Məhkəmə qərarları › İş №1(101)-101/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-101/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X7 qızı, X9 və Əsgərova Aynur Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 37 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi4, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Tərcüməçilər - X26, X8 və X5 iştirakları ilə, xx.xx.1983-cü ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Ərdəbil şəhəri, Arif küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Pilehroodun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələri ilə xx xxxxxx 1969-cu ildə Türkiyə Respublikasının Konya vilayəti, Seydişehir rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Türkiyə Respublikası, Konya vilayəti, Seydişehir rayonu, Uluqapı məhəlləsi, küçə 154273, ev 8/1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələri ilə xx xxxxxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 77, 1-ci giriş, mənzil 43-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 32.5, 318.2-ci maddələri ilə xx xxxx 1995-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 32.5, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs1 Pilehrood təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin noyabr ayında istintaqa məlum olmayan gündə və saatda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz keçmiş, əvvəlcədən əldə edilmiş razılığa uyğun olaraq Yardımlı rayonu Arvana kənd sakini Şahid7 həmin kənddə yerləşən evinə getmiş, Şahid7 onu qarşılamış, evində gizlətmiş və gecəni orada qalmış, növbəti gün Şahid7 onu Bakı şəhərinə yola salmış, 2021-ci ilin noyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda yenidən Şahid7 yaşadığı Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gəlmiş və həmin tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasına təkrar qanunsuz keçmişdir. Bundan başqa, o, tanışları Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası vətəndaşı X18, sonuncunun tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin onun və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü Səbutər Babayevin göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında həmin vaxt İran İslam Respublikasında olan Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda- 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda- 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs2la birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə təkrar qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözü gedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı Masallı rayonuna yola salmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 isə öz növbəsində əldə olunmuş razılığa uyğun olaraq Yousef və Təqsirləndirilən şəxs2ı gətirdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələrlə birgə Masallı rayonu ərazisində qarşılayaraq cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirməklə sözügedən maddələrin qanunsuz daşınmasını davam etdirmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin yerləşdirildiyi çanta ilə birgə qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilinə aparmış, orada cinayətkar qrupun üzvü Səbutər Babayev və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, onlardan tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həbi və 0,058 qram metamfetamin psixotrop maddəsini qrupun üzvü Təqsirləndirilən şəxs3 tamah və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daha sonra həmin tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs4 həmin ünvanı tərk etmiş, 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birgə sözügedən maddələrin yerləşdirildiyi çantanı da götürərək həmin ünvandan çıxmış, Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olan “Royal Sapfir” hotelinə aparmaqla qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri nəqliyyat vasitəsində qanunsuz daşıyaraq onları orada yerləşdirmiş, bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birgə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ruzi” marketin qarşısında saxlanılmış və Baş İdarənin inzibati binasına gətirilmiş, orada keçirilmiş yoxlamalar zamanı üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda- 415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaqəməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Eyni zamanda, ittihama görə Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tanışları İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası vətəndaşı X18, sonuncunun tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin onun və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü Səbutər Babayevin göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında həmin vaxt İran İslam Respublikasında olan Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda- 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda- 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözügedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Masallı rayonuna yola salmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 isə öz növbəsində əldə olunmuş razılığa uyğun olaraq Yousef və Təqsirləndirilən şəxs2ı gətirdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələrlə birgə Masallı rayonu ərazisində qarşılayaraq cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirməklə sözügedən maddələrin qanunsuz daşınmasını davam etdirmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin yerləşdirildiyi çanta ilə birgə qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilə aparmış, orada cinayətkar qrupun üzvü Səbutər Babayev və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, onlardan tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həbi və 0,058 qram metamfetamin psixotrop maddəsini qrupun üzvü Təqsirləndirilən şəxs3 tamah və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daha sonra həmin tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs4 həmin ünvanı tərk etmiş, 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birgə sözügedən maddələrin yerləşdirildiyi çantanı da götürərək həmin ünvandan çıxmış, Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olan “Royal Sapfir” hotelinə aparmaqla qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri nəqliyyat vasitəsində qanunsuz daşıyaraq onları orada yerləşdirmiş, bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ruzi” marketin qarşısında saxlanılmış və Baş İdarənin inzibati binasına gətirilmiş, orada keçirilmiş yoxlamalar zamanı üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda- 415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, tanışı Azərbaycan Respublikası vətəndaşı X18, sonuncunun tanışları Təqsirləndirilən şəxs4, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü Səbutər Babayevin göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında cinayətkar qrupun həmin vaxt İran İslam Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda- 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda- 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra cinayətkar qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözügedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Masallı rayonuna yola salmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 isə öz növbəsində əldə olunmuş razılığa uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı gətirdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələrlə birgə Masallı rayonu ərazisində qarşılayaraq cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirməklə sözügedən maddələrin qanunsuz daşınmasını davam etdirmiş, Təqsirləndirilən şəxs3 cinayətkar qrupun külli miqdarda narkotik vasitə, psixotrop maddə və həmçinin güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və qanunsuz dövriyyəsinin təşkil edilməsindən ibarət vahid və ümumi cinayətkar niyyətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirməklə həmçinin, dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Bakı şəhərində yerləşən evində gizlətməsi ilə bağlı qabaqcadan verdiyi vədə uyğun olaraq 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı gətirdikləri sözügedən maddələrin yerləşdirildiyi çanta ilə birgə qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilinə aparmış, orada cinayətkar qrupun üzvü Səbutər Babayev və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, onlardan tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həbi və 0,058 qram metamfetamin psixotrop maddəsini Tehran tamah və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin gün saat 23:50 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs4 həmin ünvanı tərk etmiş, 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində isə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birgə sözü gedən maddələrin yerləşdirildiyi çantanı da götürərək həmin ünvandan çıxmış, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olan “Royal Sapfir” otelinə aparmaqla qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri nəqliyyat vasitəsində qanunsuz daşıyaraq onları hoteldə yerləşdirmiş, bununla da o, qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq cinayətkar qrup halında öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ruzi” marketin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və Baş İdarənin inzibati binasına gətirilmiş, orada keçirilmiş yoxlamalar zamanı üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda- 415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək ondan götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 32.5, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, tanışı Azərbaycan Respublikası vətəndaşı X18, sonuncunun tanışları Təqsirləndirilən şəxs3, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pılehrood, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü Səbutər Babayevin göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında cinayətkar qrupun həmin vaxt İran İslam Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda- 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda- 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra cinayətkar qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözü gedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Masallı rayonuna yola salmış, Təqsirləndirilən şəxs4 isə öz növbəsində cinayətkar qrupun külli miqdarda narkotik vasitə, psixotrop maddə və həmçinin güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və qanunsuz dövriyyəsinin təşkil edilməsindən ibarət vahid və ümumi cinayətkar niyyətinin həyata keçirilməsi istiqamətində qanunsuz əməllərini davam etdirərək həmçinin, dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı maneəsiz şəkildə Bakı şəhərinə gətirəcəyinə yardım edəcəyi ilə bağlı qabaqcadan vermiş olduğu vədə uyğun olaraq Masallı rayonu ərazisinə gələrək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı orada qarşılamış, sonuncuları cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilə aparmış, orada cinayətkar qrupun üzvü Səbutər Babayev və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, daha sonra həmin tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs4 qeyd edilən ünvanı tərk etmiş, bununla da o, qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq cinayətkar qrup halında öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ruzi” marketin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və sonuncuların üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda- 415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə etdiyi tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə sonunculardan satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs4 isə 19 may 2022-ci il tarixdə tutularaq istintaq orqanına təhvil verilmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 32.5, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Pilehrood ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, İranın Ənzəli şəhərində işləmiş, orada enerji içkiləri mağazası olmuş və topdan satış həyata keçirmişdir. Onun qazancı normal olmuşdur. Mehdi adlı şəxslə onun alveri olmuş, o, həmin şəxsin dükanına gedib-gəlmişdir. 2021-ci ildən Təqsirləndirilən şəxs2ı Mehdinin dükanında görmüş və tanış olmuşdur. O, Türkiyədən enerji içkiləri almış, bununla bağlı Mehmetlə işgüzar münasibət qurmuş, daha sonra isə aralarında dostluq münasibətləri yaranmışdır. Mehmet Türkiyədə olanda onunla əlaqə saxlamış, Mehmet ona enerji içkiləri alıb gödərmişdir. İranda olduğu müddətdə Mehdi ilə Mehmetin arasında narkotiklə əlaqədar haqq hesabları olmuş və Mehdi Mehmeti tutub saxlamışdır. Belə ki, Mehmet İrana gələndən bir neçə gün sonra yoxa çıxmış, o, Tehrana getdiyi üçün sonradan Mehdigilin Mehmeti saxladıqlarından xəbəri olmuşdur. O, bu barədə Mehdidən soruşmuş, lakin Mehdi ona cavab verməmişdir. O, Mehdinin işçisini kənara çəkib Mehmeti görüb-görmədiyini soruşmuş, həmin şəxs də ona Mehmetin anbarda saxlanıldığını demişdir. Anbar dükandan 5 km uzaqda olmuş, o, Mehmeti çörəkxanada görmüş, Mehmeti pis vəziyyətdə orada saxlamışlar. Mehdi Mehmetə borcunu ödəyəndən sonra onu buraxacağını demişdir. O, Mehdi ilə əlaqəyə keçmiş, Mehdi Mehmeti buraxmaq üçün 20.000 dollar tələb etmişdir. O da Mehmet üçün zamin durmuş və Mehdinin əlindən alaraq məcburən Mehmeti Azərbaycana keçirtmişdir. Mehmetin pasportu olmamış, ona görə də X11 yola salmaq üçün gətirmiş, lakin yola sala bilməmişdir. Mehmeti buraxmağın qarşılığında Mehdi onların qarşısına narkotik vasitələr qoymuş və onları Azərbaycana keçirməli olduqlarını demişdir. Onlar da məcbur qalıb həmin narkotik vasitələri Azərbaycana gətirmişlər. Daha sonra Azərbaycanda tutulmuşlar. Təqsirləndirilən şəxs1 Pilehrood məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mehmet 4-5 ay İranda qalmış, Türkiyədən enerji içkiləri, paltar gətirib satmışdır. Onun Mehmetlə alveri olmamış, Mehmet Türkiyəyə gedəndən sonra o, sonuncu ilə əlaqə saxlamış, bundan sonra Mehmet ona 1-2 tır enerji içkiləri göndərmişdir. Mehmet sonradan Azərbaycana keçməmişdən 3 ay qabaq İrana gəlmişdir. Mehmet İrana gəldikdən 15 gün sonra yoxa çıxmış, belə ki, o, Mehmetin telefonuna zəng vurmuş, lakin ona zəng çatmamışdır. Sonra o, Mehmeti axtarmış, lakin tapa bilməmiş, Mehdinin yanına getmiş, sonuncu da Mehmetdən xəbərinin olmadığını bildirmişdir. Mehmetin qaldığı sabit bir yer olmamış, sonuncu ya Mehdinin yanında, ya da ki onun yanında qalmışdır. O, Mehdinin yerinə getmiş, Mehmeti axtarmış, Mehdinin işçisi işarə edərək Mehmetin orada olduğunu demişdir. Həmin yer çörəkxananın arxasında olmuş, qapısı bağlı olmuşdur. Mehdinin işçisi qapını açmış, o, Mehmeti orada pis vəziyyətdə, çılpaq halda, əlləri bağlanmış vəziyyətdə görmüşdür. O, Mehdiyə zəng etmiş və Mehmeti orada saxlamağının səbəbini soruşmuş, Mehdi də Mehmetin Türkiyədə onun başına oyun gətirdiyini demişdir. Mehmet Mehdiyə 20.000 dollar pul verməli olmuşdur. O, Mehdi ilə uzun söhbətdən sonra Mehmetə zamin durmuş və Mehmeti onun əlindən almışdır. Mehdi və Mehmet hər ikisi onun dostu olduğuna görə o, polisə şikayət etməmişdir. O, Mehdi ilə Mehmetin arasında sülh yaratmağa gəlmişdir. X17 narkotik mallarını yandırdığına və Ramazanı tutdurduğuna görə aralarında problem yaranmışdır. O, Mehmetə zamin durmuş, Mehdi borca dair kağız yazmış, o da qol çəkmişdir. O, Mehmetin yeznəsinə zəng vurmuş, yeznəsi 3000 dollar pul göndərmişdir. O, öz telefonundan həmin şəxsə zəng vurmuş və Mehmetin şəklini də göndərərək Mehmetin nə vəziyyətdə olduğunu ona göstərmişdir. O, həmin pul gələnə qədər öz anasından borc alıb Mehdiyə ödəmişdir. Belə ki, o da Türkiyəyə mal almaq üçün pul göndərmiş, onun özündə də pul olmamışdır. O, Mehmeti öz evinə gətirmiş, Mehmet 1 həftə onun evində qalmış, anası Mehmete qulluq etmişdir. Pasportu olmadığına görə o, Mehmeti ölkədən qaçaq çıxarmaq istəmişdir. Mehmetin torpaq sahəsi olmuş, sonuncu torpağı satıb pulunu verəcəkdi. Mehmeti Türkiyəyə keçirmək imkanı olmamış, tanışı Hüseyn vasitəsilə sonuncunu Azərbaycana keçirmişdir. Hüseynlə onun dostluğu olmuş, Hüseyn ondan pul istəməmişdir. Ora getməmişdən qabaq o, Mehdiylə danışmış və Mehmeti Bakıya keçirməyinə icazə verməsini xahiş etmişdir. O, Ramazanı Mehdinin yanında tanımış, belə ki, Ramazanla Mehdi şərik olmuşlar. Hüseynin Ramazanla əlaqəsi olmamışdır. Mehmetin yeznəsi hər ay pul göndərəcəyini demişdir. Mehdi ilə Ramazan danışanda Ramazan Azərbaycana gedirsə onun da malını aparmasını demişdir. O, Mehmetin xəstə olduğunu apara bilməyəcəyini demiş, lakin Ramazan razılaşmamış və malı apardıqdan sonra haqq-hesablarının bağlanacağını demişdir. Mehdi ilə danışıq əsnasında qərar vermişlər ki, o da Mehmetlə birlikdə Azərbaycana gəlsin, çünki Mehmet Azərbaycanı tanımamışdır. Təqsirləndirilən şəxs1 Pilehrood məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Səbutər onu Azərbaycana göndərən zaman Vüqar İslamzadə adlı əmisi oğlunun Masazırda onları qarşılayacağını demişdir. Azərbaycana çatandan sonra isə əmisi oğluna zəng çatmadığını bildirmişdir. O, əvvəldən nə Təbrizin, nə də Tehranın adını eşitməmişdir. Onlar kəndə çatandan sonra Səbutər ona əmisi oğlunun rayonda olduğunu və onları qarşılaya bilməyəcəyini, onun yerinə Təbriz adlı şəxsin gəlib onları qarşılayacağını demişdir. O, Təbrizə zəng etmiş, Təbriz də gəldiyini bildirmişdir. Onlar maşına əyləşənə qədər Tehranı tanımamışlar. Daha sonra Cahandarla əlaqə saxlayaraq Bakıda onları kimin qarşılayacağını soruşmuş, Cahandar da Tehranın qarşılayacağını və müvəqqəti olaraq onun evində qalacaqlarını demişdir. O, Vüqarın evində qalmaqla bağlı onlara heç nə deməmiş, yalnız Tehranın evində qalacaqlarını demişdir. Səbutər onlara narkotik vasitələri onları qarşılayacaq şəxsə-Tehran və ya bir başqasına vermələri ilə bağlı tapşırıq verməmişdir. O, Bakıya çatanda Tehranın kim olduğunu bilmişdir. Onların gətirdikləri narkotik vasitələr Vüqar adlı şəxsə çatmalı olmuşdur. O, sərhədi keçənə kimi Tehranın adını eşitməmişdir, onunla hər hansı görüşü olmamışdır. Tehranın evinə getdikdən sonra o, bir az da təkid etmişdir ki, onlara qalmaq uçun normal şəraiti olan bir mənzil versinlər, bundan sonra o, Cahandarla əlaqə saxlamış, Cahandar da həmin evdə qalacaqlarını demişdir. Tehran həmin vaxt yan otaqda başını aşağı salıb işini görmüşdür. Təbriz bundan sonra onlara yemək alıb gətirmişdir. Təbriz ondan 40 manat almış, maşını düzəldib getmişdir. Sonradan Tehran onları otelə aparmışdır. Onlar Təbrizin onları qarşılayacağını biləndə artıq Azərbaycan ərazisində olmuşlar. Gecə saat 11-12 radələrində, Səbutər zəng edərək Tehranın onları qarşılayacağını demişdir. Səbutər onlara Tehranın heç nədən xəbərinin olmadığını demişdir. O, keçmişdə “Paşa İnşaat”da işləmişdir, buna görə də Səbutər yenidən o işlə bağlı gəldiyini deməsini tapşırmışdır. Bakıya çatdıqdan 3 gün sonra onlar saxlanılmışlar. Təbriz gedəndən sonra ona bir ədəd fotoşəkil göndərmişdir. Bunu da ondan o xahiş etmiş, çünki vizasının müddəti başa çatmaq üzrə olmuş, şəxsiyyət vəsiqəsini göstərəcəyi adam lazım olmuş, buna görə də Təbrizdən belə bir xahiş etmişdir. Tehran onlardan narkotik vasitə götürməmişdir. Yolda Mehmetin halı pis olmuş, bir neçə ədəd dərman vermişlər. Həmin dərmanlar ekstazi adlanan dərmanlar olmuşdur. Gətirdikləri narkotik vasitələri açılmamışdır, ona görə də Tehrana narkotik vasitə vermələri mümkün deyildir. Tehranın evi 3 otaqlı olmuş, lakin içərisində yalnız avtomobil ehtiyat hissələri olmuşdur. Evdə qalmaq üçün şərait yaxşı olmamış, hətta bununla bağlı aralarında söz-söhbət olmuşdur ki, Cahandar onlara qalmaq üçün yaxşı şəraiti olan yer təşkil etməmişdir. Tehran narkotik vasitələrin istifadəsi ilə bağlı onlarla heç bir söhbət aparmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasında yaşayan, əslən azərbaycanlı Sabutər Babayevin villasında bağbanlıq işləri ilə məşğul olmuş, 2021-ci ilin aprel ayında Sabutər ona İranda tekstil işi ilə məşğul olduğunu, həmin işlə bağlı şəriklərinə pul verməli olduğunu, həmin pulu verənədək onun İrana gedib orada zamin kimi qalmağını xahiş etmişdir. O, İrandan Azərbaycana tekstil materiallarının göndəriləcəyini bildirmiş, malın pulu gələnədək isə onun İranda gözləməyini təklif etmiş və bunun qarşılığında ona ümumilikdə 20.000 türk lirəsi pul verəcəyini vəd etmişdir. O, Sabutərin təklifi ilə razılaşmış və İrana getmişdir. İranda onu Səbutərin şəriki Mehdi qarşılamış və Ənzəli şəhərinə aparmışdır. O, Ənzəli şəhərində iki ay Mehdinin yanında qalmışdır. Mehdinin Ənzəli şəhərində bir mağazası və çörək sexi olmuş, həmin şəxs Türkiyədə “X38” enerji içkisi şirkətinin şəriki olmuşdur. O, bunu həm Sabutərdən, həm də Mehdinin özündən eşitmişdir. Onun orada olduğu bu iki ay ərzində heç bir tekstil işi aparılmamış və ona məlum olmuşdur ki, Sabutər və Mehdi narkotik satışı işi ilə məşğul olurlar. Səbutəri Azərbaycanda Cahandar adı ilə tanıyırlar, həmin şəxs özünü bu kod adı ilə hamıya tanıtmışdır. Türkiyədə isə Sabutər özünü hamıya Ramazan adı ilə tanıtmışdır. Sabutər narkotik vasitələrin ticarəti və qaçaqmalçılığı ilə məşğul olur. Türkiyə, İran və Azərbaycan arasında narkotrafikə rəhbərlik edən Sabutər bundan külli məbləğdə qazanc əldə edir. O, bütün bunları İranda olarkən öyrənmişdir. İranla Türkiyə arasında narkotrafikin təmini üçün pulları isə İranda valyuta dəyişmə ilə məşğul olan bir şəxs qəbul edir. Pul köçdükdən sonra həmin zərgər pulun alındığını bildirir və bununla da pul çatmış hesab olunur. O, İranda olarkən Mehdi Sabutərlə danışaraq Azərbaycana və Türkiyəyə bir neçə dəfə narkotik vasitə göndərmişdir. Mehdinin özü də narkotikdən istifadə etmiş və hər axşam onun yanında tiryək kimi bilinənən narkotikdən və həblərdən istifadə etmişdir. O, bu müddətdə hər hansı narkotik trafikində iştirak etməmiş, sadəcə hər gün səhər Mehdi ilə birgə onun çörək sexinə getmiş, oradan isə onun digər obyektinə getmiş, axşam da gedib Mehdigildə qalmışdır. İranda olanda Mehdinin dükanına gəlib-gedən İran vətəndaşı Yusifi tanımış, Yusifin atası Səməddir, onlar ailəlikcə enerji içkilərinin satışı ilə məşğul olurlar. Həmin müddətdə 3 gün gedib Yusifgilin ailəsində də qalmışdır. Yusiflə söhbət zamanı Yusif də ona Mehdinin narkotik vasitələrin satışı ilə məşğul olmasını demişdir. İki ay bitdikdən sonra o, Türkiyəyə qayıtmış və Türkiyəyə qayıtdıqdan sonra, narkotik vasitələrin satışı ilə məşğul olmasını öyrəndiyi üçün, həm də Səbutərin arvadı onu çağıraraq ondan yardım istədiyi üçün o, Səbutəri Türkiyə jandarmasına şikayət etmişdir. Belə ki, Səbutərin arvadı ona yalvarıb Türkiyədə qanunsuz olaraq yaşadıqlarını, Səbutərin narkotik vasitələrin satışı ilə məşğul olmasını, ailəcə onların hamısını işə salacağını bildirmiş, buna görə də onları Səbutərdən xilas etməsini və Azərbaycana keçmələrinə yardım etməsini xahiş etmişdir. O, hətta Səbutərin arvadına əgər Səbutərdən qorxursa onu anasının evində gizlətməyi də təklif etmiş, lakin bütün bunların hamısının oyun olduğunu sonradan anlamışdır. Belə ki, Səbutər onun sadiq olub-olmamasını yoxlamaq istəmiş, o da bütün bunlardan xəbərsiz Səbutərin qanunsuz hərəkətləri barədə Türkiyə jandarmasına, eyni zamanda Azərbaycanda polisin nömrəsini tapıb oraya da 3 dəfə zəng edərək Səbutəri şikayət etmişdir. Hətta Türkiyədə jandarma polisi Sabutərin evinə gedib onu orada tapmamış və həmin müddətdə o, gizlənmişdir. Türkiyə Respublikasının qanunlara görə əsaslı bir sübut olmadığı müddətcə heç kimin mənzilinə baxış keçirmək mümkün olmadığı üçün jandarma yalnız qapıdan Səbutəri soruşub, tapa bilməyərək geri getmişdir. Həmin tarixdən 5-6 gün sonra, yəni 2021-ci il noyabr ayının sonlarında Yusif ona zəng edərək enerji içkilərinin satışı ilə məşğul olmaları üçün onu İrana dəvət etmiş, o da dekabr ayının əvvəllərində Türkiyədən İrana getmiş, Təbrizdən Xoy üzərindən keçərək Ərdəbil şəhərinə gəlmiş və orada Yusiflə görüşmüş və oradan Yusifin Ərdəbildəki evlərinə getmişdir. O, İranda olanda Səbutərin şəriki olan Mehdi onu tutub əl-ayağını bağlayıb zirzəmiyə atmış, ondan Səbutərin ona borclu qaldığı məbləği tələb etməyə başlamışdır. O, Səbutərlə əlaqəsinin qalmadığını desə də, onu öldürəcəyi və ya ermənilərə verəcəyi ilə hədələmişdir. O, Mehdiyə yalvarmış və ailə üzvlərindən pul tapması üçün ona imkan verməsini xahiş etdimişdir. O, bütün yaxınlarından pul istəmiş, lakin cəmi 3000 dollar pul tapa bilmiş, həmin pulu da Mehdiyə vermişdir. Mehdi ya pulunun hamısını verməli olduğunu, ya da onun mallarını Azərbaycana keçirməli olduqlarını bildirmişdir. Yusif də onun həyatını xilas etmək üçün Mehdi ilə razılaşmış, o da Azərbaycana keçib bir yolla Türkiyə səfirliyinə müraciət etməyi və həyatını xilas etməyi düşünmüşdür. O, Yusiflə birlikdə Mehdinin göstərişi ilə 2021-ci ilin dekabr ayının sonlarında Tehrana gedib orada onun tapşırdığı adamlardan narkotik vasitələri götürmüş, Yusiflə birgə Ərdəbilə getmiş, günortadan sonra oradan İranın Germi şəhərinə yola çıxmışlar. Onlar narkotik vasitələri əldə etdikdən sonra dərhal Azərbaycana gələ bilməmiş, çünki Yusif qarlı hava ilə əlaqədar olaraq sərhəddən keçməyin və dağları aşmağın çətin olacağını demişdir. Ona görə də 15 günə yaxın onlar Ərdəbildə Yusifgildə qalaraq havanın düzəlməsini gözləmişlər. 10 yanvar 2022-ci il tarixdə saat 19:00-da Ərdəbildə Yusifin evindən bel çantası ilə çıxaraq Rəzə şəhərinə, oradan da Seyidlər kəndinə gəlmişlər. Seyidlər kəndinə çatanda saat təxminən 22:00 olmuş. Burada Yusifin tanışı Rzanın evində qonaq olmuşlar. Rza onların İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirəcəklərini bilməmiş, yalnız onların sərhəddən qanunsuz keçəcəklərini bilmişdir. Hətta bunun üçün Rza onlara öz məsləhətləri və məlumatları ilə köməklik göstərmiş və qarşıdakı dağın təpəsində yanan işığın Azərbaycanın sərhəd bölmələrinin nəzarət məntəqəsi olduğunu, həmin işıqdan sağ tərəfdə başqa bir yüksəkliyin kənarından küt ərazi sərhədçilərin müşahidəsindən gecə vaxtı kənar qaldığını, elə buradan tikanlı məftillərin altından keçib gedərək Azərbaycan ərazisinə keçməyin mümkün olduğunu demişdir. Rza onun evində qalıb axşam yeməyi yedikdən sonra Azərbaycana sərhəddən qanunsuz keçmək üçün yola düşməyi məsləhət görmüşdür. Onlar həmin zaman tək olmamış, onlara yol göstərən başqa şəxslər də olmuşdur. Onların işləri ilə bağlı olmayan, lakin Azərbaycan ərazisinə qanunsuz yolla keçmək istəyən bir nəfər də onlarla birlikdə sərhəddən keçirilmişdir. Həmin şəxslər peşəkar olmaqla gecə görən cihazlarla sərhədçiləri izləmiş, onların görmədiyi bir vaxtda onları İran İslam Respublikasının Seyidlər kəndindən Azərbaycan Respublikasının Yardımlı rayonunun Deman kəndi ilə Azərbaycan dövlət sərhədindən tikanlı məftilləri qaldırıb altından keçirtmişlər. Bu zaman onların sərhəd pozuculuğu aşkarlamamış, sərhəddən keçən vaxt o, bir neçə dəfə yıxılıb zədə almış, hətta o, kollektivdən geri qaldığı üçün orada gördüyü ata minmiş və gedib onlara çatmışdır. Onları sərhəddən qanunsuz keçiriən həmin şəxs onun ata mindiyini görəndə, həmin atın sərhədçilərin atı olduğunu, sərhədçilərin atı tapa bilməyib onların izinə düşəcəklərini bildirərək onu danlamışdır. Bundan sonra onlar tez atı buraxmış, Deman kəndinə keçdikdən sonra səhər saat 6-dək Masallı rayonuna doğru piyada yol gəlmişlər. Səhər saatlarında onları sərhəddən keçirən həmin şəxs Camal adlı şəxsin evinə gətirmiş, evin tininə çatanda həmin evə girməli olduqlarını bildirib, digər şəxslərlə birlikdə onlardan aralanıb getmişlər. Onlar Camalın evinə getmiş, bir gün onun evində qalmışlar. Daha sonra Camal evində onlara yeməkiçmək vermiş, o, özünü pis hiss etdiyi üçün ona dərman da vermişdir. Bir qədər sonra Camal onları zirzəmidə gizlətmiş və polisin axtarış etdiyini demiş, lakin heç bir gələngedən olmamışdır. Onlar səhəri gün yola çıxmış, onları Masallı rayonundan Səbutərin tapşırığı ilə bir nəfər götürüb Bakı şəhərinə gətirmişdir. Onlar Bakı şəhərinə çatanda artıq hava qaralmışdır. Onları Bakı şəhərində qarşılıyan Tehran olmuş, Tehran onları Bakı şəhərinin girişində, tanımadığı yerdə qarşılamış, Tehran oraya öz avtomobili ilə gəlmişdir. Ona məlum olduğu qədərilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində başqa bir mənzilə getmiş, orada təxminən 3 saat qaldıqdan sonra Tehran onları Badamdar ərazisinə “Royal Sapfir” adlı bir otelə yerləşdirmişdir. Səhəri gün, yəni 12 yanvar 2022-ci il tarixdə günorta saatlarınadək bu oteldə qalmış, günorta saatlarında tanımadığı, adını bilmədiyi bir şəxs taksi vasitəsilə otelə gəlmiş, oteldən onları götürərək 4-cü mikrorayon dairəsinin yaxınlığında yeni tikilinin 15-ci mərtəbədə normal təmirli bir mənzilə gətirmişdir. Burada həmin şəxs onları yerləşdirsə də, onlarla birlikdə qalmamışdır. Onlar günorta saatlarında həmin mənzilə yerləşmişlər. Onlar orada gecələmiş, səhəri gün, saat 11 radələrində onları oteldən həmin mənzilə gətirən Vüqar adlı şəxs yenidən həmin mənzilə gəlmişdir. Onların interneti olmamışdır. Həmin şəxs onların yanına gəldikdən sonra yekun olaraq qaçaqmalçılıq yolu ilə gətirdikləri həmin malları başqa bir ünvana aparıb çatdıracaqları barədə danışmışlar. Həmin şəxs narkotik vasitələrdən bir hissəsini özünə götürmüş, daha sonra öz telefonu ilə taksi sifariş etmişdir. Sifariş olunan taksiyə oturub ona məlum olmayan təyinat məntəqəsinə hərəkət etmişlər. O, durmadan onu Türkiyə səfirliyinə çatdırmasını Yusifdən xahiş etmiş, Yusif də ona “mallardan” canını qurtaran kimi onu səfirliyə çatdıracağını demişdir. Onlar taksiyə oturduqdan sonra qabaq sağ oturacaqda həmin Vüqar adlı şəxs olmuş, arxada sağda Yusif, solda isə o oturmuşdur. Narkotik maddələr Yusifdə bel çantasında olmuşdur. Çantanı taksinin yük yerinə Yusif qoymuşdur. Onda isə özünə məxsus şəxsi əşyalar olan sellofan torba olmuşdur. Taksiyə mindikdən sonra 10 dəqiqədən az müddət yol getdikdən sonra yolun sağında marketin qarşısında Vüqar adlı şəxs bankomatdan pul çəkmək üçün taksini saxlatmış, taksidən düşdükdən sonra bankomat içərisində olduğundan o, marketə girmişdir. O, Vüqarın qaçaqaça getməyindən bir qədər şübhələnmiş, təxminən 2-3 dəqiqə sonra, yəni saat 12:20 radələrində əvvəllər tanımadığı mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini gömrük əməkdaşları-əməliyyatçılar kimi təqdim etmiş və onların narkotik vasitələrin qaçaqmalçılığına görə şübhəli bilindiklərini demişlər. Onları tutan həmin şəxslər taksi ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ailəli olmuş, lakin hal-hazırda boşanmış, iki övladı və nəvələri var. Yazyay aylarında 5 ulduzlu otellerin çimərliyini işlətmək və bağ-bağçaların səliqəyə salınması işləri ilə məşğul olmuşdur. Həmçinin anasının ona bağışladığı bağ sahəsi var, həmin bağdan da gəlir əldə etmiş, ilin dört ayını da Alanya şəhərində oteldə işləmiş, həmçinin Sabutərin də villasının bağban işlərini o görmüşdür. Səbutər tekstil və enerji içkilərinin istehsalı və satışı ilə məşğul olmuş, o, Səbutəri Alanyada qumarxana və klub işlətdiyi dövrdə müştəri kimi tanımış, daha sonra da onun villasının bağında işləməyə başlamışdır. Səbutər onun işlədiyi kluba gələn zaman, İranla bağlantılarının olduğunu demiş və orada ticarətini davam etdirə bilməsi üçün onun köməkliyinə ehtiyacı olduğunu demişdir. Səbutər özünü ona düzgün iş adamı kimi təqdim etdiyindən, onun həm özünü, həm də ailəsini tanıdığından o, Səbutərə güvənmiş və onunla işləməyə razılıq vermişdir. O, İranda Səbutərin ticarətinə zamin olmalı, yəni İranda olan məhsulların pulunun ödənilməməsi qarşılığında zamin durmalı olmuşdur. Səbutərin İranda işlədiyi, mal aldığı şəxsin adı Mehdi olmuşdur. Səbutərin əvvəlcədən Mehdiyə borcu olmuş, o, bunu bilməmiş, Səbutərin tekstil işi ilə məşğul olduğunu düşünmüşdür. O, sonradan bilmişdir ki, heç bir tekstil istehsalı olmamış, Səbutər və Mehdi narkotik işi ilə məşğul olmuşlar. O, İranda olduğu müddət ərzində villada qalmışdır. O, 20.000 TL qarşılığında zamin qalmışdır. Səbutər eyni zamanda onunla birlikdə Mehdiyə 10.000 dollar pul göndərmişdir. Villada qaldığı zaman bütün xərcləri Mehdi qarşılamışdır. Mehdi İran vətəndaşıdır. 2021-ci il tarixində İranda qalmış, Mehdi özü ona Səbutərin tekstil işi ilə deyil, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu demişdir. O, X20 şəhərinə geri dönmüş, orada Səbutərlə bir dəfə görüşmüş və onu bu işlərə qoşması ilə əlaqədar aralarında mübahisə olmuşdur. Bu mübahisədən sonra o, Səbutər Babayevin yanından ayrılmış və onu həm Türkiyə polisinə, həm də Azərbaycan polisinə şikayət etmişdir. Onun ikinci dəfə İrana qayıtmağının Səbutərlə əlaqəsi olmamış, Yusif İrandan ona zəng edərək, enerji içkilərinin satışı ilə məşğul olmaq istədiyini, bununla bağlı ona Türkiyədə müəyyən əlaqələr qurmaqda köməklik etməyini istəmiş, o, İrana ikinci dəfə bununla bağlı getmişdir. İlk dəfə İrana gedəndə Mehdinin tutduğu villada yaşamış, narkotik vasitələrə qarşı olduğu üçün Türkiyədə Mehdinin narkotik vasitə hesab olunan “patı” və “kokos” kimi tanıdığı mallarını yandıraraq məhv etmişdir. O, ikinci dəfə Yusifin dəvəti ilə İrana gedəndə Mehdiyə ziyan vurmasından, onun “mallarını” məhv etməsindən Mehdinin məlumatının olduğunu bilməmişdir. Yusif ona Mehdiyə də enerji içkisi lazım olduğunu bildirmiş və bu işi birlikdə görmələrini təklif etmişdir. O, sonradan bilmişdir ki, Mehdinin “mallarını” onun məhv etdiyindən Mehdinin məlumatı olmuşdur. Buna görə də Mehdi onu öz deposunda, bağlı bir yerdə 10 gün girov saxlamışdır. Səbutər Mehdiyə onun “mallarını” yandıran və Səbutəri polisə şikayət edənin o olması barədə məlumat vermişdir. Mehdiyə məxsus çörək sexinin altında depo olmuş, onu orada girov saxlamışdır. Mehdinin onu saxlamasının səbəbi, onun məhv etdiyi, Mehdiyə məxsus olan narkotik vasitələrin pulunu ondan tələb etməsi olmuşdur. O, ikinci dəfə İrana Mehdi ilə iş görməyə getməmiş, Yusiflə birlikdə iş görmək üçün getmişdir. Mehdi onu aldadaraq guya onu yeməyə dəvət etmiş, o da Mehdinin çörək sexinə yemək yeməyə gedən zaman elə orada Mehdinin adamları onu tutaraq saxlamışlar. Mehdinin adamları depoda onu döymüş, daha sonra Mehdi ona demişdir ki, “sən mənim malımı yandırmısan”. Mehdi ona ümumi bütün “mallara” görə 20.000 (iyirmi min) ABŞ dolları zərər vurduğunu bildirib, həmin pulu ondan tələb etmişdir. O, 3.000 (üç min) ABŞ dolları pulu tapdıqdan sonra Yusif gəlmiş və Mehdiyə onun üçün zamin durmuş və onu buraxmasını xahiş etmişdir. O, yeznəsi ilə telefon əlaqəsi saxlayaraq məsələnin nə olduğunu ona izah etmiş və ondan 3.000 (üç min) ABŞ dolları borc almışdır. Yusif 3.000 (üç min) ABŞ dollarını gətirmiş və Mehdiyə geri qalan məbləğ üçün zamin olduğunu demişdir. Yusif onun həyatını xilas etmək üçün məcbur olub bu yola getmişdir. Ona zamin durduğu üçün Yusifi də təhdid etmişlər, onun həyat yoldaşının evdən çıxışının, anasının və uşaqlarının şəkillərini çəkərək onu şantaj etdikləri üçün, Yusif sonradan evini dəyişmişdir. O, Mehdinin malını Türkiyədə yandırsa da, narkotik mafiası deyil, narkotik vasitələrə qarşı olduğu üçün Mehdinin “mallarını” yandırmışdır. Səbutər Yusiflə ona sərhədi keçməklə onun malını daşıyaraq Azərbaycana keçirməli olduqlarını demişdir. O, Yusifə Səbutərin təklifini qəbul etməməsini demişdir. O, Səbutərlə iki dəfə telefonla danışmış, Səbutər ona narkotik vasitələri Azərbaycana aparmasalar, onun mallarının daşınmasını təşkil etməsələr onları öldürəcəyi ilə hədələmişdir. O, da Səbutərə nə bacarırsa etməsini demişdir. O, onların mallarını yandırdığı üçün, onların mallarını, yəni narkotik vasitələrini Azərbaycana daşıyaraq keçirməsi işini ondan tələb etmişlər. O, Mehdinin “malını” yandırdığı üçün sonuncuya borclanmışdır. Onlara göstərişi Səbutər ilə Mehdi ikisi birlikdə vermişdir. Daha sonra onlar Germi şəhərində Mehdi və Səbutərin adamları ilə görüşmüş, həmin şəxslər onlara çanta vermiş, onlar həmin şəxslərlə birlikdə qalmışlar. İki gündən sonra Yusifə zəng etmişlər ki, Azərbaycana keçmək vaxtıdır. Onlar 7-8 nəfərlə yola çıxmış, çantanın içərisinə baxmamış, lakin çantanın içərisində narkotik vasitə olduğunu bilmişlər. Çantada olan narkotik vasitənin çəkisini dəqiq bilməmiş, lakin çantada 30 kq narkotik vasitə olmamış, az miqdarda olmuşdur. Səbutər onlar Bakıya getdikdə Tehran adlı şəxsin onları qarşılayacağını demişdir. Onlar Azərbaycan sərhədindən səkkiz nəfər keçmişdir. Onlar Azərbaycana keçəndən sonra onları Bakı şəhərinə aparmaq üçün Tehran gəlməli olsa da, onun işi olduğu üçün, Tehranın yerinə Təbriz gəlmiş və onları qarşılamışdır. Səbutər onlara Təbrizin heç bir işdən xəbərinin olmadığını, onun yanında heç nə danışmamalarını tapşırmışdır. Bakı şəhərinə getməmişdən əvvəl Yardımlıda Ənvərin evinə gəldiklərində gecə saatları olmuş, Ənvərin evinə o, Yusif və Hüseyn birlikdə getmişlər. Ənvər onların gələcəklərini bilmiş, Hüseyn əvvəlcədən bu barədə ona məlumat vermişdir. Hüseyn iranlı olsa da, Azərbaycan dilində danışmışdır. Ənvərin evində yemək yedikdən sonra yatmış, səhəri gün evə polis gəlmiş, onlar da qaçaq keçdikləri üçün gizlənmişlər. Həmin anın qorxusu ilə onların narkotacirlərlə problemlərinin olması və onları belə iş görməyə məcbur etmələri barədə polisə məlumat verə bilməmişdir. Onlar Yardımlı rayonundan çıxıb Masalla rayonuna getmiş, Masallada Səbutərin göndərdiyi adam onları qarşılamalı olmuşdur. Səbutər Tehranın gələcəyini bildirsə də, onları qarşılamağa Təbriz gəlmişdir. Təbriz taksi ilə gəlmiş, Təbrizin onların qanunsuz yolla Azərbaycana keçmələrini bilib-bilməməsi barədə məlumatı olmamışdır. Səbutər Təbrizə zəng edib iki nəfər qonağının gələcəyini demiş və onları Masallıdan götürüb Bakıya gətirmələrini tapşırmışdır. Təbrizlə yol boyu söhbətləri olmamış, ona heç bir məlumat verməmişlər. Onlar axşam saatlarında Bakıya çatmışlar. O, Səbutərin yeznəsinin gələcəyini gözləmiş, Yusif internetə qoşulmuş və Yusifə Tehran adlı şəxsin gələcəyini demişlər. Axşam Tehran adlı şəxs gəlmiş, Tehran gələn kimi o, ac olduğunu demişdir. Maşından düşən kimi yemək yemək istədiyini bildirmiş, çantaları evə qoyub, bir az oturduqdan sonra yemək sifariş etmiş, yeməkləri Tehran gətirmişdir. Tehran yeməyi gətirdikdə, Təbriz artıq getmişdir. Yemək yedikdən sonra Tehrana vəziyyətinin yaxşı olmadığını bildirib, onu səfirliyə və ya otelə aparmasını xahiş etmişdir. Tehran ondan nəyə görə səfirliyə getmək istədiyini soruşduqda, ona ölkəyə qaçaq girdiyi üçün səfirliyə getmək istədiyini demişdir. Evdən çıxana kimi içərisində narkotik vasitə olan çanta açılmamışdır. “Sapfir” otelə Yusif, Təbriz və o, birlikdə getmiş, oteldə Yusiflə birlikdə qalmışdır. Otelin pulunu kimin verdiyini xatırlamır, lakin onları otelə Tehran gətirmişdir. Yusif Səbutərlə telefonda danışan zaman Vüqar adlı bir nəfər qohumunun gəlib onları oteldən götürəcəyini eşitmişdir. O, oteldən bir dəfə çıxmış, yenidən geri qayıtmış, heç bir yeri tanımadığı üçün səfirliyə getməmişdir. Vüqar onlarla telefon əlaqəsi yaratmadan, birbaşa oteldə otağa gəlmiş, daha sonra taksi ilə onun evinə getmişlər. Evdə heç kim olmamış, normal yaşayış evi olmuşdur. Vüqar evdə olduğu zaman gedib, səhər 10-11 radələrində gələcəyini, onların isə gecə həmin mənzildə qalacağını demişdir. Orada olduqları gecə Vüqar iki ədəd tərəzi gətirmiş, “malları” çəkmiş, çanta ilk dəfə həmin zaman açılmış və içindəki “mallar” çəkilmişdir. Evdə qaldıqları günün səhəri gün, saat 11-də Vüqar yeznəsinin onları gözlədiyini demiş və evdən çıxmağı təklif etmişdir. Taksidə gedərkən taksi marketin yanında dayanmış, Vüqar siqaret alacağını, bankomatdan pul çəkəcəyini deyib, maşından düşmüş və qaça-qaça uzaqlaşmışdır. Bu zaman onun oturduğu tərəfdən maşının qapıları açılmış və o, polis işçiləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, narkotik vasitəni götürüb sərhədi qanunsuz keçməklərindən Təbrizin xəbəri olmamış, o, Yardımlının Arvana kəndində evdə olan zaman, onları qarşılayacaq bir şəxsin olduğunu bilmiş, lakin adının Təbriz olduğunu bilməmiş, sonradan Təbriz adında oğlanın gələcəyini demişlər. Təbrizin onların sərhədi qanunsuz keçmələri barədə məlumatı olmamışlar. Təbriz ilə Masallıya 10 km məsafə qalmış whatsapp mobil tətbiqindən zəng etməklə danışmışlar. Təbriz gəldiyi avtomobilin markasını, qeydiyyat nişanını və yerini onlara bildirmiş, onlar da bu yolla Təbrizi tapmışlar. Təbrizlə söhbət etdikləri zaman Azərbaycana hansı qaydada, hansı məqsədlə gəldiklərini deməmişlər. Təbriz onların Azərbaycana gəlməkdə məqsədlərini bilməmiş, sadəcə taksi kimi onları Bakı şəhərinə aparmaq üçün gəlmişdir. Təbriz onların üzərində narkotik vasitə olmasından xəbərsiz olmuş, Bakıda evdə olan zaman narkotik vasitə qablaşdırılmamış və Təbriz də bunun şahidi olmamışdır. Səbutər Təbrizin narkotik vasitə barədə məlumatının olması ilə bağlı onlara heç nə deməmiş, onlara çantada narkotik vasitə olmasını və onların Bakıya hansı məqsədlə gəlmələri barədə Təbrizə bildirməmələrini tapşırmışdır. Təbriz onları mənzil başına çatdırdıqdan sonra bir qədər onlarla birlikdə oturub gözləmiş, anladığı qədəri ilə birlikdə gəldiyi taksinin pulunu Səburətdən almalı olmuş, ona görə gözləmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Tehranı əvvəllər tanımamış, onların narkotik vasitələri Bakıya gətirmələri barədə Tehranla aralarında heç bir söhbət olmamışdır. Səbutər ona Tehranla bağlı heç nə deməmiş, Tehranın telefon nömrəsi onda olmamış və heç bir zaman telefon danışıqları olmamışdır. Tehranı ilk dəfə Bakıda görüb, Bakıda tanış olmuşdur. Səbutər əvvəlcə onları Bakıya Tehranın gətirəcəyini bildirsə də, Tehranın yerinə Təbriz gəlmişdir. Onlar Bakıda Tehranın evində qalmışlar. Tehranın evində qaldıqları zaman, həmin evdə narkotik vasitə ilə əlaqədar heç bir hərəkət aparılmamışdır. İstintaq dövründə yanılmış və ifadəsində Tehrana şər atmışdır. Çünki istintaq zamanı onları Tehranın satdığını deyib onları aldatmışlar. Qaçaqmalçılıqla Azərbaycana “mal” keçirməklərindən Tehranın xəbəri olmamışdır. Tehranın evində qaldıqları zaman tərəzi ilə narkotik vasitə çəkilməmiş və həmin evdə olduqları zaman narkotik vasitə açılmamışdır. Onlar Tehranın evində qala bilməmiş, çünki ev şəraitsiz olmuşdur. O, ağrıkəsici bilib “tramadol” adlı dərmandan 4 həb ard-arda qəbul etdiyi üçün özünü pis hiss etmişdir. O, sonradan öyrənmişdir ki, həmin həb narkomanların müalicəsində istifadə olunan narkotik tərkibli həbdir. O, Tehrana heç bir dərman və ya narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Səbutərlə Yusifi o tanış etmiş, o, ilk dəfə İrana gedəndə Yusifin də ticarətlə məşğul olduğunu öyrənmişdir. Əvvəllər Səbutərin enerji içkisi və tekstil işi ilə məşğul olduğunu zənn etdiyi üçün Yusifə Səbutər barədə məlumat vermişdir. Yəni onları tanış etməkdə məqsədi sadəcə enerji içkisi və tekstil sahəsində ortaq işləmələri olmuşdur. O, Səbutərin telefon nömrəsini Yusifə vermiş, onunla danışmasını, əgər razılaşsalar birlikdə işləmələrini təklif etmişdir. O, ikinci dəfə İrana gedib girov düşəndə Səbutərlə Yusifin necə əlaqə saxladığını bilməmiş, Yusifin əvvəllər təkbaşına Azərbaycana qanunsuz yolla keçməsi və narkotik vasitə gətirməsi barədə məlumatı olmamışdır. O, Yusifə Azərbaycanda narkotik vasitələri kiməsə verməsi üçün hər hansı bir köməklik göstərməmiş, Yusifin əvvəllər Azərbaycana qanunsuz yolla keçməsindən xəbəri olmamışdır. Orxan adlı bir adam tanımır, İzzət adlı şəxsi tanıyır. X24 vasitəsilə tanımış, onun yanında 20 gün işləmiş bir şəxsdir. İzzət ona məxsus bağda, portağal işində onunla birlikdə 20 gün işləmiş, daha sonra o, İzzəti İstanbula göndərmişdir. İzzət azərbaycanlı olmaqla Azərbaycanda yaşayır, lakin Türkiyəyə də tez-tez gəlib-gedir. İzzətlə Yusifin heç bir əlaqəsi olmamış, o, İzzətlə Yusifi tanış etməmişdir. Yusifi sadəcə Səbutərlə tanış etmişdir. Mehdi onu girov saxladıqdan sonra onun telefonundan yeznəsinə “Whatsapp” vasitəsi ilə Yusifi danışdırmaqla məlumat göndərmiş, yeznəsinə onun borclu olduğu pulu verməsə, onu ermənilərə verəcəyini, ya da öldürəcəyini demişdir. Mehdi özünü ifşa etməmək üçün öz telefonlarından, öz səsləri ilə deyil, onun telefonundan Yusifi danışdırmaqla səs göndərmişlər. Yusif həmin gün 3000 ABŞ dolları pulu Mehdiyə vermək üçün gəlmiş, Mehdi pulu aldıqdan sonra məbləğin qalanını yeznəsindən istəməsi üçün Yusif vasitəsi ilə ona təhdid mesajları göndərmişdir. Səbutərin Təbriz və Tehrana onların Azərbaycana hansı yolla gəlmələri və ya narkotik vasitə gətirmələri barədə məlumat veribvermədiyini bilmir, lakin o, özü bu barədə həmin şəxslərə heç bir məlumat verməmişdir. O, ona görə həmin şəxslərin heç nədən məlumatının olmadığını deyir ki, o, özü bu barədə onlara belə bir məlumat verməmişdir. O, İranda olarkən aptekdən ağrı kəsici istəmiş, ona “tramadol” adlı dərman vasitəsi vermişlər. O, həmin dərmanın narkotik tərkibli olduğunu bilməmiş, bunu sonradan öyrənmişdir. O, “tramadol”u öz pulu ilə almışdır. Aptekə Yusiflə birlikdə girmiş, sümüklərində ağrı olduğu üçün “tramadol”u ağrı kəsici bilib almışdır. O, aptekdən adı ilə konkret dərman istəməmiş, sadəcə ağrı kəsici istədiyini bildirmiş, aptek işçisi də ona “tramadol” adlı dərmanı vermişdir. Aldığı “tramadol” dərmanının sayını bilmir, bir qutu almışdır. Aldığı həmin dərmanları öz balaca çantasının içində Azərbaycana keçirmişdir. O, İrandan Azərbaycana keçən zaman həmin dərmanı ağrıkəsici bilib 4 həbi ard-arda içmiş, buna görə də özünü pis hiss etmişdir. Ənvər adlı şəxsin evində qalan zaman bir dərman həbi də o vermiş, həmin dərmanı da qəbul etmişdir. O, “tramadol”un nə dərmanı olduğunu bilməmişdir. Əvvəllər heç bir narkotik tərkibli dərman qəbul etməmişdir. Azərbaycanda olan zaman “tramadol”dan 1 ədəd qəbul etmişdir. Azərbaycana keçəndə üzərində neçə ədəd “tramadol” həbinin qaldığını bilmir. Dərman vasitəsi qutunun içində olmuş, açıb saymamışdır. 3 həbi İrandan Azərbaycana keçərkən qəbul etmiş, 1 həb də Azərbaycanda olarkən qəbul etmişdir. O, tutulan zaman həmin həblər əl çantasının içində olmuşdur. O, gətirdikləri narkotik vasitəni nəm maykaya bükməmişdir. Naroktik vasitələr Vüqar adlı şəxsin evində bölünüb paketlənmişdir. Bu, onlar tutulmamışdan bir gün əvvəl, gecə saatlarında baş vermişdir. Vüqar öz evində “malları” ayırmış, “nəşə” və “patı”nı çəkib bölmüşdür. Əvvəlcə 10 qram “mal” götürüb getmiş, bir saatdan sonra geri gəlmiş, daha sonra 140-150 qramlıq bir paket hazırlamışdır. Həmin zaman “mallar” ortada sərili olmuşdur. Daha sonra Vüqar yenə getmiş, 3-3,5 saat sonra yenidən geri gəlmiş, gələn zaman əlində xırda yemək-içmək məhsulları olmuşdur. Vüqar onlara saatın gec olduğunu, yatmalarını demiş, səhər çıxacaqlarını əlavə etmiş və onu da səfirliyə aparacağını demişdir. “Mallar”ı ortalıqdan Vüqar özü toplamış və çantaya qoymuşdur. O, Vüqarın “mallar”ı çantaya qoymasını görmüşdür. Tehran onları otelə aparanda, yolda öz dükanına dönmüş, orada çay içmək üçün dayanmışlar, həm də Tehran dükanı bağlamalı olduğunu bildirmişdir. O, Tehranın dükanında olan zaman, maşının yük yerini açmış, əl çantasından dərmanı götürüb qəbul etmək istəmişdir. O, həmin çantaya sadəcə pasportunu və şəxsi əşyalarını qoyur. O, həmin əl çantasını açanda çantanın bir gözündə İrandan Azərbaycana keçirdikləri malların bir hissəsini görmüşdür. Hətta orada aralarında mübahisə olmuş, o, onlara irad bildirmiş, onun çantasına “mal” qoyduqlarını demişdir. O, həmin “malları” boşaltmış, öz həbimindən götürüb qəbul etmiş, yenidən qalan həbləri qaytarıb çantasına qoymuşdur. Gətirdikləri narkotik vasitə əvvəldən axıra qədər qara çantanın içində olmuş, çanta da Yusifdə olmuşdur. Güman edir ki, Vüqarın evində narkotik vasitələri açanda onun da çantasına qoymuşlar, lakin onun xəbəri olmamışdır. Vüqarın evinə oteldən çıxdıqdan sonra getmişlər, Vüqarın evindən çıxandan sonra da tutulmuşlar. O, öz çantasında narkotik vasitəni Tehranın dükanında olan zaman görmüşdür. Narkotik vasitələri onun çantasına Vüqarın evində qoymuşlar. Vüqarın evinə oteldən çıxdıqdan sonra getmişlər, narkotik vasitə gətirdikləri çanta Vüqarın evinə çatana qədər heç bir yerdə açılmamışdır. Onun əl çantasına narkotik vasitənin necə qoyulduğunu bilmir. O, Seyidli kəndində öz çantasını açıb içindən dərman götürmüş, lakin o zaman onun əl çantasında narkotik vasitə olmamışdır. Bununla belə o, sübhələnir ki, ola bilsin Seyidli kəndində olan zaman narkotik vasitəni onun əl çantasına qoymuşlar. Yaranmış ziddiyyətlə əlaqədar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin hər biri elan olunmuş, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmiş, ibtidai istintaq zamanı onun ifadəsi onun sözləri ilə yazılmamış, o, ibtidai istintaq zamanı elan olunmuş məzmunda ifadələr verməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, müstəntiq bütün qeyd olunanları Səbutər Babayevin adamı olan Vüqar İslamzadənin sözləri əsasında yazmışdır. Vüqar Səbutərin öz adamıdır və Səbutər onları Vüqarın əli ilə tutdurmuşdur. O, ötən məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq Orxan adlı şəxsi tanımadığını bildirsə də, əslində Orxanı tanıyır, keçən məhkəmə iclasında unutduğu üçün Orxanı tanımadığını demişdir. Ötən məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq Yusifin Bakıya gəlməsindən xəbəri olmadığını desə də, əslində onun Bakıya gəlməsindən məlumatı olmuş, o, Yusifin Bakıya gəlməsinin səbəbini də bilir. Keçən məhkəmə iclasında yanlış olaraq Yusifin Bakıya gəlməsindən xəbərsiz olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun Bakıya əsas gəliş səbəbi tekstil işi ilə bağlı olmuşdur. O, X25 yaşaması ilə bağlı ifadə verməmişdir. O, Tehrandan narkotik vasitə götürməmişdir. O, Orxan adlı şəxsi tanımır, yalnız bir dəfə telefonla danışmış,ancaq üz-üzə görməmişdir. Orxanı tanıyır. Yusif Bakı şəhərinə ilk dəfə gələndə o, Yusifə problemi olsa İzzətlə əlaqə qura biləcəyini demişdir. Yusifin Azərbaycan ərazisinə keçməyi barədə məlumatı olmuş, əvvəlki məhkəmə iclasında unutduğuna görə onun Bakıya gəlməsi barədə məlumatının olmadığını bildirmişdir. O, Yusifin Azərbaycana hansı səbəbdən gəldiyini bilməmişdir. O, Xudadat Yusifin ona qarşı zor tətbiq etdiyini məhkəmədəki ifadəsində deməmiş, Yusiflə onun hər hansı pis münasibəti olmamışdır. Onlar İrandan birlikdə narkotik vasitə almamışlar. Təbriz və Tehranın çantada nə olduğundan xəbərləri olmamış, Tehrana onu ya səfirliyə, ya da otelə ötürməyini demiş, orada narkotikin istifadə edilməsi, şəklinin çəkilib Sabutərə göndərilməsi kimi hallar olmamışdır. Tehran ondan nəsə proleminin olub-olmadığını soruşmuş, o da Tehranı tanımadığına görə heç nə deməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun Cahandar adlı tanışı olmuş, həmin şəxsi avtomobil servisində işlədiyi vaxtdan tanımışdır. Cahandar ona zəng edib 2 nəfər tanışının Azərbaycana işləməyə gəldiyini, həmin şəxslərə qalmağa yer lazım olduğunu bildirmişdir. Onun Yasamal rayonunda boş evi olmuş, o da Cahandara problem olmadığını, onun evində qala biləcəklərini demişdir. O, həmin şəxsləri qarşılayıb evə gətirmiş, həmin şəxslər 3 nəfər olmuş, 1-2 saat onun evində olmuşlar. O, həmin şəxslərin hərəkətlərindən şübhələndiyinə görə evində qalmalarını istəməmiş, buna görə də onları Badamdar qəsəbəsində yerləşən otelə yerləşdirib evə qayıtmışdır. Bundan 1 həftə sonra gömrük işçiləri onu şübhəli şəxs kimi saxlamışlar. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cahandarı 4-5 ildir ki tanıyır. Cahandarın “Volkswagen” markalı maşını olmuş, onu işlədiyi servisə maşını təmir etdirmək üçün gətirmiş, Cahandarın avtomobilini təmir etmişlər. Cahandarla arada ‘’WhatsApp” mobil tətbiqi vasitəsi ilə bir-biriləri ilə haləhval soruşmuşlar. Cahandar ona zəng edərək 2 nəfər qonağının olduğunu, onların Azərbaycana gəldiklərini, lakin qalmağa yerlərinin olmadığını, 2 gün qalmaları üçün yer təşkil etməsini, 3-cü gün başqa adamın onları aparıb yerbəyer edəcəyini demişdir. Cahandar ona Türkiyə nömrəsi ilə zəng etmiş, qonaqların haradan gəldikləri barədə ondan heç nə soruşmamışdır. O, öz evində olmuş, digər şəxslər sonradan gəlmiş görüşmüşlər. O, sonradan öyrənmişdir ki, həmin şəxslər əslində başqa yerdə qalmalı imişlər. Cahandar ondan 1-2 gün qalmaqları barədə xahiş etmişdir. Mehmet və Yusif təxminən axşam saat 8də gəlmişlər. Həmin evdə 2 gün gecələmək üçün şərait olmuş, belə ki, bir otaqda 2 divan olmuşdur. Onun evində 2 nəfər qalmalı olmuşdur. Həmin ev ailəsinə məxsus olmuşdur. Həmin zaman evdə heç kim qalmamış, ev boş olmuşdur. Mehmet və Yusif evə gəldikləri vaxt ac olmuşlar, o, həmin şəxslərə yemək alıb gətirmişdir. Təbriz isə həmin vaxt aşağı düşmüşdür. Təbriz ümumiyyətlə özünü ona taksi sürücüsü kimi təqdim etmişdir. O, Mehmetin özündə olmadığını görmüş, Mehmet həyəcanlı və qorxmuş görünmüş, lakin o, bunun səbəbini bilməmişdir. Mehmetin bir ədəd bel çantası olmuş, onların haradan gəldiklərini heç birindən soruşmamışdır. Bir qədər söhbətdən sonra həmin şəxslər ona şübhəli gəlmiş, belə ki, onlar narkotik vasitələr barəsində danışmışlar. Gecə təxminən saat 23 radələrində həmin şəxslərdən evdən çıxmalarını xahiş etmiş, həmin şəxslər də ona oarda qalmaqlarına icazə verdiyini xatırlatmışlar. Sonra o, həmin şəxsləri işlədiyi avtoservisə aparmış, belə ki, obyekt açıq qalmış, oranı bağlamalı olmuşdur. Həmin vaxt Təbrizdən başqa hər biri bir yerdə olmuşdur. Sonra onları otelə aparmış, otelin qeydiyyatında olan əməkdaşdan onların burada qalmalarının mümkünlüyünü soruşmuş, o da qala biləcəklərini demişdir. Otel xərcini o, ödəməmişdir. “Reception”dakıları da yenə avto ehtiyat hissələri alqı-satqısından tanıdığı adamlar olmuşdur. O, həmin şəxsləri oteldə qoyub çıxıb getmişdir. Otel Badamdarda yerləşir. O, daha sonra evə getmiş, 1 həftə keçəndən sonra tutulmuşdur. O, həmin şəxslərin çantanı açıb hər hansı narkotik vasitədən istifadə etdiklərini görməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onun Vurğun adlı işçisi olmuş, o, Vurğunu çağırıb guya ona kömək etməli olduğumu deməsini və gəlib onu çağırmasını tapşırmış, belə ki, o, evdən çıxmağa bəhanə axtarmışdır. Vurğun evə gəlmiş, sonra o, Vurğunla çıxıb 5-10 dəqiqə söhbət etmişdir. Vurğun gələndə ona evdən çıxmaq üçün mənə bir səbəb lazım olduğunu, içəridəkilərin ona narkotik barəsində şübhəli gəldiklərini demişdir. Evdən çıxıb onları otelə aparmağı düşünmüşdür. Vurğun da onu evə aparmasını xahiş etmişdir. O, Vurğunu evinə aparmış, sonra da gəlib Mehmeti və Yusifi otelə aparmışdır. Orada heç bir tərəzi olmamışdır. O, Vurğuna heç bir narkotik vasitə verməmişdir. Qonaqlar mənzilə daxil olan zaman heç bir şeydən şübhələnməmişdir. Qonaqları apardığı yerin yanında “Kaktus” restoranı yerləşir, onun da il yarımdır ki, adı dəyişib. Cahandardan 1-2 dəfə türk avtomobillərinin ehtiyat hissələrini istəmiş, bir dəfə 200 dollar vermiş, ancaq malları verməmişdir. O, tutulduğu vaxt narkotik vasitələrin olmasından xəbər tutmuşdur. Əgər o, narkotik vasitələrlə bağlı söhbəti eşitməmiş olsaydı, onlar onun evində qala bilərdilər. Həmin şəxsləri otelə yerləşdirməkdə məqsədi ondan uzaq olmalarını təmin etmək olmuşdur. O, Təbrizi həmin gün tanımış, bir-birilərində mobil nömrələri olmamışdır. Təbriz Mehmetin və Yusifin Azərbaycana qonaq kimi gəldiklərini demişdir. Hətta Yusif iş üçün qalmağa yer axtarmışdır. Narkotik vasitələrlə bağlı söhbətlərdə Təbriz ümumiyyətlə iştirak etməmişdir. Təbrizin Mehmet və Yusifi gətirdiyi maşında nasazlıq olmuş, bu səbəbdən avtoservisdə ona baxdırmışdır. Təbriz ona Mehmetdə və Yusifdə narkotik vasitə olması barəsində heç nə deməmişdir. Vurğun evə gələn zaman o, evdən çıxmaq üçün mənə bir səbəb lazım olduğunu demişdir. O, evdə narkotik vasitələrin bükülməsinin, qablaşdırılmasını görməmişdir. Cahandar ona sadəcə olaraq ev lazım olduğunu demişdir. Mehmeti, Yusifi və Təbrizi sonradan görməmişdir. O, digər təqsirləndirilən şəxslərin üzərində olan maddələrdən heç bir hissə götürməmişdir. Sadəcə bir neçə gün sonra avtomobilindən 3 ədəd həb tapmışdır. Vurğunu 1 ildən çoxdur ki, tanıyır. Avtoservisin yanındakı avtoyuma məntəqəsinə maşını yuyan gəlib, həblərin nə olduğunu soruşmuş, o da bu barədə həmin zaman xəbər tutmuşdur. Digər təqsirləndirilən şəxslər ona onun mənzilində qalmaq üçün şəraitin olmadığını deməmişlər. Vurğunu çağırmağının səbəbi guya avtoservisdə təcili işinin çıxması ilə bağlı görüntü yaratmaq olmuşdur. Təqsirləndirilən şəxs2 çantasının açılıb narkotik vasitənin yerinin dəyişdirilməsi, dərmanların götürülməsi ilə bağlı dediklərindən xəbəri yoxdur. Avtomobilinə düşən 3 ədəd həbi özü istəməmişdir. O, əvvəllər bu həblərdən istifadə etmiş, lakin narkotik vasitələrə aludəçiliyi yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər bir nəfər şəxslə birlikdə kriptovalyuta almış, Türkiyədə satmaq istəmiş, həmin şəxs xalası oğlunun Türkiyədə kriptovalyutanın satışı ilə məşğul olduğunu demişdir. O, Cahandarı görməmiş, sadəcə telefonla danışmışdır. Bir gün Cahandar ona zəng vurub ona işinin düşdüyünü, onun Türkiyədə evində qaldığı adamın Bakıya gəldiyini, həmin şəxsi qarşılamaq lazım olduğunu, həmin şəxsin burada heç kimi tanımadığını demişdir. O, həmin şəxsin Azərbaycana iş üçün gələcəyini bildirmiş və həmin şəxsi Bakı şəhərinə aparmağını xahiş etmişdir. Cahandar həmçinin həmin şəxsi əslində başqa bir adamın qarşılamalı olduğunu, lakin həmin adamın işinin çıxdığını əlavə etmişdir. O, həmin şəxsin kimliyini bilmir. O da həmin vaxt maşınını satmış, buna görə də Cahandara başqasına 5- 10 manat verib apara biləcəyini demişdir. Cahandar taksinin pulunu özünün verəcəyini demişdir. O, məbləği Cahandara bildirmiş, Cahandar da pulu kartına göndərəcəyini demişdir. Mehmeti və Yusifi hansı rayondan götürdüyü dəqiq yadında deyil. O, taksi sürücüsü ilə birlikdə 2 saata yaxın həmin şəxsləri orada gözləmiş, sonra “Niva” markalı maşınla 2 nəfər gəlmişdir. Onlar salamlaşmış və maşına oturmuşlar. Həmin şəxslərin 1 ədəd bel çantası olmuşdur. “Niva” markalı avtomobilin sürücüsü çantanı ona vermiş, o da maşının arxa hissəsinə qoymuşdur. Həmin şəxslər yolda ac olduqlarını bildirmiş, onlardan biri də özünü yaxşı hiss etməmiş, başı ağrımışdır. Yusif yol boyu Bakıda işləyəcəyi şirkətdən danışmışdır. Onlar yoldan şirniyyat almış və çayla içmişlər. Bakıya çatmağa az vaxt qalmış o, Cahandara zəng vurmuş və onları Bakıda kimin qarşılayacağını soruşmuşdur. Cahandar ona qarşılayacaq adamın olduğunu demiş və onun telefon nömrəsini “WhatsApp”-la ona göndərmişdir. O, bundan sonra Tehranla danışmış, Tehran yeri başa salmış, ünvanı Yasamal olaraq demişdir. Naviqatorda axtarıb ünvana getmişlər. Binanın qarşısında Tehran aşağı düşmüşdür. O, taksinin pulunu öz cibindən vermiş, buna görə də pulu almaq üçün onlarla birlikdə o da yuxarı qalxmışdır. Birlikdə gəldikləri taksi də yolda xarab olmuşdur. Evdə maşın hissələri olmuşdur. O, taksinin pulunu kimin verəcəyini soruşmuş, yanlış xatırlamırsa Yusifdə 40 manat pul olmuş, Yusif ona pul vermişdir. Çünki maşını da təmir etməyə pul lazım olmuşdur. O, pulu götürüb aşağı düşmüş, amma açıq təmirxana tapa bilməmişdir. Sonra Cahandar bir neçə dəfə telefonlarına cavab verməmişdir. O, Tehrana zəng vurmuş, Tehran da cavab verməmişdir. O, yuxarı qalxmaq istəmiş, lakin mərtəbə yadında qalmadığından elə birinci mərtəbədə gözləməli olmuşdur. Telefonlarını baterayaya qoşmaq üçün gətirdiyi şəxslərə USB vermiş, bu vaxt Tehran onu aşağı düşürtmüşdür. O, USB-ni götürmüş, pul barəsində Cahandarın ona nə isə deyib demədiyini soruşmuş, Tehran da Cahandarın ona heç nə demədiyini bildirmişdir. Daha sonra o, Cahandarla danışmış, belə ki, Cahandar həmin an telefonu açmışdır. Cahandar ona kartına pul göndərəcəyini demiş və onun rayona getməsini tapşırmışdır. Cahandar ona 150 manat göndərməli olmuş, lakin göndərməmişdir. O, sələmə pul götürüb taksinin pulunu vermişdir. Xalası oğlu Razi də Yevlaxda yaşadığı halda, Cahandar nədənsə həmin şəxsləri Bakıya aparmağı ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cahandarı hadisədən 2 ay öncə kriptovalyuta ilə əlaqədar olaraq tanımış, Cahandar Rusiya vətəndaşı olmaqla, xalası oğlunun dostu olmuşdur. Onun kriptovalyutası olmuş, ona da yatırım etməsini məsləhət görmüşdür. O, Yevlaxda Razi ilə rastlaşmış, kriptovalyutasının olduğunu və onun Azərbaycanda satışını tapa bilmədiyini demiş, Razi də ona Türkiyədə yaşayan xalası oğlunun bu barədə ona köməklik edə biləcəyini demişdir. O, Cahandarı bu yolla tanımış, kriptovalyuta ilə bağlı 3 ay onunla əlaqə saxlamışdır. Hadisədən əvvəl Cahandar ona zəng edərək 1 ay ona köməklik etdiyini demiş və bunun qarşılığında onun da qonaqlarını Masallı rayonundan götürməli olduğunu demişdir. Cahandar ona 1 nəfər qonağının olduğunu demiş, iranlının da olacağını deməmişdir. Cahandar ona Yusifin nömrəsini atmışdır. Bakıya çatmağa 30-40 dəqiqə qalmış Cahandar Tehranın nömrəsini göndərmişdir. O, həmin şəxslərdə narkotik vasitə olması barəsində heç nə bilməmiş, sadəcə aralarından biri özündə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ürəyi bulanmış, başı fırlanmışdır. O, Mehmetin bu vəziyyətini narkotik vasitə ilə bağlaya bilməz. Yusif yol boyu bina tikintisi və işlədiyi şirkətlər barədə danışmışdır. O, nə Vurğun adlı şəxsin oraya gəldiyini, nə də tərəzi görməmişdir. Bu şəxslər ona narkotik vasitə verməmiş, sadəcə səhər saatlarından axşama qədər ac-susuz qaldığı üçün başı ağrımış, bununla əlaqədar Yusif ona 2 ədəd baş ağrısına qarşı dərman vermişdir. O, həmin dərman həblərini qəbul etmiş, həmin həblər narkotik vasitə olmamışdır. Qəbul etdiyi həb narkotik vasitə olsa, o, bunu bilərdi, çünki əvvəllər narkotik vasitədən istifadə etmişdir. Onun Cavid adlı tanışı bir gün ona zəng vuraraq onu gömrük orqanına çağırdıqlarını demiş, o, gömrüyə gedib gəlmiş, saat 10-u keçmişdi ki, ona zəng gəlmiş və onu polis bölməsinə dəvət etmişlər. Oradan da tutub Bakı şəhərinə gətirmişlər. O, polis bölməsində ifadə vermiş, məhkəmədə danışdığı məzmunda ifadə vermişdir. Müstəntiq qarşısına çoxlu vərəq qoymuş və 2 gün də onu ac-susuz saxlamışlar. O, ali təhsilli tanışının olduğunu, onunla danışmağa icazə vermələrini xahiş etmiş, sənədlərə imza atdıqdan sonra telefonla danışmağına icazə vermişlər. Orada imzaladıqlarının heç biri onun verdiyi ifadələr deyil. Təqsirləndirilən şəxs4 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisənin baş verdiyi gün Cahandar səhər tezdən ona zəng edib onun etdiklərinə qarşılıq onun da kömək etməsini və işləmək məqsədilə Türkiyədən gələn qonağını qarşılamağını tapşırmışdır. Həmin şəxslər gəldikdə birlikdə maşına əyləşmişlər. O, ön oturacaqda, digər şəxslər isə arxa oturacaqda əyləşmişlər. Həmin şəxslərdən biri “Paşa Holding”də işlədiyindən danışmışdır. O, yol boyu heç kimlə telefon əlqəsi saxlamamış, Bakıya çatana yaxın zəng vurub onları Bakıda kimin qarşılayacağını öyrənmişdir. Sürücü onların yanında olmuş, lakin o, həmin şəxslərlə söhbət etməmişdir. Bakıya çatdıqda onları sadəcə taksinin ödənişini vermək üçün gözləmiş, belə ki, taksiyə 150 manat məbləğində pul verməli olmuşlar. Cahandar Bakıya çatanda pulu kartına göndərəcəyini demişdir. O, heç bir narkotik vasitənin adını bilmir, ekstazınin adını eşitmiş, dərman kimi istifadə olunduğunu bilir, lakin görsə tanımaz. Onun telefonundan istifadə olunmamışdır. O, müdafiəçinin iştirakı ilə dindirilməmişdir. Vəkilin iştirakı olmadan müstəntiq sənədə imza çəkdirmişdir. İbtidai istintaq zamanı ifadəsi kimio qeyd edilənlərin heç biri ona məxsus deyil. O, yolda Tehranın adını eşitməmiş, Tehranı əvvəldən də tanımamış və görməmişdir. Bakıda da Tehran tərəfindən narkotik vasitələrin istifadə olunmasının şahidi olmamışdır. Taksinin pulunun Tehran tərəfindən ödəniləcəyini bilməmişdir. O, Bakı şəhərinə çatanda Tehranın gələn şəxsləri müvəqqəti qonaq edəcəyini bilmişdir. O, orada Tehranla söhbət etmiş və öyrənmişdir ki, həmin türk və iranlı şəxs müvəqqəti 1-2 gün qalıb gedəcəklər. O, mən mənzilə daxil olmuş, lakin digər təqsirləndirilən şəxslər yemək yeyən müddətdə orada olmamışdır. O, mənzildə olduğu müddətdə digər təqsirləndirilən şəxslərin arasında keçən dialoqları dəqiq xatırlamır. Həmin vaxt Tehran yan otaqda avtomobil ehtiyat hissələri düzəltmişdir. Təqsirləndirilən şəxs4 əlavə olaraq ifadəsində bildirmişdir ki, həkim reseptləri ilə məsləhət görülən psixoterapevtik dərmanlar qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun evi sərhəd zonasında yerləşir. Bir gün səhərə yaxın it hürmüş, o da çölə çıxmışdır. Hava soyuq olmuşdur. O, Yusifi və yanında bir neçə şəxsi görmüşdür. O, Yusifdən yanındakı şəxslərin kim olduğunu soruşmuş, Yusif də Türkiyə vətəndaşı olduğunu və Türkiyəyə gedəcəyini demişdir. Taksi sürücüsü gəlmiş, onların bir çantası olmuşdur. İrandan gəldikləri üçün içində qanunsuz bir şey ola bilməsi şübhəsi ilə çantalarını açmalarını xahiş etmiş, onlar etiraz etmədən könüllü olaraq çantalarını açıb göstərmişlər. O, onların çantalarını yoxlamış, çantada yalnız paltarları, diş fırçaları və bir qutu da aspirin olmuşdur. O, başqa heç nə görməmişdir. Bundan sonra onlar taksiyə minib getmişlər. Şahid7 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Yusif ikinci dəfə idi ki, onların kəndinə gəlmiş, Yusiflə əvvəllər telefon vasitəsilə əlaqələri olmuşdur. O, Yusifi Eynulla adlı şəxs vasitəsilə tanımışdır. Eynulla ona Yusifin “Paşa Holding”də işlədiyini və şirkət tərəfindən ona pul ödənilmədiyini və ona yaxşı vəkil lazım olduğunu demişdir. Yusif ilk dəfə onların kəndinə 2 ay əvvəl gəlmiş, ilk gəldiyi zaman səhər sübh çağı olmuşdur. Yusifin sərhədi haradan keçib gəlməsi barədə onun məlumatı olmamışdır. Həmin vaxt orada sərhəd keçidi olmamış, o, Yusifin necə gəlməsi barədə sual da verməmişdir. O, Yusifi əvvəl evinə buraxmaq istəməmiş, lakin Yusif bunun üçün ona yalvarmışdır. Bu hadisə ilə bağlı istintaqa çağırılmış, istintaqa Dövlət Gömrük Komitəsi rəhbərlik etmişdir. Sərhəd zonasında yaşadığı üçün sərhəddən qanunsuz keçərək narkotik vasitələrin gətirilməsi kimi hallarla tez-tez rastlaşmış, ona görə də onda şübhə yaranmış və Yusifgilin çantalarını yoxlamışdır. Yusiflə birgə gələn şəxslərdən birini tanımış, həmin şəxs anasının xəstə olduğunu, onun yanına getdiyini demişdir. Digərini isə tanımamış və ona birlikdə gedəcəklərini demişdir. O, həmin şəxslərə kömək etməmiş, sadəcə onlar üçün taksi çağırmışdır. Onun işinə Yardımlı Rayon Məhkəməsində baxılmışdır. Yaranmış ziddiyyətlə əlaqədar şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 il Yardımlı rayonu, Arvana kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olmaqla yaşamışdır. X33 Xidmətinin İstintaq və Təhqiqat İdarəsində barəsində Azərbaycan Respublikası CMnin 32.5, 318-ci maddələri ilə cinayət işinin istintaqı aparılır və həmin iş üzrə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. 2021-ci ilin sentyabr-oktyabr aylarında İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan tanışı “Eynulla” adlı şəxs istifadəsində olmuş +**********65 saylı mobil telefon nömrəsinə Whatsapp mobil tətbiqindən zəng etmişdir. Eynulla 50-55 yaşlarında, İranın Ərdəbildə şəhərində yaşayır. 5-6 il olar ki onu tanıyır. Rayon və kəndlərindən İranın Ərdəbil şəhərinə gedən çox adamları Eynulla qarşılayıb evində qonaq kimi qəbul etmişdir. Əvvəllər onların da kəndinə də gəlib-getmiş, lakin evində olmamışdır. Söhbət zamanı Eynulla Yusif adlı bir dostunun olduğunu və Yusifin Azərbaycana borclarını almaq məqsədilə gəlmək istədiyini və həmin şəxsin pulunun alınmasında onun köməklik göstərməyini bildirmiş, o pulun məbləğini soruşduqda Eynulla pulun miqdarının çox olduğunu və hansısa şirkətdən həmin pulu almalı olduğunu bildirmişdir. Eynulla pulu almağa köməklik edəcəyi təqdirdə Yusifin ona da pul verəcəyini demişdir. Lakin “Eynulla” Yusifin nə vaxt və hansı ərazidən keçib gələcəyini deməmişdir. Ona görə də o Eynulla ilə razılaşmışdır. Bu danışığın üzərindən təxminən 1 ay sonra, yəni 2021-ci ilin təxminən noyabr ayında axşamüstü saat 5-6 radələrində 1 nəfərin onun evinin qapısını döydüyünü görmüş, yaxınlaşıb ondan kim olduğunu soruşduqda Eynullanın tanışı Yusif olduğunu bildirmiş, o da evə qəbul etmişdir. Yusifi həmin vaxt ilk dəfə idi görürmüş. Evdə danışıq zamanı Yusif bildirmişdir ki, İran İslam Respublikası ərazisindən Yardımlı rayonunun Arvana kəndinə ərazidəki yüksəkliklərdən qaçaq yolla keçib gəlmişdir və gəlməkdə məqsədi isə vaxtilə Bakı şəhərində tikinti şirkəti olan “Paşa Holding”də işləyib və həmin şirkətdən ona 70.000 ABŞ dolları borclu qalıblar və pulunu ala bilməyib. Hazırda isə həmin pulu almaq üçün sərhədlər bağlı olduğundan Azərbaycan ərazisinə qaçaq yolla gəlib və onu da ölkə ərazisinə kimsə keçirib, lakin həmin şəxs barədə məlumat verməmişdir. Bundan başqa Yusif göstərmişdir ki, pulunu almaq üçün bundan əvvəl də Azərbaycana gəlib geri qayıdıb. Həmin gecəni Yusif onun evində qalmış, sabahı gün qaynı Şahid6la Yusifi gətirib qonşu kənd olan Şəfəq kəndində yerləşən avtovağzaldan Bakı şəhərinə yola salmışdır. Bildirdiyinə görə Yusifi Bakıda hansısa dost-tanışları qarşılayacaqmış. Bakı şəhərinə yola saldıqdan sonra onunla əlaqə saxlamamışdır. Növbəti dəfə, 2021-ci ilin dekabr ayının sonlarında Yusif öz telefonundan Whatsapp vasitəsilə onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək yenidən Azərbaycana qanunsuz yolla keçib onun evində gəlib qalacağını bildirmiş, əlavə olaraq bu səfər yanında şəriki olan türk Mehmet adlı şəxsin də gələcəyini demişdir. Yusif həmin şəxsin də pulunun “batdığını” və biryerdə pullarını almaq üçün Bakı şəhərinə gedəcəklərini demişdir. Yusiflə danışığı zamanı İranın Rəşt şəhərində olan bir ərazidən öz avtomobili ilə gələcəyini, təxminən 500-600 km məsafə qət edəcəyini, ona görə də maşınını İran tərəfdə yanında qoyub Azərbaycan ərazisinə keçmək üçün etibarlı bir adam tapmağını xahiş etmişdir. O isə Yusifə Ərdəbildə yaşayan Hüseyn adlı tanışının nömrəsini vermiş və taksi sürücüsü olduğunu bildirmiş, Hüseynlə əlaqə saxlamasını, onların ərazisini yaxşı tanıdığını, gətirib kəndin istiqamətində yola sala biləcəyini, həmçinin avtomobilini Hüseynə etibar edə biləcəyini demişdir. Ona görə də Hüseynlə Yusifi tanış etmişdir. Lakin Hüseynə pul vermələri yaxud pul müqabilində razılaşmaları ilə bağlı məlumatı yoxdur. Hüseyn 22- 23 yaşlarında, İranın Ərdəbil şəhərinə yaxın “Razey” adlı kənddə yaşayır, taksi fəaliyyəti ilə məşğuldur, bu səbəbdən də sərhədyanı İran kəndlərini yaxşı tanıyır. Hüseyni 3-4 il olar ki tanıyır. Belə ki, İran İslam Respublikasına müalicə məqsədi ilə gedərkən orada onu xəstəxanaya apararkən Hüseynlə tanış olmuş və beləcə münasibətləri yaranmışdır. Daha sonra Hüseynlə də Yusif və onun tanışının Azərbaycana gəlmələri barədə danışıqları olmuşdur. Danışıqlar vaxtı o bayramla əlaqədar rayonda olmayacağını demişdir və razılaşmaya əsasən Yusif və Mehmet yeni il bayramından sonra yəni 2022-ci ilin yanvar ayının əvvəllərində onun evinə gəlməli imişlər. Beləcə 2022-ci ilin yanvarın 10-dan 11-ə keçən gecə Yusif və Mehmet onun evinə gəlmişdirlər. Yusif və X39 Respublikası ərazisindən Yardımlı rayonu Arvana kəndinin ərazisində olan yüksəkliklərdən qaçaq yolla keçib gəlmişdilər. Gələrkən onların üzərilərində 1 ədəd qara rəngli idman çantası var imiş. O, həmin şəxslərdən qanunsuz nəsə gətirib gətirmədiklərini soruşmuş, sonuncular isə belə bir maddələr gətirmədiklərini demişdirlər. Hətta Yusif çantanın içərisindən müəyyən şəxsi geyim əşyalarını çıxarıb göstərmiş, ondan sonra özü də çantaya baxmış və orada şəxsi geyim əşyalarını və ayaqqablarını, bir də 1 listdə üzərində “Aspirin” yazılmış dərman görmüşdür. Həmin şəxslərin gətirdikləri qara rəngli çanta böyük və uzun imiş, onun altında başqa bir hissə və cibləri də var imiş. Yusif və Mehmet nəsə gətirmişdilərsə həmin yerdə gizlətmişdilər. Bu barədə məlumatlı deyildir. Evdə söhbət zamanı ona məlum olmuşdur ki, Yusif bundan daha öncə gəlib onun evində qalıb Bakıya getikdən sonra geri İran İslam Respublikasına Biləsuvar ya da Cəlilabad istiqamətindən qayıtmışdır. Bu barədə Yusif özü ona demişdir. Lakin kimin vasitəsilə və necə qayıtdığını soruşmamışdır. Bundan başqa o Yusifdən birinci dəfə ölkəyə gələrkən şirkətdən pulunu alıb-ala bilmədiyini soruşmuş, Yusif isə ala bilmədiyini, ona görə də təkrar ölkəyə qanunsuz gəldiyini demişdir. Həmçinin sənədlərinin də qaydasında olmadığından qaçaq gəldiyini demişdir. Türk Mehmet isə demişdir ki, ona da borcludurlar, o da pulunu almaq üçün ölkəyə gəlmişdir. Gecəni Yusif və Mehmetə digər otaqda bir yer ayırmış və onlarda qalmışdırlar. Sabahısı gün o səhər tezdən məktəbə dərsə getmişdir. Günorta saatlarında qayıdarkən Yusif və Mehmet demişdirlər ki, onlar Masallı rayonuna getməlidirlər. Evdə olarkən Yusif telefonla kiminləsə danışırmış və belə başa düşmüşdür ki, danışdığı adam Yevlax rayonundan imiş və onları qarşılamalı imiş. Lakin kimin qarşılayacağı ilə bağlı dəqiq məlumatım yox imiş. Qonşuluqda yaşayan qaynı Şahid6 zəng edərək evə çağırmış və həmin şəxslərin qaçaq yolla İrandan onun evinə gəldiklərini və onları Masallı rayonuna aparmalı olduğunu demişdir. Camal da ilk olaraq onlarda nəsə qanunsuz bir şey olub-olmadığını soruşmuş, lakin Yusif və Mehmet onlarda qanunsuz maddələr olmadığını və pullarını almaq üçün gəldiklərini demişdirlər. Camalla danışığa əsasən onları Masallı rayonuna aparması müqabilində Camala 200 manat pul verməli imişlər. Lakin Yusif və Mehmetin üzərilərində pulları az olduğuna görə Yusif Camala onun yanında 120 ya 130 manat pul vermişdir. Daha sonra Camal onları idarə etdiyi “Niva” markalı maşınla aparıb Masallı rayonunun girişində endirmişdi. Dediklərinə görə onları Masallıda kimsə qarşılayacaqmış. Həmin gün, yəni 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında onları yola saldıqdan sonra axşama yaxın İran İslam Respublikasından “Afşin” adlı şəxs ona zəng etmişdir. X27 şəhərində ərzaq mağazası işlədirmiş və 2016-cı ildən İrana gedib gələrkən mağazasından da alver etmişdir deyə onu tanıyır. Həmçinin Afşin narkotik vasitələri Azərbaycana göndərir. Hətta bu barədə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarında da məlumat var imiş. Ona görə də, Dövlət Sərhəd Xidmətinin əməliyyatçıları ona demişdilər ki, Afşin zəng edib narkotiklə bağlı məlumat versə, onlara məlumat versin. Eləcə də onun özü də yaşadığı kənddən qanunsuz narkotik vasitə keçirən şəxslərin aşkar olunmasında maraqlı olduğundan bu barədə Dövlət Sərhəd Xidmətinin əməliyyatçıları ilə əməkdaşlıq edirmiş. Afşin axşam saatlarında ona zəng edərək bildirmişdir ki, Yusiflə birgə 2-3 kq marixuana narkotik vasitəsi göndərmişdir və Yusif onun evinin arxasında olan “padval” kimi deyilən yerdə gizlətmişdir. Onu götürməyini və gəlib ondan bir nəfər tanışının təhvil alacağını bildirmişdir. O, bu barədə dərhal Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məlumat vermiş, lakin həmin narkotik vasitənin Yusif vasitəsilə göndərildiyini onlara deməmişdir. Əməkdaşlar ona bildirmişdilər ki, o Afşinə razılıq versin və kimsə gəlib götürəcəksə həmin şəxsi tutsunlar. Beləcə bununla bağlı əməkdaşlarla razılıq əldə edildikdən sonra o Afşinə zəng edib bildirmişdir ki, kim gələcəksə gəlib götürsün. Həmçinin gedib dediyi yerə baxmış və 1 ədəd qara rəngli sellofan torbada marixuana olduğunu görmüşdür. Lakin sonra Afşin zəng edib bildirmişdir ki, həmin narkotik vasitəni götürməyə gələn adamı yolda gələrkən Salyan rayonu ərazisində saxlayıblar, “nəşə” istifadə etdiyinə görə 10-15 sutka inzibati həbs ediblər, ona görə də 10-15 gün sonra gəlib götürəcəkmiş. Bu barədə o yenə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məlumat vermiş və tədbir alınmadığına görə ərazi Sərhəd Xidmətinin əməkdaşları- əməliyyatçı Rahib, sürücü və hazırda adını xatırlamadığı işçiləri gəlmiş, ondan ərizə almış və yiyəsiz mal kimi sənədləşdirib həmin narkotik vasitəni götürmüşdürlər. Yusifin Afşinin “malını” gətirməsini o bilmirmiş və Yusif həmin “malı” evə daxil olmamışdan qabaq həmin yerdə gizlətmişdir. Bu barədə isə ona deməmişdilər. Əgər Yusifgil onun evində olarkən Afşin ona zəng edib bu barədə bildirsə imiş, o ərazi Sərhəd Xidmətinin əməkdaşlarına Yusifgil barədə də məlumat verəcəkmiş. Çox güman Yusifgil bunu bilirmiş deyə, evdə olarkən Afşin ona zəng etməmişdi, Yusif və Mehmet Bakıya çatdıqdan sonra Afşinə “malı” harada gizlətdiklərini demişdilər, Afşin də ona zəng edib demişdir. Daha sonra Yusif və Mehmetlə danışığı olmamışdır. Yusif və Mehmetin tutulduqlarını isə qaynı Şahid6 gəlib istintaqda ifadə verdikdən sonra öyrənmişdir və ona məlum olmuşdur ki, Yusif və Mehmetin üzərilərində narkotik vasitələr aşkar olunmuşdur. Yusif və Mehmetin üzərilərində qadağan olunmuş maddələr olmasından onun əvvəlcədən məlumatı olmamış yaxud ona bu barədə heç nə bildirməmişdirlər. Həmin ziddiyyətlə bağlı ona verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı olan Afşin adlı şəxsin narkotik vasitələri İrandan Azərbaycana göndərmək istəməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına məlumat vermişdir. Sərhəd Qoşunlarının əməliyyatçıları ondan İrandan Azərbaycana qaçaqmalçılıqla məşğul olan şəxsi tuta bilməkləri üçün şərait yaratmasını xahiş etmişlər. Dövlət Sərhəd Xidmətinin əməliyyatçıları ilə əməkdaşlıq etdiyi üçün onda bu tip məlumatlar olmuşdur. 5 ay sonra onu gömrük idarəsinə çağırmışlar və orada Yusifgilin üzərlərində narkotik vasitə ilə tutulduğunu öyrənmişdir. O, Yusif və digərlərinin üzərində narkotik vasitə görməmişdir. Evinə bununla bağlı polis əməkdaşları gəlməmiş və o, həmin şəxsləri hər hansı bir yerdə gizlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddət taksi sürücüsü kimi fəaliyyət göstəmişdir. 11 yanvar 2022-ci il tarixdə Təbriz adlı tanışı ona zəng edərək taksi lazım olduğunu bildirmişdir. Təbriz ona həmin şəxslərin şirkət işçiləri olduğunu demişdir. O, həmin şəxslər arasında olan danışığı eşitməmişdir. O, həmin şəxsləri Masallıdan götürüb Bakıya gətirmişdir. Ödənişlə bağlı onun danışığı Təbrizlə olmuş və Təbriz də ona ödəniş etmişdir. O, təqsirləndirilən şəxsləri Bakıda Yasamal rayonu ərazisinə aparmışdır. Qaranlıq olduğu üçün onları kimin qarşıladığını görməmişdir. Təqsirləndirilən şəxslər yanına gələn zaman halı pis olmuş və soyuqdan titrəmişlər. O, əvvəl həmin şəxslərin sərhədi qanunsuz keçmək istədiklərini, lakin keçə bilmədiklərini düşünmüş, sonradan ona məlum olmuşdur ki, həmin şəxslər İrandan gəlmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslərin hara və nə üçün getməsi barədə ona heç nə deyilməmiş, ödəniş üçün Təbrizlə 150 manata razılaşmışlar. Yolda gedərkən təqsirləndirilən şəxslərin öz aralarında etdikləri söhbəti, o cümlədən onların narkotik vasitələrlə bağlı hər hansı bir şey eşitməmişdir. Onlar yol boyu birlikdə olmuş və ondan kənarda hər hansı söhbətləri olmamışdır. Avtomobildə olarkən pul və ya narkotik vasitə ilə bağlı hər hansı söhbət olmamışdır. O, ümumiyyətlə avtomobildə narkotik vasitənin olmasından xəbərsiz olmuşdur. Yolda gedərkən onları kimin qarşılayacağı ilə bağlı heç nə eşitməmişdir. Avtomobilində nasazlıq olmuş, təmir üçün ustaya getməli olmuş, lakin gecikdiyi üçün gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Məhəmmədli kəndində yaşayır və Bakı metropolitenində işləyir. O, eyni zamanda boş vaxtlarında taksi şoferi kimi də fəaliyyət göstərir. “Bolt” mobil tətbiqi vasitəsiylə o, tanımadığı 3 nəfər şəxsi onların sifarişi əsasında aparmışdır. O, həmin şəxsləri haradan götürdüyünü tam xatırlamır, lakin həmin şəxslər tutulan vaxt onun maşınında olmuşlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, maşına mindirərək apardığı şəxslərdən biri türk, biri iranlı, digəri isə azərbaycanlı olmuşdur. O, həmin şəxsləri hara apardığını xatırlamır, çünki üstündən uzun müddət keçmişdir. Həmin şəxslərin baqaja qoyduqları 1-2 çantaları da olmuşdur. Yolda azərbaycanlı olan şəxs “Yeganə” şadlıq sarayının yanında saxlamasını demiş, o, düşdükdən sonra isə digər şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onlar daha sonra polis bölməsinə getmişlər və onun avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxslər maşında söhbət etməmişlər. O, sifarişlə həmin yerə getmiş, sifarişi verən şəxsin kim olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Xudadat Yusif onların tərəfindən saxlanılmış və Gömrük İdarəsinə dəvət olunmuşlar. Daha sonra isə Tehran adlı şəxsin tutulması barədə əməliyyat tapşırığı qəbul edilmiş və Tehran da bölməyə dəvət olunaraq, saxlanılmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, əvvəlcə Təqsirləndirilən şəxs2 və Xudadat Yusifi maşında olduqları zaman saxlamışlar, sonra isə Tehran adlı şəxsi əməliyyat tapşırığına əsasən iş yerində saxlayıb və onu bölməyə dəvət etmişlər. Əməliyyat tapşırığında Tehran adlı şəxsin saxlanılması barədə məlumat olmuş, Tehran Qəhrəmovun yerini mobil telefonu vasitəsiylə müəyyən etmişlər. Onlar telefon vasitəsiylə əlaqə saxlamağa çalışmış və onun Badamdar qəsəbəsində ona məxsus olan obyektə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs3 saxlayarkən ona məxsus avtomobilə baxış keçirməmiş, Tehranı idarəyə xidməti maşında aparmışlar. Əməliyyat tapşırığında onun avtomobilinin gətirilməsi ilə bağlı məlumat olmamışdır. Sonradan avtomobilə baxış keçirilməsində iştirak edib-etmədiyini tam xatırlamır. Şəxsin saxlanılması ilə əlaqədar qərarı o qəbul etməmişəm və kimin qəbul etdiyini bilmir. Şəxs saxlanıldığı zaman aralarında çəkişmə olması mümkündür, ancaq uzun müddət keçdiyi üçün o, bunu tam xatırlamır. Bununla belə şəxs sonda onlarla birlikdə idarəyə getməyə etiraz etməmişdir. Onlar ilk Təqsirləndirilən şəxs3 yaxınlaşdıqları zaman, həmin şəxs Təqsirləndirilən şəxs3 olduğunu inkar etmiş və yayınmağa çalışmış, lakin ən sonda onlara heç bir müqavimət göstərmədən onlarla birlikdə Dövlət Gömrük Komitəsinin əməliyyat idarəsinə getmişdir. Həmin əməliyyat məlumatının nə vaxt daxil olduğunu bilmir, çünki bu, onun səlahiyyətinə daxil deyildir. O, sadəcə əməliyyat məlumatına əsasən göstərişi icra edir, göstəriş isə ona ayın 13-ü tarixində verilmişdir. Saxlamazdan əvvəl təqsirləndirilən şəxslərin olduğu taksini təqib etmişlər, lakin o, şəxsən həmin taksini təqib etmə zamanı iştirak etməmişdir. Ona təqsirləndirilən şəxslərin olduğu taksinin saxlandığı yer bildirilmiş və o, buna əsasən həmin yerə yaxınlaşmışdır. Adı çəkilən Vüqar İslamzadəni tanımır, həmin gün onun taksidən düşməsini və harasa getməsini görməmişdir. O, təqsirləndirilən şəxslərdən fərqli avtomobildə olduğu üçün idarəyə daha tez çatmış, təqsirləndirilən şəxslərlə idarəyə eyni vaxtda girməmiş, onların idarəyə daxil olmasını görməmişdir. O, təqsirləndirilən şəxslərə qarşı fiziki təzyiq göstərilməsini görməmiş, yalnız çantaya axtarış keçirildiyi zaman iştirak etmişdir. Axtarış zamanı digər təqsirləndirilən şəxslərin çantasından metamfetamin adlı psixotrop maddə və həblər aşkar edilmişdir. Həmin şəxslər qeyd olunan narkotik və psixotrop maddələri Yardımlı rayonu ərazisində əkdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışda iştirak etməsini tam xatırlamır. Onlar taksi sürücüsü və 2 nəfəri saxlamışlar. O, baxışda iştirak edən zaman, həm baxış zamanı, həm də ondan əvvəl onlara hər hansı bir fiziki təzyiq edilməsinə şahid olmamışdır. Gömrük İdarəsində hər bir otaqda kamera var, şəxslərin döyülməsi halı mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid5 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, evdə oturduğu zaman yeznəsi ona zəng edərək qonağı olduğunu və onları Masallıya aparmaq lazım olduğunu bildirmiş, o da həmin şəxsləri aparmışdır. Həmin şəxslər yeznəsinin ona dediyinə əsasən Bakıda “Paşa Holding”də işləyən türk və iran vətəndaşları olmuşlar. O, həmin şəxsləri taksi sürücüsü kimi öz kəndlərindən Masallı rayonu ərazisinə kimi 76 manat qarşılığında aparmışdır. Həmin şəxslər maşında olduqları müddətdə öz aralarına danışmışlar o, maşında oturduqları zaman onlardan şübhələnməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, onu təqsirləndirilən şəxslərlə yeznəsi Ənvər tanış etmişdir. Həmin şəxslər yeznəsinin dostları olmuşdur. O, həmin şəxslərin haradan gəlməsi ilə maraqlanmamışdır. Həmin şəxslərin sərhədi necə keçməsi ona qaranlıq qaldığı üçün əvvəlcə onları aparmaq istəməmişdir. Həmin şəxslərin telefonu söndüyü üçün o, yolda telefonunu onlara vermiş, onlar isə kiməsə zəng etmişlər. O, təqsirləndirilən şəxslərdən pul almamış, ona həmin 76 manat pul verən yeznəsi Ənvər olmuşdur. Ənvər ona Masallıya çatdıqdan sonra onları kimin qarşılayacağı ilə əlaqədar məlumat verməmişdir. Həmin şəxslər onları Masallıda maşının gözlədiyini demişlər. Onun telefonu ilə zəng etdikdən sonra isə həmin şəxsləri gözləyən adamları tapmış və maşından düşürtmüşdür. O, həmin şəxslərin narkotik vasitə ilə bağlı danışmalarına dair heç bir məlumata sahib deyil. O, Ənvər və Yusif çantaya baxdıqları zaman orada olmuş, belə ki, o, Ənvərə bu ərazilərin sərhəd zonası olduğu üçün onların narkotik vasitə daşımağından şübhələndiyini bildirmişdir. Həmin şəxslərin yanında 1 ədəd qara rəngdə çanta olmuşdur. O, təqsirləndirilən şəxsləri qarşılamağa gələn adamları görmüş, onlar 2 cavan oğlan olmuş, lakin həmin şəxsləri tam xatırlaya bilmir. Onlar sarışın olmuş və hətta onlardan biri həm də saqqalı olmuşdur. O, çantaya baxılması zamanı orda olmuş, lakin hər tərəfinə baxmamış, bu zaman da heç nə görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, ehtiyat hissələrinin satışı ilə məşğul olur və daimi iş yeri yoxdur, sadəcə tanışlardan ehtiyat hissələrini alıb başqa istəyən şəxslərə sataraq qazanc əldə edir. ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri onun adınadır və 6 ildən artıq müddətdir ki, istifadəsindədir. Təqsirləndirilən şəxs3 2 il bundan öncə ehtiyat hissələrinin satıcısı kimi tanımışdır və münasibətləri yaranmışdır. Onun özü də ehtiyat hissələrinin satışı ilə məşğul olduğundan Tehrandan da tez-tez müxtəlif ehtiyat hissələri almış və daimi əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22:37-də onun istifadəsində olmuş +**********56 saylı mobil telefon nömrəsindən Tehranın istifadəsində olmuş mobil telefon nömrəsinə “Qaqa sən niyə belə hərəkət eliyirsən ki, biz *əhbə zad deyiliy. Ayibdiye brat. mənim payımı ver qaqa 2-3 dənə, açarı da götür mən *ikdirim gedim” məzmununda, saat 23:41-də yenə həmin nömrədən “Qaqa çıx açarları verim sənə mənə yol pulu ver *ikdirim gedim” məzmununda SMS mətnləri onun tərəfindən Tehrana yazılmışdır. Belə ki, qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Tehran onun istifadəsində olan telefon nömrəsinin Whatsapp proqramına narkotik vasitələrin videosunu çəkib göndərmişdir və həmin videoda Tehran müxtəlif narkotik vasitələr, əsasən də “patı”nın neçə kiloqram olduğunu demişdir. Videoda bir neçə nəfər də olduğu görünmüş, lakin üzlərini xatırlamır. Videonu çəkən və danışan da Tehran olmuşdur. O, həmin videoya baxan zaman qeyrirəsmi nikahla birgə yaşadığı Aynur adlı qadın yanına gələrək telefonu əlindən almış və Tehranın belə bir video göndərdiyini gördükdən sonra “Tehran Vuğundan uzaq dur, belə videolar göndərmə, əks halda səninlə qanunla danışacam” deyə sms göndərmişdir. Bundan bir neçə dəqiqə sonra təxminən saat 10 radələrində Tehran ona zəng etmiş və onda qalan balaca tərəzisini evinə gətirməyini, “patı” çəkmək üçün lazım olduğunu demişdir. O, cibində pulu olmadığını demiş, Tehran isə yol pulunu ona verəcəyini və əlavə də həmin “patıdan” ona istifadəsi üçün pay verəcəyini demişdir. O, axşam saatlarında yaşadığı evdən çıxaraq taksi ilə Tehranın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” adlanan restoranla üzbəüz olan evin qarşısına gəlmiş, orada Tehrana zəng etmiş, lakin telefonu açmadığından Tehranın evini də qabaqcadan tanıdığından birbaşa həmin binanın 14-cü mərtəbəsində yerləşən evinə qalxmışdır. Xatırladığı qədər 90 nömrəli mənzil olmuşdur. Mənzilin qapısını nə qədər döysə də, qapını açan olmamışdır. Bundan sonra yenidən aşağı enmiş və Tehranı gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Tehran ona zəng etmiş və aşağı enmişdir. Tehran, idarə etdiyi “BMW” markalı, **-TP-*** nömrəli maşınının açarlarını ona verib demişdir ki, maşında gözləsin, lakin evə qalxmağa qoymamışdır. O, gedib Tehranı binanın girəcəyində saxladığı maşınında bir qədər gözləmiş, lakin gəlmədiyindən Tehrana zəng etməyə başlamış, yenə telefonu açmamışdır. Axırda Tehrana mesaj yazmışdır ki, gedir. Tehran aşağı maşının yanına gəldikdə o, açarları təhvil verib gedəcəyini bildirmişdir, çünki çox gözləmişdir. O, belə başa düşmüşdür ki, Tehran yuxarıda tərəzidə nəsə “mal” çəkmişdir. Bundan sonra o, açarları təhvil verib piyada istiqamətdə üzü 3 saylı Asan Xidmətə doğru getməyə başlamışdır. Bir neçə dəqiqə sonra Tehran idarə etdiyi avtomobillə gəlib onu yoldan götürmüş və hara gedəcəyini soruşmuş, o da evə gedəcəyini demişdir. Avtomobilinə mindikdən sonra Tehran, Yasamal rayonu Şərifzadə küçəsində 3 saylı Asan xidmətin qarşısından geriyə dönərək “Kaktus” restoranı istiqamətində geri qayıtmış və 3 saylı Asan xidmətdən təxminən 100 metr biraz qabaqda avtoservisin yanında saxlamışdır. Bir ədəd sellofan bükümü ona uzadıb avtoservisin qabağında olan təkərin içərisinə atmağını istəmişdir. O da bükümün nə olduğunu soruşmuş, lakin Tehran cavab verməmişdir. O, həmin bükümdəkinin “patı” olduğunu görmüşdür və bükümü götürərək maşının pəncərəsindən Tehranın göstərdiyi təkərin içərisinə atmışdır. Daha sonra Tehran öz mobil telefonu ilə həmin yerin foto şəklini çəkmiş, onu da Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında endirmişdir. Saat təxminən gecə 12 radələrində avtomobildən enərkən də qabaqcadan ona söz verdiyi yarım qram “patı”nı vermişdir. Həmin “patı” da onun gecə vaxtı Tehrana tərəzini aparmağının müqabilində verilmişdir. Təxminən 10-15 gün sonra o, ehtiyat hissəsi ilə bağlı Tehrana zəng etmiş, lakin zəng çatmadığından Tehranın yanında işləyən Fəqanla əlaqə saxlamış, Fəqan da Tehranın tutulduğunu bildirmişdir. Tərəzi Tehranın tərəzisi olmuş, belə ki, Tehran həmin hadisədən 2 ay qabaq onun daimi olduğu Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında yerləşən sexə gəlmiş və orada maşınını düzəltdirirmiş. Həmin vaxt qeyd olunan tərəzini maşınından götürüb digər əşyalarla birgə sexdə kənara qoyubmuş. Tərəzi elə o vaxtdan yaddan çıxıb sexdə qalmışdır. O da həmin tərəzini götürüb evə aparmışdır, Tehrana da bu barədə demişdir. Qeyd olunan tərəzini də həmin gün axşam ondan istəmişdir. Tərəzini hazırda görsə tanıyar. Həmin narkotik vasitəni haradan və necə əldə etməsini Tehrandan soruşmamışdır, çünki, hərdən “bariqa”lardan narkotik vasitə alıb tərəzidən istifadə etdiyini bilmişdir. Ona görə də nəsə soruşmamışdır, həm də nəsə soruşanda Tehran cavab verməmişdir. O, Tehrandan həmin gün yaşadığı mənzildə kimi qarşıladığını və kimlərin olduğunu soruşmuş, lakin ona bir şey deməmişdir və evdə başqa adamlar olduğunu bildirmişdir. Evin yerini isə əvvəl orda olduğu və hətta bir dəfə Tehranla birgə orada patı çəkdikləri üçün öncədən bilirmiş. O əvvəllər “patı” kimi adlandırılan narkotikdən istifadə edirmiş, hazırda isə istifadə etmir. Tehran həmin gecə onu gətirib Yeni Yasamalda endirərkən verdiyi yarım qram “patı” yəqin ki, evdə tərəzidə çəkdiyi “patı”dan imiş, çünki, ona pay verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Tehranın atdığı narkotik vasitələrin videosu onun hal-hazırda istifadə etdiyi “Honor” markalı mobil telefona göndərilmişdir, lakin o həmin videonu silmişdir. Tehran videonu yəqin ki, tərəzini tez çatdırsın deyə çəkib ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə saat gecə 12 radələrində Tehranın nə üçün avtoservisin qarşısında olan təkərin şəklini çəkdiyini soruşmuş, lakin heç bir cavab almamışdır, o, belə başa düşmüşdür ki, həmin yerin şəklini “zakladka” etmək üçün kiməsə çəkib atmışdır. O, həmin yeri dəqiqliklə göstərə bilər. Tehranın narkotik vasitə istifadə etdiyini bilirmiş, bir dəfə onunla birgə istifadə etmişlər. Bundan başqa həmin günün sabahısı, yəni xx.xx.2022-ci il tarixdə Tehranı xatırladığı qədəri ilə Sabunçu yaxud Suraxanı polis idarəsində saxlamış, 2 gün sonra buraxmışdılar. Bölmədən çıxdıqdan sonra danışarkən Tehran ona demişdir ki, İranlı bir nəfər narkotik vasitə götürməsi üçün hansısa yerin şəklini çəkib atmış, Tehran da gedib götürmək istəyərkən polislər tərəfindən saxlanılmışdır. Lakin, həmin vaxt o yerdə narkotik vasitə olmamış, yəni Tehrandan narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitələri haradan əldə etməsini dəqiq bilmir, amma bilirmiş ki, Tehranın bir yerlisi var, adı Cahandardır, hazırda da Türkiyədə yaşayır. Təxminən 1 il bundan qabaq ona ağrı kəsici kimi istifadə etdiyi “tramadol” lazım olduqda Tehran demişdir ki, Cahandar istənilən dərman yaxud narkotik vasitəni təşkil edir. O da Tehrana 50 manat pul vermişdir ki, Cahandara göndərsin, Cahandar da tramadol təşkil etsin. Lakin bir neçə gün sonra Tehran ona demişdir ki, Cahandar həmin pulu alsa da dərman göndərməmiş yəni, “atmışdır”. Həmin şəxsdən yaxud Tehrandan ayrı dərman yaxud narkotik vasitə istəməmişdir. (cild 3, i/v: 211-215). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşı X16 tərəfindən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə təqdim edilmiş ərizədən görünür ki, “Sabutər” adlı şəxs xx.xx.2022-ci il tarixində, səhər saat 10 radələrində “Telegram” proqramı vasitəsilə **********4 saylı nömrəsindən X10 zəng edərək Mehmet adlı bir türk və Yusif adlı bir iranlının Azərbaycana qaçaq keçdiklərini və həmin şəxslərdə narkotik vasitələrin olduğunu demiş və gecələmələri üçün ev təşkil etməyini xahiş etmişdir. O da həmin şəxslərin qanunsuz əməllərinin ifşa edilməsi üçün onları Memar Əcəmi metrosunun yaxınlığında yerləşən yaşayış binasında olan mənzilinə yerləşdirmişdir. Bu barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat verərək həmin şəxslərin qanunsuz əməllərinin qarşısının alınmasını xahiş etmişdir. (cild İ i/v: 5) - “Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Türkiyə və İran İslam Respublikası vətəndaşları olmaları ehtimal edilən “Mehmet” və “Yusif” adlı şəxslər tərəfindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin Bakı şəhəri ərazisində realizəsilə məşğul olmalarına dair Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. (cild İ, i/v: 6-7) - “Nəqliyyat vasitəsinin saxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:20-də Bakı şəhərinin Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsində “Yeganə” şadlıq sarayı istiqamətində yolun sağ kənarındakı “Ruzi” marketin qarşısında dayanmış taksi fəaliyyəti ilə məşğul olan “Hyundai Matrix” markalı **- DA-*** dövlət nömrə nişanlı avtomobil saxlanılmışdır. Avtomobildə sərnişin qismində əyləşmiş, şəxsiyyəti sonradan müəyyən edilmiş Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birgə Əməliyyat-İstintaq Baş İdarəsinə getməli olduqlarını bildirmişlər. Bundan sonra “Hyundai Matrix” markalı **-DA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid4 və içərisində olan sərnişinlər Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1la birgə Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. 23 L ünvanında yerləşən inzibati binasının qarşısına gətirilmişdir. (cild İ, i/v: 10) - “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı **-DA-*** dövlət nömrə nişanlı, “Hyundai Matrix” markalı minik avtomobilinin arxa yük yerində içərisində narkotik vasitə və psixotrop maddələrin olması ehtimal edilən üzərində “CAT Caterpıllar” yazısı olan qara rəngli 1 ədəd bel çantası və 1 ədəd sellofan torba, nəqliyyat vasitəsinin salonunun ön sürücü oturacağı ilə ön sərnişin oturacağının arasından, əl əyləcin dəstəyinin altından “Samsung” markalı 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. (cild İ, i/v: 36-38) - “Baxış keçirilməsi və götürülməyə dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı üzərində “CAT Caterpıllar” sözləri yazılmış bel çantasının orta hissəsindən ağ rəngli kağıza bükülmüş yapışqanlı lentlə sarılmış vəziyyətdə qablaşdırma ilə birlikdə çəkisi 347 qram ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər naməlum maddə, üzərində “Black Diamond” sözləri yazılmış dəmir materialdan siqaret qutusunun içərisində qablaşdırma (qapaqsız vəziyyətdə) ilə birgə çəkisi 151 qram ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər naməlum maddə, 2 ədəd bağlamalarda qara rəngli sellofan torbaya bükülmüş yapışqanlı lentlə sarılmış vəziyyətdə qablaşdırma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 863 qram və 539 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, üzərində toz qırıntıları olan elektron tərəzi, üzərində toz qırıntıları olan tualet kağızına bükülmüş vəziyyətdə dəmir bankanın kəsilmiş halda bir hissəsi, üzərində əlyazma ilə fars dilində yazılar və rəqəmlər qeyd olunmuş kağız, 2 konvalyutda üzərində “Tramapain XX” sözləri yazılmış dərman vasitəsi, çantadan aşkarlanan şəxsi əşyalardan qara rəngli əl çantasından isə altı sellofan bağlamada müvafiq olaraq 100 ədəd, 44 ədəd, 89 ədəd, 88 ədəd, 45 ədəd və 67 ədəd sayda müxtəlif rəngli, fiqurlu həblər aşkar edilmiş, bundan sonra qeyd olunan predmetlərin hamısı xüsusi sellofan qablaşdırmalara qoyulmaqla götürülmüşdür. (cild İ, i/v: 39-41) - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “CAT Caterpıllar” markalı bel çantasında olan əşyalardan içərisində həblərin aşkarlandığı qara rəngli əl çantası və otşəkilli narkotik vasitəyə bənzər maddənin büküldüyü yaş halda mayka, bundan başqa həmin bel çantasında düymələr ilə qabağı bağlanan tünd göy rəngli damalı köynək və gödəkcənin Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus olduğu, bel çantasında idman şalvarı, üst geyimi, dəsmallar və fərdi gigiyena vasitələrinin isə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrooda məxsus olduğu müəyyən edilmişdir. (cild İ, i/v: 98-101) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə 12:45-12:55 saatlarında Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasının qarşısında “Hyundai Matrix” markalı **-DA-*** dövlət nömrə nişanlı, tünd göy rəngli nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı nəqliyyat vasitəsinin yük yerində 1 ədəd ağ rəngli sellofan torba və 1 ədəd qara rəngli üzərində “Cat caterpıllar” sözləri yazılmış bel çantası aşkar olunmuşdur. Daha sonra avtomobilin arxa qapıları açılaraq arxa oturacaq hissələrinə və ön sərnişin hissəsinə baxış keçirilir, oradan əyləcin yanından 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilir. Avtomobilin digər hissələrinə baxış zamanı hər hansı predmet aşkar olunmur. Bununla da baxış başa çatdırılır və aşkar olunmuş predmetlərə inzibati binada baxış keçirilməsi üçün götürülür və video sonlandırılır. (cild İ, i/v: 131) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əməliyyat-istintaq Baş İdarəsinin inzibati binasında 13 yanvar 2022-ci il tarixdə 13:10-14:00 saatları arasında keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrooda məxsus 1 ədəd qara rəngli üzərində “Cat caterpıllar” sözləri yazılmış bel çantasının orta hissəsindən ağ rəngli kağıza bükülmüş yaqışqanlı lentlə sarılmış vəziyyətdə 347 qram çəkidə ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər naməlum maddə, üzərində “Black Diamond” sözləri yazılmış dəmir materialdan siqaret qutusunun içərisində 151 qram çəkidə (qapaqsız vəziyyətdə) ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər naməlum maddə, 2 bağlamada qara rəngli sellofan torbaya bükülmüş yaqışqanlı lentlə sarılmış vəziyyətdə 863 qram və 539 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, üzərində toz qırıntıları olan elektron tərəzi, üzərində toz qırıntıları olan tualet kağızına bükülmüş vəziyyətdə dəmir bankanın kəsilmiş halda bir hissəsi, üzərində əlyazma ilə fars dilində yazılar və rəqəmlər qeyd olunmuş kağız, 2 konvalyutda üzərində “Tramapain XX” sözləri yazılmış dərman vasitəsi, çantadan aşkarlanan şəxsi əşyalardan qara rəngli əl çantasından isə altı sellofan bağlamada müvafiq olaraq 100 ədəd, 44 ədəd, 89 ədəd, 88 ədəd, 45 ədəd və 67 ədəd müxtəlif rəngli, fiqurlu həblər aşkar edilmiş, üzərində əlyazma ilə fars dilində yazılar və rəqəmlər qeyd olunmuş kağız 210092 №li polietilen paketə, digər predmetlər isə 010075 və 010076 nömrəli polietilen qablaşdırmalara qoyulmaqla götürülmüşdür. (cild İ, i/v:132) - Təqsirləndirilən şəxs2la aparılmış xx.xx.2022-ci il tarixli “Fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi onları Bakı şəhərində qarşılayan və gətirdikləri narkotik vasitə və psixotrop maddələrdən bir qismini onlardan götürən “Tehran” adlı şəxsin Təqsirləndirilən şəxs3 olması öz təsdiqini tapmışdır. (cild İ, i/v: 151-154) - Təqsirləndirilən şəxs1la aparılmış xx.xx.2022-ci il tarixli “Fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Pilehroodun ifadələrində göstərdiyi onları Bakı şəhərində qarşılayan və gətirdikləri narkotik vasitə və psixotrop maddələrdən bir qismini onlardan götürən “Tehran” adlı şəxsin Təqsirləndirilən şəxs3 olması öz təsdiqini tapmışdır. (cild İ, i/v:155-158) - “Sərhəd keçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrood bundan əvvəl Azərbaycan Respublikası ərazisinə qanuni şəkildə gəlib geri qayıtmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı ildə Biləsuvar istiqamətindən gömrük sərhədindən keçməklə qanuni şəkildə Azərbaycan Respublikası ərazisinə gəlmiş, xx.xx.2006-cı il tarixdə eyni qaydada geri qayıtmışdır. Növbəti dəfə Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu ildə Astara istiqamətindən gömrük sərhədindən keçməklə qanuni şəkildə Azərbaycan Respublikası ərazisinə gəlmiş, 3 il sonra yəni, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanuni şəkildə keçərək ölkə ərazisindən Astara istiqamətindən İİR-na geri qayıtmış, yəni çıxış etmiş və həmin tarixdən etibarən rəsmi, yəni qanuni şəkildə ölkə ərazisinə girişi olmamışdır. Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 isə sərhədkeçmə hesabatının olmadığı, yəni Azərbaycan Respublikasının dövlət sərhədini qanuni şəkildə ümumiyyətlə keçmədiyi müəyyən olunmuşdur. Bununla da Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehroodun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə ölkə ərazisinə daxil olduqları müəyyən olunmuşdur. (cild İ, i/v: 162-164) - Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus **********25521 İMEİ nömrəli və **********25526 İMEİ nömrəli “Casper VİA _ P2” markalı sensorlu mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonda +**********96 saylı mobil telefon nömrəsi istifadədədir. İş üzrə əhəmiyyət kəsb edən məlumatlarla bağlı qeyd olunmalıdır ki, “WhatsApp” mobil əlavəsində siyahıda olan “Ramo” adlı şəxslə sms mətnlərinə baxış zamanı həmin şəxsin +**********42 mobil telefon nömrəsindən istifadə etdiyi görünür. Həmin şəxs ilə Təqsirləndirilən şəxs2 sms mətnlərində xx.xx.2022-ci il tarixdə həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs2 45 manat kartdankarta köçürməylə bağlı qəbzin şəklinin göndərildiyi görünür. Başqa yazışma aparılmadığı görünür. Növbəti olaraq, “Behzat” adı yazılan və İİR mobil operatoruna məxsus +**********56 saylı mobil nömrədən yazılan sms mətnlərində xx.xx.2022-ci il tarixdə “Mamad bani ara”, “Sanin zangini gozleyiram, bizi boorda nigaran goyoobsooz”, “Yoosoof dan khabar yokhdoo sana da zang achram javab vermirsan, bana zang voor, vajib bir ishim var sanan” məzmununda smslər göndərildiyi, eyni zamanda 13.01-xx.xx.2022-ci il tarixlərində bir neçə dəfə cavabsız zəng etdiyi görünür. Növbəti olaraq “Enişte” adı yazılan və mobil telefon nömrəsi Türkiyə mobil operatoruna məxsus +**********42 olan şəxslə aparılan sms yazışmalarından belə müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2 yaxın qohumudur və ona borc verməsi üçün Təqsirləndirilən şəxs2 həmin şəxsə xahişlər edir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 nömrəsindən iş üzrə digər Təqsirləndirilən şəxs1 Pilehrood tərəfindən göndərilən audio səslərin məzmunu aşağıdakı kimidir: Audio səs: -“Bu adamı karımın yanında bırakmadım, elini ayağını bağlayıp atmışım burda, yarın öğlene kadar benim paramı verdiniz verdiniz, vermediniz burda ermeniler güzel para veriyolar türk olursa, azerbaycan olursa, her bir türke 40000 dolar para veriyorlar ermeniler. Benim öğlene kadar paramı gönderdiniz gönderdiniz, göndermediniz 2 kat paramı alırım. Yalandan şundan-bundan aramayın, yarına kadar benim paramı gönderin”, -“Yarın ben sizi arayacağım öğlene kadar, benim paramı kardeşim halledin verin, vermediyinizde ondan sonra siz Mehmeti o dünyada görürsünüz, ben kendim arayacağım sizi yarın”. Tərcüməsi: Bu adamı arvadımın yanında qoymadım, əlini-ayağını bağlayıb atmışam bura, sabah günortaya qədər mənim pulumu verdiniz verdiniz, verməsəniz burada ermənilər türk yaxud azərbaycanlılara yaxşı pul verirlər, hər bir türkə 40000 ABŞ dolları pul verirlər. Sabah günortaya qədər mənim pulumu göndərin, göndərməsəniz 2 qat pulumu alacam. Yalandan zəng etməyin, sabaha kimi mənim pulumu göndərin. Sabah mən günortaya qədər sizə zəng edəcəm, qardaş, mənim pulumu həll edib verin, verməsəniz Mehmedi o biri dünyada görərsiniz, mən özüm sizə zəng edəcəm sabah. Növbəti audio-səslərdə də bu məzmunda smslər göndərilmişdir. Sms yazışmalarının məzmunu isə aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2: “Enişte son kez beni kurtar, son kez beni ata ne olur”, “Enişte ben Mustafa enişteyi arayayım onunla görüş, sen okay dersen o verir, ben saldıklarında tarım kredisi çeker hem de onun yanında çalışır öderim allah aşkına” mesajı yazıldığı, “Enişte” adlı şəxs: “Ben uğraşamam sen güven mi bıraktın, ben dün konuştum, gönder burdan borcu neyse çalışsın bende ay ay ne toplayabilirse gönderttireyim takipçisi olayım dedim. Benim başka yapacağım bir şey yok. Kapat yoldayım durdum yazdım bunu bir daha durmam bakmamda” Təqsirləndirilən şəxs2: “TR 0001 0025 8896 4014 6850 01”, “Mojdeh Taghezadehkhojasteh” “Enişte” adlı şəxs: 1 ədəd şəkil - (Qeyd olunan şəkilin hesabdan hesaba pul köçürülməsinə dair qəbz olduğu və Təqsirləndirilən şəxs2 tərəfindən göndərilən hesaba Enişte adlı şəxs tərəfindən pul göndərildiyi görünür. “Enişte” adlı şəxs: “Borç bulup annemin gönderdim”, “Van kapikoy sınır kapısına git Varınca beni ara”, “Bundan başka yapacağım birşey kalmadı”, “Sözünün eri olun” xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2: “Enişte müsaitsen beni ara.” xx.xx.2021-ci il tarixdən sonra tərəflər arasında danışıq aparılmadığı görünür. Tərcüməsi: Təqsirləndirilən şəxs2: “Yeznə, sonuncu dəfə məni qurtar, nə olar, mən Mustafa yeznəyə zəng edərəm, sən razılıq versən o verər, məni buraxdıqlarından sonra təsərrüfat krediti götürüb həm də onun yanında işləyib ödəyərəm, sən Allah” “Enişte” adlı şəxs: “Mən sənən baş qoşa bilmərəm, dünən danışdım, göndər buradan borcu nədirsə işləsin, mən də nə toplaya bilsəm göndərərəm, nəzarətdə saxlayaq dedim. Bundan artıq edə biləcəyim bir şey yoxdu. Bağla, yoldaydım, dayanıb yazdım, bir də dayanıb yazılarına baxmayacam. Anamdan borc alıb göndərdim, Van sərhəd məntəqəsinə get, çatanda mənə zəng elə, bundan başqa edə biləcəyim bir şey qalmadı, sözünün üstündə dur.” Növbəti olaraq “Yusuf İran” adı yazılan və mobil telefon nömrəsi Türkiyə mobil operatoruna məxsus +**********05 olan şəxslə aparılan sms yazışmalarından belə müəyyən olunur ki, həmin şəxs iş üzrə digər Təqsirləndirilən şəxs1 Pilehrooddur. Tərəflər arasında ilk dəfə xx.xx.2021-ci il tarixdə danışıq aparıldığı və Yousef tərəfindən “**********1212 Azar” məzmununda sms göndərildiyi görünür. xx.xx.2021-ci il tarixdə Yousef tərəfindən Təqsirləndirilən şəxs2 “TR 0001 0025 8896 4014 6850 01”, “Mojdeh Taghezadehkhojasteh” məzmununda sms göndərildiyi görünür, qeyd olunan hesab nömrəsinin də Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan “Enişte” adlı şəxsə göndərdiyi müəyyən olunmuşdur. Həmin tarixdə “Enişte” adlı şəxs tərəfindən hesabdan hesaba pulun köçürülməsinə dair qəbzin şəkli Təqsirləndirilən şəxs2 tərəfindən Yousefə göndərilmişdir. Bundan sonra tərəflər arasında yazışma aparılmamışdır. “WhatsApp” mobil əlavəsində zənglər bölümünə baxış zamanı xx.xx.2022-ci il tarixdən hazırki müddətədək olan tarixə qədər “Yusufun yoldaşı”, “+**********36”, “Behzat”, “Anar ZK”, “Aaa - +**********11”, “Ramo”, “Anariki - +**********436”, “+**********62”, “R hanım - +**********66”, “Enver - +**********65” nömrəli mobil telefonlardan “WhatsApp” zənglərinin edildiyi görünür. Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən, onların Azərbaycan ərazisinə qanunsuz keçdikləri 11 yanvar 2022-ci il tarixə keçən gecə, eləcə də xx.xx.2022-ci il günorta saatlarına qədər Təqsirləndirilən şəxs2 telefonundan “WhatsApp” zənginin aparılmadığı, ölkə ərazisinə keçməmişdən bir neçə saat öncə, yəni xx.xx.2022-də saat 17:30-da “Enver” adlı şəxsə məxsus +994 55 *** ** ** saylı mobil telefona “WhatsApp” zəng olunduğu və danışıq aparıldığı, bundan başqa “Rhanım” kimi qeyd olunan +99***-***-**-** saylı nömrə ilə 18:38-də danışıq aparıldığı görünür. Azərbaycan ərazisinə daxil olduqdan bir neçə saat sonra, yəni xx.xx.2022-ci il tarixdə aparılan danışıqlara baxış zamanı, saat 17:32-də +99***-***-**-** saylı mobil nömrə ilə, xx.xx.2022-ci il tarixdə aparılan danışıqlara baxış zamanı, saat 01:48, 02:04-də ifadəsində “Sabutar” adlı şəxsə məxsus olduğunu bildirdiyi “Ramo” adı ilə qeyd olunan +**********42 mobil telefon nömrəsi ilə, saat 02:02-də “Anar ZK” adı ilə qeyd olunan +**********23 saylı mobil telefon nömrəsi ilə, saat 02:06-da “Anariki” adı ilə qeyd olunan +**********436 saylı telefon nömrə ilə, saat 09:49, 11:50, 14:55-də yenidən “Ramo” adı ilə qeyd olunan +**********42 mobil telefon nömrəsi ilə, yenidən xx.xx.2022-ci ildə saat 18:42, 19:09 və 19:18-də “Aaa” adı ilə qeyd olunan +**********11 saylı mobil nömrə ilə əlaqə saxladığı görünür. Bundan başqa, xx.xx.2022-ci il tarixdə “Behzatiran” adı ilə qeyd olunan +**********56 saylı nömrədən, xx.xx.2022-ci il tarixdə “Yusufun yoldaşı” adı ilə qeyd olunan +**********40 saylı nömrədən, +**********36 saylı nömrədən zənglər gəldiyi görünür. Telefonun zənglər bölümünə baxış zamanı Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən, onların Azərbaycan ərazisinə qanunsuz keçdikləri 11 yanvar 2022-ci il tarixə keçən gecə, eləcə də xx.xx.2022-ci il günorta saatlarına qədər Təqsirləndirilən şəxs2 telefonundan zəng aparılmadığı, Azərbaycan ərazisinə qanunsuz daxil olduqdan bir neçə saat sonra, yəni xx.xx.2022-ci il tarixdə aparılan danışıqlara baxış zamanı, saat 18:07-də ***-***-**-** saylı nömrəyə zəng olunduğu, xx.xx.2022-ci il tarixdə saat 18:40-da “Aaa” adı ilə qeyd olunan +**********11 saylı mobil nömrəyə zəng olunduğu görünür. Ölkə ərazisinə qanunsuz keçməmişdən bir neçə gün öncə, yəni xx.xx.2022-ci il tarixdə “Enver” adlı şəxsə məxsus +**********65 saylı mobil telefon nömrəsi ilə (hansı ki, həmin şəxslə ölkə ərazisinə daxil olmamışdan bir neçə saat qabaq, yəni xx.xx.2022-də saat 17:30-da Whatsapp zəng olunmaqla danışıq aparılmışdır, +**********57 saylı nömrə ilə danışıq aparıldığı görünür. Bundan başqa zənglər bölümündə xx.xx.2022-ci il tarixdə “Yusuf İran” nömrəsinə (təqsirləndirilən Yousef Khodada məxsusdur. xx.xx.2022-ci il tarixdə “+**********436” saylı nömrədən, “+**********959” saylı nömrədən, “Erdi” adı yazılmış “+**********92” saylı nömrədən zənglər gəldiyi görünür. Daha sonra xx.xx.2022-ci il tarixdə “Ramazan Azerba” yazılmış “+9**********4” saylı nömrəyə zənglər edildiyi görünür. Daha sonra mobil telefonun ekranında əsas menyuda “Kontaktlar” bölümünə daxil olundu. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi və “Səbutər” adlı şəxslə məxsus olduğunu bildirdiyi “Ramo”, “Ramazan Azərbaycan”, “Ramo 3” kontaktlarının, eləcə də “Sabutər” adlı şəxsin həyat yoldaşına məxsus olduğunu bildirdiyi “R hanımı”, “Ramazan hanımı” adlı kontaktların müəyyən edilməsi üçün ilk öncə həmin adlar axtarışa verildi. “Ramazan Azərbaycan” adı yazılan kontaktın nömrəsinin “+9**********4”, “Ramo” adı yazılan kontaktın nömrəsinin “+**********42”, “Ramo 3” yazılan kontaktın nömrəsinin “+**********42”, daha sonra “Ramo hanımı” kimi qeyd olunan kontaktın nömrəsinin “+**********90”, “Ramazan hanımı”, “Rhanım” kimi qeyd olunan kontaktın nömrəsinin “+**********66” mobil telefon nömrəsi olduğu görünür. “Galareya” bölməsində daha sonra çəkilmə yeri və kim tərəfindən çəkilməsi müəyyən olunmayan 1:35 dəqiqəlik videoda şəxsin Təqsirləndirilən şəxs2 “şüşə” kimi adlandırılan narkotik vasitənin videosunu çəkərək ona atdığı və yüksək keyfiyyətdə bir “şüşə” olduğunu çatdırdığını və Türkiyədə, Azərbaycanda belə bir “mal” tapa bilməyəcəyini və həmin metamfetamin psixotrop maddə olması ehtimal edilən kristal şəkilli maddəni təriflədiyi görünür. “Messenger” mobil tətbiqinə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 18:34-də, yəni Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən, artıq onların qanunsuz keçərək Azərbaycan ərazisində olduqları müddətdə “Ömer Koca” adlı şəxsə Təqsirləndirilən şəxs2 tərəfindən aşağıdakı məzmunda sms göndərilmişdir: “Kardeş şu an bir saatde Baküye girecem. Allah izn verirse 3 ya da 4 güne borçları kapatırım. Çok köy günler geçirdim inan, 2800 TL tel faturam geldi, önemi yok canımı kurtardım o yeterli. Selamlar” Tərcüməsi: “Qardaş bir azdan bir saata kimi Bakıya daxil olacam. Allahın köməkliyi ilə 3 ya da 4 günə borclarımı bağlayaram. Çox pis günlər keçirtdim inan, 2800 TL telefon borcum gəldi, önəmi yoxdur, canımı qurtardım o kifayətdir. Salamlar” Baxış nəticəsində mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək “WhatsApp” mobil əlavəsində olan SMS-lərin mətnləri protokolun mətnlərinə əlavə olunmaqla, video görüntü 1 ədəd CD diskə yazılaraq baxış protokoluna əlavə olunmuşdur. (cild İİ, i/v: 18- 33) - Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrooda məxsus **********22695 İMEİ nömrəli “Huawei Honor H60-L04” markalı sensorlu mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonda +**********05 saylı mobil telefon nömrəsinin istifadədə olduğu görünür. İş üzrə əhəmiyyət kəsb edən məlumatlarla bağlı qeyd olunmalıdır ki, “WhatsApp” mobil əlavəsində siyahıda olan “Tabriz Ramazan” adı ilə qeyd olunan və təqsirləndirilən Təqsirləndirilən şəxs4 istifadəsində olmuş +**********47 saylı nömrə ilə aparılan yazışmalarda xx.xx.2022-ci il tarixdə saat 15:03-də həmin şəxs tərəfindən Yousefə 2 ədəd hansısa ərazinin fotoşəklinin göndərildiyi və fotoşəkillərin qarşısında “Madeyra” sözünün yazıldığı görünür. Həmin tarixdə saat 22:25-də yenidən həmin şəxs tərəfindən Yousefə arxa fonda xarıbülbül təsvirinin əks olunduğu şüşədə “Hacıoğlu” yazılmış və böyük ehtimal Azərbaycan ərazisi olan yerdə Yousefin çay süfrəsi arxasında oturduğu və stolda şirniyyatlarla yanaşı 3 çay stəkanının olduğu fotoşəkil göndərilmişdir. xx.xx.2022-ci il tarixdə 11:15-11:46 aralarında tərəflər arasında aparılan sms yazışmaları aşağıdakı qaydadır: “Tabriz Ramazan” audio səs: “Baba, bax gör bu sənə oxşayır, baba?” “Bax gör oxşayırsa, bunun sənədini o gün dediyin sənə düzəldək” Yousef audio səs: “Yox e mənə oxşamır, bunu harası mənə oxşayır?” “Necə idi o dünən axşam atdığın yaxşı idi, ya yox?” “Tabriz Ramazan” audio səs: “Baba belə da orta, day elə sən deyən elə də yaxşı deyildi”, “Sənə oxşayır e baba, realda. İndi şəxsiyyətinin şəklini atajam, baxarsan” Növbəti olaraq “Aqşin Bilesavar.vat” olan mobil telefon nömrəsi “+**********4” olan şəxslə xx.xx.2022-ci il tarixdən etibarən aparılan danışıqlardan görünür ki, tərəflər arasında fars dilində yazışmalar aparıldığı görünür. Audio yazışmalarda həmin şəxs tərəfindən Yousefə azərbaycan dilində “Salam, nə var nə yox, axşamın xeyir, nə xəbər. Zəng vurmadı? Haralardasan?” məzmununda audio səs göndərildiyi, xx.xx.2022-ci il tarixdə fars dilində yazışmalar aparılmaqla mesajlaşdıqları görünür. Sonuncu dəfə tərəflər arasında xx.xx.2022-ci il tarixdə danışıqlar aparılmışdır. Tərcüməsi: 11 yanvar “Aqşin Bilesavar.vat”: -Bir – iki saat sonra mənə zəng vur, özündən də muğayət ol. 17.13 -Salam 20.06 Təqsirləndirilən şəxs1: -Salam 22.48 “Aqşin Bilesavar.vat”: -Mənə zəng elə. 23.25 -Nigaranam axi mən burda 23.51 12 yanvar Təqsirləndirilən şəxs1: -Qardaş internetim yoxdu 00.56 -Burda da xətti, sabah evin şifrəsini alsam rahat olaram 00.56 -Burda .........(söyüş) telefonlarına bağlanıram,bunlar da hey gedib gəlirlər internetim olmur. 00:57 -Gedim o xarabaya çatım rahat danışarıq 00:57 “Aqşin Bilesavar.vat”: -Nə xəbər? Bakıdasan? 00:56 -Bir iş görə bildin? 00:57 Təqsirləndirilən şəxs1: -Hə Bakıdayam 00:58 -Yox gecikdik 00:58 “Aqşin Bilesavar.vat”: -Yaxşı, ancaq özünən muğayət ol 00:58 -Qalan hər şey düzələr 00:59 -Şəhərdə çox fırlanma 00:59 -Nə vaxt rahat olsan mənə zəng elə 00:59 Təqsirləndirilən şəxs1: -Sabah baxım da, yükü verim pulu hazır eliyim gedim Ənvərdən yükümüzü alım. 01:00 -Yox evin içindəyəm 01:00 -Dayan zəng eliyim 01:00 “Aqşin Bilesavar.vat”: -Yaxşı rahat ol 01:00 -Nə xəbər 18:26 Təqsirləndirilən şəxs1: -Salamatçılıq 18:32 “Aqşin Bilesavar.vat”: -Onları gördün? 18:52 Təqsirləndirilən şəxs1: -Burda ev problemimiz vardı hələ həll olmayıb. 19:34 “Aqşin Bilesavar.vat”: -Əgər istəsən o dostuma deyim gəlsin sənin dalınca 19:37 Təqsirləndirilən şəxs1: -Sənə xəbər verərəm qardaş 19:38 -O yanıma gəlsə deməyəcək niyə mənə mal gətirməmisən gəlib burda mal satırsan? “Aqşin Bilesavar.vat”: -Mənə zəng elə 20:48 -Səninlə işim var 22:27 13 yanvar “Aqşin Bilesavar.vat”: -Niyə zəng eləmirsən? 16:32 “Ramazan 1” adı ilə qeyd olunan və mobil nöməsi “+**********42” olan şəxsdən xx.xx.2022-ci il tarixdə “Qaqa” məzmunda sms göndərildiyi görünür. İstintaq materiallarına və təqsirləndirilən şəxsin ifadəsinə əsasən həmin şəxsin qrupun digər üzvü olan “Ramazan” adlı yaxud digər adı ilə “Cahandar” adlı şəxs olduğu müəyyən olunur. Eləcə də, iş üzrə digər Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan da görünür ki, qeyd olunan “Ramazan” adlı şəxsin hazırki “+**********42” saylı nömrəsi Çalıka məxsus mobil telefonda da “Ramo” yaxud “Ramazan” adı ilə qeyd olunmuşdur və hər iki şəxsin ifadələrinə əsasən, həmin kontaktın sahibinin “Ramazan”, “Səbutər” və “Cahandar” adlı şəxs olması təsdiqini tapır. “Jamal Bakoo” adı ilə qeyd olunan və nömrəsi “+**********10” olan kontaktla sms mətnlərində Yousef tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:22-də “Salam ami, Anvar qardasa de mene tez zeng acsin” məzmununda sms göndərildiyi görünür. “WhatsApp” mobil əlavəsində zənglər bölümünə baxış zamanı Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən, onların Azərbaycan ərazisinə qanunsuz keçdikləri 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 00:03-00:06 aralarında “Afshin bilesavar. Vat” adı ilə qeyd olunan +**********4 saylı nömrə ilə, saat 00:28, 00:57-də ifadəsinə əsasən Cahandar (yaxud Sabutar və ya Ramazan) adlı şəxsə məxsus olan və “Ramazan1” adı ilə qeyd olunan +**********42 saylı nömrə ilə “WhatsApp” zəng olunduğu və danışıq aparıldığı görünür. Həmin tarixdə saat 09:36-da və 09:39-da “Ramazan 1” adı ilə yazılan +**********42 saylı nömrə ilə, saat 12 radələrində “Hosein Razey” adı ilə yazılan +**********40 saylı nömrə ilə, yenidən “Ramazan 1” adı ilə qeyd olunan şəxslə saat 12:13 radələrində “Seidler Naser” adı ilə yazılan +**********23 saylı nömrə ilə, “Afshin Bilesavar.vat” adı ilə qeyd olunan +**********4 saylı nömrə ilə, saat 14 radələrində yenidən “Ramazan 1”, “Afshin Bilesavar.vat”, “Hosein Razey” adı ilə yazılan şəxslərlə, saat 15:02, 15:03, 15:34-də “Tabriz Ramazan” adı ilə qeyd olunan +**********47 saylı nömrə ilə, saat 16 radələrində yenidən “Ramazan 1” adlı şəxslə, “Anar bakoo” adı ilə yazılan +**********23 saylı nömrə ilə saat 17 radələrində “Afshin Bilesavar.vat” adı ilə qeyd olunan şəxslə, saat 19 radələrində “Anvar bakoo” adı ilə qeyd olunan +994 55 *** ** ** saylı nömrə ilə, 11-dən 12-nə keçən gecə, eləcə də xx.xx.2022-ci il tarixində saat 01 radələrində “Afshin Bilesavar.vat”, “Ramazan 1” adı ilə qeyd olunan şəxslərlə, saat 14 radələrində “Anvar bakoo” adı ilə qeyd olunan şəxslə, saat 16 radələrində “Jamal bakoo” adı ilə qeyd olunan +**********10 saylı nömrə ilə, +**********41 saylı nömrə ilə əlaqə saxlanılmaqla “WhatsApp” danışıqları aparılmışdır. Bundan başqa ölkə ərazisinə keçməmişdən bir neçə saat öncə, yəni xx.xx.2022-ci ildə saat 23:45 və 22:57-də “Afshin bilesavar. Vat” adı ilə qeyd olunan +**********4 saylı nömrə ilə, saat 22:08-də “Anvar bakoo” adı ilə qeyd olunan və digər Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda da “Enver” adı ilə qeyd olunan +994 55 *** ** ** saylı nömrə ilə, saat 18 radələrində “Seidlar naser” adı ilə qeyd olunan +**********23 saylı nömrə ilə, yenidən “Ramazan1” adı ilə qeyd olunan +**********42 saylı və “Afshin bilesavar. Vat” adı ilə qeyd olunan +**********4 saylı nömrələr ilə, saat 17 radələrində +**********6 saylı nömrə ilə, saat 16 radələrində yenidən “Anvar bakoo” adı ilə qeyd olunan +994 55 *** ** ** saylı nömrə ilə, “Estanbul mostafa2” adı ilə qeyd olunan +**********80 saylı nömrə ilə, 9 yanvar 2022-ci ildə müxtəlif saatlarda yenidən “Anvar bakoo” adı ilə qeyd olunan +994 55 *** ** ** saylı, “Ramazan1” adı ilə qeyd olunan +**********42 saylı və “Afshin bilesavar. Vat” adı ilə qeyd olunan +**********4 saylı nömrələr ilə “WhatsApp” zənglərinin olunduğu və danışıqlar aparıldığı, eləcə də “Anvar bakoo” adı ilə qeyd olunan +994 55 *** ** ** saylı nömrə və +**********03 saylı nömrə ilə qrup zənginin aparıldığı görünür. İş üzrə digər Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda “WhatsApp” mobil əlavəsində olan zənglərlə müqayisəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, hər iki təqsirləndirilən Yousef və Mehmet ölkə ərazisinə daxil olmamışdan öncə “Anvar bakoo” (yaxud “Enver”) adı ilə qeyd olunan +994 55 *** ** ** saylı nömrə ilə eləcə də, Ramazan (yaxud Sabutar və ya Cahandar) adlı şəxslərlə danışıqlar aparmışdırlar. “WhatsApp” mobil əlavəsində geri qayıdaraq telefonun zənglər bölümünə daxil olundu, zənglər bölümünə baxış zamanı iş üzrə təqsirləndirilən şəxslərin ifadələrinə əsasən ölkə ərazisinə qanunsuz olaraq daxil olduqları xx.xx.2022-ci il tarixə keçən gecə hər hansı şəxslə danışıq aparılmadığı, lakin həmin tarixdə saat 15:48-də “Tabriz ramazan” adı ilə yazılan +**********47 saylı nömrə ilə, saat 21:13-də “Jamal bako” adı ilə qeyd olunan +**********26 saylı nömrə ilə danışıq aparıldığı görünür. Eləcə də xx.xx.2022-ci il tarixdə “Afshin bilesavar.vat” adlı kontakta Yousef tərəfindən zəng edildiyi görünür. Daha sonra həmin tarixdə “Jamal bakoo” adlı kontaktla, xx.xx.2022-ci il tarixdə yenə “Jamal bakoo”, “Afshin bilesavar.vat” adı ilə qeyd olunan şəxslərlə danışıq aparıldığı görünür. İş üzrə digər Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda telefonun zənglər bölümündə olanlarla müqayisəli şəkildə təhlil aparıldıqda müəyyən olunur ki, hər iki təqsirləndirilən Yousef və Mehmet ölkə ərazisinə daxil olduqdan sonra “Jamal bako” adlı +**********26 saylı nömrə ilə danışıqlar aparmışdırlar. Daha sonra mobil telefonun ekranında əsas menyuda “Kontaktlar” bölümünə daxil olundu. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi və “Ramazan” (digər adı ilə “Cahandar”) adlı şəxsə məxsus kontakt adlarının olub-olmasının müəyyən edilməsi üçün axtarış aparıldı və kontaktlarda “Ramazan” adı altında telefon nömrəsi- +**********62 olan nömrə, “Ramazan 2” adı altında +9**********4 saylı nömrə, “Ramazan 1” adı altında +**********42 saylı nömrənin olduğu görünür. “Ramazan 2” adı altında +9**********4 saylı və “Ramazan 1” adı altında +**********42 saylı nömrələrin digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən “Ramazan” yaxud digər adları ilə “Cahandar”, “Sabutər” adlı şəxsə məxsus olması öz təsdiqini tapır. “WhatsApp” şəkillərinə baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus olan və üzərindəki tarix göstəricisinə əsasən xx.xx.2022-ci il tarixdə çəkilmiş arxa fonda xarıbülbül təsvirinin əks olunduğu şüşədə “Hacıoğlu” yazılmış və böyük ehtimal Azərbaycan ərazisi olan yerdə Yousefin çay süfrəsi arxasında oturduğu və stolda şirniyyatlarla yanaşı 3 çay stəkanının olduğu fotoşəkil görünür, digər Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd fotoşəkil, müəyyən ərazidə qayalıqların şəkilləri və digər şəxsi məzmunlu fotoşəkillərə rast gəlinir. Baxış nəticəsində mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək “WhatsApp” mobil əlavəsində olan SMS-lərin mətnləri protokola əlavə olunmaqla, fars hərfləri ilə olan yazılar tərcüməçi tərəfindən tərcümə olunmuş, video görüntü 1 ədəd CD diskə yazılaraq baxış protokoluna əlavə olunmuşdur. (cild İİ, i/v: 36-53) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 əyninə geyindiyi şalvarın cibində olan 1 ədəd elektron siqaret, 1 ədəd “Sobranie” markalı siqaret qutusu, 4 ədəd alışqan və 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonunu çıxararaq təqdim etmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əyninə geyindiyi qara rəngli idman şalvarının sol cibindən 1 ədəd sellofan bükümdə ikisi çəhrayı, biri sarı rəngdə olmaqla 3 ədəd həb aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin həblərdən 4 ədədinin ona təsadüfən tanıdığı İranlı şəxs tərəfindən verildiyini və cinsi əlaqədə istifadə üçün nəzərdə tutulduğunu, onlardan birini istifadə etdiyini, geriyə 3 ədədinin qaldığını bildirmişdir. Daha sonra qeyd olunan 3 ədəd həb götürülmüşdür. (cild İİ, i/v: 76-77) - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd sellofan bükümdə ikisi çəhrayı, biri sarı rəngdə olmaqla aşkar olunmuş 3 ədəd həb “Quick S” markalı elektron tərəziyə qoyularaq təxmini çəkisi ölçülmüş, lakin qeyd olunan predmetin çəkisi müəyyən olunmamışdır. Yerində verilmiş sual zamanı Təqsirləndirilən şəxs3 həmin həmin həblərdən 4 ədədinin ona təsadüfən tanıdığı İranlı şəxs tərəfindən verildiyini və cinsi əlaqədə istifadə üçün nəzərdə tutulduğunu, onlardan birini istifadə etdiyini, geriyə hazırda bu 3 ədəd həbin qaldığını bildirmişdir. Daha sonra qeyd olunan 1 ədəd sellofan bükümdə ikisi çəhrayı, biri sarı rəngdə olmaqla aşkar olunmuş 3 ədəd həb ekspertiza tədqiqatından keçirilməsi üçün 200364 №li polietilen paketinə qablaşdırılmışdır. (cild İİ, i/v: 78-80) - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 ildən artıq müddətdir istifadə etdiyini və nəqliyyat vasitəsində qadağan olunmuş yaxud məhdudlaşdırılmış predmetlərin olmadığını bildirmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının rezin ayaqaltısının altından bir ədəd falqalı kağıza bükülmüş ağ kristal rəngdə kiçik hissəciklər aşkar olunmuşdur. Daha sonra arxa oturacaqda olan oturacağın rezin ayaqaltısının altından aşkar olunmuş bir ədəd falqalı kağıza bükülmüş ağ kristal rəngdə “şişə” kimi adlandırılan metamfetamin psixotrop maddəsinə oxşar kiçik hissəciklər götürülmüşdür. Yerində verilmiş sual zamanı Təqsirləndirilən şəxs3 aşkar olunmuş ağ kristal rəngdə kiçik hissəciklərin ona məxsus olmadığını, nə olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələrdən vaxtilə marixuana istifadə etdiyini, hazırda istifadə etmədiyini bildirmişdir. (cild İİ, i/v: 86-87) - “Əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşkar olunmuş bir ədəd falqalı kağıza bükülmüş ağ kristal rəngdə “şişə” kimi adlandırılan metamfetamin psixotrop maddəsinə oxşar kiçik hissəciklər “Quick S” markalı elektron tərəziyə qoyularaq təxmini çəkisi ölçülmüş, lakin qeyd olunan predmetin çəkisi müəyyən olunmamışdır. Yerində verilmiş sual zamanı Təqsirləndirilən şəxs3 həmin hissəciklərin ona məxsus olmadığını, nə olduğunu bilmədiyini, onun idarə etdiyi avtomobilin bir çox şəxs tərəfindən idarə edildiyini, kimsə tərəfindən qoyula biləcəyini ehtimal etdiyini bildirmişdir. Bundan sonra ekspertiza tədqiqatından keçirilməsi üçün qeyd olunan bir ədəd falqalı kağıza bükülmüş ağ kristal rəngdə olan kiçik hissəciklər 200362 №li polietilen paketə qablaşdırılmışdır. (cild İİ, i/v: 88-90) - Təqsirləndirilən şəxs3la keçirilmiş “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində milliyyətcə türk olaraq göstərdiyi şəxsin Təqsirləndirilən şəxs2, milliyyətcə iranlı olaraq göstədiyi digər şəxsin isə Təqsirləndirilən şəxs1 Pılehrood olması müəyyən edilmişdir. (cild İİ, i/v: 96-101) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:16-da şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı avtomobillə otelin binasının qarşısına gəlir. Avtomobilin ön sərnişin hissəsindən şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs1 Pilehrood, arxa hissədən isə Təqsirləndirilən şəxs2 enir, daha sonra Təqsirləndirilən şəxs1 Pilehrood arxa sərnişin hissədən 1 ədəd qara rəngli idman bel-çantasını götürür, Təqsirləndirilən şəxs2 isə əlində ağ rəngdə sellofan torbanı götürür, daha sonra Tehranla birgə otelin binasına daxil olurlar. Saat 01:18-də otelin girişində Tehran qonaqların qəbulu şöbəsinə yaxınlaşır, Təqsirləndirilən şəxs1 Pilehrood və Təqsirləndirilən şəxs2 isə kolidorda olan divanda və kresloda əyləşərək onu gözləyirlər, daha sonra Tehran və otelin işçisi ilə birgə qalacaqları otağa yerləşmək üçün gedirlər. Saat 01:22-də Tehran həmin şəxsləri otağa yerləşdirdikdən sonra otelin işçisi ilə birgə geri qayıdır və oteli tərk edir. (cild İİ, i/v: 174) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:22-də şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs3 binanın qarşısına gələrək ağ rəngli, ön kapotunun üzərində qara rəngli dörd bucaq olan “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsini qarşılayır. Havanın qaranlıq olması səbəbindən nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini dəqiq müəyyən etmək olmur. Nəqliyyat vasitəsindən arxadan şəxsiyyəti istintaqla müəyyən edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehrood, ön hissədən isə Təqsirləndirilən şəxs3 ifadəsinə əsasən “Təbriz” adlı şəxs enir. Nəqliyyat vasitəsini idarə edən şəxs geriyə hərəkət etdirərək uzaqlaşır və kadrdan itir.Daha sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X21, “Təbriz” adlı şəxs binanın girişinə doğru gəlirlər. “Təbriz” adlı şəxsin çiynində 1 ədəd qara rəngli idman çantasının olduğu görünür. Onlar binaya daxil olur, oradan da mənzilə qalxmaq üçün liftə daxil olurlar. Saat 21:08-də “Təbriz” adlı şəxs binadan çıxır və bir neçə dəqiqə sonra geri qayıdır. Saat 21:33də Tehran və “Təbriz” birgə binadan çıxaraq gedirlər. Bir neçə dəqiqə sonra Tehran binaya geri qayıdır. Saat 23:39-da isə “Təbriz” binaya geri qayıdır. Saat 23:48-də “Təbriz” yenidən binadan çıxır və mobil telefonla danışaraq gedir. Saat 23:56-da Tehran əlində mobil telefon binadan çıxaraq gedir. Saat 00:35-də yəni, 40 dəqiqə sonra (yanvarın 11-dən 12-ə keçən gecə) Tehran binaya geri qayıdır. Saat 00:49-da Tehran, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehrood binadan çıxaraq gedirlər. Binaya daxil olarkən “Təbriz” adlı şəxsin çiynində olan çantanı Təqsirləndirilən şəxs2 çiyninə götürdüyü görünür. Həmin saatdan sonra şəxslər binaya geri qayıtmırlar. Video görüntülərdən görünür ki, Tehran, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehrood Tehrana məxsus mənzildə saat 20:22 radələrindən saat 00:40 radələrinə qədər yəni 4 saatdan artıq müddətdə qalmışdırlar. Bu bir neçə saat ərzində Tehran da onlarla birgə mənzildə olmuş, arada bir çıxıb geri qayıtmışdır. Təbriz isə saat 20:22-də onlarla birgə binaya daxil olmuş, saat 21:08-də binadan çıxmış və bir neçə dəqiqə sonra geri qayıtmış, saat 21:33-də yenidən binadan çıxmış və 2 saatdan artıq bir müddətdən sonra yəni, 23:39-da geri qayıdaraq binaya daxil olmuş, 23:48-də isə yenidən binadan çıxaraq getmişdir. Yəni, Təbriz adlı şəxs ümumilikdə 40 dəqiqə binada olmuş, eləcə də sözü gedən mənzildə qalmışdır. Geri qalan müddətdə isə mənzildə Tehran, Yousef və Təqsirləndirilən şəxs2 mənzildə olmuşdur. Bundan başqa Tehran saat 23:56-da əlində mobil telefon binadan çıxaraq getmiş, saat 00:35-də yəni, 40 dəqiqə sonra (yanvarın 11-dən 12-ə keçən gecə) binaya geri qayıtmış, saat 00:49-da isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehroodla binadan çıxaraq getmişdirlər. (cild İİ, i/v: 188-190) - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzindən xx.xx.2022-ci il tarixli, 108-1-20/13-22 №li məktubla daxil olmuş və iş üzrə təqsirləndirilən şəxslər- Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 istifadəsinə olmuş +**********96 saylı mobil telefon nömrəsi və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehroodun istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası ərazisində daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsinə olmuş +**********96 saylı mobil telefon nömrəsindən 01 noyabr 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək olan müddət ərzində 2021-ci ilin dekabr ayında 6 dəfə zəng olunmuş və danışıq aparılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 15:18-də 2 dəfə ***-***-**-** saylı şəhər telefon nömrəsinə, xx.xx.2021-ci il tarixdə saat 14:16-da 2 dəfə ***-***-**-** saylı şəhər telefon nömrəsinə, xx.xx.2021-ci il tarixdə saat 12:41-də yenidən ***-***-**-** saylı şəhər telefon nömrəsinə zəng olunmuş və danışıq aparılmışdır. Təqsirləndirilən şəxs1 Pilehroodun istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsindən 01 noyabr 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək olan müddət ərzində 2022-ci ilin yanvar ayında 1 dəfə danışıq aparıldığı görünür. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 15:48-də Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 Pilehroodun istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsinə zəng olunaraq danışıq aparılmışdır. (cild İİ, i/v: 246) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyindən 001-11231-1222 №li məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-040 nömrəli video müşahidə kameralarının əks olunduğu 1 ədəd HD diskdə olan video görüntülərə baxış zamanı ilk öncə diskə əlavə olunmuş və iş üzrə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət marşrutunu özündə əks etdirən hesabata baxış keçirilmişdir. Hesabatdan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə saat 20:11-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti istiqamətindən Yasamal rayonu, Şərifzadə küçəsi, “Kaktus” restoranı istiqamətində hərəkət edir. Daha sonra istintaq materiallarına və Təqsirləndirilən şəxs3 ifadəsinə eləcə də, video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokola əsasən, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehroodu, həmçinin cinayətkar qrupun Təqsirləndirilən şəxs4 Bakı şəhərinə, konkret olaraq, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanına (“Kaktus” restoranının qarşısına) gətirən ağ rəngli, “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin həmin saatlarda video görüntülərdə olub-olmamasını müəyyən etmək üçün baxış keçirilmişdir. Baxış zamanı ağ rəngli, “Khazar” (Xəzər) markalı ön kapotunun üzərində qara rəngli dördbucaq olan nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:14-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 3 saylı ASAN Xidmət istiqamətindən “Kaktus” restoranı istiqamətində gəlməsi görünür. Havanın qaranlıq olması səbəbindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini görmək mümkün olmur. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokola əsasən həmin nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında binanın qarşısında dayandığı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Pilehrood və Təqsirləndirilən şəxs4 nəqliyyat vasitəsindən endikdən sonra geriyə hərəkət edərək Şərifzadə küçəsinə doğru getdiyi müəyyən olunmuşdur. Növbəti kadrlarda qeyd olunan nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 21:00-da Şərifzadə küçəsi “Kaktus” restoranı ilə üzbəüz yolun kənarında dayandığı müşahidə olunur. Saat 21:39-da Təqsirləndirilən şəxs4 Şərifzadə küçəsində “Kaktus” restoranı istiqamətindən, yəni Tehranın yaşadığı bina istiqamətindən piyada gəldiyi və mobil telefonla danışdığı müşahidə olunur. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da Təbriz və Tehranın saat 21:33-də binadan çıxdığı müəyyən olunmuşdur, dolayısı ilə həmin saatlarda Təbrizin binadan çöldə olması öz təsdiqini tapır. Saat 21:43-də Təbrizin Şərifzadə küçəsində üzü “Kaktus” restoranı və “Khazar” nəqliyyat vasitəsinin dayandığı istiqamətdə yəni, Tehranın yaşadığı bina istiqamətində piyada geri qayıtdığı və əlində bir sellofan paket olduğu görünür. Saat 23:05də Təbrizin Şərifzadə küçəsində dayanan “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağından endiyi görünür. Saat 23:18-dən 23:25-ə dək Təbrizin Şərifzadə küçəsində dayanan “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsindən biraz aralıda dayandığı və mobil telefonla danışdığı görünür. Saat 23:33-də “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin qarşısında başqa bir avtomobilin dayandığı və qarşısında bir şəxsin durduğu görünür. Havanın qaranlıq olması səbəbindən həmin avotombilin markası, nömrəsi və şəxsin üzü görünmür. Saat 23:35-də qeyd olunan avtomobil Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin yanından uzaqlaşır. Saat 23:36-da Təbriz ”Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağından enir. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da Təbrizin saat 23:39-da Tehranın yaşadığı mənzilə geri qayıtdığı, dolayısı ilə həmin müddətə qədər Təbrizin Şərifzadə küçəsində avtomobilin yanında olduğu öz təsdiqini tapır. Saat 23:50-də qeyd olunan ağ rəngli, “Khazar” (Xəzər) markalı, ön kapotunun üzərində qara rəngli dördbucaq olan nəqliyyat vasitəsi dayandığı yerdən 3 saylı ASAN Xidmət istiqamətində hərəkət edərək gedir. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da Təbrizin saat 23:48-da Tehranın yaşadığı binadan çıxaraq getdiyi müəyyən olunmuşdur. Dolayısı ilə Təbrizin binadan çıxdıqdan sonra həmin avtomobilə gəldiyi və avtomobillə birgə oradan uzaqlaşdığı öz təsdiqini tapır. (cild İİİ, i/v: 16-22) - “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin yerləşdiyi ünvan 6 ünvanında olan videonəzarət kameralarından qeydə alınmış görüntülərə baxıış keçirilmişdir, baxış zamanı ağ rəngli, “Khazar” (Xəzər) markalı ön kapotunun üzərində qara rəngli dördbucaq olan nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:16-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 3 saylı ASAN Xidmət istiqamətindən gələrək “Kaktus” restoranından sonra yerləşən Şərifzadə küçəsi 10 ünvanındakı “ATV” kanalının qarşısında dayandığı görünür. xx.xx.2022-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan da qeyd olunan nəqliyyat vasitəsinin həmin tarixdə saat 20:14-də “Kaktus” restoranı istiqamətində gəlməsi və dolayısı ilə bir neçə dəqiqə ərzində oradan keçərək “ATV” kanalının qarşısına gəlib çatması təsdiqini tapır. Nəqliyyat vasitəsi durduqdan sonra ön sərnişin oturacağından Təqsirləndirilən şəxs4 enir və “Kaktus” restoranı istiqamətində piyada geri qayıdır. Saat 20:17-də “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsi də arxada yerləşən “Kaktus” restoranı istiqamətində geri hərəkət edir. Saat 20:18-də “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsi “Kaktus” restoranına çatmamış ara küçəyə daxil olur. Saat 20:21-də ara küçədən çıxaraq “Kaktus” restoranı istiqamətində yəni, Tehranın yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 B ünvanındakı bina istiqamətində getdiyi görünür. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da həmin nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanındakı binanın qarşısında dayandığı müəyyən olunmuşdur. (cild İİİ, i/v: 30-33) - Təqsirləndirilən şəxs1 ilə keçirilmiş xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində “Təbriz” adı ilə göstərdiyi cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs4 olması öz təsdiqini tapmışdır.(cild İİİ, i/v: 81-82) - Təqsirləndirilən Təqsirləndirilən şəxs3la keçirilmiş xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində “Təbriz” adı ilə göstərdiyi cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs4 olması öz təsdiqini tapmışdır. (cild İİİ , i/v: 111-112) - Təqsirləndirilən Təqsirləndirilən şəxs2lə keçirilmiş xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində “Təbriz” adı ilə göstərdiyi cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs4 olması öz təsdiqini tapmışdır. (cild İİİ, i/v: 118-119) - “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-3219/22 nömrəli məktubla daxil olmuş, 1 ədəd CD diskdə pdf formatda 4 ədəd fayllarda Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 noyabr 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü Bakcell MMC-yə aid nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları yer almışdır. Zənglərin məxsusluq tarixçələrinə baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin onun adına qeydiyyatdan keçirildiyi görünür. Daha sonra daxil olan və çıxan zənglərə və SMS mətnlərinə müqayisəli təhlil aparılaraq baxış keçirilmişdir. İlk öncə hadisə baş verdiyi tarixdə yəni, Təqsirləndirilən şəxs3 iş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşıladığı xx.xx.2022-ci il tarixdə səhər saatlarından gecə saatlarına qədər daxil olmuş və çıxan zənglərə, eləcə də SMS mətnlərinə baxış keçirilir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 20 radələri, yəni Təqsirləndirilən şəxs3 iş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşılayaraq ünvan 7 ünvanında yerləşən mənzilinə apardığı və ondan sonrakı saatlarda orada olduqları vaxtlarda Təqsirləndirilən şəxs3 ********** saylı mobil telefon nömrəsi ilə 7 dəfə (20:34-23:41 saatlarında), ********** saylı mobil telefon nömrəsi ilə 2 dəfə, qalan digər nömrələrlə 1 dəfə danışıq apardığı, həmçinin xx.xx.2022-ci il tarixdə saat 22:37-də +**********56 saylı mobil telefon nömrəsindən Tehranın istifadəsində olmuş mobil telefon nömrəsinə “Qaqa sən niyə belə hərəkət eliyirsən ki, biz .... (söyüş ifadə) zad deyiliy. Ayibdiye brat.mənim payımı ver qaqa 2-3 dənə, açarı da götür mən .... (söyüş ifadə) gedim” məzmununda, saat 23:41-də yenə həmin nömrədən “Qaqa çıx açarları verim sənə mənə yol pulu ver ... (söyüş ifadə) gedim” məzmununda SMS mətnlər göndərdiyi müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarında da təsdiq olunmuşdur ki, +**********56 saylı mobil telefon nömrəsindən SMS-lərin göndərildiyi vaxt, yəni xx.xx.2022-ci il 22:37 və 23:41 saatları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında yerləşən mənzilinə külli miqdarda narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsir edən maddələri gətirdikləri saatdan bir neçə saat sonraya təsadüf edir və elə SMS-lərin göndərildiyi vaxtlarda da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 evində olmuşdurlar. +**********56 saylı mobil telefon nömrəsindən yuxarıda göstərilən SMS mətnlərini yazan nömrə ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2021-ci il tarixdən etibarən cəmi 14 dəfə danışıq aparılmışdır, 7 dəfə isə sırf yuxarıda qeyd olunan hadisənin baş verdiyi saatlarda danışıqlar aparılmışdır. Növbəti SMS mətnlərinə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 20:37-də İran İslam Respublikası mobil operatoruna məxsus +**********02 saylı mobil telefon nömrəsindən Tehranın istifadəsində olmuş mobil telefon nömrəsinə “Salam gardaw mali guturdun. 200 q nahwadi 100 q pati dir. Noldu qaqa. Ay gardaw mana bir xabar ver urayim partiyir. San bala gani gavab ver.” məzmununda SMS mətnlər göndərilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan telefon nömrəsi ilə aparılan digər danışıqlarda və SMS mətnlərində iş üzrə əhəmiyyət kəsb edən məlumatlara rast gəlinməmişdir. (cild İİİ, i/v: 147-162) - “Sənədə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus U20226212 №li pasporta baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 məxsus U20226212 №li pasporta sonuncu dəfə xx.xx.2021-ci tarixdə Türkiyə Respublikasının “Kapıköy” sərhəd keçid məntəqəsində X35 Respublikasına çıxışla bağlı möhür vurulmuş, eləcə də İran İslam Respublikasında hicrişəmsi təqvimi ilə həmin tarixə İran İslam Respublikasına girişlə bağlı möhür vurulmuşdur. İnternet məlumatlarına əsasən də qeyd olunan “Kapıköy” sərhəd keçid məntəqəsinin Türkiyənin Van şəhərində İran İslam Respublikası ilə sərhədyanı ərazidə yerləşdiyi müəyən olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 məxsus U20226212 №li pasporta baxış zamanı müəyyən olunmuşdur ki, sonuncu 23 dekabr 2021-ci il tarixdə Türkiyə Respublikasının “Kapıköy” sərhəd məntəqəsində nəzarətdən keçməklə qanuni yollarla İran İslam Respublikasına getmişdir. (cild İİİ, i/v: 251-254) - “Kompüter-texniki ekspertiza disklərinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus “Casper VİA _ P2” markalı və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrooda məxsus “Huawei Honor H60-L04” markalı sensorlu mobil telefon aparatlarının texniki ekspertizadan keçirildikdən sonra MEM-nin xx.xx.2022-ci il tarixli, 5/140 nömrəli rəyinə əlavə olunmuş üzərində “Verbatim” yazısı olan “DVD-R” tipli 3 ədəd optik diskə baxış zamanı, hadisənin baş verdiyi ərəfələrdə olan zənglərə baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokolda zənglərlə bağlı göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. “Журнал просмотра веб-страниц” qovluğunda mobil telefonda hansı internet səhifələrinə daxil olunduğu və axtarış aparıldığı əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən iş üzrə əhəmiyyət kəsb edə biləcək aşağıdakı ünvanlara baxış keçirilmişdir: • xx.xx.2022-ci il tarixdə “əmlak.az” internet səhifəsindən Nəsimi rayonu ərazisində 2 otaqlı mənzil icarəsi ilə bağlı elana baxış keçirilmişdir. İstintaq materiallarına əsasən, qeyd olunan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1la birgə Bakı şəhərində olduqları müəyyən olunmuşdur. • xx.xx.2022-ci il tarixdə “google.com” axtarış saytından manatla bağlı valyuta kursuna, dron aparatlarının qiymətlərinə baxış keçirilmişdir • xx.xx.2022-ci il tarixdə “google.com” axtarış saytından Yardımlı rayonunun Arvana kəndinin peykdən olan görüntüsünə və hava haqqında məlumatına, Masallı bölgəsinin xəritəsinə baxış keçirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 və dolayısı ilə Təqsirləndirilən şəxs1 Pilehroodun ölkə ərazisinə qanunsuz keçməmişdən bir neçə gün öncə cinayətkar fəaliyyətlə bağlı qabaqcadan əlbir olduqları, ölkə ərazisinə qanunsuz keçdikləri ərazinin görüntüsünü, hava məlumatlarını əldə etməyə çalışmaqla daha münasib yerdən və daha münasib vaxtda həmin yerdən keçmələrini planladıqları, eləcə də ifadələrinə əsasən Ənvər və digər şəxslərlə qabaqcadan sövdələşdikləri öz təsdiqini tapmış olur. • xx.xx.2022-ci il tarixdə “google.com” saytından narkotik vasitə bitkisinin, Hollandiyadan “Cannabis” bitkisinin toxumları ilə bağlı axtarış aparılmaqla baxış keçirilmişdir. • xx.xx.2022-ci il tarixdə “obilet.com” internet adresindən Tehran (İran)- Azərbaycan avia bilet qiymətlərinə, “ucuzabilet.com” və “google.com” adreslərindən Naxçıvan-Bakı avia biletlərinin qiymətlərinə baxış keçirilmişdir. • xx.xx.2021-ci il tarixdə “google.com” saytından “kapıköy sınır kapısı iranın neresine çıkıyor haritada göster”, “antalya van uçak bileti” məzmunlarında axtarışlar aparılmaqla baxış keçirilmişdir. İş materiallarından da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 axtarış apardığı tarixdən 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasından quru sərhədlə İran İslam Respublikasına qanuni yollarla getmişdir. • xx.xx.2021-ci il tarixdə “google.com” saytından “antalya iran uçak bileti” məzmununda axtarışlar aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı digər məlumatlarda Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokolda göstərilən xüsusatlar əks olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Pilehrooda məxsus “Huawei Honor H60-L04” markalı mobil telefonun ekspertiza nəticələrini özündə əks etdirən məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus mobil telefon aparatına baxış keçirilməsi haqqında 19 yanvar 2022-ci il tarixli protokolda göstərilən xüsusatlar əks olunduğu, yerdə qalan digər məlumatların iş üzrə əhəmiyyət kəsb etmədiyi müəyyən olundu. (cild İV, i/v: 35- 38) - “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-5412/22 nömrəli məktubla daxil olmuş və iş üzrə həmin tarixdə barəsində axtarış elan edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı optik diskə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs4 iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 00**********05 saylı nömrə, Şahid6 istifadəsində olmuş ********** saylı nömrə və digər nömrələr ilə danışıqlar aparıldığı müəyyən edilir. Cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 cinayətkar qrupun üzvü Sabutər Babayevin göstərişi ilə günorta saatlarında Masallı rayonunda iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı qarşılamış və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3la görüşmək üçün Bakı şəhərinə doğru istiqamət götürmüşdürlər. Təqsirləndirilən şəxs4 anten məlumatlarından da görünür ki, o, həqiqətən də saat 14 radələrindən Masallı rayonunda olmuş, saat 15:48-də həmin ərazidən təqsirləndirilən Təqsirləndirilən şəxs1 00**********05 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Bundan sonra onlar həmin tarixdə yəni, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhərinə çatmış, saat 20 radələrində Bakı şəhərində Yasamal rayonu, Şərifzadə küçəsində iş üzrə digər təqsirləndirilən Təqsirləndirilən şəxs3 onları qarşılamış və yaşadığı mənzilə aparmışdır. Təqsirləndirilən şəxs4 mobil telefon nömrəsinin anten dairəsindən sonuncunun həqiqətən də həmin tarixdə saat 20 radələrindən başlayaraq Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində, eləcə də «Kaktus» restoranının yanında olduğu öz təsdiqini tapmışdır. Bu fakt cinayət işinin digər materialları, həmçinin video görüntülərə baxış keçirilməsi haqqında protokollarla da təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixdə aparılan SMS mətnlərinə baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən yazan şəxslə Təbriz arasında narkotik vasitələrin dövriyyəsi ilə bağlı yazışmalar aparıldığı görünür: ***-***-**-**: Zeng vuracam 1 sata gorsek qaqa deyrem dedem dalmnan usaq kimi gezir deyr kimdi yigan seni deyrsen gotur goreek e bun yanda divan altinan neter gotrum Təbriz : Qaqa tecilidi bakiya cixmaliyam 1 dene 10 olani bidenede pres neterse cixart burdayam, tecili cixmaliyam cox tecili bir saat gecdi ***-***-**-**: Qaqa varyoxunu … (söyüş ifadə) meni gudur basa dus deyrem divan altinan gotre bilmirem Təbriz : Cix picgi tez menen gotur denenki burda tebrizin bicagi var onu gotururem ***-***-**-**: bicaq nedi ne dansirsan deyrem divan altindadi evde neter gotrum deyrsen de tebrizin bicagi Təbriz: Abi burda gozduyurem qurban olum vajnidi ne qeder tez olur ele ayaginin altinda olum yerde qalanida sizin hakki halal xowunuz men tecili bunu goturum cixim bawqa hecne lazim deyil ***-***-**-**: Qaqa yerde qalan zad men hecne isdemirem gotrum ne var verecem nagarsiz edersiz deyrem varyoxuna nehlet gotre bilmirem deyrsen yerde qalani halal xosunuz. bidene mene verdiyin o 4 du ya 5di bukum var o qurtqamn cibindedi obirileri divanin altina atmisam Təbriz : ***-***-**-**: Qaqa axsam gotrub cixarsan budeqe varyoxunu …. (söyüş ifadə) mumkun deyil isdirsensende cix birne deyersen gelib axsam goturer yalanan gozdemen abi sa adam kimi soz deyremki gotre bilmirem dedem deyib nomreni hec kese verme nede kiminse yaninda gormeyim seni sende zirta zirt yigirsan. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb başqa məlumatlar aşkar olunmamışdır. (cild İV, i/v: 42-64) - Şahid6la aparılmış xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Şahid6 ifadəsində “iranlı Yusif” adı ilə göstərdiyi cinayətkar qrupun üzvünün Təqsirləndirilən şəxs1 Pilehrood olması öz təsdiqini tapmışdır. (cild İV, i/v: 81) - Şahid6la aparılmış xx.xx.2022-ci il tarixli “fotoşəkillər əsasında şəxsin tanınması haqqında” protokoldan görünür ki, Şahid6 ifadəsində “türk” adı ilə göstərdiyi cinayətkar qrupun digər üzvünün Təqsirləndirilən şəxs2 olması öz təsdiqini tapmışdır. (cild İV, i/v: 82) - Şahid7lə aparılmış xx.xx.2022-ci il tarixli fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokollardan görünür ki, Şahid7 ifadəsində “Yusif” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Pilehrood olması, “Mehmet” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 olması öz təsdiqini tapmışdır.( cild İV, i/v: 144-147) - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehrooddan aşkar edilərək götürülmüş –arxa hissəsi boz, üst hissəsi yəni, çəkilməsi üçün hansısa əşyanın qoyulduğu hissə qapan hissəsi mavi rəngdə olan 1 ədəd elektron tərəzinin Şahid8 tərəfindən 11 yanvar 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs3 verdiyi tərəzi olduğu və məhz həmin tərəzinin də Tehran tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Pilehroodla birgə sonuncular tərəfindən gətirilmiş narkotik vasitələr və psixotrop maddələrin çəkilməsi üçün istifadə edildiyi təsdiqini tapmışdır. (cild İV, i/v: 200-203) - “Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı aparılmış dəqiqləşdirmələrlə müəyyən olunmuşdur ki, o, iş üzrə digər təqsirləndirilən Təqsirləndirilən şəxs1la birgə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini Yardımlı rayonunun Deman kəndi ərazisindən keçən hissəsindən yox, Yardımlı rayonunun Arvana kəndi ərazisində yerləşən hissəsindən daha dəqiq desək, oradakı yüksəklikdən təxminən 1 saat piyada məsafəsində yerləşən dövlət sərhədinin mühafizə olunan ərazisindən keçməklə ölkə ərazisinə daxil olmuşlar, bundan sonra Yardımlı rayonunun Arvana kəndi ərazisinə, oradan isə qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq iş üzrə Şahid7 evinə gəlmiş və həmin gecəni burada qalmışdırlar, sabahısı gün Şahid7 onları həmkəndlisi və qohumu olan iş üzrə Şahid6 Şahbazəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsilə Masallı rayonu ərazisinə yola salmış və orada cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs4 onları orada qarşılayaraq Bakı şəhərinə gətirmişdir. (cild İV, i/v: 206- 213) - “Təqsirləndirilən şəxs1 Pılehroodun ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı aparılmış dəqiqləşdirmələrlə müəyyən olunmuşdur ki, o, iş üzrə digər təqsirləndirilən Təqsirləndirilən şəxs2lə birgə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Yardımlı rayonunun Deman kəndi ərazisindən keçən hissəsindən yox, Yardımlı rayonunun Arvana kəndi ərazisində yerləşən hissəsindən daha dəqiq desək, oradakı yüksəklikdən təxminən 1 saat piyada məsafəsində yerləşən dövlət sərhədinin mühafizə olunan ərazisindən keçməklə ölkə ərazisinə daxil olmuşlar, bundan sonra Yardımlı rayonunun Arvana kəndi ərazisinə, oradan isə qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq iş üzrə Şahid7 evinə gəlmiş və həmin gecəni burada qalmışdırlar, sabahısı gün Şahid7 onları həmkəndlisi və qohumu olan iş üzrə Şahid6 Şahbazəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsilə Masallı rayonu ərazisinə yola salmış və orada cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs4 onları orada qarşılayaraq Bakı şəhərinə gətirmişdir. (cild İV, i/v: 214-221) - Təqsirləndirilən şəxs4 ilə aparılmış xx.xx.2022-ci il tarixli fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsində “türk” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 olması, “iranlı” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Pilehrood olması, “Tehran” kimi göstərdiyi şəxsin Təqsirləndirilən şəxs3 olması öz təsdiqini tapmışdır. (cild İV, i/v: 257- 262) Şahid1lə aparılmış xx.xx.2022-ci il tarixli fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokollardan görünür ki, Şahid1 ifadəsində “iranlı” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Pilehrood olması, “türk” kimi göstərdiyi şəxsin cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 olması öz təsdiqini tapmışdır. (cild V, i/v: 62-65) - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, K/30/2140 №li məktubdan görünür ki, Azərbaycan Respublikası ilə İran islam Respublikası arasında sərhədin Yardımlı rayonunun Arvana kəndi yaxınlığındakı yüksəkliklərdən keçən hissəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisinə düşür. (cild V, i/v: 73) - Cinayət işi materiallarına əlavə edilmiş “Təhlükəsiz Şəhər Xidmətinin video görüntülərinə yenidən baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 qeyd olunan tarixdə yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3 yaşadığı evə gəlməsi, eləcə də Tehranın gecə saatlarında idarə etdiyi avtomobillə gedib Vurğunu yoldan götürməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmışdır.(cild V, i/v: 75-76) - Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/39 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf polietilen paketdə 2 (iki) ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 815,0 qram; 470,0 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 1285,0 qramdır. QEYD :Marixuanaların ümumi çəkisi – 1285,0 qram (1-2№-li ob.), tədqiqata istifadə olundu cəmi – 0,04 qram ( hər obyektdən 0,02 qram), qalıq – 1284,96 qram. (cild İ, i/v: 120-122) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/241 nömrəli ekspert rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş üzərində DGK-ə məxsus 010075№-li polietilen paketdə bir ədəd bağlamada və bir ədəd üzərində “Black Diamonds” göstəricisi olan bir ədəd dəmir qutuda təmiz çəkiləri ayrı-ayrılqda 95,0 qram,320,0 qram, ümumi təmiz çəkisi 415,0 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.

2. Təqdim edilmiş 18 ədəd ağ rəngli həbdə üzərindəki göstəriciyə əsasən tramadol hidroxlorid təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 4,05 qram təşkil edir.

3. Təqdim olunmuş müxtəlif rəngli ( yaşıl, göy, narıncı, boz, sarı, qırmızı və s.) və müxtəlif formada (əl şəkli, üz şəkli, beşbucaqlı formalı, ulduz formalı və s.) ümumilikdə 433 ədəd həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 104,3 qram olduğu müəyyən edildi.

4. Bir ədəd elektron tərəzidə və dəmir bankada psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələri”-in siyahısına (Siyahı İ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. QEYD: Metamfetaminin təmiz çəkisi - 415,0 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq-414,9 qram. Tramadol həblərinin sayı – 18 ədəd, tədqiqata sərf edildi- 3 ədəd, qalıq 15 ədəd. MDMA – 433 ədəd, tədqiqata sərf edildi- 20 ədəd, qalıq -413 ədəd. (cild İ, i/v: 123-127) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/407 nömrəli ekspert rəyindən görünür ki:

1. Tədqiqata üzərində iki ədəd üzərində DGK-ə məxsus 200364 №-li və 200362 №-li polietilin paketdə və bir ədəd MEM-ə məxsus üzərində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 № 65” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdə olan;

2. DGK-ə məxsus 200362 №-li polietilin paketdə bir ədəd bükümsüz təmiz çəkisi 0,058 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,058 qram olan metamfetamin ilə bir ədəd MEM-ə məxsus kağız paketdə olan iki ədəd bükümdə ümumi çəkisi 414,9 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.

3. Təqdim olunmuş iki ədəd “əl şəkli” həkk olunmuş çəhrayı və sarı rəngli, bir ədəd üz “şəkli” həkk olunmuş çəhrayı rəngli ümumilikdə 3 ədəd həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,669 qram olduğu müəyyən edildi.

4. Təqdim edilmiş bir ədəd üzərində “əl şəkli” həkk edilmiş bir ədəd çəhrayı rəngli həb ilə təqdim edilmiş MEM-ə məxsus kağız paketdə olan 413 ədəd həbdən 21 ədəd üzərində “əl şəkli” həkk olunmuş çəhrayı rəngli həblər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Digər həblər ilə xarici görünüş və komponent tərkibinə görə fərqlidir.

5. Təqdim edilmiş bir ədəd üzərində “əl şəkli” həkk edilmiş sarı rəngli həb təqdim edilmiş MEM-ə kağız paketdə olan 413 ədəd həbdən 19 ədəd sarı rəngli üzərində “əl şəkli” həkk edilmiş həb ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Digər həblər ilə xarici görünüş və komponent tərkibinə görə fərqlidir.

6. Təqdim edilmiş bir ədəd üzərində “üz şəkli”həkk edilmiş çəhrayı rəngli həb təqdim edilmiş MEM-ə məxsus kağız paketdə olan 413 ədəd həbdən üzərində “üz şəkli”həkk edilmiş 41 ədəd çəhrayı rəngli həblər ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Digər həblər ilə xarici görünüş və komponent tərkibinə görə fərqlidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İ) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İ) daxildir. Göründüyü kimi aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və digər səbəblərə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edir. Qeyd:Metamfetaminin təmiz çəkisi -0,058 qram, tədqiqata sərf edildi -0,02 qram,qalıq -0,038. Metamfetaminin ümumi təmiz çəkisi -414,9 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq-414,88 qram MDMA həbləri( iki ədəd çəhrayı rəngli və bir ədəd sarı rəngli) sayı- 3 ədəd, tədqiqata sərf edildi- hər bir həbdən ayrı-ayrılıqda ½ hissəsı,qalıq- hər bir həbdən ½ hissə MDMA həblərinin (sarı rəngli) sayı-21 ədəd,tədqiqata sərf edildi- ½ hissə,qalıq- 20 ədəd və ½ hissə MDMA həblərinin (çəhrayı rəngli) sayı-41 ədəd, tədqiqata sərf edildi-1/2 hissə, qalıq- 40 ədəd və ½ hissə MDMA həblərinin (sarı rəngli) sayı-19 ədəd, tədqiqata sərf edildi- ½ hissə,qalıq- 18 ədəd və ½ hissə/. (cild İİ, i/v: 111-115) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/125 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-çapıcı xassəyə malik baltadır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. (cild İİİ, i/v: 234-237) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 5/141 nömrəli ekspert rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone7” markalı arxa məlumat lövhəsinə görə “A1778” modelli “SİM” danışıq kartı yerləşən yuvada olan “**********08002” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.

2. Təqdim edilmiş “İphone 7” markalı arxa məlumat lövhəsinə görə “A1778” model mobil smartfona istifadəçi tərəfindən tədbiq edilmiş “Menyu” hissəsinə giriş məhdudlaşdıran ekran kilidini keçmək üçün “UFED TOUCH 2”markalı qurğuya qoşulduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi.

3. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone 7” markalı arxa məlumat lövhəsinə görə “A1778” modelli mobil smartfona istifadəçi tərəfindən tədbiq edilmiş “Menyu” hissəsinə girişi məhdudlaşdıran ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın (daxil olan, çıxan zənglər, SMS mətnləri, Whatsapp mesajları, video materiallar, şəkillər, audio yazılar və. s) olub olmaması müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (cild İİİ, i/v: 238-241) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 5/140 nömrəli ekspert rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Casper” markalı “VİA_P2” modelli “**********25521”, “**********25526” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 6.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor”markalı “H60-L04” modelli “**********22695” imei kodlu smartfon hal-hazırda işlək vəziyyətdədir.

2. Təqdim edilmiş “Casper” markalı “VİA_P2” modelli və “Honor” markalı “H60-L04” modelli mobil smartfonların yaddaşlarında toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur.(bax rəyə əlavə olunmuş üzərində “Verbatim” yazısı olan üç ədəd “DVD-R” tipli diskə) (cild İİİ, i/v: 242-246) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 1176 №-li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmə hallarının olduğu, lakin halhazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. (cild İV, i/v: 115-117) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 1624 №-li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. (cild İV, i/v: 118-120) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 1275 №-li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində Təqsirləndirilən şəxs1 Pilehroodda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. (cild İV, i/v: 121-123) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X36 Şəxsin xx.xx.2022-ci il tarixli, 2636 №li Ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild V, i/v: 77-79) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022 tarixli 1289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hərəkətləri Azərbaycan Respublikası CM 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 hazırki vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, həmçinin o, baş vermiş hadisəni düzgün qavrayıb, təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs4 bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosesual fəaliyyət qabiliyyətlidir. (cild V, i/v: 80-83) Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin əməlinə hüquqi qiymət verərkən ən əvvəl qeyd edir ki, dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 32.5, 318.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 32.5, 318.2-ci maddəsi ilə imtina etməsinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində həmin maddələrlə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı ayrıca akt şəklində qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 234.4.1, 234.4.3, 240.2.1 maddələri üzrə təqsirli olması özlərinin qismən etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il Azərbaycan Respublikası Qanununun və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavənin güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram; MDMA psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,03 qram, külli miqdar daxil olmaqla aşağı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na əsasən tramadol hidroxlorid güclü təsiredici maddənin külli miqdar daxil olmaqla aşağı həddi 6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə aşkar edilib götürülmüş metamfetamin və MDMA psixotrop maddəsi, habelə qurudulmuş marixuana narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»da (İ və İİ siyahılar) nəzərdə tutulmuş külli miqdar həddində, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxlorid isə «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na nəzərdə tutulmuş külli miqdar həddindən aşağı çəkidə olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Plenum qərarının 22-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olubolmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin təqsirləndirilən şəxslər K.Yousef və Ç.Mehmet tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə dövlət sərhədini qanunsuz olaraq keçməklə gətirmələri, həmçinin təqsirləndirilən şəxslərin özlərinin də ifadəsindən göründüyü kimi həmin narkotik vasitələri və psixotrop maddələri, eyni zamanda güclü təsir edən maddələri Türkiyə Respublikasında yaşayan Səbutər adlı şəxsin göstərişi ilə əldə etmələri, daşımaları, dövlət sərhədindən qanunsuz olaraq keçirməklə Azərbaycan Respublikasının ərazisinə gətirmələri, aşkar olunmuş dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış maddələrin müxtəlif növlərdən, külli miqdarda olması, həmçinin çəkilib ayrı-ayrı bükümlərə bölünməsi, narkotik vasitələrlə yanaşı tərəzinin və qeyd vərəqəsinin də aşkar olunması, həmin qeyd vərəqəsində narkotik vasitələrlə bağlı müvafiq qeydlərin olması, habelə narkotik vasitələrin satışı ilə bağlı digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də mobil əlaqələri, sms yazışmaları təqsirləndirilən şəxslərin hər birinin həmin narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində bir-birilərini əvvəldən tanımadıqlarını bildirsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin hər biri bir mərkəzdən, yəni Türkiyə Respublikasında yaşayan Səbutər Babayev (iş materiallarında adı Cahandar və Ramazan olaraq da qeyd olunur) tərəfindən idarə olunmuş, təqsirləndirilən şəxslərin hər biri onun göstərişi və tapşırığı əsasında hərəkət etmiş, əvvəldən sona qədər bütün proseslər məhz S.Babayev nəzarətində olmaqla onun tərəfindən yönəldilmişdir. Başqa sözlə təqsirləndirilən şəxslərin hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuş və buna görə də, təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Bundan başqa, məhkəmə əcnəbi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Pilehrood və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, hər iki əcnəbi təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələri və narkotik vasitələri, psixotrop maddələri, güclü təsirli maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmələri həm təqsirləndirilən şəxslərin özlərinin ifadələri, həm şahid ifadələri, həm də “Sərhəd keçmə hesabatı” ilə tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Pilehroodun barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Pilehroodun 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, habelə Şahid7 məhkum olunmasına dair Yardımlı Rayon Məhkəməsinin 1(038)-6/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli hökmü ilə tam təsdiqini tapmışdır. (Hökmün surəti iş materiallarına əlavə edilmişdir) Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrinə ayrı-ayrılıqda qiymət verilməsini də zəruri hesab edir. Məhkəmə əvvəlcə onu qeyd edir ki, təqsirləndirilən şəxslərin hər biri, ələlxsus Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı bir neçə dəfə ifadə vermiş və verdikləri ifadələrin hər biri bir-birindən əsaslı şəkildə fərqlənmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi izahatları və ifadələrində əvvəlcə Təqsirləndirilən şəxs1 Pilehrood tərəfindən girov saxlanıldığını, ölümlə təhdid olunduğunu, bütün təqsirin K.Yousefdə olduğunu, onun təqsirsiz olduğunu bildirsə də, sonradan İran İslam Respublikasında Mehdi adlı şəxs tərəfindən girov saxlanıldığını, Təqsirləndirilən şəxs1 Pilehroodun isə onun həyatını xilas etmək üçün Mehdi və Səbutər adlı şəxslərin narkotik vasitələrin Azərbaycan Respublikasına keçirilməsi ilə bağlı tələblərini yerinə yetirdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrə qarşı olduğu üçün Türkiyədə Mehdinin narkotik vasitə hesab olunan “patı” və “kokos” kimi tanıdığı mallarını yandıraraq məhv etdiyini, ikinci dəfə Yusifin dəvəti ilə İrana gedəndə Mehdiyə ziyan vurması ilə əlaqədar Mehdinin onu girov götürüb pulunu tələb etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəlcə narkotik vasitələrin qəti əleyhinə olan bir şəxs olduğunu bildirsə də, o, öz ifadəsinin davamında guya ağrıkəsici olduğunu zənn edib tramadol həbindən istifadə etdiyini bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun “Galareya” bölməsində şəxsiyyəti məlum olmayan şəxsin Təqsirləndirilən şəxs2 “şüşə” kimi adlandırılan narkotik vasitənin videosunu çəkərək ona atdığı və yüksək keyfiyyətdə bir “şüşə” olduğunu çatdırdığını və Türkiyədə, Azərbaycanda belə bir “mal” tapa bilməyəcəyini və həmin metamfetamin psixotrop maddə olması ehtimal edilən kristal şəkilli maddəni təriflədiyi müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində bir tərəfdən Mehdi adlı şəxsin onun mallarını məhv etməsi ilə bağlı həmin pulları ondan tələb etdiyini bildirsə də, digər tərəfdən ifadəsinin davamında Mehdinin Səbutərin ona borclu qaldığı məbləği ondan tələb etdiyini, o, Səbutərlə əlaqəsinin qalmadığını desə də, onu öldürəcəyi və ya ermənilərə verəcəyi ilə hədələdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində İran İslam Respublikasında Mehdi adlı şəxsin onu girov saxlaması, öldürməklə hədələməsi ilə əlaqədar Azərbaycan Respublikasına keçdikdən sonra Türkiyə səfirliyinə müraciət etmək və səfirliyin yardımı ilə Türkiyə Respublikasına getməyi planladığını bildirsə də, məhkəmə iclası zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Bakı şəhərinə gəlmədən əvvəl Yardımlı rayonunda gecəni Ənvər adlı şəxsin evində qalmış, səhəri gün evə polis gəlmiş, onlar da qaçaq keçdikləri üçün gizlənmiş, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına onu səfirliyə aparmaları ilə bağlı müraciət etməmiş, hətta Bakı şəhərinə də gəldikdən sonra xeyli müddət keçməsinə, Təqsirləndirilən şəxs2 bu müddət ərzində bir neçə ünvanda olmasına baxmayaraq səfirliyə getməmiş və üzrlü səbəbdən Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq keçdiyini səmimi etiraf etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında Mehdi və Səbutər adlı şəxslərin göstərişi ilə narkotik vasitələri onların dediyi yerdən götürdüklərini, açıb çantanın içinə baxmadıqlarını, lakin içində narkotik vasitə olduğunu bildiklərini bildirsə də, sonradan onların ölkəyə marixuanadan başqa narkotik vasitə gətirmədiklərini, bütün narkotik vasitələri Vüqar adlı şəxsə məxsus olduğunu bildirmişdir. Halbuki o, məhkəmə iclasının əvvəllərində öz ifadəsində göstərmişdir ki, Vüqar onların yanına gəldikdən sonra yekun olaraq qaçaqmalçılıq yolu ilə gətirdikləri həmin malları başqa bir ünvana aparıb çatdıracaqları barədə danışmış, narkotik vasitələrdən bir hissəsini özünə götürmüş, daha sonra öz telefonu ilə taksi sifariş etmiş, sifariş olunan taksiyə oturub ona məlum olmayan təyinat məntəqəsinə hərəkət etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məxsus evdən çıxana kimi içərisində narkotik vasitə olan çantanın açılmadığını, Vüqarın adlı şəxsin evinə getdikdə Vüqarın iki ədəd tərəzi gətirdiyini, “malları” çəkdiyini, çantanın ilk dəfə həmin zaman açıldığını və içindəki “mallar”ın çəkildiyini bildirsə də, digər tərəfdən ifadəsində Təqsirləndirilən şəxs3 onları otelə aparan zaman yolda Tehranın dükanını bağlamaq və orada çay içmək üçün dayandıqlarını, Tehranın dükanında olan zaman, maşının yük yerini açdığını, əl çantasından dərman götürüb qəbul etmək istədiyini, əl çantasını açanda çantanın bir gözündə İrandan Azərbaycana keçirdikləri malların bir hissəsini gördüyünü, hətta orada aralarında mübahisə yarandığını, onun çantasına “mal” qoymaları ilə bağlı digər yoldaşlarına irad bildirdiyini, həmin “malları” boşaltdıb, öz həbindən götürüb qəbul etdiyini, yenidən qalan həbləri qaytarıb çantasına qoyduğunu, gətirdikləri narkotik vasitənin əvvəldən axıra qədər qara çantanın içində olduğunu, Vüqarın evində narkotik vasitələri açanda onun da çantasına qoyduqlarını güman etdiyini bildirmişdir. Halbuki, cinayət işinin materialları və təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 evindən çıxıb otelə gedən anadək Vüqar adlı şəxsi görməmiş, Vüqar adlı şəxsin evinə oteldə qaldıqlarının səhəri gün getmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bir tərəfdən İzzət və Orxan adlı adamları tanımadığını, Təqsirləndirilən şəxs1 əvvəllər qanunsuz yolla Azərbaycan Respublikasının ərazisinə keçməsi barədə məlumatının olmadığını bildirmiş, daha sonra ona verilən sualara cavab olaraq Orxan və İzzət adlı şəxsləri tanıdığını, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçməsi barədə məlumatının olduğunu, Orxan və İzzət adlı şəxslərlə Təqsirləndirilən şəxs1 onun əlaqələndirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zidiyyətli, bir-biri ilə məntiqi əlaqəsi olmayan ifadələrini onun özünün təqsirsiz olduğunu sübuta yetirmək çabası kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs3 da özünü təqsirli bilməyərək, digər təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasına nə məqsədlə gəldiklərini bilmədiyini, avtomobilindən aşkar olunmuş həbləri təsadüfən tapdığını, narkotik vasitələrin satışı ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, digər təqsirləndirilən şəxslərin ifadələri, Şahid8 ifadəsi, habelə Şahid8lə Təqsirləndirilən şəxs3 arasında olan sms yazışmaları, bundan başqa şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı tərəfindən ona yazılmış narkotik vasitələrin dövriyyəsinə dair sms yazışmaları ilə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması tam sübuta yetirilmiş və onun məhkəmə iclasında verdiyi ifadəsi tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhələndiyi üçün, evdən çıxmağa bəhanə axtardığını, bu məqsədlə Vurğun adlı işçisini çağırıb guya ona kömək etməli olduğunu deməsini və gəlib onu çağırmasını tapşırdığını, Şahid8 çağırışı ilə evi tərk edib, yenidən geri qayıtdığını və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1ı öz mənzilindən uzaqlaşdırmağa çalışdığı üçün onları aparıb otelə yerləşdirdiyini bildirmişdir. Lakin məhkəmə iclasında ifadə verən digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 mənzilində şərait olmadığını, evdə avtomobil ehtiyat hissələrinin olduğunu, hətta onlara qalmaq üçün normal şərait yaratmaması ilə bağlı Səbutər Babayevə narazılıq etdiklərini, onları otelde yerləşdirməsi üçün onların Tehrandan xahiş etdiklərini bildirdilər. Bundan başqa məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs3 onu “patı” çəkmək üçün onda qalan balaca tərəzisini evinə gətirməsi məqsədi ilə çağırmış və ona yol pulunu, həmçinin “patıdan” istifadə etməsi üçün pay verəcəyini demişdir. Qeyd olunan hal Şahid8lə Təqsirləndirilən şəxs3 arasında olan sms yazışmaları ilə öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 da məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş, qeyri-səmimi ifadələr kimi qəbul edərək, onun ifadəsinə tənqidi yanaşır. Bundan başqa, Təqsirləndirilən şəxs4 də özünü verilmiş ittihamda təqsirli bilməyərək, əvvəllər kriptovalyuta alqı-satqısı ilə bağlı tanıdığı Səbutər Babayevin xahişi ilə əlaqədar digər iki təqsirləndirilən şəxsi Masallı rayonundan Bakı şəhərinə gətirdiyini, həmin şəxslərin üzərində narkotik vasitənin olmasından xəbərsiz olduğunu, heç bir narkotik vasitə əldə etmədiyini və satışı ilə məşğul olmadığını bildirsə də, o, eyni zamanda məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Bakı şəhərinə çatdırdıqdan sonra başının ağrıması ilə əlaqədar Təqsirləndirilən şəxs1 ona narkotik vasitə ilə əlaqədar olmayan ağrıkəsici verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərin üzərindən və çantasından narkotik və psixotrop tərkibli, habelə güclü təsir edən maddələrdən başqa hər hansı bir ağrı kəsici aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 narkotik vasitələrdən və psixotrop maddələrin istifadəçisi olduğunu bildirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslərin üzərində narkotik vasitənin olmasından xəbərsiz olması və onlardan heç bir narkotik tərkibli vasitə almaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa, məhkəmə iclasında elan edilmiş Təqsirləndirilən şəxs4 istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms-lərin məzmununda görünür ki, o, ***- ***-**-** mobil nömrəsinin istifadəçisinə “Təcilidi Bakıya çıxmalıyam, 1 dənə 10 olanı, bir dənə də pres nətərsə çıxart, təcili çıxmalıyam, çox tecili bir saat gecdi; Çıx bıçağı tez məndən götür, denən ki, burda Təbrizin bıçağı var onu götürürəm; “Abi burda gözləyirəm, qurban olum, vajnıdı nə qədər tez olur elə ayağının altında ölüm. Yerdə qalanı da sizin haqqı halal xoşunuz. Men təcili bunu götürüm çıxım başqa heç nə lazım deyil” məzmununda smslər yazmışdır ki, bu da özlüyündə Təqsirləndirilən şəxs4 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını sübut edir. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ibtidai istintaq zamanı təzyiq və fiziki zorakılığa məruz qaldıqlarını bildirərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmədiklərini bildirmiş, məhkəmə qeyd olunan xüsusatların yoxlanılması məqsədi ilə təqsirləndirilən şəxslərin saxlanıldıqları istintaq təcridxanasına sorğu verərək onların adına açılmış şəxsi işi və tibbi kitabçanı əldə etməklə məhkəmə iclasında bilavasitə tədqiq etmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin hər biri istintaq təcridxanasına daxil olarkən onların üzərində tibbi müayinə aparılmış, lakin onların heç birinin üzərində xəsarət aşkar edilməmişdir. Bununla da təqsirləndirilən şəxslərin fiziki zorakılığa məruz qalmaları ilə bağlı ifadələri öz təsdiqini tapmamışdır. Məhkəmə ən nəhayətində qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müxtəlif məzmunda, bir-biri ilə ziddiyyətli ifadələr verməsi, ibtidai istintaq zamanı əvvəlcə təqsiri bir-birilərinin üstünə, məhkəmə istintaqı zamanı isə istintaqla əməkdaşlıq etmiş Vüqar İslamzadənin üzərinə atmaları təqsirləndirilən şəxslərin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Pilehrood 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, habelə Təqsirləndirilən şəxs1 Pilehrood və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə və narkotik vasitələri, psixotrop maddələri, güclü təsirli maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələrində, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda marixuana və heroin narkotik vasitəsini, metamfetamin və MDMA psixotrop maddəsini külli miqdarda, eyni zamanda tramadol həblərini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələri, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 CMnin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələri, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 234.4.1, 234.4.3, 240.2.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində DİN-nin BƏSİİ-də məlumat mövcud deyil. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 himayəsində 06 iyul 2018-ci təvəllüdlü X12 adlı bir azyaşlı uşağı var. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 2-ci Qarabağ müharibəsində iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, habelə “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs4 barəsində təqdim edilmiş travma haqqında arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Suqovuşan istiqamətində “şəraitlə əlaqəli dissosiativ reaksiya, partlayış travması, üzün sol yarısının termiki yanığından sonrakı bərkimiş dəri çapığı” xəsarəti almış və kəllə beyin travması alaraq yaralanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 haqqında təqdim edilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs4 kənddə yaşadığı müddət ərzində özünü həmişə nizam-intizamlı aparmış, yoldaşları arasında özünə hörmət qazanmış və cəmiyyət arasında özünü yaxşı göstərmişdir. Təqsirləndirilən şəxs4a məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində sürücü radiotelefonçu olmuşdur. Təqsirləndirilən şəxs4 atası X3 məxsus xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, X1 ikinci dərəcəli əlilliyi var. Təqsirləndirilən şəxs4 qardaşı X4 məxsus ********** nömrəli xx.xx.2022-ci il tarixli sənədin surətindən görünür ki, X30 müharibəsi iştirakçısı olduğuna görə Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdü alır. Təqsirləndirilən şəxs4 Məhərrəm oğlunun qardaşı X2 0247t nömrəli 30 dekabr 2022ci il tarixli və 1-22241 nömrəli vəsiqələrinin surətindən görünür ki, X6 “hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs4 isə 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, habelə “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olmasını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət və kəllə-beyin travması alaraq yaralanmasını, özündən əlavə qardaşı X2 da Vətən müharibəsi iştirakçısı olmasını, onun da “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, bundan başqa atası X1 ikinci dərəcəli əlil olmasını, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində yuxarıda sadalanan yüngülləşdirici halları məcmu halda qiymətləndirərək, ona cəza təyin edilməsi zamanı xüsusilə həssas yanaşılmasını və ona minimum həddə cəza təyin edilməsinin həm qanunçuluq, həm də ədalət prinsipi baxımından məqsəduyğun olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələri, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələri, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onların hər birinin ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Pilehroodun və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduqları 13 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Pilehroodun və Təqsirləndirilən şəxs2 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarı ilə barələrində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 21 yanvar 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxslərin hər biri qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 2636 №li rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs4 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Pilehroodun və Təqsirləndirilən şəxs2 əcnəbi olmalarını, onların ağır cinayət törətməsini, məhkəmənin onları bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmək qənaətinə gəldiyini nəzərə alaraq, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehroodun və Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus çantadan aşkar edilərək götürülmüş ümumilikdə 415 qram təşkil edən metamfetamin psixotrop maddəsi, 1285 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 104,3 qram təşkil edən 433 həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 həb və 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,058 qram olan metamfetamin psixotrop maddəsi, tərkibindəki MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, ekspertiza tədqiqatlarından sonra 414,88 qram qalan metamfetamin psixotrop maddəsi, 1284,96 qram qalan qurudulmuş marixuana narkotik vasitəsi, 410 həb və 3 ədəd ½ hissə qalan MDMA həbləri, 15 ədəd qalan tramadol həbləri, 0,038 qram qalan metamfetamin psixotrop maddəsi və 3 ədəd hər bir həbdən ½ hissə qalan MDMA həbləri, üzərində toz qırıntıları olan elektron tərəzi, üzərində toz qırıntıları olan tualet kağızına bükülmüş vəziyyətdə dəmir bankanın kəsilmiş hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Honor” markalı “H60-L04” modelli, Təqsirləndirilən şəxs2 məxsus “Casper” markalı “VİA_P2” modelli mobil telefonlar sahiblərinə (və ya nümayəndələrinə) qaytarılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 473.46 (dörd yetmiş üç manat, qırx altı qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Pilehrood və Təqsirləndirilən şəxs2 göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 660 (altı yüz altmış) manat, həmin büronun vəkili Müdafiəçi4 342 (üç yüz qırx iki) manat, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Pilehrood Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 318.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 Pilehrooda qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Pilehrood ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Pilehroodun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Pilehrood barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Pilehrood barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 05 (beş) il 02 (iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş -Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus çantadan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra ümumi çəkisi 414,88 qram qalan metamfetamin psixotrop maddəsi, 1284,96 qram qurudulmuş marixuana narkotik vasitəsi, 410 həb və 3 ədəd ½ hissə qalan MDMA həbləri, 15 ədəd qalan tramadol həbləri, 0,038 qram qalan metamfetamin psixotrop maddəsi və 3 ədəd hər bir həbdən ½ hissə qalan MDMA həbləri, üzərində toz qırıntıları olan elektron tərəzi, üzərində toz qırıntıları olan tualet kağızına bükülmüş vəziyyətdə dəmir bankanın kəsilmiş hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Honor” markalı “H60-L04” modelli, Təqsirləndirilən şəxs2 məxsus “Casper” markalı “VİA_P2” modelli mobil telefonlar sahiblərinə (və ya nümayəndələrinə) qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri 473.46 (dörd yetmiş üç manat, qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 660 (altı yüz altmış) manat, həmin büronun vəkili Müdafiəçi4 342 (üç yüz qırx iki) manat, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar