Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1011/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Vilayət oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci ildə Cəlilabad rayonu, Mirzəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbir seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda psixotrop maddə olan metamfetamin və külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 06 avqust 2023-cü il tarixdə saat 02:10 radələrində Qaradağ RPİ-nin X2 və 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsi ərazisində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-ə gətirilmiş, polis bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 67,102 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 3,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 05 avqust 2023-cü il tarixdə saat 20:00-21:00 radələrində radələrində Aqil adlı əməyyatçı yanında olan başqa bir şəxslə onun evinə daxil olmuşlar. Polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılmışdır. Yaşadığı evdə stolun üzərində 1 qrama yaxın narkotik vasitə heroin və 1 qrama yaxın psixotrop maddə metamfetamin olsa da, üzərində narkotik vasitə olmamışdır. Polis idarəsinə yanında olan başqa 2 nəfərlə birlikdə aparılmışdır. Bölmədə bir müddət qaldıqdan sonra Emil adlı əməliyyatçı aptek bağlamasında narkotik vasitə gətirmiş və həmin narkotik vasitələrin ona məxsus olduğunu demişdir. O da Emil adlı əməliyyatçıya etiraz edərək narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. O, işgəncəyə məruz qalmadığını, hər hansı xəsarət almadığını, lakin ona psixoloji təzyiqlər olunduğunu bildirmişdir. O bildirmişdir ki, ona təqdim edilən narkotik vasitələri götürməyəcəyi halda polis əməkdaşlarının həmin narkotik vasitələri yaşadığı evin balkonuna atacaqlarını və ailə üzvlərini də həbs edəcəklərini demişlər. O da namusu ilə hədələndiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra birlikdə saxlanıldığı digər iki şəxs, Cavid Məmmədov və Raul Hətəmovla birlikdə Qaradağ RPİ-nin 38-ci PB-ə aparılmışdır. Onların hərəsinə ayrı-ayrı bükümlərdə narkotik vasitə verərək həmin narkotik vasitələrin onlara məxsus olduqlarını bildirmişlər. Məmmədov Cavid və Hətəmov Raula Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, ona isə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Daha sonra polis əməkdaşları ona videoçəkiliş vasitəsilə keçiriləcək şəxsi axtarış zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməli olduğunu demiş, o da polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 4-5 aya yaxın müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən, eləcə də, psixotrop maddələrdən həm istifadə etdiyini, həm də satdığını, narkotik vasitə satmaqda məqsədinin qazanc əldə etmək olduğunu, narkotik vasitə satıb əldə etdiyi pullara isə narkotik vasitə aldığını, eləcə də, özünün də istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin az miqdarda, yəni təxminən 7 qrama yaxın kakos adlanan narkotik vasitə heroin və 2-3 qrama yaxın patı adlanan psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alarkən 2 ədəd ayrı-ayrı bükümdə aldığını, ona narkotik vasitə satmış şəxsin heç bir məlumatını bilmədiyini, həmin şəxslə sosial şəbəkədə danışdığını, göndərdiyi kart hesabına pulu göndərdikdən sonra qəbzi də tulladığını, əvvəllər həmin şəxsi tanımadığını, heç bir zaman internet üzərindən narkotik vasitəni onlayn şəkildə satmadığını, narkotik vasitə istifadə etməyi və satdığı üçün əməlindən peşman olduğunu, bir də narkotik vasitə satmayacağını və istifadə etməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qaradağ Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və pisxotrop maddələrdən qanunsuz istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onun rəhbərliyi ilə Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyyat tədbirləri keçirilmişdir. Lakin o, Təqsirləndirilən şəxsı hansı tarixdə dəqiq xatırlamasa da sonuncunu yaşadığı ərazidə yay aylarında saxladıqlarını və polis idarəsinə dəvət etdiklərini bildirmişdir. O, polis bölməsində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs günorta saatlarında saxladıqlarını bildirsə də, onun ibtidai istintaq zaman vermiş olduğu və cinayət işinin materiallarının 01-ci cildinin 116-118-ci vərəqlərində olan elan edilmiş ifadəsindən görünür ki, onun rəhbərliyi ilə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 02:10 radələrində şübhəli şəxs kimi saxlanlmışdır. Şahid2 məhkəmə baxışı iclası ilə Təqsirləndirilən şəxs oğlunu şübhəli şəxs qismində tutduqları vaxt arasında uzun müddət keçdiyindən, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edən şəxslərin saxlanlması ilə əlaqədar bir neçə əməliyyat tədbirlərində iştirak etdiyindən ifadəsindəki bəzi məqamları unutduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Dəqiq tarixi xatırlamasa da, Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz istifadə etdiyi üçün yay aylarında saxlamışlar. Təqsirləndirilən şəxs Şonqar qəsəbəsində yaşadığı evin qarşısında yaxınlaşmış və sonuncunu polis idarəsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də videoçəkiliş vasitəsilə, o cümlədən müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saat 20:00 radələrində saxladıqlarını bildirsə də, onun ibtidai istintaq zaman vermiş olduğu və cinayət işinin materiallarının 01-ci cildinin 119-121-ci vərəqlərində olan elan edilmiş ifadəsindən görünür ki, onun rəhbərliyi ilə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 02:10 radələrində şübhəli şəxs kimi saxlanlmışdır. Şahid1 məhkəmə baxışı iclası ilə Təqsirləndirilən şəxs oğlunu şübhəli şəxs qismində tutuduqları vaxt arasında uzun müddət keçdiyindən, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edən şəxslərin saxlanlması ilə əlaqədar bir neçə əməliyyat tədbirlərində iştirak etdiyindən ifadəsindəki bəzi məqamları unutduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı saxladıqları tarixi dəqiq xatırlamasa da, onu 2023-cü ilin avqust ayında günorta saatlarında saxlamışlar. Qaradağ Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və pisxotrop maddələrdən qanunsuz istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o özü rəhbərlik etmişdir. Şahid4, Şahid2 və Şahid1 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Qaradağ rayonu, Şonqar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də videoçəkiliş vasitəsilə, o cüməldən müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyünü bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs günorta saatlarında saxladıqlarını bildirsə də, onun ibtidai istintaq zaman vermiş olduğu və cinayət işinin materiallarının 01-ci cildinin 116-118-ci vərəqlərində olan elan edilmiş ifadəsindən görünür ki, onun rəhbərliyi ilə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 02:10 radələrində şübhəli şəxs kimi saxlanılmışdır. Şahid4 məhkəmə baxışı iclası ilə Təqsirləndirilən şəxs oğlunu şübhəli şəxs qismində tutudqları vaxt arasında uzun müddət keçdiyindən, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edən şəxslərin saxlanlması ilə əlaqədar bir neçə əməliyyat tədbirlərində iştirak etdiyindən ifadəsindəki bəzi məqamları unutduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Təvəkkül oğlu ifadəsində göstərdi ki, Qızıldaş qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsindən tanıyır. Ruslanla yaxın dostluq münasibəti olmamış, sonuncu yaxşı futbol oynadığı üçün onu tanımışdır. Ruslandan narkotik vasitə almamış, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Şonqar qəsəbəsində “Kamaz düzəldilən yer” adı ilə tanınan ərazidə Ruslanı görmüşdür. Daha sonra sonuncu ilə çay içmişlər. Bu zaman Ruslandan narkotik vasitə istəmiş, Ruslan da narkotik vasitə tapa bilməyəcəyini demişdir. Daha sonra Ruslana üzərində 10 manat olduğunu demiş və sonuncudan narkotik vasitə almaq üçün həmin pulun üstünü düzəltməsini xahiş etmişdir. Axşama qədər gözlədikdən sonra Ruslanla birlikdə Zığ qəsəbəsinə getmiş, narkotik vasitə marixuananı əldə edərək birlikdə istifadə etmişlər. Məhkəmə iclası zamanı Şahid3 Təvəkkül oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra, o, boş kağıza imza atdığını bildirərək həmin ifadəsini təsdiq etməmişdir. Şahid3 Təvəkkül oğlunun ibtidai istintaq zaman vermiş olduğu və məhkəmə baxışı iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, təxminən 2014-cü ildən həmin nömrəni istifadə edir. Təxminən 1 il olar ki, narkotik vasitə olan metamfetamin və marixuana istifadə etmişdir. Son 7-8 aydır ki, metamfetamin istifadə etmir, iyul ayından isə ümumiyyətlə narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qəsəbə sakini kimi tanıyır, Ruslanın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Ruslandan ümumilikdə 5-6 dəfə ayrı-ayrı vaxtlarda metamfetamin və marixuana alıb istifadə etmişdir. Həmin narkotik vasitələri alarkən Ruslana məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb almışdır. 06 avqust 2023-cü il tarixli raportdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasıında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 6) 06 avqust 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhər, Qaradağ rayonu, Şonqar qəsəbəsində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-ə gətirilmişdir. (i.v. 10) 06 avqust 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 03:40-da (faktiki saxlanılma saat 02:10-də) Məlikov X6 RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ramin Vəkilov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) 07 avqust 2023-cü il tarixli Qaradağ rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (İ.v. 87-91) 06 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni Nizami rayonu ərazisindən tanımadığı şəxsdən 1300 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 32) 22 sentyabr 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə müxtəlif şəxslərlə əlaqə saxlamışdır. (i.v 138) 07 avqust 2023-cü il tarixli telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefonun “Whatsapp” proqramınadan bir neçə şəxsə narkotik vasitə satması barədə sms mətnləri və səs yazıları aşkar edilmişdir. (i.v. 55) 06 avqust 2023-cü il tarixli 3-16/16/1-6/4/207 nömrəli ekspert rəyindən görünür ki, “...(imza) Məlikov...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmniz çəkisi 67,102 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 3,467 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v. 42-43) 19 avqust 2023-cü il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) vardır. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 167-168) 28 avqust 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 2422 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməli dövründə hər hansı bir pisixi xəstələk və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 170- 171) 17 avqust 2023-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 67,102 qram narkotik vasitə heroin və təmiz çəkisi 3,467 qram olan ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonrakı 67,052 qram heroin və 3,417 qram metamfetamin Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmişdir. (i.v.111) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə olduğu 6 (altı) ay müddət nəzərə alınmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v.103-104) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə anadan olmuş X7, xx.xx.2015-ci il tarixdə anadan olmuş X8, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 adlarında 3 azyaşlı övladı vardır. (i.v. 110) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: «İmkanin. Olsa . onun. yanina. bir. dene. balaca. daw.qoyarsan. lap. Baklaca.», «dayi. qurban. olum. kolami. istiyrem. bawqa. hecne.q almiwam.burda». «Canim mənəm Heydər 8 manatım var gelim teze gelenden verda», «Kenandi. Dayi 50.m.var.olurem.axridan.nolar.cixart.blokdangelimde.seni.and.verem.atanin.qebrine.cixart. blokdan», «Pati lazimdi yoldayam dusum sanqarda», «Qerdew birazdab cixacam 05 das saxla mene». Həmçinin Təqsirləndirilən şəxs həmin nömrəsində aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: «Dayi yol masniynam gelirem yoldayam bu meni getirmedi dedi pati kola daliyca getmirem», «sə əliynən səndən mal götürsəm vessalamda s...m ele bilki agzivi”, «Yeke oglansan bulnka niye atmisan meni kola isdemiyecem», «Əyər malın ola ola belə edirsənsə Allah özü bilsin sənlə», «Qaqa varındısa 1 balaca şey verersen mene cekmeye», «Salam qardas rovsendi ruslan qizildas taksi qardasim yari kola varmi qardasim varsa bidene lazimdi ancaq kecen defekinden yoxda o temiz duxtaydi q», «Qaqa imkan olsa falqada verersende sen canin», «Ruslan salam rovsendi qizildas qardas pulum yoxdu sabah olacaq vezyetim cox pisdi mene destey ola bilersen vezyetden cixim bidene kola sabah zeng vurub o», Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrədən başqa bir nömrəyə 4169 7388 8374 2664 nömrəli kapital bank kartının nömrəsi gönədirilmişdir. (i.v 139-166) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü masanın üstünə qoymuşduir. O, şəxsi axtarış zamanı həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, Nizami rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşı olan şəxsdən 1200 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını, üzərindən aşkar edilən heroin və metamfetaminin bütün hissəsinin ona məxsus olmasını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroini və metamfetamini satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Həmçinin o, üzərində ittihamda göstərilən çəkidə deyil, 1 qrama yaxın heroin və 1 qrama yaxın metamfetamin olduğunu bildirmişdir. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən psixoloji təzyiq olunmasını göstərmişdir. Məhkəmə tövsifə təsir edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin ittihamda qeyd olunan çəkidə olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta sübuta yetirilməsini araşdırmalıdır. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin və metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəvi-ekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində “... (imza) Məlikov” sözləri, imzalar, Azərbaycan Respublikası DİN-nin 47 №-li dairəvi möhür əksləri olan 1 ədəd zərfdə təqdim edilmişdir. Zərfin tamlığının pozulması əlaməti müəyyən edilmədi. Zərfi içərisində 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 67,102 qram narkotik vasitə heroin və 3,467 qram metamfetamin aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin və metamfetamin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilən heroin və metamfetaminin bütün hissəsinin ona məxsus olmasını bildirmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda heroin və metamfetamin aşkar olunması, iki müxtəlif növdən olması, şahad Şahid3 birincidən narkotik vasitə almasını bildirməsi, həmçinin mobil telefonunda istifadə etdiyi nömrəyə heroin (kola kimi qeyd olunub) və metamfetaminin (patı, daş kimi qeyd olunub) alqı satqısına dair SMS-lərin daxil olması və çıxması onun həmin heroini və metamfetamini satış məqsədilə əldə etdiyinə dəlalət edir. Təqsirləndirilən şəxs psixoloji təzyiq edilməsi xüsusatı da öz təsdiqini tapmamışdır. Belə ki, həm şahid qismində dindirilmiş polis əməkdaşları, həm də təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı ona hər hansı fiziki və psixoloji təzyiq edilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittihamda qeyd edildiyi kimi 06 avqust 2023-cü il tarixdə saat 02:10 radələrində deyil, 05 avqust 2023-cü il tarixdə saat 20:00-21:00 radələrində saxlanıldığını, Şahid1 Məlik oğlunun onun saxlanılmasında iştirak etdiyini, digər şahidlər Şahid4 və Şahid2 onun saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Ona görə də, müdafiə tərəfi vəsatət verərək 05 avqust 2023cü il tarixdə saat 17:00-dan 06 avqust 05:00-dək olan müddət ərzində iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, iş üzrə şahidlər Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid1 Məlik oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrənin anten məlumatlarının əldə edilməsini xahiş etmiş və məhkəmə həmin vəsatəti təmin edərək Azərsell və Baksell şirkətlərinə soğular göndərilərək cavablar alınmışdır. Alınmış cavablardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 18:58-20:35-dək Qızıldaş antenasında, 21:24-dən 23:09-dək Lökbatan qəsəbəsi və Lökbatan qəsəbə Binə Ticarət Mərkəzi antenalarında olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 02:29-də Sahil qəsəbəsi antenasının əhatə dairəsində olmuşdur. Şübhəli şəxs qismində tutuma protokolundan da aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:10-da Şonqar qəsəbəsində saxlanılmışdır. GOOPLE MAP proqramında Şonqar və Sahil qəsəbələri arasında avtomobillə 17 dəqiqəlik məsafəsinin olması müəyyən edilir və belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02.10-da Şonqar qəsəbəsində saxlanıldığı halda saat 02:29-da Sahil qəsəbəsi ərazində yolda və ya həmin qəsəbədə yerləşən 38-ci PB-də olması realdır. Məhkəmə Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları Şahid1 Məlik oğlunun, Şahid4 və Şahid2 telefon anten məlumatlarını tədqiq etməyi zəruri hesab edir. Baksell şirkətindən alınmış sorğuya cavabdan görünür ki, Şahid1 Məlik oğlunun istifadəsində olmuş mobil telefon 05 avqust 2023-cü il tarixdə saat 17:00-dan 06 avqust 05:00-dək olan müddətdə şəbəkədə istifadədə olmamışdır. Şahid4 istifadəsində olan mobil telefonda xx.xx.2023-cü il saat 02:10-a ən yaxın qeyd alınmış anten məlumatı saat 01:38-də Sahil qəsəbəsi anteni olmuş və sonuncu tarixdən sonrakı birinci məlumat isə saat 03:39-da Sahil qəsəbəsi anteni olmuşdur. Göründüyü kimi 01:38-də Sahil qəsəbəsində olan Şahid4 17 dəqiqəyə, yəni 01:55-də Şonqar qəsbəsində olub saat 02:10-da Təqsirləndirilən şəxs tutulmasında iştirak edib geri 38-ci Polis Bölməsinin yerləşdiyi Sahil qəsəbəsinə qayıtmaq imkanına malik olmuşdur. Şahid2 anten məlumatları tədqiq edildikdə müəyyən olunur ki, onun istifadə etdiyi mobil telefon sorğuda qeyd olunan dövrdə ən son xx.xx.2023-cü il tarixdə saat 01:01-də Primorsk qəsəbə (Sahil qəsəbəsinin keçmiş adı) antenasının əhatə dairəsində olmuşdur. Bu da Şahid2 02:10-da Şoqar qəsbəsinə gedib Təqsirləndirilən şəxs tutaraq 38-ci Polis Bölməsinə gətirməsini istisna etmir. Beləliklə də, təqsirləndirilən Təqsirləndirilən şəxs və şahidlərin telefonlarının anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 02:10-da Qaradağ rayonu Şonqar qəsəbəsində Şahid4 və Şahid2 tərəfindən tutulması bir daha təsdiq olunmuşdur. Həmçinin mhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən heroinin və metanfetaminin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, şahidlərin ifadələri, SMS məlumatları, eləcə də, barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi ifadəsi ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni satış məqsədilə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı halları birbiri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmiş, müdafiəçinin suallarını da cavablandırmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 06 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Qaradağ RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 67,052 qram heroin və 3,417 qram metamfetamin məhv edilməli, 04 (dörd) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Vilayət oğlu müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Vilayət oğlu vəkil işlədiyi Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Qaradağ RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 67,052 qram heroin və 3,417 qram metamfetamin məhv edilsin, 04 (dörd) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1011/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1011/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver