəcəyi təqdirdə Aytənin barəsində rüsvayedici məlumatlar yayacağını bildirmişdir. O isə, Cəlalın və onun ətrafının artıq bu cür işlərlə məşğul odluğunu bildiyi üçün hədəfin Aytən yox, özü olduğunu və pulu ona görə istədiklərini başa düşmüşdür. Aytən pul göndərməmiş və gecə saatlarında artıq “Vatsapp” mobil tətbiqi üzərində Aytənin şəklini statusa qoymuşlar və alt hissəsində Aytən barədə söyüş, təhqir və rüsvayedici məlumatlar yazıb paylaşmışlar. Sonradan həmin statusun kimlər tərəfindən görmələri barədə videoçəkiliş edib Aytənə göndərmişlər. Həmin günün səhəri günündən artıq onun barəsində paylaşımlar etməyə başlamışlar. Onun fotoşəkillərini yayaraq alt hissədən söyüş, təhqir yazmağa başlamışlar. Bu təxminən 2023-cü ilin yanvar ayının 18-nə qədər davam etmişdir. Bundan sonra 17 yanvar 2023-cü il tarixdə artıq ona Xəyyam adlı şəxs zəng etmişdir. Xəyyam ona Türkiyədə olduğunu, onu yaxşı tanıdığını və Cəlalın yaydığı şəkillərlə bağlı ona yazdığını demişdir. O da, Xəyyamdan nə istədiyini soruşmuş, sonuncu bildirmişdir ki, Aytənin Cəlala verəcəyi 5.000 ABŞ dollarını o, verməlidir. O isə, nə üçün Aytənin əvəzindən pul verməli olduğunu, Aytənin nəyə görə borcunun olduğunu bilmədiyini, Aytənin ona heç bir aidiyyatı olmadığını demişdir. 18 yanvar 2023cü il tarixdə isə Xəyyam vatsap tətbiqində onun və Aytənin fotoşəkilləri ilə hazırlanmış videonu ona göndərmiş və paylaşılacağını demişdir. O isə, onu şantaj etdiklərini başa düşüb heç bir mesaj yazmamışdır. Buna qədər aralarında olan danışıqların hər birini çəkib özündə saxlamış və həmin şəxslərin əllərinə hər hansı bir paylaşım üçün səbəb verməməməkdən ötrü artıq heç nə deməmiş və onların cinayət əməllərini ifşa etməyə çalışmışdır. Buna görə o, video ilə bağlı tanıdığı və sayt rəhbəri olan Rəşad adlı şəxslə əlaqə saxlamış və ona göndərilmiş videonu Rəşada göndərmişdir. Rəşad ona bir qədər sonra bildirmişdir ki, həmin video “Xəbər.az” saytının rəhbəri Təqsirləndirilən şəxs tərəfindən hazırlanmışdır. Tural onunla əlaqəyə çıxmamışdır. Tural həmin videonu bütün xəbər saytlarında paylayacağını bildirmişdir. Bundan sonra həmin videonu paylaşmamaq üçün 2.000 manat istəmişdir. Uzun danışıqlardan sonra Tural həmin videonun yayılmaması üçün 1800 manat pul istəmişdir. O isə, Turalın əməlini işa etmək, həm də özü və videoda adı çəkilən atasının adı yayılmaması və rüsvay olmamaq üçün Turalla razılaşmışdır. Rəşad ona Turalın göndərdiyi hesab nömrəsini göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, həmin hesaba 1000 manat pul göndərmişdir. Bundan sonra Tural Rəşaddan qalan pulu tələb etməyə başlamışdır. Rəşad ona bu barədə dedikdə, o, Rəşaddan Turalın nömrəsini alıb sonuncuya zəng etmişdir. Tural danışıq zamanı söhbəti digər şəxslərə yönəltməyə çalışmış və ona demişdir ki, ondan əl çəkilməsini istəyirsə, 5.000 ABŞ dollarını həmin şəxslərə göndərməlidir. O isə, Turalla razılaşmamış və başa düşmüşdür ki, videonu Tural hazırlayıb və özü də həmin şəxslərlə əlbirdir. Həm də hesab nömrəsi Turalın özünə məxsusdur, həmin şəxslərə aid deyildir. O, uzun danışıqdan sonra Turalla razılaşdığı puldan qalan 800 manatı da göndərməyə razılıq vermişdir. Turala məxsus hesab nömrəsinə yenidən xx.xx.2023-cü il tarixdə 800 manat pul göndərmişdir. Tural sonra həmin videonu paylaşmamış və onun Turalla danışığı başa çatmışdır. Turalın göndərdiyi hesab nömrəsinin sonu “2694” olmuşdur. O, bilmişdir ki, Tural və qeyriləri insanlara aid olmayan, lakin onların barəsində olan yalan məlumatlar düzəldərək insanları şantaj edərək pul əldə edirlər. Həmin pulların köçürülməsi ilə bağlı onda qəbzlər də mövcuddur. Həmçinin, Turalla arasında olan danışığın bəzisinin səs yazısı, hazırlanan video və aralarında olan yazışmaların hamısı vardır. Onların hamısını bir ədəd diskdə istintaqa əlavə etmişdir (cild 1, iş vərəqi 206-209). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, ifadədə Turalla bağlı yazılanların doğru olmadığını, onun danışıqlarının Cəlalla olduğunu, Turalla barışması barədə məhkəməyə təqdim olunmuş ərizəni özünün verdiyini və həmin ərizəni verərkən ona qarşı hər hansı təsir və təzyiq olunmadığını, ərizəni könüllü şəkildə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadə ona məxsus deyildir. Çünki həmin vaxt o, psixatriya xəstəxanasında müalicədə olmuşdur. Nəriman ona Cəlal adlı şəxslə aralarında problem olduğunu və Cəlalı tanıyan şəxs varsa, onlara köməklik etməsini Cəlala bildirməsini demişdir. O da, Nərimanı Turalla tanış etmişdir. Nəriman Turaldan kömək istəmişdir. Nərimanın Cəlala borcu olmuş, Cəlal da Nərimandan verdiyi puldan əlavə pul istəmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 həmin vaxt 2 saylı psixatriya xəstəxanasında olduğunu, Nəriman kimdənsə Turala söz deyə biləcək şəxsin olduğunu öyrənmiş, həmin şəxsin də Nərimana onun adını verdiyini, özünün Cəlalı da, Turalı da tanıdığını, Cəlalı tanısa da, sonuncu ona uyğun adam olmadığı üçün Cəlala söz demədiyini, Turalla onun arasında reklam danışıqları olduğunu və həmin vaxt da hesab nömrəsi verdiyini, Tural Nərimana kömək etdiyi üçün Nəriman ona mebel reklamı verdiyini, özünün kəllə-beyin travması aldığını, xəstəliyi ilə bağlı müstəntiqə sənəd versə də, müstəntiqin həmin sənədi götürmədiyini, Nərimanla Turalın arasında pul məsələsi olduğunu bilmədiyini, Turalın Nərimana hədə-qorxu gəlmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, əvvəllər Bakı Metropolitenində maşinist kimi işləmişdir. Lakin sonradan Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Orada xəsarət alığı üçün müharibədən qayıtdıqdan sonra Metropolitendə işlərini davam etdirə bilməmiş və orta ixtisas təhsili jurnalist olduğu üçün kumalist kimi fəaliyyətini davam etdirmişdir. “Bakufakt.az” saytının təsisçi direktorudur. O, fəaliyyəti ilə əlaqədar olaraq “Xəbər.az” media portalının təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs tanımışdır. Turalla yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs sonradan tanımışdır. Nərimanla da heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Nərimanın şikayəti ilə bağlı göstərmişdir ki, o da, sosial media direktoru olduğu üçün bir müddət əvvəl “Cəlal” adlı şəxsin tanımadığı tanışları onun yanına gələrək Nəriman barəsində ona məlumat verərək Cəmil Həsənlinin nəvəsi “Aytən” adlı xanıma dövlətdən mənimsədikləri pulla bahalı bir avtomobil aldığını demişlər. Ondan bu xəbəri səhifəsində paylaşılmasını istəmişlər. O, isə bu məlumatı dəqiqləşdirmək qərarına gəlmişdir. Daha sonra “Cəlal” adlı şəxsin tanışı Vüqarın onda olan “Vatsapp” nömrəsində hədə qorxu xarakterli paylaşımlarını görmüşdür. O, bu xəbər barədə anons hazırlamış, lakin Vüqarın paylaşımlarını gördükdən sonra başa düşmüşdür ki, bunların arasında pul məsələsi var və onlar bir xanımı da ortaya qatırlar. Ona görə bu xəbərdən imtina etmiş və heç bir səhifədə paylaşmamışdır. Onun səhifəsi kriminal xarakterli xəbərlər səhifəsi olduğundan bu cür dəqiqləşdirilməmiş və əsassız məlumatları sosial şəbəkələrdə işlətdiyi səhifələrdə paylaşmamağa qərar vermişdir. O, imtina etdikdən sonra Nəriman barəsində videoməqalənin Tural tərəfindən hazırlandığını eşitmişdir. Belə ki, Nəriman ona həmin videonu göstərib kimin tərəfindən hazırlandığını maraqlandıqda o, videoda gedən səsdən həmin videonun Təqsirləndirilən şəxs tərəfindən hazırlandığını bilmişdir. Onun sonradan eşitdiyinə görə Cəlal Turala həmin videonu hazırlaması üçün ilkin olaraq 200 manat pul göndərmişdir. O, Nərimanın xahişi ilə Turalnan əlaqə saxlamışdır. Tural ona videonu hazırladığını etiraf etmişdir. Lakin səhəfsində paylaşmadığını dediyi məsələni Nəriman həll etməsə 15 dəqiqə ərzində həmin videonu səhfəsində paylaşacağım demişdir. O, da buna görə nə etmək lazım olduğunu soruşmuşdur. Tural ona bildirmişdir ki, 2000 manat pul verilsə bunu səhifəsində paylaşmayacaq. O, Turala onsuz işləri ilə əlaqədar pul qazandığını və nə üçün belə bir iş gördüyünü, paylaşdığı məqalənin əsassız bir məqalə olduğunu demişdir. Tural isə Nərimanın yaxşı pulunun olduğunu bildirmişdir. O, heç olmasa pulu bir az aşağı et deyəndə Tural ona demişdir ki, Nərimandan 2000 manat pul alıb 200 manatını özünə götürsün. O, isə Turala ona belə pul lazım olmadığını, nə də bir maddi marağının olmadığını demişdir. O, Turaldan pulun necə verilməsini soruşduqda sonuncu ona bildirmişdir ki, pulu onun hesab kartına atsınlar, o da sonra pulu Turala verər. O, isə bu cür işlərə qarışmaq istəmədiyini bildirmiş və Turaldan hesab nömrəsini istəmişdir. Tural ona hesab nömrəsini göndərmişdir. Bundan sonra o, Nərimana zəng etmiş və bildirmişdir ki, pulu verməsə Tural 15 dəqiqə ərzində videonu paylaşacaq. Nəriman razılaşmış və o, yenidən bunu Turala demişdir. Tural razılaşmış və paylaşdığı videonu yaymayacağı barədə söz vermişdir. Onun bildiyinə görə Nəriman Turala 1800 manat pulu iki dəfəyə vermişdir. Həmin pulu hansı tarixlərdə verildiyini bilməsə də lakin ilk dəfə 1000 manat və ikinci dəfə isə 800 manat pul göndərildiyini eşitmişdir. İkinci dəfə pulu göndərməmişdən qabaq Nəriman Turalın nömrəsini ondan almış və özü danışıb pulu Turala göndərmişdir. Onun bildiyinə görə Tural Nərimanla danışdıqda videonu yaymayacağını demiş, həm də Cəlalnan danışıb pulunu verib məsələni tam həll etməsini tapşırmışdır. Onlar hər ikisi əlbir olub bu cür hədə qorxu ilə Nərimandan pul ələ keçirmək istəmişlər. Nərimanın pulu olduğunu bilib əllərində fürsət bilib belə işlər görüblər. Tural özü də cəmiyyət üçün təhlükəli bir adamdır. Turalın narkotik vasitə və ya psixotrop maddə qəbul etdiyini eşitmişdir. Hətta Tural tez- tez qızlarla otellərdə görüşür. Otellərdə görüşdüyü qızlara da narkotik vasitə çəkdirir. Həmin qızların vasitəsilə də sonradan xırda xırda narkotik vasitə satdırır. Digər şəxsləri də özündən asılı vəziyyətə salıb, oradan da qazanc əldə edir. Şahid1 Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs hədə-qorxu gəlməməsi, hesab nömrəsini isə bir mebel şirkətinə reklam işi görməklə bağlı verməsinə dair göstərdiyi xüsusatlara əlaqədar qeyd etmişdir ki, Turalın dedikləri yalandır. O, Turalnan “Vatsapp” üzərindən zəng edib danışmışdır. Tural ona bildirmişdir ki, 15 dəqiqə ərzində pul verilməsə xəbəri paylaşacaq. Yəni hədə-qorxu gəlib pul tələb etmiş və Nəriman Turalın hesab nömrəsinə pullar köçürmüşdür. Tural xəbər saytı işlətmiş, sonuncunun işi xəbər paylaşmaqdan ibarət olmuşdur. Reklam adı ilə Turaldan hesab nömrəsi almamış, ona reklamla bağlı nəsə lazım olsa idi də belə bunu nə üçün xəbər saytı işlədənə yox, reklam işi görən şirkətlərdən xahiş edərdi (cild 1, iş vərəqi 283-285). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 elan olunmuş ifadənin onunla Təqsirləndirilən şəxs arasında üzləşmə keçiriləndə qədər ona məlum olduğunu, elan olunmuş ifadəni qəbul etmədiyini məhkəməyə bildirdi. Həmçinin məhkəmə iclasında cinayət işinin 2-ci cildi, iş vərəqi 93-95-də olan üzləşmə protokolu elan edilmiş, həmin istintaq hərəkəti zamanı da Şahid1 Təqsirləndirilən şəxs üzünə istintaq zamanı verdiyi sərbəst ifadəsini təsdiq etmişdir. Şahid1 suallara cavab olaraq üzləşdirmə protokolunda olan imzaların ona məxsus olduğunu, videomaterialı Turalın hazırladığını məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid6 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi tanısa da, heç vaxt onunla üzbəüz gəlməmişdir. Tural onun barəsində əsası olmayan videoçarx hazırlamış, ona zəng edib şantaj etmişdir. Tural ona zəng edib "əgər sən mənə deyilən vaxtda 2.000 manatı çatdırmasan, səni sabah bütün xəbər saytlarında göstərəcəyəm" sözlərini demişdir. Həmin vaxt onun Zərərçəkmiş şəxsla münasibəti olmuş, Nəriman ona bu məsələni özünün həll edəcəyini bildirmişdir. O, Nərimandan yəqin Turala pul verəcəyini bildirmiş, Nəriman ona bu günlük 500 manat verəcəyini, sabah isə müvafiq orqanlara şikayət edəcəyini demişdir. Tural həmin xəbərdə göstərmişdir ki, o, son model «Range Rover» maşın sürür, guya həmin maşını ona Zərərçəkmiş şəxs və atası almışdır. Lakin onda sənədlər var ki, o, həmin maşını alanda Nəriman adlı şəxsi tanımamışdır. Turalla Nəriman telefonla danışan zaman o, Nərimanla birlikdə kabinetdə olmuş, hətta o, Turalın səsini də eşitmişdir. Tural qızla Novxanıda görüşəcəyini, buna görə pul lazım olduğunu bildirmiş, hətta ünvanı da göndərmişdir. Həmin gün, səhv etmirsə, Nəriman Turalın kartına 500 manat pul göndərmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid6 Turala qədər onu Cəlalın şantaj etdiyini, Turalın da Cəlalın əli ilə onu şantaj etdiyini, o, Nərimanla tanış olandan sonra Cəlalın ona "sənin həyatında imkanlı şəxs var, sən mənə hər ay pul ver" sözlərini dediyini, onun Cəlala heç bir borcunun olmadığını, nə də Cəlalın vasitəsi ilə kiminləsə tanış olmadığını, Cəlalın ona "sən mənim tanışım Nəriman Mənsimovla tanış olmusan, buna görə sən mənə 5000 ABŞ dolları pul verməlisən" sözlərini dediyini, Cəlalın bundan əvvəl də onun şəkillərini «WhatsApp»da paylaşıb altından nalayiq ifadələr yazdığını, Tural onlardan əvvəl Cəllala əlaqə saxladığını və Turalın Cəlalın adamı olduğunu, Cəlalın onu şantaj edəcəyini Turala bildirib və ona belə bir videorolik hazırlamağı tapşırdığını, bundan sonra Turalın onları tapdığını, həmin videonun əvvəlində Nərimanın atası Həbibin hansı vəzifələrdə işlədiyinin göstərildiyini, sonra Nərimanın son model maşın sürməyi, daha sonra onun sürdüyü son model maşının əks olunduğunu, onun sürdüyü maşının 2022-ci il buraxılışlı «X14» modeli olduğunu, Turalın onunla üzbəüz danışmadığını və o, Nərimanla birlikdə olan vaxt Tural Nərimanın telefonuna videoroliki göndərdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid7 ifadəsində o, Turalla sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt haqsız yerə işdən çıxarılmış, lakin hara müraciət etsə də, nəticəsi olmamışdır. Bundan sonra xəbər saytlarına müraciət etmək qərarına gəlmişdir. Həmin vaxt «Xəbər.az» saytında Turalla tanış olmuş və Tural ona kömək edəcəyini bildirmişdir. Bu söhbətlə əlaqədar Turalla restoranda görüşmüş, restorandan çıxandan sonra Tural saxlanılmışdır. Həmin vaxt o, Turalın yanında olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Tural saxlanılandan sonra baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz İdarəsinə aparıldıqlarını, orada Turalın üzərindən xəbər saytının vəsiqəsi, pul, tapança formasında zajiqalka və bükümdə nəsə aşkar olunduğunu, orada polis işçilərindən bükümdə olanın narkotik vasitə olduğunu bildiyini, Turalla 2-3 dəfə görüşdüyünü, o, Turalın narkotik vasitədən istifadə etdiyini görmədiyini, ona da narkotik istifadə etməyi Turalın təklif etmədiyini, Turalın maşınına və evinə baxış keçirilən zaman onun iştirak etmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasəında dindirilmiş şahid X4 ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. O, Cəlalın vasitəçiliyi ilə “Clear” otelinə getmişdir. Əvvəllər Cəlalın özü ilə də pul müqabilində görüşmüşdür. Həmin vaxt otelə söhbət etməyə getmişlər, Turalı da həmin görüş vaxtı tanımışdır. Lakin görüşdüyü tarixi xatırlamır. Turalı Cəlalın vasitəsi ilə tanımışdır. Tural ona zəng edərək bir məsələ olduğunu, onunla bağlı görüşüb söhbət etmək lazım olduğunu ona bildirmişdir. O, narkotik vasitələrdən istifadə etmir, Turalın da narkotik vasitədən istifadə etdiyini görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün şahid Sayalı Əliyevanın ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayından etibarən müxtəlif şəxslərlə pul qarşılığında görüşüb qazanc əldə etmişdir. İlkin olaraq Cəlal adlı şəxslə tanış olmuş, Cəlal ona müxtəlif müştərilər tapmış və o, Cəlalın tapdığı müştərilərlə görüşüb aldığı pulun bir hissəsim Cəlala göndərmişdir. Cəlal əvvəllər də İnsan alverinə görə məhkum olunmuş, sonra Azərbaycandan köçüb, hazırda Türkiyədə yaşayır. O, görüşdüyü şəxslərdən aldığı pulları Cəlalın hesab kartına göndərmişdir. Cəlal uzun müddətdir ki, bu işlə məşğul olur və o, ilkin olaraq Cəlalın vasitəsi ilə bu işə qoşulmuşdur. Hazırda da Cəlal bu işini davam etdirir və o, Cəlalın vasitəsilə müştərilərlə görüşmüşdür. Təqsirləndirilən şəxs də Cəlal vasitəsilə tanımışdır. Belə ki, yeni il bayramından sonra dəqiq xatırlamadığı tarixdə Cəlal onunla “Vatsapp” mobil tətbiqi üzərindən əlaqə saxlamış və bildirmişdir ki, bir müştəri ilə görüşmək lazımdır. Lakin həmin şəxsdən pul almamasını tapşırmışdır. O, Təqsirləndirilən şəxslə Bakı şəhərində yerləşən “Clear” otelində görüşmüşdür. Görüşə gəldikdə Turalın otel otağında pəncərənin pərdəsini çəkdiyini, masa üzərinə çox sayda telefonlar düzdüyünü, ağız hissəsinə səsini dəyişdirən bir mikrofon kimi cihaz qoyduğunu görmüşdür. Onda bu cür hərəkətlər Turalın hədə-qorxu gəlməklə məşğul olan bir şəxs olması təsirini bağışlamışdır. Tural onun yanında bir qız barəsində bir məqalə hazırlamışdır. Həmin məqalədə Tural mikrofondan istifadə etmiş və səsi başqa cür çıxmışdır. O, Turalın danışığından hiss etmişdir ki, sonuncu ondan nəsə söz almağa çalışır. O, Turalın belə bir tipli şəxs olduğunu görüb orada sıxılıb oturmuşdur. Turalla orada cinsi əlaqədə olmadıqlarını görüb nə üçün gəldiyini soruşmuşdur. Tural ona işlərinin olduğunu demişdir. O isə, müştərilərlə adətən 2 saatlıq görüşdüyü üçün vaxtı tamam olan kimi Turala çıxıb gedəcəyini demişdir. O, oteldən çıxıb Cəlala zəng edib, nə üçün onu belə bir şəxslə görüşdürdüyünü soruşmuş, Cəlal ona heç bir söz deməmiş, Turalı başqa bir şəxsin vasitəsilə tanıdığını, belə olacağını bilmədiyini demişdir. Turalı bundan sonra görməmişdir. Tural ona sonralar yazıb əhvalını soruşmuş, lakin o, Turalla sonradan görüşməmişdir. Tural otel otağında olarkən onun yanında narkotik vasitə və ya psixotrop maddə istifadə etəyib spirtli içki qəbul etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Aytəni də qiyabi tanımışdır. Belə ki, Aytəni Cəlalın “Vatsap” statuslarında paylaşdığı bir videoda görmüşdür. Həmin videoməqalədə Nərimanın Aytən adlı şəxsə bahalı bir avtomobil alması və bu tipli məlumat əks olunmuşdur. Cəlal Aytənə və Nərimana həmin videoməqalə vasitəsilə hədə-qorxu gəlmişdir. Həmin videonu yayacağını qeyd etmişdir. O, həmin videoda danışan şəxsin Turalın səsi olduğunu bilmişdir. Çünki onlar birlikdə oteldə olduqları zaman Tural eyni mikrofonla danışıb səsini o cür dəyişmişdir. O, belə başa düşmüşdür ki, Turalla Cəlal əlbir olub belə işlər görürlər (cild 1, iş vərəqi 281-282). Şahid Sayalı Əliyeva elan olunmuş ifadə ilə bağlı suallara cavabında dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu və həmin ifadənin doğru olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirdi ki, 23 yanvar 2023-cü il tarixdə Baş idarəyə daxil olmuş əməliyyat məlumatı əsasında təxminən saat 12 radələrində Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsi yanında olan Sürəyya adlı xanımla birlikdə saxlamışlar. Özlərini təqdim etdikdən sonra onları idarəyə dəvət etmişlər. İdarədə Turalın üzərinə baxış keçirilərkən 3 bükümdə metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı Tural həmin maddəni iki gün əvvəl Nərimanov rayonu ərazisindəki otellərin birinin yaxınlığından tapdığını, psixotrop maddəni başqa şəxslərin götürməsi üçün özünün götürdüyünü bildirmişdir. Bundan sonra Sürəyyanın üzərinə və Turalın maşınına da baxış keçirilmiş, lakin əlavə qeyri-qanuni heç nə aşkar olunmamışdır. Sualları cavablandıran Şahid4 maşına baxış keçirilən zaman maşından oyuncaq silah, bıçaq, plastik kart aşkar olunduğunu, Turalın əvvəllər də narkotik vasitədən istifadə etdiyini bildirdiyini, Turalın könüllü olaraq üzərindəki psixotrop maddəni çıxarıb təqdim etdiyini, saxlanılan vaxt Turalı qərarla tanış etdiklərini və həmin vaxt ona qarşı fiziki və psixi təzyiqlər göstərilmədiyini, Turalın da onlara qarşı hər hansı müqavimət göstərmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Aydın oğlu 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid7 saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməsində, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirib, həmkarları Şahid4 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan şəxsi axtarış və götürmə aparılması barədə 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:50-də saxlanılaraq BMCMİ-nə dəvət olunmuş və üzərinə şəxsi axtarış keçirilərkən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-33). Məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 6/445 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,544 qram, 0,206 qram və 0,116 qram olmaqla, ümumi təmiz çəkisi 0,866 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 1, iş vərəqi 94-98). Məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli 359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini, arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 181-184). Məhkəmə-tibbi ekspertizasının 08 fevral 2023-cü il tarixli 391/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir (cild 2, iş vərəqi 52-55). İbtidai istintaq zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs və X6 ona hədə-qorxu gəlmələrinə dair materiallar olan bir ədəd “CD” disk 31 yanvar 2023-cü il tarixli qərar əsasında götürülmüşdür. Həmin diskdə olan məlumatlara iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilərkən diskdə 133 ədəd faylın olması müəyyən edilmişdir. Həmin diskdə olan fayllardan 128 fayl fotoşəkillər, qalan 5 fayl isə videofotmatdadır. Şəkillərə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin şəkillər X6 Aytən adlı qadına, o cümlədən Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsini əks etdirən fotoşəkillərdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin fotoşəkilləri telefonun ekranından çəkməklə özündə saxlamışdır. Belə ki, X10 ilk öncə onun tanışı Aytən adlı şəxsə hədə-qorxu gəlməyə başlamış, daha sonra isə Aytənlə onun münasibətini bildiyi üçün Aytəndən, sonra onunla hədə-qorxu gəlib pul tələb etməyə başlamış, əks halda onun barəsində rüsvayedici məlumatlar paylaşacağını qeyd etmişdir. Qeyd olunan fotoşəkillərə baxış zamanı X6 hədə-qorxu gəlməsi təsdiq olunur. Bundan başqa, fotoşəkillərin birində Zərərçəkmiş şəxs 1000 manat göndərməsi barədə qəbzin fotoşəkili vardır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin fotoşəkil Təqsirləndirilən şəxs İstifadəsində olan karta xx.xx.2023-cü il tarixdə pul ödədikdən sonra olan qəbzin fotoşəklidir. Bundan sonra bir daha Təqsirləndirilən şəxs 800 manat pul göndərmişdir. Bundan başqa, diskdə olan videofaylın birinə baxış zamanı müəyyən edilmişdir ki, həmin videofaylda Zərərçəkmiş şəxs atasının vəzifədə olması, oğlunun isə bahalı həyat tərzi sürməklə dövlət əleyhinə çağırışlar edən Cəmil Həsənlinin nəvəsi Aytən adlı şəxsə pullar xərcləməsi və avtomobil alıb hədiyyə etməsi barədə məlumatlar əks edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin videofayl Cəlalın tapşırığı ilə Təqsirləndirilən şəxs tərəfindən hazırlanmışdır. Həmin videonun Təqsirləndirilən şəxs tərəfindən hazırlandığını bildikdən sonra o, həmin şəxslə əlaqə saxlamış, Təqsirləndirilən şəxs həmin videonu direktoru olduğu sosial mediada paylaşmaması üçün 1800 manat pul tələb etmiş, o isə, həmin pulu iki dəfəyə Təqsirləndirilən şəxs göndərmişdir. Digər videofayl da eyni telefonun ekranından çəkilmiş videodur. Diskdə olan üçüncü videoda iki nəfər şəxsin mobil telefon danışığı əks edilmişdir. Danışıqda bir şəxsin digərinə «Tural» deyə müraciət etdiyi və həmin şəxsə Nəriman olduğunu bildirərək, videonu yaymamaq üçün minnətdarlığını bildirir. Tural isə həmin məsələni Cəlalla həll etməsini ona tapşırır. X12 danışıb həmin məsələni necə həll etmək mümkün olduğunu ona deyəcəyini bildirir. Sonuncu videofaylda da iki şəxsin arasında danışıq getməsi əks edilmişdir. Bir şəxs digər şəxsə «Tural» deyə müraciət edir. Tural digər şəxsə Cəlalla danışdığını, Aytən adlı bir qadının ona 5.000 ABŞ dolları borcunun olduğunu deyir. Cəlal adlı şəxs həmin pulu tələb etdiyini bildirir. Nəriman isə öz aralarında olan məsələdə nə üçün hədəfə çevrildiyini başa düşmədiyini, onun heç kəsə borcunun olmadığını, nə üçün ona hədəqorxu gəlindiyini deyir. Tural isə danışıq zamanı Cəlala tapşırdığını, ortada onun adı varsa, o videonun daha paylaşılmayacağını, Cəlalın ondan qorxduğunu deyir. Bu məzmunda aralarında danışıq olur. Qeyd olunan diskdən iş üçün əhəmiyyət kəsb edən fotoşəkillər kompüter vasitəsi ilə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs və X6 hədə-qorxu gəlmələrinə dair materiallar olan bir ədəd “CD” disk, eləcə də eyni məlumatların köçürüldüyü 1 ədəd yaddaş kartı (flash card) sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 179-204). İbtidai istintaq zamanı «Azercell MMC»-dən 20 fevral 2023-cü il tarixli 3683 nömrəli məktubla daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 050 ***-**-** nömrəsini istifadə etmişdir. Həmin nömrəyə daxil olan «sms»-lərə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 08:19-da 051 ***-**-** nömrəsindən kimsə Təqsirləndirilən şəxs “Gijdıllax bacıma patı vermisən ala !!!!, Qəhbəəə hardasan, Gəlmə bura, səni çırığ çırığ edəcəm Tural” sms-ni yazmışdır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək digər zəng və yazışmalar aşkar edilməmişdir (cild 1, iş vərəqi 254-256). Cinayət işi üzrə "xxxx" ASC-dən 03 aprel 2023-cü il tarixli 2023/111/2409 nömrə ilə daxil olmuş bank məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 23:42 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində və həyat yoldaşı X1 adına olan 5404 0852 3878 2694 nömrəli bank kartına 1.000 manat terminaldan köçürmə yolu ilə, 21 yanvar 2023-cü il tarixdə saat 19:48 dəqiqədə isə kartdan karta köçürmə yolu ilə eyni bank kartına 800 manat pul köçürülmüşdür (cild 2, iş vərəqi 7-9). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 23 yanvar 2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psİxotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə BMCMİ-nə məlumat daxil olmuş və həmin məlumat əsasında Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir (cild 1, iş vərəqi 7-8). Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 23 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 257-259). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 23 yanvar 2023cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 172). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 241). Cinayət işində olan 06 fevral 2023-cü il tarixli 10 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X7 rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla məcburi köçkündür, hazırda ünvan 1 ünvanında yaşayır, ailəlidir, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 10-12). Cinayət işinə əlavə olunmuş 04 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş maddi ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı iddia tələbi və şikayəti yoxdur. Cinayət işinə əlavə olunmuş 04 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (cild 1, iş vərəqi 291-292). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini, onunla Nərimanın danışmaq istədiyini Rəşadın ona bildirdiyini, Nərimannın Cəlalla özünün arasında problem olduğunu və onun həll olunması üçün köməklik etməsini xahiş etdiyini, o da, kompromis əldə olunması üçün köməklik edəcəyini dediyini, bir müddət sonra Nərimanın ona zəng edərək minnətdarlığını bildirdiyini və həmin xəbəri yaymadığına görə ona təşəkkür etdiyini, sonradan Rəşadın ona yazaraq hesab nömrəsi istədiyini, bir reklam olduğunu və onu işləyəcəklərini dediyini, özünün Rəşadla tez-tez reklam işləri görərək videoçarxlar hazırladığğını, buna görə də, hesab nömrəsini Rəşada göndərdiyini, yanvar ayının 10-15 aralığında Nərimanın onun kartına əvvəlcə 1000 manat, üç gündən sonra isə 800 manat pul göndərdiyini, əgər o, Nərimana hədə-qorxu gəlsəydi və onu rüsvayedici hərəkətlərlə şantaj etsəydi, yəqin ki, pulu verməmişdən əvvəl Nərimanın hansısa dövlət qurumuna şikayət etməli, həmin qurumun da pulu aldığı vaxt onu yaxalamalı olduğunu, özünün heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirib, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri və üzləşdirmə protkolları ilə tam təsdiq olunur. Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə baxışı zamanı ibtidai istintaqda verdikləri ifadələrdən fərqli ifadələr verməsini qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən şəxslər kənar təsir və təzyiqlər nəticəsində məhkəmədə ifadələrini dəyişmiş, bu səbəbdən iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə onların ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər sübutlar kimi qəbul edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim olunmuş Təqsirləndirilən şəxs və X6 ona hədə-qorxu gəlmələrinə dair materialların olduğu “CD” diskə və fleşkarda baxış keçirilməsi protokolu ilə, cinayət işində olan digər istintaq hərəkətləri protokolları ilə, maddi sübutlarla, ekspertiza rəyləri və cinayət işində olan digər sübutlarla tam təkzib edillir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddələri satış məqsədi ilə deyil, başqalarının əlinə keçməməsi üçün tapıb üzərində saxlaması ilə bağlı gətirdiyi dəlillə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir olmadan üç bükümdə qablaşdırılmış və ittihamda qeyd olunan psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq zamanı «Azercell MMC»-dən 20 fevral 2023-cü il tarixli 3683 nömrəli məktubla daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 050 ***-**-** nömrəsini istifadə etmiş, həmin nömrəyə daxil olan «sms»lərə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 08:19-da 051 ***-**-** nömrəsindən naməlum şəxs Təqsirləndirilən şəxs öz bacısına psixotrop maddə satdığına görə irad bildirən “sms” mətni göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən yayınmaq və məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və vurulmuş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və məcburi köçkün olmaqla ərazi üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə verilmiş ittihama münasibətdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulduğundan və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanıldığından, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı onun həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli 359 nömrəli rəyini əsas tutan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,776 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs və X6 ona hədə-qorxu gəlmələrinə dair materiallar olan bir ədəd CD disk, eyni məlumatların köçürüldüyü 1 ədəd yaddaş kartı (flash card), həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 229 (iki yüz iyirmi doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,776 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs və X6 ona hədə-qorxu gəlmələrinə dair materiallar olan bir ədəd CD disk, eləcə də eyni məlumatların köçürüldüyü 1 ədəd yaddaş kartı (flash card), həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 229 (iki yüz iyirmi doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar