Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2023 14.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, X1, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, X6, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 və “Arbitr” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 07 dekabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 bükümdə ümumi təmiz çəkisi 8,396 qram küllü miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla saxlamış, 07 dekabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3əşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılmış və orada müdafiəçinin iştirakı və video çəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, 02 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,368 qram və 8,028 qram olmaqla, kimyəvi tərkib komponentlərinə görə eyni olan, ümumi təmiz çəkisi 8,396 qram olan küllü miqdara qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni iki ədəd bükümdə təmiz çəkisi 8,396 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib üzərində daşımaqla saxlamış, 07 dekabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 6şən Xətai RPİ-nin 36-cı PB-nə aparılmış və orada video çəkilişlə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,368 qram və 8,028 qram olmaqla, kimyəvi tərkib komponentlərinə görə eyni olan, ümumi təmiz çəkisi 8,396 qram olmaqla küllü miqdar təşkil edən, kustar üsulla hazırlanmış, qəhvəyi rəngli herion narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xəstəliyi ilə əlaqədar narkotiklərdən istifadə etmişdir. O, gündəlik 0,3, 0,5 və hətta elə hallar olmuşdur ki, 1 qram da narkotik vasitə istifadə etmişdir. O, narkotiki çəkməklə istifadə etmişdir. Narkotikdən istifadə etdiyi üçün qohumlardan bacardığı qədər gizlətməyə çalışmışdır. O, aşkar edilib götürülən narkotiki özünün istifadəsi üçün alıb əldə etmişdir. Ona görə də o, özünü yalnız narkotikin istifadəsində təqsirli bilmişdir. O, saxlanılarkən də istifadəçi kimi saxlanılmış, hətta bu barədə ona bildirilmiş, lakin buna baxmayaraq sonradan ona 234.4.3-cü maddə ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü polislər onu evdən götürmüş, sonra aparıb 36-cı PB-nə təhvil vermişlər. Onu tutan şəxslər şəxsi baxışda iştirak edən şəxslər olmamışlar. Təhqiqatçının təklifi ilə o, üzərində olanları çıxarıb stolun üzərinə qoymuşdur. Onun üzrində 8 qrama qədər narkotik olmuşdur ki, həmin narkotik cəmi bükümdə olmuş, bükümlərdən birinin içində isə iki büküms olmuşdur. O, aşkar edilib götürülən həmin narkotiki tutulmazdan 2 gün əvvəl 250 manat pul ödəməklə “Kubinka” adlanan yerdən əlbəəl tanımadığı bir şəxsən almış, evdə bilməsinlər deyə çöldə gizlətmişdir. O, narkotiki aşkar olunduğu formada almış, özü bükümlərə bölməmişdir. Lakin video çəkilişdə narkotiki “zakladka” yolu ilə, yəni tanımadığı birinə online pul ödəmək yolu ilə satıcının qoyduğu və ya qoydurduğu yerdən götürməklə əldə etdiyini bildirmişdir. O, mobil telefonu olmamış, ondan mobil telefon götürülməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, evin içindən götürülsə də, polis bölməsində ona qarşı heç bir zorakılıq edilməmiş, ona işgəncə verilməmişdir. Odur ki, o, prokurorluğa və s. orqanlara şikayət etməmişdir. Ona verilən ittiham satışla bağlı olduğu üçün o, etiraz əlaməti olaraq bəzi sənədləri imzalamamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Yasamal rayonu, «Kubinka» adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə və ya psixotrop maddə lazım olduqda ondan ala biləcəyini demişdir. Odur ki, ona narkotik vasitə lazım olduqda «Kubinka» adlanan yerə gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində «Kubinka» adlanan yerə gedib həmin şəxsi taparaq onunla görüşmüş, həmin şəxsə 250 manat pul verib ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 02 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini gətirib vermişdir. O, narkotik vasitə olan heroini bədənində ağrılar olan zaman istifadə etməsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 07 dekabr 2022-ci il tarixdə isə, saat 20:30 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdşalrı ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, özünü müdafiə etmək məqsədi ilə həmin maddələri bir gün əvvəl “İnsagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsin verdiyi hesaba 250 manat pul göndərdikdən sonra qoyulduğu yerdən şəxsi istifadə məqsədi ilə götürdüyünü bildirmişdir. Əslində isə o, həmin heroini şəxsi istifadə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 250 manata əldə etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində 02 ədəd bükümün olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilən zaman bükümlərdən birinin 8,65 qram, içərisində 02 ədəd büküm olan maddələrin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,47 və 0,53 qram olması müəyyən edilmişdir. Onun təqdim etdiyi bükümlər 02 ədəd bükümdə olduğu üçün təhqiqatçı tərəfindən bir yerdə bükülmüş digər 02 ədəd bükümlər yenidən 01 bükümdə bükülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, mobil telefon istifadə etməmiş, heç bir mobil nömrəsi olmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxsi istədiyi vaxt tapa bilmədiyi üçün sonuncunu tapan zaman narkotik vasitəni bir qədər çox almışdır ki, bir müddət istifadə edə bilsin. Ailə üzvlərinin onun narkotik vasitələrdən istifadə etdiyini bilmədikləri üçün narkotik vasitəni yaşadığı mənzilə qoymayıb üzərində saxlamışdır ki, ailə üzvlərindən kiminsə əlinə düşməsin. İlkin araşdırma zamanlı həyəcanlı olduğundan, eyni zamanda məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həmin maddələri “İnsagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsin verdiyi hesaba 250 manat pul göndərdikdən sonra qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Əslində isə o, həmin heroini şəxsi istifadə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 250 manata əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: 63-65). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilçn Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini qeyd edib ifadəsində göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bölmə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuş və tədbirdə qrupun üzvü kimi Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Vüsal Bayramlı da iştirak etmişdir. Bundan sonra o, və Vüsal birlikdə məlumat əsasında saat 20-20:30 radələrində ünvan 9 ünvanının qarşısına getmiş, və həmin vaxt onlar xarici əlamətlərinə görə bir nəfər şəxsin, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs orada olmasını və özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar hələ əməliyyat tədbiri keçirilməzdən əvvəl onlara məlum olmuşdur. Saxlanılan zaman da Təqsirləndirilən şəxs özünü xx xxxxxx 1992-cı ildə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi, D3, ev 3-də qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu, Q.Məmmədov küçəsi 5, mənzil 39-da yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Fuada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Xətai RPİ-nin 36cı PB-nə dəvət etmiş və etirazlar olmadıqda Fuadı 36-cı PB-nə apararaq barəsində araşdırma aparılması üçün rəhbərliyin göstərişi ilə təhqiqatçı Faiq Şahverdiyevə təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, sonuncu həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini ona izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl Fuada üzərində qeyri-qanuni hər hansı əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmişdir. Fuad da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün ala bilməsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin şəxsən tanımadığı şəxsin ona göndərdiyi hesaba 250 manat pul köçürdüyünü, sonra isə gedib narkotik vasitəni qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Sonra Fuadın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Fuadın təqdim etdiyi bükümlərə baxış keçirilmiş və baxış zamanı həmin bükümlərdən birinin içərisində 02 ədəd bükümün olması aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Fuadın üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 01 ədəd sellofan bükümlərdən birinin 8,65 qram, bir yerdə bükülmüş digər 02 ədəd bükümlərin 0,47 qram və 0,53 qram olması müəyyən edilmişdir. Fuadın təqdim etdiyi bükümlər iki ədəd bükümdə olduğu üçün təhqiqatçı Faiq Şahverdiyev bir yerdə bükülmüş digər iki ədəd bükümləri yenidən bir büküm halında bükmüşdür. Bundan sonra axtarışda iştirak edən şəxslərin iştirakı ilə Fuadın üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fuadın özü tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, onlara daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz əldə olunub saxlanması və daşınması, həmçinin istifadəsi ilə bağlı olmuşdur. Narkotik vasitələrin satışı bağlı onlarda məlumat olmamışdır. İstər saxlanılarkən, istər PB-nə aparılarkən və ya istərsə də PB-də üzərində şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qarşı polis tərəfindən hər hansı fiziki və ya mənəvi təzyiqlər olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı – əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmadığını, əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz əldə olunub saxlanması və daşınması, həmçinin istifadəsi ilə bağlı olmasını, Təqsirləndirilən şəxs saxlanılarkən, PBnə aparılarkən və ya PB-də üzərində şəxsi axtarış mərhələsində ona qarşı polis tərəfindən hər hansı fiziki və ya mənəvi təzyiqlərə yol verilmədiyini bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən baxılan iş üzrə narkotik vasitələrin qanunsuz istifadəsində, qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında və daşınmasında şübhəli bilinməklə saxlanılmış Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarışda Təqsirləndirilən şəxs özü, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, müdafiəçi – Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili X5 və videoçəkilişi aparan polis mayoru Ramil İsmayılov iştirak etmişlər. Şəxsi axtarış və götürmə videolentə alınmaqla aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan qanunsuz predmetləri, o cümlədən narkotik vasitələri təqdim etməsi təklif edildikdən sonra sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunun bükümlər açılıb baxılmış, bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli heroin narkotik vasitəsinə bənzər maddəni olduğu myəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri şəxsi istifadəsi üçün ala bilməsi üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin şəxsən tanımadığı şəxsin ona göndərdiyi hesaba 250 manat pul köçürdüyünü, sonra isə gedib narkotik vasitəni qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkiləri bir bükümdə 8,65 qram, digər bir bükümdə iki ədəd kiçik bükümlərdə 0,43 və 0, 53 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin videogörüntüləri olan 01 ədəd CD-R formatlı disk protokola əlavə edilmişdir (iş vərəqə: 30- 31). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «CD-R diskə yüklənmiş videogörüntülərə baxış keçirilməsi haqqında» 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü çıxarıb təqdim etməsi və bükümlərə baxış keçirilməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış nəticəsində videogörüntülərin «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 dekabr 2022-ci il tarixli protokolun məzmununda qeyd olunanlarla uyğun olduğu müəyyən edilmişdir (iş vərəqə: 51-52). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən bir ədəd CD-R formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, diskdə olan videogörüntülər müvafiq olaraq məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 dekabr 2022-ci il tarixli protokolun və «CD-R diskə yüklənmiş videogörüntülərə baxış keçirilməsi haqqında» 08 dekabr 2022-ci il tarixli protokolun məzmununa uyğundur və pozuntular müəyyən edilməmişdir (iş vərəqə: 32). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 6/6938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksləri olan, “1. “imza” Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,368 qram, 8,028 qram, ümumi təmiz çəkisi 8,396 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq edilmiş həmin protokoldan görünür ki, təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiq olunan rəyə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olması barədə məlumatlar əlavə edilmişdir (iş vərəqə: 38-42). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 94-95). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 8,396 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,296 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmin qərardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd CD-R formatlı disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 102-112, 135). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: 114-115). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda herion narkotik vasitəsi əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda herion narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, maddi sübut və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda herion narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən ifadələrində ondan aşkar edilmiş heroin narkotik vasitəsini satış məqsədilə əldə etdiyini heç vaxt etiraf etməmiş, əksinə narkoman olduğunu, aşkar olunan həmin narkotik vasitəni Bakı şəhərinin «Kubinka» adlanan ərazisində şəxsiyyətini tanımadığı şəxsə 250 manat ödəməklə şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı müdafiə edib ittiham aktında göstərilən sübutlardan başqa, istintaq orqanının əməliyyat tapşırığına əməliyyat xidməti tərfindən verilən cavaba istinad edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiq olunduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanı tərəfindən verilən 10 dekabr 2022-ci il tarixli aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin (satmış şəxsi), təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı konkret halların, təqsirləndirilən şəxsin başqa cinayətlərin törədilməsində iştirakının olub-olmamasını və s. müəyyənləşdirmək barədə əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən verilən 16 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, xidmət tərəfindən Təqsirləndirilən şəxs heroin narkotik vasitəsi əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müsbət nəticə əldə edilməmişdir. Tədqiq olunan 16 yanvar 2023-cü il tarixli həmin cavabda, həmçinin qeyd edilmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Bu xüsusatla bağlı ilk növbədə qeyd olunmalıdır ki, əməliyyat xidmətinin əməliyyat tapşırığına verdiyi 16 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Əməliyyat xidmətinin «daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur» kimi bir cavabı isə konkret mənbəyə deyil, yoxlanılmamış bir məlumata əsaslanmış, istintaq orqanı qarşısında fikir formalaşdırmaq məqsədi güdmüşdür və mötəbər deyildir. İş materiallarından və konkret olaraq ittiham aktından görünür ki, əməliyyat xidmətinin əməliyyat tapşırığına verdiyi 16 yanvar 2023-cü il tarixli cavab iş üzrə sübut növü kimi qiymətləndirilməmiş, sübut növü kimi ittiham aktına əlavə edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Xətai RPİ-nin 36-cı PB-nin CA xətti üzrə əməliyyat müvəkkili məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 tərəfindən tərtib olunan 07 dekabr 2022-ci il tarixli raportla, eyni şəxs tərəfindən eyni tarixdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs konkret olaraq satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında deyil, onun narkotik vasitələri qanunsuz qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatının onun narkotik vasitələri qanunsuz əldə olunub saxlaması və daşıması, həmçinin istifadəsi ilə məşğulş olması ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlarda məlumat olmadığını göstərmişlər. Həmçinin məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ondan götürülən narkotik vasitəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Komunikasiya İdarəsindən əldə olunan sənədlərlə eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına mobil nömrə mövcud olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokollar, həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin nümayişi ilə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılıb 36-cı PB-nə gətirilən gün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli şəxs kimi tutulmuş, lakin şəxsin aşkar edilib götürülən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıması ilə heç bir əlavə sübut toplamadan materiallar üzrə əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən 2 ədəd bükümdəki heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 8,396 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 07 dekabr 2022-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən narkotik vasitənin 8,396 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində onun ittihamda göstərilən ünvandan deyil, evindən götürülməsi, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkillərinin onun saxlanılmasında iştirak etməmələri bağlı göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 93). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan və şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun onun şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müvafiq məhkəmənin 09 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmış və bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 8,296 qram heroin narkortik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 8,296 qram heroin narkortik vasitəsi məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1009/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1009/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver