Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1015/2025 12.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil büorsunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Ağdan şəhəri, Əlibayram küçəsi ev 53 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında (Bakı şəhəri Bakıxanov qəsəbəsi Eldar Xəlilov 11 ünvanında) yaşayan, barəsində “polisin nəzarəti altına vermə” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır.
2. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd bükümdə 2,282 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Özünü şübhəli aoardıoına həmin verdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılar PB-nə gətirlmiş, polis bölməsində üzərmə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəci büKümdə 2,282 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 13-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 2,282 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı üzrə Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əli Əhmədov tərəfindən ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 1).
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanmış həmin idarənin 13-cü PBnin sahə inspektorları, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş 09 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları ünvan 7 ünvanın qarşısında xidmətdə olan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək onlardan yayınmağa çalışdı. Onlar həmin şəxsi saxlayaraq adının, soyadının və ata adının nə olduğunu soruşmuşlar. Onların bu sualından sonra həmin şəxs həyəcanlı vəziyyətdə tələsdiyini bildirdi və yenidən onlardan yayınaraq getməyə çalışdığını görmüşlər. Onlar həmin şəxsin üzərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya maddənin olmasından şübhələnmiş, bundan sonra həmin şəxsi Sabunçu RPİ- nin 13-cü PB-nə gətirmişlər (cild 1, iş vərəqi 5).
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cianyət əməlini törətməkdə şübhəli şəxs qismində 09 sentyabr 2022-ci il tarixdə saat 11:50 dəqiqədə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında tutulmuşdur (cild 1, iş vərəqi 15).
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti qeyd olunan tarixdə saat 11:30-dan 11:50 dəqiqəyədək videoçəkiliş aparılmaqla Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis kapitanı Azər Əhmədov tərəfindən aparılmışdır. Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə olan qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “kakos” olduğunu, öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığında tanmadığı şəxsdən 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Götürülmüş maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN- nin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi ümə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 26-27).
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4986 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; iştirak etdi-üç imza, Qablaşdırıldı: Təhqiqatçı: Azər Əhmədov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-2,282 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Qeyd: Heroinin təmiz çəkisi: 2,282 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-2,232 qram (cild 1, iş vərəqi 32-36).
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “DVD diskə baxış keçirilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də keçirilən şəxsi axtarış zamanı videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskdə bir ədəd fayl vardır. Həmin fayl açıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər vardır. Həmin görüntülərdən müşahidə olunur ki, Sabunçu RPİ-nin 13-cü PB-də təhqiqatçı, polis kapitanı Azər Əhmədov tərəfindən Sabunçu RPİ-nin 13-cü PB-nin polis sahə inspektorları polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngdə maddə olan bir ədəd büküm aşkar olunaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngdə olan maddə “kakos” kimi adlandırdığı narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini Nizami rayonu metronun Neftçilər" stansiyasının yaxınlığında tanmadığı şəxsdən 20 manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm heroin qablaşdırılır, DİN- in 'Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Baxış Sabunçu RPİ-nin xidməti otaqda keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PB- də keçirilən şəxsi axtarış zamanı videogörüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 48-49).
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Dadaşov eyhun Cahid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 50).
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-766/2022 saylı, 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlini etiraf etmiş və peşimançılıq hissi keçirtdiyini bildirmişdir.Barəsində vəsatət və təqdimat təmin edilərək, 04 (dörd) ay müddətinə, əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 74-77).
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “maddi sübut kimi tanıma haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,282 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,232 qram heroin saxlanılması üçün Sabunçu RPİn-ni saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 78-79).
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Əli Əhmədov tərəfindən tərtib edilmiş 01 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, icraatda olan ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Sabunçu RPİ-nin VMAS üzrə operatoru, polis baş serjantı X2 iştirakı ilə tərtib edilmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs adına rəsmiləşmiş "Azercell", "Bakcell" və "Azerfon" nömrələrinin olması VMAS vasitəsi ilə yoxlanıldı. Həmin vaxt Təqsirləndirilən şəxs adına rəsmiləşmiş "Azercell", "Bakcell" və "Azerfon" nömrələrinin olması VMAS vasitəsi ilə müəyyən edilməmişdir (cild 1, iş vərəqi 82).
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzsının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 87-89).
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon qeydiyyat şöbəsinin 30 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunda anadan olmuşdur, atası X8, anası X5r (cild 1, iş vərəqi 102-103).
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 105).
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi-narkoloji yoxlamanın 29 dekabr 2022- ci il tarixli, 7911 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 113-114).
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 138-139).
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Respublika Psixatriya Xəstəxanası X15 xx.xx.2023-cü il tarixli, 8510 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 153).
19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, sonuncudan götürülmüş ümumi təmiz çəkisi 2,282 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,232 qram heroinin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 162-173).
20. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ilə yaxındır ki, narkotik vasitə olan heroini ineksiya yolu İlə qəbul edir, həmişə özü üçün tanımadığı şəxslərdən maddi imkanı çatdığı qədər heroin alıb hamıdan gizlin şəkildə üzərində saxlayır. 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində fəhlə işi axtarmaq üçün Nizami rayonu metronun Neftçilər stasiyasının yaxınlığına getmiş, orada təsadüfən ilk dəfə gördüyü bir nəfər orta yaşlı, qarabəniz şəxslə rastlaşmışdır. Söhbət edərkən birbirlərinə heroin qəbul etmələrini bildirmişlər və o, həmin şəxsə bədənində ağrılar olduğunu, heroin tapa biləcəyi təqdirdə qəbul etmək istədiyini bildirmişdir. Həmin şəxs də ona, üzərində heroin olduğunu və həmin heroini 20 manata sata biləcəyini bildirmişdir. O da razılaşıb 20 manat ödəyərək bir ədəd bükümdə heroin alıb əynindəki şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Bakıxanov qəsəbəsinə gəlmişdir. O, bədənindəki ağrların azalması üçün Bakıxanov qəsəbəsində münasib yer tapıb aldığı heroinin bir qədərini istifadə etmək istəmiş, ünvan 9 ünvanında piyada gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyəti barədə məlumat verməsini bildirmişlər. Onun üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanmış və bu vəziyyəti polis əməkdaşlarında ona qarşı şübhə yaratmışdır. Bu səbəbdən də polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPİnin 13-cü PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 13-cü PB-nə getmiş, həmin vaxt fürsət tapıb üzərindəki heroini tullaya bilməmişdir. PB-də olarkən şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim edilmiş və o, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 13-cü PB-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə səxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun da səbəbi onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə heroin olmasını bilirmiş və İstəmirmiş ki. həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə bilməyəcəkdir. Məhz bu səbəbdən 13-cü PB-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 13- cü PB-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim edərək bildirmişdir ki, həmin maddə «kakos» kimi adlandırdığı narkotik vasitə heroindir, həmin heroini Nizami rayonu Neftçilər prospektində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, PB-nin 160 nömrəli möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaları imzalamışlar. Bildirilmişdir ki, ondan aşkar edilmiş heroinin çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. O, təxminən 7-8 il müddətində istifadə etdiyi narkotik vasitə heroini Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən almış, həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə heç bır məlumatı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının rəyində ondan aşkar edi’miş maddənin bir ədəd bükümdə 2,282 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması ilə bağlı heç bir vəsatəti və şikayəti yoxdur, həmin heroini aldığı şəxsin əlaqə vasitəsini bilmir, xarici görünüşünü isə xatırlamıram. Aldığı heroindən istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb 13-cü PB-nə gətiriiməsəymiş heç vaxt üzərindən aşkar edilmiş heroini polis əməkdaşlarına təqdim etməzmiş. Belə ki, özü narkotik vasitə heroin istifadəçisidir. Həmin heroini əldə etməkdə məqsədi özünün istifadə etməsi ilə bağlı olmuşdur. PB-də olduğu üçün bilirmiş ki, şəxsi axtarış zamanı əgər özü heroini təqdim etməsə polis əməkdaşları üzərindən aşkar edəcəklər. Onun çıxış yolu olmadığı üçün özü polis əməkdaşlarına heroini təqdim etmişdir. Onun mobil telefonu yoxdur və heç bir nömrədən də istifadə etmir. Şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş maddənin "kakos” olması barədə bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkamanların jarqonunda kakos heroin deməkdir, kakos dedikdə də heroini nəzərdə tutmuşdur. O, üzərindən aşkar edilmiş maddəni Nizami rayonu metronun Neftçilər stasiyasının yaxınlığında tanımadığı şəxsdən almış, ola bilsin ki, metro ilə prospekti həyəcanlı olduğundan səhv salaraq bildirmişmişdir ki, heroini Neftçilər pospektində tanımadığı şəxsdən almışdır Üzərindən aşkar edilmiş heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, başqa heç bir cinayət hadisəsi etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 09 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 ilə ünvan 3 ünvanının qarşısında xidmət etdikləri zaman bir nəfər vətəndaşın özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. Bu zaman həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmış, həmin şəxsi saxlayıb şəxsiyyəti barədə suallar verdikdə isə həmin şəxs həyəcanlı şəkildə tələsdiyini bildirərək onlardan yayınmağa cəhd etmişdir. Bundan sonra onlar da saxladıqları səxsin üzərində qanunla qadağan edilmiş əşya və predmet olmasından şübhələnərək həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə gətirib raportla məruzə etmişlər. Məlum olmuşdur ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması 13-cü Polis bölməsinin təhqiqatçısı polis kapitanı Azər Əhmədova həvalə olunmuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquq və vəzifələri elan edilmiş və müdafiə hüququnun təmin edilməsi məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə xəbərdar edilmiş, şəxsi axtarış və götürmə anarılmazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanusuz saxlanılan əşya, predmet, narkotik vasitə vardırsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngdə maddə olan bir ədəd büküm aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bir əuəd bükümdəki qəhvəyi rəngdə olan maddənin "kakos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Nizami rayonu metronun "Neftçilər” stansiyasının yaxınlığında tanmadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və ya maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə qəhvəyi rəngdə maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolla tanış olub doğruluğu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman, polis bölməsinə aparılarkən və polis bölməsində sonuncuya qarşı heç bir formada zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair onlara heç bir məlumat daxil olmamışdır.
22. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş hadisə zamanı Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin sentybar ayında xidmət aparan zaman bir nəfər şəxsə şübhəli olduğu üçün digər polis əməkdaşı ilə birgə yaxınlaşmış, həmin şəxs yayınmağa çalışmışdır. Daha sonra həmin şəxsi raportla müraciət edərək polis bölməsinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş və qanunsuz kütlə aşkar edilmişdir. Özü bildirmişdir ki, neftçilər metrosu tərəfdən tanımadığı şəxsdən əldə etmişdir. Bakıxanov qəsəbəsi ərazisində tutulmuşdur.
23. Əlavə suallara cavab Şahid2 olaraq bildirdi ki, təqsirləndirilən şəxsin iddia etdiyi kimi ona fiziki və psixi təzyiq göstərməmiş,ona məxsus olmayan narkotik vasitənin özünə məxsus olmasını bildirməsi üçün etirafedici məzmunda ifadə vermək üçün ona qarşı hər hansı zor tətbiq etməmişdir.Təqsirləndirilən şəxsin saxlanılmasında şəxsən iştirak etmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, baxılan cinayət işindən qabaq törətdiyi cinayət əməlləri ilə əlaqədar məhkumluğu olmuşdur. Hal-hazırda ibtidai istintaq orqanı tərəfindən aid edilmiş ittihamın ona aidiyyatı olmamışdır. Saxlanıldığı gün üzərində heç bir qanunsuz əşya olmamışdır, əlində sadəcə iki ədəd un kisəsi olmuşdur, onunla yaşayan qonşular buna şahid olmuşlar. Onu yaşadığı mənzilin blokunun qarşısından tutub polis bölməsinı gətirmişdilər. Ona qarşı Sabunçu RPİ-nin 23-cü polis bölməsində polis əməkdaşları tərəfindən zorakılıq olmuşdur. Hadisə zamanı üzərində heç bir qanunsuz əşya olmamışdır, onu polis bölməsinə gətirmiş, orada ona CM-nin 234.1-ci maddəsilə tutulacağını bildirmişlər. Əks halda çöldə qalsa polis əməkdaşları tərəfindən yüklənib tutulacağını demişdirlər. Məhkəmədə sanksiyada bilmişdir ki, hal-hazırda verilmiş ittiham üzrə cinayət əməli polis əməkdaşları tərəfindən şərlənərək tutulmuşdur. Üzərinə şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır, yanında idman cüssəli əməliyyat müvəkkili dayanmış və onu təhdid edərək, onların dediyini bildirməsini istəmişdir, o da məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının göstərdiyi kimi ifadə vermişdir. Bədənində polis əməkdaşları tərəfindən ona göstirlən fiziki zorla əlaqdar göyərmə olmamışdır. Həmin gün onunla birgə 12 nəfər şəxs də tutulmuşdur. Qonşunun evinə qaldıraraq polis əməkdaşları onu orada sıxışdırmışlar, sonra o polis əməkdaşları tərəfindən mülki maşında polis bölməsinə aparılmışdır. Kürdəxanıda ona polis əməkdaşları tərəfindən zorakılıq edildiyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
25. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
28. Maddə 15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur
29. Maddə 18. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
30. Maddə 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır.
31. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
32. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
33. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
34. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
35. Maddə 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə əhkumluq ödənilmiş hesab olunur.
36. Maddə 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə əhkumluq ödənilmiş hesab olunur.
37. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
38. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir.
39. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
40. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
41. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
42. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
43. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
44. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
45. Maddə 158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.
46. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
47. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
48. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
49. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroin təmiz 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 0,15 qramdan 2 qrama qədəri xeyli miqdar, 2 qramdan 800 qrama qədəri külli miqdar və ondan artıq miqdarı xüsusilə külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
50. Maddə 1.0.4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır
51. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
52. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
53. Qərarın 16-cı bəndi. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.
54. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.
55. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
56. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
57. Qərarın 6-cı bəndi. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir.
58. Qərarın 17-ci bəndi. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir.
59. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
60. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
61. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
62. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçının sorğusu zamanı o ondan aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroini öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Nizami rayonu ərazisində aldığını qeyd etmiş, protokola qeyd daxil etməmiş özü və müdafiəçisi imza ilə təsdiq etmişlər (cild 1, iş vərəqi 26-27), ilkin izahatında (cild 1, iş vərəqi 28), 09 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsi dindirmə protokolunda” təhqiqatçıya ifadə verən zaman narkotik vasitə heroini öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən ona fiziki zor və ya təzyiq edilmədiyini (cild 1, iş vərəqi 44-47), 10 sentyabr 2022-ci il tarixdə “təqsirləndirilən şəxs qismində” müstəntiqə ifadə verən zaman ondan aşkar edilmiş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya təzyiq edilmədiyini bildirmiş, özünü təqsirli bilmişdir (cild 1, iş vərəqi 62-65), Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində ifadəsini müdafiəçisinin iştirakı ilə vermişdir. Hökmün 10-cu bəndinə əsasən sonuncu barəsində sanksiya seçilən zamanda əməlini etiraf etmiş və peşimançılıq hissi keçirtdiyini bildirmişdir. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə öz müdafiəçisi ilə tanış olan zaman heç bir vəsatət bildirməmiş, cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etmədən protokol özü və müdafiəçisi tərəfindən imzaları ilə təsdiq edilmişdir (cild 1, iş vərəqi 178-179).
63. Təqsirləndirilən şəxs barəsində olan ambulator məcburi-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 7911 saylı rəyi onda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğunu, onun narkomaniyadan məcburi müalicəyə ehtiyyacı olduğunu təsdiq edir (cild 1, iş vərəqi 113-114).
64. Narktoik vasitələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
65. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
66. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, məhkəmə təqsirləndirilən şəxs ittihamda göstərilən halların mövcud olmadığını, üzərində edilmiş narkotik vasitə olmadığını, onun saxlama yerinin düzgün göstərilmədiyini, polis əməkdaşları tərəfindən yaşadığı evin blokunun qarşısında saxlamaları, polis əməkdaşlarə tərəfindən ona fiziki zor və təzyiq edilməsi kimi öz ifadəsində məhkəmə baxışı zamanı göstərdiyi xüsusatları həqiqətə uyğun olan kimi hesab edir. Qeyd olunan məsələlər hökmün 44-cü bəndində qeyd edilən istintaq hərəkətlərinin keçirilməsi zamanı və sanksiya seçilməsi üçün rməhkəmə nəzarətini həyata keçirən məhkəmə olan zaman bildiriyi səmimi və etiraf edici ifadələrlə təkzib edilir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bildiyi xüsusatlar, yəni ittihamın əksinə qeyd edilən məsələlər həqiqəti əks etdirməməklə özünü müdafiə xarakteri daşıyır, bu səbəbdən məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticəlir əsas götürməklə, mötəbər hesab edir.
67. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
68. Məhkəmə Təqsirləndirilən şəxs əməlində narkotik vasitənin satışına dəlalət hər hansı bir sübutun olmadığını nəzərə alaraq, onda aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmasını, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməklə, saxlamaqla daşımışdır.
69. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
70. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
71. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
72. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, hbin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmaqla törətdiyi əməl nəticəsində Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən onun əmlində cinayətlərin təhlükəli residvi yaranmışdır və cəzanın təyini zamanı törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır (hökmün bax: 2,3,13,28, 29, 33, 34, 35 və 36-cı bəndlərinə). Belə ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə əməl 09 sentyabr 2022-ci il tarixdə törətmişdir, əvvəlki cinayət işləri üzrə, yəni Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Baxılan iş üzrə törətdiyi əməldən əvvəlki həm ağır cinayətə görə, həmdə az ağır cinayətə görə məhkumuluğu ödənilməmiş, hər biri üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
73. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.
74. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir
75. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olub-olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
76. Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilməlidir.
77. İşdə olan tutma protokolundan, məhkəmə qərarından və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədibir seçilmiş, 09 mart 2023-cü il tarixində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(cild 1, iş vərəqi 15, 74-77, 138-139). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı və barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün həbsdə saxlanılma və ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət 09 sentyabr 2022-ci il tarixdən 09 mart 2023-cü il tarixədək təsadüf etməklə 06 (altı) ay təşkil edir.
78. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
79. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
80. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
81. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə maddi sübutun cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, sonuncudan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,232 qram heroinin məhv edilməlidir.
82. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
83. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
84. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçitərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 668 (altı yüz altmış səkkiz) (96+572) manat məbləğində pul köçürülməlidir.
85. Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinin ibtidai istintaqını aparmış Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X11 müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 85-ci maddəsinə əsasən üzərinə düşən vəzifələri vaxtında icra etməyərək cinayət işinin lüzumsuz, əsas olmadan uzadılmasına xidmət edən hərəkətlərə yol verərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş normaları kobud şəkildə pozuntulara yol verdiyindən barəsində xüsusi qərar çıxarılmalı və müzakirə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilməlidir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və həmin maddə ilə o 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətiman tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 9 sentyabr 2022-ci il tarixdən 9 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 6 (altı) ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı hökmün elan edildiyi tarixdən-12 yanvar 2026-cı il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2.232 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 668 (altı yüz altmış səkkiz) manat pul Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin ibtidai istintaqını aparmış Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X11 tərəfindən yol verilmiş qanun pozuntuları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 355.4-cü maddəsinə əsasən 30 (otuz) gündən gec olmayan müddətdə xüsusi qərarla bağlı görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən imza: Elmin Rüstəmov Hakimlər imza: Aytən Əliyeva imza: Vüqar Quliyev