Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1014/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və ədliyyə müşaviri X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin yanvar ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fərrux” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev prospektində yerləşdirdiyi 01 ədəd bükümdə, təmiz çəkisi 100,0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab olunan külli miqdarda heroini 30 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həmin yerdən götürüb əldə edərək sonradan « Fərrux» adlı şəxsin tapşırığına əsasən satışdan əldə olunacaq gəlirin bir hissəsinin ona veriləcəyi şərtilə sonuncunun deyəcəyi yerlərə qoymaq üçün üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:35 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ- nin 28-ci PB-ııin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli uzunqol gödəkcənin sol iç cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə, təmiz çəkisi 100,0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab olunan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, əvvəllər ailəli olmuş daha sonra ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda məhkumluq həyatı yaşamış və 2021-ci ilin iyun ayında şərti olaraq azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra fərdi əməklə məşğul olmağa başlamış, təxminən 20 ildən artıqdırki, narkotik vasitələrdən istifadə edir. Qeydiyyatda olduğu və yaşadığı ünvan 4 ünvanın həyətyanı sahəsindən biraz satıb qazanc əldə etdiyini bildirmişdir.Təxminən 1 aya yaxındırki, Bakı şəhəri T.Əliyev küçəsində yerləşən otellərin birində günü 30 manata qaldığını bildirmişdir. 05 yanvar 2022-ci il tarixdə saat təxminən 20:35 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxsin yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və əynində olan qara rəngli uzunqol gödəkçəsinin iç sol cibindən l(bir) bükümdə, narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrələr olan “Samsung” markalı mobil telefon, 25 (iyirmi beş) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sol əlində olan l(bir) ədəd saat, 2(iki) ədəd üzük aşkar olunaraq götürülmüşdür. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 118 (yüz on səkkiz) qram olmuşdur. Daha sonra həmin kütləni içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung”markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 25 (iyirmi beş) manat pul, l(bir) ədəd saat və 2(iki) ədəd üzüyü isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümünü +98 ***-***- **-** mobil nömrəni .istifadə edən İran İslam Respublikası vətəndaşı “Fərrux” adlı şəxsin vasitəsi ilə 7 (yeddi) gün bundan əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsində deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, narkotik maddələrin satışını həyata keçirməmiş, kiməsə əlbəəl narkotik maddə verməmiş, sadəcə olaraq Fərrux adlı şəxsin sifarişlərin Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoyaraq və həmin ərazinin şəklin çəkərək Fərruxa göndərmişdir.Fərruxda hər dəfəsində sifarişləri çatdırdığı üçün ona müəyyən miqdarda pul göndərmişdir. Fərrux adlı şəxsi təxminən 5- 6 aydırki tanımış və İnstagram sosial şəbəkəsində tanış olmuşdur.Bundan sonra münasibətləri yarandığından onun Bakı şəhəri üzrə narkotik sifarişlərin şəhərin müxtəlif ərazilərinə çatdırmışdır. Sonuncu dəfə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümünün özünə məxsus olduğunu, həmin kütləni +98 ***-***-**-** mobil nömrəni istifadə edən İran İslam Respublikası vətəndaşı “Fərrux” adlı şəxsin vasitəsi ilə 7(yeddi) gün bundan əvvəl Bakı şəhəri, Bakıxanov qəsəbəsində deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. O , İran İslam Respublikası vətəndaşı olan Fərruxun anket məlumatlarını onun xarici görünüşünü və xüsusi əlamətlərini bilməmişdir. “Samsung A 02S” markalı mobil telefonun ona məxsus olmuşvə həmin mobil telefonunda əvvəllər 070/55-434-74-05 mobil nömrəsindən, təxminən 15 gün olar ki ,isə ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir.Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini saxlanılmamışdan 7 gün öncə yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 21 radələrində İran İslam Respublikasının vətəndaşı olan “Fərrux” adlı şəxsin “Whatsapp” proqramı vasitəsilə etmiş olduğu bələdçiliklə Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən tam xatırlamadığı ərazidən əldə etmişdir, lakin əldə etmiş olduğu narkotik vasitəni heç bir şəxsə satmamış və Fərruxun tapşırığını gözləmişdir. Həmin narkotik vasitəni aparıb onun dediyi ünvanlara təhvil verib və bunun müqabilində “Fərruxun” ona pul verəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqin göstərilmə mişdir.Özünə məxsus olan Samsung Galaxy A02 s” markalı mobil telefonundakı “Whatsapp” tətbiqetməsində 04 yanvar 2022-ci il tarixdə saat 16:11-də istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “Dddddddd” adı ilə qeydiyyata saldığı +98-***-***-**-** mobil nömrəsindən “salam necəsən vəziyyət necədi Anar bu gün pul vura biləsən ” istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “verə bilmədiyini biraz keçsin xəbər tutub deyəcəyini ola bilərki birşeylərin ola biləcəyini amma onan yox çünki keçən partiya götürdüklərinin hamısının qaldığını bu birilərinin ucuz qiymətdən tökdüklərini hər yerin dolu olduğunu ona gözlədiyini ola bilərki başqa şeylərin olacağını xəbər edəcəyini” məzmunlu səs yazısını göndərdiyini, həmin gün saat 16:14-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə elə həmin nömrədən “anar qoy onlar qalsın bir günlükdür aşağı paylıyıblar bir günlükdür sabah onu tapa bilməyəcəklər bir günlükdü kiməsə atıblar kəsiblər onu pulsuz ələ gətiriblər o bir günlükdür qalmaz yoxsa mal o cür gəlməz yol pulu alırlar onu o cürəsinə paylıyalar ola bilməz helə şey “ məzmunlu səs yazısının göndərildiyini cavab olaraq həmin gün saat 16:52-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsinə istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən “baba gör mən nə deyirəm yəni bu şey yoxda yəni kokos yox mənə bax üç yüzlük lirika alisa yox aaa lirika 'gör varsa onan lazımdı onan götürəy ” məzmunlu səs yazısı göndərdiyini ,həmin gün saat 17:59-da “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən istifadənizdə olan ***-***-**-** mobil cavab olaraq “tapmışam anar sənin dərmanını tapmışam lirika üç yüzlük var, dörd yüzlük var, yüzlük, yüz əllilik var, tapmışam amma başları şuluxdu mənə qiymət demillər pulun mənə demillər neçiyədi sən dəqiq lazımdı pulun soruşum deyim dəqiq bu gün götürəsən” mövzulu səs yazısının göndərildiyini bildirmişdir. Həmçinin səs yazısına cavab olaraq o, 18:34-də “birdənə şəklin at məndə şəklin göndərim okey alım sonra mən sənə deyəcəm neçədənə lazımdı ikincisidə sən deyirsən 7 manat 6 manata Bakının özündədi sən 7 manata necə şey eliyirsən mənim başım çıxmır 6 Bakıda verilir Baba bəzi şeylər baha baha gedir dünən temanı çıxartmışam mənə deyirlər 10 manata camaat burda yalvarır gəl deyir 10 manatdan götürüm sənin üçün bilirəm müvəqqəti şeydi 5-3 dənə şey əllərinə düşüb bir şey pis şeydiki qiyməti öldürdülər oğraşlar qiyməti öldürdülər sən birdənə onun şəklin at mənə Adilnən məsələni həll elə mənə də pul para lazımdı məndə sıxışıram Adil keçən dəfə sağolsun 60-70 manat yolda rasxod elədik axtara axtara canımızada nə qədər ziyan dəydi özün gördün” məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 18:43-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən istifadəsində olan nömrəyə “Anar zəng elədim şəklin at dedim qiyməti bu cürdür dedi biz satmırıq dedi sənə 70 manata veririk 90 manata biz ora veririk sənin kimi adi adama 90 manata verirlər onları neçəyə paylaşırsan paylaş mənə 70 verirlər onuda vermirlər deyirlər alanı çoxdur biz satacıyıq yox satmırıq onu boşda satmadılar qaldı bu birisi tema onuda deyirsəne 10 manata dağıdırlar səndə hardasa 103 dənə qalır qoy onlar dağılsın 10 manata dağılıb qurtarsın onan sonra gör Rza mənə zəng edib tanıyırsanda deyir 35 manata 1 dənə tapa bilmirəm nə cür olub orda mən sənə inanıram pis başa düşmə nə cür orda 10 manata paylıyırlar Rza 35 manata 30 manata tapa bilmir deyir canım ağrıyır 30 manata tapa bilmirəm əgər biri 10 manatdırsa kim satır onu yolla mənə ünvanın Rzaya deyim getsin alsın çəksin orda ölür ” məzmunlu səs yazısı göndərilmişdir. 05 yanvar 2022- ci il tarixdə saat 00:14-da “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-914-813- 29-76 nömrəsindən istifadəsində olan nömrəyə “Anar qadanı alım 20 dənə torpağı hara bağlıyırsan bağla at qoy getsin gəlib götüəcəklər narahat olma 20 Yanvardı,Sumqayıtdı, Masazırdı onlardan götürəcək” məzmunlu səs yazısı göndərilmişdir, həmin gün 00:29-da o, “qardaşım bir dəqiqə bağışla yanıma adam gəldi iki kəlmə danışım yığaram danışarıq ” məzmunlu səs yazısı göndərmişdir.Bundan sonra 00:34-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98- ***-***-**-** nömrəsindən istifadəsində olan nömrəyə “Anar bu temanı 20 dənəni atsan ya atmayasan məə de tezləşdir mənim burda başımın tük yoldular” səs yazısı göndərilmiş, həmin gün 01:53-də o, “A baba gözlüyürük hə ya yox nə deyir Rza bir xəbər deyərdin bilək” məzmunlu səs yazısı göndərmişdir.Bundan sonra 00:34-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən istifadənizdə olan nömrəyə “Anar bu temanı 20 dənəni atsan ya atmayasan məə de tezləşdir mənim burda başımın tük yoldular” səs yazısı göndərilmiş, həmin gün 01:53-də siz, “A baba gözlüyürük hə ya yox nə deyir Rza bir xəbər deyərdin bilək” məzmunlu səs yazısı göndərilmişdir.Bundan sonra 17:12- də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən istifadənizdə olan nömrəyə “Anar başına dönərəm o məni güdür sənin qadını alım bu nəvaxt atırsan nə cür atırsan” səs yazısı göndərilmiş, həmin gün 17:13-də o, “Baba uzağı 15 dəqiqəyə atıram sənə videonu sənə atıram adresi ünvanıda sənə atıram 15 dəqiqəyə uzağı şəhər tıxacdı probkadı, sən Rzaya zəng elə gedirik Rzagilə birdənə gör evdədi denən Anar gəlir sizə tez tərəzini versin qoyum üstünə çəkim şey eliyim verim getsin yəni ayırmışam belə gözə yarı 20 qram ayırmışam prostu istəmirəm birdən əksik olar artığı cəhənnəmə əksik olmasın yəni məzmunlu səs yazısı göndərmişdir. Bundan sonra 17:115də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən istifadənizdə olan nömrəyə “Səə qurban olum sağol Anar, bir dənə də Rzaya verərsən Rzaya axşam mal atacam sənə onda birdənə götürüb qalanın atarsan Rzaya denən yanımda çox yoxduda azdı ” səs yazısı göndərmişdir.Əlavə bildirmişdir ki, qeyd olunan məzmunda yazışmalar və səs yazısı onunla, mobil telefonunda +98-***-***-**-** nömrə ilə “Dddddddd” adı altında qeydiyyata alınmış İran İslam Respublikasının vətəndaşı Fərrux adlı şəxslə “Whatsapp” tədbiq etməsindən istifadə edilərək həyata keçirilmişdir. Həmin danışıqlarda xx.xx.2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitə heroinin “Fərrux” adlı şəxs tərəfindən Bakı şəhərində olan tanışları vasitəsilə ona narkotik vasitələrin və psixotrop maddələrin çatdırılmasından həmçinin onun həmin maddələri “Fərrux” adlı şəxsin dediyi ünvanlara çatdıraraq qazanc əldə edəcəyi barədə söhbətlərin getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdarəsində XMİU baş əməliyyat müvəkkili işləyən polis mayoru Şahid2 iştirakı ilə tərəfindən 05 yanvar 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:35-də o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 7 ünvanın yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Anara külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Anarı Yasamal RPİnin 28-ci PB-nə dəvət etmişlər.A,Hüseynov onlara etiraz etməyib razılaşaraq onunla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin.Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcəsinin iç sol yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon,25 (iyirmi beş) manat pul,sol əlində 01 ədəd saat ,02 ədəd üzük və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir büküm heroinə bənzər kütlə elektron tərəzidə çəkildi. Həmin vaxt qeyd olunan büküm iştirakçıların gözü qarşısında içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürüldü. Daha sonra Təqsirləndirilən şəxs üzrəindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi sonuncuya izah edildikdən sonra götürüldü, 25 manat pul, 01 ədəd saat və 02 ədəd üzük isə Anarın özünə qaytarıldı. Orada Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcəsinin iç sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Anar bildirdi ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə heroindir. O, həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Fərrux” adlı şəxsin vasitəsilə 7 gün bunndan əvvəl əldə etdiyini və sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün həmin narkotik vasitəni üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumatın daxil olduğunu və həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxladıqlarını bildirmişdir.Təqsirləndirilən şəxs saxlanılan zaman İran İslam Respublikasının vətənadaşı olan Fərrux adlı şəxsin vasitəsi ilə həmin maddələrin satışı ilə məşğul olmasını etiraf etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilmədiyini bu faktı özü və baxışda iştirak edən şəxslərində təsdiq edə biləcəyini bildirmişdir. Şahid qismində ifadə vermiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 38-39-cu vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli uzunqol gödəkcənin iç sol cibindən aşkar olunmuş 01 ədəd büküm narkotik Vasitə heroin , həmçinin əynində olan şalvarın sol yan cibindən bir ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “Samsung” markalı mobil telefon və 25 manat nəğd pul,sol əlində olan 01 ədəd saat və 02 ədəd üzük aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitə heroin bükümü, və 01 ədəd “Samsung A02S” markalı mobil telefon götürülmüşdür. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 05 yanvar 2022-ci il tarixdə saat 21:30-da qeydə almır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 28-ci PB-də yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Nizami Omarovun yanında ondan sola doğru ayaq üstə dayanmış şəxs Baş narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1dur. Təhqiqatçımn qarşısında dayanmış şəxs 24 saylı vəkil bürosunun vəkili X3r. Xidməti otaqda Şahid1 müdafiəçi Lalə Mənsurovanm arasında dayanmış əynində qara rəngli uzunqol gödəkcə və əynində cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında təhqiqatçı Nizami Omarov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcənin iç sol cibinə salaraq oradan bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı N.Omarov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sol yan cibindən bir ədəd sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “Samsung” markalı mobil telefon və 25 manat nəğd pul,sol əlində olan 01 ədəd saat və 02 ədəd üzük aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcənin iç sol cibindən aşkar olunmuş həmin 01 ədəd büküm iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkcənin iç sol cibindən aşkar olunmuş 01 ədəd narkotik vasitə heroin bükümünü yeddi gün əvvəl İran İslam Respublikasının vətandaşı “Fərrux” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri,Bakıxanov qəsəbəsində deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirir.Özünün bütün növ narkotik vasitələrdən istifdə etdiyini başqa yerdə narkotik vasitə saxlamdığını bildirir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada götürülür, 01 ədəd saat, 02 ədəd üzük və 25 manat nağd pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. Cinayət işinin 116-118-ci vərəqlərində olan protokoldn görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A02 s” markalı mobil telefon aparatına xx.xx.2022ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon “Samsung Galaxy A02s ” markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranın fonunda isə tünd yaşıl rəngli fon şəkili yerləşdirilmişdir.Mobil telefonun üzərində Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** və 070-511- 50-51 mobil nömrələri vardır. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir.Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Bundan sonra mobil telefonda olan “Whatsapp” mobil tətbiqetməsinə baxış keçirildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. 04 yanvar 2022-ci il tarixdə saat 16:11 -də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** mobil nömrəsindən “salam necəsən vəziyyət necədi Anar bu gün pul vura biləsən ” Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “verə bilmədiyini biraz keçsin xəbər tutub deyəcəyini ola bilərki birşeylərin ola biləcəyini amma onan yox çünki keçən partiya götürdüklərinin hamısının qaldığım bu birilərinin ucuz qiymətdən tökdüklərini hər yerin dolu olduğunu ona gözlədiyini ola bilərki başqa şeylərin olacağını xəbər edəcəyini” məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 16:14-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə elə həmin nömrədən “anar qoy onlar qalsm bir günlükdür aşağı paylıyıblar bir günlükdür sabah onu tapa bilməyəcəklər bir günlükdü kiməsə atıblar kəsiblər onu pulsuz ələ gətiriblər o bir günlükdür qalmaz yoxsa mal o cür gəlməz yol pulu alırlar onu o cürəsinə paylıyalar ola bilməz helə şey “ məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 16:52-də “Dddddddd” adı İlə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən “baba gör mən nə deyirəm yəni bu şey yoxda yəni kokos yox mənə bax üç yüzlük lirika alisa yox aaa lirika gör varsa onan lazımdı onan götürəy ” məzmunlu səs yazısı göndərilmişdir. Həmin gün saat 17:59-da “Dddddddd” adı ilə qeydiyyata salınmış + 98-***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs İstifadəsində olan ***-***-**-** mobil cavab olaraq “ tapmışam anar sənin dərmanını tapmışam lirika üç yüzlük var, dörd yüzlük var, yüzlük, yüz əllilik var, tapmışam amma başları şuluxdu mənə qiymət demillər pulun mənə demillər neçiyədi sən dəqiq lazımdı pulun soruşum deyim dəqiq bu gün götürəsən” mövzulu səs yazısı göndərilmişdir. Həmin səs yazışma cavab olaraq Təqsirləndirilən şəxs 18:34-də “birdənə şəklin at məndə şəklin göndərim okey alım sonra mən sənə deyəcəm neçədnə lazımdı ikincisidə sən deyirsən 7 manat 6 manata Bakının özündədi sən 7 manata necə şey eliyirsən mənim başım çıxmır 6 Bakıda verilir Baba bəzi şeylər baha baha gedir dünən temanı çıxartmışam mənə deyirlər 10 manata camaat burda yalvarır gəl deyir 10 manatdan götürüm sənin üçün bilirəm müvəqqəti şeydi 5-3 dənə şey əllərinə düşüb bir şey pis şeydiki qiyməti öldürdülər oğraşlar qiyməti öldürdülər sən birdənə onun şəklin at mənə Adilnən məsələni həll elə mənə də pul para lazımdı məndə sıxışıram Adil keçən dəfə sağolsun 60-70 manat yolda rasxod elədik axtara axtara canımızada nə qədər ziyan dəydi özün gördün ” məzmunlu səs yazısı göndərmişdir. Həmin gün saat 18:43-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Anar zəng elədim şəklin at dedim qiyməti bu cürdür dedi biz satmırıq dedi sənə 70 manata veririk 90 manata biz ora veririk sənin kimi adi adama 90 manata verirlər onları neçəyə paylaşırsan paylaş mənə 70 verirlər onuda vermirlər deyirlər alanı çoxdur biz satacıyıq yox satmırıq onu boşda satmadılar qaldı bu birisi tema onuda deyirsəne 10 manata dağıdırlar səndə hardasa 103 dənə qalır qoy onlar dağılsın 10 manata dağılıb qurtarsın onan sonra gör Rza mənə zəng edib tanıyırsanda deyir 35 manata 1 dənə tapa bilmirəm nə cür olub orda mən sənə inanıram pis başa düşmə nə cür orda 10 manata payhyırlar Rza 35 manata 30 manata tapa bilmir deyir canım ağrıyır 30 manata tapa bilmirəm əgər biri 10 manatdırsa kim satır onu yolla mənə ünvanın Rzaya deyim getsin alsm çəksin orda ölür ” məzmunlu səs yazısı göndərilmişdir. 05 yanvar 2022-cİ il tarixdə saat 00:14-da “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Anar qadam alım 20 dənə torpağı hara bağlıyırsan bağla at qoy getsin gəlib götüəcəklər narahat olma 20 Yanvardı.Sumqayıtdı, Masazırdı onlardan götürəcək” məzmunlu səs yazısı göndərilmiş, həmin gün 00:29-da Təqsirləndirilən şəxs “qardaşım bir dəqiqə bağışla yanıma adam gəldi İki kəlmə danışım yığaram danışarıq ” məzmunlu səs yazısı göndərilmişdir. Bundan sonra 00:34-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***- **-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Anar bu temam 20 dənəni atsan ya atmayasan məə de tezləşdir mənim burda başımın tük yoldular” səs yazısı göndərilmiş, həmin gün 01:53-də Təqsirləndirilən şəxs “A baba gözlüyürük hə ya yox nə deyir Rza bir xəbər deyərdin bilək” məzmunlu səs yazısı göndərilmişdir.Bundan sonra 00:34-də “Dddddddd” adı ilə qeydiyyata salmmış +98-***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Anar bu temam 20 dənəni atsan ya atmayasan məə de tezləşdir mənim burda başımm tük yoldular” səs yazısı göndərilmiş, həmin gün 01:53-də Təqsirləndirilən şəxs “A baba gözlüyürük hə ya yox nə deyir Rza bir xəbər deyərdin bilək” məzmunlu səs yazısı gÖndərilmişdir.Bundan sonra 17:12-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Anar başına dönərəm o məni güdür sənin qadını alım bu nəvaxt atırsan nə cür atırsan” səs yazısı göndərilmiş, həmin gün 17:13-də Təqsirləndirilən şəxs “Baba uzağı 15 dəqiqəyə atıram sənə videonu sənə atıram adresi ünvanıda sənə atıram 15 dəqiqəyə uzağı şəhər tıxacdı probkadı, sən Rzaya zəng elə gedirik Rzagilə birdənə gör evdədi denən Anar gəlir sizə tez tərəzini versin qoyum üstünə çəkim şey eliyim verim getsin yəni ayırmışam belə gözə yarı 20 qram ayırmışam prostu istəmirəm birdən əksık olar artığı cəhənnəmə əksik olmasın yəni ” məzmunlu səs yazısı göndərilmişdir. Bundan sonra 17:115-də “Dddddddd” adı ilə qeydiyyata salınmış +98-***- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Səə qurban olum sağol Anar, bir dənə də Rzaya verərsən Rzaya axşam mal atacam sənə onda birdənə götürüb qalanın atarsan Rzaya denən yanımda çox yoxduda azdı ” səs yazısı göndərilmişdir.Danışıqlar zamanı narkotik maddələrlə bağlı müxtəlif məzmunlu danışıqlar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. Siİnmiş fotoşəkillər olan bölməyə baxış keçirilən zaman dəmiryolu xətinin aşağı hissəsində olan torpaq yolda daşın üzərinə rəngli işarə qoyulmuş fotoşəkil müəyyən edilmişdir. Bundan sonra mobil telefonun daxil olan və çıxan zənglər siyahısına olan bölməsinə baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adma rəsimiləşdirilmiş ***-***- **-** və ***-***-**-** mobil nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, daxil olan və çıxan SMS mətnlərinin, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 5117/22 nömrəli məktuba əlavə edilmiş üzərində “091-5695-1222” rəqəmləri yazılmış 01 ədəd “CD” diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin 01 ədəd “CD” diskdə 03 ədəd SMS_Tarixçəsf_********************051, 02 ədəd ZənglərinJ detallaşması **********5541_7095454İ4_4,02ədədZənglərin_Məxsusluq_Tarixçələri********************41 4_NAR_4 adlı fayllar vardır. 03 ədəd SMS_Tarixçəsi **********4740 705115051 fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan mesajların mətinləri göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. 02 ədəd Zənglərin_Detallaşması **********5541 709545414^4, adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrəsinə xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, həmin zəng etmiş müxtəlif operatorlara məxsus abonenetlərlə aparılmış danışıqların müddətləri göstərilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. 02 ədəd Zənglərin_ Məxsusluq_Tarixçələri 202202, 09125606 709545414_NAR_4 adlı fayllar açıldıqda ekranda Təqsirləndirilən şəxs məxsus 070- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərin məxsus olduğu 80 mobil nömrənin sahiblərinin anket məlumatları qeyd olunmuşdur.Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Cinayət işinin 48-52-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi...”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 100,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 136-137-ci vərəqlərində olan ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 822 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməltəi aşkar olunmayıb Həmin dövürdə, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin 126-127-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 91 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 167-181-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 100.0 qram olan narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 99.95 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ- nin məsul saxlancına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntülərin olduğu 01 ədəd CD disk, xx.xx.2022-ci il tarixli AZF/LGL- 5117/22 nömrəli məktubla "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və xx.xx.2022-ci il tarixli 5/162 nömrəli məhkəmə kompüter texniki ekspertizasının rəyinə əlavə edilmiş 03 ədəd DVD formatlı disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 28-29 və 88-92-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-113-cü vərəqlərində olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon xalq məhkəməsi tərəfindən 01 noyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 147 M3 HİS ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, 03 il şərti sınaq müddəti barəsində seçilmişdir. Bakı şəhəri Yasamal rayon xalq məhkəməsi tərəfindən 24 may 1996-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 143 M2 HİS,39 AR ilə 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2001-ci il tarixdə Amnistiya qərarının 5-ci maddəsinə əsasən azad olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən 14 noyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir.xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. ARCDİÜ AR məhkəməsi tərəfindən xx.xx.2006-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 234.1, 326.2, 66.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ rayon məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 317-2.1,67.1-ci maddələri 03 il müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2015-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfındən 27 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə 03 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Gəncə şəhər Kəpəz rayon məhkəməsi tərəfindən 18 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CM- nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 01 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 71.5, 67.1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 il 04 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs digər hökmlər üzrə olan məhkumluğu ödənilsə də xx.xx.2019-ci il tarixli hökmü üzrə olan məhkumluqları ödənilmədən hazırki cinayət əməlini törətməsi CMnin 18.2.1-ci maddəsi ilə cinayətlərin təhləkəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhləkəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayətin residivi olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 100.0 qram, tədqiqatlardan sonra qalıq qalmış 99.95 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 02 (iki) ədəd CD və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung A02 S ” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 100.0 qram, tədqiqatlardan sonra qalıq qalmış 99.95 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 (iki) ədəd CD və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung A02 S ” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov