Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:15 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Salmanov Rahib Vaqif oğlunun sədrliyi, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X19 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1978-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsi ölümlə hədələyərək zor tətbiq etməklə onunla cinsi əlaqədə olaraq zorlamış və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.
2. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə xx.xx.2017-ci il tarixdə, saat 00 radələrində mərhum qardaşı X1 qayınanası Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə, sonuncunun tək qalmasından istifadə edib zorlamaq məqsədi ilə gələrək bir qədər yemək yedikdən sonra evin qapısını arxadan kilidləyib, Zərərçəkmiş şəxs çölə çıxmaq istədikdə onun müqavimətini qıraraq evin dəhlizində sağ əli ilə Zərərçəkmiş şəxs sol qolunu sıxıb, ağzını tutaraq fiziki ağrılar yetirməklə qışqıracağı təqdirdə öldürəcəyi ilə hədələyib yerə yıxaraq əynindəki donu cırıb, gərilib-dartılma nəticəsində yaranmış sol yan tikişi üzərində bir ədəd, sağ yan tikişi üzərində bir ədəd, sağ qoltuqaltı tikişi üzərində bir ədəd sökülmə və cırılma nəticəsində yaranmış donun sol çiyin nahiyəsində bir ədəd və tumanın sağ yan nahiyəsində bir ədəd zədələri yetirərək, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna salıb zorla təbiiyolla cinsi əlaqədə olaraq, bundan sonra çirkin əməllərindən əl çəkməyərək Zərərçəkmiş şəxs saçından tutaraq dizi üstə oturdub öz cinsiyyət orqanını sonuncunun ağız boşluğuna salıb-çıxararaq seksual xarakterli zorakılıq hərəkətlər etmiş, bununla kifayətlənməyib Zərərçəkmiş şəxs ağzı üstə yerə uzadaraq öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə salaraq qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəli təyin edilməyən, qarının ön divarının və sol bazu nahiyəsinin qançırları xəsarətləri yetirib ölümlə hədələyərək zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olaraq zorlamış və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Şahid1 qayınıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində xırda sahibkarlıqla məşğul olmaqla mağaza işlətmişdir. Qızı Şahid1 ilə bir neçə müddət danışmamışlar, münasibətləri sərin olmuşdur. Buna səbəb Şahid1 əri öldükdən sonra evinə gedib-gəlməməyi idi. Astara rayonunun Səncərədi kəndində 0,12 hektar ölçüdə torpaq sahəsi vardır və öz yaşadığı evi təmir etmək üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, evin satılması üçün Şahid1 razılığı lazım olmuş, bununla bağlı bir neçə dəfə Dünyanın yanına getsə də, sonuncu torpaq sahəsinin satılmasına razılıq verməmişdir. Qızının onu eşitməməsini görüb bəlkə qayını Təqsirləndirilən şəxs desə, razı olar deyə fikirləşərək 21 iyul 2017-ci il tarixdə, saat 18 radələrində Fuadın işlədiyi mağazaya gedib, sonuncudan xahiş etmişdir ki, Dünyadan ona etibarnamə verməyi xahiş etsin ki, o da, torpaq sahəsini satıb evini təmir edərək sata bilsin. Təqsirləndirilən şəxs Şahid1 ilə münasibətinin sərin olduğunu, ümumiyyətlə danışmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yanına gedərkən əlində qəhvəyi rəngli qadın çantası olmuş və çantanın qulpu qırılmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, çantanı versin, qulpunu dərzidə düzəltdirəcəkdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşandan sonra sonuncu ona göy rəngli sellofan verərək çantasındaki əşyaları həmin sellofanın içərisinə qoymağı təklif etmiş, çantanı isə düzəltdirmək üçün ondan təhvil almışdır. Bundan sonra yaşadığı evə doğru 107 saylı marşrut avtobusu ilə yola düşmüşdür. Təqsirləndirilən şəxs mağazasında bir saata yaxın müddətdə olmuş, saat 19 radələrində evə çatmışdır. Evi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lider marketin yaxınlığında Xanlar massivində yerləşir. Evə gəldikdən təxminən yarım saat keçdikdən sonra istifadəsində olan (051) ***-**-** mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş, telefona cavab verdikdə danışan şəxs Təqsirləndirilən şəxs olduğunu, çantasının qulpunu tikdirdiyini, saat 23:00-da dükanı bağladıqdan sonra gəlib çantanı ona təhvil verəcəyini demişdir. 22 iyul 2017-ci il tarixdə, təxminən saat 00:00da Təqsirləndirilən şəxs əlində sellefonla onun yaşadığı evə gəlmiş, özü ilə birlikdə qarpız və kiçik araq şüşəsi gətirmişdir. Ondan kəskin spirtli içki iyi gəlirdi. Təqsirləndirilən şəxs ondan qarpızı kəsməyi xahiş etmiş, mətbəxdə qarpızı kəsmiş və birlikdə qarpız yemişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs əsasən özü barədə, arvadı ilə boşanmasından və aliment davasından danışmışdır. Bir saata yaxın danışdıqdan sonra saatın gec olduğunu Təqsirləndirilən şəxs bildirərək evinə getməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ayağa qalxıb, qapısı bağlı olan otağı göstərərək həmin otağı təmir etməyi ona təklif etmiş, Fuada buna ehtiyac olmadığını bildirdikdən sonra Fuadın təkidi ilə həmin otağın qapısını açmış, Fuad otağa baxıb ondan çay istəmiş, çayın olmadığını bildirərək su gətirmək üçün mətbəxə keçmişdir. Təqsirləndirilən şəxs su içdikdən sonra əlindəki stəkanı ona vermiş və evin bayır qapısını bağlamışdır. Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda sonuncu onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş, bu zaman Fuada müqavimət göstərib bayıra çıxmaq istəyəndə Fuad sağ əli ilə onun sol qolunu tutaraq sıxmış, qışqırmağa başlayanda isə onun ağzını tutmağa başlamış, qışqıracağı təqdirdə onu öldürəcəyi ilə hədələmiş, yerə yıxaraq paltarını cırmağa başlamış, sinəsi üzərində oturub şalvarını çıxartmışdır. İlk əvvəl əynindəki firuzəyi rəngli xalatı, sonra isə ağ rəngli alt paltarını cırıb, öz cinsiyyət orqanını onun uşaqlıq yoluna yerləşdirmişdir. Təqsirləndirilən şəxs nə qədər müqavimət göstərsə də, Fuad yenə də öz əməlinə davam etmiş, bu vəziyyətdə təxminən otuz dəqiqədən artıq müddətdə onunla fasilə vermədən təbii yolla cinsi əlaqədə olmuş və cinsi əlaqə onun uşaqlıq yoluna sperma ifrazı ilə nəticələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan öz cinsiyyət orqanını silmək üçün evdə dəsmal olub-olmadığını soruşmuş, evdə dəsmal olmadığını bildirəndə Fuad onun cırılmış xalatını götürərək cinsiyyət orqanını həmin xalatla silmiş, daha sonra öz əməllərinə davam etdirərək on dəqiqəyə yaxın müddətdə onun döşlərini sıxaraq öz cinsiyyət orqanını döşlərinə sürtməyə başlamış, öz çirkin əməllərindən əl çəkməyərək saçından tutaraq onu dizi üstə oturtmuş, özü isə ayağa qalxaraq onun saçından tutaraq öz cinsiyyət orqanını ağız boşluğuna salmağa başlamışdır. İlk əvvəl Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağzına almaq istəməmiş, buna etiraz etdikdə Fuad onu öldürəcəyi ilə hədələyərək yenidən saçından yolmuş və ağzını açmağı tələb etmiş, məcbur qalıb Fuadın istədiklərini etməyə məruz qalmışdır. Təxminən on-on beş dəqiqə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun ağız boşluğuna salıb-çıxarmağa davam etmiş, bundan sonra da ondan əl çəkməmiş, onu ağzı üstə yerə uzadaraq öz cinsiyyət orqanını anus dəliyinə soxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Yenə də müqavimət göstərmək istəyəndə Təqsirləndirilən şəxs yenidən onu öldürməklə hədələyərək sakit durmağı tələb etmiş və qırx dəqiqəyə yaxın onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyri-təbii yolla cinsi əlaqə onun anus dəliyinə sperma ifrazı ilə başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq öz mobil telefonu vasitəsilə onun və evin şəkillərini, videosunu çəkməyə başlamış, bundan bərk əsəbiləşib ayağa qalxaraq Fuadı lüt formada itələyib bayıra çıxartmış, daha sonra mətbəxin pəncərəsindən Fuadın paltarlarını yığıb arxasınca atmış, özü isə hamama girib yuyunmuş və cırılmış xalatı ilə tumanını yumuşdur. Növbəti gün, yəni 22 iyul 2017-ci il tarixdə bədənində, xüsusən bel nahiyəsində ağrılar olduğuna görə evdə uzanmış, 23 iyul 2017-ci il tarixdə, saat 15 radələrində digər qızı Şahid2 zəng etmiş və ona Təqsirləndirilən şəxs onu zorlamasını demiş, Anjella da bu barədə bacısı Şahid1 bildirmişdir. Həmin gün saat 20 radələrində Şahid1 ona zəng etmiş, telefonda Dünyaya baş verənləri danışmış, saat 20:30 radələrində Dünya onun evinə gəlmişdir. Şahid1 ilə danışandan sonra Dünya Təqsirləndirilən şəxs zəng edərək evinə çağırmış, Fuad əvvəlcə gəlməkdən imtina etmiş, lakin Dünya Fuada qapısını oğruların sındırması barədə yalan məlumat verdiyi üçün Fuad gəlməyə razı olmuşdur. Şahid1 gedəndən bir saat sonra o da, Dünyagilə getmiş, oraya çatanda səsdən Təqsirləndirilən şəxslə Dünyanın mübahisə etdiklərini bilmişdir. Şahid1 Təqsirləndirilən şəxs etdiklərinin səbəbini soruşmuş, Fuad isə onun yalan danışdığını, onu zorlamadığını demişdir. Bu zaman darvazadan içəriyə daxil olub Təqsirləndirilən şəxs yaxınlaşıb, sonuncunun cinsiyyət orqanından tutaraq «kişisənsə, indi cinsiyyət orqanını ağzıma sox» demiş və Fuadı vurmağa başlamış, sonra Şahid1 ip gətirməsini, Fuadı bağlayıb polisə təhvıl verməyi demişdir. Polis sözünü eşidən kimi Təqsirləndirilən şəxs Şahid1 itələmiş və qaçaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şahid1 itələyən zaman sonuncunun başı daşa dəymiş və başından qan axmışdır. Şahid1 qızı Şahid3 102 xidmətinə zəng etmiş, həmin vaxt Təqsirləndirilən şəxs artıq qaçmışdır. Təqsirləndirilən şəxs onun evinə daxil olub evindən çıxması arasında təxminən üç saat vaxt çəkmişdir. Hadisə baş verən vaxt əynində firuzəyi rəngli xalat və ağ rəngli alt paltarı olmuşdur. Həmin paltarları könüllü təqdim edə bilər. Təqsirləndirilən şəxs onu zorlayan zaman üzərində göy rəngli cins şalvar, qəhvəyi rəngli qısaqol köynək və qara rəngli alt paltarı olmuşdur. Təqsirləndirilən şəxs onunla cinsi əlaqəsi sperma ifrazı ilə tamamlanmışdır. Təqsirləndirilən şəxs onun ağzından tutub yerə yıxaraq öldürməklə hədələdiyi və cinsiyyət orqanını uşaqlıq yoluna zorla daxil etdiyi vaxtdan zorlandığını anlamışdır. Təqsirləndirilən şəxs tərəfindən zorlanması təxminən bir saat qırx dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs onun müqavimətini qırmaq üçün qolundan tutub saçlarını dartmış, ağzını bərk-bərk tutaraq sıxdığı üçün səsi çıxmamış və buna görə də yəqin ki, kimsə səsini eşitməmişdir. Həmin vaxt şok vəziyyətdə olduğu üçün təziyiqi qalxmış, Təqsirləndirilən şəxs saçını tutub dartdığı üçün başı ağrımış, hadisənin təsirində olduğundan polisə dərhal məlumat verməmişdir. Əvvəllər digər şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır.
4. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını bildirmişdir.
5. Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Anası ilə atası Böyükağa Məmmədovun birgə nikahdan dörd övladı- o, 1978-ci il təvəllüdlü Anjela, 1980-ci il təvəllüdlü Hədiyyə və 1977-ci il təvəllüdlü Hökümə dünyaya gəlmişlər. Hədiyyə və Hökümə Astara rayonunda ailələri ilə birlikdə yaşayırlar, Anjela isə Bakı şəhərində yaşayır. İlk nikahı Kiçikxan Şixalıyev adında şəxslə olmuş, birgə nikahdan Fatimə adlı övladı dünyaya gəlmiş, lakin Fatimənin bir yaşı olanda onlar ayrılmışlar və 2009-cu ildə Məhəmmədəli Şeydayev ilə ailə həyatı qurmuş, bu nikahdan övladı olmamış, əri Məhəmmədəli 2015-ci ildə rəhmətə getmişdir. Məhəmmədəli Şeydayev ilə yaşadığı müddət ərzində qohumları ilə heç bir əlaqəsi olmamış, lakin o, rəhmətə getdikdən bir müddət sonra qardaşı, yəni qaynı Təqsirləndirilən şəxslə tanışlığı olmuşdur. Belə ki, teztez qəbirstanlığa Məhəmmədəlinin qəbrini ziyarət etməyə gedərkən Təqsirləndirilən şəxslə münasibətləri yaranmış, Fuad ondan Bilgəh qəsəbəsində işlətdiyi qeyri-ərzaq köşkündə işləməyi xahiş etmiş və orada işlədiyi dövrdə özünü müştərilərlə əxlaqsız apardığına görə Fuadı işdən çıxartmış, bir müddətdən sonra Fuad yenidən ona zəng vuraraq Maştağa qəsəbəsində icarəyə köşk götürməsinə kömək etməyi istəmiş, mərhum ərinin qardaşı olduğu üçün ona yazığı gəlmiş və Maştağa qəsəbəsində dördyol adlanan yerin kəsişməsində icarəyə köşk götürüb işlətməyi həvalə etmişdir. Aralarında ancaq iş münasibətləri olmuşdur, qohumlarının söylədikləri yalan və böhtandır. Həmin ərəfədə anası Zərərçəkmiş şəxs ilə mübahisəsi olmuşdur. Belə ki, anası Astara rayonunda yerləşən ata evlərini satmaq istəmiş, lakin həmin ev atasından ona yadigar bağışlandığı üçün satılmasına etiraz etmişdir. Buna baxmayaraq anası ilə heç bir münaqişəsi və düşmənçiliyi olmamış, sadəcə olaraq həmin müddətdə sözləri çəp gəlmişdir. 23 iyul 2017ci il tarixdə bacısı Şahid2 zəng edərək Təqsirləndirilən şəxs anasına sataşdığını bildirmiş, bacısı ilə danışdıqdan sonra anasının yaşadığı evə gedib, nə baş verdiyini soruşanda anası ağlayaraq Təqsirləndirilən şəxs onu zorladığını demişdir. Həmin vaxt anasının qolları göyərmişdir. Anasından Təqsirləndirilən şəxs nə üçün belə bir hərəkət etməsini soruşanda anası 21 iyul 2017-ci il tarixdə onu Astara rayonunda olan torpağı satmağa razı salmaq üçün Fuadla gorüşdüyünü bildirmişdir. Belə ki, anası düşünmüşdür ki, Təqsirləndirilən şəxs sözləri ona təsir edər və o, torpağı satmağa razılıq verər. Həmin gün Təqsirləndirilən şəxs axşam saatlarında anasının yaşadığı evə içkili halda gəlmiş və tək yaşamasından istifadə edərək anasını zorlamışdır. Bundan sonra bərk əsəbləşmiş və Təqsirləndirilən şəxs zəng edərək evində qapının təmir olunması bəhanəsi ilə onu evinə çağırmışdır. Təxminən yarım saat sonra 23 iyul 2017-ci il tarixdə, saat 21-22 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Həmin vaxt qızı Fatimə ilə anası həyətdə olmuşlar. Təqsirləndirilən şəxs anasına qarşı belə bir hərəkət etməsinin səbəbini soruşmuş, Fuad isə cavabında anasını zorlamadığını, sonuncunun danışdıqlarının yalan olduğunu deyib, nalayiq ifadələr işlətməyə başlamış və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ona hücum çəkmək istəyəndə məcbur olub yerdən şlanqı götürərək onu vurmaq istəmiş, Fuad onun əlindən şlanqı alıb saçından tutmuşdur. Bu zaman anası Təqsirləndirilən şəxs cinsiyyət orqanından tutaraq «dünən şeyini mənim ağzıma verirdin indi də ver görüm necə verirsən» deyə qışqırmağa başlamışdır. Bu zaman Şahid3 102 xidmətinə zəng etdiyini görən Təqsirləndirilən şəxs onu və anasını itələyərək qaçmış, nəticədə yıxılaraq başı hasarın kənarına dəydiyindən xəsarət almışdır. Təqsirləndirilən şəxs qaçan zaman anası əlindəki taxta parçasını Fuada doğru atmış, Fuad da anasına təpik vuraraq ona xəsarət yetirmişdir. Qızı 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs onlara qarşı etmiş olduqları barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əxlaqsız insan olduğu hələ Fuadın onun dükanında işlədiyi vaxt ona məlum olmuş, hətta bir neçə yaşlı qadın Fuadın onlara sataşdığını bildirmişlər. Uzun müddət keçdiyi üçün həmin qadınların adlarını və əlaqə vasitələrini xatırlamır. Mərhum ərinin qardaşı olduğu üçün Təqsirləndirilən şəxs bağışlamışdır. Fikrincə Fuad içkili halda öz cinsi ehtirasını təmin etməkdən ötrü anasını zorlamışdır. Təqsirləndirilən şəxslə heç bir əvadət və ya düşmənçiliyi olmamış, bacılarının haqqında nalayiq ifadələr işlətməmişdir. Gülər Şeydayevanın ifadəsində qeyd etdikləri yalandır, Təqsirləndirilən şəxslə hər hansı bir formada münasibətdə olmamış və yaxınlıq etməmişdir.
6. Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə bacısı Dünya Məmədovanın qayınıdır. Şahid1 əri Məhəmmədəli Şeydayev vəfat etdikdən sonra Dünyanın Təqsirləndirilən şəxslə iş münasibətləri yaranmış, bildiyinə görə onlar birlikdə kiosk işlətmişlər, lakin özləri və anası ilə olan digər münasibətləri barədə heç bir məlumatı yoxdur. 23 iyul 2017-ci il tarixdə, saat 13 radələrində anası zəng edərək evə gəlməyi xahiş etmiş, anasından nə olduğunu soruşduqda telefonda heç nə bildirməyərək evə gəlməsini bir daha xahiş etmişdir. Avtobusla təcili olaraq anasıgilə, yəni Maştağa qəsəbəsinə gəlmiş, oturub söhbət edərkən anası ona dünən, yəni 22 iyul 2017-ci il tarixdə Təqsirləndirilən şəxs onun evinə gəlib, qolunu sıxaraq zorladığını bildirmişdir. Bundan bərk əsəbiləşib anasından söhbətə davam etməməyi xahiş etmiş, əsəbi halda evi tərk etdikdən sonra bacısı Şahid1 ilə telefon əlaqəsi saxlayaraq sonuncudan qayını Təqsirləndirilən şəxslə münasibətlərinin olub-olmadığını soruşmuş, Dünya Fuadla münasibətlərinin yaxşı olduğunu, heç bir ədavəti olmadığını deyib, sualının səbəbini soruşmuş, cavabında ona Fuadla danışmamağı məsləhət görərək, səbəb kimi bildirmişdir ki, Fuad anasının evinə gedərək sonuncuya sataşmışdır və ondan bu məsələni araşdırmasını xahiş etmişdir. Bundan sonra nə baş verdiyi barədə hər hansı məlumatı olmamışdır. Anası ona yalnız Təqsirləndirilən şəxs onun qolunu sıxaraq zorladığını bildirmiş, bu sözdən əsəbləşdiyi üçün anasından daha əlavə bir kəlmə deməməyi tələb etmiş və tələsik oradan uzaqlaşmışdır. Baş vermiş hadisə barədə əlavə hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun anasını zorlaması barədə sonuncudan öyrənmişdir. Həmin hadisə olmuşdur, belə ki, anası ona zəng vuran zaman evinə getdikdən sonra anasının bədəni üzərində xəsarətlərin olmasına şahid olmuş və anası ağlaya-ağlaya hadisə barədə danışmışdır.
7. Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun anasıdır. 23 iyul 2017-ci il tarixdə anası ilə saat 21 radələrində evə gəlmişdir. Anası əsəbi vəziyyətdə olmuş və öz telefonunu ona uzadaraq bildirmişdir ki, «birazdan evə əmin gələcək, əgər görsən ki, bizi döyür təcili Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elə». Anasından nə baş verdiyini soruşduqda sonuncu cavab verməmiş, tapşırmışdır ki, əmisi Təqsirləndirilən şəxs gələndə həyətdə olan qaraja girsin. 23 iyul 2017-ci il tarixdə, saat 22 radələrində onlara gəlmiş Təqsirləndirilən şəxs anası qırağa çəkərək onunla sakit səslə nə isə danışmağa başlamış, onların nə danışdığını anlamamış, birdən mübahisə etdiklərini görmüşdür. Həmin vaxt əmisi anasının saçından tutaraq onu döyməyə başlamış, anası da ona təcili 102 xidmətinə zəng vurmağı tapşırmışdır. Kənarda dayanıb telefonla 102 xidmətindəki əməkdaşlarla danışa-danışa nə baş verdiyinə baxmışdır. Bu vaxt nənəsi Zərərçəkmiş şəxs qapıdan içəriyə girmiş və sonuncu Təqsirləndirilən şəxs anasını döydüyü üçün əlindəki taxta parçası ilə hücum çəkmişdir. Bu zaman əmisi anasını itləmiş və sonuncu yerə yıxılmış, daha sonra nənəsinin əlindəki taxta parçasını alıb qolundan dartaraq yerə yıxmış və qaçaraq oradan uzaqlaşmışdır. Gülər Şeydayevanın ifadəsində qeyd etdikləri yalandır. Belə ki, anası ilə əmisi hər hansı bir formada münasibətdə olmamış və yaxınlıq etməmişlər.
8. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı üzləşdirilən şəxslər işin halları üzrə növbə ilə ifadə verərək, əvvəlki dindirmələrdə verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı demişlər (cild 02, iş vərəqi 77-81).
9. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi, nömrəsiz ev birmərtəbəlidir, daşdan tikilmişdir, giriş qapısı yaşıl rəngdədir. İçəriyə daxil olduqda sol tərəfdə bir nəfərlik çarpayı vardır. Giriş qapısı ilə üzbəüz mətbəx yerləşir. Mətbəxdə giriş qapısından girdikdən sonra sola dönüb üç metr getdikdə sol tərəfdə təmir edilməmiş otaq, otağın içərisində dəmir köhnə çarpayılar və tikinti üçün ləvazimatlar vardır. Zərərçəkmiş şəxs əli ilə otağı işarə edərək hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs ona həmin otağın qapısını açmağı təklif etdiyini bildirmişdir. Yer taxta ilə döşənmişdir. Daha sonra Zərərçəkmiş şəxs əli ilə döşəməni göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz orada zorlandığını qeyd etmişdir. Zərərçəkmiş şəxs sonra əli ilə evin giriş qapısını göstərərək Təqsirləndirilən şəxs tərəfindən zorlandıqdan və sonuncunun onun şəkillərini, videosunu çəkdikdən sonra onu itələyib evdən çıxardığı istiqaməti göstərmişdir. Mətbəxdə iki stol və bir stul vardır. Zərərçəkmiş şəxs əli ilə mətbəxin pəncərəsini göstərərək Təqsirləndirilən şəxs tərəfindən zorlandıqdan sonra onu evdən çıxaranda paltarlarını oradan atdığını qeyd etmişdir (cild 01, iş vərəqi 19-27).
10. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində qarının ön divarının və sol bazu nahiyəsinin qançırları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müddətinə görə qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni xx.xx.2017-ci il tarixində fiziki qüvvə tədbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gələ bilərlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır (cild 01, iş vərəqi 47-48).
11. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 1102 saylı rəyindən görünür ki, vətəndaş Şahid1 sağ və sol saidin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2017-ci il tarixə uyğun olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin müayinə olunan şəxsin özü-özünə yetirməsi inkar olunur (cild 01, iş vərəqi 49- 50).
12. Məhkəmə tibbi-kriminalistika ekspertizasının xx.xx.2017-ci il tarixli, 417- MTKŞ/2017 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun sol yan tikişi üzərində bir ədəd, sağ yan tikişi üzərində bir ədəd və sağ qoltuqaltı tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu sökülmə zədələri donun müvafiq nahiyəsinin küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus donun sol çiyin nahiyyəsində bir ədəd və tumanın sağ yan nahiyyəsində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar, qeyd edilən paltarların müvafiq nahiyəsinin küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don və tuman üzərində aşkar olunmuş zədələr müxtəlif şəraitlərdə, o cümlədən onun özünün izahatında qeyd etdiyi şəraitdə yarana bilərdi (cild 01, iş vərəqi 79-81).
13. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2017-ci il tarixli, 618-2017/MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus xalat və trusik üzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. Bildirilir ki, maddi sübutlar üzərində olan ləkələr yuyulduğu təqdirdə, yuyulduğu suyun dərəcəsi və yuyucu vasitənin tərkibindəki kimyəvi maddələrin təsirini nəzərə alsaq maddi sübutlar üzərində olan bioloji mənşəli ləkələrin qalma ehtimalı çox azdır (cild 02, iş vərəqi 83-85).
14. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, psixi xəstəlikdən əziyyət çəkmir, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər, əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, emosionallıq, özünü psixoloji müdafiə etməyə meyillilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, fizioloji affekt vəziyyətində olmamışdır (cild 01, iş vərəqi 189-193).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
15. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2000-ci ildə X11 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2005-ci il tarixdə Xanım Şeydayeva adlı qızı dünyaya gəlmişdir, hazırda ikinci dəfə ailə həyatı qurduğu X2 ilə qeyri-rəsmi evlidir, birgə nikahdan oğlan övladı var. Ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamağa başlamışdır. Şahid1 ilə evli olan qardaşı X4 2015-ci ilin may ayında işlədiyi mağazanın zirzəmisində baş vermiş yanğın zamanı xəsarət alaraq vəfat etmiş, bundan bir müddət sonra anası Xudabər ona zəng vuraraq Şahid1 evini təmir etməsində köməklik etməsini xahiş etmiş, Dünya mərhum qardaşı Məhəmmədəlinin arvadı olduğu üçün gedib kömək etmişdir. Həmin vaxtdan Şahid1 onunla əlaqə saxlamış, arabir ona ev-dükan işlərində köməklik etməyi xahiş etmiş, hətta bir müddətdən sonra Dünyanın işlətdiyi ərzaq dükanında işləməyə başlamışdır. Təxminən iki ay sonra Şahid1 dükanından çıxaraq özü üçün Maştağa qəsəbəsində yolun kənarında kiosk açaraq tütün və içki məmulatların satışına başlamışdır. 21 iyul 2017-ci il tarixdə Şahid1 anası Zərərçəkmiş şəxs onun işlətdiyi kioska gələrək qızı Dünya ilə Astara rayonunda yerləşən Cahana məxsus torpaq üstündə mübahisəsi olduğunu, Dünyanın həmin torpaq sahəsini satmağa maneəçilik törətdiyini və Cahana lazım olan sənədə Dünyanın imza etməsinə razı salması üçün xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs kioskun yanında stulda əyləşmiş, Şahid1 ilə mübahisə etdiyi üçün danışan zaman qəflətən özünü pis hiss edərək yerə yıxılmış, onu ayağa qaldıraraq özünə gəlməsində yardımçı olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs, ona görə kiosku işlədə bilmədiyini, müştərilərini qaçırtdığını demiş, Cahan da axşam saatlarında kiosku bağladıqdan sonra qarpız alıb evinə gəlməyi bildirmişdir. Axşam saat 20 radələrində kiosku bağladıqdan sonra qarpız alıb Zərərçəkmiş şəxs Maştağa qəsəbəsində yerləşən evinə getmişdir. Zərərçəkmiş şəxs ilə bir qədər evdə oturub çay içərək ailədaxili problemlərindən, Cahanın qızı Şahid1 ilə olan münasibətindən dərdləşmişlər. Həmin ərəfədə ailəsindən artıq ayrılmışdır. Saat təxminən 22-23-də Zərərçəkmiş şəxs evindən çıxaraq Bakı şəhəri, Sabunçu qəsəbəsində kirayədə yaşadığı evə gəlmiş, səhəri gün saat 09-10 radələrində Şahid1 zəng vuraraq təcili evinə çağırmışdır. Bundan qabaq bir neçə dəfə Şahid1 qızı Fatimənin arxasınca tanımadığı oğlanlar düşdüyü üçün Fatiməyə nəsə olmasını düşünmüş və kiosku bağlayaraq Dünyanın evinə getmişdir. Həyətə daxil olduqda həyətdə Cahan, Dünya, sonuncunun qızı Fatimə və tanımadığı cavan bir oğlanı görmüş, Dünya ilə Cahan onun üzərinə hücum çəkərək Cahana qarşı guya əxlaqsız hərəkətlər etməsinin səbəbini soruşmuşlar. Şahid1 anası Zərərçəkmiş şəxs aralarında olan torpaq mübahisəsinə görə onun üzərinə şər atdığını və belə bir hadisənin olmadığını bildirmiş, lakin sözlərinə əhəmiyyət verilmədiyini görüb oradan çıxaraq kioska qayıtmışdır. Bundan sonra artıq onların ailəsindən uzaq gəzməli olduğunu anlayıb işlətdiyi kiosku bağlamış və Ramana qəsəbəsinə köçərək orada yeni kiosk icarəyə götürərək işlətməyə başlamış, daha sonra bir müddət Lökbatan və digər qəsəbələrdə fəhlə işləyərək özünü dolandırmışdır. Haqqında polis orqanlarına şikayət edilməsi barədə xəbəri olmamışdır. 18 yanvar 2022-ci il tarixdə, axşam saatlarında anasının ad günü ilə əlaqədar zəng vurduğu zaman anası ona 15-ci Polis Bölməsi tərəfindən axtarıldığını demiş, həmin bölmə ilə əlaqə saxladıqdan sonra bölməyə dəvət edilmişdir.
16. Şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 1990-cı ildə qardaşları Fuad və Məhəmmədəli Şeydayevlərlə birlikdə Ağdaş rayonundan Bakı şəhərinə gəlmişlər. X8 Bakı şəhərinə öz ailəsi ilə birgə köçəndən sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində məskunlaşmış, qəsəbənin içində yerləşən mağazanın satıcısı X9 ilə tanış olmuş, aralarında münasibət yaranmış və bu səbəbdən Məhəmmədəli rəsmi nikahlı arvadını Ağdaş rayonuna qaytarmış, özü isə Bakıya təzədən qayıdıb Dünya ilə birgə yaşamağa başlamışdır. X5 Ağdaş rayonunda ilk rəsmi nikahlı arvadından boşanaraq Şahid1 ilə rəsmi nikaha daxil olmuş və bundan sonra onlarla əlaqəni tam kəsmişdir. 20 may 2015-ci il tarixdə Məhəmmədəli Şeydayev müalicə aldığı xəstəxanada vəfat etmişdir. Bundan sonra Şahid1 digər qardaşı Təqsirləndirilən şəxslə yaxınlıq etməyə başlamışdır. Belə ki, bir necə dəfə Şahid1 evdə nəsə lazım olan kimi Təqsirləndirilən şəxs zəng edib sonuncudan xahiş etmiş, Fuad isə Dünyanın mərhum qardaşı Məmmədəli Şeydayevin arvadı olduğunu nəzərə alıb onun bütün xahişlərini yerinə yetirmiş, hətta sonuncunun xahişi ilə onun Maştağa qəsəbəsində yerləşən mağazasında boş vaxtlarında arada satıcı kimi də işləmişdir. Təqsirləndirilən şəxs Bakıya köçəndən sonra burada rəsmi qaydada Minayə Şeydayeva ilə nikah bağlamış, Şahid1 davamlı olaraq Fuada zəng edib nəsə xahiş etdiyinə görə arvadı Minayə bundan narahat olduğunu Fuadın özünə və ona bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onlara Şahid1 və qardaşı qızı Fatimənin qardaşının yadigarları olduğunu nəzərə alıb Dünyanın xahişlərini yerinə yetirmişdir. 2017-ci ilin yay aylarında özünü Zərərçəkmiş şəxs kimi təqdim edən qadınla telefon əlaqəsi zamanı sonuncu ona qardaşı Təqsirləndirilən şəxs Şahid1 uzaq durmasını, belə ki, Dünyanın mərhum qardaşının 101-ci, digər qardaşı Fuadın Dünyanın 102-ci əri olmasının qarşısını almalı olduqlarını, Dünyanın Fuadın ailəsini dağıtması ilə əlaqədar artıq planı olduğunu və həmin planı gerçəkləşdirməyə başladığını bildirmişdir. Həmin qadınla telefon əlaqəsi saxlayandan sonra dərhal Şahid1 ilə özünə məxsus (050) ***-**-** mobil nömrə ilə əlaqə saxlamış, ona anası Zərərçəkmiş şəxs bildirdiklərini söyləmiş, Dünya isə anası Zərərçəkmiş şəxs dediklərinin yalan olduğunu, Fuad ilə hər hansı bir münasibəti olmadığını, anasının ona məxsus mülkü digər bir qızının oğlan övladına verməsi üçün belə bir yalan uydurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonunda Şahid1 məxsus alt paltarında şəkillərinin olmasını gəlinləri Minayədən öyrənmiş, Fuadla Minayənin arasında söz-söhbətlər olmuş bu səbəbdən Fuad arada onların evinə gəlib qalmış, xatırladığı qədər bu söz-söhbətlərdən sonra onlar boşanmağa hazırlaşmışlar. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs onların evində olarkən oğlu Şükür Fuadın yatmasından istifadə edib, telefonunu şifrədən açıb ona vermiş, Fuadla Şahid1 yazışmasına baxmış, Fuadın telefonunda Dünyanın «WhatsApp» proqramı vasitəsi ilə sonuncunun ismarıcına baxmışdır. Həmin ismarıcında Şahid1 Təqsirləndirilən şəxs alt paltarında şəkil yollamış və «Belə necədi əzizim» ismarıc yazmışdır. Bunu görəndən sonra Təqsirləndirilən şəxslə ciddi söhbət etmiş, Fuad deyilənlərin hamısının yalan olduğunu, Şahid1 ilə heç bir əlaqəsi olmadığını, ona heç bir zaman pis gözlə baxmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona telefon əlaqəsi zamanı dediklərini çatdırmış, bundan əsəbləşən Fuad Cahanı və digərlərini öldürəcəyini deyib, onlarla dava etməyə getmiş, iki gündən sonra onun yaşadığı evə qayıdıb gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs döyüldüyünü görüb dərhal evdə ona ilkin tibbi yardım göstərmiş, ondan nə baş verdiyini soruşan zaman sonuncu Zərərçəkmiş şəxs ilə dava etdiyini, bundan sonra Cahanla Şahid1 adamlarının onu döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs arvadı Minayə ilə boşandıqdan sonra özünə məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evi Minayəyə vermiş və burada qalmaq üçün yeri olmadığına görə anasının yanına, Ağdaş rayonuna qayıtmışdır, hazırda işi ilə əlaqədar Gəncə şəhərində yaşayır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatlar yalan, şər və böhtandır. Belə ki, ifadəsində də qeyd etdiyi kimi Zərərçəkmiş şəxs ona telefon əlaqəsi zamanı dediklərini Təqsirləndirilən şəxs çatdırdıqdan sonra buna əsəbləşən Fuad Cahanı və digərlərini öldürəcəyini deyib onlarla dava etməyə getmiş, iki gündən sonra onun yaşadığı evə qayıdıb gələndə sonuncunun döyüldüyünü görüb, evdə dərhal ilkin tibbi yardım göstərəndən sonra Fuad Cahanla dava etdiyini, daha sonra sonuncu ilə Şahid1 adamlarının onu döydünüyü bildirmişdir. Zərərçəkmiş şəxs belə bir ifadə verməsinə səbəb Təqsirləndirilən şəxs döyülməsindən sonra onlardan şikayət edəcəyindən qorxmasıdır. Təqsirləndirilən şəxs ərazinin sahə rəisi tərəfindən çağırılan zaman Fuada bildirilmiş, Fuad isə polisə çağırılmasının Zərərçəkmiş şəxs ilə etdiyi dava səbəbindən olduğunu düşünüb, getməmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
17. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri həmin Məcəllənin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulmuşdur. Bu fəsildə nəzərdə tutulan cinayətlərin obyekti qadının cinsi azadlığı, obyektiv cəhəti zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə, öldürmə ilə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma, subyektiv cəhəti, təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur.
18. Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma yaradır. Məcəllənin 149.2.4-cü maddəsində isə eyni əməllərin zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi, habelə xüsusi amansızlıqla törədilməsi ilə müşayət olunan təqsirli hərəkətləri nizama salır.
19. Zorlama cinayətinin obyektiv cəhəti iki elementdən ibarətdir: cinsi əlaqə və zorakılıq və ya zorakılıq hədəsi və ya qurbanın köməksiz vəziyyətindən istifadə etmə. Göstərilən obyektiv cəhətin elementlərindən birinin olmaması zorlamanın olmaması deməkdir. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır.
20. Zərərçəkmiş şəxsə fiziki zor tətbiq etməklə onu zorlama dedikdə şəxsin, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir.
21. Zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurmaq hədəsi ilə törədilən zorlama hədənin real olaraq və dərhal həyata keçiriləcəyinin əsasları olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır.
22. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi dedikdə təkcə zərərçəkmişin özünə qarşı deyil, eyni zamanda uşaqları, yaxın qohumlarına və ya digər şəxslərə qarşı dərhal fiziki zorakılıq tətbiq etmək niyyətini ifadə edən birbaşa ifadələr, həm də işin halları nəzərə alınmaqla, cinayətkarın silah nümayiş etdirmək kimi hədələyici hərəkətləri (tapança, ülgüc, bıçaq və s.) başa düşülür. Başqa sözlə desək öldürmə və ya sağlamlığa ağır zərər vurma təhlükəsi qurbanın şüurunda ona və ya digər şəxslərə qarşı ölümə və ya sağlamlığa ağır zərər vura biləcək zorakılıq tətbiq edilməsinin mümkünlüyü barədə yaranan söz və ya hərəkətlərlə ifadə edilir.
23. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi də cinayət tərkibinin əlamətləri baxımından həmin Məcəllənin 149-cu maddəsinin tərkib elementləri ilə eynidir. Belə ki, həmin maddə də zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmədə ifadə olunur.
24. Deməli, təqsirləndirilən şəxsə istinad olunan əməlin baş verməsi üçün cinsi əlaqə aktı, seksual xarakterli hərəkətlər və həmin hərəkətlərin zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə (hazırkı işdə öldürməklə hədələmə) müşayət olunması faktının eyni vaxtda mövcud olması sübut edilməlidir.
25. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
26. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Beləki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
27. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkən şəxsi öldürməklə hədələməsi yolu ilə onunla cinsi əlaqədə olması, ona qarşı seksual xarakterli hərəkətlər etməsi faktını sübuta yetirə bilməmişdir. Ona görə hazırkı iş üzrə cinayət hadisəsi baş verməməsi əsası ilə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır.
28. İlk növbədə qeyd olunur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkənin real olaraq ölümlə hədələnməsi barədə dəlil öz təsdiqini tapmır. Belə ki, tərəflər qohum olmuşlar və onların geniş tanışlıq əlaqələri mövcuddur. Təqsirləndirilən şəxsin mərhum qardaşı zərərçəkənin qızının əri olmuş, onun vəfatından sonra ailələr arasında, o cümlədən təqsirləndirilən şəxslə onun qardaşının həyat yoldaşı Şahid1 arasında münasibətlər davam etmişdir. Bu halı hər iki tərəf təsdiq edir. Şahid1 özü onunla təqsirləndirilən şəxs arasında yaxşı münasibətlərin olmasını təsdiq etmişdir. İşin faktiki halları da (onların birgə mağaza işlətməsi, daimi olaraq Dünyanın ev işlərinə kömək göstərməsi və.s.) bunu təsdiq edir. Şahid2 da bacısının təqsirləndirilən şəxslə yaxşı münasibətinin olmasını ifadəsində təsdiq etmişdir. Hətta, təqsirləndirilən şəxsin bacısı X15 ifadəsində məntiqə uyğun gələn konkret hallara istinad edərək (qərarın 15-ci bəndi) qardaşı ilə Dünyanın münasibətlərinin daha yaxın olmasını bildirmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs, onun qızları Dünya, Anjella təsdiq etmişlər ki, təqsirləndirilən şəxslə zərərçəkən şəxs onların ailəsinə aid olan Astara rayonunun Səncərədi kəndində 0,12 hektar ölçüdə torpaq sahəsinin satılmasına Dünyanın razılığının alınması üçün görüşmüşlər. Bu faktın mövcudluğu ona dəlalət edir ki, həqiqətən Təqsirləndirilən şəxs ilə mərhum qardaşının həyat yoldaşı Şahid1 arasında yaxın münasibətlər olmuşdur. Təqsirləndirilən şəxslə zərərçəkən Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə gündüz vaxtı torpaq sahəsinin satılmasına Dünyanın razılıq verilməsini Fuadın xahiş etməsi ilə əlaqədar görüşmüş, həmin görüşdə də tərəflər axşam Cahanın evinə gəlib məsələni müzakirə etməyi razılaşmışlar. İlk növbədə, bu faktın mövcudluğu təqsirləndirilən şəxsin zərərçəkəni real olaraq öldürməklə hədələməsi, bu üsulla onu zorlaması və ona qarşı seksual hərəkətlər etməsi barədə məlumatı məntiqi olaraq şübhə altına alır.
29. Bundan başqa, zorlama barədə məlumatın şübhəli olması eyni zamanda zərərçəkənin özünün ifadələrindəki ziddiyyətlərlə təsdiq olunur. Beləki, zərərçəkən qeyd edir ki, təqsirləndirilən şəxs onun qolundan sıxanda qışqıracağı təqdirdə onu öldürəcəyi ilə hədələmiş, nə qədər müqavimət göstərsə də, Fuad öz əməlinə davam etmiş, bu vəziyyətdə təxminən otuz dəqiqədən artıq müddətdə onunla fasilə vermədən təbii yolla cinsi əlaqədə olmuş və cinsi əlaqə onun uşaqlıq yoluna sperma ifrazı ilə nəticələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan öz cinsiyyət orqanını silmək üçün evdə dəsmal olub-olmadığını soruşmuş, evdə dəsmal olmadığını bildirəndə Fuad onun cırılmış xalatını götürərək cinsiyyət orqanını həmin xalatla silmiş, daha sonra öz əməllərinə davam etdirərək on dəqiqəyə yaxın müddətdə onun döşlərini sıxaraq öz cinsiyyət orqanını döşlərinə sürtməyə başlamış, öz çirkin əməllərindən əl çəkməyərək saçından tutaraq onu dizi üstə oturtmuş, özü isə ayağa qalxaraq onun saçından tutaraq öz cinsiyyət orqanını ağız boşluğuna salmağa başlamışdır. İlk əvvəl Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağzına almaq istəməmiş, buna etiraz etdikdə Fuad onu öldürəcəyi ilə hədələyərək yenidən saçından yolmuş və ağzını açmağı tələb etmiş, məcbur qalıb Fuadın istədiklərini etməyə məruz qalmışdır. Təxminən on-on beş dəqiqə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun ağız boşluğuna salıb-çıxarmağa davam etmiş, bundan sonra da ondan əl çəkməmiş, onu ağzı üstə yerə uzadaraq öz cinsiyyət orqanını anus dəliyinə soxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Yenə də müqavimət göstərmək istəyəndə Təqsirləndirilən şəxs yenidən onu öldürməklə hədələyərək sakit durmağı tələb etmiş və qırx dəqiqəyə yaxın onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyri-təbii yolla cinsi əlaqə onun anus dəliyinə sperma ifrazı ilə başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq öz mobil telefonu vasitəsilə onun və evin şəkillərini, videosunu çəkməyə başlamış, bundan bərk əsəbiləşib ayağa qalxaraq Fuadı lüt formada itələyib bayıra çıxartmış, daha sonra mətbəxin pəncərəsindən Fuadın paltarlarını yığıb arxasınca atmışdır.
30. Konkret olaraq ölümlə hədələmənin nədə ifadə olunması məlum deyil. Eyni zamanda zərərçəkənin deməsinə görə onunla təbii yolla cinsi əlaqə aktı başa çatdıqdan sonra təqsirləndirilən şəxs cinsiyyət orqanını silmək üçün ondan əski parçası istəmiş, o isə evdə belə bir əşyanın olmamasını bildirmişdir. Bundan sonra Fuad ona qarşı seksual hərəkətləri davam etdirmiş, yenə də həmin aktı başa çatdırdıqdan sonra onunla 40 dəqiqəyə yaxın qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bu müddət ərzində zərərçəkən təqsirləndirilən şəxsin öldürməklə müşahidə olunan hədəsini real hesab etmişdir. Lakin, cinsi əlaqə aktları, seksual xarakterli hərəkətlər başa çatdıqdan sonra Fuadın evin şəkillərini çəkməsi zamanı bərk əsəbiləşib ayağa qalxaraq Fuadı lüt formada itələyib bayıra çıxartmış, daha sonra mətbəxin pəncərəsindən Fuadın paltarlarını yığıb arxasınca atmışdır.
31. Göründüyü kimi, ölümlə hədələnmə ilə bağlı zərərçəkənin ifadəsi bir-birini inkar edir. Bir halda o, təqsirləndirilən şəxsin şəxsiyyətini, hədələrini real təhlükə kimi qəbul edir və ona tabe olur, onun üzərində cinsi əlaqə aktının, seksual xarakterli hərəkətlərin edilməsinə tabe olur, lakin zorlama aktları başa çatdıqdan sonra təqsirləndirilən şəxsi «lüt formada itələyib bayıra çıxarır, daha sonra mətbəxin pəncərəsindən onun paltarlarını yığıb arxasınca atır». Hadisələrin zərərçəkənin dediyi qadada inkişafı ardıcıllığı ona qarşı real olaraq ölümlə hədələmə faktının mövcudluğunu, ümumiyyətlə təqsirləndirilən şəxsin şəxsiyyətinin həmin anda onun üçün təhlükəli olması şübhə doğurur və ağlabatan mühakiməyə uyğun gəlmir.
32. İttihamın təsdiqi kimi istinad olunan sübutlardan biri də Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətlərin aşkar edilməsidir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində qarının ön divarının və sol bazu nahiyəsinin qançırları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müddətinə görə qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni xx.xx.2017-ci il tarixində fiziki qüvvə tədbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gələ bilərlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır (cild 01, iş vərəqi 47-48).
33. Zərərçəkən ifadəsində təsdiq etmişdir ki, hadisədən bir gün sonra təqsirləndirilən şəxsi qızı Şahid1 evinə dəvət etdikdə Təqsirləndirilən şəxs onun yalan danışdığını, onu zorlamadığını dedikdə Fuada yaxınlaşıb onun cinsiyyət orqanından tutaraq «kişisənsə, indi cinsiyyət orqanını ağzıma sox» demiş və Fuadı vurmağa başlamış, sonra Dünyaya ip gətirməsini, Fuadı bağlayıb polisə təhvıl verməyi demişdir. Polis sözünü eşidən kimi Təqsirləndirilən şəxs Şahid1 itələmiş və qaçaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şahid1 itələyən zaman sonuncunun başı daşa dəymiş və başından qan axmışdır.
34. Şahid1 isə ifadəsində təsdiq etmişdir ki, həmin vaxt anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsiyyət orqanından tutaraq «dünən şeyini mənim ağzıma verirdin indi də ver görüm necə verirsən» deyə qışqırmağa başlamışdır. Bu zaman qızı Şahid3 102 xidmətinə zəng etdiyini görən Təqsirləndirilən şəxs onu və anasını itələyərək qaçmış, nəticədə yıxılaraq başı hasarın kənarına dəydiyindən xəsarət almışdır. Təqsirləndirilən şəxs qaçan zaman anası əlindəki taxta parçasını Fuada doğru atmış, Fuad da anasına təpik vuraraq ona xəsarət yetirmişdir.
35. Şahid3 da ifadəsində təsdiq etmişdir ki, hadisə zamanı nənəsi Zərərçəkmiş şəxs qapıdan içəri daxil olmuş və Təqsirləndirilən şəxs anasını döydüyü üçün əlindəki taxta parçası ilə ona hücum çəkmişdir. Bu zaman əmisi anasını itləmiş və sonuncu yerə yıxılmış, daha sonra nənəsinin əlindəki taxta parçasını alıb qolundan dartaraq yerə yıxmış və qaçaraq oradan uzaqlaşmışdır.
36. Göründüyü kimi, müdafiə tərəfinin özünün təqdim etdiyi sübutlarla təsdiq olunur ki, xx.xx.2017-ci il tarixində tərəflər arasında qarşılıqlı dalaşma baş vermiş və onlar bir-birinə qarşılıqlı olaraq bədən xəsarətləri yetirmişlər. Hadisənin qeyd olunan ardıcılıqla inkişafı fonunda zərərçəkənin bədənində olan sağlamlığa zərər vurmayan xəsarətlərin qarşılıqlı dalaşma zamanı deyil, məhz həmin hadisədən bir gün əvvəl yetirilməsi barədə qənaətə gəlməyə çox böyük şübhələr yaranır.
37. Bundan başqa, ittiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkənlə cinsi əlaqədə olması, ona qarşı seksual hərəkətlər etməsi halını da sübuta yetirə bilməmişdir. Beləki, yenə də zərərçəkənin ifadələrinə əsasən təqsirləndirilən şəxs təxminən otuz dəqiqədən artıq müddətdə fasilə vermədən təbii yolla onunla cinsi əlaqədə olmuş və cinsi əlaqə onun uşaqlıq yoluna sperma ifrazı ilə nəticələnmiş, seksual xarakterli hərəkətlərdən sonra onunla 40 dəqiqə ərzində qeyri-təbii yolla cinsi əlaqədə olmuş və anus dəliyinə sperma ifrazı ilə başa çatmış, evdə dəsmal olmadığı üçün Fuad onun cırılmış xalatını götürərək cinsiyyət orqanını həmin xalatla silmişdir.
38. Ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus donun sol yan tikişi üzərində bir ədəd, sağ yan tikişi üzərində bir ədəd və sağ qoltuqaltı tikişi üzərində bir ədəd sökülmə zədələri, donun sol çiyin nahiyyəsində bir ədəd və tumanın sağ yan nahiyyəsində bir ədəd cırılma zədələri aşkar olunmuşdur. Zərərçəkən hadisədən sonra cırılmış geyim əşyalarını dərhal yuduğunu bildirir. Ona görə təqdim edilmiş ekspert rəyinə görə «Zərərçəkmiş şəxs məxsus xalat və trusik üzərində spermaya şübhəli ləkələr aşkar olunmamışdır. Maddi sübutlar üzərində olan ləkələr yuyulduğu təqdirdə, yuyulduğu suyun dərəcəsi və yuyucu vasitənin tərkibindəki kimyəvi maddələrin təsirini nəzərə alsaq maddi sübutlar üzərində olan bioloji mənşəli ləkələrin qalma ehtimalı çox azdır».
39. Zərərçəkən ölümlə hədələnərək zorlandıqdan sonra deməsinə görə üzərində təqsirləndirilən şəxsin sperma ləkələrinin izləri olan və artıq cırılaraq istifadəyə yararlı olmayan əşyaları hansı zərurətdən dərhal yuması və bundan sonra ekspertizaya təqdim edilməsi ilə bağlı ağlabatan izahat verməmişdir.
40. Eyni zamanda, xx.xx.2017-ci il tarixdən sonra zərərçəkənin sağlamlığı ilə bağlı problemlər olması halları da təsdiq olunmur. Əksinə, bir gün sonra xx.xx.2017-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs öz evinə görüşə çağırarkən zərərçəkən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə hücum çəkməsi halını hər iki tərəf, ittiham tərəfinin şahidləri təsdiq edir. Belə olan təqdirdə cinsi əlaqənin əlamətlərini birmənalı olaraq aşkar edə biləcək sperma izlərinin uşaqlıq boşlduğunda və anus dəliyində vaxtında aşkar edilməsi üçün müvafiq ekspertizanın keçirilməsindən ötrü vaxtında müraciət edilməməsi ilə bağlı da zərərçəkən ağlabatan izahat verməmişdir ki, buda onun hadisədən sonra özünü pis hiss etməsi səbəbindən müraciət edə bilməməsi barədə ifadəsini şübhə altına alır.
41. Zərərçəkən təqsirləndirilən şəxsin onunla zorla qırx dəqiqəyə yaxın qeyri-təbii yolla cinsi əlaqədə olduğunu israr etmişdir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2017-ci il tarixli, 306 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır (cild 01, iş vərəqi 47- 48). Zərəçəkənin qeyd etdiyi şəraitdə (zor tətbiq etməklə davamlı surətdə 40 dəqiqə müddətində) qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətlərinin aşkar edilməməsi, yenə də həmin dəlilin həqiqiliyini şübhə altına alır.
42. Şahid qismində dindirilmiş ekspert X12 ifadəsində göstərmişdir ki, tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqədə iz qalmırsa (qançır, çat, sıyrıq və s.), bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir. Qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri düz bağırsağın (sfinktor) boşalması, şüavari büküşlərin hamarlaşması və sairdir. Zərərçəkmiş şəxs tək halda cinsi əlaqədə olmuşsa, həmin zaman hər hansı iz aşkar olunmamışsa məhkəmə-tibbi yolla cinsi əlaqədə olmasını müəyyən etmək mümkün deyil. Əlavə olaraq bildirmişdir ki, heç kəsin razılığı olmadan qeyri-təbii yolla cinsi əlaqədə olmaq mümkün deyil, mütamadi olaraq şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmadığı təqdirdə iz qalması mümkündür, lakin ola bilər ki, iz qalmasın. Şəxsin razılığı olmadan kişi cinsiyyət orqanını ağıza daxil edilməsi mümkün deyil.
43. Digər ekspert X6 da şahid qismində analoji izahat vermişdir.
44. Göründüyü kimi xüsusi bilik tələb edən və ancaq ekspertiza keçirmək yolu ilə müəyyən edilməli hallarla (maddi sübutlar üzərində sperma izlərinin olması, qeyri-təbii yola cinsi əlaqədə olma faktının təsdiqi) bağlı da birmənalı rəy verilməsi mümkün olmamışdır.
45. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
46. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
47. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir.
48. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibini istisna edən hallardan bəhs edən 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.
49. Həmin Məcəllənin 42.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sözügedən Məcəllənin 42.1.1-ci maddəsində hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılması nəzərdə tutulmuşdur.
50. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarındə göstərilir ki, «Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş «cinayət hadisəsinin olmaması» təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir.
51. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə verilən ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməlidir.
52. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
53. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
54. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus tuman və don hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılmalıdır.
55. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.1, 42.2.1-ci maddələrinə əsasən ona bəraət verildiyindən sözügedən qətimkan tədbiri ləğv edilməlidir.
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 600 AZN (altı yüz) manat onun fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə köçürülməlidir.
57. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
58. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli qanununun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvini və ya sui-istifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.1, 42.2.1, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.1, 42.2.1-ci maddələrinə uyğun olaraq cinayət hadisəsinin baş verməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 600 AZN (altı yüz) manat onun fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus tuman və don hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən hakim Rahib Salmanov
Hakimlər Siyavuş Hacıyev
Mahmud Ağalarov