Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1011/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 avqust 1998-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2an barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır: belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti tam məlum olmayan “ Vüqar” adlı şəxslə bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 550,796 qram heroini və psixotrop maddə olan ümumi təmiz çəkisi 140,012 qram metamfetamini əldə edib daşıyaraq üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 4 saylı evin 21-ci mənzilinin yataq otağında, həmçinin iki ayr-ayrı ünvanda olan mişar daşının altında və pəncərənin bayır hissəsində saxlamış, xx.xx.2022-ci il tarixində saat 20 radələrində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılmış, 13-cü PB-nə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümdə, ümumi təmiz çəkisi 16,433 qram narkotik vasitə olan heroin və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 8,763 qram psixotrop maddə olan metamfetamin, yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 4 saylı evin 21-ci mənzilinin yataq otağındakı çarpayının altından bir ədəd elektron tərəzi, paltar dolabının üstündə olan üzərində “Avro Med” sözü yazılmış içərisində bir büküm təmiz çəkisi 525 qram narkotik vasitə olan heroin, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 122,005 qram psixotrop maddə olan metamfetamin, daha sonra gizlətdiyi Sabunçu rayonu, ünvan 4 ünvanın 2-ci girişindəki mişar daşının altından bir büküm təmiz çəkisi 4,605 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,960 qram psixotrop maddə olan metamfetamin, həmçinin gizlətdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A saylı binanın 4-cü girişindəki 2-ci mərtəbənin pəncərəsinin bayır tərəfində bir ədəd bükümdə təmiz çəkisi 4,758 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,284 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, vətən müharibəsi iştirakçısıdır, medalla təltif olunmuşdur, 26 oktyabr 2020-ci il tarixində yaralandığından hazırda qazi sayılır. Narkotik vasitədən ilk dəfə 5-6 il öncə istifadə etmişdir. (077) 328-35-34, (070) ***-**-** nömrələri ona məxsusdur, uzun müddətdir ki, istifadə edir. Təxminən 10 gün öncə instaqram vasitəsilə Vüqar adlı özünü iranlı kimi təqdim edən şəxslə tanış olmuş, Vüqara (077) ***-**-** nömrəsini vermiş, sonuncu ilə WhatsApp vasitəsilə eləcə də görüntülü danışmış, onunla real olaraq görüşməmiş, lakin görüntü ilə onun 28-30 yaşı olmasını, saqqalı olmasını, arıq olmasını görmüşdür. Vüqar təklif etmişdir ki, Vüqarın göndərdiyi yerdən heroin və patı götürüb ayrı-ayrı bükümlərə bölüşdürüb qablaşdırsın və Vüqarın dediyi yerə qoysun, müqabilində kart vasitəsilə Vüqar ona pul köçürsün O, razılaşmış Vüqar onun **********254683 nömrəli “Leo bank” kartına hər dəfə 150 manat ümumi 300 manat pul köçürmüş; o da Masazır qəsəbəsində daha sonra isə Qobu qəsəbəsində yol kənarında ünvanı çəkib atdığı yerdən elektron tərəzi, heroin və patı götürmüş, tərəziylə ölçərək bölüşdürüb Vüqarın dedikləri yerə, təxmini 25 ayrı-ayrı ünvana, heroini və metamfetamini qoymuş, maddələri götürəcək şəxsləri görməmişdir. O, yalnız Vüqar kimi adlanan şəxsdən pulu kartından götürmüş, nə onun real həyatda özünü nə də ki, maddələri alan şəxsləri görməmiş, nə də ki, onlar ona pul vermişdir. O, evində elektron tərəzini və heroinlə metamfetamini gizlədib saxlamış, digər qismini isə 12 yanvar 2022 tarixdə günorta 14 radələrində Vüqarın göstərişinə əsasən Bakıxanov qəsəbəsindəki Eldar Xəlilov və Xasməmmədov küçəsində binanın girişində və pəncərəsinin çöl tərəfində gizlətmiş, həmin qanunsuz maddələri kim götürəcəyini bilmir, həmin narkotikdən bir qismini də həmçinin üzərində də gəzdirmişdir. 12 yanvar 2022 tarixində saat 20 radələrində isə polislər onu Leyla Məmmədbəyova küçəsi - 10 ünvanda saxlamış, üzərinə, evinə və göstərdiyi ünvanlara baxış zamanı həmin maddələr və elektron tərəzi aşkar edilib götürülmüşdü. Üzərindəki pullar özünə qaytarılmış, qanunsuz maddələr isə sənədləşdirilib qablaşdırılmışdır. Etdiyi əməldən peşmandır. Dəqiqliklə yaddaşında qalmadığından digər ünvanları xatırlamır, ola bilsin ki, Vüqarın tanışları gəlib maddə və vasitələri onun qoyduğu yerllərdən götürüb Vüqara ödəniş ediblər. Vüqar narkotiki və patını qoyacağı yeri əvvəldən çəkib telefon vasitəsi ilə ona atmış, o da həmin ünvanı tapıb oraya qoyurmuş. həmin maddələrdən özü də az miqdarda istifadə etmişdir. X3 Respublikası vətəndaşı olmasını bilir digər anket məlumatları onda yoxdur, onu görüntülü olaraq bir dəfə görmüşdür. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Fərid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı, istifadəsi və üzərində gəzdirməsi barədə etibarlı mənbədən məlumat iş yoldaşı əməliyyat müvəkkili Şahid1 daxil olmuş, raportla bölmə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir; Təqsirləndirilən şəxs sonrakı saatlarda onlar tərəfindən müəyyən edilərək 13-cü PB-nin inzibati ərazisində saxlanılmış və bölməyə dəvət edilmişdir; PB-də məlum olmuşdu ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs Polis İdarəsinin 13-cü PB-nə gətirilməsinin səbəbini izah edib, hüquq və vəzifələrini izah etmişlər. Həmçinin sonuncuya hüquqlarını müdafiə etməsi üçün 7 saylı büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış video çəkiliş aparılmaqla keçirilmişdir, Təqsirləndirilən şəxs üzərinə, evinə və başqa-başqa ünvanlara baxış keçirilmiş, aşkar edilmiş bükümlər açıldıqda metamfetaminə və heroinə bənzər kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunan maddələrin külli miqdarda psixotrop maddə və narkotik vasitə olduğunu, özü istifadə etmək üçün və satmaq üçün Vüqar adlı şəxsdən aldığını qeyd etmişdi. Fəridin üzərindən, evindən və göstərdiyi ünvanlardan aşkar olunub götürülən maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heroinin və metamfetaminin satışıyla məşğul olmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 13 yanvar 2022-ci il tarixli 6/225 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd büküm » yazısı və imzalar olan kağız zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,181 və 12,252 qram ümumi təmiz çəkisi 16,433 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,834 qr və 3,929 qram ümumi təmiz çəkisi 8,763 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə olan maddə təmiz çəkisi 525 qram olan heroindir, 3 ədəd bükümdə 4,795 qr, 3,590 qr, 113,620 qram - ümumi təmiz çəkisi 122,05 qr metmafetamindir .Bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metmafetaminin izləri vardır,İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bir ədəd bükümdə təmiz çəkisi 4,605 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 4,960 qram metamfetamindir.Bir ədəd bükümdə təmiz çəkisi 4,758 qram heroindir, bir ədəd bükümdə təmiz çəkisi 4,284 qram metamfetamindir. Təqsirləndirilən şəxs evindən və üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 550,796 qramdır, tərkibləri eynidir, Metamfetamin isə 140,012 qramdır, tərkibləri eynidir. Metamfetamin və heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (1-ci cild iş vərəqi 50-57) İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 09 mart 2022-ci il tarixli 1181 saylı ekspert rəyindən görünüi ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 142-143). İşdə olan kompleks psixiatrik-psixoloji yoxlama üzrə 21 dekabr 2022-ci il tarixli 438 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-cİ maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (1-ci cild iş vərəqi 144-147). İşdə olan baxış keçirilməsi haqqında protkollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi və evində axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış zamanı şəxsi axtarış və baxış zamanı göstərilən xüsusatlar yəni şəxsdən heroinin və metamfetaminin aşkar edilməsi bir daha müəyyən edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və narkotik vasitə hesab edilən heroin, elektron tərəzi, psixotrop maddə hesab edilən metamfetamin maddi sübut kimi tanınmış,saxlanması üçün RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 82-84) İşdə olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər və mesaj mətnləri götürülmüş 03 noyabr 2021 tarixdə 070 *** ** ** nömrəsindən hardan gəlirsənki brat sen canı goturmusenmi uje?hecne gozdurem, 07 noyabr 2021 tarixdə 070 *** ** ** nömrəsindən falqa yoxdu gor goture bilsen goturde qardaşımsan, 01 dekabr 2021 tarixdə 070 *** ** ** nömrəsindən packanm icine qoy darvazanın qapısını yavaşca ac iceri ağzına at bağla.03 dekabr 2021 tarixdə 070 ******* nömrəsindən qaqa birden ağzınnan buraxarsan mende kola zad olmağına, eləcə də bu kimi narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesaj mətnləri müəyyən edilmiş,maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir (1-ci cild iş vərəqi 154- 156). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 118). İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 8). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 93-96). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən qeyd edir ki, Rüfət Miriyevinun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 550,796 qram və psixotrop maddə metamfetaminin çəkisi 140,012 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Rüfət Miriyevin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2-ci qarabağ müharibəsinin (Vətən müharibəsinin) iştirakçısı olmasını, döyüşlərdə yaralanaraq qazi olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən 2-ci qarabağ müharibəsinin (Vətən müharibəsinin) iştirakçısı olmasını, döyüşlərdə yaralanaraq qazi olmasını cəzasını yüngülləşdirən hal olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrin cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən 2-ci qarabağ müharibəsinin (Vətən müharibəsinin) iştirakçısı olmasını, döyüşlərdə yaralanaraq qazi olmasını cəzasını yüngülləşdirən hal olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cünin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 09 mart 2022-ci il tarixli 1181 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçuı rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 550,296 qram narkotik vasitə heroin və 139,702 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 550,296 qram narkotik vasitə heroin və 139,702 qram psixotrop maddə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertizalar üzrə tədqiqatının dəyəri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1011/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1011/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver