Məhkəmə qərarları › İş №1(101)-1012/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1012/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1012/2023 13.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X5 ibarət tərkibdə, X2 və X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs2, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğlu və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçi: Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə, xx xxxx 2007-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilərək, hazırda Xətai rayonu 3 saylı Uşaq Evində yaşayan Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, ittiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 79 saylı yaşayış binasının qarşısında hücüma məruz qalmış azyaşlı xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 oğluna üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Torğul Kərimlinin istifadəsində olan, sonuncunun atası Zərərçəkmiş şəxs2 məxsus 20 manat dəyərində ***- ***-**-** nömrə ilə işləyən 680 manat dəyərində «Redmi 6» markalı mobil telefonu alıb ələ keçirməklə hadisə yerini tərk edib ümumilikdə Zərərçəkmiş şəxs2 700 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü parkda oturacaqda oturduğu zaman bir uşağın gəldiyini görmüşdür. O, həmin uşağı aldadaraq, “mən səni tanıyıram, telefonunu mənə ver” deyə bildirmiş, uşaq da telefonunu ona vermişdir. Daha sonra uşaq hadisə yerindən getmiş, o da oradan qaçmışdır. Telefonu satmaq istəsə də, telefonun oğurluq olduğunu başa düşdüklərinə görə telefonu sata bilməmişdir. Daha sonra isə polislər onu tutmuşlar. Hadisə zamanı onun əlində bıçaq olmamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən vaxt Neftçilər ərazisində küçədə yaşamış, anası və atası ondan imtina etmişlər. Onun özündən balaca 2 bacısı var, bacıları da onunla birlikdə hazırda uşaq evində yaşayırlar. O, hadisə ərəfəsində küçələrdə yaşayıb, dilənərək insanlardan pul istəmiş, dolanışığını bu yolla təmin etmişdir. O, hadisə vaxtı qarşısına çıxan uşaqdan telefonunu istəyib, sonuncuya, “səni tanıyıram” demiş, bundan sonra həmin uşaq telefonu özü ona vermişdir. Onun hadisə vaxtı bıçağı olmamış, istintaq zamanı guya onun əlində bıçaq olması ilə bağlı polis əməkdaşları ona təzyiq göstərmiş, Nizami rayon 24-cü polis bölməsində onu təpik və yumruqla vuraraq əlində bıçaq olduğunu deməyini istəmişlər. O, telefonu satmaq istəsə də, sata bilməmiş, telefonu satmaq istədikdə onun oğurluq olduğunu anlamışlar. Törətdiyi əməlin cinayət olduğunu başa düşmüş, lakin o, buna məcbur olmuşdur. Hal-hazırda uşaq evində yaşayır. Törətdiyi əməldən peşmandır. İstintaq zamanı yanında icra hakimiyyətinin nümayəndəsi iştirak etməmiş, lakin vəkili olmuşdur. Hansı tarixdə tutulduğunu xatırlamır. O, 27 yanvar tarixində “Ümid” sığınacaq evindən qaçmamışdır. Hal-hazırda 2 bacısı ilə birlikdə 3 saylı uşaq evində yaşayır. 3 saylı uşaq evinə yerləşdirilərkən üzərində heç bir xəsarət olmamışdır. O, polis əməkdaşları tərəfindən tutulduqdan 2 həftə sonra uşaq evinə yerləşdirilmişdir. O, bu 2 həftə ərzində 24-cü polis bölməsində, müvəqqəti saxlama yerində qalmışdır. Polis bölməsində bir polis qadın olmuş, sonuncu ona Nigar adlı xanımın sığınacağı olduğunu bildirib, onu oraya yerləşdirmələrini təklif etmişdir. Onun üzərində döyülməyi ilə əlaqədar xəsarət olmamışdır. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilmədikdən sonra onu yenə 24-cü polis bölməsinə gətirib, orada bir həftə saxlamışlar. Polis bölməsində dəmir barmaqlıqlar arxasında qalmış, oraya başqa şəxslər də gəlib-getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3 izahatında bildirmişdir ki, yanvar ayının sonunda Təqsirləndirilən şəxs və başqa 3 uşaq icra hakimiyyətinin nümayəndəsi tərəfindən onun işlədiyi uşaq evinə yerləşdirilmişdir. Fevral ayında 24-cü polis bölməsinin cinayət axtarış şöbəsinin polis əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs axtarışda olduğunu bildirmiş, onlar da bu barədə dərhal rəhbərliyə məlumat vermişlər. İcra hakimiyyətinin nümayəndəsi uşaqları “Ümid” sığınacaq evindən gətirdiklərini bildirmişlər. Həmin vaxta qədər Təqsirləndirilən şəxs barəsində cinayət işi olduğunu bilməmişlər. Daha sonra Rəhimə özü hər şeyi danışmışdır. Təqsirləndirilən şəxsin ana və atası səfil həyat tərzi sürür, Rəhimənin anası uşaqların dediyinə görə 2-ci dəfə ailə həyatı qurmuş, onların peşəsi dilənçiliklə məşğul olmaqdır, uşaqlar da həmin mühitdə böyümüşlər. Uşaqların vəziyyəti hal-hazırda yaxşıdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bildiyi halda qismən etirafedici ifadə verməsinə baxmayaraq, mahiyyət etibarı ilə özünün hadisənin baş vermə yeri, vaxtı və mexanizmi üzrə iş materialları ilə uzlaşan ifadələri və eləcə də məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, qanuni yolla əldə olunmuş videogörüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar çox vaxt regionlarda işləyir. Oğlu Zərərçəkmiş şəxs1 anası ona ittihamda qeyd edilən hadisənin baş verdiyini demişdir. Belə ki, oğlu Toğrul həyətdə olarkən kimsə onu yanına çağıraraq hədələmiş və əlindəki telefonu almışdır. Bu hadisə baş verən zaman o, rayonda olmuşdur. Hadisədən xəbər tutduqdan sonra müvafiq dövlət qurumuna şikayət etmişdir. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə günü günorta saat 3 radələrində oğlu anasına zəng edərək onların binasında yaşayan müəlliməsinin yanına hazırlığa getdiyini demiş, sonra isə anası ilə danışmamışdır. Müəllimə Toğrulun telefonunun üstündə olmadığını görüb ondan telefonunun harada olduğunu soruşmuş, Toğrul isə kiminsə onu hədələyərək telefonunu ondan aldığını demişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Toğrul hadisədən sonra anası ilə danışmış, onun bu əməli törədən şəxsin yetkinlik yaşına çatmayan qız olduğundan məlumatı olmamış, oğlu da bu barədə ona məlumat verməmişdir. Oğlu ona telefonu ondan alan şəxsin onu hədələdiyini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə cəza təyin edərkən şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 cinayət işinin 1-ci cild 145-147-ci səhifələrində olan ifadəsi elan edilmiş və bu zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu onun oğludur, oğlu 251 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olur. 02 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Astara rayonunda olduğu zaman həyat yoldaşı Fidan ona zəng edərək hansısa bir şəxsin oğlu Toğrulu hədələyərək telefonunu əlindən alıb qaçdığını dediyi üçün o, dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, özü isə Bakı şəhərinə qayıtmışdır. Məsələnin nə olduğunu soruşduqda oğlu Toğrul ona həmin gün saat 14:30 radələrində evdən çıxıb yaşadıqları binada yaşayan müəlliməsinin evinə getmək üçün həyətə düşdüyünü və digər bloka girənə kimi anası ilə özündə olan «Redmi 6» markalı mobil telefon vasitəsi ilə danışıb qurtardıqdan sonra telefonu söndürən zaman zahirən oğlana oxşayan 14-15 yaşlı əynində sarı şalvar və çəhrayi rəngdə gödəkçəsi olan qızın ona bir qədər yaxınlaşıb özünə tərəf çağıraraq cibindən bıçaq çıxarıb ona göstərməklə, əlindəki telefonu vermədiyi halda bıçaqlayacağı ilə hədələdiyindən, o da qorxub telefonunu həmin Rəhimə adlı qıza verdikdən sonra sonuncu qaçıb getmişdir. Oğlu Toğrul hadisə nəticəsində hər hansı fiziki təzyiqə məruz qalmadığı üçün onun ekspertiza müayinəsindən keçməsini lüzumsuz bilmiş, oğlu Toğrula qarşı quldurluq cinayətini törətmiş Təqsirləndirilən şəxs araşdırma zamanı götürülmüş «Redmi 6» markalı mobil telefon ona məxsusdur, telefonu oğlu üçün o almışdır. «Redmi 6» markalı mobil telefonu 680 manata, Bakcell xidmətinə aid olan GSMdanışıq kartını isə 20 manata almışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizanın rəyi ilə razı deyil, telefon və danışıq kartının qiymətini onun dediyim kimi göstərilməsini xahiş etmişdir. «Redmi 6» markalı mobil telefon saz vəziyyətdə olmuş, hadisədən sonra ona təqdim olunmuş telefonun üz şüşəsi qırılsa da bununla bağlı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə hazırlığa gedərkən parkda oturacaqda oturduğu zaman, tanımadığı bir qız onu çağırmış və ona, “telefonun xarabdır, ver düzəldim” demişdir. O, həmin vaxt telefonu qıza verməmiş, daha sonra həmin qız cibindən bıçaq çıxararaq, “telefonu bura ver, yoxsa səni bıçaqlayacam” demişdir. Bıçağın nə rəngdə olduğunu xatırlamır. Həmin qız bıçağı gödəkçəsinin sol cibindən çıxarmışdır. O da qorxduğuna görə telefonunu vermişdi. Telefonu verdikdən sonra qız oradan çıxıb getmiş, o da müəlliməsinin yanına getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə icraatında Qanuni nümayəndə2 oğlu Zərərçəkmiş şəxs1 oğuna qarşı törədilmiş quldurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıq əsasında tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 oğuna qarşı quldurluq cinayət əməlini törətmiş şəxs xx.xx.2007-ci ildə Ağsu rayonunda doğulmuş, subay, natamam orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat tədbirləri keçirilərək onun ünvan 1 ünvanının qarşısında olduğu müəyyən edildikdən sonra saxlanılaraq 24-cü Polis şöbəsinə gətirilmiş və müvafiq raportla təhvil verilmişdir. (cild 01, iş vər. 123-125) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı polis kapitanı Həsən Məmmədov tərəfindən Zərərçəkmiş şəxs1 oğlunun iştirakı ilə hadisə yerlərinə baxış keçirilərək müvafiq protokol tərtib edilməklə araşdırma materialına əlavə edilmişdir. (cild 01, iş vər. 8-9) “İfadənin yerinə yoxlanması haqında” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və bu zaman Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadənin məzmunu ilə uzlaşan halları əyani olaraq hadisə yerində də göstərmişdir. (cild 01, iş vər. 79-81) «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş “ZYKLEN” DVD R4,7 GB/120 min 16X formatında olan diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, əynində sarı rəngli idman geyimi və tünd qəhvəyi rəngli gödəkçəsi olan Təqsirləndirilən şəxs yaşayış binasının qarşısı ilə piyada hərəkət edərək, ağ rəngli “Kia” markalı və tünd göy rəngli “Mitsubishi” markalı avtomobillərin qarşısından keçərək uzaqlaşır. İfadəsində Təqsirləndirilən şəxs həmin vaxt Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi 79 saylı yaşayış binasının yaxınlığında olduğunu bildirmişdir. (cild 01, iş vər. 122) Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-cü il tarixli 2969 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədən zaman onda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Halhazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Təqsirləndirilən şəxs əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri aşkar olunmadı. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə biləcək hər hansı emosional vəziyyətdə olmamışdır. (cild 01, iş vər. 128-132) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2022-ci il tarixli 9/8311 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Redmi 6” markalı mobil telefonun normal vəziyyətdə, istifadəyə yararlı, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 90,00 manat, hazırki zədəli vəziyyətdə ehtiyat hissəsi kimi 20,00 manat və 01 ədəd GSM danışıq kartı 4,00 manat müəyyən olunur. (cild 01, iş vər. 133-136) İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, (cild 01, iş vər. 58) xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, (cild 01, iş vər. 69) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə sonuncunun barəsində həbs qətimkan təbdirinin seçilməsi barədə prokurorun təqdimatı təmin edilməmiş (cild 01, iş vər. 87-91) və Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 92) Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə apellyasiya protesti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. (cild 01, iş vər. 107-112) İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri çərçivəsində o, xx.xx.2022-ci il tarixdə “Ümid yeri” Uşaq Sığınacağına yerləşdirilmişdir. (cild 01, iş vər. 118) Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətlərinin keçirilməsi üçün onun İstintaq orqanına dəvət olunması ilə bağlı verilmiş tapşırığa 24-cü Polis şöbəsinin cavabında Təqsirləndirilən şəxs sığınacağı özbaşına tərk edərək qaçması barədə cavab daxil olduğu üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilməklə həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 01, iş vər. 148) Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq İstintaq şöbəsinə təqdim edildiyi üçün həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. (cild 01, iş vər. 152; 153) Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyərək, eyni zamanda zərərçəkmiş şəxs və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı əlində bıçaq olmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadələrində həmin xüsusatı (Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq onu hədələməsini) dəqiqliklə göstərmiş olması ilə təkzib olunduğundan təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin 2 həftə qanunsuz olaraq polis şöbəsində MSY-də saxlanılması ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən Nizami RPİ-nin 24-cü PŞ-dən “Polis orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların, valideynlərin və təhrikçi şəxslərin qeydiyyat Jurnalı”nın surəti götürülmüş, məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11.00-da MSY-yə daxil olmuş, həmin gün saat 14.00-da MSY-dən çıxmışdır. Həmçinin məhkəmənin sorğusuna əsasən “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il tarixdə Sumqayıt şəhərində diləndiyi üçün polis əməkdaşları tərəfindən aşkarlanaraq SXAnın Abşeron Regional filialının əməkdaşlarına təhvil verilmiş, daha sonra Ağsu rayonuna göndərilmiş və orada yaşayan valideynləri ilə görüşdürülmüş, valideynləri yeniyetməni qəbul etməkdən imtina etmiş, yaşayış yeri olmadığı üçün Təqsirləndirilən şəxs Ağsu RPŞnin əməkdaşlarının iştirakı ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş və bir müddət orada qalmışdır. xx.xx.2022-ci il tarixdə o, Ağsu RİH-nin əməkdaşı Tapdıq Nəzərov tərəfindən müvəqqəti olaraq “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilmiş, daha sonra sığınacağı icazəsiz tərk etdiyi üçün polisə bu barədə şifahi məlumat verilmiş və xx.xx.2022-ci il tarixdə SXA-ya çıxış məlumatı göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1 saylı Psixiatriya xəstəxanasının əməkdaşları tərəfindən yenidən “Ümid Yeri” Uşaq Sığınacağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə digər bacıları Zəhra Əsgərova və Fatimə Əsgərova ilə birlikdə SXA-nın əməkdaşları tərəfindən sığınacağa gətirilmiş, xx.xx.2023-cü il tarixdə o, bacıları ilə birlikdə 3 saylı uşaq evinə yerləşdirilmişdir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ümid Yeri” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə baş vermiş hadisəni törətməzdən əvvəl “Ümid Yeri” Uşaq Sığınacağında yaşamış, həm məhkəmənin sorğusuna əsasən əldə edilmiş məlumatlar, həm də təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrindən məlum olmuşdur ki, o, “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşan zaman intihar etməyə cəhd etmiş və həmin sığınacaqdan xx.xx.2022-ci il tarixdə 1 saylı Psixiatriya Xəstəxanasına göndərilmiş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan buraxılmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 2 həftə PŞ-də MSY-də dəmir barmaqlıq arxasında saxlanılması ilə bağlı ifadəsi əldə edilmiş sübutlarla tam təkzib edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlində bıçaq olması, hadisədən sonra bıçağı xatırlamadığını yerə atması ilə bağlı ifadəsini təsdiq etməməsini polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslandırsa da, təqsirləndirilən şəxsin saxlanıldığı uşaq sığınacağı və hazırda yaşadığı uşaq evi tərəfindən o, qeyd olunan müəssisələrə daxil olan zaman onun üzərində hər hansı bir xəsarətin olması ilə bağlı qeyd öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hadisə zamanı əlində bıçaq olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və qanunsuz olaraq 2 həftə MSY-də saxlanılması ilə bağlı ifadələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli qərarının 11-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Məhkəmə qeyd edir ki, xx xxxx 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstəriş və mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsinə uyğun surətdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi (CM-59.1.2), faktiki olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 115) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 429.0 və 429.0.2-ci maddələrinə əsasən törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti müəyyən edilməlidir: 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından Təqsirləndirilən şəxs ümumilikdə və cinayət hadisəsini törətdiyi ərəfədə həyat və tərbiyə şəratini səciyyələndirən hallar olaraq sonuncunun valideyn qayğısından məhrum şəraitdə böyüməsini, özündən balaca 2 bacısı da olmaqla, özünün çətin həyat şəraiti ilə yanaşı sonuncuların da qayğısına qalmalı olması məsuliyyəti daşımasını dərk etməsini, maddi imkansızlıq ucbatından dilənərək dolanışığını təmin etməyə səy göstərməsini, habelə sonuncunun yalnız cinayəti törətdikdən sonra müvafiq şəkildə uşaq evinə yerləşdirilməklə dövlət qayğısından faydalana bilməsini vurğulamağı xüsusi olaraq zəruri hesab edir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika” Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xəstəlik tarixindən də görünür ki, həkim müayinəsi zamanı Təqsirləndirilən şəxs “davranış pozuntusu, suisidal fikirlərlə” və “assosial tip şəxsiyyət pozuntusunun cizgiləri diaqnozu qoyulmuşdur”. Qeyd olunan xəstəlik tarixi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ağır həyat şəraitinin təsiri altında özünü yerləşdirildiyi uşaq sığınacağının pəncəsindən atmaqla intihara cəhd etmiş, yalnız müəlliməsinin müdaxiləsi ilə onun bu təşəbbüsünün qarşısı alınmışdır. Bundan başqa məhkəmə kollegiyası məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirən zaman məhkəmənin sualına “valideynlərim olsa da, mən onları valideyn kimi qəbul etmirəm” deməsini, onun valideynlərinin ondan və digər iki bacısından imtina etməsi ilə əlaqədar nə qədər dərin sarsıntı keçirməsinin göstəricisi kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Odur ki, cəza təyini ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin həyat və tərbiyə şəraiti ilə bağlı yuxarıda şərh edilən halları qanunverici tərəfindən təsbit edilmiş cəzanın məqsədləri baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət olmasına baxmayaraq, sonuncuya nəinki təqsirli bilindiyi CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş həddə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının, o cümlədən ümumilikdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə bir cəzanın təyin edilməsi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, dövlətin qayğısına inamının itməsinə, suisidal fikirlərinin daha da dərinləşməsinə, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Bütün bunları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan ictimai işlər növündə cəzanın təyin edilməsi qanunvericiliyin prinsipləri və cəzanın məqsədləri baxımından ədalətli və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 47.2-1. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 85.3-cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3 və 86) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs CM-in 62.1-ci maddəsi tətbiq edilməklə, təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olaraq CM- 85.3-cü maddəsində nəzərdə tutulmuş həddə ictimai işlər cəzası təyin edilməli, cəza təyin edilərkən onun xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tutularaq MSY-də saxlandığı müddət, cəmi 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü ictimai işlər növündə cəzanın səkkiz saatına bərabər tutularaq hesablanmaqla yekun cəza müddətindən çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3, CPM 158.6), Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi (CM 47.2-1), təyin olunmuş cəzanın icrası icrası yaşayış yeri üzrə (Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.1), yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 1 ədəd «Redmi 6» markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verildiyi nəzərə alınmalı (CPM-132), yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin sərbəst gəlir mənbəyi olmadığından, habelə o, valideyn himayəsindən məhrum olduğundan cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməli, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. (CPM 193.2 və 193.4) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 150 (bir yüz əlli) saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü ictimai işlər növündə cəzanın səkkiz saatına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 134 (bir yüz otuz dörd) saat ictimai işlər cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə (Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evi) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd «Redmi 6» markalı mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verildiyi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar