Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1010/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 fevral 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X16 küçəsi ev 14 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 12 may 2023-cü il tarixdə saat 3 radələrində Banqladeş Xalq Respublikasının vətəndaşı Bashar Rajıba məxsus, ünvan 2 ünvanın həyətində olan 1100 manat dəyərində 1 ədəd işlənmiş vəziyyətdə “Nama 48” markalı mopedi gizli olaraq talamaqla zərərçəkmiş şəxs Bashar Rajıba ümumilikdə 1100 AZN maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 12 may 2023cü il tarixdə saat 5 radələrində Pakistan İslam Respublikası vətəndaşı Khan Muhammad Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən “Centrum” otelin həyətində olan 1000 manat dəyərində 1 ədəd “Kuba” markalı motosikleti gizli olaraq talamaqla zərərçəkmiş şəxs Khan Muhammad Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdən saat 2 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi hesab olunan fərdi yarımtikilinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə olan 1 ədəd 150 manat dəyərində “Bosch GCH 2-26 RE” markalı direli, 1 ədəd 50 manat dəyərində “Candan Model-CM-0.1” markalı elektrik mişarını, 1 ədəd 50 manat dəyərində “Marquis MKP-62” markalı su motorunu, 1 ədəd 100 manat dəyərində santexnika üçün nəzərdə tutulmuş ütünü, 1 ədəd 120 manat dəyərində laqondanı, ümumi dəyəri 45 manat olan “Firat” markalı plastik turbaları, ümumi uzunluğu 50 metr olmaqla 80 manat dəyərində elektrik naqilini və kəsilmiş vəziyyətdə olan armaturları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 595 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə sonuncundan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,239 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:30-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi Dəyirman yolunda yerləşən “Əkbər” marketin qarşısında Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,239 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əvvəllər talama cinayət ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 5 il azadlıqdan məhrum etmə cəsasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. 12 may 2023-cü ildə tanışı Rəşadla yaşadığı Xocasən qəsəbəsindən Bakı şəhərinə gəlmişlər. Şəhərdə olan zaman moped oğurluğu etmək qərarına gəlmişdir. İbtidai istintaq zamanı Rəşadla bu oğurluğa görə ona əlbirlik verilmiş, ancaq həmin oğurluqda Rəşadın heç bir günahı olmamış, hər bir şeyi özü planlaşdırmışdır. Həmin gün 12 may 2023-cü ildə ünvan 5 ünvanında olan zaman arkalı yerdə mopedin olduğunu görmüşlər. Həmin zaman gördüyü mopedi oğurlamaq üçün içəri daxil olduqda mopedin qara rəngli olmasını və işlənmiş vəziyyətdə olduğun görmüşdür. Həmin zaman ətrafa baxdıqda heç kimin olmadığını görüb mopedi oradan oğurlayaraq əli ilə itələyib sürməklə oradan aparmışdır. Onlar birlikdə oradan çıxıb Malakan bağının içərisindən keçərək uzaqlaşmışlar. O, nə qədər etsə də oğurladığı mopedi işə sala bilməmişdir. Məcbur olub əli ilə itələməklə mopedi oradan uzaqlaşdırmışdır. Rəşadla birlikdə oradan uzaqlaşıb Sahil metrosu tərəfə gəldikdə yolun kənarında ağ rəngli işlənmiş bir moped olduğunu görmüşlər. Həmin zaman Rəşadla gördükləri həmin mopedi oğurlamaq üçün yaxınlaşaraq oradan əli ilə itələyib oğurlayaraq oradan uzaqlaşmışlar. Həmin mopedləri Xocasən qəsəbəsinə gətirmişlər. Onu moped oğurluğuna görə polis əməkdaşları tutmuş, Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirdikləri zaman orada ona aid olmayan 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd laqonda, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, ümumi uzunluğu 50 metr olan elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturların olduğu çantaları qabağına qoyub bunları da onun oğurladığını deyərək ona aidiyyatı olmasa da işini ağırlaşdırmışlar. Bundan sonra onun daha çox cəza almağı üçün 4 qram narkotik vasitə olan heroini də göstərib ondan çıxacağını bildirmişlər. Onların təzyiqləri nəticəsində ona aid olmasa da onların dedikləri ilə razılaşmışdır. Mopedləri özü oğurlamış, ancaq tikinti üçün lazım olan həmin vasitələri oğurlamamışdır. Ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitələrin satışı ilə bağlı heç bir mesaj göndərilməmiş, həmçinin o da göndərməmişdir. O, ayrı-ayrı vaxtlarda, narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis bölməsində onu döydükləri üçün həmin narkotik vasitənin onun olduğunu qəbul etmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman bədəninə baxış keçirilmiş və xəsarət aşkar olunmuşdur. Aldığı xəsarətlər ilə bağlı prokurorluqda araşdırma aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər talama cinayət ilə bağlı Binəqədi rayon məhkəməsində 5 il müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. O, azadlığa buraxılandan sonra narkotik vasitə qəbul etməyə alışmışdır. Əksər vaxtı marixuana qəbul edirdi. O, qəbul etdiyi marixuananı da tanımadığı şəxsdən 10 manat və pulu olanda ondan başqa qiymətə alıb özü qəbul edirdi. O, indiyə kimi aldığı narkotik vasitədən heç kimə satmamışdır. O, 14 iyun 2023-cü ili tarixdə Binəqədi rayon polisində Sovetskidən narkotik vasitə olan heroin alaraq özü qəbul etmək üçün almışdır, polis əməkdaşları onu həmin gün Binəqədi rayonu, Sulutəpə qəsəsində saxlayıb polis bölməsinə gətirmiş və üzərində axtarış aparılan zaman narkotik vasitə aşkar edilmişdir. O, Binəqədi polisində tutulmamışdan əvvəl etdiyi oğurluğa görə azadlığa buraxılandan sonra işə düzəlmək istəsə də lakin əvvəllər məhkum olunduğu üçün onu işə qəbul etməmişlər. O, Rəşadla həmkəndli olduğu üçün aralarında əvvəllərdən heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Bashar Rajıbın yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, 12 may 2023-cü ildə tanışı Rəşadla yaşadığı Xocasən qəsəbəsindən Bakı şəhərinə gəlmişlər və şəhərdə olan zaman moped oğurluqu etmək qərarına gəlmişlər. Onlar fikirləşmişlər ki, oğurlayacaqları mopedi aparıb yaşadıqları qəsəbədə özləri üçün istifadə etsinlər. O, həmin gün 12 may 2023-cü ildə ünvan 5 ünvanında olan zaman arkalı yerdə mopedin olduğunu görmüşlər. O, həmin zaman gördüyü mopedi oğurlamaq üçün içəri daxil olduqda mopedin qara rəngli olmasını və işləmiş vəziyyətdə olduğu görmüşdür. Həmin zaman ətrafa baxdıqda heç kimin olmadığını görüb mopedi oradan oğurlayaraq əli ilə itələyib sürməklə oradan aparmışdır. Onlar birlikdə oradan çıxıb Malakan bağının içərisindən keçərək uzaqlaşmışlar. O, nə qədər etsə də oğurladığı mopedi işə sala bilməmişdir. Məcbur olub əli ilə itələməklə mopedi oradan uzaqlaşdırmışdır. Onlar yəni Rəşadla birlikdə oradan uzaqlaşıb Sahil metrosu tərəfə gəldikdə yolun kənarında ağ rəngli işlənmiş bir mopedin olduğunu görmüşlər. Həmin zaman Rəşadla gördükləri həmin mopedi oğurlamaq üçün yaxınlaşaraq oradan əli ilə itələyib oğurlayaraq oradan uzaqlaşmışlar. Onlar birlikdə oğurladıqları mopedləri işə salmaq istəsələr də lakin alınmamışdır. Ona görə də əlləri ilə oradan sürərək yaşadıqları Xocasən kəndində gətirmişlər. Onlar birlikdə oğurladıqları mopedləri hərəsi öz evlərinə aparmışlar. Rəşadla o, etdikləri həmin oğurluq hadisəsindən təxminən 5 gün sonra polislər həmin mopedlərin onlarda olduğunu bildikləri üçün gəlib mopedləri onlardan təhvil almışlar. O, fiziki və psixi cəhətdən tam olaraq sağlamdır və əvvəllər psixi cəhətdən müalicə olunmamışdır. O, oğurladığı mopedlərin sahiblərini əvvəldən tanımamış və həmin mopedlərin yerini də əvvəldən bilmirdi, mopedləri gördükdə Rəşadla birlikdə oğurlamışlar və oğurladıqları mopedləri satmaq da fikirləri olmamışdır. O, həmin oğurluq hadisədən sonra Rəşadın harada olması barədə heç bir məlumatı olmamış və tanışı Rəşadla birlikdə Bakı şəhərindən oğurladıqları mopedlərin yerlərini də əyani olaraq göstərmişdir. Bundan başqa o, narkotik maddələrin aludəçisi olduğundan 13 iyun 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, “Sovetski” adlanan yerə getmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manat pul ödəməklə 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm olan narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirmişdir ki, ağrıları olan zaman istifadə etsin. 14 iyun 2023-cü il tarixdə gecə saat 2 radələrində , cibində pulu olmadığından oğurluq etmək qərar gəlmiş və o, həmin tarixdə Binəqədi rayonu, Xocasən qəsəbəsində piyada həkətdə olan zaman yolun kənarında yarım tikili evin olduğunu görmüşdür. O, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra həmin tikilinin hasarından aşmaqla evin həyətinə daxil olmuş, evin həyətində olan 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd laqonda, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, ümumi uzunluğu 50 metr olan elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturların olduğunu görüb orada olan kisəyə həmin əşyaları yığaraq vaxt itirmədən oradan uzaqlaşmışdır. O, oğurlamış olduğu əşyaları satmaq qərarına gəlsə də gecə saatları olduğundan oğurlamış olduğu əşyaları yaşadığı evin yaxınlığındakı yarımtikilinin içərisində gizlətmişdir. Belə ki, o, oğurlamış olduğu 1 ədəd laqondanı xatırlamadığı yerə atdığını bildirmişdir. 14 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, “Dəyirman” yolunda yerləşən “Əkbər” marketin qarşısında piyada hərəkətdə olan zaman olan mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 40-cı PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan hərbi şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung A10” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun hərbi şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, “Sovetski” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 2 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yarım tikilinin həyətindən 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturları oğurladığını səmimi şəkildə etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən 1 ədəd bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır (cild 2, iş vərəqə 149-150). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs Bashar Rajıb ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ali təhsil almaq üçün 2018-ci ilə yaşadığı yerdən Bakı şəhərinə gəlmiş və o, Bakıda olan müddətdə 1 il müddətində Azərbaycan dilini bilməyi üçün kursa gedib hazırlamışdır. Bundan sonra isə ali təhsil almaq üçün Bakı Avrasiya Unversitetinə qəbul olmuş, o, həmin universiteti bakalavr sistem üzrə beynəlxalq əlaqələr fakültəsinə qəbul olunmuş, hazırda həmin universitetin 3-cü kursunda təhsil alır. O, oxuduğu ali məktəbə gedib gəlməsi üçün 3 noyabr 2021-ci ildə 1100 manata tanımadığı bir şəxsdən işlənmiş “Nama 48" markalı moped almışdır. Həmin mopedin mühərrik 48 at gücü olmuşdur. Mühərrikin kubu 50 kubdan aşağı olduğu üçün onu idarə etməkdən ötrü sürücülük hüququ lazım deyildi. Buna görə də onun sürücülük vəsiqəsi olmamışdır. O, aldığı həmin “Nama” markalı mopedlə dərsə gedib gələndə qaldığı evin girişində saxlayırdı. Həmin hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 12 may 2023-cü ildə axşam saat 23 radələrində evə gələn zaman həmişə olduğu kimi sürdüyü “Nama 48” markalı mopedi həmin yerdə saxlayıb evə getmişdir. O, oxuduğu unversitetdə altıncı gün dərs olmadığı üçün əksər vaxtı evdə qalırdı. 13 may 2023-cü ildə saat 19:00 radələrində evdən çıxdıqda görmüşdür ki, mopedi yerində yoxdur. Həmin zaman istifadəsində olan mobil telefonda DİN-nin 102 nömrəsinə zəng edib həmin hadisə barədə məlumat vermişdir. Bundan sonra 39-cu polis bölməsinə gedib orada şikayət ərizəsi və izahat yazmışdır. Həmin hadisənin kim tərəfindən törədilməsi ilə bağlı şübhələndiyi şəxs olmamışdır. O, 2021-ci ildə həmin mopedi 1100 manata alsa da lakin oğurlanan zaman onun qiyməti 950 manat olmuşdur (cild 1, iş vərəqə 35-36). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs X17 Ahmed Gulzar ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Pakistan İslam Respublikasında iş tapa bilmədiyinə görə maddi cəhətdən vəziyyəti pis olduğu üçün 14 mart 2023-cü ildə Bakı şəhərinə gəlmişdir. O, ünvan 6 ünvanında yerləşən “Centrum” otelində qalmış və işləmək üçün “Bolt" şirkətində kuryer kimi işə başlamışdır. O, həmin şirkətdə kuryer kimi işə başlayanda verilmiş sifarişləri müştərilərə vaxtında çatdırılması üçün öz şəxs vəsaiti ilə 1200 manata “Kuba” markalı motosiklet almışdır. O, aldığı həmin motosikletlə səhərdən axşama kimi işlədiyi şirkətdə verilmiş sifarişləri idarə etdiyi “Kuba” markalı motosikletlə çatdırdıqdan sonra axşam gəlib həmin oteldə qalır və özünə məxsus motosiklet də otelin həyətində saxlayırdı. Həmişə olduğu kimi 12 may 2023-cü ildə səhər tezdən işə gedib işləmiş və həmin günün axşamı, yəni 13 may 2023-cü ildə axşam saat 1 radələrində işdən qaldığı otelə gəlmiş, motosikleti qaldığı otelin həyətində saxlamışdır. Səhəri gün səhər saatlarında yuxudan oyanıb işə getmək üçün aşağı düşüb baxdıqda özünə məxsus Kuba markalı motosikletin yerində olmadığını görmüşdür. O, həmin zaman qeyd etdiyi motosikletin oğurlanmasını bilib bu barədə 39-cu polis bölməsinə şikayət ərizəsi yazmışdır (cild 1, iş vərəqə 94-95). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 7 ünvanda evin arxa tərəfində yerləşən ona məxsus yarımtikiliyə baş çəkən zaman evin həyətində olan təmir-tikinti alətlərinin həyətdə olmadığını görüb ətrafa nəzər yetirdikdən sonra qeyd olunan əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığına əmin olduqdan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı polis qurumuna məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinin müayinəsi aparmışlar. Bundan başqa o, baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus olan fərdi yarımtikilidən 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd laqonda, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, ümumi uzunluğu 50 metr olan elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturların oğurlandığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, istintaqa vermiş olduğu ilkin ifadəsində baş vermiş oğurluq hadisəsi zamanı 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturların oğurlandığını bildirsə də, istintaqa vermiş olduğu əlavə dindirmə zamanı baş vermiş oğurluq hadisəsi nəticəsində əlavə olaraq 1 ədəd laqondanın da oğurlandığını bildirmişdir (cild 1, iş vərəqə 210-211). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 5 fevral 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmir, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X16 küçəsi ev 14 ünvanında qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 14 iyun 2023-cü il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 40-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ- nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə o və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 14 iyun 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, "Dəyirman” yolunda yerləşən “Əkbər” marketin qarşısında olarkən «Oqtay» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 40-cı Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 40-cı PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı polis kapitanı Hüseynağa Abdullayevə təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan hərbi şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung A10” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun hərbi şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, “Sovetski” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 2 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yarım tikilinin həyətindən 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd laqonda, 1 ədəd ütü aparatı, 1 ədəd su motoru, plastik turbalar, elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturları oğurladığını səmimi şəkildə etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən 1 ədəd bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Xocəsən qəsəbəsində tutmuşlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 22-24). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan hərbi şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibindən 1 ədəd “Samsung A 10” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edildi. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olundu o, 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirdi, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü xx.xx.2023-ci il tarixdə Sovetski adlanan yerdə tanımadığı şəxsdən 50 manat alaraq üzərində gəzdirdiyini bildirdi. Həmçinin o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən fərdi yarımtikili evdən təmir alətləri, armaturlar, dəmir borular oğurlamışdır (cild 1, iş vərəqə 166-168). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə” aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar, kompüter dəsti və şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı polis kapitanı Hüseynağa Abdullayev kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan hərbi şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli seloofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung A10" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir şalvarının digər ciblərini açmaq tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan maddələrin nə olduğu soruşulduqda o, 1 ədəd içərisində qəhvəyi rəngli maddənin narkotik vasitə “heroin” olduğunu bildirmişdir. O, qeyd olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, “Sovetski” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür (cild 2 iş vərəqə 104- 105). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı "xxxx" MMC-yə məxsus sim-kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin götürülməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı alınaraq "xxxx" MMC-yə göndərilmiş və ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuş, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 5 ədəd fayllar aşkar olundu. Birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “Təqsirləndirilən şəxs”na məxsus olması qeyd olunmuşdur. İkinci və üçüncü fayllar açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda “Ale yarm lazmdi havavi zad istemirem”, “Yaxwi tema var teli gotur”, “Bir wey duz qow cekey sabahda men alaram draznt olmwam sen ol”, “QARdwm oznde varsa bir tikede qaaawva wuw verde”. “salam,atam agrdayam,pulm yxdu,wuw var, imkn varsa qardawva komey ele” və “Atam necsen, ot zad ceksen menede xeber ele bir iki tusdu atardm, baw agri tutub“,“Qardw pulynan 5mntda pati verrsnde atam”, “Qardaw gelirsen burdan bidene yari goture bilersen temiz 05 he duzeler”, “Qardaş sabah isdiyəm seni görməliyəm mütləq, 20 mntg duzəld gəlm gotrum.” “Xana yig bir paket ot versin mənə gedim götrum məhləden, dalşi saba söbet elyərik, sen öl basm xarab olub” və bu kimi müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə giriş-çıxış zənglərinin olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə gələn mobil nömrələrin anket məlumatları qeyd olunmuşdur (cild 2, iş vərəqə 106-107). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, 13 may 2023-cü il tarixdə saat 20:00-da hadisə yeri Ü.Hacıbəyli 11 ünvanın həyəti, həyətin giriş hissəsində Bakı abadlıq tərəfindən təmir işləri gedir. Yaşayış binası qədim tikilidi, beş mərtəbədən ibarətdir. Motosiklet qoyulan hissənin yanında sayğaclar yerləşir. Həyətdə kamera görüntülərin götürmək mümkündür. Həyətdə toza batmış çoxdan saxlanılan 2 motosiklet var. Həyətin çıxışında təhlükəsizlik şəhər kameraları və ərazidə yerləşən mağazaların hamısında müşahidə kameraları var (cild 1, iş vərəqə 11-12). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən “Centrum” adlı otelin həyətidir. Khan Muhammad hadisə yerini göstərərək özünə məxsus motosikletin oradan oğurlandığını bildirmişdir. Hadisə yerində müşahidə kamerası aşkar edilməmişdir (cild 1, iş vərəqə 80). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi barədə” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi rayonu, Xocasən qəsəbəsində baxış keçirilmiş, ərazidə fərdi yaşayış evləri, bir az qarşıda ərzaq mağazası mövcud olması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək əlavə edilmişdir (cild 1, iş vərəqə 195-198). Cinayət işinin materiallarında olan “könüllü təqdim etmə barədə” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Binəqədi rayonut Xocasən qəsəbəsində yerləşən yarım tikilidən oğurladığı 1 ədəd direl, 1 ədəd elektrik mişarı, 1 ədəd ütü, 1 ədəd su matoru, plastik turbalar, elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturları könüllü sürətdə təqdim etmişdir (cild 1, iş vərəqə 201-205). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, hadisə ilə bağlı əvvəl ifadəsində dediklərini və hazır ki, şəraitdə deyə biləcəyini göstərsin. Bundan sonra proses iştirakçıları ilə Binəqədi rayon Polis İdarəsinin həyətində qarşısında «Dobla» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşına əyləşərək Binəqədi rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs bələdçiliyi ilə S.S.Axundov küçəsinə çıxmışlar, oradan Təqsirləndirilən şəxs göstərməsi ilə Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi istiqamətində hərəkət edib qeyd olunan ünvanda Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yarım tikilinin qarşısında Təqsirləndirilən şəxs oglu avtomobili saxlamaqlarını bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs maşından düşərək qeyd olunan ünvandakı fərdi yarım tikilini, hadisə yerini və oğurluq hadisəsini necə törətmiş olduğunu göstərmişdir (cild 1, iş vərəqə 230). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd disk «DVD-R» formatlıdır. Diskin içində müxtəlif saniyyələr müddətində «05» ədəd videogörüntü aşkar olundu. Həmin diskdə olan fayllara Təqsirləndirilən şəxs iştirakı ilə baxış zamanı sonuncu həmin görüntülərdə özünün və tanışı X5 olmasını, onların bilikdə ünvan 11 ünvanından etdiyi oğurluq hadisələrinin görüntülərinin qeydə alınmasını təsdiq etdi. Diskdə olan video-fayllar açılaraq baxılan zaman 13 may 2023-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs tərəfindən ünvan 12 ünvanından tanışı X7 ilə birlikdə mopedlərin oğurlanması faktı öz təsdiqini tapmışdır. Belə ki, həmin diskdə olan birinci faylı açıb baxdıqda olan 5 saniyəlik görüntüdə Təqsirləndirilən şəxs və Rəşad Məlikovun birlikdə əllərində paket, piyada olaraq Ü.Hacıbəyov küçəsi ilə getmələri görüntülənir. Diskdə olan ikinci faylı açıb baxdıqda 8 saniyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Təqsirləndirilən şəxs və Rəşad Məlikovun birlikdə əllərində moped piyada olaraq hadisə yerindən uzaqlaşmaqla mərkəzə doğru hərəkətdə olmaları görüntülənir. Diskdə olan üçüncü faylı açıb baxdıqda 9 saniyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Təqsirləndirilən şəxs və Rəşad Məlikovun birlikdə əllərində moped iri addımlarla Ü.Hacıbəyov küçəsində səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır. Diskin dördüncü faylını açıb baxdıqda 11 saniyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Təqsirləndirilən şəxsla Rəşad Məlikovin birlikdə Ü.Hacıbəyiv küçəsində olan mopedi oğurlamaları və əllərində oğurladıqları mopedlə iri addımlarla Ü.Hacıbəyov küçəsində səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır. Diskin beşinci faylını açıb baxdıqda 13 saniyə görüntü olması müəyyən edilir, həmin görüntüdə Təqsirləndirilən şəxsla Rəşad Məlikovin birlikdə Ü.Hacıbəyov küçəsində oğurladıqları mopedi əllərində piyada olan iri addımlarla Ü.Hacıbəyov küçəsində səki ilə hadisə yerindən uzaqlaşmaları öz əksini tapmışdır (cild 1, iş vərəqə 68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü il tarixli 9/4688 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Nama 48” markalı mopedin istifadədə olunması və yuxarıda qeyd olunan xüsustlar nəzərə alınmaqla 2023cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1100,00 manat müəyyən olunur (cild 1, iş vərəqə 42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2023-cü il tarixli 9/4744 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Kuba” markalı mopedin istifadədə olunması və yuxarıda qeyd olunan xüsustlar nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 1000,00 manat müəyyən olunur (cild 1, iş vərəqə 99-101). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli 9/6669 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 250,00 manat müəyyən olunur. Digər qərarda qeyd edilən 5 adda mallar barədə ətralı məlumat (istehsal yeri, markası, modeli, ölçüləri və s. digər texniki göstəricilər) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. 1. 1 ədəd “Bosch GCH 2-26 RE” markalı direl- 150,00 manat, 2. 1 ədəd “Candan Model-CM-0.1” markalı elektrik mişarı - 50,0 manat, 3. “Marquis MKP-62” markalı su motoru - 50,00 manat (cild 2, iş vərəqə 73-74). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2023-cü il tarixli 6/3349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..imza şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 4,239 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 4,239 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 4,139 qram, cild 1, iş vərəqə 174-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 3 avqust 2023-cü il tarixli 4944 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 69-70). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin 28 avqust 2023-cü il tarixli 2431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 76-77). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 6 may 2024-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı sol bazu və hər iki baldırın ön səthində əzilmiş 2 sm ölçüdə bənövşəyi rəngli qançır müşahidə olunmuşdur (cild 3). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-X20 X8" X13 22 iyul 2023-cü il tarixli 1337 nömrəli rəyinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPl-nin əməkdaşları tərəfindən xəsarətlər yetirilməsinə dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs izahatında polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, izahatları alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı və ya başqa şəxs tərəfindən zor tətbiq edilmədiyini və ya xəsarət yetirilmədiyini, Təqsirləndirilən şəxs dizlərində xəsarət olmasını görmədiklərini, onun qolundakı xəsarət izinin ola bilsin onu müxtəlif dövlət orqanlarına apardıqları zaman qaçma ehtimalının qarşısını almaq üçün onun qolundan sıxdıqları üçün yaranmasını bildirmişlər, həmçinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1337 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəninə xx.xx.2023-cü il tarixdə Bakı istintaq Təcridxanasının TSH-də baxış keçirilən zaman onun bədənində aşkar olunmuş - sol bazu və hər iki baldır nahiyələrinin rəngli qançırları bərk küt əyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 3). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınması haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,139 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, onun X7 ilə birlikdə törətdiyi oğurluq əməllərinin görüntülərini əks etdirən 1 ədəd disk, həmçinin "xxxx" MMCdən əldə edilmiş 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Nama 48” markalı moped, Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd “Kuba” markalı moped, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Bosch GCH 2-26 RE” markalı direl, 1 ədəd “Candan Model-CM-0.1” markalı elektrik mişarı, 1 ədəd santexnika üçün nəzərdə tutulmuş ütü, 1 ədəd laqonda, 1 ədəd “Maruois MKP-62” markalı su motoru, “Firat” markalı plastik turbalar, elektrik naqili və kəsilmiş vəziyyətdə olan armaturlar maddi sübut kimi tanınaraq saxlanılması üçün qəbzlə öz sahiblərinə təhvil verilmişdir (cild 1, iş vərəqə 114-128). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5.11.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay 9 (doqquz) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir (cild 2, iş vərəqə 6-8 və 9-21). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X17 Ahmed Gulzar və Bashar Rajıb maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X17 Ahmed Gulzar və Bashar Rajıba maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 157). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 238-242). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 205 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,139 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, onun qeyrisi ilə birlikdə törətdiyi oğurluq əməllərinin görüntülərini əks etdirən 1 ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 205 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,139 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, onun qeyrisi ilə birlikdə törətdiyi oğurluq əməllərinin görüntülərini əks etdirən 1 ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1010/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1010/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver