Məhkəmə qərarları › İş №1(101)-1009/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1009/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 115 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxx 1993-cü il tarixdə Füzuli rayonu, Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı Orxan adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tamah niyyətilə 18 iyun 2023-cü il tarixdə saat 09:40 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Orxan adlı şəxs yaxınlıqda pusquda dayanmış, o isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi istiqamətində piyada hərəkət edən Zərərçəkmiş şəxs1 arxadan yaxınlaşaraq sonuncunun sol qolunun altında saxladığı 10 manat dəyərində bir ədəd pulqabını və həmin pulqabının içərisində olan 13 manat pulu sonuncunun gözü qarşısında götürüb Zərərçəkmiş şəxs1 pul kisəsini qaytarması barədə çağırışlarına məhəl qoymayaraq oradan Orxan adlı şəxslə birlikdə qaçaraq uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 23 (iyirmi üç) manat maddi ziyan vuraraq özgənin əmlakını açıq olaraq talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı Sənan adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tamah niyyətilə 22 iyun 2023cü il tarixdə saat 16 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Sənan adlı şəxs yaxınlıqda pusquda dayanmış, o isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Bakı Dəmir Yolu sərnişin vağzalının inzibati binasında yerləşən “KFC” restoranına girib həmin restoranda Zərərçəkmiş şəxs2 masanın üzərinə qoyaraq sifariş vermək üçün kassaya yaxınlaşmasından istifadə edərək sonuncuya məxsus 854 manat dəyərində “İphone 11 pro max” markalı, 256 GB yaddaş tutumlu mobil telefonu 4 manat dəyərində bir ədəd 077-468-05- 71 saylı GSM nömrəsi ilə birlikdə götürüb Sənan adlı şəxslə birlikdə oradan uzaqlaşmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 854 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 04 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən “Mərkəz” adlanan sahədə saxlanılaraq 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:30 dəqiqədə üzərində axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 4,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 5.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, bir neçə ildir narkotik vasitə istifadə edir. Bununla bağlı müalicə də almışdır. Nərimanov rayonu ərazisində, “Çapayev”də yerləşən evlərində olarkən əməliyyatçılar gəlib onu evdən soyğunçuluqla bağlı aparmışlar. Evdə o zaman anası və müdiri olmuşdur. Həmin əməliyyatçılar anasına “qaçkınkom” adı ilə zəng vuraraq gəlmişlər. İdarəyə aparanda üzərinə evdə baxış keçirməmişlər. Polislər idarədə ona soyğunçuluqla bağlı sual verdikdə etiraf etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman onda narkotik vasitə olmamışdır. Çəkilişdə narkotik olmasını təzyiq altında bildirmişdir. Çünki polislər tərəfindən döyülmüşdür. İbtidai istintaqda Orxan və Sənan adlı şəxslə oğurluq, soyğunçuluq etməsi barədə ifadəni oxumadan imzalamışdır. Orxan adlı şəxslə “Sahil bağı” adlı parkda küçədə gecələyərəkən tanış olmuşdur. Söhbət zamanı Orxanın da onun kimi narkotik vasitə istifadəçisi olduğunu və küçədə gecələdiyini bilmişdir. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə səhər tezdən narkotik almaq üçün Binəqədiyə “sentralni” deyilən yerə getmişdir. Orxan da orada olmuşdur. Ora narkotik almaq üçün gəlmiş, lakin narkotik ala bilməmişlər. Soyğunçuluğu tək etmiş, Orxan yanında olmamışdır. Orada sadəcə olaraq uşaqlar onları bir yerdə görmüşlər. Pulqabını götürüb qaçdıqdan sonra taksiyə minmiş, pulqabında vəsiqə, kart, bir də on üç manat pul olmuşdur. Vəsiqə ilə kartı taksidə qoymuşdur. Orxanla pulu bölüşməmişdir. Sənan adlı şəxsi isə bir aya yaxın müddətdir ki tanımışdır. “KFC”-də stolun üzərindən telefonu götürüb getmişdir. Həmin vaxt Sənan yanında olmamışdır. Həmin telefonu sonra 20 yanvarda şəxsiyyət vəsiqəsi təqdim etmədən satmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmişdir. 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Füzuli rayonu Dədəli kəndində anadan olmuş, Füzuli rayonu Dədəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 160-da yaşamışdır. O, 2016-cı il tarixdə X6 ilə evlənmişdir. Onun Zeynəblə nikahından Nilay Fərəczadə adlı və Yağmur Fərəczadə adlı iki qızı olmuşdur. Nilayın 7 yaşı və Yağmurun 5 yaşı olmuşdur. Təxminən 2020-ci il tarixdə o, Zeynəbdən rəsmi olaraq boşanmış, uşaqları anası Radə ilə birlikdə yaşamışdır. Təxminən 3 ildir o, narkotik vasitə heroin və təxminən 6 aydır psixotrop maddə metamfetamin istifadə etmişdir. O, Bakı şəhəri “Sahil bağı” adlı parkda Orxan adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı o, Orxanın da onun kimi narkotik vasitə istifadəçisi olduğunu və küçədə gecələdiyini bilmişdir. 2023-cü ilin iyun ayının ortalarında saat 07 radələrində o, Orxanla birlikdə Binəqədi rayonu Mədəniyyət evinin yerləşdiyi əraziyə getmişlər. Həmin ərazidə olarkən onlar bir nəfər yaşlı qadının qarşılarından keçməsini, sonra həmin qadının orada yerləşən “Oba” adlı mağazaya daxil olduğunu görmüşlər. Orxan qadının arxası ilə həmin mağazaya daxil olmuş, o, isə küçədə gözləmişdir. Biraz sonra Orxan mağazadan çıxıb onun yanına gəlmiş, ona həmin qadının alış-veriş etməsini, əlində pulqabının olmasını, həmin pulqabında pulların olmasını, pulqabını qadının əlində qəflətən alaraq qaçmağını demişdir. O, Orxanla birlikdə həmin qadının mağazadan çıxmasını gözləmiş, qadın mağazadan çıxdıqdan sonara qadının arxası ilə təxminən 200 metr irəliləmiş, həyət evlərinin olduğu küçə ilə qadın addımladığı zaman ətrafda heç kimin olmadığını görüb qadın istiqamətində qaçaraq qadına yaxınlaşmış, o, qadının əlində olan qara rəngli pulqabını qəflətən qadının əlindən alıb qaçmış, Orxan da onun arxasınca qaçaraq oradan uzaqlaşmışlar. Bundan sonra onlar ağ rəngli markasını bilmədiyi xarici markalı taksi avtomobilinə əyləşib “Azadlıq” metrostansiyasının yaxınlığına getmişlər. Yolda olarkən o, qadının əlindən aldığı pulqabını oturacağın üzərinə qoymuş, Orxan həmin pulqabını götürmüş və içərisini açdıqda 12 manat nağd pulun və "xxxx" ASC-yə məxsus bank kartının olmasını görmüşlər. O, pulu götürüb cibinə qoymuş, bank kartı və pulqabı Orxanda qalmışdır. Onlar “Azadlıq” metrostansiyasının yaxınlığında taksidən düşmüş, o, taksi sürücüsünə həmin puldan 4 manat yol haqqı ödənişi etmişlər. Sonra o, Orxanla söhbət edərkən narkotik istifadəçisi olduğundan, həmin zaman ağrılarının olması səbəbindən ona həmin qadının əlindən pulqabını alıb qaçmağa məcbur etməsini demiş və aralarında sözlü mübahisə yaranmışdır. Sonra onlar “Ayna Sultanova” parkına getmişlər. O, Orxan onu parkda gözləməsini, mağazadan su alıb gələcəyini demiş, çıxıb getmiş, lakin Orxanın yanına qayıtmamışdır. 22 iyun 2023-cü il tarixdə saat 16 radələrində o, tanışı Sənanla birlikdə 28 may Metrosunun yaxınlığında yerləşən Bakı Dəmir Yolu vağzalında olmuşdur. O, Sənanla 2023-cü ilin iyun ayında tanış olmuşdur. O, dəmir yolunun vağzalının gözləmə zalında bir neçə dəqiqə oturub dincəlmək qərarına gəlmişdir. Sənan onu çöldə gözləyəcəyini demişdir. Bundan sonra o, dəmir yol vağzalının binasına, orada yerləşən “KFC” adlı restorana daxil olmuşdur. Həmin vaxt o, masaların birinin üstündə bir ədəd əl çantasının olduğunu və çantanın üstündə “İphone” markalı bir ədəd mobil telefonun olduğunu görmüşdür. O masanın arxasında heç kimin olmadığını görmüş və telefonun sahibinin restoranda sifariş verdiyini yəqin etmişdir. O, həmin telefonu götürüb dərhal restorandan çölə çıxmışdır. O, Sənanın yanına gedərək restorandan bir ədəd mobil telefon oğurladığını demişdir. Sənan telefonu götürüb baxmış və birlikdə “20 yanvar” metrosunun yerləşdiyi əraziyə gedib telefonu satmalarını demişdir. O, Sənanla birlikdə həmin əraziyə getmişlər. O, telefonu satması üçün Sənana vermişdir. Sənan telefonu satmaq üçün orada yerləşən mağazalardan birinə girmiş, o, isə Sənanı mağazanın çölündə gözləmişdir. Bir neçə dəqiqə sonra Sənan gələrək mobil telefon kodda olduğu üçün mağaza sahibinin almaqdan imtina etdiyini demişdir. Onlar mağazanın qarşısında olarkən bir nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq telefonu almaq istədiyini demişdir. Həmin şəxs telefon üçün Sənana 60 manat pul vermiş və telefonu alıb aparmışdır. Bundan sonra o, Sənanla birlikdə pulun bir hissəsini siqaretə, yeməyə və digər gündəlik tələbat mallarına xərcləmişlər. Pulun qalan hissəsindən Sənan ona 10 manat pul vermişdir. Bundan sonra o, Sənanla sağollaşıb yaşadığı evə getmişdir. Bir neçə gün sonra o, həmin 10 manat pulla “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən bir büküm heroin alıb istifadə etmişdir.04 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Binəqədi rayonu “Mərkəz” adlanan ərazidə piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə saxlamağında və narkotik vasitədən, psixotrop maddədən istifadə etməyində şübhəli olduğunu bildirib onu 43-cü PB-nə gətirmişlər. Polis bölməsində olarkən otaqların birində saat 20:30-da polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış və narkotik vasitə, başqa psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra onun polis əməkdaşına təqdim etdiyi psixotrop maddə metamfetamin sellofan bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürləmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Onun üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus psixotrop maddə metamfetaminin təmiz çəkisinin 4,562 qram olmasını bilmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, qadındakı pulqabında olan pulla narkotik vasitə əldə etmək üçün həmin pulqabını qəflətən alaraq qaçmışdır. Orxanla söhbət zamanı onun sürətli qaçdığını, cəld olduğunu, onun qadının əlindən qəflətən pulqabını alıb qaçmağını demiş, o, da razılaşmışdır. Pulqabının içərisində şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə məxsus bank kartı və bir ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları olmuşdur. O, 12 manat puldan 4 manatını taksi sürücüsünə vermiş, 8 manatı özündə qalmış, həmin pulu daha sonra şəxsi ehtiyacı üçün xərcləmiş, bank kartı və şəxsiyyət vəsiqəsi pulqabının içərisində Orxanda qalmışdır. O, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini 04 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 15 manata almışdır. O, narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. O, Sənanın soyadını və ata adını, yaşadığı ünvanı və əlaqə vasitələrini bilməmişdir. O, "KFC” restoranından oğurladığı telefonu satdığı şəxsi tanımamışdır. O, oğurladığı telefonun kimə məxsus olduğunu bilməmişdir. Həmin telefon boz rəngli, “İphone 11 pro max” markalı, işlək və salamat vəziyyətdə olmuşdur (İİ cild, səh. 21-25). 7.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, evinə bazarlıq etmək üçün Binəqədidə “Araz” marketə getmiş, marketdə təxminən 5-10 dəqiqə ərzində olmuş və bazarlıq etdikdən sonra mağazadan çıxaraq “Oba" marketə getmişdir. O, həmin marketdə də özünə lazım olan əşyaları alıb mağazadan çıxmışdır. O, aldığı əşyaları iki ədəd sellofan torbada hər iki əlində tutmuşdur. Pulqabını isə qolunun altında sıxıb saxlayaraq piyada olaraq yaşadığı ev istiqamətində getmişdir. Arxa tərəfdən bir nəfər şəxs ona yaxınlaşıb sol qolunun altında olan pulqabını götürüb qaçmışdır. Pulqabının içində pensiya kartı, şəxsiyyət vəsiqəsi, Araz kartı, 10 manat, üç-dörd dənə də manatlıq olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda şikayətçi olmadığını bildirmişdir. 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Füzuli rayonu Qaradağlı kəndində anadan olmuş və oğlu Vüsalla birlikdə Bakı şəhərində yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və təqaüdçü olmuşdur. 18 iyun 2023-cü il tarixdə saat 09 radələrində evinə bazarlıq etmək üçün Binəqədi “Mərkəz” adlanan ərazidə yerləşən “Araz” adlı marketə daxil olmuşdur. O, marketdə təxminən 5-10 dəqiqə ərzində olmuş və bazarlıq etdikdən sonra mağazadan çıxaraq həmin “Mərkəz” adlanan ərazidə yerləşən “Oba" adlı marketə getmişdir. O, həmin marketdə də özünə lazım olan əşyaları alıb mağazadan çıxmışdır. O, aldığı əşyaları iki ədəd sellofan torbada hər iki əlində tutmuşdur. Pulqabını isə sol qolunun altında sıxıb saxlayaraq piyada olaraq yaşadığı ev istiqamətində getmişdir. O, C.Cabbarlı küçəsində piyada olaraq yaşadığı evə doğru gedərkən arxa tərəfdən bir nəfər şəxs ona yaxınlaşıb sol qolunun altında olan pulqabını içərisində olan əşyalarla birlikdə götürüb qaçmışdır. Həmin şəxs dayanmamış və qaçmağa davam etmişdir. O, həmin şəxsə qışqırıb pulqabını qaytarmasını demiş və eyni zamanda kömək istəmişdir. Lakin, ətrafda heç kim olmadığı üçün onun köməyinə gələn olmamışdır. O, həmin şəxsin arxasınca qaçmağa çalışmış, lakin, yaşlı olduğu üçün qaça bilməmişdir. Həmin şəxs onun pulqabını qaytarmamış və qaçıb getmişdir. O, evə gedərək yaşadığı evdə olan özünə məxsus ***-***-**-** nömrəli telefonla 102-yə zəng edərək pulqabının içərisində olan əşyalarla birlikdə oğurlanması barədə ərizə yazmışdır. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Pulqabının içərisində olan əşyalarla birlikdə oğurlanması ilə bağlı polis əməkdaşı onun ərizə və izahatını almışdır.Zərərçəkmiş şəxs1 həmçinin, ifadəsində göstərmişdir ki, ona məxsus bir ədəd pulqabı, pulqabının içərisində 13 manat pul, özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, "xxxx"a məxsus təqaüd kartı olmuşdur. Pulqabı qara rəngli, uzunluğu 20 sm, hündürlüyü 14 sm ölçüdə olmuş, üst tərəfdən zəncirbəndlə açılıb bağlanmış, dörd ədəd cibi olmuşdur. O, pulqabının markasını bilməmişdir. O, pulqabını təxminən 3-4 il əvvəl 14 manata almış, hadisə zamanı qiyməti təxminən 10 manat olmuşdur. 13 manat pul bir ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq əskinasdan İbarət olmuşdur. O, pulqabını götürüb qaçmış şəxsi tanımamışdır. Həmin şəxsin təxminən 28-32 yaşı olmuş, orta boylu, arıq bədənli, bığsız olmuşdur. Həmin şəxsin əynində göy rəngli cins şalvar və ağ-göy rəngli zolaqlı qısa qol köynək olmuşdur. O, həmin şəxsi görəcəyi halda həmin əlamətlərdən tanıya bilmişdir (İ cild, səh. 121-123). 9.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, iyun ayının ortaları saat 4-5 aralığında semestr imtahanından çıxaraq “KFC” restoranına getmişdir. Orada sifariş verməyə gedərkən telefonunu stolun üstündə qoymuşdur. Qayıtdıqda telefonunun stolun üstündə olmadığını görmüş və polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs hal-hazırda şikayətçi olmadığını bildirmişdir. 10.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhərində anadan olmuş və valideyinləri ilə birlikdə Bakı şəhəri X18 qəsəbəsində yaşamışdır. O, Avrasiya Universitetinin 1-ci kursunun Filologiya ingilis dili ədəbiyyat fakültəsində təhsil almışdır. O, 22 iyun 2023-cü il tarixdə saat 16 radələrində yemək yemək üçün 28 may Metrosunun yaxınlığında yerləşən Bakı Dəmir Yolu sərnişin vağzalının inzibati binasında yerləşən “KFC” restoranına getmişdir. O, restoranın içərisinə daxil olduqdan sonra boş olan sol tərəfdən ikinci masaya yaxınlaşdır. O, çantanı həmin masanın üzərinə, özünə məxsus “(phone 11 pro max” mobil telefonu isə həmin çantanın üzərinə qoymuşdur. Bundan sonra o, yemək sifariş vermək üçün kassaya yaxınlaşmış və oradan yemək sifariş vermişdir. Bundan sonra o, masada əyləşib sifariş verdiyi yeməyin hazırlanmasını gözləmişdir. Bir neçə dəqiqə sonra onun sifariş verdiyi yemək hazır olmuş və o, həmin yeməyi götürmək üçün kassaya yaxınlaşmışdır. O, sifariş verdiyi yeməyi götürmüş və masaya yaxınlaşmışdır. Həmin vaxt o, çantanın üzərinə qoyduğu “İphone 11 pro max” markalı mobil telefonunun yerində olmadığını görmüşdür. O, yaxınlıqda yerləşən masada əyləşmiş bir qadın və bir kişi cinsli şəxsdən telefonunu kimin götürdüyünü görüb-görmədiklərini soruşmuşdur. Həmin şəxslər ona telefonunu kimin götürdüyünü görmədiklərini demişlər. O, həmin şəxslərin mobil telefonu ilə oğurlanmış telefonunda olmuş ***-***-**-** saylı nömrəyə zəng etmişdir. Lakin, ona məxsus nömrəyə zəng çatmamışdır. Bundan sonra o, həmin telefonu ilə anası Mehribana zəng edərək məlumat vermişdir. O, bir ədəd telefonunun oğurlanması barədə restoranın işçilərinə məlumat vermişdir. Restoranın işçiləri video 8 müşahidə kamerasına baxmış, sonra ona bir nəfər cavan oğlanın ona məxsus telefonu masanın üzərindən götürüb qaçdığını demişlər. Anası Mehriban onun yanına gəldikdən sonra o, X11 Polis İdarəsinə gedərək bir ədəd mobil telefonunun oğurlanması barədə ərizə yazmışdır.Polis əməkdaşı onun izahatını almışdır. Ona məxsus telefon tapılmamışdır. Zərərçəkmiş şəxs2 həmçinin, ifadəsində göstərmişdir ki, ona məxsus oğurlanmış bir ədəd mobil telefon boz rəngli, “İphone 11 pro max” markalı, 256 GB yaddaş tutumlu olmuşdur. O, telefonu 2022-ci ilin oktyabr ayında 1200 manata almışdır. Telefonu aldığı zaman istifadə edilmiş vəziyyətdə olmuşdur. Telefon işlək və salamat vəziyyətdə olmuşdur. Bundan başqa telefonda ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin nömrənin qiyməti təxminən 4-5 manat olmuşdur. Telefonun İMEİ kodu **********31695 və **********04927 olmuşdur. O, telefonunu götürmüş şəxsi, həmin şəxsin telefonunu götürdüyünü və restorandan getdiyini görməmişdir. O, restorana tək getmişdir. Telefonunun oğurlandığını aşkar etdikdən sonra o, yaxınlıqda yerləşən masada əyləşmiş şəxslərdən telefonunu kimin götürdüyünü soruşmuşdur. Həmin şəxslər telefonu kimin götürdüyünü görmədiklərini demişlər. O, telefonu istifadə etdiyi üçün dəyəri düşmüşdür. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5046/2023 saylı rəyində göstərilmiş “İphone 11 pro max” mobil telefonunun 2023-cü ilin iyun ayına qiymətinin 850 manat və ***-***-**-** saylı nömrənin qiymətinin isə 4 manat dəyərində olması ilə razı olmuşdur (İ cild, səh. 180-182). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs2 ona zəng edərək “KFC” restoranında “İphone 11 pro max” mobil telefonunun oğurlandığını bildirmişdir. Qızı ilə birlikdə polisə gedərək izahat yazmışdır. 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 04 iyul 2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində narkotil maddə saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəisə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid3 və o daxil olmuşdur. 04 iyul tarixdə axşam radələrində, saat 18-19 arası Binəqədidə “mərkəz” adlanan ərazidə Təqsirləndirilən şəxs oxşar şəxsi görmüşlər. Yaxınlaşıb özlərini təqdim edərək şəxsi bölməyə dəvət etmişlər. Bölmədə xidməti iş otağında üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərində narkotik maddə aşkar edilmişdir. Saxlanılan zaman və bölmədə təqsirləndirilən şəxsə qarşı hər-hans formada zor tətbiq edilməmişdir. 13.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. Füzuli rayonu Dədəli kəndində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 160-da yaşayan xx xxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlamaqla Binəqədi rayonu ərazisində daşıması barədə 04 iyul 2023-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 43-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Mehti oğlu və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində o, Şahid3lə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən “Mərkəz” adlanan sahədə olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X9a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. X9 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Fərəcova müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Fuad Məmmədova etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Fuad Məmmədovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Fuad Məmmədov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X9 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid3 iştirak etmişdir. Polis əməkdaşı Elvin Bəylərbəyov isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin “patı” adı ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. X9 metamfetaminə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri imzalandıqdan sonra ekspertiza tədqiqat üçün götürülmüşdür. X9 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar.Şahid2 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 4,562 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamini Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, Elşən 4,562 qram metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır (İ cild, səh. 129-132). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Mehti oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması, daşıması barədə İsa Hüseynova əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi Binəqədidə “mərkəz” deyilən ərazidə saxlayaraq polis bölməsinə aparmışlar, təhqiqatçının otağında videoçəkilişlə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman üzərindən psixatrop maddə “patı” aşkar olunmuşdur. Şəxs özü də narkotikdən istifadə etdiyini bildirmişdir. Üzərindən uzun zaman keçdiyindən bəzi halları unutmuşdur. 15.Məhkəmə iclasında Şahid3 Mehti oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. Füzuli rayonu Dədəli kəndində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 160-da yaşayan xx xxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlamaqla Binəqədi rayonu ərazisində daşıması barədə 04 iyul 2023-cü il tarixdə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur.Əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat müvəkkili Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən “Mərkəz” adlanan sahədə olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X9a təhvil vermişlər. X9 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Fərəcova müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Fuad Məmmədova etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Fuad Məmmədovun iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Fuad Məmmədov heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X9 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Polis əməkdaşı Elvin Bəylərbəyov isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. O, Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa maddə aşkar etməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin “patı” adı ilə tanıdığı metamfetamin olduğunu, metamfetamini istifadə etmək üçün həmin gün səhər saatlarında Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını bildirmişdir. X9 metamfetaminə bənzər maddəni bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş, üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı üçün götürülmüşdür. X9 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 4,562 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə 43-cü polis bölməsinə məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamini Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı İlə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, Elşən 4,562 qram metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır (İ cild, səh. 133-136). 16.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Narkotik vasitə istifadəçisidir. İyunun 24-ü “Qaçqınkom”un adı ilə ev verilməsi ilə bağlı ona zəng edilmiş, ailə üzvləri ilə maraqlanılmışdır. Toyda olduğunu bildirmişdir. İyunun iyirmi səkkizi günorta həmin nömrəyə zəng etmişdir. Ondan oğlunu soruşduqda evdə olduğunu bildirmişdir. Ailə üzvlərinin evdə olmalı olduğunu bildirmişlər. Üç nəfər gəlmişdir. Çay qoymaq istədikdə həmin şəxslər bildirmişlər ki, polisdirlər və oğlunu aparmışlar, hansı əsasla apardığını soruşduqda bölməyə yaxınlaşdıqda məlumat veriləcəyini demişlər. Daha sonra “Qaçqınkom”un adı ilə zəng vuran nömrəyə yığdıqda 43-cü polis bölməsinə yaxınlaşmalarını bildirmişlər. Polis bölməsində ona oğlunun bir qadına zərər vurduğu deyilmişdir. Oğlunun evdən aparılmasını bütün qonşuları görmüşdür. 17.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ustadır, yaşadığı məhəlllədə santexnik işinə baxır. İyul ayının 28-də məhəllədə dönərçinin sahibi ilə söhbət edərkən dörd nəfər şəxsin saat 16.00 radələrində Elşəni apardığını və anasının da dalınca qaçdığını görmüşdür. Ayın tarixi ona görə dəqiq yadında qalmışdır ki, usta olduğu üçün qeydiyyat kitabçası vardır. Həmin kitabçada kimin işinə saat neçədə ayın neçəsində getməli olduğu qeyd edilir. Ona görə həmin tarix onun dəqiq yadındadır. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3626 nömrəli ekspert rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri, “1. Təqsirləndirilən şəxs (imza)..” sözləri və yazılar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,562 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop 12 maddələri”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 40-44). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5046/2023 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 854,0 manat müəyyən olunur. O cümlədən: -1 ədəd 256 GB yaddaş tutumlu, “İphone 11 Pro Max” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 850,0 manat; -1 ədəd 077 *** ** ** saylı GSM nömrə - 4,0 manat. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir (İ cild, səh. 190-192). 20.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X2 barədə 20 iyul 2023-cü il tarixli, 4610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 204-205). 21.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 20 iyul 2023-cü il tarixli, 1990 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 206-208). 22.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 04 iyul 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bükümdəki maddənin “patı” olduğunu, həmin maddəni həmin gün səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs metamfetaminə bənzər maddəni bükümü ilə birlikdə ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və 243 nömrəli möhürlə möhürləmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 33-35). 23.«İfadənin yerində yoxlanılması haqqında» 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, C.Cabbarlı küçəsini göstərib, orada 18 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs1 arxa tərəfdən yaxınlaşıb qolunun altında olan pulqabını götürüb qaçdığını, tanışı Orxanın yaxınlıqda onu gözlədiyini, sonra Orxanla birlikdə oradan uzaqlaşdıqlarını, pulqabında təxminən 12-13 manat pulun, bir ədəd şəxsiyyət vəsiqəsinin və bir ədəd bank kartının olduğunu bildirmişdir (İ cild, səh. 224-227). 24.«Şəxsin tanınması haqqında» 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, tanınmaya təqdim etmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs göstərib həmin şəxsi tanıdığını, həmin şəxsin 18 iyun 2023-cü il tarixdə saat 09:40 radələrində Binəqədi rayonu, C.Cabbarlı küçəsində piyada hərəkət edib yaşadığı ev istiqamətində gedərkən arxa tərəfdən ona yaxınlaşıb sol qolunun altında sıxıb saxladığı pulqabını içərisindəki əşyalarla birlikdə götürüb qaçdığını, pulqabında şəxsiyyət vəsiqəsi. 13 manat pul və təqaüd kartının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanıdığını, həqiqətən də həmin tarixdə, vaxtda və ünvanda Zərərçəkmiş şəxs1 pulqabını götürdüyünü bildirmişdir (İ cild, səh. 214-218). 25.«Baxış keçirilməsi haqqında» 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin küçədə 18 iyun 2023-cü il tarixdə saat 09 radələrində piyada gedərkən tanımadığı şəxsin arxa tərəfdən ona yaxınlaşıb sol qolunun altında saxladığı pul kisəsini alıb qaçdığını bildirmişdir (İ cild, səh. 61-63). 26.«Hadisə yerinə baxış keçirilməsi haqqında» 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə Bakı şəhəri Dəmir Yolu ərazisində yerləşən “KFC” restoranına baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 özünə məxsus “İphone 11 Pro Max” markalı mobil telefonunu restoranın girişində sol tərəfdə yerləşən 2-ci masanın üzərinə qoyduğunu, sifariş vermək üçün kassaya yaxınlaşdığını, sonra masaya geri döndükdə mobil telefonunun masanın üzərindən oğurlandığını aşkar etdiyini bildirmişdir (İ cild, səh. 148-150). 27.«Video görüntüyə baxış keçirilməsinə dair» 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, araşdırmaya sonradan adı məlum olmuş Təqsirləndirilən şəxs Bakı dəmir yolu sərnişin vağzalının inzibati ərazisində yerləşən “KFC” adlı restoranın içərisində dayanıb ətrafı müşahidə etdikdən sonra Zərərçəkmiş şəxs2 masasına yaxınlaşaraq həmin masanın yanında əyləşən xanımdan nə isə soruşmuş, sonra Zərərçəkmiş şəxs2 mobil telefonunu masanın üzərindən götürüb qaçaraq getmişdir (İ cild, səh. 151-152). 28.«Diskə baxış keçirilməsi haqqında» 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus pulqabının talanması ilə bağlı hadisə yerinin yaxınlığında yerləşən obyektən götürülmüş video müşahidə kamerasının qeydə aldığı bir ədəd “CD” diskə olan video görüntü götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video götüntüdə əvvəlcə bir nəfər şəxs, sonra isə digər bir nəfər şəxs ara küçədən qaçaraq asfalt yolu digər tərəfə keçmişdir (İ cild, səh. 200-202). 29.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd zərfdəki bir ədəd ədəd bükümdə olan təmiz çəkisi 4,562 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, metamfetaminin 0,1 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,462 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 № 63” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (İ cild, səh. 53-54). 30.«Sübutların qiymətləndirilməsi, ayrıca icraata cinayət işinin ayrılması və əməlin tövsif edilməsi haqqında» 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 04 iyul 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd CD disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu Bakı Dəmir Yolu sərnişin vağzalının inzibati binasında yerləşən “KFC” restoranından Zərərçəkmiş şəxs2 məxsus 854 manat dəyərində “İphone 11 pro max” markalı, 256 GB yaddaş tutumlu mobil telefonu 4 manat dəyərində bir ədəd ***-***- **-** saylı GSM nömrəli ilə birlikdə oğurlayarkən video müşahidə kamerasının qeydə aldığı videogörüntünün olduğu bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı Orxan adlı şəxslə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi ilə yaşadığı Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etdikdən sonra qaçarkən video müşahidə kamerasının qeydə aldığı videogörüntünün olduğu bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 245-262). 31.17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Orxan və Sənan adlı şəxslərin barələrində ibtidai istintaqın davam etdirilməsi üçün ayrıca icraata cinayət işi ayrılmışdır (İİ cild, səh. 5-7). 32.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman xəsarət aldığını bildirmiş, baxış zamanı dəri səthində yeni xəsarət izi aşkar edilməmişdir. 33.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 34.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 4(001)- 711/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 04 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 100-102). 35.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin 27 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya Qərarının 1.7-ci bəndinə əsasən cəzadan azad edilmişdir (İ cild, səh. 183-184). 36.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 40.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 49.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 50.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 51.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçada baxış zamanı dəri səthində yeni xəsarət izinin aşkar edilmədiyi qeyd edilmişdir. 52.Məhkəmə həmçinin dinidirilmiş şahidlər Şahid4 və Şahid5 ifadələrinə münasibətdə qeyd edir ki, onların təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə vermələri istisna olunmur. Həmin ifadələr iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. Belə ki, Şahid4 məhkəmədə verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs iyunun 28-i saxlanıldığını, Şahid5 isə usta olduğu üçün qeydiyyat kitabçası olduğundan ayın tarixinin dəqiq yadında qaldığını, Təqsirləndirilən şəxs iyul ayının 28-də saxlanıldığını bildirmişdir. «Şübhəli şəxsin tutulması haqqında» protokolda Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Göründüyü kimi şahidlər Şahid4 və Şahid5 ifadələri ziddiyyətli olmaqla həqiqəti əks etdirmir. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 55.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 56.Məhkəmə təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 57.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 60.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 63.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 65.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin 27 mart 2013-cü il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 66.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 67.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 68.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 71.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 72.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 73.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 74.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 75.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 76.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 77.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 79.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,462 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 80.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 81.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 82.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 83.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 84.Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 (iki yüz qırx) manat təşkil edir. 85.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 86.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180.2.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,462 qram psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar