Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2022 14.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi4 və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin (hazırda Zərərçəkmiş şəxs MMC) baş direktoru vəzifəsində işləmiş, hazırda "xxxx" MMC-nin direktor müavini olan, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci MKR, H.B.Əliyev küçəsi, ev 21, mənzil 16-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi, ev 4 A, mənzil 45-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 19 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0107-P347-49890 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X5 haqqında 18.03.2013-cü il tarixli şəhadətnaməsinə əsasən ********** saylı VÖEN verilməklə pərakəndə ticarət fəaliyyəti göstərən "xxxx" MMC-nin 01.11.2011-ci il tarixli qərarı ilə Cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilməklə 06.02.2017-ci il tarixədək həmin vəzifədə işləyərkən Cəmiyyətin 07.11.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən qeyd edilən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik etmək, qanuni təmsilçilik funksiyasına malik olmaq, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-yə məxsus pul vəsaitini ayrı-ayrı banklardan götürdüyü və Cəmiyyətin fəaliyyətinə deyil, öz şəxsi məqsədləri üçün sərf etdiyi pul vəsaitləri üzrə kreditlərinin ödənişinə yönəldib mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2013-cü il tarixdən 17 yanvar 2015-ci il tarixədək olan müddətdə Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında bir sıra hallarda öz adına, digər hallarda isə Cəmiyyətdə sürücü vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid3 adına milli və xarici valyutada pul vəsaitlərinin məxaric edilməsinə nail olub qeyd edilən kreditlər üzrə, o cümlədən 19 dekabr 2012-ci il tarixdə "xxxx" ASC (əvvəlki adı “X16” ASC) ilə özü arasında bağlanmış və şəxsi məqsədlər üçün verilən 1.611875 manat məbləğində pul vəsaitinin götürülməsinə dair 212/BV-KM-0012 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətin xəzinəsindən 21.01.2013-cü il tarixli 252 nömrəli xəzinə məxaric orderi əsasında 36.700 manat, 21.01.2014-cü il tarixli 266 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə 36.675 manat, 18.02.2014-cü il tarixdə 36.676 manat, 18.04.2014-cü il tarixdə 35.261 manat, 16.05.2014-cü il tarixdə 37.335 manat, 18.06.2014-cü il tarixli 6473 nömrəli xəzinə məxaric orderi əsasında 42.665 manat, 18.07.2014-cü il tarixdə 40.000 manat olmaqla, həmin məbləğlərdə pul vəsaitlərini məxaric edildiyi gün, 18.12.2014-cü il tarixdə məxaric edilmiş 55.000 manatı isə 16.01.2015-ci il tarixdə "xxxx" ASC-də (əvvəlki adı “X16” ASC-də) olan həmin kredit öhdəlikləri ilə bağlı qeyd edilən bankın ünvan 2 ünvanında yerləşən xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 320.312 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kreditin ödənişini həyata keçirməklə, 320.312 manat məbləğində pul vəsaitini, həmçinin eyni niyyətlə 31.07.2013cü il tarixdə “X15 Azərbaycan” QSC ilə özü arasında bağlanmış və daşınmaz əmlakın alınması məqsədi ilə verilən 950.000 ABŞ dolları məbləğində pul vəsaitinin götürülməsinə dair 42720 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında Cəmiyyətin xəzinəsindən 30.01.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, 26.02.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, 27.03.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, 30.04.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, 30.05.2014-cü il tarixdə məxaric edilmiş 20.655 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.110,9 manat məbləğində pul vəsaitinin məxaric edilməsinə nail olub, həmin məbləğdə pul vəsaitlərini məxaric edildiyi gün həmin kredit öhdəlikləri ilə bağlı “X15 Azərbaycan” QSC-nin ünvan 3 ünvanında yerləşən Səbail filialının xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 80.564,1 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kreditin ödənişini həyata keçirməklə, 80.564,1 manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı Zərərçəkmiş şəxs MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 400.876,1 manat (dörd yüz min səkkiz yüz yetmiş altı manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və Cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə ünvan 5 ünvanında "xxxx" MTK-da yerləşən 45 saylı mənzili özü üçün satın almaqdan ötrü Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında 01.06.2013-cü il tarixdə cinayətdən xəbərsiz Şahid3 adına yazılmış 2229 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən 280.000 manat məbləğində pul vəsaitini şəxsən götürərək qeyd edilən mənzilin sahibi Şahid4 Şahid3 vasitəsilə verməklə mənzili Şahid4 satın alaraq, mənzili Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.07.2013-cü il tarixli çıxarışla tam mülkiyyət hüququ ilə öz adına keçirməklə, qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı Zərərçəkmiş şəxs MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 280.000 (iki yüz səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “İdeal” mağazalar şəbəkəsi 18 noyabr 1999-cu il tarixdə onun tərəfindən yaradılmışdır. O, 2007-ci ilin noyabr ayına qədər fiziki şəxs kimi, 19 noyabr 2007-ci il tarixdən isə hüquqi şəxs "xxxx" MMC kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-nin 100% təsisçilik payı ona məxsus olmuş və o, həmin tarixdən, yəni 2011-ci ildən deyil, əksinə 2007-ci ildən şirkətin baş direktoru vəzifəsini yerinə yetirməyə başlamışdır. 1999-2011-ci illər ərzində onun yaratdığı mağazalar şəbəkəsi 11 mağazadan ibarət olmuşdur. Onun rəhbərlik etdiyi şirkət çoxsaylı Avropa, Amerika və Asiyanın məşhur markalarının Azərbaycan Respublikasında rəsmi nümayəndəsi və distribütoru olmuşdur. O, 2011-ci ilin oktyabr-noyabr aylarından başlayaraq “AZAL” şirkətinin rəhbəri Cahangir Əsgərov ilə həmin şirkətin təsisçilik paylarını bölüşdürmüşdür. Rəsmi olaraq 45% pay ona, 55% pay isə Cahangir Əsgərovun həyat yoldaşına məxsus olmuşdur. Qeyri-rəsmi olaraq isə 50% pay ona, 50% pay isə Cahangir Əsgərovun həyat yoldaşına məxsus olmuşdur. Bu bölüşmədə əldə olunan pul vəsaiti onun tərəfindən şirkətin dövriyyə kapitalının artırılmasına və daha dinamik inkişafına yönəldilmişdir. Əlavə markaların ölkəyə gətirilməsi, həmçinin optimal lokasiyalarda yeni mağazaların açılması üçün digər həmtəsisçinin də razılığı ilə "xxxx" MMC ilə keçmiş “X17”, indiki "xxxx" arasında 3.200000 manat məbləğində kredit xətti müqaviləsi imzalanmışdır. X8 tələbi ilə bu kredit xətti təxminən 7-8 aydan sonra "xxxx" MMC-nin adından onun adına keçmiş, yəni 3.200000 manat məbləğində kredit xətti müqaviləsi fiziki şəxs olaraq onun adına rəsmiləşdirilmişdir. Əlavə müqavilələrlə bu kredit xətti 5.500000 manata qədər artırılmışdır. Kredit xətti üzrə verilmiş vəsaitlər müxtəlif tranşlarla (hissə-hissə) onun tərəfindən "xxxx" MMC-nin mərkəzi ofisindəki kassaya mədaxil olunmuşdur. Sonradan bu pul vəsaitləri şirkətin dövriyyə vəsaitlərinin artırılmasına və yeni mağazaların açılmasına yönəldilmişdir. Cinayət işinə də əlavə edilmiş, indiki "xxxx", keçmiş “X17” tərəfindən istintaqa təqdim olunmuş sənədlər, yəni 18 mart 2014-cü il tarixdə 1.015557,9 manat və 711.630 manat, 02 aprel 2014-cü il tarixdə yenə 1.015557,9 manat, 22 oktyabr 2014-cü il tarixdə isə 1.497000 manat məğləğindəki məxaric qəbzlərinə əsasən yuxarıda qeyd edilən vəsaitlər onun tərəfindən şirkətin mərkəzi kassasına mədaxil olunmuşdur. Bu vəsaitlər şirkətin mərkəzi kassasına mədaxil olunmuşdur. İki halda isə mədaxil “Premium Bankın” inkassatorları tərəfindən icra olunmuşdur. İnkassatorların müvafiq aktı həmin sənədlərə tikilmişdir. Həmçinin 31 iyul 2013-cü il tarixdə “Yapı Kredi” Bankla 950.000 ABŞ dolları məbləğində ipoteka müqaviləsi bağlanmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi 01 avqust 2013-cü il tarixdə 939.800 ABŞ dolları məxaric olunaraq şirkətin mərkəzi kassasına sürücü Şahid3 tərəfindən mədaxil olunmuşdur. Bu barədə maddi sübutlar da məhkəməyə təqdim edilmişdir. 2015-ci ilin əvvəlindən o, Cahangir Əsgərovun müxtəlif təzyiqləri ilə üzləşmişdir. Ondan kredit məbləğlərinin dərhal ödənilməsi tələb olunmuşdur. Eləcə də manatla olan kreditlər ABŞ dollarına konvertasiya olunmuş və hər ay 250.000 ABŞ dolları məbləğində ödəniş edilməsi ondan tələb olunmuşdur. Kredit müqaviləsinin 2018-ci ilə qədər müddətinin olmasına, yəni müqavilə şərtlərinin sərbəst qrafik üzrə razılaşdırılmasına baxmayaraq, tələblər artmış, şərtlər isə sərtləşdirilmişdir. Ondan şirkətdəki təsis paylarını banka girov qoymaq tələb olunmuşdur. Bir günün içində o, Sloveniyadan Bakı şəhərinə çağırılmış və şirkətdəki payının 25%-ni “Premium Banka” girov qoymuşdur. Daha sonra o, rəsmi olaraq 20%, qeyri-rəsmi olaraq isə 25% təsis payını Cahangir Əsgərova dövr etmək məcburiyyətində qalmışdır. Həmin vəsait əsasında banka olan kredit xətti ödənilərək bağlanmışdır. Təsis paylarının satışından geri qalan vəsaiti isə şirkətə yatırılması ondan tələb olunmuşdur. Basqı və təzyiqlər nəticəsində o, 31 dekabr 2016-cı il tarixdə baş direktor vəzifəsindən istefa vermişdir. O, 18 il yaratdığı və qurucusu olduğu şirkətin baş direktorluğundan istefa vermişdir. Onun mülkiyyətində qalan 25% təsis payının heç bir ödəniş olmadan Cahangir Əsgərova təhvil verilməsi israrla ondan tələb olunmuşdur. Əks halda həbs olunacağı ona bildirilmişdir. O, buna qəti şəkildə etiraz etdikdə, olanlar olmuşdur. Belə ki, o, 03 fevral 2017-ci il tarixdə işgüzar səfərlə bağlı təyyarə ilə Moskva şəhərinə uçmaq istəyərkən və Sərhəd Xidmətini keçdiyi halda qanunsuz şəkildə təyyarədən endirilmişdir. Həmin vaxt onun vəkili olmuş Gündüz Kərimovun iştirakı ilə bu fakt aktlaşdırılmışdır. Sonra həmin tarixdə, yəni 03 fevral 2017-ci il tarixdə keçmiş “X17”, indiki “Premium Bankdan” 5.000000 manat məbləğində onun kredit götürülməsi barədə imzaların saxtalaşdırılması iddia olunmuşdur. Bu barədə, eləcə də onun təyyarədən endirilməsi barədə məhkəmə çəkişmələri olmuşdur. Bu məsələlər barədə o, məhkəməyə müraciət etmişdir. Həm də bankın məxaric qəbzlərindəki imzalarla bağlı sənədlər apellyasiya məhkəməsi tərəfindən ekspertizaya göndərilmişdir. Həmin iş üzrə ittihama görə o, heç bir vergi ödəyicisi olmadığı halda girovsuz 5.000000 manatı 03 fevral 2017-ci il tarixdə, saat 15:39-da çəkisi təxminən 58 kiloqram olan vəsaiti nağd şəkildə götürmüşdür. Halbuki həmin gün saat 18:00-da o, Moskva şəhərinə uçmalı imiş. 06 fevral 2017-ci il tarixdə nizamnaməyə zidd olaraq o, təmsilçilikdən uzaqlaşdırılmışdır. Emin İlizarov adlı şəxs, yəni qarşı tərəfin nümayəndəsi özü-özünü direktor təyin etmişdir. “Louise Stevens” adlı audit şirkəti audit şirkətləri arasında ilk onluqdadır. 3 ay ərzində həmin audit şirkəti tərəfindən şirkətdə audit yoxlaması aparıldığı halda, audit şirkəti Cahangir Əsgərovun istədiyi nəticəni vermədiyinə görə şirkətdən audit işçiləri qovulmuşlar. 01 iyun 2017-ci il tarixdə onun təsisçisi olduğu şirkətin ərizəsi əsasında onun barəsində cinayət işi başlanmışdır. 07 iyun 2017-ci il tarixdə isə o, həbs olunmuşdur. 05-12 sentyabr 2017-ci il tarixlərində “Premium Bankın” o vaxtki İdarə Heyətinin sədri, hal-hazırda isə Müşahidə Şurasının sədri Əhmədov Elçin elçi qismində onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş Müalicə Müəssisəsinə gəlmişdir. Elçin Əhmədov onun 25%-lik payını və ona 100% məxsus olan “İdeal” əmtəə nişanını 12.500000 manat müqabilində digər həmtəsisçiyə dövr etməsə, uzun müddət həbsdən çıxa bilməyəcəyini ona çatdırmışdır. “İdeal” parfümeriya və kosmetika şirkəti bu illər ərzində “Pricewaterhouse”, “Deloitte” və digər tanınmış audit şirkətləri ilə çalışmışdır. Audit yoxlamasına görə “İdeal” şirkətinin ümumi dəyər açıqlaması 01 yanvar 2016-cı il tarixinə 50.900000 manat və 57.000000 manat dəyərində qiymətləndirilmiş və həmin sənədlər də cinayət işinin materiallarına əlavə olunmuşdur. Həbsxanada ona bir yığın sənədə imza atdırılmışdır. Ondan qarşı tərəfin etibarlı nümayəndəsinə etbarnamə verdirtmişlər. Həmin nümayəndə "xxxx" İdarə Heyətinin sədri ilə 14 sentyabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Bundan sonra o, 15 sentyabr 2017-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmışdır. 23 yanvar 2018-ci ildə isə onun barəsində olan cinayət işinə xitam verilmişdir. Hal-hazırda Baş prokuror olan, həmin vaxt isə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi olmuş Kamran müəllim Əliyevin imzası ilə həmin cinayət işinə xitam verilmişdir. Bu xitam qərarı hazırki cinayət işinin materiallarına əlavə olunmuşdur. O, bu sənəddəki 15 yanvar 2018-ci il tarixli audit rəyinə diqqət yetirməyi xahiş etmişdir. Həmin sənəddə - mütəxəssis aktına əsasən onun tərəfindən şirkətə mədaxil olunan məbləğlərlə məxaric olunan məbləğlərin arasındakı saldo müsbət olmuşdur. Həmin aktda “Mənim adımdan hər hansı bir kənar məxaric qəbzi aşkar olunmamışdır” cümləsi öz əksini tapmışdır. Lakin Razılaşmadakı öhdəliklər icra olunmamışdır. O, 2020-ci ilin mart ayında öz haqqını Azərbaycan Respublikasının məhkəmələrində bərpa olunmasına çalışmışdır. Onun tərəfindən məhkəmələrdə 9-dan artıq iddia tələbləri qaldırılmışdır. Əhmədov Elçin vasitəsilə sakit oturmağını, ətriyyat sektorunda heç bir bizneslə məşğul ola bilməcəyini ona çatdırmışlar. Bu barədə səs yazıları da mövcuddur. Əks halda onun yenidən həbs etdiriləcəyini bildirərək 2020-ci ilin iyun ayında barəsində araşdırma, 26 avqustda isə cinayət işi başlanmışdır. İlkin olaraq cinayət işi qaçaqmalçılıq ittihamı üzrə başlanmışdır. Qaçaqmalçılıq ittihamı ilə, yəni onların Azərbaycan Respublikasında idxalçı olaraq Moskva şəhərinə qaçaqmalçılıq yolu ilə mal satdıqları iddia edilmişdir. Onlar Azərbaycanda bir çox markaların nümayəndəsi və distribütoru olmuşlar, Azərbaycan Respublikası ərazisində istənilən bir şirkətə, hüquqi və ya fiziki şəxsə mal satmaq, əvəzində vəsait almaq onların səlahiyyətlərində olmuşdur. Amma Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzi nədənsə Rusiya Federasiyası hesab olunmuşdur. 10 ay ərzində cinayət işi ilə əlaqədar araşdırma getmiş, şahidlər dindirilmişdir. Şirkətdə işləyən işçilər məcburi qaydada ifadə vermişlər, yəni həmin işçilərə “siz burada ya işləyəcəksiz, ya da ifadə verməlisiz” deyilmişdir. Lakin bu qaçaqmaqlçılıq ittihamından heç bir nəticə hasil olunmadığını görən, yəni onun adından sənədlərə 5.100000 manatdan artıq mədaxil olunmuş, əgər mədaxil etmiş sayılarsa deməli qaçaqmalçılıq etmiş, məxaric etmişsə deməli mənimsəmişdir. "xxxx" MMC şirkəti 2017-ci ildə də araşdırma apararaq bu barədə audit rəyi vermişdir. 2020-ci ildə də eyni audit şirkəti audit rəyi vermiş və bu rəylər bir-birini təkzib edən 15 yanvar 2018-ci il və 01 dekabr 2020-ci il tarixli 2 (iki) audit rəyləri olmuşdur. Onun audit yoxlamasında baş direktor və təsisçi kimi iştirakı təmin olunmamamışdır. O, heç bir audit tərəfindən çağırış almamış və həmin auditin keçirilməsində iştirak etməmişdir. 2013-2014cü illərdə onun tərəfindən mədaxil olunmuş mədaxil qəbzlərini bir kənara ataraq, 680.000 manatla bağlı ittiham elan edilmişdir. 680.000 manatlıq ittihamla bağlı 14 ədəd məxaric qəbzindən 5 ədədində onun imzası olmuşdur. Digər qəbzlər isə ümumiyyətlə cinayət işində mövcud deyil. 14 ədəd məxaric qəbzi ilə bağlı ona ittiham verilmişdir. 680.000 manatla bağlı qəbzlərin beşində onun imzası olmuş, yəni həmin məxaric qəbzləri mövcud olmuşlar. Qalan doqquz ədəd məxaric qəbzləri isə mövcud deyil. Həmin məxaric qəbzlərinin yerinə proqramdan çıxarılmış X10 blanklarında 2020-ci ildə dəyişdirilmiş Zərərçəkmiş şəxs möhürü ilə heç bir alt sənədi olmayan sənədlərlə birlikdə maddi sübut kimi qəbul olunmuşdur. 9 ədəd X10 sənədi, yəni həmin sənəddə sözügedən sənədə aid heç bir alt sənəd yoxdur, eləcə də sənəddə onun imzası yoxdur, həmin sənəddə ya sürücünün, ya da inkassatorun bu pulu məxaric etməsi barədə heç bir imza yoxdur. Cinayət işində bu sənədlər mövcud deyil. Proqram təminatından çıxarılmış, heç bir imzası və alt sənədi olmayan X10 blankları 9 ədəddir. 9 ədəd X10 blankları 2020-ci ildə adı dəyişdirilmiş Zərərçəkmiş şəxs möhürü ilə möhürlənmişdir. O, heç bir məbləğdə pul vəsaitini mənimsəməmiş və heç bir cinayət törətməmişdir. Ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi və həmin cinayət əməllərinə onun aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə (hazırkı adı Zərərçəkmiş şəxs MMC) məxsus 680.000 manat məbləğində pul vəsaitini qanunsuz şəkildə ələ keçirərək mənimsəmiş və nəticədə şirkətə külli miqdarda ziyan dəymişdir. Hal-hazıradək şirkətə vurulmuş ziyan ödənilməmişdir. Bu səbəbdən də tərəflər arasında barışıq yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2009-cu ildən "xxxx" MMC-nin baş ofisində mühasib kimi işləməyə başlamışdır. 2011-ci ildən 2017-ci il tarixədək isə o, həmin şirkətdə baş mühasib vəzifəsində işləmişdir. O, "xxxx" MMC-də işlədiyi dövrdə şirkətdə baş mühasib kimi şirkətin fəaliyyəti haqqında dövlət orqanlarına təqdim edilməsi üçün aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, digər aylıq hesabatlar üçün rəhbərliyə zəruri maliyyə məlumatlarını təqdim etmək və vergi yoxlamalarında iştirak etmək vəzifələrini icra etmişdir. "xxxx" MMC Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və Təqsirləndirilən şəxs yeganə təsisçi olmuşdur. 2011-ci ildən isə "xxxx" MMC-nin ikinci təsisçisi “Gazelli Group” şirkəti olmuşdur. O, işlədiyi dövrdə şirkətin direktoru Təqsirləndirilən şəxs olmuşdur. 2017-ci ilin əvvəlindən isə Təqsirləndirilən şəxs direktor vəzifəsindən istefa vermiş və şirkətin yeni direktoru X4muşdur. 2017-ci ilin may ayından etibarən isə digər təsisçi tərəfindən şirkətə yeni direktor kimi Samir Əliyev təyin edilmişdir. O, təhsil almaq istədiyinə görə həmin ərəfədə öz xahişi ilə işdən azad olunmuşdur. Onun şirkətdə işlədiyi müddətdə dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanması yalnız şirkət sənədləri əsasında tərtib olunmuş, daxili hesabatlar isə yalnız rəhbərliyin ona təqdim etdiyi şifahi və daxili yazışmalar və məlumatlar əsasında həyata keçirildiyindən o, həmin hesabatlarda hər hansı bir maliyyə pozuntusunun olub-olmamasını bilməmişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 15 may 2017-ci il tarixdən "xxxx" MMC-də mühasib işləməyə başlamışdır. Həmin dövrdə şirkətə Bakı şəhərində müxtəlif ünvanlarda fəaliyyət göstərən parfümeriya və kosmetika məhsullarının satışı ilə məşğul olan 14 mağaza, Sumqayıt şəhərində isə 1 mağaza daxil olmuşdur. O, "xxxx" MMC-də əmək fəaliyyətinə başlayarkən şirkətin baş direktoru Samir Əliyev olmuşdur. Onun bildiyinə görə bu şirkət Təqsirləndirilən şəxs tərəfindən təsis edilmişdir. Lakin o, bu şirkətdə işləməyə başladıqda Təqsirləndirilən şəxs artıq həmin şirkətdə işləməmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. O, Təqsirləndirilən şəxs şirkətin direktoru olduğu vaxtda həmin şitkətdə işləməmişdir. Onun bildiyi qədərilə 2011-ci ildən şirkətə ikinci səhmdar kimi “Gazelli Group” şirkəti daxil olmuşdur. O, işə başlayarkən şirkətin mühasibatlıq fəaliyyətini yenidən qurmaq işi ona tapşırılmışdır. O, iş fəaliyyətinə 1C proqramlaşdırma sahəsində xidmət göstərən “Akpis” şirkətinin köməkliyi ilə başlamışdır. “Akpis” şirkəti 1C mühasibatlıq sahəsində proqram təminatını onun işlədiyi şirkətə satan şirkətin adı olmuşdur. 2017-ci ildən əvvəl "xxxx" MMC-də 1C proqramı tam formada işlənməmişdir. O, şirkətin 1C proqram sistemini yenidən qurmuşdur. O, 2017-ci ildən "xxxx" MMC-də mühasib kimi əmək fəaliyyətinə başladıqdan sonra şirkətin elektron bazasında 2017-ci ilə qədər olan bütün məlumatları bərpa etmişdir. Onlar həmin məlumatların bir nüsxəsini elektron qaydada surətini çıxararaq yeni baza yaratmışlar. Sonra isə onlar 2017-ci ilə qədər şirkətin maliyyə əməliyyatlarına dair məlumatları köhnə bazada saxlamışlar və yeni baza yaradaraq 2017-ci ildən etibarən şirkətin maliyyə əməliyyatlarına aid məlumatları həmin bazada qeydiyyata almağa başlamışlar. Nəticədə şirkətdə 2 (iki) baza olmuşdur. Biri 2017-ci ilə qədərki maliyyə əməliyyatlarına dair köhnə baza, ikincisi isə 2017-ci ilin may ayından etibarən şirkətin maliyyə əməliyyatlarına dair baza, yəni yeni yaranmış baza olmuşdur. Hər iki bazadakı məlumatlar hal-hazırda şirkətin sistemində saxlanılır. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının yaratdığı komissiyanın həyata keçirdiyi audit yoxlamasında iştirak edərkən şirkətin təxminən 2003- 2004-cü illərdən başlayaraq 2017-ci ilin fevral ayına qədərki dövr ərzindəki maliyyə əməliyyatlarına dair məlumatlar yoxlanılmışdır. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının yaratdığı komissiyanın həyata keçirdiyi audit yoxlamasında iştirak edərkən 2017-ci ilin fevral ayına qədərki şirkətin maliyyə fəaliyyətinə aid məlumatların sənədlərini kağız daşıyıcılarda, eyni zamanda bazada olan məlumatları yaddaş kartında (flaşkada) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təqdim etmişdir. O, sadəcə bu fəaliyyətdə köməkçi qismində istintaq orqanının əməkdaşlarına və komissiyanın üzvlərinə xidmət göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, onlar (arvadı ilə birlikdə) təxminən 2008-ci il tarixdə ünvan 7 ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasından 5 otaqlı mənzil almışlar. Həmin mənzil onun arvadı Şahid4 adına rəsmiləşdirilmişdir. 2013-cü ildə onlar həmin mənzili satmaq qərarına gəlmişlər. Evi satmaq üçün onlar alıcı axtarmağa başlamışlar və Bakı şəhərində ev alqı-satqısı ilə (makler) məşğul olan şəxslərə bu barədə məlumat vermişlər. Təxminən 2013-cü ilin may ayında makler evə alıcı tapmış və bundan sonra onun arvadı həmin alıcı ilə görüşmüşdür. Sonra onlar evi həmin alıcıya satmaq qərarına gəlmişlər. Bundan sonra MTK-da sənədləşmə işləri aparılmışdır. Evin satılmasından uzun müddət keçdiyindən evi hansı qiymətə və dəqiq kimə satılması onun yadında qalmamışdır. O, sadəcə onu bilir ki, onun arvadı notariusa getmiş və orada evin satılmasına dair sənədləri imzalamışdır. Bundan başqa heç bir məsələ onun yadında deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, onlara məxsus mənzilin alqı-satqısı ilə bağı yalnız şəxsiyyət vəsiqəsini təqdim etmiş və bundan sonra ona verilən sənədləri imzalamışdır. Qalan məsələlərlə onun əri Şahid5 məşğul olmuşdur. O, satdıqları mənzili heç vaxt görməmiş, eləcə də həmin mənzildə heç vaxt yaşamamışdır. Ümumiyyətlə o, həmin mənzildə heç vaxt olmamışdır. Mənzil alınanda onun adına rəsmiləşdirilmişdir. Səhv etmirsə ev təxminən 2004-2005-ci illərdə alınmışdır. Onlar evi səhv etmirsə 140.000 manata almışlar. Bütün işlərlə onun əri məşğul olduğundan onun heç bir şeydən xəbəri olmamışdır. Onun bu barədə dəqiq məlumatı olmamışdır. Bu işləri onun əri Şahid5 həyata keçirmişdir. O, tam təfərrüatı ilə bu məsələ ilə maraqlanmamışdır. O, mənzilin satılması səbəblərini dəqiq olaraq bilməmişdir. Bütün bu məsələlərlə onun əri Şahid5 məşğul olmuş və ona görə bütün məlumatlara Yaşar sahib olmuşdur. Mənzilin satılması prosesində onun iştirakı sadəcə sənədləri imzalaması ilə bağlı olmuşdur. Çünki mənzil vaxtı ilə də alındıqda və sonradan satıldıqda bütün işlərə onun əri rəhbərlik etmişdir. Həmin mənzilin satışından əldə etdikləri pulun bir hissəsi ilə onlar mövcud olan borclarını ödəmişlər. O, həmin mənzilin satışından nə qədər pul əldə etdiklərini, həmin pulların kimə çatdığını, həmin pulların hansı istiqamətdə xərcləndiyini dəqiq olaraq bilməmişdir. O, nə həmin mənzilin satışından əldə etdikləri pulu görmüş, nə də ki, həmin mənzilin özünü görmüşdür. O, ibtidai istintaq zamanı ifadə verərkən bu məzmunda ifadə vermiş və hal-hazırda da ifadə verərkən bildirir ki, onun heç nədən xəbəri olmamışdır. Ola bilər ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində konkret adlar və evin yerləşdiyi küçəni göstərmiş olsun, eləcə də digər konkret halları göstərmiş olsun. Lakin həmin ifadə onun adından yazılsa və onun tərəfindən imzalansa da, həmin ifadədə göstərilənlərin hamısı onun əri Şahid5 dediyi ifadələr əsasında yazılmışdır. Yəni onun əri nə deyibsə müstəntiq də onun ərinin dediklərini həm onun ifadəsi kimi, həm də onun əri Şahid5 ifadəsi kimi qeyd etmişdir. O, bir daha bildirmişdir ki, onların satdıqları mənzilin alqı-satqısı ilə onun əri Şahid5 məşğul olmuşdur. Ona görə də mənzilin satış qiymətini, mənzilin kimə satıldığını daha dəqiq olaraq onun əri bilmişdir. Onun heç bir hüquqi məsələlərdən anlayışı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 23 noyabr 2007-ci il tarixdən 24 may 2017-ci il tarixədək "xxxx" MMC-də baş mühasibin köməkçisi vəzifəsində işləmişdir. O, "xxxx" MMC-də əmək fəaliyyətinə başladıqda həmin şirkətdə mühasib vəzifəsinə təyin olunmamışdır. Həmin vaxt onun əmək qabiliyyətinə uyğun olaraq şirkətdə vakant vəzifə ştatı olmadığından o, ofis menecerinin köməkçisi vəzifəsində işləməyə başlamışdır. "xxxx" MMC-nin ofis menceri olmuş Günel xanım ailə qurduqdan sonra şirkətin baş mühasibi olan Aynur Kərimova onu öz yanında baş mühasib köməkçisi kimi işləməyə dəvət etmişdir. O da razılıq verərək şirkətdə qeyri-rəsmi olaraq baş mühasibin köməkçisi kimi işləməyə başladır. Təxminən bir ildən sonra həmin şirkətdə rəsmi olaraq baş mühasib köməkçisi vəzifəsi ştatı açıldığından o, həmin vəzifəyə təyin olunmuş və həmin vəzifədə rəsmi qaydada işləməyə başlamışdır. Onun şirkətdəki əmək müqaviləsinə xitam verilənədək o, baş mühasibin köməkçisi vəzifəsində işləmişdir. O, şirkətdə işlədiyi müddətdə şirkətin baş meneceri Günel xanım olmuşdur. Günel xanım eyni zamanda şirkətin xəzinədarı vəzifəsini icra etmişdir. Günel xanım ailə qurduqdan sonra şirkətdə tutduğu vəzifədən istefa vermişdir. Bundan sonra baş mühasib X12 xanımın icra etdiyi vəzifələrin icrasını ona həvalə etmişdir. Bundan sonra o, eyni zamanda "xxxx" MMCnin mağazalarından gələn pulların qəbulu, həmin pulların verilmiş satış siyahısına uyğun olaraq düzgünlüyünü yoxlamaq və şirkətin xərclərini hesablamaq, bu xərclərə dair sənədləri və qəbzləri hazırlamaq kimi vəzifələri icra etməyə başlamışdır. O, şirkətdə işlədiyi vaxt Təqsirləndirilən şəxs qeyri-qanuni şəkildə şirkətin vəsaitini ələ keçirməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs 2017-ci ildə direktor vəzifəsindən istefa vermiş və bundan sonra şirkətin rəhbərliyi dəyişmişdir. Şirkətin yeni rəhbərliyi köhnə komanda ilə işləmək istəmədiyindən bütün işçilər şirkətdən ayrılmışlar. O da öz növbəsində şirkətdən çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2006-cı ildən 2017-ci ilin iyul ayınadək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. O, əvvəlcə dükanların birində inzibatçı (administrator) kimi işləməyə başlamışdır. O, təxminən bir il yarım orada işlədikdən sonra şirkətin inkassasiya işlərini görməyə başlamışdır. O, "xxxx" MMC-də inkassasiya işlərini görməyə başladıqdan sonra onun gündəlik iş fəaliyyəti - şirkətə məxsus mağazalardan gündəlik satış pullarını yığaraq şirkətin baş ofisinin mühasibatlığına təhvil vermək, eyni zamanda şirkətin mühasibatlığı tərəfindən sayılaraq ona təhvil verilmiş pulları şirkətin bank hesablarına yerləşdirilməsi üçün banka təhvil verilməsini təşkil etmək olmuşdur. Onun inkassator kimi fəaliyyəti ilə bağlı, yəni bu işin yerinə yetirilməsi üçün şirkət tərəfindən ona maşın təhkim olunmuşdur. O da bir qayda olaraq xidməti vəzifəsini sürücü kimi həyata keçirmişdir. O, şirkətin satış dövriyyəsindən əldə etdikləri pulları "xxxx" MMC-nin mühasibatlığına təhvil verdiyi zaman pullar mühasibatlıq tərəfindən sayılmış, sayılmış pulların düzgünlüyünə dair sənəd tərtib edilmiş və həmin sənəd də onun tərəfindən imzalanmışdır. Sonra da həmin pullar yenidən ona təhvil verilmiş, o da həmin pulları şirkətin ticarət dövriyyəsinin təmin edilməsi məqsədilə şirkətin bank hesablarına təhvil vermişdir. Demək olar ki, o, inkassator kimi fəaliyyət göstərdiyi dövrdə "xxxx" MMC-nin ticarət dövriyyəsindən əldə edilmiş pul vəsaitlərinin yığılaraq "xxxx" MMC-nin xəzinəsinə təhvil verilməsi işini yerinə yetirmişdir. O, inkassator kimi "xxxx" MMC-nin ticarət dövriyyəsindən əldə edilmiş pul vəsaitlərini bağlı vəziyyətdə, yəni möhürlü vəziyyətdə sənəd üzrə təhvil almış və həmin pulları "xxxx" MMC-nin mühasibatlığına təhvil vermişdir. Ondan başqa, "xxxx" MMC-də inkassator vəzifəsini icra edən şəxs olmamışdır. O, etibarlı şəxs olduğundan bu vəzifə ona həvalə edilmişdir. "xxxx" MMC-nin xəzinəsindən pullar bu cür məxaric edilmişdir. Hər bir təhvil-təslim həyata keçirilərkən bu barədə qəbzlər və sənədlər tərtib edilmişdir. Həmin sənədlər onun tərəfindən, eyni zamanda pulları ona təhvil verən, habelə ondan həmin pulları alan şəxslər tərəfindən imzalanmışdır. Onun fikrinə görə şirkətin bank hesablarına "xxxx" MMC-nin xəzinəsindən məxaric edilən pulları birbaşa bank işçilərinə təhvil verilməsi işini şirkətin mühasibatlığının işçiləri həyata keçirmişlər. Yəni bank əməkdaşları ilə maliyyə əməliyyatlarını şirkətin mühasibatlıq işçiləri həyata keçirmişlər. Onun işi həmin pulların inkassator kimi çatdırılmasını həyata keçirmək olmuşdur. O, "xxxx" MMC-də 2006-cı ildən 2017-ci ilin may ayına qədər işləmişdir. Onu işə Təqsirləndirilən şəxs özü qəbul etmişdir. O, "xxxx" MMC-də işlədiyi müddətdə Təqsirləndirilən şəxs adına hansısa bir bankdan böyük bir məbləğdə götürülmüş kreditlərin "xxxx" MMC-nin xəzinəsinə mədaxil edilməsi kimi hallar olmamışdır. O, işlədiyi müddətdə "xxxx" MMC-nin adına banklardan götürülmüş kreditlərin ödənilməsi üçün ona sənəd üzrə təhvil verilmiş pulların şirkətin borc öhdəliyinin ödənilməsi üçün banka təhvil vermişdir. Yəni o, hər ay bu işi yerinə yetirmişdir. O, "xxxx" MMC-nin banka olan borclarını, həm də borca görə faziləri aybaay banka şəxsən ödəmişdir. Bank da şirkətin borcunu silmişdir. "xxxx" MMC-nin banka olan borclarını ödəmək üçün şirkətin mühasibatlığından ona təhvil verilmiş pulların məbləği təxminən 20.000 manat, 30.000 manat, 40.000 manat və oxşar məbləğlərdə olmuşdur. O da həmin pulları şirkətin borcunun ödənilməsi üçün banka ödəmişdir. Onun ödədiyi kreditlər "xxxx" MMC-nin adına bankdan götürülmüş pullara görə ödənilmişdir. "xxxx" MMC-nin adına bankdan kredit kimi götürülmüş pulun məbləği dəqiq olaraq onun yadında qalmamışdır. "xxxx" MMC-nin hər hansı bir səlahiyyətli nümayəndəsi tərəfindən şirkətin xəzinəsindən hər hansı bir məbləğin qeydiyyatsız çıxarılaraq hər hansı bir işin yerinə yetirilməsi üçün ona heç vaxt heç bir tapşırıq verilməmişdir. O, şirkətin mühasibatlığından pul vəsaitini götürdükdə, yaxud da ki, mühasibatlığa pulları təhvil verdikdə, bu barədə mütləq mühasibatlıq sənədləri tərtib edilmiş, habelə bu sənədlər təhvil alan və təhvil verən şəxslər tərəfindən imzalanmışdır. O, inkassator kimi "xxxx" MMC-nin satış mağazalarından yığılmış pulların alınmasına, həmin pulların şirkətin mühasibatlığına təhvil verilməsinə, şirkətin mühasibatlığı tərəfindən sayılaraq şirkətin bank hesablarına yerləşdirilməsi üçün yenidən ona verilmiş pulların banka çatdırılmasına dair tərtib edilən sənədlləri özü imzalamışdır. Şirkətin mühasibatlığı tərəfindən həmin sənədlərə əsasən şirkətin mühasibatlığının ştampı vurulmuşdur. "xxxx" MMC-nin xəzinəsindən "xxxx" MMC-nin kredit ödənişlərinin ödənilməsi üçün ona təhvil verilmiş pullara dair sənəd tərtib edilmiş, sonra həmin sənəd onun tərəfindən imzalanmış və pul təhvil alınmışdır. Həmin pulların təyinatında kredit ödənişlərinin həyata keçirilməsi üçün “verilir” yazılmışdır. "xxxx" MMCnin adına “Silkvey” Bankdan, “Yapıkredi Bankdan” götürülmüş pullar olmuşdur. Onun işlədiyi müddətdə “Silkvey” Bank, “Yapıkredi Bankdan” Təqsirləndirilən şəxs "xxxx" MMCnin adına kreditlər götürmüşdür. O, işlədiyi müddətdə “Silkvey” Bank, “X14” Təqsirləndirilən şəxs "xxxx" MMC-nin adına götürdüyü kreditlər şirkətin maliyyə vəsaitlərinin, satış dövriyyəsinin, mağazaların artırılması üçün götürülmüş və həmin pullar bu məqsədlər üçün xərclənmişdir. "xxxx" MMC-nin adına “Silkvey” Bank, “X14” götürülmüş pulların kredit ödənişlərinin həyata keçirilməsi barədə tapşırıqları ona birbaşa olaraq Təqsirləndirilən şəxs verməmişdir. Kreditin ödənilməsi müddəti gəlib çatdıqda, mühasibatlıq həmin pulu ona təhvil vermiş, o da həmin pulu gedib banka çatdırmışdır. İşlədiyi müddətdə “Şəhər Bağları“ MTK-ya ödənilməsi üçün ona şirkətin xəzinəsindən pullar verilmişdir. Həmin pulların məbləği hazırda onun yadında deyil. O, həmin pulları "xxxx" MTK-nın komendantına təhvil vermişdir. Ona pulu həmin şəxsə təhvil verilməsi barədə tapşırıq verilmişdir. Hazırda həmin şəxsin adı onun yadında deyil. O, pulu komendanta verdikdən sonra sonuncudan imzalı şəkildə qəbz almış və həmin qəbzi şirkətin mühasibatlığına təqdim etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında yenidən məhkəmə iclasına çağırılıb dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tərəfindən Şahid4 məxsus "xxxx" MTK-da mənzilin alınması prosesində iştirak etmişdir. Həmin mənzilin alınması zamanı o və Elvin Təqsirləndirilən şəxs təmsilçiləri olmuşlar. Leyla xanımın da iki nəfər təmsilçisi olmuşdur. O və Elvin həmin mənzilin Təqsirləndirilən şəxs xeyrinə Şahid4 "xxxx" MTK-da yerləşən mənzilin alınması üçün Leyla xanımın təmsilçilərinə ilkin olaraq 100.000 manat təqdim etmişlər. Sonradan isə onlar mənzilin qalan ödənişinin 900.000 manatlıq hissəsini də Şahid4 təmsilçilərinə təqdim edərək mənzilin satış qiymətini, yəni 1.000000 manatın ödənilməsini tam başa çatdırmışlar. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. O, Təqsirləndirilən şəxs "xxxx" MTK-dan mənzil alması prosesində iştirak etməmişdir. O, Şahid4 əri Yaşarın xahişi ilə Leylanın evinə getmişdir. Bunu da ondan Yaşar xahiş etmişdir. O da Leylanın evinə gedərək evin sahibinə açar təqdim etmişdir. O, Leylanın evinə mənzilin açarlarını təqdim etmək üçün getmişdir. Həmin binanın komendantı ona yaxınlaşmış və bildirmişdir ki, “bir sənəd var, onu imzala və çıx get”. O da həmin sənədi oxumadan və sənədlə tanış olmadan imzalamışdır. Lakin o, həmin sənədi imzaladığına görə heç kimdən pul almamış və ya heç kim ona pul təqdim etməmişdir. O, həmin sənədə görə heç kimdən 100.000 manat pul almamışdır. Bu pulu Yaşarın özü almalı imiş. O da həmin vaxt orada olduğundan Yaşar ondan həmin sənədə imza çəkməsini xahiş etmşdir. Onun başqa heç bir şeydən xəbəri olmamışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. Şahid4 isə o, tanıyır. O, "xxxx" MTK-da Şahid4 Təqsirləndirilən şəxs mənzil satması prosesində iştirak etməmişdir. O, Şahid4 "xxxx" MTK-da olan mənzilinə görə kommunal ödənişlərin həyata keçirilməsində iştirak etmişdir. O, "xxxx" MTK-da Şahid4 Təqsirləndirilən şəxs mənzil satması prosesində heç kimdən pul almamışdır. Ona heç kim heç vaxt 100.000 manat təqdim etməmişdir. O da heç kimdən heç vaxt 100.000 manat pulu hər hansı bir sənədə imza çəkməklə almamışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, həmçinin Təqsirləndirilən şəxs "xxxx" MTK-dan mənzil almasını xatırlayır. Həmin mənzil Şahid4 məxsus olmuşdur. Şahid4 2008-ci ildə həmin mənzili almışdır. Şahid4 həmin mənzili sonradan 1.000000 manata Təqsirləndirilən şəxs almışdır. Mənzil satılan zaman həm satan şəxsin təmsilçiləri, həm də alan şəxsin, yəni Təqsirləndirilən şəxs təmsilçiləri onun iş otağında mənzilin alqı-satqısı barədə ilkin razılaşma əldə etmişlər. Həmin prosesdə o da iştirak etmişdir. Təqsirləndirilən şəxs təmsilçiləri həmin mənzilin daha aşağı qiymətə satılmasını təklif etsələr də, satıcının təmsilçiləri həmin məbləğlə razılaşmadıqlarını və həmin mənzili 1.000000 manata satacaqlarını bildirmişlər. Həmin mənzil satılarkən Təqsirləndirilən şəxs tərəfindən iki nəfər iştirak etmişdir. Həmin şəxslərdən birinin adı Elvin olmuşdur. Digər şəxsin adı isə onun yadında qalmasa da, o, həmin şəxsin nisbətən yaşlı bir şəxs olduğunu xatırlayır. Təqsirləndirilən şəxs və Şahid4 təmsilçiləri bir-biriləri ilə razılaşmışlar ki, həmin mənzilin pulunu iki dəfəyə ödəsinlər. Bu razılaşma sənədinə şahid kimi o da imza çəkmişdir. İlkin ödəniş kimi 100.000 manat ödənilməli olmuşdur. Mənzilin ödənişinin qalan hissəsi isə bir ay ərzində Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olmuşdur. O, mənzilin qalan pulunun da verilməsində iştirak etmişdir. Həmin mənzilin çıxarışı və orderi olmamışdır. Həmin mənzilin MTK tərəfindən Təqsirləndirilən şəxs satılmasını MTK tərəfindən təsdiq edilməsi üçün onlara notarius tərəfindən təsdiq edilmiş, Şahid4 həmin mənzilə dair hüququndan Təqsirləndirilən şəxs xeyrinə imtina etməsi barədə rəsmi sənəd lazım olmuşdur. Həmin sənəd notarius tərəfindən təsdiqləndiyi üçün onlar həmin sənəd əsasında mənzilin alqı-satqısını rəsmiləşdirmişlər. Notariusdan onlara sənədi Şahid4 və Təqsirləndirilən şəxs təmsilçiləri gətirmişlər. Onlar da bu prosesi həyata keçirmişlər. O, qalan 900.000 manat pulun təhvil verilməsini də görmüşdür. Həmin pullar onun yanında sayılmasa da, həmin pullar çantada olmuşdur. Həmin pullar bağlamada olmuşlar. Yəni o, 9 (doqquz) ədəd bağlamada olan pulun Şahid4 təmsilçilərinə təhvil verildiyini görmüşdür. O, həmin pulların sayılmasında iştirak etməmişdir. Sadəcə olaraq o, 9 (doqquz) ədəd bağlamada pulun sayılaraq Şahid4 təmsilçilərinə təqdim edilməsini görmüş və özü də bu prosesdə iştirak etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 Məmmədhüseyn oğlu ifadəsində göstərdi ki, o, yenicə olardı ki, "xxxx" MMC-də iş ilə təmin olunmuşdur. Onu işə Təqsirləndirilən şəxs götürmüşdür. Bir gün Təqsirləndirilən şəxs onu öz xidməti otağına çağıraraq yeni ev almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona almaq istədiyi evin "xxxx" MTK-nın ərazisində yerləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona beh qismində həmin mənzili satan, yəni ev sahibinin təmsilçilərinə pul çatdırılacağını demiş və həmin pulun çatdırılması üçün ondan kömək istəmişdir. Təqsirləndirilən şəxs ona həmin pulun ev sahibinin təmsilçilərinə çatdırılmasına görə akt tərtib olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona aktın tərtib edilməsinin səbəbini də pulun təhvil alınması və verilməsi prosesinin rəsmiləşdirilməsi üçün lazım olduğunu bildirmişdir. Həmin şəxslərlə, yəni evi satacaq şəxsin təmsilçiləri ilə Təqsirləndirilən şəxs özü telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxslər alqı-satqı üçün razılaşmanın həyata keçiriləcəyi yerə gecikmişlər. Bu zaman o, “Nəsimi” bazarının yanindakı Vergilər Departamentinə getmişdir. O, ora müəyyən sənədlər aparmalı olmuşdur. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, evin sahibini təmsil edən şəxslər razılaşma sənədinin imzalanacağı yerə gecikirlərsə, həmin sənədləri Vergilər Departamentinə aparsın və sonra razılaşma sənədinin imzalanacağı yerə qayıtsın. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, “get, amma uzağa getmə və tez geri qayıt”. O, Vergilər Departamentinə getmiş və lazım olan sənədləri ora təhvil vermişdir. Sonra ona zəng gəlmiş və bildirilmişdir ki, razılaşma sənədini imzalayacaq şəxslər artıq razılaşma sənədinin imzalanacağı yerə gəlmişlər və onu gözləyirlər. Onun geri qayıtmağı gecikmişdir. Bu səbəbdən də o, həmin vaxt razılaşma sənədini imzalamaq üçün gecikmişdir. O, razılaşma sənədinin imzalanacağı yerə gec çatdığından, artıq sənədin imzalanması və pulun təmsilçilərə təhvil verilməsi ona bildirilmişdir. O, həmin vaxt pulu təhvil alan şəxsləri orada görməmişdir. Aktın tərtib olunduğunu, 100.000 manatın ev sahibini təmsil edən şəxslərə verilməsini təsdiq edən aktda ev sahibinin təmsilçilərinin həmin pulu almağına dair imza çəkdiklərini görmüşdür. O, həmin 100.000 manat pulun ev sahibinin təmsilçilərinə verilməsi anını görməmişdir. Lakin 100.000 manatın ev sahibinin təmsilçilərinin təhvil almasına dair imzalanmış aktı o, həmin vaxt görmüşdür. 100.000 manatın ev sahibinin təmsilçilərinə təhvil verilməsi anını görməmişdir. Həmin aktda evin satış qiymətinin 90 faizinin bundan sonra ödəniləcəyinə dair qeyd də olmuşdur. O, həmin aktı ona imzalamaq üçün kimin təqdim etdiyini dəqiq olaraq xatırlamır. O, həmin razılaşma aktını "xxxx" MMC-nin ofisində imzalamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2007ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin 0107-P347-49890 nömrəli X1 Reyestrinin çıxarışından (cild 5, iş vərəqə 181) görünür ki, həmin vaxt "xxxx" MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2013-cü il tarixli 2229 nömrəli xəzinə məxaric orderindən (cild 5, iş vərəqə 284) görünür ki, 280.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xəzinəsindən məxaric edilərək "xxxx" MTK-nə ödənilməsi məqsədi ilə Şahid3 verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin “X10” adlı sənədlərindən (cild 5, iş vərəqə 302-353) görünür ki, Təqsirləndirilən şəxs şəxsi xərcləri təyinatı ilə 18.02.2014-cü il tarixdə 36.676 manat, 18.04.2014-cü il tarixdə 35.261 manat, 16.05.2014-cü il tarixdə 37.335 manat, 18.07.2014-cü il tarixdə 40.000 manat, 18.12.2014-cü il tarixdə 55.000 manat, 30.01.2014-cü il tarixdə 20.660 ABŞ dolları, 26.02.2014-cü il tarixdə 20.660 ABŞ dolları, 27.03.2014-cü il tarixdə 20.656 ABŞ dolları, 30.04.2014-cü il tarixdə 20.655 ABŞ dolları, 30.05.2014-cü il tarixdə 20.655 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin xəzinəsindən məxaric edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 5, iş vərəqə 28) görünür ki, ünvan 8 ünvanında yerləşən 45 saylı mənzil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən (cild 1, iş vərəqə 4) görünür ki, "xxxx" MMC-nin təsiscisi Təqsirləndirilən şəxs Cəmiyyətdə sahib olduğu 25% (iyirmi beş faiz) payını digər təsisçi X3 800.000 (səkkiz yüz min) manata satmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2017-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 223-226) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2018-ci il tarixli qərardan (cild 1, iş vərəqə 42-46) görünür ki, "xxxx" MMC-nin sabiq direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 41) görünür ki, həmin gün ********* nömrəli cinayət işinə baxış keçirilmiş və 19 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilərək ona həmin maddələr üzrə ittihamın elan edilməsi, 23 yanvar 2018-ci il tarixdə isə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsi və ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş edilməsi, habelə tərəflər arasında barışıq əldə edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 5, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2020-ci il tarixli xasiyyətnamədən (cild 6, iş vərəqə 11) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli "xxxx" ASC-nin cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən (cild 6, iş vərəqə 80-118) görünür ki, 19 dekabr 2012-ci il tarixdə "xxxx" ASC (əvvəlki adı “X16” ASC) ilə Təqsirləndirilən şəxs arasında şəxsi məqsədlər üçün 1.611875 manat məbləğində pul vəsaitinin götürülməsinə dair 212/BV-KM-0012 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Təqsirləndirilən şəxs adından Şahid3 digər tarixlərlə yanaşı, 21.01.2013-cü il tarixdə 36.700 manat, 21.01.2014-cü il tarixdə 36.675 manat, 18.02.2014-cü il tarixdə 36.676 manat, 18.04.2014-cü il tarixdə 35.261 manat, 16.05.2014-cü il tarixdə 37.335 manat, 18.06.2014-cü il tarixdə 42.665 manat, 18.07.2014-cü il tarixdə 40.000 manat, 16.01.2015-ci il tarixdə 55.000 manat "xxxx" ASCnin xəzinəsinə mədaxil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2021-ci il tarixli "xxxx" ASC-nin cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən (cild 6, iş vərəqə 122-151) görünür ki, 31 iyul 2013-cü il tarixdə “X15 Azərbaycan” QSC ilə Təqsirləndirilən şəxs arasında daşınmaz əmlakın alınması məqsədi ilə 950.000 ABŞ dolları məbləğində pul vəsaitinin götürülməsinə dair 42720 nömrəli kredit müqaviləsi bağlanmış və xəzinə mədaxil orderlərindən görünür ki, həmin kredit müqaviləsi üzrə Təqsirləndirilən şəxs adından Şahid3 digər tarixlərlə yanaşı, 30.01.2014-cü il tarixdə 20.660 ABŞ dolları, 26.02.2014-cü il tarixdə 20.660 ABŞ dolları, 27.03.2014-cü il tarixdə 20.656 ABŞ dolları, 30.04.2014-cü il tarixdə 20.656 ABŞ dolları, 30.05.2014-cü il tarixdə 20.655 ABŞ dolları məbləğində pul vəsaitini “X15” QSC-nin xəzinəsinə mədaxil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/305 nömrəli ekspertiza rəyindən (cild 6, iş vərəqə 178-179) görünür ki, 21.01.2014-cü il tarixli, 266 №li, 30.01.2014-cü il tarixli, 394 №-li, 06.01.2014-cü il tarixli, 21 №-li, 20.01.2014-cü il tarixli, 243 №-li, 25.02.2014-cü il tarixli, 837 №-li, 17.03.2014-cü il tarixli, 1225 №-li, 19.03.2014cü il tarixli, 1270 №-li, 20.03.2014-cü il tarixli, 1278 №-li xəzinə məxaric orderlərində “Direktor” qrafalarında olan imzalar və 01.06.2013-cü il tarixli, 2229 №-li “Xəzinə məxaric order”ində “Rəhbər” qrafasında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 6, iş vərəqə 184-190) görünür ki, törədilmiş əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 179.3.2 və 308.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 6, iş vərəqə 192-193) görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 6, iş vərəqə 196-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-316/2021 saylı qərarından (cild 6, iş vərəqə 230-234) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən (cild 7, iş vərəqə 26-37) görünür ki, "xxxx" MMC-nin (20.01.2020-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC) maliyyə təsərrüfat fəaliyyətinə dair sənədlərə baxılmış və 2013-2014-cü illərə aid mənfəət bölgüsünə dair hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin həmin bölgü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bəyənnamə göndərilməmiş, bundan başqa, 2013-2014-cü illərə aid mənfəət bölgüsünün keçirilməsinə dair təsisçilərin yığıncağı keçirilərək hər hansı qərar qəbul edilməmişdir. Qeyd olunan dövr üzrə əldə olunmuş gəlir MMC-nin təsisçilərinin şifahi razılığına əsasən dövriyyə vəsaitinin təmin edilməsinə, o cümlədən xidmət şəbəkəsinin genişləndirilməsinə, MMC-nin fəaliyyət istiqaməti üzrə malların idxal olunmasına yönəldilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-465/2021 saylı qərarından (cild 7, iş vərəqə 40-41) görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 45 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirməsi barədə rəydən (cild 7, iş vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 45 nömrəli mənzilin orta bazar dəyəri 2.666732 manat məbləğində qiymətləndirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 7, iş vərəqə 51-86) görünür ki, “X15” QSC-dən və "xxxx" ASC-dən daxil olmuş kredit müqavilələri, xəzinə mədaxil orderləri, eləcə də Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 21.01.2013-cü il tarixli 252 nömrəli, 01.06.2013-cü il tarixli 2229 nömrəli, 21.01.2014-cü il tarixli 266 nömrəli, 30.01.2014-cü il tarixli 394 nömrəli, 18.06.2014-cü il tarixli 6473 nömrəli xəzinə məxaric orderləri və 18.02.2014, 18.04.2014, 16.05.2014, 18.07.2014, 18.12.2014, 30.01.2014, 26.02.2014, 27.03.2014, 30.04.2014 və 30.05.2014-cü il tarixli “X10” sənədləri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanılmasına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin sənədlərin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi bir neçə müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirmiş və həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə - özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgə əmlakının talanmanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Qeyd edilən bu iki müstəqil formanın hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına direktor, anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, habelə vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək heç bir cinayət törətmədiyini, onun özgəyə məxsus hər hansı bir məbləğdə pul vəsaitini mənimsəmədiyini, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə onun aidiyyətinin olmadığını bildirərək ona qarşı irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir və bu səbəbdən də təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə məhkəmə istintaqında obyektiv şəkildə tədqiq edilmiş çoxsaylı sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə istintaqında müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ibtidai araşdırma zamanı dindirilməmiş şəxslərin əlavə şahid qismində dindirilməsi, habelə çoxsaylı yazılı sənədlərin yeni sübut kimi cinayət işinin materiallarına əlavə edilməsi barədə çoxsaylı vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama düzgün hüquqi qiymət verilməsi, ittihamın qanuniliyini və əsaslılığını yoxlamaq və cinayət işinə obyektiv şəkildə baxılması məqsədi ilə məhkəmə tərəfindən müdafiə tərəfinin əsaslı, ağlabatan və ittihamla birbaşa əlaqəsi olan vəsatətləri təmin edilmişdir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş 4 (dörd) nəfər şəxs, yəni Şahid7, Şahid9, X6 və Şahid8 Məmmədhüseyn oğlu bu və ya digər məzmunda təqsirləndirilən şəxsin xeyrinə yönəlmiş ifadələr vermişlər. Qeyd edilən şəxslərin ifadələri əsasında təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu bəzi halların düzgün şəkildə iddia etməsi təsdiq olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 45 saylı mənzili 280.000 manata alqı-satqı müqaviləsi əsasında əldə etməsi nəticəsinə gəlsə də, məhkəmə istintaqında dindirilmiş əlavə şahidlərin ifadələri əsasında 45 saylı mənzilin əslində 1.000000 manata (iki dəfəyə ödənilməsi şərti ilə) alınması müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, ittihama düzgün hüquqi qiymət verilməsi məqsədi ilə məhkəmə qarşısında duran başlıca vəzifə - 45 saylı mənzilin alınarkən qiymətinin müəyyən edilməsi deyil, əksinə həmin mənzilin alınması zamanı 280.000 manat məbləğində pulun şirkətin xəzinəsindən məxaric edilib-edilməməsi məsələsinin müəyyən edilməsidir. Əlavə şahid qismində dindirilmiş şəxslər isə qeyd edilən məsələ ilə bağlı məhkəməyə heç bir məlumat bildirə bilməmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, əlavə şahid qismində dindirilmiş şahidlərin ifadələri təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təqzib edilməsi, habelə ittihamın qanunsuz və əsassız olması nəticəsinə gəlmək üçün kifayət etmir. Məsələ ondan ibarətdir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslər öz ifadələrində Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yerləşən 45 nömrəli mənzilin əldə edilməsi vaxtını, mənzilin dəyərini, bu dəyərin ödənilməsi şərtlərini, ümumilikdə mənzil barəsində alqı-satqı müqaviləsinin bağlanması yerini və şəraitini göstərsələr və bu ifadələrdə göstərilmiş məlumatlar ibtidai istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşməsə də, məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirilmiş şəxslər ittihamla bağlı birbaşa ifadə verməmişlər və həmin mənzilin əldə edilməsinə yönəlmiş 280.000 manat məbləğində pul vəsaitinin mənbəyini göstərə bilməmişlər. Bu səbəbdən də məhkəmə bir daha belə qənaətə gəlir ki, əlavə şahid qismində dindirilmiş şahidlərin ifadələri əsasında ibtidai istintaq orqanının gəldiyini nəticəni inkar və istisna etmək mümkün deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı müxtəlif vəsatətlər verərək çoxsaylı sənədlərin (ödəniş qəbzləri, proqram təminatından çıxarışlar, şəxsi yazışmalar və sair sənədlər) cinayət işinin materiallarına əlavə edilməsini xahiş etmiş və həmin sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sənədləri obyektiv şəkildə tədqiq və təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda kifayət qədər pul vəsaitlərini bu və ya digər şəkildə şirkətin xəzinəsinə mədaxil etmiş, habelə Təqsirləndirilən şəxs ilə digər təsisçi arasında Cəmiyyətin fəaliyyəti ilə əlaqədar yazışmalar aparılmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə digər təsisçi arasında Cəmiyyətin fəaliyyəti ilə əlaqədar danışıqların aparılması, həmçinin ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi 07 aprel 2021-ci il tarixli cavab məktubu və həmin məktuba əlavə edilmiş sənədlər ilə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən sənədlərdən görünür ki, "xxxx" MMC-nin 2013-2014-cü illərə aid mənfəət bölgüsünün keçirilməsinə dair təsisçilərin yığıncağı keçirilərək hər hansı qərar qəbul edilməmişdir. Qeyd olunan dövr üzrə əldə olunmuş gəlir şirkətin təsisçilərinin şifahi razılığına əsasən dövriyyə vəsaitinin təmin edilməsinə, o cümlədən xidmət şəbəkəsinin genişləndirilməsinə, MMC-nin fəaliyyət istiqaməti üzrə malların idxal olunmasına yönəldilmişdir. Başqa sözlə, qeyd edilən sübut əsasında da şirkətin təsisçiləri arasında şirkətin fəaliyyəti ilə əlaqədar şifahi razılığın olması təsdiq olunur. Məhkəmə istintaqında müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi yeni sübutları əsasında fərqli nəticəyə gəlmək mümkün olmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müdafiə tərəfinin təqdim etdiyi həmin sənədlərin və həmin sənədlərdə öz əksini tapmış məlumatların təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla əlaqəsi yoxdur. Məhkəmə tərəflərin bərabərliyi prinsipi əsasında müdafiə tərəfinin təqdim etdiyi çoxsaylı yazılı sənədlərə ittiham tərəfinin əldə etdiyi sübutlarla bərabər şəkildə yanaşaraq və həmin sübutları məcmu halda tədqiq edərək, eləcə də həmin sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, müdafiə tərəfinin əlavə sübut kimi təqdim etdiyi sənədlər ittiham tərəfinin əldə etdiyi sübutları inkar və istisna etmir. Bu səbəbdən də məhkəmə istintaqında müdafiə tərəfinin təqdim etdiyi sübutlar əsasında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qanunsuz və əsassız olması nəticəsinə gəlmək ağlabatan deyil. Yuxarıda göstərilənləri bir daha məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri təkib əlamətləri var. Mhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və cinayətlərin məcmusu qaydasında həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətmişdir. Onun törətmiş olduğu hər bir əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət, Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 308-ci maddəsində isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmaqla himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, ali təhsilli olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayət əməlləri üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Bundan başqa, ona Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə həmin maddənin sanksiyası həddində əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin sanksiyası həddində əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsi üzrə də əlavə cəza kimi dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, habelə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrinin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş əsas cəzaları qismən toplamaqla, təyin edilmiş əlavə cəzaları qismən toplamaqla və əsas cəzanı əlavə cəza ilə birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 132 (yüz otuz iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olan “X15” QSC-dən və "xxxx" ASC-dən daxil olmuş kredit müqavilələri, xəzinə mədaxil orderləri, eləcə də Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 21.01.2013-cü il tarixli 252 nömrəli, 01.06.2013-cü il tarixli 2229 nömrəli, 21.01.2014-cü il tarixli 266 nömrəli, 30.01.2014-cü il tarixli 394 nömrəli, 18.06.2014-cü il tarixli 6473 nömrəli xəzinə məxaric orderləri və 18.02.2014, 18.04.2014, 16.05.2014, 18.07.2014, 18.12.2014, 30.01.2014, 26.02.2014, 27.03.2014, 30.04.2014 və 30.05.2014-cü il tarixli “X10” sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda ibtidai araşdırma zamanı məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 45 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş mənzillə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmədiyindən, həmin mənzil Təqsirləndirilən şəxs yeganə yaşayış yeri hesab edildiyindən, habelə həmin mənzil üzərində digər şəxslərin (təqsirləndirilən şəxsin ailə üzvləri) də mülkiyyət hüququ və mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququ mövcud olduğundan, başqa sözlə, həmin mənzil təqsirləndirilən şəxsin ailə üzvlərinin məhdud əşya hüququ ilə məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, həmin mənzil xüsusi müsadirə edilməməli və mənzilin üzərinə qoyulmuş həbs ləğv edilməklə mənzil həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında mülki iddia verilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ona vurulmuş ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan “X15” QSC-dən və "xxxx" ASC-dən daxil olmuş kredit müqavilələri, xəzinə mədaxil orderləri, Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 21.01.2013-cü il tarixli 252 nömrəli, 01.06.2013-cü il tarixli 2229 nömrəli, 21.01.2014-cü il tarixli 266 nömrəli, 30.01.2014-cü il tarixli 394 nömrəli, 18.06.2014-cü il tarixli 6473 nömrəli xəzinə məxaric orderləri və 18.02.2014, 18.04.2014, 16.05.2014, 18.07.2014, 18.12.2014, 30.01.2014, 26.02.2014, 27.03.2014, 30.04.2014 və 30.05.2014-cü il tarixli “X10” sənədləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 132 (yüz otuz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 45 saylı mənzilin üzərinə qoyulmuş həbs ləğv edilsin və mənzil həbsdən azad edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-101/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-101/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver