Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1013/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ermənistan Respublikası, Dilican şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Qardaşlar küçəsi, ev 168A-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf Nəcəfov küçəsi, ev 5A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımış və saxlamış, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,499 qram çəkidə 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini 40 manata əldə edib daşıyaraq üzərində saxlamış, Binəqədi RPİ-nin 7-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2020-ci il tarixdə, saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən “Dəfnə” restoranının qaşısında saxlanılaraq ünvan 3şən 7-ci Polis bölməsinə aparılmışdır. Orada saat 22:50-də onun üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən kibrit qutusunun içərisində təmiz çəkisi 1,499 qram olan şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu istintaqa məlum olmayan “Qaqaş” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 09 dekabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Priyezd” deyilən ərazidə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 990 manata külli miqdarda 159,520 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:30 radələrində o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3şən Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə aparılmış və orada saat 19 :10 radələrində üzərinə baxış keçirilən zaman çiynində olan qara rəngli dəri materiallı əl çantasından təmiz çəkisi 159,520 qram olan 1 (bir) ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir. O, 6 ildir ki, ailə qurmuşdur. Lakin birgə nikahdan onun uşağı olmamışdır. O, ali təhsilini Dövlət İqtisad Universitetində almışdır. O, həbs edilməmişdən əvvəl 20 Yanvar metro stansiyasının yaxınlığında yerləşən mağazada geyim əşyalarının satışı ilə məşğul olmuşdur. O, 3 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etmişdir. O, gündəlik 3-4 qram çəkidə narkotik vasitə heroindən istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə bağlı “İnstagram” sosial şəbəkəsində bir elan görmüşdür. O, həmin elanı vermiş şəxsə 09 dekabr 2020-ci il tarixdə “Votsap” vasitəsi ilə öz istifadəsi üçün narkotik vasitə almaq üçün yazmış və həmin şəxsə ona təxminən 1000 manat məbləğində narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə satmağa razılıq vermişdir. Sonra o, həmin şəxslə Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Priyezd” adlanan ərazidə görüşmüş və sonuncudan narkotik vasitəni 990 manata almışdır. Sonra o, həmin narkotik vasitələri qara rəngli çantasına qoyaraq taksi ilə evə qayıtmışdır. O, evdə bir qədər qalıb istirahət etdikdən sonra həmin narkotik vasitələrin olduğu qara rəngli çantasını götürərək həyətə çıxmışdır. O, həyətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin satışı və daşınmasına görə onun şübhəli olunmasını bildirmişlər. Bu səbəbdən polis əməkdaşları onu Binəqədi RPİ-nə aparmışlar. Orada onun üzərinə videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və onun qara rəngli əl çantasından sellofana bükülmüş şəkildə saxlanılmış narkotik vasitələr aşkar edilmişdir. Sonra aşkar edilmiş əşyalar qablaşdırılmışdır. O, 23 may 2020-ci il tarixdə tutulması ilə bağlı bildirmişdir ki, həmin gün onun üzərindən aşkar edilmiş narkotik vasitəni o, öz istifadəsi üçün almışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin 7-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 may 2020-ci il tarixdə onlara məlumat daxil olmuşdur ki, M.Kərimov küçəsində “Dəfnə” restoranının qarşısında Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr daşımışdır. O, digər polis əməkdaşları Şahid5, Şahid6 və Şahid3 əməliyat qrupu yaradaraq hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs həmin ərazidə onların əməliyyat qrupu tərəfindən saxlanılmış və 7-ci Polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis bölməsində baxış keçirilərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olmuşdur. Elşad polis əməkdaşlarına müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olduğunu və həmin vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs qarşı hər hansı bir qeyri-insani rəftar tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən bir neçə bükümdə olan narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr baxış istintaq hərəkətini həyata keçirən polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin 7-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tutulması ilə bağlı olaraq 2020-ci il 09 dekabr tarixdə həyata keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Həmin gün Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Sonra Elşad onların əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Onlar Elşada özlərini təqdim etmişlər və Elşada polis əməkdaşları olduqlarını bildirərək X5-nin 7-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə Polis bölməsinin inzibati otaqlarının birində baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bir dənə çanta olmuşdur. Həmin çantanın içərisindən narkotik vasitələr aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitələr barəsində protokol tərtib edilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid X1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işmişdir. 09 dekabr 2020-ci il tarixdə, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Binəqədi RPİ-nin NMB-nın əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Vasiflə birlikdə daxil olmuş məlumat əsasında 09 dekabr 2020-ci il tarixdə, saat 17:30 radələrində ünvan 5 ünvanın qarşısında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə Polis bölməsinə getmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Polis bölməsində xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs çiynindən asılan qara rəngli dəri materiallı əl çantasının içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellofan paketdə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 09 dekabr 2020-ci il tarixdə, saat 10:00 radələrində tanımadığı şəxsdən Zabrat qəsəbəsində “Priyezd” deyilən yerdən 990 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin 7-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 may 2020-ci il tarixdə xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə 7ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid6 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, polis leytenantı Şahid5, polis leytenantı Şahid4 və polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, adları qeyd olunan əməkdaşlarla birlikdə daxil olmuşa məlumat əsasında 23 may 2020-ci il tarixdə, saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən “Dəfnə” restoranın qarşısında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəmlərini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərlərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün sonuncunu Binəqədi rayon Polis İdarəsinin 7-cı Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə Polis bölməsinə getmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Polis bölməsində xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində “skazoçnaya tayqa” yazısı yazılmış içərisi boş olan kibrit qutusunun içərisində gizlədilmiş şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 22 may 2020-ci il tarixdə, saat 20:00 radələrində tanımadığı şəxsdən Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən 40 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırımış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 114) görünür ki, “Orxan” və “Elşad” adlı şəxslərin ifşa edilməsi məqsədi ilə həmin şəxslərin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 117) görünür ki, əməliyyat qrupunun üzvləri həmin gün saat 22:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski 112 ünvanında yerləşən “Dəfnə” restoranının qarşısında “Elşad” adlı şəxsə yaxınlaşaraq onu 7-ci Polis bölməsinə dəvət etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 131) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 140-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində “skazoçnaya tayqa” yazısı yazılmış, içərisi boş olan kibrit qutusunun içərisində gizlədilmiş şəffaf sellofana bükülü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni polis əməkdaşlarına təqdim etmiş və həmin şəffaf sellofanın içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bükülünü 22 may 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” kimi adlanan ərazidə tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/887 nömrəli rəyindən (cild 1, iş vərəqə 147-149) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...Şübhəli şəxs... əl yazıları, imzalar (3 imza) və AR DİN “Zərflər üçün №176” möhür əksi olan bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,499 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-481/2020 saylı qərarından (cild 1, iş vərəqə 157-158) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında 23 may 2020-ci il tairxli qərar qanuni sayılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 163-164) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vətatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 183-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 193) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bükümdə, ümumi çəkisi 1,499 qram (tədqiqatdan sonra təmiz çəkisi 1,449 qram) olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 202-203) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılarkən çiynindən asdığı qara rəngli dəri materialdan olan əl çantasının içərisindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəri materiallı əl çantasının içərisindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni polis əməkdaşlarına təqdim etmiş və həmin şəffaf sellofanın içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 09 dekabr 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində Zabrat qəsəbəsində “Priyezd” deyilən yerdə tanımadığı şəxsdən 990 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2694 nömrəli rəyindən (cild 1, iş vərəqə 35-38) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” və sair qeydləri olan zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 159,520 qram olan maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1154/2020 saylı qərarından (cild 1, iş vərəqə 47-49) görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 dekabr 2020-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 59-61) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 168A-da yerləşən evdə axtarış keçirilən zaman istintaq üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 68-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-976/2020 saylı qərarından (cild 1, iş vərəqə 91-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2020-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməllərin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 106-107) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ********* saylı cinayət işinin sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 382 saylı rəyindən (cild 1, iş vərəqə 247-248) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 12-14) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində daxil olan SMS yazışmaların məzmunu əks edilmişdir. Həmin siyahıda 11 iyun 2020-ci il saat 02:59:20-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə +**********34 saylı nömrədən “Brat gelem men sene yiganda dusersende bideki 10 manat yatmib hemde kola varindisa yaridan 1dene vererdin mene hec yoxduye mende” yazısı, 21 iyun 2020-ci il saat 23:45:18-də **********36 saylı mobil nömrədən “sen deyesen menim yazdigimi oxumadin??? Birinci yazdim nisye verir, ikinci ise yazdim ki yanima adam gelmelidi kolaya gore gele bilmir. gelib de mene 65 manat vermelidir. Men o 65-i ele indi sene verecemde” yazısı, 24 iyun 2020-ci il saat 17:17:17-də +**********36 saylı nömrədən “Tamam. eger bu deqiqe gelirem desem elinde ne qeder kola varki mene vere bilesen?” yazısı, 03 iyul 2020ci il saat 15:08:57-də +**********34 saylı mobil nömrədən “Yaxwi qardasim allah komeyin olsun men ele bil 100 2 list pulnu bide kolanin pulnu gonderecem” yazısı, 12 iyul 2020-ci il tarixdə saat 09:59:24-də +**********20 saylı mobil nömrəsindən “duzelmeyi ama tupureresen bele duzelmeye qaqi inanışınkı millet oturub ikisinede bunun monsuz onu bunsuz etmir xaiw edirem qaqi 3+5 kola 2 pati saxla” yazısı, 14 iyul 2020-ci il saat 22:40:02-də +**********49 saylı mobil nömrədən “0.5 gəlirəm uzağı 15 deq” yazısı, 16 iyul 2020-ci il saat 21:34:57-də +**********49 saylı mobil nömrədən “1q kola 0.5 pt, Qardaşımsan gözləyirəm, təxminən nə qədər vaxta??” yazısı, 19 iyul 2020-ci il saat 23:40:26-da +**********83 saylı nömrədən “Elis 2dene 0.5 fanta 1dene 0.5 kola. Elis qurban sene ama bu tural ucundu sonuncudan narazi qaldigin soyleyib. Pul mendedi hazir. Cixanda yig.tural yolda gozlur” yazısı, 22 iyul 2020-ci ilsaat 05:59:23-də +**********34 saylı nömrədən “He qardaşım başva donerem saxlıya bilirsense sabaha saxla axsama kimi pulu duzeldim gorsub pul verib temanı gotrerem” yazısı, 22 iyul 2020-ci il saat 14:18:16-da +**********88 saylı nömrədən “Qardaw salam menem ququwdu 3 litre kola yarim litre fanta lazimdi pul usdumdedi evdeyem imkan olsa ya ozun kecende xeber ele goturum eyer gelesi olmasan bu terefe xeber ele men keçim sen terefe gozduyurem brat sagol” yazısı, 29 avqust 2020-ci il saat 16:04:50-də +**********49 saylı nömrədən “Hə 3 bütöv 0.5 patı, haçana düzələr?????” yazısı, 04 sentyabr 2020-ci il saat 17:35:08-də +**********30 saylı mobil nömrəsindən “Mene qram yarim kola yarimda pati qoy pulun negd verecem birazda artiq qoysan ela olar bir yari kola yarim pati catir uc bew dey” məzmunlu SMS ünvanlanmışdır. Həmin fayla baxış zamanı istintaq marağı kəsb edən hər hansı digər məlumat əldə edilmədi. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xaric olan SMS yazışmaların məzmunu əks edilmişdir. Belə ki, həmin siyahıda 01 iyun 2020-ci il tarixdə saat 19:21:10-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən +**********34 saylı mobil nömrəyə “Brat 20 den olsa 70 pul qalir. ordan sende pay goturersen. sen ol siqaret zad yoxdu cibimde, alindir bunu” yazısı, 11 iyun 2020-ci il saat 23:37:05-də +**********34 saylı mobil nömrəsinə “oduku mene paddesqa elede. menee sene 3 dene kola vere bilerem” yazısı, 17 iyun 2020-ci il saat 04:54:40-da +**********38 saylı mobil nörməsinə “Qaqas iki partiya neceye aidim fantani o qiymetede verdim sene. ligbi is dayanmasin. bax indi verdiymiz pukun jiqdarindan artix gotururuy. axrici defe sene, 4 fanta verdiyim evel islediymizde olmuşdu. ama inan 10 manat bahasinaoturur mene. demirem 60 nan ver sende pulunu. 5 senin 5 menim boynuma. yeni 55m. yox eyer razi deyilsense. men sene 2 dene gucum catir verim. valla tezeden masin pulu verib gelmey. buna gore isletddiyimiz kontur. bu vexd kesiminde wacirdigimiz” yazısı, 28 iyun 2020-ci il saat 15:33:35-də +**********34 saylı mobil nömrəsinə “at uxun danismiram. buna 700 vursag yaxsidi. sen gor 90 da tapa bilirsenmi. kamrandan zaddan soruş lO dene senin trman mende olur. lap ehiyaz olar 5 de artig qoyaram sabah verersen pulunu” yazısı, 28 iyun 2020-ci il saat 19:43:41-də +**********34 saylı mobil nömrəsinə “Brat 130 qalib bir 40 deq vaxd aidim.hereket elede. pati zad isdeseler verey” yazısı, 03 iyul 2020-ci il saat 14:57:43-də +**********34 saylı mobil nörməsinə “brat ya qarani 5 dedi bunu 6ya eksine.deqiqlesdirerem. nedi odu. brat pul ne vaxda alinar sende? kola lazim olacaq?” yazısı, 13 iyul 2020-ci il saat 21:35:42-də +**********26 saylı mobil nömrəsinə “Günay terezini gətir, tema goturecem mənə çox vacib lazımdı” yazısı, 16 iyul 2020-ci il saat 22:25:55-də +**********49 saylı mobil nömrəsinə “Qaqas 1ko 05fanta hazırdı. elavede hərəsindən birdənə ama 05 lere bolumde” yazısı, 14 avqust 2020-ci il saa 00:38:42-də +**********36 saylı mobil nömrəsinə “Sene cekmeye kola vererem. Ama kim dediki 19 du? Bu qiymetli 35 denede 50 denede danisdig” məzmunlu SMS ünvanlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 33-45) görünür ki, Təqsirləndirilən şəxs əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrindən həmin Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1,449 qram və 159,420 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd diskin və “Azərfon” telefon şirkətindən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-326/2021 saylı qərarından (cild 2, iş vərəqə 95-100) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 29 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan və əlillik vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 161-162) görünür ki, Təqsirləndirilən şəxs atası 1ci qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 2, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olarkən müsbət xarakterizə olunmuş və təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,499 qram təşkil edən narkotik vasitə heroini qanunsuz şəkildə alaraq daşımış və üzərində saxlamışdır. 23 may 2020-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs tutularaq 7-ci Polis bölməsinə aparılmışdır. Orada onun müdafiə hüququ təmin edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən kibrit qutusunun içərisində ümumi təmiz çəkisi 1,499 qram olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Onun üzərində şəxsi axtarış keçirilərkən və cibindən ümumi təmiz çəkisi 1,499 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərkən o, aşkarlanmış narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə 1,499 qram çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 1,499 qram çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün aldığını istisna edən və şübhə altına alan heç bir dəlil və əsas müəyyən edilməmişdir. Ona görə də məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1,499 qram çəkidə narkotik vasitə heroini məhz öz şəxsi istifadəsi qanunsuz şəkildə əldə edərək daşımış və saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. 23 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinlə bağlı cinayət təqibi başlanmış və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İbtidai istintaq dövründə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Bundan sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərdən sonra o, istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini 09 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Priyezd” adlanan ərazidə 990 manata külli miqdarda, yəni 159,520 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Həmin gün o, ünvan 7 ünvanın qarşısında tutulmuş və 7-ci Polis bölməsinə gətirilmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun çiynində olan qara rəngli dəri materialdan olan əl çantasından 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 159,520 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirsə də, məhkəmə hesab edir ki, onun üzərindən həmin gün ümumi təmiz çəkisi 159,520 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi mübahisəsizdir. Belə ki, o, həmin vaxt üzərində şəxsi axtarış keçirilərkən və üzərindən narkotik vasitə aşkarlanarkən narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmişdir. Əksinə üzərindən aşkarlanmış narkotik vasitənin növünü və çəkisini təsdiq etmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə və 09 dekabr 2020-ci il tarixdə üzərindən aşkarlanmış narkotik vasitənin çəkisini mübahisələndirməklə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Yuxarıda qeyd edilənləri məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, 09 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun çiynində olan çantadan həqiqətən də 159,520 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda, yəni 159,520 qram çəkidə narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, o, 23 may 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və onun üzərindən 1,499 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Bu səbəbdən də onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Başqa sözlə, o, 09 dekabr 2020-ci il tarixdə yenidən tutularkən səlahiyyətli polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz şəkildə əldə etməsi barədə əsaslı məlumata sahib olmuşlar. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, o, narkomaniya xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Başqa sözlə, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə tutularkən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və mütəmadi olaraq dövriyyəsi qadağan olunmuş narkotik vasitədən istifadə etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən qanuni əsaslarla (mobil operatordan daxil olmuş sorğuya cavab) əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş diskdən, həmin diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə və onun nömrəsindən müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” ilə əlaqədar sms-lər (mesajlar) daxil olmuşdur. Həmin sms-lərin (mesajların) mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslər ondan narkotik vasitə və psixotrop maddələr əldə etmək niyyətində olmuşlar, bəzi “müştərilər” həmin vasitə və maddələrin keyfiyyətindən ona şikayət etmişlər, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə almaq istəyən şəxslər bükümlərin sayını, narkotik vasitə və psixotrop maddələrin satılmasını “jarqon leksikonla” ondan xahiş etmişlər. İbtidai istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində heç bir tədbir görülməmiş və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə ibtidai istintaq orqanı natamam araşdırma aparmış və faktiki olaraq Təqsirləndirilən şəxs “müştərilərinin” əməllərinə hüquqi qiymət verməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı qeyd edilən məsələlər üzrə ətraflı və obyektiv araşdırma aparmalı olduğu halda, məhkəməyə məlum olmayan səbəblərdən bunu etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs sms (mesaj) yazan şəxslərin ifşa olunması istiqamətində hər hansı bir tədbir görülməsə və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsə də, eləcə də ona sms (mesaj) yazan şəxslərin sms-lərlə bağlı mövqeyi aydınlaşdırılmasa da, məhkəmə belə nəticəyə gəlir ki, həmin sms-lərin (mesajların) həqiqiliyinə şübhə yoxdur və sms-lər vasitəsi ilə həmin sms-lərin Təqsirləndirilən şəxs bilavasitə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına dair yazılması şübhəsizdir. Bu səbəbdən də maddi sübut kimi tanınmış diskdə olan mətnlər (yazışmalar) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün müstəsna rol oynayırlar. Məhkəmə istintaqında tədqiq edilmiş “Azerfon” mobil operator şirkətindən daxil olmuş diskdən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Başqa nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə diqqət yetirdikdə, məlum olur ki, həmin narkotik vasitə heroinin çəkisi narkotik vasitənin alüdəçisi olan şəxsin birdəfəlik istifadə dozasını təşkil etmir, əksinə həmin çəkidə narkotik vasitədən uzun müddət ərzində istifadə edilməsi mümkündür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 159,520 qram çəkidə narkotik vasitə heroini qeyrisi ilə qabaqcadan əlbir bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış, saxlamış, eləcə də qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, daşıması, saxlaması və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlaması və satması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində cinayətlərin məsmusu qaydasında ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs əməlləri cinayətlərin məcmusunu yaratdığından ona təqsirli bilindiyi ittiham üzrə qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, evli və ali təhsilli olmasını, atasının 1-ci qrup əlil olmasını, həqiqi hərbi xidmətdə olduğu zaman və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cavan, evli və ali təhsilli olmasını, himayəsində 1-ci qrup əlil atasının, eləcə də arvadı və anasının olmasını, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, ona ağır cəzanın təyin edilməsi onun ailə münasibətlərinə ciddi şəkildə xələl gətirə bilər, hətta ailəsinin dağılmasına səbəb ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 23 may 2020-ci il tarixdə tutulmuş və 25 may 2021-ci il tarixdə azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, onun 23 may 2020-ci il tarixdən 25 may 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır və onun üzərində saxlanılan cəzanın əvvəli onun yenidən tutulduğu vaxtdan, yəni 09 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Binəqədi rayon Polis İdarəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 1,449 qram çəkidə və 159,420 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 217 (iki yüz on yeddi) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 217 (iki yüz on yeddi) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdən 25 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsində saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 1,449 qram çəkidə narkotik vasitə heroin və 159,420 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin, 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1013/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1013/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver