Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1006/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 7 ay 19 gün nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli hökmü dəyişdirilərək onun cəzası 1 il 8 aydan 1 ilə endirilmiş, 01.06.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş; 06.07.2018-ci ildə vaxtından əvvəl azad etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Sovxoz küçəsində qeydiyyatda olmaqla, Sabunçu rayonu, Şuşa şəhərciyi, ev 388-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq, daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 503,571 qram narkotik vasitə heroini əldə edib daşıyaraq 18,571 qramını üzərində, 485 qramını isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 388 nömrəli evin mətbəxində, giriş qapısının arxasında sellofan torbanın içərisində gizlədərək saxlamış, 24 yanvar 2021-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 388 nömrəli evin yaxınlığında piyada hərəkət edərkən saxlanılıb, həmin idarənin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 18,571 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə qalıqları olan bir ədəd “500g/0,1g” markalı elektron tərəzi, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 evə baxış zamanı evin mətbəxinin giriş qapısının arxasından bir ədəd sellofan torbada təmiz çəkisi 485 qram, ümumilikdə təmiz çəkisi 503,571 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə heroindən istifadə edir. Bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yenə narkotik vasitələrdən istifadə etmişdir. O, bir müddət əvvəl “İnstaqram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxslə tanış olmuş, onun anket məlumatlarını və telefon nömrəsini bilmir, heç vaxt onu görməmiş, ondan müxtəlif qiymətə daima nağd olaraq narkotik vasitə heroin almışdır. Tutulmamışdan bir neçə ay öncə Abbasın dediyi, yerini unutduğu ünvana gedib hər qramına görə 20 manat pulu dediyi yerə qoyaraq oradan narkotiki götürmüşdür. Hal-hazırda xatırlamır cəmi nə qədər pul ödəmiş və hansı miqdarda narkotik götürmüşdür. İş yeri olmadığı üçün, dolanmaqdan ötrü Abbasdan əldə etdiyi narkotikin bir hissəsini tanımadığı, adları və soyadlarını bilmədiyi müxtəlif şəxslərə hər dəfə çox az miqdarda təxmini 25-30 manata nağd olaraq satmışdır. Həmin şəxslərin mobil telefon nömrələrini bilmir. 24 yanvar 2021-ci il tarixdə axşam saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində faktiki yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun üzərində şəxsi axtarış keçirilməsi deyilmiş, o isə könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən Abbasdan əldə etdiyi 1 bükümdə «kakos» adlandırılan narkotik vasitə olan heroini və narkotik maddələrin çəkisini müəyyənləşdirmək üçün istifadə etdiyi elektron tərəzini, 1 ədəd "Samsung" markalı mobil telefon, 50 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra həmin kütlə və elektron tərəzi içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, onun yaşadığı evdə də narkotik vasitə vardır. O, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvana getmişdir. Həmin evin mətbəxinin giriş qapısının arxasında gizlətdiyi heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitə olan heroini qablaşdıraraq götürmüşlər. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2021-ci il tarixdə ona əməliyyat yolu ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ev 388-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində gəzdirməsi və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı olaraq Baş İdarənin rəisinə raportla müraciət etmişdir. Baş İdarədə onun və iş yoldaşları Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 yanvar 2021-ci il saat 04 radələrində o, əməliyyat qrupu ilə birlikdə ünvan 2 ünvana gedib, həmin şəxsi aşkar edib ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin narkotik vasitənin külli miqdarda satış məqsədilə əldə etməsində və psixotrop maddənin qəbulu və üzərində gəzdirməsi şübhəli olmasını bildirərək BNMİ-nə dəvət edərək, həmin şəxsi baş idarəyə gətirmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olması Baş İdarədə bir daha müəyyən edilmiş və ona CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək ona müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən, yəni tünd qara rəngli gödəkçəsinin sol iç cibindən qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddə və elektron tərəzi aşkar edilmişdir. Eləcə də onun cibindən telefon, özünə məxsus 50 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin nə olması barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Sonra aşkar edilmiş heroinə bənzər maddə qablaşdırılaraq sənədləşdirilmiş, tərəzidə çəkilmiş, bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon tərəflərindən götürülsə də, digər xırda predmetlər Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün “Abbas” adlı şəxsdən aldığını bildirmiş, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını demişdir. Təqsirləndirilən şəxs onun mənzilinə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Sonrakı saatlarda Təqsirləndirilən şəxs öz məlumatı əsasında onun evinə baxış keçirilmişdir. Həmin evə baxış zamanı mətbəxin giriş qapısının arxasında bir ədəd sellofan torbada da qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddə aşkar edilmişdir. Tərəflərindən həmin narkotik maddə tərəzidə çəkilmiş, qablaşdırılaraq sənədləşdirilmiş və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və məhkəməyədək icraat zamanı dindirilmiş Şahid3 Şahid4 ilə eyri məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X1 ifadəsindən görünür ki, həyat yoldaşı X4yla yaşayır, təqaüdçüdür, 6 övladı var, məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs kürəkənidir, yəni qızı Əsmərin həyat yoldaşıdır. Onların 1 azyaşlı övladları var. Onlar Əhmədli qəsəbəsində yaşayırlar, tez-tez onlara gəlibgedirlər. 23 yanvar 2021-ci il tarixində səhər radələrində yoldaşıyla birlikdə digər qızı Rəvayənin yaşadığı Sabunçu qəsəbəsi, Sovxoz Ramana deyilən yerə qonaq getmiş, orada iki-üç gün qalandan sonra təxmini 26 yanvar 2021 tarixində axşam saatlarında evinə qayıtmış və məlum olmuşdur ki, evinə qonaq gələn Anar orada narkotik vasitə saxlamış, polislər bu barədə məlumat almışlar və evə baxış zamanı mətbəxdən həmin maddəni aşkar edərək götürmüşlər. Anarın bu əməllərindən xəbəri olmamış, onunla əlbir olmamış,e vin açarı Anarda və qızında olduğundan onlara gedib-gəliblər, onlar evdə olmayanda evə nəzarət etmişlər. Anarın əvvəllər məhkum olunmasını bilsə də, hansı maddə ilə həbs edilməsini bilmir, ümumiyyətlə onunla bu barədə danışmamış, qızına görə ailələrinin dağılmasını istəməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 23 yanvar 2021-ci il tarixli raportundan görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada sonuncuya paltarında, əşyalarında narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, iş üçün əhəmiyyət kəsb edən əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı qızılı rəngli telefon, 50 manat pul əsginası, 1 ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 40 qəpik pul aşkar edilmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə və tərəzi qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Samsung” mobil telefonu götürülmüş, 50 AZN və 40 qəpik pul əsginasları, 1 ədəd alışqan, siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini İran İslam Respublikasının vətəndaşı “Abbas” adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etdiyini, heroinin qramını 20 manata satdığını, üstündən aşkar edilmiş tərəzidən narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, bundan başqa, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 35-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 yanvar 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvana baxış keçirilmiş, baxış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs həmin evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs evin mətbəxə giriş qapısının arxasında gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Evin digər hissələrinə baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroinin özünə məxsus olduğunu, onu “Abbas” adlı İran islam Respublikasının vətəndaşının vasitəsi ilə satmaq məqsədilə əldə etdiyini, evində narkotik vasitə saxlamasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2021-ci tarixli 6\310 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... ” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,571 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 485 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və bir ədəd “500g/0,1g” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 503,571 qramdır və heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyndirlər. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2021-ci il tarixli şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirmək barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya paltarında, əşyalarında narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı qızılı rəngli telefon, 50 manat pul, 1 (bir) ədəd alışqan, 1 ədəd siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə və tərəzi qablaşdırılmış, tərəzidə çəkisi müəyyən edilmiş və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Samsung” mobil telefonu götürülmüş, pul əsginasları, 1 ədəd alışqan, siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etdiyini, heroinin qramını 20 manata satdığını, üstündən aşkar edilmiş tərəzidən narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, bundan başqa, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman, həmin telefonun nasaz olduğu müəyyən edilmiş və telefona baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsindən daxil olmuş 01 aprel 2021-ci il tarixli, ***- **** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini, həmin narkotik vasitəni kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 182-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 10.07.2020-ci il tarixdə saat 18:39:40-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə “Qagaw menim veziyetim yaxwi doyur” məzmunlu mesaj; 10.07.2020-ci ildə saat 20:02:30-da ***-***-**-** mobil nömrəsindən “Men agridayam...” məzmunlu mesaj; 11.07.2020-ci il tarixdə saat 00:03:05də ***-***-**-** nömrəsindən “Bu elediyin ele bilmeki yadan cixar xesdeni agrida qoyan bililrsende ne olur,” “Daniwanda diyirdun narkamani agrida qoyan ...... ne oldu ozun diyib ozunde eleyirsem” məzmunlu mesaj; 07.09.2020-ci il tarixdə saat 22:49:34-də ***-***-**-** nömrəsindən “Usta pecere susesi varsa 1 dene lazimdi” məzmunlu mesaj; 15.12.2020ci ildə saat 13:30:02-də ***-***-**-** mobil nömrəsindən “Ay brat çox çəkəcək vəziyyət yaxşı deyil” məzmunlu mesaj; 15.12.2020-ci ildə saat 13:34:56-da ***-***-**-** mobil nömrəsindən “Ay Qaqaş mənə bir söz de ağrıyıram” məzmunlu mesaj; 25.12.2020-ci ildə saat 13:44:54-də ***-***-**-** nömrəsindən “Anar acda teli 1 dene tema lazimdi” məzmunlu mesaj; 04.01.2021-ci ildə saat 23:09:07-də ***-***-**-** mobil nömrəsindən “Axirinci umudum sensen xaloglu tebi var vezywt yaxwi deyil vezywtden cixadardun bele pis cixmadin pul para var” məzmunlu mesaj; 07.01.2021-ci ildə saat 12:10:03-də ***-***-**- ** mobil nömrəsindən “Agridayam.sen ol 5 qat evezni cixacam.cixart meni agridan ne lazimdi qulluqdayam balamizin cani” məzmunlu mesajlar Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə göndərilmişdir. Cinayət işinin 184-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 14.12.2020-ci ildə saat 20:33:38-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Qaqa bawiva donum senin hec olmasa biden pati giturek menede vezyet pisdi brat” məzmunlu mesaj; 14.12.2020-ci ildə saat 20:34:09-da ***-***-**-** mobil nömrəsindən “Kokun men elemirem ki mene ehtiyacda deyil qalib prablem yoxdu bidene qardawiva eltutda bidene pati” məzmunlu mesaj və 19.01.2021-ci ildə ***-***-**-** saylı nömrədən “Belə yoldaşlıq olunə də qonşuluq Yeri gələndə 50 dən 100 dən mən gətirib vermişəm bir kəlmən 1300 manat birdən qaldı borc kimi 10 patini razinli” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 195-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 08 aprel 2021-ci il tarixli sübutların qiymətləndriilməsi və cinayət işi ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən iş üzrə narkotik vasitənin mənbəyini müəyyən etmək üçün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 26 aprel 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2-ci maddəsinin 1,2,3,6-cı bəndləri, 94.1-ci maddə ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 avqust 2007-ci ildə Milli Məclisin 08 may 2007-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuş; cinayət işinin 117-120-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, 27.11.2008-ci ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzası 11 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 22.04.2009-cu ildə Milli Məclisin 17 mart 2009-cu il tarixli amnistiya qərarının 1.3cü bəndi ilə azad edilmiş; cinayət işinin 128-133-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3, 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilməklə 04 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinə əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 1(049)-17/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, barəsində CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.12.2009-cu il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətə nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrumetmə cəzasının 01 il 07 ay 19 gün müddətinə çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya tam birləşdirilərək qəti olaraq 01 il 7 ay 19 gün nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 121-127-ci vərəqələrində olan Şirvan Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 1 il 8 aydan 1 ilə endirilmiş, 01.06.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş; 06.07.2018-ci ildə vaxtından əvvəl azad etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsindən daxil olmuş 01 may 2021-ci il tarixli, 1(049)- 17/2018 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 01 il 07 ay 19 gün müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası icra olunması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol X2 Qeydiyyat İdarəsi və Texniki Baxış şöbəsinə göndərilmiş, lakin, icranın nəticəsi barədə məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənəddən (portaldan çıxarış) görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2020-ci il tarixdə AC seriyalı, 380702 nömrəli sürücülük vəsiqəsi verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 142-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X9dən daxil olmuş 03 fevral 2021-ci il təvəllüdlü, 774 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13.11.2007-16.11.2007-ci il, 01.11.2019-11.11.2019-cu il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada «Opioidlərin» qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə mülaicədə olmuşdur. Cinayət işinin 175-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2021-ci il tarixli 371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 178-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 23 fevral 2021-ci il tarixli 421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Ccinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona itiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 24 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 24 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 86-88-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 ynavar 2021-ci il tarixli, 4(008)-45/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 503,271 qram narkotik vasitə heroin və 01 ədəd “500g/0,1g” markalı elektron tərəzi məhv edilməli, “xxxx” və “xxxx” MMC-dən götürülmüş telefon danışıq və sms məlumatlarını özündə əks etdirən iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalı, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 503,271 qram narkotik vasitə heroin və 01 ədəd “500g/0,1g” markalı elektron tərəzi məhv edilsin. “xxxx” və “xxxx” MMC-dən götürülmüş telefon danışıq və sms məlumatlarını özündə əks etdirən iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1006/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1006/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver