Məhkəmə qərarları › İş №1(101)-101/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-101/2020

23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2020 23.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən, Kərimov Novruz Ağakərim oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuro-metodisti Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisləri: x1, Abbasov Eldəniz Zakir oğlu, x12 və onların nümayəndəsi Nümayəndə2, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmamış 2005-ci və azyaşlı 2007-ci il təvəllüdlü olan iki uşağı olan, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2019-cu il tarixdə, saat 09 radələrində “BC” kateqoriyalı AE №617204 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ və baş etibarnamə əsasında idarə etdiyi “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz-Quba yolunun 22-ci kilometrliyində Quba rayonu Zərdabi qəsəbəsi ərazisində Quba şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və yol boyu təmin etməli olduğu halda bunlara əməl etməyərək qarlı hava şəraitində və qarlı yolda texniki cəhətdən mövsümə uyğun olmayan, naxışları yeyilmiş təkərlərlə avtomobili idarə edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və yaşayış məntəqəsindən kənarda, maksimum icazə verilən 90 km/saat sürətdən artıq sürətlə hərəkət etməməli olduğu halda bütün bunlara cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin tələbləri kobud şəkildə pozmaqla idarə etdiyi avtomobili 100 km/saat və daha artıq sürətlə hərəkət etdirmiş, ona görə də, sürüşkən yolda idarəetməni itirərək yolun qarşı hərəkət zolağına çıxmış və avtomobil sürüşüb fırlanaraq sağ yan tərəfi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford-Transit” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının ön tərəfinə çırpılmış, nəticədə “VAZ- 21102” markalı avtomobilin arxa oturacağında olan sərnişinlər Zərərçəkmiş şəxs4 hər iki gözün ağlı qışasında qansızmalar, başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ budun orta 1/3-nin iç səthində qançır, sağ bud sümüyünün orta 1/3-nin qapalı sınığı, başın yumşaq toxumalarının alt səthində yara sahəsinə qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızmadan ibarət həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər, x10 başın və bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyər toxumasının cırılıb dağılması və sol ağciyər toxumasına qansızma, qaraciyər və dalaq toxumasının cırılması, döş və qarın boşluğunda sərbəst qan kütləsinin yığılmasından ibarət həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölmələrinə, həmçinin avtomobildə qabaq oturacaqda əyləşmiş x4 bədənin çoxlu sıyrığı, başın yumşaq toxumalarının alt səthində təpə nahiyəsində məhdud qansızma, boyun döz və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol və sağ tərəfdə qabırğaların çoxlu qapalı sınıqları, sağ ağciyər toxumasının cırılıb dağılması və ağ ciyər toxumasına qansızma, qara ciyərin sağ payının toxumasının cırılması, döş və qarın boşluğunda sərbəst qan kütləsinin yığılmasından ibarət həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq Quba rayon mərkəzi xəstəxanasında ölməsinə, “Ford- Transit” markalı yük avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 alnında solda sıyrıq, sol qaşın üzərində əzilmiş cırılmış yara ilə müşayiət olunan sağlamlığına yüngül zərər vuran xəsarətlər almasına və “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi Zərərçəkmiş şəxs1 4649 (dörd min altı yüz qırx doqquz) manat maddi ziyan vurulmasına səbəb olaraq yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan 3 şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü 3 nəfər sərnişin ilə idarə etdiyi «VAZ-21102» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Xaçmaz rayonu, Padar kəndindən qaynı x19 şəhərinə işə gedirdi. Yoldan daha iki nəfər sərnişin götürmüş, iki oğlan uşağı maşının arxa oturacağında oturaraq Quba şəhərinə getməli idilər. Maşını texniki cəhətdən saz vəziyyətdə olmuş, hava təbii işıqlı olmuş, asfalt örtüyü isə qarla ortülmüşdür. Maşını saatda 50-55 km sürətlə idarə edirdi. Hadisə yerinə 100-120 metr çatmamış «Ford» markalı bir yük maşınının onun hərəkət zolağı ilə sürətlə hərəkət etdiyini görmüş, dəfələrlə maşının işıqlarını yandırıb söndürmüşdür ki, yük maşınını idarə edən sürücü öz zolağına keçsin. Lakin həmin maşının sürücüsü maşınını öz hərəkət zolağına çəkmədiyi üçün öz maşınını yolun ortasına doğru sürmüşdür ki, yük maşını onun zolağı ilə sağdan keçib getsin. Lakin «Ford» markalı yük maşınına təxminən 20 metr qalmış həmin maşın öz hərəkət zolağına keçmiş, bu zaman onun idarə etdiyi maşının arxa təkərləri «oynayaraq» maşınının sağ tərəfi «Ford» markalı maşının qabaq hissəsi ilə yolun orta hissəsində toqquşmuşdur. Toqquşma nəticəsində huşunu itirmiş, yalnız xəstəxanada huşu özünə gəlmişdir. Əlavə etmək istəyir ki, maşınının sürət ötürücüsü 3-cü sürətdə idi. Maşınına baxış keçirilməsinə dair protokolla cinayət işinin materialları ilə tanış olduqda tanış olmuşdur. Həmin protokolda maşınının sürət ötürücüsünün 4-cü sürətdə olduğu göstərilmişdir. Sürücü olaraq bilir ki, 4-cü sürət olduğu zaman maşın saatda 100 km-dək sürətlə hərəkət edə bilər, sürət ötürücüsü 3-cü sürətdə olduğu təqdirdə isə maşının sürəti saatda 60-70 km-dək sürətlə hərəkət edə bilər. Güman edir ki, qabaq sərnişin oturacağında oturmuş qaynı Nahidin əli sürət ötürücüsünün dəstəyinə dəydiyi üçün sürət ötürücüsü 4-cü sürətə keçmişdir. Onu da əlavə etmək istəyir ki, «Ford» markalı maşınına təxminən 50 metr qalmış bu maşının kabinasında iki nəfər olmuş, sükan arxasında isə hal-hazırda məhkəmədə gördüyü Zərərçəkmiş şəxs1 deyil, başqa arıq, uzun boylu, sarışın bir şəxs olmuşdur. Özünü ona görə qismən təqsirli bilir ki, idarə etdiyi maşında onunla gedən 3 nəfər sərnişin qəza nəticəsində ölmüşdür. Əlavə etmək istəyir ki, onun «Ford» markalı maşını ilə toqquşmasının qarşısını almaq üçün idarə etdiyi maşının sürətini tam azaltmaqla yolun kənarına keçib dayanması üçün mane olmamış, lakin o yalnız maşının işıqlarını yandırıb söndürməklə «Ford» markalı maşının sürücüsünə yoluna keçmək işarəsini vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x5 ifadəsində göstərmişdir ki, bu hadisədə oğlu Nahid Tarıverdiyev vəfat etmişdir. Təqsirləndirilən şəxs onun kürəkənidir. Ramil ailəsi ilə birlikdə onun yaşadığı Xaçmaz rayonu, Padar kəndində onun evindən təxminən 100 metr aralıda yaşamışdır. Mərhum oğlu Nahidlə kürəkəni Ramil Quba şəhəri, “Birja” adlanan yerdə fəhlə işləmişlər, hər gün səhər saat 08 radələrində birlikdə Ramilin idarə etdiyi Vaz-21102 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhərinə getmişlər. 10.01.2019-cu il tarixdə səhər saat 08 radələrində oğlu Nahidlə kürəkəni Ramil sonuncunun idarə etdiyi maşınla evdən çıxıb Quba şəhərinə işə getmişlər. Həmin gün saat 11 radələrində qardaşı oğlu Ramin Tarıverdiyev ona zəng edərək oğlunun yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişdir. O, dərhal bir maşınla qardaşı oğlunun dediyi hadisə yerinə getmiş, maşından yolun kənarında kürəkəninin maşınını görmüşdür. Maşının sağ tərəfi tamamilə dağılmış, içində isə heç kəs olmamışdır. «Ford» markalı yük maşınını da yolun kənarında görmüşdür. Lakin onu sürən şəxsi görməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 tanımır, onu televiziya kanallarının birində müsahibə verdiyi zaman görmüşdür. Hadisə yerində dayanmadan Quba RMX-ya gedərək oğlu Nahidin meyidini görmüşdür. Təqsirləndirilən şəxs onun kürəkəni olduğundan ondan hər hansı şikayət və ya tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, x16 ifadəsində göstərmişdir ki, yol nəqliyyat qəzası zamanı vəfat etmiş Zərərçəkmiş şəxs4 onun doğma oğlu olmuşdur. Oğlu digər həmkəndlisi və qohumu x9 birlikdə həftənin iki gününü Quba şəhərinə müəllim yanına hazırlığa gedib gəlirdilər. Bir qayda olaraq uşaqlar Qubaya yaşadıqları Xaçmaz rayonu Arzu kəndindəki avtobus dayanacağından avtobusla gedirdilər. 10.01.2019-cu il tarixdə oğlu Zakir səhər saat 08 radələrində məktəb çantasını götürüb Quba şəhərinə evdən çıxmış, saat 11 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları ona zəng edərək oğlu Zakirin yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişlər. Ondan sonra o Quba rayon mərkəzi xəstəxanasına getmiş və xəstəxanada oğlu Zakirin xalası oğlu Coşqunun və tanımadığı başqa bir şəxsin meyitlərini orada olduğunu görmüşdür. Sonradan öyrənmişdir ki, oğlu Zakirlə bacanağı oğlu Coşqun səhər saat 08 radələrində Xaçmaz Quba yolunun yaşadıqları Arzu kəndinin içindən keçən hissəsində dayanıb avtobus gözləyən zaman «Vaz-21102» markalı avtomobil saxlayaraq uşaqları götürmüş, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində həmin avtomobil yüksək sürətlə hərəkət etdiyi zaman Quba şəhərindən gələn «Ford Transit» markalı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. O, Təqsirləndirilən şəxs və «Ford Transit» markalı maşının sürücüsü Zərərçəkmiş şəxs1 tanımır, hadisənin günahkarı Təqsirləndirilən şəxs tanıyır və ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x12 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs5 onun doğma oğlu olmuşdur. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Oğlu Coşqun həmkəndlisi və xalası oğlu olan Zərərçəkmiş şəxs4la həftədə iki dəfə yaşadıqları Xaçmaz rayonu, Arzu kəndindən avtobusla Quba şəhərinə müəllim yanına hazırlığa gedirdilər. 10.01.2019-cu il tarixdə oğlu Coşqun səhər saat 08 radələrində məktəb çantasını götürüb evdən çıxmışdır. Kənddə çayçıda olduğu zaman kimsə bildirmişdir ki, Quba yolunda avariya olub, iki nəfər çantası belində olan uşaqlar vəfat ediblər. Dərhal oğluna zəng etmiş, lakin telefonu oğlu deyil, özünü müstəntiq kimi təqdim etmiş bir şəxs açaraq oğlunun yol nəqliyyat hadisəsi zamanı öldüyünü bildirmişdir. Ondan sonra o, Quba rayon mərkəzi xəstəxanasına getmiş və xəstəxananın meyitxanasında oğlu Coşqunu və Eldənizin oğlu Zakiri görmüşdür. Sonradan eşitmişdir ki, Coşqunla Zakiri kəndin içindən keçən «Vaz-21102» markalı avtomobil saxlayaraq uşaqları götürmüş, qarlı havada sürətlə hərəkət edərək Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində Quba şəhərindən gələn «Ford Transit» markalı avtomobilin yoluna çıxaraq sonuncu ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Ramilin maşınında sərnişin olub rəhmətə gedən Nahid Tarıverdiyevi, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 tanımamış, onun maşınında sərnişin olmuş Zərərçəkmiş şəxs2 isə tanışıdır. O, özünə məxsus «Ford transit» markalı, 40 BL-944 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə rayonun kəndlərindən meyvə alıb Quba şəhərinə aparıb satmaqla məşğul olur. Onun bu maşını idarə etmək üçün tələb olunan sürücülük vəsiqəsi vardır. 10 yanvar 2019-cu il tarixdə səhər saat 08 radələrində yaşadığı Quba rayonu, Dəlləkli kəndindəki evindən oğlu Pərvin ilə maşını idarə edərək rayonun Vladimirovka kəndinə getmişdir. Oradan tanışı Zərərçəkmiş şəxs2 meyvə yığmağa kömək etmək üçün götürüb başqa bir kəndə meyvə almağa getmişdir. Həmin tarixdə qar yağdığı üçün yol qarlı və islanmış olmuşdur. Maşını 3-cü sürət ötürücüsü ilə saatda 50 km/sürətlə Xaçmaz istiqamətində öz hərəkət zolağı ilə idarə edirdi. Saat 09 radələrində Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qarşı tərəfdən, yəni Xaçmaz istiqamətindən Vaz-21102 markalı avtomobilin öz hərəkət yolu ilə hərəkət etdiyini görmüşdür. Həmin maşının yüksək sürətlə hərəkət etməsi onun diqqətini cəlb etmiş, yəni həmin maşının sürəti saatda 100 km-dən aşağı olmamışdır. Həmin maşının onun idarə etdiyi maşınla məsafəsi 20-25 metr olduğu məqamdan Vaz-21102 markalı avtomobil qəfildən onun yoluna çıxmışdır. Yol sürüşkən olduğundan maşının əyləcini basmamış, lakin avtomobilin sürətini tam azaltmaq üçün ayağını qazdan götürmüşdür. Buna baxmayaraq Vaz-21102 markalı avtomobilin sağ tərəfi idarə etdiyi avtomobilin qabaq tərəfi ilə toqquşmuş, toqquşma nəticəsində onun idarə etdiyi maşın dayanmış, VAZ-2102 markalı maşın isə zərbədən fırlanaraq yolun hərəkət hissəsinin sağ kənarına gedib dayanmışdır. Həmin vaxt maşında sağ qapının yanında əyləşmiş Zərərçəkmiş şəxs2 başı maşının qabaq şüşəsinə dəyərək zədə almışdır. Ona və kabinada ortada əyləşmiş oğluna isə heç bir xəsarət dəyməmişdir. Qarşı tərəfin maşını elə əzilmişdir ki, hadisə yerinə ilk gələn FHN-nin əməkdaşları maşının kuzasını kəsməklə içində olan şəxsləri çıxara bilmişlər. O, Təqsirləndirilən şəxs sükan arxasından maşının qabaq şüşəsindən çıxmaqla huşsuz olmasını, yanındakı sərnişinin isə onun üzərində uzandığını görmüşdür. Bu şəxslərin hamısını təcili tibbi yardım maşını aparmış, Zərərçəkmiş şəxs2 isə oğlu Pərvin rayon xəstəxanasına aparmış, o isə hadisə yerində qalaraq polisləri gözləmişdir. Bildirmək istəyir ki, oğlu Pərvinin sürücülük vəsiqəsi yoxdur, maşını o özü idarə etmişdir. Belə ki, belə çətin yol şəraitində maşınını heç kəsə etibar edə bilməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, həmçinin zərərçəkmiş şəxslərin hüquqi varislərini də tanımır. Lakin Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, 10 yanvar 2019-cu il tarixdə səhər saat 08:30 radələrində Quba rayonu, Dəlləkli kəndində yaşayan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Tranzit» markalı yük maşını ilə onun yşadığı Quba rayonu, Vladimirovka kəndinə gəlmişlər. Pənah onun yanına oğlu Şahid1la birlikdə gəlmişdir. Həmin şəxslərlə birlikdə meyvə yığmağa kömək etmək üçün başqa bir kəndə getmişlər. Həmin gün qar yağdığı üçün yol qarlı və islanmış olmuşdur. Maşını Zərərçəkmiş şəxs1 idarə etmiş, onun yanında ortada oğlu Pərvin, qıraq sağ tərəfdə isə o oturmuşdur. Yol sürüşkən olduğu üçün Pənah maşını təxminən 50 km/sürətlə Xaçmaz istiqamətində öz hərəkət zolağı ilə idarə edirdi. Saat 09 radələrində Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində, yolun kənarında Qartal heykəlinə çatmamış görmüşdür ki, qarşı tərəfdən, yəni Xaçmaz istiqamətindən Vaz-21102 markalı avtomobilin öz hərəkət yolu ilə hərəkət etdiyini görmüşdür. Həmin maşının yüksək sürətlə hərəkət etməsi onun diqqətini cəlb etmiş, lakin həmin maşının hansı sürətlə gəlməsini deyə bilmir. Ani anda «Vaz-21102» markalı maşın «Ford Tranzit» markalı maşının yoluna çıxmış, və Vaz- 21102 markalı avtomobilin sağ tərəfi onun oturduğu avtomobilin qabaq tərəfinə çırpıldı. Bu zərbədən onun başı maşının qabaq şüşəsinə zərblə dəymiş, həmin şüşənin başı dəydiyi yer çat vermiş, hətta şüşənin bir parçası alnına batmışdır. Başından qan gəlmiş, özünü itirmişdir. Artıq yolda nə baş verdiyini ağrı keçirdiyi üçün xatırlamır. Maşından hər üçü yerə enmiş, Pərvin onu kənara çəkərək başına əski tutaraq qanı dayandırmağa çalışmışdır. Bu zaman Pərvini və onu Pənah çağıraraq hadisə yerinə gələn «Qazel» markalı yük maşını ilə rayona xəstəxanaya yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. 10.01.2019-cu il tarixdə özünə məxsus olan «Vaz-2106» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhərinə, “Asan Xidmət” mərkəzinə sürücülük vəsiqəsinin vaxtı tamam olduğundan dəyişmək üçün getmiş, həmin vaxt yol qarlı və buzlu olduğu üçün saatda təxminən 60-65 km sürətlə hərəkət etmiş, saat təxminən 09-10 radələrində Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində əsas yolla üzü Quba şəhəri istiqamətində gedən zaman arxadan metalik rəngli «Vaz-21102» markalı, dövlət nömrə nişanını xatırlamadığı minik bir avtomobil onun yanından sürətlə keçərək onu ötmüşdür. Həmin avtomobilin sürəti saatda ən azı 90-100 km olmuşdur. O, hətta fikirləşmişdir ki, bu maşın bir xata törədəcəkdir. Elə bu zaman yol qarlı olduğundan həmin avtomobilin arxası oynamış və həmin avtomobil yolun qarşı zolağına sürüşərək sağ tərəfi ilə öz yolu ilə Xaçmaz istiqamətində hərəkətdə olan sarımtıl rəngli “Ford-Transit” markalı nömrəsini xatırlamadığı bir avtombilin qabaq tərəfi ilə toqquşmuşdur. «Vaz-21102» markalı avtomobilin sürəti çox olduğundan toqquşma çox möhkəm alınmış, «Vaz-21102» markalı avtomobil toqquşma nəticəsində yolun kənarına atılmış, toqquşduğu «Ford Transit» markalı maşın isə toqquşduğu yerdə qalmışdır. Ona görə də, Fordun sürətinin az olduğunu düşünür. Hadisəni görüb dərhal avtomobilini yolun kənarında saxlayaraq hadisənin baş verdiyi yerə getmiş, “Ford Transit” markalı avtomobilin içində olan 3 nəfər adam avtomobildən düşmüş və bu zaman görmüşdür ki, “Ford Transit” markalı avtomobilin sürücüsünün yaşı təqribən 50-yə yaxın olan bir kişi olmuşdur. O, «Vaz-21102» markalı avtomobilin yanına getmiş, görmüşdür ki, avtomobildə olan sürücü və 3 nəfər sərnişin huşsuz vəziyyətdə olmuşlar. Hadisə yerində toplaşmış insanlar bu maşından xəsarət almış insanları çıxarmağa cəhd etsələr də, maşın möhkəm əzildiyinə görə buna nail ola bilməmişlər. Bu zaman “Ford-Transit” markalı avtomobilin sürücüsü olan kişi öz mobil telefonu ilə zəng edib kömək çağırmış, FHN-nin əməkdaşları hadisə yerinə gəldikdən sonra oranı tərk edib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 doğma atası, Zərərçəkmiş şəxs2 isə tanışıdır. 10.01.2019-cu il tarixdə səhər saat 08 radələrində atası ilə birlikdə atasına məxsus «Ford Tranzit» markalı maşını ilə evlərindən çıxaraq rayonunun Vladimirovka kəndində yaşayan Zərərçəkmiş şəxs2 da götürərək Ələmmədoba kəndindən meyvə almağa getmişlər. Maşını atası idarə etmiş, atasının yanında o, Namiq isə onun sağ tərəfində əyləşmişlər. Atası avtomobili Quba-Xaçmaz yolu ilə Xaçmaz istiqamətində təxminən 40-50 km sürətlə öz hərəkət zolağı ilə idarə etmiş, yol islanmış qarlı vəziyyətində olmuş, lakin qarşı tərəf aydın görünmüşdür. Zərdabi qəsəbəsi ərazisində “Qartal” heykəlinə çatmamış əks istiqamətdə «Vaz-21102» markalı avtomobilin yüksək sürətlə öz hərəkət zolağı ilə gəldiyini, həmin maşının onlara çatmamış ani olaraq onların yoluna çıxmasını və atasının idarə etdiyi avtomobilin qarşı tərəfinə öz sağ yan tərəfi ilə çırpıldığını görmüşdür. Zərbədən atasının idarə etdiyi avtomobil dayanmış, onlara çırpılan maşın isə yolun kənarına atılmışdır. Hadisə zamanı Namiqin başı avtomobilin qarşı alın şüşəsinə dəyib xəsarət almışdır. O, Namiq və atası maşından çıxdıqdan sonra o və Namiq kənara çəkilmiş, Namiqin başından axan qanı saxlamağa çalışmışdır. Atası isə digər maşının yanına getmişdir. Lakin sonra atası ona zəng edərək maşın saxladığını bildirərək Namiqi xəstəxanaya aparmasını demişdir. Ona görə də, o və Namiq Xaçmaz istiqamətindən gələn, sürücüsü Elmir adlı oğlan olan «Qazel» markalı yük avtomobili ilə xəstəxanaya getmişlər. Hadisə zamanı o və atası xəsarət almamışlar. Lakin atasına məxsus «Ford Tranzit» markalı maşının qabaq hissəsi zədələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, zərərçəkmiş şəxslərdən Pənah və Zərərçəkmiş şəxs2ları tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Tranzit» markalı maşını özünün idarə etdiyi «Qazel» markalı yük maşınını avtobazaya getdiyi zaman dəfələrlə görmüşdür. Zərərçəkmiş şəxs2 isə rayon sakini kimi üzdən tanıyır. 10.01.2019-cu il tarixdə saat təxminən 09:00-09:30 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkət etmişdir. Həmin gün qar yağdığı üçün yol qarlı və sürüşkən idi. Bu yolla gedən zaman Sovxoz 12 ərazisində ağ rəngli «Vaz-2106» markalı, üzərində taksi olan avtomobil onu ötüb keçmiş, bir qədər sonra «Vaz-21102» markalı nömrə nişanını xatırlamadığı bir minik avtomobili onun idarə etdiyi avtomaşının sol tərəfindən sürətlə keçərək öz yoluna qayıtmadan qarşısında hərəkət edən «Vaz-2106» markalı avtomobili də ötüb keçmişdir. Təxminən 300 metr məsafədən qarşı zolaqla «Ford Tranzit» markalı maşının hərəkət etdiyini görmüşdür. Birdən həmin maşının dayandığını görərək nə isə baş verdiyini anlamışdır. Həmin yerə yaxınlaşdıqda görmüşdür ki, «Ford Tranzit» markalı maşın öz zolağında dayanmış, bir az əvvəl onun maşınını ötüb keçmiş «VAZ-21102» markalı maşın isə sağ yan tərəfi ilə «Ford Tranzit» markalı maşının qabaq hissəsi ilə toqquşmuşdur. “Ford Transit” markalı avtomobilin içində olan 3 nəfər adam avtomobildən düşmüşlər, onlardan yalnız biri, Namiq adlı şəxs xəsarət almış, «Vaz- 21102» markalı avtomobilin yanına getdikdə «Vaz-21102» markalı avtomobildə olan sürücü daxil 4 nəfərin hamısının hurşsuz vəziyyətdə olduqlarını görmüşdür. Daha sonra “Ford-Transit” markalı avtomobilin sürücüsü Pənah ondan avtomobilində olan yaralını xəstəxanaya çatdırmasını xahiş etmişdir. O, əvvəl razı olmasa da Zərərçəkmiş şəxs1 xahişinə əsasən Zərərçəkmiş şəxs2 və Pənahın oğlu Pərvini maşının kabinasına mindirib rayon mərkəzinə aparmışdır. Hətta çatdığı birinci xəstəxanada Namiqi qəbul etməmişlər. Bu səbəbdən Namiqlə Pərvini başqa bir xəstəxananın qarşısında düşürüb getmişdir. Qeyd etmək istəyir ki, artıq hadisədən 8 ay keçdiyi üçün bəzi xırdalıqları xatırlaya bilmir, lakin ümumən hadisə necə baş vermişdirsə onu məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsləri tanımır. Özü Quba rayonu, Bağbanlı kənd sakinidir, həmin kənddəki orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləyir. Hadisə haqqında onu bildirir ki, özünə məxsus olan “Niva” markalı avtomobili ilə 10.01.2019-cu il tarixdə saat təxminən 09-10 radələrində şəxsi işləri ilə əlaqədar Quba şəhərinə gedirdi. Həmin vaxt yol qarlı və sürüşkən olmuşdur. Bu səbəbdən o, maşını saatda təxminən 50 km sürətlə idarə edirdi. Həmçinin maşında həmin vaxt uşaqlar da olmuşdur. Yol ilə gedən zaman «Sovxoz 12» ərazisində arxadan perlamutr rəngli Vaz-21102 markalı avtomobil onun yanından sürətlə keçərək onu ötmüşdür. Həmin maşının sürəti ən azı saatda 80 km olmuşdur. Hətta bu zaman ürəyində “bunun bir xatası var” demiş və yoluna davam etmişdir. Onu ötən maşın istiqamətində təxminən 5 dəqiqə hərəkət etdikdə “Qartal” adlanan ərazidə yolun solunda həmin Vaz-21102 markalı avtomobili əzilmiş vəziyyətdə yolun kənarında görmüş və həmin avtomobilin qəzaya uğradığını başa düşmüşdür. Yolun sol tərəfində daha bir neçə avtomaşın və çoxlu sayda insanlar olmuşdur. Hadisə yerinin sxemi və fotoşəkilləri ona təqdim edildi. Oradakı görüntülər düzgündür. Hadisə törədən maşınlar onun hərəkət etdiyi istiqamət üzrə yolun sol tərəfində olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 10.01.2019-cu il tarixdə saat təxminən 09 radələrində tanımadığı yol taksisi ilə şəxsi işləri ilə əlaqədar Quba şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində ehtiyyat yolda metalik rəngli Vaz-21102 markalı avtomobilin tamamilə əzilmiş vəziyyətdə olduğunu gördükdə nə baş verdiyi ilə maraqlanmaq üçün onun olduğu avtomobilin sürücüsü orada saxlamışdır. Bu zaman narıncı rəngli Ford-Transit markalı avtomobilin üzü Xaçmaz istiqamətində öz hərəkət yolunda dayandığını görüb Vaz-21102 markalı avtomobilin həmin avtomobillə toqquşduğunu başa düşmüşdür. Vaz-21102 markalı avtomobilin içində sürücü ilə birlikdə 4 nəfərin hamısının hurşsuz vəziyyətdə olduğunu görmüş, həmin avtomobilin arxa sərnişin oturacağında iki uşağın tam hərəkətsiz olduğunu, lakin avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş sərnişinin və sürücünün hurşsuz vəziyyətdə özlərindən asılı olmayan hərəkətlər etdiklərini görmüşdür. Bu zaman o, özünə məxsus olan “Samsung- Grand” markalı, içində ***-***-**-** nömrəsi ilə DİN-in 102, FHN-nin 114 və SN-nin 103 qaynar xəttlərinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra o, mobil telefonu ilə hadisə yerində Vaz-21102 markalı qısa video görüntüsünü çəkmiş, görüntünü dayısı oğlu tərəfindən “YouTube” vasitəsilə paylaşdıqdan sonra qeyd olunan görüntünü mobil telefonundan silmişdir. DİN-in 102 xidmətinə zəng edən zaman öz adını deməsinə baxmayaraq onu Elçin Tağıyev kimi qeydiyyata almalarınının səbəbini bilmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərəçəkmiş şəxslərin, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Quba RPŞ-nin məsul növbətçisinin Quba RPŞnin rəisinə nvanladığı 10.01.2019-cu il tarixli raportundan müəyyən olunur ki, Quba rayonu, Zərdabi kənd yolunda, QAZ-el və VAZ-21010 markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralalanların olması, 1 nəfər şəxsin maşında qalması barədə 10.01.2019-cu il tarixdə, saat 09:24-də DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Quba RPŞ-nin məsul növbətçisinin Quba RPŞ-nin rəisinə nvanladığı 10.01.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 10.01.2019-cu il tarixdə, saat 10-55 radələrində 1975-ci il təvəllüdlü Quba rayonu, Vladimirovka kəndində yaşayan Zərərçəkmiş şəxs2 sol qaşın əzilmiş-cırılmış yarası, sifətin soxsaylı sıyrıqları diaqnozu ilə Quba RMX-na daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Quba RPŞ-nin məsul növbətçisinin Quba RPŞ-nin rəisinə ünvanladığı 10.01.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 10.01.2019-cu il tarixdə, saat 10-55 radələrində 1979-ci il təvəllüdlü Quba rayonu, Rustov kəndində yaşayan Təqsirləndirilən şəxs kəllə-beyin travması, baş-beyin silkələlənməsi diaqnozu ilə Qusar «OKİ» klinikasına daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş 10.01.2019-cu il tarixli, 13 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Təqsirləndirilən şəxs müayinə vaxtı 10.01.19cu il, saat 11:00, nəticə mənfi sınaq olmuşdur. Məhkəmədə tədqiq edilmiş Quba RPŞ-nin məsul növbətçisinin Quba RPŞ-nin rəisinə ünvanladığı 10.01.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 10.01.2019-cu il tarixdə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisində Quba rayonu, Barlı kənd sakinlər 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 və x21 hadisə yerində öldükləri, Xaçmaz rayonu, Padar kənd sakini 1986-cı il təvəllüdlü x6 isə xəstəxanaya gətirilərkən yolda vəfat etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 10.01.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi yeri Xaçmaz-Quba yolunun 5-ci kilometrliyi, Quba rayonunun Zərdabi qəsəbəsi ərazisi Xaçmaz-Quba yolunun 22-ci kilometrliyində baş vermişdir. Yol asfalt beton örtüklü, yolun hərəkət hissəsi düz, islanmış qarlı vəziyyətdə olmuşdur. Yolun hərəkət hissəsinin eni 7,4 metr, hərəkət zolaqlarının sayı iki olmuş, toqquşan nəqliyyat vasitələrinin sayı iki olmuş, “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşın Quba istiqamətində, “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Xaçmaz istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının yolun Xaçmaz istiqamətində sağ kənarında, yola perpendikulyar, bir-birinə paralel vəziyyətdə dayanmışlar. “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil tam deformasiya olmuş, detallar və alın şüşəsi sınıb yolun sağ hərəkət hissəsinə, sağ kənarına tökülmüş, “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı buferi, farası sınıb eyni ilə yerə tötülmüşdür. “VAZ-21102” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfində və arxa tərəfində iki cavan oğlan meyitləri olmuşdur. Qeyd olunan meyitlərin sifətlərində və üzərlərində qan izlərinə oxşar ləkələr aşkar olunmamışdır. Həmin protokola hadisə yerinin sxemi və fotocədvəl əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş 07.03.2019-cu il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi, hazırda Quba RPŞ-nin avtomobil duracağında saxlanılmış VAZ-21102 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssislərin iştirakı baxış keçirilmiş, avtomobilin qabaq tərəfindən başqa yan və arxa tərəfləri içəri doğru deformasiya olunmuşdur, mütəxəssislər avtomobilin tamamilə istismara yarasız olduğunu, avtomobilin sürət qutusunun 4-cü sürət vəziyyətində olduğu, hər dörd təkərinin qış mövsümünə uyğun olmadığını və kapron tərkibli olduqlarından qış mövsümünə ümumiyyətlə uyğun gəlmədiklərini bildirmişlər. Məhkəmədə tədqiq edilmiş «xxxxxxxx» MMC-nin 1448 saylı aktından müəyyən olunur ki, “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil istismara tamamilə yarasız vəziyyətdədir. Məhkəmədə tədqiq edilmiş “xxxxxxxx” MMC-nin 05.03.2019-cu il tarixli,1432 saylı ziyan aktından müəyyən olunur ki, “Ford Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4649 (dörd min altı yüz qırx doqquz) manat maddi ziyan dəymişdir. Məhkəmədə tədqiq edilmiş Quba RPŞ DYPB-nin 26.03.2019-cu il tarixli məktublarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 «ABC» dərəcəli, Təqsirləndirilən şəxs isə «BC» dərəcəli sürücülük vəsiqəsi vardır, onlar sürücülük hüququndan məhrum olunmamışlar. Məhkəmədə tədqiq edilmiş «diskə baxış keçirilməsi haqqında» 03.04.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, narıncı rəngli “Ford Transit” markalı yük avtomobilinin Quba şəhəri, köhnə avtovağzal ərazisində çəkilmiş video görüntüdə avtomobilin salonunda sürücünün yanında ortada və sağ yan sərnişin oturacağında sərnişinlərin olması hiss olunur. “Ford Transit” markalı yük avtomobilinin Quba şəhərində yerləşən «Əli» ticarət mərkəzinin yanından keçən video görüntülərdə də, avtomobilin salonunda sürücünün yanında, ortada və sağ yan sənşinin oturacağında sərnişinlərin olması hiss olunur. Məhkəmədə tədqiq edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, x7 avtoqəza-kəskin qan axma, Zərərçəkmiş şəxs4, x23 isə avtoqəza zamanı ölmüşlər. Məhkəmədə tədqiq edilmiş Quba RMX-nin 02.02.2019-cu il tarixli, 309 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq edilmiş 04.04.2019-cu il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Quba rayon məhkəməsinin 04.04.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 aprel 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin 05 fevral 2019-cu il tarixli, 02 saylı ekspert rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs4 meyitinin xarici müayinəsi zamanı hər iki gözün ağlı qışasında qansızmalar, başın sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara, sağ budun orta 1/3-nin iç səthində qançır, sağ bud sümüyünün orta 1/3-nin qapalı sınığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində yara sahəsinə qansızma, baş beyin toxumasına, beyin mədəciklərinə qansızmadan başın yumşaq toxumalarının alt səthində sol alın təpə səthində qansızma, sol təpə gicgah sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, qərarda göstərilən vaxta, yəni 10.01.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülən qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb qeyd olunan yol nəqliyyat hadisəsi zamanı başın küt travmasından baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin 05 fevral 2019-cu il tarixli, 03 saylı ekspert rəyindən müəyyən olunur ki, mərhum x4 meyitinin xarici müayinəsi zamanı bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində təpə nahiyəsində məhdud qansızma, boyun döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sağ ağciyər toxumasının cırılıb dağılması və sağ ağ ciyər toxumasına qansızma, qara ciyərin sağ payının toxumasının cırılması, döş və qarın boşluğunda birlikdə 1200 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, qərarda göstərilən vaxta, yəni 10.01.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum N.T.Tarıverdiyev meyitindən götürülən qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Mərhum N.T.Tarıverdiyev ölümünə səbəb qeyd olunan yol nəqliyyat hadisəsi zamanı döş qəfəsinin küt travmasından qabırğaların hər iki tərəfdən çoxsaylı sınması nəticəsində sağ ağ ciyərin toxumasının cırılıb dağılmasından törənən kəskin daxili qanaxma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin 05 fevral 2019-cu il tarixli, 04 saylı ekspert rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs5 meyitinin xarici müayinəsi zamanı başın və bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyər toxumasının cırılıb dağılması və sol ağciyər toxumasının cırılıb dağılması və sol ağciyər toxumasına qansızma, qaraciyər və dalaq toxumasının cırılması, döş və qarın boşluğunda birlikdə 1300 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da, həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, qərarda göstərilən vaxta, yəni 10.01.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs5 meyitindən götürülən qanın məhkəmə kimyəvi müayinəsi zamanı etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb qeyd olunan yol nəqliyyat hadisəsi zamanı döş qəfəsinin küt travmasından qabırğaların hər iki tərəfdən çoxsaylı sınması nəticəsində sol ağ ciyərin toxumasının cırılıb dağılması, qara ciyər və dalağın toxumasının cırılmasından törənən kəskin daxili qanaxma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin 10 yanvar 2019-cu il tarixli, 37 saylı ekspert rəyindən müəyyən olunur ki, x8 bədəni üzərində aşkar olunan xəsarətlər alnında solda sıyrıq, sol qaşın üzərində əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 10.01.2019-cu il tarixə uyğun gəlir. Bu xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23.01.2019-cu il taixli, 56 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-baş beyin əzilməsi ilə müşayiət olunan başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, subaraxnoidal qansızma, onurğa beyni silkələnməsi ilə müşayiət olunan İİ boyun fəqərəsinin cisminin cüzi yerini dəyişmiş qapalı sınığı, döş qəfəsinin və qarının ağ ciyərin, qara ciyərin və dalağın toxumalarının əzilmələri ilə ifadə olunan küt travmaları küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10 yanvar 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in Yol-Nəqliyyat Hadisələrinin ekspertizaları şöbəsinin 29 mart 2019-cu il tarixli, 7376 saylı ekspert rəyindən müəyyən olunur ki, VAZ- 21102 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21102 markalı avtomobili təkərləri yararsız, yəni protektorların naxışların yeyilməsi vəziyyətində idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavənin 5-ci hissəsinin 1-ci bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü R.Ə.Seyidov avtomobili yaşayış məntəqəsindən kənarda, maksimum icazə verilən 90 km/saat sürətdən yüksək, 100 km/saat və daha artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 16.01.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Quba RPŞ-nin müstəntiqi İlqar Quliyevin məhkəməyə verdiyi məlumata əsasən “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşı zərərəçkmiş şəxsə qaytarılmış, Quba RPŞ-nin 146-14/21191-1219 saylı, 02.08.2019-cu il tarixli məktubundan müəyən olunur ki, “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba RPŞ-nin mühafizə olunan duracağında saxlanılır. Məhkəmədə tədqiq edilmiş və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində yetkinlik yaşına çatmayan 2005-ci və azyaşlı 2007-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif etmiş və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübut növləri ilə tam sübuta yetirilmiş Belə ki, Təqsirləndirilən şəxs yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübut növlərindən müəyyən olunur ki, hadisənin baş verdiyi 10 yanvar 2019-cu il tarixdə hadisədən dərhal sonra hadisə yerinə Quba RPŞ-nin baş müstəntiqi və digər əməkdaşları gələrək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmiş, hadisənin ikitərəfli yolun Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş verməsi, yəni hava və yol şəraiti, «Ford Tranzit» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş verməsi, toqquşma nöqtəsinin məhz bu zolaqda yolun kənarından 1,2 metr məsafədə hərəkət zolağında yerləşdiyi, hər iki toqquşan avtomaşının Quba-Xaçmaz yolunun kənarında sağ tərəfdə bir-birindən 2,5 metr aralıda qabaq hissələri yola tərəf paralel yerləşməsi, avtonəqliyyat vasitələrinin fotoşəkilləri çəkilməklə və protokolda vəziyyətləri əks olunmaqla olan əzilmələri müəyyən edilmiş, «VAZ-21102» markalı nəqliyyat vasitəsinin içində olmuş və hadisə nəticəsində xəsarət alaraq vəfat etmiş 3 nəfər şəxsin fotoşəkilləri çəkilməklə protokola müvafiq fotocədvəl və sxem tərtib edilməklə əlavə edilmişdir. Həmçinin hər iki nəqliyyat vasitəsinə baxış keçirilməklə nəqliyyat vasitələrinin vəziyyəti, o cümlədən «VAZ-21102» markalı nəqliyyat vasitəsinin sağ arxa təkəri və diski daxil omaqla qabaq sağ qanadadək olan hissəsinin içəriyə doğru tam deformasiya olunması, salonda olan qarşı iki oturacağın bir-birinə sıxılması, avtomobilin damının tam deformasiya olması, avtomobilin sürət ötürücüsünün 4-cü sürətdə olması, avtomobilin qarşı tərəfində hər hansı əzik və deformasiyanın olmaması, təkərlərin isə mövsümə uyğun olmamaqla naxışlarının yeyilməsi müəyyən edilmişdir. Öz növbəsində «Ford Tranzit» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdə müəyyən edilmişdir ki, avtomobilin mühərrik örtüyü tam deformasiya olunmuş, yerindən çıxmış, qarşı sağ və sol faralar sınmış, qarşı buferin sol tərəfi qırılmış, sol yan güzgü sınmışdır. Qarşı alın şüşəsinin sağ yuxarı və sol aşağı tərəfləri 25X25 sm ölçülərdə dairəvari olaraq çatlamışdır. Hadisə günü «Ford Tranzit» markalı avtomobildə olan şəxslər Şahid1 və Zərərçəkmiş şəxs2, həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs1 hadisənin təfərrüatları barədə ətraflı ifadələr vermiş, xəsarət almış və ölmüş şəxslər barədə məhkəmə-tibbi ekspertizalar təyin edilməklə müvafiq rəylər alınmış, 22.01.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs şahid qismində ifadə verərək idarə etdiyi «VAZ-21102» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz-Quba yolu ilə Qubaya getmək üçün yola çıxdığını, lakin ondan sonra baş verən hadisəlri xatırlamadığını, ayılanda isə xəstəxanada olduğunu görmüşdür. Ayılanda ona bildirmişlər ki, həmin gün Quba rayonu, Zərdabi kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilində olmuş 3 nəfər ölmüşdür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 2005-ci və azyaşlı 2007-ci il təvəllüdlü uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş müddət hədlərində müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 263.3-cü maddəsi ağır cinayətlərə aiddir və Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 04 aprel 2019-cu il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Həmçinin iş üzrə maddi sübut olan “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının zərərəçkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Quba RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs arvadı x2 qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri əks olunnmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İttiham aktında “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sahibi Zərərçəkmiş şəxs1 4649 (dörd min altı yüz qırx doqquz) manat maddi ziyan vurulması qeyd edilməsinə baxmayaraq, iş üzrə mülki iddianın olmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs qarşı mülki-mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “04” aprel 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının zərərəçkmiş şəxsə qaytarılması nəzərə alınsın. Quba RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ-21102” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs arvadı x2 qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş “Ford-Transit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri əks olunnmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs qarşı mülki-mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar