Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1006/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, müdafiəçilər – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 11 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi, xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncu ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 11:00-12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan əraziyə gəlib orada istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 1,019 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdikdən sonra aralarında olan ümumi niyyətə uyğun olaraq həmin narkotik vasitə hesab edilən heroini istintaqla müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı şəxslərə satıb qazanc əldə etmək məqəsədi ilə Təqsirləndirilən şəxs2la aralarında bölmüş, həmin narkotik vasitə heroinin təmiz çəkisi 0,562 qram təşkil edən hissəsini 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə özü, 0,457 qram təşkil edən hissəsini isə 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə, saat 17:10 dəqiqədə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanının qarşısında saxlanılıb 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış aparılarkən sağ çiynində olan göy rəngli çantanın içərisindən təmiz çəkisi 0,562 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 2 (iki) ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,457 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncu ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 11:00-12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan əraziyə gəlib orada istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 1,019 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdikdən sonra aralarında olan ümumi niyyətə uyğun olaraq həmin narkotik vasitə hesab edilən heroini istintaqla müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı şəxslərə satıb qazanc əldə etmək məqəsədi ilə Təqsirləndirilən şəxs1la aralarında bölmüş, həmin narkotik vasitə heroinin təmiz çəkisi 0,457 qram təşkil edən hissəsini 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə özü, təmiz çəkisi 0,562 qram təşkil edən hissəsini isə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə, saat 17:10 dəqiqədə Yasamal RPİnin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanının qarşısında saxlanılıb 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümdə təmiz çəkisi 0,457 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin, Təqsirləndirilən şəxs1 sağ çiyinidə olan göy rəngli çantanın içərisindən təmiz çəkisi 0,562 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 2 (iki) ədəd elektron tərəzi olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ümumilikdə cəmi təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. O, əsasən narkotik vasitə kimi tanıdığı “kakosdan” istifadə etmişdir. O, həbs edilənədək Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 45 A-da ailə üzvləri ilə birlikdə yaşamışdır. P, tutulduğu gün saat 17:00-da ünvan 3 ünvanının qarşısında yol ilə getdiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. O da həmin polislərə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Buna görə də həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O da polislərə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 29-cu Polis şöbəsinə getmişdir. İttiham aktında qeyd edilmişdir ki, guya o, qardaşı ilə bir yerdə tutulmuş və onlar qabaqcadan əlbir olub narkotik vasitələrin satışı ilə məşğul olmuşlar. O, bunu düzgün hesab etmir. Çünki o, qardaşı ilə eyni vaxtda və eyni yerdə tutulmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılıb 29-cu Polis şöbəsinə aparıldıqdan sonra qardaşı Təqsirləndirilən şəxs2 da tutularaq həmin Polis şöbəsinə gətirilmişdir. O, 29-cu Polis şöbəsinə aparıldıqdan sonra onu oradakı otaqların birinə aparmışlar və sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu zaman polislər onun çantasında olan siqaretin gümüşü kağızına bükülmüş bükümü, 1 (bir) ədəd şprisi, 2 (iki) ədəd üzərinə “novokain” sözləri yazılmış ampulanı, 1 (bir) ədəd ona məxsus “Samsung” markalı mobil telefonu çıxarmışlar. Bundan başqa, onun çantasının içərisindən təxminən 0,5 qram miqdarda narkotik vasitə “kakos” çıxmışdır. Həmin “kakos” ona məxsus olmamışdır. O, tutularkən üzərində “kakos” olmamışdır. Lakin çantanın içərisində həqiqətən də şpris, işləməyən elektron tərəzi və 2 (iki) ədəd “novokain” ampulası olmuşdur. O, narkoman olduğundan həmişə şpris və “novokain” ampulasını üzərində gəzdirmişdir. Lakin tutulduğu zaman onun üstündə “kakos” olmamışdır. İşləməyən elektron tərəzini isə o, həmin gün atmaq üçün götürmüşdür. Təsadüfdən də həmin gün o, polislər tərəfindən saxlanılmışdır. Əgər həmin gün polislər tərəfindən saxlanılmasaydı o, işləməyən tərəzini zibil qutusuna atacaqdı. 29cu Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman o, “lomkada” olmuşdur. O, həmin vaxt nə etdiyini bilməmişdir. Çünki o, özündə olmamışdır. Polislər onun vəziyyətindən istifadə edərək onu “kakosla” “yükləmişlər”. O, ona görə polislərin təklifi ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmışdır ki, həmin vaxt canı çox ağrımış və istəmişdir ki, onu müalicəyə göndərsinlər. O, narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə bu vəziyyətdən qurtulmaq istəmişdir. Ona görə də o, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadə vermişdir. Əvvəlcə onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirmişlər. Lakin sonra o, MSY-də müstəntiqlə sözləşmişdir. Müstəntiq də “acığa düşərək” onu Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə rəsmiləşdirmişdir. Nə o, nə də ki, onun qardaşı Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışlar. Onlar narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşlar, narkotik vasitələrin aludəçisi olmuşlar və narkomaniya xəstəliyindən əziyyət çəkmişlər. Qardaşı Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. Lakin son zamanlar Rauf onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə bədənində ağrılar yaranmışdır. Ona görə də qardaşı Rauf 20-30 gün olar ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Qardaşı Rauf onkoloji xəstəliyə görə dərmanlar baha olduğuna görə narkotik vasitələrlə bədənindəki ağrıları azaltmağa çalışmışdır. O, hər zaman narkotik vasitəni şəxsi istifadəsi üçün ayrı-ayrı adamlardan almışdır. O, heç vaxt narkotik vasitələri bükümlərə bölməmişdir. O, narkotik vasitəni necə almışsa, elə formada da istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özü narkotik vasitə istifadəçisidir. O, heç kəslə əlbir olmamış, heç kəsə narkotik vasitə satmamışdır. O, əsasən narkotik vasitə kimi tanıdığı “kakosdan” istifadə etmişdir. O, “kakosu” çəkmək yolu ilə istifadə etmişdir. O, həbs edilənədək ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. O, qardaşı Rəşad ilə birlikdə tutulmamışdır. O, “Şamaxinka” adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanılmışdır. İttiham aktında qeyd edilmişdir ki, o, qardaşı Rəşad ilə birlikdə eyni yerdə yaşadıqları evin yaxınlığında tutulmuşdur. Bu yalandır. Onlar ayrı-ayrı vaxtlarda və ayrı-ayrı yerlərdə tutulmuşlar. Onlar ayrı-ayrılıqda tutulduqdan sonra Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə aparılmışlar. O və qardaşı Rəşad həmin gün bir-birlərini Polis şöbəsində görmüşlər. Qardaşı Rəşad da narkotik vasitələri inyeksiya yolu ilə qəbul etmişdir. O, isə əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. Sadəcə son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkdiyindən və bədənində tez-tez güclü ağrılar olduğundan o, bədənindəki ağrıları azaltmaq üçün narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Onkoloji xəstəliyinin müalicəsində istifadə edilən dərmanlar baha olduğuna görə həmin dərmanları almağa onun imkanı çatmamışdır. Ona görə də o, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Onun ağciyərində onkoloji düyünlər aşkar edilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitələr satmamış, heç kimə narkotik vasitəni pay verməmişdir. O, yalnız şəxsi istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu, “Ağ Çiçəyim” gül mağazasının arxa hissəsində yerdə qanunsuz şəkildə satılan narkotik vasitələr əldə edərək istifadə etmişdir. O, gündəlik olaraq təxminən 10 manat məbləğində 0,5 qram və ya 0,7 qram miqdarda narkotik vasitə kimi tanıdığı “kakosu” alaraq istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı deyə bilər ki, ibtidai istintaq zamanı o, üzərindəki narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bunun səbəbi isə Yasamal RPİ-nin 29-cu Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiqlər və zorakılıq hərəkətləri olmuşdur. Belə ki, Yasamal RPİ-nin 29-cu Polis şöbəsində polis əməkdaşları onun əllərini arxadan bağlayaraq üzü divara doğru dirəmişlər və ona bel nahiyəsindən təpiklə zərbələr endirmişlər. O, onkoloji xəstə olduğundan xahiş etmişdir ki, onu döyməsinlər. Lakin onun xahişlərinə məhəl qoyan olmamışdır. Nəticədə o da narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirmişdir. O, tutulan zaman həqiqətən də üzərində çox az miqdarda narkotik vasitə “kakos” olmuşdur. Həmin gün təxminən 0,5 qram çəkidə “kakosu” o, “Şamaxinka” adlanan ərazidən şəxsi istifadəsi üçün almışdır. O, 0,5 qram çəkidə “kakosu” aldıqdan sonra bir hissəsini istifadə etmiş, qalanı isə üzərində olmuşdur. O, üzərində olan “kakosu” satmaq məqsədi ilə deyil, öz istifadəsi üçün almışdır. Lakin polis əməkdaşlarının təzyiqləri nəticəsində o, məcbur olub üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirmişdir. Lakin bu belə olmamış və o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətlarının olmaması, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməmələri, tutularkən və şəxsi axtarış keçirilərkən üzərlərində narkotik vasitə heroinin olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmamaları, tutulduqdan sonra 29-cu Polis şöbəsində döyülmələri ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması barədə ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal RPİ-nin 29-cu Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29-cu Polis şöbəsinə xx.xx.2021-ci il tarixdə ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Ona görə bu barədə o, raportla 29-cu Polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra rəis tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və 29-cu Polis şöbəsinin sahə inspektoru Şahid2 daxil edilmişdir. Şöbə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 güman edilən olduqları yerə getmişlər. xx.xx.2021-ci il tarixdə, saat 17:10 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edərək həmin şəxslərə yaxınlaşmışlar. Bundan sonra onlar həmin şəxslərə özlərini təqdim edərək 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirib həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu izah etmişlər. Sonra isə onlar həmin şəxsləri Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir etiraz etməyək onlarla birlikdə Polis şöbəsinə getmişlər. Bundan sonra o, bu barədə raportla məruzə edildikdən sonra müvafiq araşdırmanın aparılması 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədova həvalə edilmişdir. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə 29-cu Polis şöbəsinə müdafiəçilər dəvət edilmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub-olmadığı, olduğu halda isə həmin əşyaları təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümün içində narkotik vasitə “kakos” olduğunu, həmin vasitəni həmin gün səhər saatlarında “Şamaxinka” kimi tanınan ərazidən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarışın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmiş, şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub-olmadığı, olduğu halda isə onları təqdim etməsi bildirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 sağ çiynindən asılmış göy rəngli əl çantasının içərisindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü, 2 (iki) ədəd tərəzini, 1 (bir) ədəd şprisi, 2 (iki) ədəd “novokain” dəmran şüşəsini və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün içində narkotik vasitə “kakosun” olduğunu, həmin vasitəni xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində “Şamaxinka” kimi tanınan ərazidən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 götürülmüş digər əşyalar da qablaşdırılmışdır. Şəxsi axtarışın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən tamamilə fərqli məzmunda ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəldən tanımış, onların arasında dostluq münasibətləri olmuşdur. O, digər Təqsirləndirilən şəxs2 isə tutulan zaman Yasamal RPİ-də tanımışdır. Onun əvvəlcədən Təqsirləndirilən şəxs2la heç bir tanışlığı olmamışdır. O, əvvəllər narkotik vasitələrdən istifafadə etmiş, sonradan isə narkomaniyadan müalicə almı və hazırda narkotik vasitələrdən istifadə etmir. O, heç vaxt nə Təqsirləndirilən şəxs1, nə də ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün narkotik vasitələlər almamışdır. O, heç vaxt nə Təqsirləndirilən şəxs1, nə də ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitməmiş, eləcə də sonuncuların narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını görməmişdir. O, narkotik vasitələri tanımadığı şəxslərdən alaraq istifafadə etmişdir. Əvvəllər bir neçə dəfə olmuşdur ki, o, Təqsirləndirilən şəxs1la birlikdə tanımadıqları şəxslərlə bir yerdə pul atışaraq şəxsi istifadələri üçün narkotik vasitələr alaraq birlikdə istifadə etmişlər. O, ibtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. O, heç vaxt polislər tərəfindən saxlanılmamışdır. Birinci dəfə idi ki, o, Polis bölməsinə çağrılmışdır. Buna görə də o, həddindən artıq həyəcanlı olmuşdur. Ona görə də o, qorxusundan oxumadan müstəntiqin verdiyi bütün sənədləri imzalamışdır. Bir daha o, bildirmək istəyir ki, heç vaxt təqsirləndirilən şəxslərdən narkotik vasitələr almamışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən isə görünür ki, o, təxminən 1 (bir) il olar ki, narkotik vasitələrin istifadəçisidir. ***-***-**-** saylı mobil nömrənin istifadəçisi o, olmuşdur. Həmin nömrədə olan “Votsap” proqramı da onun istifadəsində olmuşdur. Rəşadın istifadə etdiyi ***-***-**-** mobil nömrədə olan “Votsap” proqramı vasitəsilə o, Rəşadla yazışmış, səslər ona və Rəşada məxsus olmuşdur. O, əlaqələri vasitəsilə Rəşad və Rauf qardaşlarının yaşadıqları ünvan 2 ünvanında narkorik vasitə satdıqlarını öyrənmiş, bu səbəbdən də həmin ünvana gedərək 4-5 dəfə 10-15 manata narkotik vasitə olan heroini müxtəlif vaxtlarda Rəşaddan və Raufdan almışdır. Yazışmalardan da göründüyü kimi o, heroin adlı narkotik vasitəni “kola” kimi adlandırmışdır. Dəqiq tarixini xatırlamadığı vaxtlarda evlərinin qarşısında o, təxminən 2 (iki) dəfə şəxsi istifadəsi üçün 1 (bir) çet heroini Raufdan 10 manata, dəqiq tarixini xatırlamadığı vaxtlarda evlərinin qarşısında təxminən 3 (üç) dəfə şəxsi istifadəsi üçün 1 (bir) çet heroini Rəşaddan 10 manata, 1 (bir) dəfə isə Rəşaddan şəxsi istifadəsi üçün 10 manata 1 (bir) baş marixuana almışdır. O, “kola” dedikdə heroini nəzərdə tutur. 1 (bir) çet narkomanların arasında şəxsi istifadə üçün nəzərdə tutulan miqdardır və 0,11 qram deməkdir. O, ödənişi həm Rəşada, həm də Raufa nağd şəkildə etmişdir. Təqsirləndirilən şəxs1 məxsus telefonda olan ***-***-**-** mobil nömrədəki “Votsap” proqramında olan yazışmalar ona aiddir, o, həmin yazışmalarda “torpaq” dedikdə narkotik vasitə heroini nəzərdə tutmuşdur. O, Raufdan dəfələrlə narkotik vasitə heroin almış və hər dəfəsində narkotik vasitənin çəkisi onların razılaşdıqları çəkidən az olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 53-54) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içində narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni həmin gün səhər vaxtı “Şamaxinka” adlanan ərazidən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşya və maddə aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 58) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 59-60) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən o, sağ çiynindən asılmış göy rəngli əl çantasının içərisindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü, 2 (iki) ədəd tərəzini, 1 (bir) ədəd şprisi, 2 (iki) ədəd “novokain” dərman şüşəsini və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün içində narkotik vasitə “kakosun” olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə, saat 11:00-12:00 radələrində “Şamaxinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4573 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 76-80) görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində AR DİN “zərflər üçün №169” möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” və s. yazılar, imzalar olan 4 ədəd kağız paketdən 1№-İi paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,562 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2№-li paketdə boş 2 ml-lik istifadə olunmuş şprisin daxilində heroin izləri müəyyən edildi, 3№-li paketdə 2 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi, 4№-İi paketdəki üzərlərində “novokain 5mq/ml” göstəriciləri olan 2 ədəd ampula bütöv vəziyyətdə (istifadə olunmamışdır) olduğundan tədqiqatı aparılmır. Şpris və tərəzilərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Novokain nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Heroinin təmiz çəkisi: 0,562 qramdır, tədqiqata sərf edildi: 0,05 qram, qalıq çəkisi 0,512 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4574 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 82-86) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №169” möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” və s. yazılar, imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 0,457 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Heroinin təmiz çəkisi: 0,457 qramdır, tədqiqata sərf edildi: 0,05 qram, qalıq çəkisi 0,407 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-842/2021 saylı qərarından (cild 1, iş vərəqə 102) görünür ki, 14 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 119- 120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 128- 129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-606/2021 saylı qərarından (cild 1, iş vərəqə 167-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-607/2021 saylı qərarından (cild 1, iş vərəqə 172-176) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4743 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 231-233) görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütləsi ilə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 191-192) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 193-194) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 1-4) görünür ki, Təqsirləndirilən şəxs2 cibində saxladığı 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 10-13) görünür ki, Təqsirləndirilən şəxs1 sağ çiynində olan çantasının cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü, 2 (iki) ədəd elektron tərəzini, 2 (iki) ədəd “novokain” ampulasını, 1 (bir) ədəd şprisi, 1 (bir) ədəd “Samsung Galaxy A10’’ markalı mobil telefonunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli “Whatsapp” proqramı vasitəsilə həyata keçirilmiş mesaj mətnlərinə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 19-22) görünür ki, “Whatsapp” proqramı vasitəsilə göndərilmiş mesaj mətnləri Təqsirləndirilən şəxs1 dinlənilməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs1 “A” və “Loğman” adlı istifadəçi “B” hərfləri ilə, mesajlar isə aşağıdaki məzmunda qeyd olunmuşdur. B: İsmarıc - Qardaşım burdayam (xx.xx.2021, saat 00:10) B: İsmarıc - Salam, Resad sabahn xryr olsun brat, torpaq var (xx.xx.2021, saat 13:41) A: İsmarıc -Salam brat, var, negeder (xx.xx.2021, saat 13:49) B: İsmarıc - Hazrlada dunenki kimi 1 dene 15 (xx.xx.2021, saat 13:50) A: İsmarıc Ok (xx.xx.2021, saat 13:50) B: İsmarıc - Gelem yarm saata zada gedirem ise pul gotrmeye pul gotrm gelem (xx.xx.2021, saat 13:50) A: İsmarıc - Ok (xx.xx.2021, saat 13:50) B: İsmarıc - Sen cani yuz faiz saxlaya (xx.xx.2021, saat 13:50) A: İsmarıc - Ok (xx.xx.2021, saat 13:50) A: İsmarıc - San 100 % yarim saata galirsan ??? (xx.xx.2021, saat 13:51) B: İsmarıc - 01a biler biraz gecikerem de 5-10 deyqe (xx.xx.2021, saat 13:51) A: İsmarıc - Ok (xx.xx.2021, saat 13:52) A: Nitqi - Qaqaş ola bilsin mən indi çıxıb gedim a qaqa, hardasa bir saat yarımlıq iki saatlıq işim olacey (xx.xx.2021, saat 14:33, danışıq müddəti 9 saniyə) B: İsmarıc - Qardasm indi çatdım ise pul goturum gelem (xx.xx.2021, saat 14:45) B: İsmarıc - Ok (xx.xx.2021, saat 14:45) B: İsmarıc - Uzagi 10-15 deqeye yanindayam (xx.xx.2021, saat 14:45) B: Nitqi - Rəşad pul götürdüm çıxdım qadan alım mənim vaxtım çox azdı da mən işdə olmalıyam elə bilki başa düşdün məni çox gözlətmə qadan alaram davay çıxdım burdan gəlirəm bir dəyqə lap beş dəyqə ordayam inşallar (xx.xx.2021, saat 14:48, danışıq müddəti 12 saniyə) B: Nitqi - Rəşad burdayam e qardaşım qardaşların yanında çıxda sən (xx.xx.2021, saat 14:58, danışıq müddəti 5 saniyə) B: İsmarıc - Ay qaqa burdayamda qadanalam cxda day brt dedim axı vaxdm azdı (xx.xx.2021, saat 15:01) B: İsmarıc - Ay resad qardaşım qardaşdarm yamandayam axı (xx.xx.2021, saat 15:04) B: İsmarıc - Ay brt gelrsen gelmrsense men s...irim gedim (xx.xx.2021, saat 15:06) B: İsmarıc - Ay resad ala bir p..a cavab verde qaqaş burdayam (xx.xx.2021,saat 15:09) B: İsmarıc - Brat niye bele elrsen yeke oğlansan (xx.xx.2021, saat 15:10) B: İsmarıc - Buradayam (xx.xx.2021, saat 15:11), Ay resad Qardaşım meni isimnen eledin getzdirdun brt men ise qayıtmalıyam (xx.xx.2021, saat 15:12), s...m içini onlaynsan cvb vermirsen (xx.xx.2021, saat 15:13) A: İsmarıc - Ay qaqaş bunlar nedi yazmisan mana? Cox sagol, belə olarda, man sana gostardimda niya cavab vera bilmirdim (xx.xx.2021, saat 16:13) B: İsmarıc - Qardaşım (xx.xx.2021, saat 16:14), qadan alaram, gosdermemisden qabağ yazmısdm bulari, gordum onlaynsan cavab vermirsən menede lezet elemediki brt onlaynda cvb vermr oncun brt üzrlü hesab elede indi eseb gelirde arada bir adama (xx.xx.2021, saat 16:15) A: İsmarıc - Can qardaşım manim boş ver ay brat zordi har şey (xx.xx.2021, saat 16:31) B: İsmarıc - Senin qadan alaram, esas salamatçılıqdı sende brt ehdiyadlı ol qadanalar qardasn (xx.xx.2021, saat 16:34) B: İsmarıc - Axsamm xeyr olsun qardaşım nagarsan (xx.xx.2021, saat 19:01) A: İsmarıc - Haa brat (xx.xx.2021, saat 19:29) B: İsmarıc - Qardasım kola var (xx.xx.2021, saat 19:36) A: İsmarıc - Qardaşım sebrli ol deyirem sene ne qeder lazmdı (xx.xx.2021, saat 19:41) A: İsmarıc - Gagaş (xx.xx.2021, saat 20:05) B: İsmarıc - Haycam qardaşım dunenki kimi 2 dene ayrı ayrı 15 diy duzeld uzağı 15 deqeye yanındayam (xx.xx.2021, saat 20:06) A: İsmarıc - Brat 2 alınmır 1 duzalir odaki tamiz 20-liydi (xx.xx.2021, saat 20:07) B: İsmarıc - 1 qram duzelır (xx.xx.2021, saat 20:14) A: İsmarıc - Yox...yarim duzalir (xx.xx.2021, saat 20:15) B: İsmarıc - Onu 2 dene yari eleye bilirsen qardaşım gor basva donerem 1 denesin usağa verecem 1 de ozmede yoxsa usag verirde pulun ona versem ozm qalacam lomkada gor nagarsan qadanalar qardaşın Raufda var onnan goturde varsa Raufda (xx.xx.2021, saat 20:16) A: İsmarıc - Raufu tapa bilmirəm (xx.xx.2021, saat 20:18), Raufda var Amma Rauf yoxdur (xx.xx.2021, saat 20:19) B: İsmarıc - Cıxda qardasdara yarını getr (xx.xx.2021, saat 20:30) A: İsmarıc - Brat 20 manatdiyaa (xx.xx.2021, saat 20:31) B: İsmarıc - Ok (xx.xx.2021, saat 20:31), çeki duzdu onda (xx.xx.2021, saat 20:32) A: İsmarıc - 4 8 (xx.xx.2021, saat 20:32) B: İsmarıc - Çıxda qardasdara burdayam (xx.xx.2021, saat 20:33) A: İsmarıc - Ok cxımışam galiram (xx.xx.2021, saat 20:34) B: İsmarıc - Brt ozn gel gorusde bu qaqaş keçen seferde Rauf yollamışdı mal az idi brt senol (xx.xx.2021, saat 20:38) A: İsmarıc - Rifatnanam burda (xx.xx.2021, saat 20:38) B: İsmarıc - So..m bu mala ki men buna gore yalannan anamın canina and icecem men bax bele seylere gore deyirmeki ozn gorus qardaşın senoTsponkan ağzı acqdıda bereket haqqi bu qaqaşı keçen sefer Rauf da yollamışdı 15 diy tema gotrdum 15 manat pul verdim geldim acdımki 2 dene sponkadaydı mal vasyocun s...ni çindede bir çet qaqaş o uşaq malı s....dirirde brt (xx.xx.2021, saat 20:53) A: İsmarıc - Ay qaqaş onun özünün var idi... na s..ir ordan nasa gatirsin. Loğman ureyini qoy ureyivin ustune-ureyivede alma... sami galvni cekisi duzdu... ağzı açıq olsada olar (xx.xx.2021, saat 20:56) B: İsmarıc - Hecne qardaşım (xx.xx.2021, saat 21:23) B: İsmarıc - Resad neynirsen brt necə oldu tema (xx.xx.2021, saat 00:06) B: İsmarıc - Neynirsen brt ne var ne yox (xx.xx.2021, saat 13:40) B: İsmarıc - Qara torpaqdan var (xx.xx.2021, saat 13:45) 15 manatlıq lazımdı e brt (xx.xx.2021, saat 13:45) B: İsmarıc - Oxuyub cavab zad yazmrsan qardaşım ne meseledi zeng de vuram adboy versen (xx.xx.2021, saat 16:06) A: İsmarıc - Gagaş yoxdu heçne lomkaçılıq (xx.xx.2021, saat 16:06) B:İ smarıc- Raufda var axı sende yoxdu he? (xx.xx.2021, saat 16:06) B: İsmarıc- Qardaşım sen canı Raufa de gecikir çıxsında day (xx.xx.2021, saat 16:15) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 45-47) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddasinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 70-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-20/2022 saylı qərarından (cild 2, iş vərəqə 105-106) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-21/2022 saylı qərarından (cild 2, iş vərəqə 105-106) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 305 saylı rəyindən (cild 2, iş vərəqə 225-226) görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 306 saylı rəyindən (cild 2, iş vərəqə 227-228) görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 306 saylı rəyindən (cild 3, iş vərəqə 5-7) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işində anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Aparılan müayinə zamanı Təqsirləndirilən şəxs2 hadisə ilə özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 ittiham olunan əməli törədən zaman fizioloji affket vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 307 saylı rəyindən (cild 2, iş vərəqə 239-241) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işində anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda pisxi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur və onun məcbudİ müalicəyə ehtiyacı yoxdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə hadisənin bəzi məqamlarını öz maraq və məqsədlərinə uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs1 ittiham olunan əməli törədən zaman fizioloji affket vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-116/2022 saylı qərarından (cild 2, iş vərəqə 157-161) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-117/2022 saylı qərarından (cild 2, iş vərəqə 162-166) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/55- 4/63-4/72 saylı rəyindən (cild 2, iş vərəqə 231-233) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli “**********38831,**********38839№ imei kodluy mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşından toplanmış halhazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı, “SM-A105F” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş (kontaktlar, SMS mesajlar, foto, audio, video fayllar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatında aparılmış məlumatın mübadiləsi və s.) məlumatlar qruplaşdırılmış, rəyə əlavə olunmuş 2 (iki) ədəd üzərində “Verbatim” yazısı olan DVD tipli diskdə öz əksini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 məktubundan (cild 2, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə almamış, Təqsirləndirilən şəxs1 isə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həmin xəstəxanada müalicə almış və ona opioidlərin qəbulu nəticəsində davranış pozuntuları diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-nin cavab məktubundan (cild 2, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini satmış şəxsləri müəyyən etmək mümkün olmamış, həmçinin ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisinin Şahid3 olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2022-ci il sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 44-61) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, 2 (iki) DVD tipli optik diskin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı mobil telefonun, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən narkotik vasitə heroinin, heroinin izləri olan boş 2 ml-k istifadə olunmuş şprisin və 2 (iki) ədəd gümüşü korpuslu elektron tərəzinin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,367 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 mart 2022-ci il cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 63- 66) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2011-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 250-253) görünür ki, Ələkbərov X3 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2012-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündən (cild 2, iş vərəqə 14-18) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəe etmək hüququndan məhrumetməklə 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçilərin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməli, habelə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə izah verilməli, eləcə də təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan sübutları və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. İlk növbədə məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları və bu səbəbdən də məcburi şəkildə ilkin etirafedici ifadələr vermələri məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin yuxarıda göstərilmiş dəlilləri əlavə sübutlar əsasında yoxlanılmaqla araşdırılmışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin saxlanıldıqları İstintaq Təcridxanasına müvafiq sorğular göndərilməklə onların şəxsi işləri (tibbi kitabça ilə birlikdə) tələb olunmuş və qeyd eidlən şəxsi işlər əldə edilərək məhkəmə istintaqında tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 şəxsin işindən məlum olmuşdur ki, o, İstintaq Təcridxanasına təhvil verilərkən onun sağ dirsəyində qərtməkli yara xəsarəti aşkar edilmiş, təqsirləndirilən şəxs həmin xəsarəti tutulduqdan sonra Polis İdarəsinin MSY-də saxlanılarkən yatdığı çarpayıda ehtiyatsıqlıqdan aldığını bildirmiş və bu barədə izahat vermişdir. Başqa sözlə, qeyd edilən təqsirləndirilən şəxs İstintaq Təcridxanasına təhvil verildikdən sonra tibbi müayinədən keçirilərkən onda başqa xəsarət olmamış, dirsəyində olmuş xəsarəti isə ehtiyatsızlıqdan aldığını bildirmiş, eləcə də polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını bildirməmiş, dirsəyindəki xəsarətlə bağlı səlahiyyətli dövlət orqanlarına şikayət etməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması və bunun nəticəsində etirafedici ifadə verməyə məruz qalması barədə ifadə verərkən səmimi olmamış, yalan məlumat verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Digər Təqsirləndirilən şəxs2 şəxsi işindən məlum olmuşdur ki, o, İstintaq Təcridxanasına təhvil verilərkən onda sol saidin arxa tərəfində bənövşəyi rəngli qançır izləri, sol biləyində sıyrılmış qərtməkli yara xəsarəti aşkar edilmiş, o, izahat verərək bu xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirmişdir. Bundan başqa, onun üzərində başqa xəsarətlər aşkar edilməmişdir. Qeyd edilən təqsirləndirilən şəxs üzərində aşkar edilmiş xəsarətləri məhz polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığından bu barədə səlahiyyətli dövlət orqanlarına şikayətlə müraciət etməmişdir. Belə olduğu təqdirdə məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən ona aldığı xəsarətlərlə (sol saidin arxa tərəfində bənövşəyi rəngli qançır izləri, sol biləyində sıyrılmış qərtməkli yara xəsarət) bağlı prokuror nəzarəti və məhkəmə nəzarəti qaydasında şikayət etmək hüququ izah olunsa da, o, hadisədən sonra uzun müddət keçdiyindən bu hüququndan istifadə etmək istəmədiyini bildirmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Polis İdarəsində döyülməsi, işgəncəyə məruz qalması və nəticədə etirafedici ifadə verməyə məcbur olması barədə ifadə verərkən səmimi olmamış və yalan ifadə verməklə məsuliyyətdən yayınmaq istəmişdir. Bundan başqa, məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, tutulan zaman üzərlərində narkotik vasitə heroinin olmadığını, şəxsi axtarış keçirilən zaman üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə əldə etmədiklərini iddia etsələr də, cinayət işinin materiallarına əlavə edilmiş çoxsaylı yazılı və səsli mesajlar əsasında onların birlikdə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımaları təsdiq edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş çoxsaylı yazılı və səsli yazışmalardan məlum olmuşdur ki, şahid qismində məhkəmədə dindirilmiş Şahid3 dəfələrlə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəyə yüklənmiş “Votsap” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 özünə müraciət edərək sonuncudan və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda, müxtəlif çəkilərdə, müxtəlif adlarda narkotik vasitə və psixotrop maddələri almaq istədiyini bildirmiş, razılaşdırdıqları narkotik vasitə və psixotrop maddəni almış, aldıqdan sonra aldığı vasitə/maddələrin çəkilərinin düzgün olmaması ilə bağlı iradını bildirmiş, Təqsirləndirilən şəxs1 isə Şahid3 yazılı və səsli mesajlar göndərərək faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqısatqısını həyata keçirmiş, hətta özüdə istənilər narkotik vasitə və psixotrop maddələr olmadıqda bu barədə qardaşı Təqsirləndirilən şəxs2 müraciət etməsini Şahid3 məsələhət gördüyünü bildirmişdir. Eyni zamanda yuxarıda göstərilən danışıqlar və yazışmalar “jarqon” terminlərdə, yəni “kola”, “torpaq”, “patı, “çet”, “falqa” və sair sözlərdə ifadə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri nəticəsinə gələrkən digər məsələlərlə yanaşı 2 (iki) dəlili əsas tutmuşdur. Birinci əsas odur ki, hər iki təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə kimyəvi tərkiblərinə görə eyni olmuşdur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxslər eyni mənbədən əldə etdikləri narkotik vasitəni öz aralarında bölərək realizə etmək niyyətində olmuşlar. İkinci əsas odur ki, yuxarıda mahiyyəti açıqlanan səsli və yazılı mesajlardan açıqaşkar görünür ki, şahid qismində çıxış edən Şahid3 bir qayda olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısını Təqsirləndirilən şəxs1la edir, Təqsirləndirilən şəxs1 Şahid3 istədiyi miqdarda, növdə və dəyərdə narkotik vasitə və psixotrop maddə olmadıqda, Şahid3 istədiyi narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs2 olub-olmadığını Təqsirləndirilən şəxs1 soruşur, Təqsirləndirilən şəxs1 qeyd edilən faktı təsdiq edərək bu və ya digər şəkildə cavab verir, habelə Şahid3 bir neçə dəfə aldığı narkotik vasitənin çəkisinin az olması barədə Təqsirləndirilən şəxs1 iradını bildirir, eləcə də Təqsirləndirilən şəxs2 da ona satdığı narkotik vasitələrin çəkisinin az olması ilə bağlı Təqsirləndirilən şəxs1 şikayət edir. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli (inkaredici) məzmunda ifadə verərək təqsirləndirilən şəxslərdən narkotik vasitə və psixotrop maddələr almadığını bildirsə də, məhkəmə hesab edir ki, Şahid3 bu hissədə ifadə verərkən səmimi olmamışdır. Əvvəla ona görə ki, cinayət işinə əlavə edilmiş və “Votsap” proqramı vasitəsilə aparılmış yazışmaları (danışıqları) əks etdirən fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət edən şəxs məhz Şahid3dur. Bu fakt “Votsap” proqramının profil şəklini (səhifənin sahibinin şəkli) əks etdirən fotoşəkildə öz əksini tapmışdır. Belə ki, profil şəklindən görünür ki, “Votsap” proqramı vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə Təqsirləndirilən şəxs1la ünsiyyət quran şəxs Şahid3dur. Bundan başqa, məhkəmə istintaqında Şahid3 fərqli məzmunda ifadə verdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsin tədqiq edilməsinə zərurət yaranmış və həmin vaxt o, dindirmə protokolunda əks olunmuş əl yazısının və imzanın ona məxsus olduğunu etiraf etmiş, lakin ibtidai istintaq zamanı dəqiq məlumatlar verərək təqsirləndirilən şəxslərin birbaşa əleyhinə ifadə verdiyi halda, məhkəmə istintaqında həmin məlumatları təqzib və inkar etməsini izah edə bilməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Şahid3 “cinayət aləmin yazılmamış qaydalarına” əsasən məhkəmədə yalan ifadə verməklə təqsirləndirilən şəxslərin məsuliyyətdən azad olunmasına nail olmaq stəmişdir. Bu səbəbdən və qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi cinayət işinin materialları ilə üst-üstə düşdüyündən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edir. Bundan başqa, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tutulduqları yeri və şəraiti, habelə fiziki zorakılığa məruz qalaraq etirafedici ifadə verməyə məcbur qaldıqlarını bildirsələr də, iddia etdiyi hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişlər, istinad etdiyi halların müəyyən edilməsi istiqamətində hər hansı vəsatətlər verməmişlər, habelə cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin fiziki zorakılığa məruz qalmaları barədə səlahiyyətli dövlət orqanlarına müraciət etmələri barədə heç bir sübut mövcud deyil. Bu səbəbdən də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin iddia etdikləri halları təsdiq etmək mümkün olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər tərəfindən iddia edilən halların həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, eləcə də cinayət işinin materialları ilə təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş hallar təqzib edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında inkaredici ifadələr verməklə öz əməllərinə haqq qazandırmaq və məsuliyyətdən yayınmaq məqsədi güdmüşlər. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bir daha qeyd edir, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün təqsirləndirilən şəxslərin ifadələrində göstərilmiş halların həqiqət olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin təqsirləndirilən şəxslər iddia etdikləri hallarla bağlı məhkəməyə sübutlar təqdim etmədiklərindən, habelə göstərilən halların həqiqət olmasının müəyyən edilməsi istiqamətində vəsatətlər vermədiklərindən məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlarlarla kifayətlənməq məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələrdə iddia etdikləri halların həqiqət kimi qəbul edilməsi üçün ancaq onların ifadələri kifayət etmir. Məhkəmə onların iddia etdikləri halları (ifadələrində göstərdikləri halları) yalnız digər obyektiv sübutlarla təsdiq edildiyi halda həqiqət kimi qəbul edə bilər. Cinayət işinin materiallarında ibtidai istintaq orqanının gəldiyi nəticəni və ittihamla bağlı halları təqzib edəcək sübutlar olmadığından, bu məsələlərlə bağlı müdafiə tərəfi məhkəməyə yeni sübutlar təqdim etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri yalan ifadə kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər, başqa sözlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışlar. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ali təhsilli olmasını, habelə Təqsirləndirilən şəxs1 cavan və ali təhsilli olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasına uyğun şəkildə ağlabatan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onların cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, cinayət işində olan 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən narkotik vasitə heroin, heroinin izləri olan boş 2 ml-k istifadə olunmuş şpris və 2 (iki) ədəd gümüşü korpuslu elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,367 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, 2 (iki) DVD tipli optik disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin hüyata keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 527 (beş yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 527 (beş yüz iyirmi yeddi) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,472 qram təşkil edən narkotik vasitə heroin, heroinin izləri olan boş 2 ml-k istifadə olunmuş şpris və 2 (iki) ədəd gümüşü korpuslu elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,367 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, 2 (iki) DVD tipli optik disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin hüyata keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 527 (beş yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1006/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1006/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver