Məhkəmə qərarları › İş №1(101)-1009/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1009/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər: Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 443, M 4, m 5-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 1 B, mənzil 109-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 8,530 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda, ümumi təmiz çəkisi 48,450 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, narkotik vasitə heroini 7,797 qram və 0,733 qram hissələrə, psixotrop maddə metamfetamini isə 13,522 qram, 1,023 qram, 13,596 qram, 15,158 qram, 4,369 qram, 0,464 qram və 0,318 qram hissələrə bölərək ayrı-ayrı bükümlərdə qablaşdırdıqdan sonra həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, saat 16.00-da ünvan 1 ünvanının yaxınlığında avtomobili ilə birlikdə saxlanılmış, baxış zamanı idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında saxladığı özünə məxsus bir ədəd çantanın içərisindən həmin külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arıqlamaq üçün dərman kimi narkotik vasitə istifadə etmiş və narkotik vasitənin asılılıq yaradacağını bilməmişdir. Asıllılıq sindormu olduğunu sonradan dərk etmiş və bilmişdir ki, asıllılıq yaradır. Əvvəlcədən asıllılıq sindormu olduğunu bilsəydi heç bir zaman isifadə etməzdi, çünki hər zaman narkotik vasitələrdən qorxmuşdur. Lakin sonradan onda asılılıq sindormu yarandığı üçün narkotik vasitənin aludəçisinə çevrilmişdir. İstifadə etmək üçün narkotik vasitələri tanımadığı şəxsdən əldə etmişdir. Ondan aşkar olunan bükümlər aldığı bükümlər olubdur və o, aldığı zamanda həmin bükümlər ayrı-ayrı bükümlərdə olmuşdur. O, bükümləri 14 noyabr tarixində almışdır. 15 noyabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman iki nəfər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O, idarə etdiyi avtomobilin salonunda arxa oturacağın üzərində olan əl çantasının içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəldikdən sonra, o, dəridən hazırlanmış pul qabını, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd avtomobil açarını, şalvarın sol yan cibində olan “Black Berry” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Həmçinin təqdim etdiyi qadın əl çantasının içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və çantaya baxış keçirilərkən oradan həmin maddələr aşkar edilmişdir. O, həmin narkotik vasitələri özü istifadə etmıək üçün almışdır, həm heroin, həm də metamfetamindən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 15 noyabr 2020-ci ildə əməliyyat tədbirləri keçirilmiş, həmin gün saat 16:00-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlamış və həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Həmin idarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı dəridən hazırlanmış pul qabını, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd avtomobil açarını, şalvarının sol yan cibində olan “Black Berry” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içindən 4.255 manat və 200 ABŞ dolları pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mobil telefonlar, mənzil açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxladığını, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. O, həmin avtomobilin salon hissəsində arxa oturacağın üzərində olan əl çantasının içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını bildirmiş və idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaplarını özündə olan açarla açıb arxa sağ oturacağın üzərində olan bir ədəd qırmızı rəngli üzərində qara zolaqlar olan parçadan hazırlanmış qadın əl çantasını götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qadın əl çantasının içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Çantanın içindən 07 ədəd sellofan büküm və 02 ədəd şüşə qab aşkar edilmiş, baxış zamanı çantanın içində olan 05 ədəd sellofan bükümün və 02 ədəd şüşə qabın içində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr, 02 ədəd sellofan bükümün içində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 6/2497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, ** ZZ *** dövlət nömrə nişanlı avtomobilin salon hissəsindən aşkar olunmuş” yazısı olan paketdəki 2 ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13,522 qram və 1,023 qram, 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,596 qram və 15,158 qram və 3 ədəd qara rəngli polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,369 qram, 0,464 qram və 0,318 qram, ümumilikdə 7 ədəd ümumi təmiz çəkisi 48,450 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayılıqda təmiz çəkiləri 7,797 qram və 0,733 qram, ümumi təmiz çəkisi 8,530 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 8,530 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 8,430 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi 48,450 qram, tədqiqata sərf edildi ümumi 0,21 qram, qalıq 48,240 qramdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 20201-ci il tarixli 143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 701 22 22 və 055 977 41 11 mobil nömrələrinə daxil olan və çıxan zənglərlə bağlı "xxxx" MMC-dən 29 dekabr 2020-ci il tarixli, 27924 nömrəli məktubla daxil olmuş bir ədəd diskə, eləcə də Baksell” MMC-dən 30.12.2020-ci il tarixli, 27231/20 nömrəli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 mobil nömrəsinə **********24 mobil nömrəsindən «Ureyim alinirsa pati cixa bilirsense evden ele goruwerdikde ureyim» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsindən **********49 nömrəsinə «325 manat idi borcun verdin 100 manat dunen duzdu? 10 dene de kola verdim 225+180=405+60 manat (dunenki 2 dene pati)-50» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********18 nömrəsindən «vurum karta olarmi niye bele sixirsan adami gordun ki getirdim 280 verdim hele 80 da patiya verdim her gun getiremde pul» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********18 nömrəsindən «Yaxwi gelim indi 10 dene kolaa 2 dene pati ver 100 m var verim sene qalNi axwam verim olarmi ele» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********82 nömrəsindən «ulka 5 dene torpaq yari da pati vurur karta pulu ne olar yer denen gelimde birazdan cixa bilmeyecik» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********45 nömrəsindən «bidene tez de qram alinir pati” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiqi edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 15 noyabr 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyndai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını bildirmiş və həmin maddələri təqdim edə biləcəyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 15 noyabr 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyndai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobildən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız öz istifadəsi məqsədi ilə əldə etməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «baxış keçirilməsi və əşyaların götürülməsi» haqqında protokol və həmin protokola əlavə edilmiş 01 ədəd disk, «şəxsi axtarış və götürmə haqqında» protokol və həmin protokola əlavə edilmiş 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş mobil telefon danışıqlarının əks olunduğu 01 ədəd diskdə göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu maddələrin həm narkotik vasitə heroindən, həm psixotrop maddə metamfetamindən ibarət olması, hər növdən olan maddələrin çəkisinin külli miqdarda olması, həmçinin ayrı-ayrı bükümlərdə olması, mobil telefondan sms vasitəsilə istehlakçılar ilə yazışmalar aparması, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən psixotrop maddə metamfetamindən asılılığı olduğu halda, idarə etdiyi avtomobilində ayrı-ayrı bükümlərdə narkotik vasitə heroini külli miqdarda saxlaması və daşıması, məhz onun tərəfindən qeyd olunan maddələri satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15.11.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 8,530 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,430 qram hissəsi, 48,450 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,240 qram hissəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4.255 manat və 200 ABŞ dolları pul vəsaiti onun yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd disk, “avtomobilə baxış keçirilməsi” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş, mobil telefon danışıqlarının əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 8,530 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,430 qram hissəsi, 48,450 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,240 qram hissəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 4.255 manat və 200 ABŞ dolları pul vəsaiti onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış - “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd disk, “avtomobilə baxış keçirilməsi” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş, mobil telefon danışıqlarının əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov Düzdür Hakim : Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar