Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1013/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi - “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Kürdəmir rayonunun Şahbəyi kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, bundan başqa silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanliq etmişdir. Belə ki, o, oğlunun boşanması prosesi və nəticədə iki ailə arasında qarşı tərəfin hərəkətləri nəticəsində həm də əmlak mübahisələrinin yaranması ilə əlaqədar qohumu – oğlunun qaynatası Zərərçəkmiş şəxs ilə 12 aprel 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının arxasında olan avtomobil dayanacağının ərazisində təkidlə övladlarının barışdırılmasına nail olmaq məqsədilə danışıq apararkən Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq ifadəni özünə təhqir kimi qəbul edib hiddətlənmiş, bu zəmində aralarında qarşılıqlı fiziki təmas və dartışma zamanı sonuncunun ayaq nahiyəsinə təpik, daha sonra isə baş və bədəninə yumruq zərbələri endirib baş beyin silkələnməsi, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvası ətrafı nahiyənin dərialtı hematoması, burun sümüyünün az yerdəyişmə ilə sınığı, burunun sıyrığı və sağ göz yuvasının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuş, bundan sonra isə dayanacaqdakı istifadəsində olan “Ford Tourneo” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək əsəbi vəziyyətdə hadisə yerindən çıxıb gedərkən qəsdən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkəti etmiş, yəni avtomobil dayanacağından sağa dönməklə qapıdan çıxarkən, dayanacağın gözətçi köşkünün yanında, faktiki dayanacaqdan eyni anda bir avtomobilin hərəkəti mümkün olan yeganə çıxış yolunun bilavasitə düz döngə hissəsində sürətlə sağa dönməni icra edərkən orada dayanmış qudası Zərərçəkmiş şəxs yanından keçərkən, dönmə bucağı ilə bağlı aralarındakı məsafənin azaldığını bilərək hərəkətini davam etdirərək qəsdən avtomobilin sağ yan tərəfi ilə Zərərçəkmiş şəxs sürtüb keçmiş, avtomobilin yan hissəsi ilə həmin təmas nəticəsində sonuncu yerə yıxılmış və nəticədə ənsə nahiyəsinin kiçik ölçülü hematoması-sıyrığı, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, oğlu ilə gəlini hələ boşanmamışdan əvvəl məhkəmə uşaqların kimdə saxlanılması ilə əlaqədar məsələni aydınlaşdırmağı qəyyumluq idarəsinə həvalə etmişdir. Buna görə də oğlu uşaqların kimdə qalması məsələsi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə getmişdir. Ora getməmişdən qabaq oğlu ilə evdə ətraflı söhbət etmiş və ona təmkinli olmağını, uşaqların onların əlindən alınması üçün orada təxribat ola biləcəyini demişdir. Yolda gedərkən bir daha oğluna zəng etmiş, çox narahat qaldığı üçün özü də sonradan Sabunçu Rayon İcra Hakimiyyətinə getmişdir. İcra Hakimiyyətinə aid dayanacaqda maşınını saxlayıb düşmüş, qudası Babəkin orada olduğunu görüb yaxınlaşıb hal-əhval tutmuşdur. O, Babəkdən «iki körpə uşaq olan ailə niyə belə dağılmalıdır?» deyə soruşmuşdur. İkisinin də ailə başçısı olduğunu bildirib istəsələr həmin övladlarının barışmasını təmin edə biləcəklərini, bu məsələni yoluna qoya biləcəklərini bildirmişdir. O, Babəkə uzun illərdir birlikdə dostluq, qardaşlıq etdiklərini, uşaqlarının həyatlarının hələ qabaqda olduğunu demiş və “Babək, Allah bilsin, sən bil, bir də mən bilim. Gedək, istəyirsən, məscidə, Qurana and içək. Mən deyirəm ki, bu məsələ mal-dövlət üstündədir, uşaqların boşanması nəfsinə görədir. Gedək, and içək. Ehtiyacın nədirsə, mən onu sənə verim. Amma bu uşaqların ailəsi dağılmasın” deyə bildirmişdir. Bu sözlərdən sonra Babək ona “hələ sənin şalvarını da satdıracağam” demiş, o da “Qardaş, axı nəyə görə sən mənim şalvarımı satdırmaq istəyirsən? Niyə bu qədər qərəzli mövqe tutmusan? Biz, 40 ildir ki yoldaşlıq edirik, dostluq edirik. Bax bu söhbətlərə nə ehtiyac var?” deyə cavab vermişdir. Babək ondan aralananda hələ ona qarşı nalayiq ifadə də işlətmiş, o da İcra Hakimiyyətinin binasının arxasında dayanıb bir siqaret çəkmişdir. Babək ondan 5-10 metr uzaqlaşmış, o da yenidən Babəkə yaxınlaşıb “axı niyə həmin ifadələri işlədirsən, niyə şərəfsizlik edirsən?” demişdir. Babək ona “şərəfsiz sənsən” dedikdə, o Babəkə “mən sənə şərəfsiz olduğunu izah edirəm, “şərəfsiz sənsən” sözlə deməklə deyil. Səni ona görə şərəfsiz adlandırıram ki, iki körpə olan ailəni dağıdırsan, atasız-anasız qoyursan, ona görə mən səni şərəfsiz adlandırıram. Sən mənə şərəfsiz deyirsənsə, mütləq deməlisən, mən niyə şərəfsizəm” demişdir. Babək ona cavab verə bilməmiş, o da yenidən Babəkə “özünü şərəfsizliyə qoymusan” demişdir. Bundan sonra aralarında mübahisə olmuş, Babək onun ailəsini təhqir etmişdir. O da özündən asılı olmayaraq Babəki sol ayağından təpiklə, sonra yumruqla vurmuş, qarşılıqlı savaşmağa, bir-birlərini vurmağa başlamışlar. Orada tanımadıqları bir nəfər gəlib onları aralamışdır. O, aralandıqdan sonra kənara keçmiş, amma Babək onun aralanmağına baxmayaraq, yenə üstünə gəlib ağır söyüşlər söymüşdür. Sonra o, gedib maşına oturmuşdur. O, maşını arxaya verəndə sol cibindən telefonu çıxardıb oturacağın üstünə qoymuşdur. Maşını yerindən tərpədərkən telefon ayaqaltına düşmüşdür. O anda maşını sürətlə qabağa verərkən telefonu götürmək üçün əyilmişdir. Bir anda başını qaldıranda Babəki görməmiş, köşkə dəydiyini görmüşdür. Maşın yaxınlaşanda maşının sağ güzgüsü Babəkə toxunmuşdur. O, dərhal maşını saxlamış, maşından düşüb Babəkə yaxınlaşmışdır. Babəkə yaxınlaşanda onun nə huşu özündən getmiş, nə də bədənində, sifətində heç bir qan izi olmamışdır. Ora sonradan yaxınlaşan insanlar Babəkin yerdən durmamasını demiş və başının altına qoymağa yumşaq bir şey istəmişlər. O, maşınının içindən yumşaq bir əşya tapa bilməmiş, qıraqda maşınını saxlayan tanımadığı bir qadından maşınında bir şey varsa Babəkin başının altına qoymaq üçün verməyini xahiş etmişdir. Həmin qadının maşınında uşaq oturacağı olmuş, o da həmin oturacağı götürüb Babəkə yaxınlaşmış, sonuncu isə həmin vaxt artıq ayağa durmuşdur. O, Babəkə yaxınlaşanda sonuncu ondan uzaq durmağını tələb etmişdir. O da çəkilib kənarda gözləmişdir. Sonra X21 maşını gəlib Babəki aparmışdır. Onu da Polis İdarəsinə aparmışlar və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açmışlar. Gecə Polis İdarəsində qalmış, səhər duranda isə maddəni 29, 120.1-ci maddəyə dəyişdiklərini görmüşdür. Babəki heç bir halda öldürmək niyyəti olmamışdır. Əgər elə bir niyyəti olsa idi, maşını arxaya verib təzədən onun üstündən keçərdi, maşından düşüb ona yenə təpik vurardı və sair hərəkətlər edərdi. Belə bir hərəkəti İcra Hakimiyyətinin qarşısında etməzdi. Babəkin ibtidai istintaq zamanı verdiyi izahatındakılar 5-10 cümlədən başqa hamısı səhvdir, yalandır. Babək birinci ərizəsində ona xəsarət yetirildiyini, sonradan izahatında onun öldürmək istənildiyini, orada öldürməklə hədələndiyini, daha sonra onun əmlaka görə hədələndiyini yazmışdır. Amma bunlar hamısı yalandır. Orada heç bir əmlakdan söhbət getməmişdir. Hazırda aralarında tam barışıq əldə olunmuşdur, qudası Babəklə ailəliklə barışmışlar, ailələr bir yerdədir, xeyir-şər məclislərində birlikdə iştirak edirlər, körpə nəvələri həm dostu və qudası Babəkin evində, həm də onun evində olurlar. Oğlu və gəlini də tam barışıb ailəni bərpa etmələri yolundadırlar, bunu arzulayırlar. Ona görə də məhkəmədən qərar qəbul edərkən həm də bütün bu halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, dayanacaqdan maşınla çıxarkən zərərçəkmiş şəxsin harada dayandığını görməmişdir. Maşına oturanda tək olmuş, oradan çıxıb getmək istəmişdir. Orada olan şahidlər də yəqin eşitmişlər ki, bərkdən “bu şərdir, böhtandır, mən çıxım gedim buradan” demişdir. Babəkə ancaq maşının sağ tərəfindəki güzgüsü dəymiş, maşının sağ tərəfi isə orada dayanan köşkə dəymişdir. Onun Babəkə qəsd etmək niyyəti olmayıb. O, Babəklə danışanda ondan “sən maşın gələndə baxırdın, sən mənə baxanda, mən maşında sükanı idarə edirdim, yoxsa əyilmişdim?” soruşmuş, Babək də onun əyildiyini etiraf etmişdir. O, Babəkə qəsd etsə idi, sonuncu onunla barışmazdı. Maşın Babəkə dəyən kimi saxlamış və maşından düşmüşdür. Əgər Babəki öldürmək istəsə idi, maşını arxaya verib üstündən keçərdi, Babəkə təpik və ya yumruq vurardı. O, dərhal Babəkə yardım etmiş, ətrafda olan adamlardan X18 zəng etmələrini xahiş etmişdir. Babək izahatında “orada dayananda, onun çiyninə kimsə əl vurdu, elə bildi ki vəkili Namiqdir, çevrilib baxanda, mənim gözümün altına yumruq ilə vurdu. Sonra bir neçə dəfə gözümün altına yumruq vurdu və mən orada əyildim, dizlərim çökdü yerə” göstərmişdir. Əslində isə videodan göründüyü kimi o cür hal ümumiyyətlə olmamışdır. O, Babəklə üzbəüz dayanıb söhbət etmişdir. Babək videoçəkilişi görəndən sonra ikinci izahatında düzəliş etmiş, tam xatırlamadığını, yadından çıxdığını demişdir. Bütün bunların əsas səbəbi uşaqlardır. Onlar əvvəlcədən aqressiv hərəkət edib onu əsəbləşdirib özündən çıxarmağı planlaşdırmışlar. O, Babəklə 40 ildir ki yoldaşlıq etmişdir, Babək həmişə onu ağsaqqal kimi süfrəsinin başında otuzdurmuşdur. Babək “2013-2014-cü illərdə “Rauf İnşaat” tikinti materiallarını mən tikdirmişəm” deyə bildirmişdir. Əgər “Rauf İnşaat” onun idisə, elə öz adına “Babək İnşaat” qoyardı. Bütün Ağsu camaatı onun Rusiyada işləyib taxta işi, tikinti ilə məşğul olduğunu və həmin obyekti aldığını bilir. Babək Buzovnada onun dükanında satıcı işləmişdir. Babək müflisləşmiş, evini də satıb borc-xərcini vermiş, həmin anda Babəkə o sahib çıxmışdır. Bundan başqa ibtidai istintaqda Babək ifadəsində oğlunun onun qızına xəsarətlər yetirdiyini yazmışdır. Onun şahidləri və sübutları var ki, ayın 20-də qızını götürüb aparandan sonra Babəkin oğlunun ad günündə onlar “Pereval”da rəqs edirlər. Videoçəkiliş də mövcuddur. Səhərisi gün, o, dostu ilə Babəkin qapısına getmiş, qızında heç bir xəsarət görməmişlər. Bu hadisəyə qədər onların arasında heç vaxt mübahisə olmamışdır. Boşanma prosesinin getməsinə və “Rauf İnşaat”ın əlindən getməsinə baxmayaraq, normal münasibət davam etmişdir. Çünki o, Babəkə “mülk məsələsi problem deyil, nə istəyirsən, sənə verəcəyəm, amma uşaqların ailəsi dağılmasın, sən nə istəyirsən, buyur” demişdir. Babək bütün insanlara “mənim onun malında, mülkündə işim yoxdur” desə də Polis İdarəsində “oranı mən tikdirmişəm, mənimdir, mənim vəsaitimə alınıb, mənim vəsaitimə tikilib” yazmışdır. Hadisə vaxtı həm əsəbi olmağı, həm də ehtiyatsızlıq etməyi bu vəziyyətə gətirib çıxarmışdır. Orada olan insanlar da şahiddirlər ki, həmin anda hadisədən dərhal sonra o, əlini göyə qaldırıb Allaha yalvarıb şükür etmişdir ki, bir şey olmadı. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 4-cü sinifdən orta məktəbdə bir yerdə oxumuşdur. Məktəb illərindən Babəklə dostluq münasibətləri olmuşdur. O, 2005-ci ildən 2014-cü ilə qədər müxtəlif vaxtlarda Rusiya Federasiyasında taxta biznesi ilə məşğul olmuş və mütəmadi olaraq Rusiyaya gedib-gəlmişdir. 2011-ci il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndində 20 sot torpaq sahəsində tikinti materialları mağazası inşa etmək üçün Kamran və Əlixan adlı şəxslərdən ümumilikdə 20000 manat qarşılığında torpaq sahəsi almışdır. Həmin vaxt Bakı şəhərində olduğu üçün həmin torpaq sahəsinin 20 sotunu qardaşı X2 adına rəsmiləşdirmişdir. Bir müddət keçdikdən sonra qardaşı özünə digər torpaq sahəsi aldığından ona müraciət edərək torpaq sahəsinin adından çıxarılmasını bildirmişdir. O da həmin ərəfələrdə Rusiya Federasiyasına gedibgəldiyi üçün sənədləşdirmə işlərinə vaxtı olmadığını qeyd edib qardaşı Ramizin adından mülki etibarnamə almış, həmin etibarnamə əsasında Siyavuş adlı tanışına torpaq sahəsinin üzərində sərəncam vermək hüququna dair yeni etibarnamə vermişdir ki, sonuncu həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına rəsmiləşdirsin. Təxminən 2013-cü il tarixdə Siyavuş ona məxsus 20 sot torpaq sahəsini Babəkin adına keçirmiş, elə həmin tarixdə isə o, yenidən Əlixan adlı şəxsdən 20 sot torpaq sahəsinin yaxınlığından əlavə 5 sot torpaq sahəsini 5000 manat qarşılığında almışdır. O, Əlixandan həmin 5 sot torpaq sahəsini birbaşa dostu Zərərçəkmiş şəxs adına rəsmiləşdirməsini xahiş etmiş, Əlixan da onun xahişini nəzərə alaraq 5 sot torpaq sahəsini Zərərçəkmiş şəxs adına sənədləşdirmişdir. Təxminən ay yarım sonra Azərbaycana geri qayıtıdqda Ağsu şəhərində, “Gözəl Ağsu” restoranında görüşərək 5000 manat pulu Əlixana vermişdir. 2014-cü il tarixdə həmin torpaq sahəsi üçün Babək ona 90 illik etibarnəmə və həyat yoldaşı Firuzənin razılıq ərizəsini vermişdir ki, nə vaxt lazım olarsa o, həmin torpaq sahəsini adına keçirtsin. Bununla da Babəkin adına ümumilikdə 25 sot torpaq rəsmiləşdirilmişdir. Bundan sonra 2015-ci ildə Babəkin qızı Sumuzər ilə oğlu Elvin ailə həyatı qurub evlənmişlər. Həmin tarixdən sonra aralarında olan dostluq münasibəti qohumluq dərəcəsinə çataraq daha da mehribanlaşmışdır. Babəkin adına olan torpaq sahəsində isə 2013-cü il tarixdən tikinti işlərini başlamış, 2016-cı ildə bitirmişdir. Orada tikinti materialları satışı mağazası fəaliyyət göstərməyə başlamış, özü də həmin təsərrüfata rəhbərlik etmişdir. 2018-ci il tarixdə Babək hamıdan xəbərsiz ona məxsus 25 sot torpaq sahəsinin inşa etdirdiyi mağaza ilə birlikdə qızı Sumuzərin adına rəsmiləşdirmişdir. Bu barədə məlumatı isə 2020-ci ilin axırlarında həmin torpaq sahəsini adına keçirmək istəyən zaman bilmişdir. Bundan sonra o, Babəklə söhbət edərək ondan icazəsiz Sumuzərin adına nə üçün sənədləşmə işi apardığını soruşduqda Babək ona Sumuzərin onun da qızı olduğunu və heç bir fərqin olmadığını bildirmişdir. 2021-ci ilin təxminən fevral ayında Babəkin təşəbbüsü ilə gəlini Sumuzər oğlu Elvinə ona məxsus içərisində tikili olan torpaq sahəsinə dair 50 illik etibarnamə vermişdir. 2022-ci ilin sentyabr ayının 20-də Babək oğlunun yaşadığı Ağsu rayonu, Qaraqaşlı kəndindəki evə gələrək heç bir səbəb göstərmədən Sumuzəri götürüb öz evlərinə aparmışdır. Babək qızı Sumuzəri apardığı gündən bir gün sonra, yəni 22 sentyabr 2022-ci il tarixdə qızının adından oğlu Elvinə vermiş olduğu 50 illik etibarnaməni ləğv etdirmişdir. 2016-cı ildə Babəkin avtomobili olmadığından ona məxsus lakin oğlu Elvinin adına olan “Vaz 2104” markalı avtomobili sürmək üçün etibarnamə əsasında qudasına vermişdir. 23 sentyabr 2022-ci il tarixdə Babək Elvinə zəng edərək verdiyi avtomobili adına keçirtmək istədiyini bildirmiş, oğlu Elvin də Babəkin gələcəkdə olan niyyətindən xəbərsiz olduğundan həmin avtomobili Babəkin adına keçirmişdir. Bundan sonra təxminən 24 sentyabr 2022-ci il tarixdə və dəfələrlə ünvan 5 ünvanda yaşadığı evə gedərək qızı Sumuzəri heç bir səbəb olmadan aparmağına baxmayaraq yenidən geri qayıtmasını və oğlunun ailəsinin dağılmamağını bildirmişdir. Lakin, Babək heç bir səbəb göstərmədən qızının geri qayıtmasına razı olmamışdır. Babəkin bu hərəkətindən sonra o, Babəkin əsl niyyətinin ona məxsus içərisində mağazadan ibarət 25 sot torpaq sahəsini ələ keçirmək olduğunu başa düşmüşdür. Bundan sonra o, Ağsu rayonunda olan notariusda oğlu Elvinin adına vermiş etibarnamənin yoxlanılması üçün getdikdə məlum olmuşdur ki, Babək qızı Sumuzərin adından oğlu Elvinə vermiş olduğu 50 illik etibarnaməni ləğv etdirmişdir. Daha sonra Babək ona məxsus, içərisində mağazadan ibarət tikili olan 25 sot torpağı onun adına keçirmək üçün bunun əvəzində Bakı şəhərində 2 mənzil alıb verməsini bildirmişdir. O da Babəkə Bakı şəhərində 2 ev almağa imkanının olmadığını, lakin ona 2 otaqlı mənzil ala biləcəyini deyib, bundan başqa aylıq 1500 manat da pul verə biləcəyini bildirmişdir. Bununla da aralarında razılıq əldə edilmiş, həmin razılığı isə təsdiqləmək üçün növbəti gün notarisa gedəcəkləri barədə danışmışlar. Növbəti gün isə Babək, vədinə əməl etməyib razı olmadığını və şərtləri dəyişdirmək istədiyini demişdir. O da dostu Hacı Rasim adlı şəxslə birlikdə Babəklə görüşüb köhnə olan müqavilənin üzərində dəyişiklik etmiş, növbəti gün Babək yenə razılaşmadığını deyərək Elvinin adına olan bütün əmlaklara şərik olacağı halda onunla razılaşcağını bildirmişdir. O da Elvinin adına olan əmlakların qiymətləndirilib dəyərinin yarısını ödədikdən sonra şərik ola biləcəklərini bildirmişdir. Bir gün sonra isə Babək yenidən vədinə əməl etməyərək heç bir şərtlə razı olmadığını bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində Sabunçu Rayon Məhkəməsindən gələn bildirişdən məlum olmuşdur ki, Sumuzər Elvindən boşanmasına dair məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə oğlu Elvinin adına olan əmlaklara həbs qoyulmuşdur. Babəkin əsl niyyəti onun əmlakını mənimsəmək olmuşdur. Elvinlə gəlini Sumuzərin arasında hər hansı ciddi bir münaqişə olmamış, səbəbsiz yerə Babək qızı Sumuzəri götürərək getmişdir. 12 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Sabunçu Rayonu İcra Hakimiyyətindən nəvələrinə qəyyumluq edilməsi məsələsinə baxılması üçün çağırılmışdır. İcra Hakimiyyətinə o, Elvinlə, Sumuzər və Babək isə birlikdə getmişdir. Oraya çatdıqdan sonra Elvinlə Sumuzər uşaqlarla birlikdə binaya daxil olmuş, həmin vaxt əvvəlcə Babəki orada görməmişdir. Babəki bacısı oğlu X4 məxsus, lakin etibarnamə əsasında idarə etdiyi, “Ford Tourneo” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili binanın dayanacaq yerində yerləşdirib piyada qayıtdıqdan sonra binanın arxasında həyətdə görmüşdür. Bundan sonra o, Babəkə yaxınlaşıb salamlaşaraq aralarında olan məsələlərin həll edilməsi məqsədi ilə söhbət etməyə başlamış, övladlarının ailəsini dünya malına görə dağıtmağın yaraşmayacağını bildirmişdir. Bu sözlərdən sonra Babək ona “bu hələ harasıdır, sənin əlindən hər şeyini alacam, hələ əyinində olan şalvarını da satdıracam" kimi ifadələr işlətmişdir. Həmin vaxt Babəkə özünü nə hesab etdiyini, hansı səbəblə şalvarını satdıracağını soruşmuş, Babək ondan bir qədər uzaqlaşaraq nalayiq formada “Ağsu rayonuna gələn zaman onun dalını dağıtdıracağını” bildirmiş, o da Babəkin dediyi nalayiq ifadəyə qarşılıq olaraq “şərəfsiz” adlandıraraq dediyi sözdən utanmalı olduğunu bildirib Babəkə “qəhbəlik” etdiyini bildirmişdir. Bundan sonra Babək ona qarşılıq olaraq “qəhbə sənin varyoxundu” sözlərini demişdir. Bu ifadələrdən sonra o, əsəblərini cilovlaya bilməyib təxminən saat 16 radələrində sol ayağı ilə Babəkin sağ ayağına təpiklə vurmuş, Babək də ona yumruqla qarşılıq verdiyi üçün o da yumruqla Babəkin bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Təxminən 15-20 saniyə aralarında qarşılıqlı mübarizə olmuş, bir-birilərinə zərbələr endirmişlər. Sonradan yoldan keçən tanımadığı şəxs yaxınlaşaraq onları ayırmış, o da ərazidən uzaqlaşmaq məqsədi ilə avtomobilinə əyləşərək sürətlə dayanacaqdan yola çıxarkən mobil telefonu yerə, avtomobilin ayaq altına düşdüyü üçün əyilib telefonu götürmək istəmiş, lakin həmin vaxt ayağını qaz pedalından ayırmadığı üçün avtomobil hərəkəti davam etdirmişdir. O, başını qaldırıb yola baxdıqda artıq avtomobilin Babəkə yaxınlaşdığını görüb, həyəcanlı şəkildə əyləcə basmaq əvəzinə qaz pedalına basmışdır. Bu zaman avtomobilin sağ yan hissəsi Babəkə dəymiş, elə həmin vaxt dərhal avtomobili saxlayıb düşmüş, Babəkin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt ətrafda olan insanlar da əraziyə yaxınlaşmışdır. Bundan sonra avtomobilə əyləşib sağ tərəfdə saxlamaq üçün bir qədər irəli sürmüş, avtomobildən hər hansı parça götürüb Babəkə yardım etmək istəmiş, lakin avtomobildə hər hansı parça olmamışdır. Həmin vaxt kənarda olan tanımadığı qadının öz avtomobilində əyləşdiyini görüb, sonuncudan hər hansı bir parça olub-olmadığını soruşduqda, qadın ona uşaq oturacağı üçün olan çexolu vermiş, o da Babəkə köməklik göstərmək üçün həmin çexolu gətirən zaman Babək həmin vaxt ayağa qalxmışdır. O, tanımadığı bir qadını görüb X18 zəng etməsini xahiş etmiş, həmin şəxs də X18 zəng etmiş, bir qədər sonra X21 gəlmişdir. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra da X21 gələrək Babəkə ilkin yardım göstərmiş və sonuncu X15 göndərilmişdir. Babəklə aralarında olan mübahisənin əsas səbəbi Babəkin ona nalayiq ifadə işlətməsi və əsəblərini cilovlaya bilməməyi olmuşdur. O, Babəkə qəsdən avtomobillə toxunmamış, sadəcə ehtiyatsızlıq nəticəsində hadisə baş vermiş, Babəki öldürmək fikri olmamışdır. Çünki, o, sonradan avtomobildən düşüb Babəki yerdə uzanıqlı vəziyyətdə görmüş, həmin vaxt Babək ayıq vəziyyətdə olmuşdur. Onun Babəki öldürmək fikri olsa idi, idarə etdiyi avtomobili geriyə verib Babəkin üzərindən keçərdi, ya da avtomobili birbaşa Babəkin üzərinə sürərək öldürərdi. Amma hadisə zamanı Babək sağ tərəfə hərəkət edərək özünü avtomobilin sağ tərəfinə çırpmışdır (cild 1, iş vərəqə 101-107). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxsla orta məktəbdə bir sinifdə oxumuşlar, sonra dostluqları qohumluğa çevrilmişdir. Bir müddət sonra qızı ilə Raufun oğlunun münasibəti alınmamış, o da övladları ayrılsa da dostluqlarının qalmasını demişdir. Sonra Rauf kənardan başqa adamların təsiri altına düşmüşdür. Hadisə baş verən günü, Sabunçu Rayon İcra Hakimiyyətinə gedib uşaqların anada qalması, qəyyumluq məsələsini həll etmişlər. Vəkilin ona verdiyi sənədlərin surətini çıxarıb qayıdanda qapı bağlı olduğu üçün arxa tərəfdən getmişdir. Orada Raufla rastlaşmış və sonuncu ona “mənim mal-mülkümdə sənin gözün var, qızı sən boşatdırırsan” demişdir. O da Raufa “mən bilmirəm sənin nə mal-mülkün var, qızım istəməyəndən sonra onu məcbur edə bilmərəm ki, oğlunla yaşasın” demiş və aralarında mübahisə yaranmışdır. Əlində telefonda nömrə yığmaq istəmiş, Rauf yenidən gəlib “sən elədin” demiş və onlar bir-birilərini vurmuşlar. Sonra onları tanımadığı bir nəfər şəxs gəlib aralamışdır. O, çıxış tərəfdə telefon əlində durub oğlunun nömrəsini yığmaq istəmiş, qəfil üstünə maşın gəldiyini görüb özünü köşk tərəfə atmış, maşının sağ tərəfi ona dəymişdir. Əvvlcə huşunu itirmiş, amma təcili yardım maşınına mindiriləndə özünə gəlmişdir. Sabunçu xəstəxanasında başına sarğı qoyub onu evə buraxmışlar. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, istintaq vaxtı ifadə verəndə acıqlı olmuşdur. Mübahisə edərkən də həqiqətən Raufa “hələ sənin şalvarını da satdıracağam”, “Ağsu rayonuna gələn zaman… dağıtdıracağam” demiş, telefonda məşğul olarkən qəfildən ağ rəngli maşın gəldiyini görmüş, maşını kimin sürdüyünü görməmişdir. O, maşının yolunun üstündə olmuşdur. Hadisə ani baş vermişdir. Orada ona kim yardım göstərib, nə baş verib, heç nədən xəbəri olmamışdır. Bir dənə telefonunun düşdüyünü bilmiş, telefonunu gətirib vermişlər. Belə bir hadisə Raufun başına gəldiyi kimi, onun da başına gələ bilərdi. Rauf onu öldürmək istəsə idi başqa cür öldürərdi, cəmiyyətin içində öldürməkdənsə təklikdə öldürərdi. Dost münasibətləri qalmışdır. Raufla aralarında əmlakla bağlı mübahisə tam yoluna düşmüş, hazırda barışmışlar. Məhkəmədə verdiyi ifadənin qəbul edilməsini, əsas götürülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 12 aprel 2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətindən nəvələrinə qəyyumluq edilməsi məsələsinə baxılması üçün çağırılmışlar. Həmin gün o, Elvin və iki azyaşlı nəvələri təxminən saat 15 radələrində İcra hakimiyyətinə getmişlər. Binaya daxil olduqda gəlini Sumuzərin və vəkilinin orada olduğunu görmüşdür. Həmin gün Rauf da sonradan oraya gəlməli olmuşdur. O, binanın pəncərəsindən həyətə baxdıqda Babəkin də orada olduğunu və telefonla kiminləsə danışdığını görmüşdür. Bir müddət sonra komissiya iclası başlatmış, əvvəlcə Elvinlə Sumuzər zala daxil olmuşlar. Həmin vaxt o və nəvələri dəhlizdə gözləmişlər. Təxminən 30 dəqiqə ərzində Elvin və Sumuzər iclas zalında olmuş, o isə nəvələri ilə söhbət etmişdir. Həmin vaxt dəhlizdə olan qadınlardan bir neçəsi binanın həyətində dava olduğunu demiş, amma onların sözlərinə əhəmiyyət verməmişdir. Bir neçə dəqiqə sonra isə pəncərədən həyətə baxdıqda Babəkin həyətdə o başa-bu başa gedib gəldiyini görmüşdür. Raufun hələ orada olduğunu bilmədiyi üçün telefonla ona zəng edib harada olduğunu, həyətdə dalaşanlardan birinin o olub-olmadığını soruşmuşdur. Həmin vaxt Rauf onu sakitləşdirmiş, Babəkin ona qarşı nalayiq ifadələr işlədib təhqir etdiyini, ona görə də aralarında mübahisə yarandığını, hazırda avtomobildə dayandığını, əsəb keçirdiyini bildirmiş, o da Raufdan özünü ələ almağını xahiş etmişdir. Bir müddət sonra isə dəhlizdə olan insanlar həyətə X21 gəldiyini demişdir. Həmin vaxt Sumuzər və Elvin iclas zalından dəhlizə çıxmışlar. Sumuzər dərhal komissiya üzvləri ilə birlikdə həyətə qaçmış, bir neçə dəqiqə sonra isə geri qayıdıb Raufun avtomobillə Babəki vurduğunu, indi də X21da olduğunu demişdir. Bundan sonra komissiya üzvlərinin onlara qarşı olan münasibəti kəskin şəkildə dəyişmiş, daha sonra nəvələrini komissiya üzvləri psixoloqun yanına aparmışdır. Bir müddət sonra onların yanına getdikdə nəvələrinin analarında qalmaları ilə bağlı rəy verdiklərini demişlər. Sonradan ona məlum olmuşdur ki, Rauf binanın həyətində Babəklə mübahisə etdiyinə görə polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Raufla Babəkin arasında əvvəllər çox yaxşı münasibət olmuşdur. Ailələr arasında, həmçinin Raufla Babək arasında hər hansı bir münaqişə olmamışdır. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Sumuzərlə gəlin-qaynana münasibəti yox, ana-bala münasibətində olmuşlar. Elvinlə Sumuzər arasında bir dəfə belə cüzi mübahisə olmayıb. Rauf bu günə qədər heç kimə ağır söz deməyib, nəinki kimisə öldürməyə cəhd etsin. Rauf heç vaxt Babəki öldürməyə cəhd etməmişdir. Raufun telefonu avtomobilə düşmüş, əyilib onu götürmək istəyəndə bu hadisə baş vermişdir. Ağsu rayonunun Qaraqaşlı kəndində olan torpaq sahəsi üzərində olan tikinti mağazasının adı “Rauf inşaat” materialları mağazasıdır. Həmin torpaq sahəsi və tikinti materialları mağazası Babəkə məxsus olsa idi adının “Rauf inşaat” olması məntiqli olmazdı. Nə torpaq sahəsinin alınmasında, nə də ki, üzərində olan mağazanın tikintisində Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul vəsaiti xərcləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2014-cü ildə Şahid3 ilə ailə həyatı qurmuşdur, 9 və 7 yaşlarında İslamzadə Rüqəyya və İslamzadə Zəhra adlı iki qız övladı var. 6 il evli olmuşlar və Bakı şəhərində Buzovna qəsəbəsi ərazisində yaşamışlar. 6 ildən sonra Ağsu rayonunda kirayə evdə yaşamağa başlamışlar və o, tikinti materialları mağazasında işləmişdir. 2-3 gündən bir yoldaşını aparıb anasıgilə qoymuş və bu dövrlərdə artıq mübahisələr yaşamağa başlamışlar. 19 sentyabr 2022-ci il tarixdə ev barədə mübahisələr etməyə başlamışlar və ona məsləhət verməyə çalışmışdır. Sumuzər təkidlə danışmaq istəmiş, o isə ikisinin də əsəbi olduğunu, sonra danışacaqlarını demişdir. Səhərisi günü təxminən saat 10-da Sumuzər zəng edib atasının gəlib onu apardığını demişdir. Sumuzərin qardaşı da həmin mağazada işləmiş, ondan gəlib yerində dayanmasını xahiş etmişdir. Təxminən 5-10 dəqiqə sonra qaynı əlində açarla gəlib qaynatasının Sumuzəri evə apardığını demişdir. İşin axırına qədər gözləmiş, təxminən saat 5-6 radələrində söhbət eləmək üçün evlərinə gedib Sumuzərə başqa yerdə danışmağı təklif etmişdir. Danışdıqları vaxt Sumuzərin anası söhbətlərinə müdaxilə etmiş, həmin vaxt danışmağın uyğun olmadığını, başqa vaxt danışacaqlarını demişdir. Bir gün sonra getdikdə onu evə buraxmamışlar. O, ailəsini götürüb getmək istədiyini demiş, amma imkan verməmişlər, sonradan vəkil olduğunu bildiyi adam da içəri girmiş və qapını üzünə bağlamışlar. Təxminən ayın 23-ündə atasına məxsus olan tikinti materialları mağazasının Sumuzərin adına keçirildiyini bilmişdir. Sumuzər də bütün işləri idarə etmək üçün ona etibarnamə vermiş, amma sonradan bu etibarnaməni ləğv etmişdir. Həmin vaxta qədər onların arasında mübahisə, dava-dalaş olmamış, anası ilə mesajlarını gördükdə Sumuzərə təsirləri olduğunu anlamışdır. Uşaqların valideynlərdən hansında qalması məsələsini müəyyənləşdirmək üçün Sabunçu Rayon İcra hakimiyyətinə gedəndə o, anası və uşaqlar birlikdə getmişlər. İçəri girəndə Sumuzəri görmüş, sonra onlar zala girmişlər və uşaqlar barədə sorğu-sual olunmuşlar. Bununla bağlı atası evdə də, yolda da zəng edib “təmkinli ol və əsəbləşmə, nə qərar verilsə də, razılaş, uşaqların kimdə qalması deyilirsə, həmin valideyndə də qalsın” demişdir. Hələ qərar verilməmişdən əvvəl çöldə səs-küy eşidilmiş, atası ilə Babək arasında mübahisə olduğunu demişlər. O, hadisəni görməmiş, mübahisə zamanı vəkil və komissiya sədri çölə çıxmış, o isə Sumuzərlə içəridə qalmışdır. Həmin vaxta qədər atası və qaynatası arasında heç bir mübahisə olmamış, hətta onun yaşadığı mübahisələr olduqda belə atası onu sakit şəkildə başa salıb təmkinli olmağını demişdir. Atası ilə Babək bir-birlərini uşaqlıqdan tanımış və aralarında möhkəm dostluq münasibəti olmuşdur. Sonradan ona məlum olmuşdur ki, atası mübahisədən əvvəl qaynatasına “malmülkə görə uşaqların ailəsini dağıtma, ev həm də onlarındır” demişdir. Qaynatası isə atasına qarşı xoşagəlməz ifadələr işlədərək təhqir etmiş, hər şeyi əlindən alacağını bildirmişdir. Hazırda aralarında tam barışıq əldə olunmuşdur. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, qaynatası və Sumuzər ilə aralarında barışıq var, hər hansı münaqişələri yoxdur. Uşaqları istəyəndə görə bilir. Evli olduqları müddətdə Sumuzərə qarşı fiziki zorakılıq göstərməmiş, onu döyməmişdir. Onların arasında mübahisələrin yaranma səbəbi Sumuzərin ona baxmaması, ev işlərini görməməsi, onu vaxtında oyatmaması, yemək bişirməməsi olmuş, bu səbəblərdən ona iradlarını bildirmişdir. Onun əl və ayaq barmaqlarını sındırdığı və ya başından dişlədiyinə dair dedikləri doğru və ya məntiqə uyğun deyil, belə bir şey olmayıb. Hadisə olan günü otaqda onu vumamışdır, həmin vaxt proses hələ davam etməsinə baxmayaraq Sumuzər böyük qızı aparmağa çalışmış, o da komissiya sədrinə buna görə etirazını bildirmiş və kiçik qızının əlindən tutub içəri çəkmişdir. Həmin vaxt arxa tərəfdə olan vəkili görməmiş və ona toxunmuşdur. Adı çəkilən tikinti materialları mağazası “Rauf İnşaat” adlanır, rəhbərliyi atası ona tapşırmışdı, qaynını da işə o götürmüşdü. Həmin mağaza hal-hazırda fəaliyyət göstərmir. Atasının Babəki maşınla vurmasına şahid olmamışdır, sadəcə çıxanda maşının güzgüsünün onun qoluna dəydiyini eşitmişdir. Halhazırda atası və qaynatası barışmışdır, aralarında heç bir mübahisə yoxdur. Boşanma dövrlərində həmin inşaat mağazasına qaynatasının iddiaları olsa da, indi artıq heç bir iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərdi ki, hazırda atası Zərərçəkmiş şəxs, anası X6, qardaşı Fikrət və iki azyaşlı qızları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla atası uşaqlıq dostu olmuşlar. O, 2015-ci ildə Təqsirləndirilən şəxs oğlu Şahid2 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Elvinlə ailə qurduqdan sonra təxminən 2017-ci ilədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnovka, bağ evləri 991 A ünvanında qaynanası Şahid1 məxsus fərdi yaşayış evində yaşamağa başlamışlar. 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayına kimi Elvin hərbi xidmətdə olmuşdur. Elvin hərbi xidmətdən qayıtdıqdan sonra o, iki azyaşlı övladı, Elvin, nənəsi və babası ilə birlikdə Ağsu rayonunda kirayə evdə yaşamağa başlamışlar. Elvinlə ailə qurduqdan təxminən 3 ay sonra ailədə ona qarşı olan münasibətlər pisləşmişdir. O, 2022-ci ilin oktyabr ayında boşanma üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. 12 aprel 2023-cü ildə isə Sabunçu Rayon İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik komissiyası”na qızlarının atasında, yoxsa onda qalmalarını müəyyən etmək məqsədi ilə iclasa dəvət edilmişdir. Buna görə də o, atası ilə birlikdə saat təxminən 16:20-də Sabunçu Rayon İcra Hakimiyyətinin binasına yaxınlaşmışlar. Daha sonra o, vəkili ilə birlikdə binaya daxil olmuş, atası isə sənədlərin surətini çıxarmaq məqsədi ilə oradan uzaqlaşmışdır. Atası getdikdən təxminən 3-4 dəqiqə sonra əvvəlcə Elvin, daha sonra isə övladları və qaynanası Şahid1 içəri daxil olmuşdur. 05 fevral 2023-cü ildə Elvin qızları ilə bir günlük vaxt keçirmək üçün ondan icazə almış, o da həm Elvinin ata olduğu, həm də Təqsirləndirilən şəxs böyük hörməti olduğu üçün qızlarının onunla getməsinə razılıq vermişdir, amma sonradan Elvin qızlarını geri qaytarmamışdır. 12 aprel 2023-cü ildə komissiya iclası təşkil edilmiş və oradakı şəxslərin hər biri dinlənilmiş, sonradan qızlarının anada, yəni onda qalmalı olduğunu bildirmişlər. Elvin bu qərarla razılaşmayaraq etiraz etmişdir. Bir neçə saniyə sonra onlar iclas zalından dəhlizə çıxmışlar. Həmin vaxt insanların qaçaqaçını görüb pəncərədən həyətə baxdıqda X21 maşınının həyətdə dayandığını görmüşdür. Bundan sonra vəkilindən həyətə çıxıb nə baş verdiyini öyrənməsini xahiş etmişdir. Həmin vaxt orada olan qadınlardan biri qaynatasının avtomobillə vurduğunu demişdir. O, dərhal həyətə çıxıb X21 maşınına doğru getmişdir. Həmin vaxt atasını başı sarıqlı vəziyyətdə X21 maşının içərisində görmüşdür. Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının yanında dayanmışdır. Hadisənin baş verdiyi ərazidə isə insanlar toplaşmışdır. Artıq qardaşı Əlimurad da oraya gəldiyi üçün o, binanın içərisinə daxil olmuşdur. Həmin vaxt Elvin də içəri daxil olmuş və orada onunla mübahisə etməyə başlamışdır. Komissiya üzvləri ona dəhlizdə gözləməyini xahiş etmişlər. Atası ilə Təqsirləndirilən şəxs arasında münasibətlər çox yaxşı olmuşdur. Onun Elvindən boşanma ilə bağlı məhkəməyə müraciət etməsindən sonra mübahisə yaranmışdır. Boşanma ilə bağlı müraciətdən sonra artıq əmlak bölgüsü ilə bağlı məsələ də ortaya çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs isə atasının uşaqlıq dostu kimi tanımışdır. Atası ilə Təqsirləndirilən şəxs 3-cü sinifdən etibarən eyni məktəbdə, eyni sinifdə təhsil almışlar, birlikdə böyümüşlər. Əvvəllər aralarında çox yaxşı, mehriban dostluq münasibəti olmuşdur. 2015-ci ildə Raufun oğlu Şahid2 ilə bacısı Sumuzər ailə həyatı qurmuşlar. Təxminən 2018ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşamağa başlamışlar. 2018-ci ildən isə Elvin və Sumuzər Ağsu rayonunda yaşamağa davam etmişlər. Təxminən 2020-ci ildə Elvin Sumuzərlə ailə məişət zəminində mübahisə edərək vurub onun burnunu sındırmışdır. Həmin vaxt isə hər ikisi Ağsu rayonunda kirayə mənzildə yaşamışlar. Ona görə də atası gedib Sumuzəri rayondakı evə gətirmişdir. Daha sonra Raufla bu barədə söhbət edib, oğlu Elvinin etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. 20 sentyabr 2022-ci ildə isə Elvin yenidən Sumuzərə qarşı zorakılıq tətbiq etmişdir. Bu barədə məlumatı olan kimi atası dərhal gedib Sumuzəri azyaşlı qızları ilə birlikdə öz yaşadıqları evə gətirmişdir. 2022-ci ilin oktyabr ayında isə Sumuzər boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. 12 aprel 2023-cü ildə Sabunçu Rayon İcra Hakimiyyətinin “Qəyyumluq və himayəçilik komissiyasına”da uşaqların Şahid2 yoxsa Sumuzərdə qalmalarını müəyyən etmək məqsədi ilə Sumuzəri iclasa dəvət etmişlər. Ona görə də atası Sumuzərlə birlikdə həmin Sabunçu Rayon İcra Hakimiyyətinə getmişdir. Səhər saatlarında atası ilə telefonla danışdığı zaman atası hazırda Sabunçu Rayon İcra Hakimiyyətində olduqlarını bildirmiş, o da bir müddət sonra özünün də ora gələcəyini bildirmişdir. Təxminən hadisədən 10 dəqiqə sonra o, Sabunçu Rayon İcra Hakimiyyətinin olduğu əraziyə yaxınlaşdıqda ətrafa insanların toplaşdığını və X21 avtomobilinin gözlədiyini görmüşdür. Həmin vaxt bacısı Sumuzər də avtomobilin yanında dayanmışdır. X21 avtomobilinə yaxınlaşıb içəri baxdıqda atasının üz-gözü qan içərisində oturduğunu, həkimlərin isə ona tibbi yardım göstərdiyini görmüşdür. Bundan sonra bacısından nə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs əvvəlcə atasını döyərək zorakılıq tətbiq etdiyini, sonradan idarə etdiyi avtomobillə vurduğunu bilmişdir. O, X21la atasını X12 aparmış, orada atasına ilkin tibbi yardım göstərilmişdir. Sonradan isə atasını Xırdalan qəsəbəsindəki evinə aparmışdır. Evdə olarkən atasının səhhətində ağırlaşma yaranmış, ona görə də onu 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmalı olmuşlar, orada isə atası müayinələrdən keçərək müalicə almışdır. Ailələr arasında olan münasibətlərin korlanmasına əsas səbəb Şahid2 əmlakları üzərinə həbs qoyulması və Sumuzərin boşandığı üçün Elvinlə aralarında əmlak bölgüsünün yaranması olmuşdur. Atası ilə Təqsirləndirilən şəxs arasında əvvəllər münasibətlər çox yaxşı olmuş, nəinki tək onlar arasında, hətta ailələr arasında belə münasibətlər yaxşı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Sabunçu rayon İcra hakimiyyətində komendant işləyir. Hadisə baş verən gün binanın arxa tərəfində yerləşən avtomobillərin dayanacağına keçmişdir. Birdən səs eşidib həmin istiqamətdə getmiş, avtomobilin zərərçəkmiş şəxsə dəydiyini görmüş və X18 zəng etmişdir. Şahid5 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, avtomobil əvvəlcə dayanacaqda dayanmış, sonra avtomobil hərəkət edərək şlaqbaumu keçmək istəmişdir. Maşının zərərçəkmiş şəxsə necə dəydiyini görməmişdir, səs gəldiyi üçün həmin tərəfə gedəndə artıq hadisə baş vermişdi. Hadisədən sonra qudalar arasında qəyyumluq söhbəti olduğunu bilmişdir. Maşının şəxsi vurma anını görməmişdir. O, çatanda zərərçəkmiş şəxsi yerdə uzanıqlı görmüşdür. Sürücü maşından düşüb gəlmiş, həmin an təşviş içində, həyəcanlı vəziyyətdə olmuşdur. Ətrafdakı adamlar zərərçəkmiş şəxsə su gətirmiş, o da yerdən qalxıb əl-üzünü yumuş, sonra onu X21 maşını aparmışdır. Sürücü zərərçəkmiş şəxsi qəsdən vursaydı həmin vaxt əsəbi olardı. Lakin sürücü təşviş içində olmuşdur. Bu səbəbdən onun qənaətinə görə sürücünün həmin şəxsi qəsdən vurmaq fikri olmamışdır. Şahid5 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə vermiş, mühafizə məntəqəsinin yaxınlığında bir nəfər əvvəllər tanımadığı kök bədən quruluşlu kişi cinsli şəxsin dayandığını gördüyünü, bu vaxt dayanacaqda olan avtomobillərdən birinin hərəkətə başladığını hiss etdiyini, ona görə də həmin avtomobilə yol vermək üçün kənara çəkilərək yavaş-yavaş hərəkət etməyə başladığını, məlum hadisədən sonra yerdə uzanıqlı vəziyyətdə olan, adının sonradan Babək olduğunu bildiyi şəxsin yanına doğru gəldiyini, yerə yıxılmış Babək adlı şəxsin hər hansı bir ağrı hiss etmədiyini dediyini göstərmişdir (cild 3, iş vərəqə 161-164). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Sabunçu Rayon İcra Hakimiyyətində sürücü işləyir. Sürücü otağı binanın arxa tərəfindədir. Məlum hadisə baş verən gün o, sürücü otağından çıxıb avtomobili dayanan yerə, dayanacağın çıxışı tərəfə getmişdir. Həmin vaxt iki nəfər hündürdən danışmış, amma onların nə danışdığına fikir verməmişdir. O, avtomobilinin yanına çatdıqdan sonra adını sonradan bildiyi Babək olduğu yerdə qalmış, adını sonradan bildiyi Rauf isə dayanacağın çıxışı tərəfə getmişdir. X19 yenidən yüksək səslə danışıb mübahisə etdiklərini görmüş, o və bir nəfər başqa şəxs yaxınlaşıb onları aralamışlar. Raufdan nə baş verdiyini soruşduqda sonuncu qudasının onun əmlakını mənimsədiyini, indi də nəvələrinin qəyyumluğu üçün gəldiyini demişdir. Rauf onunla birlikdə avtomobilinin yanına getmiş, Babək isə hələ də hündürdən Raufu söyməkdə, nalayiq ifadələr işlətməkdə davam etmişdir. Babək həm də “sənin nəyin var əlindən alacam, gör neyniyəcəm” demişdir. Bundan sonra Raufa zəng gəlmiş, Rauf öz maşını tərəfə, o da öz maşını tərəfə getmişdir. O, mühafizəçi köşkünün yanına çatanda səs eşitmiş, səs gələn istiqamətə gedəndə Babəkin yerdə uzandığını görmüşdür. Həmin vaxt Orxan və başqa adamlar da hadisə yerinə gəlmişlər. Rauf Babəkə yardım etmək üçün maşından nəsə gətirmiş, sonra X21 maşını və polis əməkdaşları gəlmişdir. Hadisə zamanı Rauf yox, zərərçəkmiş şəxs söyüş söymüşdür. O, avtomobili şəxsi vurduğu anı görməmişdir. Hadisə baş verəndən sonra Rauf əsəbi deyil, şok vəziyyətində olmuşdur. Şahid6 ibtidai istintaq zamanı oxşar məzmunlu ifadə verərək mübahisə anı və digər xüsusatlarla bağlı həm də göstərmişdir ki, qəbul şöbəsinin qarşısında dayanmış iki şəxsin bir nəfər tərəfindən aralaşdırıldığını görəndən sonra o da bu şəxslərə yaxınlaşmış, dalaşanlardan hündür boy, üzündə saqqal olan şəxsi - Təqsirləndirilən şəxs ərazidən uzaqlaşdırmağa çalışmışdır. Rauf da çox təmkinli şəkildə boyda biraz alçaq və kök bədən quruluşlu şəxsdən - Zərərçəkmiş şəxs uzaqlaşmışdır. Həmin vaxt isə qeyd etdiyi boydan kiçik və kök bədən quruluşlu şəxs üzündə saqqal olan şəxsə qarşı hazırda xatırlamadığı ağır nalayiq ifadələr işlədib, Göyçayda başına oyun açacağını, onu biabır edəcəyini demişdir. Yanında dayandığı üzü saqqallı şəxs isə “artıq hər kəsin onu tanıdığını, heç bir yerdə hörmətinin qalmadığını, şərəfsiz olduğunu” demişdir. Daha sonra yanında dayandığı şəxsdən nə baş verdiyini soruşduqda, həmin şəxs ona dalaşdığı kök bədən quruluşlu şəxslə quda olduqlarını, sonuncunun əvvəlcə var-dövlətini əlindən aldığını, indi isə övladının ailəsini dağıtdığını bildirmişdir. Bir neçə saniyə sonra isə kök bədən quruluşlu şəxs yenidən ağır formada nalayiq ifadələr işlədə-işlədə yanında dayandığı, hündür boy və üzü saqqalı şəxsə yaxınlaşıb yenidən dalaşmaq istəmiş, o da yenidən hər iki şəxsin arasına girərək ayırmışdır. Daha sonra isə yenidən adının sonradan Rauf olduğunu bildiyi üzündə saqqal olan hündürboy şəxslə danışmağa başlamışdır. Həmin vaxt Rauf adlı şəxs təmkinli şəkildə qudasının etdiyi hərəkətlərin düzgün olmadığını, var-dövlətə görə övladlarının ailəsini dağıtdığını, dostluğuna sadiq olmadığını bildirmişdir. Bir neçə saniyə sonra isə Rauf adlı şəxsə zəng gəlmiş, sonuncu cibindən mobil telefonunu çıxardıb hər şeyin qaydasında olduğunu, narahatlığa səbəb olmadığını, “xətadan bəladan uzaq olmaq üçün” ərazidən uzaqlaşdığını deyib parklanma sahəsində olan ağ rəngli “Ford” markalı, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşmişdir. O isə Raufun ərazidən uzaqlaşmaq istədiyini görüb sürücüsü olduğu avtomobilin yanına getmişdir. Təqsirləndirilən şəxs nəinki Zərərçəkmiş şəxs öldürmək istəməsi ilə bağlı hər hansı söz işlətmiş, əksinə, təmkinli davranaraq mübahisənin tezliklə yekunlaşmasını istəmişdir. Həmin vaxt artıq İcra Hakimiyyətində komendant vəzifəsində işləyən Orxan adlı şəxs də yanlarına yaxınlaşmışdır. Həmçinin həmin vaxt yanlarında hazırda xatırlamadığı bir nəfər kişi cinsli şəxs də dayanmışdır. Orxan onların yanına çatar-çatmaz Rauf adlı şəxsin avtomobillə parklanma sahəsindən çıxıb orada quraşdırılmış mühafizə məntəqəsinə dəydiyini görmüşdür. Əvvəlcə nə baş verdiyini anlamamış, çünki adının sonradan Babək olduğunu bildiyi, kök bədən quruluşlu şəxsi görməmişdir. Sonradan avtomobilə tərəf yaxınlaşdıqda Babək adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə dayandığını görmüşdür. Rauf da avtomobili dərhal saxlayıb Babəkin yanına qaçmış, sanki nə baş verdiyini anlamamışdır. Raufdan nə etdiyini soruşduqda əllərini havaya qaldırıb bir söz deməmişdir. Daha sonra Rauf adlı şəxs avtomobilə əyləşib bir qədər irəli sürərək kənarda saxlamış, sonra yenidən yerdə uzanıqlı vəziyyətdə olan, adının sonradan Babək olduğunu bildiyi şəxsin yanına doğru gəlmişdir. Həmin vaxt Babək adlı şəxs yana doğru çevirilib ayağa qalxmaq istəmiş, o isə ətrafda olan şəxslərlə birlikdə ayağa qalxmamasını, X18 məlumat verdiklərini izah etmişdir. Babək adlı şəxs isə ayağa qalxmaq istədiyini, hər hansı bir ağrı hiss etmədiyini demiş, bundan sonra o dərhal sürücüsü olduğu avtomobilə tərəf qaçaraq Babəkə vermək üçün su gətirməyə getmişdir. Suyu gətirib verdikdən sonra yenidən sürücüsü olduğu avtomobilə doğru hərəkət edib avtomobilin arxa yük yerini bağlamış və yenidən geri qayıtmışdır. Rauf adlı şəxs isə ətrafda gəzişmiş, sonuncudan nə etdiyini soruşduqda ehtiyatsızlıq etdiyini, Babəki vurmaq istəmədiyini, nəvələrinin babası olduğunu demişdir. Hadisədən sonra bilmişdir ki, həmin şəxslər bir-biriləri ilə quda olmuş, hadisənin baş verdiyi gün də qəyyumluq və himayəçilik komissiyasında iştirak üçün gəlmişlər (cild 3, iş vərəqə 217-221). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər bir-birlərinə qarşı eyni ifadələri vermişlər (cild 1, iş vərəqə 109-113). Baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ərazi ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon İcra Hakmiyyətinin inzibati binasının arxa tərəfində yerləşən avtomobil dayanacağıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 72-82). Avtomobilə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, **-EZ-*** dövlət qeydiyyat nişanlı, “X20” markalı, ağ rəngli avtomobil hadisə zamanı, yəni 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən idarə olunmuşdur. Baxış zamanı avtomobilin sağ tərəfində, əsasən də sağ ön qapıda sürtülmüş və əzilmiş zədələr aşkar olunmuş, avtomobilin sağ yan güzgüsünün çatlayıb öz yuvasından çıxaraq sallandığı, sağ yan ön qapının tutacaq hissəsinin bir qisminin zədələndiyi, habelə avtomobilin alın şüşəsinin sağ tərəfində də zədələr olduğu müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 83-92). Məhkəmə-tibbi ekspertizasının 29 aprel 2023-cü il tarixli 756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ağrı simptomu və əl barmaqlarında qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əl-mil-bilək oynağı nahiyəsinin dərialtı hematoması, döş qəfəsi və sol diz oynağı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 2, iş vərəqə 214-216). Məhkəmə-tibbi ekspertizasının 03 may 2023-cü il tarixli 758 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin silkələnməsi, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən az yerdəyişmə ilə sınığı, ənsə nahiyəsinin kiçik ölçülü dərialtı hematoması-sıyrığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyəsinin dərialtı hematoması, burunun sıyrığı, sağ gözyuvası, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2023cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Avtomobil təkərinin onun bədəni üzərindən keçməsinə xarakterik xəsarət müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qısa zaman çərçivəsində yetirildiyindən, eləcə də hadisə şəraiti geniş təsvir olunmadığından, xəsarətin törənmə ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs avtomobillə vurularkən avtomobilə münasibətdə ayaqüstü, yarımoturaq vəziyyətdə ola bilərdi. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (cild 2, iş vərəqə 219-221). Məhkəmə-genetik ekspertizasının 12 may 2023-cü il tarixli 23/359R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd tampon üzərində olan qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. Həmin qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla) (cild 3, iş vərəqə 03-06). Baxış keçirilməsi haqqında 19 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:21:48-də Zərərçəkmiş şəxs yolun əks istiqamətindən üzü İcra Hakimiyyəti istiqamətinə piyada hərəkət etdiyi, eyni zamanda mobil telefon vasitəsi ilə danışdığı görünür. Habelə Zərərçəkmiş şəxs saat 16:22:07-də artıq icra hakimiyyəti inzibati binasının həyətinə daxil olduğu, 16:22:11-də Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Ford Tourneo” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks tərəfindən sola doğru dönərək İcra Hakimiyyəti inzibati binası istiqamətdə hərəkət etdiyi, 16:22:24-də Zərərçəkmiş şəxs inzibati binanın həyətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobillə inzibati binanın həyətinə daxil olduğu, daha sonra 16:23:07-də Təqsirləndirilən şəxs avtomobili arxası icra hakimiyyəti inzibati binasının arxa divarına doğru şəkildə saxlayıb idarəetməni dayandıraraq avtomobildən endiyi və Zərərçəkmiş şəxs dayandığı yerə yaxınlaşıb əl verib salamlaşdığı görünür. Bundan başqa, saat 16:23:24-dən 16:27:30-a kimi Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında qarşılıqlı söhbət olduğu, 16:27:31-də Zərərçəkmiş şəxs artıq söhbəti yekunlaşdırıb Təqsirləndirilən şəxs uzaqlaşaraq icra hakimiyyəti inzibati binasının çıxışına doğru hərəkət edib yerdə ağ rəngli boya ilə çəkilmiş şərti işarənin qarşısında dayandığı, 16:28:44-də Təqsirləndirilən şəxs dayandığı yerdən hərəkət edərək Zərərçəkmiş şəxs olduğu yerə doğru piyada gəlib üzbəüz dayandıqları və saat 16:28:55-dən 16:29:07-ə kimi hər iki şəxsin arasında qarşılıqlı danışıq olduğu görünür. Saat 16:29:08-də Təqsirləndirilən şəxs sol ayağın diz nahiyəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurması, daha sonra sağ yumruğu ilə üz nahiyəsindən bir dəfə yumruq zərbəsi endirməsi və hər iki şəxs arasında qarşılıqlı mübarizənin başlanması aşkar edilir. Saat 16:29:12-də Zərərçəkmiş şəxs sağ yumruğu ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə yumruq zərbəsi vurması, daha sonra isə Təqsirləndirilən şəxs sağ yumruğu ilə Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə zərbələr endirməyə davam etdiyi, 16:29:15-də isə Zərərçəkmiş şəxs sağ yumruğu ilə bir daha Təqsirləndirilən şəxs üz nahiyəsindən yumruq zərbəsi vurduğu, daha sonra sonuncunun dizi üstə yerə yıxıldığı aşkar edilir. Bu zaman Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbə endirdiyi, bundan sonra hər iki şəxsin qarşılıqlı olaraq yumruqları ilə bir-birinə zərbələr endirməyə davam etdiyi, saat 16:29:27də isə artıq icra hakimiyyəti inzibati binasının xaricindəki səki ilə hərəkətdə olan eynəkli, qara köynək, qara şalvarlı kişi cinsli şəxsin onların arasındakı qarşılıqlı mübahisəni görüb dərhal qaçaraq yaxınlaşıb ayırdığı, binanın həyətində olan kişi cinsli şəxslərdən birinin də dərhal onlara yaxınlaşıb Təqsirləndirilən şəxs saxladığı, digər eynəkli şəxsin isə Zərərçəkmiş şəxs qarşısında dayanıb onu saxladığı görünür. Həmin an isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinə aqressiv şəkildə nələrsə dedikləri müşahidə edilir. Bir müddət sonra hər iki şəxs də bir-birindən uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs yenidən aqressiv şəkildə Təqsirləndirilən şəxs dayandığı yerə doğru hərəkət etməyə başlayır, lakin sonuncunun yanında dayanmış şəxs onun Təqsirləndirilən şəxs yaxınlaşmasına əli ilə mane olur, Zərərçəkmiş şəxs isə aqressiv şəkildə nələrsə deyərək əl hərəkətləri ilə işarələr edib yenidən oradan uzaqlaşaraq icra hakimiyyəti inzibati binasının arxa həyətində çıxışdakı ağ rəngli mühafizə məntəqəsinin tinində, yerdə ağ rəngli boya ilə çəkilmiş şərti işarə üzərində dayanır. Saat 16:31:36-də Təqsirləndirilən şəxs əynində olan pencəyinin sağ yan cibindən telefona bənzər predmeti çıxardıb idarə etdiyi ağ rəngli, “Ford Tourneo” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşir və saat 16:31:56-da icra hakimiyyəti inzibati binasının mühafizə köşkü olan çıxış hissəsinə doğru sürətlə hərəkət edir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin onun üzərinə doğru gəldiyini hiss edərək özünü mühafizə köşkü istiqamətində yana tərəfə atdığı anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ ön qanad nahiyəsi Zərərçəkmiş şəxs dəyir və bunun təsirindən sonuncu arxası üstə yerə yıxılır. Təqsirləndirilən şəxs dərhal avtomobili saxlayıb yerə enərək Zərərçəkmiş şəxs doğru piyada hərəkət etməyə başlayır. Həmin an artıq hadisənin şahidi olan və istintaqa məlum olmayan şəxslər oraya yaxınlaşır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşir və bir neçə metr hərəkət edib icra hakimiyyəti inzibati binasının xaricində olan avtomobil dayanacağında saxlayaraq yerə enir. Eyni zamanda yolun əks istiqamətindən üzü icra hakimiyyəti binasına doğru hərəkətdə olan ağ rəngli, “Hyundai” markalı kamerada göründüyü qədəri ilə **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil də Təqsirləndirilən şəxs avtomobilini saxladığı dayanacaqda dayanır. Əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə qeyd edilən “Hyundai” markalı avtomobildəki şəxsiyyəti istintaqa məlum olmayan qadın cinsli şəxs enərək Zərərçəkmiş şəxs doğru hərəkət etməyə başlayırlar. Saat 16:32:41-də isə artıq Zərərçəkmiş şəxs yerdə arxası üstə uzanıqlı vəziyyətdə hərəkət etməyə başlayır. Əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra həmin qadın cinsli şəxs ona yaxınlaşır, lakin artıq Zərərçəkmiş şəxs ətrafında istintaqa məlum olmayan şəxslər toplaşır. Təqsirləndirilən şəxs sonra yenidən öz avtomobilinə doğru hərəkət edir, həmin vaxt isə “Hyundai” markalı avtomobildən düşən qadına nəsə deyir. Rauf öz avtomobilinin qapısını açıb salona göz gəzdirdikən sonra “Hyundai” markalı avtomobildən düşən qadın idarə etdiyi avtomobilin arxa yük yerini açıb içəridən azyaşlı uşaq oturması üçün nəzərdə tutulmuş oturacağı yerindən çıxardaraq Təqsirləndirilən şəxs verir, sonuncu da dərhal oturacağı Zərərçəkmiş şəxs tərəf aparır, lakin sonuncunun yarıoturaqlı vəziyyətdə olduğunu görüb, həmin uşaq oturacağını şəxsiyyəti istintaqa məlum olmayan qeyd edilən qadına geri qaytarır. Saat 16:35:40-da isə “Hyundai” markalı avtomobili idarə edən istintaqa məlum olmayan qadın həmin avtomobillə ərazidən uzaqlaşır. Saat 16:36:04-də isə Zərərçəkmiş şəxs ayağa qalxır. Həmin müddət ərzində isə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerdə piyada gəzişir. Saat 16:39:19-da isə hadisə yerinə artıq X21 əməkdaşları gəlir və Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərib onu gəldikləri avtomobilə əyləşdirirlər. Saat 16:41:34-də isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə doğru hərəkət edir, həmin vaxt arxadan onu icra hakimiyyəti inzibati binasının həyətindən çıxan polis əməkdaşı səsləyərək nə isə deyir. Həmin vaxt isə Təqsirləndirilən şəxs geri qayıdaraq həmin polis əməkdaşı ilə binanın həyətinə geri qayıdır. Saat 16:44:57-də hadisə yerinə polis əməkdaşları yaxınlaşır. 16:49:55-də isə artıq Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə hadisə yerindən uzaqlaşır. 16:50:39-da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil polis əməkdaşlarının biri tərəfindən ərazidən uzaqlaşdırılır. 16:56:27-də isə Zərərçəkmiş şəxs hadisə yerindən TTY avtomobili ilə aparılır (cild 3, iş vərəqə 10-23). Məhkəmə-tibb ekspertizasının 13 iyun 2023-cü il tarixli 07/758 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin silkələnməsi, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən az yerdəyişmə ilə sınığı, ənsə nahiyəsinin kiçik ölçülü dərialtı hematoması-sıyrığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyəsinin dərialtı hematoması, burunun sıyrığı, sağ gözyuvası, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2023cü il tarixə və şəraitə uyğun gəlir. Dərəcələrinə görə - baş beyin silkələnməsi, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən az yerdəyişmə ilə sınığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, ənsə nahiyəsinin kiçik ölçülü dərialtı hematoması-sıyrığı, burunun sıyrığı, sağ gözyuvası, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə, lokalizasiyasına, qərarın təsviri hissəsində göstərilənlərə və videogörüntüyə əsasən demək olar ki, yuxanda qeyd edilən xəsarətlərdən baş beyin silkələnməsi, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, burun sümüyünün az yerdəyişmə ilə sınığı, burunun sıyrığı və sağ gözyuvasının qançırı baş vermiş mübahisə zəmnində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq zərbələri ilə vurması, digər xəsarətlər - ənsə nahiyəsinin kiçik ölçülü hematoması-sıyrığı, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları isə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurularaq asfalt döşəməyə çırpılma nəticəsində törənə bilərdilər (cild 4, iş vərəqə 03-06). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının 26 may 2023-cü il tarixli 1470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məhkəmə- istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, çılğınlıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 4, iş vərəqə 08-12). Kompleks məhkəmə əmtəəşünaslıq və trasoloji ekspertizasının 3/692; 9/2997; 10/2997 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Təqsirləndirilən şəxs məxsus köynəyin üzərindəki zədələr fiziki qüvvənin təsirindən yarana bilən qopma zədələridir. Digər geyim əşyaları üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Təqdim edilmiş “X20" markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qapıda, arxa sağ qapıda, qabaq sağ farada, sağ yan güzgüdə) olan zədələr hər hansı bərk predmetlə, o cümlədən İcra hakimiyyətinin inzibati binasının həyətində olan mühafizə otağına doğru istiqamətlənərək kontakda olması nəticəsində yarana bilər. Təqdim edilmiş İcra hakimiyyətinin inzibati binasının həyətində yerləşən mühafizəçi otağının üzərində olan zədələr hər hansı bərk predmetlə, o cümlədən nəqliyyat vasitəsinin təsiri nəticəsində yarana bilər. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş predmetlərin üzərində olan zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyildir; - ekspertizaya tədqiqata təqdim edilmiş “Red Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı “X20” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin aprel ayına olan təmir-bərpa xərci təxminən 500,00 müəyyən edilir. 2019-cu il buraxılışlı “X20" markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 21000,00 manat müəyyən olunur. Təqdim edilmiş ağ rəngli 01 ədəd mühafizəçi otağının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1500,00 manat, yan hissəsinə dəymiş zərər təxminən 150,00 manat müəyyən edilir (cild 4, iş vərəqə 14-20). Məhkəmə lifli materialların tədqiqi ekspertizasının 18 may 2023-cü il tarixli 6/2400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında bir-birilərinə məxsus lif mikrohissəcikləri olmadığından geyim əşyalarının qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir (cild 4, iş vərəqə 38-42). Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 197). Ağsu şəhəri İcra Hakimiyyəti Başçısının Ağsu şəhəri inzbati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 3, iş vərəqə 49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 05 may 2023-cü il tarixli 6603 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 3, iş vərəqə 84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 05 iyun 2023-cü il tarixli xx/xx-6124 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 3, iş vərəqə 210). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şahid2 və X5 xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 164-165). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadından görünür ki, Şahid2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişyovka – 2 bağ sahəsi, 909 nömrəli bağın torpaq sahəsinin 0.07 ha hissəsi, Kürdəmir rayonu, Bala Kəngərli kəndində yerləşən 2.3 ha torpaq sahəsi, Ağsu rayonu, Hacısəmədli kəndində yerləşən 3.6 ha torpaq sahəsi, Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən 0.06 ha sahəsi (reyestr nömrəsi 4Ə-120), Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən 0.06 ha sahəsi (reyestr nömrəsi 4Ə-234), Ağsu rayonu, Qaraqaşlı kəndində, Ağsu-Kürdəmir yolunun sol kənarında yerləşən 42.4 kv.m olan qeyri-yaşayış binası, “QAZ SAZ” 33072 markalı, **-SK- *** dövlət qeydiyyat nişanlı yük avtomobili, “SAZ 3507” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulmuşdur (cild 1, iş vərəqə 190-192). “Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müayinə olunmuş və “Depressiv vəziyyət” diaqnozu qoyularaq ona 3 aylıq müalicə təyin edilmişdir (cild 4, iş vərəqə 222). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 217). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, məhkəmənin icraatında olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Məhkəmə qeyd edir ki, baş vermiş hadisə ilə bağlı toplanmış ilkin materialların əsasında ibtidai istintaq orqanı – Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin qərarda da faktla əlaqədar toplanmış materialda məhz bu maddədə nəzərdə tutulmuş cinayət tərkibinin müəyyən olunduğu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə avtomobil sürərək xəsarət yetirdiyi vurğulanmışdır. İlkin materialda toplanmış sənədlərdə də ayrı-ayrılıqda məhz xuliqanlıq cinayətinin törədilməsi ilə bağlı xüsusatlar əksini tapmışdır. Belə ki, Sabuncu rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli raport da bu məzmundadır. Əmrahov X9 rayon Polis İdarəsinə ünvanladığı eyni tarixli ərizəsində də Təqsirləndirilən şəxs onu yumruqla vurduqdan sonra avtomobili onun üstünə sürərək xəsarət yetirməsini bildirmişdir (cild 1, iş vərəqə 1, 4-5). Hadisə ilə bağlı Təqsirləndirilən şəxs müfəssəl izahatı alındıqdan sonra isə o məhz Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Şübhəli şəxs qismində tutulma barədə qərarda və protokolda da eyni mövqe ifadə olunmuşdur (cild 1, iş vərəqə 11, 20). Təqsirləndirilən şəxs həm ilkin izahatında, həm də şübhəli şəxs qismində ilkin mərhələdə verdiyi ifadələrində dayanacaqdan sürətlə çıxardığı üçün avtomobili sağa döndərdiyi zaman, Babəkin də yolun solundan sağına doğru qaçarkən, məhz avtomobilin sürətinin çox olması səbəbindən avtomobilin sağ hissəsinin sonuncuya dəydiyini bildirmişdir (cild 1, iş vərəqə 6-9, 27-31). Həm mülki iş üzrə zərərçəkmişin ailə üzvünün nümayəndəsi qismində, həm də hazırkı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmiş vəkil Nümayəndə1 da daxili işlər orqanlarına eyni tarixdə müraciət edərək Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs döyməsi nəticəsində xəsarət almasını göstərmişdir (cild 1, iş vərəqə 32-34). İlkin mərhələdə əldə olunmuş məhz sadalanan sübutların mövcudluğu şəraitində müstəntiq tərəfindən əməl cəmi bir gün sonra Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilmiş, cinayət işi aidiyyəti üzrə prokurorluq orqanına göndərilmişdir (cild 1, iş vərəqə 35, 37). Halbuki, məhz həmin əməlin törədilməsinin təsdiqinə yönəlmiş hər hansı sübut mövcud deyildi. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyən edilmişdir ki, dayanacaqda olan mühafizəçi məntəqəsinin tinində sürtünməyə xarakterik izlər vardır və bu zədələr Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə sürtünmə nəticəsində yaranmışdır (cild 1, iş vərəqə 72-82). Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı da eyni xüsusatlar müəyyən olunmuşdur (cild 1, iş vərəqə 83-92). 14 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan edilmişdir. Həmin əməli törətməkdə özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə də eyni mövqeni ifadə etmiş, heç bir əməl törətmədiyini, Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, onların arasında olan mübahisənin ailə məişət problemləri üzərində yarandığını bildirmişdir (cild 1, iş vərəqə 101-107, 134-137). İbtidai istintaqın son mərhələsində isə ona Cinayət Məcəlləsinin 29,120.1-ci və 128-ci maddələri ilə yekun ittiham irəli sürülmüşdür. Həmin yekun ittihamda ibtidai istintaq orqanı tərəfindən israr edilmişdir ki, “əvvəlcədən övladının boşanmasında və nəticədə iki ailə arasında mülki mübahisələrinin yaranmasında səbəbkar olduğunu düşündüyü qudası Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 56 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti inzibati binasının arxasında olan avtomobil dayanacaq sahəsində təsadüfən qarşılaşarkən sonuncu ilə mübahisə edərək nalayiq ifadələr işlədib, daha sonra Zərərçəkmiş şəxs ona cavab qaytarmasını özünə təhqir kimi qəbul edib hiddətlənərək söz-söhbətə son qoymaqdan ötrü ilk öncə ayaq nahiyəsinə təpik, daha sonra isə baş və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib baş beyin silkələnməsi, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvası ətrafı nahiyənin dərialtı hematoması, burun sümüyünün az yerdəyişmə ilə sınığı, burunun sıyrığı və sağ gözyuvasının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuş, bir müddət sonra aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlib qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaq üçün həmin dayanacaqda park etdiyi, istifadəsində olan “Ford Tourneo” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək yüksək sürətlə qəsdən sonuncunun üzərinə sürüb vurmaqla asfalt örtük üzərinə yıxaraq ənsə nahiyəsinin kiçik ölçülü hematoması-sıyrığı, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra, ətrafa xeyli sayda insanların toplaşması səbəbindən növbəti cinayətkar hərəkətləri etmək imkanından məhrum olsa da, sonuncunun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn etmiş, lakin zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərilib həyatı xilas olduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir ”. Hadisə ilə bağlı mövcud sübutlar məcmusu və işin faktiki halları təqsirləndirilən şəxsin zərərçəkmişi öldürməyə cəhd etməsi ilə bağlı ibtidai istintaq orqanının qənaətini tam təkzib edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək, yəni qəsdən həyatdan məhrum etmək niyyətini təsdiq edən heç bir sübut müəyyən edilmədi. Əksinə, ibtidai istintaq orqanının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi kimi təqdim etdiyi şahid ifadələri, hətta zərərçəkmişin özünün ifadəsi ilə qeyd olunan ittiham təkzib olundu və təqsirləndirilən şəxsin avtomobillə törətdiyi əməlin Cinayət Məcəlləsinin yalnız 221.3-cü maddəsi ilə əhatə olunduğu qənaətini təsdiq etdi. Məhkəmə, həmin ifadələrin Təqsirləndirilən şəxs əməlinin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edən hissələrinin xüsusi vurğulanmasını zəruri hesab edir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən, ibtidai istintaq vaxtı ifadə verəndə acıqlı olduğunu qeyd edərək məhkəmədə verdiyi ifadəsinin əsas götürülməsini xahiş etdi. Məhz hadisə baş verən vaxt Təqsirləndirilən şəxs qarşı yaranmış acıqlı vəziyyətinin təsiri altında verdiyi üçün həmin ifadələrinin reallığı əks etdirmədiyi qənaətini ifadə edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öldürmək istəsə idi başqa formada və yaxud cəmiyyətin içində öldürməkdənsə təklikdə öldürə biləcəyini, hazırda dost kimi qaldıqlarını, barışdıqlarını, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Bu xüsusat üzrə məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı «acıqlı» vəziyyətdə verdiyi ifadəsində mövcud olan və Təqsirləndirilən şəxs öldürmə niyyətini ehtimal etməyə belə əsas verməyən məqamı qeyd edir. Belə ki, müstəntiq dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öldürmək niyyətinin olmaması ilə bağlı mövqeyini bildirmiş, həm də hadisənin videogörüntülərinə əsasən «Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə sizə toxunduqdan sonra siz yerə yıxılırsınız, o isə avtomobili saxlayıb düşür. Sizcə sizi öldürmək istəsə idi nə üçün avtomobili geriyə doğru hərəkət etdirib yenidən üzərinizdən keçməyibdir?» sualını vermişdir. Zərərçəkmiş şəxs faktiki həmin sualı tam subyektiv və dolğun olmayan şəkildə cavablandırmağa cəhd etmiş, həm də «ətrafda artıq insanların toplaşdığını gördüyü üçün Təqsirləndirilən şəxs əlavə olaraq hər hansı aktiv hərəkət etmədiyini» bildirir (cild 2, iş vərəqə 9). İfadənin bu hissəsi ilə bağlı qiymətləndirmə apararkən məhkəmə həm də onu nəzərə alır ki, zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində yıxıldıqdan sonra orada ona kimin yardım göstərdiyini, nə baş verdiyindən, ümumiyyətlə heç nədən xəbəri olmadığını qeyd etdi. Həm də mövcud videogörüntü, habelə şahidlərin ifadələri Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışı ilə bağlı tam başqa təsəvvür yaradır, habelə onun öldürmək niyyətinin mövcud ola biləcəyi halda bunu həyata keçirmək üçün hər hansı maneənin mövcud olmadığı qənaətini təsdiq edir. Həm də baş vermiş hadisədən dərhal sonra yaxınlıqda dayanmış tanımadığı qadın sürücüdən Zərərçəkmiş şəxs başının altına qoymaq üçün uşaq oturacağı alıb gətirən Təqsirləndirilən şəxs əslində gözlənilməz hadisədən şok vəziyyətə düşdüyü bildirilir. Şahid - Sabunçu rayon icra hakimiyyətində komendant işləyən Şahid5 avtomobilin zərərçəkmiş şəxsi vurma anını görmədiyini, sürücünün, yəni Təqsirləndirilən şəxs hadisədən dərhal sonra həmin an təşviş içində, həyəcanlı vəziyyətdə olduğunu, ətrafdakı adamların zərərçəkmiş şəxsə su gətirdiyini, sonuncunun da yerdən qalxıb əl-üzünü yuduğunu, onun qənaətinə görə hadisədən sonra təşviş içində olduğunu gördüyü Təqsirləndirilən şəxs zərərçəkmişi qəsdən vurmaq niyyətinin olmadığını bildirmişdir. Digər şahid - Sabunçu rayon İcra Hakimiyyətində sürücü işləyən Şahid6 Raufla Babəkin yüksək səslə danışıb mübahisə etdiklərini, başqa şəxsin yaxınlaşıb onları araladığını gördüyünü, Babəkin isə yenə də hündürdən Raufu söyüb nalayiq ifadələr işlətdiyini, avtomobilin zərərçəkmiş şəxsi vurduğu anı görmədiyini, hadisə baş verəndən sonra Raufun Babəkə yardım etmək üçün maşından nəsə gətirdiyini, Raufun hadisə baş verəndən sonra əsəbi deyil, şok vəziyyətində olduğunu bildirmişdir. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bu hadisəyə qədər əmlak mübahisəsi olmuş, Təqsirləndirilən şəxs məxsus olmuş daşınmaz əmlakın Zərərçəkmiş şəxs tərəfindən öz mülkiyyətinə götürməsi ilə bağlı real sənədləşmələr həyata keçirilmişdir. Bu məsələ aşkar olunduqdan sonra mübahisələrə məhkəmələrdə, polis orqanlarında baxılmış (cild 2, iş vərəqə 48-153), uşaqlıq dostları olan bu iki şəxsin övladlarının nikahının pozulması prosesi başlamışdır. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs övladların ailəsinin dağılmaması üçün həm də dostu olan qudası – Zərərçəkmiş şəxsla danışıqlar aparıb barışıq əldə etməyə çalışmış, hətta hadisə baş verən gün də mübahisədən əvvəl bu mövzuda danışıqlar aparılmışdır. Əmlakla bağlı mübahisənin isə hüquqi yolla araşdırılması üçün Təqsirləndirilən şəxs növbəti dəfə hadisədən bir neçə gün əvvəl – xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəsmi ərizələrlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Qeyd olunan hər iki ərizə hazırkı cinayət işi çərçivəsində araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir (cild 2, iş vərəqə 36-38). xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorun təqdimatına baxılarkən məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilmiş, ətraflı şərhi verilmiş və məhkəmə təqdimatı təmin etməyərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunması ilə bağlı qərar qəbul etmişdir. Prosessual əsaslarla yanaşı, məhkəmə maddi-hüquqi əsasları araşdıraraq bu qənaətə gəlmişdir ki, şəxsin ona istinad edilən cinayət əməlini törətməsi barədə şübhələr əsaslı deyildir, hazırkı halda cinayət təqibi üzrə toplanmış materiallar Təqsirləndirilən şəxs tərəfindən təqdimatda göstərilən cinayətin törədilməsinə kifayət qədər əsas vermir. Maddi-hüquqi əsaslarla bağlı hissədə gəlinmiş mövqe ilə bağlı əsaslandırılaraq həm də qeyd edilmişdir ki, «ilk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhddə təqsirləndirilir. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatmamanın mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Lakin hadisənin əks olunduğu videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə zamanı onun iradəsindən asılı olmayan səbəbdən qəsdi başa çatdırmasına mane olan hər hansı hal baş verməmiş, əksinə qəsdi başa çatdırma imkanı olmuşdur. Həmçinin, videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə baş verdikdən sonra onları tanımadıqları şəxs aralaşdırmış, Təqsirləndirilən şəxs bir qədər orada gözlədikdən sonra avtomobilinə əyləşərək sürətlə sürmüş, zərərçəkmiş şəxs avtomobilin sağ güzgüsünə dəyərək yerə yıxılmış, təqsirləndirilən şəxs avtomobili saxlayaraq yerə düşmüş, zərərçəkmiş şəxsə yardım etməyə cəhd etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli, 758 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs avtomobilin təkərinin onun bədəni üzərindən keçməsinə xarakterik xəsarət müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs yaranmış xəsarətlər sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən olunmuşdur. Beləliklə, hazırkı halda cinayət təqibi üzrə toplanmış materiallar Təqsirləndirilən şəxs tərəfindən təqdimatda göstərilən cinayətin törədilməsi ehtimalına kifayət qədər əsas vermir» (cild 3, iş vərəqə 228-236). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd olunan qərarından Sabunçu rayon prokuroru tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsində həmin protestə baxılmış və xx.xx.2023-cü il tarixli qərarla apellyasiya protesti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə təqdimatın təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası öz qərarında hüquqi məsələləri geniş şərh etmiş, həm də qeyd etmişdir ki, «məhkəmə kollegiyası cinayət işi materiallarını nəzərdən keçirərək hazırkı mərhələdə təqsirləndirilən şəxsin CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edən ilkin sübutların olmadığı qənaətinə gəlir. Birinci instansiya məhkəməsi cinayət işi materiallarında toplanmış sübutları hərtərəfli və obyektiv tədqiq edərək hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi əsaslar kifayət etməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.» Prosessual əsaslarla bağlı qənaətini əsaslandırarkən apellyasiya məhkəməsi qeyd etmişdir ki, «…hazırkı halda Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı aparılan cinayət təqibinin gedişində obyektiv həqiqətin üzə çıxarılmasında maraqlıdır...Protestdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mülki mübahisələrin olması qeyd edilsə də, bu hal da təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün əsas olmamışdır…». (cild 4, iş vərəqə 100-105). İbtidai istintaqın bundan sonrakı mərhələsində isə elan edilmiş ittihamın bilavasitə təsdiqinə yönəlmiş hər hansı başqa sübut əldə olunmamış, xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci və 128-ci maddələri ilə yekun ittiham elan olunmuşdur. Şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məsələyə baxılarkən birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutlarla bağlı gəldiyi nəticə - təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edən sübutların olmadığı barədə qənaət hazırkı iş üzrə məhkəmə istintaqı zamanı bir daha təsdiqini tapdı. Məhkəmə, əməlin tövsifi ilə bağlı yanlışlığa yol verilməsi qənaəti ilə bərabər, irəli sürülmüş yekun ittihamda əks olunmuş bəzi məqamların da vurğulanmasını zəruri hesab edir. Belə ki, nəzəriyyəyə görə cinayətə cəhd zamanı onun törədilməsi əvvəlcədən qət edilən cinayətin faktiki edilməsinə başlanılır, amma cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Cinayətə cəhdin obyektiv əlamətlərindən biri isə qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Qəsdin qarşısını alan, ona başa çatmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. İbtidai istintaq orqanının irəli sürdüyü yekun ittihama əsasən, «öldürməyə cəhd hərəkətinə qədər» Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə ittihamın bu hissəsini tam əsaslı və qanuni olması nəticəsinə gəlir. İttihamın sonrakı hissəsində isə Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməyə yönəldilmiş qəsdən etdiyi əməlinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsi onunla əsaslandırılmışdır ki, «ətrafa xeyli sayda insanların toplaşması səbəbindən növbəti cinayətkar hərəkətləri etmək imkanından məhrum olsa da, sonuncunun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn etmiş, lakin zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərilib həyatı xilas olduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir». Məhkəmə bununla bağlı qeyd edir ki, ətrafa insanların toplaşması yalnız Təqsirləndirilən şəxs özünün avtomobili dayandırıb Zərərçəkmiş şəxs yaxınlaşmasından sonra olmuşdur. Həmin vaxta qədər belə niyyəti olsa idi onu başa çatdırmaq üçün kifayət qədər vaxtı və imkanı mövcud idi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin «… almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdıracağını zənn etməsi» isə yalnız mülahizədir, bunu təsdiq edən və ümumiyyətlə ehtimal etməyə əsas verən heç bir sübut mövcud deyildir. «Zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərilib həyatının xilas olması» isə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur. Belə ki, avtomobillə təmasdan yıxıldıqdan cəmi təxminən 4 dəqiqə sonra ayağa qalxmış zərərçəkmiş şəxsin aldığı ənsə nahiyəsinin kiçik ölçülü hematoması-sıyrığı, bel və sol ayaq nahiyələrinin qançırları, sağ baldır və sol dirsək nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər heç bir bir halda həyati təhlükəli deyildir, ona görə də belə xəsarətlərin ölümə səbəb ola bilməsinin israrı tam əsassızdır. Məhkəmə, əməlin tövsifi ilə bağlı qənaətə gələrkən həm də Təqsirləndirilən şəxs hadisəyə qədərki, hadisənin baş vermə anı və hadisədən sonrakı məqamlarla bağlı göstərdiyi davranışı nəzərdə saxlayır. Hadisəyə qədər bu iki şəxs arasında mövcud olmuş münasibətlərin xarakteri təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmasını ehtimal etməyə hər hansı əsas vermir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi anda şəxsi öldürmək niyyətinin olması ehtimal kimi irəli sürüləcəyi halda, bu niyyətin reallaşdırılması üçün hər hansı maneə də mövcud olmamışdır. Hadisəyə qədərki, hadisənin baş vermə anı və hadisədən sonrakı məqamlarla bağlı təqsirləndirilən şəxsin göstərdiyi və işin materialları ilə təsdiq olunan müəyyən edilmiş halları təkzib edə biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həm də iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin həqiqiliyinin şübhə altına alınmasını əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 8-ci bəndinə əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə” dair 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hansı hisslərin təsiri altında hərəkət etməsi, qəsd niyyətinin yalnız şəxsin xuliqanlıq əməlinin törədilməsinə yönəlməsi kifayət qədər aydındır. Zərərçəkmiş şəxslə olan ailə problemləri, övladının ailəsinin real dağılması təhlükəsi və nəvələrinin sonrakı aqibəti, paralel olaraq qarşı tərəfin əmlaka dair iddiaları fonunda az əvvəl zərərçəkmişin münaqişə yaradan hərəkəti – işlətdiyi nalayiq ifadələrə görə dalaşmaları, qarşılıqlı zərbələrlə müşayiət olunan dava-dalaşa son qoyulduqdan sonra hadisə yerindən uzaqlaşıb getdiyi anda, dayanacağın gözətçi köşkünün yanında, faktiki dayanacaqdan eyni anda bir avtomobilin hərəkəti mümkün olan yeganə çıxış yolunun bilavasitə düz döngə hissəsində sürətlə sağa dönməni icra edərkən, çıxışın kənarında dayanmış zərərçəkmiş şəxsin yanından keçərkən kəskin dönmə bucağı ilə bağlı aralarındakı məsafənin aradan qalxdığını bilərək, qəsdən avtomobilin sağ yan tərəfi ilə Zərərçəkmiş şəxs sürtüb keçməkdan ibarət qəflətən yaranmış həmin qəsdi özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərin, psixi-emosional vəziyyətində qudası ilə aralarında baş vermiş situasiya ilə şərtlənən hirslilik, qəzəb vəziyyətinin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxsin şüuru ilə əhatə olunan əməlin yalnız idarə etdiyi avtomobildən istifadə etməklə zərərçəkmişə qarşı qərəzli hərəkət etməkdən ibarət olması tam təsdiqini tapır. Təqsirləndirilən şəxs şüuru ilə əhatə olunan ictimai təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi əməl isə məhz zərərçəkmiş şəxsə qarşı silah qismində avtomobildən istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməklə müşayiət olunan xuliqanlıqdan ibarətdir. Beləliklə, təsvir olunan niyyətlə edilmiş həmin hərəkətlər Təqsirləndirilən şəxs əməlinin bütün sübutların məcmusu əsasında ittihamın bu hissəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tam tərkibini əhatə etdiyi mübahisəsizdir və gəlinmiş bu hüquqi nəticəni məhkəmə əsaslı, qanuni hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobildən də istifadə etməklə törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda həmin məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinin tələblərinə əsasən hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəlləsnin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olduğuna görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılmalıdır. Belə olan halda, məhkəmə, dövlət ittihamçısının təklifini və müdafiə tərəfinin razılığını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bağlı aparılan cinayət təqibinə xitam verilməli olması nəticəsinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tam ödənilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 71-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edən həddədir. Bununla belə, iş üzrə təqsirləndirilən şəxsin həm də uşaqlıqdan dostluq etdiyi qohumu - oğlunun qaynatası olan zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmamasını, zərərçəkmiş şəxsin hətta cinayət işinə xitam verilməsini xahiş etməsini, bütövlükdə ailələrin barışmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin övladları Şahid2 ilə X5 birgə nikahdan xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı real çəkəcəyi halda hər iki ailənin üzvlərinin, o cümlədən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ortaq nəvələrinin yaşayacağı mənəvi, psixoloji və digər çətinlikləri, onların mənafelərini və gələcək talelərini, təqsirləndirilən şəxsin şəxsiyyətini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 07 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilmişdir. İbtidai istintaq orqanının 12 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində tutulduğu və həbsdə olduğu müddət 02 ay 25 gün təşkil edir (cild 1, iş vərəqə 20-21, cild 3, iş vərəqə 228-236, cild 4, iş vərəqə 59). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd mavi rəngli uzunqol köynək, 01 ədəd tünd boz rəngli üzərində naxışlar olan pencək, 01 ədəd tünd boz rəngli üzərində şaquli cızıqları olan klassik şalvar, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 01 ədəd mavi rəngli, uzunqol, üzərində dama naxışları olan köynək, 01 ədəd boz rəngli üzərində naxışları olan pencək və 01 ədəd boz rəngli üzərində naxışları olan klassik şalvar, 01 ədəd zərfdə asfalt örtük üzərindən hopdurulmaqla götürülmüş qana bənzər ləkələr, 01 ədəd zərfdə Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 389 (üç yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 4, iş vərəqə 15, 39). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və həmin maddə ilə barəsində aparılan cinayət təqibinə verilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd mavi rəngli uzunqol köynək, 01 ədəd tünd boz rəngli üzərində naxışlar olan pencək, 01 ədəd tünd boz rəngli üzərində şaquli cızıqları olan klassik şalvar, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 01 ədəd mavi rəngli uzunqol üzərində dama naxışları olan köynək, 01 ədəd boz rəngli üzərində naxışları olan pencək və 01 ədəd boz rəngli üzərində naxışları olan klassik şalvar, 01 ədəd zərfdə asfalt örtük üzərindən hopdurulmaqla götürülmüş qana bənzər ləkələr, 01 ədəd zərfdə Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs 389 (üç yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1013/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1013/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver