Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1006/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Arif qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 Arif oğlu iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs Arif qızının, xx.xx.1997-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, qadın saç ustası köməkçisi işləmiş, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələrində nəzərədə tutulan əməlləri anlaqsız vəziyyətdə törətməsinə dair materiallara qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Arif qızı isterik tipli şəxsiyyət pozuntusu psixi patologiyası nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə 18 iyul 2022-ci il tarixdə səhər saatlarından etibarən ünvan 1 ünvanında yerləşən hündür mərtəbəli 28 saylı evin 5-ci mərtəbəsində yerləşən 13 saylı mənzildə səhər saatlarından etibarən, əvvəllər müxtəlif ailə-məişət münasibətləri zəminində mübahisə etdiyi, nikah münasibətlərinin pozulma həddinə qədər münaqişəli vəziyyətdə olduğu və həmin gün ad gününü qeyd edən qaynanası Şahid1 ilə sonuncunun Bakı şəhərində deyil Masallı rayonunda göz həkiminə getmək istəməsi ilə əlaqədar yenidən mübahisə edərək, qarşılıqlı dava zamanı ona zərbələr endirərək sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, sonuncu da öz növbəsində ona qarşı fiziki zor tətbiq edib dərəcəsi təyin olunmayan xəsarətləri yetirdikdən sonra, Rusiya Federasiyasının Yamalo- Nenets vilayətinin Noyabrsk şəhərində yaşayan oğlu, eyni zamanda Təqsirləndirilən şəxs əri Qanuni nümayəndə2 zəng edib, mübahisə barədə ona məlumat verərək, 60 illik yubileyini təbrik etmək əvəzinə gəlininin onunla dalaşması barədə şikayətləndikdən sonra, Qanuni nümayəndə2 Rusiyadan ona zəng edib hərəkətlərini irad tutub acıqlanmasından, tezliklə Bakı şəhərinə qayıdıb onu cəzalandıracağını bildirməsindən əsəbiləşərək onlardan istənilən formada qisas almaq qərarına gəlmiş, uşaqlarına qarşı hər hansı hərəkəti edəcəyi təqdirdə əri Qanuni nümayəndə2 daha çox əzab verə biləcəyini düşünərək özünü uşaqları ilə birlikdə yaşadıqları mənzildən yerə atmaqla uşaqları xüsusi amansızlıqla öldürmək niyyətinə düşmüş, qəsdini həyata keçirmək üçün həmin gün saat 23:10 radələrində mənzilin digər otağına daxil olaraq cinayətkar niyyətinin həyata keçirilməsinə hər hansı maneənin olmaması üçün otağın qapısını içəridən kilidlə bağlayıb onun üçün aşkar sürətdə azyazşlı olmaqla yatmış vəziyyətdə olduğunu gördüyü və bununla da özlərini müdafiə etmək iqtidarında olmamaqla köməksiz vəziyyətdə olduqlarını bildiyi qızları, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 götürərək birlikdə otağın pəncərəsindən yerə doğru tullanmaqla özünü atmış, nəticədə azyaşlı qızı Zərərçəkmiş şəxs2 baş beyinin yumşaq qişası altına qansızma, sol gicgah sümüyünün sınığı, ürəyin və ürək kisəsinin cırılması, sol said sümüklərinin açıq sınığı, sağ dirsək sümüyünün qapalı sınığı, alının mərkəzi hissəsinin, sol yarısını sol qaşaltı nahiyəni, burnun arxa səthini, yuxan dodağın sol yarısını, çənənin ön və sol yarısını əhatə edən, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsinin və boynun ön səthinin sol yarısını əhatə edən sıyrıq qaşarası və sol biləyin ön səthinin əzilmiş yaraları kimi həyatla bir araya sığmayan ağır xəsarətləri alaraq, travma nəticəsində ürəyin cırılmasından baş vermiş kəskin qanitirmə səbəbindən ölməsi ilə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2m xüsusi amansızlıqla qəsdən öldürmüş, müştərək travma, döş qəfəsinin, qarnın küt travması, sol bud sümüyünün orta 1/3-nin, sol bazu sümüyünün kondiluslardan keçən qapalı yerdəyişən, sol oturaq sümüyünün sınıqları xəsarətləri almış digər azyaşlı qızı Zərərçəkmiş şəxs1 isə hadisə yerinə gələn şəxslər tərəfindən vaxtında 1 saylı X7 çatdırılaraq həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Arif qızı törətdiyi törətdiyi əməli qismən etiraf edərək göstərdi ki, hadisə olan gün, səhər yoldaşı Qanuni nümayəndə2la dalaşmışdı. Sonra uşaqlarını həkimə aparmışdır. Bundan sonra baş verənləri xatırlamır. Uşaqları ilə birgə intihar etməyi yadında deyil. Onun iki övladı da yaşayır. Onun əvvəllər psixi xəstəliyi olmamışdır. Əvvəllər nə danışdığını xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs Arif qızı ifadələrində ibtidai araşdırma zamanı göstərmişdir ki, evlənənədək bacısı, qardaşı və valideynləri ilə birlikdə doğulduğu Astara rayonunda yaşamış, uşaqlığı əsasən ana nənəsi və babası ilə yaşayaraq keçmişdir. İbtidai və orta məktəbi Astara rayonunda oxumuş, qiymətləri kafi və qənaətbəxş olmuşdur. Qohumu olan Suslan ilə sevgi münasibətləri yaranaraq bir müddət davam etmiş və onlar 2017-ci ilin oktyabr ayında evlənmişlər. Lakin evlilikləri qaynanası Elmirə tərəfindən bəyənilməmiş, evləndikdən sonra bir müddət Astarada qaynanası ilə birlikdə yaşamış, mütəmadi mübahisələri olmuş, həmin mübahisələrə səbəb əsasən pulla bağlı məsələlər, Suslanı eyni məsələyə müxtəlif yanaşmaları təlqin etmələri üzərində olmuşdur. Həmin mübahisələrdən biri və ya ikisi şiddətli olmuşdur. Astarada yaşayarkən Suslan dövlət işindən çıxmış, ticarətə qoşulmuş, lakin orada böyük zərərə məruz qalmış, qayınanası və Suslan birlikdə Suslanın qardaşı Kamranın yanına-Rusiya Federasiyasına köçmüş, orada yaşamışlar. Suslan orada kiçik meyvə-tərəvəz dükanı işlətmiş və qazandığı pullar borcunun ödənməsinə yönəlmişdir. Onların daimi maddi sıxıntıları olmuş, bu və müxtəlif məişət problemləri səbəbi ilə qaynanası Elmirə ilə bir evdə yaşadıqları üçün daima mübahisələri olmuş, mübahisə zamanı Elmirə günlərlə yığıb saxladığı sözləri birdən demiş, onu qıcıqlandırmış, o da qaynanasının sözlərinə tutarlı cavablar vermişdir. Belə ki, qaynanası Elmirə daha yaxşı maddi rifahda öz həyatını yaşamaq, daha yaxşı şərtlərdə gününü keçirmək istəmiş, bu kimi məqsədləri, onu bəyənməməsi, hər məsələyə qaynana kimi deyinməyi onu qıcıqlandırmış, böyük mübahisələr zamanı qohumları onu gəlib götürmüş, bir müddət sonra onlar barışmış və bir evdə yaşamağa davam etmişlər. Hamiləliyə fiziki olaraq tam uyğunlaşmadığına görə bir müddət müalicə almış və 2019-cu ildə Sofiya, daha sonra 2020-ci ildə Sara doğulmuşdur. Sofiya və Sara doğulduğu zaman və növbəti bir ildə Suslanla Bakı şəhərində yaşamış, münasibətləri çox mehriban olmuş, həmin ərəfə qaynanası Rusiya Federasiyasında yaşamışdır. Suslanla Bakı şəhərində birgə yaşadığı dövrdə qadın saç ustalığını öyrənmək və təkmilləşdikdən sonra Bakıda və ya Rusiya Federasiyasında yaşayacaqları dövrdə işləyib ailə büdcəsinə kömək etmək qərarına gəlmiş, Suslan da bu qərarını dəstəkləmişdir. Qaynanası isə onun saç ustalığını, gözəllik salonunda işləməsini istəməmiş, öyrənə bilməyəcəyini, gettikcə orada işləyən qadınların təbiətində olacağına deyinmişdir. O gec də olsa, öyrənmiş, müxtəlif kurslara getməklə saç ustası köməkçisi kimi işləmişdir. 2021 -ci ilin sonlarında Həzi Aslanovda yaşadıqlarından orda kursa getmiş, lakin 2022-ci ilin əvvəllərində Yasamal rayonunda Mida yaşayış kompleksində kirayə ev tutmuşlar. Uşaqlar üçün daha yaxşı şəraitli olmaqla, özünün də 28 May metrostansiyası yaxınlığındakı təzəcə saç ustası köməkçisi kimi işə başladığı “Facestudio” gözəllik salonuna da yaxın olmuş, eyni zamanda uşaqlara baxmaq və salonda işləmək mümkün olmamışdır. İş vaxtı gündəlik 09- 19 radələri olduğundan və uşaqlara həmin vaxt baxacaq biri gərəkdiyindən Suslan bir müddət əvvəl Azərbaycana qayıtmış, anası Elmirənin onunla birgə yaşamasını və uşaqlara baxmasını məsləhət bilmiş, o da bu təkliflə razılaşmış və onlar yenidən birlikdə yaşamağa başlamışlar. O gündəlik gözəllik salonundakı işinə getmiş, Elmirə isə uşaqlara baxmışdır. Bir müddət sonra 2022-ci ilin əvvəllərində Suslan Rusiyaya qayıtmış və onunla qaynanası hadisə baş verən evdə uşaqlarla yaşamağa davam etmişlər. Səhər saatlarından axşam saatlarınadək özü işdə olmuş, uşaqlar isə qaynanası ilə evdə qalmış, qaynanası candərdi də olsa uşaqlara baxmış, axşam evə qayıtdıqda isə özü ev işlərin görmüşdür. Menstruasiya xəstəliyi gecikdiyi üçün ginekoloqu Şahid10 ona 3 dərman yazmış, o yalnız ‘Persen forte’ adlı dərmanı almış, gündəlik qəbul etmiş, əsəblərində probelm olduğundan aylıq xəstəliyi gecikmişdir. Qaynanası ilə arasıra mübahisələri olmuş, həmin mübahisələr adi şeylərin, məişət məsələlərin üstündə olmuş, həmin mübahisələrdə hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətmiş və bir-birindən Suslana şikayət etmişlər. Həmin mübahisələr sadəcə sözdən ibarət olmuş, fiziki münaqişəyə çevrilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər duraraq işdən icazəli olduğu, həmçinin, qaynanasının gözü əməliyyat olunmalı olduğu üçün xəstəxanaya gedib müayinə olunmağı, əməliyyat üçün gün müəyyənləşdirməyi təklif etmiş, həm də Saranı yıxılıb əzildiyi üçün xəstəxanaya aparmalı olmuşdur. Bundan başqa Suslan və Kamran da 25-26 iyul tarixlərdə Elmirənin əməliyyatı üçün pul göndərəcəkdilər. Elmirə Masallı rayonunda əməliyyat olunmaq istədiyini demiş, o isə işdən qala bilmədiyini, Bakıda tanış həkimə əməliyyat olunmasını, Masallıya gedib-gəlməyin eyni xərc olduğunu demiş, mübahisənin davamında işdən qala bilmədiyini bir daha vurğulamış, qızı Təranənin Xırdalanda paltar satıcısı işlədiyi vaxt işdən qalıb-qala bilmədiyini soruşmuş, o da qızının adını ağzına almamasını demiş, mübahisələri bir az da böyümüşdür. Qaynanası Elmirə özü RF-da olan oğlu Suslana ondan şikayətlənmiş, özü bu barədə Suslana heç nə deməmişdir. Suslan ona zəng edərək nə olduğunu soruşmuş, o da qaynanası Elmirənin Masallıda əməliyyat olunsa işdən bir həftəlik qala bilməyəcəyini demiş, həm də qaynanası Astaraya getsə uşaqlara kimin baxacağından gileylənmiş, Suslanla mübahisə etmişdir. Həmin gün saat 09-10 radələrində Saranı bədənində olan qızartılara görə həkimə aparmış, Elmirə evdə olmuş, Sofiya isə baxçaya getmişdir. Günorta saat 15 radələrində həkimdən evə qayıtmış, iki xəstəxanaya getdiyi üçün yubanmışdır. Evə girdikdə Elmirənin Rusiya Federasiyasında olan qızı Təranə ilə onun barəsində danışdıqlarını başa düşmüş, çünki Elmirə Tahirəyə “Gəldi, eşidir” demiş, Təranə isə “Cəhənnəmə eşitsin” cavabını vermişdir. Bunları eşidib, qonaq otağına keçərək Elmirə və telefondan eşidən Təranə ilə mübahisəyə başlamış, çünki Təranə onun atasına, o isə qarşılıq olaraq onun atasına söymüşdür. Daha sonra Təranə ilə telefon danışığı sonlandırılmış, özü Elmirə ilə mübahisəyə davam etmişdir. Elmirənin oğluna və qızına şikayətlənməsin, olan-bitəni deyib ona qarşı qaldırmasın deyə telefonunu əlindən almışdır. Qaynanası ilə mübahisə zamanı əlbə-yaxa çəkişmələri də olmuş, daha sonra qaynanası eyvana çıxaraq qonşulardan kömək istəmiş, “Gəlinim məni öldürür, mənə kömək edin” deyə qışqırmışdır. Bundan sonra mühafizə işçilərindən biri qapılarını döymüş, nə baş verdiyini soruşmuş, o isə problem olmadığını deyərək qapını örtmüşdür. Qaynanasi niyə onu evə buraxmadığını soruşmuş, həmin gün Suslan ona 100 manat köçürmə yolu ilə pul göndərmiş, lakin evdə mübahisənin olduğunu görüb pulu geri çəkmişdir. O pulu yenidən göndərməsini, evdə çörək olmadığını, uşaqların ac olduğunu, qaynanasının mübahisəyə səbəb olduğunu demiş, saat 19-a kimi pulu çatdırmasını tapşırmışdır. Bir müddət sonra qardaşı Rəsul onunla əlaqə saxlamış və dostu Emidin gələcəyini demiş, daha sonra Emid axşam saatlarında, təxminən saat 19 radələrində gəlmiş və o uşaqlarla aşağı düşərək birlikdə marketə getmiş, həmin vaxt Emid ona xatırlamadığı miqdarda pul da vermiş, mağazadan uşaqlara şirniyyat, çörək götürmüş və evə qayıtmışdır. Həmin saatadək qaynanası aşağı düşməmiş, çörək almamış, uşaqlar yavan çörəyi xoşladıqlarından şirniyyat və təkcə çörək yemişlər. Həmin ərəfədə qaynanası ilə mübahisələri səngimişdi. O mobil telefonda Suslanla whastapp sosial şəbəkəsində yazışmış, Suslan ona dərhal Bakıya gələcəyini, hər şeyin bitdiyini demiş, bu minvalda mübahisə etmişlər. Hər böyük mübahisələrində boşanmadan söhbət düşmüş, uşaqlarını onun əlindən alacaqlarını demiş, lakin uşaqlarından heç vaxt ayrılmayacağını təkrarlamışdır. Suslanın Rusiya Federasiyasından Bakıya gələcəyinə inanmamış, Suslan deport olmuş və avqustda qayıtmalı olmuşdur. Suslanın onu öldürəcəyi barədə hədələri real qəbul etməmiş, inanmamışdır. Həmin gün saat 23 radələrində uşaqları yataq otağına aparıb yatızdırmış, bundan sonra qapını adəti üzrə içəridən kilidləmişdir. Anasına zəng edib harada olduğunu, nə etdiyini soruşmaq istəmiş, anası telefonu götürməmiş, atasına zəng etmiş, hal-əhval tutub sağollaşmışdır. Anasına, qardaşına və bacısına ona sahib çıxmamaları barədə mesaj yazsa da ailəsi həmişə ona dəstək olmuş, emosional olaraq həmin sözləri yazmışdır. Hadisənin tam olaraq necə baş verməsini qəti olaraq xatırlamamış, lakin çoxsaylı, yəni 10-12 ədəd “Persen forte” dərmanı içməsini xatırlamışdır. Həmin dərmanı içməsinə səbəb sakitləşməkdən çox ölmək olmuşdur. Daha sonra ilk xatırladığı X6 oyanması olmuşdur. 27 aprel 2022-ci il tarixdə də qızları ilə özünü qatar altına ataraq intihar etmək fikri olmuş, hətta İnşaatçılar metrostansiyası platformasına girərək metro ilə davamlı hərəkətdə olmuş, 4 saat metroda gəzişmiş, lakin sonda fikrindən daşınmışdır. Təqsirləndirilən şəxs Arif qızının qanuni nümayəndəsi Qanuni nümayəndə1 Arif oğlu ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşıdır. Onlar ailədə beş nəfər olmuşlar. O, anası, atası və bacısı ilə birlikdə rayonda yaşayır. Digər bacısı Sevda Zülfüqarova Sumqayıtda yaşayır. Bacısı Təqsirləndirilən şəxs ilə Qanuni nümayəndə2 2016-cı ildə bir-birilərini sevib evlənmişlər. Suslanın atası Nizaməli onun atsının əmisidir. O, Elmirənin ailəsinə Aytəni verməyə razı olmasa da, Nizaməli yaxşı kişidir deyə Aytəni vermişlər. Bir il sonra Nizaməli kişi xərçəng xəstəliyindən öldü. Elmirənin bir qızı, iki oğlu var. Oğlu Kamran, qızı Təranə evli olsalar da Elmirə həmişə onların evliliyinə qarışmış, təzyiqlər göstərmiş, hətta Kamranın evliliyini ilk ilində dağıtmış, onun fikrinə görə bu səbəbdən Kamran onunla bir müddət danışmamışdır. Aytən evləndiyi ilk günlərdən Elmirə ilə problemləri olurdu, çünki Elmirə onun hər işinə qarışır, sataşır, təhqir edir, qohumlarını da söyürdü. Suslanı da Aytənə qarşı qaldırır, dəfələrlə onların da dalaşmasına səbəb olmuşdur. Elmirənin qızı Təranə də bunlara səbəb olmuşdur. Aytəndə tibbi problem olduğundan evləndikləri vaxtdan 2018-ci ilədək hamilə qala bilməmiş, dəfələrlə buna görə ailəlkərində problem olmuş, qayınanası buna görə mübahisələr salmışdır. Aytən qayınanası ilə olan problemlərinə görə çox vaxt ağlamış, əhvalı pis olmuşdur. 2019-cu ildə Aytənin Sofiya adlı qızı doğuldu. Həmin vaxtadək Aytən əri və qayınanası, qaynı Kamranla Rusiya Federasiyasında yaşamışlar. Sofiya doğulduqdan sonra Suslan Bakı şəhərinə qayıtdı və Bakı şəhəri Yasamal rayonu K.Dairəvi yol 8, MİDA yaşayış kompleksində fərqli ünvanda yaşamağa başladılar. 2020-ci ilin may ayında isə Aytənin ikinci qızı Sara doğuldu. 2021-ci ilin yay aylarınadək Suslan və Aytən birlikdə yaşamışlar və münasibətləri yaxşı olmuşdur. Elmirə isə Rusiya Federasiyasında idi. Daha sonra Elmirə ilə birlikdə daha böyük ev üçün Həzi Aslanovda kirayə ev tutub yaşadılar. Münasibətlərində artıq daha tez-tez münaqişələr olurdu. 2021-ci ilin noyabr ayında Suslan işləmək üçün Rusiyaya getdi. Bundan bir qədər əvvəl uşaqlara daha rahat park və şərait olduğu üçün Aytən, qaynanası və uşaqlarla birlikdə hadisə olan ünvana köçdülər. Aytən 2021-ci ilin yay ayından 28 May metrostansiyasının yaxınlığında “Facestudio” gözəllik salonunda kurs keçməyə, daha sonralar isə təcrübə keçməyə başladı. Aytən həftənin altı günü saat 09-dan saat 19:00-dək aralığında “Facestuido” salonunda olurdu, uşaqları isə səhər özü baxçaya qoyurdu, axşam saat 17:00 radələrində isə Elmirə uşaqları baxçadan götürürdü. Aytən Elmirənin uşaqlara yaxşı baxmadığını deyirdi, çünki hər dəfə evə gəldikdə uşaqların narahat olduğunu, ağladıqlarını görürdü, lakin bunun səbəbini bilmirdi, uşaqlar da danışmadığından bunu deyə bilmirdilər. 2021-ci ilin noyabr ayından Elmirə, Aytən və uşaqlar birlikdə yaşamışdır. Həmin dövrdə də aralarında gündəlik olaraq mübahisələri, davaları olurdu. Mübahisələrin əsas səbəbləri Elmirənin Aytəni gəlin kimi istəməməsi, ona dəli olduğunu deməsi, onun evdən çıxıb getməsini istəməsi olmuşdur. Elmira hər gün kiçik şeyə görə Aytənə irad tuturdu, alçaldırdı, kobud sözlər deyirdi, Suslana, qızı Təranəyə Aytəni pisləyirdi Onlarla telefonda danışıb Aytəni təhqir edirdi. Buna görə dəfələrlə evlərində dava olurdu, Suslan da Aytənlə mübahisə edib onunla dalaşırdı. Elmirə həmişə Aytən eşidə-eşidə qızı ilə Aytənin arxasınca danışırdı. Aytən bunu eşidəndə mübahisə edirdi, ailəsini söyməməsini, qarğış etməməsində təkid edib mübahisə edirdi. 18 iyul 2022-ci il tarixdə Elmirənin ad günü olub. Aytən ərindən onu təbrik edib-etməməsini soruşmuş, əri təbrik etməməsini demişdir. Həmin gün Aytən iş olmadığı üçün işə getməmiş, Elmirənin gözündəki problemlə bağlı, qızı Sarada olan səpkilərlə bağlı həkimə getməyi təklif etmişdir. , Elmirə isə Masallıda göz həkiminə gedəcəyini, orada əməliyyat olunacağını demişdir. Aytən həkimə gedib evə qayıtmışdır. Evə gəldikdən sonra Aytənlə onların arasında evdə kimlə qalacaqları, Bakıda müalicə olunması barədə danışmışlar, söhbət mübahisəyə çevrilmiş, onların arasında Elmirənin ad günü təbriki ilə bağlı mübahisə düşmüşdür. Elmirə Aytənlə dalaşmışlar. Bundan sonra Elmira olanları zəng edib Suslana deyib, ondan buna son qoymağı tələb etmişdir. Suslan ona bacısını öldürəcəyi ilə bağlı hədə-qorxu gəlməsini əks etdirən səsli mesajlar da atmışdır. Bu barədə o,dostu Emidə demişdir ki, get ora, həyətdə ol, birdən Aytənlə davaları qızışar, nəsə başqa şey olar, ona nəsə lazım olar. Emid ora getmiş, Aytən aşağı düşərək mağazaya getmiş, sonra evə qayıtmışdır. Emid isə həyətdə olmuşdur. Həmin tarixdə saat 23:18-də Emid ona zəng edib dedi ki, Aytən yataq otağının pəncərəsindədir və uşaqlar da qucağındadır, az sonra qardaşım düşdülər, düşdülər, düşdülər deyə qışqırdı. O isə həmin vaxt anası və atasıyla yolda olmuş, onların probleminə görə Bakıya gəlmişdir. Onlar xəstəxanaya saat 01:00 radələrində çatanda Saranın ödüyünü, Sofiya ilə Aytənin xəstəxanada olduqlarını bilmişdir. Hazırda bacısı olan hadisəni xatırlamır. Heç nə danışmır, söz soruşanda yanındakı şəxslərinq üzərinə baxmaqla kifayətlənir. Heç kiminlə ünsiyyətə girmir. Heçnədən şübhələnmir. Uşaqlarının hər ikisinin də sağ olduğunu bilir,lakin onların harada olduğunu soruşmur. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 Nizami oğlu ifadələrində göstərdi ki, o, 2016-cı ilin sentyabr ayında qohumu Təqsirləndirilən şəxs ilə evlənmişdir. Evləndiklərindən sonra 2017-ci ilin yanvar ayınadək Astara rayonunda yaşamışlar. Daha sonra ailəsi ilə Rusiyanın Noyabrsk şəhərinə köçmüşlər. Onunla Aytənin heç vaxt mübahisəsi düşməmiş, aralarında hər hansı fikri ayrılıqları olmamışdır, lakin Rusiyada yaşadıqları ilk aylarda anası ilə Aytənin arasında bir dəfə güclü mübahisə olmuş, lakin nə səbəbə mübahisə düşdüyünü bilməmişdir. O onları sakitləşdirmişdir. Həmin mübahisəyə görə Aytən evi tərk etmişdir. O, Aytənin Astara rayonunda yaşayan atasına zəng etmiş, atası onlarla eyni şəhərdə yaşayan qohumlarını onun evinə göndərmişdir ki, Aytəni özləri aparsınlar. Onda o, Aytənlə danışıb barışmışdır. Anası Elmira qısa müddət sonra rayona qayıtmışdır. 2019-cu ilin may ayında o,bzü Azərbaycana qayıtmışdır, Bakı şəhəri Yasamal rayonu MİDA YK-da hazırda yaşadıqları evdən fərqli olan bir kirayə mənzil tutmuş və anası, Aytənlə orada yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları ilk ayda o, evdən çıxdıqdan on dəqiqə sonra anası ona zəng edib evdə mübahisə düşdüyünü dedi. O da evə qayıtmış, Aytənin anasına hücum etdiyini, onların bir-birilərinə qışqırdıqlarını görmüşdür. Mübahisənin baş verə səbəbini xatırlamır. O anasını sakitləşdirsə də, Aytəni sakitləşdirmək mümkün olmamışdır. Aytən ona da bağıraraq onun onu öldürmək istədiyini, ona fiziki şiddət göstərdiyini deyirdi, qonşular da orada yığılmışdır. O da mübahisə barədə Aytənin atasına zəng edib demişdir. Ertəsi gün atası gəlib Aytəni özü ilə apardı. Onda Aytənin qardaşı Rəsul da atası ilə birgə gəlmişdi və onun gözünə yumruqla zərbə vurmuşdur. Bir neçə gün sonra Aytənin ailəsi evə gəlib Aytənin cehizlərini götürdü. Əvvəl onun qardaşı Kamran, bir müddət sonra o, Astara rayonuna qayıtmışdır. O, Aytənə anası ilə birgə yaşamaq istəmədiyindən Aytəni Rusiya Federasiyasına aparacığını demişdir, bundan sonra Aytən evə qayıtmışdır. Anası Kamranla 2019-cu ilin avqustunda Rusiyaya getmişdir. Onlar Aytənlə “MİDA”-da ikinci mənzili tutuö orada 2019-cu ilin avqustundan 2021-ci ilin avqust-sentyabr ayınadək ikinci evdə Aytənlə və iki uşaqla bir yerdə yaşamışlar. Həmin dövrdə aralarında heç bir problemləri olmamışdır. Anası ilə gündəlik danışsa da hər hansı mübahisələri olmurdu. 2021-ci ilin avqust ayında anası Elmira Astara rayonuna qayıtdı, bir müddət sonra ev yiyəsi evə yerləşdi və onlar evdən çıxmalı oldular. Aytən həmin dövrdə qadın saç ustalığını öyrənmək istəyirdi. Həzi Aslanovda qəsəbəsində yerləşən Şafaq Novruz adlı qadının gözəllik salonunda kurs keçmək üçün həmkəndliləri bir qızın yanına getmək istədi və onlar Həzi Aslanova köçdülər. Aytən həmişə bahalı şey yaxşı olur deyirdi və kursu da bahalı idi. Üç aylıq kurs üçün 600-800 AZN ödəniş etdi. 2021-ci ilin sentyabr ayında Aytən kurslarla əlaqədar vaxtının çox getdiyini, uşaqlara baxmağın çətin olduğunu dedi. O da Aytənin razılığı və istəyi ilə anası Elmiranı Astara rayonundan onlarla yaşamaq üçün Həzi Aslanovdakı evə gətirmişdir. Anası gəlmək istəməmiş, lakin onun təkidinə əsasən uşaqlara baxmaq üçün onlara gəlmişdir. 2021-ci ilin noyabr ayında onun Rusiyadan deport müddəti bitmişdir və o, Rusiyaya qayıtmışdır. O, Rusiyada olarkən 2022-ci ilin yanvar ayında Aytən 28 May Metrostansiyası yaxınlığındakı “Face stuido”-da kurs keçməyə başladı. 2022-ci ilin mart ayında Aytən uşaqları baxçaya qoymaq üçün “MİDA”dakı baxçanı bəyəndi və hadisə baş verən evi kirayə tutdu. Aytən, anası və uşaqlarla birlikdə ora köçdülər. Birlikdə yaşadıqları müddətdə Aytənin anasıyla böyük mübahisələri olmurdu və ya ona bu barədə demirdilər. 27 aprel 2022-ci il tarixdə anası «Ramazan» bayramı üçün Astara rayonuna getmək istədiyini dedi. Anası təqaüd kartını da Aytənə vermişdi. Aytən hər ay təqaüdü çıxarır, ev xərclərinə yönəldirdi. Həmin karta aprel ayınadək bir dəfə təqaüd vurulmuşdu, anasının sənədlərində problem aprel ayında həll olunduğundan bir dəfə apreldə vuruldu. Bundan əvvələl Aytənin ginekoloqa getməsi üçün 2022-ci ilin aprel ayının əvvəllərində göndərdiyi 100 manatı anası dişini düzəltməyə sərf etmişdi. Anası Astaraya getmək üçün Aytəndən təqaüddən pul istədikdə Aytən ona kobud cavab vermişdir. Anası da Aytənə 100 manatı təqaüddən götürüb 100 manatı isə ona verməsini kobud şəkildə demişdir. Bundan sonra onların davaları düşmüşdür. Həmin vaxt evdə Rəsul da olmuşdur. Bu mübahislər zamanı hər ikisi ona zəng edib birbirlərindən şikayətləndilər. O isə telefonla onları sakitləşdirməyə çalışmışdır. Aytən onun anası Elmiranı döyüb təpik də vurub evdən qovmuşdur. Rəsul həmin gün onun razılığıyla anasını Xırdalan da yaşayan bacısının yanına göndərmişdir. Həmin vaxt Aytən anasının təqaüd kartını da əzərək onun üstündə atmışdır. Bundan sonra iyul ayınadək münasibətləri normal olmuşdur. 18 iyul 2022-ci il tarixdə anasının 60 illik yubileyi günü onların arasında yenə də mübahisə düşmüşdür. Mübahisəyə səbəb anasının göz problemi ilə bağlı həkimə getmək istəməməsi, həkimə Masallı rayonunda getmək istəməsi olmuşdur. Onun anasına Aytən işdən yalnız iki gün qala biləcəyini, bir həftəlik qalmasının mümkün olmamasını demişdir. Mübahisədən onun da xəbəri olmuş, aranı biraz sakitləşdirmişdir.Buna baxmayaraq Aytən Sofiyanın da sifətinə vuraraq burnunu qanatmışdır. Bundan sonra Sara ilə Aytən həkimə getmişdir. Aytən evə qayıtdıqda anası Elmirənin Rusiyada yaşayan bacısı Təranə ilə onun barəsində danışdığını eşitmiş, buna görə aralarında yenidən mübahisə düşmüşdür. Aytən anasıyla əlbəyaxa olmuş, ona xəsarətlər də yetirmişdir. Hətta anası eyvana çıxaraq qonşulardan kömək istəmiş, mühafizəçi qapıya gələrək nə olduğunu öyrənmək istədikdə Aytən qapını onun üzünə örtmüşdür. Aytən anasının telefonunu yerə vuraraq sındırmış, onun əlindən almış, bu barədə də ona yazmışdır. O da həmin gün Aytənin kartına 100 manat göndərmişdir, lakin olanları görüb, həmin pulu geri çəkmişdir. Aytən isə ona saat 19:00-a kimi ona pulu çatdırmağı, yoxsa anasını evdən qovacağı ilə onu hədələmişdir. O da pulu Aytənə çatdırmışdır. O bu olanları görüb, Aytənin qardaşı Rəsula xəbər vermiş, ona Rusiyadan sabah qayıdacağını demişdir. O isə hələki səbirli olmağı, özünün Bakıya gedəcəyini və məsələni həll edəcəyini dedi. Aytənlə həmin gün axşam saatlarında “whatsapp” da olan yazışmalarında artıq hər şeyin yekunlaşdığı, birlikdə olmağın mümkünsüzlüyü qənaətinə gəlmişlər. Aytənə Bakıya gələcəyini, almadığı, Bakı istiqamətində olmayan bir biletin şəklini ona atmışdır. Saat 22:40 radələrində Aytən ona məni bu hala gətirən anan oldu, sənə həyatının ən böyük acısını yaşadaram, İnşallah bu həyatda heç biriniz gün uzu gormezsiz, bu gelişin mükemmel olar, meni uşaqlarımdan ayıra bilməzsən, mən hara onlar ora yazmışdı. O da sənin hara gedəcəyin bəllidi dedikdə, Aytən onlara uje elvida, sene ele bir acı yaşadaram, heyatda heç neyin qalmaz, gözle və gör, hər şeyin sorumlusu sizlersiz yazdı. O, Aytənə valideynlərinin gəldiyini, ona yazıqları gəlməsi üçün bir şey fikirləşdiyini, artistlik etdiyini demişdir. Onların son yazışmaları 23:02-də olmuşdur. Həmin vaxtadək Aytən yenə onun anasına sataşmış, içdiyi dovğanı, uşaqların su qabında olan suyu anasının başına boşaltmış, “təmizlə, kaftar” demişdir ki, Aytənin , atası, qardaşı gələnədək anası ona bir şey etsin və anasını günahkar çıxarsın. Son danışıqlarından təxminən on dəqiqə sonra Aytənin uşaqlarla birlikdə özünü yataq otağının pəncərəsindən aşağı atmasını öyrənmişdir. Bundan sonra o, yaşadığı şəhərdən Surquta, oradan Moskvaya, oradan da Bakıya gəlmişdir. Bildirir ki, Aytən əsəbləşdikdə özünə nəzarəti itirirdi, Bakıda olarkən də mübahisələr zamanı onu sakitləşdirmək mümkün olmurdu. Aytən mətbəx bıçağını ona verərək hə, neyliyəcəksən, vur öldür kimi ifadələr işlədirdi, əsəbləri sakitləşdikdən sonra əməllərindən peşman olurdu. Hadisədən qabaq son iki ayda Aytənin əsəbləri ümumiyyətlə oyaq idi. Özü sakitləşdirici dərmanlar içirdi. Aytən tək yaşamaq istəyirdi, qayınanası ilə birgə yaşamaq istəmirdi. Aytənin uşaqlarla özünü atmasına səbəb anası ilə aralarında yaranmış mübahisəyə həddindən artıq əsəbləşməsi və bu yolla ondan və ailəsindən qisas almaq istəməsi olmuşdur. O, hadisədən qabaq yazışmalarında ona ağrı yaşadacağı, hər şeyini itirəcəyi ilə hədələmişdi. Onun barəsində qanunu tədbir görülməsini xahiş edir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun gəlinidir. Hər evdə olduğu kimi onların evində də kiçik söz-söhbətlər olurdu. Hadisə baş verən günü kiçik söz-söhbət oldu. Uşaqları həkimə aparmaq lazım idi. Aytən dedi ki, getsin işə, sonra ona taksi tutar qayıdar evə. O, paltarını dəyişməyə gedəndə Aytən dedi ki, zəng gəldi, bu gün iş yoxdur, birlikdə getsinlər onu göz həkiminə aparsın. O da Aytənə ehtiyac yoxdur, bir həftə əvvəl gedib həkimə, uşaqların da maddi imkanları yaxşı deyil demişdir. Aytənə də işdən iki gün vaxt veriblər, o, əməliyyat olası, müalicə alası çox çəkəcək, daha sonra gedib Masallıda əməliyyat olaram demişdir. Elə bu vaxt Aytən elə ölürsən o tərəflərə getmək üçün dedi. O da hə ölürəm demişdir. Aytən isə əsəbiləşib uşağı döydü. Uşağın burnundan qan gəldi. O da dedi ki, acığını niyə uşaqdan çıxırsan. Daha sonra Aytən uşağı həkimə, oradan da bağçaya apardı. Aytən gələndə o, telefonda qızı ilə danışan olmuşdur. Qızı telefonda o, köpəyin qızı səni niyə həkimə aparmır dedi. Aytən qızının bu sözünü eşidib əsəbiləşdi, telefonu onun əlindən alaraq qızına qarşı qeyri-etik ifadələr işlətdi. Elə bu an dava başladı, Aytən qışqırır, telefonu əlindən alıb yerə çırpdı. Əvvəllər heç vaxt onlar əlbəyaxa olmamılar, təkcə sözügedən davada əlbəyaxa olmuşlar. Aytən uşaqlarına qarşı həmişə mülayim olmuşdu. Bəzən uşaqları tənbeh etmək üçün döyürdü. Sonuncu davada burnundan qan axan uşaq hal-hazırda sağdır. Ona “uşağı niyə vurursan?” deyəndə cavabında, əcəb edirəm, sən kimsən, deyirdi. Aytəndə yüngül panik atak xəstəliyi var idi. O buna görə müalicə də alırdı. Münaqişələrimiz tez-tez olmurdu. Evdə də adətən sakit təbiətli idi. Aytən təkcə hadisə baş verən gün çox aqressiv olmuşdu. O, oğluna Aytənin onu istəmədiyini demişdi. Rusiyadakı oğlunun maddi imkanı çox yaxşı idi. Oğlu uşaqlara dayənin baxmasını istəmirdi. Hadisə baş verən günü aralarında həm söz davası, həm də əlbəyaxa dava olmuş, Aytən onun saçını yolmuş, bədəninin müxtəlif nahiyələrini cırmaqlamışdı. Dava evdə olmuşdur. Ona və övladlarına qarşı qeyri-etik ifadələr işlədirdi. Daha sonra o, gün ərzində yemək yemədiyi üçün acıyıb özünə bir az yemək çəkmişdir. Elə bu vaxt Aytən boşqabı götürüb yerə atdı və indi ye yeməyi dedi. Sonra uşaqlar üçün hazırladığı iki butulka şirinçayı onun başından tökərək, “indi get təzədən çim” dedi. Həmişə kiçik uşaq onunla yatmışdır. Həmin gün isə Aytən o uşağı da yanına apardı. Daha sonra axşam saatlarında uşaqların yeməyini verdi, çimizdirdi, öz paltarlarını səliqəyə salıb gedib öz otağına girdi. Daha sonra gözlənilmədən bu hadisə baş verdi. O artıq balkona çatanda Aytəngil yerə çırpıldılar. Bu vaxt bir kişi “atma, eləmə” deyirdi, lakin gec oldu. O, aşağı enib uşaqlardan birnin sağ qalıb çabaladığını, uşağının nəfəsi gəldiyini, o biri uşağa baxanda isə həmin uşağın öldüyünü görümüşdür. Aytən isə sağ idi. Aytən aqressiv idi, tez əsəbiləşirdi. Aytən işdən gələndə o, ona yemək də vemişdir, uşaqları da çimizdirmişdir. Onun pastelləri və gecə paltarları Aytənin otağında olurdu. Aytən otağın qapısını kilidləmişdi. O da fikirləşmişdir ki, Aytən onun paltarlarını götürməsin deyə belə etmişdir. O da məcbur olub uşağın kiçik ədyalı ilə divanda yatmışdır. O, yuxuyua getməmiş uşağın exo formasında da nənə deməsini eşitmişdir. O da otaq bağlı olduğu üçün tez balkona qaçıb yerə baxanda hər üçünü də yerdə uzanmış vəziyyətdə görmüşdür. Aytən son zamanlar dərmanlar qəbul edirdi. Cecə üç-dörd saat yuxu yatırdı. O, Aytənə istirahət elə deyəndə onun bu sözləri Aytənə pis təsir edirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Suslan 2016-cı ildə qohumları Təqsirləndirilən şəxs Mariz qızı ilə evlənmişdir. Evləndikdən sonra bir müddət oğlu və gəlini ilə Astara rayonunda yaşamış, qısa müddət sonra Rusiya Federasiyası Noyabrsk şəhərinə köçmüş, 2018-ci ilədək orada yaşamışlar. Daha sonra təklikdə Astaraya qayıtmış, Aytən də bir müddət sonra ölkəyə qayıtmış, xx.xx.2019-cu il tarixdə Sara, xx.xx.2020-ci il tarixdə Sofiya anadan olmuşdur. Suslan da Azərbaycana gəlmiş, Bakıda Aytənlə birgə yaşamışlar. 2021-ci ilin sentyabr ayında Suslan və Aytən sonuncunun saç ustalığı kursları səbəbi ilə uşaqlara baxmasının mümkün olmaması və onlarla birgə yaşaması üçün təkid etdiklərindən birgə yaşamağa başlamışlar. Suslan 2021-ci ilin noyabr ayında Rusiya Federasiyasına getmiş, bir müddət sonra Xətai rayonundan ünvan 3 ünvanına köçmüşlər. Aytənlə dəfələrlə mübahisələri olmuş, bir dəfə Aytən onu evdən qovmuş, buna Aytənin qardaşı Rəsul da şahid olmuşdur. Suslana gəlinin onunla yaşamaq istəmədiyini, evdən çıxmasını deyərək gileylənmiş, Suslan isə birlikdə yaşamaqlarını təkid etmişdir. Aytən Nəsimi rayonu 28 May metrostansiyası ətrafında yerləşən “Facestudio” gözəllik salonunda təcrübə keçmiş, həftənin hər günü səhər saat 07-08 radələrində işə getmiş və axşam saat 20-21 radələrində gəlmişdir. O isə evdə uşaqlara baxmış, ev işlərini görmüşdür. Aytən xaraktercə çox əsəbi, hikkəli olmuş, cuzi bir şey xətrinə dəysə və ya onu əsəbləşdirsə çox sərt reaksiya vermiş, onunla birgə yaşamaq istəmədiyindən hər xırda şeyə görə də mübahisələri düşmüşdür. Oğluna ondan şikayətlənmiş, sonuncu dəfə Ramazan bayramında Astaraya qohumların qəbir ziyarətinə getmək üçün öz istəyi ilə Aytənə vermiş olduğu təqaüd kartından ona xərclik verməsini istədikdə Aytənlə arasında mübahisə düşmüş, mübahisə getdikcə qızışmışdır. Mübahisələ zamanı Aytən ona evdən rədd olmağı, çıxıb getməsini demiş, onu evdən qovmuş, daha sonra barışmış, bir evdə yaşamağa davam etmişlər. xx.xx.2022-cİ il tarixdə onun 60 yaşım tamam olmuş, Aytən onu təbrik etməmiş, səhər saatlarında aralarında onun göz həkiminə aparılması və əməliyyat üçün gün təyin edilməsi ilə bağlı mübahisə olmuşdur. O pulun çox gedəcəyi ilə bağlı şikayətlənmiş, əməliyyatını Masallı rayonunda etdirəcəyini demiş, Aytən işindən 2 gündən çox icazə ala bilməyəcəyini dediyindən mübahisələri qızışmış və birbirlərinə fiziki təsirlər etmişlər. Rusiya Federasiyasındakı qızı ilə danışdığından, Aytən yenidən mübahisə yaratmış, axşam saatlarında Aytən Suslanın göndərib, lakin mübahisələrinə əsəbləşib sonra geri çəkdiyi pulun yenidən göndərilməsini tələb etmişdir. O Aytənlə bacarmadığını görərək eyvana çıxmış, “gəlin dəli olub, məni öldürür, kömək edin” deyə qışqırmış, həmin vaxt binanın mühafizəçisi evə gəlmiş, onlann mübahisəsinin şahidi olmuş, Aytən onu evə buraxmadığından geri qayıtmış, aralarındakı mübahisə davam etmiş, Aytən ona ‘“bu gecə çox şeylər olacaq, hələ bilmirsən nələr olacaq” demişdir. Saat 22 radələrində Aytən adəti üzrə uşaqlarla otağına keçmiş, qapını kilidləmişdir. Həmin otaqda saxlanılan yataq dəstini götürmək üçün otağa girmək istədikdə qapının bağlı olduğunu görmüş, qonaq otağına qayıtmış, 15 dəqiqə sonra uşaqların ağlamaq səsini eşitmiş, yataq otağının qapısını döysə də qapı bağlı olmuş, bir qədər sonra aşağıdan səs gəldiyini eşitmiş, digər otaqdan aşağı baxdıqda Saranın, Sofiya və Aytənin yerdə uzanılı vəziyyətdə olduqlarını görmüşdür. Aytənlə aralarında olan mübahisələr məişət xarakterli olmuş, lakin mütəmadi olmamışdır. Aytənlə amansız rəftar etməmiş, şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmamışdır. Mübahisələri düşdükdə Aytəni sakitləşdirmək mümkün olmamış, kiçik hadisələr böyüyərək daha böyük davalara çevrilmişdir. Şahid5 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. Aytən əsasən nənəsigil ilə qalmış, ərköyün böyümüşdür. Suslanın atası Nizaməli onun doğma əmisidir. O 2020-ci ildə onkoloji xəstəlikdən vəfat etmişdir. Suslanla Aytən bir-birlərini sevib evlənmişlər. Onlar ilkin olaraq Aytəni Suslana vermək istəməsələr də onlar sonda evləndilər. Suslanın anası Elmirə Aytəni gəlin kimi istəmirdi, onlara da bunu özü demişdi. Onlar nişanlı olan vaxtı bir dəfə nişan atıldı, lakin Suslan israr etdi və onlar yenidən barışdılar. Evliliyin ilk günlərdən münasibətləri normal olmuş, Aytən köçdüyü ilk gündən qayınanası ilə birlikdə yaşamışdır. Evləndikdən sonra bir neçə ay Astara rayonunda, daha sonra Rusiyada Noyabrsk şəhərində yaşamağa başladılar. Suslan, Aytən və qaynanası Elmirə birlikdə Noyabrsk şəhərində bir evdə yaşadılar. Orada Aytənlə qaynanasının, Suslanın güclü mübahisələri olmuş, onun orada olan qohumları Aytəni evə aparmaq istəsə də qaynanası Aytənlə barışmışlar, münasibətləri bir müddət normal olmuşdur. Suslan söz vermişdi ki, Aytənlə münasibətlər normaq olacaq, davalara yol verməyəcəkdir. Rusiyadakı mübahisələri də Aytənin çəkdirdiyi hansısa şəkilə lağ etmişdilər və buna görə mübahisələri yaranıb böyümüşdü. Aytən 2018-ci ilin sonlarında Azərbaycana qayıtdı, ginekoloji müalicə aldıqdan sonra Aytən Rusiyaya qayıtdı. 2019-cu ulin payız fəslində Aytən Azərbaycana qayıtdı və Sofiya doğuldu. Suslan bir müddət sonra Bakı şəhərinə köçdü Aytənlə birlikdə yaşamağa başladılar, Elmirə isə Rusiya Federasiyasında digər oğlu Kamran ilə yaşamağa davam etdi. Suslanla Aytən birlikdə yaşadıqları müddətdə münasibətləri çox yaxşı olmuş, davaları olmamış, ikinci uşaq Sara da doğulmuşdur. Aytən 2021-ci ilin sentyabr ayından saç ustalığını öyrənməyə başladı. 2021-ci ilin sentyabr ayından da Aytən qayınana ilə birlikdə yaşamağa başladı. Suslan isə 2021-ci ilin noyabr ayında Rusiyaya getdi. 2022-ci ilin yanvar ayında onlar MİDA yaşayış kompleksindəki hadisə baş verən ünvana köçürlər. Orada Elmirə, Aytən və Sara ilə Sofiya qalırdılar. Aytənlə Elmirənin arasında mübahisələr olurdu, lakin o həmin mübahisələrin səbəbini bilməmişdir, qızı ona çox şey deməmişdir. Onların arasında olan münasibətləri, münaqişə səbəblərini qızı danışmırdı, ancaq o, Aytən ilə Elmirə arasında davamlı sözləşdiklərini,bir-birilərinin sözələrini götürmədiklərini bilmişdir. Aytən dedikcə Elmirə deyir, Elmirə dedikcə də Aytən cavab qaytarırdı. Elmirə Aytən barədə davamlı olaraq Rusiyada yaşayan qızı Təranəyə danışdı. Təranə də Rusiyada yaşayan qardaşı Suslana şikayət edirdi. Suslanla Aytənin arasında davamlı mübahisələr olurdu. Hadisə baş verən gündən əvvəlki günlərdə Elmirənin Aytənin arası yaxşı olmuşdur. 18 iyul 2022-ci il tarixdə Elmirənin 60 illik yubileyi idi, lakin Aytən onu təbrik etməmişdi. Elmirə də ondan qabaq Aytənin ad gününü təbrik etməmişdi. Həmin günki mübahisələrinin səbəblərini dəqiq bilmir, axşam saatlarında oğlu Rəsul evdə dedi ki, Aytənlə Elmirənin arasında mübahisə var, Aytəni gətirməyə gedir. Aytənlə Elmirəni barışdırmaq üçün o, arvadı və Rəsulla birlikdə Bakıya yola düşmüşlər. Gecə saat 00- 00 radələrində yolda olarkən hadisə barədə onlara demişlər. Aytənin özünü və uşaqlarını atmasına səbəb qayınanası və baldızı Təranə ilə davamlı mübahisələri, söz-söhbətləri olmuşdur. Aytənlə Elmirə, Təranə heç biri geriyə çəkilmir, bir-birlərinin sözünü həzm edə bilmirdilər. Hadisənin baş verməsinə səbəb Aytənin əri Suslanla qayınanası ilə mübahisə etməsi olmuşdur. Elmirə davamlı olaraq qızına istehza ilə sözlər, onunla mübahisə yaradacaq sözlər deyirdi, həm də Elmirə təmizkar adam deyildi, Aytənlə davamlı buna görə də mübahisələri düşürdü. Onun onların münasibətləri barədə dəqiq məlumatı yoxdur, Aytən qayınanası ilə problemləri barədə ona heç nə demmişdir, hadisənin təfərrüatları barədə məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun ortancıl övladıdır. Suslanın atası Nizaməli isə onun həyat yoldaşının əmisi oğlu olmuşdur. Suslanla Aytən bir-birlərini sevib evlənmişdilər. Aytən evləndiyi gündən etibarən qayınanası ilə birlikdə yaşamışdır. Suslanın anası Elmirə ilə Aytənin münasibətləri ilk günlərdən pis olmuşdur. Evləndikdən sonra onlar bir neçə ay Astara rayonunda, daha sonra Rusiyada yaşamışlar. Rusiya Federasiyasında yaşayarkən də Aytən və onun qayınanası arasına mübahisə olmuşdur, lakin o, mübahisənin baş vermə səbəbini bilmir. Daha sonra onlar Bakı şəhərinə qaytıdlar. Onlar Bakıda olarkən Suslan və Aytən arasında mübahisə düşdü. Bu səbəbdən Aytəni öz evlərinə Astaraya gətirmişlər. Daha sonra Suslan Aytəni yaşadığı evə aparmış, bu zaman qayınanası isə Rusiyadakı evlərinə yaşamağa getmişdir. Aytən və Aytənin qayınanası arasında “Mida” yaşayış kompleksində yaşadıqları mənzildə də mübahisələr baş vermişdi. Hadisə baş verən gün Axşam saat 19:00 radələrində oğlu Rəsul zəng edib Aytənlə qayınanası arasında mübahisə düşdüyünü bildirdi. O da həyat yoldaşıvə Rəsul onları barışdırmaq məqsədilə Bakıya yola düşmüşlər. Onlar yolda olarkən Suslan Rəsula zəng etdi. Telefona isə o cavab vermişdir. Suslan ona Aytəni öldürəcəyini, uşaqları isə özü ilə aparacağını dedi. Bundən bir qərər sonra gecə saat 24:00 radələrində onlar yolda olarkən hadisə barəsində eşitmişdir. Aytənin özünü və uşaqlarını atmasına səbəb qayınanası və baldızı Təranə ilə davamlı mübahisə etmələri, həmçinin Aytənin uşaqlarının onun əlindən alınması, Aytənin evdən qovulmasına dair Suslan tərəfindən edilmiş hədələr olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid Zülfüqarova Sevda Maarif qızı ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs böyük bacısıdır. 2016-ci sentyabr ayında Aytən Suslanla evlənmişdir. Aytən xaraktercə sakit, utancaq, birlikdə yaşadıqları dövrdə hər hansı psixi xəstəliyindən, əsəb və ya emosional pozuntulardan əziyyət çəkməmiş, özünü öldürməyə cəhdi, bu barədə ifadələri olmamışdır. Aytən evləndikdən sonra bir müddət Astarada, Rusiyada, Bakıda yaşamışlar. Əri Suslan əvvəllər Azərbaycanda işləyirdi. Lakin uğursuz biznes fəaliyyəti nəticəsində çox külli miqdarda zərərə düşmüş və yaranmış borclarını ödəmək üçün Rusiya Federasiyasında yaşayan qardaşı və bacısının yanına köçür, bir müddət orada yaşayırlar. Daha sonra Suslan orada qalır, Aytən və qaynanası Elmirə Bakı şəhəri Yasamal rayonunda birlikdə yaşayırlar. Aytənlə Suslan evlənmə ərəfəsində olduğu dövrdən qaynana Aytəni gəlin kimi istəməmiş, oğlu istədiyi üçün aldığını demişdir. Aytən evləndiyi vaxtdan 2018-ci ilədək hamilə qala bilmir və yalız 2019-cu ildə Sofiya doğulur, 2020-ci ildə isə Sara. Aytən əri ilə birgə yaşadığı dövrdə onunla mübahisələri güclü olmur, mehriban yaşayırdılar. Onun 2 azyaşlı körpəsi olduğundan, həmçinin gündəlik işlərlə məşğul olduğundan o, Aytənlə çox ünsiyyət qura bilməmişdir. Amma o, bilirdi ki, Aytənlə qayınanası birgə yaşadıqları dövrdə onlar arasında tez-tez mübahisələr olurdu. Aytənlə qayınanası arasında mübahisə baş verdikdə qayınanası və Aytən mübahisə barədə Aytənin həyat yoldaşı Suslana şikayət edir, Suslan isə sosial şəbəkə “whatsapp” vasitəsi ilə hər ikisi ilə danışaraq mübahisəni yoluna qoymağa çalışırdı. X8 boşanarsa, bu zaman uşaqların Suslan ilə yaşayacağını bildirmişdilər, Aytən isə bunu qəbul etməyirmiş. Aytən qaynanası ilə heç vaxt birlikdə yaşamamaq barədə əri ilə razılaşmışdı, lakin əri pul qazanmaq üçün Rusiya Federasiyasına getdikdə Aytən də gündəlik olaraq səhər saatlarından axşam saatlarınadək salonda olurdu və uşaqlara baxa bilmirdi. Bu səbəbdən Aytən Rusiya Federasiyasından qayıtmış qaynanası ilə yaşamağa razılıq verir ki, o işdə olduqda uşaqlara baxan olsun. Aytən gündəlik olaraq “Facestudio” gözəllik salonunda olan zaman qaynanası uşaqlara baxırdı, axşam saatlarında Aytən qayıtdıqda evin təmizlik işlərini görürdü. Qaynana isə yemək işlərini özü görürdü. Evin maddi vəziyyəti o qədər də ürəkaçan deyildi, evə pulun böyük hisəssi RF-da meyvə-tərəvəz satan Suslanın göndərdikləri daxil olurdu. Pulun idarəsi Aytəndə idi, qaynana bunu da bəyənmirdi və dəfələrlə, əsasən pula görə aralarında mübahisə düşürdü. Aytən işini çox sevirdi, davamlı işində olmaq istəyirdi, lakin qaynanası onun işini bəyənmir, davamlı olaraq gəzdiyini, çöldə olduğunu deyir, özünün isə xoş gün görmədiyindən gileylənirdi. Hətta xx.xx.2022-ci il tarixdə Aytənin iş yoldaşlarının ona sürpriz ad günü keçirməsindən də şikayətlənmişdir. Qaynana uşaqlara da yaxşı baxmırdı, ona görə də hadisədən 2-3 ay əvvəl uşaqlar baxçaya qoyulmuş idi. Aytənlə qaynanası arasında mübahisələr ara-sıra olur, həmin mübahisələr xırda şeylərin üstündə olurdu. Çünki onlar birbirlərindən xoşu gəlmir, hər hərəkətləri batırdı. Aytənlə qaynanası arasında çox ciddi davalar gec-gec olurdu, onun yalnız həmin mübahisələrdən xəbəri olurdu. Onların mübahisələrinin əsas səbəbi pulsuzluq, pulla bağlı olan problemlər, pulun xərclənməsi məsələlərində olmuşdur. Aytən evdə olduqca qaynanası ilə mübahisələri olurdu, işdə olduğu müddətdə aralarında çox az mübahisələr olurdu. Aytən işini sevirdi, davamlı işində olmaq istəyir, gələcəkdə də bu sahədə yüksəlmək istəyirdi. Aytənin baldızı Təranə ilə də mübahisələri olur, qaynanası Elmirənin qızı Təranə ilə onun barəsində danışması, qeybət etməsi ona xoş gəlmirdi. Çünki Təranə də bəzən mübahisəyə daxil olur, Aytənlə bir-birlərini təhqir edir, sözlü savaşırdılar. Təranə Rusiya Federasiyasında yaşayırdı. Hadisə günü xx.xx.2022-ci il tarixdə o, Aytənlə səhər saatlarında danışmışdır. Aytənin qayınanasının həmin gün ad günü olmuş, o, səhər 12 radələrində anası Zəhra Aytənin qaynanasının ad günü olduğunu və Aytənin təbrik etməməsi barədə ona məlumat vermiş, Saat 14 radələrində Aytən Saranın ayağı burxulmuşdu və həkimə aparıb gəlməsi səbəbi ilə danışmışlar və uşağın yaxşı olduğunu demişdir. Hadisə olan gün ona qayınanası ilə Aytən arasında problemlər olması barədə heç bir şey deyilməmişdir. Onun hadisə barədə hadisədən sonra məlumatı olmuşdur. Aytən 22:55-də “Bacı, bu heyatda hec neyi derd eleme, her sey yaxşı olar” yazmış, lakin o həmin vaxt yatdığından mesajı gecə saat 04 radələrində görmüşdür. Saat 04 radələrində onu KTM-yə çağırmışdırlar ki, güya Aytən zəhərlənib, o, xəstəxanaya getdikdə Rəsul ona məlumat vermişdir ki, Aytən özünü və Sara ilə Səfiyanı evinin yataq otağının pəncərəsindən atıb, Sara isə ölüb. Hadisəyə səbəb kimi Rəsul onlara Aytənin qaynanası və həyat yoldaşı ilə mübahisə etdiyini demişdir. Daha sonra Aytəndən hadisə barədə soruşduqda Aytən na hadisənin necə baş verdiyini xatırlamadığını, lakin “Persen forte” dərmanı içdiyini xatırladığını, Rəsulun zəngini telefonda gördüyünü, sonrasını isə xatırlamadığını demişdir. Aytəndən nə üçün özünü və uşaqlarını atdığını soruşduqda, hadisəni törətdiyini soruşduqda o, “ölmək istədim, sağ qalacağımı fikirləşmirdim, uşaqlar da istəmədim qalsın, özümdə deyildim” deyir, başqa bir səbəb göstərə bilmirdi. Qaynanasından və ya Suslandan da şikayətlənmir, onlar barədə heç nə demirdi. Aytənin qaynanasından, ərindən qorxduğunu hiss etmişdir. Sonuncu dəfə 27 aprıl 2022-ci il tarixdə də aralarında ciddi mübahisə olmuş, onda hətta Aytənlə Elmirə əlbəyaxa olmuş, qardaım Rəsul hər ikisini evdən çıxarmış, Aytəni rayona gətirmiş, Elmirəni isə qohumugil aparmış, daha sonra isə onlar barışıb, bir evdə yaşamağa davam etmişlər. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 18 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində iş yerində, yəni Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol 8 ünvanında yerləşən “MİDA” yaşayış kompleksində 31 nömrəli binanın birinci mərtəbəsində mühafizə otağında olarkən 28 nömrəli binanın 5-ci mərtəbəsində yaşayan X5 eyvana çıxaraq yüksək səslə qonşuları köməyə çağırmasını eşitmişdir. Elmira Abbasova eyvanda dayanaraq, ay camaat, kömək edin, öldürür məni, deyirdi. O da həmin binaya qaçaraq 5-ci mərtəbəyə qalxıb Elmira Abbasovanın yaşadığı mənzilin qapısını döymüşdür. Bina sakini kimi tanıdığı Təqsirləndirilən şəxs qapını açaraq ondan gəlməsinin səbəbini soruşub iradını bildirib,çıxın gedin dedi. Elmira isə Aytənə acıqlanaraq niyə icazə vermirsən dedikdə Aytən qapını bağladı. O da oranı tərk etmişdir. Bir neçə dəqiqə sonra həyətdə verilən ehsan süfrəsinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs adını bilmədiyi, sonradan adın öyrəndiyi Emid adlı şəxslə həyətdə gəzdiyini görmüşdür. Təxminən bir saat sonra həmin oğlanı təkrarən gördükdə ehsan süfrəsinə dəvət etmiş, Elmira və Təqsirləndirilən şəxs arasındakı ziddiyyətli münasibətin səbəbini öyrənmək istəsə də, həmin şəxs bu barədə heç nə demədi, sadəcə Aytənin qardaşının dostu olduğunu bildirdi. Həmin gün təxminən saat 23:00 radələrində yaşayış kompleksi sakinlərinin qəflətən 28-ci binanın qarşısında toplaşdıqlarını görüb kütlənin olduğu yerə getmişdir. Oraya yaxınlaşdıqda Aytən, Sofiya və Zərərçəkmiş şəxs2ların hərəkətsiz vəziyyətdə yerdə uzandıqlarını görmüşdür. Onun Təqsirləndirilən şəxs özünü öldürməyə cəhd etməsinin, eyni zamanda uşaqları öldürməyə cəhd etməsinin səbəbi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs özünü öldürməyə cəhd etməsinin, eyni zamanda uşaqları öldürməyə cəhd etməsinin səbəbi barədə heç bir məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 Şahid oğlu ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Qanuni nümayəndə1 ilə dostluq münasibətələri vardır. 18 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Rəsul onunla əlaqə saxlayaraq ondan Aytənin evində problem olduğunu təcili olaraq ünvanlarına getməyi xahiş etdi. O da həmin ünvana çatdıqda Aytən aşağı düşdü. O da onunla mağazaya getmişdir, saat 21:00 radələrində Aytən evə qayıtdı, o isə Rəsulun gəlməsini gözləmişdir. Həyətdə gözləyərkən saat 23:00 radələrində Aytəngilin evinin otağının işıqlarının yandığını görmüş, uşaqların oyandığını zənn etmişdir. Həyətdə oturduğu vaxt mənzildən uşaq səsi gəldi, baxdıqda Aytənin eyvanın məhəccəri üzərinə çıxaraq sağ əlində Sara, sol əlində isə Sofiya olduğunu görmüş, Sara tərpəndiyindən Aytənin qucağından biraz aşağı sallanmışdı. Aytən biləyi ilə onu saxlamışdı. O, Aytənə intihar etməməsini, evə girməsini desə də, Aytən ona məhəl qoymayıb saymağa başladı və “bir, iki” dedikdən sonra ilk öncə Saranı buraxdı, dərhal ardınca qucağında Sofiya ilə özünü yerə atdı. Aytən uşaqları ilə birlikdə intihar özünü atdı. Bunun səbəbi və Aytənin ailə üzvləri barəsində hər hansı bir məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onların gəlinidir. Hadisə baş verən gün o, Rusiyada olmuşdur. Həmin axşam o, anasına demişdir ki, Aytənə qarışmasın. Bu zaman o, telefonu anasından alıb onu təhqir etməyə başlamışdır. Sonra o, telefonu söndürmüşdür. O, anasına demişdir ki, o köpək qızı səni öldürmür ki, çox fikir vermə, yəni, Aytənin tərəfini tutmuşdur. Aytənin əvvəllər heç bir psixi xəstəliyinin olmasını hiss etməmişdir, lakin anasıyla danışdığı halda o, qəfildən onu təhqir etdiyi üçün onda bununla bağlı şübhələr yaranmışdır. Anası ilə əvvəllər də münaqişələri olmuşdu, o heç bir əsas olmadan onu təhqir etməyə başlayırdı. Özünü qeyri adi aparırdı,səbəbsiz aqressiv olurdu. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid9 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs gözəllik salonunda onun iş yoldaşıdır. Aytən hər zaman övladlarına bağlı olmuşdur. Aytənin həyat yoldaşı ilə problemi olmamışdır. Aytən həmişə qayınanası və baldızı həyat yoldaşı Suslana Aytən barədə yalan məlumatlar verib onların münasibətlətini pozmağa çalışdıqlarını deyirdi. Hadisə günü Aytənin uşaqları xəstə olmuşdur. Aytən ona zəng edəndə başı qarışıq olduğu üçün o, Aytənə, axşam danışarıq, demişdir. Aytən çox mülayim insan idi, hətda o əsəbi olanda da Aytən onu sakitləşdirmişdir. Aytənin həyatda ən böyük qorxusu övladlarını itirmək və onlardan ayrı qalmaq qorxusu olmuşdur. Aytənlə sirdaş olduğu üçün baldızı və qayınanası barədə ona məlumatlar verirdi, baldızı ilə yazışmalarını ona atırdı. Onların münasibətləri pis idi. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid10 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun pasientidir. O, 2016-cı ildən Təqsirləndirilən şəxs və ailəsini tanıyır. Aytən və həyat yoldaşı 2016-ci ildən evliliklərindən bir neçə ay sonra ona yaxınlaşaraq hamilə ola bilməməsindən şikayətlənmişdirlər. Müayinələr nəticəsində Aytənin cinsi inkişafın ləngiməsini aşkar edilmiş və bu istiqamətdə müalicələr yazılmışdır. Daha sonra Aytən ailəsi ilə Rusiyya köçdü, ona oradan USM və digər analizlərinin cavabını göndərirdi, ona müalicələr yazırdı. Daha sonra Aytən 2018-ci ildə hamilə qalmışdır və 2019-cu ilin mart ayında tərəfindən keysəriyyə əməliyyatı ilə qız uşağı doğuşu gerçəkləşmişdir. Əməliyyat spinal keyitmə yolu ilə keçirilmiş, anesteziya olunmamışdır. İkini doğuşu da 2020-ci ilin may ayında onun tərəfimdən keysəriyyə əməliyyatı və spinal keyitmə yolu ilə keçirilmişdir. Hər iki əməliyyatda keysəriyyə əməliyyatına tibbi göstəriş olmuşdur. Lakin tam keyitmə ilə deyil, spinal (regional) anesteziya ilə əməliyyat edilmişdir. Doğuşdan sonra Aytən onun yanına gəlməmişdir. 2022-ci ilin may ayında Aytən menstruasiyasının normaldan daha az davam etməsi, daha az qan olması ilə şikayəti ilə daxil olmuşdur. Həmin məsələnin əsas səbəbinin əsəb gərginliyi, iştahsızlıq və ümumi narahatlıq kimi hallardan olması müəyyən edilmiş, Aytənə onun tərəfindən glisin forte dərmanı yazılmışdır. Aytəni o müliacəni etmişdir. Sonuncu dəfə 15 iyul 2022-ci il tarixdə Atən onun yanında olub, müalicənin ona kömək etdiyini, vəziyyətinin yaxşılaşdığını deyib ondan əlavə dərman yazmasını xahiş etdr. O Aytənə persen forte sakitləşdiricisi və saç tökülməsindən şikayət etdiyi üçün də polivitamin tövsiyə etmişdir. Aytən onun yanına əsəb şikayəti ilə gəlməmişdir. Ona ailəsində, həyat yoldaşı ilə, qaynanası ilə problemləri barədə heç bir şey deməmişdir. Aytən xasiyyətcə sakit, mülayim, gülərüz, mədəni bir insan olmuşdur. Qayınanası tərəfindən evdə aş və ləvəngi pişirildiyi, daimi yediyini demişdir. Bu söhbət onun arıqlığı barədə danışarkən olmuşdur. Son görüşdə ərinə Rusiyada deport qoyulduğu, avqust–sentyabr ayında gələcəyini demişdi. Onla danışıqda hər hansı depressiv hal, psixi pozuntu sezilmirdi. Həmçinin, o otaqda tək oturmadığımdan xəstə ilə çox danışa bilmir, onlarla şəxsi söhbətlər edə bilmir. Yalnız onun yanında sonuncu dəfə olarkən MİDA yaşayış kompleksində ev almaq istədiklərini, hazırda kirayə yaşadıqlarını dedi. Həmin gün axşam saat 22:00 radələrində də ona yazaraq bu barədə maraqlanmışdır. O isə çox gec olduğundan cavab verməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar-fevral ayında stilist, saç ustası işlədiyi 28 May metrostansiyasının yaxınlığında yerləşən “Facestudio”-da yanında təcrübəçi kimi təlim keçməyə başladı. İş saatları adətən saat 10-dan axşam saat 19:00 radələrinədək davam edirdi. Müştərinin gəlməsindən asılı olaraq bu saat bəzən 09-da olurdu. Aytən işinə qarşı çox məsuliyyətli idi. Məqsədi saç ustalığını öyrənərək əri ilə biznes sahibi olmaq idi. Aytən işi gec qavrayırdı, ona biri lazım idi ki, sənəti öyrənə bilsin. Aytən təbiətcə sakit, qorxaq, utancaq idi. Aytənin daha əvvəl Xətai rayonunda daha sonradan isə Yasamal rayonunda yaşadığını demişdi. Yasamalda qaynanası, iki azyaşlı qızı ilə qalırdı. Qaynanası o, evdə olmadıqda uşaqlara baxır, yeməyi pişirir, evi səhmana salırdı, hətta Aytən üçün işə aş, ləvəngi kimi əziyyətli yeməkləri də qoyurdu. Aytən qaynanası ilə bağlı münasibətlərindən söhbət açmırdı. O Aytənin salona gəlməsini, sənəti öyrənməsini Aytənin həyat yoldaşının da çox istədiyini, onların birlikdə biznes qurmaq, salon açmaq kimi məqsədlərinin olmasın bilmişdir. Aytən davamlı olaraq hər gün işə gəlmək istəyirdi, evdə qalmağın ona pis təsir etdiyini deyirdi. Hadisədən iki gün əvvəl, yəni 17 iyul 2022-ci il tarixdə Aytən ona qızlarından birinin səpdiyini, onu həkimə aparmalı olduğunu dedi, ertəsi gün isə bu səbəblə icazə istədi. O, Aytənə də xəstə olduğu üçün özünün də işə gedə bilməyəciyini, iki gün işdə olmayacağını demişdir. Aytən isə 19 iyulda işə gəlmək istədiyini dedi. Həmçinin, qayınanasını da həkimə aparacağını deyirdi. Qayınanasının gözündə problem olduğunu, əməliyyat olunacağını, əməliyyatdan bir həftə qabaq ona müraciət edərək icazə alacağını da demişdi. 30 iyun .2022-ci il tarixdə Aytənin 25 yaşı tamam oldu. Ona həmin gün salonda ad günü keçirmişlər. Aytən bunu çox emosional qarşıladı və sevincindən ağladı. Həmin gün axşam saat 19:00 radələrinədək Aytən işdə oldu, sonra evinə getdi. Ertəsi günlər isə xatırlayır ki, Aytən qaynanasının onun ad gününü təbrik etmədiyini, onun da qaynanasının ad günündə, yəni 18 iyul 2022-ci il tarixdə təbrik etməyəcəyini ona dedi. O, Aytənin hər hansı formada qayınanasından şikayətləndiyini eşitməmişdir. Aytən baldızı Təranədən şikayətlənirdi, onunla aralarında bəzən mübahisələri olurdu. Onun baldızı Rusiya Federasiyasında yaşayırdı. Aytən dəfələrlə deyirdi ki, , baldızı il sonuna qədər Azərbaycana qayıdacaq, qayınanası və onunla birlikdə yaşayacaq. Əvvəllər Aytən özü RF-a getməkdən bəhs edirdi, lakin mart-aprel ayından ərinin oradan deport olunduğunu, onun ölkəyə qayıdacağını deyirdi. Aytənin əri ilə münasibətləri barədə məlumatı yoxdur, əri davamlı olaraq ona pul göndərir, o da banka gedərək pulu məxaric edirdi. Aytən uşaqlarına həddindən artıq bağlı idi. 18 iyul 2022-ci il tarixdə Aytən uşaqları həkimə aparmaq üçün evdə qalmışdı,lakin işdən dedilər ki, Aytən işə qısamüddətli gəlib qayıtmışdır. O, Aytənlə həmin gün danışmamışdır. Ertəsi gün o, Aytənin övladları ilə birlikdə özünü yaşadığı mənzildən atdığını, uşaqlarının birinin öldüyünü öyrənmişdir. Aytənin intihara cəhd etməsinə səbəb kimi o, heç bir əsaslı səbəb göstərə bilmir. Hadisənin baş verməsinə səbəb Aytənin həmin gün məcbur evdə qalması, qayınanası və baldızı ilə mübahisəsi düşməsi və onlara əsəbləşərək övladları ilə intihar etmək istəməsi olmuşdur. Hadisədən sonra da Aytənlə danışdıqda, hadisə barədə soruşduqda Aytən nə üçün uşaqları ilə özünü atmasına izah verə bilmədi, hadisədi oldu, dedi.Hiss olunurdu hadisənin ağırlığını o, dərk etmir. Aytən hadisədən bir müddət əvvəl əsəblərinə görə ki, ot tərkibli sakitləşdirici içdiyini deyirdi. Hətta onların həkim müştərilərdən biri də həmin dərmanların psixoloji tərkibli olmadığı, sakitləşdirici olduğunu, ziyanı olmadığını deyirdi. Aytən bu dərmanlar sayəsində işdə olan həyəcanının keçdiyini deyirdi. Müalicəvi dərmanlar içdikdən sonra səhhəti biraz normallaşmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 91 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı onda baş beyinin yumşaq qişası altına qansızma, sol gicgah sümüyünün sınığı, ürəyin və ürək kisəsinin cırılması, sol said sümüklərinin açıq sınığı, sağ dirsək sümüyünün qapalı sınığı, alının mərkəzi hissəsinin, sol yarısını sol qaşaltı nahiyəni burnun arxa səthini, yuxan dodağın sol yarısını, çənənin ön və sol yarısının əhatə edən, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsinin və boynun ön səthinin sol yarısını əhatə edən sıyrıq, qaşarası və sol biləyin ön səthinin əzilmiş yaraları kimi xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, belə ki, qərarda qeyd olunduğu kimi hündürlükdən yıxılma nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2022-ci il tarixə uyğundur, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər və ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu travma nəticəsində ürəyin cırılmasından baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 12 saat əvvələ uyğun gəlir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər ağır dərəcəli travmatik şoka səbəb olmuş kəllə daxili travma, çanaq sümüyünün, hər iki oturaq sümüklərinin, solda sirkə kasasının dibindən yerdəyişən, sol bud sümüyünün yuxarı 1/3-nün qapalı, yerinidəyişən sınıqları, pnevmotoraksiya müşayiət olunan solda 1-4-5-7-8-ci, sağda 1-ci qabırğalarda yerdəyişmiş sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunduğu kimi hündürlükdən yıxılma nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2022-ci il tarixə uyğundur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 276 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər-müştərək travma, döş qəfəsinin, qarnın küt travması, sol bud sümüyünün orta 1/3- nin, sol bazu sümüyünün kondiluslardan keçən qapalı yerdəyişən, sol oturaq sümüyünün sınıqları küt əşyanın ( əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunduğu kimi hündürlükdən yıxılma nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul.2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus və hadisə yerindən götürülmüş “REDMİ’ markalı smartfona baxış keçirilməsi haqqında protoldan görünür ki, mobil telefonun “whatsapp” social şəbəkə profilinə daxil olduqda həmin hesabın Aytən adına olduğu və ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin sosial şəbəkədə yalnız hadisə baş verən xx.xx.2022ci il tarixə olan söhbətlər Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış, digər söhbətlər və tarixçələr silinmişdir. Yalnız “Kocacım” deyə qeyd edilən, Rusiya Federasiyasında yaşayan Qanuni nümayəndə2 istifadəsində olan +7-966-855- 30-39 saylı GSM nömrəsi ilə olan danışığın tarixçəsi silinmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:54-də “Mama” kimi mobil telefona qeyd etdiyi +994-50-462- 49-41 saylı nömrə sahibinə “Mama, mene sahib cixmadiz, hec ne olmaz, canınız sağ olsun, meni hec kim basa dusmek istemedi” yazmışdır. Eyni vaxtda qardaşı Qanuni nümayəndə1 istifəsində olan +994-51-458- 18-75 saylı GSM nömrəsinə “Mene sahib çıxmadız eksine daha da biraxdiz hec ne olmaz” mesajı yazmış, qardaşı Rəsul Dünyamalizadənin “Gelirem” cavabına “gel, telesme, normal sur” yazmışdır. Eyni vaxtda bacısı Sevdanın istifadəsində olan +994-51-426-07-49 saylı nömrəyə “Bacı, bu heyatda hec neyi derd eleme, her sey yaxşı olar” yazmışdır. Hər üç şəxsə yazılmış mesajlar 22:54-22:56 arasındadır. Qanuni nümayəndə2 istifadəsində olan +7-***-***- **-** saylı GSM nömrəsi ilə olan danışığın tarixçəsinə daxil olduqda xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində Təqsirləndirilən şəxs salamlaşaraq Saranı ayağına görə həkimə aparacağını yazmışdır. 09:08-də Suslan “Yenə nə konsert verirsən” deyə soruşmuş, Aytən səsli mesajlar ataraq qaynanası Elmirənin göz əməliyyatı üçün Astaraya getmək istədiyini, lakin özünün gedə bilməyəcəyini, Elmirənin isə göz əməliyyatını Masallıda etdirməkdə israr etdiyini demişdir. Suslan anasını bu gün rayona göndərəciyini dedikdə Aytən qaynanasının Bakıda qalmaq istəmədiyini, rayona getmək istədiyini təsdiqləmiş, özünün də mübahisələrdən xəstə olduğunu, əsəbdən əsdiyini, dərman içdiyini demişdir. Əri ilə də mübahisəsi düşmüş, qaynanasının ona “küçələrdə veyillənirsən” deməsindən şikayətlənmişdir. Daha sonrakı yazışmalardan Saranı həkimə apardığı görünür. Saat 13:40 radələrində Suslanın “ çox sağol sənə görə güllü sözlər eşitdim” ( anası Elmirəni nəzərəd tutaraq. ) yazmış, Aytəndən Təranəni nə üçün araya qatdığını soruşmuşdur. Aytənin cavab səs yazılarından aydın olur ki, Aytən qaynanasının əməliyyatı üçün Masallı rayonunda 1 həftə işdən qala bilməyəcəyi, baldızı Təranənin də Bakıda işlədiyi vaxt işdən bir həftəlik qala bilmədiyini, Təranin onu təhqir etdiyini yazmışdır. Suslan isə cavabında “ay mal, bacım nə əlaqə, mama mənə səs atıb söyür, bezdirmə adam var” yazmış, Aytən isə “bacın məni söyür, tez ol yığ onu, Rəsulu niyə yığırsan” demişdir. Aytən kim nə deyibsə cavabını verdiyini, mübahisəni özü yaratmadığını demişdir. Daha sonrakı mesajlarda Suslanın pul göndərib geri çəkdiyi, Aytənin uşaqların ac olduğunu, çörək pulu olmadığını, pul göndərməsini tələb etməsi görünür. Yazışmanın ardından görünür ki, Suslan Aytənin atasına zəng etmiş, Aytəndən şikayətlənmişdir. Saat 18:40-da Suslan Aytənə anasını vuracağı, artıq hərəkət edəcəyi və ya evdən çıxardacağı halda onu öldürəcəyini, həyatın artıq cəhənnəm olduğunu yazmış, 19:33- də Aytən qaynanası Elmirənin ‘Honor" markalı ekranı qırılmış telefonunu əlinə alaraq şəkil çəkib Suslana atmış, “Xoşuna gəldi?” deyə soruşmuş, Suslan sabah görüşəcəklərini yazmışdır. Aytən isə cavabında “ Görüşək, sən fərqdəsən biabir oldun, sən bilirsən ki, daha bizim aramızda heç nə olmaz” yazmış, Suslan isə cavabında “biz hələ ayrılmamışıq, səhər ayrılarıq” səsli mesajı göndərmişdir, Aytən isə cavabında “ Sən Allah ətimi daha da tökmə, ətimi daha tökmə” səsli mesajı göndərmişdir. Qanuni nümayəndə2 bron edilmiş, alınmamış Rusiya Federasiyası Surqut-Moskva reysinin qeydiyyat şəklini atmış, “darıxma, mən fürsəti qaçırmaram” yazmış, Aytən isə cavabında “Hə gəl, almamısan axı, dəqiq almısan?,Gəlib öldürəcəksən məni yoxsa gəlib aparırsan? mən (bilet aldığına) inanmıram” yazmışdır. Suslan isə cavabında “gələndə görərsən, yatıram” yazmışdır. Aytən Suslanın Bakıya olan biletini soruşmuş, lakin cavab ala bilməmişdir. Saat 22:43-də Aytən “İndi get yaşa, həyatını baxım görüm necə yaşıyırsız, məni bu hala gətirən anan oldu, sənin həyatın ən böyük acısını yaşadaram, inşallah bu həyatda heç biriniz gün üzü görməzsiz” yazmış Suslan “neyniyərsən" soruşduqda “Heç nə, sabah gəl” yazmış, Suslan isə cavabında “Səhərəcən nə edə bilərsən elə” yazmışdır. Aytən isə “Bu gəlişin mükəmməl olar, məni uşaqlarımdan ayıra bilməzsən, mən hara, onlar ora” yazmış, Suslan isə cavabında “görərik, öldürərsən uşaqları? ” yazmış, Aytən isə “yox” cavabını vermişdir. Suslan “Sənin hara gedəcəyin bəllidi” yazdıqda Aytən “onlara uje əlvida, Sənə elə bir acı yaşadaram, həyatda heç nəvin qalmaz, gözlə və gör, həyatın gedər, davay” yazmışdır. Suslan “öldürürsən özünü?” soruşduqda “get yaşa həyatını, her şeyin sorumlusu sizlersiz” demişdir. Qanuni nümayəndə2la Təqsirləndirilən şəxs gündəlik danışıqları davamlı olmuş və tarixçədə öz əksini tapmışdır. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs davamlı olaraq Suslandan pul göndərməsini istəmiş, evin bütün xərcləri Suslanın üzərində olmuşdur. xx.xx.2022-ci il tarixdən etibarən Aytənin qaynanası ilə arasında yenidən pul, həkim müayinəsi mövzularında ailə daxili münaqişə olduğu, həmin münaqişəyə Suslanın da qarışdığı yazışmalardan görünür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suslanın Aytənə atdığı səsli mesajın mətnindən görünür ki, Aytən Suslanı uşaqları öldürməklə hədələmiş, Suslan isə bu hədədən qorxmadığını, onunla böyüməkdənsə uşaqların ölümünü üstün tutduğunu demişdir. Aytən isə cavabında “Qorxu olduğunu görərik" yazmışdır. Suslan Aytənə atasına zəng edəcəyi ilə hədələmiş, Aytən ona fərqi olmadığını, itirənin o olduğunu yazmışdır. Aytən xx.xx.2022-ci il tarixdə saat 08: 43-də “sənin uşaqların yoxdu, qal bayquş kimi” yazmışdır. Suslan isə uşaqlara nəsə olduğu təqdirdə onu və ailə üzvlərini hədələmişdir. Suslan tərəfindən çoxsaylı cavabsız zənglər olunduğu görünür və 09:25-də səsli mesaj ataraq “Qayıt evə uşaqları qoy evə, çıx rədd ol işinə” demişdir. Saat 10:10-da Aytən “sənin itirəcəklərin var ama mənim yoxdu yazmış”, Suslan isə cavabında uşaqları ondan alacağını demiş, Aytən alarsan gözlə yazmışdır. Bundan sonra 10:37-10:52 arası Suslan tərəfindən 10dan artıq cavabsız zənglər olunduğu görünür, həmçinin “Uşaqlara yazığın gəlsin, onların günahı nədi, onlara heç nə eləmə” yazmış, yenidən cavabsız zənglər etmişdir. Saat 11:30-da Suslanın mesajlarından aydın olur ki, Aytən və uşaqlar 2-3 saatdır ki, metrostansiya platformasındadırlar və Aytənə yalvarır ki, uşaqlarla evə getsin, onlara heç nə etməsin. Aytən Suslanin davamlı zənglərindən bezərək ona “Zəng vurma, aparmaram” yazmışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında hesab edir ki, Təqsirləndirilən şəxs Arif qızının 18 iyul 2022-ci il tarixdə saat 23:10 dəqiqədə ünvan 1 ünvanında yerləşən 28 saylı evin 5-ci mərtəbəsində yerləşən 13 saylı mənzildə onun üçün aşkar sürətdə azyazşlı olub özlərini müdafiə etmək iqtidarında olmamış köməksiz vəziyyətdə olduqlarını bildiyi qızlarını qəsdən öldürmək qərarına gəlib , xx xxxx 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxx 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qızlarını götürərək onlarla birlikdə otağın pəncərəsindən yerə doğru tullanıb azyaşlı qızı Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, digər azyaşlı qızı Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd edib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi sübuta yetirildi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 2904 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə övladları ilə özünü mənzilindən atarkən onda müəyyən edilən “İsterik tip şəxsiyyət pozuntusu” formasında psixi xəstəlik dekompensasiya vəziyyətində olması ilə əlaqədar qərarın təsviri hissəsində göstərilən əməli törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən onda müəyyən edilən isterik tip şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilən isterik tip şəxsiyyət pozuntusu hazırda da davam edir, yəni ki, dekompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntuya xas olan qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, nümayişkaranəlik, öz yaşantılarını dramatik tərzdə ətrafdakılara çatdırmaq, tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, eqosentrizm və sairə kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə övladlarını və özünü mənzildən atarkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmamışdır. Təqsirləndirilən şəxs 18. İyul 2022-ci il tarixdə övladlarını və özünü atarkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş kompleks stasionar təkrar məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 14 dekabr 2022-ci il tarixli, 152 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman isterik tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Elmi ədəbiyatda olan məlumata görə isterik tipli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya ( pisləşmə) və kompensasiya ( nisbi yaxşılaşma) mərhələləri ayırd edilir. Bu psixi patologiyadan əziyyət çəkən şəxslərə diqqət yetirmədikdə tez bir zamanda əhvalruhiyyələri dəyişir, əsəbiləşir, çəkişmə, mübahisə, bəzən isə hətta dava- dalaş mənbəyinə çevrilirlər. Gərginlik yaranarsa dərhal pis vəziyyətə düşür, müxtəlif emosional hallar, o cümlədən, tutmaşəkilli cəngolmalar nümayiş etdirərək, özünə və ətrafdakılara xəsarət də yetirə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan əməli törədən zaman “İsterik tipli şəxsiyyət pozuntusu” kimi psixi patologiyada əziyyət çəkmişdir. Həmin anda qeyd edilən patologiyanın gedişində dekompensasiya vəziyyəti olmuşdur. Həmin anda isterik tipli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Pozuntunun gedişində dekompensasiya vəziyyəti hazırda davam edir, buna görə həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti hazırda davam edir. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir, ona öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olur. Məhkəmə-psixoloji ekspertizası üzrə rəyin yekun hissəsində qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs koqnitiv proseslərinin tədqiqi zamanı təfəkkürünün bir qədər ləng və ilişkən olması, diqqətində dayanıqsızlıq, yaddaş mexanizmində müəyyən detalları xatırlamaması aşkar olunsa da ümumilikdə əqli- intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslığı, hərəkət və davranışı üzərində iradi tənzimləmənin çatışmazlığı, neqativ amillərə qarşı dözümsüzlüyü, emosional reaksiyalara meyilli olması, xarakterik xüsusiyyətlərində inadkarlıq, nümayişkəranəlik, öz yaşantılarını dramatik tərzdə çatdırmaq, ətrafdakılardan özünə qarşı yüksək hörmət, diqqət, qayğı tələb etmək,ş eqosentrizm, höcətlilik, subyektizm aşkar olunur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən psixi-emosional vəziyyətində gərginlik, impulsivlik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması psixi vəziyyətində baş vermiş patoloji dəyişikliklə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs əməli törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş təkrar komisyon stasionar məhkəmə-psixatrik ekspertizasına 28 avqust 2023-cü il tarixli 117 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli törədən zaman isterik tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan əməli törədən zaman “İsterik tipli şəxsiyyət pozuntusu” kimi psixi patologiyada əziyyət çəkmişdir. Həmin anda qeyd edilən patologiyanın gedişində kompensasiya və dekompensasiya vəziyyətləri bir-birini əvəzləmişdir. Beləliklə mxtəlif vaxtlarda da Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, həmin psixi pozuntunun gedişində kompensasiya və dekompensasiya mərhələli olmuşdur. Hadisəni törədən anda isterik tipli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Pozuntunun gedişində dekompensasiya vəziyyəti hazırda davam edir, buna görə həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti hazırda davam edir. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması,onda simulyasiya və imitasiya kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ekspertiza rəyləri əsasında hesab edir ki, Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikasının CM-nin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının CM-nin 93-cü maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmiş hesab etdikdə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyü müəyyən olundu. Bu səbəbdən də Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və ekspertiza rəyinə uyğun olaraq onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Arif qızı barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs Arif qızına məxsus “Redmi” markalı mobil telefon onun qanuni nümayənədsi Qanuni nümayəndə1 Arif oğluna qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 45 (qırx beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 468, 470-474, 477-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsində göstərilən əsasla cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Arif qızına ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Arif qızı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Arif qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Qərar qüvvəyə minənədək Təqsirləndirilən şəxs Arif qızının məişətdə davranışına nəzarət onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Arif oğlunun üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs Arif qızına məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Arif oğluna qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs Arif qızına göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər X2 və Tədris mərkəzinin hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1006/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1006/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver