Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1009/2025 27.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X12 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13 və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası Kirovokan rayonunun Böyük Qarakilsə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunandək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətədaşı “Vəli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq ona deyiləcək ünvanlara çatdırılması üçün sonuncudan narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi ünvan barədə məlumat aldıqdan sonra, satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş külli miqdarda 141,012 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 494 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və külli miqdarda 2797,1 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 18 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında əldə edib özündə saxlamaqla üzərində daşıyarkən, o, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 18 sentyabr 2024-cü il tarixdə saat 23:30-da ünvan 3 ünvanın qarşısında saxlanıldıqdan sonra videoçəkilişlə üstünün yoxlanılması keçirilən zaman əlindəki sellofan torbadan 01 ədəd bükümdə təmiz çəkisi 141,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 494 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1046,5 qram, 987,3 qram, 763,3 qram, ümumi təmiz çəkisi 2797,1 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə iclasında qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki - Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayında daxil olmuş məlumat əsasında Nərimanov rayonu ərazisində saxlamışlar. Şəxsin əlində olan göy sellofan torbanın içində narkotik vasitələr və psixotrop maddə olmuşdur. Video çəkiliş zamanı təqsirləndirilən şəxs həmin sellofandakı narkotik vasitələri və psixotrop maddəni göstərərək özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, hadisədən qabaq bu şəxs barəsində heç bir məlumatı olmadığını, şəxsin üzərində narkotik vasitələr və psixotrop maddə aşkar olunan zaman özünün də iştirak etdiyini, tədsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təsir olmadığını, təqsirləndirilən şəxsin üzərində bir neçə narkotik vasitə və psixotrop maddə aşkar olunduğunu, lakin növlərini və miqdarını xatırlamadığını bildirmişdir. Şəxsin özü narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını etiraf etdiyini, saxlanılan zaman təqsirləndirilən şəxsin əlində olan göy sellofanda narkotik vasitə və psixotrop maddə olduğunu, çəkiliş zamanı da həmin vasitələrin ona məxsus olmasını, iran vətəndaşından aldığını etiraf etdiyini bildirmişdir. Şəxs saxlanılan zaman torba onun əlində olmuş, sonradan çəkliliş aparılmış, çəkiliş edən əməkdaş başqası olmuş, şəxsi saxlayan zaman üzərində qeyriqanuni əşya olduğu halda təqdim edilməsi təklif olunduqdan sonra təqsirləndirilən şəxsin özü şəxsən narkotik vasitələri və psixotrop maddəni təqdim etmişdir. Şəxsin narktotik vasitələri və psixotrop maddəni neçəyə aldığını deməsini xatırlamadığını, şəxsi üzərində narkotik vasitələr və psixotrop maddə ilə tutub təhqiqatçıya təqdim etdiklərini, şəxsin həmin vasitələri tanımadığı şəxsdən alması, habelə narkotik vasitəıəri və psixotrop maddəni kimə çatdıracağını deyib-demədiyini xatırlamadığını, torbanın təqsirləndirilən şəxsin əlində olduğunu qeyd etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, - 18 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov rayonu, Mayakovski küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində göy sellofan olmuş, ona üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Şəxs özü göy sellofanı təqdim edərək bildirmişdir ki, içində narkotik vasitələr və psixotrop maddə var. İlkin əməliyyat çəkilişində də hər şey qeyd olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, çəkilişdə iştirak etdiyini bildirmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə torbanın təqsirləndirilən şəxsin əlində olub-olmadığını dəqiq xatırlamadığını, ancaq səhv etmirsə bağlamanın Rahidin əlində olduğunu, narkotik vasitələrin və psixotrop maddənin torbadan kimin çıxardığını xatırlamadığını, Təqsirləndirilən şəxs əlindəki torbanın göy rəngdə olduğunu bildirmişdir. Torbanın içindəki narkotik vasitələr və psixotrop maddə boşaldılan zaman çəkiliş olduğunu, çəkilişdən əvvəl təqsirləndirilən şəxslə heç yerə getmədiklərini, çəkilişin təqsirləndirilən şəxs saxlanılan zaman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi axşam saat 11-12 arası saxladıqlarını, narkotik vasitələrin və psixotrop maddəni hardan əldə etməsi və neçəyə alması barədə Təqsirləndirilən şəxs dediklərini xatırlamır, lakin bunlar hamısı çəkilişdə qeydə alınmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid1 adlı şahidin çəkilişi aparan əməkdaş olduğunu, o, saxlanılan zaman iştirak etmədiyini, çəkiliş aparılan zaman orada olduğunu, həmin əməkdaşın və digər şahidlər Şahid2, Şahid3 onu vurmadıqlarını bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında saat 11 və ya 12 aralığında X6 yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əlində göy sellofan torba olmuşdur. Ona torbanın içindəkiləri təqdim etməsini təklif etmişlər, sonuncu da narkotik vasitələri və psixotrop maddəni təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, istintaq zamanı verdiyi ifadəsinı təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir psixi və ya fiziki təsir göstərilmədiyini, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını etiraf etdyini bildirmişdir. O, çəkilişdə iştirak etdiyini, şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini, onun əlində göy sellofan torba olduğunu, çəkiliş zamanı təqsirləndirilən şəxsin əlindəki sellofan torbada olan narkotik vasitələri və psixotrop maddəni boşaltdığını, şəxsin narkotik vasitəni hardan əldə etdiyini və neçəyə aldığını, nə üçün istifadə edəcəyi barədə dediklərini xatırlamadığını bildirmişdir. Əməliyyat qrupunda 3 nəfər iştirak etdiklərini, təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitələri və psixotrop maddəni nə məqsədlə daşıdığını demədidiyini, əlində torba gedən zaman yaxınlaşıb özlərini təqdim etdiklərini, əməliyyat məlumatının kimə daxil olduğunu dəqiq xatırlamadığını bildirmişdir.
6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01);
7. «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 18 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin tarixdə saat 23:30-da ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış, bundan sonra ona videoçəklişlə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunduqdan sonra onun üstünün yoxlanılmasına başlanılmış, onun üzəri yoxlanılmazdan əvvəl ona paltarlarında, əşyalarında, bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisindən 03 ədəd sellofan bükümdə marixuanaya bənzər kütləni, 01 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər kütləni, 01 ədəd sellofan bükümündə tünd rəngdə spesifik qoxuya malik kütləni, əynindəki idman şalvarının ön sağ cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, 01 ədəd bank kartı və bir qutu siqareti təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və bir ədəd plastik kart götürülmüş, qalan əşyalar isə sonuncuya geri qaytarılmışdır. Daha sonra qurudulmuş marixuanaya bənzər 03 ədəd büküm kütlənin elektron tərəzidə çəkilərkən çəkisinin 03 kiloqram , 01 ədəd sellofan bükümün çəkisi 115 qram və digər 01 ədəd sellofan bükümdəki kütlənin çəkisinin isə 535 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitələrin qurudulmuş marixuana, digər bağlamalarda isə tiryək və metamfetamin olmasını, həmin kütlələri İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə gizlədilmiş yerdən əldə etdiyi, onun saxlanılması və üstünün yoxlanılması keçirildikdən sonra, həmin kütlənin qablaşdırıldığı saxlanılan şəxs tərtəfindən imzalandığı və götürüldüyü qeyd olunmuşdur. Bu barədə müvafiq protokol tərtib edilməsinə həmin yerdə lazımi şəraitin olmaması səbəbindən Təqsirləndirilən şəxs 18-ci PŞ-nə dəvət olunduqdan sonra birlikdə polis şöbəsinə getdikləri qeyd olunmuşdur. Videoçəkilişin görüntüləri DVD diskinə köçürülərək protokola əlavə edilmişdir (cild 01; i.v.8- 10);
8. “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01:15 dəqiqədə Nərimanov RPİ-nin 18-ci PŞnin təhqiqatçısı, polis mayoru X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə sözügedən PŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs 01 ədəd göy rəngli sellofan torbada olan ot şəkilli narkotik maddəyə bənzər kütlə, 01 ədəd sellofan torbava bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik maddə və 01 ədəd sellofan torbaya bükülmüş ağ rəngli, kristalşəkilli maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddələri özünü “Vəli” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından telefon vasitəsi ilə məkan və həmin yerin fotoşəkillərini göndərməklə yeri müəyyən etdikdən sonra İran vətəndaşının dediyi yerə aparıb təhvil vermək üçün 18 sentyabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində ünvan 5 binanın yaxınlığında yerləşən avtomobil qarajının kənarındakı daşın yanından götürmüş və özündə saxlamışdır. Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 13-30 radələrində Nərimanov rayonu Mayakovski küçəsi 35 saylı binanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra sonuncunun iştirakı ilə 01 ədəd Samsung S22 markalı mobil telefon, 01 ədəd Leo bank kartı və aşkar olunmuş narkotik maddəyə bənzər kütlələr qablaşdırılaraq üzəri 224 nömrəli möhürlə möhürlənmişdir (cild 01; i.v.37-38);
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 3-xx-xx/2957 - 7/1556 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli politilen bağlamada 3(üç) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda (qara,yaşıl, ağ rəngli) ayrı-ayrılıqda təmiz cəkiləri-1046,5 qram; 987,3 qram və 763,3 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi -2797.1 qramdır. Tədqiqata sərf edildi – 0,15 qram (hər obyektdən 0,05 qram), qalıq – 2796,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manatdır (cild.1, i/v 45-49);
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi üzrə məhkəmə ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №224 möhür əksi, şübhəli: Təqsirləndirilən şəxs...” və sair soyadlar, imzalar olan 02 ədəd bağlamadan birindəki 01 ədəd bükümdə təmiz çəkisi 141,012 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 494 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin ümumi çəkisi - 494 qramdır. Tədqiqata sərf edildi – 2 qram, qalıq – 492 qram tiryək. Metamfetaminin ümumi çəkisi – 141,012 qramdır. Tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 140,912 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manatdır (c.1, i/v 50-54);
11. 26 oktyabr 2024-cü il tarixli “DVD disklərinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli 02 ədəd DVD disklərə baxış keçilmişdir və müvafiq olaraq 1-ci video diskdəki görüntülərdən görünür ki, 18 sentyabr 2024-cü il tarixdə saat 23:00-da ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanıldığı və ona yaxınlaşaraq polis əməkdaşları olmalarını, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının olmasını bildirmələri, bundan sonra ona videoçəkliş tətbiq edilməklə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunduğu sonra onun üstünün yoxlanılmasına başlanıldığı, onun üzəri yoxlanılmazdan əvvəl ona paltarlarında, əşyalarında, bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin təqdim edilməsi təklif olunduğu, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisindən 03 ədəd sellofan bükümdə marixuanaya bənzər kütləni, 01 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər kütləni, 01 ədəd sellofan bükümündə tünd rəngdə spesifik qoxuya malik kütləni əynindəki idman şalvarının ön sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd bank kartı və bir qutu siqareti təqdim etdiyi sonra həmin kütlələr boş paketlərə qablaşdırıldığı, Təqsirləndirilən şəxs tərəfindən üzəri imzalandığı və həmin bağlamaların götürüldüyü, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanıldı və sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxid predmetə rast gəlinmədiyi, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon və bir ədəd plastik kartın götürüldüyü, qalan əşyalar isə sonuncuya geri qaytarıldığı, daha sonra qrudulmuş marixuanaya bənzər 03 ədəd bükümdəki kütlənin elektron tərəzidə çəkildiyi, çəkisinin 03 kiloqrqm olmasının müəyyən edildiyi, digər 01 ədəd sellofan bükümün çəkisinin isə 115 qram və digər 01 ədəd sellofan bükümdəki kütlənin çəkisinin 535 qram olduğunun müəyyən olunduğu, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitələrin qurudulmuş marixuana, digər bağlamalarda isə tiryək və metamfetamin olmasım, həmin kütlələri İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə gizlədilmiş yerdən əldə etdiyini bildirdiyi əks olunmuşdur. 2-ci video diskdəki görüntülərdən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunmuş, daha sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair qərar qəbul edilmiş, o və müdafiəçisi qərarla tanış olmuş, bundan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan sonra isə Təqsirləndirilən şəxs iştirakı ilə 01 ədəd Samsung S22 markalı mobil telefon, 01 ədəd Leo bank kartı və aşkar olunmuş narkotik maddəyə bənzər kütlələr qablaşdırılaraq üzərinin möhürləndiyinin əks olunduğu müəyyən edilmişdir. (c.1, i/v 113-114);
12. “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərfon MMC-dən daxil olmuş telefon məlumatlarına dair 01 ədəd diskə baxış keçirilmiş, həmin diskdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 14:09-da ***-***-**-** saylı mobil nömrəsindən “Yetim imkan varsa heresinnen yari verde, cixib gesen qaliram bele, gelende iwden pulun verimde Cunki kimse istiyir mennen qaliram bele” məzmunlu sms getmişdir. Başqa hansısa bir istintaq əhməyyəti kəsb edən məlumat müəyyən edilməmişdir (cild 1, i/v 126-128);
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6409 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN, OPİOİDLƏRİN və n birgə qəbul edilməsi nətiçəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, i/v 129-130);
14. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2740 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicəyə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur (cild.1, i/v 131-133);
15. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən onun üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarışın görüntülərinə dair 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi ümumi çəkisi -2797,1 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 141,012 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 494 qram narkotik vasitə tiryək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi və sübutetmənin predmeti olduğu nəzərə alınaraq, maddi sübut kimi tanınmış, ekspertiza tədqiqata sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın 2796,95 qram qalmış qalığı, narkotik vasitə tiryəkin qalmış 492 qram qalığı, psixotrop maddə metamfetaminin qalmış 140,912 qram qalığı, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 134-147);
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
16. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxsdən 5-10 qramlıq öz şəxsi istifadəsi üçün narkotik maddə olan “nəşə” götürməli idi. Həmin şəxs ona “kartıma 200 manat pul atarsan” demişdir. O, pulu göndərdikdən sonra konum atılan ünvana gedib görmüşdür ki, həmin ünvandakı bağlama çox böyükdür. Bağlamanı götürmədən arxaya çevrildiyi zaman, polis əməkdaşları onu tutaraq ona şillə-təpik atmışlar. O, İran vətəndaşından “tiryək və patı” istəməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs 3-4 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirərək, həmişə “Vəli” adlı şəxsdən narkotik vasitə almadığını, “Vəli” ilə sosial şəbəkədə tanış olduğunu, onunla 2-3 dəfə danışıq apardığını, 3-cü danışıqda narkotik vasitəni götürdüyünü bildirmişdir. 5-10 qram nəşə almaq üçün 200 manat ödəmiş, “Vəli”də ona “5 qram da artıq qoyacam, gedib götürərsən” demişdir. 1 övladının olduğunu, sürücü kimi işləyini və 8 aydır ki, tutulduğunu bidirmişdir. 200 manat pulu “e-manat” ödəmə terminalı vasitəsilə “Vəli” adlı şəxsin göndərdiyi karta atdığını, kartın nömrəsini xatırlamadığını, qəbzi də atdığını, göndərilən ünvandakı bağlamanın yaşıl rəngdə olduğunu, ancaq bağlamanı götürmədiyini bildirmişdir. Binadan çıxanda polislər ona şillə təpik ataraq maşına otuzduranda çəkiliş etmək yadlarına düşmüş, onu yenidən həmin yerə qaytarıb, paketi açıb, içindəkiləri düzərək çəkiliş aparıldığını, ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini bildirmişdir. Qətimkan tədbiri seçilərkən döyüldüyünü məhkəməyə deməmiş, telefonla yalnız iran vətəndaşı “Vəli” adlı şəxslə danışığı olmuş, başqa heç kimlə danışmamış, İranlı ilə iran nömrəsi ilə əlaqə saxlamışdır. O, 070-lə başlayan nömrədən istifadə etdiyini, nömrənin əvvəlini xatırlamadığını, ***-***-**-** onun nömrəsi olduğunu, ***-***-**-** nömrəsinin kimə məxsus olduğunu xatırlamadığını, 3 saylı istintaq təcridxanasında yoxlanılan zaman, xəsarət aşkar olunmadığını, 2-3 gün “MSY”də qaldığına görə üzündəki şillə izinin keçdiyini bildirmişdir. Ona şillə vuran polisi üzdən görsə tanıyar. Narkotik vasitənin qramını 10 manata aldığına görə, 200 manat məbləğində 15 qram narkotik alacağını, 5 qram da “Vəli” adlı şəxsin ona hədiyyə edəcəyini bildirmişdir. Vəli “kartıma 200 manat vur, sənə 5-10 qram artıq narkotik atacam” demiş, həmin artıq olan qramı da özü istifadə edəcəyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
19. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,5 qram olan Tiryək şəxsi istehlak miqdarından artıq miqdar, 50 qram olduqda isə külli miqdar, 5000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
20. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
21. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
22. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 4(005)- 1182/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.87-92).
24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01; i.v.116-117).
25. Elektron Məhkəmə informasiya Sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-ci il təvəllüdlü X10 adlı uşağı var.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
28. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
35.Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. 36.Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətədaşı “Vəli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq ona deyiləcək ünvanlara çatdırılması üçün sonuncudan narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi ünvan barədə məlumat aldıqdan sonra, satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş külli miqdarda 141,012 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 494 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və külli miqdarda 2797,1 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 18 sentyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında əldə edib özündə saxlamaqla üzərində daşıyarkən, o, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 sentyabr 2024-cü il tarixdə saat 23:30-da ünvan 3 ünvanın qarşısında saxlanıldıqdan sonra videoçəkilişlə üstünün yoxlanılması keçirilən zaman əlindəki sellofan torbadan 01 ədəd bükümdə təmiz çəkisi 141,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 494 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 03 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1046,5 qram, 987,3 qram, 763,3 qram, ümumi təmiz çəkisi 2797,1 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımışdır. 37.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). 38.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 39.Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. 40.Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. 41.Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. 42.Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. 43.Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs idai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. 44.İş materiallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs sadəcə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əldə olunmuş razılığa əsasən həmin şəxsdən təmiz 141,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 494 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1046,5 qram, 987,3 qram, 763,3 qram, ümumi təmiz çəkisi 2797,1 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşımışdır ki, bu da onun həmin şəxslə sadəcə narkotik vasitənin əldə edilməsi ilə bağlı həmin şəxsin ona narkotik vasitə göndərməsi ilə əlaqədar razılaşmalarının olmasının göstəricisidir. 45.Məhkəmə iclasında da təqsirləndirilən şəxsə bir neçə dəfə ünvanlanmış suala cavab olaraq o, “Vəli” ilə sosial şəbəkədə tanış olduğunu, onunla 2-3 dəfə danışıq apardığını, 3cü danışıqda narkotik vasitəni götürdüyünü, 5-10 qram nəşə almaq üçün 200 manat ödədiyini, “Vəli” də ona “5 qram da artıq qoyacam, gedib götürərsən” dediyini, 200 manat pulu “e-manat” ödəmə terminalı vasitəsilə “Vəli” adlı şəxsin göndərdiyi karta atdığını, kartın nömrəsini xatırlamadığını bildirmiş, göndərilən ünvandakı bağlamanın yaşıl rəngdə olduğunu görmüş, ancaq bağlamanı götürmədiyini, İranlı ilə iran nömrəsi ilə əlaqə saxladığını və nömrəni xatırlamadığını bildirmişdir. 46.CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. 47.CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 48.CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. 49.CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. 50.“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
51. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. 52.Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir. 53.Göründüyü kimi, həmin qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa (məhkəmə istintaqı zamanı isə ümümiyyətlə “Vəli” adlı iran vətəndaşından şəxsi istifadəsi üçün 5-10 qram nəşə almaq üçün ona 200 manat ödədiyini, sonuncun isə ona “5 qram da artıq qoyacam, gedib götürərsən” dediyini bildirmişdir) hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. 54.Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. 55.Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 56.Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. 57.Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
58. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 59.Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 60.Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 61.Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 62.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
63. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryək , külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. 64.Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda, eləcə də 182-ci bəndə əsasən isə narkotik vasitə Tiryək təmiz halda 50 qramdan artıq olduqda külli miqdar hesab olunur. Həmin qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. 65.Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı qanunsuz əşyaların külli miqdarda olmaqla bir neçə növ narkotik vasitə və psixotrop maddə (01 ədəd bükümdə təmiz çəkisi 494 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1046,5 qram, 987,3 qram, 763,3 qram, ümumi təmiz çəkisi 2797,1 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı) olması, habelə ibtidai istintaqda öz əməlini etiraf etməsi (ilkin izahatında, şübhəli çəxs qismində verdiyi ifadəsində etiraf edir, təqsirləndirilən şəxs qismində dindirilərkən isə “Vəli” adlı iran vətəndaşının onun üçün qoyduğu torbanın böyük olduğunu gördüyünü, həmin torbanı açmadığını, həmin vaxt polis əməkdaşları ona yaxınlaşdıqdan sonra torbanı götürəkək onlara təqdim etdiyini bildirir), müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan satışa dəlalət edən mesaj və şahid ifadələri) onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. 66.Təqsirləndirilən şəxsin mobil telefonuna baxış protokolundan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 14:09-da ***-***-**-** saylı mobil nömrəsindən “Yetim imkan varsa heresinnen yari verde, cixib gesen qaliram bele,gelende iwden pulun verimde Cunki kimse istiyir mennen qaliram bele” məzmunlu sms getmişdir, bu da onun məhkəməyə yalan söyləməklə öz ifadələrinə inam yaratmağa cəhd etməsinə baxmayaraq məhkəmə iclasında yalanının ifşa olunmasına dəlalət edir. 67.Narkotik vasitəni satmaq məqsədi olmadığını, öz şəxsi istifadəsi üçün götürdüyünü göstərsə də, məhkəmə onun həmin ifadəsini özünümüdafiə xarakterli və iş materiallarında olan sübutlarla uzlaşmayan ifadə kimi qiymətləndirir. 68.Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. 69.Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. 70.Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən hökmün təsviri hissəsində sadalanmış qanunvericilik aktlarının, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarının müddəalarını da nəzərə alır. 71.Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 72.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. 73.Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. 74.Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 75.Təqsirləndirilən şəxs himayəsində anasının, bir azyaşlı uşağının olması, yaşayış yer üzrə müsbət xarakterizə olması (CM-59.1.4) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.
76. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. (CM-61.1.1).
77. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (müəyyən edilmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə qurudulmuş marixuana, tiryək və metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 03 ədəd disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir.
78. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 79.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. 80.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
81. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
82. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. 83.Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi “De Fendo” Vəkil Bürosunun hesabına 160 (yüz altmış) manat məbləğində pul köçürülməlidir. 84.Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddı sübutların saxlancına verilmiş təmiz çəkisi -2796,95 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 140,912 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 492 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “De Fendo”Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 160 (yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Kamil Əliyev Hakimlər: Nigar İmanova Vüqar Seyidov