Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1014/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreptovu küçəsi 9, ev 170 qeydiyyatda olmaqla Xəzər rayonu, Binə- Sovxoz yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə, saat 01 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ev 11 V ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz olaraq girib həyətyanı sahədəki taxta pilləkandan istifadə edərək oradakı evin hamam otağının nəfəsliyini əli ilə açaraq hamam otağına keçmiş, Zərərçəkmiş şəxs tərəfindən onun etdiyi qanunsuz əməl ifşa edilərək hərəkətlərini dayandırması ilə bağlı sonuncunun qışqırması səbəbindən saxlanılacağını bilib özgənin əmlakını gizli yolla ələ keçirmək əməllərini quldurluq, yəni, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlkəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayətinin törədilməsinə yönəldərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlkəli zorakılıqla müşayiət olunan hərəkətlər edərək sonuncunun ağzından əli ilə tutub evin dəhlizində yerə yıxaraq boğması nəticəsində Zərərçəkmiş şəxs alt dodaq və boyun nahiyyələrinin qançırları ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətər yetirmiş, bundan sonra qanunsuz əməllərinə davam edərək evin dəhlizində yerləşən mətbəxdən götürdüyü bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən, üzərində sonradan hər hansı əlavə və dəyilişliklər edilməyən mətbəx bıçağı ilə sonuncunun həyatı və sağlamlığı üçün təhlkəli zorun tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 3230 manat təşkil edən 1900 ABŞ doları və 3250 manat pulu, üzərində “İTALY 585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 18,55 qram olan, bir ədəd sarıgümüşü rəngli metaldan 1762,0 manat dəyərində boyunbağını (kolyeni), üzərində “585” əyyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,56 qram olan 1 ədəd sarı rəngli metaldan 242,0 manat dəyərində boyunbağını, üzərində “versage” naxışları olan, sırğasının bir tayının kilid yeri qırıq olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7,05 qram olan 670,0 manat dəyərində sırğa cütü-üzük dəstini, üzərində “İTALY 585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 5,85 qram olan 1 ədəd sarı-gümüşü rəngli metaldan, 556,0 manat dəyərində oval formalı sırğa cütünü, 1 ədəd sarı rəngli metaldan qeyd edilən dəstin sırğa tayının kilid yerinə taxılmış, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan 14 manat dəyərində qırırntını ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 9724 manat, xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəmə baxışı iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, həmin ifadədə Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə Sovxoz yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid3 ilə birlikdə yaşamışdır. Dolanışıq məqsədilə fərdi qayda mopedlə kuryer fəaliyyəti göstərmişdir. Şahid3 ilə təxminən 4 ay əvvəl tanış olmuş, sonuncu həyat yoldaşı Elvinlə bir ilə yaxın imiş ki, ər-arvad kimi yaşamamış, əri Elvindən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Südabə ilə yaxın münasibətdə olduğu üçün sonuncunun qohumları və ailə üzvləri barədə onun da məlumatı olmuşdur. Südabənin Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi olmuş, 2024-cü ilin yay aylarında Südabə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Sonuncunun xalası Solmaz da Südabədən həmin torpaq sahəsini almaq istəmiş, həmin vaxt o, Solmazın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən fərdi yaşayış evini görmüşdür. Həmçinin o, bilmişdirmiş ki, Solmaz maddi cəhətdən imkanlıdır. Təxminən 2 ay əvvəl bir dəfə Südabənin anasının xalası Nadiyə rəhmətə gedərkən o, Südabəni Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən xalası Solmazın evinə aparmış, həmin vaxt da Solmazın harada yaşamasını bilmişdir. Maddi vəziyyəti pis olduğundan çoxlu borcları yaranmış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Südabə ilə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz yaşayış massivi nömrəsiz evdən çıxıb onun mopedi ilə sonuncunun anası Nazilənin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Südabə anası Nazilənin yaşadığı evə keçmiş, o isə öz işlərinin arxasınca getmişdir. İşə gedərkən idarə etdiyi mopedin matorunda problem yarandığından mopedi ustaya aparmış, usta mopedin təmiri üçün 200 manat pul istəmişdir. Onun da pulu olmadığından Südabəyə zəng edərək mopedin matorunun xarab olduğunu, ustada mopedinin matorunu düzəltdirdiyini və təmir üçün ustaya verməyə 200 manat pulunun olmadığını bildirmişdir. Bu səbəbdən də Südabədən xahiş etmişdir ki, sonuncu ona 200 manat borc pul tapsın. Südabə də etiraz etməmiş və bir müddət sonra ona bildirmişdir ki, qızı Nazilədən 200 manat borc pul almışdır. O da ustadan hazırda xatırlamadığı bank kartını verməsini bildirmiş, usta ona bank kartını göndərdikdən sonra o, həmin kartı Südabəyə göndərmişdir. Həmin gün saat 13 radələrində Südabə 200 manat pulu ona göndərdiyi ustanın hazırda xatırlamadığı bank kartına göndərmiş, moped təmir edildikdən sonra o, işlərinin arxasınca getmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o, Südabəyə zəng edərək küçəyə çıxmasını və onunla getməsini bildirmiş, sonuncu əvvəlcə etiraz etsə də sonradan onunla razılaşıb küçəyə çıxmış və onun mopedinə əyləşmişdir. Həmin vaxt Südabə ilə görüşməkdə məqsədi sadəcə mopedlə gəzmək olmuşdur. Yolda gedərkən bir anlıq fikrinə gəlmişdir ki, pul tapmaq üçün yalnız oğurluq etməlidir. Oğurluq etmək üçün də imkanlı şəxs olaraq tanıdığı yalnız Südabənin xalası Solmaz olmuşdur. Bu səbəbdən də o, mopedi Solmazın yaşadığı Sabunçu rayonu Balaxanı qəsəbəsinə sürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində o, artıq Balaxanı qəsəbəsində olmuş, o, mopedi yolun hərəkət hissəsinin kənarında saxlamış və Südabəyə demişdir ki, onu mopedin yanında gözləsin, belə ki, guya o, ünvana sifariş gətirmişdir. O da kuryer işlədiyindən Südabə ona inanmış, sonra Südabənin xalası Solmazın yaşadığı evə tərəf getmişdir. Evin yanına çatanda görmüşdür ki, işıqlar yanmır. Sonra evdə kimsənin olub-olmamasını yoxlamaq üçün evin küçə qapısını döymüş, lakin qapının səsinə kimsə çıxmamışdır. Sonra isə hasardan evin həyətyanı sahəsinə daxil olmuş, həyətyanı sahədə kiçik daş parçası tapıb orada tikilmiş fərdi yaşayış evinin pəncərəsinə atmış və bir müddət gözləmişdir. Lakin yenə də səsə kimsə çıxmamış, o, fikirləşmişdir ki, evdə kimsə yoxdur. Evə necə daxil olmaq barədə fikirləşəndə görmüşdür ki, evin ön hissəsində kiçik bir nəfəslik vardır. Həmçinin həyətyanı sahəyə baxdıqda orada taxta pilləkan görmüş, həmin taxta pilləkanı götürüb nəfəsliyin qarşısına qoymuşdur. Nəfəsliyin taxta pəncərəsini əli ilə itələyərək daxilə doğru açmış və həmin nəfəslikdən evə daxil olmuşdur. Evə daxil olduqda görmüşdür ki, nəfəslik hamam otağının nəfəsliyidir. Hamam otağında olarkən qəflətən qarşısında Südabənin xalası Solmazı görmüş, sonuncu evin dəhlizində dayanmışdır. Dəhlizdə həm də mətbəx olmuş, o, Solmazı görən kimi hamam otağından dəhlizə keçmiş, Solmazı yerə yıxaraq əli ilə boğazından tutub evdə olan pul və qızıl əşyalarını ona verməsini bildirmişdir. Hətta Solmazı qorxutmaq üçün də dəhlizdə yerləşən mətbəxdən bıçaq da götürmüşdür. Solmaz xanım da ona heç nə etməyəcəyi təqdirdə pul və qızıl əşyalarını verəcəyini demişdir. Bundan sonra Solmaz xanım ona dəhlizdə yerləşən saxlanc yerindən hansısa qabın içərisindən 1900 ABŞ dolları və 3000 manat pul vermişdir. O da Solmaza həmin puldan əlavə də pul və qızıl əşyası da verməsini bildirmişdir. Bundan sonra Solmaz xanım dəhlizdən içəri həm qonaq, həm də yataq otağı olan otağa keçmiş, sonuncu həmin otaqda sol tərəfdə olan şkafdan 250 manat, sağ tərəfdə olan şkafdan isə iki ədəd boyunbağı, bir cüt sırğa, bir cüt sırğa və bir üzükdən ibarət qızıl dəstini çıxarıb ona verib demişdir ki, evdə başqa pul və qızıl əşyaları yoxdur. Solmaz ona pul və qızıl əşyalarını verərkən sonuncunun evindən götürdüyü bıçaq onun əlində olmuş, Solmaz da qorxurmuş ki, o, sonuncuya həmin bıçaqla xəsarət yetirər. O, bundan sonra evdən çıxmaqdan ötrü giriş qapısına tərəf getmiş, Solmazdan evin açarlarını və telefonlarını ona verməsini bildirmişdir. Solmaz da evin açarını və iki ədəd mobil telefonunu ona vermiş, o, evdən çıxmazdan əvvəl mətbəxdən götürüb Solmaza hədə qorxu gəldiyi bıçağı evin hamam otağında unitazın içərisinə atmışdır. Sonra isə evin giriş qapısından çıxaraq qapını küçə hissədən açarla bağlayıb açarı qapının üzərində saxlamışdır. Solmazın iki ədəd mobil telefonunu isə evin giriş qapısının yanına qoymuşdur. Bunu etməkdə məqsədi o olmuşdur ki, Solmaz küçəyə çıxaraq və ya telefonla zəng edərək kömək çağırmasın. Sonra evin həyətyanı sahəsinin qapısından çıxaraq mopedi saxladığı, yəni, Südabənin olduğu yerə yaxınlaşmış, Solmazdan ələ keçirdiyi pul və qızıl zinət əşyalarını cibinə qoymuşdur ki, Südabə heç nədən şübhələnməsin. Sonra mopedə əyləşib sürərək Bakıxanov qəsəbəsində yerləşən Stimul hospitalın yaxınlığına gəlmiş və mopedi Stimul hospitalının yaxınlığında saxlamışdır. Belə ki, o, mopedi idarə edərkən nasazlıq hiss etmişdir. Oradan da Südabə ilə yoldan keçən dövlət qeydiyyat nişanı və markasını bilmədiyi taksi avtomobilinə əyləşib Xəzər rayonu Binə sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmişlər. Həmin gecəni də Südabə ilə evdə keçirmişlər. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində o, işə getmiş, ələ keçirdiyi pul və qızıl zinət əşyalarını özü ilə aparmışdır. İşdə olarkən 500 manat və 1000 ABŞ dolları ilə əvvəllər aldığı borclarını qaytarmışdır. xx.xx.2024-cü il tarixdə saat 17-18 radələrində Südabə ilə yaşadığı Xəzər rayonu Binə sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmiş, həmin vaxt yalandan Südabəyə demişdir ki, iş yerindən maaş və avans almışdır, Südabəyə 900 ABŞ dolları, 325 manat pulu verir ki, sonuncu borclarını ödəsin. Südabə də şübhələnməmiş və etiraz etməyərək pulları almışdır. Sonra o, evdən çıxıb getmiş, Solmazdan ələ keçirdiyi qalıq pullları və qızıl-zinət əşyalarını özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 03-04 radələrində Südabə ilə yaşadığı Xəzər rayonu Binə sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmiş, həmin vaxt Südabəyə Solmazdan ələ keçirdiyi iki ədəd boyunbağını, bir cüt sırğanı, bir cür sırğa və bir ədəd üzükdən ibarət qızıl dəstini verərək bildirmişdir ki, guya həmin qızıl əşyaları keçmiş həyat yoldaşı Almaza məxsusdur, həmin qızıl əşyalarını Almazdan geri almışdır və Südabəyə verir ki, sonuncu həmin qızıl əşyalarını saxılasın. Südabə də şübhələnməmiş, çünki sonuncu onun keçmiş həyat yoldaşı Almazla münasibətlərinin pis olmasını bilirmiş. Südabə etiraz etməyib qızıl əşyalarını saxlamaq üçün qəbul etmiş, həmin gecəni də onlar evdə qalmışlar. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yuxudan oyanmış, həmin vaxt Solmazdan ələ keçirdiyi pullardan qalıq qalmış 2100 manat pulu Südabədən xəbərsiz yataq otağında qutuda gizlətmiş, həmin gün 10-11 radələrində işinə getmiş, ondan sonra Südabə də anası Nazilənin evinə getmişdir. Həmin vaxt Südabə onun verdiyi iki ədəd boyunbağı, bir cüt sırğa, bir cür sırğa və bir ədəd üzükdən ibarət qızıl dəstini, 900 ABŞ doları və 325 manat pulu özü ilə anası Nazilənin evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə də o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, qeyd etmişdir ki, 2100 manat pul Südabə ilə yaşadığı evdə qırmızı qutunun içərisindədir, 900 ABŞ doları və 325 manat pul, iki ədəd boyunbağı, bir cüt sırğa, bir cür sırğa və bir ədəd üzükdən ibarət qızıl dəsti Südabədədir, 1000 ABŞ dolları və 500 manatı isə borclarına paylamışdır. Yerdə qalan pulu isə xərcləmişdir. O, cinayət edərkən mopedi kənarda saxlamış, hava qaranlıq olduğundan həmin yerdən Solmazın evi görsənmirmiş. Həm də o, Südabəyə demişdir ki, guya kuryer kimi həmin yerə kart sifarişi gətirmişdir. Sonuncu da onun kuryer olduğunu bildiyindən ona inanmışdır. O, qeyd olunan cinayət hadisəsini tək etmiş və cinayət etməyi ilə bağlı da heç kimə məlumat verməmişdir. Solmazla heç bir münasibəti olmamış, sadəcə o, Solmazı bir dəfə görmüş, sonuncunun evinin yerini də Südabəni yas yerinə apararkən görmüşdür. Bundan başqa Solmazın Pirşağı qəsəbəsindəki evini gördükdən sonra bilmişdir ki, Solmaz imkanlı şəxsdir. O, Südabəyə qızıl əşyalarını verərkən bildirmişdir ki, həmin qızıl əşyaları keçmiş həyat yoldaşı Almazındır və saxlamaq üçün verir. 900 ABŞ doları və 325 manat pulu verərkən isə demişdir ki, iş yerindən maaş və avans almışdır. Südabə də ona inandığından şübhələnməmişdir. O, Südabəyə bildirməmişdir ki, sonuncuya verdiyi pul və qızıl əşyalarını Solmazın evindən götürmüşdür, Südabə bilmirmiş ki, onlar Solmazın evinə getmişlər, o, pul və qızıl əşyalarını cinayət yolu ilə əldə etmişdir. Başqa heç bir cinayət hadisəsi etməmişdir, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Təqaüdçüdür, heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində hazırda yaşadığı ünvan 2 ünvanına gəlmiş, həmin gün evdə olmuş, saat 23 radələrində evdə işıqları söndürmüşdür ki, yatsın. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində ünvan 2 ünvanında yatdığı zaman qonşunun itinin hürməsini eşidərək yuxudan oyanmış, həmin vaxt hamam otağında səs eşitmişdir. Hamam otağına yaxınlaşarkən görmüşdür ki, bir nəfər şəxs, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs hamam otağındadır, o, Cavidanı görən kimi qışqırmış, sonuncu əli ilə onun ağzını tutub dəhlizdə yerə yıxaraq boğmağa başlamışdır. Sonra Cavidan dəhlizdə yerləşən mətbəxdə stolun üzərindən bıçaq götürüb ondan pul və qızıl əşyalarını verməsini tələb etmiş, o da Cavidana zərər yetirmədiyi təqdirdə pul və qızıl-zinət əşylarını verəcəyini bildirmişdir. Bundan sonra Cavidan onu buraxmış, o da dəhlizdə yerləşən saxlanc yerindən özünə məxsus olan 3000 manat, 1900 ABŞ dolları məbləğində pulu Cavidana vermişdir. Bundan sonra Cavidan mətbəxdən götürdüyü bıçaqla ona hədə qorxu gələrək evdə əlavə pul və qızılzinət əşyaları olmasını, həmin əşyaları da verməsini tələb etmişdir. O da qorxduğu üçün dəhlizdən həm qonaq, həm də yataq otağı kimi istifadə etdiyi otağa keçmiş, həmin otaqda sol tərəfdə yerləşən şkafa qoyduğu çantanın içərisindən 250 manat pul götürüb Cavidana vermişdir. Sonra da həmin otaqda sağ tərəfdə yerləşən şkafdan iki ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir cüt digər qızıl sırğa və bir üzükdən ibarət qızıl dəstini Cavidana vermiş, pul və qızıl-zinət əşyalarını Cavidan götürdükdən sonra ona demişdir ki, evin açarlarını və mobil telefonunu da versin. O da qorxduğundan evin açarlarını və iki ədəd mobil telefonunu Cavidana vermişdir. Cavidin bunu etməkdə məqsədi onun telefonla heç kimə məlumat verməməsi olmuşdur. Bundan sonra Cavidan ona hədə qorxu gəldiyi bıçağı hamam otağında unitazın içərisinə atmış, sonra isə evin giriş qapısını açıb götürdüyü pul və qızıl-zinət əşyalarını, evin açarını, iki ədəd mobil telefonu götürüb giriş qapısından küçəyə çıxmışdır. Cavidan evin giriş qapısını küçə hissədən açarla bağlamış və onun bilmədiyi istiqamətdə getmişdir. O da bundan sonra ev telefonu ilə qonşuluqda yaşayan Gülnarəyə zəng etmiş, sonuncu da cəld onların evinə gəlib qapını açarla açmışdır. Belə ki, Gülnarə bildirmişdir ki, onların evinə gələrkən həyətyanı sahənin qapısı açıq olmuş, evin giriş qapısının üzərində də açar olmuşdur. Onun mobil telefonları da evinin giriş qapısının yanına qoyulmuşdur. O, bundan sonra telefonla zəng edərək oğlu Aqşınə məlumat vermiş, sonuncu da hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları evinə gələrək ondan ərizə və izahat almış, hadisə yeri olan evinə onun iştirakı ilə baxış keçirmişlər. Ona göndəriş verilmiş və o, göndəriş əsasında MTE-dan müayinədən keçmişdir. Cavidan ona xəsarət yetirərək evindən götürdüyü bıçaqla ona hədə qorxu gəlib 1900 ABŞ doları və 3250 manat pul, 1900 manat dəyərində bir ədəd, 600 manat dəyərində bir ədəd qızıl boyunbağını, 500 manat dəyərində bir cür qızıl sırğanı, 700 manat dəyərində bir cüt qızıl sırğa və bir üzükdən ibarət olan qızıl dəstini ələ keçirmişdir. Ümumilikdə ona 10180 manat ziyan dəymişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Cavidan ona qarşı törətdiyi cinayət əməlini tək icra etməmiş, bu işdə bacısı qızı Südabə də iştirak etmişdir. Ona qarşı cinayət hadisəni törətmiş Cavidan adlı şəxsi əvvəllər tanımamış, sonuncunun Südabə ilə şəxsi münasibəti olmasından xəbərsiz olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs qızılların, 900 ABŞ dolları və 2425 manat pulun ona geri qaytarılmasını bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Sonuncu Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ev 11 V ünvanında tək yaşayır, təqaüdçüdür və heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat 02-03 radələri aralığında yaşadığı ünvanda olduğu zaman anası Solmaz ona zəng etmiş və bildirmişdir ki, tanımadığı şəxs sonuncunun yaşadığı evə daxil olaraq onu yerə yıxıb bıçaqla hədələmiş, pul və qızıl-zinət əşyalarını alıb getmişdir. Anası Solmaz bundan sonra qonşusu Gülnarəyə zəng edərək evinə çağırmışdır. O da dərhal anası Solmazın yaşadığı evə getmiş, həmin vaxt görmüşdür ki, sonunun yaşadığı evdə Gülnarə vardır. Anası Solmazdan nə baş verməsini soruşduqda sonuncu ona bildirmişdir ki, tanımadığı bir nəfər şəxs yaşadığı evə daxil olaraq əvvəlcə əli ilə onun ağzını tutub dəhlizdə yerə yıxaraq boğmağa başlamış, sonra isə dəhlizdə yerləşən mətbəxdə stolun üzərindən bıçaq götürüb ondan pul və qızıl əşyalarını verməsini tələb etmişdir. Solmaz da qorxduğundan evindən 3250 manat və 1900 ABŞ dolları pulu, onun bilmədiyi qızıl-zinət əşyalarını həmin şəxsə vermişdir. Tanımadığı şəxs də pul və qızıl-zinət əşyalarını götürüb Solmazın evinin açarlarını və mobil telefonlarını almış, bıçağı isə unitaza tullayaraq çıxıb getmişdir. O dərhal bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz yaşayış massivi nömrəsiz evdə Təqsirləndirilən şəxsla qeyri-rəsmi nikah münasibətində yaşamış, fərdi qaydada dərzi kimi işləmişdir. Cavidan isə dolanışıq məqsədilə kuryer işləmişdir. Cavidanla 2023-cü ilin dekabr aylarından etibarən birlikdə yaşamağa başlamışlar. Onun evi Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz yaşayış massivində yerləşir. Əvvəllər Zabrat qəsəbəsində sexdə dərzi kimi işləmiş, sonra həmin işdən çıxmışdır. Xalası Zərərçəkmiş şəxs anasının xalası Nadiyə ilə yaşamış, Nadiyə rəhmətə getdikdə başsağlığı vermək üçün xalasının evinə getmiş, onu da həmin yerə Cavidan aparmışdır. Ora getdikdə Cavidan ondan xalasının burada kiminlə yaşadığını soruşmuş, o da cavabında gəldikləri yerin xalasının evi olduğunu, əvvəllər rəhmətlik Nadiyə ilə qaldığını, Nadiyə öldüyü üçün hazırda tək yaşadığını bildirmişdir. Bir neçə dəfə xalası ilə telefon əlaqəsi saxladığı zaman Cavidan onların danışığını eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Cavidanla anası Nazilənin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, həmin gün Cavidan ona zəng edib motosikletini düzəltdirmək üçün pula ehtiyacı olduğunu demiş, o da anasından 200 manat götürüb Cavidana yollamışdır. Cavidan ondan yenə pul istəmiş, lakin pulu olmadığı üçün verə bilməmişdir. Bir müddət sonra Cavidan ona zəng edib onu israrla evə çağırmış, o isə qayıtmamışdır. Çünki Cavidanın sərxoş olduğunu anlamışdır. Cavidan sərxoş olduğu vaxtlarda olduqca əsəbi davranmış, buna görə o Cavidandan ehtiyat etmişdir. Sonra Cavidan anasının evinə gəlib onu çağırmış, gəlməsə zorla evə girəcəyini bildirmiş, o da, bundan qorxub çölə çıxmışdır. Həm də söz-söhbət olmasını istəməmiş, qonşular və onları tanıyan digər şəxslərin bilməsindən, övladlarının olmasından, qızının nişanlısının qonşuluqda yaşamasından utanmış, ona görə çölə çıxıb Cavidanla birlikdə mopedə əyləşib evə getmişlər. Cavidan hədsiz sərxoş olduğunu görmüş, fikirləşmişdir ki, yəqin evə getdikdən sonra Cavidan sakitləşər, yatar. Bir az getdikdən sonra Cavidan mopedi saxlamış və ona işinin olduğunu, heç yerə getməməsini tapşırmışdır. Dayandıqları yer Balaxanı qəsəbəsinin girişi olmuş, lakin Cavidanın hara getdiyini bilməmişdir. Təxminən 1 saat sonra Cavidan geri qayıtmış və birlikdə evə getmişlər. Cavidan yatmış, o isə səhərə kimi stressdən yata bilməmişdir, Cavidanın anası gilə yenə niyə gəldiyini fikirləşmişdir. Səhər saat 7 radələrində yatmış, sonra durub saat 10-11 radələrində işə getmişdir. Bir müddət sonra Cavidan ona zəng edib işdən avans götürdüyünü demişdir. Cavidan həm də motosiklet alveri ilə məşğul olmuşdur. Cavidanın harada işlədiyini bilməmiş, sadəcə həm kuryer kimi fəaliyyət göstərdiyini, həm də avtomobil ehtiyat hissələri satılan bir obyektdə işlədiyini bilmişdir. Cavidan avans vasitəsi ilə yeni motosiklet alacağını bildirmiş, sonra evə yüz manatlıq əskinaslar, dollar əskinasları və qızıl-zinyət əşyaları gətirmişdir. Nə olduğunu soruşduqda pulların bir hissəsini dəyişib dollar etdiyini, həmin pulları saxlamasını, motosiklet alanda götürəcəyini bildirmişdir. Cavidan daha əvvəl ondan da pul götürmüş, lakin sonra qaytarmışdır. Anası gilə, yəni Bülbülə qəsəbəsinə ayın 13-ü səhər saatlarında getmiş, Cavidan isə axşam saatlarında evə gəlib onu çağırmışdır. Nadiyənin yas mərasimində iştirak etmək Cavidan onu xalasının evinə gətirərkən xalasının evinin qapısına kimi gəlmiş, lakin evə daxil olmamışdır. Cavidanla münasibəti olduğunu anası bilmiş, lakin xalası bilməmişdir. Şahid həmçinin bildirmişdir ki, Balaxanıda dayandıqları yerlə xalasının evinin arasında bir az məsafə olmuş, heç ağlına da gəlməzdi ki, Cavidan xalasının evinə gedər. Anasının evindən çıxdıqdan sonra Cavidan mopedlə Balaxanını fırlanmış, daha sonra girişdə saxlamışdır. Cavidan həmin gün hədsiz sərxoş olduğundan sonuncudan niyə mopedlə bu qədər çox gəzdiklərini soruşmamışdır. Xalası ilə aralarında konflikt və problemləri olmamış, anası ilə tez-tez danışmışdır. Cavidan 325 manat və 900 dollar pulu ona ayın 13-ü axşam vermiş, müdirdən götürdüyünü demiş, motosiklet alveri edib onun pulunu qaytaracağını bildirmişdir. Cavidan ona qızıl-zinyət əşyaları- iki ədəd boyunbağı, bir cüt sırğa, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl dəsti vermiş, ondan bu qızılların kimin olduğunu soruşduqda, Cavidan ona həmin qızılların keçmiş həyat yoldaşına məxsus olduğunu demişdir. Xalasının başına gələnlərdən Cavidanın tutulduğu gün xəbəri olmuş, anası da hadisə barədə həmin gün öyrənmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, O, Cavidana xalasının evinə girməsi üçün heç bir köməklik göstərməmiş, Cavidanın xalası Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət hadisəsindən xəbəsiz olmuş, hadisə barədə ilk dəfə Sabunçu RPİ-yə çağırıldığı zaman xəbər bildirmişdir. Cavidanın ona verdiyi 900 ABŞ dolları, 325 manat pulu, iki ədəd qızıl boyunbağı, bir cür sırğa, bir üzük, bir cüt sırğadan ibarət qızıl dəstini cinayət yolu ilə əldə etməsindən xəbəri olmamış, bu barədə məlumatlı olduqdan sonra pulları və zinyət əşyalarını istintaq orqanına təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır, hazırda ünvan 4nda yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, sonuncu ilə yaxşı münasibətdədirlər, həm də qonşudurlar. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində evdə olduğu zaman Zərərçəkmiş şəxs onun ***-***-**-** nömrəsinə zəng edərək tanımadığı şəxsin yaşadığı evə daxil olaraq onu yerə yıxıb bıçaqla hədələməklə pul və qızıl-zinət əşyalarını alıb getdiyini demişdir. O da dərhal Solmazın yaşadığı evə getmiş, həmin vaxt görmüşdür ki, evin həyətyanı sahəsinin qapısı açıqdır. Həyətyanı sahəyə daxil olduqda isə görmüşdür ki, Somazın evinin qapısı açarla nağlanmışdır və evin açarı giriş qapısının üzərindədir. Həm də giriş qapısının yanında iki ədəd mobil telefon vardır. O, cəld evin açarları ilə qapını açıb içəri daxil olmuş və Solmazın həyəcanlı olmasını görmüşdür. Sonuncudan nə baş verməsini soruşduqda Solmaz ona bildirmişdir ki, tanımadığı bir nəfər şəxs yaşadığı evə daxil olaraq əvvəlcə əli ilə onun ağzını tutub dəhlizdə yerə yıxaraq boğmağa başlamış, sonra isə dəhlizdə yerləşən mətbəxdə stolun üzərindən bıçaq götürüb ondan pul və qızıl əşyalarını verməsini tələb etmişdir. Solmaz da qorxduğundan evindən 3250 manat və 1900 ABŞ dolları pulu, onun bilmədiyi qızıl-zinət əşyalarını həmin şəxsə vermişdir. Tanımadığı şəxs də pul və qızıl-zinət əşyalarını götürüb Solmazın evinin açarlarını və mobil telefonlarını almış, bıçağı isə unitaza tullayaraq çıxıb getmişdir. Solmaz da bundan sonra hadisə barədə oğlu Aqşinə məlumat vermişdir. O, hadisənin birbaşa şahidi olmamış, bu səbəbdən də ətraflı heç nə deyə bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı İsmayıl İsmayıllının xx.xx.2024-cü il tarixli rapotundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə gecə saat təxminən 01:00 radələrində yaşadığı evdə olan zaman bir nəfər naməlum şəxsin evə daxil olaraq onu bıçaqla hədələməsi və ona məxsus olan pul və qızıl-zinət əşyalarını götürərək çıxıb getməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ev 11 V ünvanına Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncu hadisənin baş vermə şəraitini hadisə yerində əyani olaraq bildirərək Təqsirləndirilən şəxs vermiş olduğu 900 ABŞ dolları, 3000 manat, 250 manat və qızıl-zinət əşylarını evdən götürdüyü yerləri göstərmiş, həmçinin hadisə yerindən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hədələr edilən bir ədəd bıçaq götürülmüşdür. Bununla bağlı fotoşəkillər çəkilmiş, tərəfimdən protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid3 verilmiş, sonuncunun istintaqa təqdim etdiyi 900 ABŞ dolları, 325 manat pul, iki ədəd sarı metaldan boyunbağı, bir cüt sarı metaldan sırğa, bir cüt sarı metaldan sırğa və bir üzükdən ibarət dəst götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 ilə birlikdə yaşadığı Xəzər rayonu, Binə Sovxoz yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ələ keçirdiyi puldan evində saxladığı 2100 manat pul aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs tanıyaraq bildirmişdir ki, sonuncu xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ona məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ev 11 V ünvanında yerləşən fərdi yaşayış evinə daxil olaraq onu yerə yıxıb evin mətbəxindən götürdüyü bıçaqla hədələr etməklə 1900 ABŞ doları və 3250 manat pulunu, iki ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir cüt qızıl sırğa və bir üzükdən ibarət olan qızıl dəstini ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid3 təqdim etdiyi iki ədəd sarı metaldan boyunbağı, bir cüt sarı metaldan sırğa, bir cüt sarı metaldan sırğa və bir üzükdən ibarət dəst ayrı-ayrılıqda Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində ona məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ev 11 V ünvanında yerləşən fərdi yaşayış evinə daxil olarkən məhz həmin qızıl-zinət əşyalarını götürmüş, ifadəsində göstərdiyi iki ədəd qızıl boyunbağı, bir cür qızıl sırğa, bir cüt qızıl sırğa və bir üzükdən ibarət olan qızıl dəst həmin ona tanınmaya təqdim edilmiş qızıl-zinət əşyalarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 4(008)- 578/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2024-cü il tarixli, 6/5242- 9/9385 nömrəli rəyindən görünür ki, üzərində “İTALY 585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 18,55 qram olan, bir ədəd sarı-gümüşü rəngli metaldan boyunbağının (kolyenin) dəyəri 1762,0 manat, üzərində “585” əyyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,56 qram olan 1 ədəd sarı rəngli metaldan boyunbağının dəyəri 242,0 manat, üzərində “versage” naxışları olan, sırğasının bir tayının kilid yeri qırıq olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7,05 qram olan sırğa cütü-üzük dəstinin dəyəri 670,0 manat, üzərində “İTALY 585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 5,85 qram olan 1 ədəd sarı-gümüşü rəngli metaldan, oval formalı sırğa cütünün dəyəri 556,0 manat, 1 ədəd sarı rəngli metaldan məmulat hissəsi (yuxarıda qeyd edilən dəstin sırğa tayının kilid yerinə taxılmışdı) - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğun olan qırırntının çəkisi 0,18 qram, dəyəri 14 manat hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məlumatların 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 3244,0 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik ekspertizasının 09 dekabr 2024-cü il tarixli, 2016-16/2-3/1816 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 Sabunçu Rayon Şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2306 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri alt dodaq və boyun nahiyyələrinin qançırılarıdır. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə alınması uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakter və lokalizasiyasına görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay 6 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4, 69.3, 67.1, 68.1.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı müəyyən edilmiş üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 18,55 qram olan, bir ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı (kolye), üzərində "585" əyyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,56 qram olan 1 ədəd sarı rəngli metaldan boyunbağı, üzərində "versage" naxışları olan, sırğasının bir tayının kilid yeri qırıq olan, üzərində "585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7,05 qram olan sırğa cütü-üzük dəsti, üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 5,85 qram olan 1 ədəd sarı-gümüşü rəngli metaldan oval formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan qeyd edilən dəstin sırğa tayının kilid yerinə taxılmış, üzərində "750" əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan qırıntı, 900 ABŞ dolları və 2425 manat pul, X7 Mirzəyevaya hədə-qorxu gəldiyi bir ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, tanınmaya təqdim etmə istintaq hərəkəti protokolları, məhkəmə-tibbi, kompleks məhkəmə- kimyəvi və əmtəəşünaslıq, məhkəmətrasoloji ekspertizalarının rəyləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “İttihama əlavələr edilərək təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, CM-in 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə görə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi CM-in 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər). Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127 və ya 128ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2 və ya 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkaranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 24-cü bəndində göstərilir ki, quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd edilən qərarın 26-cı bəndinə əsasən vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27ci bəndində göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə basqın edərək quldurluq cinayət əməlindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli onun məhkumluğu ödənilmiş dövrdə törədilmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs ayrı-ayrı cinayət əməlləri törətdiyinə görə dəfələrlə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, lakin qeyd olunan cəzaların Təqsirləndirilən şəxs islah olunmasına təsiri yetərli olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta hədlərə yaxın müddətə azdlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cəzalandırılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunsa da, onun tərəfindən yenidən qəsdən cinayətin törədilməsi qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətlərin residivini yaratmır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay 6 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4, 69.3, 67.1, 68.1.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının (xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2) olması, “İİV-infeksiyası İ klinik mərhələ”, “Virus hepatiti C” xəstəliklərindən əziyyət çəkməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış, üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 18,55 qram olan, bir ədəd sarıgümüşü rəngli metaldan boyunbağı (kolye), üzərində "585" əyyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,56 qram olan 1 ədəd sarı rəngli metaldan boyunbağı, üzərində "versage" naxışları olan, sırğasının bir tayının kilid yeri qırıq olan, üzərində "585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7,05 qram olan sırğa cütü-üzük dəsti, üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 5,85 qram olan 1 ədəd sarı-gümüşü rəngli metaldan oval formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan qeyd edilən dəstin sırğa tayının kilid yerinə taxılmış, üzərində "750" əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan qırıntı, 900 ABŞ dolları və 2425 manat pul, X7 Mirzəyevaya hədə-qorxu gəldiyi bir ədəd bıçağın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi iyirmi yeddi (iyirmi yeddi) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Əlizamin oğluna 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul ödənilməlidir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 18,55 qram olan, bir ədəd sarıgümüşü rəngli metaldan boyunbağı (kolye), üzərində "585" əyyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 2,56 qram olan 1 ədəd sarı rəngli metaldan boyunbağı, üzərində "versage" naxışları olan, sırğasının bir tayının kilid yeri qırıq olan, üzərində "585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, ümumi çəkisi 7,05 qram olan sırğa cütü-üzük dəsti, üzərində "İTALY 585" əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan, çəkisi 5,85 qram olan 1 ədəd sarı-gümüşü rəngli metaldan oval formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan qeyd edilən dəstin sırğa tayının kilid yerinə taxılmış, üzərində "750" əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan qırıntı, 900 ABŞ dolları və 2425 manat pul, X7 Mirzəyevaya hədə-qorxu gəldiyi bir ədəd bıçağın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Əlizamin oğluna 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1014/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1014/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver