Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1012/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X11, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2, müdafiəçilər, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Ağazəki qızının, Sumqayıt Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkraran etibardan sui-istifadə etmǝ və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmiş və təkrarən zərərçəkmiş səxsin haqqında rüsvayedici məlumatlar yaymaqla əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində olan “Xanimlar” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemini həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncunun şəxsində və həmçinin yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə Zərərçəkmiş şəxs2 bədənindən və yaşadığı mənzildən çıxaracağına dair yalan vəd verib sonuncudan 2021-ci ilin yanvar ayının ortalarında öz anası X5 məxsus "4169 7413 3925 6636" saylı "xxxx" hesabına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 56 ünvanında yerləşən “Nar market”də olan “Milliön” ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə 20 manat, 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında şəxsən özündən qəbul edərək 500 manat və 2021-ci ilin fevral ayının ortalarında yenidən həmin ünvanda eyni üsulla 700 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1220 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində olan “Xanimlar” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncunun şəxsində və yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə Zərərçəkmiş şəxs3 bədənindən və yaşadığı mənzildən çıxaracağına dair yalan vəd verib sonuncudan 23 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, 34-cu məhəllədə yerləşən "Elmar market”də olan "Milliön" ödəmə terminalı vasitəsilə 20 manat və 26 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "Bazar Store" mağazasında “Milliön” elektron ödəmə sistemi vasitəsilə 950 manat pulu öz anası X5 məxsus "4169 7413 3925 6636” saylı "xxxx" hesabına köçürmə yolu ilə eyni niyyət və məqsədlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 970 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncunun şəxsində və yaşadığı mənzildə ağır negativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə Zərərçəkmiş şəxs4 bədənindən və yaşadığı mənzildən çıxaracağına dair yalan vəd edib sonuncudan öz anası X5 məxsus "4169 7413 3925 6636” saylı "Kapital Bank” hesabına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 56 ünvanında yerləşən "Nar market”də olan "Milliön" ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə 25 aprel 2021-ci il tarixdə 20 manat və 28 aprel 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Sənan market”də e-Manat ödəmə sistemi vasitəsilə 850 manat pulu eyni niyyət və məqsədlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 870 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkraran özgənin əmlakını aldatma yolu ilə elə keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində “tebil_energy_ritual” səhifəsində tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib sonuncun üzərində ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması, həyat yoldaşı ilə arasında olan küskünlüyü, həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hazırladığı şam vasitəsi ilə aradan qaldıracağını vəd verib sonuncudan həmin şamın müqabilində Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli "xxxx" hesabına 14 sentyabr 2021-ci il tarixdə saat 17:07 dəqiqədə ünvan 6 ünvanında yerləşən “Milliön” ödəmə sistemi vasitəsilə 1700 manat pulu koçürmə yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yaymaqla əmlaka olan hüququndan imtina etməsinə nail olmaq məqsədi ilə 23 sentyabr 2021-ci il tarixdə aldadıldığını başa düşməklə onun dələduzluq yolu ilə ələ keçirmiş olduğu 1700 manat pulun qaytarılmasını tələb edən Zərərçəkmiş şəxs1 həmin pulu tələb etməsindən imtina etməsi üçün əvvəlcədən sonuncu tərəfindən ona göndərilmiş, özünün və ailə üzvlərinin şəkillərindən ibarət videomaterial hazırlayaraq onun barəsində rüsvayedici məlumatlan “İnstagram” sosial şəbəkəsində “tebil_energy_ritual” səhifəsində paylaşmaqla hədələyib əmlaka olan hüququndan, yəni 1700 manat pulundan imtina etməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, onun “İnstagram” sosial şəbəkəsində saxta profili olmuş və “Xanimlar” adlı səhifədə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Həmin səhifədə hər kəs öz problemlərini bölüşmüşdür. Zərərçəkmiş şəxs2 da öz problemini bölüşmüş və onun rəyinə də baxıcı profillərini etiketləmişdir. Bu vaxtlar da o, müxtəlif dinlərlə maraqlanmışdır. Onun əmisi Rusiyada yaşadığına və sonuncunun ailəsinin kilsədə şam yandırdığına görə onda buna maraq oyanmışdır. O da arada Bakıda kilsəyə getmişdir. Bildirmək istəyir ki, o, xristian deyil, sadəcə bu dinlə maraqlanmışdır. O da Zərərçəkmiş şəxs2 rəy olaraq baxıcılara inanmamağı, gedib xristian kilsəsində şam yandırmağı bildirmişdir. Zərərçəkmiş şəxs2 da ona yoldaşının özünə bayıra çıxmağa icazə vermədiyini yazmış, onun gedib Vüsaləyə şam almasını xahiş etmişdir. O da Vüsaləyə vaxtının olmadığını bildirdikdə sonuncu yenidən ondan özü üçün şam almağını xahiş etmiş, Vüsaləyə “baxaram” desə də, Vüsalə ondan əl çəkmədiyinə görə o, razılaşmışdır. Sonra Zərərçəkmiş şəxs2 ona telefonla zəng edib şamları soruşmuş, o, Vüsaləyə “28 May” metrostansiyasına gəlməyi, orada şamları ondan götürməyi bildirmişdir. Lakin Vüsalə Bakını yaxşı tanımadığını, şamları “20 Yanvar” metrostansiyasında verməyi demişdir. O da Vüsalə ilə razılaşmış və dediyi yerə getmiş, lakin Vüsalə metrostansiyadan bir az uzaq yerə gəlməyini bildirmişdir. O, Vüsalə ilə görüşüb şamı uzadanda Vüsalə ona orada adamın çox olduğunu, bir az kənara keçməyi demiş, o da Vüsalə ilə razılaşıb bir az irəli keçmiş, şamı uzadanda Vüsalə şamların qarşılığı olaraq ona pul uzatmış və o, pula ehtiyac olmadığını bildirmişdir. Bu zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşı onu maşına oturdub Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına aparmışlar. O, nəyə görə saxlanıldığını soruşduqda ona nəsə deməmişlər. Binada olarkən yenidən nəyə görə saxlanıldığını soruşduqda barəsində şikayət olduğu bildirilmiş, o, şikayətin nə ilə bağlı olduğunu soruşduqda isə ona bir söz deməmişlər. O, bir neçə saat oturduqdan sonra ondan getmək istəyib-istəməməsi soruşulmuş, o da getmək istədiyini bildirdikdə ondan yüksək məbləğdə pul istəmişlər. O hələ də şikayətin nə barəsində və kim tərəfindən olduğunu bilməmişdir. O, yoxa çıxdığına görə atası polis bölməsinə müraciət etmiş və şəhər kameralarından baxıb maşının nömrəsi müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, maşının nömrəsi saxtadır və maşın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maşınıdır. Daha sonra atası İdarəyə getmiş, lakin atasını qapıdan buraxmamışlar. Həmin şəxsin atası olduğunu bildikdən sonra telefonla ona yığdırıb pul istədiklərini atasına bildirmişdir. İlkin olaraq ondan 20000 manat istəmişlər, lakin o, bu qədər pullarının olmadığını bildirmiş, daha sonra 10000 manatla razılaşmışlar. Atası da 5000 manat pul tapıb gətirib vermiş və atasına demişlər ki, “görürəm çox kasıbsan, get 5000 manat da gətir, qızını buraxaq”. Atası həmin gün qalan 5000 manat pulu da verəndən sonra onu buraxmışlar və məsələ bağlanmışdır. Atası həmin pulları borcla əldə etdiyinə görə borclu olduqları şəxslər onlardan pullarını tələb etməyə və onları sıxışdırmağa başlamışlar. Atası borcları qaytarmaq məqsədilə kredit almaq üçün banka müraciət etsə də, ona kredit verilməmişdir. Bildirmək istəyir ki, zərərçəkmiş kimi qeyd olunan şəxslərdən o, pul almamışdır. Borclu olduqları şəxslərlə onların əlaqəsi yoxdur. Yəni, onun barəsində cinayət işinin açılmasına səbəb atasının aldığı borcları qaytara bilməməsi olmuşdur. O, anlamışdır ki, borclarını ödəyə bilməyəcəklərinə görə yenə polisə düşəcəklər, buna görə də Prezidentə məktub ünvanlayaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onlardan pul aldığını bildirmişlər. Məktublarından sonra onlara DİN və Prokurorluqdan zənglər gəlmiş və pulun geri qaytarılacağı onlara bildirilmişdir. Daha sonra onlara Qabil adlı şəxsdən zənglər gəlməyə başlamış və sonuncu onlara hədə-qorxu gəlmiş və banditizmə getməklərini istəmişlər. O da səbəbini soruşduqda Qabil adlı şəxs onun gəlməyini təkrar tələb etdikdə sonuncu onlara DİN və Prokurorluqdan zənglər gəldiyini və pullarının qaytarılacağını bildirmişdir. Bundan sonra atasına 2-ci Polis bölməsindən zəng gəlmiş və ondan şikayət olduğunu, bölməyə getməli olduğunu bildirmişlər. Atası şikayətin nədən olduğunu soruşduqda atasına maşınla kimisə vurduğunu demişlər. Atası da polis bölməsinə getmiş və orada ona bildirmişlər ki, “qızına de banditizmə getsin”. O, yenidən şikayəti poçtla göndərmək istəyəndə Qabil adlı şəxs bu dəfə onları ailəlikcə banditizmə aparmış və onlardan şikayəti geri götürməklərini tələb etmişlər, əks halda başlarının ağrıyacağını bildirmişlər. Onlar da borclu olduqları şəxslərin onları sıxışdırdıqlarını bildirsələr də, ondan şikayəti geri çəkməklərini tələb etmişlər və onlardan izahat almışlar, lakin bu dəfə telefonunu qaytarmamışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, müxtəlif orqanlara ərizələri o yazmış, ərizədəki imza onundur. Müstəntiq ona məhkəməyə pul ödənildiyini bildirmiş, lakin hansı məhkəmə olduğunu bilməmişdir. Müstəntiq ailəsinə, “əgər övladınızın həbsdən çıxmağını istəyirsinizsə, dediyi məbləğlər ödənilməlidir” deyə bildirmiş, valideynləri ondan xəbərsiz zərərçəkmiş qızlara pul ödəmişdir. O, özü heç kimlə barışıq əldə etməmiş, valideynlərinin ödəniş etməsi ilə razı deyil, çünki o, bu işi törətməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2017-ci ildən 2021-ci ilin əvvəllərinə kimi X14 ilə qeyri-rəsmi nikah münasibətində olmuşdur. X24 ilə səbəbsiz olaraq münasibətləri pisləşmişdir. O, dəfələrlə münasibətlərini Rafiq Məmmədov ilə yaxşılaşdırmaq istəsə də, müsbət nəticə əldə edə bilməmişdir. Eşitmişdir ki, belə münasibətləri falçının əli ilə yaxşılaşdırmaq olar. Ona görə də problemlərini həll etmək üçün falçı axtarmışdır. Bunun üçün o, “İnstagram” sosial şəbəkəsində baxıcı axtarışına başlamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində Lamiyə adlı şəxslə tanış olmuşdur. O, Lamiyə ilə ilk öncə “İnstagram” sosial şəbəkəsində əlaqə saxlayıb məsələni ona danışmışdır. Lamiyə adlı qadın bundan sonra onunla +**********04 nömrəli "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaratmışdır. O, Lamiyəyə Rafiq ilə onun arasında olan bütün olanları danışmışdır. Lamiyə adlı qadın ona ilkin olaraq baxmaq üçün 20 manat ödəniş etmək lazım olduğunu bildirmişdır. Aralarında olan bütün söhbətlər və proseslər, o cümlədən ödəmələr online qaydada olmuşdur. O, ilkin olaraq 23 aprel 2021-ci il tarixdə Lamiyənin ona təqdim etdiyi X6 məxsus "xxxx"dakı plastik kart hesabına Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Elmar" marketdə olan "Milliön" ödəmə terminalı vasitəsi ilə 20 manat pul köçürmüşdür. Sonra Lamiyə adlı qadın ona Rafiq ilə onun arasında olan münasibətləri yaxşılaşdırmaq üçün 850 manat pul müqabilində baxıcılıqla bağlı müəyyən prosedurları həyata keçirəcəyini bildirmişdir. O da Lamiyə ilə razılaşmışdır. İki gün sonra Lamiyə qiymətin daha 850 manat deyil, 950 manat olacağını demişdir. O da Lamiyə ilə razılaşmış, 26 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "Bazar Store" mağazasında “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 950 manat pulu X6 məxsus "xxxx"dakı plastik kart hesabına köçürmüşdür. Bundan 3-4 gün sonra Lamiyə ona sarı rəngli şamı taksi sürücüsü ilə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına göndərmişdir. Həmin sürücünün adını bilməmiş, onunla ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Sürücü qırmızı rəngli “Daewoo” markalı avtomobillə qeyd olunan yerə gələrək şamı ona verib Lamiyə tərəfindən göndərildiyini bildirmişdir. Daha sonra Lamiyə ilə əlaqə saxlamış, nə etməli olduğunu soruşmuşdur. Lamiyə ona gecə saat 00:00-da şamı yandırmalı olduğunu və axıra kimi söndürmədən yanmalı olduğunu demişdir. O, həmin şamı video görüntüyə alıb Lamiyəyə göndərmişdir. Sonra Lamiyə ona bir neçə dua demişdir ki, həmin duaları şam yana-yana oxusun. O da həmin duaları oxumuşdur. Beləcə bir neçə prosesi ona izah etmişdir. Buna baxmayaraq Rafiqlə heç bir münasibəti düzəlməmişdir. Lamiyə isə zənglərinə və mesajlarına cavab verməmişdir. Bundan sonra hiss etmişdir ki, Lamiyə falçılıq adı ilə onu aldadıb 970 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Lamiyə eyni adla ondan başqa da digər qadınları aldadaraq pullarını elə keçirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, Lamiyənin instagram profilində yaşı yazılmamışdır. O, Lamiyənin üzünü görməmişdir. Lamiyənin suallardan xoşu gəlmədiyinə görə o, Lamiyəyə artıq suallar verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında iki azyaşlı övladları ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində “Tebii_energy_ritual” profil hesabı ilə rastlaşmış və həmin səhifə onun diqqətini çəkmişdir. Həmin “İnstagram” səhifəsində Lamiyə adlı qadın, kişini başqa qadınların yanına getməməsi və öz qadınına bağlanmasını müxtəlif daşlar və digər əşyalardan istifadə edib cadu etdirməklə edə biləcəyini bildirmişdir. O da yoldaşı Sənanın başqa qadınların yanına getməməsi və ona daha çox bağlı olması üçün Lamiyəyə müraciət etmişdir. O, Lamiyə ilə ilk öncə “İnstagram” sosial şəbəkəsində əlaqə saxlayıb fala baxdırmaq istədiyini yazmışdır. Lamiyə ona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaratmağını xahiş etmişdir. Lamiyə adlı qadın bundan sonra onunla +**********04 nömrəli "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə yaratmışdır. O, Lamiyəyə yoldaşı ilə onun arasında olan bütün olanları danışmışdır. Lamiyə adlı qadın ona ilkin olaraq baxmaq üçün 20 manat ödəniş etmək lazım olduğunu bildirmişdir. Qeyd edir ki, aralarında olan bütün söhbətlər və proseslər, o cümlədən ödəmələr online qaydada olmuşdur. O, ilkin olaraq 25 aprel 2021-ci il tarixdə Lamiyənin ona təqdim etdiyi X6 məxsus "4169 7413 3925 6636" saylı "xxxx" hesabına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 56 ünvanında yerləşən "Nar market”də olan "Milliön" ödəmə terminalı vasitəsi ilə 20 manat pul köçürmüşdür. Sonra Lamiyə adlı qadın ona yoldaşı ilə onun arasında olan münasibətləri daha da möhkəmləndirmək üçün 850 pul müqabilində baxıcılıqla bağlı müəyyən prosedurları həyata keçirəcəyini bildirmişdir. O da Lamiyə ilə razılaşmış, 28 aprel 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Sənan market”də e- Manat ödəmə sistemi vasitəsi ilə 850 manat pulu X3 adına olan məxsus "4169 7413 3925 6636" saylı "xxxx" hesabına köçürmüşdür. Lamiyə ona 3-4 gün sonra 3 ədəd rəngli, iplə dolanmış, üzəri yazılı şamı taksi sürücüsü ilə Biləcəri dairəsində yerləşən "Army market”in yanına göndərmişdir. Sürücü ağ rəngdə “Azsamand” markalı avtomobillə gələrək şamı ona vermişdir. Daha sonra Lamiyə ilə əlaqə saxlamış, nə etməli olduğunu soruşmuşdur. Lamiyə adlı qadın ona gecə saat 23:00-da hər 3 şamı yandırmalı olduğunu demişdir. O, Lamiyə ilə axşam əlaqə saxlayıb şamları yandırmaq istəsə də, əlaqə saxlaya bilməmişdir. Ertəsi gün o, Lamiyə adlı qadının göstərişi ilə ağ sap, sirkə məhlulu və falqa kağız almışdır. Lamiyə ona "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə 4 dua atıb demişdir ki, sapı şama bağlasın və duaları şam yanılı olan zaman oxusun və həmin şam sona kimi yanıb falqa kağızın üzərinə tökülsün. Sonra hiss eləmişdir ki, Lamiyə adlı qadın onu aldadır. Ona sonradan məlum olmuşdur ki, Lamiyə falçılıq adı ilə onu aldadıb 870 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona dəyən ziyan ödənilməmiş və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirdi ki, Lamiyə qara magiya ilə fala baxmış, “İnstagram” sosial şəbəkəsində canlılar açmışdır. Lamiyə ilə görüntülü də danışmış, anası da yanında olmuşdur. Lamiyə ona demişdir ki, “pulu karta at, çeki at falına baxım”. Onun falına baxıb yoldaşının gəzdiyini, ona xəyanət etdiyini demişdir. Lamiyə ona ilk dəfə 1000 manat vermək lazım olduğunu, sonra hamilə olduğu üçün endirim etdiyini bildirmişdir. Ona əməl etmədiyi təqdirdə, işlərinin daha da pisləşəcəyini demiş, o da qorxmuşdur. O pulunu geri istəyəndə Lamiyə onu təhqir etmiş, söyüş söyməyə başlamışdır. Onun pulu ödənilməmiş, məhkəmədən Lamiyənin qanun çərçivəsində cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində qarşısına “İnstagram” sosial şəbəkəsində təsadüfən “tebii_energy_ritual” səhifəsi çıxmışdır. Həmin səhifədə olan paylaşımlarda fala baxmaq və dua ilə ağırlıq götürmək, eləcə də digər xidmətlər təklif olunmuşdur. O da üzərində olan mənfi auranı götürmək üçün həmin profilə müraciət etmişdir. Belə ki, həmin vaxt ərindən ayrıldığı üçün əsəb və stress keçirmişdir. Həmin səhifənin təqdim etdiyi ***-***-**-** saylı nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışmağa başlamışdır. Həmin şəxs özünü Lamiyə kimi təqdim etmiş və danışıq zamanı ona şam verəcəyini və o da şamı yandırdıqdan sonra üzərindən ağırlıq qalxacağını və əri ilə barışacağını bildirmişdir. Bunun müqabilində Lamiyə ondan ilkin olaraq 1900 manat pul istəmiş, lakin sonradan guya ona endirim edərək 1700 manata razılaşmışdır. Daha sonra Lamiyə ondan özünün və ərinin şəkillərini istəmişdir ki, şəkillər Lamiyəyə göndərdikdən sonra sonuncu həmin şəkillər əsasında şama dua oxuyaraq şamı öz energetikası ilə dolduracaqdır. O, özündə o qədər pul olmadığından rəfiqələrindən borc alaraq 14 sentyabr 2021-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Lamiyənin ona göndərdiyi Şahid1 adına olan "xxxx" kart hesabına 1700 manat pulu köçürmüşdür. Lamiyə şamı özü ona çatdıracağını bildirsə də, səhəri gün həmin şəxs özü gəlməmiş və şamı ona başqa taksi maşını ilə göndərmiş və o, yaşadığı evin yaxınlığında həmin taksi maşını ilə görüşüb şamı ondan götürmüşdür. Həmin vaxt o, taksi sürücüsündən Lamiyəni şəxsən tanıyıb-tanımadığını soruşduqda sürücü Lamiyəni şəxsən tanımadığını, müştəri olaraq onu “28 May” metrostansiyasının yaxınlığından tutub göndərildiyini bildirmişdir. O, şamı götürdükdən sonra evə gedib Lamiyə ilə əlaqə saxlamış və Lamiyə ona müxtəlif məzmunlu və başqa dillərdə olan mətnlər göndərmişdir ki, o şamı yandıraraq onun göndərdiyi duaları oxusun. O, Lamiyənin dediyi kimi şamı yandırıb duaları oxumuşdur. Sonrakı günlər demək olar ki, hər gün Lamiyə ilə əlaqə saxlamış və hər dəfə Lamiyə onun əri ilə münasibətlərinin düzələcəyini vəd vermişdir. Təxminən 20 gün keçdikdən sonra o, Lamiyə tərəfindən aldanıldığını başa düşmüş və Lamiyədən karta köçürdüyü 1700 manat pulunu tələb etmişdir. Lakin Lamiyə həmin pulu verməkdən imtina edərək onu daha da pis cadu və əməllər edəcəyi ilə hədələməyə başlamışdır. Belə olan halda o, Səbail RPİ-nin 39-cü Polis bölməsinə şikayət etmiş, bundan sonra Lamiyə onun ərilə olan şəkillərini öz “İnstagram” səhifəsində paylaşaraq onun ünvanına xoşagəlməz ifadələr yazmışdır. Belə olan halda o, Lamiyəyə şikayətini geri götürəcəyini demiş və Lamiyə həmin şəkilləri səhifəsindən yığışdırmışdır. Lakin, Lamiyə onun pulunu hələ də qaytarmadığı üçün o, Lamiyənin səhifəsindən İnstaqram sosial şəbəkəsində olan “Fırıldaqçılar” səhifəsinə şikayət edərək “tebii_energy_ritual” səhifəsinin dələduzluqla məşğul olmasını bildirmişdir. Bundan sonra isə Lamiyə təkrarən onun əri ilə olan şəkillərini öz “İnstagram” səhifəsində paylaşaraq onun ünvanına xoşagəlməz ifadələr yazmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, o, məhkəməyə qədər canlı olaraq Lamiyə adlı xanımı şəxsən görməmiş, Lamiyə ilə ancaq yazışmışdır. O, Lamiyə ilə 2 dəfə telefonda danışmış, Lamiyənin səsini xatırlamır. Lamiyə onun tək və yoldaşı ilə olan şəkillərini öz səhifəsində paylaşmışdır. Lamiyə onların şəkillərindən video material hazırlamış və elə paylaşım etmişdir ki, guya fırıldaqçı odur. Lamiyənin 2 səhifəsi olmuş, həmin səhifələrdə onun şəkillərini paylaşmışdır. Lamiyə onun şəkillərini qorxması üçün paylaşmışdır. Lamiyə ona bir daha onu narahat etsə, yenə şəkillərini paylaşacağını bildirmişdir. Lamiyə ona səhifəsində digərlərinin rəy yazdıqlarını, onun yoldaşını tanıdıqlarını, yoldaşına bildirəcəyini deməklə hədə-qorxu gəlmiş, girib səhifəyə baxmağı və məsələdən xəbərdar olmağı demişdir. Lamiyə yoldaşına onun yoldaşı barəsində pis əməllər etdiyini deyəcəyini bildirmişdir. Ona dəyən ziyan Lamiyənin valideynləri tərəfindən ödənilmiş, Lamiyə ilə barışmış, ona qarşı tələbi yoxdur. Zərərçəkmiş şəxs1 cinayətin halları və Təqsirləndirilən şəxs həmin cinayətlə əlaqəsi ilə bağlı müxtəlif dövlət orqanlarına yazdığı və məhkəməyə daxil olmuş eyni məzmunlu 18 oktyabr 2022-ci il tarixli ərizələrinə dair məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirdi ki, o, Lamiyədən pulunu tələb etmiş, pulunu qaytarmadığına görə şikayət etmişdir. O, pulunu tələb edəndə Lamiyə aralarında belə razılaşmanın olmadığını bildirmiş, gedib məsələni hüquqi yolla həll etməsini məsləhət görmüşdür. O, Lamiyənin səhifəsinə sonuncunun fırıldaqçı olduğunu yazmış, Lamiyə də cavab olaraq onun şəklini səhifədə paylaşmışdır. Onun düşüncəsinə görə, Lamiyə onun qorxub pulu geri istəməməsi üçün şəkilləri paylaşmışdır. O da şəkilləri paylaşıldığı üçün qorxmuşdur. Şəkil yoldaşı ilə birlikdə olan adi şəkil olmuşdur. Şəkillərini başqaları görə bilməsindən narahat olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun 2021-ci ilin əvvəllərində işləri qaydasında getməmiş, ailə problemləri olmuşdur. Həmin vaxtlar təsadüfən “İnstagram” sosial şəbəkəsində “Təbii_energi_ritual” profil hesabına baxdıqda orada özünü ekstrasens-baxıcı kimi təqdim edən Lamiyə adlı şəxs onda maraq oyatdığından o, Lamiyənin profildə qeyd olunmuş +99***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Həmin şəxs ona şamlarla fala baxdığını demiş, o, Lamiyədən falına baxmağı xahiş etmiş, Lamiyə bunun üçün ilkin olaraq 20 manat ödəniş etməli olduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayının ortalarında Lamiyənin ona göndərdiyi Nərgiz adlı şəxsin plastik kart bank hesab nömrəsinə Sumqayıt şəhərində yerləşən bazarın yaxınlığındakı “Milliön” aparatı vasitəsi ilə 20 manat pul göndərmişdir. Bundan sonra Lamiyə ondan şəklini “WhatsApp” sosial tətbiqi vasitəsi ilə onun telefon nömrəsinə göndərməyini tapşırmışdır. O da öz şəklini Lamiyəyə göndərmişdir. Bundan sonra Lamiyə ona “WhatsApp”da onun ailə, şəxsi və iş həyatında böyük problemlərlə üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq olduğunu yazmışdır. Lamiyə həmçinin ona 500 manat pul verməsə bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. O, Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda Lamiyə ona şamlar alıb “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını demişdir. O, qorxduğundan aldadıldığını hiss etməmiş, yalnız həmin pulu tapmağı fikirləşmişdir. O, 500 manatı tapdıqdan sonra həmin ərəfədə, 2021-ci ilin yanvar ayının sonlarında Lamiyə ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında, "xxxx"nun qarşısında ikilikdə görüşüb həmin pulu Lamiyəyə vermişdir. Lamiyə ondan 500 manatı aldığı günün ertəsi verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini demişdir. Lamiyə ona oğlunun ölümünə 1 ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirmişdir. O, bunun üçün nə etməli olduğunu soruşduqda Lamiyə ondan 700 manat pul istəmişdir. O, qorxub 700 manat pul tapmış, 2021-ci ilin fevral ayının ortalarında birinci dəfə pul verdiyi eyni yerdə, yəni “20 Yanvar” metrostansiyasının yaxınlığında, "xxxx"nun qarşısında həmin pulu Lamiyəyə vermişdir. Həmin vaxt Lamiyənin yanında təxminən 20 yaşlı qız uşağı da olmuşdur. Lamiyə pulu alandan sonra 1 həftə ondan xəbər çıxmamışdır. Sonradan o, aldadıldığını başa düşüb Lamiyəyə verdiyi 1220 manat pulunu geri tələb etmişdir. Lamiyə ona hədə-qorxular gəlməyə başlamış, pulu ondan istəyəcəyi təqdirdə magiya ilə onu və ailəsini peşman edəcəyini demişdir. Sonradan o, Lamiyənin 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu və onun kimi bir çox şəxsləri aldadıb pullarını ələ keçirdiyini öyrənmişdir. Ona görə də bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Sonra ona həmin idarədən məlumat verilmişdir ki, cinayət işi Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Ona dəymiş zərər ödənilmiş, onun Lamiyəyə qarşı şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X7 ifadəsində göstərdi ki, onun adına "xxxx"dan bank kartı olmuşdur. Həmin karta oğlan övladının əlilliyi ilə bağlı dövlət pul köçmüşdür. Onun kartı qızında deyil həyat yoldaşında olmuş və həmin kartdan yalnız həyat yoldaşı pul çıxarmışdır. Həmin kart 1-2 ildir ki, itmişdir. Onun qızı falçılıqla məşğul olmamışdır. Həyat yoldaşı ilə qızı arasında din söhbətinə görə narazılıq olmuşdur. Qızını ritual icra edərkən görməmişdir. Qızı Lamiyənin yaşıl rəngdə, nazik şam yandırmağını 1-2 dəfə axşamçağı saat 5-6-da görmüş, şam yandırarkən Lamiyə danışmamışdır. Lamiyə ona fala baxmaq təklif etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Haqverdi oğlu ifadəsində göstərdi ki, o, Şahid1 şəxsən tanımamış, ibtidai istintaq zamanı tanımışdır. O, Şahid1 məxsus kartdan pul çıxarmamışdır. Bankomatdan çıxarılan şəkillər də onun şəkli olmamışdır. Onun yoldaşına aid olan bank kartına isə dövlət tərəfindən oğlunun əlilliyinə görə pul köçürülmüşdür. Həmin kart sonradan itmişdir. Onun övladı Lamiyə təsirə düşüb, başqa dini qəbul etmişdir. Onlar Zərərçəkmiş şəxs1 evinə getmişlər və Lamiyənin razılığı olmadan Aytaca 2400 manat pul vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Həsənhüseyn oğlu ifadəsində göstərdi ki, bacısı Ləman Qalimovanın adına olan ***-***-**-** saylı nömrəni o istifadə edir. 2021-ci ilin təxminən avqust aylarında o, “Tik-Tok” sosial şəbəkəsində Lamiyə adlı qızla tanış olmuş və daha sonra Lamiyə hazırda adı yadında qalmayan “İnstagram” səhifəsini ona vermiş və o, həmin səhifə ilə əlaqə yaratsa da, Lamiyə həmin səhifə ilə çox gec əlaqə saxlamışdır. Belə olan halda o, Lamiyə ilə növbəti dəfə yazışarkən ondan mobil telefon nömrəsini istəmiş və Lamiyə ona öz nömrəsi olaraq bildirdiyi ***-***-**-** və ***-***-**-** saylı nömrəsini vermişdir. O, Lamiyə ilə həmin telefon nömrələri ilə təxminən bir həftə əlaqə saxladıqdan sonra onunla görüşmək qərarına gəlmişlər və bu məqsədlə razılaşmışlar ki, “Nərimanov” metrosu ətrafında görüşsünlər. Bu məqsədlə 2021-ci ilin təxminən avqust ayının sonlarında Lamiyə ilə orada görüşmüşlər. Həmin vaxt Lamiyə adlı qız tünd rəngli “Lada Vesta” markalı nömrəsi hazırda yadında qalmayan avtomaşınla gəlmişdir. Onlar təxminən 10-15 dəqiqə Lamiyənin maşınında oturub söhbət etmişlər. Həmin vaxt Lamiyə ona “Nizami” metrosu yaxınlığında mağaza işlətdiyini və orada qadın bijuteriyaları, qol saatları və çantaların satışı ilə məşğul olduğunu bildirmişdir. Onlar söhbət etdikdən sonra o, maşından düşüb getmişdir. Həmin gündən sonra o, bir neçə dəfə Lamiyəyə yazmış, lakin Lamiyə onun yazdıqlarına gec cavab vermişdir. O, Lamiyənin ona hörmətsiz yanaşmasını görüb onunla əlaqələrini kəsmiş və bir daha onunla danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, **-OL-*** dövlət qeydiyyat nömrəli nişanlı ağ rəngdə “Azsamand” markalı avtomobili icarəyə götürərək “6555” taksi şirkətində taksiçi kimi məşğul olmuşdur. Lakin hazırda həmin avtomobili idarə etmir və həmin şirkətdə də işləmir. İşin mahiyyəti üzrə ona verilən suallara cavab olaraq göstərə bilər ki, 2021-ci ilin aprel ayının sonları ya da may ayının ilk günləri Sumqayıt şəhərində avtovağzalın yanında “Sülh Plaza” binasının yanında olarkən “6555” şirkətindən Sumqayıt şəhəri “Baxçasaray” adlanan ərazidən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri dairəsində yerləşən "Army" marketin yanına sifariş qəbul etmişdir. O, qeyd olunan ünvana çatanda arıq bədən quruluşlu, orta boylu, qaraşın, təqribən 20-21 yaşlarında olan bir qız yanında olan 5-6 yaşlarında kiçik körpə uşaqla ona yaxınlaşaraq bir sellofan paket vermiş və həmin paketi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində yerlǝşən "Army market”in yanında bir qadına çatdırmağını xahiş etmiş, özünün isə getməyəcəyini demişdir. Həmin qız ona 5 manat da yol haqqı vermiş və demişdir ki, 2 manatını da sifarişi çatdırdacağı şəxs verəcəkdir. O, həmin qızdan sellofan paketin içində nə olmasını soruşduqda, həmin qız bildirmişdir ki, firmada işləyir və firmaya şam sifariş verildiyindən həmin şamı müştəriyə çatdırmaq lazımdır. O, sellofana qızın iştirakı ilə baxmış və həmin paketdə iki ədəd qara şamlar olduğunu görmüşdür. O, həmin paketi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində yerləşən "Army market”in yanına gətirmiş və şamı ona verən şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Amma hər iki şəxsin mobil nömrəsi yadında qalmamışdır. Onu həmin ünvanda şamları hündür boylu, orta bədəndə bir qadın qarşılamış, o, şamları həmin qadına vermişdir. Həmin qadın da ona 2 manat pul vermiş və o, oradan uzaqlaşmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində göstərmişdir ki, o, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Qayalı market”in qarşısında gözətçi işləyərək maşınlara nəzarət edir. O, spirtli içki aludəçisi olduğu uçun demək olar ki, hər gün spirtli içki qəbul edir. Təxminən 2021-ci ilin may ayında o yenə də “Qayalı market”in qarşısında dayanarkən marketə daim müştəri qismində gələn adını bilmədiyi qırmızı rəngli “Jiquli” markalı maşın idarə edən şəxsə yaxınlaşıb ondan dayanacağa görə pul istədikdə həmin şəxs ona təklif etmişdir ki, o ona 250 qramlıq bir şüşə araq alacaq, amma o bunun müqabilində onunla Sumqayıt şəhərində yerləşən “Asan Xidmət”ə gedib sənədə qol çəkməlidir. O, həmin şəxsə razılıq vermiş və həmin şəxs ona araq aldıqdan sonra o, həmin arağı içmiş və onunla birlikdə Sumqayıt şəhərinə getmişdir. Orada o, artıq sərxoş olduğu üçün “Asan Xidmət”ə daxil olub bilmədiyi bir neçə sənədi imzalamış və sonra həmin şəxs onu təkrar “Qayalı market”in yanına gətirərək orada düşürtmüşdür. Həmin vaxtdan sonra o, həmin şəxsi mütəmadi olaraq görsə də ondan hansı sənədə imza etdiyini soruşmamışdır. O, həmin şəxsin anket məlumatları barədə heç nə göstərə bilməz. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, ümumiyyətlə hər hansı bir banka müraciət edərək bank kartı əldə etməmiş və əgər adına kart açılıbsa ola bilər ki, həmin naməlum şəxs açdırıb və onun tərəfindən istifadə edilir. Həmçinin mobil telefon da istifadə etmədiyi üçün adına nömrə olmamış və əgər adına nömrə vardırsa yenə də həmin şəxs tərəfindən onun adına nömrə alınaraq istifadə edilir (cild 1, iş vərəqi 75-76). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində göstərmişdir ki, **-HT-*** dövlət qeydiyyat nömrəli nişanlı “Daewo nexia” markalı avtomobil ona məxus olmuşdur, həmin avtomobil ilə taksi kimi fəailiyyət göstərmiş, lakin hazırda onu satmışdır. 2020-ci ildən hazırkı günə kimi “6688”, “6555” taksi şirkətində taksi işləyir. Təqribən 2021-ci ilin aprel ayının sonları ya da mart ayının ilk günləri təqribən günün ikinci yarısında Sumqayıt şəhərində 43-cü məhəllədə yerləşən “Cavid Mol”un qarşısından Bakı şəhəri “Elmlər Akademiyası” metrosunun yanına sifariş qəbul etmişdir. Sumqayıt şəhərində 43-cü məhəllədə yerləşən “Cavid Mol”un qarşısında olarkən ona arıq bədən quruluşlu, orta boylu, qaraşın, təqribən 20-21 yaşlarında olan bir qız ona yaxınlaşaraq bir sellofan paket vermiş və həmin paketi “Elmlər Akademiyası” metrosunun yanında bir qadına çatdırmağı və gediş haqqı pulunu da həmin qadının verəcəyini bildirmişdir. O, həmin qızdan sellofan paketin içində nə olmasını soruşduqda, qadın firmada işlədiyini və firmaya şam sifariş verildiyindən həmin şamı müştəriyə çatdırmaq lazım olduğunu demşdir. O, sellofana qadının iştirakı ilə baxmış və həmin paketdə qara şamlar olmasını görmüşdür, şamların sayı yadında hazırda deyildir. O, həmin paketi Bakı şəhəri “Elmlər Akademiyası” metrosunun yanına gətirmiş, ora çatdıqdan sonra paketi ona verən şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamış, həmin qadınla zəngləşdikdən sonra metronun yanında görüşüb şamları qadına vermiş və həmin şamı qəbul edən qadın da ona gediş haqqınıı vermişdir (cild 2, iş vərəqi 153-154). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, HK-1 455 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:36 radələrində DİN-nin 102 xidmətindən məlumat (2********) daxil olmuşdur ki, ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 zəng edib, təxminən 20 gün əvvəl ünvan 8 ünvanında falçı qismində tanıdığı şəxsin vətəndaşın üzərində olan tilsimi götürəcəyi adı ilə verdiyi Şahid1 adına olan hesab nömrəsinə 1700 manat pul göndərməsini, lakin həmin şəxsin vədinə əməl etməməsini və hal-hazırda vətəndaşın şəkillərini “İnstagram” sosial şəbəkəsində paylaşmasını bildirmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 onun təqdim etdiyi 18 vərəqdə +**********04, +1(***)*******, +1(***)*******, +1(***)******* nömrələri ilə aparılmış “WhatsApp” yazışmalarını əks etdirən fotoşəkillər və 01 ədəd videogörüntü götürülmüşdür (cild 1, iş vərəqi 41). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan, fotocədvəllərdən və DVD diskin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 18 vərəqədən ibarət fotocədvəldə +**********04, +(***)*******, +1(***)******* və +1(***)******* nömrələrlə “WhatsApp” sosial ani mesajlaşma programı vasitəsi ilə aparılmış “sms” mübadiləsinin mətnləri vardır. Həmin “sms” mübadiləsində naməlum şəxsin 1700 manat müqabilində Zərərçəkmiş şəxs1 üzərində olan neqativ enerjini onun üzərindən götürmək, yoldaşı ilə aralarında olan küsülülüyü qaldırmağı vəd verərək bunun üçün xüsusi ritualların keçirilməsi üçün şam satması, Zərərçəkmiş şəxs1 Şahid1 adına olan bank kartına 1700 manat pul köçürməklə ödəmə qəbzinin surətinin göndərilməsi, alınmış şamın hansı formada yandırılması, yandırılarkən hansı məzmunda duaların oxunması, daha sonra Zərərçəkmiş şəxs1 həmin şəxsdən pulunu geri tələb etməsi, lakin həmin şəxsin pulu tələb etdiyi halda Zərərçəkmiş şəxs1 tərəfindən ona göndərilmiş ailə şəkillərindən istifadə edilməklə “İnstagram” sosial şəbəkəsində yayılması, həmin paylaşımın silinməsi üçün pulun geri tələb edilməməsi və həmin səhifə haqqında digər səhifələrdə paylaşma edilməməsi və edilmiş paylaşmaların pozulmasının tələb edilməsi və əks halda daha ağır nəticələrə səbəb ola biləcək cadu və əməl eləyəcəyi hədəsi məzmununda yazışmalar var. Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd DVD diski açdıqda içində bir ədəd 52 saniyəlik “bf9f89ba-bc18-4656-bcbc-566f242e7810 (1)” adlı videogörüntü vardır. Videogörüntü telefonun ekranı üzərindən çəkilmişdir. Görüntüdə “İnstagram” sosial şəbəkəsində “tebii_energy_ritual” səhifəsində Zərərçəkmiş şəxs1, onun yoldaşının fotoşəkli və tərəflər arasında aparılmış “sms” mübadiləsinin bir hissəsinin fotoşəkilləri var. Həmçinin görüntü gedə-gedə naməlum diktor Zərərçəkmiş şəxs1 borc pul alıb proses hazırlatdırıb təsirini görməsi və sonra borc aldığı şəxsin ondan pulunu tələb etməsinə görə Zərərçəkmiş şəxs1 onlardan pulu istəməsi barədə danışır (cild 1, iş vərəqi 42-60). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli götürmə aparılması protokoldan görünür ki, Şahid1 onun təqdim etdiyi 16 vərəqdə izahlı qaimə götürülmüşdür (cild 1, iş vərəqi 88). İşdə olan "xxxx" ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şahid1 məxsus 416973******7431 nömrəli “BirKart Umico kart”a xx.xx.2021-ci il tarixdə 1700 manat əməliyyat məbləği həyata keçirilmişdir (cild 1, iş vərəqi 89-104). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan, fotocədvəllərdən və DVD diskin məzmunundan görünür ki, Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli bank kartı ilə aparılmış əməliyyatın kimin tərəfindən aparılmasını müəyyən etmək məqsədi ilə həmin kartın istifadə olunduğu Sumqayıt şəhəri, Babək 5 ünvanda yerləşən “Qayalı Gold” marketin müşahidə kameralarına və kassa aparatına baxışla müəyyən edilmişdir ki, Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli bank kartı ilə 08 dekabr 2021-ci il tarixdə saat 20:13 dəqiqədə əməliyyat aparılaraq marketdan 23 manat 65 qəpik məbləğində alış edilmiş və həmin alış zamanı X4 adına olan marketə məxsus bonus kartından istifadə olunmuşdur. 08 dekabr 2021-ci il tarixdə saat 20:13 dəqiqədə əməliyyat aparmış şəxsi müəyyən etmək məqsədi ilə marketin müşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin vaxt kassa önündə bir nəfər əynində qara rəngli palto olan, 40-45 yaşıl sarı saçlı qadın alınmış ərzaq və sair əşyaları arabadan çıxararaq kassanın önünə yığır və bir nəfər də təxminən 20-25 yaşlı, arıq bədən quruluşlu, əynində açıq qəhvəyi rəngli palto olan qara saçlı qız onun yanında dayanıb. Daha sonra sarı saçlı qadın və qara saçlı qadın yerlərini dəyişirlər və qara saçlı qadın cibindən kart çıxararaq sarı saçlı qadına təqdim edir, daha sonra isə özü mobil telefonu posterminala yaxınlaşdırmaqla ödəniş edir. Kassa aparatına baxışla müəyyən edilmişdir ki, Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli bank kartı ilə 14 dekabr 2021-ci il tarixdə saat 17:10 dəqiqədə əməliyyat aparılaraq marketdən 4 manat 67 qəpik məbləğində alış edilmişdir. 14 dekabr 2021-ci il tarixdə saat 17:10 dəqiqədə əməliyyat aparmış şəxsi müəyyən etmək məqsədi ilə marketin müşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, kassanın qarşısında 08 dekabr 2021-ci il tarixdə əməliyyat aparmış təxminən 20-25 yaşlı, arıq bədən quruluşlu, əynində açıq qəhvəyi rəngli palto olan qara saçlı qız dayanıb. Həmin vaxt kassada dayanmış şəxs onun almış olduğu ərzaqları kassa aparatından keçirir, daha sonra həmin qara saçlı qız kassadan ayrılaraq bir neçə saniyədən sonra qayıdaraq satıcıya posterminal uzadır. Satıcı posterminalda məbləğ qeyd etdikdən sonra qara saçlı qız yenə də əlində olan mobil telefonu posterminala yaxınlaşdıraraq ödəniş edir və sonra içində almış olduğu ərzaqlar olan sellofan paketi götürüb uzaqlaşır (cild 1, iş vərəqi 106- 110, 112). İşdə olan və məhkəmədə tədqiq edilmiş Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 068-132-1222 saylı məktubundan görünür ki, əməliyyat tapşırığına cavab olaraq Lamiyə adlı şəxs xx xxxx 2001-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Seyidlər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müəyyən olunaraq istintaqa təqdim olunur (cild 1, iş vərəqi 113). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı **-DV-*** dövlət nömrə nişanlı avtomobilə həmin tarixdə baxış keçirilmiş, baxış zamanı avtomobilin saxlanc yerində şübhəli şəxs Təqsirləndirilən şəxs atası Şahid5 və ailə üzvlərinə məxsus sənədlər və bank kartları, bir ədəd “İphone 11” markalı mobil telefon, bir ədəd bıçaq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefon ona, bir ədəd bıçaq isə atası Şahid5 məxsusdur. Avtomobildən aşkar edilmiş bir ədəd içində 100 manat pul, 75 qəpik, dəfnə yarpağı qurusu, yaşıl rəngli daş qırıntısı, üzərində ərəb əlifbasına bənzər yazılar olan və qəhvəyi rəngli pul kisəsi, bir ədəd bıçaq, bir ədəd mobil telefon, Şahid5 məxsus 3 ədəd və 4 ədəd üzərində kimə məxsus olduğu qeyd edilməyən bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş və möhürlənmişdir (cild 1, iş vərəqi 143-145). İşdə olan cinayət işləri üzrə icraatın birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və cinayət işində ********* nömrəsi saxlanılmışdır (cild 1, iş vərəqi 179-180). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Vesta” markalı **- DV-*** dövlət nömrə nişanlı avtomaşına baxış zamanı avtomaşından götürülmüş bir ədəd “İphone 11” markalı mobil telefona Təqsirləndirilən şəxs telefonun kilidini açmaqdan imtina etməsi ilə əlaqədar baxış keçirmək mümkün olmamışdır (cild 1, iş vərəqi 160). İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şahid5 ona məxsus **-DV-*** dövlət nömrə nişanlı avtomaşını və 5 ədəd bank kartını təhvil almışdır (cild 1, iş vərəqi 165). İşdə olan DİN Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 020-235-1222 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə ünvan 10 ünvanında qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Şahid1 adına rəsmiləşdirilmişdir. Eyni zamanda “İnstagram” sosial şəbəkəsinin serverləri ölkə xaricində yerləşdiyinə görə səhifə idarəçilərinin müəyyənləşdirilməsi texniki imkanlar xaricindədir (cild 01, iş vərəqi 175). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus və istifadəsində olan "Xiaomi” markalı mobil telefona və həmin mobil telefonun "WhatsApp" ani mesajlaşma proqramında +**********31 mobil nömrəsi ilə +**********04 mobil nömrə arasında olan yazışmalarda və səsli mesajlarda Zərərçəkmiş şəxs3 qeyri-rəsmi nikah münasibətində yaşadığı Rafiq Məmmədov ilə aralarında olan münasibətləri yaxşılaşdırmaq üçün özünü falçı kimi təqdim edən +**********04 mobil nömrə istifadəçisi olan "Lamiyə" adlı qadına müraciət etmiş, əvəzində öncədən Yəhyəyeva Nərgiz Siracǝddin qızına məxsus “4169 7413 3925 6636" saylı "xxxx" hesabına Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Elmar market”də olan "Milliön" ödəmə terminalı vasitəsi ilə 20 manat və ünvan 4 ünvanında yerləşən "Bazar Store" mağazasında “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 950 manat pul köçürmüş, daha sonra "Lamiyə" adlı qadın ona baxıcılıq etmiş, taksi sürücüsü ilə bir ədəd sarı şam göndərmiş və Zərərçəkmiş şəxs3 həmin şamı Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının qarşısında təhvil almış, "Lamiyə" adlı qadın Zərərçəkmiş şəxs3 bir neçə duanı yazaraq ona həmin duaları şamı yanılı vəziyyətdə olarkən oxumasını bildimiş, şam yanıb bitdikdən sonra həmin ərimiş şam hissəciklərini əlavə bir neçə kağıza bükərək yandırmasını bildirməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 195-211). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus və istifadəsində olan "Samsung A30" markalı mobil telefona və həmin mobil telefonun "WhatsApp" ani mesajlaşma proqramında +**********26 mobil nömrəsi ilə +**********04 mobil nömrə arasında olan yazışmalarda və səsli mesajlarda Zərərçəkmiş şəxs4 qeyri-rəsmi nikah münasibətində yaşadığı Sənan Əliyev ilə aralarında olan münasibətləri yaxşılaşdırmaq üçün özünü falçı kimi təqdim edən +**********04 mobil nömrə istifadəçisi olan "Lamiyə" adlı qadına müraciət etmiş, əvəzində öncədən Şahid4 məxsus "4169 7413 3925 6636" saylı "xxxx" hesabına Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 56 unvanında yerləşən "Nar market”də olan "Milliön" ödəmə terminalı vasitəsi ilə 20 manat və ünvan 5 ünvanında yerləşən "Sənan market”də eManat ödəmə sistemi vasitəsi ilə 850 manat pul köçürmüş, daha sonra "Lamiyə" adlı qadın ona baxıcılıq etmiş, taksi sürücüsü ilə 03 ədəd qara şam göndərmiş və Zərərçəkmiş şəxs4 həmin şamı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində yerǝşən "Army market”in qarşısında təhvil almış, "Lamiyə" adlı qadın Zərərçəkmiş şəxs4 bir neçə duanı yazaraq ona həmin duaları şamları yanılı vəziyyətdə olarkən şamların yanında sirkə turşusu qoyaraq oxumasını, şamlar yanıb bitdikdən sonra həmin ərimiş şam hissəciklərini əlavə bir neçə kağıza bükərək yandırmasını bildirməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 217-250). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs atası Şahid5 iştirakı ilə sonuncunun idarə etdiyi “Lada Vesta” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Şahid5 təklif edilmişdir ki, idarə etdiyi "Lada Vesta" markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona və ya qızına məxsus iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etsin. Bundan sonra Şahid5 idarə etdiyi avtomobildə hər hansı sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olmadığını bildirmiş, avtomobilə baxış zamanı "Lada Vesta" markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində sağ oturacağın qarşısındakı saxlanc yerindən 03 ədəd ağ rəngli şam aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid5 həmin şamların hansı məqsədlə saxlanıldığını soruşduqda, o, həmin şamları 4-5 gün əvvəl Sumqayıt şəhərində yerləşən "Qayalı" marketdən evdə istifadə edilməsi üçün aldığını, lakin evə aparmaq yadından çıxdığından avtomobildə qaldığını bildirmiş, bundan sonra Şahid5 idarə etdiyi "Lada Vesta” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 03 ədəd şam iş üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən "Lada Vesta" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir (cild 2, iş vərəqi 13-17). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci iı tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı şahid X21 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 155-157). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 88-90). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs4 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 91-93). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 94-96). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, “İnstagram” sosial şəbəkəsində cadu, tilsim, dua va digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemini həll edə biləcəyi barədə elan vermiş və ağır neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə təmizlənməsi ilə və bunun üçün sevgi, uğur, stres, pul və şans daşlar, amal təmizləmə şamları, arzu, dilək, ruzi-bərəkət üçün iplərin satışı ilə məşğul olan “tebii_energy_ritual” və “tebii_enerjy_ritual” səhifələrinə baxış keçirilmiş, baxışla müəyyən edilmişdir ki, “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” səhifəsi 101 paylaşım etmiş, 3706 izləyicisi var və həmin səhifə 4393 səhifəni izləyir. Həmçinin “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” səhifəsi 99 paylaşım etmiş, 2450 izləyicisi var və həmin səhifə 4092 səhifəni izləyir. Hər ikisi eyni məzmunlu olmaqla yanaşı səhifələr eyni qaydada idarə olunmaqla eyni şəkillər bölünmüşdür. Səhifədə cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir probleminin həll edilə bilinəcəyi barədə və ağır neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə təmizlənməsi və bunun üçün sevgi, uğur, stres, pul və şans daşlar, əməl təmizləmə şamları, arzu, dilək, ruzi-bərəkət üçün iplərin satışı barədə elanlar verilmişdir. X1 adına olan 4****1806 nömrəli bank kartına 20 manat pul köçürülməsi barədə qəbzin surəti, Lamiyənin anası X4 adına olan 4****6636 nömrəli bank kartına xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə 20 manat pul ödənilməsi barədə qəbzlərin surəti, Lamiyənin atası Şahid5 adına olan “6768 6755 4394 2856” nömrəli plastik bank kartının və həmin karta 20 manat ödənilməsi barədə qəbzin fotoşəkilləri vardır. Bundan başqa həmin səhifələrdə Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı avtomaşının salonu ilə eynilik təşkil edən avtomobilin salonunda çəkilmiş fotoşəkil və Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı maşına baxış keçirilərkən avtomaşından götürülmüş ona məxsus bir ədəd qəhvəyi rəngli pul qabı ilə eynilik təşkil edən pul qabının fotoşəkili var. Həmçinin şəxsin şəxsi şəkillərinin və məlumatlarının yayılması səbəbindən tərəflərin bir-birindən üzr istəmək tələbi barədə +99455330**** nomrəsi ilə sms mübadiləsinin fotoşəkili var (cild 2, iş vərəqi 184- 189). İşdə olan Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, 17/38318 nömrəli məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl müxtəlif vaxtlarda bir qrup şəxsə qarşı dələduzluq (hər hansı problemini həll etmək bəhanəsi ilə cadu, tilsim, dua və digər dini rituallar vasitəsilə) eləcə də hədə qorxu ilə tələb etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri və kəşfiyyat söhbətləri nəticəsində onun hansısa dini icmaların, dini pozucu sektorların tədbirləri, eləcə də radikal dini-ekstremist ideyaları dəstəkləmədiyi, bu yönlü dini mərasimlərdə iştirak etmədiyi və xristian dininə inandığı, Bakı şəhəri “28 May” metrostansiyasının yaxınlığında yerləşən kilsəyə gedərək orada ibadət etməsi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 203). İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-303 nömrəli məktubundan görünür görünür ki, 676867******2856 və 416974******1806 nömrəli plastik kartlar vasitəsi ilə qərarda qeyd olunan dövr ərzində bankomatla nağdlaşdırma əməliyyatı aparılmadığı üçün görüntülərin təqdim olunması mümkün deyil. “4169 7358 8527 7431 nömrəli kart "xxxx" ASC-yə məxsus olmadığından məlumatların təqdim olunması mümkün deyil (cild 2, iş vərəqi 225-227). İşdə olan və məhkəmədə tədqiq edilmiş fotoşəkilin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 Həsənhüseyn oğlu ona tədqim edilmiş fotoşəkillər arasında olan şəxslərdən 2 nömrəli şəkildə olan şəxsi tanımışdır. Belə ki o, bildirmişdir ki, şəkildə qeyd olunan şəxslə “Tik-Tok” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs özünü Lamiyə kimi təqdim etmişdir. Lamiyə ilə istifadəsində olan ***-***-**-** saylı nömrəsindən onun ***-***-**-** və ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq “Nərimanov” metrosu ətrafında Lamiyənin idarə etdiyi tünd rəngli “Lada Vesta” markalı maşında görüşüb danışmışdır (cild 3, iş vərəqi 30-31). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/75 nömrəli rəyindən görünür ki:
1. Ekspertiza tədqiqatına təqdim edilmiş sensor ekranlı "İOS“ əməliyyat sistemi ilə təhciz olunmuş "İphone 11 Pro’’ markalı “A2215” modelli, "SİM” danışıq yuvasındakı “**********04271" “imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Rəyin “Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone 11 Pro” markalı “A2215” modelli mobil smartfonun yaddaşında hər hansı bir (01 iyun 2021-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək olan müddət ərzində kontakt, zəng, “SMS” mesaj, foto, video, audio fayllar, “WhatsApp' proqramı təminatı, “instagram’’ sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 3, iş vərəqi 61-63). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış suvenir bıçaqdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 3, iş vərəqi 227-228). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ödəniş kartı üzrə çıxarışdan görünür ki, X4 adına olan "xxxx" ASCyə məxsus “4169 7413 3925 6636” nömrəli plastik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, həmçinin Şahid1 adına olan “4169 7385 8527 7431” nömrəli plastik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aparılmış əməliyyatlara dair Səbail Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş 31 vərəqədən ibarət çıxıraşlara baxışla müəyyən edilir ki, X4 adına olan "xxxx" ASC-yə məxsus “4169 7413 3925 6636” nömrəli plastik kartla aparılmış əməliyyatların çıxarışı 14 vərəqədən ibarətdir. Çıxarış xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddəti əhatə edir. xx.xx.2021-ci il tarixinə kartın balansı 827,34 manat olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində həmin kart hesabına 25,644.00 manat mədaxil olunmuş və 26,469.51 manat məxaric olunmuşdur. Qeyd edilən kartdan əsasən “Sumqayıt şəhəri, X30 “Bonus” marketdə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Qayalı” market, Sumqayıt şəhəri, 13cü mikrorayon ev 55. “Qayalı” market, “Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 1, 40 məhəllə Sumqayıt filialı, Abşeron rayonu, Bakı-Sumqayıt yolu “Araz” market, Abşeron rayonu, Saray qəsəbəsi, ünvan 11 ünvanlarında istifadə edilmişdir.
Şahid1 adına olan "xxxx" ASC-yə məxsus “4169 7385 8527 7431” nomrəli plastik kartla aparılmış əməliyyatların çıxarışı 17 vərəqədən ibarətdir. Çıxarış xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddəti əhatə edir. Həmin müddət ərzində kart hesabına 25,684.59 manat mədaxil olunmuş və eyni həmin məbləğdə 25,684.55 manat məxaric olunmuşdur. Qeyd edilən kartdan əsasən “Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “408 Hərbi Hissə”, Sumqayıt şəhəri, X30 “Bonus” marketdə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Qayalı” market, Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 55, “Qayalı” market, Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 1, 40 məhəllə ünvan 12 ünvanlarında istifadə edilmişdir (cild 3, iş vərəqi 76-107, 109). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, fotocədvəllərdən və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs anası X4 adına olan "xxxx" ASC-nə məxsus “4169 7413 3925 6636” nömrəli palstik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər aparılmış əməliyyatlara dair "xxxx" ASC-dən AR DİN-nin BMCMİ-si tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs anası X4 adına olan "xxxx" ASC-yə məxsus “4169 7413 3925 6636” nömrəli palstik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, həmçinin Şahid1 adına olan “4169 7385 8527 7431” nömrəli plastik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər aparılmış əməliyyatlara dair Səbail Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş iki ədəd “DVD” diskə baxışla müəyyən edilmişdir ki, BMCMİ tərəfindən və Səbail Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş X4 adına olan "xxxx" ASC-yə məxsus “4169 7413 3925 6636” nömrəli plastik kartı ilə aparılmış əməliyyatlar zamanı Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 həm bir yerdə, həm də ayrılıqda bankomatdan pul çıxartmaları əks edilmişdir. Belə ki, DVD diski açdıqda içində 08 ədəd “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021” və xx.xx.2021” adlı qovluqlar müəyyən edilir. “xx.xx.2021” adlı qovluq açıldıqda görünür ki, içində 64 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin və bankomatın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluq açıldıqda görünür ki, içində 64 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluq açıldıqda görünür ki, içində 32 ədǝd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı fayl açıldıqda görünür ki, içində 54 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluq açıldıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluq açıldıqda içində 27 ədəd gözünə eynək, ağzına maska taxmış və başını gödəçənin papağı ilə bağlı qadının bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. Səbail Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixlə qərarı ilə "xxxx" ASC-dən götürülmüş bir ədəd DVD diski açdıqda görünür ki, içində “Şahid1” və “X7” adlı 02 ədəd qovluq vardır. Şahid1 adlı qovluğu açdıqda içində 18 ədəd “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “08.08.202”, “ xx.xx.2021”, ”xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021” “ “xx.xx.2021” “xx.xx.2021”, “xx.xx.2021” və xx.xx.2021 adlı qovluqların olduğu müəyyən edilir. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd təqsirləndirilən şəxs X10 qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adı qovluğu açdıqda görünür ki, içində 32 ədəd naməlum şəxs tərəfindən bankomatdan pul çıxarılmasın dair bankomatın, ətrafın və naməlum şəxsin əlinin fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 16 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 ağzında maska ilə bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 54 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bir nəfər şəxs ilə birlikdə bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bir nəfər şəxs ilə birlikdə bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdında görünür ki, içində 32 ədəd naməlum şəxsin birlikdə bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 iki nəfər şəxs ilə birlikdə bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 48 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 137 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və bir nəfər gözündə eynək üzündə isə maska olan naməlum şəxsin bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd bir nəfər gözündə eynək üzündə isə maska olan və rəngli gödəkçə geyinmiş naməlum şəxsin bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd rəngli gödəkçə geyinmiş naməlum şəxsin bankomatdan pul çıxartmasına dair özünün, bankomatın va ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd naməlum şəxsin bankomatdan pul çıxartmasına dair əlinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd naməlum şəxsin bankomatdan pul çıxartmasına dair əlinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “X8” adlı qovluğu açdıqda içində 24 ədəd “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021” və “xx.xx.2021” adlı qovluqların olduğu müəyyən edilir. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 58 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır.
“xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 48 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 58 ədəd Təqsirləndirilən şəxs özünün, atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd naməlum şəxsin bankomatdan pul çıxartmasına dair əlinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 36 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 68 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 19 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 54 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 86 ədəd Təqsirləndirilən şəxs özünün, atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 64 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 bankomatdan pul çıxartmalarına dair özlərinin, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 64 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs atası Şahid5 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 54 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluğu açdıqda görünür ki, içində 32 ədəd Təqsirləndirilən şəxs qardaşı X12 bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır. “xx.xx.2021” adlı qovluq açıldıqda görünür ki, içində 27 ədəd gözünə eynək, ağzına maska taxmış və başını gödəçəknin papağı ilə bağlı qadının bankomatdan pul çıxartmasına dair özünün, bankomatın və ətrafın fotoşəkilləri vardır (cild 3, iş vərəqi 108,110-131), İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, fotocədvəllərdən və diskdən görünür ki, iş üzrə AR DİN-nin Baş İnformasiya və Komunikasiya İdarəsindən götürülmüş bir ədəd, Səbail Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş bir ədəd və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disklərə baxış keçirilmiş və baxışla müəyyən edilmişdir ki, Şahid1 adına olan 99***-***-**-** saylı nömrədən xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda, Aidə Quliyevanın adına olan 99***-***-**-**, İlqar Məmmədovun adına olan 99***-***-**-**, Fidan Həbiblinin adına olan 99***-***-**-** və 99***-***-**-**, "xxxx" Açıq Səhmdar Cəmiyyətin balansında olan 99***-***-**-**, Elvin Hacıyevin adına olan **********02, Tofiq Babayevin adına olan **********89, Azər Dəmirovun adına olan və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-**, Ləman Qalimovanın adına olan 99***-***-**-**, Eyvaz Musayevin adına olan 99***-***-**-**, Təqsirləndirilən şəxs atası Şahid5 adına olan 99***-***-**-**, Anar Hümbətovun adına olan **********06, Təqsirləndirilən şəxs anası Nərgiz Yəhyəyevanın adına olan 99***-***-**-** və 99***- ***-**-**, Məhəmməd Əliyevin adına olan 99***-***-**-**, “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” və “tebii_enerjy_ritual” səhifələrində 20 manat pulun 4****1806 nömrəli bank kartına köçürülməsi barədə qəbzin surəti paylaşılmış bank kartının sahibi Qabil Sadıxovun adına olan 99***-***-**-** nömrələrə, eləcə də iş üzrə Zərərçəkmiş şəxs1 adına olan 99***-***-**-** və 99***-***-**-** saylı nömrələrə zənglər olunmuş və müxtəlif müddətlərdə danışılqlar olmuşdur. Bundan başqa Şahid1 adına olan 99***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs anası Nərgiz Yəhyəyevanın adına olan 99***-***-**-** nömrəyə sms göndərilmişdir. Baxışla muəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan Azər Dəmirovun adına olan 99***-***-**-**, anası Nərgiz Yəhyəyevanın adına olan 99***- ***-**-** və atası Şahid5 istifadəsində olan 99***-***-**-** nömrələrdən Şahid1 adına olan 99***-***-**-** saylı nömrədən olduğu kimi Aidə Quliyevanın adına olan 99***-***-**- **, İlqar Məmmədovun adına olan 99***-***-**-**, Fidan Həbiblinin adına olan 99***-***-**- ** və 99***-***-**-** "xxxx" Açıq Səhmdar Cəmiyyətin balansında olan 99***-***-**-**, Elvin Hacıyevin adına olan 99***-***-**-**, Tofıq Babayevin adına olan 99***-***-**-**, Ləman Qalimovanın adına olan 99***-***-**-**, Eyvaz Musayevin adına olan 99***-***-**- **, Anar Hümbətovun adına olan 99***-***-**-**, Məhəmməd Əliyevin adına olan 99***- ***-**-**, “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ ritual” və “tebii enerjy_ritual” səhifələrində 20 manat pulun 4****1806 nömrəli bank karlına köçürülməsi barədə qəbzin surəti paylaşılmış bank kartının sahibi Qabil Sadıxovun adına olan 99***-***-**-** nömrələrə müxtəlif vaxtlarda zənglər olunaraq müxtəlif müddətlərdə danışıqlar olmuş və nömrələr arasında sms mübadilələri olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan Azər Dəmirovun adına olan 99***-***-**-** nömrədən Məxmər Həsənovanın adına olan 99***-***-**-** nömrəyə xx.xx.2021 ci il tarixdə saat 18:39:21 “zeng ele danis odeniw eləmisəm sami gotur sen ordan uzaglas men ebe cat im doycom sora neyne” məzmununda sms göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan Azər Dəmirovun adına olan 99***-***-**-** nömrədən xx.xx.2021-ci il tarixdə 99***-***-**-** nömrəsinə “A kisi bolmeden diriybler du* sene zeng edirem telfon ac Polislər bawim usdedi”, “Qurana and olsun imza atsam seni cadu sobetne gore tutacaglar avtamatik Pox telfonda acmırsan sabahdan gedib imzani atcam ged derdiv ozun cek 2-3 minde artig verersen” və “indide 102 yigcam” məzmununda sms göndərilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid5 istifadəsində olan 99***- ***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə 12:35:15, anası Nərgiz Yəhyəyevanın istifadəsində olan 99***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 20:52:24, xx.xx.2021-ci il tarixdə saat 00:51:20 və xx.xx.2021-ci il tarixdə saat 20:48:00-da iş üzrə zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayəti törədilərkən istifadə olunmuş 99***-***-**-** nömrəyə zənglər olmuşdur (cild 3, iş vərəqi 136-225). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 22). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 31). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 40). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 68). İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qıznın valideynləri ona dəymiş maddi ziyanı ödəmişlər, o, təqsirləndirilən şəxslə barışmış və onun Lamiyəyə qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (cild 3, iş vərəqi 43, 54). İşdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qıznın valideynləri ona dəymiş maddi ziyanı ödəmişlər və onun Lamiyəyə qarşı şikayəti yoxdur (cild 3, iş vərəqi 34, 65). İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 2, iş vərəqi 161). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 saylı Qərarının 1-1 və 3-1ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, eyni zamanda Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. Məhkəmə müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxsin özünün Təqsirləndirilən şəxs ona isnad edilən cinayətləri törətməməsi, iş üzrə zərərçəkmiş şəxslərlə ünsiyyət saxlayan Lamiyə adlı şəxsin Təqsirləndirilən şəxs olmaması, anası X4 və Şahid1 adına olan kartlardan Təqsirləndirilən şəxs istifadə etməməsi və digər mülahizələri ilə bağlı hökmdə şərh olunan sübutlara əsaslanmaqla aşağıdakıları bildirməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs özü məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xristian kilsəsində şam yandırmağı məsləhət görmüş, onun üçün şam alması barədə zərərçəkmiş şəxsin xahişini icra etmiş, aldığı şamları Zərərçəkmiş şəxs2 vermək üçün sonuncu ilə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, sonuncu ona pul uzatmış, lakin o, pulu götürməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə görüşməsini təsdiq edərək, 2021-ci ilin əvvəllərində işlərinin qaydasında getməməsi, ailə problemləri olması, həmin vaxtlar təsadüfən “İnstagram” sosial şəbəkəsində “Təbii_energi_ritual” profil hesabına baxdıqda orada özünü ekstrasens-baxıcı kimi təqdim edən Lamiyə adlı şəxs onda maraq oyatdığından Lamiyənin profildə qeyd olunmuş +99***-***-**-** saylı telefon nömrəsinə zəng etməsi, Lamiyənin ona şamlarla fala baxdığını deməsi, Lamiyədən falına baxmağı xahiş etməsi, 2021-ci ilin yanvar ayının ortalarında Lamiyənin ona göndərdiyi Nərgiz adlı şəxsin plastik kart bank hesab nömrəsinə Sumqayıt şəhərində yerləşən bazarın yaxınlığındakı “Milliön” aparatı vasitəsi ilə 20 manat pul köçürməsi, daha sonra Lamiyə ilə görüşərək ona əlavə olaraq 1200 manat pulu verməsini qeyd etmiş, həmin ifadəsini ibtidai istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər də ibtidai istintaq zamanı verdikləri ifadələrini keçirilmiş üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişlər. Təqsirlənləndirilən şəxsin anası X7 da ifadəsində qızının evdə bir neçə dəfə şam yandırmasının şahidi olduğunu bildirmişdir. Atasının idarə etdiyi avtomobilə baxış zamanı oradan rəngli şamlar aşkar edilərək götürülmüşdür. Anası eyni zamanda təsdiq etmişdir ki, onun adına "xxxx"a aid kart olmuş, lakin itmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Həsənhüseyn oğlu ifadəsində özünün ***-***-**-** saylı nömrədən istifadə etdiyini, 2021-ci ilin təxminən avqust aylarında “Tik-Tok” sosial şəbəkəsində Lamiyə adlı qızla tanış olduğunu, daha sonra Lamiyə ilə növbəti dəfə yazışarkən ondan mobil telefon nömrəsini istəməsini və Lamiyənin ona öz nömrəsi olaraq bildirdiyi ***-***-**-** və ***-***-**-** saylı nömrəsini verməsini, Lamiyə ilə görüşdüyünü, Lamiyənin görüşə “Lada Vesta” markalı avtobobili idarə edərək gəldiyini göstərmiş, ibtidai istintaq zamanı ona təqdim edilmiş fotoşəkillər arasında Təqsirləndirilən şəxs məhz ünsiyyət saxlayıb görüşdüyü şəxs kimi tanımışdır. Digər Zərərçəkmiş şəxs1 Lamiyə adlı şəxslə sonuncunun istifadə etdiyi məhz +99***- ***-**-** və digər nömrələrlə əlaqə saxlayıb yazışdığını göstərmiş və istintaq orqanına bunu təsdiq edən 18 vərəqdə həmin nömrələrlə aparılmış “WhatsApp” yazışmalarını əks etdirən fotoşəkillər və 01 ədəd videogörüntü təqdim etmişdir. Həmin nömrələrlə “WhatsApp” sosial ani mesajlaşma programı vasitəsi ilə aparılmış “sms” mübadiləsinin mətnlərinə baxış zamanı isə Lamiyənin 1700 manat müqabilində Zərərçəkmiş şəxs1 üzərində olan neqativ enerjini onun üzərindən götürmək, yoldaşı ilə aralarında olan küsülülüyü qaldırmağı vəd verərək bunun üçün xüsusi ritualların keçirilməsi üçün şam satması, Zərərçəkmiş şəxs1 Şahid1 adına olan bank kartına 1700 manat pul köçürməklə ödəmə qəbzinin surətinin göndərilməsi, alınmış şamın hansı formada yandırılması, yandırılarkən hansı məzmunda duaların oxunması, daha sonra Zərərçəkmiş şəxs1 həmin şəxsdən pulunu geri tələb etməsi, lakin həmin şəxsin pulu tələb etdiyi halda Zərərçəkmiş şəxs1 tərəfindən ona göndərilmiş ailə şəkillərindən istifadə edilməklə “İnstagram” sosial şəbəkəsində yayılması, həmin paylaşımın silinməsi üçün pulun geri tələb edilməməsi və həmin səhifə haqqında digər səhifələrdə paylaşma edilməməsi və edilmiş paylaşmaların pozulmasının tələb edilməsi və əks halda daha ağır nəticələrə səbəb ola biləcək cadu və əməl eləyəcəyi hədəsi məzmununda yazışmaların olması müəyyən edilmişdir. Bundan əlavə, Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli bank kartı ilə aparılmış əməliyyatın kimin tərəfindən aparılmasını müəyyən etmək məqsədi ilə həmin kartın istifadə olunduğu Sumqayıt şəhəri, Babək 5 ünvanda yerləşən “Qayalı Gold” marketin müşahidə kameralarına və kassa aparatına baxışla müəyyən edilmişdir ki, Şahid1 adına olan “4169 7358 8527 7431” nömrəli bank kartı ilə 08 dekabr 2021-ci il tarixdə saat 20:13 dəqiqədə əməliyyat aparılaraq marketdan 23 manat 65 qəpik məbləğində alış edilmiş və həmin alış zamanı Təqsirləndirilən şəxs anası X4 adına olan marketə məxsus bonus kartından istifadə olunmuşdur. Bundan başqa, “tebii_energy_ritual” və “tebii_enerjy_ritual” səhifələrinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, hər iki səhifə eyni məzmunlu olmaqla yanaşı səhifələr eyni qaydada idarə olunmaqla eyni şəkillər bölünmüşdür. Səhifədə cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir probleminin həll edilə bilinəcəyi barədə və ağır neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə təmizlənməsi və bunun üçün sevgi, uğur, stres, pul və şans daşlar, əməl təmizləmə şamları, arzu, dilək, ruzi-bərəkət üçün iplərin satışı barədə elanlar verilmişdir. X1 adına olan 4****1806 nömrəli bank kartına 20 manat pul köçürülməsi barədə qəbzin surəti, Lamiyənin anası X4 adına olan 4****6636 nömrəli bank kartına xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə 20 manat pul ödənilməsi barədə qəbzlərin surəti, Lamiyənin atası Şahid5 adına olan “6768 6755 4394 2856” nömrəli plastik bank kartının və həmin karta 20 manat ödənilməsi barədə qəbzin fotoşəkilləri vardır. Bundan başqa həmin səhifələrdə Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı avtomaşının salonu ilə eynilik təşkil edən avtomobilin salonunda çəkilmiş fotoşəkil və Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı maşına baxış keçirilərkən avtomaşından götürülmüş ona məxsus bir ədəd qəhvəyi rəngli pul qabı ilə eynilik təşkil edən pul qabının fotoşəkili vardır. Bundan əlavə, Təqsirləndirilən şəxs anası X4 adına olan "xxxx" ASC-nə məxsus “4169 7413 3925 6636” nömrəli palstik kart ilə aparılmış əməliyyatlara dair "xxxx" ASCdən götürülmüş və Təqsirləndirilən şəxs anası X4 adına olan "xxxx" ASC-yə məxsus “4169 7413 3925 6636” nömrəli palstik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, həmçinin Şahid1 adına olan “4169 7385 8527 7431” nömrəli plastik kart ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər aparılmış əməliyyatlara dair "xxxx" ASC-dən götürülmüş iki ədəd “DVD” diskə baxışla müəyyən edilmişdir ki, həmin plastik kartlarla aparılmış əməliyyatlar zamanı Təqsirləndirilən şəxs atası Şahid5 və qardaşı X12 həm bir yerdə, həm də ayrılıqda bankomatdan pul çıxartmaları əks edilmişdir. Bundan başqa "xxxx" MMC-dən götürülmüş bir ədəd və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD disklərə keçirilmiş baxışla müəyyən edilmişdir ki, Şahid1 adına olan 99***-***-**-** saylı nömrədən xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda, Təqsirləndirilən şəxs anası Nərgiz Yəhyəyevanın adına olan 99***-***-**-** nömrəyə və geriyə sms-lər göndərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid5 istifadəsində olan 99***-***-**-** nömrədən xx.xx.2021-ci il tarixdə saat 12:35:15, anası Nərgiz Yəhyəyevanın istifadəsində olan 99***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 20:52:24, xx.xx.2021-ci il tarixdə saat 00:51:20 və xx.xx.2021-ci il tarixdə saat 20:48:00da iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayəti törədilərkən istifadə olunmuş 99***-***-**-** nömrəyə zənglər olmuşdur. Yuxarıda bütün qeyd edilənlər, habelə digər sübutlar məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, müdafiə tərəfinin cinayət işinin materiallarında adı keçən Lamiyə adlı şəxsin Təqsirləndirilən şəxs deyil, başqa şəxs olması barədə mülahizələrinin heç bir əsası yoxdur. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlməməsi ilə bağlı iddiaları ilə bağlı məhkəmə qeyd edir ki, həmin zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən və əlavə sorğu-sual edilərkən, göstərmişdir ki, Lamiyədən pulunu tələb edəndən sonra sonuncu cavab olaraq onun həyat yoldaşı ilə şəklini səhifədə paylaşmışdır. Onun düşüncəsinə görə, Lamiyə onun qorxub pulu geri istəməməsi üçün şəkilləri paylaşmışdır. O da şəkilləri paylaşıldığı üçün qorxmuşdur. Məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin plenumlarının yuxarıda qeyd olunan qərarlarındakı izahlara əsaslanaraq bir daha qeyd edir ki, tələb etmə vaxtı məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Bu nöqteyi nəzərdən və işin faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hədə-qorxu ilə bağlı irəli sürülmüş ittiham tam əsaslıdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməklə yanaşı, atası Şahid5 polislərə 10000 manat verməsi müqabilində həbsdən azad olunması, barəsində olan cinayət işini aparmış müstəntiqin onun valideynlərinə övladlarının həbsdən çıxmağı üçün dediyi məbləğdə pul ödənilməli olması ilə bağlı deməsi və bu işi törətməməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi iş üzrə dindirilmiş və elan edilmiş şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, çoxsaylı baxış keçirilməsi barədə protokollarla və digər məhkəmədə tədqiq olunmuş digər sənədlərlə tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan çoxsaylı sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkraran etibardan suiistifadə etmǝ və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən zərərçəkmiş səxsin haqqında rüsvayedici məlumatlar yaymaqla əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsinə münasibətdə iki zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onlarla barışmasını Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, CM-in 182.2.2-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan qadın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Sərəncamın bəndlərində göstərilən tövsiyələri dövlətin rəsmi mövqeyi kimi nəzərə alır və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə münasibətdə həmin maddənin sanksiyasında alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmanı mümkün hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cəza təyin edilərkən həmin maddəyə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, olan ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, yəni onun CM-in 182.2.2-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan qadın olmasını Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 182.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İşdə olan tutma protokolundan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ İstintaq şöbəsinin müstəntiqi tərəfindən 29 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon prokurorunun 01 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin təmin edilməsindən imtina olunmuş, o, həbsdən azad olunmuş və 01 dekabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail RPİ İstintaq şöbəsinin müstəntiqi tərəfindən 08 yanvar 2022-ci ildə o, şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail rayon prokurorunun 04 mart 2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbirinin müdətinin uzadılmasına dair müstəntiqin vəsatətinin təmin edilməsindən imtina olunmuş, o, ev dustaqlığından azad olunmuş, müstəntiqin 22 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 124, 174; cild 2, iş vərəqi 107-108, 144-149; cild 03 iş vərəqi 57-59, 70-71). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün bir günə iki gün hesablanmaqla 3 (üç) ay 26 (iyirmi altı) gün hesabı ilə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi X9 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2-ci maddəsilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 182.2.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək həbsdə saxlanıldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.