Məhkəmə qərarları › İş №1(101)-1009/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1009/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1 Cəbrayıl oğlunun, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroindən külli miqdarda 1702.512 qram və şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə hər birində ayrı- ayrılıqda təmiz çəkiləri 0,073 qr., 0,092 qr. və 0,246 qram olmaqla ümumilikdə 0,411 qram psixotrop maddə metamfetamin əldə etdikdən sonra heroindən 2 ədəd polietilen bağlamaya ayrı-anlıqda 1,210 qram və 1,302 qram qablaşdırıb və 3 bağlamada olan psixotrop maddə metamfetaminlə birlikdə üstündə saxlamaqla daşımış, qalan 1700 qram heroini isə yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlədib saxlamış, 31 yanvar 2020-ci il tarixdə Sabuçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0,246 qram psixotrop maddə metamfetamini tanışı X4 13 manata satdıqdan sonra hər ikisi həmin gün saat 02:20 radələrində polis əməkdaşları tərəfindən Balaxanı qəsəbəsində 259 nömrəli məktəbin qarşısında Bahadır Kərimovun «Ravon» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılıb, 12-ci Polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilərkən Bahadır Kərimovun cibindəki «Kent» siqaret qutusunda 1 ədəd polietilen bağlamada Təqsirləndirilən şəxs aldığı 0,246 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üstündə saxladığı kibrit qutusunun içərisində isə iki bükümdə hər birində 1,210 qr. və 1,302 qram olan, külli miqdarda cəmi 2,512 qram heroin, hər birində 0,073 qr. və 0,092 qram, iki bükümdə cəmi şəxsi istehlak miqdarından artıq miqdarda 0,165 qram olan psixotrop maddə metamfetamin, qeyd edilən ünvanda yerləşən yarımtikiliyə baxış zamanı isə gizlətdiyi polietilen bağlamada 1700 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2020-ci il tarixdə axşam saatlarında bir nəfərə 60 manat borcunu qaytarmalıymış, lakin üstündə 44 manat olduğu üçün pul tam şəkildə düzəlmirmiş, ona görə də bacısmm əri Bahadır Kərimovun istifadə etdiyi mobil telefonuna zəng vuraraq ona 16 manat borc pul verməsini xahiş edib onu Balaxanı qəsəbəsi ərazisinə çağırmışdır. Bir neçə saat sonra Bahadır onun yanma gəlmiş və ona 13 manat vermişdir. O, Bahadıra 16 manat lazım olduğunu deyəndə, Bahadır üstündəki pulun 13 manat olduğunu bildirmişdir. Bundan sonra Bahadırdan aldığı 13 manatı özündəki 44 manatı əlavə edib borclu olduğu şəxsə aparıb vermişdir. Təxminən 3-4 dəqiqədən sonra Bahadırın yanma qayıtmış və onu yaşadığı evə aparmasını xahiş etmiş, Bahadırın idarə etdiyi avtomobilə əyləşmişdir. Bahadır idarə etdiyi avtomobili onun yaşadığı evə tərəf sürməyə başlamışdır. Yolda gedərkən cibində olan 25 manata aldığı bir ədəd içərisində metamfetamin olan bükümü Bahadıra verərək demişdir ki, “ürəyin istiyəndə çəkərsən”. O, metamfetamini Bahadıra psixotrop maddə istifadə etdiyi üçün vermişdir. Bahadır da, onun verdiyi sellofan bükülüdə olan metamfetamini üzərində olan “Kent” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Bahadır onu Balaxanı qəsəbəsi ərazisində yerləşən 259 saylı məktəbin yaxınlığına gətirmişdir. O, Bahadırın avtomobilindən düşüb yaşadığı evə getmək istəyərkən üzərində Post Patrul Xidməti sözləri yazılmış polis avtomobili onlara yaxmlaşaraq, nə etdiklərini və kim olduqlarını soruşmuşdur. Onların polislərə verdikləri cavabdan sonra polis əməkdaşları onlardan şübhələnərək Sabunçu RPİ-nin 12-cİ PŞnə dəvət etmişlər. Bahadır və o polis əməkdaşlarının təklifi ilə razlaşaraq birlikdə 12-ci Polis şöbəsinə gəlmişlər. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirərək, üzərində qadağan olunmuş hər-hansı əşyanın olub-olmamasını soruşmuşlar. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən məcbur olub əynindəki cins şalvarın sol yan cibindən üzərində “Spiçki” yazısı olan kibrit qutusunun içərisində saxladığı, iki büküm psixotrop maddə metamfetamini və iki büküm narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan aşkar edilərək götürülmüş iki büküm içərisində psixotrop maddə olan metamfetamin və iki büküm içərisində narkotik vasitə olan heroin qablaşdırılaraq möhürlənmiş, orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişdir. Aşkar edilmiş metamfetamini bir həftə əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində adım və soyadını bilmədiyi, üzdən tanıdığı şəxsdən 25 manata, heroinİ isə 3 gün əvvəl Balaxanı qəsəbəsi ərazisində adını Orxan kimi bildiyi şəxdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Yaşadığı evin yaxınlığında yerləşən, yaşayış olmayan yarımtikilidən aşkar edilərək götürülmüş heroin bükümü onun deyil, polis əməkdaşları özləri ona bildirmişlər ki, “yarımtikilidə taxta qapının altında içərisində heroin olan sellofan bağlama var, video çəkiliş aparılacaq, həmin bağlamanı oradan götürüb bizə təqdim edərsən”. O, da polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalmışdır, fikirləşmişdir ki, əgər onların dediklərini etməsə bir daha onu yenidən döyəcəklər ona görə də, yarımtikilidən taxta qapının altından içərisində heroin olan sellofan bağlamanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir. 31 yanvar 2020-ci il tarixdə təxminən saat 02:20 radələrində iş yoldaşları Şahid1, Yaqub Abbaslı və o, Balaxanı qəsəbəsi ərazisində xidmət apararkən, 259 nömrəli orta məktəbin yaxınlığında «Ravon» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil və içərisində iki nəfər şəxsin oturduqlarını görmüşlər. Gecə vaxtı olduğundan həmin avtomobilin dayanması onlarda şübhə yaratmışdır. Avtomobilə yaxınlaşıb onların sənədlərini tələb etmişlər. Onlar özlərini şübhəli apardıqları üçün onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxslərin X8 və Təqsirləndirilən şəxs olmaları müəyyən olunmuşdur, video çəkiliş aparmaqla əvvəlcə təklif edilmişdir ki, “üstlərində hər hansı qeyri-qanuni və ya qanuni əşya varsa təqdim etsin”. Bahadır cins şalvarının cibindəki siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş, qutunun içərisindən dörd ədəd siqaret və ağ rəngli krıstall maddə olan selofan bükülülər aşkar olunmuşdur. Sorğu zamanı Bahadır Kərimov bildirmişdir ki, bükülünün içərisindəki metafetamindir, Təqsirləndirilən şəxs 13 manata alıb istifadəsi üçün saxlayıb. Bahadır Kərimovdan götürülmüş bükülü qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərinə də video çəkiliş aparmaqla baxış keçirilmişdir. Təklifə əsasən Tural şalvarının cibindən kibrit qutusunu çıxaraq masanın üzərinə qoymuş, kibrit qutusuun içindən dörd ədəd selofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən iki ədəd bükümün içərisindən toz halında maddə, iki ədəd bükümün içərisindən isə ağ rəngli kristall formalı maddə aşkar olundmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İki ədəd selofan bükümlərinin içərisindəki metamfetamin, iki ədəd selofan bükümlərinin içərisindəki isə heroindİr, metamfetamini istifadəsi üçün bir həftə əvvəl Sabunçuda üzdən tanıdığı şəxsdən, heroini isə üç gün əvvəl Balaxanıda Orxan kimi bildiyi şəxsdən almışdır. Narkotik maddələr qablaşdırılıb, möhürlənmiş, protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, aldığı heroinin qalan hissəsini yaşadığı evin yaxınlığında yerləşən yarımtikilidə gizlədib. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Sabunçu RPİ-nin PPXB-ün polis nəfəri Şahid3 şahid qismində dinidirilmiş Şahid2 ilə eynilə ifadə verərək Bahadır Kərimovu və Təqsirləndirilən şəxs Bahadur Kərimovun avtomobilində saxlayıb polis bölməsinə gətirmələrini, üstlərində şəxsi axtarış zamanı Bahadır Kərimovda bir ədəd bağlamada kristal formalı, Təqsirləndirilən şəxs isə 2 büyümdə kristal formalı, 2 bükümdə isə toz halında maddələr aşkar olmasını təsdiq etmişlər. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PB-nin sahə inispektoru vəzifəsində xidmət edir. 31 yanvar 2020-ci il tarixdə işlədiyi 12-ci PŞ-də əməliyyat qurpunda olduğu zaman Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri şöbəyə iki nəfər şəxs gətirmişlər və raport yazaraq həmin şəxsləri şöbənin NH-nə təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərin X8 və Təqsirləndirilən şəxs olmaları müəyyən edildikdən sonra şöbənin xidməti otaqlarının birində mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla onların üzərinə baxış keçirmişlər. Həmin baxışda o iştirak etməsə də, sonradan bilmişdir ki, Bahadır Kərimovun və Təqsirləndirilən şəxs üstlərinə keçirilən şəxsi axtarış zamanı onlardan psixotrop maddələr və narkotik vasiətələr aşkar olunmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi yaşadığı evə yaxın ərazidə yerləşən, 60 kv metr sahəni əhatə edən, dörd tərəfi hasarsız, dam örtüyü olmayan, iki otaq bir sanitar qovşağı olan, yaşayış olmayan yarımtikili evdə narkotik vasitə heroin gizlətdiyini bildirdiyindən həmin tikiliyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxslə birlikdə Balaxanı qəsəbəsi ərazisində yerləşən həmin tikiliyə getmiş, orada mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ona təklif edilmişdir ki, yaşayış olmayan yarımtikili evdə gizlətdiyi narkotik vasitəni təqdim etsin. Təqsirləndirilən şəxs yarımtikili evin otaqlarının birində, taxta qapının altından tünd rəngli sellofan bağlamanı çıxardaraq təqdim etmişdir. Həmin bağlama tərəflərindən açıldıqda içərisindən spesifik iyə malik, toz şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bağlamanın içərisindən aşkar olunan maddə kakos kimi tanıdığı heroindir, həmin heroini Balaxanı qəsəbəsi ərazisindən adını Orxan kimi bildiyi şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan selofan bağlama qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç-bir təzyiq və təsir olunmamışdır. Məhkəmədə ifadəsi ela edilərək tədqiq edilmiş şahid polis baş leytenantı Şahid5, şahid qismində dinidirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasinda ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə ictimai asayişi və ictimai qaydanı qorumaq daxildir. 31 yanvar 2020-ci il tarixdə təxminən saat 02:20 radələrində Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində xidmət apararkən, Balaxanı qəsəbəsi ərazisində yerləşən 259 nömrəli tam orta məktəbin yaxınlığında «Ravon» markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil və içərisində iki nəfər şəxsin oturduqlarını görmüşlər. Gecə vaxtı olduğundan həmin avtomobilin dayanması onlarda şübhə yaratmışdır. Avtomobilə yaxınlaşaraq sürücüsünə və yanında oturan sərnişininə özlərini təqdim etmiş, həmin şəxslər özlərini şübhəli apardıqları üçün şəxsiyyətlərni təsdiq edən sənədlərini təqdim etmələrini bildirmişlər. Lakin onlar şəxsiyyət vəsiqələrini təqdim etmək əvəzinə özlərini qeyri-adekvat apardıqları üçün onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra həmin şəxslərdən birini 6859 çağrışlı avtopatrula otuzdurmuş, «Ravon» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü isə öz avtomobili ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərin X8 və Təqsirləndirilən şəxs olmaları müəyyən olunduqdan sonra, şöbənin xidməti otaqlarının birində mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla əvvəlcə Bahadır Kərimova hüquq və vəzifələri izah olunmuş, sonra isə ona təklif edilmişdir ki, “üstündə hər hansı qeyri-qanuni və ya qanuni əşya varsa təqdim etsin”. Təklifə əsasən Bahadır Kərimov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində “Kent” yazısı olan siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur, həmin vaxt qutunun içərisindən dörd ədəd siqaret və bir ədəd içərisində ağ rəngli krıstall formalı maddə olan selofan bükülülər aşkar olunmuşdur. Sorğu zamanı Bahadır Kərimov bildirmişdir ki, selofan bükülünün içərisindən aşkar olunan maddə narkotik vasitədir, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 13 manata almış və gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. Bahadır Kərimovdan götürülmüş bir ədəd içərisində kristal 1 formada olan selofan bükülü qablaşdırılaraq DİN- nin möhürü ilə möhürlənmiş, bu barədə polis əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Bahadır Kərimova qarşı heç-bir təzyiq və təsir olunmamışdır. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə də mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ona təklif edilmişdir ki, “üstündə hər hansı qeyri-qanuni və ya qanuni əşya varsa təqdim etsin”. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən üzərində “Spiçki” yazısı olan kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuş, kibrit qutusu açıldıqda içərisindən dörd ədəd selofan bükümlər aşkar edilmişdir. Həmin bükümlər bir-bir Təqsirləndirilən şəxs tərəfindən açılmış, iki ədəd bükümün içərisindən toz halında maddə, iki ədəd bükümün içərisindən isə ağ rəngli kristall formalı maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İki ədəd selofan bükümlərinin içərisindən aşkar olunan maddə metamfetamin, iki ədəd selofan bükümlərinin içərisindən aşkar olunan maddə isə narkotik vasitə heroindİr. İki ədəd sellofan bükümlərinin içərisindən aşkar olunan maddə metamfetamini istifadəsi üçün bir həftə əvvəl Sabunçu qəsəbəsi ərazisindən üzdən tanıdığı şəxsdən almış, iki ədəd selofan bükümlərinin içərisindən aşkar olunan narkotik vasitə heroini isə üç gün əvvəl Balaxanı qəsəbəsi ərazisindən adını Orxan kimi bildiyi şəxsdən almışdır. Təqsirləndirilən şəxs götürülmüş dörd ədəd içərisində maddələr olan selofan bükülülər qablaşdırılaraq DİN-nİn möhürü ilə möhürlənmiş, polis əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş və Orxan adlı şəxsdən aldığı narkotik vasitə heroinin qalan hissəsini yaşadığı evin yaxınlığında yerləşən yarımtikilidə gizlətdiyini bildirmiş, lakin həmin yarım tikilidən narkotik vasitə herinin götürülməsində nə o, nədə ki, Şahid2 və Abbaslı X6 etməmişlər. Cinayət işinin materiallrına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən üzləşmə zamanı şahidlər Şahid4 və Şahid5 tikilinin və orada gizlədilmiş polietilen torbadakı heroinin yerinin Təqsirləndirilən şəxs tərəfindən göstərilməsini, bunu heç bir təzyiq olmadan könüllü etməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. İş materiallarındakı Bakı şəhəri, Sabunçu RPİ-nin təhqiqatçısının tərtib etdiyi 2020-cİ il 31 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində eyni tarixdə tutulmuşdur. İş materiallarındakı Məhkəmə-kimyəvi ekspertizasının 31 ynvar 2020-ci il tarixli, 2656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş.... ” yazısı olan zərfdəki, bir ədəd kibrit qutusunda, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,210 qram və 1,302 qram, ümumi təmiz çəkisi 2,512 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram və 0,092 qram ümumi təmiz çəkisi 0,165 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 31 ynvar 2020-ci il tarixli, 2687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ” yazısı olan bağlamada, bir ədəd bükümdə, təmiz çəkisi 1700 qram (1 kq 7qr) olan qəhvəyimtil rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bağlamada və üzərindən götürülmüş 2 (iki) ədəd bükümdə olan heroinlər (2656 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetamin (2656 saylı ekspert rəyi) və X3 üzərindən götürülmüş l(bir) ədəd bükümdə metamfetamin (2595 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Bağlamadakı heroinin təmiz çəkisi 1700 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıq- 1699,8 qram. Bükümlərdəki heroinlərin ümumi təmiz çəkisi- 2,412 qram, tədqiqata sərf edildiümumi 0,04 qram, qalıq- 2,372 qram. Metamfetaminin ümumi təmiz çəkiləri- 0,115 qram və 0,196 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıqlar- 0,095 və 0,176 qram. Məhkəmə-kimyəvi ekspertizasının 31 ynvar 2020-ci il tarixli, 2595 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “X1 üzərindən" sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,246 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir və üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində zavod üsulu pozulmamış 4 ədəd siqaretlərin içərisində narkotik vasitə hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı 1) Metamfetaminin təmiz çəkisi- 0,246 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,196 qram. Cinayət işini materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 03.04.2020-ci il tarixli, 872 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi pereparatlardan sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş qərara əsasən təhqiqat və istintaq zamanı götürülmüş narkotik vasitələr, psixotrop maddələr 10 fevral 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq, tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla qalıqları saxlanılmaları üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 13 manat narkotik vasitənin satışından əldə olunduğuna görə 13 avqust 2020-ci il tarixdə madi sübut kimi tanınmış və saxlanılması üçün Bakı Şəhər Baş polis İdarəsinin Maliyyə Plan Şöbəsinə depozit hesaba təhvil verilmişdir. Eyni zamanda iş üçün əhəmiyyətli olan şəxsi axtarış və tikiliyə baxış prosesinin görüntüləri ilə olan DVD disklər 17 avqust 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 17.02.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1- ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01.04.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər— onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda da Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunda, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,210 qram və 1,302 qram, ümumi təmiz çəkisi 2,512 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram və 0,092 qram ümumi təmiz çəkisi 0,165 qram metamfetaminin və bir ədəd bükümdə, təmiz çəkisi 1700 qram (1 kq 7qr) olan qəhvəyimtil rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Bakı Şəhər Baş polis İdarəsinin Maliyyə Plan Şöbəsinə depozit hesaba təhvil verilmiş, narkotik vasitənin satışından əldə olunmuş 13 manat dövlət nəfinə keçirilməlidir. 17 avqust 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üçün əşəmiyyətli olan şəxsi axtarış və tikiliyə baxış prosesinin görüntüləri ilə olan DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunu vəkili X5 480 manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 31 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Rasim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Rasim oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 31 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Rasim oğlu Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs Rasim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Rasim oğluna göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunu vəkili X5 480 manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunda, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,210 qram və 1,302 qram, ümumi təmiz çəkisi 2,512 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram və 0,092 qram ümumi təmiz çəkisi 0,165 qram metamfetaminin və bir ədəd bükümdə, təmiz çəkisi 1700 qram (1 kq 7qr) olan qəhvəyimtil rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Bakı Şəhər Baş polis İdarəsinin Maliyyə Plan Şöbəsinə depozit hesaba təhvil verilmiş, narkotik vasitənin satışından əldə olunmuş 13 manat dövlət nəfinə keçirilsin. 17 avqust 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üçün əşəmiyyətli olan şəxsi axtarış və tikiliyə baxış prosesinin görüntüləri ilə olan DVD disklərin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs Rasim oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Rasim oğluna hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar