Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1007/2022 08.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biləsuvar rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1985-ci il tarixində Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 11,112 qram olan narkotik vasitə heroini və külli miqdarda yəni, ümumi təmiz çəkisi 28,456 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İvan Anaşkin küçəsində yerləşən nömrəsiz evin qarşısına qədər daşımış, 19 dekabr 2021-ci il tarixində saat 00:30-da özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxararaq təqdim etdiyi göy rəngli, üzərində “Microlife” yazısı olan çantanın içərisindəki xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, hər biri şəffaf sellofan kəsiyi olmaqla 5 ədəd bükümdə yerləşən, müvafiq olaraq 3,946 qram, 0,848 qram, 0,539 qram, 0,405 qram və 5,374 qram, ümumi təmiz çəkisi 11,112 qram olan külli miqdarda narkotik vasitə heroin, hər biri şəffaf sellofan kəsiyi olmaqla 14 ədəd bükümdə yerləşən, müvafiq olaraq 0,805 qram, 0,273 qram, 0,406 qram, 0,360 qram, 0,887 qram, 0,484 qram, 0,424 qram, 0,349 qram, 0,501 qram, 0,393 qram, 0,388 qram, 3,902 qram, 5,737 qram və 13,547 qram, ümumi təmiz çəkisi 28,456 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 6-7 ay əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Polis tərəfindən saxlanılmamışdan 2-3 gün əvvəl nömrəsini təsadüfən əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi Nobil adlı şəxslə “Whatsapp” şəbəkəsində əlaqə saxlayıb özünün istifadəsi üçün narkotik vasitə heroin almışdır. Nobil həmin narkotik maddələrin yerləşdiyi yerin fotoşəklini və koordinatlarını “Whatsapp”la ona göndərmiş, o da Nobilin göndərdiyi bank hesabına razılaşdıqları məbləğdə pulu ödəmə terminalları vasitəsi ilə göndərmiş, narkotik vasitə heroini də Suraxanıda Şir heykəlinin yanından götürmüşdür. 18 dekabr 2021-ci il tarixində saat 21 radələrində tanışı olan qızdan bacısı qızı üçün 200 manat dəyərində mobil telefon almalı imiş. Xalası oğlu İlhamı da özü ilə aparmışdır ki, onun mobil telefondan daha yaxşı anlayışı olmuşdur. İlhamla küçədə piyada gedərkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını dedikdə o özünü itirmiş, polis əməkdaşları onları sorğu-sual etmişlər, onun narkotik maddə istifadəçisi olduğunu hiss edib bu məzmunda ona suallar vermişlər. O, polislərin ondan şübhələndiyini hiss edib onlardan uzaqlaşıb qaçmaq istəmiş, lakin polislər onun uzaqlaşmasına imkan verməyib onu saxlamışlar. Polis əməkdaşları onu və xalası oğlu İlhamı 12-ci Polis şöbəsinə aparmışlar, orada hər ikisinin üzərinə baxış keçirmişlər. Onların üzərindən qadağan olunmuş hər hansı bir şey aşkar olunmamışdır. Polislər onun maşınını bölməyə salmışlar, narkotik vasitəni də maşından aşkar edib götürmüşlər. Maşınında 11-12 qram narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni də öz istifadəsi üçün əldə edib saxlamışdır. Ona verilən ittiham üzrə özünü təqsirli bilmir, yalnız özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Heç vaxt da narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərib qazanc əldə etmişdir. Gün ərzində 2-3 qram heroin istifadə etmiş, heç kimə hədiyyə verməmiş və satmamışdır. Birlikdə yaşadığı qızla bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Heç vaxt metamfetamindən istifadə etməmiş, onun üzərindən və ya maşınından metamfetamin aşkar olunmamışdır. Polis əməkdaşı olan əməliyyatçı ilə narazılığı olduğu üçün polislər qəsdən metamfetamini də əlavə edərək güya onun üzərindən çıxmasını protokollaşdırmışlar. Onun üzərindən və maşınından tərəzi də aşkar olunmamışdır. Narkotik vasitə heroinin bir qramını 15 manata alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, nömrəsini təsadüfən əldə etdiyi milliyətcə iranlı olduğunu ehtimal etdiyi Nobil adlı şəxslə “Whatsapp” şəbəkəsində mütəmadi əlaqə saxlamışdır. Həmin şəxsdən bir neçə dəfə özünün istifadə etməyi üçün “kakos” kimi adlandırdığı narkotik vasitə heroin, “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin almışdır. Nobil həmin narkotik maddələrin yerləşdiyi yerin fotoşəklini və koordinatlarını “Whatsapp” tətbiqetməsində ona göndərmiş, o da Nobilin göndərdiyi bank hesabına razılaşdıqları məbləğdə pulu ödəmə terminalları vasitəsi ilə ona göndərmişdir. Tutulmamışdan 5-6 ay əvvəl narkotik maddələrdən istifadə etməyə başlamış, gün ərzində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən 0,5 qram, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən bəzən 0,2-0,3 qram istifadə etmişdir. Həmin narkotik maddələri yandırıb tüstüsünü nəfəslə çəkməklə istifadə etmişdir. Tutlmamışdan 1 həftə əvvəl maddi vəziyyəti pisləşmiş, Nobildən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb, sataraq gəlir əldə etmək istəmişdir. Bu məqsədlə o, Nobil ilə “Whatsapp”da əlaqə saxlayaraq 10 qram “kakos” kimi adlandırdığı narkotik vasitə heroin, 20-25 qram “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin verməsini istəmiş, Nobil də onunla razılaşmışdır. Onların razılaşmalarına əsasən o, Nobilin göndərəcəyi bank hesabına 320 manat köçürməli imiş. O, pulu düzəldib Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən yerini dəqiq xatırlamadığı ödəmə terminalı vasitəsi ilə həmin pulu bank hesabına göndərmiş, sonra Nobilə bu barədə məlumat verdikdə Nobil “Whatsapp” tətbiqetməsində ona bir ərazinin fotoşəkillərini və “konum” göndərmişdir. Həmin yer Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən şir heykəlinin yanı olmuşdur. O, günorta saatlarında tək həmin yerə getmiş, həqiqətən fotoşəkildə işarələnmiş yerdə iki ədəd bükümün yerləşdiyini görüb və həmin bükümləri götürüb yaşadığı evə gəlmişdir. Narkotik maddələrin bir hissəsini özü istifadə etmiş, sonra gələcəkdə kimsə istədikdə vermək üçün özündə olan iki ədəd elektron tərəzi ilə bu narkotik maddələri şəffaf sellofan kəsiyinə yerləşdirməklə bükümlərə ayırmışdır. “Patı”nın 11 ədədi, “kakos”un isə 3 ədədi xırda bükümlərdə, qalanları isə nisbətən iri bükümlərdə olmuşdur. O, bu maddələri və iki ədəd elektron tərəzini göz önündə saxlamamaq üçün hamısını 1 ədəd, parça materialdan olan kiçik çantanın içərisinə yığaraq gizlətmişdir. 18 dekabr 2021-ci il tarixində saat 21 radələrində Bakıxanov qəsəbəsinə tanışlarından birinin yanına qonaq getmək istəmiş və xalası oğlu İlhamı da özü ilə aparmışdır. Qonaq getdiyi şəxsdən mobil telefon almaq istədiyi üçün İlhamı ona görə aparmışdır ki, İlhamın mobil telefonlardan yaxşı anlayışı olmuşdur. Narkotik maddələrin gizlətdiyi yerdə qalmasını istəmədiyi üçün narkotik vasitələr olan çantanı da özü ilə götürüb, gödəkçəsinin sol iç cibinə yerləşdirmiş, lakin İlhama bu barədə heç nə deməmişdir. Sonra İlhamla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsinə gəlmişlər. İlhamla küçədə piyada gedərkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər, o da üzərində narkotik maddə olduğu üçün həyəcanlanıb və özünü itirmişdir. Polis əməkdaşları onları sorğu-sual etməyə başlamış, polislər onun narkotik maddələrin aludəçisi olduğunu hiss edib bu məzmunda ona suallar verdikdə o, polis əməkdaşlarından uzaqlaşmağa çalışıb, qaçmaq istəmişdir. O, qaçmaq istəyərkən yıxılmış və üzü yerə dəymişdir. Polis əməkdaşları da onun uzaqlaşmasına imkan verməyib onu saxlamışlar. Polis əməkdaşları onu və İlhamı 12-ci Polis şöbəsinə aparmışlar orada iş otaqlarının birində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş, sonra barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd çantanı və həmin gödəkçənin sağ yan cibindən özünə məxsus 2 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq otaqdakı masanın üzərinə qoymuşdur. Polis əməkdaşları üzərini axtaran zaman başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi çantanın içərisinə baxış keçirilən zaman 14 ədəd şəffaf sellofan bükümündə “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin, 5 ədəd şəffaf sellofan bükümündə isə “kakos” kimi adlandırdığı narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr ilə bağlı onunla sorğu-sual edilən zaman o, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunu “Whatsapp” şəbəkəsi vasitəsi ilə tanıdığı Nobil adlı iranlı olmasını ehtimal etdiyi şəxs vasitəsi ilə təxminən 1 həftə əvvəl Günəşli qəsəbəsində yerləşən şir heykəlinin yaxınlığından götürdüyünü bildirmişdir. Lakin bu narkotik maddələri hansı qiymətə aldığını deməmiş, qorxmuşdur ki, pulla bağlı nəsə desə, məsuliyyəti daha da ağırlaşar. Bu səbəbdən bu maddələri 320 manat müqabilində aldığını bildirməmişdir. Elektron tərəziləri isə həmin maddələrin çəkisini müəyyən etmək və bükümlərə bölmək üçün istifadə ettmişdir. Təqdim etdiyi 05 ədəd bükümdəki narkotik vasitə heroin və 14 ədəd bükümdəki psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi həmin çantanın içərisində olmaqla 01 ədəd zərfdə qablaşdırılıb, möhürlənib, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Ona məxsus 2 ədəd “Samsung” markalı mobil telefon da sübut əhəmiyyəti olduğu üçün təhqiqatçı tərəfindən götürülmüş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Sonradan öyrənib bilmişdir ki, onun barəsində olduğu kimi İlhamın da barəsində şəxsi axtarış keçirilmiş, lakin İlhamın üzərindən qanunla qadağan olunmuş hər hansı maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında ona oxumadan imzalatdırıldığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 18-19 dekabr 2021-ci il tarixində gecə saatlarında Sabunçu Rayon Polis İdarəsinin inzibati ərazisinə aid olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə xidmətdə olmuşlar. 19 dekabr 2021-ci il tarixində saat 00:30-da Anaşkin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birinin qarşısında iki nəfər şəxsin piyada gəzdiyini görmüşlər və həmin şəxslərdən biri onları gördükdən sonra özünü şübhəli apardığı üçün onlara yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Adının İlham olduğu şəxs özünü təqdim etmiş, Ruslan isə özünü itirib onların suallarından yayınamağa çalışmışdır. Onlar Ruslanı saxlayıb getməyinə imkan verməydikdə Ruslan yerə yıxılmış, sonra Ruslanı sorğu-sual etməyə başlamışlar. Sorğu-sual zamanı məlum olub ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs davranışlarına görə üzərində qanunla daşınması, saxlanması və istifadəsi qadağan edilmiş əşya, o cümlədən narkotik maddə olmasından şübhələndikləri üçün onu və yanında olan X3 ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmaları barədə qərar qəbul edilmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək sonuncudan etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmiş, o da əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kiçik ölçülü çantanı və həmin gödəkçənin sağ yan cibindən 2 ədəd “Samsung” markalı, smartfon tipli telefonu çıxararaq otaqdakı masanın üzərinə qoymuşdur. Aşkar edilən 01 ədəd çantanın içərisinə baxış keçirildikdə orada ümumilikdə 19 ədəd bükümün və 2 ədəd elektron tərəzinin olduğu aşkar olunmuş, təhqiqatçı tərəfindən çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üstbaşı yoxlanılıb və heç nə aşkar edilməmişdir. Aşkar edilən bükümlərə baxış keçirilən zaman məlum olmuşdur ki, bükümlərdən hər biri şəffaf sellofan bükümündədir. Bu bükümlərdən 5 ədədinin içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olmuşdur. Digər 14 ədəd bükümün içərisində isə ağ rəngli, kristal formalı maddənin olduğu məlum olmuşdur. Həmin maddələr ilə bağlı Ruslanla sorğu-sual edilən zaman Ruslan həmin bükümdəki maddələrdən qəhvəyi rəngli toz şəklində olanların “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, ağ rəngli, kristal formalı olanların isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Ruslan həmin maddələri təxminən 1 həftə əvvəl iranlı şəxslə danışıb və sonuncunun Günəşli qəsəbəsində yerləşən şir heykəlinin yaxınlığında yerləşdirdiyi yerdən satmaq məqsədi ilə götürdüyünü, tərəziləri isə bu maddələri satdığı zaman istifadə etməsi üçün saxladığını bildirmişdir. Ruslanın təqdim etdiyi 5 ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddə və 14 ədəd bükümdəki psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi həmin parça çantanın içərisində olmaqla 01 ədəd zərfdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənib və iştirakçılar tərəfindən imzalanıb, ekspertizaya göndərdiləcəyi bildirilmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunaraq, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra X2 barəsində şəxsi axtarış keçirilmiş, onun üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 oğlu ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 19 dekabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 20 dekabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evlərinin birinin yaxınlığında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd tünd göy rəngli, üzərində “Microlife” yazısı olan çantanın içərisindən iki ədəd qara rəngli elektron tərəzi və 19 ədəd büküm təqdim etmişdir. Bükümlərdən 5 ədədi şəffaf sellofana bükülmüş vəziyyətdə və içərisində tünd qəhvəyi rəngli maddə, 14 ədədi isə şəffaf sellofana bükülmüş vəziyyətdə və içərisində ağ rəngli kristal formalı maddə olmuşdur. Həmçinin həmin gödəkçənin sağ yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin maddələrin “kakos” və “patı” olduğunu, həmin maddələrin 1 həftə əvvəl Suraxanı rayonu, Günəşli qəsəbəsində iranlı şəxs tərəfindən qabaqcadan ora qoyulduğunu, satmaq məqsədi ilə həmin maddələri oradan götürdüyünü və üzərində saxladığını bildirmişdir. Həmin tərəzini maddələri satdığı zaman ölçdüyünü qeyd etmişdir. Bundan sonra aşkar olunan maddələr və 2 ədəd elektron tərəzi qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 159” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Fərid Sofuyev tərəfindən şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılaraq xidməti otağa gətirilir. Onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə və müdafiəçisinin iştirakı olmadan həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən çıxararaq 01 ədəd, üzərində “Microlife” sözü yazılan kiçik ölçülü çantanı və həmin gödəkçənin sağ yan cibindən 02 ədəd mobil telefonu çıxararaq otaqdakı masanın üzərinə qoyur. Həmin çantanın içərisinə baxış keçirildikdə çantanın içərisindən 02 ədəd, qara rəngli elektron tərəzi və 19 ədəd şəffaf sellofan büküm aşkar olunur. Bu bükümlərdən 14 ədədinin içərisində ağ rəngli, kristal formalı maddənin, 5 ədədinin içərisində isə qəhvəyi rəngli, toz şəklində maddənin olduğu görünür. 14 ədəd bükümün 3 ədədi, 5 ədəd bükümün isə 4 ədədi digərlərinə nisbətən iri ölçülüdür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin “patı” və “kakos” olduğunu, bu maddələri “iran vətəndaşı” vasitəsi ilə əldə etdiyini, həmin şəxsin bu maddələri Suraxanı rayonunda yerləşən şir heykəlinin yanına yerləşdirdiyini və özünün həmin yerdən götürdüyünü bildirir. Həmin maddələri satış məqsədi ilə əldə etdiyini, elektron tərəziləri isə həmin maddələrin satışı zamanı çəkilərini ölçməkdə istifadə etdiyini qeyd edir. Aşkar olunmuş maddələr sözügedən çantanın içərisində olmaqla 01 ədəd zərfdə qablaşdırılır, zərf iştirakçılar tərəfindən imzalanır. Bundan sonra aşkar olunmuş 2 ədəd, smartfon tipli mobil telefon da 01 ədəd zərfdə qablaşıdırılaraq götürülür, zərf iştirakçılar tərəfindən imzalanır. X4 Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı zorakılıq tətbiq edilib-edilmədiyini soruşur. Təqsirləndirilən şəxs heç bir zorakılığa məruz qalmadığını bildirir. X4 Təqsirləndirilən şəxs üz nahiyəsində olan xəsarətlərlə bağlı sual verdikdə sonuncu həmin xəsarətlərin polis əməkdaşlarından qaçarkən yıxılaraq aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Fərid Sofuyev tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 (bir) ədəd disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5551 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 159” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində “Microlife” göstəricisi olan göy rəngli çantada 14 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,805 qram, 0,273 qram, 0,406 qram, 0,360 qram, 0,887 qram, 0,484 qram, 0,424 qram, 0,349 qram, 0,501 qram, 0,393 qram, 0,388 qram, 3,902 qram, 5,737 qram, 13,547 qram, ümumi təmiz çəkisi 28,456 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,946 qram, 0,848 qram, 0,539 qram, 0,405 qram, 5,374 qram, ümumi təmiz çəkisi 11,112 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən edilməyib. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 254 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Samsung J4+” markalı mobil telefona və 1 ədəd “Samsung A52” markalı mobil telefona baxış keçirilmişdir. 20 dekabr 2021-ci il tarixli “mobil telefon cihazlarına baxış keçirilməsi haqqında” protokola görə, “Samsung J4+” markalı mobil telefonun ekranının şüşəsi çatlamış vəziyyətdə olmuş, lakin istifadəyə yararlıdır. Təqsirləndirilən şəxs mobil telefon danışıqlarını, yazışmalarını özündə əks etdirən 01 (bir) ədəd “Samsung A52” markalı, korpusu tünd göy rəngli, boz rəngli haşiyəli, arxa tərəfində 04 ədəd kamera yerləşən mobil telefon cihazı 2 SİM-lidir və 2 ədəd SİM yerləşdirilib. Mobil telefonun “Qalereya” bölməsində tərəzi və üzərində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan fotoşəkillər, həmçinin müxtəlif küçələrin işarələrlə fotoşəkilləri aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglər, zəng edən nömrələrin sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Diskdə olan mesajların mətnindən məlum olur ki, narkotik vasitələrin satışı ilə bağlı məlumatlar vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 11,112 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 10,912 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 28,456 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 28,036 qram qalmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 11,112 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 10,912 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 28,456 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 28,036 qram qalmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi hissəsi məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra ilə məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntünü əks etdirən 01 (bir) ədəd disk, telefon məlumatlarını əks etdirən "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, “Bakcell” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung J4+” markalı mobil telefon və 01 ədəd “Samsung A52” markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 19 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 11,112 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 10,912 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 28,456 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 28,036 qram qalmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi hissəsi məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra ilə məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntünü əks etdirən 01 (bir) ədəd disk, telefon məlumatlarını əks etdirən "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, “Bakcell” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung J4+” markalı mobil telefon və 01 ədəd “Samsung A52” markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1007/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1007/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver