Məhkəmə qərarları › İş №1(101)-1011/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1011/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1011/2025 14.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X*0 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs ”Ceyla 2020” MMC-nin nümayəndəsi Nümayəndə*, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə5, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMCnin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə4, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi* və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx *980-ci il tarixdə Xanlar(Göygöl) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *2 aprel 20**ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.* və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ** il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *78.3.2-ci, 3*0-cu, 320.*-ci və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə *7 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs*n direktoru Nümayəndə* ilə görüşüb özbaşına özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təchizat şöbəsinin polkovnik rütbəsində Zeynal adlı əməkdaşı, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb guya Şəmkir və Bərdə Hərbi korpuslarına ərzaq məhsullarının təminatını yerinə yetirdiyini, eyni zamanda guya təmsilçisi olduğu "xxxx" MMC-nin qeyd edilən hərbi korpuslara ərzaq təminatının təmin edilməsi ilə bağlı elan edilmiş tenderin qalibi olduğunu bildirib, bu məqsədlə "xxxx" MMCnin Zərərçəkmiş şəxs* MMC-dən ət məhsullarının alınması barədə direktoru Nümayəndə* ilə razılıq əldə etdikdən sonra kompüter proqramı vasitəsi ilə istintaqa məlum olmayan ünvanda qanunsuz olaraq hüquq verən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs* MMC arasında ət məhsullarının alqı-satqısına dair *7 may 2023-cü il tarixli 03 nömrəli müqavilə və eyni tarixli qiymətlərin razılaşdırılması protokolunu istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda cəmiyyətin direktoru X4 adından imzalayaraq həmin müqavilə və protokolun fotoşəklini qeyd edilən gün mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs* MMCnin direktoru Rizvan Qulivevə göndərməklə bilə-bilə saxta sənədlərdən istifadə edərək sonuncunun etibarını qazanmış və həmin gün, yəni *7 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs* MMC-nin icarəsində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən soyuducu anbardan 52.500 manat dəyərində ət məhsullarını qəbul edib, müxtəlif ticarət obyektlərinə satdıqdan sonra, Nümayəndə* ona olan inamını daha da artırmaq üçün təhvil aldığı ət məhsullarının dəyərindən hissə-hissə olmaqla cəmi 40.000 manat hissəsini nağd qaydada sonuncuya ödədikdən sonra 2023-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxs* MMCnin icarəsində olan Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən soyuducu anbardan əlavə olaraq 82,500 manat dəyərində ət məhsullarını qəbul edib ələ keçirməklə müxtəlif ticarət obyektlərinə sataraq, Nümayəndə* aldadıb, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs* MMC-yə məxsus ümumilikdə 95.000 manat dəyərində əmlakı ələ keçirməklə cəmiyyətə külli miqdarda əmlak xarakterli ziyan vuraraq dələduzluq edib dövlət orqanlarının nüfuzunu ləkələməklə onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə *5 may 2023-cü il tarixdə "xxxx" MMCnin direktoru Nümayəndə2 ilə görüşüb özbaşına özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təchizat şöbəsinin polkovik rütbəsində Zeynal adlı əməkdaşı, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb guya təmsilçisi olduğu "xxxx" MMC-nin tenderdə qalib gələrək ordunu qida məhsulları ilə təchiz etməli olduğunu bildirib bu məqsədlə "xxxx" MMC-nin "xxxx" MMC-dən qida məhsulları alması barədə direktoru Nümayəndə2 ilə razılıq əldə etdikdən sonra sonuncu tərəfindən hazırlanmış "xxxx" MMC ilə "xxxx" MMC arasında qida məhsullarının alqı-satqısma dair *5 may 2023-cü il tarixli *5062024 nömrəli müqaviləni "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda həmin MMC-nin təsisçisi Vidadi Nəzərzadənin adından imzalayıb təsdiq edərək saxtalaşdırmaqla həmin müqavilənin fotoşəklini qeyd edilən gün mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə "xxxx" MMC-nin direktoru Nümayəndə2 göndərərək bilə-bilə saxta sənəddən istifadə edib müxtəlif vaxtlarda cəmiyyətdən qida məhsulları alıb pulunu nağd qaydada ödəməklə sonuncunun etibarını qazandıqdan sonra 06 iyul 2023-cü il tarixdə "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Nərimanov rayonu, 2095-ci məhəllədə yerləşən soyuducu anbardan 77.365,22 manat dəyərində ət (toyuq) məhsullarını qəbul edib ələ keçirməklə müxtəlif ticarət obyektlərinə sataraq Nümayəndə2 aldadıb, etibarından sui-istifadə etməklə "xxxx" MMC-yə məxsus ümumilikdə 77.365,22 manat dəyərində əmlakı ələ keçirib cəmiyyətə külli miqdarda əmlak xarakterli ziyan vuraraq dələduzluq edib dövlət orqanlarının nüfuzunu ləkələməklə onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə *7 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə3 ilə mobil telefonla danışıb özünü Qara adlı şəxs kimi təqdim edərək guya təmsilçisi olduğu "xxxx" MMC-nin Zərərçəkmiş şəxs3 MMC-dən bitki yağı məhsulu almaq istədiyini bildirib "xxxx" MMC-nin adından bitki yağı məhsulu alınması barədə Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə3 ilə razılıq əldə etdikdən sonra kompüter proqramı vasitəsi ilə istintaqa məlum olmayan ünvanda qanunsuz olaraq hüquq verən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 MMC arasında bitki yağı məhsullarının alqı-satqısına dair *8 iyul 2023-cü il tarixli 006 nömrəli müqavilə, həmçinin ödəniş görüntüsünü yaratmaq üçün alacağı bitki yağı məhsulunun dəyərini təşkil edən pul vəsaitinin guya Zərərçəkmiş şəxs3 MMC-nin bank hesabına ödənilməsinə dair 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli ödəniş tapşırıqlarını istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə həmin müqaviləni "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda direktoru X* adından imzalayıb təsdiq edərək müqavilə və ödəniş tapşırıqlarının fotoşəklini mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə 2* iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə3 göndərməklə bilə-bilə saxta sənəddən istifadə edib sonuncunun etibarını qazanmış və həmin tarixdə Zərərçəkmiş şəxs3 MMC-nin Balakən rayonu, Qazbinə kəndinin ərazisində yerləşən anbarından 34.650 manat dəyərində bitki yağı məhsulunu qəbul edib ələ keçirərək Sabirabad şəhər sakini Şahid2 sataraq, Nümayəndə3 aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 MMC-yə məxsus ümumilikdə 34.650 manat dəyərində əmlakı ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə *8 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 direktor müavini Nümayəndə4 guya işlədiyi şirkətə məxsus çoxlu sayda yük avtomobillərin olduğunu, “Zəfər Günü” ilə əlaqədar olan qeyri-iş günləri ərzində həmin yük avtomobillərinin fəaliyyətini müvəqqəti dayandırıb təkərlərini dəyişmək istədiyini bildirərək guya təmsilçisi olduğu "xxxx" MMC-nin Zərərçəkmiş şəxs4 MMC-dən avtomobil ehtiyatı hissələrinin alınması barədə cəmiyyətin direktor müavini Nümayəndə4 ilə razılıq əldə etdikdən sonra kompüter proqramı vasitəsi ilə istintaqa məlum olmayan ünvanda qanunsuz olaraq hüquq verən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs4 MMC arasında avtomobil ehtiyatı hissələrinin alqı-satqısına dair 06 noyabr 2023-cü il tarixli 06/**- 0 nömrəli müqavilə, həmçinin alacağı avtomobil ehtiyatı hissələrinin dəyərini təşkil edən pul vəsaitinin cəmiyyətin bank hesabına ödənilməsi görüntüsü yaratmaq üçün 07 noyabr 2023-cü il tarixli 05 və 06 nömrəli ödəniş tapşırıqlarını istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda cəmiyyətin direktoru X* adından imzalayaraq həmin müqavilə və ödəniş tapşırıqlarının fotoşəkillərini qeyd edilən gün mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs4 MMC-nin direktor müavini Nümayəndə4 göndərməklə bilə-bilə saxta sənədlərdən istifadə edərək sonuncunun etibarını qazanmış və 07 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Qaradağ rayonu, Kənar Dairəvi yolun 9-cu km-də yerləşən mağazasından 26.040 manat dəyərində yük avtomobilləri üçün “*2.00R20” ölçülü təkərlər və 05 ədəd “*90 AH” akkumulyatorunu qəbul edib ələ keçirməklə müxtəlif ticarət obyektlərinə sataraq, Nümayəndə4 aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 MMC-yə məxsus ümumilikdə 26.040 manat dəyərində əmlakı ələ keçirməklə cəmiyyətə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə *2 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5n direktoru Nümayəndə5 ilə görüşüb özbaşına özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayor rütbəsində Soltan adlı əməkdaşı, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb guya nəzarətində olan Şəmkir və Bərdə hərbi korpuslarına toyuq məhsulları alınmasının zəruri olduğunu bildirib həmin korpuslara ərzaq məhsullarının təminatını yerinə yetirdiyini, eyni zamanda guya təmsilçisi olduğu yaxın qohumlarının adına olan "xxxx" MMC-nin qeyd edilən hərbi korpuslara ərzaq təminatının təmin edilməsi ilə bağlı elan edilmiş tenderin qalibi olduğunu bildirib, bu məqsədlə "xxxx" MMC-nin Zərərçəkmiş şəxs5 MMC-dən toyuq əti məhsulları almasına dair direktoru Nümayəndə5 ilə razılıq əldə etdikdən sonra kompüter proqramı vasitəsi ilə istintaqa məlum olmayan ünvanda qanunsuz olaraq hüquq verən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs5 MMC arasında ət məhsullarının alqı-satqısına dair *9 fevral 2024-cü il tarixli 05/2024 nömrəli müqavilə və eyni tarixli qiymətlərin razılaşdırılması protokolunu istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda cəmiyyətin rəsmi direktoru X* adından imzalayaraq həmin müqavilə və protokolun fotoşəklini qeyd edilən gün mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs5 MMC-nin direktoru Nümayəndə5 göndərməklə bilə-bilə saxta sənədlərdən istifadə edərək sonuncunun etibarını qazanmış və həmin gün, yəni *9 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 MMC-nin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran şossesi 74 C ünvanında yerləşən anbarından “Dünya Logistik” şirkətinin Qaradağ rayonu, Meyvəli ticarət mərkəzinin yaxınlığında yerləşən anbarına aparılmış 37.500 manat dəyərində toyuq budu məhsullarını qəbul edib, müxtəlif ticarət obyektlərinə satdıqdan sonra, Nümayəndə5 ona olan inamını daha da artırmaq üçün təhvil aldığı toyuq əti məhsullarının dəyərini təşkil edən 37.500 manat pul vəsaitini sonuncuya nağd qaydada ödədikdən sonra 26 fevral 2024-cü il tarixdə cəmiyyətin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran şossesi 74 C ünvanında yerləşən anbarından 38.000 dəyərində toyuq əti məhsullarını qəbul edib ələ keçirməklə müxtəlif ticarət obyektlərinə sataraq, Nümayəndə5 aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs5 MMC-yə məxsus ümumilikdə 38,000 manat dəyərində əmlakı ələ keçirməklə cəmiyyətə xeyli miqdarda əmlak xarakterli ziyan vuraraq dələduzluq edib dövlət orqanlarının nüfuzunu ləkələməklə onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs6 MMC- nin təsisçisi Nümayəndə6 ilə görüşüb özbaşına özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təchizat şöbəsinin polkovnik-leytenant rütbəsində Elnur adlı əməkdaşı, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncamverici və inzibatı-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb Şəmkir və Bərdə hərbi korpuslarına toyuq məhsulları alınmasının zəruri olduğunu, həmin korpuslara ərzaq məhsullarının təminatını yerinə yetirdiyini, eyni zamanda guya təmsilçisi olduğu yaxın qohumlarının adına olan "xxxx" MMC-nin qeyd edilən hərbi korpuslara ərzaq təminatının təmin edilməsi ilə bağlı elan edilmiş tenderin qalibi olduğunu bildirib, "xxxx" MMC-nin Zərərçəkmiş şəxs6 MMC-dən toyuq əti məhsulları alması barədə direktoru Nümayəndə6 ilə razılıq əldə etdikdən sonra kompüter proqramı vasitəsi ilə istintaqa məlum olmayan ünvanda qanunsuz olaraq hüquq verən "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 MMC arasında toyuq əti məhsullarının alqı-satqısma dair *0 fevral 2024-cü il tarixli AC 0*/02/024 nömrəli müqaviləni istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə "xxxx" MMC-də heç bir vəzifəsi olmadığı halda direktoru X* adından imzalayıb təsdiq edərək Zərərçəkmiş şəxs6 MMC-nin direktoru Nümayəndə6 göndərməklə bilə-bilə saxta sənəddən istifadə edərək sonuncunun etibarını qazanmış, 2024-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs6 MMC-nin ünvan 6 ünvanında yerləşən anbarından 33.000 manat dəyərində toyuq əti məhsulunu təhvil alıb müxtəlif ticarət obyektlərinə satdıqdan sonra Nümayəndə6 ona olan inamını daha da artırmaq üçün təhvil aldığı ət məhsullarının dəyərini hissə-hissə olmaqla cəmi 33.000 manat pul vəsaitini Nümayəndə6 nağd qaydada ödədikdən sonra 2024-cü ilin fevral ayının sonlarında yenidən cəmiyyətin ünvan 6 ünvanında yerləşən anbarından 30.888 manat dəyərində toyuq əti məhsulunu təhvil alıb ələ keçirərək müxtəlif ticarət obyektlərinə satmaqla əldə etdiyi məhsulların dəyərini Zərərçəkmiş şəxs6 MMC-nin bank hesabına ödənilməsi görüntüsünü yaratmaq üçün cinayət əməllərini davam edərək kompüter proqramı vasitəsi ilə qanunsuz olaraq guya 30.888 manat pul vəsaitinin cəmiyyətin bank hesabına ödənilməsinə dair *2 mart 2024-cü il tarixli M ** nömrəli ödəniş tapşırığını istifadə etmək məqsədilə hazırlayıb printerdən çap etməklə fotoşəklini qeyd edilən gün mobil telefonun «Whatsapp» proqramı təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs6 MMC- nin direktoru Nümayəndə6 göndərməklə bilə-bilə saxta sənəddən istifadə etmiş və qeyd edilən gün, yəni *2 mart 2024-cü il tarixdə həmin cəmiyyətin ünvan 6 ünvanında yerləşən anbarından əlavə olaraq 87.000 manat dəyərində toyuq əti məhsullarını təhvil alıb ələ keçirərək müxtəlif ticarət obyektlərinə satmaqla, Nümayəndə6 aldadıb, etibarından suiistifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 MMC-yə məxsus ümumilikdə **7.888 manat dəyərində əmlakı ələ keçirib cəmiyyətə külli miqdarda əmlak xarakterli ziyan vuraraq dələduzluq edib dövlət orqanlarının nüfuzunu ləkələməklə onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3*0-cu maddəsi ilə özünü təqsirli bilmir. Nümayəndə6 ilə bağlı epizodu üzrə zərərin məbləği ilə razılaşmır, belə ki, Nümayəndə6 43888 manat borcu var. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, "xxxx" şirkətinin rəhbəri kimi özünü təqdim etmişdir. "xxxx" MMC-yə münasibətdə dələduzluq əməlinə yol verilməsi epizodu üzrə özünü təqsirli bilir. "xxxx" MMC-nin direktoru Nümayəndə* 95000 manat borcu var. 95000 manat pul məbləğini öz ehtiyacları üçün xərcləmişdir. "xxxx" MMC-yə münasibətdə dələduzluq əməlinə yol verilməsi epizodu üzrə özünü təqsirli bilir, Nümayəndə2 77365 manat borcu var. 77365 manat pul məbləğini şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 MMC- yə münasibətdə dələduzluq əməlinə yol verilməsi epizodu üzrə özünü təqsirli bilir, Nümayəndə3 34650 manat borcu var. 34650 manat pul məbləğini şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs4 MMC yə münasibətdə dələduzluq əməlinə yol verilməsi epizodu üzrə özünü təqsirli bilir, Nümayəndə4 26000 manat borcu var. Zərərçəkmiş şəxs5 MMC epizodu üzrə özünü təqsirli bilir, Əlövsət İsmayılova 38000 manat borcu var. Zərərçəkmiş şəxs6 MMC-yə münasibətdə dələduzluq əməlinə yol verilməsi epizodu üzrə özünü təqsirli bilir, lakin dəymiş zərərin məbləği ilə razı deyil. Nümayəndə6 dəymiş zərər məbləği 43888 manatdır. Zərərçəkmiş şəxs6 MMC-dən toyuq məhsulları almış, saxta sənəd hazırlayaraq Zərərçəkmiş şəxs6 MMC-yə təqdim etmişdir. Ödəniş tapşırıqları ilə bağlı sənədləri saxtalaşdırmışdır. Özünü hər hansı bir orqanın formasın geyinərək onun nümayəndəsi kimi təqdim etməmişdir. Hər hansı bir orqanın adından saxtalaşdırılmış sənəd təqdim etməmişdir. "xxxx" Şirkətinin adından istifadə edərək, müqavilələr bağlayaraq mallar almışdır. Aldığı malları sataraq borcunu ödəmişdir. Borcu olduğu üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Özünə məxsus olan şirkəti olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *26.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin *43-*45-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş hüquqi şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə* izahat verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü Müdafiə Nazirliyini nümayəndəsi kimi təqdim edərək,əsgərlər üçün mal əti almış və *5 gündən bir pulunu verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona *05000 manat dəyərində zərər vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə* məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü Zeynal olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyi işçisi kimi ona vəsiqə təqdim etməmişdir. Təqsirləndirilən şəxs hərbi formada görmüşdür.Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyi halda ona qarşı şikayəti olmaya bilər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan toyuq məhsulları almışdır. Təqsirləndirilən şəxs əvvəllər aldığı malların ödənişlərini etmişdir. Ona Təqsirləndirilən şəxs tərəfindən 77365 manat məbləğində zərər dəymişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü Zeynal olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyi halda ona qarşı şikayəti olmaya bilər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə5 izahat verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mobil nömrəsini əldə edib əlaqə saxlamış və onlar Çobanzadə küçəsində görüşmüşlər. O, Təqsirləndirilən şəxslə görüşdükdə sonuncu hərbi formada olmuşdur.Anar ona Müdafiə Nazirliyinin təchizat şöbəsində çalışdığını, Müdafiə Nazirliyinin təchizatının tenderini "xxxx" şirkətinin həyata keçirdiyini bildirmişdir. Anar onunla müqavilə bağlayan "xxxx" şirkətinin bacısı oğluna məxsus olduğunu bildirmişdir. Anar öz adını Soltan deyə təqdim etmişdir. Toyuq məhsullarını göndərdikdən sonra Anar pul məbləğinin yarısını nağd şəkildə ödəmiş və növbəti dəfə məhsul göndərdikdə pul məbləğinin digər yarısını ödəyəcəyini demişdir.Növbəti dəfə məhsul göndərdikləri zaman Anar banka pul köçürülməsi edildiyi barədə bank rekvizitləri təqdim etmişdir. Daha sonra həmin sənədlə bağlı araşdırma etdikdə belə bir sənədin olmadığını müəyyənləşdirmişlər.Sənədin saxta olduğunu öyrəndikdən sonra hərbi polisə bu barədə şikayətlə müraciət etmişdir. Daha sonra hərbi prokurorluğa məlumat vermiş və araşdırma zamanı məlum olmuşdur ki, bu şəxs Müdafiə Nazirliyində işləmir. Şirkətin ünvanı Lökbatan qəsəbəsində yerləşdiyi üçün həmin ünvanı axtarsalar da, axtarışları nəticəsiz qalmışdır.Bundan sonra Qaradağ rayon Polis İdarəsinə gedib bu haqda məlumat verdikdə İdarədə ona Təqsirləndirilən şəxs şəkli göstərilərək “bu adamı axtarırsız” deyə soruşulmuş və həmin şəxsi 2 gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinə təhvil verdiklərini bildirmişlər. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə5 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, 38500 manat məbləğində ona ziyan dəymişdir. Təqsirləndirilən şəxslə görüşəndə onun ayağına nə geyindiyinə baxmamışdır. Təqsirləndirilən şəxs hərbi formada görmüş, Anar toyuq əti məhsullarını Müdafiə Nazirliyinə satacağı adı ilə almışdır. Toyuq məhsullarının təhviltəslimi elektron qaimə vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ödəniş etməmiş, ona saxta bank sənədi təqdim etmişdir. 38500 manat pul məbləği toyuq məhsullarının satış qiyməti ilə hesablanmış məbləğ olmuşdur. Təqsirləndirilən şəxs bir obyekti olduğunu həmin obyekti sataraq, zərəri ödəyəcəyini bildirsə də həmin obyekt paylı mülkiyyətdir. Təqsirləndirilən şəxs şirkətinə vurulmuş zərəri ödəmək üçün Günəşli ərazisində evi olduğunu, həmin evi sataraq zərəri ödəməyini istəsə də həmin evə baxmağa gedəndə evin sənədlərinin olmadığını öyrənmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 MMC-nin təsisçisi və nümayəndəsidir. Rusiyadan günəbaxan və qarğıdalı bitki yağları gətirmişdir.Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayıb onlayn formada müqavilə bağlayıb hesab nömrəsini göndərmiş və Anar isə ödənişi həyata keçirtməsi ilə bağlı onlara bank tapşırığının şəklini göndərmişdir. Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamışdır, onu üzbəüz görməmişdir. Bank tapşırığının şəkli həftənin cümə günü axşam saatlarında ona göndərilmiş və bundan sonra yük maşınına malları yükləyib göndərmişlər. Həftə sonu olduğundan banka gedə bilməmiş, lakin həftənin birinci günü banka getdiyi zaman heç bir ödənişin olmadığını öyrənmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, malları özünü müəssisənin rəhbəri kimi təqdim edən şəxsə göndərmişlər. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə4 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs4 MMC-nin təsisçisi və nümayəndəsidir. Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxladığı zaman yük maşınları üçün təkər lazım olduğunu bildirmişdir.Hesab nömrəsini Anara göndərmiş, sonuncu isə ödənişi həyata keçirtməsi ilə bağlı ona bank tapşırığının şəklini göndərmişdir. Bank tapşırığının şəklini ona “Zəfər günü” göndərmiş və həmin gün bank işləmədiyi üçün banka gedə bilməmişdir. Sonrakı gün banka getdiyi zaman heç bir ödənişin olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən 26040 manat məbləğində ona ziyan vurulmuş, dəymiş zərər tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs6 MMC-nin təsisçisidir, toyuq əti məhsullarının idxalı ilə məşğul olur. Təqsirləndirilən şəxs onlarla əlaqə saxlayaraq özünü Müdafiə Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onlarla görüşə Müdafiə Nazirliyinin formasını geyinib gəlmiş və formanın üzərində 2 ulduz işarəsi ilə polkovnik-leytenant rütbəsi olmuşdur. Anar öz şirkətləri üçün onlardan məhsul alməş və Müdafiə Nazirliyinə satacağını bildirmişdir.Anar məhsullarından nümunə götürərək onları ekspertizaya göndərəcəyini bildirmiş və daha sonra məhsulların keyfiyyətli olduğu barədə onlara məlumat vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onlara 87000 manat borcu qalmışdır. Birinci dəfə verdikləri malın ödənişini ikinci sifarişi verdiyi zaman həyata keçirmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs malları vermişlər, lakin Anar onlara saxta ödəniş tapşırığı göndərmişdir. Həmin ödəniş tapşırığının saxta olmasını bir gün sonra öyrənmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs toyuq budu və toyuq filesi məhsulları almışdır. Təqsirləndirilən şəxs 87000 manatlıq məhsul vermişdir. Dəymiş ziyanın məbləği 87000 manatdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə6 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, 202*-ci ildən Zərərçəkmiş şəxs6n təsisçisidir, hazırda həmin şirkətin direktoru X20r. Həmin cəmiyyətin fəaliyyəti xarici ölkələrdən toyuq məhsullarını idxal edilib sonradan ölkə ərazisində onların mağaza, restoran, kafe və digər iaşə obyektlərinə satılmasından ibarət olmuşdur.2024-cü ilin təxminən fevral ayının əvvəllərində tanımadığı mobil nömrədən ona zəng edən şəxs adının Elnur və Müdafiə Nazirliyinin Təchizat şöbəsinin əməkdaşı olduğunu demişdir. Özünü Elnur kimi təqdim edən şəxs ona Şəmkir və Bərdə hərbi korpuslarına toyuq məhsulları lazım olduğunu və bu səbəbdən onunla görüşmək istədiyini demişdir. Öz növbəsində həmin şəxsin təklifini qəbul edib onunla bir gün sonra Badamdar qəsəbəsində yerləşən "Qəsr” restoranında görüşmüşdür. Həmin şəxs əynində polkovnik-leytenant rütbəli poqonları olan hərbi geyim formasında görüşə gəlmiş, o, iki hərbi kospuslara nəzarət etdiyini və onlara toyuq məhsullarının lazım olduğunu bildirmişdir. Həmin şəxs hərbi qulluqçu olduğuna görə öz adına şirkət aça bilmədiyindən bütün əməliyyatların bacısı uşaqlarının adına olan "xxxx" şirkəti arasında baş tutacağını demişdir. Həmin şəxs həmçinin Müdafiə Nazirliyi tərəfindən həmin şirkətə bu işlə məşğul olmaları üçün tender verildiyini, bir neçə dəfə ondan məhsul götürmək istədiyini, ilk dəfə təhvil aldığı toyuq məhsullarının pulunu ikinci dəfə məhsulları təhvil aldıqdan sonra ödəyəcəyini bildirmişdir. O, həmin şəxsə şirkətinin bu cür fəaliyyət göstərmədiyini söyləmiş, belə olan halda Elnur ilk dəfə götürəcəyi məhsullarının pulunun bir hissəsini verməyə razı olduğunu bildirmişdir. Bununla da o, həmin şəxsin hərbi qulluqçu olduğunu zənn edib güvəndiyi üçün razılaşmışdır. Həmin görüşdən bir neçə gün sonra, yəni *0 fevral 2024-cü il tarixdə şirkətlər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən təsisçisi olduğu şirkət tərəfindən "xxxx" şirkəti üçün toyuq məhsullarının satışına başlanılmalı olmuş, "xxxx" şirkətinin direktoru kimi Elməddin Dünyamalıyev adlı şəxs, şirkətin hüquqi ünvanı isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 2* kimi göstərilmişdir. Müqavilə bağlandıqdan bir neçə gün sonra, 2024-cü ilin fevral ayında Elnurun sifarişinə əsasən cəmiyyətin anbarının yerləşdiyi ünvan 6 ünvanından 33000 manat dəyərində toyuq budları Elnurun göndərdiyi avtomobillər vasitəsi ilə təhvil alınmışdır. Elnurun göndərdiyi sürücü tərəfindən həmin məhsullara görə ona nağd şəkildə *3.000 manat pul verilmişdir. 2024-cü ilin fevral ayının təxminən sonlarında Elnur onunla yenidən əlaqə saxlayaraq 30888 manat dəyərində toyuq budlarını sifariş etmək istədiyini söyləmiş, o, Elnurla razılaşmış və Elnur Nizami rayonunda yerləşən həmin anbara göndərdiyi sürücülər vasitəsi ilə toyuq budlarını təhvil almışdır. Bu dəfə həmin toyuq budlarının bir hissəsini o, özü logistika şirkətinin avtomobilləri vasitəsi ilə Elnurun deməsinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dünya Logistika” şirkətinin anbarına təhvil vermişdir. Həmçinin Elnur sürücü vasitəsi ilə birinci dəfə götürdüyü toyuq məhsullarına görə qalan borcu, yəni 20.000 manatı nağd şəkildə ona ödəmişdir. *2 mart 2024-cü il tarixdə Elnur onunla əlaqə saxlayaraq bu dəfə hərbi hissələr üçün deyil, Gəncədə yaşayan adını demədiyi dostu üçün toyuq filesi göndərmək istədiyini, dostunun həmin toyuq filesinin orada satışını təşkil edəcəyini bildirib ümumilikdə 87000 manat dəyərində toyuq fileləri verməsini xahiş etmişdir. O, Elnura ikinci dəfə göndərdiyi toyuq budlarının pulunu ödəmədiyini söylədikdə Elnur elektron qaydada şirkətin balansına pulu köçürtdüyünü bildirmişdir. Daha sonra Elnur “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona həmin 30888 manat pulu ödənilməsini təsdiq edən *2 mart 2024-cü il tarixli, M ** nömrəli ödəniş tapşırığının fotoşəklini göndərmişdir. O, Elnura inanmış və bu səfər də gəlib toyuq filelərini aparmağa icazə vermişdir. Bundan sonra Elnurun göndərdiyi sürücülər 3 dəfəyə Nizami rayonu, 6-cı Köndələn küçəsi 2 ünvanında yerləşən anbara gələrək oradan ümumilikdə 87000 manat dəyərində toyuq filesini aparmışlar. O, Elnurun göndərdiyi ödəniş tapşırığı ilə bağlı şirkətin balansına pulun köçürülməsini gözləmiş, lakin bir neçə gün ərzində şirkətin balansına heç bir məbləğdə pul köçürülməmişdir. O, Elnura zəng etmiş, sonuncu guya iclasda olduğu üçün danışa bilmədiyini və ona zəng edəcəyini söyləmişdir. Lakin həmin vaxtdan sonra o, Elnurla əlaqə saxlaya bilməmiş və sonuncunun onu aldadıb məhsulları ələ keçirdiyini başa düşmüşdür. Bununla əlaqədar o, bir çox satış sahəsində işləyən tanışlarından həmin şəxsin kimliyi ilə bağlı maraqlanmış və onu aldadan şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu və sonuncunun heç vaxt Müdafiə Nazirliyində işləmədiyini öyrənmişdir. Nümayəndə6 verilən suallara cavab olaraq göstərmişdir ki, onunla Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsi bağlanılsa da, aralarında olan razılığa əsasən toyuq məhsulları təhvil verildikdən sonra ödəniş Təqsirləndirilən şəxs tərəfindən nağd şəkilində ödənməli olmuşdur. Təqsirləndirilən şəxs əvvəlki ödənişi etmədiyi üçün o, toyuq məhsullarının növbəti dəfə Təqsirləndirilən şəxs təhvil verməmiş, həmin vaxt Təqsirləndirilən şəxs ödənişin bank vasitəsi ilə hesaba köçürdüyünü ona bildirmişdir, “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona həmin 30888 manat pulu ödənilməsini təsdiq edən *2 mart 2024-cü il tarixli, M ** nömrəli ödəniş tapşırığının fotoşəklini göndərdiyi üçün o, Təqsirləndirilən şəxs inanmış, ümumi dəyəri 87000 manat olan toyuq məhsullarını Təqsirləndirilən şəxs təhvil vermişdir. Sonradan o, təsisçisi olduğu Zərərçəkmiş şəxs6 MMC-nin bank hesabına Təqsirləndirilən şəxs göndərdiyi 30888 manat pulun daxil olmadığını öyrəndikdə *2 mart 2024-cü il tarixli, M ** nömrəli ödəniş tapşırığının saxta olduğunu və Təqsirləndirilən şəxs onu aldatdığını anlamışdır. (cild 6, iş vərəqə 25-29). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Anar ona günəbaxan yağı satmışdır. Anarın satdığı günəbaxan yağının miqdarını və ona nə qədər pul verdiyini dəqiq xatırlamır. Günəbaxan yağını rayondakı mağazalara satmışdır. Təqsirləndirilən şəxs təxminən *0000 manat pul məbləği vermişdir.Təqsirləndirilən şəxs tərəfindən ona maddi ziyan vurulmamışdır.İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, müxtəlif quşçuluq fabriklərindən kəsilmiş toyuq məhsulları alıb üzərinə müəyyən məbləğdə pul qoyaraq Sabirabad rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satmaqla pul qazanır. O, Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini kimi xeyli müddətdir tanımış, sonuncu əvvəllər, xatırlamadığı tarixlərdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil nömrəyə zəng edərək kəsilmiş toyuq məhsulları təklif etmiş və qiymətlər münasib olduğuna görə Anardan bir dəfə toyuq məhsuları almışdır. O, toyuq məhsullarının alqısatqısı ilə məşğul olduğuna görə Anarın istifadə etdiyi mobil telefon nömrəsini öz mobil telefonunun yaddaşına qeyd etmişdir. 2* iyul 2023-cü il tarixdə Anar istifadə etdiyi 070- ***- **-** nömrəli mobil telefondan yenidən istifadəsində olan 055- ***-**-** nömrəli mobil nömrəyə zəng edərək əlində satılıq *8600 litr qarğıdalı və günəbaxan yağı olduğunu, əgər almaq istəsə həmin yağlan daşıma xərcləri ilə birlikdə ona cəmi 4*000 (qırx bir min) manat pula sata biləcəyini demişdir. Anarın təklifi sərfəli olduğuna görə o əvvəlcə bir nümunə gətirməsini xahiş etmiş, sonuncu da razılaşıb həmin tarixdə nümunə üçün ona 0* litr qarğıdalı yağı gətirmişdir. Anar nümunə üçün gətirdiyi yağı ona verdikdən sonra geri qayıtmışdır. O dərhal həmin yağı laboratoriyada yoxlatdırıb təmiz qida məhsulu olduğunu öyrənmiş, bundan sonra Anara zəng edərək onun təklifi ilə razı olduğunu və yağların hamısını ondan almaq istədiyini demişdir. Anar isə yağ məhsullarının hazırda sərhəddə olduğunu, məhsulların gömrükdən keçib əvvəlcə Mingəçevir şəhərində toplanacağını və daha sonra tam şəkildə ona təhvil veriləcəyini demişdir. 22 iyul 2023-cü il tarixdə səhər saatlarında Anar yenidən ona zəng edərək həmin tarixdə günorta saatlarında yağ məhsullarının ona veriləcəyini demişdir. Quşçuluq fabriklərində toyuqların yeminə yağ qatıldığına görə Anarla danışdıqdan sonra Sabirabad rayonu Nizamikənd kəndində yerləşən quşçuluq fabrikinin sahibi olan tanışı Amid Babaşova zəng edərək sərfəli qiymətə satılıq qarğıdalı və günbaxan yağı olduğunu bildirmiş, Amid də onun təklifi ilə razılaşaraq 3000 litr yağ alacağını demişdir. Həmin tarixdə təxminən saat *4 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək yağ məhsullarını 02 ədəd X24 markalı yük avtomobilləri ilə bir neçə saat əvvəl yola saldığını, yəni ona göndərdiyini bildirmiş, sürücülərdən birinin, yəni Tural adlı sürücünün istifadə etdiyi, hazırda xatırlamadığı mobil telefon nömrəsini ona vermişdir. O da Tural adlı sürücünün istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib danışaraq təxminən saat *4:30 radələrində sürücüləri Sabirabad şəhərində, yaşadığı evin yaxınlığında yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında qarşılamış və yaşadığı ünvana aparmışdır. Yaşadığı evin qarşısında avtomobillərdən birinin içərisində olan yağ məhsulları tam boşaldılmış, digərinin içərisində isə 3000 litr yağ məhsulu saxlamış və qalan yağ məhsulunu aparıb tanışı Amid Babaşovun quşçuluq fabrikinin həyətinə boşaltmışlar. Bundan sonra o, xidmət haqqı olaraq həmin sürücülərin hərəsinə 250 manat pul verib yola salmışdır. Daha sonra danışıb razılaşdıqları kimi 3000 litr yağ məhsuluna görə tanışı Amiddən 7200 manat pul almışdır. Bir qədər sonra Anar ona zəng edərək yağ məhsullarının pulunu götürmək üçün bir nəfər göndərəcəyini demiş, o isə həmin vaxt cəmi 20000 (iyirmi min) manat pul verə biləcəyini, qalan 2*000 (iyirmi bir min) manat pulu isə yağları satdıqca verəcəyini Anara bildirmiş, sonuncu da etiraz etmədən onunla razılaşmışdır. Həmin vaxt onun vacib şəxsi işləri olduğuna görə qardaşı Şahid3 20000 manat pul vermiş, həmin pulu götürmək üçün bir nəfər gələcəyini demiş və onunla görüşüb pulu verməsini xahiş etmişdir. Daha sonra o, qardaşı Hidayətin istifadə etdiyi mobil telefon nömrəsini Təqsirləndirilən şəxs verərək pulun qardaşında olduğunu və pulu götürməyə gələndə onunla əlaqə saxlamasını bildirmişdir. Təxminən 0* saatdan sonra qardaşı Hidayət ona zəng edərək pulu götürmək üçün Anar adlı bir şəxsin gəldiyini, telefon vasitəsi ilə Təqsirləndirilən şəxslə danışdıqdan sonra 20000 manat pulu həmin gələn Anar adlı şəxsə verdiyini bildirmişdir. Həmin Anar adlı şəxsin elə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Beləliklə, o ilkin olaraq Təqsirləndirilən şəxs 20000 manat pul vermiş, aralarında olan razılaşmaya əsasən sürücülərə verdiyi 500 manat pulu çıxdıqdan sonra o Anara cəmi 20420 (iyirmi min dörd yüz iyirmi) manat pul verməli olmuşdur. Bundan sonra o qalan yağları satdıqca 20420 pulu Anarın göstərişi ilə onun öz adına, oğlu kimi təqdim etdiyi Nihat adlı şəxsin adına və arvadı kimi təqdim etdiyi Kəmalə adlı qadının adına olan bank kartlarının hesablarına hissə-hissə göndərmişdir. Beləliklə, o yağ məhsullarının pulunu bir neçə gün ərzində Təqsirləndirilən şəxs tam şəkildə ödəmişdir. Təxminən 2023cü ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs yenidən ona zəng edərək satılıq 20000 litr yağ məhsulu olacağını bildirmiş və almaq istəyib-istəmədiyini soruşmuşdur. Öz növbəsində maddi imkanı olmadığını və daha yağ məhsulu alıb-satmaq istəmədiyini ona demişdir. Həmin gündən sonra onun Təqsirləndirilən şəxslə hər hansı əlaqəsi, görüşü və ya ünsiyyəti olmamışdır. Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki. Təqsirləndirilən şəxs *8600 litr yağ məhsulunun 22 iyul 2023-cü il tarixli ******* nömrəli qaimə fakturasmı mobil telefondan “whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. Təqsirləndirilən şəxs *8600 litr yağ məhsulunu haradan əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Həmin yağ məhsullarının alqı-satqısı barədə Təqsirləndirilən şəxslə arasında əvvəlcədən heç bir sövdələşmə olmamışdır. Təqsirləndirilən şəxs ona satdığı *8600 litr yağ məhsulunun 9300 litri 0* litrlik, qalan 9300 litri isə 05 litrlik plastik qablarda olmuş, xatırladığı qədərilə həmin yağlar Rusiya Federasiyasında istehsal olunmuşdur. (cild 3, iş vərəqə 43-47) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Sabirabad rayonu ərazisində Təqsirləndirilən şəxs yağ almış və həmin yağ məhsulunu satmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki,o, Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. ( cild 3, iş vərəqi 48-50). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid* ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, 2005-ci ilin əvvəllərindən etibarən Balakən rayonu, Mahamalar kəndinin, Qasbinə yaşayış məntəqəsində yerləşən Zərərçəkmiş şəxs3 MMCdə direktor müavini vəzifəsində çalışır. Həmin cəmiyyət 2004-cü ilin dekabr ayında şəriki Nümayəndə3 və onun tərəfindən təsis edilmişdir.MMC-nin fəaliyyəti günəbaxan və qarğıdalı yağlarının xarici ölkələrdən Azərbaycana idxalını və topdan satışını həyata keçirməkdən ibarətdir. O, *7 iyul 2023-cü il tarixdə təxminən saat *2 radələrində şəriki Abakərlə birlikdə iş yerində olduğu zaman istifadə etdiyi 055-2*7-*0-55 nömrəli mobil telefona tanımadığı ***-***-**-** nömrəli mobil nömrədən zəng gəlmişdir. O,telefona cavab verəndə zəng edən şəxs özünü “Qara” adı ilə təqdim edərək "xxxx" MMC-nin nümayəndəsi olduğunu, onun mobil telefon nömrəsini əvvəllər müştəriləri olan “Arif adlı şəxsdən aldığını, onu “Arif adlı şəxsin onlara yönəltdiyini və onlardan günəbaxan və qarğıdalı yağlan almaq istədiyini bildirmişdir. Öz növbəsində Qara adlı şəxslə üzbəüz görüşmədən, yəni telefon vasitəsi ilə danışıb razılıq əldə etdikdən sonra *8 iyul 2023-cü il tarixdə onların şirkəti ilə "xxxx" MMC-nin direktoru X5 arasında onlayn qaydada alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqavilə predmeti olan yağların alqı-satqısı üçün "xxxx" MMC tərəfindən onların şirkətinin “Access bank”ın Zaqatala filialındakı hesabına cəmi 34650 (otuz dörd min altı yüz əlli) manat pul köçürülməli olmuşdur. Beləliklə, Qara adlı şəxs Ödənişin köçürüldüyünü təsdiq edən "xxxx" ASC tərəfindən verilmiş 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli “ödəniş tapşırıqlarını” PDF formatında “Whatsapp” proqramı vasitəsi ilə həmin tarixdə ona göndərmişdir. Bundan sonra onlar arxayın olub müqavilə predmeti olan *800 ədəd 05 litrlik plastik qablarda olan qarğıdalı yağı və 9600 ədəd 0* litrlik plastik qablarda olan günəbaxan yağı məhsullarını, yəni ümumilikdə *8600 litr yağ məhsulunu 2* iyul 2023-cü il tarixdə şirkətin Balakən rayonu ,Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsində yerləşən anbarından "xxxx" MMC tərəfindən göndərilmiş yük maşınına yükləyərək təhvil vermişlər. Lakin 24 iyul 2023-cü il tarixdə şəriki Nümayəndə3 şirkətin “Access bank”da olan hesabını yoxladıqda ümumiyyətlə 34650 manat pulun şirkətin hesabına köçmədiyini müəyyən etmişdir. Bundan sonra Abakər dərhal özünü "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edən Qara adlı şəxslə telefon əlaqəsi yaradaraq pulun hesaba köçmədiyini demiş və bunun səbəbini soruşmuşdur. Qara adlı şəxs isə həmin vaxt Vergilər İdarəsində müəyyən problemləri olduğunu, özünün hazırda xaricdə olduğunu və buna görə "xxxx" MMC-nin mühasibi kimi təqdim etdiyi “Rafiq” adlı şəxsin mobil telefon nömrəsini onlara verərək həmin nömrə ilə əlaqə saxlamalarını tövsiyə etmişdir. Bundan sonra Abakər istifadə etdiyi 050-642-*0-*0 nömrəli mobil telefon vasitəsi ilə "xxxx" MMC-nin mühasibi kimi təqdim edilən Rafiq adlı şəxsin istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamış, həmin şəxs də "xxxx" MMC-nin vergi ilə bağlı problemləri olduğunu, həmin problemlə bağlı Vergilər İdarəsinə getdiyini, həmçinin "xxxx" MMC-nin Sosial Müdafiə Fonduna borcu olduğunu və bütün bunlara görə pulun onların şirkətinin hesabına köçmədiyini bildirmişdir. 25 iyul 2023-cü il tarixdə Abakər yenidən Qara adlı şəxslə əlaqə saxlayaraq pulun köçürülməsini təsdiq edən sənədi tələb etdikdə, Qara adlı şəxs pulu hesaba köçürdüyünü və günortaya kimi pulun hesaba yatacağını demişdir. Qara adlı şəxs yenə də yalan danışaraq onları aldatmağa və inandırmağa nail olmuş, nəticədə 34650 manat pul şirkətin hesabına köçürülməmişdir. O, "xxxx" MMC-nin direktoru X2, həmin MMC-nin adından bizimlə əlaqə saxlayan Arif adlı şəxsi, özünü həmin şirkətin nümayəndəsi kimi Qara adlı şəxsi və özünü həmin şirkətin mühasibi kimi təqdim edən Rafiq adlı şəxsi tanımamış, həmin şəxsləri görməmiş, onların arasında bütün danışıqlar mobil telefon vasitəsi ilə aparılmış və şirkətlər arasında onlayn qaydada müqavilə bağlanmışdır. Həmin şəxslərdən sadəcə Arif adlı şəxs əvvəllər onlarla telefon vasitəsi ilə əlaqə saxlayaraq şirkətdən cəmi 3-4 dəfə günəbaxan və qarğıdalı yağları almış və pulunu ödəmişdir. "Grand Company 2020” MMC-nin hər hansı bir nümayəndəsi alqı-satqı zamanı şirkətə gələrək bu prosesdə iştirak etməmişlər. O daha sonra Arif, Qara və Rafiq adlı şəxsin eyni şəxs, yəni Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir.(cild 3, iş vərəqə 60-62) Məhkəmə iş üzrə dindirilmiş təqsiləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *24-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. *0 mart 202*-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, aldatma yolu ilə ələ keçirilmiş təkərlər Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yolunda yerləşən “TS-Avto” Servisin anbarından götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild *, iş vərəqə 76-79). *5 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs4n Bakı şəhəri, Qaradağ rayonu, 9-cu kilometr ərazisində yerləşən anbarıdır. Baxış zamanı Nümayəndə4 Təqsirləndirilən şəxs 26040 manat dəyərində 48 ədəd kamaz təkəri həmin anbardan təhvil alıb götürdüyünü bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 53-56). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 vəzifəli şəxslərinə təqdim edilmiş 06 noyabr 2023-cü il tarixli 06/**-0* nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs4n direktoru X*3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X* arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır (cild 2, iş vərəqə 6*-63). Təqsirləndirilən şəxs tərəfindən tərtib edilməklə Zərərçəkmiş şəxs4 vəzifəli şəxslərinə təqdim edilmiş 07 noyabr 2023-cü il tarixli 05 və 06 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs4n bank hesabına ümumilikdə 26040 manat pulun köçürüldüyü göstərilmişdir (cild 2, iş vərəqə 64-65). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərinə təqdim edilmiş *8 iyul 2023-cü il tarixli 006 nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 direktoru Nümayəndə3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X* arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır (cild 2, iş vərəqə *77-*80). Təqsirləndirilən şəxs tərəfindən tərtib edilməklə Zərərçəkmiş şəxs3 vəzifəli şəxslərinə təqdim edilmiş 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs3 bank hesabına ümumilikdə 34650 manat pulun köçürüldüyü göstərilmişdir (cild 2, iş vərəqə *93-*94). 06 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,hadisə yeri ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısıdır.Baxış zamanı Ağayev X*2 Tural Tofiq oğlunun göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxslə mobil telefonda danışıb razılaşaraq *8,6 ton yağ məhsulu aldığını, həmin yağı iki ədəd avtomobillərin gətirdiyini, yağ məhsullarının *5,6 tonunun onun evinin qarşısına boşaldıldığını, qalan 3 ton yağın isə tanışının quşçuluq fabrikinin həyətinə boşaldıldığını bildirmişdir (cild 2, iş vərəqə 248-250). 2* iyul 2023-cü il tarixli 03*059 nömrəli qaimə fakturanın kserosurətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətdən *800 ədəd 5 litrlik, 9000 ədəd * litrlik olmaqla ümumilikdə *0800 ədəd günəbaxan yağı təhvil alınmışdır (cild 3, iş vərəqə 25). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5n vəzifəli şəxslərinə təqdim edilmiş *9 fevral 2024-cü il tarixli 05/2024 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X5 ilə Zərərçəkmiş şəxs5n direktoru Nümayəndə5 Həmid oğlunun arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır (cild 4, iş vərəqə 37-40). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6n vəzifəli şəxslərinə təqdim edilmiş *0 fevral 2024-cii il tarixli AC 0*/02/024 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X5 ilə Zərərçəkmiş şəxs6n direktoru X*8 arasında malların alqı-satqısına dair müqavilə bağlanmışdır (cild 4, iş vərəqə 7*-74). Təqsirləndirilən şəxs tərəfindən tərtib edilməklə Zərərçəkmiş şəxs6n vəzifəli şəxslərinə təqdim edilmiş *2 mart 2024-cü il tarixli M ** nömrəli ödəniş tapşırığın kserosurətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs6n bank hesabına 30888,00 manat pulun köçürüldüyü göstərilmişdir (cild 4, iş vərəqə 75). *7 sentyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Nümayəndə6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 4, iş vərəqə 252-255). 26 dekabr 2024-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6 ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək fotocədvəl tərtib edilməklə protokola əlavə edilmişdir (cild 6, iş vərəqə *87-*9*). *7 sentyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş hüquq şəxs Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Nümayəndə5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 4, iş vərəqə 256-259). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs*n vəzifəli şəxslərinə təqdim edilmiş *7 may 2023-cü il tarixli 03 nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs*n direktoru Nümayəndə* ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X6 arasında malların alqı-satqısına dair müqaviləsi bağlanılmışdır (cild 4, iş vərəqə 273-276). Təqsirləndirilən şəxs tərəfindən tərtib edilməklə Zərərçəkmiş şəxs*n vəzifəli şəxslərinə təqdim olunmuş *7 may 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu, malların təhvil-qəbul aktı, o cümlədən *7 may 2023-cü il tarixli 00046256 nömrəli, *6 iyun 2023-cü il tarixli ******* nömrəli, 27 iyun 2023-cü il tarixli 00*6493 və 00*6494 nömrəli, 05 iyul 2023cü il tarixli ******* nömrəli və 07 iyul 2023-cü il tarixli ******* nömrəli qaimə-fakturaların surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs* Məhdud Məsuliyyətli Cəmiyyətdən *05.000 manat dəyərində dondurulmuş mal əti təhvil alınmışdır (cild 4, iş vərəqə 277-278; cild 5, iş vərəqə 90-95). 06 iyul 2023-cü il tarixli 322543 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətdən 77365.22 manat dəyərində qida məhsulu təhvil alınmışdır (cild 6, iş vərəqə 67). Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinə təqdim edilmiş *5 may 2023-cü il tarixli *5062024 nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 arasında malların alqı-satqısına dair müqaviləsi bağlanılmışdır (cil 6, iş vərəqə 64-66). Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 təqdim etdiyi “WhatsApp” proqram təminatı vasitəsi ilə qeydə alınmış mesajlardan görünür ki, “Sehla X UTE Ali m (Qazax)” adlı abonentlə “Hərbi Mal alan Zeynal” adlı abonent arasında 2023-cii ilin iyun-iyul aylarında qarşılıqlı mesajlar yazılmış, həmin mesajlarda “Hərbi Mal alan Zeynal” adlı abonentin birinci abonentdən anbardan duru yağ, file, şəkər tozu, bud lazım olması, həmin məhsulları almaq istəməsi, ona 77.365 manat dəyərində məhsul veriləcəyi barədə razılığa gəlinməsi, “Hərbi Mal alan Zeynal” adlı abonentin aldığı malların dəyərini ödəmədiyinə görə “Sehla X UTE Ali m (Qazax)” adlı abonent tərəfindən sms yazılması öz əksini tapmışdır (cild 6, iş vərəqə 74-86). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 9 dekabr 2024-cü il tarixli 3-2*-2-5/2- 6769/2024 nömrəli məktubuna əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət *8.09.2020-ci ildə Təqsirləndirilən şəxs, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 09.0*.20*8-ci il tarixdə X*5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət isə *8.0*.2023cü ildə X3 adına dövlət qeydiyyatına alınmışdır (cild 6, iş vərəqə *27-*28). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 07 noyabr 2024-cü il tarixli məktubundan görünür ki,xx.xx.*980-ci il təvəllüdlü,Xanlar şəhərində anadan olmuş,Göygöl rayonu,Göygöl şəhəri,H.Əliyev prospekti,ev 66 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına Mərkəzi İnformasiya sisteminin məlumatına əsasən avtomaşın qeydiyyata alınmamışdır. (cild 5, iş vərəqə *49-*50). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin *3 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (cild 6, iş vərəqə *57-*58). 27 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırlanmaqla istifadə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs* Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *7 may 2023-cü il tarixli 03 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *5 may 2023-cü il tarixli *5062024 nömrəli müqavilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *8 iyul 2023-cü il tarixli 006 nömrəli müqavilə, 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli ödəniş tapşırıqları, “Grand Company 2020" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan 06 noyabr 2023-cü il tarixli 06/**-0* nömrəli müqavilə, 07 noyabr 2023-cü il tarixli 05 və 06 nömrəli ödəniş tapşırıqları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *9 fevral 2024-cü il tarixli 05/2024 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "Grand Company 2020” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs6 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *0 fevral 2024-cü il tarixli AC 0*/02/024 nömrəli müqavilə, *2 mart 2024-cü il tarixli M ** nömrəli ödəniş tapşırığının və Nümayəndə2 təqdim etdiyi “WhatsApp” çıxarışlarının surəti maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. (cild 6, iş vərəqə *92-230). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin *44-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *45.*, *45.2, *45.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *39-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *78.*-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin *78.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin *77-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ** iyun 20*5-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 3*-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü hər hansı dövlət oqranının nümayəndəsi kimi təqdim etməməsi, bundan başqa Zərərçəkmiş şəxs6 MMC-yə vurulmuş ziyanın 43888 manat təşkil etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, onun özünü vəzifəli şəxs kimi təqdim edərək saxta sənəd hazırlamaqla zərərçəkmiş hüquqi şəxslərə ümumilikdə 358.055,22 (üç yüz əlli səkkiz əlli beş manat iyirmi iki qəpik) manat manat məbləğində maddi ziyanın vurulması yolu ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gələrkən həm zərərçəkmiş şəxslərin məhkəmə iclasında, həm də ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürür. Müdafiə tərəfinin Zərərçəkmiş şəxs6 MMC-yə ittiham aktında göstərildiyi **7.888 manat ziyan vurulmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş 26 iyun 2024-cü il tarixli dindirilmə, *7 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi Nümayəndə6 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın **7.888 manat ziyan təşkil etdiyini bildirmişdir. Belə ki, 30.888 manatlıq toyuq məhsullarının ödənilməsi barədə ona saxta sənəd təqdim etdikdən sonra zərərçəkmiş hüquqi şəxs 87000 manatlıq toyuq məhsulunu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş hüquqi şəxs qeyd edilən xüsusatları təsdiq etmək üçün həmçinin Zərərçəkmiş şəxs6n bank hesabına 30888,00 manat pulun köçürüldüyünün göstərilməsi barədə *2 mart 2024-cü il tarixli ** nömrəli ödəniş tapşırığın kserosurətini təqdim etmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş hüquqi şəxsə 30.888 manatlıq toyuq məhsullarının ödənilməsi barədə ödəniş tapşırığının tərəfindən saxtalaşdırılması halını(yəni 30888 manatlıq toyuq məhsulunun pulunu ödəmədiyini) təsdiq etsə də Nailin dediyi kimi ondan sonradan 87000 manatlıq toyuq məhsulunu deyil, *3000 manatlıq toyuq məhsulu əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin ibtidai istintaq dövründə dindirmə və üzləşdirmə protokollarının, eləcə də məhkəmə iclasında verdiyi ifadələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin *25.2-ci maddəsinə əsasən mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxsə həmçinin Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlində yalnız Cinayət Məcəlləsinin 320.*-ci maddəsinin tərkib əlamətlərinin olmasını bildirərək, ona elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə elan edilmiş ittihamın xaric edilməsini xahiş etmişdir. Məhkəmə ittiham tərəfinin qeyd etdiyi xüsusatla razılaşaraq hesab edir ki, sonradan özü istifadə etmək məqsədilə saxta hüquq verən rəsmi sənədlərin hazırlayan şəxsin həmin sənədlərdən istifadə etməsi hallarında əməli Cinayət Məcəlləsinin 320.*-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Hazırki iş üzrə isə təqsirləndirilən şəxs məhz dələduzluq cinayətini törətmək məqsədilə saxta sənədlər hazırlayaraq istifadə etmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə elan edilmiş ona elan edilmiş ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *78.3.2-ci və 3*0-cu və 320.*-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi isə tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin *5-ci maddəsinə əsasən həmin Məcəllənin *78.3.2-ci maddəsində göstərilən cinayət əməli ağır, Cinayət Məcəlləsinin 3*0-cu maddəsində göstərilən cinayət əməli az ağır, Cinayət Məcəlləsinin 320.*-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *78.3.2, 3*0, 320.*-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.*.*4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *2 aprel 20**-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.* və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ** il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ** avqust 20**-ci il tarixli qərarı ilə cəzası *0 il müddətinə endirilmiş, 28 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vərəqə *50-*52, cild 3, iş vərəqə 93-*06, *09-**8). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *8.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi hesab olunur. Göründüyü kimi təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkumluğunun ödənilmədiyi müddətdə yenidən qəsdən ağır cinayət törətmişdir. Məhkəmə qeyd olunanara əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6*.*.*-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.*-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4*.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsi kimi cəzasını yüngülləşdirən halın olmasını, əməlində cinayətin təhlükəli residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin *78.3.2-ci, 3*0, 320.*-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.*.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə *58.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə *58.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə tutulmuş (cild 2, iş vərəqə 69), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə **5- **9), həbs etmənin əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmlə barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- *.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-*.*-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-*.*.*-ci və 99-*.*.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, həmin əmlakın tam və ya qismən çevrildiyi digər əmlak və ya onun hissəsi, həmin əmlak dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus başqa əmlakın müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də göstərilən tədbirlər müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *32.*.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin *35.*-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs tərəfindən hazırlanmaqla istifadə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs* Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *7 may 2023-cü il tarixli 03 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *5 may 2023-cü il tarixli *5062024 nömrəli müqavilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *8 iyul 2023cü il tarixli 006 nömrəli müqavilə, 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli ödəniş tapşırıqları, “Grand Company 2020" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan 06 noyabr 2023-cü il tarixli 06/**-0* nömrəli müqavilə, 07 noyabr 2023-cü il tarixli 05 və 06 nömrəli ödəniş tapşırıqları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *9 fevral 2024-cü il tarixli 05/2024 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "Grand Company 2020” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs6 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *0 fevral 2024-cü il tarixli AC 0*/02/024 nömrəli müqavilə, *2 mart 2024-cü il tarixli M ** nömrəli ödəniş tapşırığının və Nümayəndə2 təqdim etdiyi “WhatsApp” çıxarışlarının surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxslərə dəymiş ziyan 358.055,22 (üç yüz əlli səkkiz əlli beş manat iyirmi iki qəpik) manat təşkil edir. Həmin ziyandan təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC və Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş ziyan, yəni 60690 (altmış min altı yüz doxsan) manat ödənilmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ** iyun 20*5-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24.*2.202*-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 35*-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *78.3.2-ci, 3*0-cu və 320.*-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Cinayət Məcəlləsinin *78.3.2-ci maddəsi ilə 07(yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 3*0-cu maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 320.*-ci maddəsi ilə 0*(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 08(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham ona elan edilmiş ümumi ittihamdan xaric edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Təqsirləndirilən şəxs tərəfindən hazırlanmaqla istifadə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs* Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *7 may 2023-cü il tarixli 03 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *5 may 2023-cü il tarixli *5062024 nömrəli müqavilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *8 iyul 2023-cü il tarixli 006 nömrəli müqavilə, 2* iyul 2023-cü il tarixli 22 və 23 nömrəli ödəniş tapşırıqları, “Grand Company 2020" Məhdud Məsuliyyətli Cəmiyyət ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan 06 noyabr 2023-cü il tarixli 06/**-0* nömrəli müqavilə, 07 noyabr 2023-cü il tarixli 05 və 06 nömrəli ödəniş tapşırıqları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *9 fevral 2024-cü il tarixli 05/2024 nömrəli müqavilə, eyni tarixli qiymətlərin razılaşdırılması protokolu, "Grand Company 2020” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Zərərçəkmiş şəxs6 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan *0 fevral 2024-cü il tarixli AC 0*/02/024 nömrəli müqavilə, *2 mart 2024-cü il tarixli M ** nömrəli ödəniş tapşırığının və Nümayəndə2 təqdim etdiyi “WhatsApp” çıxarışlarının surətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Fəxri Məmmədov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar