Məhkəmə qərarları › İş №1(101)-1009/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1009/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan "Tural” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncu ilə bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə 20 sentyabr 2021-ci il tarixdə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən üzərində "Methadone 40...Faran” göstəricisi olan, 16 (on altı) ədəd həbdən ibarət olmaqla təsir maddəsinin ümumi miqdarı 0,64 qram təşkil edən narkotik vasitə hesab olunan metadonu əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında saxladıqdan sonra, qabaqcadan razılaşdıqları cinayətkar niyyətlərini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə 29 sentyabr 2021-ci il tarixdə «Tural» adlı şəxsin istintaqla müəyyən edilməsi mümkün olmayan qaydada Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud və Əliağa Vahid küçələrinin kəsişməsinin yaxınlığında yerləşdirdiyi "Ferrari” sözü yazılmış sellofan torbanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,950 qram təşkil edən bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək özündə saxlayaraq daşımış, həmin gün saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsinin kəsişməsində saxlanılaraq əlindəki sellofan torbaya baxış keçirildikdə bir ədəd bükümdə təmiz çəkisi 5,950 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 00:25 dəqiqədə yaşadığı ünvan 4 ünvanında axtarış aparılarkən həmin mənzildən üzərində “Methadone 40...Faran" göstəricisi olan, 16 (on altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 0,64 qram təşkil edən narkotik vasitə hesab olunan metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 il olar ki, psixotrop maddə metamfetamin və narkotik maddə istifadə edir. Təxminən 7-8 il bundan qabaq Bakı şəhərində Tural adlı şəxslə tanış olmuş və münasibətləri yarandığından onunla dostlaşmışdır. O, Turalın Abşeron rayonu, Xırdalan şəhərindəki evində olan zaman evində el arasında “patı" adlanan psixotrop maddə metamfetamin görmüşdür. O, bir dəfə də həmin psixotrop maddəni Cavid adlı şəxşə verəndə görmüşdür. Bir neçə dəfə birlikdə həmin psixotrop maddədən istifadə etmişlər. Sonradan bildirmişdir ki, Tural həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə edir. Təxminən 2 ay bundan əvvəl Tural ona zəng edərək Qələbə dairəsinin yanına getməyini və orada dediyi yerdən metamfetamin psixotrop maddəsini götürməyini bildirmişdir. O da Tbilisi prospektindəki evində olduğundan evdən çıxıb piyada Qələbə dairəsinə getmişdir. O, Qələbə dairəsinə çatdıqdan sonra orada yaxında olan binaya yaxınlaşmağını bildirmişdir. O da, həmin binaya yaxınlaşmış və Tural binanın qapısının kodunu dedikdən sonra o, bloka daxil olmuş, Tural telefonda elektrik qutusunun qapağını açmağını və orada olan bükümü götürməyini tapşırmışdır. O da, həmin elektrik qutusunu açıb bükümü oradan götürmüşdür. Ertəsi gün Tural evə gəlmiş, həmin vaxt yoldaşı Masazırda olan atasının evində olmuşdur. Turalla həmin gün evdə həmin metamfetamindən istifadə etmişlər. Tural evdən getdikdə sonra ona bir çəkimlik metamfetamin qalmışdır. 20 sentyabr 2021-ci il tarixində Tural Tbilisi prospektindəki yaşadığı mənzilə gəlmiş və maşınsız olduğunu bildirərək 10 ədəd həb Metadon narkotik vasitəsini ona vermiş və onları mənzilində saxlamağını xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə saat 17-18 radələrində Tural ona zəng edərək Masazır qəsəbəsində yarımtikili yaşayış binasının yanından küçəyə dönərək 10-cı işıq dirəyinin yanında yerə qoyulmuş siqaret qutusunun içərisində metamfetamin psixotrop maddəsinin olduğunu deyərək onu götürməyini və istifadə etmək üçün 2 qram metamfetamini ona verəcəyini demişdir. “Kia” markalı, “Optima” modelli, **-BG-*** nömrə nişanlı nəqliyyat vasitəsini həyat yoldaşı Şahid7 idarə etdiyindən və son zamanlar həmin nəqliyyat vasitəsini ona idarə etmək üçün vermədiyindən ondan xahiş etmişdir ki, bir işi olduğundan onu Masazıra aparsın, həmçinin Masazırdakı evdən kurtkasını da götürsün. Beləliklə də onlar, yəni o, həyat yoldaşı Ramilə və 3 yaşlı oğlu Renatla birlikdə Tbilisi prospektindəki yaşadıqları evdən Masazıra getmək üçün yola düşmüşlər. Yolda Tural ona zəng etmiş, Tural telefonda yolu ona izah edərkən Ramilə onun narkotik vasitə əldə edəcəyindən şübhələnərək ona maşından düşməyini tələb etmiş, özünün isə evə gedəcəyini demişdir. Ramiləni sakitləşdirərək bu barədə narahat olmamağını və 5-10 dəqiqə ərzində geriyə qayıdacağını ona demişdir. Bundan sonra o, maşını digər bir küçədə saxlamış və onu gözləməyini demiş, daha sonra o, Turalın dediyi əraziyə getmiş, lakin onun dediyi həmin siqaret qutusunu tapa bilməmişdir. O, yol ilə hərəkət edən zaman qarşıdan gələn özünü gömrük əməkdaşı kimi təqdim edən şəxs onun qolunan tutaraq, 5 metr irəlidə dayanan avtomobilin yanına aparmışdır. Avtomobilin yanında dayanan 2 nəfər gömrük əməkdaşı ilə birlikdə üzərinə axtarış keçirilmişdir. O, narkotik vasitələri götürə bilmədiyini, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Avtomobilin qarşısında təxmini 2 metr irəlidə olan işıq dirəyinin altında olan bükümü götürməsi üçün gömrük əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir. Qarşıdan keçən polis əməkdaşı orada nə baş verdiyini soruşmuş, gömrük əməkdaşları isə onun içkili olduğunu bildirərək tutulduğunu dedikdən sonra polis əməkdaşı onlardan uzaqlaşmışdır. Daha sonra birlikdə avtomobilə əyləşmişlər və gömrük əməkdaşları bükümləri yerə onun ayağının yanına qoyaraq həmin bükümlərin nə olduğunu ondan soruşmuşlar. O da öz növbəsində “bilmirsiniz bu nədir?” deyə cavab vermişdir. O, buradan metamfetamin götürmək üçün gəldiyini bildirmişdir. Həmin əməkdaşlara həyat yoldaşı Ramilə ilə birlikdə “Kia” markalı, “Optima” modelli, **-BG-*** nömrə nişanlı qara rəngli, minik avtomobili ilə gəldiyini və onların yaxınlıqda onu gözlədiklərini bildirmişdir. Gömrük əməkdaşları da maşında narkotik vasitə və ya psixotrop maddə olmadığı halda onu sərbəst buraxacaqlarını bildirmişlər. Daha sonra həyat yoldaşı Ramilə və övladının olduğu yer müəyyən edilmişdir. Bundan sonra sellofan torbanın içərisinə baxış keçirilməsi üçün onları Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. İdarədə üzərində Ferrari yazısı olan göy rəngli sellofan torbanın içərisində olan maddələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra yaşadığı Bakı şəhəri, Tbilisi prospektində və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzillərə baxış keçirilməsinə razılıq verərək həmin mənzillərə уollanmışlar, ilk növbədə Bakı şəhəri, Tbilisi prospektində yerləşən mənzilə çatanda könüllü şəkildə onda olan mətbəx mebelinin içərisində 6 ədəd həb üzərində “40” yazısı olan metadon həbləri əməkdaşlara təqdim etmişdir. Ümumiyyətlə onda 10 ədəd metadon həbi olmuş, 4 ədədini istifadə etdikdən sonra qalan 6 ədəd həbləri əməkdaşlara təqdim etmişdir. Evə baxış zamanı mebelin yuxarı hissəsində yerləşən qutunun içərisindən gömrük əməkdaşları tərəfindən qoyulmuş əlavə metadon həbləri aşkarlanmışdır. Yataq otağından isə 2 ədəd bıçaq aşkar edilmiş, daha sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzildən 1 ədəd şüşə flakonda əzələ kütləsi artırmaq üçün preparat aşkar edilmişdir. İdarəyə geri qayıtdıqda isə protokollara imza etmədiyi təqdirdə marixuananı onun həyat yoldaşı Şahid7 məxsus avtomobilə yerləşdirəcəklərini və onu da məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. O da bundan ehtiyat edərək, gömrük əməkdaşları ilə razılaşıb protokolları imzalamışdır. Tural Ağazadə ilə yaxın münasibətləri olduğundan həmişə aralarında telefon əlaqəsi olmuşdur. Masazır qəsəbəsindəki mənzildən aşkar edilmiş şüşə flakonda olan heksarelin dərman vasitəsidir, onu məişətdə əzələ kütləsi artırmaq üçün preparat kimi istifadə olunur. Narkotik, psixotrop və güclü təsiredici maddə deyildir. Onu məişətdə istifadə etmək üçün əldə etmişdir. ********** nömrəsi ilə ona zəng edən şəxsin cinsi azlıqlara aid olan şəxs olduğunu bilmiş, həmin şəxs onu təhdid edib ona narkotik vasitə əldə etməyinə köməklik etməyini istəmişdir. Ona cavab verməmişdir. Həmin şəxsin onun telefon nömrəsini haradan əldə edib ona zəng etməsini bilmir. Dəfələrlə ona zənglər etmiş, lakin onunla danışıqlar aparmaq və cavablar verməkdən yayınmışdır. Onun yazdığı SMS mesajında göstərdiyi Nicat adlı şəxsi tanımır. Axtarış zamanı yaşadığı mənzildən aşkar edilmiş 2 ədəd bıçaqları xatırlamadığı dükandan almışdır, həmin bıçaqları yaşadığı mənzildə istifadə etmək üçün saxlamışdır, lakin həmin bıçaqlarla hər hansı bir cinayət törətmək məqsədi və niyyəti olmamışdır. Turalın iş yeri, əlaqə nömrələrini istintaqa təqdim etsə də, Tural istintaqa məlum olmayan şəxs kimi qeydiyyata alınmışdır. Ümumiyyətlə heç bir şəxsə narkotik vasitə, psixotrop maddə satmamış və ya satmaq məqsədi ilə özündə saxlamamışdır. Narkotik vasitə marixuananı və metodon həblərini şəxsi istifadəsi üçün saxlamışdır. Narkotik vasitə istifadəçisi olmasına görə çox peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin Əməliyyat İdarəsinin Əməliyyat Axtarış şöbəsinin rəisi vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı naməlum şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində daşınaraq realizə edilməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildi və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq qərara əsasən onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə birgə əməliyyatın keçirilməsi barədə məlumat verilmiş BNMİ-nin Xüsusi əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid6 da əməliyyatın keçirilməsində iştirak etmişdir. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edildikdən sonra əməliyyat qrupu həmin gün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixində saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində piyada daşınaraq həmin narkotik vasitələri realizə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixində, saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində naməlum bir şəxsin şübhəli hərəkətlərlə içərisi dolu halda göy rəngli bir ədəd sellofan torbanı əlində tutaraq irəliləyərkən əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin əlində olan göy rəngli sellofan torbanın daxilinə ilkin vizual baxış keçirilməsi bildirilmişdir. Bundan sonra üzərində “Ferrari” yazısı olan həmin sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrıayrılıqda şəffaf sellofana bükülü narkotik vasitənin olması ehtimal edilən naməlum maddələrin olduğu məlum olmuşdur. Bundan sonra şifahi sorğu-sual zamanı o, **-BG-*** nömrə nişanlı, qara rəngli, “KİA OPTİMA” markalı minik avtomobili vasitəsilə arvadı Şahid7 ilə birlikdə gəldiyini, həmin ərazinin yaxınlığında övladı ilə birlikdə arvadının həmin avtomobildə onu gözlədiyini bildirmiş, daha sonra həmin nəqliyyat vasitəsinin yaxınlıqda olduğu yer müəyyən edilərək əməliyyat müvəkkilləri həmin nəqliyyat vasitəsində sürücü qismində əyləşmiş Şahid7 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs götürülmüş sellofan torbanın daxilinə baxış keçirilməli olduğu barədə ona məlumata verildikdən sonra hər iki şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində “Ferrari” yazısı olan, göy rəngli bir ədəd sellofan torbanın daxilinə keçirilmiş baxış zamanı üzərində üzərində “Ferrari” yazısı olan göy rəngli 1 ədəd sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrı-ayrılıqda şəffaf sellofana bükülü qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Daha sonra “KİA OPTİMA” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili baxış keçirilərkən avtomobilin salonundan X2 məxsus AE801852 nömrəli sürücülük vəsiqəsi, Şahid7 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X5 məxsus 094457 nömrəli doğum haqqında şəhadətnamə və “Samsung” markalı 1 ədəd planşetin, həmçinin, həmin nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası CPM-nə uyğun olaraq, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 5 ünvanına və digər yaşayış ünvanı olan ünvan 6unaraq axtarış həyata keçirilmişdir. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 nömrəli mənzildə mətbəx və zal qismində istifadə edilən otağın giriş qapısından sağ divarı boyunca yerləşdirilmiş mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdə üzərində “Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həb, eyni zamanda mənzildə yerləşən yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, 31 nömrəli mənzilin dəhlizində yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən içərisində ağ rəngli maddə olan üzərində "GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, üzərində “Methadone 40 yazısı olan 2 ədəd konvalyulda cəmi 16 ədəd həb, tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq və içərisində ağ rəngli maddə olan üzərində ”GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon araşdırma aparılması məqsədilə tərəfimizdən götürülmüşdür. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs və qeyd olunan mənzillərdən götürülmüş naməlum maddələr rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir, ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs Masazır qəsəbəsində yaxalanarkən götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəki 5,950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitənin qurudulmuş marixuana olması, ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzildə aşkar edilmiş “Methadone 40...Faran” göstəriciləri olan 02 ədəd blisterdə ümumilikdə 16 ədəd dərman tabletlərinin tərkibində narkotik vasitə hesab edilən metadon olması, ünvan 7 ünvanda axtarış aparılarkən aşkar edilmiş üzərində “GHRP- 6.5MG” yazısı olan istehsal tamlığı pozulmamış 1 ədəd şüşə flakonda ağ rəngli toz şəkilli kütlənin tərkibində təsiredici maddənin -- heksarelin olması, Təqsirləndirilən şəxs götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd polietilen bağlamada təmiz çəkisi 119,6 qram ağ rəngli toz şəkilli maddə kütləsinin kimyəvi tərkibinə görə salisil turşusu olması müəyyən edilmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Ağazadə Tural adlı şəxsdən aldığını bildirmişdir, xidmət etdiyi idarənin əməkdaşları həmin narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün müvafiq qayda da təxirə salınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri almış şəxsləri müəyyən etmək mümkün olmamışdır və yaxud ondan aşkar edilmiş narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud bununla bağlı hər hansı bir alıcının mövcud olması, həmin faktları müşahidə edən şahidlər barədə hər hansı bir məlumat əldə olunmamışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Şahid7 oğlu arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir əlaqə olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud satması barədə hər hansı məlumat əldə edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat Axtarış Şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı naməlum şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində daşınaraq realizə edilməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildi və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq qərara əsasən Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə birgə əməliyyatın keçirilməsi barədə məlumat verilmiş BNMİ-nin Xüsusi əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid6 da əməliyyatın keçirilməsində iştirak etmişdir. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edildikdən sonra əməliyyat qrupu həmin gün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixində saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində piyada daşınaraq həmin narkotik vasitələri realizə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixində, saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində naməlum bir şəxsin şübhəli hərəkətlərlə içərisi dolu halda göy rəngli bir ədəd sellofan torbanı əlində tutaraq irəliləyərkən əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin əlində olan göy rəngli sellofan torbanın daxilinə ilkin vizual baxış keçirilməsi bildirilmişdir. Bundan sonra üzərində “Ferrari” yazısı olan həmin sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrıayrılıqda şəffaf sellofana bükülü narkotik vasitənin olması ehtimal edilən naməlum maddələrin olduğu məlum olmuşdur. Bundan sonra şifahi sorğu-sual zamanı o, **-BG-*** nömrə nişanlı, qara rəngli, “KİA OPTİMA” markalı minik avtomobili vasitəsilə arvadı Şahid7 ilə birlikdə gəldiyini, həmin ərazinin yaxınlığında övladı ilə birlikdə arvadının həmin avtomobildə onu gözlədiyini bildirmiş, daha sonra həmin nəqliyyat vasitəsinin yaxınlıqda olduğu yer müəyyən edilərək əməliyyat müvəkkilləri həmin nəqliyyat vasitəsində sürücü qismində əyləşmiş Şahid7 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs götürülmüş sellofan torbanın daxilinə baxış keçirilməli olduğu barədə ona məlumata verildikdən sonra hər iki şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində “Ferrari” yazısı olan, göy rəngli bir ədəd sellofan torbanın daxilinə keçirilmiş baxış zamanı üzərində üzərində “Ferrari” yazısı olan göy rəngli 1 ədəd sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrı-ayrılıqda şəffaf sellofana bükülü qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Daha sonra “KİA OPTİMA” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili baxış keçirilərkən avtomobilin salonundan X2 məxsus AE801852 nömrəli sürücülük vəsiqəsi, Şahid7 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X5 məxsus 094457 nömrəli doğum haqqında şəhadətnamə və “Samsung” markalı 1 ədəd planşetin, həmçinin, həmin nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası CPM-nə uyğun olaraq, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 5 ünvanına və digər yaşayış ünvanı olan ünvan 6unaraq axtarış həyata keçirilmişdir. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 nömrəli mənzildə mətbəx və zal qismində istifadə edilən otağın giriş qapısından sağ divarı boyunca yerləşdirilmiş mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdə üzərində “Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həb, eyni zamanda mənzildə yerləşən yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, 31 nömrəli mənzilin dəhlizində yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən içərisində ağ rəngli maddə olan üzərində "GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, üzərində “Methadone 40 yazısı olan 2 ədəd konvalyulda cəmi 16 ədəd həb, tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq və içərisində ağ rəngli maddə olan üzərində ”GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon araşdırma aparılması məqsədilə tərəfimizdən götürülmüşdür. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs və qeyd olunan mənzillərdən götürülmüş naməlum maddələr rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir, ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs Masazır qəsəbəsində yaxalanarkən götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəki 5,950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitənin qurudulmuş marixuana olması, ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzildə aşkar edilmiş “Methadone 40...Faran” göstəriciləri olan 02 ədəd blisterdə ümumilikdə 16 ədəd dərman tabletlərinin tərkibində narkotik vasitə hesab edilən metadon olması, ünvan 7 ünvanda axtarış aparılarkən aşkar edilmiş üzərində “GHRP- 6.5MG” yazısı olan istehsal tamlığı pozulmamış 1 ədəd şüşə flakonda ağ rəngli toz şəkilli kütlənin tərkibində təsiredici maddənin -- heksarelin olması, Təqsirləndirilən şəxs götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd polietilen bağlamada təmiz çəkisi 119,6 qram ağ rəngli toz şəkilli maddə kütləsinin kimyəvi tərkibinə görə salisil turşusu olması müəyyən edilmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Ağazadə Tural adlı şəxsdən aldığını bildirmişdir, xidmət etdiyi idarənin əməkdaşları həmin narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün müvafiq qayda da təxirə salınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri almış şəxsləri müəyyən etmək mümkün olmamışdır və yaxud ondan aşkar edilmiş narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud bununla bağlı hər hansı bir alıcının mövcud olması, həmin faktları müşahidə edən şahidlər barədə hər hansı bir məlumat əldə olunmamışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Şahid7 oğlu arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir əlaqə olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Əməliyyat məlumatında narkotik vasitələrin satışı barədə məlumatın olub-olmamasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 Xaliq oğlu da Şahid1, həmçinin, Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan edilmiş şahid Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı naməlum şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində daşınaraq realizə edilməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq qərara əsasən Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə birgə əməliyyatın keçirilməsi barədə məlumat verilmiş BNMİ-nin Xüsusi əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid6 da əməliyyatın keçirilməsində iştirak etmişdir. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edildikdən sonra əməliyyat qrupu həmin gün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixində saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində piyada daşınaraq həmin narkotik vasitələri realizə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixində, saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində naməlum bir şəxsin şübhəli hərəkətlərlə içərisi dolu halda göy rəngli bir ədəd sellofan torbanı əlində tutaraq irəliləyərkən əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin əlində olan göy rəngli sellofan torbanın daxilinə ilkin vizual baxış keçirilməsi bildirilmişdir. Bundan sonra üzərində “Ferrari” yazısı olan həmin sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrıayrılıqda şəffaf sellofana bükülü narkotik vasitənin olması ehtimal edilən naməlum maddələrin olduğu məlum olmuşdur. Bundan sonra şifahi sorğu-sual zamanı o, **-BG-*** nömrə nişanlı, qara rəngli, “KİA OPTİMA” markalı minik avtomobili vasitəsilə arvadı Şahid7 ilə birlikdə gəldiyini, həmin ərazinin yaxınlığında övladı ilə birlikdə arvadının həmin avtomobildə onu gözlədiyini bildirmiş, daha sonra həmin nəqliyyat vasitəsinin yaxınlıqda olduğu yer müəyyən edilərək əməliyyat müvəkkilləri həmin nəqliyyat vasitəsində sürücü qismində əyləşmiş Şahid7 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs götürülmüş sellofan torbanın daxilinə baxış keçirilməli olduğu barədə ona məlumata verildikdən sonra hər iki şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində “Ferrari” yazısı olan, göy rəngli bir ədəd sellofan torbanın daxilinə keçirilmiş baxış zamanı üzərində üzərində “Ferrari” yazısı olan göy rəngli 1 ədəd sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrı-ayrılıqda şəffaf sellofana bükülü qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Daha sonra “KİA OPTİMA” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili baxış keçirilərkən avtomobilin salonundan X2 məxsus AE801852 nömrəli sürücülük vəsiqəsi, Şahid7 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X5 məxsus 094457 nömrəli doğum haqqında şəhadətnamə və “Samsung” markalı 1 ədəd planşetin, həmçinin, həmin nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası CPM-nə uyğun olaraq, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 5 ünvanına və digər yaşayış ünvanı olan ünvan 6unaraq axtarış həyata keçirilmişdir. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 nömrəli mənzildə mətbəx və zal qismində istifadə edilən otağın giriş qapısından sağ divarı boyunca yerləşdirilmiş mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdə üzərində “Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həb, eyni zamanda mənzildə yerləşən yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, 31 nömrəli mənzilin dəhlizində yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən içərisində ağ rəngli maddə olan üzərində "GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, üzərində “Methadone 40 yazısı olan 2 ədəd konvalyulda cəmi 16 ədəd həb, tiyəsi ilə birlikdə ayrı-ayrılıqda uzunluqları təqribən 245 mm və 160 mm təşkil edən 2 ədəd bıçaq və içərisində ağ rəngli maddə olan üzərində ”GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon araşdırma aparılması məqsədilə tərəfimizdən götürülmüşdür. Toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs və qeyd olunan mənzillərdən götürülmüş naməlum maddələr rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir, ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs Masazır qəsəbəsində yaxalanarkən götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəki 5,950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitənin qurudulmuş marixuana olması, ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzildə aşkar edilmiş “Methadone 40...Faran” göstəriciləri olan 02 ədəd blisterdə ümumilikdə 16 ədəd dərman tabletlərinin tərkibində narkotik vasitə hesab edilən metadon olması, ünvan 7 ünvanda axtarış aparılarkən aşkar edilmiş üzərində “GHRP- 6.5MG” yazısı olan istehsal tamlığı pozulmamış 1 ədəd şüşə flakonda ağ rəngli toz şəkilli kütlənin tərkibində təsiredici maddənin -- heksarelin olması, Təqsirləndirilən şəxs götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd polietilen bağlamada təmiz çəkisi 119,6 qram ağ rəngli toz şəkilli maddə kütləsinin kimyəvi tərkibinə görə salisil turşusu olması müəyyən edilmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Ağazadə Tural adlı şəxsdən aldığını bildirmişdir, xidmət etdiyi idarənin əməkdaşları həmin narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün müvafiq qayda da təxirə salınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri almış şəxsləri müəyyən etmək mümkün olmamışdır və yaxud ondan aşkar edilmiş narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud bununla bağlı hər hansı bir alıcının mövcud olması, həmin faktları müşahidə edən şahidlər barədə hər hansı bir məlumat əldə olunmamışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Şahid7 oğlu arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir əlaqə olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusi şöbənin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı naməlum şəxs tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində daşınaraq realizə edilməsi barədə məlumat daxil olmuşdur. Həmin İdarə tərəfindən onun xidmət etdiyi Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə birgə əməliyyatın keçirilməsi barədə məlumat verilmiş, rəhbərlik tərəfindən həmin əməliyyat tədbirində iştirak ona həvalə olunmuşur. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edildikdən sonra əməliyyat qrupu həmin gün qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələrin göy rəngli sellofan torbanın daxilində olmaqla «Elnur» adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixində saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində piyada daşınaraq həmin narkotik vasitələri realizə edəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixində, saat 21 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində naməlum bir şəxsin şübhəli hərəkətlərlə içərisi dolu halda göy rəngli bir ədəd sellofan torbanı əlində tutaraq irəliləyərkən əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin əlində olan göy rəngli sellofan torbanın daxilinə ilkin vizual baxış keçirilməsi bildirilmişdir. Bundan sonra üzərində “Ferrari” yazısı olan həmin sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrıayrılıqda şəffaf sellofana bükülü narkotik vasitənin olması ehtimal edilən naməlum maddələrin olduğu məlum olmuşdur. Bundan sonra şifahi sorğu-sual zamanı o, **-BG-*** nömrə nişanlı, qara rəngli, “KİA OPTİMA” markalı minik avtomobili vasitəsilə arvadı Şahid7 ilə birlikdə gəldiyini, həmin ərazinin yaxınlığında övladı ilə birlikdə arvadının həmin avtomobildə onu gözlədiyini bildirmiş, daha sonra həmin nəqliyyat vasitəsinin yaxınlıqda olduğu yer müəyyən edilərək əməliyyat müvəkkilləri həmin nəqliyyat vasitəsində sürücü qismində əyləşmiş Şahid7 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs götürülmüş sellofan torbanın daxilinə baxış keçirilməli olduğu barədə ona məlumata verildikdən sonra hər iki şəxs Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində “Ferrari” yazısı olan, göy rəngli bir ədəd sellofan torbanın daxilinə keçirilmiş baxış zamanı üzərində üzərində “Ferrari” yazısı olan göy rəngli 1 ədəd sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketin içərisində ayrı-ayrılıqda şəffaf sellofana bükülü qablaşdırma ilə birgə çəkisi 8 (səkkiz) qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Daha sonra Daha sonrakı tədbirlərdə o, iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bəzən isə ünvan 8 ünvanında da yaşayırlar. Onun və Təqsirləndirilən şəxs Renad adlı azyaşlı oğlu vardır. Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsini bitirmiş və ali təhsillidir, lakin hazırda işsizdir. Təxminən 10 il olar ki, Tural Ağazadə adlı şəxslə tanış olmuşdur. Turalı adını xatırlamadığı qrup yoldaşı vasitəsilə tanımışdır. Elnurla tanış olduqda isə Turalın onların ortaq tanışı olduğunu öyrənmişdir. Təqribən Elnur saxlanılmamışdan 5-6 ay əvvəl Elnurun narkotik vasitə istifadə etdiyindən şübhələnməyə başlamışdır. Qısa müddətdən sonra Elnurun narkotik vasitə istifadə etdiyinin şahidi olmuşdur. Elnur həmin narkotik vasitələri Tural Ağazadədən əldə eldiyini ona demişdir. Həmçinin Elnurun narkotik vasitə istifadə etməsi səbəbindən bir neçə dəfə onunla mübahisələri olmuşdur. Sonuncu dəfə, hadisədən 3-4 gün əvvəl Elnurun mobil telefonda narkotik barədə danışığının şahidi olmuş və elə bu səbəbdən də onunla ciddi mübahisələri olmuşdur. Hətta Elnura onunla boşanmaq istədiyini bildirmişdir. Bundan sonra Elnur ona bir daha narkotik vasitə istifadə etməyəcəyi barədə söz vermişdir. 29 sentyabr 2021-ci il tarixdə Elnur ondan idarə etdiyi “Kia” markalı, "Optima” modelli nəqliyyat vasitəsi ilə onu Abşeron rayonunun Masazır qəsəbəsinə aparmağı xahiş etmişdir. Elnurun gödəkcəsi Abşeron rayonunun Masazır qəsəbəsində olan mənzildə qaldığından və onu götürmək istədiyini bildirdiyindən onunla getməyə razılıq vermişdir. O, son zamanlar onun hərəkətlərinə görə nəqliyyat vasitəsini idarə etmək üçün ona verməmişdir, ona görə də, onu qeyd olunan yerə aparmağı xahiş etmişdir. Hətta Elnura güvənmədiyi üçün ona taksi ilə getməyini də bildirmişdir, lakin pulunun olmadığını demişdir. Odur ki, 29 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yaşadıqları mənzildən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, mənzil 31 ünvanında yerləşən yaşadıqları mənzilə getmişlər, Elnur həmin mənzildə olan gödəkcəsini götürmüş, yenidən avtomobilə əyləşib şəhərə qayıtmaq üçün yola düşdükdə, təxminən 1 kilometr getdikdən sonra Elnur nəqliyyat vasitəsini saxlamağını bildirdiyindən avtomobili saxlamışdır. Elnur avtomobildən düşüb ara küçəyə girmiş, o özü isə azyaşlı uşağı ilə birlikdə onu avtomobildə gözləməyə başlamışdır. Həmin vaxt saat 21 radələri olmuş, 10-15 dəqiqə ərzində Elnur geri qayıtmadığı üçün narahat olmuş, onun mobil telefonuna zəng etdikdə zənglərinə cavab vermədiyi üçün Turala məxsus mobil telefona zəng etməli olmuşdur. Tural Elnurla əlaqə saxlamağa çalışacağını ona dedikdən sonra Elnur ona zəng etmiş, nə üçün zənglərinə cavab vermədiyini soruşduqda görüşdüyü şəxslə danışdığını demişdir. Elnurun zənglərinə cavab verməməsi, həmçinin gec qayıtmasını gördükdə əvvəlki ünvandan müəyyən qədər uzaqlaşmışdır. Elnurla danışdıqdan sonra onun vanında bir neçə tanımadığı şəxslə ona tərəf yaxınlaşmışlar. Bu zaman həmin şəxslər onları araşdırma aparılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinə dəvət etmişlər. X3 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilsə də, qanunsuz dövriyyəsi ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. 30 sentyabr 2021-ci il tarixdə yaşadıqları ünvan 3 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən 16 ədəd metadon həblərin, nə vaxt və kim tərəfindən gətirilməsindən və evdə gizlədilməsindən heç bir məlumatı olmamışdır. Ola bilsin ki, o, Masazır qəsəbəsində olan mənzillərində olanda Elnur onları gətirmişdir. Tural Ağazadə 30-32 yaşlarında, orta boylu, dolu bədən quruluşlu, saçının ön tərəfi tökülmüş vəziyyətdə olan bir kişidir. Dəqiq ünvanını bilməsə də, Abşeron rayonunun Xırdalan şəhərində yaşadığını bilir. Onun mobil telefon nömrəsi ***-***-**-**-dır. Tural Ağazadə 1-2 dəfə ünvan 3 ünvanında yerləşən yaşadıqları mənzilə gəlmişdir. Tural Ağazadə maşın alveri ilə məşğul olduğu üçün Elnurla əsasən bu mövzu barədə söhbət etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 7/1004 nömrəli məhkəmə bioloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəki 5,950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5.950 qram, tədqiqata sərfiyyatdan sonra 5.930 qram qalıq qalmışdır. (cild 01, iş vərəqə 64-66) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/4316 nömrəli məhkəmə kimyəvi ekspertizanın ekspert rəyinə əsasən ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzildə aşkar edilmiş "Methadone 40...Faran” göstəriciləri olan 02 ədəd blisterdə ümumilikdə 16 ədəd dərman tabletlərinin tərkibində narkotik vasitə-metadon olduğu müəyyən edilmişdir. Həmçinin 16 tabletdə metadonun təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,64 qram təşkil edir. ünvan 7 ünvanda axtarış aparılarkən aşkar edilmiş üzərində “GHRP-6.5MG" yazısı olan istehsal tamlığı pozulmamış 1 ədəd şüşə flakonda ağ rəngli toz şəkilli küllənin tərkibində təsiredici maddənin heksarelin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş göy rəngli sellofan torbanın içərisində olmuş ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd polietilen bağlamada təmiz çəkisi 119.6 qram ağ rəngli toz şəkilli maddə kütləsinin kimyəvi tərkibinə görə salisil turşusu olması müəyyən edilmişdir. Heksarelin və salisil turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına və 18 mart 2016-cı il Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılarına», habelə "Zəhərli maddələrin siyahlarına” daxil deyildir. Metadon tabletlərinin sayı 16 ədəd olmuş, tədqiqata 2 ədəd sərf edilmiş, 14 ədədi qalıq qalmışdır. Salisil turşusu 119,60 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, GHRP-6.5MG” yazısı olan flakondan 1 qram istifadə olunmuşdur. (cild 01, iş vərəqə 67- 72) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X4 X13in Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 779 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəliyim psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai ləhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. (cild 02, iş vərəqə 69-70) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X1 2105 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 71-72) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi və götürülməyə dair” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsi istiqamətində göy rəngli sellofan torba içərisində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz olaraq gəlirilmiş külli miqdarda narkotik vasitələrin daşıması güman edilən əlində göy rəngli sellofan torba ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi Əməliyyat idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq orada yaxınlıqda olan sonuncunun həyat yoldaşı Şahid7 idarə etdiyi «KİA OPTİMA» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsinin inzibati binasına gətirilərək həmin gün saat 22:10-da Təqsirləndirilən şəxs əlində olmuş göy rəngli sellofan torbaya keçirilmiş baxış zamanı həmin torbanın üzərində “Ferrari” yazısı olan göy rəngli 1 ədəd sellofan torba olması, daxilində bir ədəd şəffaf sellofan paketinin içərisində ayrı ayrılıqda şəffaf sellofan bükülü 2 ədəd büküm olmaqla bir bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, digər bükümdə isə ağ rəngli, toz halında, narkotik vasitə kokainə oxşar maddə olması, aşkar edilmiş maddələr «QuickS» markalı elektron tərəzi ilə çəkilərək yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddənin qablaşdırma ilə birgə çəkisinin 8 (səkkiz) qram, ağ rəngli, toz halında, narkotik vasitə kokainə oxşar maddənin qablaşdırma ilə birgə çəkisinin isə 133 (bir yüz otuz üç) qram olduğu müəyyən edilmiş, göy rəngli sellofan torba, torbanın içərisindəki maddələrlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin, göstərilən baxış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı video kameradan istifadə edilərək aparılmış videoçəkiliş aparılmışdır. (cild 01, iş vərəqə 12-13) İş materiallarında olan Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq idarəsinə gətirilmiş “KİA OPTİMA" markalı **- BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2021-ci il tarixdə saat 22:45 radələrində baxış keçirilərkən avtomobilin salonundan X2 məxsus AE801852 nömrəli sürücülük vəsiqəsi, Şahid7 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X5 məxsus 094457 nömrəli doğum haqqında şəhadətnamə və “Samsung” markalı 1 ədəd planşet, həmçinin həmin nəqliyyat vasitəsinin şəhadətnaməsi aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 17) İş materiallarında olan Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “axtarış keçirilməsi və götürülməyə dair” protokoldan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakları sonuncunun razılığı ilə sonuncunun yaşadığı ünvan 10 ünvanda xx.xx.2021-ci il tarixdə saat 00:25-də axtarış aparılarkən həmin mənzilin mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdə üzərində "Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həb, yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən 2 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “axtarış keçirilməsi və götürülməyə dair” protokoldan görünür ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakları sonuncunun razılığı ilə yaşadığı Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, mənzil 31 ünvanda xx.xx.2021-ci il tarixdə saat 00:25-də axtarış aparılarkən həmin mənzilin yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən içərisində ağ rəngli maddə olan üzərində “GHRP- 6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 35-36) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “CD-R diskləri üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, CD-R markalı disklərdən birinin üzərinə «nəqliyyat vasitəsinə və Tbilisi prospektində olan mənzilə baxış» sözləri yazılmışdır, digər CD-R markalı disklərdən birinin üzərinə «Masazırda olan mənzilə və narkotik vasitələrə baxış» sözləri yazılmışdır. Üzərinə «nəqliyyat vasitəsinə» və «Tbilisi prospektində olan mənzilə baxış» sözləri yazılmış CD-R markalı disk «HP 2011x» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində «nəqliyyat vasitəsinə baxış» və «Tbilisi prospekti mənzilə baxış» adlanan 02 ədəd video fayllar olduğu müəyyən edilir. Həmin video fayllardan «nəqliyyat vasitəsinə baxış» adlanan video fayla yerləşdirilmiş 07 dəqiqə 26 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakları ilə "KİA OPTİMA" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən avtomobilin salonundan X2 məxsus AE801852 nömrəli sürücülük vəsiqəsi, Şahid7 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X5 məxsus 094457 nömrəli doğum haqqında şəhadətnamə və “Samsung” markalı 1 ədəd planşetin, həmçinin həmin nəqliyyat vasitəsinin şəhadətnaməsinin götürülməsi müşahidə edilir. Elə həmin video fayllardan «Tbilisi prospektində olan mənzilə baxış» adlanan video fayla yerləşdirilmiş 23 dəqiqə 12 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakları sonuncunun razılığı ilə yaşadığı ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzilin mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdə üzərində “Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40" yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həb, yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən 2 ədəd bıçaq aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs isə həmin həbləri tanışı Tural rayondan gələndə ona saxlamaq üçün verdiyini bildirməsi müşahidə olunur. Üzərinə «Masazırda olan mənzilə və narkotik vasitələrə baxış» sözləri yazılmış CD-R markalı disk «HP 2011x» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində «narkotik vasitələrə baxış», «masazır mənzilə baxış», «güclü təsir edən maddəyə baxış» və «bıçaq və metadona baxış» adlanan 04 ədəd video fayllar olduğu müəyyən edilmişdir. Həmin video fayllardan «narkotik vasitələrə baxış» adlanan video fayla yerləşdirilmiş 2 dəqiqə 57 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində Təqsirləndirilən şəxs götürülmüş üzərində "Ferrari” yazısı olan göy rəngli sellofan torbanın daxilinə keçirilən baxış zamanı aşkar edilmiş 2 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddələrin elektron tərəzidə çəkilməklə baxış keçirilməsi, həmin göy rəngli torbanın 1 ədəd sellofan torbanın daxilində bir ədəd şəffaf sellofan paketinin içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar kütlə olması, «QuickS» markalı elektron tərəzi ilə qablaşdırma ilə birgə çəkildikdə çəkisinin 8 qram olması, göy rəngli sellofan torbanın içərisində olan digər bükümdə isə ağ rəngin toz halında maddə olması, «QuickS» markalı elektron tərəzi ilə qablaşdırma ilə birgə çəkildikdə çəkisinin 133 qram olması və götürülməsi müşahidə olunur. Həmin video fayllardan «masazır mənzilə baxış» adlanan video fayla yerləşdirilmiş 18 dəqiqə 35 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyataxtarış şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakları sonuncunun razılığı ilə yaşadığı Masazır qəsəbəsi, Qurtuluş 93, bina 68, mənzil 31 ünvanda axtarış aparılarkən həmin mənzilin yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən içərisində ağ rəngli maddə olan üzərində "GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakon aşkar edilərək götürülməsi müşahidə olunur. Həmin video fayllardan «güclü təsir edən maddəyə baxış» adlanan video fayla yerləşdirilmiş 50 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun razılığı ilə yaşadığı ünvan 7 ünvanda axtarış aparılarkən həmin mənzilin yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarı hissəsində olan rəfin üzərindən aşkar edilib götürülmüş içərisində ağ rəngli maddə olan üzərində “GHRP-6.5MG” yazısı yazılmış 1 ədəd şüşə flakona baxış keçirilməsi müşahidə olunur. Həmin video fayllardan «bıçaq və metadona baxış» adlanan video fayla yerləşdirilmiş 53 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkən müəyyən edildi ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi Təhqiqat şöbəsi tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun razılığı ilə yaşadığı ünvan 5 ünvanda axtarış aparılarkən həmin mənzilin mətbəx mebelinin sol künc hissəsində yerləşən açıq rəfdən aşkar edilmiş üzərində "Methadone 40” yazısı olan kəsik halda 1 ədəd konvalyutda 6 ədəd həb, həmin mətbəx mebelinin soyuducuya yaxın rəfinin içərisindən üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyutda 10 ədəd həblərin, yataq otağında yerləşdirilmiş paltar dolabının yuxarısında olan rəfindən aşkar edilərək götürülmüş 2 ədəd bıçaq metal xətkeşlə uzunluqları ölçüldükdə birinin tiyəsi ilə birlikdə uzunluğu təqribən 245 mm və digər bıçağın tiyəsi ilə birlikdə uzunluğu 160 mm olması müşahidə olunur. (cild 01, iş vərəqə 203-205) İş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-1601/22 saylı məktubla istintaqa təqdim olunmuş 01 ədəd «CD» disk yaddaşına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid7 istifadəsində olmuş ***-***-**- ** və “Tural” adlı şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixdək daxil olan və çıxan telefon danışıqları və SMS məlumatlarına aid anten dairəsinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs öz adına olan ***-***-**-**, istifadəsində olan 52205162 saylı mobil telefon nömrələri ilə mütəmadi olaraq “Tural” adlı şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrə, həmçinin xx.xx.2021-ci il tarixdə telefon danışıqları aparmış, ona görə də, qeyd olunan 01 ədəd «CD» disk elektron maqnit məlumat daşıyıcısı olduğundan xx.xx.2022-ci il tarixli qərarla sübut növü kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (cild 01, iş vərəqə 220-221) Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vərəqə 01) İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi AR CM-in 234.1-ci maddəsi ilə başlansa da, Təqsirləndirilən şəxs heç bir əsaslandırma aparılmadan, şübhənin mahiyyəti barədə hər hansı qənaətə gəlinmədən AR CM-in 206.3.2, 234.4.1 və 234.43-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 39-40) Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilərək, hüquq və vəzifələri elan edilmişdir. (cild 01, iş vərəqə 79-80, 84-86) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-575/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 101- 105) Həmçinin, cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2021-ci il tarixli qərarda da istintaqın AR CM-in 234.1-ci maddəsi ilə aparılması qeyd edilmişdir. (cild 01, 116-118) İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, AR CM-in 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı sübut aşkar olunmamışdır. (cild 01, iş vərəqə 123) İş materiallarında olan xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəsini, Tural və Cavid adlı şəxslərin şəxsiyyətlərini, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxsləri müəyyən etmək mümkün olmadığından, həmin xüsusatların araşdırılması barədə tapşırıq verilmişdir. (cild 01, iş vərəqə 127-128) İş materiallarında olan əməliyyat tapşırıqlarına cavab verilməsinə dair xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəsini, Tural və Cavid adlı şəxslərin şəxsiyyətlərini, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxsləri, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə “Nicatın və onun narkotik alverçisi” olması barədə sms mətnin yazan ********** nömrəsindən istifadə edən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 28) İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən AR CMin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 01, iş vərəqə 138-139) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. (cild 02, iş vərəqə 09-12) İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, eləcə də Şahid7 istifadəsində olan mobil nömrələrlə “Tural”adlı şəxsin istifadəsində olmuş mobil nömrə arasında yazışmalar qeydə alınsa da, həmin sms mətnlərində cinayət işi üzrə əhəmiyyətli ola biləcək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat mövcud olmamışdır. (cild 02, iş vərəqə 14) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Lakin, ibtidai istintaq orqanı, nəinki Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayətinin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığını nəzərə almamış, eyni zamanda narkotik vasitənin mənbəsini, narkotik vasitəni və ya psixotrop maddəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxsləri müəyyən etmədiyi halda onun mücərrəd, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsini iddia etmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması, eləcə də külli miqdar təşkil etməməsi Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilmiş 5,950 qram qurudulmuş marixuana və ümumi təsir maddəsi 0,64 qram təşkil edən 16 ədəd metodon həbləri hər biri ayrı-ayrılıqda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən, şəxsi istehlak miqdarından cüzi miqdarda çox olmaqla, (marixuananın şəxsi istehlak miqdarından artıq həddi 5 qram; metodunun şəxsi istehlak miqdarından artıq həddi-0,02 qram) külli miqdar təşkil etmir. İbtidai istintaq orqanı narkotik vasitənin şəxsi istehlak miqdarından müəyyən qədər çox olmasını satış məqsədinin mövcudluğu ilə əlaqəndirmişdir. Lakin, narkotik vasitənin şəxsi istehlak miqdarından çox olması birmənalı olaraq satış məqsədinin olmasını təsdiq edə bilməz. Həmçinin, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlanmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn nağd pul, narkotik vasitəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatların sübut kimi təqdim edilməsi zəruridir. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs, satış məqsədi ilə narkotik vasitəni əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, məhkəmədə iş üzrə dindirilmiş şahidlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud satması barədə hər hansı məlumat əldə edə bilməmişlər. Həmçinin, onlara daxil olmuş əməliyyat məlumatında konkret olaraq, narkotik vasitələrin satışı ilə bağlı xüsusatların olub-olmaması barədə məlumata sahib olmamışlar. Eləcə də, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onları satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə tərkibi eyni zamanda Təqsirləndirilən şəxs onun mənzilində 16 ədəd metadon həblərinin olmaması, yalnız 6 ədəd metadon həbinin olması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, xx.xx.2021-ci il tarixli “axtarış keçirilməsi və götürülməyə dair” protokol, həmçinin, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam təkzib edilir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə üzərində "Methadone 40...Faran” göstəricisi olan, 16 (on altı) ədəd həbdən ibarət olmaqla təsir maddəsinin ümumi miqdarı 0,64 qram təşkil edən narkotik vasitə hesab olunan metadonu əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında saxladıqdan sonra, Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud və Əliağa Vahid küçələrinin kəsişməsinin yaxınlığında yerləşdirilmiş "Ferrari” sözü yazılmış sellofan torbanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,950 qram təşkil edən bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı şəxsi istifadə məqsədi ilə əldə edərək özündə saxlayaraq daşımış, həmin gün saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi ilə Əliağa Vahid küçəsinin kəsişməsində saxlanılaraq əlindəki sellofan torbaya baxış keçirildikdə bir ədəd bükümdə təmiz çəkisi 5,950 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 00:25 dəqiqədə yaşadığı ünvan 4 ünvanında axtarış aparılarkən həmin mənzildən üzərində “Methadone 40...Faran" göstəricisi olan, 16 (on altı) ədəd həbdən ibarət olmaqla təsir maddəsinin ümumi miqdarı 0,64 qram təşkil edən narkotik vasitə hesab olunan metadon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə 2000 manat cərimə cəzasına məhkum olmuş, xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. xx.xx.2016-cı il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə olan cinayət işinin icraatına Nəsimi rayon Məhkəməsinin AR CPM-nin 40.2.2.-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində residiv halı müəyyən edilmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan əsasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(004)-575/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 42, 79-80,101-105) Təqsirləndirilən şəxs barəsində olan sorğu məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü X6 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji X12 Şəxs»in 01 aprel 2022-ci il tarixli 1508 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,930 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, narkotik vasitə hesab olunan üzərində "Methadone 40” yazılan olan ekspertiza tədqiqatından sonra qalıq miqdarı 14 ədəd təşkil edən dərman tabletləri, Təqsirləndirilən şəxs mənzildən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə, onların prekorsları, güclü təsir edən maddə və zəhərli maddə hesab edilməyən 119,60 çəkidə salisil turşusu və GHRP- 6.5MG” yazısı olan flakonda heksarelin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarında olan 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 181 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,930 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq miqdarı 14 ədəd təşkil edən "Methadone 40” dərman tabletləri, 119,60 qram çəkidə salisil turşusu və GHRP- 6.5MG” yazısı olan flakonda heksarelin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işi materiallarında olan 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 181 manat 90 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar