Məhkəmə qərarları › İş №1(101)-1008/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1008/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1008/2025 11.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 aprel 2025-ci il tarixdə, saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qeyrisi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vatsap tətbiqi vasitəsi ilə özünə məxsus mobil telefon nömrəsindən istifadə etməklə əlaqə yaratmış, qeyrisi tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi məkanın fotoşəkli göndərilməklə müəyyən məbləğdə pul vəsaiti və narkotik vasitə qarşılığında həmin narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi ünvandan götürüb saxlanılması, daha sonra barəsində məlumat verəcəyi şəxsə çatdırılmasına dair tapşırıq almışdır. Bundan sonra Təqsirləndirilən şəxs 9 oktyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində qeyrisi tərəfindən verilmiş tapşırığa uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu Araz küçəsində yerləşən Ulduz metrostansiyasının yaxınlığına gedərək, həmin ünvanda avtomobil şininin (təkərin) içərisində gizlədilmiş 2(iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı, 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 95,308 qram olan külli miqdarda tünd qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2(iki) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 48,810 qram və 40,346 qram olmaqla, ümumi təmiz çəkisi 89,156 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində “Methadone 40” markalanma göstəricisi olan 10(on) ədəd konvalyutda ümumilikdə 100(bir yüz) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) ümumi miqdarı 4 qram olan külli miqdarda narkotik vasitə - metadon həbləri olan sellofan torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Nərimanov rayonu Araz küçəsi 8 ünvanına daşımış və qeyd olunan yerdən uzaqlaşarkən Nərimanov Rayon Polis idarəsinin 17-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin 17-ci PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 9 oktyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri Nərimanov rayonu Araz küçəsi 8 ünvanının qarşısında saxlanılaraq, onun üstünün yerində yoxlanılması zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 2(iki) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 48,810 qram və 40,346 qram olmaqla, ümumi təmiz çəkisi 89,156 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sol yan cibindən 1(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 95,308 qram olan külli miqdarda tünd qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 40” markalanma göstəricisi olan 10(on) ədəd konvalyutda ümumilikdə 100(bir yüz) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) ümumi miqdarı 4(dörd) qram olan külli miqdarda narkotik vasitə - metadon həbləri və sağ əlində saxladığı ağ rəngli sellofan torbada 2(iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 980 qram olmaqla, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə alacağı şəxsi şəxsən tanımamış, onu ümumiyyətlə görməmiş, həmin şəxslə bir il ərzində narkotik vasitə ilə bağlı mesajlaşmışdır. O, narkotik vasitə ilə bağlı danışdığı digər şəxslə ilk dəfə görüşmüş, onu da əvvəllər görməmiş, sonuncu ona 0,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana verməyi təklif etmişdir. O, narkotik vasitə qarşılığında ona bildirilən ünvanlara narkotik vasitə qoymuş, hətta bu işin müqabilində pul da almışdır (əldə etmişdir). Belə ki, saxlanıldığı gün ona bildirilmiş ünvana sonradan alıb-almayacağını dəqiqləşdirmək məqsədilə narkotik vasitə götürməyə getmiş, oradan bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana götürüb taksi avtomobili ilə evə qayıtmaq istəyərkən digər avtomobil onların yolunu kəsmiş, həmin avtomobildən düşən 9-10 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, sonuncular onun mobil telefonunu əlindən alıb narkotik vasitəni haradan aldığını soruşmuşlar. O, narkotik vasitənin atıldığı yeri göstərib təkərin içərisindən götürdüyünü bildirdikdən sonra polis əməkdaşları həmin təkərin içərisindən digər sellofan paketləri aşkar etmişdir. O, narkotik vasitə qurudulmuş marixuananı götürərkən polislər tərəfindən sonradan aşkar edilmiş digər paketləri görməmişdir. Videoçəkiliş onun saxlanıldığı yerdə aparılmış, həmin vaxt müdafiəçisi olmamış, ona qarşı fiziki və psixi təzyiqlər, habelə təsir olduğundan videoçəkiliş zamanı polislərin dediklərini təkrar etmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, əslində iranlının ona göndərdiyi ünvana 4-5 qram çəkidə narkotik vasitə götürmək üçün getmiş, onun üzərində yalnız bir bağlamada narkotik vasitə olmuş, ittihamda göstərilən digər narkotik vasitələr isə ona məxsus olmamış, avtomobil təkərinin içərisində olmuşdur. İş materiallarına əlavə olunmuş telefon danışıqları onun özünə məxsus olmuşdur. O həm narkotik vasitə qurudulmuş marixuana, həm də psixotrop maddə metamfetamindən istifadə etmişdir. Əvvəllər oğurluq əməlinə görə məhkumluğu olmuş, hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində barəsində başqa bir cinayət işi də icraatdadır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu, az miqdarda narkotik vasitə götürmək üçün qeyd olunan ünvana getdiyini, üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə olmadığını və atasının ağır xəstə olduğunu bildirərək məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 7-8 aydır narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istifadə etmişdir. Bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasından olan bir nəfər kişi cinsli şəxslə tanış olmuş, sonuncu ilə söhbət zamanı “Whatsapp” ani mesajlaşma proqramından istifadə etməklə əlaqə yaratmaq üçün öz vatsap nömrəsini ona vermişdir. Söhbət zamanı ara-sıra iranlıdan yoxlamaq üçün öz şəxsi istifadəsi məqsədilə narkotik vasitə göndərməsini xahiş etmişdir. Həmin şəxs ona bir neçə dəfə narkotik vasitə göndərəcəyini söz versə də, hər dəfə bir bəhanə gətirərək narkotik vasitəni göndərməmişdir. 8 oktyabr 2024-cü il tarixdə yaşadığı mənzildə olarkən təxminən saat 22:00 radələrində iranlı onun mobil telefonuna “Whatsapp” proqramı üzərindən zəng edərək narkotik vasitə göndərdiyini, ondan Nərimanov rayonu Ulduz metrostansiyasının qarşısına getməsini və oradan narkotik vasitənin yerləşdiyi yerin “konumunu” ona atacağını bildirmişdir. Aralarında olan sövdələşməyə əsasən konum olan yerdən “Patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamini və qurudulmuş marixuananı götürüb onun dediyi ünvana qoymalı olmuşdur. Bu işin müqabilində göndərdiyi narkotik vasitənin içərisindən müəyyən miqdarda öz istifadəsi üçün narkotik vasitə, habelə 70 manat pul almalı olmuşdur. O, 9 oktyabr 2024-cü il tarixdə, saat 00:05 radələrində Nərimanov rayonunda yerləşən Ulduz metrostansiyasının qarşısına gəlmiş, İran İslam Respublikasının vətəndaşı onun telefonuna “konum” ataraq narkotik vasitənin “konum” olan yerdə avtomobil şininin içərisində olduğunu bildirmişdir. O, “konumun” göstərdiyi qaranlıq və ara yol ilə irəliləyib onun dediyi kimi yol kənarında avtomobil şinini görüb yaxınlaşaraq onun içərisindən bağlamaları götürərək iranlıya bu barədə məlumat vermişdir. Bundan sonra o, taksi avtomobilinə əyləşərək iranlının göstərdiyi ünvana getmək istəyərkən 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15-də ünvan 3 ünvanın qarşısında yolda mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağına dair onlarda əməliyyat məlumatı olduğunu bildirmişlər. Bundan sonra ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilərək üzərinin yoxlanılmasına başlanılmışdır. Üzəri yoxlanılmazdan əvvəl ona paltarlarında, əşyalarında, bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların və ya sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli balonka jiletin sağ yan cibindən 2 və yan cibindən isə 1 ədəd bükümü çıxarıb könüllü surətdə onlara təqdim etmiş, daha sonra həmin bükümlər açıldıqda bükümlərin içərisində iki ədəd şəffaf rəngli bükümdə ağ rəngli kristalşəkilli maddələr, bir ədəd şəffaf rəngli bükümdə içərisində tünd qəhvəyi rəngli maddə və hər birinin içərisində 10 ədəd olmaqla 10 list üzərində “Methadone 40“ yazısı olan həblər aşkar olunmuş, aşkar edilmiş bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütləni elektron tərəzidə çəkərək çəkisinin 107,33 qram, iki ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin çəkilərinin isə 43,71 və 50,94 qram olmaları müəyyən edilmişdir. Bundan sonra onun təqdim etdiyi əlində saxladığı ağ rəngli sellofan torbaya baxış keçirilmiş, həmin torbada iki ədəd qara rəngli sellofanda izolentlə bağlanmış bağlamalar aşkar edilmiş, həmin bağlamalara baxış zamanı içərisində bitki mənşəli kütlələrin olması müəyyən edilmiş, birinci bağlama tərəzidə çəkilən zaman çəkisinin 1,096 kiloqram, ikinci bağlamanın çəkisinin isə 1,073 kiloqram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin maddələr üç ədəd zərfdə və bir ədəd torbada qablaşdırılmış, üzəri yoxlanılarkən “Samsung” markalı mobil telefon, içərisində 8 ədəd siqaret və 1 ədəd göy rəngli alışqan olan “Vinston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. O, üzərində aşkar olunmuş narkotik vasitələri İran vətəndaşı olan şəxsə çatdırılması üçün əldə etmişdir. Onun üzərində yoxlama videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərfindən aparılmış, lakin protokolu həmin yerdə lazımi şərait olmadığını bildirib onu özləri ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirmiş və orada onun iştirakı ilə üstünün yoxlanılmasına dair protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, ona protokola əlavələr və qeydlər etmək hüququnun olması izah edilmişdir. O, tərtib edilmiş protokola əlavə və qeydlərinin olmadığını bildirdikdən sonra özü və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki güc tətbiq olunmamışdır. O, iranlının bildirdiyi yerdən narkotik vasitələri götürdükdən sonra həmin bağlamaları açıb içərisinə baxmamış, daha doğrusu buna ehtiyac bilmədiyindən onu dərhal götürüb oradan uzaqlaşmaq istəyərkən polislər tərəfindən tutulmuşdur. O, narkotik vasitəni, iranlının dediyi yerə aparıb qoyanda götürməyi planlaşdırmışdır. Polislər tərəfindən saxlanılarkən sonunculara bağlamalarda bir bükümdə narkotik vasitə heroin, 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və çoxlu sayda narkotik tərkibli metadon həbləri, 2 ədəd bağlamada böyük həcmdə qurudulmuş marixuana olduğunu bildirmişdir. İranlı ona gizlədilmiş yerdə konkret olaraq hansı narkotik vasitə və psixotrop maddə olmasını bildirməmiş, o da bu barədə ondan soruşmamışdır. O, sadəcə olaraq narkotik vasitəni oradan götürüb dediyi yerə aparmasını, əvəzində ona ucuz qiymətə bağlamanın içərisində olan narkotik vasitədən götürməsini demiş, o da həmin təkliflə razılaşmışdır. O, məhkəmə ekspertiza rəyləri ilə tanış olmuş, saxlanılarkən polis əməkdaşları üzərində aşkar edilmiş bağlamaları bağlama halında elektron tərəzidə çəkdiklərinə görə rəydə göstərilən çəkilər arasında müəyyən fərqlər yaranmışdır. Məhkəmə ekspertiza rəylərində çəkilər daha dəqiq olduğundan ekspertiza rəylərindəki çəkiləri daha doğru hesab etməklə həmin rəylərin nəticələri ilə tam razıdır. O, əvvəllər narkotik vasitə və psixotrop maddələrin, tərkibində narkotik vasitə olan tabletlərin satışı ilə məşğul olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 33-34; 60-62; 73-75;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən polis şöbəsinə mötəbər mənbədən etimad doğuran, məlum və qərəzsiz məlumat daxil olmuş, həmin məlumata əsasən xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, ailəvi yataqxana 24, məhəllə 14/15-də yerləşən 8 saylı evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsindən ötrü şöbənin rəhbərliyinə müvafiq raportla məruzə edildikdən sonra, şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun tərkibinin müəyyən edilməsi haqqında 8 oktyabr 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra 9 oktyabr 2024-cü il tarixdə onun tərəfindən digər polis əməkdaşları ilə birlikdə zəruri əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15-də ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının olduğunu bildirmişlər. Bundan sonra ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstü yerində yoxlanılmazdan əvvəl ona paltarlarında, əşyalarında, bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli balonka jiletin sağ yan cibindən 2 ədəd, yan cibindən isə 1 ədəd bükümü çıxararaq könüllü surətdə təqdim etmiş, daha sonra həmin bükümlər açılmış, bükümlərin içərisində iki ədəd şəffaf rəngli bükümdə ağ rəngli kristalşəkilli maddələr, bir ədəd şəffaf rəngli bükümdə içərisində tünd qəhvəyi rəngli maddə və hər birinin içərisində 10 ədəd olmaqla 10 list üzərində “Metadone 40” yazısı olan həblər aşkar edilmiş, aşkar edilmiş bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilərək çəkisinin 107,33 qram, iki ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin çəkilərinin isə 43,71 və 50,94 qram olmaları müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əlində saxladığı ağ rəngli sellofan torbaya baxış keçirilmiş, həmin torbadan iki ədəd qara rəngli sellofanda olan izolentlə bağlanmış bağlamalar aşkar olunmuş, həmin bağlamalara baxış zamanı içərisində bitki mənşəli kütlələrin olması müəyyən edilmiş, birinci bağlama tərəzidə çəkilərkən çəkisinin 1,096 kiloqram, ikinci bağlamanın çəkisinin isə 1,073 kiloqram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin maddələr üç ədəd zərfdə və bir ədəd torbada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, yoxlama zamanı onun üzərində olan “Samsung” markalı mobil telefon, içərisində 8 ədəd siqaret və 1 ədəd göy rəngli alışqan olan “Vinston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş predmetlərə baxış keçirilərkən və qablaşdırılarkən hava qaranlıq olduğundan hətta rezakla əlini də kəsmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələrin İran vətəndaşı olan şəxsə çatdırılması üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama videoçəkilişlə aparılmış, lakin şəxsin saxlanıldığı yerdə lazımı şərait olmadığından həmin şəxs 17-ci PŞ-yə gətirilib orada onun iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, ona protokola əlavələr və qeydlər etmək hüququnun olması izah edilmiş, lakin iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokola əlavə və qeydlər olmadığından iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Videoçəkilişin görüntüləri 1 ədəd DVD diskə köçürüldükdən sonra protokola əlavə edilmişdir. Qeyd olunanlardan sonra tərtib edilmiş protokol raporta əlavə edilərək şöbənin rəhbərliyinə məruzə edilmiş, bundan sonra həmin material üzrə müvafiq araşdırmanın aparılması şöbənin təhqiqatçısı polis leytenantı Nəbi Daşdəmirova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən onun və əməliyyat tədbirində iştirak etmiş digər polis əməkdaşlarının iştirakı ilə “Təqdim olunmuş əşyaların götürülməsinə və DVD diskə baxış keçirilməsinə” dair video çəkilişlə baxış keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində yoxlama aparılarkən, polis şöbəsinə gətirilərkən, eləcə də polis şöbəsində ona qarşı təzyiq, zor, psixi təsir və yaxud hər hansı qanunsuz hərəkət tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə yoxlama zamanı aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr tərəzidə bükümlərlə birlikdə çəkilmiş, məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyində narkotik vasitə və psixotrop maddələrin çəkiləri dəqiq olaraq müəyyən edildiyindən çəkilər arasında bu səbəbdən müəyyən fərqlərin yaranması mümkündür. Ekspertiza rəylərində qeyd olunan çəkilərlə tam razıdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, həmin şöbənin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin şöbənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu və Şahid4 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində baxış keçirilən zaman üzərindən 2 (iki) ədəd bağlamada, ümumi təmiz çəkisi 1980 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd ayrı-ayrılıqda bükümlərdə təmiz çəkisi 48,810 qram və 40,346 qram olmaqla ümumi çəkisi 89,156 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 95,308 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən narkotik vasitə metadon olan 100 ədəd üzərində F/M40 yazıları olan həblərin aşkar edilərək götürülməsi faktına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X12 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 oktyabr 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid4 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Elvin Əzimov tərəfindən təsdiq edilərək Şahid4 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15-də Bakı şəhəri Nərimanov rayonu Araz küçəsi 8 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-7;).

12. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 9 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid4 tərəfindən həmin şöbənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs həmin gün saat 00:30-dan 00:58-dək üstünün yoxlanılması həyata keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15 dəqiqədə saxlanılaraq ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ tam izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üstünün yoxlanılmasına başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli balonka jiletin sağ yan cibindən 2 və yan cibindən isə 1 bükümü çıxararaq könüllü surətdə təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində iki ədəd şəffaf rəngli bükümdə ağ rəngli kristalşəkilli maddələr, bir ədəd şəffaf rəngli bükümdə içərisində tünd qəhvəyi rəngli maddə və hər birinin içərisində 10 ədəd olmaqla 10 list üzərində “Methadone 40“ yazısı olan həblər aşkar olunmuşdur. Aşkar edilmiş bir ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 107,33 qram, iki ədəd bükümdə olan ağ rəngli kristalşəkilli maddələrin çəkilərinin isə 43,71 və 50,94 qram olmaları müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, əlində saxladığı ağ rəngli sellofan torbaya baxış keçirilmiş və həmin torbadan iki ədəd qara rəngli sellofanda olan, izolentlə bağlanmış bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı orada bitki mənşəli kütlələrin olduğu müəyyən edilmişdir. Birinci bağlama elektron tərəzidə çəkilərkən çəkisinin 1,096 kiloqram, ikinci bağlamanın çəkisinin isə 1,073 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş həmin maddələr üç ədəd zərfdə və bir ədəd torbada qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncu üzərində olmuş “Samsung” markalı mobil telefonu və içərisində 8 ədəd siqaret və göy rəngli alışqanın olduğu “Winston” markalı siqaret qutusunu təqdim etmiş, həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı olan şəxsə çatdırılması üçün əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri Nərimanov rayonu Araz küçəsi 8 ünvanında keçirilmişdir. Üstünü yoxlama zamanı “Honor” markalı mobil telefon vasitəsilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən həmin gün saat 01:03-dən 01:13-dək Nərimanov RPİ-nin inzibati binasında protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, 1 (bir) ədəd disk protokola əlavə olunmuşdur (Cild 1, i.v. 8-11;).

13. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 9 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X12 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 2 (iki) ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə, 1 (bir) ədəd bükümdə tünd qəhvəyi rəngli maddə və hər birində 10 (on) ədəd olmaqla 10 (on) ədəd listdə olan üzərində “Methadone 40” yazıları olan həblərin olduğu 1 (bir) ədəd qara rəngli sellofanda olan bükümün, eləcə də içərisində 2 (iki) ədəd qara rəngli sellofanda olan izolentlə bağlanmış, içərilərində bitki mənşəli kütlə olan bağlamaların olduğu sellofan torbanın, 1 (bir) ədəd mobil telefonun və içərisində 8 (səkkiz) ədəd siqaret və göy rəngli alışqanın olduğu “Winston” markalı siqaret qutusu aşkar edilərək 4 (dörd) ədəd ağ rəngli zərfdə və 1 (bir) ədəd torbada qablaşdırılmaqla götürülmüşdür. Təqdim olunan 4 (dörd) ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd torbaya və 1 (bir) ədəd CD diskdə olan videogörüntüyə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillərin tam olaraq videogörüntüdə öz əksini tapması müəyyən olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Samsung” markalı mobil telefon vasitəsilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə 9 oktyabr 2024-cü il tarixdə, saat 02:05-dən 02:15-dək protokol tərtib edilmişdir. Qeyd edilən protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 39 dəqiqə 47 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, həmin protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmış, hər hansı prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir (Cild 1, i.v. 12-14;).

14. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 9 oktyabr 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 23 dəqiqə 13 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq C.N.Hüseynov tərəfindən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 10 oktyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verərək aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvanlara yerləşdirmək məqsədinin olmasını bildirməsi, videoçəkilişin fasiləsiz olmaqla Təqsirləndirilən şəxs hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 14; 76;).

15. “Şübhəli şəxsin tutulması haqqında” 9 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X12 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə həmin tarixdə, saat 03:20-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 9 oktyabr 2024-cü il tarixdə, saat 00:15-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 15; 30;).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 9 oktyabr 2024-cü il tarixli, 3-16-16- 2-7/1688 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 2 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram; 980 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananların ümumi çəkisi-1980 qramdır. Təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi – 1980 qram, tədqiqata sərf edildi – 0,4 qram (hər obyektdən 0,2 qram götürüldü), qalıq çəkisi – 1979,6 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 39-42;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/4829 saylı, 9 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №219 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşya” yazısı və imzalar olan 4(dörd) ədəd zərfdəki: 1(bir) ədəd bükümdə təmiz çəkisi 95,308 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 48,810 qram və 40,346 qram, ümumi təmiz çəkisi 89,156 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı qəhvəyi rəngli həblər metadon tərkibli həblərdir. 100 ədəd həbdə metadon təsiredici maddənin ümumi miqdarı 4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Heroinin ümumi təmiz çəkisi 95,308 qram, tədqiqata cəmi sərf edildi 0,2 qram, qalıq 95,108 qram. Metamfetaminin təmiz çəkiləri – 48,810 qram və 40,346 qram, tədqiqata sərf edildi – hər maddədən 0,1 qram, qalıq – 48,710 qram və 40,246 qram. Metadon həblərinin ümumi sayı – 100 həb, cəmi tədqiqata sərf edildi – 5 həb, qalıq – 95 həb. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 43-48;).

18. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 9 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X12 tərəfindən ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, həmin şöbənin müstəntiqi polis mayoru X5 tərəfindən həmin cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 49; 52;).

19. “Əməlin tövsif edilməsi haqqında” 9 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 54-55;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 64-66;).

21. “Mobil telefona baxış keçirilməsi barədə” 10 oktyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Ceyhun Hüseynov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ona məxsus 1(bir) ədəd “Samsung A24” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara keçirilmiş baxış zamanı mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramına daxil olduqda +**********23 saylı mobil nömrədən daxil olan və göndərilən səsli smslərin və göndərilmiş məkanların fotoşəkillərinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən +**********23 saylı mobil nömrəyə göndərilmiş səsli smslər dinlənildikdə onun “pulunun olmadığını və ona pul göndərməsini xahiş etməsi” müəyyən edilir. Həmin şəxs isə onun göndərdiyi smsə cavab olaraq “alver olmadığı” üçün pulu olmadığını və sabah pul göndərə biləcəyini” bildirmişdir. Bundan başqa, +**********23 saylı mobil nömrənin istifadəçisi səs ataraq A.Abdullayevə bildirir ki, “sabah mal göndərərəm get götür”. Növbəti səsli smsdə A.Abdullayev bildirir ki, “50 manat pul gəldi” və həmçinin +**********23 mobil nömrənin istifadəçisi ona 50 manat göndərməsi barədə qəbz göndərir. Sonrakı danışıq zamanı +**********23 saylı mobil nömrənin istifadəçisi bildirir ki, “qardaş üstünü basdırıram get götür”. A.Abdullayev isə “yaxşı qardaş narahat olma” deyə bilıdirir. Bundan sonra +**********23 mobil nömrənin istifadəçisi səs ataraq bildirir ki, “hazırlıq görmüşəm deyəndə çıx”, bundan sonra malın yerləşdiyi ərazinin məkanını A.Abdullayevə göndərir. A.Abdullayev isə məkanda göstərilmiş yerdən malı götürdükdən sonra başqa bir ərazidə gizlədərək həmin yerin fotoşəklini çəkərək +**********23 saylı mobil nömrənin istifadəçisinə göndərir. Bundan sonra isə +**********23 saylı mobil nömrənin istifadəçisi A.Abdullayevə “malın hansı küçədə olduğunu” soruşur A.Abdullayev isə bildirir ki, “128 nömrəli sərnişin avtobusunun son dayanacağı. Ara məhlədədir” və sonra həmin ara məhlənin fotoşəklini və malın haraya yerləşdirdiyini işarə edərək +**********23 saylı mobil nömrəyə göndərir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə polis əməkdaşları tərəfindən tutulduqdan sonra, bundan xəbərsiz olan birincinin qabaqcadan əlbir olduğu +**********23 saylı mobil nömrənin istifadəçisi iranlı şəxs 9 oktyabr 2024-cü il tarixdə, saat 02:57-də A.Abdullayevə səsli sms göndərərək bildirir ki, “1 kq ot var göndərim?”. Bundan sonra +**********23 saylı mobil nömrənin istifadəçisi A.Abdullayevin artıq polis əməkdaşları tərəfindən saxlanılmasını bilmədiyindən bir neçə dəfə sms göndərib smslərinə nə üçün cavab vermədiyinə görə Təqsirləndirilən şəxs narazılığını bildirir. Ümumilikdə +**********23 saylı mobil istifadçisinin Təqsirləndirilən şəxsla “WhatsApp” əlaqələri səsli danışıq, sms mətnindən və məkan fotoşəkillərindən ibarətdir (Cild 1, i.v.77-99;).

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 4(005)- 1254/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 9 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək istintaq orqanının bütün çağırışlarına vaxtlı vaxtında gələcəyini bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin bir aydır narkotik vasitə istifadə etmədiyini, onunla iranlı şəxsin əlaqə saxladığını, narkotik vasitəni tapşırılan yerə qoyduqdan sonra əvəzində ona pulsuz narkotik vasitə və pul veriləcəyini bildirmişdir. Eyni zamanda müdafiəçi X13 Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbrinin seçilməsi üçün hər hansı əsas olmadığından verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 109-114;).

23. “CD diskində olan məlumatlara baxış keçirilməsi haqqında” 1 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Ceyhun Hüseynov tərəfindən "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əldə edilmiş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 1 avqust 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 153-156;).

24. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 1 noyabr 2024cü il tarixli, 7107 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 158-159;).

25. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 7 noyabr 2024-cü il tarixli, 3243 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakaterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, i.v. 161-162;).

26. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 7 yanvar 2025-ci il tarixli qərardan görünür ki, müstəntiq Ceyhun Hüseynov tərəfindən ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılaraq həmin cinayət işinə ********* saylı nömrə verilməklə icraata qəbul edilməklə istintaqı davam etdirilir (Cild 1, i.v.164-166;).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 10 yanvar 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (Cild 1, i.v. 173-174; Cild 2;).

28. “Sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan və müvafiq məktubdan görünür ki, baxış keçirmə və götürmə ilə bağlı videoçəkilişlərin görüntülərinə dair 2 (iki) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1980 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1(bir) ədəd bükümdə təmiz çəkisi 95,308 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 89,156 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd narkotik tərkibli metadon iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 1979,6 qram narkotik vasitə qurudulmuş marixuana, 95,108 qram narkotik vasitə heroin, 88,956 qram psixotrop maddə metamfetamin və 95 ədəd narkotik vasitə metadon həblərinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 184-201;).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.N.Hüseynov tərəfindən 18 yanvar 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 21 yanvar 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.206-224;).

30. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

31. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli məktubundan və “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, X6 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(010)- 124/2025 saylı cinayət işi hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Eyni zamanda, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəlüdlü Rəsul və xx.xx.2007-ci il təvəllüdlü Leyla adında iki uşağı vardır (Cild 2;).

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7607/2024 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sağ baldırının iç səthinin aşağı hissəsində bənövşəyi rəngli qançır, sol saidin ön səthində köhnə çapıq izi aşkar edilmiş, hal-hazırda şikayəti yoxdur (Cild 2;).

33. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X14 tərəfindən Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər almasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış 2330-C-24 nömrəli material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 Nərimanov rayon şöbəsinin 29 noyabr 2024-cü il tarixli, 291-M saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarət – sağ baldırın qançırı xəsarəti küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Bununla belə, xəsarətin konkret olaraq törənmə şəraiti istintaq və təhqiqat yolu ilə daha da dəqiqləşdirilə bilər. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir.

39. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmiş, həmin siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin siyahının 111-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 160 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

41. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 1980 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 396 dəfə, külli miqdarından isə təxminən 4 dəfədən artıq olması, həmçinin 95,308 qram narkotik vasitə heroinin miqdarının xeyli miqdarından təxminən 635 dəfə, külli miqdarından isə təxminən 47 dəfədən artıq olması, habelə 89,156 qram psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarından təxminən 594 dəfədən, külli miqdarından isə təxminən 44,5 dəfədən artıq olması, o cümlədən ümumilikdə 4 qram olmaqla 100 ədəd narkotik vasitə metadon həbinin təsiredici miqdarının xeyli miqdarından təxminən 200 dəfə, külli miqdarından isə təxminən 2,5 dəfədən artıq olması, həmin narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı bükümlərə bükülmüş halda aşkar edilməsi, mobil telefonundakı vatsap tətbiqi vasitəsilə qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olaraq razılaşmasına dair aşkar edilmiş çoxsaylı səsli və mətn ismarıclarının, eləcə də narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi müxtəlif çoxsaylı ünvanların fotoşəkillərinin və məkanların aşkar edilməsi, özünün videoçəkilişlə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, ibtidai istintaq, eləcə də məhkəmə icraatı zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri zamanı qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc (o cümlədən narkotik vasitə) əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə və psixotrop maddələri qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, o cümlədən məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə törətdiyi əməli etiraf etməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

43. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

45. Hökmün 44-cü bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

46. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, ittihamda qeyd olunan miqdarda və növdə narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, ittihamda qeyd olunmuş ünvana yalnız öz şəxsi istifadəsi üçün 4-5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürmək üçün getməsi, həmin narkotik vasitə qurudulmuş marixuananı götürərkən orada gizlədilmiş digər sellofan paketdəki narkotik vasitə və psixotrop maddələri ümumiyyətlə görməməsi və götürməməsi, 9-10 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq fiziki və psixi təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi və sair verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

47. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın” (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

50. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 11-14, 22, 32 və 33-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən, yerində fasiləsiz videoçəkilişlə üstü yoxlanılaraq ondan külli miqdarda müxtəlif növdə narkotik vasitələr və külli midarda psixotrop maddə metamfetaminin aşkar edilməsi zamanı, eləcə də sonradan polis şöbəsinə aparılaraq təhqiqatçıya təhvil verildikdən sonra ondan aşkar edilmiş predmetlərə videoçəkilişlə baxış keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs hökmün 14 və 22-ci bəndlərində qeyd edildiyi kimi fasiləsiz videoçəkilişlə “Əməliyyat-axtarış tədbiri və üstünün yoxlanılması” keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, hətta törətdiyi əməli etiraf etmişdir. Həmçinin hökmün 32 və 33-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, yəni 3 saylı İstintaq Təcridxanasında tibbi müayinə aktında göstərilənlərə və prokurorluq orqanı tərəfindən aparılmış araşdırmaya əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinin yoxlanılması əməliyyat-axtarış tədbiri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sağ baldırının iç səthinin aşağı hissəsində müəyyən edilmiş bənövşəyi rəngli qançır xəsarətinin təqsirləndirilən şəxsin saxlanılması, üzərində videoçəkilişlə saxlanıldığı yerdə qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş üstünün yoxlanılması əməliyyat-axtarış tədbiri zamanı deyil, sonradan aydın olmayan şəraitdə yaranması və həmin halın hökmün 33-cü bəndində göstərildiyi kimi əlavə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi nəzərə alınmalıdır.

51. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

52. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

53. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

55. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

56. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

57. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

58. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

59. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

60. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, atasının xəstəlikdən əziyyət çəkməsini, məhkumluğunun olmamasını və 37 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

61. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

62. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

63. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

64. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

65. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

66. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

67. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 oktyabr 2024cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 9 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

69. Məhkəmə hökmün 24-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nərimanov RPİ-də saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 1979,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 95,108 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 88,956 qram psixotrop maddə metamfetamin və tədqiqatlardan sonra qalıq qalmış 95 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, 1 (bir) ədəd “Samsung A24” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 9 oktyabr 2024-cü il tarixli protokollara, habelə “Mobil telefona baxış keçirilməsi barədə” 10 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 3 (üç) ədəd, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd olmaqla, ümumilikdə 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

72. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

73. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

74. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak müəyyən edilməmişdir.

75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 9 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1979,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, 95,108 qram olan narkotik vasitə heroin, 88,956 qram olan psixotrop maddə metamfetamin və tədqiqatlardan sonra qalıq qalmış 95 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin və 1 (bir) ədəd “Samsung A24” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 4 (dörd) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar