Məhkəmə qərarları › İş №1(101)-1012/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1012/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1012/2025 08.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X12 və X9 ibarət tərkibdə, X16 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Zəngilan rayonu, Məmmədbəyli ərazi dairəsi, Babaylı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən xeyli miqdarda əmlakını hədəqorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə ittiham ona görə elan edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs özünə qarşı inam yaradıb anasının xəstə olduğunu və əməliyyatı üçün pula ehtiyacı olduğu və sonradan həmin pulu qaytaracağına dair vəd verib aldadaraq hissə-hissə olmaqla 2022-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona pub”ın yaxınlığında 5.000 manat, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə Yeni Günəşli qəsəbəsində yerləşən oteldə cinsi əlaqədə olarkən çəkilmiş intim videolarını paylaşaraq yayacağı və Zərərçəkmiş şəxs nüfuzuna xələl gətirəcəyi hədəsi ilə 2022-ci ilin avqust ayında ondan 5.000 manat pulu və 10.000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edərək 2022-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs 5.000 manat pulu və daha sonra 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs 10.000 manat dəyərində qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu yolu ilə ələ keçirmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamlar mübahisələndirilərək, onun tərəfindən həmin ittihamlar qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı tərəfindən ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyi, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə tövsif edilməsi müdafiə edilmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə sonuncu uşağını bağçaya aparan zaman tanış olmuşdur. Onlar tanış olduqdan sonra hər səhər Zərərçəkmiş şəxs uşağını bağçaya aparmışlar. Uşağı bağçaya qoyduqdan sonra onlar dəfələrlə avtomobildə oturub söhbət etmişlər. Həmin vaxtlar o, Fatiməyə çox inanırmış. Əvvəllər Fatimə onun yanında telefonunu gizlətmirdi. Daha sonralar Fatimə öz telefonunu ondan gizlətməyə başlamışdır. O, bunun səbəbini soruşanda Fatimə ona cavab verməmişdir. Bir gün Fatiməyə zəng gələn zaman o, görmüşdür ki, Fatimə telefonunda həmin adamın adının sonunda ürək şəkli qoymuşdur. O, həmin adamın kim olduğunu soruşduqda Fatimə gah həmin şəxsin xalası qızı, gah xalası qızının nişanlısı olması və sair kimi bəhanələr söyləmişdir. O, həmin nömrəni götürmüş və həmin nömrənin Anar adlı hərbçi oğlana məxsus olduğunu bilmişdir. O, həmin oğlanın kim olduğunu soruşduqda Fatimə həmin oğlanın rəfiqəsi Şahid istədiyi oğlan olduğunu bildirmişdir. Şahid hazırki cinayət işi üzrə adı şahid qismində keçən şəxsdir. O, Fatiməyə yalan danışdığını bildirib artıq sonuncu ilə münasibətlərinin alınmayacağını demişdir. Fatimə ona dəfələrlə dərman içərək və ya digər yollarla intihar edəcəyini bildirmişdir. O isə Fatiməyə bildirmişdir ki, nə istəyir etsin. Fatimə ilə münasibətləri yaxşı olan zamanlar Fatimə onu çox istəmiş, hətta ona verdiyi köynəyindən onun qoxusunu aldığını bildirmişdir. O da köynəyini Fatiməyə verdiyini və geri istəmədiyini bildirmişdir. O, sonralar yuxarıda göstərdiyi məsələlərə görə Fatiməyə münasibətlərinin alınmayacağını bildirmişdir. Daha sonra o, bilmişdir ki, Fatimə evlidir və həyat yoldaşı var. Həyat yoldaşı onu evə dəvət etmiş və onlar söhbət etmişlər. Bir müddət onu müxtəlif şəxslərə məxsus nömrələrdən yığsa da, o, həmin nömrəni bloka atmışdır (telefonunda həmin nömrədən zəng gəlməsini əngəlləmişdir). Bundan sonra Zərərçəkmiş şəxs onun öz ailəsi ilə yenidən barışdığını bildikdə zəng edərək ona xoşbəxt olmağa imkan verməyəcəyini demişdir. Zərərçəkmiş şəxs onunla yenidən əlaqə saxlayan zaman o, bildirmişdir ki, köynəyini geri versin, onların münasibətləri artıq bitmişdir. Zərərçəkmiş şəxs ona köynəyini gəlib götürməsini bildirmişdir. Fatimə ilə görüşmək üçün avtomobili ilə getmiş və telefon qovşağının qarşısında avtomobili saxlamışdır. Həmin vaxt Fatimənin uşağı ilə birlikdə gəldiyini görmüşdür. O, avtomobildən düşən kimi polis əməkdaşları onu saxlayıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona təzyiqlər göstərmişlər ki, güya o, Zərərçəkmiş şəxs qarşı hədə-qorxu gəlmiş və həmin əməli ondan boynuna almağını istəmişlər. Ondan telefonlarını tələb etmişlər. O, Fatimənin göstərdiyi kimi, ikinci telefonunun olmadığını bildirmişdir. Polis əməkdaşları onun telefonuna baxmışlar və Fatimənin ifadəsində qeyd etmiş olduğu videoların onun telefonunda olmadığını görmüşlər. Ona bildirmişlər ki, “videolar telefonunda yoxdur”, lakin demişlər ki, güya o, Fatimədən pul almışdır. O isə Fatimədən pul almadığını bildirmişdir. İlqar adlı əməliyyat müvəkkili ona bildirmişdir ki, o, Fatiməyə qaytarmalı olduğu bir məbləğ desin və həmin məbləğ orada qeyd edilsin, sonra isə onlar mülki qaydada işlərini həll etsinlər. O isə sual vermişdir ki, almadığı pulu nəyə görə deməlidir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, daha sonra cinayət işini Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərmişlər və iş müstəntiq Aydın adlı şəxsin icraatına qəbul edilmişdir. Orada onun ifadəsini almışlar və ona bildirmişlər ki, “telefonunda video-şantaja dair görüntülər yoxdur”. Ona bildirmişlər ki, əgər pulu borc kimi almışdırsa, borcunu qəbul etsin və pulu hissə-hissə ödəsin. O isə bildirmişdir ki, Fatimədən pul almamışdır, Fatimə ona şər atır. Polislər araşdırma apardıqdan sonra ona getməyini, lazım olsa çağıracaqlarını bildirmişlər. 2-3 gün sonra onu yenidən polis şöbəsinə dəvət etmişlər. O, gedib yenidən ifadə vermiş və ona yenə də getməsini, sonra yenidən çağıracaqlarını demişlər. Bir müddət keçdikdən sonra işi başqa müstəntiqə vermişlər. Həmin müstəntiq onunla əlaqə saxlayaraq barəsində olan cinayət işinə heç bir sübut olmadığına görə xitam verildiyini demişdir. O, qərarı götürmək istəyən zaman müstəntiq buna ehtiyac olmadığını, hər şeyə xitam verildiyini bildirmişdir. Zərərçəkmiş şəxs polis şöbəsində onun qardaşına onu tutdurmaq istəmədiyini, onu çox istədiyini demişdir. Bu zaman Fatimə ona bildirmişdir ki, ziyarətgaha gedib and içsinlər. O, Fatimədən onu niyə həbs etdirmək istədiyini soruşmuşdur. Bu zaman Fatimə bildirmişdir ki, anasının əmisi oğluna 5000 manat pul verməlidir, həmin pulu verməsinə həmin şəxsə söz vermişdir. Sonradan onu yenidən polis şöbəsinə dəvət edib Zərərçəkmiş şəxs ilə olan pul məsələsinin həll olunub-olunmadığını soruşmuşlar. O, bir daha Fatimədən pul almadığını bildirmiş və evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 4-5 dəfə oteldə görüşmüşdür. Onlar həmişə otelə bir yerdə daxil olmuşlar. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. Orada ona bildirmişlər ki, Zərərçəkmiş şəxs şikayət verərək sonuncudan onun 15000 manat pul və 100 qram dəyərində qızıl aldığını bildirmişdir. O isə Fatimədən heç nə almadığını bildirmişdir. Bu zaman onun Zərərçəkmiş şəxs video ilə hədə-qorxu gəldiyini bildirmişlər, o isə belə bir şeyin olmadığını bildirmiş və telefonunu onlara təqdim etmişdir. Onun telefonuna baxdıqdan sonra ona “get özün razılaş və qızın pulunu qaytar” demişlər. Onlara pul almadığını bildirdikdə ona “özünüz razılaşın” demişlər. Bir müddət sonra onu polis idarəsinə çağırmışlar və orada bildirmişlər ki, onun barəsində nazirliyə şikayət verildiyindən barəsində xitam verilmiş qərarla bağlı materialı nazirliyə göndərəcəklər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edəcəklər. Sonradan onu bir gün X10 saxlamışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən əməkdaşlar gəlib onu həmin idarəyə aparmışlar. Orada həmin idarənin əməkdaşı Toğrul Arazlı ona bildirmişdir ki, “hədə-qorxu ilə tələb etməyinə dair heç bir sübut yoxdur, Fatimənin pulunu ver, özünüz razılaşın və məsələ bağlansın”. O, İstintaq Təcridxanasında özünü təqsirli bilməməsi ilə bağlı ərizə yazmışdır. Ona bildirmişlər ki, hədə-qorxu gəlməklə bağlı maddə cinayət işindən çıxarılacaqdır. Bir xeyli müddət keçdikdən sonra müstəntiq sənədləri prokurorluğa göndərdiyini və işinə artıq məhkəmədə baxılacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində verdiyi ifadəsində bildirmişdir ki, binanın qarşısında ona 5000 manat pul vermiş və daha sonra iki dəfə 5000 manat olmaqla ümumilikdə ona 15000 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs 5000 manat məbləğində pulu onun anasının əməliyyatı üçün verdiyini bildirmişdir. Bu ifadə tamamilə yalandır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, güya o, həmin 5000 manatı bir ay ərzində qaytarmalı imiş. O özü “Bolt” taksi şirkətində sürücü işləyir və bunu Fatimə də bilmişdir. O, taksi sürücüsü işləyərək bir ay ərzində 5000 manat pulu necə qaytara bilər? Zərərçəkmiş şəxs daha sonra yenə 5000 manat pul verdiyini bildirmişdir. Burada sual yaranır ki, Fatimənin məqsədi nədir ki, o, aldığı 5000 manat pulu qaytarmadan Fatimə ona yenidən 5000 manat versin. O, Zərərçəkmiş şəxs nə hədə-qorxu gəlməmiş, nə də sonuncudan qızıl və ya pul almamışdır. 13-cü X13 səs-küy salaraq ondan pul tələb etmişdir, ona isə həmin pulu anasının əmisi oğluna verəcəyini bildirmişdir. O, Fatimədən həmin şəxsə niyə pul verməli olduğunu soruşduqda Fatimə bildirmişdir ki, onun işinə həmin qohumu baxır və həmin şəxsə 5000 manat məbləğində pul verməlidir. Sonralar Fatimə ona şikayətini geri götürəcəyini bildirsə də, bir müddət keçdikdən sonra şikayətini geri götürməyəcəyini demişdir. O, bunun səbəbini soruşduqda Fatimə əmisinin ona şikayəti geri götürməyə icazə vermədiyini bildirmişdir. Həmçinin bildirir ki, o, Fatimə ilə ittihamda qeyd edilən ərazidə görüşmüşdür, lakin Fatimə ona orada və ya başqa yerdə pul verməmişdir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər şirkətdə mühafizəçi işləmiş, sonra isə “Bolt” şirkətində taksi sürücüsü işləmişdir. Fatimə onun taksi sürücüsü işlədiyini bilmişdir. O, heç vaxt Fatiməyə hər hansı bir dövlət orqanının əməkdaşı olduğunu bildirməmişdir. İbtidai istintaq zamanı o, polis əməkdaşının təklifi ilə ifadəsində bildirmişdir ki, Fatiməyə borcun əvəzi olaraq 4500 manat pul qaytarmalıdır. O, heç vaxt Fatimədən qızıl götürməmişdir. O, Fatimə ilə tanış olarkən artıq həyat yoldaşı ilə ayrılmışdır. Daha sonra Fatimə ilə münasibətləri tamam kəsdikdən sonra yenidən öz ailəsi ilə barışmışdır. O, Zərərçəkmiş şəxs rəfiqəsi Şahid həyat yoldaşını tanıyır, həmin şəxs fəhlə işləyir. Fatimənin bacısı Leyla xəstə olarkən Leylanı xəstəxanaya, həmçinin Fatimənin uşağını məktəbə aparıb-gətirmişdir, yəni Fatimə onun taksi sürücüsü işlədiyini bilmişdir. Həmçinin bildirir ki, o, Fatimədən ittihamda göstərilən pulları heç vaxt almamışdır. O, Fatimədən anasının göz əməliyyatı üçün pul istəməmişdir. Bununla bağlı bildirir ki, anası həqiqətən də göz əməliyyatı olunmuşdur, həmin əməliyyatın cəmi 1000 manat xərci olmuşdur. Bunu Fatimə də bilirmiş və ona anasını ziyarət etmək istədiyini bildirmişdir. Bu zaman o, Fatiməyə “səni anamın yanına necə aparım?” deyə bildirmişdir. O, Fatimədən pul istəməmiş, sonuncudan nə pul, nə də başqa bir şey tələb etməmişdir. Fatimə ilə onun arasında olan yazışmalarda Fatimə onu niyə bloka atdığını (telefonda zəngini əngəllədiyini) soruşmuşdur. O, Fatimənin telefon zəngini ona görə bloka atmışdır (telefonda zəngini əngəlləmişdir) ki, artıq həmin ərəfədə Fatimənin həyat yoldaşı olduğunu və həyat yoldaşına xəyanət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun Fatimə ilə arasında cəmi 4500 manatla bağlı yazışmalar olmuşdur. O, həmin yazışmalarda 4500 manatı hər dəfə 1000 manat olmaqla bir neçə dəfəyə qaytaracağını bildirmişdir. Həqiqətdə isə o, Fatimədən heç 4500 manatı da almamışdır, sadəcə olaraq ilkin araşdırma zamanı polislərin təzyiqi ilə məcburən ifadəsində həmin pulu ödəməyi öhdəsinə götürmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl onun Fatimə ilə aralarında pul ilə bağlı yazışmalar yalnız Fatimənin faizlə pul götürməsi və həmin pulu ödəyə bilmədiyindən ondan pul istəməsi ilə bağlı olmuşdur. O isə Fatiməyə pulu olmadığını bildirmişdir. Fatimə ondan 15000 manat pul və ya qızıl istəməsi ilə bağlı mesajlar yazmışdır. O isə Fatiməyə sonuncudan 15000 manat pul və ya qızıl almadığını bildirmişdir. O, gündəlik təxminən 25, 30, 35 manat pul qazanırmış. Həmin pulu ailəsinə, xəstə anasının müalicəsinə xərcləyirmiş. Fatimə ilə münasibəti olan ərəfələrdə sonuncuya yüngül yardımlar, yəni işi yaxşı olanda marketden bazarlıq edirmiş. Onun anası 200 manatdan çox əmək pensiyası almışdır. Göz əməliyyatını anasının özü yığdığı pul hesabına etdirmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq göstərmişdir ki, Fatimə ilə aralarında olan səsyazmalarda adı keçən “Asoş” Fatimənin qızıdır. Həmçinin bildirir ki, həmin ərəfələrdə o, Fatimə ilə danışmaq istəmədiyindən Fatimənin ona yazdığı “pulumu niyə vermirsən? Pulumu gətir qaytar” tipli mesajlarına cavab yazmamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə 1800 manat pul verməsi ilə əlaqədar verilmiş suala cavab olaraq göstərmişdir ki, onun zərərçəkmiş şəxsə heç bir borcu olmasa da, həmin şəxs ondan əl çəksin deyə o, üzərində olan 1800 manat məbləğində pulu Zərərçəkmiş şəxs vermişdir. Həmçinin bildirir ki, onun Zərərçəkmiş şəxs ilə münasibəti olduğu ərəfələrdə avtomobili xarab oluğu zaman zərərçəkmiş şəxs öz istəyi ilə ona 150 manat və 60 manat pul vermişdir. Göstərdiyi haldan başqa, zərərçəkmiş şəxs tərəfindən ona heç bir pul verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatları, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən həmin izahat və ifadələrin təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrlə demək olar ki, eyniməzmunlu olduğu müəyyən olunmuşdur. Həmin ifadələr arasında olan müəyyən fərqli hallar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 dekabr 2023-cü il, 27 sentyabr 2024-cü il tarixli izahatlarında, sonra 09 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, həmçinin 10 oktyabr 2024-cü il və 16 yanvar 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi eyniməzmunlu ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, gündəlik olaraq icarə haqqını ödəmək şərti ilə maşın icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onların yaşadıqları məhəllənin yaxınlığında qalırmış. 2022-ci ilin yanvar ayında o, Fatiməni maşın sürərkən məhəllədən keçəndə görmüşdür. Fatimə həmin vaxt öz övladını bağçaya aparırmış. Bu zaman onun Fatimədən xoşu gəldiyi üçün Fatimə ilə tanış olmuşdur. Onlar tanış olduğu zaman Fatimə evli olduğunu ona deməmişdir. Həmin vaxtı o, öz həyat yoldaşı Adgözəlova Yeganə ilə rəsmi olaraq boşanmasa da, artıq bir yerdə yaşamamışlar. O, Fatimə ilə tanış olduqdan təqribən bir ay sonra Fatimə ilə Yeni Günəşli qəsəbəsində yerləşən otelə gedirmiş və orada qarşılıqlı razılaşma əsasında təbii yolla cinsi əlaqədə olmuşlar. Fatimə ilə o, həmin oteldə dörd dəfə cinsi əlaqədə olmuşlar. Otelin ödənişi olan 15 manat pulu o özü ödəmişdir. Fatimə ilə münasibətdə olduğu zaman Fatimə ona hərdən maddi köməklik göstərirmiş, avtomobili xarab olduğuna görə ona 60-100 manat məbləğində pul verirmiş. Fatimə özü ona köməklik olaraq ümumilikdə 4500 manat pul vermişdir. 2022-ci ilin yay aylarında Fatimə ona bacısının xəstələndiyini və müalicəsi üçün pul lazım olduğunu demiş, qızıllarını satmaqda Fatiməyə köməklik etməsini ondan xahiş etmişdir. O, Fatiməyə köməklik edə biləcəyini demiş və Fatimədən gedib evlərinin qarşısında bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbağı götürmüşdür. Həmin qızılları aparıb Bakıxanovda “tolkuçka” deyilən yerin yaxınlığında yerləşən şüşəli lombardda təqribən 460 manata satmışdır. Qızılları satdıqdan sonra o, pulu Fatiməyə verəndə Fatimə həmin puldan çıxarıb 150 manatını ona vermişdir. 2023-cü ilin sentyabr ayında o, Fatimənin evli olduğunu öyrənmiş və Fatimədən ayrılmaq qərarına gəlmişdir. Amma Fatimə ondan ayrılmaq istəmədiyini və əgər bu münasibətə son qoyularsa dərman içib özünü öldürəcəyini demişdir. Ancaq o, bu münasibətin sonunun olmadığını görüb Fatimədən ayrılmışdır. Zərərçəkmiş şəxs da buna görə onun barəsində polisə şikayət etmiş, onun Fatiməni aldatdığını və intim videolarını yaymaqla şantaj edərək 15000 manat pulunu və 100 qram qızılını ələ keçirdiyini bildirmişdir. Amma o, Fatimədən nə 15000 manat pul və 100 qram qızıl almamış, nə də Fatiməni şantaj etməmişdir. O, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir, sadəcə müxtəlif mühafizə xidmətlərində işləmişdir. Fatimə özü ona kömək olaraq 4500 manat pul vermişdir. Həmçinin, Fatimənin bacısı xəstə olduğu üçün qızıllarını satmaqda ondan köməklik istəmişdir. O da Fatimənin verdiyi qızılları aparıb satıb pulunu gətirib Fatiməyə vermişdir. Fatimə də həmin puldan ona 150 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs hər hansı bir intim videosunu çəkməmiş, Fatiməyə nümayiş etdirməmiş və buna görə də Fatimədən hər hansı pul tələb etməmişdir (iş vərəqə: cild İ, səh. 13-14, 82-84, 111-113, 125-127, 188-190). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında müəyyən fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. 13-cü X14 adlı müstəntiq ona bildirmişdir ki, Fatiməyə vermək üçün bir məbləğ desin, o da sənəddə həmin məbləği qeyd etsin ki, bu məsələ mülki qaydada həll olunsun. Buna görə də o, Fatimənin ona 4500 manat məbləğində yardım etdiyini demişdir. Onun Fatiməyə heç bir borcu olmamışdır. O, Zərərçəkmiş şəxs öz xahişi ilə qızılları lombarda aparmış, həmin qızılları lombardda pul ilə dəyişmiş və həmin pulları da Fatimənin özünə vermişdir, Fatimə isə həmin puldan ona avtomobili xarab olduğu üçün 150 manat köməklik etmişdir. Fatimə bacısının vəziyyəti ilə əlaqədar olaraq həmin qızılları lombardda pul ilə dəyişdirməkdə ondan köməklik istəmişdir. Lombardda həmin qızılların dəyişdirilməsi nəticəsində 460-470 manat məbləğində pul verilmişdir. Lakin o, Fatimədən ittihamda göstərilən 100 qram dəyərində qızıllar almamışdır. Lombardda dəyişdirmək üçün göstərdiyi qızılları Fatimə özü ona vermişdir ki, dəyişdikdən sonra pulu Fatiməyə versin. Həmin qızılın dəyəri qeyd etdiyi kimi, 460-470 manat məbləğində olmuşdur. Həmin pulu o, Adilov küçəsində, internet qovşağının qarşısında Fatimənin özünə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin təxminən yanvar ayında oğlunu baxçaya aparıb-gətirərəkən tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun arxası ilə çox gəlib-gedirmiş. Bir müddət sonra Təqsirləndirilən şəxs onun telefon nömrəsini götürmüş və onlar danışmağa başlamışlar. 2022-ci ilin aprel ayında onlar artıq görüşməyə başlamışlar. Bir gün Təqsirləndirilən şəxs ona zəng edərək anasının əməliyyat olunmasına görə ondan pul istəmiş və həmin pulu qaytaracağına and içərək ona söz vermişdir. Nizami ondan 10000 manat məbləğində pul istəmişdir. O, Nizamiyə inanaraq 10000 manat məbləğində pulu tapıb Nizamiyə vermişdir. O, həmin pulu ittiham aktında adı şahid qismində keçən Şahid borc almışdır. Sonralar o, Təqsirləndirilən şəxs hansı nömrə ilə zəng etsə də, sonuncu həmin nömrələri bloka atmışdır (telefonda zəngləri əngəlləmişdir). Nizami həmin pulu ona qaytarmamışdır. 2022-ci ilin təxminən avqust ayına yaxın Nizami yenidən telefon vasitəsi ilə onunla əlaqə saxlamış və anasının göz əməliyyatından sonra müalicəsi üçün dərmanları ala bilmədiyindən ona yenidən külli miqdarda pul lazım olduğunu bildirmişdir. O, həmin pulu Nizamiyə verməkdən imtina etdikdə Nizami onunla olan videoları yayacağını bildirmişdir. Belə ki, həmin videoları hərkəsə- onun atasına, həmçinin məktəbdə, baxçada və sair hər yerdə göstərəcəyini bildirmişdir. Həmin videoları Nizami onunla görüntülü danışarkən digər telefonunda ona göstərmişdir. Nizami həmin videoları sosial şəbəkədə yayacağını bildirmişdir. O da evdə olan 5000 manat məbləğində pulu və 100 qram çəkidə qızılı Nizamiyə vermişdir. Həmin qızılın dəyəri təxminən 10000 manat məbləğində olmuşdur. Daha sonra Nizami yenə onu bloka atmış (telefonda zəngini əngəlləmiş) və pullarını geri qaytarmamışdır. O, yenidən Nizamiyə zəng edib onu şikayət edəcəyini bildirdikdə Nizami “kimə istəyirsən şikayət et” deyə cavab vermişdir. Bundan sonra o, artıq məcbur qalıb Təqsirləndirilən şəxs barəsində şikayətlə müraciət etmişdir. Zərərçəkmiş şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar tanış olan zaman Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs işi ilə bağlı xidməti vəsiqəsini göstərməyini tələb etsə də, Nizami bundan imtina etmişdir. O, Təqsirləndirilən şəxs anasını tanımamış və Nizaminin həmin pulu həqiqətən də anasının xəstəliyi ilə əlaqədar xərcləyibxərcləməməsi haqqında heç bir məlumatı olmamışdır. O, hətta Nizaminin anasını əməliyyatdan sonra görmək istədiyini bildirəndə də Nizami söhbəti dəyişmiş və onu anasının yanına aparmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs ona həm videolar, həm də şəkillər ilə hədə-qorxu gəlmişdir. Onun həmin şəkil və videoların çəkilməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə balaca bir otelə gedirmişlər, orada əvvəlcədən quraşdırılmış kamera vasitəsi ilə onların videoları çəkilmişdir. Təqsirləndirilən şəxs ondan aldığı qızılı və pulları hara xərclədiyi barədə məlumatı yoxdur. O, Nizamidən həmin qızılı və pulları dəfələrlə tələb etsə də, Nizami onları geri qaytarmamışdır. Belə ki, o, pulunu istədikcə Nizami ona narahat olamamağını və pulun etibarlı əllərdə olduğunu bildirmişdir. O, nəhayət oktyabr ayında Təqsirləndirilən şəxs barəsində şikayətlə müraciət etmişdir. O, Təqsirləndirilən şəxsla tanış olarkən evli olmuş və iki uşağı olmuşdur. Onun ailə münasibətlərində heç bir problem yox imiş, Nizami ilə münasibətlərini həyat yoldaşı əvvəllər bilməmişdir. O, Nizamidən polisə şikayət etdikdən sonra həyat yoldaşı bu məsələdən xəbər tutmuşdur. Təqsirləndirilən şəxsla münasibətlərini həyat yoldaşı bildikdə hər ailədə olduğunu kimi problemlər onlarda da yaşanmışdır. O, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə bağlı xidməti vəsiqəsini sonuncunun evli və ya subay olduğunu bilmək məqsədi ilə istəmişdir. Təqsirləndirilən şəxs ona 5 ədəd avtomobilinin olduğunu bildirmişdir. Nizami ondan pul istəyən zaman niyə avtomobillərindən birini satmadığını soruşmamışdır. O, özünün telefonunda Təqsirləndirilən şəxs adını “ürəyim” deyə qeyd etməmiş və ona mesajlarda ürəyim deyə müraciət etməmişdir. Təqsirləndirilən şəxs ondan ilk dəfə 2022-ci ilin aprel-may aylarında pul istəmiş, o isə ilk dəfə həmin ilin təxminən may ayında vermişdir. O, 10000 manat məbləğində pulu Şahid borc almışdır. O, Şahid həmin pulu faizlə almamış, borc kimi almışdır. O, həmin borcuna görə Şahid ilk 3-4 ay 200 manat ödəmişdir. Ümumilikdə Şahid 800 manat pul ödəmişdir. O özü heç bir yerə işləmir. Aysel də həmçinin heç bir yerdə işləmir, Ayselin həyat yoldaşı isə fəhlə işləyir. Aysel həmin 10000 manat pulu sonuncunun atası ev almaq üçün pay torpağını satıb Ayselə vermişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun ilk verdiyi 10000 manat pulu geri qaytarmadığı halda da, onlar yenə də arabir görüşürmüşlər. Təqsirləndirilən şəxs onunla olan video görüntüləri onunla görüntülü danışan zaman digər telefonu vasitəsi ilə ona göstərmişdir. O, Təqsirləndirilən şəxs həmin video görüntüləri göstərdiyi telefonun markasını bilmir. Həmin telefonu Nizami üzərində gəzdirirmiş. O, ümumilikədə Təqsirləndirilən şəxs üç ədəd mobil telefonu olduğunu bilirmiş. Onlar qara və boz rəngdə olmuşlar, lakin markalarını xatırlamır. Nizaminin göstərdiyi video görüntülərdə onun üzü görsənirmiş. Video görüntülərdən kameranın otağın künc tərəfində olduğu məlum olurmuş. Təqsirləndirilən şəxsla həmişə getdikləri otelin adını və dəqiq ünvanını xatırlamır, lakin ərazi olaraq Günəşli qəsəbəsi tərəfdə olduğunu bilirmiş. Otel ilə bağlı məhkəmədə verdiyi məlumatı ibtidai istintaq zamanı da vermişdir. Oteldə Təqsirləndirilən şəxs hər zaman ondan əvvəl otağa girirmiş, otelin pulunu hər zaman o özü verirmiş. O, Təqsirləndirilən şəxs 100 qram çəkidə qızıl vermişdir, onun evində elektron tərəzi yoxdur, o, həmin qızılları çəkməmişdir, lakin çəkisi 100 qramdan az olmamışdır. Qızıl komplekt olmuşdur, komplektə 2 sep, 1 sırğa, 2 qolbaq, 4 üzük, 1 qol saatı daxil imiş. Təqsirləndirilən şəxs ondan üçüncü dəfə pul istəyəndə o, artıq videonun yayılması ilə bağlı heç nədən qorxmamış və şikayət etmişdir. Nizaminin ona hədə-qorxu gəldiyi videogörüntülər yayılmamış, silinmişdir. Həmin videogörüntülərin silindiyini bilir, çünki Təqsirləndirilən şəxs digər telefonunda videoları ona göstərmişdir. Videogörüntüləri saxladığı telefonun markasını xatırlamır. O, Ayseldən pulu istəyən zaman ilk dəfə niyə istədiyini deməmiş, lakin ikinci dəfə məcbur qalıb demişdir. İkinci dəfə Ayseldən 5000 manat pulu istəyən zaman, o, artıq Ayselə şantaj edildiyini danışmışdır. Şahid onunla yaxın olduğu üçün ilk aldığı 5000 manat pulu qaytarmadan ona yenidən 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qardaşının sinif yoldaşının lombard dükanı var və verdiyi bütün qızıllar oradadır. Təqsirləndirilən şəxs ondan qızılları lombarda qoyub pul götürmək üçün istəmişdir. O, Nizamiyə qızılları niyə satmayıb, lombarda qoyması ilə bağlı sual verməmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, təqsirləndirilən şəxs ondan pulu üç dəfəyə almışdır. Nizami həmin pulu anasının göz əməliyyatına görə aldığını bildirmişdir. Lakin o, həmin pulları Nizaminin hansı məqsədlə xərclədiyini bilməmişdir. Təqsirləndirilən şəxs ağlayaraq anasının gözünün əməliyyatı üçün pula ehtiyacı olduğunu bildirdiyindən və həmin pulu qaytaracağına and içərək söz verdiyindən o da təqsirləndirilən şəxsə inanıb pulu vermişdir. Daha sonrakı pulları və qızılı isə Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək istəmişdir. Təqsirləndirilən şəxs ilk dəfə ondan pul istəyərəkən işləyərək həmin pulları qaytaracağını bildirmişdir. O da təqsirləndirilən şəxsin danışdığı yalanlara inanaraq pulu ona borc olaraq vermişdir. Təqsirləndirilən şəxs ona pulu konkret nə vaxt qaytaracağını bildirməsə də, qısa müddətdə qaytaracağını demişdir. O, Təqsirləndirilən şəxs verdiyi pulları rəfiqəsi Şahid borc almış və Təqsirləndirilən şəxs ona vəd verdiyi vaxtlarda geri qayataracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə 5000 manat pulu verdikdən 15-20 gün sonra yenidən 5000 manat məbləğində pul vermişdir. Artıq o, ikinci dəfə pulu Nizamiyə verəndə Nizami ona bildirmişdir ki, anası əməliyyat olunacaq. O, pulu verdikdən bir neçə ay sonra görmüşdür ki, Nizami artıq pulu ödəmir, verdiyi sözü tutmur. Nizamidən pulu tələb etməyə başlamışdır. O, sonuncu dəfə 5000 manat Şahid yenə borc olaraq istəsə də, Şahid artıq həmin vaxt pulu olmadığından ona pul veməmişdir. Onun verdiyi sonuncu həmin 5000 manat pul həyat yoldaşına məxsus olmuş və o, həmin pulu evdən götürüb Nizamiyə vermişdir. Lakin evdəkilərin həmin pulu götürməsindən xəbəri olmamışdır. Həyat yoldaşı cinayət işi açıldıqdan sonra bilmişdir ki, o, evdən pul götürüb Nizamiyə verib. Nizami ilk əvvəl ondan pul istəyəndə aprel-may ayları olmuş və həmin vaxt evdə pul olmadığından o, Şahid borc alıb Nizamiyə vermişdir. Daha sonra Nizami 3-cü dəfə ondan pul istəyəndə həyat yoldaşının işi ilə əlaqədar evlərində pul olduğuna görə həmin pulu Nizamiyə vermişdir. O özü heç yerdə işləmir, orta təhsillidir. Həmin vaxtlar sadəcə olaraq Nizami elə danışmışdır ki, o da Nizamiyə inanmışdır. Zərərçəkmiş şəxs cinayət işi üzrə sənədlər tədqiq edildikdən sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, cinayət işinin materiallarında olan və məhkəmədə nümayiş etdirilən həmin səsyazmalar o, polisə müraciət etməmişdən əvvəl qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatları və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatları və zərərçəkmiş şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı 30 noyabr 2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında uşağını baxçaya aparıb-gətirən zaman Təqsirləndirilən şəxs onun arxası ilə gəldiyi üçün və ondan əl çəkmədiyi üçün məcbur olub tanış olmuşdur. Getdikcə aralarında münasibət yaranmış və yaxın münasibətdə olmuşlar. Yaxın münasibətdə o, öz xoşluğu ilə olmuşdur. Nizami özünü Milli Təhlükəsizlik Nazirliyinin işçisi kimi təqdim etmişdir. Təxminən 2022-ci ilin may ayında Nizami özünü etibarlı apardığı üçün onun da etibarını qazandığı üçün ondan anası xəstə olduğuna görə müalicəsi üçün pul istəməyə başlamışdır. Hətta ağlayaraq yalvarmışdır. O da bir insanlıq naminə yaşadığı evin qarşısında Nizamiyə 5.000 manat pul vermişdir. Nizami isə tez bir zamanda, daha doğrusu bir aya qədər qaytaracağına söz vermişdir. Lakin Nizami heç bir ay keçməmiş yenidən ondan anasının əməliyyatına görə 10.000 manat pul istəməyə başlamışdır. O isə pulu olmadığını və buna imkanı çatmadığını demişdir. Bundan sonra Nizami ona bir yerdə yaxın münasibətdə olduqları zaman ondan xəbərsiz çəkdiyi videoları ona göstərib bildirmişdir ki, əgər istədiyi pulu verməzsə, həmin videonu atasına və ərinə göstərəcəkdir. O, əlacsız qalıb yaxınlardan borc-xərc edib təxminən 2022-ci ilin yay ayları bitənə qədər həmin 10.000 manat pulu Nizamiyə vermişdir. Lakin artıq ayrılmaq qərarına gəlmişdir. Nizami isə onu hədələyib pul almaqla yanaşı, yenə məcbur yaxın münasibətdə olmağa görə də onu şantaj edirmiş. O da ailəsi bilməsin deyə məcbur olub Nizami ilə görüşürmüş. Nizami 2022-ci ilin oktyabr ayında yenə ondan pul istədiyi üçün pulu olmadığına görə məcbur olub evində olan ona məxsus 100 qram çəkidə italyan, rus və türk qızıllarını yaşadığı ünvan 4 ünvanın qarşısında Nizamiyə vermişdir. Bir müddət sonra Nizami onu yenə videolarla şantaj etsə də, o, heç vaxt daha pul verə bilməyəcəyini və görüşməyəcəyini demişdir. Lakin Nizami əl çəkmədiyi üçün və yenə də şantaj və hədələrini davam etdirdiyi üçün məcbur olub bu barədə şikayət etmişdir. Nizami adlı şəxs barədə qanuni tədbir görülməsini və aldığı 15.000 manat pulu ilə 100 qram çəkidə qızıllarının alınıb qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Nizaminin onu şantaj etməsi ilə bağlı onda səs yazıları vardır. Gələcəkdə təqdim edə bilər (iş vərəqə: cild İ, səh.11-12). Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi digər izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. O, azyaşlı övladını bağçaya aparıb-gətirən zaman Nizami arxası ilə düşdüyü üçün tanış olmuşlar. Aralarında münasibət yarandıqdan sonra yaxın münasibətdə olmuşlar. Yaxın münasibətdə öz istəyi ilə olmuşdur. 2022-ci ilin may ayında Nizami ona anasının xəstə olduğunu, anasının müalicəsi üçün pul lazım olduğunu bildirib pul istəməyə başlamışdır. Nizami hətta ağlayaraq yalvarırmış. O, yaşadığı ünvanın qarşısında Nizamiyə ilk olaraq 5000 manat pul vermişdir. Nizami həmin pulu bir aya qədər qaytaracağına söz vermişdir. Nizami 01 ay keçməmiş yenidən ondan anasının əməliyyatına görə 10000 manat pul istəmişdir. O isə pulu olmadığını bildirmişdir. Bundan sonra Nizami ona birlikdə münasibətdə olduqları zaman ondan xəbərsiz çəkdiyi videoları ona göstərib bildirmişdir ki, əgər istədiyi pulu verməsə, həmin videonu atasına və ərinə göstərəcəkdir. O, əlacsız qalıb yaxınlarından borc-xərc edib 2022-ci ilin yay aylarında 10000 manat pulu Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəbin yanında Nizamiyə vermişdir. Bundan sonra o, Nizamidən ayrılmaq qərarına gəlmişdir. Nizami onunla yaxın münasibətdə olmaq üçün hədə-qorxu gəlmişdir. O da ailəsi bilməsin deyə məcbur olub Nizami ilə görüşürmüş. Nizami 2022-ci ilin oktyabr ayında yenə ondan pul istədiyi üçün evində olan 100 qram çəkidə itlayan, rus və türk qızıllarını yaşadığı ünvan 8 ünvanın qarşısında Nizamiyə vermişdir. Bir müddət sonar Nizami onu yenə videolarla hədələdiyi üçün o, məcbur qalıb Nizaminin barəsində şikayət etmişdir. Həmin izahatından sonra Zərərçəkmiş şəxs verilmiş suallara aşağıdakı kimi cavab vermişdir. “Sual: X5 izahatında sizdən ümumilikdə 4500 manat pul aldığını, həmin puldan sonradan 370 manatını sizə qaytardığını, bir ədəd qızıl sırğa, bir ədəd qızıl üzük, bir ədəd qızıl qolbağı lombarda qoyub pul götürmək üçün ona verdiyinizi, həmin qızılları sizdən alaraq aparıb lombarda qoymaqla 470 manat pul götürdüyünü, həmin 470 manat pulu sizin özünüzə qaytardıqda həmin puldan 150 manatını ona verdiyinizi göstərmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Təqsirləndirilən şəxs yalan izahat verir. Mən Nizamiyə ümumililkdə 15000 manat və 100 qram çəkidə qızıl vermişəm. Sual: Materiala əlavə edilmiş Whatsapp mesajlaşmalarını əks etdirən mesaj mətnlərində “Üreyim” adı ilə qeyd edilmiş kontaktla söhbət pəncərəsində olan yazışmalara baxış keçirilərkən sizin Nizami adlı şəxsdən pulu və qızılları tələb etməyiniz, pulun məbləği və qızılların çəkisi barədə hər hansı sübut əhəmiyyətli mətnlər aşkar edilməmişdir. Həmin mesaj mətnləri sizə təqdim edilir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Həmin mesaj mətnləri mənə təqdim edildi. Həmin yazışmalar mənimlə Nizami arasında aparılmışdır. Mən həmin yazışmalarda Nizamidən ona verdiyim 15000 manat və 100 qram çəkidə qızılları qaytarmasını tələb edirəm. Sual: X1 sizinlə aranızda olan yaxın münasibətləri əks olunduğu videolarla hədəqorxu gəldiyini bildirmisiniz. Bu barədə hər hansı dəlil təqdim edə bilərsinizmi? Cavab: Xeyr, bu barədə hər hansı dəlilim yoxdur.” (iş vərəqə: cild İ, səh.27-28). Daha sonra, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı 17 may 2024-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Aralarında səmimi münasibət yaranmışdır. Nizami ilə öz istəyi ilə tez-tez, yəni bir ayda 2-3 dəfə görüşmüşlər. 1 il onlar görüşmüşlər və aralarında xoş münasibət olmuşdur. 2022-ci ilin iyun ayında Nizami ondan anasının əməliyyatı üçün 5000 (beş min) manat borca pul istəmişdir. O, həmin pulu qohumu Aysel adlı qadından sələm götürüb aparıb Nizamiyə vermişdir. Təxminən 2 həftə sonra anasının xəstəxanada olduğu üçün pula ehtiyacı yarandığından Nizami ondan yenidən 5000 (beş min) manat pul borca istəmişdir. O, yenidən Ayseldən həmin pulu sələmə götürüb aparıb Nizamiyə vermişdir. Aradan təxminən 1 ay keçmişdir ki, Nizaminin anası xəstəxanadan artıq çıxmışdır. Həmin vaxt Nizami ondan yenə 5000 (beş min) manat borca pul istəmişdir. O, bunu eşidib Nizamiyə demişdir ki, artıq onun Nizamiyə veriləsi pulu qalmamışdır. Həmin vaxt Nizami onunla vatsapda görüntülü danışırmış. Danışıq zamanı Nizami digər telefonu ilə onların arasında olan intim görüntünü göstərib bildirmişdir ki, əgər növbəti 5000 (beş min) manatı verməsə, həmin videonu onun atası və ərinə göstərəcəkdir. O, çarəsiz vəziyyətdə qalıb evdə olan 5000 (beş min) manatı və özünə məxsus 100 qram dəyərində bir dəst qızıl komplekt, 4 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl qadın saatı, 2 ədəd tək qızıl boyunbağını aparıb öz yaşadığı binanın qarşısında Nizamiyə vermişdir. Nizami onları alandan sonra qısa zaman ərzində az-az qaytaracağını demişdir. Lakin Nizami onu aldatdığına görə o, məcbur qalıb polisə şikayət etmişdir. Həmin izahatından sonra Zərərçəkmiş şəxs verilmiş suallara aşağıdakı kimi cavab vermişdir. “Sual: Təqsirləndirilən şəxs pulu nə məqsədlə vermisiniz? Cavab: 10000 (on min) manatı borca vermişəm, sonuncu 5000 (beş min) manat və 100 qram qızılları isə məni hədələdiyi üçün məcbur qalıb vermişəm. Sual: Təqsirləndirilən şəxs hədə-qorxu ilə pulu aldıqdan sonra həmin pulu qaytaracağını demişdirmi? Cavab: Alandan sonra bəli, demişdir ki, qaytaracaqdır. Lakin qaytarmadı.” (iş vərəqə: cild İ, səh.38-39). Bundan sonra, məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qismində tanındıqdan sonra 09 oktyabr 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, 2016cı ildə ailə qurmuş və həmin nikahdan 2 övladı olmuşdur. 2022-ci ilin yanvar ayında o, oğlunu baxçaya aparanda orada yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nizami özü ona yaxınlaşıb onunla tanış olmuşdur. O, etiraz etmədiyinə görə Nizami ilə münasibət saxlamağa başlamışdır. Nizami onunla tanış olandan sonra təxminən 2 ay yazışmışlar və Nizami özünü ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. 2022-ci ilin aprel ayında Nizami ona cinsi əlaqədə olmağı təklif etmişdir. O, razılaşdığına görə 2022-ci ilin aprel ayının əvvəllərində səhər oğlunu baxçaya qoyandan sonra baxçanın yanında Nizami ilə görüşüb Nizaminin idarə etdiyi «Kia Rio» markalı, ** FV *** dövlət nömrə nişanlı avtomobili ilə Yeni Günəşli tərəfdə yerləşən xatırlamadığı otellərin birinə gedib orada razılıq əsasında cinsi ələqədə olmuşlar. Nizaminin üstündə pulu olmadığına görə otelin pulunu, 55 manatı o özü ödəmişdir. Həmin pulu o, Nizamiyə vermişdir, Nizami də pulu özü otelə ödəmişdir. 2022-ci ilin aprel ayının ortalarında o, yenə də həmin qaydada Nizami ilə həmin otelə gedib orada Nizami ilə cinsi əlaqədə olmuş, ikinci dəfə də otelin pulunu 55 manatı o, ödəmişdir. 2022-ci ilin may ayında o, yenə də həmin oteldə Nizami ilə bir neçə dəfə görüşüb ümumi razılıq əsasında cinsi əlaqədə olmuşlar. 2022-ci ilin may ayında Nizami ona anasının xəstə olduğunu və gözündən əməliyyat olunmalı olduğunu, əməliyyat üçün Nizami 10000 manat məbləğində pul lazım olduğunu demişdir. O, razılaşmış və Nizamiyə gücünün 5000 manata çatdığını və həmin pulu tanışından faizə götürüb verə biləcəyini demişdir. Nizami razılaşmış və 2022-ci ilin may ayında o, tanışı Şahid 5000 manatı götürüb Nizamiyə vermişdir. Ayseldən o, həmin məbləğdə pulu ayda 400 manat faizlə ödəmək şərti ilə götürmüşdür. Ayselə həmin pulun onun özünə lazım olduğunu demiş, Nizami barədə Ayselə heç nə bildirməmişdir. Çünki, Aysel onun ərinin qohumu olduğuna görə o, Ayselə Nizami barədə bildirməmişdir. 5000 manat pulu o, Nizamiyə ilk dəfə Bakıxanov qəsəbəsində yerləşən «Korona» pivə evinin yaxınlığında 2022-ci ilin may ayının axırlarında vermişdir. Nizamiyə pulu verəndə onlar ikisi olmuşlar. Təxminən bir həftədən sonra 2022-ci ilin iyun ayında Nizami ondan yenə 5000 manat məbləğində pulu anasının əməliyyatına görə istəmişdir. O, yenə də Ayseldən əlavə olaraq 5000 manat məbləğində pulu faizə götürüb Nizamiyə Bakıxanov qəsəbəsində yerləşən bağçanın yaxınlığında vermişdir. Ayseldən götürdüyü 10000 manat məbləğində olan pula görə o, aylıq 800 manat faizi Ayselə ödəməyə başlamışdır. Nizami ondan 10000 manatı alandan sonra aybaay olan 800 manat faizini özünün ödəyəcəyinə söz vermiş, amma heç bir ay da olsun faizi ödəməmiş, hər dəfə ona müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Buna baxmayaraq, o, Nizami ilə yenə də ayda 2-3 dəfə həmin oteldə ümumi razılıq əsasında cinsi əlaqədə olurmuş. Hər dəfə də otelin pulunu o, ödəyirmiş. 2022-ci ilin avqust ayında Nizami ondan yenə də 5000 manat istəmiş, anasının xəstəxana xərclərini ödəyə bilmədiyini demişdir. O, pulu verə bilməyəcəyini demişdir. Nizami əsəbləşib ona oteldə cinsi əlaqədə olduqları zaman videosunu telefona çəkdiyini, əgər o, Nizamiyə pul verməsə Nizami onların cinsi əlaqədə olduqları videonu ərinə, valideynlərinə, uşağının baxçasında yayacağını demişdir. Nizami ilə o, “Whatsapp” vasitəsi ilə videogörüntülü danışırmış və həmin videogörüntü ilə danışan zamanı Nizami ona əlində saxladığı digər telefonunda onunla cinsi əlaqədə olduqları videonu göstərmişdir. O, həmin videonu heç kimə göndərməməsi üçün Nizamiyə yalvarmışdır. O da evdən ərinin xəbəri olmadan 5000 manatı götürüb 2022-ci ilin avqust ayının axırlarında öz yaşadığı evin qarşısında R.Qəmbərov küçəsində Nizamiyə vermişdir. 2022-ci ilin sentyabr ayında Nizami yenə də videonun yayılmaması müqabilində ondan pul istəmiş, lakin məbləği deməmişdir. Nizamiyə pulu verməkdən imtina edəndə və Nizamidən 15000 manatı ona qaytarmasını tələb edəndə Nizami əsəbləşib oteldə cinsi əlaqədə olduqları videonu ərinə, valideynlərinə, uşağının baxçasında yayacağını demişdir. Nizamiyə pulu olmadığı, ancaq öz qızıllarını Nizamiyə verə biləcəyini demişdir. Nizami ondan qızıllarını götürməyə razılaşdığına görə o, 2022-ci ilin sentyabr ayının axırlarında evində olan ona məxsus ümumi 100 qram çəkidə 750 və 583 əyarlı qızıl-zinət əşyalarını Nizamiyə yaşadığı evin qarşısında R.Qəmbərov küçəsində vermişdir. Nizamiyə qızılları verəndə yanlarında heç kim olmamış, Nizami ondən qızılları götürmüş, həmin qızılları lombarda girova qoyub pulları götürüb öz problemlərini həll edəndən sonra qızılları girovdan çıxarıb özünə qaytaracağını demişdir. O da məcbur olub gözləməyə başlamışdır. Lakin 2023-cü ilin noyabr ayına qədər Nizami onun pullarını və qızıllarını qaytarmadığına görə o, məcbur olub ərizə ilə hüquq- mühafizə orqanlarına şikayət etmişdir. Nizami ona videonu göndərməyib, sadəcə olaraq onunla görüntülü danışanda digər telefonunda ona bu videonu göstərmişdir (iş vərəqə: cild 1, səh 94-97). Məhkəmə baxışı zamanı elan olunan ifadəsi ilə bağlı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı həmin izahatlarını və ifadəsini özü vermiş, lakin orada Şahid pulu faizə götürdüyünü deməmiş, borca aldığını bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrdə müstəntiqin özü tərəfindən yazılmış heç bir cümlə yoxdur. İfadəsi bütünlüklə onun öz sözləri ilə yazılmışdır. İzahatlarında qızıllarla bağlı yalan deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində ona dəymiş ziyanla əlaqədar bütün qızıl-zinət əşyalarının adını çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Nizaminin ondan aldığı qızıl-zinət əşyalarının hamısının adını qeyd etmiş, ifadəsini oxuyub imza etmişdir, lakin orada qızıl-zinət əşyalarının adının yazılıbyazılmadığını xatırlamır. Təqsirləndirilən şəxs ilkin olaraq ondan istədiyi məbləğdə pul evdə olmadığı üçün borc alıb vermişdir. O, Təqsirləndirilən şəxs evdən həyat yoldaşından gizli olmaqla 5000 manat götürüb vermişdir. Şahid isə 10000 manat borc alıb vermişdir. Təqsirləndirilən şəxs ondan ilk dəfə pul istəyəndə evdə 5000 manat yox imiş. Ona görə də ilk dəfə Şahid borc alıb Nizamiyə vermişdir. O, Təqsirləndirilən şəxs pulu verdikdən sonra yenidən Nizami ondan pul istədikdə, o, aidiyyəti orqanlara Nizaminin onu video görüntüləri ilə şantaj etməsi və ondan pul tələb etməsi ilə əlaqədar şikayət etməyi düşünürmüş, lakin həmin görüntülərin yayılacağından qorxduğundan həmin vaxtlar şikayət edə bilməmişdir. Sonradan isə hər şeyi gözə alaraq şikayət etmişdir. O, Təqsirləndirilən şəxs şikayət etməzdən əvvəl bu məsələni yaxınlarına bildirməmiş, yalnız şikayət etdikdən sonra bildirmişdir. İbtidai istintaq araşdırması zamanı ona bildirmişlər ki, barəsində sözü gedən belə bir lombard tapılıb, lakin hazırda həmin lombard dükanı sökülüb və yerində başqa bir dükan tikilib. Təqsirləndirilən şəxs tərəfindən ona 15000 manat məbləğində pul vəsaiti və 100 qram çəkidə olan qızıl-zinət əşyaları dəyərində zərər vurulmuşdur. Həmin məbləğdən ona heç bir ödəniş geri qaytarılmamışdır. O, şikayətçidir və ona dəymiş zərəri tələb edir. Təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs hətta ona dəymiş zərəri ödəsə belə, onun barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı onun uzaq qohumudur. Həmçinin Zərərçəkmiş şəxs ilə illərlə qonşu kimi yaşamışlar. Fatimə ona zəng edərək ondan borca pul istəmişdir. O da həmin pulu evdən xəbərsiz vermişdir. O, ilk olaraq Zərərçəkmiş şəxs 5000 manat borc vermiş və Fatimə həmin pulu 1-2 ay ərzində qaytarmalı imiş. O, həmin pulu Fatiməyə 2022-ci ildə vermişdir. İlk borc verdiyi tarixdən 1 ay keçmişdir ki, Zərərçəkmiş şəxs ondan 5000 manat əlavə borc istəmişdir. Fatimə ondan ikinci dəfə borc pul istəyən zaman ondan pulu nə üçün istədiyini soruşmuş, Fatimə ona həmin pulu Təqsirləndirilən şəxs anasının müalicəsi üçün istədiyini bildirmişdir. O, ikinci dəfə 5000 manatı Zərərçəkmiş şəxs verəndə bildirmişdir ki, pulu evdən xəbərsiz ona verir və həmin pulu vaxtında qaytarmasını xahiş etmişdir. O, müəyyən zaman keçdikdən sonra Zərərçəkmiş şəxs pulu tələb etməyə başlamışdır. Fatimə isə onun yanında Təqsirləndirilən şəxs zəng edərək pulu ondan istəmiş və hətta ağlamış, yalvararaq pulu Nizamidən istəmişdir. Fatimə Təqsirləndirilən şəxs bildirirmişdir ki, borc sahibləri onu sıxışdırır və pulu geri qaytarmasını tələb edirlər. Təqsirləndirilən şəxs Fatiməyə nə dediyini eşitməmişdir. Fatiməni o da, başqaları da sıxışdırırmış ki, pulu geri qaytarsın. Fatimə hissə-hissə ona pulu qaytarmağa başlamışdır. Fatimə ona cəmi 800 manat məbləğində pul ödəmişdir. Daha sonra Zərərçəkmiş şəxs ağlayaraq gəlmiş və Nizaminin onun videolarını yayacağı ilə şantaj etdiyini bildirmişdir. Ondan üçüncü dəfə 5000 manat pul istəmiş, lakin artıq onun pulu olmadığı üçün Fatiməyə heç nə verməmişdir. Şahid daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Fatimə onun yanına qorxmuş halda, ağlayaraq gəlmiş və şantaj edildiyini bildirib üçüncü dəfə 5000 manat pul istəmişdir. Fatimə ondan ilk dəfə 2022-ci ilin may ayında 5000 manat pul istəmişdir. Fatimə həmin pulu ondan faizlə deyil, borc kimi istəmişdir. Fatimə ona faizə 200 manat ödəməmişdir. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs borc pul verdiyini heç vaxt bilməmişdir. Bu zamana kimi həmin pulu həyat yoldaşı ondan istəmədiyi üçün Fatiməyə borc verdiyini bilməmişdir. İlk dəfə Fatimə ondan pul istəyəndə pula ehtiyacı olduğu üçün istədiyini bildirmişdir. Fatimə ikinci dəfə ondan pul istəyəndə Nizami adlı şəxsin anasının göz əməliyyatı üçün istədiyini bildirmişdir. Artıq Fatimə ondan üçüncü dəfə pul istəyəndə cinsi əlaqə ilə bağlı videosunun yayılması ilə bağlı şantaj edildiyini bildirmişdir. O, şantaj edildiyini biləndə Fatiməyə hüquq-mühafizə orqanlarına müraciət etməsi və ya digər bir məsələ barədə heç bir məsləhət verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (iş vərəqə: cild İ, səh. 1). _02 dekabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısının raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından oktyabr ayınadək olan müddət ərzində tanış olduğu Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olduqları videoları sonuncunun atasına və anasına göstərəcəyini deyib hədə-qorxu ilə 15000 manat pulunu və 100 qram çəkidə qızıllarını ələ keçirməsi faktı əsasında daxil olmuş müraciət qeydə alınmışdır (iş vərəqə: cild İ, səh. 4). _Zərərçəkmiş şəxs 27 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və digər müxtəlif səlahiyyətli dövlət orqanlarına ünvanladığı ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində göstərmişdir: “Yazıb Sizə bildirirəm ki, 2022-ci ilin yanvar ayında tanımadığım bir şəxs mənə yaxınlaşıb mənimlə tanış olduğunu bildirdi. Lakin mən onu rədd etsəm də, o, bu hərəkətlərini bir neçə dəfə müxtəlif vaxtlarda təkrar etdi. Özünü belə qələmə verdi ki, əvvəllər Milli Təhlükəsizlik Xidmətində işləmişdir. O, mənə subay olduğunu bildirdi və mənim sadəlövhlüyümdən istifadə edərək mənimlə münasibət qurdu. O, mənə zəng edib görüş təyin etdi. Göz yaşlarını tökərək anasının ağır xəstə olduğunu bildirdi. Mənə anasının xəstəliyi ilə əlaqədar 10000 (on min) manat pul lazım olduğunu bildirdi. Mən isə ona həmin pulu verməkdən imtina etdim. O, qəzəblənib mənim anam xəstədir sən kömək etmək istəmirsən deyərək onunla mənim aramda mübahisə başladı. O, bildirdi ki, “əgər pulu verməsən həyat yoldaşına aramızda olan münasibətləri və səninlə görüşdüyüm anların video çəkilişini həyat yoldaşına göstərəcəyəm”. Mən ailəmin dağılmaması üçün qorxuya düşdüm, məcbur olub ondan vaxt istədim ki, pulu tapıb gətirib verim. Bir neçə gündən sonra 5000 (beş min) manat tapıb gətirib verdim. O, mənim etibarımdan suiistifadə edərək mənə qəzəbli şəkildə bildirdi ki, “demişəm mənə 10000 (on min) manat pul lazımdır”. Söylədim ki, bu məbləği tapmaq imkanım yoxdur. Nizami mənə söylədi ki, “həmin məbləği sən tapmasan həyat yoldaşın düzəldib gətirib mənə verər”. Mən məcburiyyət qarşısında qalıb ona yalvardım ki, “mənə vaxt ver, gedim həmin məbləği düzəldib gətirib verim”. Elə də oldu, təxminən 10 gün müddətində əlavə olaraq 5000 (beş min) manat da düzəldib gətirib ona verdim. Bir müddətdən sonra anasının xəstəliyindən yenidən istifadə edərək o, mənə hədə-qorxu gəlib üçüncü dəfə yenə də 5000 (beş min) manat pul istədi. Mən həmin məbləğdə borc-xərc tapıb gətirib ona verdim. Nizami ona verdiyim 15000 (on beş min) manatla da kifayətlənməyib, yenə də öz çirkin əməllərini davam etdirərək pula ehtiyacı olduğunu bildirib məndən pul istədi. Ona görə də qorxu içində qalaraq bir neçə gün pul axtardım, lakin həmin pulu tapa bilmədiyim üçün özümə məxsus qızıl-zinət əşyalarımı- ümumilikdə 100 qram çəkidə olan (1 ədəd komplekt, 3 ədəd brilyant qaşlı üzük, 1 ədəd qızıl boyunbağımı, 1 ədəd qolbağımı) məcburiyyət qarşısında qalıb ona verdim. Məlumat üçün bildirirəm ki, o, hər dəfə mənim yanıma gələrkən ** XP *** dövlət qeydiyyat nişanlı, qara rəngdə olan xarici maşınla, sonradan isə ** FV *** dövlət qeydiyyat nişanlı “Opel” markalı, açıq göy rəngli avtomaşınla gəlirdi. Mən bir neçə dəfə onunla görüşüb ona verdiyim 15000 (on beş min) manat pulu və 100 qram çəkidə olan qızıl-zinət əşyalarımı qaytarmasını tələb etsəm də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək dolayısı yollarla məni aldadırdı. Nəhayət mən ona bildirdim ki, əgər sən mənə məxsus əşyaları və pulu qaytarmasan, aidiyəti hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edəcəyəm. Lakin Təqsirləndirilən şəxs mənim dediklərimə məhəl qoymayaraq mənə bildirdi ki, hara gedib şikayət edirsən elə” (iş vərəqə: cild İ, səh. 5-6). _11 dekabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, araşdırma zamanı Zərərçəkmiş şəxs ərizəsində və izahatlarında Təqsirləndirilən şəxs ondan qeyd edilən məbləğdə pul vəsaitini və qızılları hədə-qorxu ilə tələb etməsini, aralarındakı intim münasibətləri əks etdirən videogörüntüləri yaymaqla onu hədələdiyini bildirsə də, qeyd edilən xüsusatları təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefonun “Whatsapp” mesajlaşma proqramı vasitəsilə aparılan yazışmalarda da Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada hədə-qorxu gəlməsi, bu yolla əmlakını və ya əmlak hüquqlarını tələb etməsi, yaxud barəsində rüsvayedici məlumatları yayacağı ilə bağlı hər hansı danışıqlar müəyyən edilməmişdir, bundan başqa araşdırma zamanı onların arasında sevgi münasibətlərinin olması, bu münasibətlər zəminində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kömək məqsədilə müəyyən məbləğlərdə pulları və qızılları verməsi müəyyən edilmiş və göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178 və 182ci maddələrinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (iş vərəqə: cild İ, səh. 29-31). _13 may 2024-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması haqqında qərar”ından görünür ki, 11 dekabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar” ləğv olunmuş və material əlavə araşdırma aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, araşdırma zamanı alınmış izahatlar arasında ziddiyyətlər aradan qaldırılmamış, Zərərçəkmiş şəxs göstərdiyi qızılların girov qoyulduğu lombard müəyyən edilməmiş, həmin lombarddan dəqiq nə qədər sayda qızılların girov qoyulduğu və qarşılığında hansı məbləğdə pulun götürülməsi barədə məlumatlar əldə edilməmişdir (iş vərəqə: cild İ, səh. 35-37). _Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixli izahatından görünür ki, o, əvvəlki verdiyi izahatlarını təsdiq etdiyini göstərərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə iki il qeyri-rəsmi yaşamışdır. Münasibətləri çox yaxşı olmuşdur. Həmin müddət ərzində Fatimədən ümumilikdə 4500 manat xırda-xırda pul almışdır. Lakin o, hədə-qorxu ilə Fatimədən pul almamışdır. Hazırda o, Fatimədən ayrıldığı üçün Fatimə ondan qərəzli qaldığına görə onun barəsində şikayət edir (iş vərəqə: cild İ, səh. 42). _24 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, toplanmış material üzrə cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir, Zərərçəkmiş şəxs mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində yuxarıda qeyd edilmiş 11 dekabr 2023-cü il tarixli qərardakı eyni əsaslar göstərilmişdir (iş vərəqə: cild İ, səh. 43-45). _04 sentyabr 2024-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması haqqında qərar”ından görünür ki, 24 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar” ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində yuxarıda qeyd edilmiş 13 may 2024-cü il tarixli qərardakı eyni əsaslar göstərilmişdir (iş vərəqə: cild İ, səh. 73-76). _07 oktyabr 2024-cü il tarixli “maddi ziyanın bir hissəsinin ödənilməsi barədə protokol”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanın bir hissəsini- 1800 (min səkkiz yüz) manatı ödəmişdir. (iş vərəqə: cild İ, səh. 85). _08 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilən 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini qəbul etməkdən imtina etmiş və ona dəyən ziyanın tam qaytarılmasını tələb etmişdir (iş vərəqə: cild İ, səh. 86). _Zərərçəkmiş şəxs 09 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, o, həmin ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 10000 manat pulunu aldatma və etibarından sui-istifadə etmə yolu ilə, 5000 manat pulunu və 10000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirmişdir (iş vərəqə: cild İ, səh. 87). _09 oktyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini müvafiq olaraq bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild 1, səh. 114- 116). _09 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild 1, səh. 106). _10 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir (iş vərəqə: cild İ, səh. 118-120). _Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 133-138). _14 oktyabr 2024-cü il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 144). _15 oktyabr 2024-cü il tarixli “şəkillərə və diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, həmin protokolda cinayət işinin materiallarına əlavə edilmiş “Whatsapp” tətbiqi ilə aparılan yazışmaların fotoşəkillərinə və 01 ədəd cd diskə baxış keçirildiyi, baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulları və qızılları qaytarmasını istəməsi, borc yiyələrinin Zərərçəkmiş şəxs təzyiq etmələri, verilmiş qızılların aqibətinin nə yerdə olması, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət etmək istəmədiyi ilə bağlı yazışmalarının fotoşəkli və səs yazılarının olduğu göstərilmişdir (iş vərəqə: cild İ, səh. 145). _12 dekabr 2024-cü il tarixli “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Bakcell MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə “Mene o pulu tap ver bu gun sabah gedecem men eşitdin tezol tap ver men nece sende ele canin cıxsın ver, mene o pulu tap getr mütləq” məzmunlu, xx.xx.2023-cü il tarixdə “Men senin arxanca cox dusecem həə sen ne qeder alçaq adammişsan, tüpürüm senin sifetine, getir ver de pulu adam kişi olar şerefsizlik eleme o gün yalvardığını yadına sal, bir də yalvaracaqsan, sen evvel axır mene maman da istifade eledi menden sen de utanmadiniz heç ayibdiye yadin pulunu nece yeye bildiniz boğazınızdan nece keçdi halallıq vermirem getir qaytar pulu, bu günə söz vermisən” məzmunlu, xx.xx.2023-cü il tarixdə “Hanı pul? Soz vermisen sen” məzmunlu sms Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəsinə göndərməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 161). _15 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs səs yazılarını özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 171-176). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 146). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, zərərçəkmiş şəxsin və şahidin dindirilməsində, sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq və cinayət işində olan materialları nəzərdən keçirərək, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə irəli sürdüyü ittihamların təqdim etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dair ittihamın əsasını mötəbər olmayan, ziddiyyətli və bir-biri ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə bəraət verilməsi qənaətinə gəlməsinə səbəb olan əsasları və hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması üçün müəyyən etdiyi əsasları şərh etməmişdən öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 8-36-cı maddələrində nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o, hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq-hüquqi aktlarda (xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında məhkəmə araşdırmasının mahiyyəti, məhkəmənin gəldiyi yekun qənaətlə bağlı əsas götürülməli şərtlər və prinsiplərlə əlaqədar göstərilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə, istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli- məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna əsasən digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqdim olunmuş hər bir sübut növünə ayrı-ayrılıqda qiymət verilməlidir. İbtidai istintaq orqanının təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə təqdim etdiyi sübutlar zərərçəkmiş şəxsin və bir nəfər şahidin ifadəsindən, yazışmalar və səs yazısından, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmədən ibarətdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham ilk əvvəl Zərərçəkmiş şəxs qismində verdiyi ifadəyə əsaslanmış, daha sonra iş üzrə təqdim edilmiş digər materiallarla zərərçəkmiş şəxsin ifadəsində irəli sürdüyü fərziyyələrin işin həqiqi halları kimi təqdim olunmasına cəhd edilsə də, hadisənin törədilməsinə dair birbaşa sübut növü kimi yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs ziddiyyətli ifadələri olmuşdur, təqdim edilmiş digər materiallar isə onun ifadəsinin doğruluğunu təsdiq etməmişdir. Zərərçəkmiş şəxs özünün sözlərinə əsaslanan bir nəfər şahidin ifadəsi, iş materiallarında olan yazışma və səs yazısı, həmçinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları təsdiq etməmiş, bununla da zərərçəkmiş şəxsin iş üzrə verdiyi ifadə ziddiyyətli olmaqla digər sübutlarla təsdiq edilməyərək sübuta yetirilməmişdir. Cinayət işinin materialları tədqiq edilərkən hazırki cinayət işinin başlanmasının yalnız ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs çoxsaylı şikayət ərizələri ünvanlandıqdan, həmin ərizələrin qeydə alınaraq istintaq şöbəsində araşdırılmasından ötrü Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir neçə dəfə izahatları alınaraq və iş üzrə bir neçə dəfə əməldə cinayət tərkibi olmaması əsası ilə “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar”lar qəbul edildikdən sonra həyata keçirilməsi kimi cinayət işinin halları nəzərə alınarsa, zərərçəkmiş şəxsin hazırki ittihamın əsasını təşkil edən göstərdiyi halların gerçəkliyi əks etdirib-etdirməməsini və həmin halların digər hər hansı fakt və dəlillərlə təsdiq olunub-olunmamasını müəyyən etmək üçün, həmçinin işin faktiki hallarına dair doğru təsəvvür yaranmasından ötrü Zərərçəkmiş şəxs cinayət işi üzrə verdiyi ifadəsi onun iş materiallarında olan bütün izahatları və ərizələrində göstərdikləri ilə müqayisəli şəkildə daha da dərindən tədqiq edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi ilə bağlı ittiham onun 2022-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona pub”ın yaxınlığında 5.000 manat, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməsi ilə əlaqədar, bundan başqa onun təkrarən, xeyli miqdarda əmlak ələ keçirməsi məqsədilə hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməsi ilə bağlı ittiham isə onun 2022-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs 5.000 manat pulu və daha sonra 2022-ci ilin sentyabr ayında həmin ərazidə Zərərçəkmiş şəxs 10.000 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməsi ilə əlaqədar elan olunmuşdur. Göstərilən həmin ittihamı təsdiq etməyən, istər ittihamda göstərilən hadisələrin ardıcıllığı baxımdan, istər zərərçəkmiş şəxsin təqsirləndirilənə verdiyi pulun məbləği, həmçinin hadisənin törədildiyi yer, vaxt, istər zərərçəkmiş şəxsin pulu verməkdə məqsədi ilə bağlı, habelə zərərçəkmiş şəxsin sonradan müvafiq orqanlara şikayət etmək qərarına gəlməkdə məqsədləri baxımından verdiyi ziddiyyətli və heç cür elan edilmiş ittihamla uzlaşmayan məlumatların mötəbərliyi istənilən halda müəyyən edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan 27 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan anasının xəstəliyi ilə əlaqədar ilk əvvəl 10000 (on min) manat pul istəmiş, bu zaman o, həmin pulu verməkdən imtina etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs onunla görüşdüyü anların video çəkilişini həyat yoldaşına göstərəcəyi ilə ona hədə qorxu gəlmişdir. Daha sonra ailəsininin dağılmaması üçün məcbur olub 5000 (beş min) manat tapıb gətirmiş, təxminən 10 gün müddətində əlavə olaraq 5000 (beş min) manat da düzəldib gətirib vermişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs anasının xəstəliyindən yenidən istifadə edərək ona hədə-qorxu gəlib üçüncü dəfə yenə də 5000 (beş min) manat pul istəmiş, o, həmin məbləğdə borc-xərc tapıb gətirib vermişdir. Nizami sonra yenə də ondan pul istəmiş, sonra pul tapa bilmədiyi üçün özünə məxsus qızıl-zinət əşyalarını- ümumilikdə 100 qram çəkidə olan qızıl zinət-zinət əşyalarını məcburiyyət qarşısında qalıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan o, verdiyi 15000 (on beş min) manat pulu və 100 qram çəkidə olan qızıl-zinət əşyalarını qaytarmasını tələb etsə də, Nizami həmin əşyaları qaytarmamış, ona görə də o, hüquq-mühafizə orqanlarına şikayət etmişdir (iş vərəqə: cild İ, səh. 5-6). Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər Zərərçəkmiş şəxs həmin göstərdiklərinə inanılarsa, onun həmin ərizəsindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ittihamda göstərildiyi kimi, onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə, yəni dələduzluqla əvvəlcə ayrı-ayrı vaxtlarda iki dəfə 5000 (beş min) manat pul əldə etməmişdir. Çünki zərərçəkmiş şəxs həmin ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan anasının müalicəsi üçün 10000 (on min) manat pul istəmiş, o isə həmin pulu verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs sözü gedən videolarla bağlı ona hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs həmin göstərdiklərindən belə görünür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə, yəni dələduzluqla deyil, 10000 (on min) manat pulu hədə-qorxu ilə tələb edib əldə etmişdir. Həmçinin sonrakı verdiyi 5000 (beş min) manat pulu və qızıl-zinət əşyalarını da Təqsirləndirilən şəxs sözü gedən videoları yayacağı hədəsinin təsiri ilə verdiyini göstərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs həmin göstərdiklərinə əsasən o, qeyd elədiyi pul və qızıl-zinət əşyalarını təqsirləndirilən şəxsin onu aldatması və ya etibarından sui-istifadə etməsi yolu ilə və ya yalan vədlərin təsiri altında könüllü surətdə deyil, hədəqorxu nəticəsində verdiyini bildirmiş və hər hansı dələduzluq hərəkətləri barədə bildirməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs həmin ərizəsində göstərdikləri hadisələrin törədilməsi mexanizmi, ardıcıllığı və sair göstəricilər baxımından da elan edilmiş ittihamla uyğunsuzluq təşkil etmişdir. Belə ki, elan edilmiş ittihama və ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla intim münasibətdə olduğu ərəfələrdə, yəni hələ heç bir hədə-qorxudan söhbət getmədiyi dövrdə onların arasında yaranmış etibardan sui-istifadə etmə və aldatma yolu ilə Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında 5000 (beş min) manat, həmin ilin iyun ayında isə 5000 (beş min) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Və elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə iki dəfə olmaqla hər dəfə 5000 (beş min) manat pulu ələ keçirdikdən sonra, artıq üçüncü dəfə 5000 (beş min) manat pulu və qızıl-zinət əşyalarını zərərçəkmiş şəxsdən hədə-qorxu yolu ilə tələb edib əldə etmişdir. Lakin zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs elə ilk dəfədən ondan tələb etdiyi 10000 (on min) manat pulu verməkdən imtina etdikdə, həmin videoları yayacağını deyib hədə-qorxu ilə əldə etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin ərizəsində sonrakı izahatlarında və ifadəsində göstərdiklərindən fərqli olaraq, polisə şikayət etməsinin səbəbi ilə əlaqədar göstərmişdir ki, onun 15000 (on beş min) manat pulunu və 100 qram çəkidə qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs qaytarmasını tələb etsə də, Nizami həmin əşyaları qaytarmadığına görə o, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Bundan başqa, işin təhqiqatı zamanı Zərərçəkmiş şəxs iş üzrə elan edilmiş ittihamla uyğun gəlməyən, sonrakı ifadəsi və cinayət işinin faktiki halları ilə ziddiyyət təşkil edən və digər hər hansı dəlillərlə də öz təsdiqini tapmayan göstərdiyi hallar onun verdiyi sonrakı məlumatlarda da təkrar olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 30 noyabr 2023-cü il tarixli izahatından görünür ki, o, törədildiyini göstərdiyi hadisələrin baş verməsini bu dəfə də tamamilə başqa cür təsvir etmişdir. Həmin izahatında göstərmişdir ki, təxminən 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs ondan anası xəstə olduğuna görə müalicəsi üçün pul istəmiş, o da bir insanlıq naminə yaşadığı evin qarşısında 5.000 manat pul vermiş, Nizami heç bir ay keçməmiş yenidən ondan anasının əməliyyatına görə bu dəfə 10.000 manat pul istəməyə başlamış, o isə pulu olmadığını dedikdə Nizami ondan xəbərsiz çəkdiyi videoları yaymaqla ona hədə-qorxu gəlmiş, o da əlacsız qalıb 10000 (on min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Nizami 2022-ci ilin oktyabr ayında yenə ondan pul istədiyi üçün və onun pulu olmadığına görə məcbur olub evində olan 100 qram çəkidə italyan, rus və türk qızıllarını yaşadığı ünvan 4 ünvanın qarşısında Nizamiyə vermişdir. Bir müddət sonra Nizami ondan əl çəkmədiyi üçün və yenə də şantaj və hədələrini davam etdirdiyi üçün məcbur olub bu barədə şikayət etmişdir. Həmçinin Nizaminin onu şantaj etməsi ilə bağlı onda səs yazıları olduğunu, gələcəkdə təqdim edə biləcəyini göstərmişdir (iş vərəqə: cild İ, səh.11-12). Zərərçəkmiş şəxs qeyd olunan izahatından göründüyü kimi, o, bu dəfə hadisələri tamamilə fərqli şəkildə göstərmiş, yəni bu dəfə o, Təqsirləndirilən şəxs ondan ilk öncə anasının xəstəliyi ilə əlaqədar əvvəl göstərdiyi kimi 10000 deyil, 5000 manat pul istədiyini, o isə həmin pulu verdiyini, daha sonra isə anasının əməliyyatına görə 10000 manat pul istədiyini, o isə pulu olmadığını dedikdə Nizami ondan xəbərsiz çəkdiyi videoları yaymaqla ona hədə-qorxu gəldiyini, o da əlacsız qalıb 10000 (on min) manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs bu izahatanda da göstərdiyi məlumatlar onun həm əvvəl göstərdiyi məlumatlarla, həm də iş üzrə elan edilmiş ittihamda göstərilənlərlə uyğun gəlməyən məlumatlar olmaqla elan edilmiş ittihamı heç bir halda təsdiq etməmiş və ittihamın faktiki hallarına uyğun olmamışdır. Belə ki, əgər zərərçəkmiş şəxsin bu izahatında göstərdiyi məlumatlara inanıldığı təqdirdə, elan edilmiş ittiham üzrə dələduzluq cinayəti ilə bağlı ikinci dəfə 5000 manat pulun alınmasına dair hadisə olmamış, yalnız birinci dəfə 5000 manat pul alındıqdan sonra artıq zərərçəkmiş şəxs 10000 manatla bağlı hədə-qorxuya məruz qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs əvvəlki izahatında polisə şikayət etməsinin səbəbi ilə bağlı onun 15000 (on beş min) manat pulunu və 100 qram çəkidə qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs ona qaytarmaması ilə əlaqədar olduğunu bildirsə də, hazırki izahatında Nizaminin ondan əl çəkmədiyi və yenə də şantaj və hədələrini davam etdirdiyi üçün şikayət etdiyini bildirmişdir. Həmçinin həmin izahatında Təqsirləndirilən şəxs onu şantaj etməsi ilə bağlı onda səs yazıları olduğunu, gələcəkdə təqdim edə biləcəyini göstərsə də, hər hansı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı videoçəkilişlə və ya digər hər hansı məsələ ilə bağlı hədəqorxu gəlməsinə dair hər hansı fakt, buna dair hər hansı dəlil, sübut cinayət işinin heç bir materialında müəyyən edilməmişdir. Daha sonra, cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs növbəti dəfə izahatı alınmış və cinayət işinin İ cildinin 27-ci səhifəsində olan Zərərçəkmiş şəxs verdiyi izahatından görünür ki, bu dəfə də o, elan edilmiş ittihamla uyğunlaşmayan, fərqli şəkildə məlumatlar vermişdir. Belə ki, Zərərçəkmiş şəxs həmin izahatından görünür ki, o, göstərmişdir ki, 2022-ci ilin may ayında Nizami ona anası ilə əlaqədar pul lazım olduğunu bildirib ondan pul istəməyə başlamış, o, yaşadığı ünvanın qarşısında Nizamiyə ilk olaraq 5000 manat pul vermiş, Nizami 01 ay keçməmiş yenidən ondan anasının əməliyyatına görə 10000 manat pul istəmiş, bu zaman o, pulu olmadığını bildirdikdə Nizami ona xəbərsiz çəkdiyi videoları ona göstərib istədiyi pulu verməsə, həmin videonu atasına və ərinə göstərəcəyini bildirdiyindən 2022-ci ilin yay aylarında 10000 manat pulu Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəbin yanında Nizamiyə vermişdir. Nizami 2022-ci ilin oktyabr ayında yenə ondan pul istədiyi üçün evində olan 100 qram çəkidə itlayan, rus və türk qızıllarını yaşadığı ünvan 8 ünvanın qarşısında Nizamiyə vermiş, sonradan Nizami onu yenə videolarla hədələdiyi üçün o, məcbur qalıb Nizaminin barəsində şikayət etmişdir. Həmin vaxt həmçinin suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla arasında olan yaxın münasibətləri əks olunduğu videolarla hədə-qorxu gəldiyini bildirməsi barədə hər hansı dəlili yoxdur (iş vərəqə: cild İ, səh.27-28). Zərərçəkmiş şəxsin həmin izahatından da göründüyü kimi, yenə də o, elan edilmiş ittihamdan fərqli olaraq Təqsirləndirilən şəxs ilk dəfə anasının xəstəliyi ilə əlaqədar 5000 manat pul aldıqdan sonra, artıq ikinci dəfə 10000 manat pul istədikdə o, pulu verməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyini bildirmişdir. Nəhayət, Zərərçəkmiş şəxs qismində tanındıqda və cinayət işi başlanmasına dair qərar qəbul edildikdə 09 oktyabr 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 2022ci ilin may ayında Nizami anasının gözündən əməliyyat olunması ilə əlaqədar 10000 manat məbləğində pul lazım olduğunu demiş, o da razılaşmış və Nizamiyə gücünün 5000 manata çatdığını, 2022-ci ilin may ayında 5000 manat pulu o, Nizamiyə ilk dəfə Bakıxanov qəsəbəsində yerləşən «Korona» pivə evinin yaxınlığında verdiyini, təxminən bir həftədən sonra 2022-ci ilin iyun ayında Nizami ondan yenə 5000 manat məbləğində pulu anasının əməliyyatına görə istədiyini, 5000 manat məbləğində pulu faizə götürüb Nizamiyə Bakıxanov qəsəbəsində yerləşən bağçanın yaxınlığında verdiyini, 2022-ci ilin avqust ayında Nizami ondan yenə də 5000 manat istədiyini, o, pulu verə bilməyəcəyini dedikdə Nizami oteldə cinsi əlaqədə olduqları ilə bağlı videonu yayacağını dediyini, o da evdən ərinin xəbəri olmadan 5000 manatı götürüb 2022-ci ilin avqust ayının axırlarında öz yaşadığı evin qarşısında R.Qəmbərov küçəsində Nizamiyə verdiyini, 2022-ci ilin sentyabr ayında Nizami yenə də videonun yayılmaması müqabilində ondan pul istədiyini, Nizamiyə pulu verməkdən imtina edəndə və Nizamidən 15000 manatı ona qaytarmasını tələb edəndə Nizami əsəbləşib həmin videonu yayacağını dediyini, bu dəfə Nizamiyə pulu olmadığına görə 2022-ci ilin sentyabr ayının axırlarında evində olan ümumi 100 qram çəkidə 750 və 583 əyarlı qızıl-zinət əşyalarını Nizamiyə yaşadığı evin qarşısında R.Qəmbərov küçəsində verdiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, 2023-cü ilin noyabr ayına qədər Nizami onun pullarını və qızıllarını qaytarmadığına görə o, məcbur olub ərizə ilə hüquq-mühafizə orqanlarına şikayət etmişdir (iş vərəqə: cild 1, səh 94-97). Beləliklə də, Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən izahatları və ifadəsində göstərdiyi məlumatları ümumiləşdirdikdə, həmin məlumatlar yuxarıda şərh edilən xüsusatlar baxımından müxtəlif və ziddiyyətli olmaqla yanaşı, hadisələrin törədilmə tarixləri, yerləri, mexanizmi və motivi ilə bağlı da tam fərqli və ziddiyyətli şəkildə göstərilmişdir. Belə ki, Zərərçəkmiş şəxs əvvəlki verdiyi izahatlarında 5000 manat, sonra isə 10000 manat pulu yaşadığı ünvanın qarşısında R.Qəmbərov küçəsində və ünvan 13a, qızıl-zinət əşyalarını isə 2022-ci ilin oktyabr ayında verdiyini göstərsə də, sonradan zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində ilk əvvəl verdiyi 5000 manat pulu Bakıxanov qəsəbəsində, “Corona” pivə evinin yaxınlığında, sonrakı 5000 manat pulu əvvəlki göstərdiklərindən fərqli olaraq 2022-ci ilin iyun ayında Bakıxanov qəsəbəsində bağçanın yaxınlığında, daha sonra 5000 manat pulu 2022-ci ilin avqust ayında, sonra qızıl-zinət əşyalarını isə əvvəlki göstərdiklərindən fərqli olaraq 2022-ci ilin sentyabr ayında verdiyini göstərmişdir. Bundan başqa, cinayət işinin materiallarında elan edilmiş ittihamın faktiki hallarına uyğun gəlməyən növbəti xüsusatlar sırasında göstərilməlidir ki, iş üzrə təhqiqat zamanı Zərərçəkmiş şəxs hər dəfə izahatı alındıqdan sonra “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarlar qəbul edilmiş (iş vərəqə: cild İ, səh.27-31, 43-45), həmin qərarların təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, araşdırma zamanı Zərərçəkmiş şəxs ərizəsində və izahatlarında Təqsirləndirilən şəxs ondan qeyd edilən məbləğdə pul vəsaitini və qızılları hədə-qorxu ilə tələb etməsini, aralarındakı intim münasibətləri əks etdirən videogörüntüləri yaymaqla onu hədələdiyini bildirsə də, qeyd edilən xüsusatları təsdiq edən hər hansı dəlil təqdim etməmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefonun “Whatsapp” mesajlaşma proqramı vasitəsilə aparılan yazışmalarda da Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada hədə-qorxu gəlməsi, bu yolla əmlakını və ya əmlak hüquqlarını tələb etməsi, yaxud barəsində rüsvayedici məlumatları yayacağı ilə bağlı hər hansı danışıqlar müəyyən edilməmiş, bundan başqa araşdırma zamanı onların arasında sevgi münasibətlərinin olması, bu münasibətlər zəminində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kömək məqsədilə müəyyən məbləğlərdə pulları və qızılları verməsi müəyyən edilmiş və göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178 və 182-ci maddələrinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadələrinə inanmayan ibtidai araşdırma orqanı nədənsə sonradan onun əvvəlki izahat və ifadələri ilə tamamilə ziddiyyətli olan və həmin ziddiyyətli ifadələrinə dair də heç bir yeni sübut, dəlil toplamadan təqsirləndirilən şəxsə əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə ittiham elan etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ziddiyyətli izahat və ifadələrində göstərdiyi halları iş üzrə təqdim edilmiş digər sübutlarla qarşılıqlı şəkildə müqayisə edərkən də təqdim edilmiş həmin digər sübut növləri də Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları təsdiq etməmiş və həmin ziddiyyətli halları aradan qaldırmamışdır. Belə ki, ibtidai istintaq orqanının təqdim etdiyi və ittihamın əsasını təşkil etdiyi qənaətinə gəldiyi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan səs yazısı məhkəmə araşdırması zamanı dinlənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan həmin danışıq zamanı Zərərçəkmiş şəxs pulları və qızılları istədiyi, o pulları ona borc verdiyini bildirir, sonra isə Təqsirləndirilən şəxs ona pullar verib-vermədiyini, Nizamiyə yardım edib-etmədiyini soruşur, Təqsirləndirilən şəxs isə cavabında ona heç bir pul və ya qızılların verilmədiyini bildirir. Həmçinin, cinayət işinin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 144). Bundan başqa, “Bakcell MMC-dən daxil olmuş diskdə olan mesajlar məhkəmədə tədqiq edilərkən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə pulları tələb etməsi ilə bağlı mesajların olması müəyyən edilmiş, lakin həmin məlumatlarda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs həqiqətən hər hansı məbləğdə pulu və ya qızılı almasını və ya Təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğdə pul tələb edilməsi, Zərərçəkmiş şəxs hər hansı şəkildə hədə-qorxu gəlməsini təsdiq edən hər hansı mesaj göndərildiyi müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs həmin mesajlarla bağlı Zərərçəkmiş şəxs cavab yazmamasının səbəbi soruşularkən Təqsirləndirilən şəxs həmin vaxt artıq Zərərçəkmiş şəxs ilə münasibətlərinə son qoyduğu və Zərərçəkmiş şəxs ilə danışmaq istəmədiyinə görə heç bir cavab yazmadığını bildirmişdir. Qeyd edilənlərlə əlaqədar göstərilməlidir ki, təqsirləndirilən şəxsin özünü təqsirsiz bilməsini, onun zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq və ya hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmədiyinə dair göstərdiklərini təkzib edən və ya zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən dələduzluq və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinə məruz qaldığını təsdiq edən hər hansı fakt və ya sübutlar müəyyən edilməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ifadələri ziddiyyətli olmaqla törədildiyini iddia etdiyi hadisələri birmənalı, ehtimal və fərziyyədən kənar şəkildə əks etdirməmiş, ifadənin istənilən məqamı mübahisə və şübhələr yaratmaqla real olaraq hər hansı faktın baş verdiyini təsdiq edəcək məlumat kimi yetərli deyildir. Göstərilən bu hal isə həmin ifadənin doğruluğuna birbaşa təsir göstərir. Buna görə də, zərərçəkmiş şəxsin göstərilən ifadəsi iş üzrə başqa sübutlarla uzlaşmayana və bütün şübhələrdən kənar dəqiq isbata əsaslanmayana qədər obyektiv reallıqdan kənar hesab edilməlidir. Çünki hər hansı ifadənin sübutetmənin predmeti hesab edilərək həqiqəti əks etdirən mötəbər məlumat kimi qəbul edilməsi üçün həmin məlumat şübhə yaradan bütün sualların cavablarını özündə əks etdirməli və bütün şübhədən kənar real həqiqəti təsdiq etməlidir. Obyektivliyi mübahisə predmeti olan və başqa dəlillərlə təsdiqini tapmayan ifadələrin mövcudluğu istənilən halda şübhə və ehtimal yaradan hallara yol açırsa, artıq burada obyektivliyə deyil, başqa görünməyən, özündə suallar yaradan və subyektiv mülahizəyə söykənən bilinməyən ehtimalın olduğunu söyləməyə əsas verir. Daha çox fərziyyəyə əsaslanan məlumatın sübut kimi qiymətləndirilməsi üçün həmin məlumatın yoxlanılması ilə eyni vaxtda müəyyən qədər onun qiymətləndirilməsi də həyata keçirilməlidir. Sübutlar yoxlanılmadan və qiymətləndirilmədən iş üzrə qərarın qəbul edilməsi, nəticələrin əsaslandırılması qeyri-mümkündür. Hökmün çıxarılması zamanı cinayət işində olan sübutların qiymətləndirilməsinin, prosessual əhəmiyyətli nəticələrin əsaslandırılmasının heç bir şübhəyə yol verməyən və sual doğurmayan isbat edilmiş faktlara söykənməsi mühüm əhəmiyyət kəsb edir. Hətta çox kiçik şübhəyə əsaslanmış fakt əsasında şəxsin təqsirli bilinib cəza məhrumiyyətinə məruz qalması mütləq həqiqətin aşkarlanmasından kənar qalan ədalət mühakiməsinin nəticələrinə gətirib çıxarar. Hazırki cinayət işi üzrə də təqdim edilmiş sübutlar Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsinə dair nəinki tam əminlik yaratmır, həmçinin bütün şübhəli məqamları ümumiyyətlə aydınlaşdırmır. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarda sərgilədiyi hüquqi mövqeyə əsasən təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartı əsas götürülməlidir. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə kifayət qədər ziddiyyətli olan və mötəbər olmayan zərərçəkmiş şəxsin ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. Bundan başqa, məhkəmə eyni zamanda ittiham üzrə adı şahid qismində göstərilmiş Şahid ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Şahid qismində verdiyi ifadəsində göstərdiyi kimi, o, Zərərçəkmiş şəxs ilə uzun illər qonşu olmaqla onunla yaxın münasibətdə olan şəxsdir. O, ifadəsində Zərərçəkmiş şəxs ondan iki dəfə 5000 manat məbləğində pul borc götürdüyünü, Zərərçəkmiş şəxs ondan ikinci dəfə borc pul istəyən zaman pulu nə üçün istədiyini soruşduqda Fatimə ona həmin pulu Təqsirləndirilən şəxs anasının müalicəsi üçün istədiyini, həmçinin üçüncü dəfə Zərərçəkmiş şəxs ondan borc istəyərkən Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyini dediyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsindən göründüyü kimi, onun ifadəsində göstərdiyi məlumatlar konkret olaraq Zərərçəkmiş şəxs sözlərinə, yəni sonuncunun bildirdiyi məlumatlara əsaslanmış və həmin şahid ittihamı təsdiq edən hər hansı faktın şahidi olmamışdır. Həmçinin o, Zərərçəkmiş şəxs sözlərinə əsaslanan məlumatları bildirsə də, sonuncunun Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməsinin birbaşa şahidi olmamışdır. Ona görə də, onun zərərçəkmiş şəxsin sözlərinə əsaslanan ifadəsini ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Göstərilənlərə əsasən onun şahid kimi vеrdiyi ifadəni “əsaslı şübhə doğurmayan” sübut növünə aid etmək mümkün deyil. Qeyd olunanlarla bağlı məhkəmə iş üzrə Şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadəsi onun sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Odur ki, Şahid qismində verdiyi ifadəsi yalnız zərərçəkmiş şəxsin sözlərinə əsaslandığından və həmin zərərçəkmiş şəxsin sözlərinə əsaslanan məlumatlar isə iş üzrə başqa hər hansı dəlillərlə təsdiq edilmədiyindən məhkəmə Şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti ilə bağlı qeyd edilməlidir ki, həmin istintaq hərəkəti zamanı da ittihamı təsdiq edəcək hər hansı yeni bir hal müəyyən edilməmiş, zərərçəkmiş şəxs özünün ziddiyyətli ifadələrində göstərdiyi fərqli halları bildirmiş, Təqsirləndirilən şəxs isə əvvəlki verdiyi ifadələrini bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxsin bir ifadə verdiyi, təqsirləndirilən şəxsin isə fərqli ifadə verdiyi üzləşdirmə istintaq hərəkəti digər süburlarla birlikdə ittihamı təsdiq etmədiyi halda, təbii ki, həmin ittihamın da əsasını təşkil edə bilməz. Göstərilənlərdən başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, o cümlədən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilərkən ifadələrində Zərərçəkmiş şəxs özünün ona kömək olaraq 4500 manat pul verməsini göstərməsi ilə bağlı məhkəmə araşdırması zamanı ona sual verilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətdə o, Fatimədən heç 4500 manatı da almamışdır, sadəcə olaraq ilkin araşdırma zamanı polislərin təzyiqi ilə məcburən ifadəsində həmin pulu ödəməyi öhdəsinə götürmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl onun Fatimə ilə aralarında pul ilə bağlı yazışmalar yalnız Fatimənin faizlə pul götürməsi və həmin pulu ödəyə bilmədiyindən ondan pul istəməsi ilə bağlı olmuşdur. O isə Fatiməyə pulu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin halla əlaqədar, həmçinin cinayət işinin materiallarında olan hələ cinayət işi başlanmamışdan əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1800 manat pul qaytarması, daha sonra isə Zərərçəkmiş şəxs həmin pulu qəbul etməsindən imtina etməsi və Zərərçəkmiş şəxs 15000 manat məbləğində pulu və 100 qram qızılları birlikdə qaytarılmasını tələb etməsinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələrində Zərərçəkmiş şəxs özünün ona kömək olaraq 4500 manat pul verməsini bildirməsinə dair məlumatları Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün aşağıdakı istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalıdır: -Təqsirləndirilən şəxs özünün də etiraf etməsinə əsasən zərərçəkmiş şəxsdən 4500 manat pul vəsaiti götürərkən əsl niyyəti nədən ibarət olmuş, həmin vəsaitin qarşılığında zərərçəkmiş tərəfə hər hansı vəd vermişdirmi? -Tərəflər arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olmuşdur? Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq cinayət əməli aldatma və etibardan sui-istifadə etmək yolu ilə törədilir. Təqsirləndirilən şəxs hər iki tövsifedici əlamət üzrə ittiham verilmişdir. Yəni, ittihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həm aldatmış, həm də onun etibarından sui-istifadə etmişdir. Dələduzluq cinayət əməlində aldatmanın və etibardan sui-istifadənin mövcudluğunu qəbul etmək üçün konkret və mötəbər sübutların mövcud olması zəruridir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı işin müəyyən edilmiş hallarından aydın olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ilk öncə yaxın münasibət yaranmış və onlar mütəmadi oteldə görüşərək qeyri-rəsmi yaxın münasibət saxlamışlar. Lakin cinayət işi üzrə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona pub”ın yaxınlığında 5.000 manat, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat pulu ələ keçirməklə dələduzluq etməsi, həmçinin oteldə cinsi əlaqədə olarkən çəkilmiş intim videolarını paylaşaraq yayacağı hədəsi ilə 2022-ci ilin avqust ayında ondan 5.000 manat pulu və 10.000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edərək 2022-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs 5.000 manat pulu və daha sonra 2022ci ilin sentyabr ayında həmin ərazidə Zərərçəkmiş şəxs 10.000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirməsi heç bir halda sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə, göstərilən ərazidə, göstərilən məbləğdə pulu Zərərçəkmiş şəxs götürməsi, həmçinin həmin pulları əvvəlcə etibardan suiistifadə etmə və aldatma yolu ilə, sonra isə hədə-qorxu yolu ilə ələ keçirməsini təsdiq edən heç bir sübutlar olmadığı təqdirdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin göstərilən maddələri ilə ittiham elan edilməsi tamamilə anlaşılan olmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.” Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən, zərərçəkmiş şəxsdən pul alarkən onun dələduzluq niyyətində olması, zərərçəkmiş şəxsə hər hansı vəd verməsi, aldatma üsulundan istifadə edilməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan qeyri-rəsmi yaxın münasibətləri və həmin münasibətlər zamanı onların arasında hər hansı məbləğdə pul və ya qızıl-zinət əşyaları ilə bağlı yaranmış mübahisələr konkret mülki-hüquqi münasibətlərlə əlaqədar olmuş və bununla bağlı təqsirləndirilən şəxsin əməlində hər hansı dələduzluq və ya digər cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Göstərilənlərlə bağlı həmçinin qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan hətta zərərçəkmiş şəxsin özünün izahatlarından və ifadəsindən də görünür ki, o, Təqsirləndirilən şəxs verdiyini iddia etdiyi pulları verməmişdən qabaq Təqsirləndirilən şəxs ona hər hansı vəd verdiyini, hər hansı şəkildə aldatma üsulundan istifadə etməsini göstərməmişdir. Cinayət işinin materiallarının əvvəlindən sonunadək elan edilmiş ittihamda göstərilən hadisələrin, yəni 2022-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona pub”ın yaxınlığında 5.000 manat, sonra isə 2022-ci ilin iyun ayında 5.000 manatın, ümumilikdə 10.000 manat pulun etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilməsinin şahidi olan hər hansı şəxs, həmin məbləğdə pulların və ya qızıl-zinət əşyalarının verilməsini təsdiq edən hər hansı səs yazısı və ya telefon mesajlarının olması, yaxud hər hansı başqa bir sübutun olması müəyyən edilməmişdir. İki nəfər şəxsin arasında yaranmış mülki münasibətlər zəminində onların yaxın münasibətdə olduqları müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakın ələ keçirilməsi ilə bağlı hər hansı halların mövcudluğu təsdiq olunmadığı halda, yalnız şübhəli və aydınlaşdırılmamış hadisələr təqsirləndirilənin əleyhinə yozularaq onun hər hansı məhrumiyyət cəzasına məruz qalması həm Konstitusiyada, həm də bütün maddi və prosessual qanunvericilik aktlarında təsbit olunmuş ədalətli məhkəmə araşdırmasının bütün prinsiplərinin həyata keçirilməsinə və ümumiyyətlə bütövlükdə məhkəmə icraatının məqsədlərinə xidmət etməmiş olar. Məhkəmə bütün göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirləndirildiyi, yəni onun təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən çəkilmiş intim videolarını paylaşaraq yayacağı hədəsi ilə 2022-ci ilin avqust ayında 5.000 manat pulu və 10.000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirməsinə dair ittihamla bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, əvvəla Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həmin məbləğdə pulun və həmin qiymətdə qızılzinət əşyalarının ələ keçirilməsi yuxarıda şərh edilən qaydada heç bir sübutlarla təsdiq edilməmişdir. Göstərilən ittihamla da bağlı yuxarıda qeyd edildiyi kimi yalnız zərərçəkmiş şəxsin ziddiyyətli və heç bir başqa sübutlarla öz təsdiqini tapmayan, yəni mötəbərliyi məhkəmə tərəfindən qəbul edilməyən ifadəsindən başqa heç bir sübut növü təqdim edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs cinsi əlaqədə olarkən çəkilmiş intim videolarını paylaşaraq yayacağı hədəsi ilə onun göstərilən əmlakını ələ keçirmək məqsədi ilə təqsirləndirilən şəxsin ona hədə-qorxu gəlməsini göstərsə də, ümumiyyətlə bu cür intim videoların mövcudluğu və ya Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də ona bu cür videolarla bağlı hədə-qorxu gəlinməsinin şahidi olmuş hər hansı şəxsin olması, buna dair hər hansı video çəkilişin və ya mesajların olması və yaxud hər hansı digər sübutun mövcudluğu müəyyən edilməmişdir. Həmçinin məhz bu halla bağlı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə 5.000 manat pulu və 10.000 manat dəyərində qızıl-zinət əşyalarını verməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmiş, yalnız bir nəfər- zərərçəkmiş şəxslə yaxın münasibətdə olan və onun qonşusu Şahid zərərçəkmiş şəxsin özünün sözlərinə istinadən dedikləri və Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən ifadəsi təbii ki, həmin ittihamı təsdiq edən sübut növü hesab edilə bilməz. Bundan başqa, həmin ittihamın da yalnız ehtimali məlumatlara əsaslanması ittihamda göstərilən həmin 10.000 manat dəyərində qızıl-zinət əşyalarının ümumiyyətlə mövcudluğunun nə ilə təsdiq olunmasından başqa, hətta qiymətinin də həmin məbləğdə, yəni 10.000 manat dəyərində qiymətləndirilməsinin hansı meyarlar əsasında müəyyənləşdirilməsinin qaranlıq məqam olaraq qalması kimi yaranan bir çox sulların cavabsız qalması bir daha təsdiq etmişdir. Elan edilmiş ittiham nəzərdən keçirilərkən və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən ittihamın yaratdığı ümumiyyətlə heç bir sualın cavabları nə elan edilmiş ittihamlarda, nə də iş materiallarında öz müsbət cavabını tapmamışdır. Buna misal olaraq, zərərçəkmiş şəxsin ifadəsində, həmçinin ittihamda göstərilən sözü gedən pulların məbləğinin birinci dəfə məhz 5000, ikinci dəfə 5000, daha sonra da 5000 manat məbləğində olması və sonra isə 10000 manat dəyərində qızıl-zinət əşyalarının olmasının da hansı mötəbər sübutlarla təsdiq olunması növbəti işin heç bir materialında öz cavabını tapmayan başlıca suallardandır. Əgər göstərilənlərlə bağlı nəinki heç bir sübutun toplanmadığı və məhkəmədə də müəyyən edilmədiyi, həmçinin bununla bağlı həmin ittihamların mövcudluğunu iddia edən zərərçəkmiş şəxsin özü belə iş materiallarına əsasən hər dəfə müxtəlif cür məlumatlar, izahatlar və ifadə verdiyi nəzərə alınarsa, bu zaman elan edilmiş ittihamların nə qədər əsassız olmasını, heç bir isbata söykənməməsini və yalnız şübhə dolu məlumatlardan ibarət olmasını birmənalı təsdiq etmişdir. Beləliklə də, cinayət işinin yuxarıda bütün şərh edilən halları, zərərçəkmiş şəxsin ifadəsinin mötəbər və etibarlı olmadığı, həmçinin başqa da hər hansı mötəbər sübutlar müəyyən edilmədiyi nəzərə alınaraq ittihamda göstərilən hərəkətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilmir. Hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən başqa müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham üzrə onun təqsirli olmasını təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə iş materialları ittiham olunan şəxsin təqsirsizliyin təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə, “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu, o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə onun əməlində cinayət tərkibinin olması və Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 58-ci nəndində göstərilmişdir ki, “Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.” Həmin qərarın 59-cu bəndində göstərilmişdir ki, “Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayətprosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə, Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Belə ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi qənaətinə gələrkən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə münasibətlərinin məzmunu, onun hərəkətlərində cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır və ona Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsi ilə müəyyən edilən əsasla bəraət verilməsini şərtləndirir. Bundan başqa, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə elan edilmiş ittihama gəldikdə, həmin ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gələrkən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsinin sübuta yetirilməməsi və ittiham tərəfinin sübutlarının şəxsin həmin maddələrlə təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi ona həmin maddələr üzrə Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsi ilə müəyyən edilən əsasla bəraət verilməsini zəruri edir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Nizaməddi oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə, Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs izah edilməlidir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 182.1ci maddəsində mülki iddia vermək hüququ olan şəxslər sadalanmışdır. Həmin maddəyə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda ziyan vurulduğunu iddia edən şəxslər cinayət mühakimə icraatında mülki iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 74-cü bəndində göstərilmişdir ki, “bəraət hökmü CPM-in 42.1.2 ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə bildirir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə göstərilən həmin əsaslarla bəraət verildiyindən həmin tələblər törədilmiş cinayət nəticəsində vurulmuş ziyan kimi qəbul edilə və həll edilə bilməz. Bu səbəblərdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4, 346, 347, 350, 352, 353, 356, 357.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə, Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut– iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar