Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1012/2021 10.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı,X3, Zərərçəkmiş şəxs Müdafiəçi - Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X7 və Hacıyeva Pərvanə Vaqif qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs » qətimkan tədibiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə saat 21 radələrində qeyri rəsmi nigahda yaşadığı Zərərçəkmiş şəxs və sonuncunun 30.10.2016-cı il təvəllüdlü oğlu X8 ilə birlikdə kirayədə yaşadıqları ünvan 2 ünvanında yerləşən yataqxananın nömrəsiz otağında olarkən, yaşadıqları evin kirayə haqqına görə yaranmış borcları barədə aparılan mövzu zamanı, həmin borcun ödənilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı, yumruq və sillə ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq, üz nahiyəsinin çoxsaylı dərialtı hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarəti yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs qara rəngli gödəkçəsini geyinib ona “kişi deyilsən, get özün istə” deyərək evdən çıxmaq istəyərkən o, sonuncunun sözlərini özünə təhqir kimi qəbul edərək, mənzildəki masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə, hadisənin şahidi olmuş Zərərçəkmiş şəxs azyaşlı oğlu, 30.10.2016-cı il təvəllüdlü X5 qorxmasına və ağlamasına baxmayaraq gözü qarşısında, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs vuraraq, döş qəfəsinin sol yarısının bayır səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 ünvanında yerləşən yataqxanada qeyri rəsmi nigahda olduğu Zərərçəkmiş şəxs və Aygünün 5 yaşlı oğlu Amin ilə birlikdə kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs ilə 3 ay müddətdirki qeyri rəsmi nigahla ailə həyatı qurmuş, bu nigah həm onun, həmdə Aygünün ikinci evlilik həyatı olmuş, hər ikisi rəsmi qaydada boşanaraq qeyri rəsmi nigahla birlikdə yaşamışlar. Onlarla birlikdə yaşayan 5 yaşlı Amin Aygünün ilk nigahından olan övladı olmuşdur. Onun isə ilk nigahından iki azyaşlı övladları vardır və onlar rəsmi qaydada boşandığı keçmiş həyat yoldaşı ilə yaşayırlar. O, əvvəllər avto yuma məntəqələrində işləmiş, lakin bir müddətdirki işsiz olmuşdur. Həyat yoldaşı Aygün isə sifarişlə müxtəlif ünvanlarda sifariş olduğu halda təmizlik işləri ilə məşğul olmuşdur. Hər ikisi əldə etdikləri qazancla ailələrini dolandırmışlar. Hadisədən təxminən 3-4 ay əvvəl Aygünün tanışı olan Allahverdi adlı şəxs Aycündən 150 manat borc pul götürmüş və qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin, uzun müddət keçməsinə və həm Aygün, həm o, Allahverdiyə borcunu qaytarmasını bildirmələrinə baxmayaraq Allahverdi maddi vəziyyətinin pis olmasını səbəb gətirərək pulu qaytarmamışdır. Yaşadıqları evdə kirayədə yaşadıqları üçün kirayə haqqına görə mənzil sahibinə 80 manat pul borcları yaranmışdır. Hadisədən bir neçə gün əvvəl ev sahibi ona bildirmiş ki, qısa müddətdə yaranmış borc ödənilməsə onldarı evdən çıxardacaqdır. Maddi vəziyyətləri ilə bağlı olaraq həmin borcu ödəyə bilməmişlər. 13 dekabr 2020-ci il tarixdə günorta saatlarında iş axtarmaq məqsədilə yaşadıqları evdən çıxmış, lakin heç bir iş tapa bilmədiyindən saat 19 radələrində yaşadığı evə qayıtmışdır. Evdə olarkən şam yeməyi zamanı bir qədər spirtli içki qəbul etmişdir. Bir müddət sonra saat təxminən 21 radələrində evdə Aygünlə söhbətləşərək evin kirayə borcunu ödəmək barədə danışmışlar. Söhbət əsnasında o, Aygünə bildirmiş ki, maddi vəziyyətləri pis olduğundan həmin borcu ödəyə bilməmişlər, lakin Allahverdi adlı şəxsə verilmiş 150 manat pul geri alınarsa, həmin borcu ödəməklə həmin evdə yaşamağa davam edə bilərlər. Aygün ona cavab olaraq bir neçə dəfə Allahverdidən pulu istəsədə ala bilmədiyini söyləmişdir. Bu zəmində aralaranıda ilk öncə söz mübahisəsi başlamışdır. Söz mübahisəsi zamanı o, yumruq və sillə ilə Aygünün üz nahiyyəsindən vurmuşdur. Aygün isə çıxıb getmək üçün qara rəngli gödəkçəsini geyinmiş və ona «kişi deylisən? get özün istə» ifadəsini söyləmişdir. O, Aygünün sözündən əsəbləşərək masanın üzərində olan mətbəx bıçağını götürüb bir dəfə Aygünün sol qol altı nahiyyəsindən vurmuşdur. Həmin zərbədən sonra Aygünü vurduğu nahiyədən qan gəldiyini görmüşdür. Həmin zaman o, dərhal istifadəsində olan ***-***-**-** saylı nömrəmdən təcili tibbi yardım olan 103 nömrəsinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Lakin qorxduğu üçün 103 xidmətinə zəng edərkən yıxılmasını bildirmiş və bıçağı su ilə yuyub qandan təmizləmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım gələrək Aygünü tibbi yardım göstərilməsi üçün Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışlar. O, özü də həkimlərlə birlikdə getmişdir. Orada olan zaman bir neçə dəqiqə sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına baş vermiş hadisəni olduğu kimi danışmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 13 dekabr 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən yataqxanada yaşadıqları mənzildə baş vermiş, mənzil bir otaqdan ibarət olmuş, mətbəx isə yataqxana olduğundan bir neçə mənzilin qarşısında ümumi istifadədə olmuş, yəni, mətbəxdən istifadə etdikdən sonra yaşadıqları otağa daxil olaraq, həmin otaqdan həm zal, həmdəki yataq otağı kimi istifadə etmişlər. Buna görə də, o, şam yeməyini yaşadıqları otaqda yedikdən sonra aralarında mübahisə elə həmin otaqda başlamış, Aygünü bıçaqla vurması elə həmin otaqda baş vermişdir. Bıçaq isə həmin otaqda olan yemək masasının üzərində olmuş və mübahisə zamanı anidən bıçağa əl ataraq götürdükdən sonra Aygünü həmin bıçaqla vurmuşdur. Bıçaq evdə gündəlik istifadə etdikləri mətbəx bıçağı, tutacağı qırmızı, göy və ağ rənglərdən ibarət olmuş, ağ rəng olan hissəsi qara rəngli yapışqan lentlə örtülmüşdür. Bundan əlavə bildirmişdir ki, mübahisəyə səbəb Aygünün tanışı Allahverdi adlı şəxsin onlara olan borcunu qaytarmaması barədə olan danışıqları olmuşdur, həmin söhbət əsnasında yaranmış mübahisə zamanı isə Aygünü bıçaqla vurmasının səbəbi ona «kişi deylisən? get özün istə» ifadəsini söyləməsi olmuşdur. Aygünü əli ilə vurduqdan sonra, Aygün ona «kişi deyilsən get özün istə» deməsinə görə, özünü təhqir edilmiş hesab edərək əsəblərinə hakim olmayaraq bıçaqla vurmuşdur. Bıçaqla vurmaqda məqsədi Ayünə ciddi xəsarət yetirmək olmuşdur ki, Aygün onun ünvanına təhqiramiz ifadələr işlətməsin. Aygünü bıçaqla vurduqdan sonra xəsarət aldığını və qan gəldiyini görüb mübahisəyə son qoyaraq təcili tibbi yardıma zəng etmiş, onun Aygünü öldürmək niyyəti olmadığını qeyd etmişdir. Həmin zaman evdə o, Aygün və Aygünün 5 yaşlı oğlu Amin olmuş, başqa heç kəs olmamışdır. Mübahisə başladıqdan sonra və o, Aygünü əli ilə vurduqda Amin ağlamağa başlamış lakin onlara müdaxilə etməmişdir. Həmçinin Aygünü bıçaqla vuran zaman Aminin ağladığı və qorxduğu, lakin uşaq olduğundan heçnə edə bilmədiyi görünmüşdür. Mübahisə zamanı kimsə gəlməmiş və müdaxilə edən olmamışdır. Hadisədən sonra təcili tibbi yardım gələn zaman hadisə barədə qonşular bilmişlər. Aralarında əvvəllər belə bir hal və mübahisə yaşanmamış, hadisə nəticəsində Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi nigahda olmuşlar və birlikdə ünvan 2 ünvanında yerləşən yataqxanada kirayədə yaşamışlar. Həmçinin onlarla birlikdə onun ilk nigahında olan 5 yaşlı oğlu Amin yaşamışdır. Vüsal əvvəllər avto yuma məntəqələrində işləmiş, lakin bir müddətdirki işsiz olmuş, o isə müxtəlif ünvanlarda iş olduğu halda təmizlik işləri ilə məşğul olaraq, hər ikisi əldə etdikləri qazancla ailəni dolandırmışlar. Hadisədən təxminən 3-4 ay əvvəl tanışı olan X1 ondan 150 manat borc pul götürmüş və qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin, Allahverdi pulu hazırki vaxta qədər qaytarmamışdır. Kirayədə yaşadıqlarından kirayə haqqına görə mənzil sahibinə 80 manat pul borcları yaranmış və ev sahibi bildirmişdir ki, borc ödənməsə evdən çıxardacaqdır. 13 dekabr 2020-ci il tarixdə saat 21 radələrində evdə olarkən Vüsal spirti içki qəbul etmişdir. Həmin zaman kirayə borcu ilə bağlı Vüsal ilə söhbətləri yaranmışdır. Vüsal ona Allahverdidən pulu istəməsini tələb etmiş, o, cavab olaraq bildirmişdir ki, dəfələrlə Allahverdidən pulunu istəmiş, lakin Allahverdi pulunun olmadığını bildirib qaytara bilməmişdir. Bu zəmində Vüsal ilə aralarında söz mübahisəsi yaranmış, o, çıxıb getmək üçün qara rəngli gödəkçəsini geyinmiş və əsəbindən Vüsala «kişi deyil get özün istə» ifadəsini söyləmişdir. Həmin zaman Vüsal masanın üzərində mətbəx bıçağını götürüb bir dəfə onun sol qol altı nahiyəsindən vurmuşdur. Bıçaq evdə gündəlik istifadə etdikləri mətbəx bıçağı, tutacağı qırmızı, göy və ağ rənglərdən ibarət olmuş, ağ rəng olan hissəsi qara rəngli yapışqan lentlə örtülmüşdür. Həmin nahiyədən qan gəldiyini görüb Vüsal təcili tibbi yardım çağırmışdır. Təcili tiğbbi yardım gələrək ona 3 saylı Şəhər Xəstəxanasına aparmış və orada müalicə almışdır. Həmçinin xəstəxanaya polis əməkdaşları gəlmiş və o şikayət ərizəsi ilə hadisə barədə bildirmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 13 dekabr 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən yataqxanada kirayədə yaşadıqları mənzildə baş vermiş, mənzil bir otaqdan ibarət olmuş, Vüsal ilə söz mübahisələri həmin otaqda başlamış, söz mübahisəsi zamanı Vüsal yumruq və sillə ilə onun üz nahiyyəsindən vurmuş, həmin zaman o, gödəkçəsini geyinərək evdən çıxmaq istəyən zaman Vüsal masanın üzərindəki bıçağı götürüb onu vurmuşdur. Yaranmış mübahisəyə səbəb Allahverdiyə borc verilmiş pulun geri istənilməsi ilə bağlı Vüsalın tələbi olmuş, daha sonra Vüsal onu yumruq və sillə ilə vurduğundan əsəbləşərək Vüsala «kişi deyilsən get özün istə» deməsindən sonra həmin sözə görə Vüsal bıçaqla onu vurmuşdur. Vüsalın onu öldürmək niyyətində olmadığını bilidirmiş, çünki həmin an heç bir maneçiliyin olmadığını qeyd etmişdir. Həmin zaman orada o, Vüsal və 5 yaşlı oğlu Amin olmuş, Aminin 5 yaşı olduğundan müdaxilə etməmiş, otaqda olan çarpayının üzərində əyləşib gördüyü hadisədən qorxaraq ağlamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olsa da, 1993-ci ildən məcburi köçkün kimi ünvan 2 ünvanında yerləşən yataqxanada 62 nömrəli otaqda yaşayır. Onun yaşadığı otaq yataqxananın 3-cü mərtəbəsində yerləşir. Yataqxananın 2-ci mərtəbəsində isə ona kiçik sahədən ibarət yaşayış sahəsi verilmişdir, lakin 3-cü mərtəbədə yaşadığı otaq olduğundan, ona ayrılmış kiçik otaqdan istifadə etməmişdir. 2020-ci ilin oktyabr ayında Vüsal adlı şəxs ona müraciət edərək, ona aid olan kiçik yaşayış sahəsini kirayə götürməklə orada yaşamaq istədiyini bildirmişdir. Bunun müqabilində Vüsal aylıq icarə haqqı kimi 60 manat ödəyəcəyini söyləmişdir. Vüsal ona həmin yerdə yoldaşı Aygün və azyaşlı uşaqları ilə birlikdə yaşayacağını bildirmişdir. Qeyd etdiyi kimi həmin kiçik sahədən istifadə etmədiyindən razılaşmış, daha sonra Vüsal, yoldaşı Aygün və azyaşlı uşaqları həmin yerə köçərək orada yaşamağa başlamışlar. Həmin vaxtdan 2020-ci ilin dekabr ayının əvvəllərinədək orada yaşamışlar, lakin Vüsal ona heç bir ödəniş etməmişdir. O da, Vüsala, yaşadıqları 2-3 ay müddətə görə pul ödəməsini, əks halda evdən çıxmasını təklif etmişdir. Vüsal ona ödəniş edəcəyini bildirsə də, yenədə heç bir ödəniş etməmişdir. Bir neçə gün sonra, yəni 14 dekabr 2020-ci il tarixdə gecə saat 02 radələrində o, yaşadığı evə gəldikdə ona məlum olmuşdur ki, Vüsal ona aid olan yaşayış sahəsində yoldaşı Aygün ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla Aygünü vuraraq xəsarət yetirmişdir. Həmin hadisədən sonra onları görməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Bakı şəhəri TTY-nın 9 saylı Bölmənin həkimi vəzifəsində işləyir. 13 dekabr 2020-ci il tarixdə saat 22 radələrində xidmətdə olarkən 103 xədmətinə ünvan 3 ünvanına yıxılma səbəbi ilə Aygün adlı qadının adına çağırış daxil olmuşdur. Dərhal həmin ünvana getmişlər. Həmin ünvan Dərnəgül qəsəbəsində yerləşən Yataqxana binasının ikinci mərtəbəsində yerləşmiş və kiçik bir otaqdan ibarət olmuşdur.O və xidmət yoldaşı Şahid3 həmin otağa daxil olmuşlar, özünü Aygün kimi təqdim edən qızın yerdə oturmuş vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxsin əynində paltar olmamış və döş qəfəsinin sol tərəfində görünən kəsilmiş-deşilmiş xəsarətin olduğunu görmüşlər və dərhal həmin xanıma ilkin tibbi yardım göstərmişlər. Həmçinin orada olduqları zaman özünü Aygünün əri kimi təqdim edən şəxs Aygünün əynində olmuş qara rəngli gödəkçə göstərmişdir. Həmin gödəkçənin üzərində kəsilmiş deşilmiş zədə olmuşdur. Həmçinin kiçik yaşayış otağının döşəməsində qan izləri olmuşdur. Daha sonra həmin şəxsə sonrakı tibbi yardım göstərilməsi üçün onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıb təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aygünə tibbi yardım göstərdiyi zaman, üz nahiyyəsində yumruq və ya sillə ilə vurulma nəticəsində yaranmaya bənzər xəsarətlər olmuşdur. İş materiallarındakı keçirilmiş məhkəmə tibbi bioloji ekspertizasının 25.12.2020-ci il tarixli, 979/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki;1.Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosurəti və əsasən qan qrupu A/İİ/.2.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus palto (gödəkçə), kofta, pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs aid ola bilər.3.Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının 29.12.2020-ci il tarixli, 2529 nömrəli ekspert rəyindən görünür ki; İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİ ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qeyd olunamlıdır ki, Azərbaycan Respublikasının CM-nin 21ci maddəsinə əsasən anlaqlı/anlaqsız anlayışı ictimai təhlükəli əməl törədilən dövrə aid edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 26.01.2021-ci il tarixli, 2111 nömrəli ekspert rəyindən görünür ki, 1.Vət. Zərərçəkmiş şəxs bədənində döş qəfəsinin sol yarısının bayır səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və üz nahiyəsinin çoxsaylı dərialtı hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının bayır səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim edilmiş və ona oxşar bıçağın tiyəsinin təsirindən, üz nahiyəsinin çoxsaylı dərialtı hematoması isə bərk küt əşya (əşyaların) təsirindən onun tibbi yardım üçün 3 saylı şəhər klinik xəstəxanasına gətirildiyi 13.12.2020-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə döş qəfəsinin sol yarısının bayır səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, üz nahiyəsinin çoxsaylı dərialtı hematoması isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.
2. A.V Rufullayevanm bədənində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yara bıçaqla vurulan zərbə nəticəsində, hematomalar isə sillə və yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 18.01.2021-ci il tarixli, 620-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, İ. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (kofta və gödəkçə) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi il əvə ya eyni xüsusiyyətə malik digər bıçağ ilə törənməsi inkar olunmur. İİ.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİI-̇ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarındakı Binəqədi rayon Polis idarəsinin İstintaq Şöbəsində tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarındakı Binəqədi rayon Polis idarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 15 dekabr 2020-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanıldıqda sonuncu bir daha ifadəsində göstərdiklərini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində həmin xüsusatları mahiyyəti üzrə təsdiq edərək zərərçəkmiş şəxsi vurub xəsarət yetirdiyi yeri təqdim etmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli qəararına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş barəsində 14 dekabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin, məhkəmədə dindirilmiş, habelə ifadələri elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan 1) zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aid və soyuq silah hesab edilməyən, tutacağı qırmızı, göy və ağ rənglərdən ibarət, ağ rəng olan hissəsi qara rəngli yapışqan lentlə örtülmüş 01 ədəd bıçaq, 2) arxa səthində solda bir ədəd deşilmişkəsilmiş zədə və Zərərçəkmiş şəxs aid qan ləkəsi olan, üzərində “Sollo” yazısı olan qara rəngli qadın paltosu, 3) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə və Zərərçəkmiş şəxs aid qan ləkəsi olan, üzərində “Versace” yazısı olan qara rəngli qadın koftası, 4) üzərində Zərərçəkmiş şəxs aid qan ləkəsi olan pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 hesabına 210 (iki yüz on) manat miqdarında pul ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq,
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 14 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan 1) zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aid və soyuq silah hesab edilməyən, tutacağı qırmızı, göy və ağ rənglərdən ibarət, ağ rəng olan hissəsi qara rəngli yapışqan lentlə örtülmüş 01 ədəd bıçaq, 2) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə və Zərərçəkmiş şəxs aid qan ləkəsi olan, üzərində “Sollo” yazısı olan qara rəngli qadın paltosu, 3) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə və Zərərçəkmiş şəxs aid qan ləkəsi olan, üzərində “Versace” yazısı olan qara rəngli qadın koftası, 4) üzərində Zərərçəkmiş şəxs aid qan ləkəsi olan pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiəsini həyata keçirən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X7 hesabına 210 (iki yüz on) manat, vəkil Hacıyeva Pərvanə Vaqif qızının hesabına 18 (on səkkiz) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.