Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1013/2025 27.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X8 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Yardımlı rayonu, Şəfəqli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, Müşfiq küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Sultanlı X16 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Məmməd” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən “Məmməd” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin xüsusilə külli miqdarda 4995 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda 2245 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb sonradan satışını həyata keçirmək məqsədi ilə özündə qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra “Məmməd” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri istintaqla müəyyən edilməmiş yerdən xüsusilə külli miqdarda 4995 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda 2245 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan əraziyə daşıyıb orada gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 oktyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq həmin gün saat 19:05-də Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan əraziyə keçirilən baxış zamanı sonuncunun yolun kənarında gizlədib saxladığı yerdən çıxarıb təqdim etdiyi on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram və 495,0 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 4995 qram çəkidə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 930,0 qram, 600,0 qram, 480,0 qram və 235,0 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 2245 qram çəkidə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin oktyabr ayının 24-də rayondan Ford markalı sərnişin avtobusu ilə Bakı şəhərinə gəlmişdir. Bakıya çatdıqdan sonra əvvəl evinə, daha sonra isə Əhmədli metrostansiyası yaxınlığında toya getmişdir. Toyda olan zaman əmisi oğlu Yunus ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Belə ki, əmisi oğlunun telefonu onda olmuş və o, telefonu əmisi oğlu Yunusa qaytarmalı imiş. Daha sonra o, metro ilə İnşaatçılar stansiyasına gəlmiş və metrodan çıxanda əmisi oğluna zəng vurub harada olduğunu soruşmuşdur. Əmisioğlu da onun harada olduğunu soruşmuş və tezliklə çatacağını bildirmişdir. O isə cavabında tez-tez əmi uşaqları ilə görüşdükləri yerdə olduğunu demişdir. Qısa müddət sonra 6-7 nəfər polis əməkdaşı onun üstünə cummuş və polislər onu maşına salaraq başına vurmağa başlamışlar. Onun burnundan qan açılmışdır. Həmin vaxt o şokda olmuşdur. Onu saxlayan şəxslərdən 3 nəfəri əməliyyatçı, qalanı isə küçə uşaqları olmuşdur. Onu ağ rəngli maşına əyləşdirərək bildirmişlər ki, onlarla işləməlidir, yəni onlarla işləyib başqa şəxsləri tutdursun. O, polis əməkdaşlarına elə bir şeyin olmayacağını, həbsdən yeni çıxdığını bildirmiş, onu buraxmaları üçün az qala yalvarmağa başlamışdır. Həmin şəxslər də ona özləri ilə razılaşmadığı halda narkotik vasitələri evinə qoyub ordan çıxardacaqlarını demişdirlər. Daha sonra onu avtomobildən düşürtmüşlər və iki mağazanın arasında divara qısnayıb təkrar onlarla işləməsi üçün məcbur etmişlər. O isə anasının, uşağının xəstə olduğunu bildirmiş və ondan əl çəkmələrini demişdir. Həmin şəxslər İlqara generalla görüşəcəyini, onlara lazımlı adam olduğunu və işçi kimi götürəcəklərini bildirmişdirlər. Sonuncu nə etməli olduğunu soruşduqda onlar hər şeyi başa salacaqlarını, onu aparacaqları yerlərdə videoçəkiliş edəcəklərini və videoçəkilişdə onların öyrədəcəyi kimi danışmağını demişdirlər. O isə məcburiyyət qarşısında polislərin bu təklifini qəbul etmişdir. Polislər danışan zaman yanlarında dayanan yük maşınının arxa hissəsi hərdən açılıb-örtülür, əməliyyatçılardan biri də tez-tez oraya girib-çıxır və hazır olub-olmadığını soruşurmuş. Daha sonra onu təkrar ağ rəngli avtomobilə əyləşdirmişdirlər. Bu vaxt o, yük maşınından göy rəngli sellofan torbanı da əyləşdiyi avtomobilə qoyduqlarını görmüşdür. Daha sonra onu Qanlı gölə apardıqda burada polislərin dediyi kimi danışmayacağını bildirdiyinə görə polislər onun ayağına vurmuşlar və ayağı əzilmişdir. Polislər ona qorxaq olmamasını, generalın qəbuluna gedəcəyini, onu işçi kimi götürəcəklərini demişdirlər. Daha sonra bir qara rəngli maşın gəlmiş və həmin maşından iki nəfər düşmüş, həmin şəxslər onların durduğu yerdən 20 metr məsafədə olan xəndəyə girmişlər, lakin o, həmin şəxslərin orada nə etdiklərini görməmişdir. Sonra onu həmin xəndəyə tərəf aparmışlar və videoçəkilişdə narkotik vasitələri orada gizlətdiyini deməsini bildirmişdirlər. Sonuncu məcbur qalaraq polislərin dediyi kimi danışmışdır. O, getdiyi hər yerdə kameraların olduğunu, həm metronun çıxışında, həm də Qanlı göl ərazisində görüntülərinin olduğunu bildirmişdir. O bu hadisələrin səbəbi kimi əmisioğlundan şübhələnmişdir. Əməliyyatçılardan Yunusun harda olduğunu soruşduqda əməliyyatçılar da ondan Yunusla görüşmək istəyibistəmədiyini soruşmuşdular. O isə onunla görüşmək istədiyini deyən zaman əməliyyatçılardan birinin əlini Yunusun çiyninə qoymuş vəziyyətdə onunla birlikdə gəldiklərini görmüşdür. İlqar Yunusdan bunların nə demək olduğunu soruşduqda, Yunus ona əməliyyatçılarla razılaşmağını, hər şeyi onların dediyi kimi etsə, onu buraxacaqlarını bildirmişdir. O Bakı şəhərində günü 70 manat qazandığını və Bakı şəhərinə gələn zaman əlində heç bir torba olmadığnı bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2024-cü ilin iyun ayının 7-də həbsdən çıxmış və həbsdən çıxdığı gündən tutulduğu günə qədər narkotik vasitədən istifadə etməmişdir. Əmisioğlu iki il bundan əvvəl BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitə üstündə saxlanılmış, lakin özünü xilas etmək üçün güllə ilə özünə xəsarət yetirmişdir. Sonradan Yunus azadlığa çıxmış və bütün qohumlardan borc almağa başlamışdır. O, sonradan öyrənmişdir ki, Yunus müxtəlif şəxsləri narkotik vasitə üstündə tutdurmuşdur. Onun iranlı şəxslərlə də əlaqəsi olmuşdur, lakin bu əlaqə narkotik vasitələrlə bağlı deyilmiş. Onun üzərindən çıxan telefonlardan qara rəngli telefon ona məxsus olmuşdur. Həmin telefonu saxlanmazdan iki ay əvvəl almışdır. Telefonun markası Redmi 11 olmuşdur. Digər telefon isə əmisi oğluna məxsus olmuşdur. O kənddə olan zaman əmisi oğlu onun telefonun kənddə qaldığını və telefonu gətirməsini də xahiş etmişdir. O da telefonu əmisi oğluna çatdırmaq üçün özü ilə götürmüşdür. Saxlanmazdan 10 gün əvvəl əmisioğlu ilə mübahisəsi olmuşdur, o, sonuncuya söyüş söymüşdür. O ittihamda qeyd olunan narkotik vasitələrin qiymətinin nə qədər olmasını bilməmişdir. Oktyabr ayının 24-də səhər saat 08 radələrində Bakıya çatmışdır. Oktyabr ayının 11-də rayona getmiş və təxminən 10 gün rayonda qalmışdır. Videoçəkiliş İnşaatçılar metrostansiyasının yaxınlığında olmuşdur. Burada onu şübhəli şəxs kimi saxladıqlarını məcburən demiş, daha sonra onu Qanlı göl ərazisinə gətirmişdirlər. Qanlı göl ərazisində narkotik vasitələri gətirib xəndəyə qoyan şəxslərin üzlərini xatırlayır. Yunusu da sonradan idarədə görmüşdür. Onu saxlayan zaman döymüş, başına yumruqla vurmuşlar, burnundan qan gəlmişdir. Eyni zamanda dizinə də vurmuşlar. Polis əməkdaşları onu İnşaatçılar metrosunun yaxınlığında saxlamış və saxlayan zaman özlərini təqdim etməmiş, döyə-döyə maşına əyləşdirdikdən sonra yalnız orada polis əməkdaşları olduğunu demişdirlər. O, 6-7 nəfər şəxs tərəfindən saxlanılmışdır. Onu saxlayıb mülki maşına əyləşdirmişdirlər, həmin şəxslərin hamısı mülki geyimdə olmuşlar. Onu saxladıqdan sonra yolun kənarına çəkmiş, Şahid1 birazdan çəkiliş edəcəklərini, onu narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün saxladıqlarını və çəkilişdə Qanlıgöl ərazisinə narkotik vasitə saxladığını deməsini bildirmişdir. Onu saxlayan zaman polis əməkdaşları onunla birlikdə işləməyi təklif etmişdilər. Onu saxladıqdan 15-20 dəqiqə sonra ağ rəngli maşına əyləşdirib Qanlıgöl adlanan əraziyə aparmışdırlar. Ora çatdıqdan sonra bir ədəd də qara rəngli maşın gəlmiş və həmin maşından bir nəfər düşüb orada olan xəndəyə getmişdir. Şahid1 onun qarşısına keçmişdir ki, həmin şəxsin hara getdiyini görməsin. Daha sonra onu həmin xəndəyə tərəf aparıb narkotik vasitələrin buradan çıxacağını göstərmiş və çəkiliş vaxtı Şahid1 özü xəndəyə düşərək narkotik vasitələri çıxarmışdır. Şahid1 ona narahat olmamasını, onu işçi kimi götürəcəklərini bildirmişdir. Şahid1 ona qarşı fiziki təsir etməmişdir, amma yanındakı əməkdaşlar fiziki təsir göstərmişdirlər. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Həbsdən yeni çıxmışdır. O saat 17:20-də saxlanılmışdır. Yunusdan bacısına və digər şəxslərə olan borclarını tələb etmiş, sonuncu dəfə Yunusla dalaşmış və söymüşdür. Sonradan isə valideynləri Yunusla onu barışdırmışdır. Şahid5 düzgün danışmır. Onu 8-9 nəfər polis əməkdaşı saxlamışdır. Şahid5 ona videoçəkilişdə deyəcəklərini öyrətmiş, onu generalın qəbul edəcəyini demişdir. Onu saxladıqları yerdən Qanlı göl ərazisinə ağ rəngli avtomobillə aparmışdırlar. Onların ardınca qara rəngli avtomobildə də kimsə gəlmiş, daha sonra qara rəngli avtomobildən kimsə düşüb xəndəyə tərəf gəlmişdir. O xəndəyə baxmaq istəyəndə İbrahim qarşısına keçmiş və baxmağa qoymamışdır. Sonra isə videoçəkilişlə narkotik vasitənin yerini göstərməsini demişdirlər. O, Yunisi Qanlı göl ərazisində görmüşdür. Onun “Redmi 11” markalı telefonu olmuşdur. İranlı şəxslərin adı çıxan mobil telefon ona məxsus deyil. Həmin telefon Yunusa məxsusdur. Polis əməkdaşlarının onunla hansı qərəzlərinin olduğunu bilmir. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, BNMİ-yə daxil olmuş məlumat əsasında 2024-cü ilin oktyabr ayının 24-də Təqsirləndirilən şəxs yerini müəyyənləşdirmiş və İnşaatçılar metrostansiyasının yaxınlığında şəxsi saxlamışdırlar. Saxladıqları yerdə Təqsirləndirilən şəxs üzərinə çəkilişlə baxış keçirmiş və Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitə olması barədə məlumat daxil olduğunu bildirmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs könüllü şəkildə yaxınlıqda Qanlıgöl adlanan ərazidə narkotik vasitə və psixotrop maddələr saxladığını etiraf etmiş, deyilən əraziyə videoçəkilişlə baxış keçirilmiş və külli miqdarda narkotik vasitələr heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri hardan əldə etdiyini soruşduqda, Yardımlı rayonunda iranlı şəxslə əvvəlcədən əlaqə saxlayaraq əldə etdiyini, bunun qarşılığında iranlı şəxsin ona pul verəcəyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat qrupunda o, Şahid5 və Şahid4 olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs təxmini saat 18 radələrində saxlamışlar. Şəxs saxlanılan zaman tək piyada hərəkətdə edirmiş. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Onu saxladıqdan təxminən 15 dəqiqə sonra narkotik vasitələrin olduğu yerə gedib baxış keçirmiş və baxış zamanı heroin və metamfetaminin hərəsindən 4-5 büküm aşkar edilmişdir. Şahid6 tanıdığını, sonuncunun idarəyə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ona narko-kuryerlik etməsini təkif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barədə məlumat Şahid6 tərəfindən daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs insanların çox olduğu ərazidə yaxınlaşmış, daha sonra onu bir az kənara çəkib çəkilişə başlamışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar edilməmiş, video çəkilişdə də özü narkotik vasitələri harada saxladığını etiraf etmişdir. Şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə saat 18.20-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmışdır. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda narkotik maddə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl sözügedən ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ünvanda yol kənarından bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən on ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələr və dörd ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 5.152 qram, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 2.362 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ünvandan aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə iki-üç gün əvvəl Yardımlı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məmməd” adlı şəxsin ona 1.000 manat pul verəcəyini bildirmişdir. (cild 1, iş vərəqə 68-70) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, məhkəmədə ifadə verən zaman hər bir narkotik vasitədən 4-5 kiloqram aşkar edildiyini demək istəmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının 24-də dayısı Təqsirləndirilən şəxs onun nişan mərasimində iştirak etmiş, daha sonra dayısına çoxsaylı zənglər gəldiyinə görə o, məclisi tərk etmişdir. Yunus adlı şəxs İlqara zəng edərək rayonda qalan telefonunu ona qaytarmasını istəyirmiş. O dayısının saxlanmasının əvvəlcədən planlaşdırılmış bir hadisə olduğunu düşünür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq X14 bildirmişdir ki, dayısı İlqar nişandan əvvəl rayonda olmuş, nişan mərasimi üçün digər qardaşı ilə birlikdə Bakıya gəlmişdir. Dayısına Yunisin zəng etdiyini o sonradan öyrənmişdir. İlqarın saxlanmasında Yunusdən şübhələnməsinin səbəbi, Yunisin qohumlarına borclarının olması, bu borcları ödəməməsi olmuşdur. 2024-cü ilin oktyabr ayının 24-də o bütün günü evdə olmuş, onun nişan mərasimi olmuşdur. Həmin gün dayısı İlqar günorta saatlarında onların evlərinə gəlmişdir. Evləri Əhmədli metrostansiyasının yaxınlığındadır. Nişan mərasimi saat 14-dən 19-20-yə qədər davam etmiş, dayısı saat 15-16-dan sonra nişandan getmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar Şahid6 ilə 20 ildir ki, ailəvi dost olmuşdurlar. Bir dəfə Yunusu qanı qara görmüş, Yunusdan nə olduğunu soruşmuş, sonuncu cavabında bir əmisi oğlu olduğunu və əmisi oğlunun onun yolunda durduğunu, işlərinə mane olduğunu demişdir. Yunus ona əmisi oğlunu tutdurmaq istədiyini demiş, o isə əmioğlu olduqlarını, bu işə qarışmayacağını demişdir. O, İlqarın qardaşını tanıyır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Yunis ona əmisi oğlunu tutdurmaq istədiyini demişdir. Onun Yunusa qarşı məhkəmədə iddiası var. İlqarı ilk dəfədir görür. İlqarın Yunusun əmisioğlu olmasını Yunus özü demişdir. Sonradan İlqarın qardaşı ona İlqarın tutulduğunu demişdir. O İlqarın hansı səbəbə tutulduğunu soruşmamış, sonradan İlqarın qardaşına Yunusun ona danışdıqlarını demişdir. Ona məhkəmədə ifadə verməsi üçün heç kim təzyiq etməmişdir. Məhkəmə barədə ona İlqarın qardaşı məlumat vermiş, Yunusin ona danışdıqlarını məhkəmədə deməsini bildirmişdir. İlqarın Yunusin hansı işinə mane olması barədə məlumatı yoxdur. Hazırda təqaüdçüdür, əvvəllər kafe işlətmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində ifadə vermiş və məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə saat 18-19 arasında ünvan 3 ünvanının yaxınlığında tərəflərindən saxlanılmış, şəxsin üstü yoxlanılan zaman heç bir narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs yol kənarından bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən heroinə və metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələrin çəkisi təxminən yeddi kiloqram müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş kütlələri İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə iki-üç gün əvvəl Yardımlı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məmməd” adlı şəxsin ona 1.000 manat pul verəcəyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar. Qrupun rəhbəri Şahid1 olmuşdur. Şahid1 Qanlı göl ərazisində narkotik vasitə olması ilə bağlı məlumat olmuşdur. Təqsirləndirilən şəxs da özünə sual verilən zaman həmin narkotikin özünə məxsus olduğunu bildirmiş, saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Qanlı göl ərazisində aşkar edilən narkotik vasitələrin bükümlərinin sayını xatırlamır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs axşam saat 18-19 arası saxlamışlar. İlqarın saxlanıldığı yer İnşaatçılar metrosuna yaxın olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman videoçəkiliş aparılmışdır. Narkotinin aşkar edildiyi yerdə binanın olması yadına gəlmir. Həmin ərazi asvalt yolun kənarı və açıqlıq olmuşdur. Narkotik vasitə sellofan torbada olmuşdur. O, Yunus adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə bağlı yaxınlaşmışlar. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, lakin məlumatın tam olaraq nədən ibarət olmasını bilmir. Saxlanılan zaman İlqarın üzərində heç bir narkotik vasitə olmamış, İlqar özü Qanlı göl ərazisində narkotik vasitə saxladığını səmimi etiraf etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 65-67) İbtidai istintaq zamanı iş üzrə şahid qismində ifadə vermiş və məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuş, gündə bir neçə dəfə zəngləşib danışırmışlar. İlqarla danışıb problemləri olduğunu, danışıb dərdləşmək istədiyini demişdir. Daha sonra İlqar ona zəng vurub Bakıya gəldiyini, Əhmədli metrostansiyası tərəfdə olacağını demişdir. Onlar danışıb İnşaatçılar metrostansiyası yaxınlığında görüşməyə razılaşmışlar. İlqar İnşaatçılar metrosu yaxınlığına gəlmiş, İlqarı da, onu da saxlamışlar. Daha sonra onları idarəyə aparmışlar. İdarədə İlqarı da görmüşdür. İfadə verdikdən sonra onu buraxmışlar. Sonradan bir neçə dəfə Baş Narkotiklərlə Mübarizə İdarəsi və BMCMİ-yə çağırılmışdır. Ona həm hüquq mühafizə orqanları tərəfdən, həm də qohumları tərəfdən təzyiqlər olurmuş. O İlqarın bir neçə kilo narkotik vasitə ilə tutulduğunu eşitmiş, amma tutulan zaman İlqarın üstündə narkotik vasitə olmamışdır. Ona BNMİ-də olan zaman İlqar barədə yox, tanımadığı başqa şəxslər barədə suallar verirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirmişdir ki, məhkəmə iclasına gəlməyinə görə hüquq mühafizə orqanları tərəfindən ona təzyiq göstərilməmiş, onlarla əlaqə saxlamamışdır. O, İlqarın narkotik vasitə gizlətməsi barədə ifadə verməmişdir. Onu saxlayandan sonra avtomobilə qolları bağlı vəziyyətdə əyləşdirmişlər. Onun başını qabaq oturacaqların arasında sıxışdırmışlar, ətrafda baş verən heç bir şeyi, hara getdiklərinii görə bilməmişdir. Bir saata yaxın avtomobil ilə haralarasa getmişlər, lakin o bunu görmədiyi üçün hara getdiklərini bilməmişdir. Ən sonda BNMİ-yə gəlmişlər. Saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, axşamüstü saxlanılmış, lakin saxlanıldığı tarixi xatırlamır. Onu saxlayan əməliyyatçılar mülki formada olmuş, ona heç bir vəsiqə təqdim etməmişdirlər. İlqar saxlanılan günün səhəri o İlqarın bacısı və yoldaşı ilə əlaqə saxlamış, İlqarın necə saxlanması barədə soruşurmuşlar. İlqarla onu bir yerdə saxlamamışlar. Saxlanılan zaman üzərindən qanunsuz heç bir şey aşkar edilməmişdir. İlqar narkotik satışı ilə məşğul olsa, onun xəbəri olar, çünki İlqarla çox yaxın olmuşlar. Lakin o, bu barədə heç bir şey eşitməmişdir. O, BNMİ-yə İlqarla bağlı ərizə verməmişdir. Onun yanında İlqarın üstünə baxış keçirməmişlər. İlqarın narkotik vasitə satışı ilə məşğul olmağı barədə məlumatı yoxdur. Onun telefonu İlqarda qalmışdır. İlqarla İnşaatçılar metrosunun yanında görüşəcəkmişlər. İlqar ondan tez gəlmiş, ona zəng vurub çatdığını demişdir. O, gorüşə getmiş, lakin İlqarı görməmişdir. İlqarın dediklari yalandir. O İlqarı saxlanılan gün gecə idarədə görmüşdür. O, Qanlı göl ərazisində olub-olmadığını bilmir, İlqarı da orada görməmişdir. Onun mobil telefonunun markası “Redmi” olmuşdur. Həmin telefon İlqarda qalmışdır. Görüşəndə İlqar telefonunu ona qaytaracaqmış. Onun İranla heç vaxt heç bir əlaqəsi olmamışdır. O, İlqarla bağlı heç bir dövlət orqanına məlumat verməmişdir. Onun İlqarda bir telefonu qalmış, həmin telefon da hazırda ondadır. Polis baxış keçirdikdən sonra həmin telefonu hardan təhvil aldığını xatırlamır. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Əslən Yardımlı rayonundan olsa da, Bakı şəhərində doğulub orta məktəbi oxumuş, 2001-ci ildə Azərbaycan Texniki Universitetinin telekommunikasiya fakültəsini bitirmişdir. Ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir narkotik vasitələrdən istifadə etmir, heç vaxt da istifadə etməmişdir. Təqsirləndirilən şəxs onun əmisi oğludur. İlqarla münasibətləri yaxşıdır. Heç bir düşmənçiliyi və ədavəti yoxdur. İlqarın ifadələrində göstərdikləri yalandır. Belə ki, həqiqətən İlqar ona zəng edib təxminən bildiyinə görə elə İlqarın dediyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə onunla görüşmək istədiyini bildirib onu İnşaatçılar metrostansiyası yaxınlığına dəvət etmişdir. Ara bir o İlqarla görüşürmüşlər. Sonuncu görüş zamanı o İlqarla görüşə gəldikdə isə İlqar onu çağırdığına baxmayaraq görüşə gəlməmişdir. O bir qədər gözləmiş, lakin İlqar gəlməmişdir və telefonlara cavab verməmişdir. O yaşadığı evə qayıtmışdır. Səhəri gün yoldaşı Lamiədən bilmişdir ki, İlqar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün həbs edilmişdir. O, İlqarın əvvəllər qaçaqmalçılıqla məşğul olduğu ilə bağlı həbs olunub cəza çəkdiyini bilsə də, sonradan azadlığa çıxdıqdan sonra hansı işlə məşğul olduğundan xəbəri və məlumatı olmamışdır. O heç bir polis əməkdaşı tərəfindən saxlanılmamış, polisin maşınında oturmamış, İlqarın tutulmağını və fiziki təzyiqlərə məruz qalmasını görməmiş, eləcə də heç vaxt Narkotiklər Mübarizə Baş İdarəsində olmamış və İlqarla orada görüşməmişdir. İlqarın nə səbəbdən onun barəsində bu cür ifadə verməsi ona məlum deyil. Olar elə fikirləşir ki, o İlqarı tutdurmuş, bu səbəbdən onu da öz işinə qatmaq istəyir. (cild 1, iş vərəqə 189-193) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” 3-13-7/Ə275/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-7,10) “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsində, şübhəli şəxsin üstününün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş ƏAT zamanı sonuncu 24 oktyabr 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 249 ünvanının yaxınlığında saxlanılmışdır. Üstünün yoxlanması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd nömrəsini xatırlamadığı Redmi markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindəki pul qabının içərisindən 195 (yüz doxsan beş) manat pulu, 2 (iki) ədəd bank kartını,1 (bir) ədəd şəxsiyyət vəsiqəsini, 1( bir) ədəd sürücülük vəsiqəsini, əynində olan gödəkçənin sol iç cibindən 1 (bir) ədəd Redmi markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd içərisində siqaret dənələri olan siqaret qutusu aşkar edilmiş, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ( iki) ədəd mobil telefon, 2 ( iki) ədəd bank kartı, 1 ( bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 ( bir) ədəd sürücülük vəsiqəsi götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. (cild 1, iş vərəqə 12-13) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2024-cü il tarixdə, saat 18:20 dəqiqədə bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 249 ünvanının yaxınlığlnda piyada hərəkət edən zaman saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda narkotik maddə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürülmə aparılmış və baxış və götürülmə aparılmasından əvvəl sözügedən ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ünvanda yol kənarından 1 ( bir) ədəd göy rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisindən 10( on) ədəd bağlamada açıq qəhvəyi rəngli, narkotk vasitə heroinə bənzər kütlələr və 4 ( dörd) ədəd bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuş, daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 5 ( beş) kq 152 (yüz əlli iki) qram, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 2 (iki) kq 362 ( üç yüz altmış iki) qram olmuşdur. Sonra aşkar olunmuş kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ünvandan aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsilə 2-3 ( iki-üç) gün əvvəl Yardımlı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini,adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məmməd” adlı şəxsin ona 1000( min) manat pul verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 14-15) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 249 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, 2 ədəd mobil telefon, 2 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd sürücülük vəsiqəsi götürülmüş, ünvana baxış keçirilən zaman isə 4 ədəd bağlamada metamfetaminə bənzər kütlələr və 10 ədəd bağlamada heroinə bənzər kütlələr aşkar edilərək 1 ədəd sellofan torbada qablaşdırılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (cild 1, iş vərəqə 16) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən Qanlı Göl adlanan ərazidəki ünvanda külli miqdarda narkotik vasitə gizlətməsində şübhəli bilindiyi üçün 24 oktyabr 2024-cü il tarixdə, saat 18:20 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 249 ünvanının yaxınlığında saxlanılaraq üstü yoxlanılmış, 2 ədəd mobil telefon, 2 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd sürücülük vəsiqəsi götürülmüş, ünvana baxış keçirilən zaman isə 4 ədəd bağlamada metamfetaminə bənzər kütlələr və 10 ədəd bağlamada heroinə bənzər kütlələr aşkar edilərək 1 ədəd sellofan torbada qablaşdırılmışdır. 1 (bir) ədəd sellofan torbaya və 2 (iki) ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs imzası olan sellofan torbada 10 (on) ədəd bağlamada açıq qəhvəyi rəngli, narkotk vasitə heroinə bənzər kütlələr və 4 (dörd) ədəd bağlamada ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuş,sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir.Daha sonra 2 ( iki) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ünvandan aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsilə 2-3 (iki-üç) gün əvvəl Yardımlı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məmməd” adlı şəxsin ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. (cild 1, iş vərəqə 17-19) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 21:45-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 24 oktyabr 2024-cü il tarixdə saat 18:20-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 28) Məhkəmə fiziki-kimyəvi ekpertizasının 25 oktyabr 2024-cü il tarixli 6/5003 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “zərflər üçün № 7” möhür əksi, Təqsirləndirilən şəxs gizlətdiyi yerdən özünə məxsus kütlələr /imza/; tərtib etdi: BNMİ-nin ə/m polis baş leytenantı Şahid5 /imza/ xx.xx.2024” əl yazıları olan torbadakı 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 930,0 qr; 600,0 qr; 480,0 qr; 235,0 qram; ümumi təmiz çəkisi: 2245,0 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetmindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 10 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri; 500,0 qr; 500,0 qr; 500,0 qr; 500,0 qr; 500,0 qr; 495,0 qr; 500,0 qr; 500,0 qr;, 500,0 qr; 500,0 qram; ümumi təmiz çəkisi : 4995,0 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin ümumi təmiz çəkisi – 4995,0 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 4994,8 qram. Metamfetaminin ümumi təmiz çəkisi 2245,0 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 2244,8 qram. (cild 1, iş vərəqə 41-46) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid4 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid4 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 71-73) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid5 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid5 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 74-76) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid1 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 80-82) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 83-84) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1305/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 102-106) “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalıq qalan 4994,8 qram narkotik vasitə heroin və 2244,8 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 112-113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 19/5112312 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 13221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 124) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Sultanlı X16 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, və 318.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 66.3-cü maddələri nəzərə alınmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 972 saylı sərəncamına əsasən ƏHF olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa Sultanlı X16 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nəzərə alınmaqla 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, cəzası 08 il 06 aya endirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü İl tarixli qərarı ilə 01 il 11 ay vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 134-155) xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, aparılmış əlavə əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs “Məmməd” adlı şəxslə və qeyriləri ilə əlbir olub qrup halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin və narkotik vasitənin satış məqsədi ilə qanunsuz əldə etməsini təsdiq edən məlumatlar əldə edilmiş, lakin “Məmməd” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. (cild 1, iş vərəqə 157) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. (cild 1, iş vərəqə 158) Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər ərazidə olduğu müddətdə özünü ictimaiyyət arasında yaxşı aparmış, yaşlı insanlara və uşaqlara qarşı səmimi olmuş, ailə üzvləri ilə və qonşularla mehriban davranmış, həmyaşıdları ilə də səmimi olmuş, onun barəsində Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 162) Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Sultanlı X17 rayonu Şəfəqli kəndində daimi qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri Müşviqabad qəsəbəsində yaşayır. (cild 1, iş vərəqə 163) Yardımlı RİH Başçısının Şəfəqli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Yardımlı rayonu Şəfəqli kənd sakini Təqsirləndirilən şəxs ailəsi arvadı X5, oğlu X19, qızı X3 ibarət tərkibdədir və müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 164) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus iki ədəd “Redmi” markalı mobil telefonlarına baxış keçirilmişdir. Baxış zamanı telefonun birinin yaddaşının “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (992) ***-**-** nömrəsinin “Mehdi” adı altında, +98 (905) ***-**-** nömrəsinin “Vəli” adı altında, +98 (902) ***-**-** nömrəsinin “Vəli” adı altında və +98 (905) ***-**-** nömrəsinin “Nadir” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus ikinci “Redmi” markalı mobil telefonunda “WhatsApp” və “WA Business” proqramları vasitəsi ilə 21 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək olan telefonda qeydə alınmış İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus kontaktlar və əlavə olaraq +98 (990) 066-31-27, +98 (914)454-65-37, +98 (914) ***-**-** və +98 (914)681-25-00 telefon nömrələri ilə danışıqları aparılmışdır. (cild 1, iş vərəqə 194) Səbail Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 24 oktyabr 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 195-197) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid6 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 198-200) Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 202- 203) Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli 7329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomoniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 205-206) Məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 530/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. (cild 1, iş vərəqə 207-209) Məhkəmə-psixiatrik ekspertizasının 09 dekabr 2024-cü il tarixli 3612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin istenik cizgiləri aşkar olunur. O, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona itttiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 210-212) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4-1 maddəsi ilə elan olunmuş ittihamın məzmununda əlavə və düzəlişlər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalan 4994,8 qram narkotik vasitə heroin və 2233,8 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, məhkumluğun ödənilməməsi və əməlində cinayətlərin residivi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına, eləcə də ünvana və təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus iki ədəd “Redmi” markalı mobil telefon cihazları iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs sonrakı ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər sübut kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs DİN-in BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar nəzərə alınmış, ********* nömrəli cinayət işi üzrə iş materiallarından xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbə xüsusatına görə cinayət işi ayrılmış, ayrılmış cinayət işi istintaqı zamanı “Məmməd” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin şəxsiyyəti müəyyən edilərək əməllərinə hüquqi qiymət veriləcəyi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 213-221) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarından xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in və 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surəti çıxarılmaqla ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 223-224) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (cild 1, iş vərəqə 229-230) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-358/2025 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət aldığını bilddirmişdir. Bədəninə baxış keçirilən zaman yeni xəsarət izi aşkar edilməmişdir, qarının ön divarında çoxsaylı köhnə çapıq toxuması aşkar edilmişdir. Bundan başqa BMCMİ-nin xx.xx.2026-cı il tarixli 3-13-6/2-574/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə BMCMİnin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 08 yanvar 2025ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 124 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 8475/2024 saylı məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədəni üzərində yeni, yəni xx.xx.2024-cü il tarixə uyğun gələn xəsarət aşkar edilməmiş, aparılmış müayinələrdən sonra ona “KƏX?” (kəskin əsəb xəstəliyi) diaqnozu qoyulmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid5 ifadələrində BNMİ-yə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yerini müəyyənləşdirdiklərini, 24 oktyabr 2024-cü il tarixdə, saat təxminən 18 radələrində İnşaatçılar metrostansiyasının yaxınlığında sonuncunu saxladıqlarını, özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxs üzərinə çəkilişlə baxış keçirildiyini, Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitə olması barədə məlumat daxil olduğunu bildirdiklərini, bu zaman Təqsirləndirilən şəxs könüllü şəkildə yaxınlıqda Qanlıgöl adlanan ərazidə narkotik vasitə və psixotrop maddələr saxladığını etiraf etdiyini, deyilən əraziyə videoçəkilişlə baxış keçirildiyini, baxış zamanı heroinə və metamfetaminə bənzər kütlələr aşkar edilərək götürüldüyünü, həmin kütlələrin çəkisinin təxminən yeddi kiloqram olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələri hardan əldə etdiyini soruşduqda, İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı iranlı şəxslə əvvəlcədən əlaqə saxlayaraq sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında iranlı şəxsin ona 1.000 manat pul verəcəyini bildirdiyini və tərəflərindən şəxsə qarşı heç biri fiziki və ya psixi təsir və təzyiq olunmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Beləliklə, Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir və təzyiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılmasının audiovideo ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus kontaktlar və nömrələri ilə danışıqlar aparması və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitələrin və pixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitə və psixotrop maddələrin polis əməkdaşları tərəfindən qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılmasının qeydə alındığı videoçəkilişi əks etdirən DVD formatlı disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması”, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi” və “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə aparılması” haqqında protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, narkotik vasitə və psixotrop maddənin xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, saxlanılan zaman mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus kontaktlar və nömrələri ilə danışıqlar aparmasını, 24 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində etiraf edici izahat verməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bundan başqa mobil telefon aparatına baxış keçirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus iki ədəd “Redmi” markalı mobil telefonlarına baxış keçirilmişdir. Baxış zamanı telefonun birinin yaddaşının “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (992) ***-**-** nömrəsinin “Mehdi” adı altında, +98 (905) ***-**-** nömrəsinin “Vəli” adı altında, +98 (902) ***-**-** nömrəsinin “Vəli” adı altında və +98 (905) ***-**-** nömrəsinin “Nadir” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus ikinci “Redmi” markalı mobil telefonunda “WhatsApp” və “WA Business” proqramları vasitəsi ilə 21 oktyabr 2024- cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək olan telefonda qeydə alınmış İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus kontaktlar və əlavə olaraq +98 (990) 066-31-27, +98 (914)454-65-37, +98 (914) ***-**-** və +98 (914)681-25-00 telefon nömrələri ilə danışıqları aparılması müəyyən edilmişdir. Bundan başqa ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid5 və Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş şəxslər ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxsnm üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiəçi məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanındakı TŞ3-071 nömrəli təhlükəsiz şəhər kameralarından Təqsirləndirilən şəxs həmin ünvanda Ford markalı, göy rəngli, 99CF857 qeydiyyat nişanlı sərnişin mikroavtobusundan düşməsinin görüntülərini, Bakı şəhəri, “İnşaatçılar” metrostansiyası yaxınlığındakı TŞ2- 010 nömrəli təhlükəsiz şəhər kameralarından, həmçinin “İnşaatçılar” metrostansiyasının video-müşahidə kameralarından Təqsirləndirilən şəxs həmin ünvanda əliboş düşməsini təsdiq edən görüntüləri, həmçinin, Bakı şəhəri, “Qanlıgöl” adlanan ərazisi yaxınlığındakı TŞ2-190 nömrəli təhlükəsiz şəhər kamralarından Təqsirləndirilən şəxs həmin ünvanda olan görüntülərinin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək Azərbaycan Respublikası DİN-nin X7 Xidmətinə müvafiq sorğu göndərilmiş və cavab alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-13- 3/2-15310/2025 saylı məktubu ilə müəyyən edilmişdir ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiəçi şifahi vəsatət verərək X14, X12, X10, X2, Şahid2 şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etməklə təqsirləndirilən şəxsin tutulduğu vaxt onların yanında olmasını təsdiq etmələri üçün məhkəmə iclasında əlavə şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatət qismən təmin edilərək X14 və Şahid2 əlavə şahid qismində məhkəməyə dəvət edilərək dindirilmişdir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X14 və Şahid2 məhkəmə istintaqı zamanı ifadələrində bildirdikləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin şəxslər təqsirləndirilən şəxslə yaxın münasibətdə (qohumluq) olmuşlar. Bu hal isə həmin şəxslərin Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə vermələrini daha inandırıcı edir. Məhkəmə İlahə Sultanlı və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadələrində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiəçi yazılı vəsatət verərək Şahid6 verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat keçirilərək saxlanıldığını, ona görə də X6 məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilərək Şahid6 şahid qismində məhkəməyə dəvət edilərək dindirilmiş və müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə, yuxarıda göstərilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlinin törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün şübhəli şəxs qismində verdiyi etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokol, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və ünvana baxış keçirilməsi”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında“ protokol, “mobil telefon aparatına baxış keçirilməsi” haqqında protokol, üzləşdirmə protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də, Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nəzərə alınmaqla 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, cəzası 08 il 06 aya endirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü İl tarixli qərarı ilə 01 il 11 ay vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 134-155) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 240.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nəzərə alınmaqla 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, cəzası 08 il 06 aya endirilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 11 ay vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə isə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Həmin Məcəllənin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə xüsusilə təhlükəli residiv sayılır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növlərini, çəkilərini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:45-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 18:20-dən tutulmuş hesab edilmiş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 4994,8 qram narkotik vasitə heroin və 2244,8 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına, eləcə də ünvana və təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 4994,8 qram narkotik vasitə heroin və 2244,8 qram psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına, eləcə də ünvana və təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1013/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1013/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver