Məhkəmə qərarları › İş №1(101)-101/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-101/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 6 aya endirilmiş, Salyan rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslərlə barışması, onlara dəymiş zərəri ödəməsi və dövlət büdcəsinə 25 faiz məbləğində pul ödəməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəza çəkməkdən azad olunmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 28 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 29 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 18 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycanlı Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, 28 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 29 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Muhsin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış və sonuncu tərəfindən göndərilmiş külli miqdarda - təmiz çəkisi 815 qram olan narkotik vasitə heroinin və təmiz çəkisi 2985,8 qram olan narkotik vasitə qurudulmuş marixuananın qanunsuz satışını təmin etmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən 57 saylı orta məktəbin yaxınlığında bir ədəd torbada gizlədilmiş yerdən götürüb əldə edərək üzərində saxlamaqla daşıyarkən, 28 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 3 ünvanında yerləşən yol kənarında taksi avtomobilinə minmək istərkən saxlanılıb ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı onun sağ əlində olan ağ rəngli torbanın içərisində 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1091,9 qram, 848,9 qram, 1045 qram olmaqla ümumi təmiz çəkisi 2 kiloqram 985,8 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli selofan bağlamada bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan bükümdə təmiz çəkisi 815 qram olan küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, İran vətəndaşı kimi bildiyi Muhsinlə danışığı həmin gün, yəni tutulduğu gün baş vermişdir, bunu ifadəsində də bildirmişdir. Muhsinlə əvvəlcədən narkotik vasitələrin alışı-satışı ilə bağlı danışığı olmamışdır. Özü narkotik vasitə istifadəçisi də olmamış, ümumiyyətlə spirtli içki belə qəbul etməmişdir. Muhsin gecə vaxtı ona zəng edərək bir adam olduğunu, gedib onunla görüşmək lazım olduğunu, həmin adamın 20.000 manat pul verəcəyini və gedib pulu götürməsini bildirmişdir. O da, sırf pula görə aldanıb həmin yerə getmişdir. Onun həmin işdə başqa marağı olmamışdır. Muhsin ona zəng etmiş, o, Anarla «Montin» dairəsinin yaxınlığında olan 57 saylı məktəbin yanına getmişlər. Anarla birlikdə həmin yerə çatmış və çatdıqdan sonra heç 3 dəqiqə keçməmiş əməliyyatçılar gəlib Anarla onu tutmuşlar. Bu əvvəlcədən qurulmuş bir iş olmuşdur. Sonra onların hər ikisi ayrı-ayrı maşınlarda polis bölməsinə gətirilmişlər. Videoçəkiliş aparılmış və həmin vaxt dövlət tərəfindən ona müdafiəçi təyin olunmuşdur. Ondan üzərində qeyri-qanuni nəsə olubolmaması soruşulmuş, o da, üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Onun cibində telefon, qolunda saatı, boynunda sepi, bir də cibində bank kartı olmuşdur. Pulu da olmuş və həmin pulu da təqdim etmişdir. Telefonu qaytarılmış, saatı ilə sepi isə hələ də polisdədir. Muhsin əvvəllər onunla birlikdə 14 saylı cəzaçəkmə müəsissəsində cəza çəkmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı birinci verdiyi ifadənin ona aid olmadığını, o, həmin məzmunda ifadə vermədiyini, Nərimanov rayonunda müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini, ilkin ifadəni onun vermədiyini, Nərimanov rayon prokurorluğunda Tural Haqverdiyevin qəbulunda olduğunu, orada verdiyi izahatı təsdiq etdiyini, müstəntiqin yanında məcburiyyət qarşısında qalıb sənədləri imzaladığını, kamera görüntülərinin olduğunu, onların oraya necə gətirildiyini həmin kameralara baxıldıqda görünəcəyini, 2016-2019-cu illərdə Muhsinlə birlikdə həbsdə olduğunu, sonra onun İran səfirliyi tərəfindən həmin ölkəyə aparıldığını, özünün əvvəllər dələduzluğa görə həbs olunduğunu, Muhsinin ona tutulmamışdan təxminən 10-15 gün əvvəl zəng etdiyini, Muhsinin ona zəng edərək Bakıda bir nəfərdə pulu olmasını və həmin pulu götürmək lazım olduğunu dediyini, axırıncı dəfə iranlının ona bu məsələ ilə bağlı zəng etdiyini, Muhsin sonuncu dəfə ona Nərimanovda paket olduğunu, gedib onu götürüb aparıb deyəcəyi yerə verməsini, sonra ona 20.000 manat veriləcəyini və həmin pulu da deyəcəyi yerə çatdırmasını təklif etdiyini, paketi hara verəcəyini demədiyini, o, həmin yerə Anarla getsə də, Anarın bu işin detallarını bilmədiyini, Anara Nərimanovda nəsə olması və onu götürməyə getmələrini bildirdiyini, orada bir kibrit qutusu narkotik ola biləcəyini fikirləşdiyini, lakin oraya çatanda bir kisə narkotik olduğunu gördüyünü, onlar narkotik vasitəni götürmədiklərini, narkotikə çatmağa 4-5 metr qalmış polis əməkdaşları tərəfindən tutulduqlarını, polis idarəsinə aparılanda onlara təsir və təzyiq olduğunu və döyüldüklərini, lakin bununla bağlı şikayətinin olmadığını, Muhsinlə danışandan 20 dəqiqə sonra deyilən yerə gəldiklərini, təxminən 8-9 dəqiqə orada qaldıqlarını, polis əməkdaşları telefonuna gələn narkotikin şəklini gördüyünü, narkotik vasitələri həmin yerə kimin qoyduğunu bilmədiyini, növbətçi hissədən çıxanda polisin onu vurduğunu və həmin vaxt pilləkəndan yıxıldığını, Anara nəşə dalınca getdiyini dediyini, təcridxanaya daxil olan zaman üzərində olan xəsarətlərin göründüyünü və xəsarətlə bağlı prokurorluq əməkdaşlarının onun izahatını almadıqlarını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, heç vaxtı narkotik vasitələrinin satışı ilə məşğul olmamış, narkotik vasitələr qəbul etməmişdir. Onu bu cinayətə təhrik edən şəxslərin müəyyən olunub cəzalandırılmasını xahiş edir. Çünki belə olmadığı halda, narkotik vasitə qəbul etməyən, heç vaxt onun satışı ilə məşğul olmayan şəxslər Muhsin kimi adamların qurduğu tora düşə biləcəklər. Təqsirləndirilən şəxs2 ifadəsində həqiqətən Muhsin adlı tanışının olduğunu, 2016-2017-ci ildə 14 saylı CCM-də cəza çəkərkən onun da orada cəza çəkdiyini, bir müddət İran səfirliyi onu İrana apardığını, bundan sonra onunla heç bir əlaqəsi olmadığını, Muhsin ona tutulduğu gündən təxminən 15 gün əvvəl zəng edərək tanışlıq verdiyini, ona Günəşlidə bir nəfərdə ona çatası pul olduğunu, həmin şəxsin onun pulunu gecikdirməsini dediyini bildirmişdir. Ondan türmə yoldaşı kimi onunla görüşüb pulu ondan alıb Dərnəgül bazarında onun tanışına verməsini xahiş etmişdir. Hətta həmin şəxsin mobil nömrəsini də ona vermiş, nömrəni unutmuşdur. O da, həmin borcu alıb Dərnəgül bazarında Muhsinin dediyi adama vermişdir. O da, bir türmə yoldaşı kimi onun xahişini yerinə yetirmiş, həmin vaxtdan Muhsinin onunla telefon əlaqəsi olmamışdır. Onun telefon nömrəsini telefonun vatsap proqramına daxil etmişdir. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində 27 iyun 2023-cü il tarixdə Muhsinin ona saat 00-00 radələrində vatsap proqramından zəng etdiyini, ona konum atacağını, konumdakı əmanəti götürməyi və ona deyəcəyi adama verməsini, bunun qarşılığında ona 20 min manat veriləcəyini və onu deyəcəyi adama verməsini demişdir. Həmin vaxta kimi bu barədə aralarında hər hansı bir söhbət olmadığını bildirmişdir. Bu təklif onu şirnikləndirmiş, buna görə də onunla razılaşmışdır. O, tanışı, həm də qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 zəng edərək ona belə bir söhbət olduğunu demiş, telefondakı konum və şəkli ona göndərmişdir. Montində 57 saylı məktəbin arxa hissəsində məkana taksi çağırdığını, gedib malı götürməsini bildirmişdir. Saat 01-53-də o, «Bolt» taksi sifariş vermiş, «Toyota Prius» markalı **-OM-*** dövlət qeydiyyat nişanlı maşın gəlmişdir. Bu zaman Anar içərisində narkotik olan torbanı götürüb konumun olduğu yerdən taksiyə yaxınlaşdıqda milki geyimli şəxslər onların üzərinə silah çəkərək yerə uzanmalarını tələb etmiş və onları 18-ci Polis şöbəsinə gətirmişlər. Orada protokol tərtib edilərək onların tutulmalarını sənədləşdirmişlər. Bu gedişat onu göstərmişdir ki, Muhsin adlı şəxs polislə əlbir olmuşdur. Onunla konum atıb danışandan sonra polisə məlumat vermişdir. Muhsinin ona zəng etməsi ilə polisin onları tutması təxminən 2 saat ərzində olmuşdur. Bu hal onu təsdiq edir ki, Muhsin onu cinayətə təhrik etdikdən sonra dərhal polis işçiləri ilə danışıb həmin konumu da onlara göndərmişdir. O, Muhsin adlı şəxslə yanaşı, narkotik torbasını ora qoyan Muhsinlə telefon əlaqəsi saxlayan, bu qurma işi görən şəxslərin tuduğu vəzifəsindən aslı olmayaraq müəyyən edilməsini, onların barəsində qanuni tədbir görülməsini istəyir. Muhsin adlı şəxsin Vatsap nömrəsi bəlli olmuş, nömrəsi onun telefonunda olmuşdur. Lakin Təqsirləndirilən şəxs2 ilkin ifadəsində Təqsirləndirilən şəxs1lə eyni məhəllədə yaşadığını, uşaqlıqdan bir-birini tanıdığını, iranlı “Muhsin” adlı şəxsi isə 2 ilə yaxın müddətdə tanıdığını bildirmişdir. Muhsini ortaq dostu, anket məlumatlarını dəqiq bilmədiyi Həci adlı şəxsin vasitəsilə ilə tanımışdır. 27 iyun 2023-cü il tarixdə saat təxminən 00:00 radələrində Muhsin bir daha ona zəng etmiş, ona şəkil alacağını, həmin yerdə narkotik vasitə 3 kiloqram marixuana və 1 kiloqram heroin olduğunu bildirmişdir. Daha sonra ona həmin narkotik vasitənin olduğu yerin məkanını “whatsapp” tətbiqinə atmış, onları götürüb sonra satışını təşkil etmələrini və pul qazanacaqlarını bildirmişdir. O, təklifi qəbul etmiş, məhəllədə Təqsirləndirilən şəxs1 yaxınlaşmış və belə bir işin olduğunu, Muhsinin ona səs atdığını, “gedin məkan atdığım yerdən narkotik vasitələri götürün satın və pulunu yarı bölərik” dediyini bildirmişdir. Anar da onunla razılaşmışdır. İranlı onun telefonuna Nərimanov rayonunda “Montin” adlanan yerə 57 saylı tam orta məktəbin arxası hissəsinin məkan yerini göndərmiş və sonra o, Anarla birlikdə taksiyə əyləşib həmin narkotik vasitəni götürməyə yollanmışlar. Məktəbin yanına çatdıqda, o, taksi sürücüsünə 4 manat gediş haqqı vermiş və taksi getmişdir. O, Anara narkotik vasitənin ağ rəngli torbanın içərisində məktəbin arxasında kolluqda olduğunu bildirmişdir. Anara “sən həmin yerə yaxınlaş axtar, mən isə taksi çağırdacam, həm də göz qulaq olum” demişdir. Razılaşdıqdan sonra o, “Bolt” taksi tətbiqi vasitəsi ilə evə getmək üçün saat 01:53 radələrində taksi sifariş vermiş, «Toyota Prius» markalı, **-OM-*** dövlət nömrə nişanlı taksi gəlmişdir. Bu zaman Anar içərisində heroin və marixuana olan torbanı götürmüş və onlar taksiyə yaxınlaşıb torbanı taksiyə qoymaq istəyərkən mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Polis əməkdaşları Anardan əlindəki torbada nə olduğunu soruşduqda, Anar torbanın içərisində narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşları onları saxlayıb 18-ci polis şöbəsinə gətirmişlər. Təhqiqatşı tərəfindən onlar şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. O, üzərində qanunsuz hər hansı əşya olmadığını bildirib şalvarın sağ yan cibindəki 16 manat pulu, özünə məxsus 4169 7388 7900 7379, 4169 7377 0068 6054, 4098 5844 9214 3738 saylı bank kartlarını, şalvarının sol yan cibindən Samsung A52 markalı mobil telefonu, sol qolundakı “Hublot” markalı saatı, boynundakı sarı rəngli boyunbağını çıxarıb təqdim etmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və onlar tərəfindən imzalanmışdır. O, “Muhsin” adlı şəxsin anket məlumatlarını, yaşadığı ünvanı bilməmiş, onu görməmişdir. «Muhsin»dən narkotik vasitəni götürməsində məqsədi Anarın müştəri tapmalı olduğunu, satıb maddi gəlir əldə etməli olduğunu bildirmişdir. Lakin ilkin olaraq ona bu işdə nə qədər pul çatacağını nə Anarla, nə də ki, Muhsinlə danışmamışdır. Polis bölməsində şəxsi axtarışdan sonra aşkar edilmiş marixuananın çəkisinin 2 kiloqram 985,8 qram, heroinin çəkisinin isə 815 qram olduğunu bilmişdir. Onun və Anarın məqsədi narkotikin satışını həyata keçirmək, əldə olunacaq pulu isə iranlı ilə birlikdə üçü arasında bölmək olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan və şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. O, səmimi olaraq hər şeyi etiraf etmiş, törətdiyi əmələ görə peşman olmuşdur (cild 1, iş vərəqi 141-144). Təqsirləndirilən şəxs2 elan olunmuş dindirmə protokollarındakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadələri oxumadan imzaladığına görə təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir gün Elşən onunla telefon əlaqəsi saxlamış və ondan evdə olub-olmadığını soruşmuşdur. O, Elşənə evdə olduğunu bildirmişdir. Elşən ondan maşınla olub-olmadığını soruşmuş, o isə, maşınsız olduğunu demişdir. Təxminən 10 dəqiqədən sonra Elşən yenidən ona zəng edərək taksi ilə gəldiyini, Montinə gedib narkotik götürəcəyini, ona da bir çəkimlik marixuana verəcəyini bildirmişdir. O, Elşənlə razılaşmış və Elşənin dediyi yerə getmişlər. Narkotik vasitəni götürməyə macal tapmamış polis əməkdaşları yaxınlaşıb onları saxlamışlar. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 Elşənin ona həmin yerə bir kibrit qutusu narkotikə görə getdiklərini dediyini, onun özünün isə bir çəkimlik narkotik üçün getdiyini, dövlət tərəfindən təyin olunmuş müdafiəçinin baxış zamanı onun yanında olmadığını, baxış keçirilən zaman polis əməkdaşlarının dediyi məzmunda izahat verdiyini və bunu polis işçilərinin onların evinə getməmələri üçün etdiyini, narkotik vasitə olan torbanı məktəbin arxasında tapdığını, onları isə binanın arxasında saxladıqlarını, saxlanılan vaxt onların üzərində başqa narkotik vasitə olmadığını, onlar həmin yerə gələndən 5-6 dəqiqə sonra polis əməkdaşlarının gəlib onları tutduqlarını, Elşənin “Muhsin» barədə ona heç bir şey demədiyini, onun üzərində telefon olduğunu və polis əməkdaşlarının ona baxış keçirdiklərini, taksi əvvəlcə Elşəni götürdüyünü, daha sonra isə gəlib onu götürdüklərini, müstəntiqə də məhkəmədə verdiyi kimi ifadə verdiyini, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını, narkotik vasitələrdən istifadə etdiyini, əməlindən peşman olduğunu və özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, İİ Qarabağ müharibəsində iştirak etmişdir. Onun müharibədən sonra psixoloji problemləri olduğuna görə ara-sıra narkotik vasitə olan marixuana istifadə etmiş, çox gərgin olduğu zamanlar marixuana istifadə etdikdən sonra bir qədər sakitləşmişdir. Təqsirləndirilən şəxs2 onunla eyni məhəllədə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Elşən ***-***-**- ** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona marixuana olduğunu və gedib “Montin” adlanan yerdən marixuananı götürmək lazım olduğunu demişdir. Onlar məhəllədə görüşmüş, Elşən ona Montində 57 saylı məktəbin yanında ağacın dibində marixuana olduğunu, birlikdə gedib onu götürmələrini, ona istədiyi qədər narkotik verəcəyini demişdir. Razılaşdıqdan sonra “Prius” taksi çağırmış və taksiyə əyləşmişlər. “Montin” adlanan yerdə taksidən düşmüşlər, bu zaman Elşən ona istifadə etdiyi mobil telefonunda torbadakı kolluğun arasında qoyulan marixuananın yerini göstərərək onu tapmaqda köməklik etməsini demişdir. Bundan sonra onlar torbanı axtarmağa başlamış, həmin yer işıqlı olmuşdur. Planları belə olmuşdur ki, Elşən taksi sifariş versin, o, torbanı tapana kimi taksi gəlsin ki, onlar orada əlavə vaxt itirməsinlər. 57 saylı tam orta məktəbin arxasında olmuşlar, o, torbanı kolluğun arasında axtarmış, Elşən isə artıq başqa bir taksi sifariş verib onu gözləmişdir. O, torbanı orada kolluğun arasından tapdığını bildirmişdir. Torbanı əlinə götürəndə Elşənə “Ay Elşən, burda çəki çoxdur, sən mənə bu qədər çəki olacağını deməmişdin” bildirmiş, Elşən isə ona “tez elə taksi çatır, götürmüsən çıx gedək” demişdir. Lakin torbanın içərisini açıb baxmamışlar. Elşənin sifariş verdiyi «Toyota Prius» markalı, **-OM-*** dövlət nömrə nişanlı taksi gəlmişdir. O, taksiyə yaxınlaşıb torbanı taksiyə qoymaq istəyərkən onlara mülki geyimli şəxslər yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib burada nə etdikləri barədə suallar vermiş, onlar taksi gözlədiklərini demişlər. Polis əməkdaşları ondan əlindəki torbada nə olduğunu soruşduqda, o, səmimi etiraf edərək torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onları saxlayıb 18-ci polis şöbəsinə gətirmişlər. Təhqiqatşı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təyin olunmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, sağ əlində olan ağ rəngli torbanı könüllü olaraq təqdim etmiş, torbanın içərisində 3 ədəd selofana bükülmüş, içərisində ot halında, spesifik qoxuya malik kütlə və 1 ədəd selofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Bundan başqa əynində olan qara rəngli şalvarının sol yan cibində Samsung A12 markalı mobil telefon, 30 qəpik pul, sol qolunda isə “Mini Focus” markalı saat olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və yaxud üzərinə şəxsi axtarış keçirilən vaxtı onlara qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. O, səmimi olaraq hər şeyi etiraf etmiş, törətdiyi əmələ görə peşmandır, heç vaxt narkotik və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqi 118-121, cild 2, iş vərəqi 119-123). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin ifadə ilə razılaşmasına səbəb polis əməkdaşlarının onların dedikləri ilə razılaşmadığı halda, evindən də narkotik çıxaracaqlarını demələri olmuşdur. O da, polis işçiləri onun evinə getməsinlər deyə, onların dedikləri ilə razılaşmışdır. İfadəsi müstəntiq tərəfindən yazılmış və onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Həmin gün sifariş əsasında birlikdə "Montin" adlanan yerə getmişdir. Sifariş olunan yerə çatanda polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt hava qaranlıq olduğundan saxlanılan şəxslərin əllərində nə olduğunu görməmişdir. O, maşından düşəndə polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşlarının da maşını orada olmuş, lakin neçə nəqliyyat vasitəsi ilə gəldiklərini bilməmişdir. O, təxminən 5 dəqiqə həmin yerdə qalmışdır. Polis əməkdaşları həmin şəxsləri narkotik vasitələrə görə saxladıqlarını bildirmişlər. Narkotik vasitənin nəyin içində olduğunu görməmişdir. Sonra polis əməkdaşları onu da polis bölməsinə aparmışlar. O, həmin yerdə narkotik vasitə görməmişdir. Həmin yerə maşınla gəlmiş, maşından düşəndə müştəri maşına yaxınlaşmışdır. Təqsirləndirilən şəxslər saxlanılan vaxt o, maşında olmuşdur. Həmin şəxsləri sonra polis bölməsində görmüşdür. Polis əməkdaşları təqsirləndirilən şəxsləri başqa maşında, onu isə başqa maşında bölməyə aparmışlar. İfadələri arasında ziddiyyətlər olduğuna görə Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, o, «Toyota Prius» markalı **-OM-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyət ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində ona “Bolt” taksi tətbiqində sifariş verilmiş, o, “Montin” adlanan yerə getmişdir. 57 saylı tam orta məktəbin arxasında sifarişi götürmüş və “Montin” qəsəbəsinə gəlmişdir. Orada əvvəllər tanımadığı 2 nəfər cavan oğlanın ona tərəf yaxınlaşdığını görmüş, onlarının birinin əlində bir ədəd ağ rəngli torba olmuşdur. Həmin şəxslər onun avtomobilinə yaxınlaşan zaman bir necə mülki geyimli şəxslər onlara yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslərin kimlikləri barədə sorğu-sual etdikdən sonra onları saxlayıb 18-ci Polis şöbəsinə aparmışlar. O, həmin şəxsləri tanımamış, ilk dəfə onları müştəri qismində görmüşdür. Əllərindəki torbada nə olduğunu bilməmişdir (cild 1, iş vərəqi 214-216). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 həmin ifadəni təsdiq etdiyini, ifadəsinin doğru yazıldığını, həmin şəxslərdən birinin əlində selofan torba olduğunu xatırladığını, lakin torbanını rəngini və həmin torbanı kimin apardığını xatırlamadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, hadisə günü gecə "Montin" qəsəbəsində xidmət aparan zaman iki nəfərin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar. Həmin vaxt şəxslərdən birinin əlində ağ selofan torba olmuşdur. Həmin vaxt orada bir taksi də dayanmışdır. Onlar şübhəli şəxsləri saxladıqdan sonra əlində torba olan şəxsdən torbanın içində nə olduğunu soruşmuş, o da, narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsləri 18-ci Polis şöbəsinə gətirib təhqiqatçıya təqdim etmişlər. Şəxsin üzərinə baxış zamanı külli miqdarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmin şəxslər polis şöbəsində narkotik vasitəni İran vətəndaşı ilə əlaqə qurub götürdüklərini bildirmiş və onların buna dair yazışmaları da olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran şahid Əli Həmbətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin vaxt Rauf, Müşviq və Fariz adlı əməkdaşlarla xidmətdə olduqlarını, şübhəli şəxslərə yaxınlaşanda əllərində ağ torba olmasını gördüyünü, narkotik vasitənin Anarın əlində olduğunu, təqsirləndirilən şəxslərə qarşı heç bir təsir və təzyiq olunmadığını, narkotik vasitə ilə bağlı onlarda əvvəlcədən məlumat olmadığını, hadisə yerinin 57 nömrəli məktəbin yaxınlığı olduğunu, həmin şəxslərin saxlanıldığı saatı dəqiq xatırlamadığını, torbanı haradan götürdüklərini görmədiyini, həmin vaxt onlar ərazidə piyada xidmət apardıqlarını, təqsirləndirilən şəxslərin yanaşı hərəkət etdiklərini, onların "Prius" markalı maşınla aralarında 6-10 metr məsafənin olduğunu, həmin şəxslərə yaxınlaşan zaman Anardan soruşduqda, sonuncu, əlindəkinin narkotik vasitə olduğunu bildirdiyini, lakin əlində olan narkotik vasitənin növünü soruşmadıqlarını, digər halların araşdırlması ilə bağlı həmin şəxsləri təhqiqatçıya təhvil verdiklərini, hadisə yerində torbanın içinə baxmadıqlarını, Anarın sumkanın içində narkotik vasitənin hansı növünün olduğunu demədiyini, Muhsin adlı şəxs barəsində onlarda məlumat olmadığını, həmin vaxt onun istifadəsində 050 ***-**-** saylı mobil nömrə olduğunu, Anarın narkotik vasitəni haradan götürdüyünü və haradan əldə etməsini bilmədiyini, Anarın narkotik vasitəni "Montin" qəsəbəsində 57 nömrəli məktəbin yanından götürdüyünü bildirdiyini, təqsirləndirilən şəxslərin şəxsi axtarışının videoçəkilişlə həyata keçirildiyini və həmin vaxt saxlanılan şəxslərin narkotik vasitəni iranlıdan aldığını dediklərini, taksi sürücüsünü ayrı maşınla şöbəyə apardıqlarını, narkotik vasitənin Anarın özündə qaldığını və sonra onları şöbəyə apardıqlarını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 və Şahid4, həmin şöbənin sahə rəisi X3 şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 iyun 2022-cü il tarixdə saat 02-00 radələrində ünvan 4 ünvanda yerləşən 57 saylı orta məktəbin yaxınlığında saxlanılmaları, həmin şəxslərin Nərimanov RPİ, 18-ci Polis şöbəsinə gətirilmələri və üzərinə şəxsi axtarışların keçirilməsi, bu zaman narkotik vasitələrin aşkar olunub götürülməsi zamanı iştirak etdiklərini bildirib, həmkarları Şahid2 məhkəmədəki ifadəsi ilə bağlı oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan ifadənin yerində yoxlanılmasına dair 29 iyun 2023-cü il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 28 iyun 2023-cü il tarixdə narkotik vasitəni ünvan 4 ünvanda yerləşən 57 saylı orta məktəbin arxa hissəsində kolluğun içərisində aşkar edib götürdüyünü, sonra yol kənarında onu gözləyən Təqsirləndirilən şəxs2 yanına gəldiyini və sifariş olunmuş taksi maşınına içərisində narkotik vasitə olan torbanı qoymaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək, hadisə yerində şərh etməklə ətraflı ifadə vermişdir. İfadənin yerində yoxlanılmasına dair fotoşəkil çəkilərək istintaq hərəkəti protokoluna əlavə edilmişdir (cild 1, iş vərəqi 188-190). İşdə olan ifadənin yerində yoxlanılmasına dair 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 28 iyun 2023-cü il tarixdə iranlı “Muhsin” tərəfindən göndərilmiş narkotik vasitənin ünvan 4 ünvanda yerləşən 57 saylı orta məktəbin arxa hissəsində kolluğun içərisində gizlədildiyini, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə həmin yerə gedərək, sonuncu tərəfindən həmin narkotik vasitənin aşkar edilib götürüldüyünü, sonra Anarın onun yanına gəldiyini, Anarın sifariş olunmuş taksi maşınına içərisində narkotik vasitə olan torbanı qoymaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 191-193). Cinayət işində olan şəxsi axtarış və götürmə keçirilməsinə dair 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs1 sağ əlində olan ağ rəngli torbanı könüllü təqdim edərək, torbanın içərisində 3 ədəd selofana bükülmüş içərisində ot halında olan kütlə və 1 ədəd selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 28 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində İran İslam Respublikasının vətəndaşı “Muhsin” adlı şəxsin X4 məxsus «Samsung A52» markalı mobil telefonda istifadə edilən 055 ***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqinə məkan olaraq göndərdiyi ünvan 7 ünvanının qarşısından torbanın içərisində olan narkotik vasitəni götürmək üçün gələrkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra görüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 30-31). Cinayət işində olan şəxsi axtarış və götürmə keçirilməsinə dair 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş istintaq hərəkəti zamanı qanunsuz saxlanılan hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 28 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində İran vətəndaşı “Muhsin” adlı şəxsin ona məxsus «Samsung A52» markalı mobil telefonda istifadə edilən 055 ***-**-** saylı mobil nömrəsinə “whatsapp” tətbiqinə məkan olaraq göndərdiyi ünvan 7 ünvanının qarşısından torbanın içərisində olan narkotik vasitəni götürmək üçün Təqsirləndirilən şəxs1lə birlikdə getdiyini, narkotik vasitə olan torbanı götürdükdən və onları gözləyən taksi maşınına əyləşmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir (Cild 1, iş vərəqi 60-61). Cinayət işinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında 29 iyun 2023-cü il tarixli protokola əsasən, həmin disklərdə olan videogörüntülərin Təqsirləndirilən şəxs1 və X2 üzərinə şəxsi axtarış aparılması haqqında protokollarda qeyd olunanlarla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (Cild 1, iş vərəqi 122). Ambulator məcburi-narkoloji ekspertizasının 21 iyul 2023-cü il tarixli 4640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 50-51). Ambulator məcburi-narkoloji ekspertizasının 21 iyul 2023-cü il tarixli 4632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 48-49). Məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli 7/942 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1091,9 qram, 848,9 qram və 1045,0 qram, ümumi çəkisi 2985,8 qram olan bitki mənşəli kütləllər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Cild 1, iş vərəqi 80-83). Məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2023-cü il tarixli 6/3561 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün 224» saylı dairəvi möhür əksləri olan, “ Şübhəli şəxs Təqsirləndirilən şəxs1 “imza”...sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli selofan bağlamadakı 1 (bir) ədəd üzəri yapışqan lentlə sarılmış selofan bükümdə təmiz çəkisi 815 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (Cild 1, iş vərəqi 76-80). İbtidai istintaq orqanının 14 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş ümumi çəkisi 2985,8 qram (2kq 985,8 qram) olan bitki mənşəli kütləllər - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli selofan bağlamadakı 1 (bir) ədəd üzəri yapışqan lentlə sarılmış selofan bükümdə təmiz çəkisi 815 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2 kq 985,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 814,950 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 2, iş vərəqi 59-73). İş üzrə taksi sürücüsü Şahid1 tərəfindən təqdim edilmiş taksi sifarişi ilə bağlı mobil telefonunda aparılmış qeydlərə dair 2 ədəd çıxarışa keçirilmiş baxış protokolundan görünür ki, 28 iyun 2023-cü il tarixdə saat 01-53 dəqiqədə Yasamal rayonu, Yeni Yasamal, «Gülüstan» şadlıq sarayından Nərimanov rayonu, İsmayıl Hidayətzadə, 3 ünvanına taksi sifarişi qəbul edilmişdir. Həmin çıxarışlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 86-88, cild 2, iş vərəqi 59-73). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2023-cü il tarixli 1936 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və ya sair psixi xəstəlik aşkar olunmur. Onun ictimai təhlükəli əməli törətdiyi zaman onda xronuki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və sair hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir (Cild 2, iş vərəqi 45-47). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 avqust 2023-cü il tarixli 2294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və ya sair psixi xəstəlik aşkar olunmur. Onun ictimai təhlükəli əməli törətdiyi zaman onda xronuki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və sair hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir (Cild 2, iş vərəqi 98-100). Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonda olan məlumatlara baxış protokolundan görünür ki, mobil telefonun yaddaşında olan «vatsap» saytında Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə şəxsiyyəti məlum olmayan “Mushin” adlı şəxsin 98 933 ***-**-** saylı nömrəsi ilə 27 iyun 2023-cü il tarixdə əlaqə saxlanıldığı müəyyən edilmişdir (Cild 2, iş vərəqi 124). İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən qismən səfərbərliklə orduya çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi, həmçinin N nömrəli hərbi hissənin tabeliyində olan bölmənin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etmişdir. Müharibə iştirakçısı kimi Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvüdür (cild 1, iş vərəqi 221-230). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (Cild 1, iş vərəqi 217). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 6 aya endirilmiş, Salyan rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslərlə barışması, onlara dəymiş zərəri ödəməsi və dövlət büdcəsinə 25 faiz məbləğində pul ödəməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəza çəkməkdən azad olunmuşdur (Cild 1, iş vərəqi 217). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər mülkiyyət əleyhinə cinayət törədilməsinə görə məhkum edilsə də, sonradan zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən məhkəmənin qərarı ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Buna görə də, o, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, İran vətəndaşı kimi tanıdğı Muhsinlə əvvəlcədən narkotik vasitələrin alışısatışı ilə bağlı danışığı olmadığını, Muhsinin gecə vaxtı ona zəng edərək bir adam olduğunu, gedib onunla görüşmək lazım olduğunu, həmin adamın 20.000 manat pul verəcəyini və gedib pulu götürməsini bildirdiyini, o da, sırf pula görə aldanıb həmin yerə getdiyini, onun həmin işdə başqa marağının olmadığını, Anarla birlikdə həmin yerə çatdıqdan sonra heç 3 dəqiqə keçməmiş əməliyyatçılar tərəfindən tutulduqlarını, bunun əvvəlcədən qurulmuş bir iş olduğunu, ibtidai istintaq zamanı birinci verdiyi ifadənin ona aid olmadığını, o, həmin məzmunda ifadə vermədiyini, müstəntiqin yanında məcburiyyət qarşısında qalıb sənədləri imzaladığını, 2016-2019-cu illərdə Muhsinlə birlikdə həbsdə olduğunu, sonra onun İran səfirliyi tərəfindən həmin ölkəyə aparıldığını, özünün əvvəllər dələduzluğa görə həbs olunduğunu, Muhsinin ona tutulmamışdan təxminən 10-15 gün əvvəl zəng etdiyini, Muhsin sonuncu dəfə ona Nərimanovda paket olduğunu, gedib onu götürüb aparıb deyəcəyi yerə verməsini, sonra ona 20.000 manat veriləcəyini və həmin pulu da deyəcəyi yerə çatdırmasını təklif etdiyini, paketi hara verəcəyini demədiyini, o, həmin yerə Anarla getsə də, Anarın bu işin detallarını bilmədiyini, Anara Nərimanovda nəsə olması və onu götürməyə getmələrini bildirdiyini, orada bir kibrit qutusu narkotik ola biləcəyini fikirləşdiyini, lakin oraya çatanda bir kisə narkotik olduğunu gördüyünü, onların narkotik vasitəni götürmədiklərini, narkotikə çatmağa 4-5 metr qalmış polis əməkdaşları tərəfindən tutulduqlarını, polis idarəsinə aparılanda onlara təsir və təzyiq olduğunu və döyüldüklərini, lakin bununla bağlı şikayəti olmadığını, təcridxanaya daxil olan zaman üzərində olan xəsarətlərin göründüyünü və xəsarətlə bağlı prokurorluq əməkdaşlarının onun izahatını almadıqlarını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, bir gün Elşənin onunla telefon əlaqəsi saxladığını və təxminən 10 dəqiqə sonra taksi ilə gələrək, Montinə gedib narkotik götürəcəyini, ona da bir çəkimlik marixuana verəcəyini dediyini, Elşənlə razılaşaraq sonuncunun dediyi yerə getdiklərini, Elşənin ona həmin yerə bir kibrit qutusu narkotikə görə getdiklərini dediyini, dövlət tərəfindən təyin olunmuş müdafiəçinin baxış zamanı onun yanında olmadığını, baxış zamanı polis əməkdaşlarının dediyi məzmunda izahat verdiyini və bunu polis işçilərinin onların evinə getməmələri üçün etdiyini, narkotik vasitə olan torbanı məktəbin arxasında tapdığını, onları isə binanın arxasında saxladıqlarını, saxlanılan vaxt onların üzərində başqa narkotik vasitə olmadığını, Elşənin “Muhsin» barədə ona heç bir şey demədiyini, müstəntiqə də məhkəmədə verdiyi kimi ifadə verdiyini, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına əsasən Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində ünvan 7 ünvanının qarşısında saxlanılaraq 18-ci Polis şöbəsinə gətirilmişlər. Şöbədə həmin tarixdə saat 04:00-dan etibarən videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman o, sağ əlində saxladığı ağ rəngli selofan torbanı təqdim etmiş, torbanın içərisinə baxış zamanı 3 ədəd selofana bükülmüş içərisində ot halında, spesifik qoxuya malik kütlə və 1 ədəd selofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik maddələrin olması müəyyən edilmişdir. İlkin izahatında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 selofan torbanın içərisində olan narkotik vasitələri həmin gün saat 2 radələrində «Muhsin» adlı İran vətəndaşı kimi tanıdığı şəxsin Təqsirləndirilən şəxs2 məxsus «Samsunq A52» markalı 055 354-55-55 saylı nömrə altında işləyən mobil telefonun «votsap» tətbiqinə məkan olaraq göndərdiyi ünvan 7 ünvanının qarşısından götürdüklərini, sifariş verdikləri taksi maşınına əyləşib hadisə yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilkin izahatlarında, həmçinin müdafiəçilərin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilərkən daha geniş şəkildə İran İslam Respublikasının vətəndaşı «Muhsin» adlı şəxslə olan əlaqələri barədə, həmin narkotik vasitələrin satış məqsədilə əldə edib saxlayaraq daşıdıqları barədə, həmçinin narkotik vasitələri əldə etdikdən sonra hadisə yerindən uzaqlaşmaq üçün taksi sifariş vermələri, taksi gəldikdən sonra oradan uzaqlaşmaq üçün maşına minmək istəyərkən polis əməkdaşları tərəfindən maddi sübutlarla birlikdə saxlanılmaları barədə etirafedici ifadələr vermiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı hər hansı bir təsir və təzyiqlər olmadığını bildirmişlər. Məhkəmədə tədqiq olunmuş baxı protokolu ilə müəyyənr edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsinin «votsap» tətbiqində “Mushin” adlı şəxsin 98 933 ***-**-** saylı nömrəsi ilə 27 iyun 2023-cü il tarixdə əlaqə saxladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə məruz qalması barədə məhkəmədə qaldırdığı məsələ ilə əlaqədar məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılmış, həmin hallar təsdiq olunmadığına görə 18 dekabr 2024-cü il tarixli qərara əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə fərqli və ziddiyətli ifadələr verməsini onların məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 sosial şəbəkədən tanıdığı «Muhsin» adlı İran vətəndaşından əldə etdiklərini, maddi gəlir və öz istifadələri üçün narkotik vasitələr əldə etmək marağına görə həmin işi yerinə yetirməyə razılaşdıqlarını, təqsirləndirilən şəxslərin cinayət başında maddi sübutlarla saxlanıldıqlarını, aşkar olunmuş marixuana və heroin narkotik vasitələrinin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Vətən Müharibəsi iştirakçısı olmaqla döyüş əməliyyatlarında iştirak etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, onun hərəkətlərində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 21 iyul 2023-cü il tarixli 4640 nömrəli və həmin tarixli 4632 nömrəli rəylərini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, barələrində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2 kq 985,65 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd qara rəngli selofan bağlamada olan qalıq çəkisi 814,950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 137 (yüz otuz yeddi) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 68 (altmış səkkiz) 50 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi heroin hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı şəkildə həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2 kq 985,65 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd qara rəngli selofan bağlamada olan qalıq çəkisi 814,950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin: - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 137 (yüz otuz yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 68 (altmış səkkiz) 50 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar