Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1007/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 01 il azaldılıb, 05 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6, 127.2.2 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə və psixi iztiraba məruz qoyaraq işgəncə verməklə bacısına əzab vermiş, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xüsusi amansızlıqla və ağır iztirablar vermiş, həmçinin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin qəsdən sağlamlığına az ağır zərər vurmuş və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, ünvan 1 ünvanında onunla birlikdə yaşayan bacısı xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində və 2023-cü ilin iyul ayının sonlarında, axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq əllə-ayaqla döyərək, ona güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirmiş, həmçinin onun üzərinə sidiyini ifraz etmiş, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürmüş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma, alın nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sağ bud nahiyəsinin sıyrıqları, sol üst göz qapağının, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin qançırlarından ibarət olmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirərək mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq işgəncə verməklə əzab vermiş, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı yuxarıda göstərilən ünvanda, onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq əllə-ayaqla döyərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirmiş, həmçinin onun üzərinə sidiyini ifraz etmiş, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürmüş, sağ said, kürək, aşağı ətraflarda sıyrılmış yaralarından ibarət olmaqla sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirmiş, bundan başqa yetirilən xəsarətlərin Zərərçəkmiş şəxs güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, onu döyməkdə davam edib, zərərçəkmiş şəxsə dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aid sol mil sümüyünün tipik yerinin yerdəyişən sınığından ibarət xəsarət yetirərək, uzun müddət ərzində mütəmadi olaraq döyülməsi, çoxsaylı bədən xəsarətləri aldığına görə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrıya, psixi iztirab və işgəncəyə məruz qalması nəticəsində taqətsiz hala düşdüyünə görə müqavimət göstərmək imkanında olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə xüsusi amansızlıqla və ağır iztirablar verməklə qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan və Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuş və 02 avqust 2023-cü il tarixdə, saat 12:45 radələrində yenə yuxarıda göstərilən ünvanda, onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı, həmçinin aralarında uzun müddətdən bəri davam edən münaqişələrin nəticəsində ona qarşı yaranmış nifrət hissinin təsiri altında sonuncunu qəsdən öldürmək qərarına gələrək, uzun müddət ərzində mütəmadi olaraq döyülməsi, çoxsaylı bədən xəsarətləri aldığına və sair zorakı hərəkətlərlə güclü fiziki ağrıya, psixi iztirab və işgəncəyə məruz qalması nəticəsində taqətsiz hala düşdüyünə görə müqavimət göstərmək imkanında olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmaqla həmin vaxt stulda oturmuş Zərərçəkmiş şəxs yaxınlaşaraq, onu qəsdən öldürmək məqsədi ilə həyat üçün mühüm əhəmiyyəti olan başın sol nahiyəsinə yumruğu ilə ardıcıl olaraq bir neçə güclü zərbələr endirərək ona sol gicgah və sol almacıq nahiyəsinin, burun əsasının, burun ucunun, sol yanaq nahiyəsinin, sol gözaltı nahiyənin sıyrıqlarından ibarət xəsarət yetirmiş və aldığı zərbələrdən sonra Zərərçəkmiş şəxs döşəməyə yıxılaraq, baş sağ nahiyəsinin döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyməsi və ölümə səbəb olan baş beyinin sağ alın- təpə paylarının yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalarla müşayiət olunan sağ alın-təpə nahiyəsinin dərialtı hematomasından ibarət dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq, həmin xəsarətlərdən hadisə yerində ölmüş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürərək, həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs qardaşıdır. Hadisədən təxminən 24-25 gün əvvəl saat 18:00 radələrində bacısı Zərərçəkmiş şəxs 2-ci mərtəbədən yıxılmış və yaddaşı itmişdir. O, özü bacısını evdə sağaltmağa çalışmışdır. Çünki o həkim çağırsa polislərin onu tutacağından qorxmuşdur. Belə ki, onun əvvəllər məhkumluğu olmuşdur. Bacısının qızını çağırmağa ehtiyat etmiş, o da şikayət edəcəkmiş. Bir sözlə, o heçnə sübuta yetirə bilməyəcəkmiş. Çünki bacısı yıxılan vaxt o işdən gəlmiş və yanında da heç kim yox imiş. Onun tək şahidi dayısı oğlu Şahid2dir. O, özü dayısıoğluna zəng edib çörək zavodunda iş yerindən çağırmışdr ki, gəlib ona bacısını qaldırmağa kömək etsin. O, aptekdən dərman da almışdır. Bacısı bu hadisədən sonra yaddaşını itirmiş və onu tanımırmış, üstünə bıçaq çəkirmiş. Hətta o evdə yatmırmış və 43-cü Polis Bölməsinin arxasındakı həyətdə yatırmış. 02 avqust 2023-cü il tarixdə o əli ilə Məlahətin başına iki dəfə vurmuşdur ki, yaddaşı düzəlsin və onu tanısın, bundan sonra onun müvazinəti itmiş və başı yerdəki kafelə dəymişdir. Onun bacısının bədənindəki xəsarətlər barədə məlumatı yoxdur. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 gün o bacısı Məlahəti özü evdə müalicə eləmişdir. Ona AR CM-nin 124.1-ci maddəsi ilə ittiham verilmiş, amma barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Yəni əgər o qəddar cinayətkar olsa imiş, heç bir hakim onu azadlığa buraxmazmış. Onun Zərərçəkmiş şəxs ilə arasında mübahisələr olmuş, o bunu gizlədə bilməz, onun bacısı içki içən olmuşdur. O da dəfələrlə ona demişdir ki, içib onun iş yerinə gəlməsin, o utanır. Hətta, içib evin arxa tərəfində yıxılmış, qonşu onu çağırmış, o gedib gətirmişdir. Yaşadığı ev anasının evidir. Bacısının öz evi var imiş, əri rəhmətə getmişdir. O, xuliqanlıq maddəsi ilə məhkum olunmuşdur. Elan olunmuş cinayət işinin 2-ci cild 106-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 47/160 saylı əlavə rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs bədənindəki zərbələri o vurmamışdır. Onu Prokurorluğa çağırmışlar. Prokurorluqda onun vəkili Mövsüm müəllim demişdir ki, bacısının bədənində küt alətlə xəsarət izləri var. O da demişdir ki, nə küt alətlə, nə də əl ilə fiziki zərbə yetirməmişdir. Əgər bacısını o vurmuşdursa əl və barmaq izi olmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qızıdır, Təqsirləndirilən şəxs onun dayısıdır. Anası Zərərçəkmiş şəxs və atası o 8 yaşında olarkən boşanmışlar və o anasıyla birlikdə nənəsigilin evində yaşamağa başlamışdır. Anası nənəsiylə bir yerdə mehriban yola gedirmişlər. Həmin zamanlar dayısı Azər bıçaqla adam yaraladığına görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, ailə həyatı qurduqdan sonra artıq öz evində yaşamışdır. Azər azadlığa buraxıldıqdan sonra anasıyla Azər yola getməmişlər. Azər hər dəfə anası Zərərçəkmiş şəxs pul istəyirmiş, beləcə anası Zərərçəkmiş şəxs ilə Azərin arasında söz-söhbət yaranırmış. Onlar yola getmədiyindən anası Zərərçəkmiş şəxs Binəqədi rayonunda kirayədə yaşamağa başlamışdır. Onların arasında olan söz-söhbətin detallarını o ətraflı şəkildə bilmir. Onun anası spirtli içki içirmiş. Anası hər dəfə onun evinə gələndə o anasına spirtli içki içdiyi üçün narazılıq edirmiş. O, eşitmişdir ki, bir dəfə Azər anasını döymüş və anasının ayağı şişmişdir. Qonşular Azərə anasını həkimə aparmağını deyəndə Azər onlara demişdir ki, anasını həkimə aparsa polis əməkdaşları onu tutacaqlar, onu da çağırsa o polisə şikayət edəcəm. Sonradan təxminən 2023-cü ilin 04 və ya 05 iyun tarixlərində anası Zərərçəkmiş şəxs ona zəng edib ondan 30 manat pul istəmiş, pulun Azərə lazım olduğunu, ona pul verməsə Azərin onu öldürəcəyini demişdir. O, Azərlə telefonda mübahisə etdikdən sonra danışıq bitmişdir. Bir neçə gün sonra anası mobil telefonu olmadığından evdən qaçaraq tanışı Həcər xanımın evinə gedib ona zəng etmiş və Azərin ona işgəncə verdiyini demişdir. O, anasını evinə çağırmışdır. Anası onlara gələndə qolu sınıq imiş, yəni döyülmüş vəziyyətdə imiş, başı partlamış, başını yumaq olmurmuş, o anasının başını güclə yumuşdur. Anasının kürəyində bıçaq izləri var imiş. O, anasına 20 gün baxmış, Şüvəlan qəsəbəsindəki 26 saylı poliklinikaya aparmışdır. Anasının qolu sındığı üçün həkim qoluna gips qoymuşdur. Onda anası ona demişdir ki, dayısı Azər ona işgəncə verir. Anası bəzən Azərin bir gün onu öldürəcəyəni də deyirmiş. Anası Zərərçəkmiş şəxs evdən getdikdən sonra onunla bir daha əlaqə saxlaya bilməmiş, çünki anasının mobil telefonu yox imiş. Lakin anası gedərkən qocalar evinə gedəcəyini demişdir. Görünür anası evi ola-ola qocalar evində qalmağı özünə sığışdırmamışdır. o, evin tək övladıdır. O, Azər adlı şəxsə görə anasının evinə gedib onu çox görə bilmirmiş. O, hadisə günü anasının yanında olmadığından hadisədən xəbərsizdir. Ona xəbər veriləndə artıq anası öldürülmüşdür. O, təqsirləndiirlən şəxslə barışmamış, ondan şikayətçidir. Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Təcili və X7 Stansiyasının 16 saylı bölməsinin çağırışçı həkimi işləyir. O, təqsirləndirilən şəxsi tanımır və ilk dəfə onu məhkəmədə görür. 30 may 2023-cü il tarixdə Binəqədi rayonu, DYP-nin arxası, «Akabe inşaat»ın yanında yerləşən fərdi yaşayış evinə çağırış daxil olmuşdur. Məlumat daxil olan kimi dərhal çağırış yerinə getmişlər. Xəstə Zərərçəkmiş şəxs imiş. Onun sol biləyində, döş qəfəsində ağrılar, bədənində şişkinlik var imiş. Zərərçəkmiş şəxs bədənindəki əvvəlki xəsarətləri də göstərərək həmin xəsarətlərin hamısının qardaşı tərəfindən edildiyini demişdir. Məlahət qardaşının uzun müddətdir ki, onu döydüyünü, bədənində siqaret söndürdüyünü, bu səbəbdən sol biləyini hərəkət etdirə bilmədiyini və döş qəfəsində ağrılar olduğunu, rahat nəfəs ala bilmədiyini bildirmişdir. Xəstənin bədəninin, demək olar ki, hər yerində siqaret kötüyünün söndürülmə izinə bənzər izlər olmuşdur. Məlahət həm sol biləyində, həm də bədənindəki bütün xəsarətlərin qardaşı tərəfindən yetirildiyini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş və Polis Bölməsinə məlumat vermişlər. Çağırışlara o baxmır, xəstəxana əməkdaşı baxır. Buna görə də Məlahət xanıma kimin çağırış etdiyini bilmir. Zərərçəkmiş şəxs qardaşının ailə münaqişəsi zəmnində ona xəsarətlər yetirdiyini demişdir. Xəstədəki xəsarət izlərini görmüşdür. Xəstənin sol biləyində xəsarət var imiş. Həmçinin bədənində şişkinlik var imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bibisioğlu, mərhum bibisiqızıdır. O, çörək zavodunda işləyir. 2023-cü ilin iyul ayında Azər ona zəng edib bacısı Zərərçəkmiş şəxs yıxıldığını demiş və köməyə çağırmışdır. O, evə daxil olanda görmüşdür ki, Məlahət Əfədiyeva həqiqətən də spirtli içkinin təsiri altındadır, sifəti şişib və saçının bir hissəsi qırılmışdır. O, Azərdən soruşmuşdur ki, bibisi qızı Zərərçəkmiş şəxs niyə bu vəziyyətdədir. Azər demişdir ki, Zərərçəkmiş şəxs pilləkəndən yıxılmışdır. O, Azərə həkim çağırmağı desə də, Azər məhkumluğu olduğu üçün polisin onu tutmağından qorxmuş və razı olmamışdır. O, hətta Zərərçəkmiş şəxs qızını çağırmaq da istəmişdir. Amma Azər demişdir ki, qızı da bilsə onu polisə şikayət edəcək. Sonra o Azərə demişdir ki, bibisi qızı Zərərçəkmiş şəxs əllərini yusun, sifətinə soyuq su qoysun ki, sifətindəki şiş çəkilsin. Sonra eşitmişdir ki, Azər Mələhəti öldürmüşdür. Azər ona demişdir ki, 02 avqust 2023-cü il tarixdə Azər bibisiqızı Zərərçəkmiş şəxs bilməyərəkdən şillə ilə vurmuş, Zərərçəkmiş şəxs yıxılıb başı kafelə dəyərək beyninə qan sızmasından rəhmətə getmişdir. O, hadisə vaxtı orda olmamış, bibisi oğlu Azərdən hadisəni eşitmişdir. O, kənddə yaşayır, bibisioğlu və bibisiqızı şəhərin mərkəzində yaşayırlar. Məlahət əvvəllərdə yıxılmış, əli-ayağı sınmışdır. Amma bu dəfə onun hardan və necə yıxıldığını görməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 144-147-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPl-nin 43-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il tarixdə avqust ayında təxminən günorta saat 13:00 radələrində Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gələrək bir qədər əvvəl bacısı Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə əli ilə vurduqdan sonra Məlahətin evdə yerə yıxılaraq başının yerə dəydiyini və öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üstbaşı qan içində imiş. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin əməkdaşları ilə birlikdə hadisə yerinə yollanmışdır. O, məsul növbətçi olduğu üçün bölmədə qalmışdır. O, şəxsin könüllü təqsirini boynuna alaraq təslim olma protokolunu tərtib etmiş, içkili olubolmamasını müəyyən etmək üçün onu müayinəyə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Təcili və X7 Stansiyasının 16 saylı bölməsində səyyar tibb bacısı işləyir. O, təqsirləndirilən şəxsi tanımır və görməmişdir. 30 may 2023-cü il tarixdə daxil olmuş çağırış əsasında o və həkim Şahid6 çağırış yerinə getmişlər. Zərərçəkmiş şəxs qolunda xəsarət izləri var imiş, onun sol biləyində zədə mövcud imiş. Onlar şəxsə tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs ona bu xəsarətləri qardaşının yetirdiyini bildirmişdir. Məlahət qardaşının uzun müddətdir ki, onu döydüyünü, bədənində siqaret söndürdüyünü, bu səbəbdən sol biləyini hərəkət etdirə bilmədiyini və döş qəfəsində ağrıların olduğunu, rahat nəfəs ala bilmədiyini bildirmişdir. Məlahətin sol biləyindəki xəsarətə baxdıqda ilkin olaraq sol biləyində travma, «Hematoma» şişkinlik aşkar olunmuş, biləyi hərəkətsiz olmuşdur. Sol biləyində dərialtı qansızmalar müşahidə olunmuşdur. Məlahət xanımın qolunda ciddi xəsarətlər mövcud olduğundan, onlar onu X23 təhvil vermişlər. Elan olunmuş cinayət işinin 2-ci cild 51-54-cü vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid7 bildirmişdir ki, imza onun imzasıdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Daiqnoz həkim tərəfindən qoyulmuş və həmin diaqnoz doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən X19 radiologiya şöbəsi KT həkimi kimi fəaliyyət göstərir. O, təqsirləndirilən şəxsi tanımır və görməmişdir. Onun vəzifəsi KT raporları yazmaqdan ibarətdir. O, xəstə ilə birbaşa üzbəüz söhbət etmir, o başqa otaqda oturub KT raporu yazır və müayinədə iştirak etmir. Zərərçəkmiş şəxs travma alması barədə məlumat Tibb Mərkəzinə daxil olmuşdur və Zərərçəkmiş şəxs KT-dən keçirilmişdir. KT raporunda baş-beyin normal KT görüntüsü, döş qəfəsində köhnə bitişmiş qabırğa sınıqları aşkar edildiyini qeyd etmişdir. Lakin xəsarətin kim tərəfindən vurulduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ağarza qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və onun evində 3 il yaşamışdır. Pandemiya zamanı o Binəqədi ərazisində məhlə-məhlə gəzib ev axtarırmış. Təqsirləndirilən şəxs həbsdən yeni çıxmış və o Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onun evində yer olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bacısı ilə bir yaşadığını, dayısının evin yuxarı mərtəbəsində oturduğunu bildirmişdir. O, qonşu Almara xanımdan çantasını götürüb onların evinə yerləşmişdir. O, Məlahətin döyülməyini canlı olaraq görməmişdir. Amma Məlahəti çimdirərkən kürəyində xəsarət izləri, əl izləri görmüşdür. Məlahət yıxıldığını desə də, o inanmamış və Məlahətə demişdir ki, onu döymüşlər. Çünki kürəyində şiş var imiş, kürəyi gömgöy imiş. Məlahət ona kürəyində olan xəsarətin qardaşı tərəfindən edilməsi barədə heçnə deməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, arvadı və üç oğlu ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Oğullarından ikisi evli, biri isə subaydır. Həmin ünvanda o, 1952-ci ildən yaşayır, əvvəllər Novxanı qəsəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs onun dostu və qonşusudur, onun yaşadığı evlə yanakı evdə yaşayır. Təqsirləndirilən şəxs həmin evdə anadan olmuş, valideynləri də əvvəldən orada yaşamışlar. O, Təqsirləndirilən şəxs atası Vaqif Əfəndiyevi və anası Leyla Əfəndiyevanı da tanıyırmış. Bildiyinə görə Vaqif Əfəndiyev bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Azərin anası Leyla, atası Vaqif mütəmadi olaraq spirtli içki qəbul edən və narkotik vasitə istifadə edən şəxslər olmuşlar. Bu səbəbdən qonşuların onlarla yaxın əlaqəsi, gediş-gəlişi olmamışdır. Azər özü də bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuş, uzun illər cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs bir neçə ay əvvəl azadlığa çıxmış və qonşuluqdakı ata-baba evində yaşamağa başlamışdır. Azərin Məlahət adında bacısı olmuşdur. Zərərçəkmiş şəxs bir dəfə evli olmuş, Gülnaz adlı qızı var. Azər bir dəfə evli olmuş və adını bilmədiyi həmin qadından bir övladı var. Onların hər ikisi boşanmışlar. Bildiyi qədər, Məlahətin əri taksi sürücüsü olmuş, lakin onun hazırda harada olduğunu bilmir. Məlahət evləndikdən sonra ailəsi ilə birlikdə ata evində yaşamış, ayrıldıqdan sonra isə bir müddət kirayələrdə, daha sonra isə qızı Gülnazın evində yaşasa da, mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə, qızını ərinin və qaynatasının yanında biabır etdiyinə görə Gülnaz Məlahəti evindən qovmuşdur. Lakin Məlahət subay vaxtlarında spirtli içki qəbul edən biri olmamışdır. Təxminən iki ay əvvəl Məlahət ata-baba evinə, yəni hadisənin baş verdiyi evə köçüb qardaşı Azərlə birlikdə yaşamağa başlamışdır. Onların evindən hər zaman səs-küy eşidilirmiş, o, Məlahətlə Azərin ucadan danışdıqlarını eşitsə də, heç vaxt onların əlbəyaxa dava etdiklərini görməmişdir. Onlar hər ikisi spirtli içki qəbul edərmiş, hətta qonşulardan bir-iki manat pul da istəyərmişlər. 02 avqust 2023-cü il tarixdə yaşadığı evdə olarkən küçəyə çıxıb polis sahə rəisi Zauru görmüş və ondan nə baş verdiyini soruşduqda hadisə barədə məlumat almışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan sözlü mübahisələri aradabir eşidirmiş, onlar hər ikisi tez-tez spirtli içki qəbul edirmişlər. Lakin o, heç vaxt sonuncuların dava-dalaşını, münaqişəsini görməmişdir. Zərərçəkmiş şəxs təxminən bir ay əvvəl yıxılması barədə hər hansı məlumatı yoxdur. Hadisə vaxtı ətrafda kimlərin olması barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında oğlu X16 və onun arvadı X11 ilə birlikdə yaşayır. Qızı Vüsalə ailəlidir, onlardan ayrı yaşayır. Məlahətlə onun tanışlığı təxminən 6-7 il əvvəl olmuşdur. O, Məlahəti ilk dəfə öz evinə gədən yolda görmüş, Məlahət ona yaxınlaşaraq iş axtardığını bildirməklə köməklik istəmişdir. Həmin vaxt nə o, Məlahətin adını bilmiş, nə də ki, Məlahət onun adını bilmişdir. O, Məlahətə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində «Akabe» inşaat firmasının yaxınlığında yerləşən qabyuyan kimi işlədiyi avtomobil sexindən elə həmin gün işdən azad edildiyini demiş, bəlkə onun yerinə onu işə götürə biləcəklərini bildirmişdir. Məlahət də onun sözlərindən sonra həmin sexə getmiş, işə qəbul edilmiş və bir müddət orada işləmişdir. Məlahət daha sonra yaşadığı küçədə qonşulardan xarici görünüş əlamətlərini deyərək onu tapmağa çalışmışdır. Bir dəfə yaşadığı evin eyvanında olarkən «Qonşudan kök qadın harda qalır?» deyə birinin sual verdiyini eşitmiş, ətrafa baxdıqda Məlahəti görmüşdür. Məlahətə «sən burada neynirsən» deyə soruşduqda, Məlahət onu axtardığını bildirmişdir. Həmin vaxt o, Məlahəti evinə dəvət etmiş, söhbət zamanı Məlahət ona kirayə ev axtardığını, evində kirayə otaq olub-olmadığını soruşmuşdur. O da Məlahətlə razılaşıb evin birinci mərtəbəsindəki bir otağı ona kirayə vermişdir. Məlahət ona aylıq olaraq 60-70 manat pul verirmiş. Bu hadisələr 2020-ci ildə baş vermişdir. Məlahət onun evində təxminən bir il kirayədə qalmış, bu qaydada onun Məlahətlə münasibəti yaranmışdır. Məlahət onun evində qaldığı müddətdə sonuncunun spirtli içki aludəçisi olduğunu öyrənmişdir. Belə ki, Məlahət hər axşam evə içkili gəlirmiş, o, dəfələrlə Məlahətə bununla bağlı iradlarını bildirsə də, Məlahət həmin iradlara məhəl qoymamışdır. Məlahət ona evlənib boşandığını, boşanmalarının səbəbinin sonradan ərinin başqa arvadının olduğunu öyrənməsi olduğunu bildirmişdir. Məlahətin Gülnaz adlı qızı var. Məlahətin ata evi isə ünvan 1 ünvanında yerləşir. O, həmin evdə heç vaxt olmamışdır. Bundan başqa, Məlahət Azər adlı qardaşının olduğunu, Azərin spirtli içki aludəçisi olduğunu, onu döydüyünü, evə yaşlı qadın gətirdirdiyini, Azərin həmin qadını da döyüb onlarla pis rəftar etdiyini deyərək qardaşının əməllərindən bezib ondan qorxduğu üçün öz evində yaşaya bilmədiyini danışmışdır. 2021ci ildə Məlahət kirayə pulunu ödəyə bilmədiyindən onu evdən çıxarmışdır. Məlahət evdən çıxandan sonra, aradabir yenə onun yanına gəlirmiş və onlar birlikdə söhbət edirmişlər. Onun evindən çıxdıqdan sonra Məlahətin harada qalması barədə məlumatı olmamışdır. Məlahət kirayələrdə yaşadığını, kirayə haqqını ödəyə bilmədiyini bildirmişdir. Məlahət 2023-cü ilin iyul ayının ortalarında axşam saatlarında əlində pal-paltarla dolu çanta ilə onun evinə gəlmiş, özü ilə çoxlu paltar və yaşamaq üçün digər zəruri vasitələrini gətirmişdir. Həmin vaxt Məlahət ona Azəri yatızdırıb gəldiyini, sonuncunun oyaq olduğu halda ona evdən çıxmağa icazə verməyəcəyini bildirmişdir. Məlahətin həmin vaxt vəziyyəti yaxşı olmamışdır. Belə ki, Məlahətin başı qanlı olmuş, saçları başının qanına yapışmışdır. Bundan başqa Məlahətin bədəni gömgöy, qollarından biri isə, xatırladığı qədər, sınmış vəziyyətdə olmuşdur. Məlahət Azərin onu mütəmadi olaraq yumruq təpiklə döydüyünü, çəkdiyi siqaretləri onun bədənində söndürdüyünü, bəzən bıçaqla onun bədən səthinə xəsarət yetirdiyini, bıçaqla onun bədəninə cızıqlar etdiyini, əzab verdiyini, ondan pul tələb etdiyini, hətta başına işədiyini, yatanda ağciyərlərinin ağrıdığını, nəfəs ala bilmədiyini demişdir. O, Məlahətin vəziyyətinin yaxşı olmadığını görüb səhəri gün «103» təcili və X7 xidmətinə zəng edib həkim çağırmış, ambulans briqadası onun evinə gəlmiş, Məlahətin bədəninə baxış keçirmişlər, Məlahət bədənindəki xəsarətlərin necə əmələ gəlməsi barədə ona danışdıqlarını ambulans briqadasına bildirmiş və həkimlər Məlahəti 1 saylı X20 apamışlar. Məlahət müayinə olduqdan sonra həmin gün qoluna gips qoyulmuş vəziyyətdə onun evinə qayıtmışdır. Taksi ilə qayıtdığı üçün onun üzərində pul olmamış, taksinin də pulunu o, vermişdir. Məlahətə yazığı gəldiyindən ona qardaşı Azərdən şikayət etməsini bildirmişdir. Məlahət özünü ifadə etməkdə çətinlik çəkdiyindən, o, istifadəsində olan ***-***- **-** nömrə ilə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra səbirsiz olduğundan, şikayətin bir nəticə vermədiyini düşünərək, həmin vaxt gün ərzində bir dəfə də «102» xidmətinə zəng etmiş, xidmətdən ona «narahat olmayın sizinlə əlaqə saxlayacaqlar» deyə bildirmişlər. Daha sonra hansı polis idarə və ya bölməsində işlədiklərini bilmədiyi polis əməkdaşları onunla əlaqə saxlayaraq, Məlahəti Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə dəvət etmişlər. O, insanlıq edib əlindən gələni etdikdən sonra, Məlahətdən onun evindən çıxmasını, bir də onun evinə gəlməməsini istəmişdir. Məlahətin sonradan polis bölməsinə gedibgetməməsindən məlumatı yoxdur. 04 avqust 2023-cü il tarixdə Gülnazın «votsap» mobil tətbiqində anasının ölməsi barədə status paylaşdığını görüb ona zəng etmiş, Gülnaz ona Azərin Məlahətin başına vurduqdan sonra sonuncunun başının yerə dəyməsi nəticəsində öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə onun evinə gələndə bədənindəki xəsarətlərə görə, o, özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 103 və 102 xidmətlərinə müraciət etmişdir. Məlahətin bədənində siqaret kötüklərinin söndürülmə izləri, yan nahiyəsində, yəni ombasının üzərində «X» şəkilli bıçaq cızıqlarının izləri olmuşdur. Məlahət həmçinin ağciyərlərinin ağrıdığını, rahat nəfəs ala bilmədiyini, bunun səbəbinin də Azərin ona çoxsaylı təpik zərbələri vurması olduğunu bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, o, 2000-ci ildən X19 radiologiya şöbəsində həkim-radioloq vəzifəsində fəaliyyət göstərir, vəzifəsi rentgen raporları yazmaqdan ibarətdir. O, xəstə ilə birbaşa üzbəüz söhbət etmir, xəstə onu görmür. Sadəcə olaraq xəstə KTM-də qeydiyyatdan keçirilən zaman barəsində olan məlumatlar ona elektron formada təqdim edilir, həmin forma əsasında xəstənin hansı səbəbdən xəstəxanaya gətirildiyi, kimliyi, xəsarəti barədə məlumat alır. Zərərçəkmiş şəxs travma alması barədə məlumat daxil olmuş, Zərərçəkmiş şəxs rentgendən keçirilmiş, göstəricilərinə əsasən o, rentgen raportu yazmışdır. Raportda ümumi döş qəfəsində yeni patoloji dəyişiklik aşkarlanmadığını, sağda köhnə bitişmiş qabırğa sınıqları mövcüd olduğunu qeyd etmişdir. Həmin vaxtdan başqa o, xəstəni görməmiş, barəsində başqa hər hansı məlumatı yoxdur. Zərərçəkmiş şəxs rentgen görüntüsündə ümumi döş qəfəsində yeni patoloji dəyişiklik aşkarlanmamış, sağda köhnə bitişmiş qabırğa sınıqları müşahidə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-27-ci vərəqələrində olan və məhkəmə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır.. Həyətə daxil olduqda iki mərtəbəli köhnəlmiş fərdi yaşayış evi görünür. Həyətə girən kimi saat əqrəbi istiqamətində soldan sağa taxta yaşıl qapıda sanitar qovşağı içərisində spirtli içki qutusu olan divardan asılmış ağ rəngli meşok divara bərkidilən taxta rəf vardır. Həmin ipdən asılmış bir ədəd yastıq üzü, bir ədəd qısaqol qadın geyimi və ağgöy zolaqlı iki ədəd parça qablaşdırılaraq götürülmüşdür. Evin giriş qapısının ağzında paltarsız vəziyyətdə qadın cinsli meyitin olduğu müəyyən edilmişdir. Meyitin şəxsiyyət vəsiqəsi əsasında Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. Meyitin sol bud hissəsində, sağ, sol göz nahiyələrində xəsarətlər, boynunda isə çapıq yeri vardır. Meyitin boynunda tüklərin bəzi hissələri qopmuş vəziyyətdə olması, eləcə də bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarətlərin, yara izlərinin olması müəyyən edilmişdir. Otaqda hörgünün üzərində qanabənzər ləkələr aşkar edilmiş və nümunə hopdurularaq götürülmüşdür. Bundan başqa meyitin başının yanında üzərində qanabənzər ləkələr olan bir ədəd yaşıl rəngli dəsmal və bir ədəd qara-qəhvəyi rəngli parça qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Giriş qapısı ilə üzbəüz olan qapının ağzında isə çuqun materialda hazırlanmış sarı rəngli bir ədəd vedrə vardır. Həmin vedrənin içərisinə baxdıqda su içində saça bənzər nümunələr aşkar edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 28-31-ci vərəqələrində olan və məhkəmə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, meyit qadın cinslidir. Meyitin bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: sol təpə nahiyəsində, sağ təpə nahiyəsində, sağ bazu oynağı nahiyəsinin arxa-bayır səthini əhatə edən, sol bud-çanaq oynağı nahiyəsinin bayır səthində üzərlərindəki açıq-qəhvəyi rəngli qartmaqların mərkəzi hissələri çökək, ətrafları qabarıq və hiperemik olan kənarları nahamar yaralar vardır. Qartmaqları bəzi hissələrdə qopmuşdur. Sol gicgah nahiyəsini və sol almacıq nahiyəsini əhatə edən səthi qum və ətraf dəri səviyyəsindən aşağı olan qırmızı rəngli sıyrıq vardır. Sağ alın-təpə nahiyəsindən başlayaraq sağ qaş nahiyəsinin bayır kənarınadək davam edən qırmızımtıl rəngli qeyri-müəyyən formalı qançır vardır. Sağ gözün ağlı qişasının bayır kənarında sovrulmaqda olan qırmızı rəngli qansızma vardır. Burun əsasında solda, bir qədər sağda çoxsaylı, burun ucunda solda, sol yanaq nahiyəsində, sol gözaltı nahiyədə səthləri quru və ətraf dəri səviyyəsindən aşağı olan qırmızı rəngli sıyrıqlar vardır. Alın nahiyəsinin sağ yarısının ön səthində, sağ gözaltı nahiyədə, döş qəfəsinin sağ yarısının arxa səthində kürək sümüyü proyeksiyasında, sağ bazu nahiyəsinin yuxarı ön-bayır səthində, sol bazu oynağı nahiyəsinin arxa səthində, bayır səthində, sol çiyin qurşağı nahiyəsinin ön səthində, bel nahiyəsində solda, sağ sağrı nahiyəsinin yuxarı-iç kvadrantında sıyrıqlar vardır. Cinayət işinin 2-ci cild 41-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 160 saylı, 30 avqust 2023-cü il tarixli meyitin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: a) baş beyinin sağ alın-təpə paylarının yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar ilə müşayiət olunan sağ alın-təpə nahiyəsinin dərialtı hematoması, sol gicgah və sol almacıq nahiyəsinin, burun əsasının, burun ucunun, sol yanaq nahiyəsinin, sol gözaltı nahiyənin sıyrıqları qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları və s.) və eləcə də küt əşya ilə endirilmiş zərbələr nəticəsində onun yıxılaraq sağ alın-təpə nahiyəsinin geniş və hamar səthə zərblə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. a) sağ gözün ağlı qişasına qansızma, alın nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, sağ bazu nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sağ bud nahiyəsinin sıyrıqları, sol üst göz qapağının, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ diz oynağı nahiyəsinin qançırları insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində müayinədən 3-5 gün əvvəl əmələ gələ bilərdilər. b) sağ və sol təpə nahiyələrinin, sağ bazu oynağı nahiyəsinin, sol bud-çanaq oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları qərarda göstərilən tarixdə və şəraitdə, yəni müayinədən 1 aya qədər əvvəl onun hündürlükdən yıxılaraq yerin bərk səthinə və eləcə də bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilmələri istisna olunmur və həmin xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə yoxdur. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən baş beyinin sağ alın-təpə paylarının yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar ilə müşayiət olunan sağ alın-təpə nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ və sol təpə nahiyələrinin, sağ bazu oynağı nahiyəsinin, sol budçanaq oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları həm ümumilikdə və həm də ayrıayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir Mərhumə Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə (üzbəüz, yan və.s) ola bilərdi. Meyitin müayinəsi zamanı mübarizə və ya özünü müdafiə nəticəsində əmələ gələ bilən xəsarət aşkar olunmamışdır. Mərhumə Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin sağ alın-təpə paylarının yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar olmuşdur. Beləliklə, mərhumə Zərərçəkmiş şəxsnm meyitində aşkar olunmuş baş beyinin sağ alın-təpə paylarının yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar ilə müşayiət olunan sağ alıntəpə nahiyəsinin dərialtı hematoması ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhumə Zərərçəkmiş şəxsnm ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2023-cü il saat 16:10-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhumə Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Mərhumə Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcək dəliyi ətrafında və arxa keçəcək dəliyinin selikli qişasında təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilən xəsarət və dəyişkiliklər aşkar olunmamışdır. Mərhumə Zərərçəkmiş şəxs uşaq yolu və arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponların məhkəmə-bioloji tədqiqatı nəticəsində spermatazoidlər aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 47/160 saylı 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, mərhumə Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol gicgah və sol almacıq nahiyəsinin sıyrığı küt əşyanın qeyd olunan nahiyələrə zərblə vurulması nəticəsində, burun əsasının burun ucunun, sol yanaq nahiyəsinin, sol gözaltı nahiyənin sıyrıqları insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları və s.) ilə endirilmiş zərbələr nəticəsində, sağ alın-təpə nahiyəsinin dərialtı hematoması isə ona yetirilmiş zərbələrin təsirindən sağ tərəf üstə yıxılaraq sağ alın-təpə nahiyəsinin geniş və hamar səthə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Mərhumə Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli təqsirini boynunu almaqla könüllü gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü könüllü polis şöbəsinə gələrək, bacısı Zərərçəkmiş şəxs başına iki dəfə əli ilə vurduğunu və sonuncunun öldüyünü bildirmişdir. Cinayət işinin 1-ci cild 75-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 avqust 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 avqust 2023-cü il tarixli bıçağa baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş bıçaq qatlanmayan tiplidir. Tiyə və dəstək hissədən ibarətdir. Cinayət işinin 1-ci cild 128-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 avqust 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 2-ci cild 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 1853 saylı 25 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “Bakı şəhər Təcili və X7 Stansiyası” PHŞ-nin 16 saylı bölməsinə müraciət edərkən onda said, kürək, aşağı ətraflarda sıyrılmış yaraları aşkar olunmuşdur. Vət. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “X25” PHŞ-nə müraciət edərkən ona “Sol mil sümüyünün tipik yerinin yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 1-ci cild 254-255-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərlinin 24 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin müəyyən edilməsi üçün sonuncu məhkəmə-tibbi ekspertizaya getmədiyi üçün, toplanmış materialda cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 76-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X5 14 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərlinin 24 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və həmin material araşdırılması üçün ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-96/2-574-23 saylı məktubdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 09:13-də “103” xidmətinə Binəqədi rayonu, Binəqədi yolu, Polis İdarəsinin arxası, “AKABE” İnşaatın yanı ünvanından Məlahət adlı şəxsin (45 yaş) adına “döyülmə” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 16 saylı bölmənin həkimi Şahid6 icra edərək, xəstə Zərərçəkmiş şəxs (58 yaş) “Müştərək travma. Sol biləyin travması. Döş qəfəsinin küt travması” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və X20 hospitalizasiya etmişdir. Cinayət işinin 2-ci cild 10-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "X25" X15 7 sentyabr 2023-cü il tarixli 18-12/2-4842/2023 saylı məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində saat 10:30-da 16 saylı X26 Stansiya Briqadasının müşayəti ilə X20 gətirilmişdir. Xəstənin dediyinə görə dünən axşam öz evində qardaşı döyüb. Xəstəyə rentgenoskopiya, KT, ultrasəs, qapalı reduksiya müayinəsi olunmuş, gips langeti qoyulmuşdur. Cinayət işinin 2-ci cild 15-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 1472 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət- sol əlin V barmağının səthi kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkənin göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdi. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur. Cinayət işinin 2-ci cild 19-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 məhkəmə-bioloji ekspertizasının 515/2023 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta(l)dır. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(l)dır. Ekspertizaya təqdim edilmiş bir ədəd əl-üz dəsmalı, kəpənək təsviri olan qəhvəyi rəngli parça kəsiyi, zolaqlı parça kəsiyi (38x23sm), 04 ədəd sağ əl və 05 ədəd sol əl dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bir ədəd əl-üz dəsmalı, kəpənək təsviri olan qəhvəyi rəngli parça kəsiyi, zolaqlı parça kəsiyi (38x23sm) üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H antigeni alınmışdır. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qrupİu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. 04 ədəd sağ əl və 05 ədəd sol əl dırnaq kəsikləri üzərində olan ləkərdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri alınmadığı üçün onun qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmamışdır. Təqdim olunmuş ikiqat zolaqlı parça kəsiyi (75x25sm), bir ədəd qatlanan bıçaq, bir ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində qan, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta və idman şalvarı, qısaqol qadın koftası üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 70-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 məhkəmə-tibbi kriminalistik ekspertizasının 371/2023-MKTŞ saylı 21 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön hissəsinin sol-yan nahiyəsində doqquz ədəd məhdud cırılma aşkar edilmişdir. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun üzərində aşkar edilmiş zədələr müxtəlif şəraitdə, həmçinin yıxılma və ya sürtünmə zamanı hər hansı bir əşyaya ilişmə zamanı yarana bilərdi. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə dair rəy təqdim edilmədiyinə görə ona məxsus paltarlar üzərində olan zədələrin bədəni üzərində olan xəsarətlərlə üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarı və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş yastıq üzü, dəsmal və üç ədəd parça fraqmentləri üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 2-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X17 məhkəmə kimyəvi ekspertizasının 14 avqust 2023-cü il tarixli 2805/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 36-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 kompleks komisyon ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2160 saylı 04 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, eqosentrizm aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində psixi-emosional gərginlik, kəskin stress, frustrasiya, qorxu, güclü ruhi həyəcan, fizioloji və ya kumulyativ affekt yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bacısı Zərərçəkmiş şəxs döyüb xəsarətlər yetirməmiş, onu öldürmək məqsədi olmamış, Zərərçəkmiş şəxs yıxıldıqdan sonra huşunu itirdiyi üçün onun başına iki dəfə şillə vurmuşdur ki, onun yaddaşı yerinə gəlsin, bu vaxt o yıxılıb başı dəydiyi üçün ölmüşdür. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6, 127.2.2 və 120.2.9-cu maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəainin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş 10 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Kirovs Rayon Xalq Məhkəməsinin 06 iyun 1990-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR-nin Cinayət Məcəlləsinin 143.2-ci maddəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci ildə Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 03 ay 17 gün şərti azad edilmiş; cinayət işinin 1-ci cild 219-249-cu vərəqələrində olan Bakı Şəhər Məhkəməsinin 15 noyabr 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2, 220.2-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 oktyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmiş; cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmiş; cinayət işinin 1-ci cild 195-200-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 1-ci cild 201-202-ci vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 01 il azaldılıb, 05 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cinayət işinin 1-ci cild 203-205-ci vərəqələrində olan xx.xx.2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RİHB-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinin 1-ci cild 152-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsindən daxil olmuş 05 avqust 2023-cü il tarixli, 10171 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə elektron sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı 2012-ci il təvəllüdlü X9 vardır. Cinayət işinin 1-ci cild 180-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X17 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 avqust 2023-cü il tarixli, 4963 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 29 noyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, ona ağır cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 avqust 2023-cü il tarixli təqsirini boynunu almaqla könüllü gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü könüllü polis şöbəsinə gələrək, bacısı Zərərçəkmiş şəxs başına iki dəfə əli ilə vurduğunu və sonuncunun öldüyünü bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan CM-nin 60.1ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs ittiham elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsinin sanksiyasında həmçinin, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsindəki müddəalar Təqsirləndirilən şəxs barəsində tətbiq edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğün olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 119-127-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(001)-813/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmçinin, cinayət işinin 2-ci cild 181-188-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 4(001)-1077/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd yaşıl rəngli dəsmal, qara-qəhvəyi rəngli bir ədəd parça, bir ədəd yastıq üzü, bir ədəd üzərində ağ rəngli cizgilər olan qara rəngli qısaqol qadın yay geyimi, ağ-göy zolaqlı iki ədəd parça, bir ədəd qanabənzər ləkəyə hopdurulmuş nümunə, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş hadisə zamanı onun üzərində olmuş iç etiketində “Beedock” sözləri həkk olunmuş göy rəngli idman şalvarı, üst etiketində "ColorColaw” sözləri həkk olunmuş göy rəngli qısaqol köynək, bir ədəd qara rəngli dəstəyi olan qatlanmayan bıçaq, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd yanaq epiteli və meyitə baxış zamanı X2 götürülmüş tük və dırnaq nümunələri məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6, 127.2.2 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd yaşıl rəngli dəsmal, qara-qəhvəyi rəngli bir ədəd parça, bir ədəd yastıq üzü, bir ədəd üzərində ağ rəngli cizgilər olan qara rəngli qısaqol qadın yay geyimi, ağ-göy zolaqlı iki ədəd parça, bir ədəd qanabənzər ləkəyə hopdurulmuş nümunə, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş hadisə zamanı onun üzərində olmuş iç etiketində “Beedock” sözləri həkk olunmuş göy rəngli idman şalvarı, üst etiketində "ColorColaw” sözləri həkk olunmuş göy rəngli qısaqol köynək, bir ədəd qara rəngli dəstəyi olan qatlanmayan bıçaq, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd yanaq epiteli və meyitə baxış zamanı X2 götürülmüş tük və dırnaq nümunələri məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1007/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1007/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver