Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1008/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 13 dekabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səxavət” adlı şəxsdən satış məqsədi ilə təmiz çəkisi 3,921 qram külli miqdarda psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 15:45 radələrində onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın arasında 1 ədəd bükümdə təmiz çəkisi 3,921 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “9111” taksi şirkətində taksi sürücüsü kimi işləmişdir. Adətən avtomobilində gecələmişdir. Əvəllər metafetamindən istifadə etmiş və buna görə müalicə olunmuşdur. Metafetamindən istifadə etdiyi üçün atası müalicə olunmağını istədiyini deyib onu 6 aylıq müalicəyə yazdıracağını bildirmişdir. Sonradan bilmişdir ki, atası metafetamindən istifadə etdiyi üçün barəsində polisə şikayət etmişdir. Buna görə də 14 dekabr 2021-ci il tarixdə avtomobilində olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı avtomobilinə yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt üzərində və avtomobilində axtarış aparılsa da, qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Polis əməkdaşları polis şöbəsinə getmək lazım olduğunu bildirdikdə onlara etiraz etmiş, lakin buna məhəl qoymayıb onu Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişlər. Tutulan zaman üzərində yalnız 120 manat pul və “Samsung” markalı mobil telefonu olmuşdur. Polis şöbəsində olarkən videoçəkiliş zamanı polis əməkdaşları üzərinə 1 büküm metafetamin qoymuşlar. Heç vaxt psixotrop maddənin satışı ilə məşğul olmamış, mobil telefonunda da psixotrop maddənin satışı ilə bağlı smslər olmamışdır. Evlidir, himayəsində 2 azyaşlı uşağı var. Polis əməkdaşları onu avtomobilində olan zaman tutmuşlar. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə axşam saat təxminən 15:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 10/1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 120 manat pulu, 1 ədəd içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetamin olan şəffaf sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sol yan cibindən 1 ədəd gümüşü rəngli narkotik vasitələrin qəbulunda istifadə etdiyi kağız falqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 120 manat pul özünə qaytarılsa da, 1 ədəd “Samsung” markalı mobil telefon ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümdəki psixotrop maddə metafetminin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 4,3 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni 1 gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Səxavət” adlı şəxsin vasitəsilə 1 gün əvvəl Yasamal rayonu ərazisində ona bildirilən yerdən, ağacın dibindən götürdüyünü, həmin Səxavət adlı şəxsin mobil nömrəsini telefonundan sildiyini, həmin maddəyə görə 30 manat pulu ona deyilən bank hesabına göndərdiyini, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir (cild 1, iş vərəqə 47-49 və 59-61). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Rauf adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 15:45-də əməliyyat qrupunun üzvü DİN-in BNMİ-nin əməliyyat-müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə ünvan 2 ünvana gəldikdə həmin yerdə xarici əlamətləri “Rauf’ adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 10/1 ünvanında vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. 25-ci PŞ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, cins şalvarının sağ yan cibindən 120 manat pulu, 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddəni, əynində olan tünd göy rəngli üst idman geyiminin sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasını (falqa) təqdim etmiş və şəffaf sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu bildirərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və Yasamal rayonunda “Səxavət” adlı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofanın içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılıb DİN-nin zərflər üçün 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman tutmuşlar. Təqsirləndirilən şəxs Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış polis bölməsində həyata keçirilmiş, üzərindən 1 büküm psixotrop maddə metafetamin aşkar edilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, DİN-in BNMİ-nin TQ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən 14 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, cins şalvarın sağ yan cibindən 120 manat pul, 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddə, əynində olan tünd göy rəngli üst idman geyiminin sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasını (falqa) təqdim etmiş və şəffaf sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu bildirərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və Yasamal rayonunda “Səxavət” adlı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskə təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən o etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntülər düzgün çəkilmişdir, DİN-in BNMİ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən 14 dekabr 2021-ci il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, cins şalvarın sağ yan cibindən 120 manat pul, 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddə, əynində olan tünd göy rəngli üst idman geyiminin sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasını (falqa) təqdim etmiş və şəffaf sellofan bükümdə olan maddənin psixotrop maddə metafetamin olduğunu bildirərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və Yasamal rayonunda “Səxavət” adlı şəxsdən 30 manat müqabilində aldığını bildirmiş və ona qarşı heç bir təzyiqə yol verilməmişdir (cild 1, iş vərəqə 110). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 15 dekabr 2021-ci il tarixli 6/5504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,921 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 1 ədəd gümüşü rəngli falqa kağız parçasının üzərində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən siyahılara əsasən metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 3,921 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 3,821 qram cild 1, iş vərəqə 37-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 3 fevral 2022-ci il tarixli 505 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 103-104). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 8 aprel 2022-ci il tarixli qərarla şəxsi axtarış və götürmə aparılması, axtarış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk, təmiz çəkisi 3,921 qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 3,821 qram olan psixotrop maddə metafetamin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 111-115). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 83-84). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 67-71). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 3,821 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 3,821 qram olan psixotrop maddə metafetamin məhv edilsin. -şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1008/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1008/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver