Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1016/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 13.01.2021-ci il tarixli, AE N018084 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə anası Şahid adına rəsmiləşdirilmiş texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21070” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 14 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi ilə Bakı şəhəri istiqamətində saatda 40-45 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, həmin küçədə 21 saylı ünvanın qarşısında yolun sağ zolağında hərəkətdə olarkən mövcud şəraitdə yolun hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə zərər çəkmiş Zərərçəkmiş şəxs başın sağ gicgah sümüyünün qəlpəli sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hemotoması, sol diz oynağının sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək onun hadisə yerində ölməsinə səbəb olan sağlamlığına ağır zərər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ildən etibarən “Port Baku” Dəniz Ticarət Limanında yol montyoru vəzifəsində işləyir. Asudə vaxtlarında isə anası Şahid adına rəsmiləşdirilmiş lakin onun özünə məxsus olan “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, yaxşı avtomobil idarə etsə də onun sürücülük vəsiqəsi olmamışdır. 14 fevral 2021-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70 km sürətlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ilə üzü Bakı şəhəri istiqamətində müştəri götürmək üçün hərəkət edərkən 100-150 metr qarşıda, yol kənarında balaca uşaqların toplaşdığını görüb idarə etdiyi avtomobilin sürətini 40-45 km saata endirmişdir. O, idarə etdiyi avtomobillə uşaqlara yaxınlaşarkən onlardan biri qəflətən yolun sağ tərəfindən sol tərəfinə doğru anidən qaçaraq keçmək istəyərkən qarşısına çıxmışdır. Həmin piyadaya təxminən 7 metr məsafə qaldıqda onu görmüş və əyləci basıb dərhal sükanı sola doğru qaçırmışdır. Buna baxmayaraq avtomobilin ön tərəfi ilə uşağı vurmuş və avtomobil tormozlanmaya baxmayaraq sürüşüb səkiyə dəymişdir. Nəticədə həmin uşaq arxası üstə yerə yıxılaraq baş nahiyəsindən xəsarət almış, hadisə baş verdikdə o, avtomobildən dər-hal yerə düşüb uşağın yanına qaçmış və onu yerdən qucağına götürüb tez avtomobilin arxa oturacağına uzatmışdır. Daha sonra avtomobilin mühərrikini işə salmaq istəmiş, lakin avtomobilin mühərriki işə düşməmiş, bu səbəbdən də uşağı tez arxa oturacağın üstündən qucağına götürüb taksi saxlatmaq istəyərkən qara rəngli bir avtomobil dayanmış və avtomobildə olan sürücüdən uşağı xəstəxanaya çatdırılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Lakin, həmin şəxs uşağı özü xəstəxanaya çatdıracağını deyib uşağı ondan almış və avtomobili idarə edərək getmişdir. Özü isə orada xidmət aparan polis əməkdaşlarının xidməti avtomobilinə minərək Qaradağ RPİ-nin 11-ci polis bölməsinə getmiş, polis bölməsində olarkən ona uşağın yolda ölməsi barədə məlumat vermişlər. O, yol nəqliyyat hadisəsi törədərkən hava buludlu, lakin yağmursuz, yolun asfaltdan olan örtüyü isə tam quru vəziyyətdə olmuşdur. Qobustan qəsəbəsində körpüdən düşüb Bakı şəhəri istiqamətində saatda 70 km sürətlə hərəkət edərkən piyadanı vurduğu yerə 100-150 metr qalmış çoxlu uşaqların yolun sağ tərəfində, yol kənarında toplaşdığını görüb sürəti azaldaraq saatda 40-45 km sürətlə avtomobili idarə etməyə başlamış, hərəkəti üçün təhlükəni isə piyada uşağa təxminən 7 metr məsafə qaldıqda hiss etmişdir. Uşaq anidən onun idarə etdiyi avtomobilin qarşısına qaçmış, o, isə dər-hal avtomobili saxlamaq üçün əyləci basmış, lakin buna baxmayaraq avtomobil uşağa dəyərək yoldan kənara çıxmışdır. Uşağın başı avtomobilin qabaq radiator barmaqlıqlarına dəymiş və başı üstə arxaya yıxılmış, avtomobilin ön tərəfi uşağa dəyərkən uşaq arxası üstə yerə yıxıldıqdan sonra uşaq avtomobilin altında qalmamış, eləcədə avtomobil onu kənara tullamamışdır. Avtomobilin əyləcini basarkən avtomobil sağ zolaqdan uşağın qaçdığı istiqamətdə yəni sol zolaq istiqamətdə sürüşmüş və səkiyə dəymiş, ola bilsin ki, avtomobilin əyləcini basarkən avtomobil sürüşdüyü üçün yerdə tormoz izi qalmamışdır. Yol nəqliyyat hadisəsi törətdikdən təxminən 2-3 dəqiqə sonra yoldan keçən polis əməkdaşları ona yaxınlaşmış, ətrafa çoxlu sayda adamlar yığılmış, lakin, həmin şəxslərin hamısı hadisədən sonra gəldiyi üçün uşağı avtomobillə vurarkən şahidi olmamışlar. O, yol-nəqliyyat hadisəsi törədən zaman avtomobildə tək olmuş, avtomobildə heç bir yük olmamış, hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadəsi elan edilmiş X6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayır, heç bir yerdə işləmir. O, qeyd etmişdir ki, iki oğlan övladı vardır, Zərərçəkmiş şəxs onun kiçik oğludur. X7 rayonu, Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 saylı tam orta məktəbin ikinci sinfində oxuduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs 14 fevral 2021-ci il tarixdə qonşu uşaqlarla oynamaq üçün küçəyə çıxmış, həmin gün saat 17 radələrində qonşular ona məlumat verərək Kənanın evin yaxınlığında yolu keçən zaman avtomobil vurduğunu ona demişlər. O, bunu eşitdikdə bayıra çıxmış və Qobustan qəsəbəsinə TTY məntəqəsinə getmişdir. Orada uşağın avtomobil vurması zamanı öldüyünü ona demişlər. Bundan sonra ona məlum olmuşdur ki, 14 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanın qarşısı ilə üzü Bakı şəhəri istiqamətində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21070» markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman oğlu bu vaxt yolu sağdan sola keçərkən ehtiyatsızlıqdan avtomobil onu vurmuş, nəticədə oğlu yol-nəqliyyat hadisəsi yerində aldığı bədən xəsarətlərindən ölmüşdür. O, əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı ərazidə qonşulardan baş vermiş hadisəni görən kiminsə olmasından dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs ilə aralarında hansısa bir ədavəti olmamış, biri-birilərini əvvəldən tanımışlar. Həmçinin hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi üçün Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, əri Məhəmmədəli İbrahimov ikinci qrup “Çernobul” qəzası əlilidir, Təqsirləndirilən şəxs isə onun oğludur. Oğlu Təqsirləndirilən şəxs “Port Baku” Dəniz Ticarət Limanında yol montyoru vəzifəsində işləmiş, asudə vaxtlarında isə onun adına rəsmiləşdirilmiş “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, bu yolla da maddi tələbatlarını təmin etmişdir. Oğlu avtomobili yaxşı idarə etmiş, lakin onun sürücülük vəsiqəsi olmamışdır. Avtomobil onun adına rəsmiləşdirilməsinə baxmayaraq həmin avtomobil oğlu Təqsirləndirilən şəxs məxsusdur. 14 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Rəşid “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək müştəri götürmək üçün getmiş, təxminən 40 dəqiqə sonra Rəşid onun istifadəsində olan mobil telefonuna zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə zamanı azyaşlı uşağın öldüyünü demişdir. O da dər-hal 11-ci polis bölməsinə getmiş və orada hadisənin necə baş verdiyini polis əməkdaşlarından ətraflı öyrənmişdir. Bölmədə ona məlum olmuşdur ki, oğlu Rəşid Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi ilə üzü Bakı şəhəri istiqamətində müştəri götürmək üçün hərəkət edərkən yol kənarından 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adlı uşaq onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, nəticədə Rəşid avtomobili tam saxlaya bilmədiyindən uşağı vurmuş və uşaq hadisə yerində ölmüşdür. Oğlu Təqsirləndirilən şəxs həmin avtomobili iki ilə yaxındır ki, almış, əvvəllər həmin avtomobilə dair Təqsirləndirilən şəxs avtomobilin əvvəlki sahibi tərəfindən etibarnamə verilmiş, lakin Rəşid həmin avtomobili öz adına rəsmiləşdirə bilmədiyi üçün onun adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən avtomobili iki ilə yaxındır ki, yalnız qəsəbə ərazisində idarə etmiş, asudə vaxtlarında qəsəbə ərazisində tanıdığı şəxsləri pul müqabilində müəyyən yerlərə aparmışdır. “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili 14 fevral 2021-ci il tarixdə idarə edib qəsəbə ərazisinə çıxmamışdan öncə oğlu Təqsirləndirilən şəxs ondan icazə almış, o da avtomobili oğluna etibar edərkən çox ehtiyatlı olmasını tapşırmışdır. İş materiallarında olan 14.02.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanın qarşısında baş vermişdir. Hadisə baş verən yerdə yolun kənarları daş hasardan ibarət olmuş, avtomobil hadisə yerindən bir qədər aralı yolun sol tərəfində daş hasara yaxın saxlanılmışdır. (İş vərəqə 5-10) İş materiallarında olan 14.02.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən də o, hadisə yerini əyani şəkildə göstərmiş və verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Bununla da hadisənin Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 evin qarşısından keçən qəsəbə arası yolda, həmin ünvanın qarşısında baş verməsi müəyyən edilmişdir. (İş vərəqə 11-14) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 14.02.2021-ci il tarixli, 17 nömrəli rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – başın sağ gicgah sümüyünün qəlpəli sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hemotoması, sol diz oynağının sıyrığı. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 14.02.2021-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın sağ gicgah sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs müayinə zamanı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Meyitin əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (14.02.2021-ci il tarixdə saat 21:45də) 4-6 saat əvvəl baş vermişdir. (İş vərəqə 97-100) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05.03.2021-ci il tarixli, 8/378 nömrəli rəyindən görünür ki, VAZ-21070 markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (İş vərəqə 101-104) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət YPİ-dən daxil olmuş 17 fevral 2021-ci il tarixli, 20487-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixinədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (İş vərəqə 91) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət YPİ-dən daxil olmuş 08 mart 2021-ci il tarixli, 25582-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (İş vərəqə 93) İş materiallarında olan, 14.02.2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. (iş vərəqə 16) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 19.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 92) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. İş materiallarında olan 21.05.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 619631 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X1 Çernobel AES-də hərbi xidmət vəzifələrinin icrası zamanı qəza ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək peşmançılıq çəkməsini, atasının ikinci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 14 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 16 fevral 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 fevral 2021-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 61 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili X3 hesabına 366 (üç yüz altmış altı) manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi, X5 təqsirləndirilən şəxsə göstərilmiş 61 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına 366 (üç yüz altmış altı) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1016/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1016/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver