Məhkəmə qərarları › İş №1(101)-1007/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1007/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1007/2021 24.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X6, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiasının üzvü, fərdi qaydada fəaliyyət götərən vəkil Müdafiəçi1 Sərkər oğlu və “ARBİTRUM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şəmsəddin oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1954-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Gödəkli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 25.12.2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs əri Şahid1 zəng edərək sonuncunun mobil telefonunda müxtəlif kişilərlə danışıb görüşməsinin şahidi olduğunu deyib arvadından ayrılmaq məqsədi ilə yaşadıqları evi tərk etdiyini bildirdikdən sonra o, qızının ərinə xəyanət edib-etməməsini araşdırmaq məqsədi ilə 29.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/80 nömrəli evə gəlmiş, 30.12.2020-ci il tarixdə saat 09 radələrində birlikdə qayınanası gilə getməyi israrla tələb etdiyi zaman Zərərçəkmiş şəxs rədd cavabı verib «mənim işimə burnunu soxma, nə istəyirəm edirəm» deyərək onu nəlayiq sözlərlə söyüb təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı qisas alaraq qəsdən öldürmək məqsədi ilə 30.12.2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36/80-də dəhlizdə yerdən dəmir materiallı idman qanteli götürüb mətbəxə keçib arxadan Zərərçəkmiş şəxs başın ənsə nahiyəsindən bir dəfə vuraraq yerə yıxmış və niyyətini başa çatdırmaq üçün hərəkətlərini davam etdirib sinəsində oturaraq əlləri ilə boğub sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla ölümü ilə səbəbli əlaqəli olan başın ənsə nahiyəsinin əzilmiş yarası, ənsə sümüyünün sınığı ilə müşayiət olunan baş beyinin əzilməsi və boyun nahiyəsində boyun üzvlərinin əl ilə sıxılmasına dəlalət edən boyunun dərialtı yumşaq toxumasının və əzələlərin geniş qansızması, çənəaltı nahiyənin qançırı, sol körpücüküstü nahiyənin sıyrığı kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs boğub qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs onun qızı olmuşdur. Qızı birinci dəfə qurduğu ailəsindən boşanmış, həmin nigahdan bir uşağı olmuş, uşaq ərinin himayəsindədir. Bundan bir müddət sonra 2004-cü ildə İradə Şahid1lə ailə qurmuş, onların birgə nigahlarından 2 oğlu olmuşdur. O, öz ailəsi ilə Xaçmaz rayonunun Gödəkli kəndində yaşamış, qızı İradənin ailəsi isə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsindəki həyət evində yaşayırdılar. İlk vaxtlar İradə ilə Rövşən mehriban yaşamış, lakin təxminən iki il əvvəl İradənin mobil telefonu ilə kənar şəxslərlə, yəni kişilərlə danışması səbəbindən əri ilə aralarında mübahisə olmuşdur. Belə ki, Rövşən İradənin başqa kişilər ilə telefon vasitəsi ilə əlaqə saxladığından şübhələnmiş, buna görə İradə ilə Rövşənin arasında mübahisə olmuş, həmin vaxt o, Xaçmazdan gəlib onları barışdırmış bir müddət heç bir mübahisələri olmamışdır. 25.12.2020-ci il tarixdə axşam saat 23 radələrində kürəkəni Rövşən ona zəng vurub İradənin əlindən mobil telefonunu aldığını, həmin telefonda İradənin başqa kişilər ilə yazışmalarının olduğunu, ona görə də, ona görə də uşaqlarını da götürüb anasıgilə getdiyini, İradənin evdə tək qaldığını demişdir. Rövşən zəng edib eyni şeyləri oğlu Elşənə də demiş, hətta Elşənin telefonuna İradənin başqa kişilər ilə yazışmasını göndərmişdir. Məsələni araşdırmaq məqsədilə oğlu Elşən 26.12.2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş, amma İradəni evdə tapa bilmədiyi üçün Xaçmaza qayıtmışdır. Bundan sonra məcbur qalmışdır ki, 29.12.2002-ci il tarixdə özü Bakı şəhərinə İradə ilə söhbət etmək üçün getsin. İradə ilə evində görüşdükdə sonuncu heç kəslə yazışmadığını, Rövşənə xəyanət etmədiyini və başqa kişilər ilə danışmadığını, qardaşı Elşənin gəldiyi gün isə Zema adlı rəfiqəsigildə qaldığını demişdir. Bundan sonra qızının evində gecələmiş, növbəti gün 30.12.2020-ci il tarixdə səhər saat 09 radələrində oyanıb çay içdikdən sonra o, İradəyə «əgər sən günahkar deyilsənsə gedək Rövşənin anasıgilə və bu məsələni həll edək» demiş, İradə heç bir yerə getməyəcəyini bildirərək ona kobud cavab verib «mənim işimə burnunu soxma, nə istəyirəm edirəm» demiş, onu nəlayiq sözlərlə, yəni alçaq, vicdansız deyərək onu söyüb təhqir etmiş və o, artıq İradənin bu işdə günahkar olduğunu başa düşərək ərinə xəyanət etməsinə əmin olduğundan əsəbiləşmiş, əsəbdən beyni dumanlaşmış və İradə mətbəxdə komodun qarşısında durduğu zaman dəhlizdə yerdə olan idman qantelini götürüb arxadan İradəyə yaxınlaşaraq bir dəfə başından arxadan vurmuş, İradə mətbəxdə arxası üstə yerə yıxıldıqdan sonra onun sinəsinin üstündə oturaraq əlləri ilə boğazından tutub boğmuşdur. Bundan sonra o, geyinib evdən çıxaraq yaxınlıqda yerləşən Xətai RPİ-nin 37-ci polis şöbəsinə yollanmış, yolda olduğu vaxt oğlu Elşənə zəng vurub İradəni öldürdüyünü və polisə getdiyini demişdir. Həmçinin ona zəng edən qayını Müzəffərə də İradəni öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı, mərhum Zərərçəkmiş şəxs isə qızı olmuşdur. Əri Ələkbərlə Xaçmaz rayonu, Gödəkli kəndində yaşamış, 5 qız, bir oğul böyütmüş, qızı İradə Bağırova əvələr bir dəfə ailəli olmuş, 2004-cü ildə ikinci dəfə nikaha daxil olaraq Şahid1 ilə ailə quraraq Bakı şəhərində yaşamış, İradənin Rövşənlə birgə nigahından 2 övladı olmuşdur. İlk vaxtlar İradə ilə Rövşən mehriban olmuş, Rövşən İradəni və övladlarını çox istəyirdi. Lakin təxminən 2 il bundan əvvəl Rövşənlə İradə arasında İradənin mobil telefonla kənar kişilərlə danışması səbəbindən mübahisələri olmuş, o zaman əri onları barışdıra bilmişdir. 25.12.2020-ci il tarixdə axşam saat 23 radələrində kürəkəni Rövşən ərinə zəng vurub İradənin ikinci mobil telefonunu tapdığını və həmin telefonda İradənin başqa kişilər ilə yazışmasını aşkar etdiyini, bu səbəbdən uşaqlarını da götürüb anasıgilə getdiyini, İradə ilə boşanacağını bildirmişdir. Rövşən eyni şeyləri zəng edib oğlu Elşənə də demiş, hətta Elşənin telefonuna İradənin başqa kişilər ilə yazışmasını göndərmişdir. Yaranmış vəziyyətlə əlaqədar evlərində böyük narahatçılıq olmuş, o, İradə ilə danışmaq istəsə də, İradə heç kimin zənglərinə cavab verməmişdir. Ona görə də, 26.12.2020-ci il tarixdə Rövşən ilə İradəni barışdırmaqdan üçün Elşən Bakı şəhərinə getmiş, amma İradəni evdə tapa bilməyib geri Xaçmaza qayıtmışdır. Bundan sonra qızı ilə kürəkənini barışdırmaq məqsədilə əri Ələkbər 29.12.2002-ci il tarixdə Bakı şəhərinə getmiş, gecə İradəgildə qalmış, 30.12.2020-ci il tarixdə saat 11 radələrində isə zəng vurub Elşənə İradəni öldürdüyünü demişdir. Bu məsələdə günahı qızında görür, ərinə qarşı heç bir şikayət və tələbi yoxdur. Əri təqaüdçüdür, ondan əvvəl isə yaşadıqları kənddə bələdiyyədə işləmişdir. Kənddə ərini hamı ağsaqqal kimi qəbul edir, ona böyük hörmət bəsləyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır. Mərhum Zərərçəkmiş şəxs isə bacısı olmuşdur. O, atası Ələkbər və anası Zərifə ilə birlikdə Xaçmaz rayonunun Gödəkli kəndində yaşayır, beş bacısı var, hamısı ailəlidir, bacısı İradə əri Rövşən və iki övladı ilə Bakı şəhərəində yaşamışlar. Digər bacıları isə Xaçmaz rayonunun müxtəlif kəndlərində yaşayır. Rövşən əvvəllər Ədliyyə Nazirliyinin PX-də işləmiş, təqaüdə çıxdıqdan sonra isə fərdi əməklə məşğul olur, İradə isə əvvəllər mağazada satıcı işləmiş, sonradan isə fərdi evlərdə təmizlik işləri görürdü. İradənin Rövşənlə münasibətləri əvvəl yaxşı olmuş, lakin sonradan isə Rövşən İradənin başqa kişilər ilə telefon vasitəsi ilə əlaqə saxladığından şübhələndiyindən aralarında söz-söhbət yaranmış, hətda buna görə təxminən 2 il əvvəl İradə ilə Rövşənin arasında mübahisə olmuş, həmin vaxt atası Xaçmazdan Bakı şəhərinə gəlib onları barışdırmışdır. 25.12.2020-ci il tarixdə saat 23 radələrində o, Xaçmaz rayonunda evlərində olduğu zaman Rövşən atasına zəng vurub İradənin əlindən mobil telefonunu aldığını, həmin telefonda İradənin başqa kişilər ilə yazışmalarının olduğunu bildirərərək İradəni boşayıb uşaqları ilə birlikdə öz valideynlərinin evinə getdiyini demişdir. Sonra Rövşən zəng edib eyni şeyləri ona da, demiş, onun və bacısı Maisənin telefonlarına İradənin başqa kişilər ilə yazışmasının sübutlarını göndərmişdir. Həmin məlumatları o, telefonundan skrın edib məhkəməyə təqdim edir. X12 evdə qoyub getməsi barədə çəkdiyi videonu da göndərmişdir. O, məsələni araşdırmaq məqsədilə 26.12.2020-ci ildə Bakı şəhərinə bacısı İradənin yaşadığı evə gəlmiş, lakin qapı bağlı olduğu üçn Rövşənlə danışmış, Rövşən gəlib evin qapısını açmış, lakin İradə evdə olmamışdır. İradəyə zəng etdikdə sonuncunun telefonu sönülü olmuşdur. Bu səbəbdən o, Xaçmaza qayıtmışdır. Bundan sonra Rövşən ilə İradə arasında yaranmış narahatçılığı araşdırmaq məqsədilə atası 29.12.2002-ci il tarixdə günortadan sonra Bakı şəhərinə getmişdir. Artıq atası da Rövşənin telefonla göndərdiyi məlumatlarla tanış idi. Atası ilə həmin gün bir dəfə axşam telefonla danışmış, sonuncu İradəgildə olduğunu, İradəni yola gətirməyə çalışdığını demişdir. 30.12.2020-ci il tarixdə səhər saat 11 radələrində atası onun mobil telefonuna zəng edib İradə ilə mübahisə etdiyini, İradəni öldürdüyünü və polisə təslim olunmaq üçün getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən 1999-cu ilədək Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsssisəsində mühafizəçi vəzifəsində işləmiş və işdən çıxdıqdan sonra fərdi əməklə məşğul olur. O, Xaçmazdan olan anasının qohumlarıgilə getdikdə orada İradəni görüb bəyənmiş və 2004cü ildə İradə ilə ailə qurmuş, amma rəsmi nikaha 2015-ci ildə daxil olmuşlar. O, ailəsi ilə ünvan 1 ünvanında yerləşən həyət evində yaşamış, İradə ilə birgə nikahdan iki övladı olmuşdur. İradə fərdi qaydada evlərdə təmizləyici işləyirdi. Aiələlərində problemlər olmamışdır, lakin 2018-ci ilin fevral ayında İradənin telefonuna çoxlu mesaj və zənglərin gəldiyini, İradənin həmin mesajları ondan gizlətdiyini, zənglərə isə başqa otağa gedib cavab verdiyini görmüş, İradədən telefonunu istədikdə isə müxtəlif bəhanələr gətirərək telefonunu ondan gizlətmişdir. O, bir fürsət tapıb İradənin telefonuna baxdıqda, müxtəlif kişilərdən çoxlu mesajlar və zənglər gəldiyini görmüş, İradənin atası və anasını Xaçmaz rayonundan Bakı şəhərinə çağırmış, İradə üzr istəyib birdə belə bir şeylər etməyəcəyinə söz vermiş, o da, həm İradəni sevdiyindən, həm də uşaqları balaca olduğundan İradəni bağışlamışdır. Lakin, hadisədən təxminən 3-4 ay əvvəl o, yenidən İradənin istifadəsində olan telefonuna çoxlu zənglər və mesajlar gəldiyini hiss edərək İradə hamamda olduğu zaman döşəyin altından İradənin telefonunu tapıb telefondakı məlumatlarla tanış olduqda onun çox sayda kişilərlə açıq-saçıq söhbətlər etdiyini, həmin şəxslərlə ünsiyyətdə olduğunu görmüş, həmin yazı və məlumatları onun telefonundan öz telefonuna ötürmüşdür. Məhkəməyə keçmiş qaynı Elşənin təqdim etdiyi məlumatları Elşənin telefonuna o göndərmişdir. Həmin məlumatlardan o müəyyən etmişdir ki, arvadı Hafiz, Abdullah, İsrail, Namiq adlı və bir ananim şəxslə sevgi yazışmaları atmış, öz şəkillərini həmin şəxslərə göndərmişdir. İradənin ona xəyanət etdiyinə tam əmin olmuş, İradə hamamdan çıxdıqdaq sonra bu barədə sual verdikdə isə sonuncu ona nəlayiq sözlərlə söymüş və o, İradənin etdiyi xəyanəti və davranışlarını görüb, uşaqları ilə birlikdə anasıgilə getmişdir. Bundan sonra o, İradənin bu hərəkətlərini atası Ələkbərə zəng edib demiş, İradənin telefonunda olan mesajları və səsləri, onun qardaşı Elşənin telefonuna vatsap proqramı vasitəsi ilə göndərmişdir. 26.12.2020-ci il tarixdə saat 13 radələrində Elşən ona zəng edərək evlərinin qarşısında durduğunu, lakin qapnın bağlı olduğunu bildirdiyi üçün o, İradə ilə yaşadıqları evə gələrək qapını açıb Elşəni evə buraxmış, Elşən İradə ilə aralarnda olanları araşdırmaq üçün gəldiyini bildirmişdir. O isə bacısının hərəkətləri barədə məlumatları ona göndərdiyini bildirmiş, bacısını boşadığını və bir daha onunla yaşamayacağını demişdir. Bundan sonra Elşən İradəyə zəng etsə də sonuncunun telefonu bağlı olmuşdur. Elşən bir gecə həmin evdə qaldıqdan sonra Xaçmaza qayıtmışdır. 29.12.2020-ci il tarixdə isə axşam vaxtı İradənin atası Ələkbər zəng edib İradə ilə yaşadıqları evdə olduğunu deyib mübahisəni həll etməkdən ötrü onu həmin evə dəvət etmişdir. O isəgəlməyəcəyini, qızını boşadığını, qərarının qəti olduğunu bildirmişdir. 30.12.2020-ci il tarixdə saat 12 radələrində Elşən ona zəng vurub atası Ələkbərin İradəni yaşadığı evdə öldürdüyünü və gedib polisə təslim olunduğunu demişdir. Bundan sonra o, yaşadıqları evə getmiş, orada polis işçilərini görmüşdür. Əlavə etmək istəyir ki, evdə olan dəmir idman qanteli ona məxsusdur, həmin qantel onun idmanla məşğul olmasından aslı olaraq otaqda da, yatağın altında da, o cümlədən də dəhlizdə də ola bilərdi. Onun keçmiş qaynatası Təqsirləndirilən şəxs böyük hörməti vardır. Qaynatası namuslu kişidir. Onun ürəyi qızının əxlaqsız hərəkətlərini götürə bilmədiyi üçün belə bir cinayəti törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış 30.12.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 1954-cü il təvəllüdlü Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs 30.12.2020-ci il tarixdə, saat 10:30 radədlərində 37-ci PŞ-nin NH-nə yaxınlaşaraq qızı Zərərçəkmiş şəxs mübahisə zəminində əlləri ilə boğaz nahiyyəsindən boğaraq öldürdüyünü bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 30.12.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən bir mətbəx, iki otaq, bir dəhliz və bir sanitar qovşağından ibarət həyət evidir. Mətbəxdə yerə döşənmiş xalçanın üzərində ayaqları giriş qapı istiqamətində arxası üstə qadın meyitinin olduğu müəyyən edilmişdir. Hadisə yerinə keçirilən baxış zamanı Zərərçəkmiş şəxs məxsus olmuş «Samsung» və «Xiomi» markalı telefonlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 30.12.2020-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 29.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 Xətai rayon şöbəsinin 05.02.2021-ci tarixli, 126 saylı rəyindən müəyyən olunur ki, «Mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən boyun nahiyəsində boyun üzvlərinin əlilə sıxılmasına dəlalət edən boyunun dərialtı yumşaq toxumasının və əzələlərin geniş qansızması, çənəaltı nahiyənin qançırı, sol körpücüküstü nahiyənin sıyrığı; başın ənsə nahiyəsinin əzilmiş yarası, ənsə sümüyünün sınığı ilə müşayiət olunan baş beyinin əzilməsi müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni əvvəlcə mərhumun başının ənsə nahiyəsinə ekspertizaya təqdim edilmiş dəmir materiallı idman qanteli ilə vurulması və boyun nahiyəsinin əl ilə sıxılması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda - boyun üzvlərinin əl ilə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ilkin olaraq başının arxa hissəsindən ekspertizaya təqim edilmiş dəmir qantel ilə ağır xəsarət aldığından o, əl ilə boğularkən özünü müdafiə edə bilməmiş və qarşısında olan şəxslə qarşılılıqlı mübarizə apara biləməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən əynində olan paltarları da müayinə olunmuş, paltarları üzərində hər hansı bir zədə və zədə nişanələri müəyyən edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs başının arxa hissəsinə xəsarət yetirilərkən - xəsarət yetirən mərhumun arxa tərəfində, eləcədə mərhum əl ilə boğularkən isə - xəsarət yetirən mərhumun ön tərəfində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tamponların məhkəmətibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Mərhumun meyitinin müayinəsi zamanı onda hamiləlik əlamətəri müəyyən edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir». Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının 17.01.2021-ci il tarixli, 21/48R saylı rəyindən müəyyən olunur ki, «ekspertiza nəticəsində, təqdim olunmuş hadisə yerindən 01 (bir) ədəd çöplü pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkənin və 02 (iki) ədəd idman qantelindən biri üzərində aşkar edilmiş qanabənzər ləkənin insan qanı olduğu və həmin qan nümunələrinin 15 somatik STR (D8S1179, D21S11, D7S820, CSF1PO, D3S1358, THO1, D13S317, D16S539, D2S1338, D19S433, vWA, TPOX, D18S51, D5S818, FGA) və 1 cinsiyyəti müəyyən edən faktor (Amelogenin) üzrə Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Həmçinin ekspertiza nəticəsində, təqdim olunmuş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd köynək və 02 (iki) ədəd idman qantelindən digəri üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi. Bu səbəbdən həmin obyektlər üzərindən müqayisəli tədqiqatın keçirilməsi üçün tədqiqat nümunəsi götürülmədi». Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19.01.2021-ci il tarixli, 103 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır”. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» X18n 12.01.2021-ci il tarixli, 116 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmamışlar. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı təqdim etidiyi 01.03.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, qızı Zərərçəkmiş şəxs hüquqi varisi olaraq Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 10.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək, iki ədəd idman qanteli, Zərərçəkmiş şəxs məxsus olmuş «Samsung» və «Xiomi» markalı telefonlar Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəməyə ibtidai araşdırma orqanı və müdafiə tərəfinin təqdim etdiyi mərhum Zərərçəkmiş şəxs məxsus olmuş mobil telefonundan köçürülmüş görüntü və mətnlərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Esi adlı naməlum şəxsin telefonuna hərbiçi fotoşəklini göndərərək “sənə qəşəng oğlan tapmışam” mətni yazılmış telefonunda, Hafis, İsrail, Namiq, Abdullah adlı və anonim bir şəxslə tanışlıq və sevgi xarakterli yazışmaları olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə ki, məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni, 25.12.2020-ci il tarixdə qızı Zərərçəkmiş şəxs əri Şahid1 zəng edərək sonuncunun mobil telefonunda müxtəlif kişilərlə danışıb görüşməsinin şahidi olduğunu deyib arvadından ayrılmaq məqsədi ilə yaşadıqları evi tərk etdiyini bildirdikdən sonra o, qızının ərinə xəyanət edib-etməməsini araşdırmaq məqsədi ilə 29.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/80 nömrəli evə gəlmiş, 30.12.2020-ci il tarixdə saat 09 radələrində birlikdə qayınanasıgilə getməyi israrla tələb etdiyi zaman Zərərçəkmiş şəxs rədd cavabı verib «mənim işimə burnunu soxma, nə istəyirəm edirəm» deyərək onu nəlayiq sözlərlə söyüb təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı qisas alaraq qəsdən öldürmək məqsədi ilə 30.12.2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36/80-də dəhlizdə yerdən dəmir materiallı idman qanteli götürüb mətbəxə keçib arxadan Zərərçəkmiş şəxs başının ənsə nahiyəsindən bir dəfə vurmuş nəticədə döşəməyə yıxılan İradə Paşayevi əlləri ilə boğub öldürməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Ə.Q.Bağıroun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cəza təyin edildikdə CM-nin 60-cı maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə 30.12.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək məhv edilməli, iki ədəd idman qanteli mərhum Zərərçəkmiş şəxs əri Şahid1 qaytarılmalı, Zərərçəkmiş şəxs məxsus «Samsung» və «Xiomi» markalı telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9 (hesabat arayış i/v 239), məhkəmə hazırlıq iclasında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunun X13 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X9 üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 13 saylı Vəkil Bürosunun, müdafəçi X13 üçün isə 72 AZN (yetmiş iki manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30.12.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və şalvar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək məhv edilsin, iki ədəd idman qanteli mərhum Zərərçəkmiş şəxs əri Şahid1 qaytarılsın. Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus «Samsung» və «Xiomi» markalı telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X9 üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 13 saylı Vəkil Bürosunun, məhkəmə hazırlıq iclasında göstərdiyi hüquqi yardımla bağlı isə müdafiəçi X13 üçün 72 AZN (yetmiş iki manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar