Məhkəmə qərarları › İş №1(101)-1016/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1016/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1016/2022 30.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi2, Bakı şəhəri “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri “Fides” vəkil bürosunun X15, Bakı şəhəri “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28 Nazim oğlu, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32 və Zərərçəkmiş şəxs34 Mövlud oğlunun iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimakn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə, 22 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2010cu il tarixli, 1(101)-141/2010 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimakn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimakn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə, xx xxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Noraşen kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimakn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə, xx xxx 2000-ci il tarixdə Xızı rayonu, Yeni-Yaşma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimakn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Əmirli Yasin Namiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə, xx xxxxxx 1980-ci il tarixdə Goranboy rayonu, Xoyiu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Xalikov küçəsi, ev 14-də qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 ilə mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından sui-istifadə və aldatma yolu ilə qeyri-müəyyən sayda şəxslərin əmlaklarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək barədə razılıq əldə edib cinayətin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi mütəşəkkil dəstənin digər üzvləri ilə əlaqəli qaydada 2019-cu ilin sentyabr ayının əvvəllərindən etibarən insanlara birbaşa və ya “İnstagram” və digər sosial şəbəkələrdə özlərini Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən mərkəzi ofisi Dubay şəhərində yerləşən “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək bahalı geyimlər, mobil telefon, notebook və aksessuarlar, eləcə də bahalı nəqliyyat vasitələrindən istifadə edərək onları nümayişkaranə şəkildə cəlb edəcəkləri şəxslərə göstərməklə həmin əşyaları "Crowd1” şirkətində işləmələri nəticəsində əldə etdiklərini, şirkətdə işləməkə onların da qısa müddətdə yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd verib onlara pul verəcəkləri təqdirdə iki üsulla, birinci, passiv qaydada heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini, yəni şirkətə yatırım etdikdən sonra şirkətin “rewards” adlanan səhmlərini alacaqları və bununla da hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizinin şirkətin bütün üzvləri arasında bölgüsündən onlara çatacaq payı gəliri kimi əldə edəcəklərini, həmçinin “rewards”ların da tezliklə satışa çıxarılaraq qoyduqları puldan iki-üç qat artıq gəlir götürəcəklərini bildirməklə yalan vəd verib onları aldatmış, bundan başqa ikinci üsul, aktiv qaydada da yəni pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özlərindən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxsin verdikləri pulun 5-10 faizi məbləğində gəlir əldə edəcəklərini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onları təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxsləri avtomatik qaydada internetdə olan eyni göstəricilərə malik açıq mənbələrdə pulsuz əldə edilməsi mümkün olan anoloji elektron xidmətlərin elektron platformalarına üzv etməklə həmin xidmətləri satmaları görüntüsü yaratmış, dəstə üzvləri arasında qabaqcadan müəyyən edilmiş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəstənin rəhbərləri olaraq özlərini şirkətin Azərbacandakı prezidentləri olmaqla şirkətin xaricdəki rəhbərləri ilə əlaqəli şəxs kimi təqdim edərək mütəmadi olaraq dəstə üzvləri və digər şəxslərə birbaşa və sosial şəbəkələr üzərindən online qaydada "xxxx" proqramı vasitəsilə yeni şəxslərin cəlb edilməsi ilə bağlı təlimatlar vermiş, dəstənin digər üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Yasin Əmirli şirkətin ünvan 5 ünvanında ofis icarəyə götürməklə orada və sosial şəbəkələrdə, Təqsirləndirilən şəxs6 isə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 209 B ünvanında ofis icarəyə götürməklə orada şəxslərə yalan vədlər verərək təbliğat aparmaqla onlardan şirkətə qoşulmaq adı ilə nağd şəkildə və ya kart hesablarına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar almış, bundan sonra şirkətin fəaliyyətinə uyğun olaraq pul vermiş yeni şəxsləri şirkətin “Crowd1.com” saytında qeydiyyatdan keçirərək onların adına hesab açmaq üçün lazım olan hədiyyə kodunu (gift code) əldə etmələri məqsədilə ələ keçirdikləri pulun bir hissəsini dəstənin rəhbərləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nağd və ya kart hesablarına köçürmə yolu ilə onlara göndərmişlər, bu üsulla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Yasin Əmirli və Təqsirləndirilən şəxs6 mütəşəkkil dəstə halında 2019-cu ilin sentyabr ayının əvvəllərindən 04 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif ünvanlarda nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs27 8620 manat, Zərərçəkmiş şəxs25 2600 manat, Zərərçəkmiş şəxs30 1000 manat, Zərərçəkmiş şəxs33 2300 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğlunun 3000 manat, Zərərçəkmiş şəxs2 400 manat, Zərərçəkmiş şəxs3 800 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs5 2200 manat, Zərərçəkmiş şəxs6 200 manat, Zərərçəkmiş şəxs7 700 manat, Zərərçəkmiş şəxs8 200 manat, Zərərçəkmiş şəxs9 820 manat, Zərərçəkmiş şəxs10 2400 manat, Zərərçəkmiş şəxs11 200 manat, Zərərçəkmiş şəxs12 600 manat, Zərərçəkmiş şəxs14 1200 manat, X17 200 manat, Zərərçəkmiş şəxs15 1600 manat, Zərərçəkmiş şəxs16 200 manat, Zərərçəkmiş şəxs17 380 manat, Zərərçəkmiş şəxs19 1000 manat, Zərərçəkmiş şəxs18 200 manat, Zərərçəkmiş şəxs21 820 manat, Zərərçəkmiş şəxs20 1400 manat, Zərərçəkmiş şəxs22 1800 manat, Zərərçəkmiş şəxs23 1600 manat, Zərərçəkmiş şəxs24 200 manat, Zərərçəkmiş şəxs26 10.000 manat, Zərərçəkmiş şəxs29 1800 manat, Zərərçəkmiş şəxs31 600 manat və Zərərçəkmiş şəxs32 1600 manat olmaqla ümumilikdə külli miqdarda 51.640 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə barədə tanışı şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxs tanışları Zərərçəkmiş şəxs28 özlərini Avropada fəaliyyət göstərən “Onecoin” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək, şirkətin kriptovalyuta hesab edilən “coin" satdığını, həmin “coin”-lərin hazırda maddi dəyəri olmasa da qısa müddət ərzində onları birjada “Bitkoin’-ə dəyişməyin mümkün olacağını və bununla da qoyduğu puldan daha artıq gəlir əldə edəcəyini yalan vəd verib aldadaraq, həmçinin şirkətin iş prinsipinə uyğun olaraq pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özündən sonra sağ və sol “qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxslərin verdikləri pulun müəyyən faizi məbləğində də gəlir əldə edəcəyini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onu təhrik etmiş, bununla da Zərərçəkmiş şəxs28 2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində verdiyi həmin dövrün məzənnəsi ilə 17.318 manat təşkil edən 10.000 ABŞ dollarını şəxsiyyəti naməlum Vaqif Nəcəfov adlı şəxs və hər dəfəsində 10.000 ABŞ dolları olmaqla iki dəfə ümumilikdə həmin dövrün məzənnəsi ilə 34 636 manat təşkil edən 20 000 ABŞ dollarını Təqsirləndirilən şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs28 külli miqdarda 51 954 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs34 Mövlud oğluna özünü Avropada fəaliyyət göstərən “Onecoin” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi təqdim edərək, şirkətin kriptovalyuta hesab edilən "coin” satdığını, həmin "coin”-lərin hazırda maddi dəyəri olmasa da qısa müddət ərzində onları birjada "Bitkoin”-ə dəyişməyin mümkün olacağını və bununla da qoyduğu puldan daha artıq gəlir əldə edəcəyini yalan vəd verib aldadaraq, həmçinin şirkətin iş prinsipinə uyğun olaraq pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özündən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxslərin verdikləri pulun müəyyən faizi məbləğində də gəlir əldə edəcəyini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onu təhrik etmiş, bununla da Zərərçəkmiş şəxs34 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkında ”Tavita” adlı kafedə 1600 manat pulu alıb ə!ə keçirərək Zərərçəkmiş şəxs34 Mövlud oğluna 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bunda başqa, Təqsirləndirilən şəxs2 təkrarən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 ilə biriikdə uydurma sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından sui-istifadə və aldatma yolu ilə qeyri-müəyyən sayda şəxsin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək barədə razılıq əldə edib cinayətin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi mütəşəkkii dəstənin digər üzvləri ilə əlaqəli qaydada 2019-cu ilin sentyabr ayının əvvəllərindən etibarən insanlara birbaşa və ya "İnstagram" və digər sosial şəbəkələrdə özlərini Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən mərkəzi ofisi Dubay şəhərində yerləşən “Crowd1” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndələri kimi təqdim edərək bahalı geyimlər, mobil telefon, notebook və aksessuarlar, eləcə də bahalı nəqliyyat vasitələrindən istifadə edərək onları nümayişkaranə şəkildə cəlb edəcəkləri şəxslərə göstərməklə həmin əşyaları “Crowd1” şirkətində işləmələri nəticəsində əldə etdiklərini, şirkətdə işləməkə onların da qısa müddətdə yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd verib onlara pul verəcəkləri təqdirdə iki üsulla, birinci, passiv qaydada heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklərini, yəni şirkətə yatırım etdikdən sonra şirkətin "rewards” adlanan səhmlərini alacaqları və bununla da hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizinin şirkətin bütün üzvləri arasında bölgüsündən onlara çatacaq payı gəliri kimi əldə edəcəklərini, həmçinin "rewards”ların da tezliklə satışa çıxarılaraq qoyduqları puldan iki-üç qat artıq gəlir götürəcəklərini bildirməklə yalan vəd verib onları aldatmış, bundan başqa ikinci üsul, aktiv qaydada da yəni pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özlərindən sonra sağ və sol "qollarına” iki nəfər şəxs qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə həmin şəxsin verdikləri pulun 5-10 faizi məbləğində gəlir əldə edəcəklərini bildirməklə yeni şəxslərin cəlb edilməsinə onları təhrik etmiş, törətdikləri cinayət əməllərini pərdələmək və cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə pul aldıqları şəxsləri avtomatik qaydada internetdə olan eyni göstəricilərə malik açıq mənbələrdə pulsuz əldə edilməsi mümkün olan anoloji elektron xidmətlərin elektron platformalarına üzv etməklə həmin xidmətləri satmaları görüntüsü yaratmış, dəstə üzvləri arasında qabaqcadan müəyyən edilmiş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəstənin rəhbərləri olaraq özlərini şirkətin Azərbacandakı prezidentləri olmaqla şirkətin xaricdəki rəhbərləri ilə əlaqəli şəxs kimi təqdim edərək mütəmadi olaraq dəstə üzvləri və digər şəxslərə birbaşa və sosial şəbəkələr üzərindən online qaydada “Zoom" proqramı vasitəsilə yeni şəxslərin cəlb edilməsi ilə bağlı təlimatlar vermiş, dəstənin digər üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Yasin Əmirli şirkətin ünvan 8 ünvanında ofis icarəyə götürməklə orda və sosial şəbəkələrdə, Təqsirləndirilən şəxs6 isə Gəncə şəhəri, Nizami rayonu, Atatük prospekti 209 B ünvanında ofis icarəyə götürməklə orada şəxslərə yalan vədlər verərək təbliğat aparmaqla onlardan şirkətə qoşulmaq adı ilə nağd şəkildə və ya kart hesablarına köçürmə yolu ilə müxtəlif məbləğlərdə pullar almış, bundan sonra şirkətin fəaliyyətinə uyğun olaraq pul vermiş yeni şəxsləri şirkətin “Crowd1.com" saytında qeydiyyatdan keçirərək onların adına hesab açmaq üçün lazım olan hədiyyə kodunu (gift code) əldə etmələri məqsədilə ələ keçirdikləri pulun bir hissəsini dəstənin rəhbərləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nağd və ya kart hesablarına köçürmə yolu ilə onlara göndərmişlər, bu üsulla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Yasin Əmirli və Təqsirləndirilən şəxs6 mütəşəkkil dəstə halında 2019-cu ilin sentyabr ayının əvvəllərindən 04 oktyabr 2021-cı il tarixədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif ünvanlarda nağd və ya kart hesabına köçürmə yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs27 8620 manat, Zərərçəkmiş şəxs25 2600 manat, Zərərçəkmiş şəxs30 1000 manat, Zərərçəkmiş şəxs33 2300 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğlunun 3000 manat, Zərərçəkmiş şəxs2 400 manat, Zərərçəkmiş şəxs3 800 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs5 2200 manat, Zərərçəkmiş şəxs6 200 manat, Zərərçəkmiş şəxs7 700 manat, Zərərçəkmiş şəxs8 200 manat, Zərərçəkmiş şəxs9 820 manat, Zərərçəkmiş şəxs10 2400 manat, Zərərçəkmiş şəxs11 200 manat, Zərərçəkmiş şəxs12 600 manat, Zərərçəkmiş şəxs14 1200 manat, X17 200 manat, Zərərçəkmiş şəxs15 1600 manat, Zərərçəkmiş şəxs16 200 manat, Zərərçəkmiş şəxs17 380 manat, Zərərçəkmiş şəxs19 1000 manat, Zərərçəkmiş şəxs18 200 manat, Zərərçəkmiş şəxs21 820 manat, Zərərçəkmiş şəxs20 1400 manat, Zərərçəkmiş şəxs22 1800 manat, Zərərçəkmiş şəxs23 1600 manat, Zərərçəkmiş şəxs24 200 manat, Zərərçəkmiş şəxs26 10.000 manat, Zərərçəkmiş şəxs29 1800 manat, Zərərçəkmiş şəxs31 600 manat və Zərərçəkmiş şəxs32 1600 manat olmaqla ümumilikdə külli miqdarda 51.640 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu istintaq orqanı tam əsassız olaraq həbs edərək, qanunsuz məsuliyyətə cəlb etmişlər. Özü ilə bağlı onu bildirmək istəyir ki, o, 1990-cı ildən 2014-cü il tarixədək Müdafiə Nazirliyində müxtəlif hərbi hissələrdə gizir kimi xidmət etmişdir. 2014-cü il tarixində ordu sıralarından ehtiyata buraxılmışdır. Bundan sonra Türkiyə və digər xarici ölkələrdə yaşayaraq ticarətlə məşğul olmuşdur. Müxtəlif vaxtlarda Azərbaycana gəlib-getmişdir. 2019-cu ilin avqust aylarında İsveç Respublikasından olan Maguns adlı tanışıyla söhbət edən zaman ona bildirmişdir ki, hazırda “Crowd 1” adlı qlobal proqram var, həmin proqram online satışla məşğul olur. Ona saytın linkini və kataloqları göndərmiş və araşdırmağını təklif etmişdir. O, həmin səhifələrə baxmış, bir müddət araşdırdıqdan sonra bilmişdir ki, həmin şirkət rəsmi şirkətdir, qeydiyyat da rəsmidir. O, 2019-cu ilin avqust ayında həmin şirkətə üzv olmuşdur. 1 aya yaxın Azərbaycanda olandan sonra xaricdə də olmuşdur. “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Dünyanın müxtəlif ölkələrində milyonlarla üzvləri var. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulurlar. Şirkət barədə hər bir şəxs özü məlumat əldə edə bilir. Şirkətə üzv olan şəxs həm online xidmətlərdən alıb faydalana bilər, həm də elektron ticarət olaraq, sərbəst distribüter kimi şirkətin elektron platformasında yerləşdirilmiş rəqəmsal məhsulları məsələn, aviabilet satışı, hotellərdə yer alınması, pullu oyunların istifadəsi, video materialların yüklənməsi və s. rəqəmsal xidmətlər xidmətlərdən yaralanır, Azərbaycan dilində də məlumatlar var. Şirkətin iş prinsipi orada aktiv olub reklam edərək gəlir qazanmaq üçün şirkətdən hər hansı bir paket almaq olmuşdur. Paket aldıqdan sonra orada olan platformalardan istifadə etmək hüququ yaranır. Həmin platformalar “life trends”, “mixter”, "mindeo” və digər 10-a yaxın platformadır. Platformaları şirkət özü müəyyən edir. Həmin platformalardan istifadə etmək üçün alınacaq paketlərin bir neçə növü vardır. Həmin paketlər “white” (ağ) paket, "black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətinə olmuşdur. Paketlərin bir-birindən fərqi ondan ibarətdir ki, böyük paketlər daha çox gəlir əldə edirlər. Bundan sonra şirkətə qoşulan şəxs öz komandasını qurmağa başlayır. Həmin şəxs bunun üçün şirkətə minimum iki nəfər şəxs gətirərsə həmin şəxslərdə şirkətdən paketlər alırlar. Həmin şəxslərin aldıqları paketlərinin dəyərlərinin təxminən 5 faizi məbləğində onu cəlb edən şəxs gəlir əldə edir. Həmin şəxs pulu şirkətin hesabına birbaşa saytda olan bank hesabına ödəyir və yaxud da həmin şəxs şirkətə ödəniş edə bilmirsə onu cəlb edən pulu ondan əlbəəl alır və şirkətə ödəyir. Şirkətə 4 nəfər adam cəlb edən zaman şirkət həmin şəxsə "gift kod” verir. Həmin "xxxx" təxminən 99 avro dəyərindədir. Elə olur ki, şəxs pulu verir, həmin şəxs də öz adına olan “gift kodu” ona verir. O da həmin "xxxx" əsasında şəxsi kabinet yaradır. O, təxminən 2019-cu ilin sentyabr ayından başlayaraq şirkətə müxtəlif şəxsləri qoşmağa başlamışdır. Birinci dəfə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxsi qoşmuşdur. Onların hər ikisi həmin şirkətin Azərbaycanda distributeridir. Bundan sonra qoşulan şəxslər onların vasitəsilə qoşulmuşdur. Alınan paketlərdə fərqli xidmətlər olur. Paket alan şəxslər həmin xidmətlərdən istifadə edirlər. İş üzrə zərərçəkmiş şəxslərə şirkət barədə tam və hərtərəfli məlumat verilmişdir. Onlar ödədikləri pulları, qabaqcadan onlara təqdim olunmuş hesablara ödəmişlər. O, hazırda xatırlamır hansı hesablara ödəmişlər. Səhv etmirsə xaricə ödəmişlər. Onun hesabına heç kim pul ödəməmişdir. Şirkətin təsisçiləri İsveçdə olmuşdur. O, şirkətə 2019-cu ilin avqust ayının 31-də İsveçdən üzv olmuşdur. Tam araşdırıb öyrənmişdir ki, bu şirkətdə heç bir dələduzluq yoxdur. Təqsirləndirilən şəxslərlə aralarında vəzifə bölgüsü olmamışdır. Onların bəzilərini o bir ildən sonra tanımış, bəzilərini heç tanımamışdır. İstənilən şəxs istədiyi məbləğdə pul yatıra bilərmiş. O, zərərçəkmiş şəxslər arasında onların şirkətə qoşulması üçün heç bir təbliğat aparmamış, o yalnız müxtəlif şəxslərə onlayn şəklində videorolik və digər paylaşımlar etmişdir. O, paylaşdığı videorolik və digər paylaşımalarda şirkətin iş prinsipləri barədə ətraflı məlumat vermişdir. Şirkətin Azərbaycanda rəsmi instagram və digər sosial şəbəkələrdə hesabları yoxdur, lakin ayrı-ayrı şəxslər «Crowd» adı ilə belə hesablar açmışlar. Lakin onlardan onun məlumatı yoxdur. Orda paylaşılan məlumatlara da heç bir məsuliyyət daşımır. Müxtəlif platformaları şirkət özü müəyyən etmişdir. Hər bir kəs şirkət haqqında məlumatı özü ala bilir, bütün dillərdə, həmçinin Azərbaycan dilində də məlumat var. Zərərçəkmiş şəxlərin hər bir özləri də şirkət barədə məlumatı əldə edə bilirlər. Təqsirləndirilən şəxslərin özlərinin icarəyə yer götürüb işləmələrini o bilməmişdir. Gəncə şəhərində də ofis olmasını bilməmişdir. Təqsirləndirilən şəxslərin hər biri şirkətlə bağlı özləri araşdırma apararq özləri qoşulmuşlar. Şirkət özü xəbərlər bölümündə paylaşmışdır. Şirkəti Azərbaycan Respublikasında qeydiyyatdan keçirməmişlər, nizamnamələri mövcud deyil, heç bir təsis sənədləri yoxdur. Onların fəaliyyəti xaricdə olan baş ofisin tövsiyyələri əsasında tənzimlənirmiş, yəni onlayn olaraq onlar şirkətin tövsiyələri ilə işləmişlər. Vergidən qeydiyyatdan keçməmişdir. Vergi ödəyicisi kimi eyniləşmə nömrəsi almamışdır. Şirkət xarici şirkət oluduğu üçün vergi verilmir. O, həmin şirkətin nə təsisçisi, nə də ki direktoru olmuşdur. Onun bu şirkətə dair heç bir səlahiyyəti olmamışdır. O, həmin xarici şirkətin fəaliyyətinə qoşulmuş və eyni qaydada digər təqsirləndirilən şəxslər həmin şirkətin tövsiyələri ilə tanış olduqdan sonra onlara qatılmışlar. Onun təqsirləndirilən şəxs Yasin Əmirli ilə heç bir iş birliyi olmamışdır. Zərərçəkmiş şəxs26 adlı şəxs barəsində onu deyə bilər ki, Rəşad onunla əlaqə saxlayaraq “Crowd 1” ilə bağlı internetdən gördüyünü və pul qoymaq istədiyini bildirmişdir. Ona şirkət və paketlər barəsində məlumat vermişdir. Bundan sonra Rəşadla görüşüb üzbəüz söhbət etmişdir. Rəşaddan soruşmuşdur ki, işləmək, yəni komanda qurub işləmək, yəni adam cəlb etmək istəyir, Rəşad bildirmişdir ki, aktiv şəkildə işləmək, yəni adam cəlb etmək istəyir. Ondan xahiş etmişdir ki, imkan varsa ona hazır komandası olan yer versin ki, işləyib pul qazansın. Həmin zaman Rəşada bildirmişdir ki, onun özündə olan yəni, oğlunun adına olan bir qolundan kifayət qədər adamlar olan hesabı verə bilər. Lakin həmin hesabı Rəşada vermək üçün ondan 8 000 manat pul alacağını bildirmişdir. Bundan sonra Rəşadla görüşüb 2000 manat, sonra isə 6 000 manat pul almışdır. Həmin zaman oğlunun adına olan şəxsi kabinetin login və parolunu vermişdir. Bir müddət sonra Rəşad onunla əlaqə saxlayaraq hesabın aktiv olmadığını bildirmişdir. Həmin vaxt Rəşad şirkətin Səbail rayonu ərazisində yerləşən ofisində Yasin Əmirlinin yanında olmuşdur. Onlara başa salmışdır ki, gərək iki nəfər aktiv şəxs dəvət etsin. Həmin zaman Rəşad da narazılıq etmişdir ki, bu qədər pul vermiş, lakin heç bir pul qazanmamışdır. Bundan başqa Rəşada dəyəri 1600 manat olan gold paketi hədiyyə etmişdir. Xarici ölkələrin banklarında “Crowd1” şirkətinin hesablaşma hesablarını halhazırda xatırlamır. Azərbaycan Respublikasında “Crowd1” şirkətinin hesablaşma hesabları olmamışdır. Pullar avro ilə hesablanırmış. Bunu o yox, bunu xaricdə olan “Crowd1” şirkətinin rəhbərliyi müəyyən etmişdir. Lakin bura vətəndaşları həmin paketləri manatla, paketləri aldığı günün məzənnəsi ilə pul köçürürmüşlər. Ola bilər ki, Azərbaycan Respublikasında işləyən distibüterlərin hesablaşma hesablarına pul köçürülsün, lakin onlar sonradan həmin pulu xaricə köçürürmüşlər. Pulun kimin adına köçürülməsini o bilmir. O, mütəşəkkil dəstə halında ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməmiş və külli miqdarda 51.640 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə əldə etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxslər pulu onun hesabına ödəməmişlər. Pulu başqa hesaba ödəmişlər, hesab Dubay bankındadır. Bütün pullar şirkətin hesabına keçirilmiş, yəni onun hesabına ödənilməmişdir. Buna görə də zərərçəkmiş şəxslərin aldadılması barədə söhbət gedə bilməz. Şirkətə ödəniş edən şəxslərin başqa şəxsləri cəlb etmədən də pul qazanmaları mümkün olmuşdur. 2021-ci ilin mart ayına qədər qoşulan şəxslərə pay verilmişdir. İstənilən şəxs öz payını istədiyi şəxsə sata bilərmiş. Ödəniş üsulları hədiyyə formada olub, pul formada qazanc olmur. İstənilən şəxs “bitkoin”-ni sata bilər. Sosial şəbəkədə olan şirkətdəir, onlar özü mütəşəkkil dəstə ola bilməz. 14 gün müddətində istənilən şəxs pulunu geri götürə bilər. Hər kəsin ödədiyi pul həmin hesabda görsənir. Pul ödəyən şəxs pulunun hesaba köçüb köçmədiyini bilir. Qeydiyyata pulsuz da düşmək olur. 1 illik bütün paketlər pulsuz olur, şirkət paketləri havayı verir. Pul ödəyib paket alan şəxslərdə həmin paketlərdə fərqli xidmətlər olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanladığı məktubla əlaqədar yəni “Crowd1” şirkətinin Azərbaycanda rəsmi instagram, facebook və digər sosial platformalarda hesablarında yatırım edərək güya «ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş, itirmək yox, daim qazanmaq, mal almaq və satmaq yox» və bu kimi sair reklam xarakterli paylaşımlardan onun məlumatı yoxdur. Həmin paylaşımların heç birinə onun aidiyyəti yoxdur. Əksinə olaraq o sosial şəbəkələrdə belə növ həqiqətə uyğun olmayan məlumatlar paylaşan şəxslərlə həmişə mübarizə aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımış, Təqsirləndirilən şəxs4 isə başqa işlə bağlı tanımış, Səbahirin də «Crowd1» işində olmasını sonradan bilmişdir. Təqsirləndirilən şəxs2, Yasin Əmirlini isə «Crowd 1» işi ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs6 isə “Crowd 1” işi ilə məşğul olan şəxs kimi sonradan adını eşitmişdir. O, Təqsirləndirilən şəxs6 qiyabi tanımış, yəni sonradan tanımışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs1la söhbət zamanı ona “Crowd 1” şirkəti barədə məlumat verərək, qanuni və yaxşı gəlirli biznes olduğunu bildirmişdir. Bu söhbətdən sonra o müstəqil şəkildə “Crowd 1” şirkəti barədə araşdırma aparmışdır. Araşdırma əsnasında həmin şirkətin mərkəzi ofisi Dubay şəhərində olmaqla, dünyanın müxtəlif ölkələrində, o cümlədən İsveç, İspaniya və sair ölkələrdə fəaliyyət göstərən, şəbəkə və refferal marketinq əsasında fəaliyyət göstərən transmilli şitkət olduğunu müəyyən etmişdir. “Crowd 1” şirkəti 2019-cu ildən «Facebook, Booking.com» və s. online xidmət göstərən şirkətlər İran, Suriya tipli ölkələri çıxmaq şərtilə, dünyanın əksər, eləcə də ölkədə açıq şəkildə fəaliyyətdədir. Online formada fəaliyyət göstərən şirkətlərin hər bir ölkədə ofisinin olması vacib deyil, buna zərurət də yoxdur. Crowd 1 şirkətinin İsveçin Stokholm, İspaniyanın Madrid və Malaqa, Honq- Konq kimi şəhərlərdə ofisləri var. Dubaydakı mərkəzi ofis «X40» ərazisində yerləşir. «Crowd1» şirkəti beynəlxalq reytinq sistemi olan «Amazon Alexa»-da öz sektoru üzrə 1-ci yerdədir. «Bizness for home» beynəlxalq media saytında Crowd 1 şirkətinin maliyyə hesabatları ictimaiyyətə tam açıqdır. Şirkət 40 milyondan artıq müştəri bazasına sahibdir. Online qaydada qeydiyyatdan keçən hər bir şəxslə şirkət arasında Smart kontrakt bağlanır. Müqavilələr azərbaycan və rus dilləri də daxil olmaqla, dünyanın 10-dan artıq dilinə tərcümə edilmişdir. Hər bir şəxs şirkətə ödəniş edərkən, bu barədə elektron qəbz alır. Şirkətin fəaliyyət göstərdiyi referralməlumat, məsləhət və marketinq sistemi dünya ticarət palatası tərəfindən tam qanuni elektron biznes kimi qəbul olunur. Elektron ticarət isə Azərbaycan Respublikasında tam qanuni ticarət sayılır. Ölkədə refferal və şəbəkə ticarəti sistemi ilə çalışan xeyli şirkətlər var. Bu araşdırmaları apardıqdan sonra, «Crowd1» şirkətinin Azərbaycan Respublikası qanunları çərçivəsində fəaliyyət göstərdiyinə əmin olduğu üçün, bu biznesə başlamışdır. Bildiyinə görə şirkət Azərbaycan Respublikasında qeydiyata alınmamışdır. Şirkətin təsis sənədləri onların Respublikasında yoxdur. VÖEN yoxdur. Şirkət əmək müqaviləsi ilə deyil, tərəfdaş və ya distribüterlik qaydasında, sərbəst distributer müqaviləsi bağlayaraq fəaliyyət göstərir. Yeni üzv olan şəxs həm online xidmətlərdən alıb faydalana bilər, həm də elektron ticarət olaraq, sərbəst distributer kimi şirkətin elektron platformasında yerləşdirilmiş rəqəmsal məhsulları məsələn, aviabilet satışı, hotellərdə yer alınması, pullu oyunların istifadəsi, video materialların yüklənməsi və s. rəqəmsal xidmətlərdən yararlanır. Yeni istifadəçilərə və ya rəqəmsal biznes qurmaq istəyən şəxslərə online marketinq üsulu ilə tövsiyə edib, yaranmış satışlardan bitkoin adlanan kripto valyuta əldə edə bilər. Daha sonra isə, şəxsi hesabda toplanmış bitkoini sataraq, real pula, qiymətli kağıza çevirə və ya gələcək üçün toplaya bilər. Onun da bütün istifadəçilər kimi, «Crowd1» şirkəti ilə arasında elektron qaydada azad ticarət agenti müqaviləsi olmuşdur. Onun fəaliyyəti şirkətin fəaliyyətinə uyğun olaraq, yalnız məlumat və tövsiyə verməkdən ibarət olmuşdur. Bu fəaliyyət zamanı o bilavasitə kimdənsə şəxsən hansısa məbləğdə pul qəbul etməmiş, müqavilə şərtlərindən, eləcə də qanundan kənar hansısa hərəkət etməmişdir. Onun fəaliyyəti yalnız şirkətlə bağlı məlumat və tövsiyə verməkdən ibarət olmuşdur. Şirkətin xidmətlərindən yararlanan şəxslərin hər biri şirkətə ödədiyi məbləğləri şəxsən özləri olmaqla, könüllü formada, müqavilə şərtləri ilə tanış olaraq və müqaviləni online imzalamaqla, yəni biznes plan qaydalarını və şərtlərini könüllü qəbul edərək, öz risklərini şüurlu surətdə dərk etməklə, ödəniş etmişlər. Hər kəsin şirkətə ödədiyi istənilən məbləğ üçün şəxsi hesabında elektron qəbzi olmuşdur. Eyni zamanda «Crowd1» şirkəti ilə ayrıayrı şəxslər arasında bağlanmış, elektron qaydada imzalanmış Smart kontraktlar hər kəsin özünə məxsus elektron poçtda, eləcə də, şirkətin saytındakı şəxsi hesabında olmuşdur. O, kimsədən şəxsən pul almamış, kiməsə qarşı dələduzluq və s. qanunsuz hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxslərlə aralarında vəzifə bölgüsü olmayıb, hər biri özü bu işə qoşulmuş və eyni hüquqa malik olmuşlar. Onun rəhbəri Təqsirləndirilən şəxs1 olmamış, onlar hər biri ayrılıqda bu işlə məşğul olmuşlar. Onun özünün də 20 min manatı batmışdır. Ona 20 min manatın əvəzinə 500 və ya 1000 manat bitkoin hesabı açılmışdır. Onlar hamısı eyni statusa malikdirlər. Bu şəbəkə biznesi olumuş, şəbəkə biznesi o deməkdir ki, insanlar istifadə etdiyi xidmətdən dostuna, tanışına tövsiyə edir. Həmin şəxs də öz dost tanışına məsləhət görür. Şəbəkə biznesi Azərbaycanda fəaliyyət göstərir. Ödənilən pullar şirkətin xaricdə olan bank hesabına köçürülür. Hazırda həmin bankın adını və hesablaşma hesabını xatırlamır. Azərbaycanda heç bir banka pul köçürülməmişdir. O, mütəşəkkil dəstə halında ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etməmiş və külli miqdarda 51.640 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə əldə etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, şirkət barədə öz dost tanışlarına məlumat vermiş, heç kəsi məcbur etməmişdir. Həmin şəxslər özləri də şirkətin fəaliyyəti ilə maraqlanıb özləri qoşulmuşlar. Şirkət Dubayda rəsmi qeydiyyatdan keçmiş və mərkəzi ofis də orada yerləşir. Hər bir şəxslə elektron müqavilə olur və elektron qəbz olur. Bu da Dubayda olan şirkətdə görsənir. Bu məhsul xidmətidir. Nağd pul qazanılmır. Şirkətə qoşulan şəxslər özləri də əlavə şəxsləri cəlb edə bilərlər, həmin şəxslər də digər şəxsləri cəlb edərlər və beləliklə də kütlə yaranır. Şirkətin qaydaları barədə 20 dildə tərcüməsi var, həmçinin də Azərbaycan dilində də tərcüməsi var. Hər kəs oxuyub məlumat ala bilir. Ödənilən pula görə gəlir əldə olunmur. Aviabilet, hotellərdə yer alınması, pullu oyunlardan istifadə olunur və s. xidmətlərdən istifadə olunur. Hər bir kəs özləri dərk edərək qoşulmuşlar. Hər bir kəs 14 gün ərzində ödədiyi pulu qaytara bilər. Onlayn məlumatlarda bu barədə də bildirilir. Paketlərin birbirindən fərqi ondan ibarətdir ki, böyük paketlər əldə edən şəxslər daha çox gəlir əldə edirlər. Hər bir kəs sərbəst distributer kimi şirkətin elektron platformasında yerləşdirilmiş rəqəmsal məhsulları olan aviabilet satışı, hotellərdə yer alınması, pullu oyunların istifadəsi, video materialların yüklənməsi və s. rəqəmsal xidmətlərdən yararlanır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə mütəşşəkil dəstə halında cinayət xarakterli dələduzluq əməli törətməyini qətiyyən qəbul etmir. Birinci epizodla bağlı göstərmişdir ki, o, Zərərçəkmiş şəxs28 külli miqdarda 51.954 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs28 təxminən 2016-cı il tarixdən tanıyır. O, Zərərçəkmiş şəxs28 pul almamışdır. Emilə heç bir borcu olmamışdır. Bu barədə o Nərimanov RPİ-də verdiyi izahat, həmçinin ifadələrində də bildirmişdir. Emillə 2016-cı il tarixdə söhbət edən zaman Emil özü ondan "Onecoin” adlı şirkət barəsində məlumat verməyini istəmişdir. Emilə şirkətin riskləri olduğunu, qarantiya verilmədiyini, pul qoymasını məsləhət bilmədiyini demişdir. “Onecoin” şirkəti internetdə olan kriptovalyuta layihəsi imiş. O da həmin şirkətə qoşulmuşdur. Həmin şirkətə 140 avro pul yatırmışdır. Şirkətin iş prinsipi ondan ibarət imiş ki, həmin şirkətdən “Onecoin” adlı kriptovalyuta almışdır. Həmin zaman “Onecoin” in dünya birjasına çıxışı olmamışdır. Şirkətə yatırım edən şəxslər özlərindən sonra əlavə şəxslərdə cəlb edə bilmişlər. Lakin məcburi deyilmiş. O, heç kimi “Onecoin”-ə dəvət etməmişdir. Bu işlə bağlı heç kimdən pul almamışdır. 5 il ərzində Emil onunla “Onecoin” layihəsi ilə bağlı maraqlanmışdır. Ondan pulu geri qaytarmasını istəməmişdir. Bir dəfə Emilə təklif etmişdir ki, istəyirsə hesabını xarici müştəriyə satmaq olar, lakin Emil imtina etmişdir. Sonradan, 2020-ci ilin sonlarında onun üzərinə Tamerlan adlı şəxs gəlmiş və öz hesabına qoyduğu 10 000 ABŞ dolları pulunu hesabdan çəkərək götürmüşdür. Həmin vaxt Emilə də eyni təklifi etmiş, lakin Emil imtina etmişdir. Bundan sonra Emil ondan hədə-qorxu ilə pul tələb etməyə başlamışdır. O, Emilə və onun üzərinə göndərdiyi adamların hədə-qorxularından qorxub, yeznəsinin adına olan Quba rayonunda yerləşən torpaq sahəsini 10000 ABŞ dolları hesablamaqla Zərərçəkmiş şəxs28 dediyi şəxsin adına keçirtmişdir. Həmçinin müxtəlif vaxtlarda Emilə hissə-hissə 7500 manat da pul vermişdir. Bundan başqa da sonradan Emillə razılığa gəlmişlər ki, 9000 manat da ona pul verər, ondan başqa heç bir pul tələb etməsin. Emil də pulun ödənilməsini gözləmədən şikayət etmişdir. Sonradan Emilin pulları tam qaytarılmışdır. Emilin hal-hazırda onun barəsində heç bir şikayəti yoxdur. Hal-hazırda onun Emilə heç bir borcu qalmamışdır. İkinci epizodla bağlı göstərmişdir ki, özünü Avropada fəaliyyət göstərən “Onecoin” adlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi təqdim edərək Zərərçəkmiş şəxs34 Mövlud oğlundan pul almamışdır. Pullar şirkətin hesabına köçürülmüşdür. Hər bir zərərçəkmiş şəxs pulu nə üçün köçürməsini bilmiş, heç kəs onları məcbur etməmişdir. Hər kəs də özü üçün elektron kabinet açmışdır. Zərərçəkmiş şəxs34 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkında Tavita” adlı kafedə 1600 manat pul almamışdır. Lakin buna baxmayaraq, Zərərçəkmiş şəxs34 dəymiş ziyan tam ödənilmişdir. Üçüncü epizodla bağlı göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 10 ildən artıq müddətdir ki tanıyır. Həmin vaxtlarda Habil hərbiçi olmuşdur. Hər ikisi Sumqayıt şəhərində yaşadığı üçün arabir görüşmüşlər. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs6 tanımamışdır. Yasin Əmirli ilə şəxsən heç bir tanışlığı və əlaqəsi olmamışdır. Bu iş üzrə tanıdığı şəxslərdən nə də şirkətə üzv olmuş digər şəxslərdən yeni şəxsləri dəvət etmək, bununla əlaqədar pul almaq, yaxud alınmış pulları bölüşdürmək kimi göstərişlər almamış, heç kimə də bu barədə göstəriş verməmişdir. Hər kəs bu işlə bağlı sərbəst informasiya almışdır. 2020-ci ilin əvvəllərindən “Crowd 1” şirkətinə qoşulmuşdur. O, həmin şirkətə Təqsirləndirilən şəxs1 vasitəsilə qoşulmuşdur. O, özü ailə üzvləri üçün də kabinet açmışdır. Təqsirləndirilən şəxs1 məsləhəti ilə o da “Crowd 1” şirkətinə qoşulmuşdur. Həmin şirkətə qoşularkən ilkin olaraq 99 avro pul qoymuşdur. Şirkət barəsində deyə bilər ki, mərkəzi ofisi Dubay şəhərində yerləşən marketinq şirkətidir. Şirkətin iş pinsipi ondan ibarətdir ki, elektron məhsul və xidmətlərin satışını həyata keçirir. Bunu fərdi distrübiterlər üzərindən həyata keçirir. Burada şəbəkə marketinqindən istifadə edir. Hər satış təmsilçisi etdiyi satışa görə komissiya alır. Yəni, o, heç kimə şirkətin elektron məhsul və xidmətlərini birbaşa təklif etməmişdir. Şirkətin biznes planına uyğun olaraq üzv olan şəxslərə dərəcələr verir. Lakin, onun heç bir dərəcəsi olmamışdır. Bundan başqa heç kimdən əlbəəl pul almamışdır. Heç kimə də bu işin insanları qısa zamanda varlandıracağı barədə vədlər verməmişdir. Sadəcə olaraq şirkətin üzvlərinin "xxxx" proqramları ilə keçirdikləri virtual yığıncaqlarda iştirak etmişdir. Şirkətin üzvlərinin Bakı və Gəncə şəhərlərində bu fəaliyyət ilə məşğul olmaq üçün ofis açmalarından məlumatı olsa da onun iştirakı olmamışdır. Yəni həmin ofisin açılmasında və saxlanmasında maddi və təşkilati heç bir rolu olmamışdır. Şirkətə yeni üzv olan şəxslərin qoşulması üçün lazım olan Gift kodları heç kimə satmamış, lakin ehtiyac yarananda pay və ya hədiyyə olaraq verdiyi hallar olmuşdur. Verdiyi informasiyanı heç bir uydurma məhsul adı altında pərdələməmişdir. Bu epizodla əlaqədar külli miqdarda 51.640 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb mütəşəkkil dəstə halında əldə etməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan istintaq dövrü tam ödənilmiş və halhazırda həmin pullar depozitdədir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, şirkət təhsil, xidmət, otel, oyunlar və s. xidmətlər təklif edir. Nağd pul şəklində qazanc əldə olunmur. Elektron ticarətlə məşğul olmaq cinayət hesab olunmur. O, özü də 99 avroya paket almışdır. Qazaxstanda olan dostlarına da şirkət barədə demiş, onlar da öz ölkələrində araşdırmışlar və bu şirkətə pul qoymuşlar. Vüsal adlı şəxslə onun ortaq bir işi olmamışdır.Zərərçəkmiş şəxs28 ondan şikayət etmiş, fikirləşmişdir ki, onun çoxlu pulu var, bundan şikayət etsə pulu ala bilər. Şirkətin Dubayda olan ofisində də olmuşdur. Təqsirləndirilən şəxslərlə aralarında heç bir vəzifə bölgüsü olmamışdır. Təqsirləndirilən şəxs1 onu bu işə cəlb edib deyəndə onu məcbur etməmişdir. Şirkətlə bağlı aralarında söhbət olmuş, şirkətlə bağlı ona məlumatı Habil vermiş, o özü könüllü qoşulmuşdur. Zərərçəkmiş şəxslər hər biri ödədikləri pulu öz kabinetlərində görə bilirlər. Həqiqətən də pulun şirkətin hesabına keçdiyini özləri görürlər. Elektron xidmətdir. Heç kəsin zərərçəkmiş şəxslərin qaşısında heç bir öhdəliyi olmamışdır. O, heç bir zərərçəkmş şəxsə, həmçinn də Zərərçəkmiş şəxs28 heç bir puluna dair qarantiya verməmişdir. Zərərçəkmiş şəxs özü şirkətin şərtləri ilə tanış olub pul ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş itihamda qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradıb cinayət əməli törətməyi ilə bağlı ittihamı qəbul etmir. Təqsirləndirilən şəxslərdən Yasin Əmirlini universitetdən, Təqsirləndirilən şəxs3 isə kursdan tanımışdır. O, Polşada təhsil almışdır. O, təxminən 2020-ci ilin may ayından “Crowd1" şirkətinə 200 manat pul verməklə üzv olmuşdur. Həmin şirkət barədə məlumatı internetdən özü görmüşdür. O, şirkətə qoşulan zaman məlumat almışdır ki, şirkət xarici şirkətdir. Onu Azərbaycan Respublikasına gətirən şəxs Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 həmin zaman şirkətdə prezident vəzifəsində olduğunu bilmişdir. O, internetdə şirkət barəsində məlumat aldıqdan sonra pul yatırım etdikdən 6-7 ay sonra Təqsirləndirilən şəxs1 və digərlərini şirkət vasitəsilə tanımışdır. Sonra yeni şəxslərə satış etməklə satış qarşılığında şirkətdən komissiyya almaqla pul qazanmağın mümkün olduğunu görmüşdür. Təqsirləndirilən şəxs3 da 2-3 il olar ki, tanıyırmış. Onun “Qlobus" sentrdə yerləşən ingilis dili kursuna getmiş və Əlövsətlə oradan tanış olmuşdur. Şirkət haqqında internetdə maraqlanan zaman Təqsirləndirilən şəxs3 da şirkətin üzvlərindən biri olduğunu, şirktədə həmin zaman menecer vəzifəsində olduğunu bilmişdir. Bundan sonra, o, Əlövsətin Zoom proqramı vasitəsilə verdiyi vebinarlara qoşulmuşdur. Qoşulduqdan bir müddət sonra şirkət haqqında Yasin Əmirliyə məlumat vermişdir. Aralarında heç bir vəzifə bölgüsü olmamışdır. Hər kəs tam azad və heç kəsdən asılı olmadan fəaliyyət göstərmişdir. Şirkət tərəfindən hər bir satış təmsilçisi satış həcminə görə kateqoriya müəyyənləşdirilmişdir. Hər hansı bir vəzifənin hər hansı bir öhdəliyi və ya məsuliyyəti olmamışdır. Şirkətin iş pinsipi ondan ibarət olmuşdur ki, şirkət elektron məhsul və xidmətlərin satışını həyata keçirmişdir. Bu fərdi distrubiterlər üzərindən həyata keçirilir. Burada şəbəkə marketinqindən istifadə edilir. Hər satış təmsilçisi etdiyi satışa görə komissiya alır. Yəni, o, və ya Yasin Əmirli şirkətin elektron məhsulunu və xidmətlərini vətəndaşlara təklif edərək və satışını həyata keçirirmişlər. Həmin məhsulu almış şəxs özü satış təmsilçisi olur və oda satış edərək komissiya əldə etməklə qazana bilir. Satışı şəxsə təklif etdikdən sonra o almaq istəsə ödənişi həyata keçirmək üçün yolları şəxsə izah olunmuşdur. Həmin yolların iki üsulu vardır. Birinci yol şəxs özü şirkətin balansına pulu bitkoin formasında ödəyir. Şirkət pulu nağd və köçürmə yolu ilə qəbul etmir, yalnız kriptovalyuta şəklində qəbul edir. İkinci və daha rahat üsul isə satış təmsilçisinin “bitkoin” və ya balans hesabı vasitəsilə əldə edilmiş gift kod vasitəsilə ödəniş edilə bilər. Şirkətdən satış etdikdən sonra əldə edilmiş komissiya ilə, həmçinin bitkoin vasitəsilə gift kod alına bilər. Lakin, o, öz hesabında kifayət qədər məbləğ olmadıqda yeni şəxslər satış etdiyi zaman digər şəxslərdən, hesabında kifayət qədər şəxslərdən nağd və ya karta köçürmə yolu ilə onlara pul göndərməklə həmin gift kodu əldə edir. Yəni şəxsdən aldığı pulu gift kod aldığı şəxsə göndərmişdir. Burada onun qazancı isə yalnız satışdan əldə olunan komissiyadır ki, onlar da hesab balansında 99 avro olduqda gift koda çevirmək olur. İşlədiyi müddətdə o Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərdən də gift kod almışdır. Şirkətə üzv olduqdan sonra aldığı paketlərə münasibətdə şirkət revvardslar vermişdir. Lakin, o, heç vaxt satış etdiyi şəxsə bununla bağlı məlumat verməmişdir. Təxminən 2021-ci ilin yay aylarına qədər şəxslərlə müxtəlif kafelərdə görüşmüşlər. Həmin zaman Yasinlə birlikdə ofis açmaq qərarına gəlmişlər. Həmin ideyanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da dəstəkləmişlər. Onlar Bakı şəhəri, Səbail rayonu ərazisində aylıq 500-600 manat olan ofis icarəyə götürmüşlər. Ofisin aylığını isə əsasən Amin, Əlövsət, Yasin və o birlikdə ödəmişlər. Onların arasında heç bir vəzifə bölgüsü olmamışdır. Heç kimə yalan vədlər verilməmişdir. Kimlərəsə informasiya almaq istəyirlərsə şirkətin rəsmi platformasında və müqaviləsində olan informasiya verilmişdir. Bunun qarşılığında heç kimdən heç bir məbləğdə pul alınmamışdır. Şirkətin platformasında qeydiyyatdan keçmək ödənişsizdir. Lakin hər hansı məhsul və xidməti almaq ödənişlidir. Bu məbləği şirkət özü müəyyən edir və hər bir şəxs bunu almaqdan əvvəl platformada məlumatlandırılır. Bütün vətəndaşların ödədiyi məbləğ birbaşa şirkətin hesabına keçir. O, zərərçəkmiş şəxslərə informasiya verməmişdir. Zərərçəkmiş şəxslər hər biri şirkət barədə məlumat ala bilir. Məlumat bütün dillərdə, həmçinin də Azərbacan dilində olmuşdur. Zərərçəkmiş şəxsləri o tanımamışdır. Kimlərin nə qədər pul köçürmələrini bilməmişdir. Hansı zərərçəkmiş şəxslərin nə qədər gəlir etmələri barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxslər öz pullarını batmış hesab edirlər. Ona görə ki, onlar düzgün informasiya almamışlar. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ona heç bir aidiyyatı yoxdur, zərərçəkmiş şəxslərin heç birindən pul almamış, nə də zərərçəkmiş şəxslərə 51640 manat maddi ziyan vurmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, şirkət barədə məlumat alandan sonra Yasinə də bu barədə demişdir. Yasin özü də araşdırıb və üzv olmuşdur. O, Yasinə tövsiyə etmiş, şirkət də bunu bilib və Yasinə o tövsiyə etdiyinə görə 5% onun hesabına keçmişdir. Şirkətə 10 il və ya sonra qoşulan şəxslər arasında heç bir fərq yoxdur. Zərərçəkmiş şəxslər barələrində istintaq başlanana qədər onlardan şikayət etməmişlər. Onlar saxlanıldıqdan sonra telefonla zərərçəkmiş şəxslərə mesaj göndərilmiş və onlarla bağlı şikayət vermələrini bildirmişlər. “Bitkoin” varsa bu qanuna zidd sayılmır. Sosial şəbəkələrdə bəzi şəxslər şikayətlər yazırmışlar. O, Amin, Əlövsət, Yasin ofis açmışlar ki, düzgün informasiya versinlər. Şirkətin şikayətlərə baxmaq üçün şikayət bölməsi var. Araşdırır və əsassız olarsa onun səhifəsini dondurur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əmirli Yasin Namiq oğlu ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradıb cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 tanımışdır. Səbahiri 2019-cu ilin sentyabr aylarından tanıyır. Səbahirlə tələbə vaxtı tanış olmuşlar. Digər təqsirləndirilən şəxsləri isə sonradan tanımışdır. Şirkətlə bağlı onu deyə bilər ki, şirkət 170-dən çox ölkədə onlayn fəaliyyət göstərir və 50 milyon da müştərisi var və rəsmi olaraq Madrid, Malaqa, Stokholm və s. şəhərlərdə ofisi olan beynəlxalq şirkətdir. Təxminən 2021-ci ilin may ayının sonlarında Səbahirin “whatsapp” statusunda “Crowd 1” şirkəti barədə məlumat verdiyini görmüşdür. Həmin iş maraqlı gəldiyindən Səbahirlə görüşmüş və Səbahir ona bununla bağlı məlumat vermişdir. Bundan sonra o, 200 manat ödəyərək şirkətə üzv olmuşdur. Şirkəti Azərbaycan Respublikasına gətirən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 həmin zaman şirkətdə prezident vəzifəsində olmuşdur. O internetdə şirkət barəsində məlumat aldıqdan sonra pul yatırım etdikdən sonra yeni şəxslərə satış etməkiə satış qarşılığında şirkətdən komissiya almaqla pul qazanmağın mümkün olduğunu görmüşdür. Şirkətin iş pinsipi ondan ibarətdir ki, elektron məhsul və xidmətlərin satışını həyata keçirir. Bunu fərdi distribüterlər üzərindən həyata keçirir. Burada şəbəkə marketinqindən istifadə edilir. Hər satış təmsilçisi etdiyi satışa görə komissiya alır. Yəni, o və ya Təqsirləndirilən şəxs4 şirkətin elektron məhsul və xidmətlərini vətəndaşlara təklif edib və satışını həyata keçirmişlər. Həmin məhsulu almış şəxs özü satış təmsilçisi olur və o da satış edərək komisiya əldə etməklə pul qazana bilər. Satışı şəxsə təklif etdikdən sonra, şəxs almaq istəsə ödənişi həyata keçirmək üçün yolları izah edilir. Həmin yollardan iki üsul var. Birinci yol şəxs özü şirkətin balansına pulu bitkoin formasında ödəyir. Şirkət pulu nağd və köçürmə yolu ilə qəbul etmir, yalnız kriptovalyuta şəklində qəbul edir. İkinci və daha rahat üsul isə satış təmsilçisinin “bitkoin” və ya balans hesabı vasitəsilə əldə edilmiş gift kod vasitəsilə ödəniş edilə bilər. Şirkətdən satış etdikdən sonra əldə edilmiş komisiya ilə, həmçinin bitkoin vasitəsilə gift kod alına bilər. Lakin, o, öz hesabında kifayət qədər məbləğ olmadıqda yeni şəxslər satış etdiyi zaman digər şəxslərdən, hesabında kifayət qədər şəxslərdən nağd və ya karta köçürmə yolu ilə onlara pul göndərməklə həmin gift kodu əldə edir. Yəni şəxsdən aldığı pulu gift kod aldığı şəxsə göndərir. Burada onun qazancı isə yalnız satışdan əldə olunan komisiyadır ki, onlar da hesab balansında 99 avro olduqda gift koda çevirmək olur. İşlədiyi müddətdə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərdən də gift kod almışdır. Şirkətə üzv olduqdan sonra aldığı paketlərə münasibətdə şirkət rewardslar vermişdir. O da satış etdiyi şəxsə bununla bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxslərdən bir neçə nəfəri onun komandası olmuşlar, həmin şəxslərdən pulları ya o özü almış, ya da onun dediyi şəxslərin kart hesablarına göndərmişlər. Həmin şəxslər də sonradan həmin pulların öz hesabında olmasını görmüşlər. Təxminən 2021-ci ilin yay aylarına qədər şəxslərlə müxtəlif kafelərdə görüşmüşlər. Həmin zaman Səbahirlə birlikdə ofis açmaq qərarına gəlmişlər. Bu ideyanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da dəstəkləmişlər. Onlar Bakı şəhəri, Səbail rayonu ərazisində ofis icarəyə götürmüşlər. Həmçinin Crowd1” şirkətinin Azərbaycanda rəsmi instagram, facebook və digər sosial platformalarda “yatırım edərək ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın”, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş,” İtirmək yox; daim qazanmaq”, Mal almaq və satmaq yox" və bu kimi sair reklam xarakterli paylaşımlar etməmişdir. Bu paylaşımların ona heç bir aidiyyəti yoxdur. Əksinə olaraq o sosial şəbəkələrdə belə növ həqiqətə uyğun olmayan məlumatlar paylaşan şəxslərlə həmişə mübarizə aparmışdır. Zərərçəkmiş şəxslərə 51640 manat maddi ziyan vurmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Yasin Əmirli bildirmişdir ki, onun heç kimə qarşı hər hansı bir öhdəliyi olmamışdır. Amil ona bitkoin lazım olanada ona vermiş, Amilə də lazım olanda o bitkoin vermişdir. Hər hansı bir şəxs onun vasitəsiylə qeydiyyyatdan keçibsə, o, həmin şəxsə bütün şərtləri izah etmişdir. Bitkoin virtualdır, onu «facebookda» kiminləsə barter edə bilər. Onlar saxlanılana qədər zərərçəkmiş şəxslər onlardan şikayət etməmişlər. Sonradan zərərçəkmiş şəxslərə zəng edilib və onlar gəlib şikayət etmişlər. O, şəxsən öz yaxın dostuna və yaxın adamlarına bu barədə informasiya vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradıb cinayət əməli törətməmişdir. O, 2018-ci ildən 2020-ci ilədək «Oriflame» qadın kosmetikası məhsulları şirkətində işləmişdir. 2020-ci ilin iyun-iyul aylarında o bir qohumu vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Samir Sumqayıtda yaşamışdır. Samirlə «whatsappda» görüntülü danışarkən ona izah etmişdir ki, o da «network» bizneslə məşğuldur. O, həmin biznesin üsulunu və fəaliyyətinin necə həyata keçirildiyini soruşduqda, Samir ona demişdir ki, «Mindoye» adlı bir təhsil şirkəti var. Həmin online təhsil şirkətindən 100 avro dəyərində təhsil paketi alanda həmin online təhsil paketinin üzərində rewards, yəni mükafat olur. O, həmin təhsil paketini aldıqdan sonra həmin paketə müddətsiz online təhsil almaq hüququna malik olur və bu online təhsil biznesə dair təhsil olmuşdur. Samirin deməsinə görə həmin təhsil paketi 3 il sonra online olaraq «Mindoye» şirkətində səhmə çevriləcək və o həmin şirkətdə səhm sahibi ola bilər. Sonra həmin səhmi satıb pul da qazana bilər. O da Samirin təklifi ilə razılaşmışdır. Samirin məsləhəti ilə ilk öncə onun dediyi kimi «android» proqramlı Hesense markalı mobil telefonda “crowd1» tətbiqini yükləmişdir. Orada Təqsirləndirilən şəxs6 adı ilə qeydiyyatdan keçmiş və özünə şəxsi kabinet yaratmışdır. Sonra Samirin dediyi kimi Samirin məsləhəti ilə həmin təhsil paketini almaq üçün 2020-ci ilin təxminən iyul ayında milliön ödəniş terminalı ilə Samirə adlı qadına məxsus kapital banka aid debit hesaba 200 manat pul göndərmişdir. Bundan sonra Samir onu «whatsapp» qrupuna əlavə etmişdir. Orada da ona zoom linki göndərmişlər. Zoom tətbiqini playstoredən yükləmiş və orada qeydiyyatdan keçmişdir. Samir ona link göndərmişdir. Treyninqə, yəni online mühazirəyə qoşulmuş və baxaraq orada biznes plan mühazirəsini keçirmişlər. O, öncədən «oriflame» kosmetik şirkətində işlədiyi üçün mühazirəni dərhal dərk etmişdir. Burada, yəni «Crowd1» şirkətində rəqəmsal məhsullar təklif edilmişdir. Həmin mühazirəni Əlövsət bəy keçmişdir. Samiri bu işə dəvət edən Anar, yəni Samirin xalası oğlu da direktor olmuşdur. Direktordan yüksək rütbə prezident rütbəsidir. Bu rütbədə də olan şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Sonra bilmişdir ki, bu sistemi Azərbaycana gətirən şəxs Təqsirləndirilən şəxs1dur. Bidiyinə görə Əlövsət sahibkardır və Əlövsətin özəl təhsil müəssisələri də vardır. 2020-ci ilin yay aylarının sonundan, yəni təxminən avqust ayında o bu biznes planına başlamışdır. İlk öncə öz ailə üzvlərini, yoldaşı Rasim Dünyamalıyevi, sonra qızlarının adına təhsil paketi almışdır. Orada rewards, yəni səhm olduğuna görə bu paketi qızlarının adına almışdır. O, həm özü pul ödəmiş, həm də ailə üzvlərini və qohumlarını da cəlb etmişdir. Samirin deməsinə görə 2023-cü ildə bu paketlər dünya birjasına daxil olacaqdır və o həmin səhmləri daha iri məbləğə satıb qazanc əldə edə bilər. Sonra tanışlarını və qohumlarını da bu biznes planına qoşmuşdur. Onlar özləri təhsil paketini almaq üçün o onların qeydiyyatdan keçdiyi «Crowd1» tətbiqində şəxsi kabinetlərinə onun şəxsi kabinetindən gif kod keçirirmiş. Beləcə biznes plana, yəni «Crowd1» sisteminə öz xətti üzərinə dəvət etdiyi şəxslər də əldə etdikləri təhsil paketinin ödənişi olan 100 avronu ona ödəmişlər. Bundan sonra, o, bu biznes plan üzrə işləməyə davam etmişdir. Paketlər «Mindoye» təhsil şirkətinin paketləri olmuşdur. Həmin paketlər ağ, qara, qızıl və titan paketləri olmuşdur. Ağ paket 109 avro, qara paket 300 avroya, qızıl paket 800 avroya, titan paket isə 2500 avroya olmuşdur. O, bu paketlərdən ağ paket və qızıl paket satmışdır. Bir ildir bu şirkətdən aylıq 500 və 1000 manat olmaqla pul qazanmışdır. Dəvət etdiyi hər şəxs ağ paket əldə etdikdə onun hesabına 11 avro pul gəlmişdir. O, bir dəfə bu şirkətin baş ofisi olan İçərişəhərdə Böyük Qala döngəsi 11 ünvanında olmuşdur. Orada ilk dəfə Təqsirləndirilən şəxs4 görmüşdür. Səbahir orada ona biznes planı izah etmişdir. 2021-ci ilin sentyabr ayının 10-da Ramin adlı şəxsin təklifi ilə Gəncə şəhəri Atatürk prospekti 209 b ünvanında «Crowd 1» şirkətinin ofisini açmışdır. Həmin ofisdə menecer kimi fəaliyyət göstərərk insanları bu şirkətdən paketlər alaraq onun xətti üzrə şirkətdə biznes plana qoşulmağa dəvət etmişdir. Sonra işlədiyi ofisə polis əməkdaşları gəlmişlər və onlar bu barədə araşdırma aparıldığını deyərək ofisə baxış keçirmişlər. Orada olan sənədləşmələri və «Crowd1» tətbiqi ilə əlaqə yaratdığı biznes plana dair fəaliyyəti həyata keçirdiyi HP markalı noutbuku və özünə aid mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs23 ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs23 ofisə gələndə şirkət barədə sosial şəbəkə vasitəsilə məlumatlı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs23 şirkətlə bağlı ondan məlumat istədikdə, o, Rüfətə şirkət barədə məlumat vermişdir. Rüfət də 1600 manat pul ödəmişdir. O, mütəşəkkil dəstənin üzvü olmamış və zərərçəkmiş şəxslərə 51640 manat maddi ziyan vurmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs6 bildirmişdir ki, o, sonradan "Crowd 1” şirkətinin Azərbaycan Respublikası ərazisində rəsmi qeydiyyatda olmadığını bilmişdir. Onun "Crowd 1’ şirkətinə qoşulmaqda məqsədi insanları ora yığmaq və onların verdiyi pullardan qazanc əldə etmək olmuşdur. Pul ödəyən şəxslərə ödədikləri pulun müqabilində aylıq və illik hər hansı qazanc verilmir. Pul qoyan şəxslər başqa şəxsin şirkətə pul qoymasını təmin etdiyi təqdirdə 5 % dəyərində qazanc əldə edə bilir. Onun insanları aldatmaq məqsədi olmamışdır. O, digər şəxsləri cəlb etməyi nəticəsində 10.000 avro məbləğində pul qazanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təqsirləndiilən şəxslərdən Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndirilən şəxsləri tanımışdır. O, təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində tanışı Əmirli Yasin Namiq oğlunun sosial şəbəkələrdə “Crowd 1” adlı şirkətin reklamını etdiyini görmüşdür. Həmin reklamlarda bildirilmişdir ki, pul verməklə pul qazanmaq mümkündür. Həmin şirkətin iş prinsipi ondan ibarət imiş ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb etməlidir. Həmin şəxslərin verdiyi pulun da təxminən 5 faizi ona gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə pul yatırdıqca həmin şəxslər də gəlir əldə etməlidir. Onu da bildirmişlər ki, şəxs cəlb etməsə ildə bir-iki dəfə çox az məbləğdə gəlir əldə etmək mümkündür. Yasin özünü “Crowd 1” adlı şirkətin nümayəndəsi kimi təqdim etmiş və bildirmişdir ki, pulun qarşılığında “white” (ağ) paket veriləcəkdir. O da Yasinlə razılaşmış və 2021-ci ilin yanvar ayının sonlarında «milli ön» ödəniş terminalı vasitəsilə Yasinin ona dediyi Nihad Cavadov adlı şəxsin kart hesabına 205 manat pul göndərmişdir. Nihad Cavadov adlı şəxsi tanımamış, həmin hesabı ona Yasin göndərmişdir. Yasin də onun adına “Crowd 1”.com saytında şəxsi kabinet açmışdır. Şirkətlə bağlı Yasin Əmirli ona izah etmişdir. İstifadəçi adı və parolu da ona vermişdir. O, həmin kabinetə daxil olsa da, ordan istifadə edə bilməmişdir. Bundan başqa, o, öz tanışları olan üç nəfər şəxsin adından 615 manat pulu həmin kart hesabına göndərmişdir. Lakin bu günə qədər heç bir gəlir götürməmişdir. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Həmin qrupda Yasin və şəbəkənin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da şikayət etmək qərarına gəlmişdir. Ona həmin dövrdə 820 manat maddi ziayn dəymişdir. Hal-hazırda həmin dəymiş maddi ziyan ona ödənilmişdir və təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Yasin Əmirlini və Təqsirləndirilən şəxs3 tanımışdır. Belə ki, 2020-ci ilin noyabr ayında Şəfəq adlı tanışı ona bildirmişdir ki, Yasin adlı şəxsin təklifi ilə «Crowd-1» adlı şirkətə pul qazanmaq üçün yatırım etmişdir. Həmin şirkətin internet saytı da mövcuddur. O, Yasin adlı şəxsin telefon nömrəsini Şəfəqdən alıb «whatsapp» proqramı vasitəsilə onunla danışmışdır. Yasin ona yatırım edib çoxlu pullar qazanacağını bildirmişdir. Yasin «crowd1.com» adlı internet saytından ona «Adidas, «Nike» və s. məşhur şirkətlərin loqosunun şəkillərini çəkib göndərmişdir ki, guya həmin şirkətlər Yasinin çalışdığı şirkətlə ortaqdır, onlara maliyyə dəstəyi göstərmişlər. Yasinin deməsinə əsasən yatırım etdiyi şirkətin müxtəlif şəhərlərdə, hətta Dubay şəhərində də ofisləri var. Yasinin dediyinə əsasən aktiv və passiv gəlirli paketlər lazımdır. Passiv gəlirdə heç bir iş görmürsən, yatırdığın pulun müqabilində pul qazanırsan, lakin passiv gəlirdə qazancın az olur. Aktiv paket əldə etmək üçün isə özü əlavə başqa şəxslər də cəlb etməlidir ki, onlar «Croud1» şirkətinə yatırım edib paket alsınlar. Əlavə cəlb etdiyi şəxslərin pul vəsaitlərindən Yasin ona gəlir də söz vermişdir. Lakin, o, Yasinə demişdir ki, hələ özü bu işdən gəlir əldə etsin ki, sonra başqa şəxsləri də cəlb edər. Ona Yasinin passiv paketlə bağlı təklifi cəlbedici gəldiyinə görə, həm də əlavə pul qazanmağa ehtiyacı olduğuna görə Yasinin «whatsapp» proqramı vasitəsilə ona göndərdiyi bank kartının hesabına 200 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə yükləmişdir. Yasin ona demişdir ki, ödədiyi 200 manata «white paket» adlı bir paket almışdır, vaxt keçdikcə ödədiyi 200 manat pul ona əlavə pul vəsaitləri qazandıracaq. O, ödənişi etdikdən sonra Yasin onun adına «crowd1.com» internet saytında istifadəçi adı qeydiyyatdan keçirmişdir. Həftədə bir dəfə həmin internet saytında «crowd1» adlı kriptovalyuta satışı həyata keçirirmişlər. Yasin deyirmiş ki, həmin kriptovaiyutanı gələcəkdə səhmə çevirib pul vəsaiti şəklində əldə etmək olar. Lakin bir müddət sonra görmüşdür ki, ona hər hansı ödəniş olunmur, ödədiyi 200 manat müqabilində heç bir qazanc əldə etmir. O, Yasinə bu barədə bildirmiş və ödədiyi pulu geri istəmişdir. Yasin isə hər dəfəsində ona yalan vədlər verirmiş ki, şirkət inkişaf edir, yaxın günlərdə ona gəlir verəcək. Bir dəfə isə Yasinlə danışıq zamanı Yasinə bildirmişdir ki, öz paketini şirkətə satmaq, yəni qaytarmaq istəyir, əvəzində isə onun pulunu qaytarsın. Yasin isə pulu qaytarmamaq üçün bəhanə etmişdir ki, şirkətin saytında olan profil onun adına olduğuna görə eyni ilə onun adı və soyadı olan şəxs tapıb paketi ona satmalıdır. Yasin sonradan «İPhone» markalı telefon, «İPad» markalı planşetin şəklini çəkib «Whatsapp» proqramında status qoymuşdur ki, guya həmin əşyaları Yasin «Croud1» şirkətinə pul yatırdığına görə almışdır. Habil adlı şəxsin bahalı avtomobillərlə şəklini ona nümayiş etdirirmiş ki, guya Habil adlı şəxs «Croud1» şirkətində fəaliyyəti nəticəsində, yəni həmin şirkətə yatırım etdiyinə görə həmin bahalı avtomaşınları əldə etmişdir. O, başa düşmüşdür ki, Yasinin danışdıqları nağıldır, o, bu işdən qacanc əldə etmir, buna görə də şikayət etmək qərarına gəlmişdir. Ona dəymiş maddi ziyan 200 manatı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs24 bildirmişdir ki, o, Yasinlə ətraflı söhbət etmiş, Yasinə demişdir ki, ona güvənir. Yasin ona demişdir ki, şirkətin şərtlərini ona deyir, lakin, onu şirkət yox, Yasin inandırmışdır. Ona özündən başqa kimlərisə də qoşmaqla da qazanc əldə etməyini demiş, lakin, o, heç kimi qoşmamışdır. Qoyduğu pula dair paket olmuş, lakin o pulu nə çəkə bilmiş, nə də istifadə edə bilməmişdir. Şirkətin təsisçisi başqa adam olmuşdur. Müqavilə saytda var imiş, lakin müqaviləni o, tam oxumamışdır. O, bu şirkətlə bağlı başqa insanlardan da eşitmişdir. Şəfəq adlı tanışı da qoşulmuşdur. Şirkətə marağı Şəfəqlə danışandan sonra yaranmamış, o, Şəfəqdən telefon nöməsi alıb Yasinlə danışmış, Yasin onu inandırmışdır. O, heç bir gəlir əldə etməmiş, və pulu da ona qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o, təqsirləndiriən şəxslərdən Yasin Əmirlini tanıyır, digər təqsirləndirilən şəxsləri tanımamışdır. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Tərlan adlı şəxsin sosial şəbəkələrdə “Crowd1’ adlı şirkətin reklamını etdiyini görmüşdür. Həmin reklamlarda bildirilirmiş ki, pul verməklə pul qazanmaq mümkündür. Həmin şirkətin iş prinsipi ondan ibarət imiş ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb etməlidir. Onların verdiyi pulun da təxminən 5 faizi ona gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməlidirlər ki, onlar pul qazandıqca, o da gəlir əldə edəcək. Tərlan onu “Crowd 1” adlı şirkətin nümayəndəsi kimi təqdim edən Təqsirləndirilən şəxs5 cəlb etdiyini bildirmişdir. Tərlan bildirmişdir ki, pulun qarşılığında “white” ağ paket veriləcək. O, Tərlanla razılaşmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində həyat yoldaşının adına olan kartdan Tərlanın ona göndərdiyi kart hesabına 200 manat pul göndərmişdir. Tərlan da onun adına “Crowd 1’.com saytında şəxsi kabinet açmışdır. İstifadəçi adı və parolu ona vermişdir. Bir dəfə daxil olmağa cəhd etsə də daxil ola bilməmişdir. Bu barədə Tərlana bildirdikdə, Tərlan internetinin zəif olduğunu bildirmişdir. Bundan sonra, o, daxil olmağa cəhd belə etməmişdir. Tərlan ona bildirmişdir ki, pul qazanmaq üçün gərək iki nəfər şəxs cəlb etməlidir. Həmçinin adam cəlb etməsə də şirkət yatırılan pulun miqdarında 03 aydan bir təxminən 30-40 sent gəlir əldə edəcəyini bildirmişdir. O da həmin “Crowd 1” şirkətini bir neçə tanışına desə də, onlar ona həmin işin piramida dələduzluğu olduğunu bildirmişlər. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Həmin qrupda Yasin və digər şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı o iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs22 tələb edir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, pulunu Zərərçəkmiş şəxs22 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs18 bildirmişdir ki, ona Zərərçəkmiş şəxs22 demişdir ki, “Crowd 1” adlı şirkətin nümayəndəsi Əmirli Yasin Namiq oğludur. Əmirli Yasin ona heç nə deməmiş, onunla bu işlə bağlı Tərlan söhbət etmişdir. O, Tərlana demişdir ki, pulunu ona qaytarsın, Tərlan demişdir ki, pulun qaytarılması mümkün deyil. O, pulunun qaytarılmasını Tərlana deyəndə hələ pulunun verilməsindən 2 həftə keçməmişdir. Tərlan onu inandırmışdır ki, gələcəkdə şirkət daha da aktiv olacaq və o, kimlərisə cəlb etməsə belə get-gedə böyük pul götürəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qiyabi tanımış, Yasin Əmirlini, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımışdır. 2020ci ilin dekabr ayının sonlarında sosial şəbəkədə “Crowd 1” adlı şirkətin reklamını görmüşdür. Həmin şirkətlə bağlı maraqlanarkən onu şirkətin “whatsapp” mesajlaşma xidmətində yaratdıqları qrupa daxil etmişlər. Orada şirkət barəsində məlumat verilmişdir. Bundan sonra qrupun admini olan Əmirli Yasinlə danışmağa başlamışdır. Yasin ona telefonda məlumat vermişdir. O, pul vermək istəsə də tam əmin deyilmiş. Buna görə də Yasin onunla görüşmək üçün Yevlax şəhərinə gələcəyini bildirmişdir. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Yasin Əmirili və sosial şəbəkələrdə “Crowd 1” şirkətində direktor vəzifəsində çalışan Təqsirləndirilən şəxs3 Yevlax şəhərinə gəlmişlər. Onlar görüşmüş, həmin görüşdə Təqsirləndirilən şəxs3 və Yasin Əmirli ona şirkətlə bağlı məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmişlər. Bildirmişlər ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000-dan artıq üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olmadığını bildirmişlər. Buna görə də heç bir vergi ödənmədiyini demişlər. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulurlar. Ona bildirilmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards”lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni özüylə yeni şəxslər qrupa dəvət etməlidir ki, həmin şəxslərin verdikləri pulun 5-10 faizi də ona gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Bildirmişlər ki, şirkəti Azərbaycanda tanıdan şəxs Həbil Bədəlovdur, o və onun dostu Təqsirləndirilən şəxs2 özlərinə şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1' şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilirmiş. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O da onların vədinə inanıb 2020-ci ilin yanvar ayının ortalarında 200 manat pulu Yasin Əmirlinin ona göndərdiyi kart hesabına Yevlax şəhəri ərazisindən milli ön terminalı vasitəsilə göndərmişdir. Bundan sonra Yasin ona “Crowd 1” saytında istifadəçi adı və şifrə vermişdir. Yasin və Əlövsət ona heç nəyə qarışmamağı, onun adından özləri şirkətdə işləyəcəklərini bildirmişlər. Ona görə heç şifrəni də ona verməmişlər. Onların verdiyi hesaba heç daxil olmamışdır. Onlar özləri onun adına səhifə açdıqlarını bildirmişlər. Səhv etmirsə onlar 99 avroluq “white” paketi almışlar. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan sonra Yasin ona əlavə pul versə daha çox "rewards” əldə edəcəyini, həmin “rewards” ların 2021ci ilin mart ayında satışa çaxarılacağını, qoyduğu puldan iki-üç qatını götürəcəyini bildirmişlər. Həmin vaxtdan o, 18 yanvar 2020-ci il tarixdə 600 manat, 19 yanvar 2021-ci il tarixdə 200 manat, yanvar ayının sonlarında 1300 manat, 04 aprel 2021-ci il tarixdə 350 manat və 500 ABŞ dolları pulu Yasin Əmirlinin adına olan karta Yevlax şəhərində yerləşən terminallardan göndərmişdir. Yasin Əmirli özü şəxsən bankda olan öz hesabının məlumatlarını vermişdir. Onlar tez-tez kompaniya olduğunu hər hansı bir paketin qiymətinin düşdüyünü, həmin fürsətdən tez yararlanmaq lazım olduğunu bildirirmişlər. Həmin ərəfələrdə pul qazanmadığını bildirdikdə Yasin Əmirli şirkətdə “titan pro’ paketində kampaniya olduğunu 14000 manatdan 5000 manata düşdüyünü bildirmişdir. Həmin paketi aldıqda şirkətdə menecer vəzifəsinə yüksələcəyini passiv gəlirlərinin artacağını bildirmişdir. Həmçinin “rewardsların isə tezliklə satışa çıxarılacağını demişdir. Həmin vaxt o, evdə bu barədə məlumat vermişdir. Çox təkid etdikdən sonra pul verməyə razılıq vermişdir. O, atasından 5000 manat pul götürmüş və 2021-ci ilin may ayının əvvəllərində Yasin Əmirli, Təqsirləndirilən şəxs3 və X7 şəhərində “Həmdəm” adlı restoranda görüşmüşlər. Hətta o, restoranda hesabı da vermişdir. Sonra 5000 manatı Təqsirləndirilən şəxs3 idarə etdiyi “RangeRover” avtomobilində əyələşib, pulu avtomobilə qoymuşdur. Onlar hər üçü də pulu avtomobilə qoyduğunu görmüşlər. Söhbət zamanı 5000 manat verdikdən sonra evdə otura-otura pul qazanacağını ona demişlər. Lakin bundan sonra da o, heç bir manat da gəlir qazanmamışdır. Onlar hər dəfə danışarkən ona yalan vədlər verirmişlər. Pul verən tək o olmadığını 100-lərlə adam pul verdiyini ona deyirmişlər. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olanda o qrupda Habil, Yasin, Əlövsət, Amin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da şikayət etmək qərarına gəlmişdir. Ona 8500 manat maddi ziyan dəymişdir. Dəymiş madi ziyan ona qaytarılmamışdır. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxslər Yasin Əmirli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs27 bildirmişdir ki, 3500 manatı o, Yasin Əmirlinin ona göndərdiyi kart hesabına köçürmüş, 5000 manatı isə Yevlax şəhərində Mazandarovun idarə etdiyi avtomobildə onlara vermişdir. Hətta ona həmin avtomobili göstərərək bildirmişlər ki, bu maşına baxsın, o da qoyduğu pullarla belə bir maşın ala biləcək. O da həvəslənib pulu vermişdir. O, restoranda ofisiant işləmişdir. Həmin ərəfədə atası avtomobilini də satmışdır. Atası həm də şirkətdə işləyib əmək haqqı alırmış. Ona demişlər ki, narahat olmasın, qoyduğu pullara görə qazanacaq, o da inanmışdır. 3500 manatı ödəyəndən təxminən 3 ay sonra da 5000 manatı vermişdir. İlk dəfə 200 manatı ödəyəndən sonra heç nə qazanmamış, ona bildirmişlər ki, qazanmaq üçün vaxt tələb olunur. Ona görə də inanıb qalan pulları da vermişdir. Ailə üzvlərinin şəxsiyyət vəsiqələrini də atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımamışdır. Təxminən 2016-cı ilin payız aylarında Tamerlan adlı tanışı onunla əlaqə saxlayaraq işi olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, Tamerlanla Nərimanov rayonu ərazisində görüşmüşdür. Tamerlan görüşə sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə gəlmişdir. Tamerlan Amini ona təqdim edərək Avropada fəaliyyət göstərən “ONECOİN” adı şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi olduğunu bildirmişdir. Amin şirkət haqqında məlumat verərək şirkətə pul yatırmaqla yaxşı gəlir qazanmaq mümkün olduğunu bildirmişdir. O bildirmişdir ki, pul verdikdən sonra şirkətdə adına şəxsi kabinet açılacaqdır. Bundan sonra verdiyi pulun qarşılığında “COİN’' veriləcəkdir. “Coin" sonradan dünya birjasına çıxarılacaq, onu “Bitcoin’ə dəyişmək mümkün olacaqdır. Amin 2016-cı ilin sonuna qədər birja açılacağını həmin tarixdə coinləri sataraq 10.000 ABŞ dolları verəcəyi təqdirdə 60.000 ABŞ dolları miqdarında gəlir qazanacağını bildirmişdir. Amin şirkətin beynəlxalq səviyyədə tanınmış şirkət olduğunu, Azərbaycanda Bakı şəhəri, Nərimanov rayonu ərazisində və Sumqayıt şəhəri ərazisində iki ədəd ofisi olduğunu, tez-tez yığılaraq iclaslar və təlimlər keçirildiyini bildirmişdir. Amin həmçinin bildirmişdir ki, ona təklif etdiyi iş prinsipi “passiv” formada gəlir qazanmaqdır, yəni şirkətə pul yatırır, şirkət də onu coinə çevirir və bir müddətdən sonra gəlir əldə olunur. Şirkətin digər iş prinsipi isə “aktiv” iş prinsipidir ki, bu üsulla daha çox gəlir qazanmaq mümkündür. Bunun üçün pul verdikdən sonra özüylə bərabər iki nəfər şəxs cəlb etməlidir, həmin şəxslər pul yatırdıqdan sonra o da müəyyən məbləğdə faiz əldə edir. Gətirdiyi iki nəfər şəxs də özləri ilə iki nəfər gətirərsə onlardan da gəlir alır. Ona beynəlxaq aləmdə üç milyondan artıq şəxsin şirkətə qoşulduğunu bildirmişdir. O, Aminə inanaraq pul qoymaq qərarına gəlmişdir. Amindən başqa Vaqif Nəcəfov adlı şəxs də özünü şirkətin nümayəndəsi kimi təqdim etmişdir. Təxminən 2016-cı ilin sentyabr-oktyabr aylarında Vaqif Nəcəfovun sözü ilə 10.000 ABŞ dollarını Nərimanov rayonu ərzisində yerləşən “çilçıraq” satışı mağazasında satıcıya vermişdir. Bundan sonra Vaqiflə danışmışdır. Vaqif pulu qəbul etdiyini bildirmişdir. Bundan sonra, onun adına həmin şirkətin saytında elektron kabinet açmışlar. O, özü də tez-tez ora daxil olub baxırmış. Bir dəfə o da dostlarıyla oturub söhbət edən zaman onlara bu işlə məşğul olduğunu və 10.000 ABŞ dolları verdiyini bildirmişdir. Həmin zaman elektron kabinetdə onun coinləri olmuşdur. O, belə hesab etmişdir ki, ilin sonunda onlar “bitcoinə” çevriləcəkdir. Bundan sonra iş barəsində dostları Zərərçəkmiş şəxs33 və Tamerlan Əhmədova məlumat vermişdir. Onlar da onun pul verdiyini bildiklərindən hər biri 10.000 ABŞ dolları verməyə razılıq vermişlər. O, bu işin həqiqi iş olduğuna o qədər inanmışdır ki, onlara heç bir problem olmayacağını, nəsə olarsa pullarını onun qaytaracağını bildirmişdir. Onlar da hər biri 10.000 ABŞ dolları pulu ona vermişlər. Həmin tarixlərdə təxminən 2016-cı ilin oktyabr ayında o Aminlə Nərimanov istirahət parkında görüşərək, Aminə əlbəəl 10.000 ABŞ dolları pul vermişdir. Bir müddət sonra da həmin yerdə yenə 10.000 ABŞ dolları pul vermişdir. Onların sözünə görə həmin ilin dekabr ayında şəxsi kabinetində olan coinlər birjaya çıxmalı imiş. Lakin həmin tarix yaxınlaşdıqda, onlar saytda alqı-satqı bölməsi açmışlar ki, guya onlarda olan coinləri bitcoinə dəyişəcəkmişlər. Lakin sistemdə heç bir alqı-satqı etmək mümkün olmamışdır. Bundan sonra onlar müxtəlif bəhanələrlə müddəti uzatmağa başlamışlar, hər dəfəsində müxtəlif bəhanələr gətirmişlər. Təxminən 2018-ci il mart ayında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, burda işlər biraz yubanır. Ona görə də onu bir şəxslə əlaqələndirəcək, başqa bir işlə məşğul olur, həmin işlə o da məşğul olsa yatırdığı pulu çıxara bilər. Ona Şahid9 nömrəsini vermiş və Vüsalla əlaqə saxlamağını bildirmişdir. Lakin Vüsalın xalası oğlu olduğunu deməmişdir. O da Zərərçəkmiş şəxs33lə birlikdə Vüsalla əlaqə saxlayıb Vüsalın Sumqayıt şəhərində yerləşən ofisində görüşmüşlər. Vüsal “divus world” şirkətinin nümayəndəsi olduğunu, həmin şirkətin investisiya şirkəti olduğunu, pul yatırım etməklə heç bir iş görmədən qoyulan pulun gündəlik 3 faizi məbləğində gəlir əldə edəcəyini bildirmişdir. O da eyni qaydada həmin tarixdən 2018-ci ilin oktyabr ayına qədər hissə-hissə olmaqla 142 000 ABŞ dolları məbləğində pul vermişdir. Təxminən 55 000 ABŞ dolları məbləğində hissə-hissə gəlir əldə etmişdir. Bir müddət o stabil qaydada gəlir verdiyi üçün o inanıb əlavə olaraq bu qədər pul vermişdir. Həmin zaman o Aminin Vüsalla xalaoğlu olduğunu bilmişdir. Bir müddət sonra Vüsal pul verməməyə başlamış və sistemdə problem olduğunu bildirmişdir. Onu da bu işə Anar adlı şəxsin qoşduğunu bildirmişdir. 2021-ci ilin mart ayında tanışı Günel adlı şəxslə görüşən zaman Günel "crowd 1” adlı şirkət olduğunu bildirmişdir. Günel Aminin də şirkətin Azərbaycandakı ikinci ən böyük adamı olduğunu, bu şirkətlə işləyərək özünə yaxşı şərait qurduğunu bildirmişdir. Söhbət zamanı Amini dəvət etmişlər, Amin gəldikdən sonra “crowd 1” şirkəti haqqında məlumat vermiş, bu şirkətin “ONECOİN”-dən tamamilə fərqləndiyini, burda real gəlir əldə etmək mümkün olduğunu bildirmişdir. O öz şəxsi kabinetini ona göstərmiş və orada 600.000 avro pulu olduğunu göstərmişdir. Bundan sonra, o, 2021-ci ilin may ayı ərzində Günel adlı şəxsə Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla 2000 Avro dəyərində hesablanmaqla 4000 manat pul vermişdir. Günel elektron kabinet açacağını bildirmişdir. Lakin həmin Günel adlı şəxsə inandığından bu işlərlə özü məşğul olmasını bildirmişdir. Bundan sonra o, Aminin “crowd 1’ şirkəti ilə bağlı yaxşı gəlir qazandığını görmüş və Aminə bildirmişdir ki, Aminin maddi vəziyyətinin yaxşı olmadığını bildiyindən ondan 30.000 ABŞ dollarını tələb etməmiş, ondan aldığı 30 000 ABŞ dollarını geri qaytarsın. Bundan sonra iyul-avqust ayları ərzində 7500 manat və 10 000 ABŞ dolları qarşılığında Quba rayonu ərazisində yerləşən bağ sahəsini vermişdir. Aminin ona 26 500 manat verəcəyi qalmışdır. Hazıda isə ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 Mövlud oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. Digər təqsirləndiriən şəxsləri tanımamışdır. Təxminən 2016-cı ilin sonlarında tanışı iş üzrə Zərərçəkmiş şəxs28la söhbət edərkən söhbət əsnasında Emil ona “Onecoin” adlı beynəlxalq şirkət barəsində məlumat vermiş və özünün də ora pul yatırım etdiyini bildirmiş və Emili həmin işə tanışı Təqsirləndirilən şəxs2 qoşduğunu demişdir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, onlar coin satırlar və həmin coinlər tezliklə satışa çıxarılacaq, qoyulan puldan artıq pul götürəcəklər. Həmin vaxt onun da əlində biraz pulu olmuş və o da uşaqlarının adına yatırım etmək istəmişdir. O, Emildən işlə bağlı ətraflı məlumat almaq istədikdə, onu Təqsirləndirilən şəxs2la görüşdürəcəyini və Aminin ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra təxminən 2017-ci ilin yanvar ayının əvvəllərində o, Emilin iştirakı ilə Təqsirləndirilən şəxs2la Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkında bir kafedə görüşmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs2 ona şirkət haqqında məlumat verərək şirkətə pul yatırmaqla yaxşı gəlir qazanmaq mümkün olduğunu bildirmiş və izah etmişdir ki, pul verdikdən sonra şirkətdə adına şəxsi kabinet açılacaq, sonra verdiyi pulun qarşılığında "COİN” veriləcəkdir. O “coin” sonradan dünya birjasına çxarılacaq, onu “Bitcoin”ə dəyişmək mümkün olacaqdır. Amin 2017-ci ilin sonuna qədər birja açılacağını həmin tarixdə coinləri sataraq yüksək gəlir qazanacağını bildirmişdir. Amin həmçinin bildirmişdir ki, ona təklif etdiyi iş prinsipi “passiv” formada gəlir qazanmaqdır, yəni şirkətə pul yatırırsa şirkət də onu coinə çevirir və bir müddətdən sonra gəlir əldə olunur. Şirkətin digər iş prinsipi isə “aktiv” iş prinsipidir ki, bu üsulla daha çox gəlir qazanmaq mümkündür. Bunun üçün pul verdikdən sonra özüylə bərabər iki nəfər şəxs cəlb etməlidir, həmin şəxslər pul yatırdıqdan sonra, o da müəyyən məbləğdə faiz əldə edir. Gətirdiyi iki nəfər şəxs də özləri ilə iki nəfər gətirərsə onlardan da gəlir alır. O, Aminə inanaraq pul qoymaq qərarına gəlmişdir. Təxminən 2017-cı ilin yanvar ayının əvvəllərində o Təqsirləndirilən şəxs2la yenidən Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüş və Aminə 800 avro dəyərində 1600 manat pul vermişdir. Aminin sözünə həmin ilin dekabr ayında şəxsi kabinetində olan coinlər birjaya çıxmalı imiş. Lakin həmin tarix yaxınlaşdıqda onlar saytda alqı-satqı bölməsi açmışlar ki, guya coinləri bitcoinə dəyişəcəklər. Lakin sistemdə heç bir alqı-satqı etmək mümkün olmamışdır. Bundan sonra onlar müxtəlif bəhanələrlə müddəti uzatmağa başlamışlar. Onlar hər dəfə müxtəlif bəhanələr gətirmişlər. O, Zərərçəkmiş şəxs28la əlaqə saxlamış və Emil də ona hələ ki, gözlədiyini bildirmişdir. Bundan sonra internetdə uşaqlar onecoin barəsində yazıb məlumat oxuduqda həmin işin dələduzluq piramidası olduğunu və xaricdə üzvlərinin məsuliyyətə cəlb edildiyini demişlər. Bundan sonra Zərərçəkmiş şəxs28la söhbət edən zaman ona Amindən şikayət etdiyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barəsində o da şikayət etmişdir. Hadisə nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndrilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əsabə oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 tanıyır, digər təqsirləndirilən şəxsi tanımamışdır. 2020-ci ilin iyun ayında instagram sosial şəbəkəsində səhifələrin birində “Crowd 1” adlı şirkətin reklamını görmüşdür. Həmin reklamlarda bildirilmişdir ki, pul verməklə pul qazanmaq mümkündür. O, həmin səhifəyə yazmış və bundan sonra həmin səhifədə Şahid7 ilə “whatsapp” vasitəsilə yazışmış və ona iş barədə məlumat vermişdir. Vüsal bildirmişdir ki, həmin şirkətin iş prinsipi ondan ibarətdir ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb etməlidir. Onların verdiyi pulun da təxminən 5 faizi ona gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə onlar pul yatırdıqca, o da gəlir əldə etməlidir. Həmçinin bildirmişdir ki, heç bir şəxs cəlb etməsə də, ildə bir iki dəfə çox az məbləğdə gəlir əldə etmək mümkündür. Vüsal özünü “Crowd 1” adlı şirkətin nümayəndəsi kimi təqdim etmişdir. Vüsal bildirmişdir ki, pulun qarşılığında ‘''white” paket veriləcək və bildirmişdiri ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri var və Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Vüsal bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni özüylə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni “sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım olur. Həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Vüsal ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, o və onun dostu Təqsirləndirilən şəxs2 özlərinə şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdir. O da bütün deyilənlərə inanmış və 2020-ci ilin iyun-sentyabr ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 3000 manat pulu Şahid7 dediyi səhv etmirsə, Vüsalın qardaşının adına olan karta Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən "xxxx" ASC-nin filialından göndərmişdir. Vüsal onun adına “Crowd 1’.com saytında şəxsi kabinet açmışdır. İstifadəçi adı və parolu ona vermişdir. Lakin, o, pulu ödəyəndən sonra heç bir gəlir götürməmişdir. Onların “whatsapp” mesajiaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Həmin qrupda Təqsirləndirilən şəxs1 və digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da şikayət etmək qərarına gəlmişdir. Ona 3 000 manat maddi ziyan dəymişdir. Hal-hazıra qədər ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Vüsal ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. 3000 manat pulu hissə-hissə Şahid7 dediyi qardaşının adına olan karta göndərmişdir. Dəymiş maddi ziyanı ona görə Təqsirləndirilən şəxs1 tələb edir ki, şirkətin başında Habil durur və ölkədə də bu şirkəti tanıdan Təqsirləndirilən şəxs1dur. Onun şirkətlə arasında müqavilə olmamışdır. O, müqavilənin şərtlərini bilməmişdir. Təqsirləndirilən şəxs6 o sosial şəbəkədən tanımış, videolarını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndrilən şəxsləri tanıyır. 2020-ci ilin oktyabr ayında tanışı Seymur ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmiş, və demişdir ki, “Crowd 1’ şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. Seymur ona bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Lakin həmin zaman qeyd edilən “40 faiz”in 20-30 sent olacağı bildirilməmişdir. Pul verildikdən sonra qeyd etdiyi 40 faiz pul gəldikdə görmüşdür ki, 20-30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özüylə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Habil və onun dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişdir. Hər iki şəxsin "Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olduğunu demişdir. O, maraqlandıqdan sonra 2020ci ilin oktyabr ayının sonlarında Binəqədi rayonu ərazisində 1000 manat pulu Seymura vermişdir. Həmin zaman o bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılmışdır. "white” paketi almaq üçün 99 avro, “black” paket 209 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman kompaniya olduğunu bildirmişlər, yəni 5 ədəd ağ paket almış və həmin qiymətə qara paket vermişlər. Həmin paketlərin hər birində 150 “rewards” olmaqla 750 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. Lakin, o, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. Uşaqları “miggster” platformasına daxil olmasalar da orada olan oyunların əksəriyyəti sadə, yəni internetdə pulsuz formada oynanılması mümkün olan oyunlar olmuşdur. Təlim keçən şəxslər sonradan bildirmişlər ki, “rewards" lar məhdud saydadır. Yaxın zamanda satışı dayandırılacaqdır. Əvvəl demişlər ki, mart ayında, sonra demişlər ki, avqust-sentyabr aylarında satışa çıxarılacaqdır. Həmin müddətdə divident dedikləri “40 faizlər” də gəldikdə görmüşdür ki, verdiyi pulun qarşılığında ona cəmi 20-30 sent, yəni, 50qəpik məbləğində gəlir gəlmişdir. O, bu barədə Seymurdan soruşduqda, Seymur özünə də elə gəldiyini bildirmiş və yəqin sonradan dividentlərin artacağını bildirmişdir. Sonradan isə bildirmişlər ki, 2023-cü ildə “rewards” səhmə çevrilib dünya birjasına çıxarılacaq. Həmin zaman da Seymur ona bildirmişdir ki, pul qazanmaq istəyirsə, o da adam cəlb etməlidir. O da bu barədə tanışlarına bildirsə də heç kəs qoşulmamışdır. Cinayət nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndrilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində universitetdən tanışı İlkin adlı şəxs ona sosial şəbəkələrdə əvvəllər reklamını gördüyü "Crowd 1” adlı şirkət barədə məlumat vermişdir. İlkin özü də 200 manat da pul yatırdığını ona bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. İlkin işlə bağlı məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmiş və şirkət barədə ona məlumat verərək bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrinə 30 000 000 dan artıq üzvləri vardır. Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. İlkin bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən "rewards” alınır. Həmin rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Aktiv üsulda qoşulan şəxs də 2 nəfər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Həmçinin İlkin ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Habil və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışırlar. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdirlər. O, inanıb 2020-ci ilin dekabr ayının ortalarında 200 manat pulu İlkinin ona göndərdiyi Yasin Əmirlinin adına olan kart hesabına “Milli ön” aparatı vasitəsilə göndərmişdir. Bundan sonra İlkin ona “Crowd 1’ saytında istifadəçi adı və şifrə vermişdir. Həmin zaman İlkin bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “balck" paket 299 avro, "gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər. O, 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında dəqiq bilmədiyi "Migster” adlı platforma vermişlər. Lakin, o, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. Bundan sonra İlkin ona bildirmişdir ki, kompaniya var, 500 manat verəcəyi təqdirdə “Kombo paket” əldə edə bilər. Həmin paketdə də təxminən 750 "rewards” olmalı imiş. O da 2021-ci ilin yanvar ayının ortalarında “Miili Ön” terminalından yenə də Yasin Əmirlinin adına olan karta göndərmişdir. Lakin yenə də pul qazanmamışdır. O, pul qazanmadığını gördükdə İlkinə bu barədə bildirmişdir. İlkin özünün də gözlədiyini, dəqiq bir söz deyə bilmədiyini demişdir. Onun tanışı İlkin də həmin şirkətə pul ödəmişdir. İlkin də ona deyirmiş ki, heç bir qazanc əldə etməmişdir. Ona 700 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ona ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndrilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, təqsirləndrilən şəxslərdən Təqsirləndirilən şəxs6 tanımış, onun vasitəsilə də Təqsirləndirilən şəxs1 tanımışdır. 2021-ci ilin mart ayında Göyçək adlı tanışının vasitəsilə «Crowd-1» adlı şirkət barədə bilmişdir. Göyçəyin vasitəsilə Habillə tanış olmuşdur. Habilin Masazır qəsəbəsində «Yaquar» adlı ofisi olmuşdur. O, Habillə bir neçə dəfə həmin Yaquar ofisində görüşmüşdür. Habil həmin ofisdə iclas və təbliğat işləri aparırmış. Habil deyirmiş ki, «Crowd-1» şirkətinin səhmlərinə yatırım etmək lazımdır, daha sonra həmin səhmləri bitkoinlə əvəzləmək olacaq və külli miqdarda pul qazanmaq mümkün olacaq. Habil söhbətlərində ondan müxtəlif şəxsləri səhm yatırmaq üçün şirkətə cəlb etməyə təhrik etmişdir. Lakin, o, əlavə adamları cəlb etməyə risk etməmişdir. Fikirləşmişdir ki, özü qazanc əldə etmədən başqa şəxsləri işə cəlb edib bu məsuliyyətin altına girməsin. 2021-ci ilin təxminən mart ayının ortalarında Habilə inanıb «Crowd-1» şirkətinə yatırım etməyə qərar vermişdir. Həmin ərəfədə Habil Dubay şəhərinə «Crowd-1» şirkəti ilə bağlı yığıncağa da getmişdir. Həmin yığıncaqda iştirakla bağlı Habil videogörüntüləri sosial şəbəkələrdə paylaşmışdır. O da işin real olmasına pul yatırıb qazanc əldə edəcəyinə inanmağa başlamışdır. Buna görə də yatırım edib pul qazanmaq fikrini qətiləşdirmişdir. Həmin ərəfədə o, «Faberlic» şikrətinin satış məntəqəsini açmaq istəmişdir. Bu məqsədlə ofis icarəyə götürmək istəmişdir. Onun bu biznes planı barədə biləndən sonra Habil onu həmin işlə məşğul olmağa imkan verməmiş və bildirmişdir ki, əlində olan pulu «Crowd-1» şirkətinin səhmlərinə yatırıb daha çox qazanc əldə edə bilər. 2021-ci iiin mart ayının ortalarında Habilin «Whatsapp» proqramı vasitəsilə ona göndərdiyi bank kartının hesabına ilk dəfə 1900 manat pul vəsaitini ödəmə terminalı vasitəsilə yükləmişdir. Habil ona demişdir ki, ödədiyi 1900 manata görə «titan pro» adlı bir paket almışdır. Vaxt keçdikcə ödədiyi 1900 manat pul ona əlavə pul vəsaitləri qazandıracaqdır. Pulu ödədikdən sonra Habil ona zəng edib təbrik də etmişdir ki, yaxşı ki yatırım etmişdir. Habilin deməsinə əsasən 2021-ci ilin avqust ayında artıq pul qazanmağa başlayacaqmış. Habil ona külli miqdarda pul qazanacağını vəd etdiyinə görə özündən əlavə ailə üzvlərinin də adına səhm yatırıb pul qazanmaq qərarına gəlmişdir. Habil ona demişdir ki, Aytən adlı köməkçisi ilə əlaqə saxlasın. Aytən adlı xanım özünü ona həkim kimi təqdim etmişdir. Aytən də Habil kimi iclaslar keçirib təbliğat işləri aparırmış. Aytən özü də başqa bir qol olmuşdur, yəni Aytənin özünün də böyük bir şəbəkəsi olmuşdur. Aytən «Yaquar» adlı ofisdə və Sumqayıt şəhərində yerləşən ofisdə çoxlu sayda şəxsləri zala yığıb iclaslar və təlimlər keçirirmiş. Həmin təlimlərdə Aytən təbliğat aparırmış ki, müxtəlif şəxsləri «Crowd- 1» şirkətinin səhmlərinə pul yatırmağa cəlb etsin və bildirirmiş ki, bu işin gələcəyi parlaqdır, belə ki, külli miqdarda qazanc əldə ediləcək. Bu məqsədlə ikinci dəfə 2021-ci ilin aprel ayının əvvəllərində Habilin dediyi Aytən adlı xanıma müraciət etmişdir. Aytən xanıma pulu əlbəəl 700 manat pul vermişdir. Aytən onun oğlu və qızının adına da səhm yatırıb saytda istifadəçi adı yaratmışdır. Lakin, bir müddət sonra görmüşdür ki, hər hansı ödəniş olunmur, yəni ödədiyi 2600 manat müqabilində qazanc əidə etməmişdir. Habil tələb etmişdir ki, daha çox şəxs cəlb etsə gəlirləri artacaq. O, Habilə 2600 manat yatırım etməyinə baxmayaraq gəlir əldə etmədiyi üçün narazılığını bildirmiş və ödədiyi pulu geri istəmişdir. Habil isə hər dəfə ona yalançı vədlər vermişdir ki, şirkət inkişaf edir, Dubay şəhərinə səfər etmişdir və yaxın günlərdə ona gəlir verəcəkdir. O, heç bir məbləğdə gəlir əldə etməmişdir. Lakin hazırki vaxtadək ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyan 2600 manatı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, təqsirləndrilən şəxslərdən yalnız Göyçək Dünyamalıyvanı tanıyır. 2020-ci ilin avqust ayının sonlarında tanışı Zərərçəkmiş şəxs17 ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. Nadir özü də 200 manat pul verdiyini qeyd etmişdir. O, Nadirdən işin mahiyyəti ilə bağlı maraqlandıqda, Nadir ona şirkətin liderlərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Yasin Əmirli və digərlərinin video təlimlərini göstərmişdir. O, həmin video təlimlərə baxandan sonra onlara inanıb 2020-ci ilin avqust ayının sonlarında Yasin Əmirli adlı şəxsin kartına bir bank mobil tətbiqi vasitəsilə 200 manat pul göndərmişdir. Həmin Yasin bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “balck” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman o 1 ədəd ağ paket almış və içərisində 50 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. O, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. O, həmin platformaya üzv olmaq istəməsə də, ona mütləq qaydada üzv olmaq lazım olduğunu bildirmişlər. Təxminən 3 aydan sonra təxminən 3 ya 5 qəpik divident gəlmişdir. Həmin zaman qruplarda dividentin nəyə görə az olduğu soruşulduqda qısa müddətə artacağını bildirmişlər. Həmçinin pul qazanmaq, heç olmasa qoyduqları pulu çıxartmaq üçün yeni adam cəlb etmək lazım olduğunu bildirmişlər. Lakin, o, heç kimi dəvət etməmişdir. O, sayta girib baxanda ödədiyi pul görsənirmiş. Onların “whatsapp” mesajlaşma proqramında yaratdıqları qrupa daxil olmuşdur. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndrilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımamışdır. 2020-ci ilin aprel ayının sonlarında Məhəmmədəli adlı tanışı ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. Məhəmmədəli özü də 200 manat pul verdiyini ona demişdir. O, işin mahiyyəti ilə bağlı soruşduqda bildirmişdir ki, qoşulmaq istəyirsə, "xxxx" proqramı vasitəsilə şirkətin liderləri təlimlər keçirirlər, onu da zoom proqramına daxil etmişdir. O, ‘'Zoom” proqramının linkinə daxil olduqda orada özünü “Crowd 1” adlı şirkətinin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs3 adlı şəxsin təlim keçdiyini görmüşdür. Əlövsət təlimlərində bildirmişdir ki, “Crowd 1“ şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. Həmçinin bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Lakin həmin zaman qeyd edilən “40 faiz”-in 20-30 sent olacağı bildirilməmişdir. Pul verildikdən sonra qeyd olunan 40 faiz pul gəldikdə görmüşdür ki, 20- 30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özüylə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Yəni, onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Həmçinin, ona tanışı Məhəmmədəli bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışırlar. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Bundan başqa Yasin Əmirli və Təqsirləndirilən şəxs4 adlı şəxslər də mütəmadi olaraq təlimlər keçirmişlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilmişdir. Həmçinin “whatsapp” və teleqram kanalları da olmuşdur. Məhəmmədəli X41nin mobil nömrəsini verərək qoşulmaq istədikdə Yasinlə əlaqə saxlamağını bildirmişdir. Yasinlə əlaqə saxlamış və Yasindən ətraflı məlumat almışdır. Həmin zaman o, bu işin "PRAMİDA" olduğunu bildirdikdə, Yasin qətiyyətlə təkzib edərək pramida olmadığını, pramidada adam cəlb etmədikdə pul qazanmaq mümkün olmadığını, lakin “Crowd 1’-də passiv formada şirkətin verdiyi dividentlərindən yararlanmağın mümkün olduğunu bildirmişdir. Həmçinin, alacağı “rewards’larında 2020-ci ilin dekabr ayında satışa çıxarılacağını və bu formada qoyduğu puldan qat-qat artıq gəlir götürəcəyini bildirmişdir. O da 2020-ci ilin aprel ayının sonlarında tələbə təqaüdü kartından Yasin Əmirlinin adına olan karta 200 manat pul göndərmişdir. Həmin zaman Yasin bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan, paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “black” paket 299 avro, 'gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona 1 ədəd ağ paket almış və içərisində 50 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. O, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. O, həmin platformaya üzv olmaq istəməsə də, ona mütləq qaydada üzv olmaq lazım olduğunu bildirmişlər. Təxminən 3 aydan sonra təxminən 3 ya 5 qəpik divident gəlmişdir. Həmin zaman qruplarda dividentin nəyə görə az olduğu soruşulduqda qısa müddətə artacağını bildirmişlər. Həmçinin pul qazanmaq, heç olmasa qoyulan pulu çıxartmaq üçün yeni adam cəlb etmək lazım olduğunu bildirmişlər. Bu zaman Yasin, Səbahir, Əlövsət və digərləri bildirmişlər ki, adam qoşa bilməsə də adam tapıb onlarla əlaqələndirsin, onlar özləri həmin şəxslərlə söhbət etsinlər. O da qoyduğu pulu çıxartmaq üçün tanışı Zərərçəkmiş şəxs16 bildirmişdir. Amil özü Yasinlə əlaqə saxlayıb danışmışlar. Amil də 200 manat pul ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs19 Yasinlə əlaqələndirmişdir. Nərgiz də ilk əvvəl 200 manat pul qoymuşdur. Bundan başqa 2021-ci ilin iyul ayının əvvəllərində Yasin onunla əlaqə saxlayaraq əlavə pul verib paketi artırsa, daha çox gəlir əldə edə biləcəyini bildirmişdir. Yasin həmçinin demişdir ki, onun altına saxta 4 nəfər qoşacaq və bu yolla ona gələn passiv gəlir artacaqdır. Yasinə inanıb 300 manat pulu E-manat terminalından Yasin Əmirlinin kartına göndərmişdir. Bundan bir ay sonar, o, Yasindən nəyə görə pul qazanmadığını bildirdikdə, Yasin Murad adlı dostunun kartına öz adına olan kartdan 120 manat pul göndərdiyni bildirmişdir. Sonradan o, onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olarkən Habil, Yasin, Əlövsət, Amin və üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqlarını bilmişdir. Bundan sonra, o da şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 380 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. O, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndrilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, təqsirləndrilən şəxslərdən Yasin Əmirlini, Təqsirləndirilən şəxs3 tanıyır. Digərlərini İnstagram vasitəsilə tanımışdır. Təxminən 2021-ci ilin mart ayının ortalarında tanışı Zərərçəkmiş şəxs10 adlı şəxs ona bildirmişdir ki, sosial şəbəkələrdə “Crowd 1’ adlı şirkətin reklamını görmüşdür. Günel özü də həmin şirkətə də pul yatırmışdır. Günel ona bu barədə məlumat verdikdən sonra, özü də internetdən maraqlanmışdır. İnternetdə “Crowd 1’ adlı şirkətin xeyli reklamına rast gəlmişdir. Həmin reklamlarda bildirilmişdir ki, pul verməklə pul qazanmaq mümkündür. Həmin şirkətin iş prinsipi ondan ibarətdir ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb etməlisən. Onların verdiyi pulun da təxminən 5 faizi gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə onlar pul yatırdıqca, o da gəlir əldə edə bilər. Şəxs cəlb edilməsə də ildə bir-iki dəfə çox az məbləğdə gəlir əldə etmək mümkündür. Günel ona bildirmişdir ki, o pulu Təqsirləndirilən şəxs5 adlı şəxsin hesabına köçürtmüşdür. Yasin Əmirli həmin şirkətin nümayəndəsidir. Eləcə də bildirmişdir ki, şirkətin direktoru Təqsirləndirilən şəxs1 adlı şəxsdir. O, özü də Yasinla danışmışdır. Yasin də işlə bağlı ona məlumat vermişdir. Yasin pulun qarşılığında “white” (ağ) paket veriləcəyini bildirmişdir. O, Yasinlə razılaşmış və 2021-ci ilin mart ayının sonlarında milli ön ödəniş terminalı vasitəsilə Yasinin öz adına olan kart hesabına 1400 manat pul göndərmişdir. Onun adına “Crowd 1".com saytında şəxsi kabinet açılmışdır. İstifadəçi adı və parolu ona vermişdir. Həmin saytda onun adına bonuslar olsa da onları pula çevirmək mümkün olmamışdır. Həmin vaxtdan o heç bir məbləğdə qazanc əldə etməmişdir. O, öz hesabında ödədiyi pulu görmüşdür. Onu heç kəs məcbur etməmiş, onu inandırmışlar, ona görə pul köçürmüş, lakin verdikləri vədə əməl etməmişlər. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olduqda isə həmin qrupda Habil, Yasin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqlarını yazmışlar. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir. Hal-hazıra qədər ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı təqsirləndrilən şəxs Yasin Əmirlidən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, təqsirləndrilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs6 tanıyır. 2021-ci ilin sentyabr ayının əvvəllərində sosial şəbəkələrdə "Crowd 1” adlı şirkət barədə məlumat almışdır. Həmin şirkətin reklamlarında heç bir iş görmədən pul qoymaqla pul qazanmağın mümkün olduğunu, itirmək olmadığını, şirkətin qanuni şirkət olduğu barədə elanlar yazılmışdır. Ona maraqlı gəldiyindən saytda yerləşdirilmiş mobil nömrəyə zəng etmişdir. Cavab verən şəxs özünü şirkətin nümayəndəsi kimi Göyçək adı ilə təqdim etmişdir. Göyçəkdən şirkətlə bağlı məlumat almaq istəmişdir. Ona telefonda bir az məlumat verdikdən sonra əlavə məlumat üçün onu şirkətin Gəncə şəhərində yerləşən ofisinə dəvət etmişdir. O, həmin ofisə yaxınlaşmışdır. Orada onu təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs6 qəbul etmişdir. Göyçək şirkət barəsində ona məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmişdir. Göyçəkdən şirkət barəsində məlumat aldıqda bildirmişdir ki, "Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olmadığını bildirmişdir. Göyçək bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən "rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni qoşulan hər bir şəxs də əlavə yeni şəxslər qrupa dəvət etməklə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Həmin şəxslərin gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Təqsirləndirilən şəxs6 ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışırlar və hər ikisi də “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdirlər. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O, Təqsirləndirilən şəxs6 dediklərinə inanıb pul vermək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin sentyabr ayının əvvəllərində yenidən ofisə gedərək Təqsirləndirilən şəxs6 ilə görüşmüş və pul yatırmaq istədiyini bildirmişdir. Göyçəyə nə qədər pul yatırım etməli olduğunu soruşduqda, nə qədər çox yatırım etsə o qədər də çox qazanc əldə edəcəyini bildirmişdir. Göyçək ona ən yaxşısı “gold” paket 799 avroluq paketi məsləhət görmüşdür. O, həmin gün 1600 manat pulu Gəncə şəhərində yerləşən ofislərində Göyçəyə vermişdir. Göyçənin yanında Samil oturmuşdur. Onun fikrincə pulu ikisidə götürmüşdür. Lakin, dəqiq deyə bilər ki, pulu o Göyçəyə vermişdir. “whatsapp” mesajlaşma proqramında olan qrupa daxil olduqda isə həmin qrupda Habil, Yasin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqları yazıldığından, o da şikayət etmişdir. Ona 1600 manat maddi ziyan dəymişdir. Hal-hazıradək ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs6 və şahid Samil adlı şəxsdən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs23 bildirmişdir ki, o, pulu ofisdə hər ikisinə vermişdir. Samil də orada şirkətlə bağlı ona məlumat vermişdir. O, ofisə gedənə qədər Samili tanımamış, Samili ofisdə Göyçəyin yanında görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 tanımışdır. 2020-ci ilin noyabr ayının sonlarında uşaqlıq dostu Zərərçəkmiş şəxs30 ilə söhbət edən zaman, Murad ona “Crowd 1’ adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu və özü də hissə-hissə 2400 manata qədər pul qoyduğunu bildirmişdir. Bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Həmçinin dostu Zərərçəkmiş şəxs30 onu bu işə cəlb etmiş və bildirmişdir ki, pul qazanmaq üçün aktiv və passiv üsullar mövcuddur. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’ lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni pul qoyan şəxs əlavə 2 nəfər də cəlb edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qaytarılır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Murad bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1 adlı şəxsdir. Təqsirləndirilən şəxs1 və onun dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident, Təqsirləndirilən şəxs3 isə şirkətin direktoru vəzifəsində çalışdıqlarını bildirmişdir. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilirmiş. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. İlk əvvəl ona deyilmişdir ki, pul verdikdən sonra adam gətirməsə belə pul qazanacaq. O, buna inanıb 2020-ci ilin noyabr ayının sonlarında 200 manat pulu yaşadığı Xırdalan şəhərindəki mənzildən Muradın ona dediyi Yasin Əmirli adlı şəxsin kartına göndərmişdir. Bundan sonra Murad ona “Crowd 1” saytında istifadəçi adı və şifrə vermişdir. Həmin zaman Murad bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “black" paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketlərin hər birində 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında təhsil platformasına pulsuz üzvlük vermişlər. Lakin, o, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O, heç həmin platformanın necə istifadə edildiyini də bilməmişdir. Lakin bir müddətdən sonra o hiss etmişdir ki, o, pul qazanmır. O, pul qazanmadığını gördükdə Murada bu barədə bildirmişdir. Murad ona pul qazanmaq üçün yeni şəxslər cəlb etməli olduğunu bildirmişdir. Lakin, o, başqa şəxsləri cəlb edə bilməmişdir. Həmçinin ona “rewardsların» səhmə çevrilib dünya birjasında satışa çıxarılacağını demişlər. Həmin satışın tarixi hər dəfə dəyişdirilmişdir. Belə olanda artıq o şübhələnməyə başlamışdır. Pul verdikdən sonra heç bir gəlir qazanmamışdır. Onların “whatsapp" mesajlaşma proqramında yaratdığı qrupa daxil olanda Habil, Yasin, Əlövsət, Amin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqları yazılmışdır. Bundan sonra o da şikayət etmək qərarına gəlmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxslərdən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilirmiş, o da təlimlərdə iştirak etmişdir. O, pulu Yasin Əmirlinin kartına göndərmişdir. Təqsirləndirilən şəxs4 virtual tanımışdır. İlk dəfə ona dostu Zərərçəkmiş şəxs30 şirkət haqqında demiş, Murad Novruz da iş üzrə zərərçəkmiş şəxsdir, Murad da inanıb ondan əvvəl pul keçirmişdir. Məhkəmə iclsında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndirilən şəxsləri tanımışdır. 2019-cu ilin dekabr ayının sonlarında tanışı Rauf Kamilov ona “Crowd 1” adlı şirkət barədə məlumat verərək bildirmişdir ki, özü də şirkətə pul yatırmışdır. Rauf ona həmin şirkətə pul qoyduqdan sonra heç bir iş görmədən gəlir əldə edəcəyini bildirmişdir. Həmçinin, Rauf onu əmin edərək bildirmişdir ki, “Crowd 1” şirkətində özündən sonra adam qoşmasa da gəlir əldə edilir. Həmçinin, Rauf ona bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaqdır. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni, pul ödəyən şəxs özü ilə yeni şəxslər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Lakin, o, bildirmişdir ki, özündən sonra adam qoşa bilməyəcək. Rauf da ona adam cəlb etməsə də pul qazanacağını bildirmişdir. Həmçinin şirkəti Azərbaycanda tanıdan şəxsin Təqsirləndirilən şəxs1 adlı şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişdir. Onlar hər ikisi Sumqayıt şəhərində yaşamışlar. O, bütün bu deyilənlərə inanaraq 01 yanvar 2020-ci il tarixdə Raufun dediyi kart nömrəsinə 200 manat pul ödəmişdir. Bundan sonra onların ofislərinə də gedib-gəlmiş və ofisdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri insanlara təlimlər keçərək onları cəlb edirmişlər. Təxminən 3 ay sonra 2020-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 ona kompaniya olduğunu, 500 Avro verəcəyi təqdirdə paketini artıracağını, rewards larının sayı artacağını bildirmişdir. Habil rewardsların tezliklə satışa çıxarılacağını bildirmişdir. O da 2020-ci ilin mart ayının sonlarında Sumqayıt şəhəri, 6-cı mkr ərazisində YAP-ın inzibati binasının yanında açdıqları ofisdə Rauf Kamilovun yanında Təqsirləndirilən şəxs1 şəxsən özünə 500 Avro dəyərində hesablanmış 1000 manat pul vermişdir. Habil də öz kompüterindən ona əlavə “rewards"lar göndərmişdir. Lakin, o, onların dediyi vaxta qədər gözləmiş, lakin “rewards’lar satışa çıxmamışdır. Bundan sonra bir neçə aya rewardsların satışa çıxarılacağını bildirmiş, lakin yenə satışa çıxmamışdır. Bugünə qədər müxtəlif bəhanələrlə satışın uzandığını bildirmişlər. Həmin müddət ərzində də passiv formada heç bir gəlir əldə etməmişdir. Sonradan onların “whatsapp” mesajlaşma proqramında yaratdıqları qrupa da daxil olanda Habil, Yasin, Əlövsət, Amin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Ona 1200 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndirilən şəxsləri tanımışdır. Belə ki, 2019-cu il tarixdən Təqsirləndirilən şəxs3 tanımışdır. Əlövsətlə çox yaxın münasibəti olmasa da aralarında normal münasibətləri olmuşdur. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Əlövsətlə növbəti görüşlərinin birində ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. Bildirmişdir ki, “Crowd 1’ şirkət beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. Bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsui var-aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılır. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Pul verildikdən sonra 40 faiz pul gəldikdə görmüşdür ki, 20-30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup -özü ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanlır. Əlövsət ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, Habil və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişdir. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilmişdir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Əlövsət özü də şirkətdə direktor olmuşdur. O, Əlövsətin dedikələrinə inanıb 2020-ci ilin dekabr ayının ortalarında Əlövsətlə görüşərək 600 manat pulu Əlövsətə vermişdir. Həmin zaman Əlövsət bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər "white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılmışdır. “white” paket 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmiş, yəni 3 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketlərin hər birində 150 “rewards” olmaqla 450 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. O, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. O, heç “miggster” platformasına daxil olmasa da, daxil olan şəxslər orada olan oyunların sadə, yəni internetdə pulsuz formada oynanılması mümkün olan oyunlar olduğunu bildirmişdir. Əlövsət və təlim keçən şəxslər sonradan bildirmişlər ki, “rewards’lar məhdud saydadır. Yaxın zamanda satışı dayandırılacaqdır. 2020-ci ilin dekabr ayının sonlarında bildirmişlər ki, içərisində 3500 “rewards” olmaqla qiyməti 4000 avro olan “titan pro” adlı paket endirimə düşüb, 1000 manata almaq mümkündür. Buna görə də o 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 kart hesabına 1000 manat pul göndərmişdir. Bundan sonra şirkətin saytında olan şəxsi kabinetinə daxil olanda balansına əlavə 3500 “rewards” daxil olduğunu görmüşdür. Əvvəl demişlər ki, mart ayında, sonra demişlər ki, avqust-sentyabr aylarında satışa çıxarılacaq. Həmin müddətdə divident dedikləri “40 faizlər” də gəldikdə görmüşdür ki, verdiyi pulun qarşılığında ona cəmi 20-30 sent yəni 50 qəpik məbləğində gəlir gəlmişdir. O, bu barədə Əlövsətdən soruşduqda, Əlövsət ilk əvvəllər belə olduğunu sonradan dividentlərin artacağını bildirmişdir. Sonradan isə bildirmişlər ki, 2023-cü ildə “rewards” səhmə çevrilib dünya birjasına çıxarılacaq. O, həmçinin əlavə gəlir qazanacağını demiş, həmin zaman 2023-cü il söhbəti olmamışdır. Əlövsət ona bildirmişdir ki, pul qazanmaq istəyirsə özüylə adam cəlb etməlidir. O da bu barədə tanışlarına bildirsə də, sadəcə bir nəfər Zərərçəkmiş şəxs33 adlı şəxsi qoşa bilmişdir. Hazırkı iş üzrə Arif də zərərçəkmiş şəxsdir. Arif də Əlövsətə 2600 manat pul vermişdir. Pul verdikdən sonra heç bir gəlir qazanmamışlar. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa daxil olanda isə Habil, Yasin, Əlövsət, Amin və şəbəkənin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin avqust ayının əvvəllərində hazırda xatırlamadığı tanışlarından biri “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. X41 adlı şəxsin telefon nömrəsini vermiş və o, Yasinə zəng edib danışarkən Yasin onu «whatsapp» ani mesajlaşma proqramında yaradılmış qrupa daxil etmişdir. Orda mütəmadi olaraq təlimlər keçirib iş barədə məlumat vermişlər. Yasin ona bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur, buna görə də heç bir vergi də ödənilmir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. Yasin bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards"lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Pul verildikdən sonra qeyd etdiyi 40 faiz pul gəldikdə görmüşdür ki, 20-30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni özünlə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Yasin ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişdir. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp" və teleqram kanalları vardır. O, dedikərinə inanıb 2020-ci ilin sentyabr ayının əvvəllərində 200 manat pulu öz adına olan şəxsi kartından Yasin Əmirlinin ona dediyi karta göndərmişdir. Həmin zaman Yasin bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white" (ağ) paket, “black" (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “balck” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketlərin içərisində 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. Lakin, o, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. O, “miggster” platformasına daxil olub orda olan oyunlardan oynamışdır. Orda olan oyunlar sadə oyunlar olmuş, həmin oyunları internetdə pulsuz formada oynanılması mümkündür. Bundan sonra o 2020-ci ilin oktyabr ayında Yasinin dediyi karta bacısının adına 620 manat pul göndərmişdir. Həmin pulun 340 manatına bacısına paket almışdır. Əvvəl demişlər ki, “rewards’lar mart ayında, sonra demişlər ki, avqust-sentyabr aylarında satışa çıxarılacaq. Həmin müddətdə divident dedikləri “40 faizlər” də gəldikdə görmüşdür ki, verdiyi pulun qarşılığında ona cəmi 20-30 sent, yəni, 50 qəpik məbləğində gəlir gəlmişdir. O, bu barədə Yasindən soruşduqda, Yasin ilk əvvəllər belə olduğunu, sonradan dividentlərin artacağını bildirmişdir. Sonradan isə bildirmişlər ki, 2023-cü ildə “rewards” səhmə çevrilib dünya birjasına çıxarılacaq. Yasin bildirmişdir ki, pul qazanmaq istəyirsə özüylə adam cəlb etməlidir. O, tanışlarına bildirsə də, heç kəsi qoşa bilməmişdir. Pul verdikdən sonra heç bir gəlir qazanmamışdır. O, pulu təqsirləndirilən şəxs Yasin Əmirlinin ona dediyi karta göndərmişdir. O, Yasin Əmirli ilə söhbətlər edəndən sonra, Yasinə inanıb, güvənib pul keçirmişdir. Ona 820 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxslərdən Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndirilən şəxsləri tanımışdır. Belə ki, 2020-ci ilin yay aylarında tanışı Yasin Əmirlinin sosial şəbəkələrdə paylaşımlarında “Crowd 1” adlı şirkət reklamını etdiyini görmüşdür. Yasindən bu işlə bağlı soruşduqda, Yasin ona məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini və “Crowd 1" şirkətinin beynəlxalq şirkət olduğunu bildirmişdir. Mərkəzi Dubay şəhərində yerləşir. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Pul qazanmaq üçün şirkətdə aktiv və passiv üsul olduğunu bildirmişdir. Passiv üsul ondan ibarət imiş ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Sonradan məlum olmuşdur ki, qeyd edilən 40 faiz 20-30 sent olmuşdur. Aktiv üsul isə özün ilə yeni şəxslər qrupa dəvət etməklə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Yasin Əmirli ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxs şirkətdə prezident vəzifəsində çalışırlar. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdir. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O, Yasin Əmirlidən şirkət barədə bu məlumat aldıqdan sonra Yasinə bildirmişdir ki, o, özündən sonra adam qoşa bilməyəcək, ona görə qoşulmaq istəmir. Yasin də ona narahat olmamağını, adam qoşmasa da pul qazanacağını bildirmişdir. O da Yasinin vədinə inanıb 2020-ci ilin iyul ayının sonlarında yaşadığı Şabran rayonundan milli ön terminalından Yasin Əmirlinin kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonra Yasin ona “Crowd 1” saytında istifadəçi adı və şifrə verib, bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır və izah etmişdir ki, həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızı!), “titanium” titan adlandırılır. Həmin paketlərin ayrı-ayrılıqda qiymətlərini də ona demişdir. Ona kompaniya olduğunu bildirmişdir. O da 1 ədəd ağ paket almışdır. Həmin paketdə 50 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında tətbiqini bilmədiyi “Lifetrends” adlı platforma vermişlər. O, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün verdiyini bildirmişdir. O, pul qazanmadığını gördükdə Yasinə bu barədə bildirmişdir. Yasin isə əlavə adam qoşmağını təklif etmişdir. Buna görə də o yenidən ailə üzvlərindən 8 nəfərin adına da hər birinə 200 manat ödəyərək paket almışdır. Həmin pulları da 2021-ci ilin yanvar-mart ayları ərzində yenə də Şabran rayonunda yerləşən milli ön terminalından Yasin Əmirlinin dediyi kart hesablarına göndərmişdir. Lakin yenə də gəlir qazana bilməmişdir. Sonradan o, "whatsapp” mesajlaşma proqramında yaramış qrupa da daxil olanda Yasin, Əlövsət, Amin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqlarını bilmiş və o da şikayət etmək qərarına gəlmişdir. Ona ümumilikdə 1800 manat maddi ziyan dəymişdir. Hal hazıra qədər ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona dəymiş maddi ziyan 1800 manatı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Yasin Əmirlidən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs22 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 videolarına baxırmış, Habil də şirkət barədə videolar göstərirmiş. O, onlara inanıb pulları ödəmişdir. O, ilk dəfə pulu ödəyəndən sonra qazanmamış, lakin ona bildirmişlər əlavə şəxslər də cəlb etsə qazanacaq. Onun cəlb etdiyi adamlar kimlərisə də cəlb etməmişlər. Təqsirləndirilən şəxslərin tutulduqlarını biləndən sonra o da şikayət etmiş, «whatsapp” və teleqram kanalları var imiş, orada təqsirləndirilən şəxslər çıxışlar edirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında iş yoldaşı Şahid4la söhbət edən zaman Orxan ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. Orxan bildirmişdir ki, özü də hissə-hissə 1000 manata qədər pul qoymuş, "Crowd 1” şirkət beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Pul qazanmaq üçün də şirkətdə iki üsul -aktiv və passiv üsul olduğunu bildirmişdir. Passiv üsul pul verərək şirkətdən "rewards” alındığını, həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacağını, həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edəcəyini bildirmişdir. Aktiv üsul isə özünlə yeni şəxslər qrupa dəvət etsən həmin şəxslərin verdikləri pulun 5-10 faizi də ona gəlir kimi qayıdır. Həmin şəxslərin gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Orxan bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətin prezidenti, Təqsirləndirilən şəxs3 isə şirkətin direktoru vəzifəsində çalışdıqlarını və onların mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirdiklərini bildirmişdir. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. İlk əvvəl pul verdikdən sonra adam gətirilməsə pul qazanacağı deyilmişdir. Həmçinin "rewards”ların bir-iki aya satışa çıxarılacağını bildirmişlər. O da bütün deyilənlərə inanıb 2020-ci ilin iyul ayının sonlarında 400 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Orxana əlbəəl vermişdir. Həmin vaxt Orxan bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər "white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, "white” paket 99 avro, “balck” paket 299 avro, "gold” paket 799 avro, "titanium” paket isə 2499 avro qiymətindədir. Həmin vaxt ona kompaniya olduğunu bildirmişlrər. O, 2 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketlərin hər birində 150 "rewards" olmuşdur. Bundan başqa pulun qarşılığında tətbiqini bilmədiyi platforma vermişlər. O, isə pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün verdiyini bildirmişdir. O, pul qazanmadığını gördükdə Orxana bu barədə bildirmişdir. Orxan da ona özlərinin də gözlədiyini, dəqiq bir söz deyə bilmədiyini demişdir. Təqsirləndirilən şəxslərin videolarına baxırmış, onlar şirkət barədə videolar göstərirmişlər. O, onlara inanıb pulları ödəmişdir. Pul verdikdən sonra o heç bir gəlir qazanmamışdır. Sonradan onların "whatsapp” mesajlaşma proqramında yaratdıqları qrupa da daxil olanda Habil, Yasin, Əlövsət, Amin və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Bundan sonra o da şikayət etmişdir. Ona dəymiş 400 manat maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid4 onun dostudur, Orxanla normal münasibəti var. Söhbət əsnasında Orxan ona "Crowd 1" adlı şirkət barədə məlumat verərək bildirmişdir ki, həmin şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazanmaq olur. İzah etmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Şirkət beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Qoşulan şəxslər də fərdi distribüter kimi qoşulurlar. Orxan bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar» şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edir. Pul verildikdən sonra qeyd olunan 40 faiz pul gəldikdə isə görmüşdür ki, 20-30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsul olduğunu bildimişdir. Yəni, qoşulan şəxs özü ilə yeni şəxsləri qrupa dəvət etməlidir. Qrupa dəvət ediyi həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Orxan ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, Habil və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışırlar. Onlar “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdirlər. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər “Zoom’ proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Orxan özü də şirkətə pul yatırdığını bildirmişdir . Lakin o yenə də özünün maraqlanmağını və sonra pul verməyini bildirmişdir. Bundan sonra, o, inanıb 2020-ci ilin iyul ayının sonlarında 200 manat pulu Orxana vermişdir. Həmin zaman Orxan bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılmışdır, “white” paketi 99 avro, “balck” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında tətbiqini bilmədiyi platforma vermişlər. O, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. Soradan o pul qazanmadığını gördükdə, Orxana bu barədə bildirmişdir. Orxan özlərinin də gözlədiyini, dəqiq bir söz deyə bilmədiyini demişdir. Orxan ona verdiyi pulu Təqsirləndirilən şəxs1 və qrupun digər üzvlərinə verdiyini bildirmişdir. Orxan ona demişdir ki, pul qazanmaq üçün özüylə 4 nəfər də şəxs qoşmalıdır, bundan sonra qoyduğu pulu çıxardacaq. O da yenidən 2020-ci ilin avqust ayının əvvəlində Orxanla yenidən görüşüb Orxana əlavə dörd nəfər üçün 800 manat da pul vermişdir. Həmin zaman Orxan dörd nəfər üçün sistemə giriş kodu vermişdir. Lakin, Orxan həmin puldan 200 manatı ona qaytarmış və dörd nəfər qoşduğu üçün bir nəfərin pulsuz qoşulduğunu bildirmişdir. Yəni, o, qazanc olaraq 200 manat pul qazanmışdır. Qoşduğu şəxslər də öz ailə üzvləri olmuşdur. Pul da öz pulu olmuşdur. Lakin sonradan başqa adam qoşa bilməmişdir. Bundan sonra, o, heç bir gəlir qazanmamışdır. Ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlunu tanımışdır. Belə ki, ona 2020-ci ilin sentyabr ayında dostu Zərərçəkmiş şəxs5 sosial şəbəkələrdə reklamını gördüyü “Crowd 1” adlı şirkət barədə məlumat verərək özünün həmin şirkətə 200 manat pul yatırdığını bildirmişdir. Ona maraqlı gəldiyindən, o da pul yatırmaq istədiyini bildirmişdir. Elşən işlə bağlı məlumat almaq üçün onu “Crowd 1" adlı şirkət nümayəndələri olan Təqsirləndirilən şəxs3 və Əmirli Yasin Namiq oğlu ilə görüşə dəvət etmişdir. Elşənlə birlikdə həmin şəxslərlə Bakı şəhəri, Nizami rayonu ərazisində “Piknik” restoranında görüşmüşlər. Orda Təqsirləndirilən şəxs3 və Yasin Əmirli onlara şirkətlə bağlı məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmişdir. Həmçinin bildirmişlər ki “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində milyonlarla üzvləri vardır. Şirkətin beynəlxalq şirkət olduğunu, Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi olmadğını bildirmişlər. İzah etmişlər ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv üsul və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’ lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Lakin, ona həmin pul da gəlməmişdir. Sonradan məlum olmuşdur ki, həmin zaman qeyd edilən 40 faiz 20-30 sent olmuşdur. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni, qoşulan şəxs özü ilə yeni şəxslər qrupa dəvət etməlidir ki, həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Ona bildirmişlər ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirrkətdə prezident vəzifəsində çalışışırlar, hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdir və onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O, onların vədinə inanıb 2020-ci ilin sentyabr ayının sonlarında 200 manat pulu Yasin Əmirlinin ona göndərdiyi kart hesabına online qaydada göndərmişdir. Bundan sonra Yasin ona “Crowd 1" saytında istifadəçi adı və şifrə vermişdir. O, 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında tətbiqini bilmədiyi platforma vermişlər. O, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. Pul qazanmadığını gördükdə isə Elşənə bu barədə bildirdikdə Elşən özünün də gözlədiyini, dəqiq bir söz deyə bilmədiyini demişdir. O, onların barəsində şikayət etmişdir. Hal-hazırda ona dəymş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Təqsirləndrilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində Vüsal adlı şəxsin sosial şəbəkələrdə “Crowd 1” adlı şirkətin reklamını etdiyini görmüşdür. Həmin reklamlarda bildirilmişdir ki, pul verməklə pul qazanmaq mümkündür. Həmin şirkətin iş prinsipi ondan ibarət imiş ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb edilməlidir. Həmin şəxslərin verdiyi pulun da təxminən 5 faizi gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə onlar pul yatırdıqca o da gəlir əldə etməlidir. Şəxs cəlb etməsə də ildə bir-iki dəfə az məbləğdə gəlir əldə etmək mümkündür. Vüsal adlı şəxs də şirkətin rəhbərləri olan Təqsirləndirilən şəxs2 adlı şəxslə işləyirmiş. Vüsal bildimişdir ki, şirkətin direktoru Təqsirləndirilən şəxs1 adlı şəxsdir. Vüsal pulun qarşılığında “white” (ağ) paket veriləcəyini bildirmişdir. O da Vüsalla razılaşmış və 2020-ci ilin oktyabr ayının sonlarında milli ön ödəniş terminalı vasitəsilə Vüsalın ona dediyi kart hesabına 200 manat, eləcə də tanışının adından da 200 manat pul göndərmişdir. Bundan sonra onun adına “Crowd 1”.com saytında şəxsi kabinet açılmışdır. İstifadəçi adı və parolu ona verilmişdir. Bundan sonra o həmin şirkətlərə başqa şəxs qoşa bilməmişdir. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində bildirmişlər ki, ayın sonuna qədər paket alan şəxslərə “rewords” deyilən bonuslar veriləcək, sonradan həmin bonusların satışa çıxarılacağını və beləcə qoyulan pulun 4-5 qatını götürə biləcəklərini bildirmişlər. Həmin zaman o şirkətin nümayəndəsi olan Yasin Əmirlinin öz adına olan kart hesabına 2000 manat pul göndərmişdir. Lakin, o, göndərdiyi pulun müqabilində heç nə qazanmamışdır. Sonradan onları “whatsapp” mesajlaşma proqramında yaratdıqları qrupa daxil olanda Habii, Yasın və digər üzvlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da aldanmağı barədə şikayət etmişdir. Ona 2400 manat maddi ziyan dəymişdir. Hal-hazıra qədər də ona dəymiş maddi ziyan ödənilməmişdimr. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs10 bildirmişdir ki, o, ona görə pulu Təqsirləndirilən şəxs1 tələb edir ki, şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslərin rəhbəri olmuşdur. Yasin Əmirlinin öz adına olan kart hesabına da pul göndərmişdir. "xxxx" proqramı vasitəsilə o, Təqsirləndirilən şəxs1 çıxışlarını izləyirmiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, təqsirləndiriəln şəxslərin heç birini tanımamışdır. 2020-ci ilin noyabr ayında uşaqlıq dostu Zərərçəkmiş şəxs30 ilə söhbət edən zaman, Murad ona “Crowd 1” adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. Bildirmişdir ki, özü də hissə-hissə həmin şirkətə 2400 manata qədər pul qoymuşdur. O, işin mahiyyəti barədə soruşduqda ona bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində şirkətin milyonlarla üzvləri vardır. Beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv üsul və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edir. Digər iş prinsipi isə aktiv üsulda isə qoşulan şəxs özü ilə yeni şəxslər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü iiə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Murad ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1 adlı şəxsdir. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident, Təqsirləndirilən şəxs3 isə şirkətin direktoru vəzifəsində çalışdıqlarını bildirmişdir. Onların hər birinin “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər oldğunu, mütəmadi olaraq "xxxx" proqramı vasitəsilə online və canlı olaraq görüşərək, təlimlər keçirdiklərini bildirmişdir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. İlk əvvəl ona deyilmişdir ki, pul verdikdən sonra adam gətirməsə belə pul qazanacaq. O, bütün bu deyilənlərə inanıb 2020-ci ilin noyabr ayının sonlarında 200 manat pulu Muradın ona dediyi Yasin Əmirli adlı şəxsin kartına göndərmişdir. O, 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket verilmişdir. Həmin paketlərin hər birində 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında “miggster" adlı oyun platformasına pulsuz üzvlük verilmişdir. O, pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O heç “miggster" piatformasına daxil olmasa da, daxil olan şəxslər orada olan oyunların sadə, yəni internetdə pulsuz formada oynanılması mümkün olan oyunlar olduğunu bildirmişlər. O, pul qazanmadığını gördükdə Murada bu barədə bildirmişdir. Murad da ona bildirmişdir ki, pul qazanmaq üçün yeni şəxslər cəlb etməlidir. O da dostları Elcan Paşayev və Kənan Qurbanov adlı şəxsləri dəvət etmişdir. Lakin onların yerinə pulu o özü qoymuş və razılaşmışlar ki, pul qazandıqları təqdirdə onun pulunu geri qaytaracaqlar. 2021-ci ilin yanvar ayının əvvəllərində eyni qaydada 400 manat pulu Yasin Əmirli adlı şəxsin kart hesabına yükləmişdir. Lakin bundan sonra da ona pul gəlməmişdir. Bundan başqa, ona bildirmişlər ki, “rewards”lar səhmə çevrilib dünya birjasında satışa çıxarılacaq. Lakin həmin satışın tarixi hər dəfə dəyişdirilmişdir. Pul verdikdən sonra o heç bir gəlir qazanmamışdır. O, belə olanda artıq şübhələnməyə başlamışdır. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. O, aldandığını dərk edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Cinayət nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ona tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Yasin Əmirlini tanımışdır. Belə ki, o, 2021-ci ilin iyun ayında “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 «Crowd-1» şirkəti ilə bağlı elanı ilə tanış olmuşdur. Həmin sosial şəbəkədə Habilin pul yatırımı edib qazanc əldə etməklə bağlı videorolikləri olmuşdur. O, vidoegörüntülərə baxmış, yazılan məlumatlarla tanış olmuşdur. Lakin yenə də ona şübhəli gəlmişdir ki, necə ola bilərki, yatırım edib hər hansı istehsalla məşğul olmadan əlavə gəlir əldə etmək ola bilər. Buna görə həmin sosial şəbəkədə Habilə yazmışdır. Habil onun sorğularına cavab vermiş, yaxından tanışlıq üçün istifadəsində olan telefon nömrəsini də ona vermişdir. O, Habilə zəng etmişdir. Habil onunla görüşməyə razı olmuşdur. Habil onu əmin etmişdir ki, yatırım etməklə qısa müddət ərzində «Crowd-1» şirkəti vasitəsilə külli miqdarda pul qazanacaq. Habil demişdir ki, «Crowd-1» şirkətinin səhmlərinə yatırım etmək lazımdır, daha sonra həmin səhmləri bitkoinlə əvəzləmək olacaq və külli miqdarda pul qazanmaq mümkün olacaq. Habil söhbətlərində ondan müxtəlif şəxsləri səhm yatırmaq üçün şirkətə cəlb etməyə təhrik etmişdir. Habiliin Masazır qəsəbəsində bir ofisi var imiş. O, Habillə bir neçə dəfə həmin ofisdə görüşmüşdür. Habil həmin ofisdə iclas və təbliğat işləri aparırmış. Lakin, o, əlavə adamları cəlb etməyə risk etməmişdir. Fikirləşmişdir ki, özü qazanc əldə etmədən başqa şəxsləri işə cəlb edib bu məsuliyyətin altına girməsin. Habil ona demişdir ki, Dubay şəhərinə «Crowd-1» şirkəti ilə bağlı ümümdünya konfransına da getmişdir. O da işin real olmasına, pul yatırıb qazanc əldə edəcəyinə inanmağa başlamışdır. Bundan əlavə Habil müxtəlif bahalı avtomaşınlar idarə etmişdir. Bütün bu hərəkətləri onu inandırmışdır ki, Habil real sahibkardır və bu fəaliyyət uydurma deyil. Buna görə də yatırım edib pul qazanmaq fikrini qətiləşdirmiş və ilk dəfə 2021-ci ilin iyun ayının ortalarında Novxanı qəsəbəsində yerləşən dənizkənarı restoranların birində Habil ilə görüşmüş və Habilə nağd şəkildə 2.000 manat pul vermişdir. Həmin görüş zamanı Habil ona təklif etmişdir ki, əlavə 8.000 manat da ödəsə aktiv profil sahibləri olan şəxsləri ona qoşacaq. Belə ki, Habilin dediyinə görə həmin aktiv profilləri onun adına yazacaqdır ki, guya ki, həmin şəxsləri «Crowd-1» şirkətinə o cəlb etmiş, həmin şəxslər aktiv iştirakçılar olduğuna görə ona əlavə pul gələcək və külli miqdarda gəlir götürəcək. Habil yatırım edib külli miqdarda qacanc əldə edəcəyinə onu inandırdığına görə o əlavə olaraq da 8.000 manat yatırım etməyə razılaşmışdır. İlk dəfə pulu verdiyi gündən 5 gün sonra Masazır qəsəbəsində Habil ilə görüşmüş və Habilə nağd şəkildə 8.000 manat pul vermişdir. Pul verməyinə baxmayaraq gəlir əldə etməmişdir. Habil bunu belə izah etmişdir ki, guya yayda istirahətdə olduğuna görə şirkətin gəlirləri zəif olmuşdur. Bundan əlavə Habil ondan yeni şəxsləri yatırım etmək üçün cəlb etməyə təhrik etmişdir. Demişdir ki, yeni adamlar cəlb etsə gəlirləri bir qədər də artacaq. Sonra Habil onu Yasin adlı işçisi ilə tanış etmiş və bildirmişdir ki, nə sualı və problemi olsa Yasinə müraciət etsin. Yasin şirkətin «İçərişəhər» də yerləşən ofisində oturmuşdur. Onun «Crowd-1» şirkətinə yatırım etməyi barədə dostu Nihatın məlumatı olmuşdur. Nihat onun yatırım etdiyini görüb həvəslənmiş və 2021-ci ilin sentyabr ayının əvvəllərində 1600 manat yatırm etmişdir. Nihatı Yasinlə o tanış etmişdir. Nihat həmin pulu onun iştirakıyla Yasinə vermişdir. Yasin də pulu qəbul edib söz vermişdir ki, Nihat da yatırım etdiyinə görə qazanc əldə edəcəkdir. O, Yasindən gəlir barədə maraqlanmış və yeni iştirakçı da cəlb etdiyi halda nəyə görə ona gəlir verilmədiyni soruşduqda Yasin kompüterə baxmış və bildirmişdir ki, onun istifadəçi adı aktiv deyil. O, bundan təəccüblənmiş və bildirmişdir ki, 10.000 manat pul ödəmiş, necə ola bilərki, onun adı siyahıda yoxdur. Əsəbiləşib dərhal Habilə zəng etmiş və bu barədə bildirdikdə, Habil telefonu Yasinə verməyini demişdir. Habil Yasinlə telefonda nəsə danışmış, sonra Yasin ondan profilin aktiv edilməsi üçün əlavə 200 avro yəni 400 manat pul istəmişdir. O, bundan sonra bir az da hiddətlənmiş və başa düşmüşdür ki, oyuna düşmüşdür. Habil və dəstəsi onu aldadıb pulunu ələ keçirmişlər. Buna görə də onların barəsində şikayət etmişdir. O, Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 «Crowd-1» şirkəti ilə bağlı elanı ilə tanış olmuşdur. Pulu şəxsən o Təqsirləndirilən şəxs1 özünə vermişdir. Bütün şərtlərlə onu Təqsirləndirilən şəxs1 tanış etmiş və inandırmışdır ki, pul yatırım etdiyi təqdirdə heç bir işi görmədən pul qazanacaq. Ona dəymiş maddi ziyan 10.000 manatı Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Əmirli Yasin Namiq oğlunu və Təqsirləndirilən şəxs3 tanımışdır. O, təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində tanışı Əmirli Yasin Namiq oğlunun sosial şəbəkələrdə “Crowd 1” adlı şirkətin reklamını etdiyini görmüşdür. Həmin reklamlarda bildirilmişdir ki, pul verməklə pul qazanmaq mümkündür. Həmin şirkətin iş prinsipi ondan ibarətdir ki, pul verdikdən sonra özündən sonra 2 nəfər şəxs cəlb etməlisən. Cəlb etdyin şəxslərin verdiyi pulun da təxminən 5 faizi cəlb edən şəxsə gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə onlar pul yatırdıqca, o da gəlir əldə etməlidir. Həmçinin də reklamda bildirilmişdir ki, şəxs kimisə cəlb etməsə də ildə bir iki dəfə çox az məbləğdə gəlir əldə etmək mümkündür. Yasin adlı şəxs özünü “Crowd 1” adlı şirkətin nümayəndəsi kimi təqdim etmişdir. Bildirilmişdir ki, pulun qarşılığında “white" (ağ) paket veriləcək. O, bu şərtlərlə razılaşmış və 2021-ci ilin sentyabr ayının ortalarında «milli ön» ödəniş terminalı vasitəsilə Yasinin ona dediyi xatırlamadığı kart hesabına 200 manat pul göndərmişdir. Onun adına “Crowd 1”.com saytında şəxsi kabinet açılmışdır. İstifadəçi adı və parolu ona vermişdir. Bundan sonra o, Yasin və eləcə də Yasinlə birlikdə işləyən Təqsirləndirilən şəxs3 adlı şəxslə də görüşmüşdür. Onlar onu inandırmağa çalışmışlar ki, daha çox pul qoyacağı təqdirdə daha çox gəlir əldə edəcək. Buna görə də o 2020-ci ilin sentyabr ayının sonlarında 400 manat pulu əlbəəl Yasinə vermişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində isə 1000 manat pulu Yasin və Əlövsətə onlar birlikdə olanda vermişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının əvvəllərində 200 manat pulu Yasinin sözü ilə Təqsirləndirilən şəxs1 kart hesabına göndərmişdir. Həmin pulları müxtəlif paketlər almaq üçün almışlar. Ən yüksək paket olan “titan pro” adlı paketi almaq üçün də pul da vermişdir. Bundan başqa öz tanışları olan iki nəfər şəxsin adından 400 manat pulu müxtəlif kart hesabına göndərmişdir. Lakin heç bir gəlir götürməmişdir. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Həmin qrupda Yasin və digərlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduqları yazılmışdır. Buna görə də o da şikayət etmək qərarına gəlmişdir. Ona 2200 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 tanımışdır. 2021-ci ilin mart ayının sonlarında sosial şəbəkələrdə “Crowd 1” adlı şirkətin reklamını görmüşdür. Həmin zaman özünü “Crowd 1” adlı şirkət prezidenti kimi təqdim edən Təqsirləndirilən şəxs1 və şirkətdə direktor adlı Təqsirləndirilən şəxs3 Əii oğlu aktiv şəkildə məlumatlar paylaşaraq insanları dəvət edirmişlər. Şirkət barədə məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazanmağın mümkün olduğunu bildirmişlər. “Crowd-1” şirkətinin beynəlxalq şirkət olduğunu, mərkəzinin Dubay şəhərində yerləşdiyini, dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri olduğunu bildirmişlər. Şirkət beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olmadığını bildirmişlər. Reklamda bildirmişlər ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni özünlə yeni şəxslər qrupa dəvət etməklə həmin şəxslərin verdikləri pulun 5- 10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır.Onun gətirdiyin adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Ona bildirmişlər ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, Habil və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslərdir. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilirmiş. Həmçinin, “whatsapp” və teleqram kanalları vardır. Onların “whatsapp” qruplarına qoşulmuşdur. Həmin qruplarda Yasin Əmirli və digərləri də olmuşdur. Onların vədinə inanıb 2021-ci ilin mart ayının sonlarında 200 manat pulu hazırda xatırlamadığı həmin qrupda göndərilmiş kart hesabına göndərmişdir. Bundan sonra onun adına “Crowd 1’ saytında istifadəçi adı və şifrə verilmişdir. Bundan başqa da 2021-ci ilin aprel ayının əvvəllərində yenə həmin karta yaşadığı Göygöl rayonu ərazisindən iki dəfə 200 manat olmaqla 400 manat pul göndərmişdir. Ona iki dənə də istifadəçi adı vermişlər. Həmin vaxt ona bildirmişlər ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” pake 99 avro, “black” paket 299 avro, "gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında tətbiqini bilmədiyi “Migster” adlı platforma vermişlər. Lakin, o, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O, qoşulan zaman Təqsirləndirilən şəxs3 çıxışlarında 2021-ci ilin sentyabr ayında “rewards”ların satışa çıxarılacağını, qoyulan puldan iki-üç qat artıq qazanc götürüləcəyini bildirmişdir. Lakin sonradan müddəti uzada-uzada getmişlər. Sonradan 2023-cü ildə satışa çıxarılacağını bildirmişlər. Onların “whatsapp” mesajiaşma proqramında yaratdıqları qrupa da daxil olmuşdur. Bu barədə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Ona 600 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı ona ziyan vurmuş şəxslərdən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs31 bildirmişdir ki, ona görə pulu qeyri-müəyyən şəxslərdən tələb edir ki, konkret olaraq o pulu kimin hesabına keçirdiyini bilməmişdir. Ona bir kart hesabı verilmiş, həmin kart hesabına köçürmüşdür. Həmin kartın kimə məxsus olmasını o bilməmişdir. O, pul ödəyəndən sonra heç bir məbləğdə pul qazanmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, təqsirləndilən şəxslərdən Yasin Əmirlini tanımışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs26 ona sosial şəbəkələrdə də əvvəllər reklamını gördüyü “Crowd 1” adlı şirkət barədə məlumat vermişdir. Rəşad ona özünün də 10.000 manat pul yatırdığını bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. Rəşad da işlə bağlı məlumat almaq üçün onu “Crowd 1” adlı şirkətin Bakı şəhəri, Səbail rayonu, İçərişəhərdə yerləşən ofisinə aparmışdır. Orada onu özünü şirkətin nümayəndəsi kimi təqdim edən Əmirli Yasin Namiq oğlu qarşılamış və ona şirkət barədə məlumat verərək, şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmişdir. Yasindən şirkət barəsində məlumat aldıqda bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir, dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. Yasin həmçinin beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olmadığını bildirmişdir. Yasin bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards" alınır. Həmin “rewards"lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edir. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni şirkətə pul yatıran şəxs yeni şəxslər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onların gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. X41 bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını, onların mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirdiklərini bildirmişlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilmişdir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O da Yasinin vədinə inanıb 2021-ci ilin sentyabr ayının əvvəlində 1600 manat pulu həmin ofisdə Yasin Əmirliyə əlbəəl vermişdir. Bundan sonra Yasin ona “Crowd 1” saytında istifadəçi adı və şifrə vermişdir. Həmin istifadəçi adı və şifrə hazırda yadında deyil. Həmin vaxt Yasin ona bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paket 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədır. Həm də həmin vaxt ona kompaniya olduğunu bildirmiş, yəni 1 ədəd gold paket almış və ona həmin qiymətə “titan” paket vermişlər. Bundan başqa pulun qarşılığında dəqiq bilmədiyi platforma vermişlər. Lakin, o, pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. Bundan sonra onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa daxil olmuşdur. Həmin qrupda yazışmalarda görmüşdür ki, insanlar narazılıq edir. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Ona 1600 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs32 bildirmişdir ki, o, pulu şəxsən Yasin Əmirliyə əlbəəl vermişdir. Tanışı Zərərçəkmiş şəxs26 ona “Crowd 1” adlı şirkət barədə məlumat vermiş, Rəşad özü də 10 000 manat pul yatırmışdır. Rəşad ona məsləhət verməsəymiş, o, həmin şirkət barədə bilmirmiş. Rəşad ona həmin şirkət barədə bildirəndə, Rəşad da hələki, heç bir qazanc götürməmişdir. O, pulu Yasinə verəndən sonra adına pulun olub-olmamasını bilməmişdir. Onun bu barədə anlayışı olmamışdır. Verdiyi pula görə heç bir gəlir əldə etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının sonlarında tanışı Orxan adlı şəxs ona sosial şəbəkələrdə də əvvəllər reklamını gördüyü “Crowd 1” adlı şirkət barədə məlumat vermişdir. Orxan ona özü də 200 manat da pul yatırdığını bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. Orxan işlə bağlı məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyini bildirmişdir. Orxandan şirkət barəsində məlumat aldıqda bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində minlərlə üzvləri vardır. Şirkət beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Həmçinin, Orxan bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Sonradan məlum olmuşdur ki, həmin zaman qeyd edilən “40 faiz” 20-30 sent olmuşdur. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni qoşulan şəxs özündən başqa yeni şəxslər qrupa dəvət etməlidir. Həmin şəxslərin verdikləri pulun 5-10 faizi də cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanırsan. Orxan ona bildirmişdir ki, onu da şirkətin nümayəndəsi Yasin Əmirli dəvət etmişdir. Həmçinin bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişdir. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Təlimlər “Zoon proqramı vasitəsilə həyata keçirirlər. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Orxanın sözü ilə vədinə inanıb 2020-ci ilin noyabr ayının sonlarında 200 manat pulu Orxanın ona göndərdiyi səhv etmirsə Yasin Əmirli adlı şəxsin kart hesabına göndərmişdir. Bundan sonra Orxan ona “Crowd 1” saytında istifadəçi adı və şifrə vermişdir. Həmin zaman Orxan bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “black" paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətinədir. Ona kompaniya olduğunu bildirmişlər, 1 ədəd ağ paket almış və həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards" olmuşdur. Bundan başqa pulun qarşılığında dəqiq bilmədiyi platforma vermişlər. O, isə pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. Bundan sonra, Orxan ona kompaniya olduğunu “titan” adlı paketin endirimə düşdüyünü bildirmişdir. O, yenidən Orxanın göndərdiyi kart hesabına 2020-ci ilin dekabr ayının əvvəllərində 1600 manat pul göndərməklə paketini genişləndirmişdir. O, pul qazanmadığını gördükdə Orxana bu barədə bildirmişdir. Orxan özünün də gözlədiyini dəqiq bir söz deyə bilmədiyini demişdir. Sonra da o heç bir gəlir qazanmamışdır. Onların “whatsapp” mesajlaşma proqramında olan qrupa da daxil olarkən, qrupda Habil, Yasin, Əlövsət, Aminin və şirkətin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Buna görə də o da şikayət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlara qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs19 məhkəmədə iştirak etməsi üçün dəfələrlə məlumat verilmiş, haqqında məcburi gətirmə tətbiq edilmiş, lakin, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş 22 avqust 2022-ci il tarixli, 127-15421-1222 saylı məktubdan görünür ki, sonuncunun yaşadığı evdə olmaması səbəbindən məhkəməyə gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs19 ifadəsindən görünür ki, o, Azərbaycan Dövlət Neft və Sənaya Universitetini 2021-ci il tarixdə bitirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında tələbə yoldaşı Zərərçəkmiş şəxs17 ona sosial şəbəkələrdə də əvvəllər reklamını gördüyü “Crowd 1” adlı şirkət barədə məlumat vermişdir. Nadir ona özü də 200 manat da pul yatırdığını bildirmişdir. O tanışı Yasin Əmirli vasitəsilə bu işə qoşulduğunu bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. Nadir işlə bağlı məlumat verərək şirkətə pul yatırmaqla heç bir iş görmədən gəlir qazana biləcəyimi bildirmişdir. Ondan şirkət barəsində məlumat aldıqda bildirmiş ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində 30 000 000 dan artıq üzvləri vardır. O həmçinin beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur, buna görə də heç bir vergi də ödəmir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. O bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Lakin ona həmin pul da gəlməmişdir. Sonradan məlum olmuşdur ki, həmin zaman qeyd edilən “40 faiz” 20-30 sent olmuşdur. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özün ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni “sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım imiş ki, həmin şəxslərin verdikləri pulun 5- 10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Ona bildirmişlər ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, o və onun dostu Təqsirləndirilən şəxs2 özlərinə şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1" şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Onların vədinə inanıb 2020-ci ilin sentyabr ayının sonlarında 200 manat pulu Zərərçəkmiş şəxs17 ona göndərdiyi Yasin Əmirlinin adına olan kart hesabına yaşadığı Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən terminaldan göndərmişdir. Bundan sonra Nadir ona “Crowd 1’ saytında istifadəçi adı və şifrə vermişdir. Onun istifadəçi adı “nargiz.yahya”, şifrə isə “2000Mara” olmuşdur. Həmin zaman o bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), "titanium” titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” olmuşdur. Bundan başqa pulun qarşılığında dəqiq bilmədiyi “Migster” adlı platforma vermişlər. Lakin o pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O pul qazanmadığını gördükdə Nadirə bu barədə bildirmişdir. Ona gəlir götürmək üçün başqa şəxsləri də cəlb etməli olduğunu bildirmişdir. O da bu barədə ailə üzvlərinə demiş və onların razılığı ilə ailə üzvlərindən dörd nəfərin də adına hesab açmışdır. Bunun üçün 2020-ci ilin oktyabr ayının sonlarında 800 manat pulu yenə də Yasin Əmirlinin adına olan kart hesabına Sumqayıt şəhəri Sülh küçəsində yerləşən terminaldan göndərmişdir. Bunun qarşılığında “Crowd 1’ saytında dörd ədəd istifadəçi adı və şifrə vermişlər. Lakin buna baxmayaraq o yenə də pul qazana həmçinin başqa şəxsləri cəlb edə bilməmişdir. Bundan sonra bu günə qədər o heç bir gəlir qazanmamışdır. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Qrupda Habil, Yasin, Əlövsət, Amin və dələduz şəbəkənin digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu yazmışlar. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs11 məhkəmədə iştirak etməsi üçün dəfələrlə məlumat verilmiş, haqqında məcburi gətirmə tətbiq edilmiş, lakin, Salyan Rayon Polis Şöbəsindən 16 avqust 2022-ci il tarixli, 182-27557-1222 saylı məktubla daxil olmuş arayışdan görünür ki, Zərərçəkmiş şəxs11 26 iyul 2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs11 ifadəsindən görünür ki, 2021-ci ilin mart ayının əvvəllərində tanışı Çingiz adlı şəxs ona “Crowd 1’ adlı şirkət haqqında məlumat verərək pul yatırmaqla həmin şirkətdən pul qazanmağın mümkün olduğunu bildirmişdir. O bildirmişdir ki, onu da tanışı Yasin Əmirli dəvət etmişdir. Ondan işin mahiyyəti barədə soruşduqda ona bildirmişdir ki, “Crowd 1” şirkət beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrinə 30 000 000 dan artıq üzvləri vardır. O həmçinin beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur, buna görə də heç bir vergi də ödəmir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. O bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Lakin həmin zaman qeyd edilən “40 faiz’-in 20-30 sent olacağı bildirilməmişdir. Pul verildikdən sonra qeyd etdiyi 40 faiz pul gəldikdə görmüşdür ki, 20-30 sent pul köçmüşdür. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özün ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni “sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım imiş ki, həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, o və onun dostu Təqsirləndirilən şəxs3 özləri şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1’ şirkətinin xaricdəki rəhbərləri iiə əlaqəli şəxslər imiş. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Lakin ona bildirmişdir ki, özü də maraqlanıb sonra qərar versin. O da maraqlandıqdan sonra 2021-ci ilin mart ayının əvvəllərində Salyan rayonu ərazisində yaşadığı evin qarşısında 200 manat pulu Çingizə vermişdir. Həmin zaman o bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş piatfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium” titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiyrnətindədir. Həmin zaman ona kompaniya oiduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketin içərisində 150 “rewards” var imiş. Bundan başqa pulun qarşılığında “miggster” adlı oyun platformasına pulsuz üzvlük vermişlər. Lakin o pulu həmin platformaya üzv olmaq üçün deyil, “rewards” almaq üçün vermişdir. O “miggster” platformasına daxil olmamışdır. O pul qazanmaq üçün başqa şəxsləri dəvət etməyə cəhd etsə də tanışlarından heç kəsi qoşa bilmişdir. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Qrupda Habil, Yasin, Əlövsət, Amin və dələduz şəbəkənin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu yazmışlar. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs33 məhkəmədə iştirak etməsi üçün dəfələrlə məlumat verilmiş, haqqında məcburi gətirmə tətbiq edilmiş, lakin, Zərərçəkmiş şəxs33 teleqramla məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs33 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs15 onun dostudur. Onunla 2012-ci il tarxidən bir-birilərini tanıyır. 2020-ci ilin dekabr ayının sonlarında Maliklə telefonla danışan zaman ona “Crowd1” adlı şirkət barədə məlumat vermişdir. Ona özü də 1000 manata yaxın pul yatırdığını bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. Malik onu da həmin işə dostu Təqsirləndirilən şəxs3 qoşduğunu, istəsə onunla tanış edə biləcəyini bildirmişdir. O da razılıq vermişdir. Bundan sonra "xxxx" proqramı vasitəsilə Malik, Əlövsət və o danışmışlar. Həmin zaman Əlövsət ona şirkət barəsində məlumat verərək bildirmişdir ki, “Crowd 1 ” şirkət beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrinə 30 000 000 dan artıq üzvləri vardır. O həmçinin beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur, buna görə də heç bir vergi də ödəmir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. O bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards'lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Lakin ona həmin pul da gəlməmişdir. Sonradan məlum olmuşdur ki, həmin zaman qeyd edilən "40 faiz” 20-30 sent olmuşdur. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özün ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni “sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım imiş ki, həmin şəxslərin verdikləri pulun 5- 10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, o və onun dostu Təqsirləndirilən şəxs2 özlərinə şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər imiş. Onun vədinə inanıb 2020-ci ilin dekabr ayının sonlarında 200 manat pulu yaşadığı evin qarşısında yerləşən Milli ön terminalından Əlövsətin ona göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra Əlövsət ona “Crowd 1’ saytında istifadəçi adı və şifrə vermişdir. Onun istifadəçi adı “Axaxdere”, şifrə isə “Salam2253542” olmuşdur. Həmin zaman o bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər “white” (ağ) paket, “black” (qara) paket, “gold” (qızıl), “titanium titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “black” paket 299 avro, “gold” paket 799 avro, “titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd ağ paket almış və ona həmin qiymətə qara paket vermişlər. Həmin paketdə 150 “rewards” var imiş. Bundan başqa ona pulun qarşılığında “Migstter” oyun platformasına üzv olmuşdur. Lakin o pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O həmin oyunlardan oynamış, lakin qeyd etmişdir ki, həmin oyunlar sadə oyunlar, yəni internetdə pulsuz formada əldə edilməsi mümkün olan oyunlar olmuşlar. Bundan sonra biriki dəfə Əlövsət zoom proqramı vasitəsilə söhbət etmişlər. Həmin zaman ona kampaniya olduğunu titan paketinin qiymətinin 1100 manata düşdüyünü bildirmişlər. Həmin paketdə 1750 rewards olmuşdur. O da 2020-ci ilin dekabr ayınmın sonlarında 1100 manat pulu yaşadığı evin qarşısında yerləşən Milli ön terminalından Əlövsətin ona göndərdiyi kart hesabına göndərmişdir. Bundan sonra 2021-ci ilin fevral ayının əvvəllərində Əiövsət yenidən zoom proqramında ona qara paketlərin kampaniyasının bitdiyini bildirmişdir. Buna görə də öz tanışlar; və ailə üzvlərinin adına 5 ədəd qara paket almışdır. Həmin paketlərin hər birinə 200 mant olmaqla 1000 manat pu! vermişdir. Həmin pulu da yaşadığı evin qarşısında yerləşən Milli ön terminalından Əlövsətin ona göndərdiyi kart hesabına göndərmişdir. Bununla da o Əlövsətə 2300 manat pul göndərmiş olmuşdur. Lakin İlkin müraciətində səhvliklə 2200 manat yazmışdır, O əsasən rewards almaq üçün gəlmişdir. Onların sözü ilə 6 aydan sonra ona stabil olaraq ***-**** manat pul gəlməlidir. 3-4 aydan sonra o Əlövsətlə danışdıqda ondan rewardsların satışa çıxmadığını, eləcə də dividentlərin gəlmədiyini bildirmişdir. Ona yenidən eyni vədləri vermiş və şirkətin biznes planının dəyişdiyini bildirmişdir. Onlar insanları əsasən bir neçə şablon sözlərlə cəlb etmişlər. Belə ki, əsas təbliğat sözlərindən biri o olmuşdur ki, hamıya demişlər “o vaxtı “Bitcoin” yarananda da heç kim inanmamış, lakin indi bitcoin ən bahalı kriptovalyutadır, həmin zaman bitcoin alanlar bu gün milyonçudurlar, Crowd1-də bir müddətdən sonra belə olacaq, şirkətin verdiyi “rewards” ların tezliklə satışa çıxarılacağını bununla da qoyulan pulun iki-üç qatının götürüləcəyini bildirmişlər. Onlar həmçinin “İphone 12 pro max” və bunun kimi bahalı mobil telefonlar, noutbuklar istifadə etmişlər, Təqsirləndirilən şəxs1 “Mercedes Galanvagen” markalı, Təqsirləndirilən şəxs3 “Rang Rover” markalı avtomobil idarə etmişlər və bütün bunları “Crowd 1” vasitəsilə əldə etdiklərini bildirmişlər. İşləyən hər kəsin belə imkanlı ola biləcəyini bildirmişlər. Bundan sonra bu günə qədər o heç bir gəlir qazanmamışdır. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Qrupda Habil, Yasin, Əlövsət, Amin və dələduz şəbəkənin digər üzvləri Baş Mütəşəkkii Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu yazmışlar. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Cinayət nəticəsində ona 2 300 manat maddi ziyan dəymişdir, İş üzrə zərərçəkmiş şəxs X19 məhkəmədə iştirak etməsi üçün dəfələrlə məlumat verilmiş, haqqında məcburi gətirmə tətbiq edilmiş, lakin, cinayət işi materiallarına əlavə edilmiş vətəndaşın hərbi xidmətə göndərilməsinə dair elektron arayışdan görünür ki, X27 05 iyul 2022-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxs X17 ifadəsindən görünür ki, təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində instagram sosial şəbəkəsində “Crowd 1” adlı şirkətə qoşulmuşdur. Həmin şirkətin iş prinsipi ondan ibarətdir ki, pul verdikdən sonra özündən sonra iki nəfər şəxs cəlb etməlidir. Onların verdiyi pulun da təxminən 5 faizi ona gəlir olaraq qaytarılacaqdır. Həmin şəxslər də eyni qaydada iki nəfər şəxs cəlb etməli və bu qayda ilə onlar pul yatırdıqca o da gəlir əldə etməlidir. O həmin işlə bağlı özünü “Crowd 1” adlı şirkətin nümayəndəsi kimi təqdim edən Əmirli Yasin Namiq oğlu ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı o bildirmişdir ki, ilkin olaraq 200 manat ödəyəcəyi təqdirdə şirkətin təqdim etdiyi platformalardan yararlanmaq imkanı yaranır. Ona 200 manata “white” (ağ) paket verəcəyini bildirmişdir. Onunla razılaşmşdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 35 nömrəli məktəbin qarşısında Yasin Əmirliyə 200 manat pul vermişdir. Onun adına “Crowd 1.com saytında şəxsi kabinet açmışdır. İstifadəçi adı və parolu ona vermişdir. Həmin kabinetə daxil olduqda sonra hər həftə “rewards” deyilən bonuslar vermişlər. Lakin həmin bonusları pula çevirmək mümkün deyildir. Bundan sonra o Yasinə bildirmişdir ki, o heç bir gəlir əldə edə bilməmişdir. Ona adam cəlb etməli olduğunu bildirmişdir. O da həmin “Crowd 1” şirkətini bir neçə tanışına desə də onlar ona həmin işin piramida dələduzluğu olduğunu bildirmişlər. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Həmin qrupda Yasin və dələduz şəbəkənin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğu yazılmışdır. Cinayət nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs30 məhkəmədə iştirak etməsi üçün dəfələrlə məlumat verilmiş, haqqında məcburi gətirmə tətbiq edilmiş, lakin,Zərərçəkmiş şəxs30 məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs30 ifadəsindən görünür ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində tanışı İlkin adlı şəxs ona "Crowd 1” adlı şirkət barədə məlumat vermişdir. İlkin ona özü də 200 manat da pul yatırdığını bildirmişdir. Ona maraqlı gəldiyindən pul yatırmaq istədiyini bildirmişdir. İlkin işlə bağlı məlumat verərək ona "Crowd 1” adlı şirkət nümayəndələri olan Təqsirləndirilən şəxs3, Əmirli Yasin Namiq oğlu, şirkətin prezidenti olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və digər şəxslərin işlə bağlı videorolik çıxışlarını göndərmişdir. Özü də ona məlumat vermişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrinə 30 000 000 dan artıq üzvləri vardır. O həmçinin beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur, buna görə də heç bir vergi də ödəmir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. O bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edir. Lakin ona həmin pul da gəlməmişdir. Sonradan məlum olmuşdur ki, həmin zaman qeyd edilən "40 faiz” 20-30 sent olmuşdur. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özün ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni "sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım imiş ki, həmin şəxslərin verdikləri pulun 5- 10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Ona bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur, o və onun dostu Təqsirləndirilən şəxs2 özlərinə şirkətdə prezident vəzifəsində çalışdıqlarını bildirmişlər. Hər iki şəxs "Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. Onların vədinə inanıb 2020-ci ilin sentyabr ayının əvvəllərində 600 manat pulu İlkinin ona göndərdiyi Yasin Əmirlinin adına olan kart hesabına yaşadığı Pirşağı qəsəbəsində yerləşən Milli ön terminalından göndərmişdir. Bundan sonra İlkin ona "Crowd 1” saytında istifadəçi adı və şifrə vermişdir. Onun istifadəçi adı “nov_murad”, şifrə isə "parol1234” olmuşdur. Həmin zaman o bildirmişdir ki, pulun qarşılığında şirkətin saytında yerləşdirilmiş platfortmalar olan paketlərdən birini almalıdır. Həmin paketlər "white” (ağ) paket, "black” (qara) paket, “gold” (qızıl), "titanium” titan adlandırılır, “white” paketi almaq üçün 99 avro, “balck” paket 2S9 avro, “gold” paket 799 avro, "titanium” paket isə 2499 avro qiymətindədir. Həmin zaman ona kompaniya olduğunu bildirmişlər, yəni 1 ədəd qara paket almış və ona həmin qiymətə qızıl paket vermişlər. Həmin paketdə 500 "rewards” olmuşdur. Bundan başqa ona pulun qarşılığında tətbiqini bilmədiyi “Migstter” oyun platformasına üzv olmuşdur. Lakin o pulu platformaya üzv olmaq üçün deyil, “rewards” almaq və pul qazanmaq üçün vermişdir. O həmin oyunlardan oynamış, lakin, həmin oyunlar sadə oyunlar, yəni internetdə pulsuz formada əldə edilməsi mümükün olan oyunlar olmuşlar. Bundan sonra İlkin onu Yasin Əmirli ilə 28 may metrostansiyasının yaxınlığında görüşdürmüşdür. Həmin zaman Yasin bir daha şirkət barədə məlumat vermiş və onu əmin etmişdir ki, şirkət tam qanuni şirkətdir. O ona pul qazanamaq üçün əlavə adam da cəlb etməli olduğunu bildirmişdir. Buna görə də o tanışları Zərərçəkmiş şəxs6, X20 və Zərərçəkmiş şəxs12 bu barədə məlumat vermişdir. Onlar da onun sözləri ilə Elton 200 manat, Rail 200 manat və Fərid 600 manat pulu Yasin Əmirliyə göndərmişdir. Lakin həmin şəxsləri qoşduqdan sonra yenə də pul qazanmamışdır. Bundan başqa o 2021-ci ilin yanvar ayının əvvəlində qardaşının adına 200 manatlıq ağ paket almış ki, onların dediyi kimi hər iki sağ və sol qoluna iki nəfər şəxs cəlb etmiş olsun. O həmin iki yüz manatı da yaşadığı Pirşağı qəsəbəsindən Yasin Əmirlinin kartına göndərmişdir. Lakin bundan sonra da yenə də pul qazanmamışdır. Həmin ərəfələrdə onu tez-tez ofisə çağırıb hər şeyin yaxşı olacağını demişlər. Ofisdə onu Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 da qəbul etmişdir. Onlar ona yeni şəxs dəvət etməsini təkid etmişlər. Onlar hətta demişlər ki, əgər şəxsi razı salıb qoşa bilmirsə adamı tapıb onların yanına aparsın onlar söhbət etsinlər. O işlədiyi müddətdə belə hallar baş verməmişdir. Onlar insanları əsasən bir neçə şablon sözlərlə cəlb etmişlər. Belə ki, əsas təbliğat sözlərindən biri o olmuşdur ki, hamıya demişlər “o vaxtı “Bitcoin” yarananda da heç kim inanmamışdır, lakin indi bitcoin ən bahalı kriptovalyutadır, həmin zaman bitcoin alanlar bu gün milyonçudurlar, Crovvd1-də bir müddətdən sonra belə olacaq”, şirkətin verdiyi “rewards” ların tezliklə satışa çıxarılacağını bununla da qoyulan pulun iki-üç qatının götürüləcəyini bildirmişlər. Onlar həmçinin “İphone 12 pro max” və bunun kimi bahalı mobil telefonlar, noutbuklar istifadə etmişlər, Habi! Bədəlov “Mercedes Galanvagen” markalı, Təqsirləndirilən şəxs3 “Rang Rover” markalı avtomobil idarə etmişlər və bütün bunları “Crowd 1” vasitəsilə əldə etdiklərini bildirmişlər. İşləyən hər kəs belə imkanlı ola biləcəyini bildirmişlər. Həmin zaman o da onların dediklərinə inanmışdır. Bundan sonra bu günə qədər o heç bir gəlir qazanmamışdır. Onların “whatsapp” mesajlaşma proqramında yaratdığı qrupa da daxil olmuşdur. Qrupda Habil, Yasin, Əlövsət, Amin və dələduz şəbəkənin digər üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu yazmışlar. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs12 də şikayət etmişdir. X36 pulu ona görə verdiyini bildirmişdir. Buna görə də onun verdiyi 200 manatı da öz cibindən qaytarmışdır. Cinayət nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanımışdır. O, 2020-ci ilin dekabr ayının sonlarında sosial şəbəkələrdə “Crowd 1" şirkəti barədə reklamı görmüşdür. Bundan sonra internetdə tanımadığı şəxsə 200 manat pul göndərmiş və onu həmin şirkətin saytında qeydiyyatdan keçirmişdir. O, elektron ticarətlə məşğul olduğundan bu tip işlər onun marağını cəlb etmişdir. İnternetdən əldə etdiyi məlumatlara əsasən “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində xeyli sayda üzvləri vardır. Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Pul qazanmaq üçün şirkətdə iki üsul var -aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin "rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qoşulan şəxs yeni şəxslər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qaytarılır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Şirkəti Azərbaycanda tanıdan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışmışlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirmişlər. Şirkətin Bakı şəhəri, Səbail rayonu ərazisində ofisi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində “Yaquar” adlı ofisi var imiş. Təqsirləndirilən şəxs1 aradabir “Crowd 1" işi ilə bağlı həmin ofisdə tədbirlər keçirmişdir. O da aradabir həmin tədbirlərə qatılmışdır. O, “Crowd 1” şirkətinə ilk dəfə 200 manat yatırım etmişdir. Bundan sonra öz ailə üzlərinin adına da paketlər almışdır. O, ofisdə olan zaman ora gələn şəxslərə iş barəsində məlumat verirmiş. Təxminin 2021-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 tərəfindən dəvət edilmiş Zərərçəkmiş şəxs25 adlı qadın həmin ofisə gəlmişdir. Səhv etmirsə Günay şirkətdən paket almışdır. Lakin həmin zaman paketini artırmaq istəmişdir. Təqsirləndirilən şəxs1 da Günayı ofisə göndərmişdir. Günay qadın olduğu üçün ofisdə Günayı o qəbul etmişdir. Həmin zaman Günay paketini artırmaq üçün 700 manat pul vermişdir. O da həmin pulu götürmüş və həmin pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bədəlov da öz balansında olan paketdən Günayın paketini artırmışdır. Bundan da başqa o heç kimdən pul almamışdır.O, tədbirlərdə iştirak edərkən Təqsirləndirilən şəxs1 bəzən gələn şəxsləri onun qəbul etməyini deyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Adışirin oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. Sumqayıt şəhərində çayxanada və digər yerlərdə tanışlarla söhbət edən zaman müxtəlif vaxtlarda yaradılmış, müxtəlif adlarla insanlara təqdim edilən işlərin peyda olunduğunu görmüşdür. Həmin işlərin demək olar ki hamısının mahiyyəti eyni olmuşlar, yəni pul qoyduqdan sonra yeni adam dəvət etməlidir ki, pul qazanılsın. Lakin hamısının mahiyyəti eyni olmuşdur. Sumqayıt şəhəri ərazisində tanışların hamısının “Onecoin” adlı Bolqarıstan Respublikasında fəaliyyət göstərən investisiya şirkətinə adamları cəlb edərək gəlir qazandıqlarını görmüşdür. Ona “onecoin” ilə bağlı məlumatı Vaqif Nəcəfov adlı Sumqayıt şəhər sakini vermişdir. Vaqifin yanında Təqsirləndirilən şəxs2 görüb tanımışdır. Onun Təqsirləndirilən şəxs2la münasibəti yaranmış, Amin də ona ”Onecoin”-lə bağlı məlumat vermişdir. Həmçinin, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 da əvvəllər “Qnet" şirkətində işləmişdir. Bundan başqa, o, elektron ticarət işləri ilə məşğul olduğundan bu işləri görən əksər şəxsləri tanımışdır. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs1dir. Habil 2019-cu ilin payız aylarında “Crowd 1”adlı şirkət barədə məlumat vermişdir. Həmin şirkətin əvvəlkilərdən fərqli olduğunu bildirsə də mahiyyətini izah etdikdə heç bir fərqlilik olmadığını, sadəcə bir iki yenilik gətirildiyini görmüşdür. Eyni qaydada pul verib “coin” yəni “Revvards” alınır, onlar bir müddətdən sonra birjaya çıxarılacaq, həmçinin əlavə adam gətirdikdə onlara görə də pul qazanılır. Əvəlkilərdən fərqli olaraq burada pul verdikdə coinlə yanaşı platformalardan istifadə imkanları da verilmişdir. Həmin zaman onun maddi imkanı yaxşı olmadığından, o, fikirləşmişdir ki, bu işin hesabına maddi vəziyyəti yaxşılaşar. “Crowd 1 "adlı şirkətin iş prinsipi barədə onu deyə bilər ki, yeni şəxslər qoşulmaq istədikdə onlardan 200 manat pul alırmış. Həmin şəxsləri “Crowd 1.com” saytında qeydiyyatdan keçirmək üçün "xxxx" lazım olurmuş. Həmin kodlar isə şirkətin rəhbərləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olurmuş. O, pulu Habilgilə verirmiş və onlar da ona gift kod verirmişlər. Təxminən 4-5 nəfər adam qoşduqdan sonra növbəti bir nəfərin pulu da ona qazanc olaraq qalırmış. O, “Crowd 1’ şirkətinə 5-6 nəfərə yaxın qohumlarını da qoşmuşdur. Onların heç biri şikayət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 2019-cu il tarixdən tanıyır. Habillə sosial şəbəkələr vasitəsilə tanış olmuşdur. Həmin zaman “onemove” adlı şəbəkə biznesi ilə məşğul olmuşdur. O da bir müddət həmin işlə məşğul olsa da adam cəlb edə bilmədiyindən işləməmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs1la söhbət edən zaman Habil başqa bir şəbəkə işi ilə məşğul olduğunu bildirərək “Crowd 1” şirkəti barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin şirkətin iş prinsipi digər şirkətlər kimi deyil, bu “pramida” sistemi deyil, online platformalar təklif edilir. Ona bildirmişdir ki, “Crowd 1’ şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində xeyli sayda üzvləri vardır. Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Habil bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var- aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewardslar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur, yəni qoşulan şəxs özü ilə yeni şəxslər qrupa dəvət edərsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Bundan sonra o tanışı Ədalət adlı şəxslə danışarkən, Ədalət də bu şirkətə yatırım etdiyini, birgə işləsələr komanda qurub yaxşı gəlir qazana biləcəklərini bildirmişdir. Bundan sonra, o, həmin tarixlərdə ilk əvvəl 200 manat pul yatırmışdır. Sonradan gələn gəlirləri yenidən yatıraraq “titan pro” adlı paket əldə etmişdir. İlk əvvəl o öz ailə üzvlərini və yaxın qohumlarını qoşmuşdur. Bundan sonra da digər tanışlarını bu şirkətə qoşmuşdur. O, təxminən 5-6 il olar ki, müxtəlif şəbəkə işləri ilə məşğul olmuşdur. Bu növ işlərin müəyyən bir vaxtdan sonra dayandığının şahidi olmuşdur. Lakin “Crowd 1” şirkətində pul ilə alınan səhmlərin satışa çıxarılması barədə məlumat onu aldatmışdır. Buna görə də o inanıb yatırım etmiş və başqa şəxsləri də cəlb etmişdir. Lakin hər bir halda gələcəkdə cəlb etdiyi şəxslər şikayəti, həmin şəxslər pullarını ondan tələb edəcəyini nəzərə alaraq əsasən 99 avroluq paketlərlə vətəndaşları qoşmuşdur. Bir müddət adam qoşduqdan sonra şirkət tərəfindən “gift kod" deyilən hədiyyə kodları verilmişdir. Həmin kodu isə o qoşulmaq istəyən şəxsə verərək onu sistemə qeydiyyata sala bilmişdir. Yəni öz hesabında olan "xxxx"-u yeni qoşulan şəxsə verərək onu qeydiyyata alırmış və onun aldığı paket müqabilində verdiyi pulu özü götürmüşdür. Bu üsulla gəlir əldə edirmiş. Bəzən olurmuş ki, "xxxx" olmadıqda, o, vətəndaşdan aldığı pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərirmiş. Habilgil də ona "xxxx" verirmişlər. Şirkətin onlara verdiyi "xxxx" və “rewards’ları real pul vahidinə dəyişmək mümkün deyildir. Lakin “rewardsların 2023-cü ildə satışa çıxarılacağı barədə məlumat verilmişdir. O, təxminən 30-40 nəfər şəxs dəvət etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs1 və digər şəxslərin həbs olunduqlarını biləndən sonra onun cəlb etdiyi şəxslərə özünün də aldandığını bildirmişdir. Lakin, ondan pulunu təkidlə tələb edən şəxslərə öz hesabına pullarını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxsləri tanıyır. Anasının əmisi nəvəsi X23 təxminən 2016-cı ildən Türkiyədə İstanbul şəhərində yaşayır. Təxminən 2020-ci ilin mart ayında Anar ona zəng edərək online biznesdən bəhs edərək “Crowd1” şirkətinin rəqəmsal məhsul paketlərindən danışmışdır. O da həmin biznes planının nə olmasını dərk etməmişdir. Anar ona izah etmişdir ki, 200 manat pul ödəsə hər hansı bir xidmət paketi əldə edəcək və həmin xidmət paketindən yararlanacaq. O da bundan əvvəl “Quest” network maketingdə çalışmışdır. Quest network marketingə onu dayısı oğlu X2 dəvət etmişdir. 2009-cu ildə o həmin şirkətdən Malaziya ölkəsinə 1550 manata tur paket alsa da həmin tur paketdən yararlana bilməmiş və orada distribyutor kimi fəaliyyət göstərmişdir. Həmin şirkətdə ailə üzvlərini də şirkətin məhsullarını əldə etməyə dəvət etdikdən sonra cəmisi 250 ABŞ dolları qazanc götürmüşdür. Beləcə həmin şirkətdə fəaliyyətini dayandırmışdır. Quest network marketinqdə çalışdığı üçün qohumu Anarın izah etdiyi məsələni dərk etmiş və anlamışdır ki, «quest network marketinqdə saat biodisk» deyilən mənfi enerji götürən cihaz satışa çıxarılırdısa “Crowd 1” şirkətində də rəqəmsal məhsullar, məsələn, bir illik pulsuz oyun xidmətləri, təhsil paketi, turizm platforması, virtual torpaq alqı satqısı, Afrikada tributekosmetik şirkətinin məhsulları satışa çıxarılır. O, Anara 200 manatla ağ paketi almağa razılıq vermişdir. Təhsil paketləri ilə əlaqədar ağ paket, qara paket, qızıl, titan və titan paketlər vardır. Ağ paketin dəyəri 109 avro, qara paket 299 avro, qızıl paket 799 avro, titan paket 2499 avro, protitan paket isə 3499 avro dəyərində olmuşdur. Protitan paketi şirkətin 15-20 günlük kompaniyası zamanı satışa çıxarılmışdır. Anarın təklifi ilə o istifadəsində olan mobil telefona playstore-dan “Crowd 1” tətbiqini yükləmiş və Anar onun yerinə qeydiyyatdan keçmişdir. Ona login və parol qeyd edərək şəxsi kabinet açmışdır. Anarın deməsi ilə o 2020-ci ilin mart ayının 25-də Anarın tanışı Raminlə Sumqayıt şəhərində Heydər Əliyev adına parkda görüşərək Raminə 200 manat vermişdir. Ramin ona şirkətin missiyasını izah etmiş və bildirmişdir ki, şirkətin qazanc yeri müqavilə bağladıqları platformalardan, yəni təhsil, oyun, turizm platformalarındandır. Raminlə söhbətdən sonra fəaliyyətə dair Anardan məsləhətlər almışdır. Anar ona demişdir ki, şaxələnmiş piramida formasında balanslaşma getməlidir. Belə ki, o, özündən sonra şirkətin mobil tətbiqində qeydiyyatdan keçirdiyi şəxslər ondan sonra iki istiqamət üzrə şaxələnməlidir. Sonra həmin şəxslərin də bu şirkətin məhsullarından yararlanmağa dəvət etdiyi şəxslər də digər şəxsləri dəvət etməlidir. Nəticə etibarı ilə bir dəvət etdikləri şəxslərə şirkətin online təhsil, turizm və digər paketlərindən yararlanmağı və öz şaxələri üzrə digər şəxsləri də dəvət etməyi izah etmişdir. O, 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayınadək ümumilikdə 15.000 manata qədər pul qazanmışdır. 2020-ci ilin aprel ayından o, sevgi münasibətində olduğu Fəridə xanımın qohumu Göyçəklə telefonla danışmış və Göyçəyə “Crowd 1” şirkətinin biznes planı barədə, yəni ona aydın olanlardan izah etmişdir. Göyçəyə bu şirkətin rəqəmsal məhsul paketlərindən yararlanmağı təklif edərək bunun üçün ağ paketi almasını məsləhət görmüşdür. Göyçək də Oriflame şirkətində işlədiyi üçün «network biznes» planı barədə məlumatlı olmuşdur. Göyçək də yaxın münasibətdə olduğu Fəridə xanımın qohumluğuna inanıb bu biznes planla razılaşmışdır. Göyçəyin adına “Crowd 1” tətbiqində login və parol qeyd edib Göyçək üçün profil açmış və Göyçək 200 manat pulu million ödəmə terminalı vasitəsilə onun dediyi kart hesabına göndərmişdir. Beləcə gəlir əldə etmək üçün Göyçəyi də bu şaxələnmiş piramida sisteminə cəlb etmişdir. İçərişəhərdə yerləşən Böyük Qala küçəsində yerləşən ofisdə “Crowd 1” şirkətinin mühazirələrində olmuşdur. Şirkətə yeni adam cəlb edəndə həmin şəxsi saytda qeydiyyatdan keçirmək üçün "xxxx" deyilən hədiyyə lazım olurmuş. Bir gift kodun dəyəri təxminən 200 manatdır, həmin gift kodu təxminən 4-5 nəfər adam öz qollarına cəlb etdikdə şirkət tərəfindən avtomatik olaraq verilir. Yəni 4-5 nəfər cəlb edilir, növbəti adamın verdiyi pul özünə götürülür qazanac olaraq və həmin şəxs şirkətin ona verdiyi gift kodla qeydiyyatdan keçirilir. Lakin ilkin 4-5 nəfən qeydiyyatdan keçirmək üçün də gift kod lazım olduğundan o, və ondan aşağıda olan digər şəxslər həmin kodları onlardan yuxarıda duran şəxslərdən, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Anar Əliyev kimi şəsxlərdən alırmışlar. Əsas gift kodlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Onların gift kodu necə əldə etmələrini bilməmişdir. 2021ci ilin sentyabr ayının əvvəllərində Gəncə şəhərində olan zaman Göyçək xanım bir nəfər şəxsin şirkətdən 1600 manat dəyərində qızıl paket alacağını bildirmişdir. Həmin zaman o, Gəncə şəhərində olduğundan ofisə yaxınlaşmış və Zərərçəkmiş şəxs23 adlı şəxsi Göyçəklə bir yerdə qəbul etmişlər. Həmin şəxs 1600 manat pulu ona vermişdir. O da həmin pulu Ramin adlı şəxsə vermişdir. Ramin də Təqsirləndirilən şəxs1 qoludur və Ramin Təqsirləndirilən şəxs1 vasitəsilə gift kod alaraq Rüfəti qeydiyyatdan keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs6 başqa digər təqsirləndirilən şəxsləri tanıyır. 2020-ci ilin aprel ayının əvvəllərində sosial şəbəkələrdə “Crowd 1” şirkəti barədə reklamı görmüşdür. Həmin şəbəkələrdə yerləşdirilmiş şirkətin üzvü olan Təqsirləndirilən şəxs3 adlı şəxsin çıxışlarına dair videoroliklərə baxmışdır. Bundan sonra hazırda xatırlamadığı tanışı vasitəsilə Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Əlövsətlə internetdə danışmışdır. Əlövsət "xxxx" proqramı vasitəsilə ona şirkət barəsində məlumat verərək bildirmişdir ki, “Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrində xeyli sayda üzvləri vardır. Ona görə də Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi yoxdur. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, pul qazanmaq üçün şirkətdə iki üsul var aktiv və passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards’lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edirlər. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni ilk qoşulan şəxs yeni şəxslər cəlb edrsə həmin şəxslərin verdikləri pulun 5-10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıdır. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanılır. Həmçinin Təqsirləndirilən şəxs3 bildirmişdir ki, şirkəti Azərbaycanda tanıdan şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 dostu və Təqsirləndirilən şəxs2 şirkətdə prezident vəzifəsində çalışırlar. Hər iki şəxs “Crowd 1” şirkətinin xaricdəki rəhbərləri ilə əlaqəli şəxslər olmuşlar. Onlar mütəmadi olaraq online və canlı olaraq görüşərək təlimlər keçirirlər. Təlimlər "xxxx" proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “whatsapp” və teleqram kanalları vardır. O da onların vədinə inanıb 2020-ci ilin aprel ayının 15-də 200 manat pulu Təqsirləndirilən şəxs3 kart hesabına göndərmişdir. Bundan sonra da bir dəfə Təqsirləndirilən şəxs3la Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nəşvə” restoranında görüşmüşlər və Əlövsət iş barəsində ona ətraflı məlumat verərək onu tam əmin etmişdir ki, burda heç bir qanunsuz iş yoxdur. Pul qazanmaq istəyirsə, gərək özüylə birlikdə adamlar cəlb etsin. Bunun üçün gərək bütün tanışlarıyla təbliğat işləri aparsınn. Bundan sonra o şirkətin real şirkət olduğu qənaətinə gəlmiş və adam qoşmağa başlamışdır. Həmin vaxt ona bildirmişlər ki, balansında “rewards" ları çox olarsa passiv gəliri bir o qədər çox olar, “rewardslar isə aldığı paketlərin içərisində olur. O, ilk əvvəl 200 manata ağ paket almış və onun içərisində 150 “rewards' olmuşdur. O, paketini artırmaq üçün həmin ərəfədə hər dəfəsində 500 manat olmaqla iki dəfə ümumilikdə 1000 manat da pulu Təqsirləndirilən şəxs3 ona göndərdiyi Təqsirləndirilən şəxs1 məxsus karta göndərmişdir. Həmin zaman onun paketi “Titan" olmuşdur. Orada da 3750 “rewards” olmuşdur. Həmin zaman 4 aydan bir 2-3 avro passiv gəlir gəlmişdir. Lakin, onun ödədiyi 1200 manata münasibətdə bu məbləğ onu qane etməmişdir. Ona görə də o, Əlövsətə bu barədə bildirdikdə aktiv formada adam qoşmaqla daha çox gəlir qazanacağını bildirmişdir. Əlövsət hətta demişdir ki, əgər şəxsi razı salıb qoşa bilmirsə adamı tapsın, onun yanına gətirsin, Əlövsət özü söhbət edəcək. O, tanışlarına izah edib onları razı sala bilməyəndə Əlövsətlə görüşdürmüş və Əlövsət həmin şəxslərlə özü danışmışdır. Həmin şəxslərə demişdir ki, o vaxtı “Bitcoin” yarananda da heç kim inanmamış, lakin indi bitcoin ən bahalı kriptovalyutadır, həmin zaman bitcoin alanlar bu gün milyonçudurlar, Crowd1-də bir müddətdən sonra belə olacaq, şirkətin verdiyi “rewards” ların teziiklə satışa çıxarılacağını, bununla da qoyulan pulun iki-üç qatının götürüləcəyini bildirirmiş. Həmin vaxt o özü də Əlövsətin dediklərinə inanmışdır. Həmin vaxt o da öz tanışlarından bir neçə nəfəri dəvət etmiş və onlardan pul almışdır. Tanışları Zərərçəkmiş şəxs2 400 manat və Zərərçəkmiş şəxs3 isə 1000 manat pul almış, lakin Ceyhunun 200 manat pulunu gəlir kimi Ceyhunun özünə qaytarmışdır. Həmin zaman onları şirkətə qoşmaq üçün gift kod lazım olmuş və onun öz balansında gift kod olmamışdır. Buna görə də həmin pulları ya Təqsirləndirilən şəxs3 ya da Təqsirləndirilən şəxs1 göndərməklə onlardan gift kod almışdır. Hər iki şəxsin adına şirkətin saytında qeydiyyatdan keçmişdir. Onlar da şirkətə üzv olanda əslində şirkətin verdiyi platformalardan istifadə etmək üçün deyil, sadəcə olaraq aktiv və ya passiv formada gəlir qazanmaq məqsədilə pul vermişlər. Lakin onların heç biri əlavə adam cəlb etmədikləri üçün pul qazana bilməmişlər. Bundan başqa sonradan şirkətin üzvləri Əlövsət, Səbahir və Yasin Bakı şəhəri Səbail rayonu ərazisində ofis icarəyə götürmüşlər. Gələn şəxslərlə orda söhbət etmişlər. O da aradabir oraya getmişdir. O, Mazandarovun və Təqsirləndirilən şəxs1 sözlərinə inanmış və digər şəxsləri də cəlb etmişdir. Sonradan o aldığı pulları həmin şəxslərə vermişdir. Qoyduğu 1200 manat pulu çıxarda bilmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin yay aylarında sosial şəbəkələrdən “Crowd1” şirkəti barədə məlumat almışdır. Elanlarda şirkət barəsində qısaca yazılmışdır ki, şikrət online marketinq işi ilə məşğul olur, iş prinsipi ondan ibarətdir ki, pul yatırım etməklə heç nə etmədən pul qazanmaq mümkündür. Bundan ötrü də gərək başqa şəxslər cəlb edilsin. İş ona maraqlı gəldiyindən həmin ərəfələrdə o 200 manat pulu internetdən dəqiq xatırlamdığı hesaba ödəməklə qoşulmuşdur. Şirkətin rəsmi saytında istifadəçi adı və şifrə verilmişdir. O, şirkətə pul qoyduqdan sonra qoyduğu pulu çıxarmaq və əlavə gəlir qazanamaq üçün şirkət haqqında daha ətraflı məlumat almağa başlamışdır. Bu məqsədlə şirkətin Sumqayıt şəhərində olan ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs2la görüşmüş və Amindən işlə bağlı məlumat almışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 'Crowd 1” şirkəti beynəlxalq şirkətdir. Mərkəzi Dubay şəhərində yerləşir. Dünyanın müxtəlif ölkələrinə xeyli sayda üzvləri var. Həmçinin şirkət beynəlxalq şirkət olduğu üçün Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olmadığını bildirmişdir. Qoşulan şəxslər fərdi distribüter kimi qoşulur. Şirkəti Azərbaycan Respublikasında gətirib yayan şəxs Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Bildirmişdir ki, Habildən sonra şirkətdə Təqsirləndirilən şəxs3 da şirkətin direktorudur. Ona məlum olmuşdur ki, pul qazanmaq üçün şirkətdə iki üsul vardır. Aktiv və Passiv üsul. Passiv üsul ondan ibarətdir ki, pul verərək şirkətdən “rewards” alınır. Həmin “rewards”lar şirkətin səhminə çevrilərək dünya birjasına çıxarılacaq. Həmin müddət ərzində də pul verən şəxslər hər 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi miqdarında gəlir əldə edilir. Digər iş prinsipi isə aktiv üsuldur. Yəni komanda qrup özü ilə yeni şəxslər qrupa dəvət etmək lazımdır. Yəni “sağ və sol qol” dedikləri qollara yeni şəxslər cəlb etmək lazım imiş ki, həmin şəxslərin verdikləri pulun 5- 10 faizi də onu cəlb edən şəxsə gəlir kimi qayıtsın. Onun gətirdiyi adam da özü ilə iki nəfər şəxs dəvət edərsə yenə də pul qazanır. Bundan sonra o öz ailə üzvlərinin də adına paket alaraq öz paketini böyütmüşdür. Bundan sonra İnstagram sosial şəbəkəsindən şirkətin reklamını etməyə və müxtəlif şəxsləri cəlb etməyə başlamışdır. Bu üsulla 15-20 nəfər şəxs qoşmuşdur. Qoşduğu şəxslərdən aldığı pulların müqabilində onlara saytda hazır paket alıb vermişdir. Onlar da həmin sayta daxil olaraq şifrəni dəyişərək öz şifrələrini yazmışlar. Həmin şəxslərin adına hesab açmaq üçün şirkət tərəfindən “Giftkod” deyilən kod lazım olmuşdur. Bir Giftkod”-un qiyməti 200 manat olmuşdur. Həmin kodlar şirkətin yuxarıda adlarını qeyd etdiyi rəhbərləri olan şəxslərdə, yəni Təqsirləndirilən şəxs2, Habil Bədəov, Təqsirləndirilən şəxs3 və tanımadığı digər şəxslərdə olmuşdur. O, vətəndaşdan pulu aldıqdan sonra kart vasitəsilə həmin şəxslərdən birinin kartına göndərmişdir. Onlarda ona “Giftkod” vermişlər. 6-7 nəfər şəxs qoşduqdan sonra şirkət tərəfindən 01 “Giftkod” pulsuz verilmişdir. Onlar da onunla növbəti qoşulmaq istəyən şəxsi qeydiyyata alaraq onun verdiyi 200 manat pulu özünə əldə etmişlər. Qoşduğu şəxslərdən biri də Zərərçəkmiş şəxs1dur. Asimi də İnstagram sosial şəbəkəsindən tanımışdır. Asim təxminən 2020-ci ilin iyun-sentyabr ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 3000 manat pul göndərmişdir. Həmin pulların əvəzində Asimi və Asimin yaxınlarını qeydiyyatdan keçirmişdir. Onları qeydiyyatdan keçirmək üçün “Giftkod”-ları da şirkətin yuxarıda adları qeyd edilən rəhbərlərindən əldə etmişdir. Yəni, o, aldığı pulları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyrilərinə göndərməklə onlardan "Giftkod” almışdır. Onun burada qazancı isə 6-7 nəfər adam qoşduqdan sonra bir nəfərin pulu ona qazanc qalmışdır. “Crowd 1” üzvlərinin, eləcə də rəhbərlərinin telegramda, whatsapp və digər sosial şəbəkələrdə qrupları olmuşdur. O da həmin qrupların bəzilərinə üzv olmuşdur. Ona Giftkod lazım olduqda qrupa yazmış və ona kart şəkli göndərmişlər ki, pulu ora göndərsin. O, pul göndərəndə həmin kartların sahiblərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs1la görüşmüş, şirkətin Azərbaycanda rəhbəri olduğunu bildirmişdir. Habil özünü şirkətin prezidenti kimi təqdim etmişdir. Sonra da şirkətin paketlərini pulsuz tanışlarına verdiyi üçün Aminlə mübahisə yaranmışdır. Həmin zaman Təqsirləndirilən şəxs1la da mübahisə etmişdir. O, “Crowd 1” işinin tam mahiyyətini başa düşmədən insanları cəlb etmişdir. İndi başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri onun kimi insanlardan istifadə edərək vətəndaşların pullarını ələ keçirmişlər, onun vasitəsiylə şirkətə üzv olan şəxslərin hamısı 200 manat yatırım etmişlər. Ona görə də onlar şikayət etməkdən imtina etmişlər. O, təqsirləndirilən şəxslərlə söhbət edəndən sonra onlara inanıb başqa şəxsləri də qoşmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs28 uzun müddətdir tanıyır, onunla 2003-cü il tarixdə eyni hərbi hissədə birlikdə işləmişlər. Təxminən 2016-cı ilin payız aylarında Emillə danışan zaman ona “Onecoin" adlı layihəyə 10 000 ABŞ dolları yatırım etdiyini bildirmişdir. Emildən işlə bağlı soruşduqda onu tanışı Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Emin onu bu işə Aminin qoşduğunu, işlə bağlı ətraflı məlumatı onun bildiyini demişdir. Amin ona Avropada fəaliyyət göstərən '‘ONECOİN" adlı şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi olduğunu bildirmişdir. Amin şirkət haqqında məlumat verərək şirkətə pul yatırmaqla yaxşı gəlir qazanmaq mümkün olduğunu bildirmişdir. O bildirmişdir ki, pul verdikdən sonra şirkətdə onun adına şəxsi kabinet açılacaqdır. Bundan sonra onun verdiyi pulun qarşılığında “COİN” veriləcəkdir. O “coin” sonradan dünya birjasına çxarılacaq, onu “Bitcoin”ə və nağd pula dəyişmək mümkün olacaqdır. Amin 2016-cı ilin sonuna qədər birja açılacağını həmin tarixdə coinləri sataraq 10.000 ABŞ dolları verəcəyi təqdirdə təxminən 60.000 ABŞ dolları miqdarında gəlir qazanacağını bildirmişdir. Amin ona şirkətin beynəlxalq səviyyədə tanınmış şirkət olduğunu, Azərbaycanda Bakı şəhəri, Nərimanov rayonu ərazisində və Sumqayıt şəhəri ərazisində iki ədəd ofisi olduğunu, tez-tez yığılaraq iclaslar və təlimlər keçirirlər. Amin həmçinin bildirmişdir ki, ona təklif etdiyi iş prinsipi “passiv” formada gəlir qazanmaqdır, yəni şirkətə pul yatırırsan şirkət də onu coinə çevirir və bir müddətdən sonra gəlir əldə edir. Şirkətin digər iş prinsipi isə “aktiv” iş prinsipidir ki, bu üsulla daha çox gəlir qazanmaq mümkündür. Bunun üçün pul verdikdən sonra özünlə bərabər iki nəfər şəxs cəlb etməlidir, həmin şəxslər pul yatırdıqdan sonra o da müəyyən məbləğdə faiz əldə edir, gətirdiyi iki nəfər şəxs də özləri ilə iki nəfər gətirərsə onlardan da gəlir alır. Ona beynəixaq aləmdə üç milyondan artıq şəxsin şirkətə qoşulduğunu bildirmişdir. Aminə inanaraq pul qoymaq qərarına gəlmişdir. Bundan sonra 2016-cı ilin oktyabr ayının ortalarında Emillə Bakı şəhəri Nərimanov rayonu ərazisində Nərimanov istirahət parkında yerləşən “Lavita” kafesində görüşmüş və 10000 ABŞ dollarını orada Emilə vermişdir. Həmin zaman Amin orada olmadığı üçün o pulu Emilə vermiş, belə ki, işi ilə əlaqədar tez-tez çıxa bilməmişdir. Bundan sonra Aminlə danışanda o Emilə verdiyi 10 000 ABŞ dollarının ona çatdığını və onun da həmin pulla guya ona coin aldığını bildirmişdir. Bundan sonra Emil Tamerlan adlı tanışlarını da qoşmuşdur. Bundan bir müddət keçdikdən sonra o Aminlə danışaraq işlərin nə yerdə olduğunu soruşmuş, o da hər dəfəsində coinlərin tezliklə satışa çıxarılacağını bildirmişdir. Arada bir Aminlə danışmış və ondan işlərin alınmadığını, heç olmasa qazanc istəmədiyini, qoyduğu pulu götürmək istədiyini bildirmişdir. Həmin zaman onu Şahid9 adlı şəxsin yanına göndərmişdir. Və onda daha yaxşı iş olduğunu həmin işə pul qoymaqla yaxşı gəlir götürəcəyini bildirmişdir. O Vüsalla danışmış və onun dediyi “Future” adlı elektron biznesə qoşulmaq üçün təxminən ***-**** ABŞ dolları məbləğində pulu Şahid9 vermişdir. Həmin iş də bir müddət işləmiş və qoyduğu pulun yarıdan azını götürmüşdür. Sonradan Vüsal həmin işin bağlandığını bildirmişdir. Həmin ərəfələrdə o Aminlə də danışmış, Amin hər şeyin tezliklə qaydasına düşəcəyini və birjanın açılaraq coinləri satacağını bildirmişdir. Bir müddət keçdikdən sonra o pul qazanmadığını görmüş və pula ehtiyacı olduğundan Emilə bu barədə bildirmişdir. Ona verdiyi 10 000 ABŞ dollarını geri qaytarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 onun xalası nəvəsidir. Onunla normal münasibəti olmuş, aralarında heç bir ədavət dava-dalaş düşmənçilik olmamışdır. 2011-ci il tarixdən tanışları vasitəsilə online “NetWork” işləri ilə məşğul olmağa başlamışdır. Həmin zaman insanlar arasında “qusetnet” adlı şirkət geniş yayılmışdır. Həmin şirkətlə təxminən bir ildən artıq müddətə işləmişdir. Oradan heç bir qazanac əldə etməmişdir. Bundan sonra heç bir “Network" işi ilə məşğul olmamışdır. Təxminən 2016-cı il tarixdə başqa bir “network” işi marağını cəlb etmişdir. Həmin şirkət “onecoin” şirkəti olmuşdur. Həmin şirkət xaricdə yaradılmışdır. Həmin zaman onu şirkətə Vaqif Nəcəfov adlı şəxs dəvət etmişdir. Onu şirkətə dəvət edəndə yoxlamaq məqsədilə 100 avro pul yatırım etmişdir. Həmin şirkətin iş prinsipi ondan ibarət olmuş ki, qoşulduqdan sonra özünlə iki nəfər şəxs dəvət etməli və onlar da pul yatırdıqdan sonra onların pulunun 5-10 faizi məbləğində gəlir əldə edilmişdir. O həmin şirkətə öz tanışları olan 3-4 nəfər şəxs də cəlb etmişdir. Ondan sonra "Onecoinə” Təqsirləndirilən şəxs2 da qoşulmuşdur. Lakin onun vasitəsilə qoşulmamışdır, həmin ərəfələrdə Zərərçəkmiş şəxs33 adlı şəxslə tanış olmuşdur. Onu oncoinə Amin dəvət etmişdir, söhbətlər zamanı onunla tanışlığı yaranmışdır. Onların Aminə nə qədər pul vermələrindən xəbəri olmamışdır. Bundan sonra o ora təxminən 600 avro pul yatırım etmişdir. Lakin cəmi 300 avroya qədər gəlir əldə etmişdir. Qalan məbləği hesabda qalmışdır. Həmin ərəfələrdə Anar Qafarov adlı şəxslə tanış olmuşdur. O “network” işi ilə məşğul olduğunu bildirmişdir. Həmin zaman ona bildirmiş ki, lldivus word” adlı başqa şirkət var. Həmin şirkətin iş prinsipinin digərlərindən fərqləndiyini bildirmişdir. Belə ki, həmin proyektdə passiv formada gəlir qazanmağın mümkün olduğunu bildirmişdir. Yəni pul yatırdıqdan sonra heç kimi cəlb etmədən gəlir qazanmaq mümkündür. 1000 ABŞ dolları yatırıldığı zaman ayda 100 ABŞ dolları gəlir qazanılacağını bildirmişdir. Bundan sonra həmin iş marağını cəlb etdiyindən 2017-ci ilin sonlarından etibarən hissə-hissə olmaqla 6000 manata yaxın pul yatırım etmişdir. Həmin ərəfələrdə Ariflə onecoinlə bağlı danışan zaman ona bu işlə bağlı məlumat vermişdir. Ona tanışı Zərərçəkmiş şəxs28la məsləhətləşib “divus word” adlı şirkətə də pul yatıracaqlarını bildirmişdir. Bundan sonra həmin ərəfələrdə bir neçə dəfə Ariflə, eləcə də Emilin özü ilə görüşüb onlara işlə bağlı məlumat vermişdir. Təxminən 2018-ci ilin əvvəllərindən Emil və Arif şirkətə pul verməyə başlamışlar. Bundan sonra onlar birinci dəfə 1000 ABŞ dolları pul yatırım etmişdir. Birinci dəfə həmin 1000 ABŞ dollarını şəxsən o əlbəəl alıb, Anar Qafarov adlı şəxsə vermiş ki, şəxsi kabinet açsın. Həmin şəxsi kabinetə daxil olmaqla orda elektron kabinetə pul yatırmaq mümkün olmuşdur. Bundan əlavə bir dəfə də 5000 ABŞ dolları pulu Emildən alıb Anara vermişdir. Bundan sonra da Emil özü sistemə daxil olaraq dəqiq xatırlamadığı məbləğdə pul yatırmışdır. Həmin sistem 2018-ci ilin sonlarında dayanmışdır. Həmin zamana qədər Emil gəlir də əldə etmişdir. Lakin onun sistemdə pulları da qalmışdır. Bundan sonra Emil ondan pullarını tələb etməyə başlamışdır. Ona pulu vermədiyini şirkətə yatırdığını bildirsə də Emil pulu tələb etməyə başlamışdır. Buna görə də hissə-hissə olmaqla 11000 manat və 6000 manat dəyərində “Hundai Sonata” markalı avtomobil vermişdir. 14 iyun 2019-cu il tarixdə Emillə haqq-hesab edən zaman 87 000 ABŞ dolları məblğində borcu olmasını təsdiq etmişdir. Lakin qeyd etdiyi 17 000 manat həmin 86 417 ABŞ dollarından çıxılmamışdır. Bundan sonra ona 990 və 600 manat da pul ödəmişdir. Hazırda 76 064 ABŞ dolları borcunun olmasını təsdiq edir. Lakin həmin borcun olmasını Emili ’‘divus word” adlı işə cəlb etdiyinə görə qəbul etmişdir. O Emildən qeyd etdiyi 6000 ABŞ dollarından əlavə pul almamışdır. Həmin 6000 ABŞ dollarını da Anar Qafarova vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs34 uzun illərdir tanıyır. Onu Zərərçəkmiş şəxs28 vasitəsilə tanımışdır. Təxminən 2016-cı iiin sonları 2017-cİ ilin əvvəllərində söhbət edən zaman Zərərçəkmiş şəxs28 onlara “Onecoin” adlı beynəlxalq şirkət barəsində məlumat vermiş və özünün də ora pul yatırım etdiyini bildirmişdir. Həmin zaman o maraqlanmasa da Cavid uşaqlarının gələcəyi üçün yatırım edə biləcəyini bildirmişdir. Buna görə də onları Təqsirləndirilən şəxs2la tanış etmişdir. Təqsirləndirilən şəxs2 işlə bağlı Cavidə məlumat vermişdir. Həmin zaman ona maraqlı gəldiyindən o da qulaq asmışdır. O işin tam mahiyyətini dəqiq bilmir. O Aminlə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Nərimanov istirahət parkında “Lavita” adlı kafedə görüşmüşlər. Orada Amin məlumat verdikdən sonra növbəti günlərdə o Cavidlə birlikdə yenidən həmin kafedə Təqsirləndirilən şəxs2la görüşmüşdür. Görüş zaman Cavid onun yanında Təqsirləndirilən şəxs2 1600 manat pul vermişdir. Bundan sonra o Cavidlə danışıb işin nə yerdə qaldığı barədə soruşduqda Aminin ona cəmi bircə dəfə az bir məbləğdə pul verdiyini bildirmişdir. Bundan sonra o Cavidlə söhbət edən zaman o Aminin ödəniş etmədiyini bildirmişdir. Sonradan məlumatı olmuşdur ki, Cavid Təqsirləndirilən şəxs2 şikayət etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin KSPSM və MDQMİ-nin SPSM və MDQMŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Əşrəfovun 04 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs23 və qeyrilərinin etdiyi müraciət ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 və digərlərinin mütəşşəkil dəstə halında qanunsuz olaraq dələduzluq yolu ilə insanların pullarını ələ keçirmələri bildirilmişdir. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin KSPSM və MDQMİ-nin SPSM və MDQMŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Əşrəfovun 04 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6 və qeyrilərinin mütəşəkkil dəstə halında “Crowd1” adlı şirkət adı ilə insanların pullarını gələcəkdə qazanc əldə edəcəkləri vədi ilə ələ keçirmələri barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 11-12-ci Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 04 oktyabr 2021-ci il tarixli, Ə228-007-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6 və qeyrilərinin mütəşəkkil dəstə halında “Crowd1” adlı şirkət adı ilə insanların pullarını gələcəkdə qazanc əldə edəcəkləri vədi ilə ələ keçirmələri barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs26 ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq sosial şəbəkədə gördüyü iş elanında olan Təqsirləndirilən şəxs1 nömrəsiylə əlaqə saxlayıb, onla görüşdüyünü, Təqsirləndirilən şəxs1 “Crowd1” adlı saytları olduğunu, ora pul qoyub yüksək qazanc olacağını bildirdiyini, Təqsirləndirilən şəxs1 ümumilikdə 10.000 manat pul verdiyini, lakin aldadılaraq pullarının ələ keçirildiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs32 ərizəsindən görünür ki, social şəbəkədə “Crowd1” adlı səhifədə vətəndaşlara qeydiyyatdan keçib ödəniş etməklə, böyük məbləğdə pul qazanacaqlarını bildirdiklərini görmüş, daha sonra Yasin Əmirli adlı şəxsə bu iş üçün əlbəəl 1600 manat pul verdiyini, lakin, sonra aldadıldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs25 ərizəsindən görünür ki, 2021-ci ilin mart ayının ortalarında Habil adlı şəxs ona “Crowd1” şirkətinin səhmlərinə yatırım edib pul qazanmağı təklif edib gələcəkdə külli miqdarda pul qazana bilcəəyini bildirmiş, 2600 manat pulu bu məqsədlə verdiyini, lakin sonradan heç bir xeyiri olmadığını, pulunu geri ala bilmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs18 ərizəsindən görünür ki, sonuncu “Crowd1” adlı şirkətə yatırım etməklə qazanc əldə ediləcəyi vədi ilə 200 manat pul ödədiyini, lakin heç bir gəlir əldə etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan Zərərçəkmiş şəxs24 ərizəsindən görünür ki, 2020-ci ildə Yasin adlı şəxsin ona şirkət səhmlərinə yatırım edib pul qazanmağı təklif etdiyini, bunun üçün 200 manat pul ödədiyini, lakin ona hər hansı ödəniş olunmadığını, pulunu geri ala bilmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X17 ərizəsindən görünür ki, 2020-ci ildə instagram sosial şəbəkəsində rastlaşdığı “Crowd1” adlı şirkətin nümayəndəsi Yasin Əmirliyə 200 manat pul verdiyini, bunun müqabilində gəlir əldə ediləcəyinin vəd edildiyini, pulunu geri ala bilmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs20 ərizəsindən görünür ki, 2021-ci ildə sosial şəbəkədən tanıdığı Yasin Əmirlinin “Crowd1” adlı şirkətə pul yatırmaqla gəlir əldə edəcəyini bildirdiyini, bunun üçün Yasinin verdiyi karta 1400 manat atdığını, gəlir əldə etmədiyini, pulunu geri ala bilmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs10 ərizəsindən görünür ki, 2020-ci ildə “Crowd1” adlı şirkətə gəlir əldə etmək üçün Yasin Əmirli adlı şəxsin kartına 2000 manat pul göndərdiyini, heç bir gəlir əldə etmədiyini, pulunu geri ala bilmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, 2020-ci ildə Yasin və Təqsirləndirilən şəxs3 adlı şəxslə görüşdükdə, onların “Crowd1” adlı şirkətdən pul qazanmaq mümkün olduğunu bildirdiklərini, buna görə Yasin və Əlövsətə inanaraq 1800 manat pul verdiyini, qazanc əldə etmədiyini, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, 2021-ci ildə Yasin adlı şəxslə görüşdükdə, Yasinin “Crowd1” adlı şirkətə şirkətdən pul qazanmaq mümkün olduğunu bildirdiklərini, buna görə Yasinin dediyi karta 800 manat göndərdiyini, qazanc əldə etmədiyini, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs15 ərizəsindən görünür ki, 2020-ci ildə Təqsirləndirilən şəxs3lə görüşdükdə, onun “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək mümkün olduğunu bildirdiyini, buna görə Əlövsətə 3600 manat pul verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün ümumilikdə 1000 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 157-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs17 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün tanışları ilə birlikdə ümumilikdə 780 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs21 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 800 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 400 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 495 avro verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 165-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs22 ərizəsindən görünür ki, 2020-ci ildə Yasin adlı şəxslə görüşdükdə, Yasin “Crowd1” şirkətində işlədiyini və bu işdən pul qazanmaq mümkün olduğunu bildirdiyini, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 200 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs8 ərizəsindən görünür ki, 2020-ci ildə Yasin və Əlövsət adlı şəxslə görüşdükdə, onların “Crowd1” şirkətindən pul qazanmaq mümkün olduğunu bildirdiyini, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün Yasinə əlbəəl 200 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, “Crowd1” şirkətində yatırım edib qazanc əldə etmək üçün 200 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs11 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 200 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs16 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 200 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs29 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 1800 manatı Yasin Əmirliyə verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 177-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs30 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 1000 manatı Yasin Əmirliyə verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 700 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 181-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs12 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün tanışı ilə birlikdə 600 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs27 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 8620 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 4-cü cild 258-263-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs27 ifadəsinə əlavə etdiyi çeklərin kserosurətlərindən görünür ki, Əmirli Yasin Namiq oğlunun adına olan kart hesabına müxtəlif vaxtlarda 400 manat, 200 manat, 200 manat, 500 dollar, 350 manat pul göndərilmişdir. Cinayət işinin 2-ci cild 221-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs19 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 1000 manat verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 2-ci cild 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs33 ərizəsindən görünür ki, “Crowd1” şirkətinə pul qoyaraq qazanc əldə etmək üçün 2600 manat verdiyini, 400 manat pul qazandığını, qalan 2200 manat pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 3-cü cild 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs31 ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs3 vasitəçiliyi ilə “Crowd1” şirkətinə üzv olduğunu, 600 manat pulu Əlövsətə verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 3-cü cild 192-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs14 ərizəsindən görünür ki, sonuncu “Crowd1” şirkətindən qazanc əldə etmək üçün ümumilikdə 1200 manat pul verdiyini, heç bir qazanc olmadığını, pulunun geri qaytarılmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 17-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli, 5/979-9/6217 saylı komputer-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunana “Crowd1.com” internet saytının –şəbəkə marketinqi üzərində fəaliyyət göstərməsi müəyyən olunmuşdur. “Crowd1.com” internet saytı ümumi bir platformadır ki, digər şirkətlərin rəqəmsal məhsulların satışı ilə məşğuldur. Şirkətə üzv olmaq üçün qeydiyyatdan keçib təklif olunan paketlərdən biri alınmalıdır. Hər bir istifadəçiyə müəyyən məbləğin ödənişi müqabilində dörd ədəd (“Black”, “White”, “Gold”, “Titanium”) paket təklif olunur. Hər bir paket (Packages) öz növbəsində istifadəçiyə müəyyən xidmətlər təklif edir. Belə ki, “Titanium Package” paketi “€2499” ödəniş müqabilində “Miggster”, “Mindoe”, “LifeTRNDS”, “Loyalty Points”, “PLANET İX”, “Linkme” platformalarından, “Gold Package” paketi “€799” ödəniş müqabilində “Miggster”, “Mindoe”, “LifeTRNDS”, “Loyalty Points”, “PLANET İX”, “Linkme” platformalarından, “Black Package” paketi “€299” ödəniş müqabilində “Miggster”, “Mindoe”, “LifeTRNDS”, “Loyalty Points”, “PLANET İX” platformalarından və sonuncu “White Package” paketi “€109” ödəniş müqabilində “Miggster”, “Mindoe”, “LifeTRNDS”, “Loyalty Points” platformalarından istifadəni təklif edir. Paketlərdə təqdim edilən hər bir platformanın fəaliyyət istiqamətləri aşağıdakılardır: -“Miggster” – mobil oyunlar və əyləncə platformasıdır; -“LifeTRNDS” –endirimli səyahət məhsulları təklif olunan platformadı, yəni otellərdə və kruizlərdə böyük endirimlərin əldə edilməsi təklif edilir; -“Mindoe” –şəxsi inkişaf və sahibkarlığa imkan verən kursların təklif olunduğu onlayn platformadı; -“PLANET İX” –oyun sahəsi kimi planetimizin virtual nüsxəsi olan blok zəncirinə əsaslanan bir strategiya və ticarət oyundur; -“Linkme” –LinkMe izləyicilərinizlə bölüşmək istədiyiniz bütün bağlantıları olan fərdiləşdirilmiş və asanlıqla özəlləşdirilə bilən bir səhifə yaratmağınıza imkan verir. İnstagram, Tiktok, Twitch, Facebook, Youtube, Twitter və ya Linkedin kimi social media saytlarında işinizi, markanızı və ya şirkətinizi tanıtmaq üçün istifadə edilə bilər. -“Loyalty Points” –şəxsi dəvət sayına görə həftəlik loyallıq ballarıdır. “Crowd1.com” saytının “Packages” bölməsinə baxış zamanı yuxarıda qeyd olunan paketlərdəki xidmətlərin işlək (aktiv) vəziyyətdə olması müəyyən olunmuşdur. Tədqiq olunan “Crowd1.com” saytına üzv olunan istifadəçilərə təqdim olunan dörd ədəd (“Black”, “White”, “Gold”, “Titanium”) müxtəlif paket daxilində təqdim olunan platformalarda olan electron xidmətlərin bənzərləri internetdə açıq mənbələrdə pulsuz əldə oluna bilər. Aparılmış ekspert tədqiqatı nəticəsində və rəyin komputer-texniki tədqiqatının nəticələrini nəzərə alaraq, tədqiq edilən “Crowd1.com” saytının vətəndaşlara təklif etdiyi paketlərdəki elektron xidmət haqqının müəyyən edilməsi platformalarda olan elektron xidmətlərin tam uyğun yığılmasından və bazar qiyməti xidmət göstərən və vətəndaş arasında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmasından asılı olaraq qiymətlər təqdim edilən qiymətlərdən fərqlənə bilər, eləcə də internetdə və həmin platformalarda olan eyni göstəricilərə malik anoloji elektron xidmətlərin haqqının açıq mənbələrdə pulsuz əldə etmək mümkün oluna bilər. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 5(005)-1119/2021 saylı istintaq hərəkətinin aparılmasına dair qərarından görünür ki, “Crowd1” şirkətinə məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 209B, ünvan 11 ünvanlarda yerləşən ofislərin, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Qurşağı-Məmmədli yaşayış kompleksi, ev 1, mənzil 125, X1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, A.Abbaszadə küçəsi, ev 25, mənzil 78, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3, Əmirli Yasin Namiq oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 8, mənzil 12, Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Gənclər küçəsi, 6-cı mikrorayon, ev 44, mənzil 37, Təqsirləndirilən şəxs6 yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Xalikov küçəsi, 14 saylı evdə binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 oktyabr 2021-ci il tarixli mənzilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, ünvan 11 ünvanında yerləşən “Crowd1” şirkətinə məxsus ofisə baxış keçirilmiş, həmin ofisdə olan “Acer”, “Macbook Pro”, “Dell”, “MSİ” markalı notbuklar, həmçinin kitabçalar və digər sənədlər iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək aradşırılmış 04 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 iştirakı ilə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 209B ünvanında yerləşən ofisə baxış keçirilmiş, həmin ofisin üzərində “Crowd1” yazılı reklamı olan şüşə vardır. Həmçinin, ofisin içərisində “Crowd1” qeydləri olan lövhələr vardır. Baxış zamanı Təqsirləndirilən şəxs6 təqdim etdiyi “Crowd1” şirkətinin fəaliyyətinə dair sənədləşmələri, əlyazma qeydlər olan kitabçanı, electron imza sertifikatı və digər sənədləri, online əməliyyatlar etdiyi 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “HP” markalı noutbuk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 3-cü cild 15-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək aradşırılmış iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs28 izahatına əlavə etdiyi 08 vərəqdə Təqsirləndirilən şəxs2la aralarında olan sms yazışmalarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalarda Təqsirləndirilən şəxs2la Emil Suitanov arasında pul ödənişi və “Onecoin” işi ilə bağlı yazışmalar olmuşdur. X38 Hüseynovdan pul tələb edir. Belə ki, 18 iyul 2019-cu il tarixdə; -Emil Soltanov yazır: Amin Təzə nömrən mübarək, heç zəng etmirsən, yazmırsan, nə məsələdir, birdən küsüb eliyərsən xəbərin olmaz, ortalıqda yoxsan, ya da varsan biz görmürük, təzə metoddur bunlar, hə noldu, girdin vatsapa baxırsan, amma menim yazdıqlarıma yox, bəlkə nəsə demək istəyirsən, təzə sistemə girmisən?, sen canın elədiklərinə görə utanırsan? Yoxsa öz aləmində doğru edirsən? -Təqsirləndirilən şəxs2: Salam Emil Azərbaycanda deyiləm, 25 gələcəm, istəsən görüşərik. -Zərərçəkmiş şəxs28: İstəsəm? 06 aprel 2020-ci il tarixdə: E.Suitanov: Amin bu … noldu, -Təqsirləndirilən şəxs2: sabah zəng vur. -Zərərçəkmiş şəxs28: Amin bu crovvd 1 haqqında 10 suala cavab seslendiribsən, bir vaxt var idi “ONECOİN” haqqında da deyirdin nə oldu bəs? bizim ödənişlər nə yerdə qaldı, egər bizim pullar yəni 10 000 usd*3 qaytarmaq fikrində deyilsizsə artıq kibercinayətkarlıqla senə və sənin timsalında digər adamlara qarşı məhkəmə qarşı müraciət olacaq, ola bilsin ki, proses boyunca bəraət alasız, ancaq nəticə etibarı ilə 8 il istirahət paketi pulsuz veriləcək. 25iyul 2021-ci il: -Təqsirləndirilən şəxs2: Salam Emil necəsən, Amindi şəhərə gələcəm saat 3-4 obyektdə olasan görüşək. -Zərərçəkmiş şəxs28: Salam Amin üzümüzə gələn həftə, həftə sonuna və bilmirəm nə düzəldəcən danışıq deyil. Mənə bu günə sabaha 5 mln usd düzəlt ver. -Təqsirləndirilən şəxs2: Yaxşı sabah görüşərik. Salam Emil necəsən, mən birazdan gələcəm şəhərə harda olsan gəlim saat 2 -yə kimi görüşək. Təqsirləndirilən şəxs2 torpaq sahəsinin çıxarışının şəklini göndərmiş və yazmışdır: Emil məsələnin ikimiz həll edək başqa kimsə qarışmasın 3 şəxs qarışacaqsa həll olmayacaq. -Zərərçəkmiş şəxs28: Gəl gözləyirəm, həll edək, -Təqsirləndirilən şəxs2: yaxşı başqa kimsə qarışmasın, mənə də vaxt qoymasın, dirəməsin, mən dediklərimi edəcəm. -Emil Suiatnov: Neçə dəq gəlirsən, mənim də təcili işim var. Gözləyirəm Amin, o Bağın qiymətini 15 min deyirlər. -Zərərçəkmiş şəxs28: zəng vuraram məclisdəyəm çıxanda yığaram. Həmin yazışmalarda Emil Sulatnov özünə məxsus plastik kartının şəklini Təqsirləndirilən şəxs2 göndərir. 29iyul 2021 –ci il: -Təqsirləndirilən şəxs2: Salam sabahın xeyr, 300 man vurublar, 700 manda bu gün vuracaqlar dünən çatdırmayıblar. -Zərərçəkmiş şəxs28: Amin salam bu gün getsəm baxa biləcəm bağa? -Təqsirləndirilən şəxs2: Salam Emil həkimdəyəm çıxım danışım xəbər deyəcəm sənə. , Emil danışdım yeznəm ordakı adamla, orda deyil dediyinə görə indi. -Zərərçəkmiş şəxs28: Sabah olar, sabah tezdən gedim. -Təqsirləndirilən şəxs2: Axşam birdə danışaq, orda olsa gedərsən. -Zərərçəkmiş şəxs28: Amin salam necəsən, Amin pul gəlmədi, bəs biz söz danışdıq axı bir də qubaya getmək istəyirəm. Sən bax gör ordadı adam? 03 avqust 2021 -Zərərçəkmiş şəxs28; Amin salam hardasan, neçə vaxtı yoxsan, pul niyə gəlmədi, ayın 3 dü, 5-nə söz vermişdin, Qubaya gedirəm mən, orada kim var baxım torpağa, -Təqsirləndirilən şəxs2: Salam Emil karrupsiyayadayam necə gündü, çıxım zəng vuraram danışarıq. 7 pul verəcəm Emil. 07 avqust 2021-ci il -Emii Sultanov: Amin salam hardasan, bu pulu vermək lazımdır, bir də görüşək o bağ məsələsini danışaq, sənə zəng elədim zəng çatmır. -Zərərçəkmiş şəxs28; Mən bu gün pul verməliyəm. -Təqsirləndirilən şəxs2; Emil indi çatdım evə yuyunum, pulla məşqulam, bu gün kartına vuracaqlar, -Zərərçəkmiş şəxs28; Görüşək de, saat neçiyə görüşə bilərik, karta nə vaxt vurulacaq. -Təqsirləndirilən şəxs2: Karta 1 saat vuracaqlar, görüşüb deyəcəm. -Zərərçəkmiş şəxs28: Amin 1 saat 3 saat oldu camaat məni gözdəyir, dəqiqədə bir yığıb narahat edirlər söz danışdıq sənlə, -Təqsirləndirilən şəxs2: Burdayam abyektin yanında. 15avqust 2021-ci il -Zərərçəkmiş şəxs28: Amin sən dedin saat neçə olsa görəcəm səni niyə gəlmədin bəs? . -Təqsirləndirilən şəxs2:Emil indi gəlib çıxmışam, -Zərərçəkmiş şəxs28: Məni camaatın yanınımda niyə pis vəziyyətə qoydun ki, sən dedin nə vaxt olsa gələcəm. -Təqsirləndirilən şəxs2; Sabah sənədi vreəcəm bu həftəalqı satqı elə keçir adına. -Zərərçəkmiş şəxs28: Mən də oturub səni gözlədim, bu dəqiqə girmişəm qapıdan, sabah neçədə görüşək? -Təqsirləndirilən şəxs2: başqa heçnə gücüm çatmır öz işlərimdə dolaşıqdı, hələ bimirəm, başıma nə gələcək, esəblərim pozulub, başım xarab olub, sabah 2 də ora getməliyəm gəlb səni görüb gedərəm saat 1-də görüşək,torpağın sənədini götürmüşdüm imkan olmadı görüşməyə. 15avqust 2021 -Təqsirləndirilən şəxs2; Salam Emil saqol sən necəsən allaha and olsun gözdəyir gələn kimi həll edəcəm, saatı yalançı olaram. -Təqsirləndirilən şəxs2: Emil Salamkart at, bu gün axşama kimi 1 000 manat həll edəcək uşaqlardan xahiş etmşəm, özümdə vəziyyət pisdi, heç nə düzəldə bilmirəm, telin yaddaşın silmişəm, kartın yoxdu. -Zərərçəkmiş şəxs28: Salam Amin, ok, yeznə gəldi? -Təqsirləndirilən şəxs2: 1 gün gəlir, maks 2 gün, onu həll edəcəm. -Zərərçəkmiş şəxs28: Amin salam, gəlmədi e pul, mənə dünən dedin mən də sevincək dedimsabah tezdən verəcəm. -Təqsirləndirilən şəxs2: Salam, Emil, deyiblər bu gün köçürəcəklər.atan kimi çeki atacaqlar. -Zərərçəkmiş şəxs28: Amin salam, ne oldu bir xəbər olmadı, saat 9 oldu, Amin 1 saatdı yazı yazmışam, bir cavab de zəhmət olmasa. -Təqsirləndirilən şəxs2:Emil köçürəcəklər indi, gözdəyiəm mən də. -Zərərçəkmiş şəxs28: Məni dirəyiblər axı. Bundan sonra Təqsirləndirilən şəxs2 qəbz şəkli göndərir, Zərərçəkmiş şəxs28 yazır: sağol, bəs qalanı? Bundan başqa danışıq müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 17-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 oktyabr 2021-ci il tarixli internet saytlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, internet saytlarına baxış keçirilmiş və baxış zamanı “google" axtarış saytında “onecoin” şirkəti barədə məlumat axtaran zaman həmin şirkət barədə azərbaycan, rus, türk, və ingilis dillərində müxtəlif mənbələrdə məlumatlar olduğu, müəyyən edilmişdir. Həmin məlumatlarda əksəriyyətində “onecoin" adlı şirkətin “dələduz piramidası“ olduğu, həmin şirkətin “Kriptokoroleva” Ruji İqnatova tərəfindən yaradıldığı, onun - 3 il ərzində 4 milyard dollardan çox vəsait cəlb etdiyi, Pakistan, Braziliya, Norveç, Hong Kong, Kanada, Yəmən və Azərbaycanda da bu piramidanın surətlə populyarlıq yığmağa başladığı bildirilmişdir. X18 stadionunda təntənəli təqdimatdan sonra 1 həftə içində 2 milyon evro cəlb etmişlər. Noyabr ayının əvvəllərində Rujinin qardaşı X24 Yorkda məhkəmə qarşısında özünündə aldadıldığını və şirkətin piramida olduğunu bilmədiyini bildirmişdir. Şirkətin yaradıcısı Ruji 2017-ci ildən gizlənir və onun harada olduğu haqda bir məlumat yoxdur. Amerikan höküməti onu elektron dələduzluqda, qiymətli kağızlarla manipulyasiya və “pul yumaqla ittiham edir. Sinqapur “OneCoin” layihəsinin piramida olduğunu bəyan etdikdən sonra, şirkətin 2 işçisini həbs etmişdir. Onlara 5 il həbs və 147 min dollar cərimə tətbiq olunmuşdur. Çin hökuməti isə 98 nəfəri məsuliyyətə cəlb edib və 268 milyon dollar vəsait geri qaytarılmışdır. Bəzi ölkələrdə “OneCoin” hələdə fəaliyyətini davam etdirir və investorlar öz vəsaitlərini geri qaytarmaq ümidi ilə hələdə gözləyirlər. Bundan başqa internet saytlarında bu növ xeyli sayda məlumatlar yerləşdirilmişdir. Həmin məlumatların birində şirkətin Azərbaycandakı nümayəndələrinin ofisdə çəkdikləri şəkli (selfie) yer almışdır. Həmin şəkildə də iş üzrə Təqsirləndirilən şəxs2 qabaq sırada yer alması müəyyən olunmuşdur. Cinayət işinin 3-cü cild 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs26 ərizəsində əlavə etdiyi "Whatsapp" ani mesajlaşma proqramında yaradılmış “crowd1" şirkətinə üzv olan şəxslərin daxil olduğu qrupdan götürdüyü sms yazışmalarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin yazışmalarda "crowd1" şirkətinə üzv olmuş şəxslər şirkətə qoşulan zaman onlara yalan vədlər verildiyini, dividentlərin çox az gəldiyini bildirməklə narazılıq etmişlər. Belə ki; -“raminteyyubov4": mənə təzə deyiləndə uje 1-2 ilə ev, maşın, villa zad fikirləşirdim )), indi yalvarıram 200 manatımı qaytarsınlar heç nə istəmirəm, -Avas Travel” adlı istifadəçi: Hansı işdə əziyyət çəkmədən pul qazanamaq var ki. Misal gətirin. -“raminteyyubov4": iş orasıdır ki, məlumat alanda eziyyət çəkmədən pul qazanacağım deyilmişdi, da 50 qəpik qazanc olduğunu bilsəydim nəyə qoşulurdum. Adam qoşmasam da gəlir gələcəy deyə fikirləşirdim. Mənim elə vaxtım yoxdu ki, düşüm camaata deyim gəl qoşul bura, belə olacaq, elə olacaq, mən fikirləşdiyim odu ki, pul yatıracam 3 aydan bir normal pul gələcəy, cəhənnəm 20-25 avro gəlsə dərd yarı, qəpik-quruş nədi? -Gedib bravoda 10 dənə 2 litirlik butulka atsam aparata bundan çox pul qazanardım, -Yasin "crowd1” : Anladım, baxın mən tələbəyəm 21 yaşım var, bura 99 avroluq paket ilə başlamışam, qoyduğum pulun mislilərini qazanmışam. Vallah çətin deyil, sadəcə azca vaxt ayırıb, -təkcə bu qrupda 200 e yaxın ınsan var deməy olarki. Dünənnən etibarən narazılıqların sayı dehşət derəcədə çoxalıbdı. Bu qədər insan ağılsız deyilki hamısı narazılıq eləsin. Deməli düz getməyən nəsə vardır, Revvards satılan vaxtı qoşulmuşam, mən ondan şirkət gəlirlərin bu qədər aşağı olacağını demirdi, cammatı inandırmaq üçün daha çox vədlər verirdilər, passiv gəlir ümumi şirkətin 40 faizinə şərik olmaq deməydir, -Onsuzda olan olub keçən keçib 200 manat əldən gedib, ümid eləməydən başqa care yoxdu. Amma 1500 manat qoyan adam bu günkü gündə 5 manat gəlir alır. --L.B. adlı istifadəçi: deyəsən hamıya gəlməyib, mənə heç 1 qəpik,də yoxdur, 3 aydan çox vaxt keçib. -"Ramin" adlı istifadəçi: Gəlsə peşman olassız, gəlməsə yaxşıdı))) “Edvgerial yüklüyün ondan yaxşıdı, təsəlli yoxdu)). Cinayət işinin 3-cü cild 120-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 21 oktyabr 2021-ci il tarixli 22-01280-2021 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “Crowd 1” adlı şirkətin fəaliyyətinin monitorinq olunması ilə bağlı Mərkəzi Bank tərəfindən 2020-ci ildə aparılmış nəzarət tədbirləri çərçivəsində Şirkətin öikəmizdə qanunsuz fəaliyyət göstərdiyi və “ponzi sxemi" kimi tanınan fırıldaqçı sxem yaratmaqla əhaliyə qanunsuz İnvestisiya xidmətləri təklif etdiyi müəyyən edilmişdir. Aparılan araşdırmalar nəticəsində Şirkətin lisenziya almadan qanunsuz investisiya şirkəti fəaliyyəti göstərməsi aşkar edilmişdir. Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğu ilə bağlı ‘'Qiymətli kağızlar bazarı haqqında” Qanunun 30.1-ci maddəsinə əsasən investisiya şirkəti fəaliyyəti xüsusi lisenziyaya malik və Qanunla müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərini göstərən şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu baxımdan Şirkətin müştərilərə investisiya xidməti göstərməsi və onlardan vəsait cəlb etməsi qeyriqanuni fəaliyyətdir. Eyni zamanda, Şirkətin ölkəmizdə rəsmi qeydiyyatda olmaması, təklif etdiyi xidmətlər üzrə müştəri ilə arasında rəsmi müqavilənin bağlanılmaması, cəlb olunmuş vəsaitlərin harada saxlanılması və hansı ünvanlara köçürülməsi qeyri-müəyyən olduğundan şirkətin fəaliyyətində pulların yuyulması elementlərinin olması müəyyən edilmişdir. Şirkətin əməkdaşları tərəfindən aparılan təşviqat işlərində gəlirlərin süni şişirdilməsi, müştərilərə mütləq gəlir vəd edilməsi və risklərin açıqlanmaması “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini də pozmuşdur. Bundan əlavə, qeyd olunan fəaliyyətə dair beynəlxalq təcrübənin araşdırılması zamanı Şirkətin fəaliyyətinin Norveç, Rusiya, Yeni Zellandiya, Paraqvay və bir sıra digər ölkələrdə qadağan edildiyi və üzvlərinin məsuliyyətə cəlb edildiyi müəyyən edilmişdir. Mərkəzi Bankın müraciətinə etdiyi əlavələrdə “Crowd1” şirkətinin Azərbaycanda rəsmi instagram, facebook və digər sosial platformalarda hesablarında “yatırım edərək ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın”, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş,” İtirmək yox, daim qazanmaq”, Mal almaq və satmaq yox” , “mən 23 il hərbidə xidmət eləmişəm və bu gün mənim maaşım ( pensiyam) 800 manatdır . Amma 11 aydır ki, “Crowd1”-da xidmət edirəm bu şirkətdən aldığım maaş 16 000 manatdır. Təqsirləndirilən şəxs1 10 avqust 2020-ci il”, “hər 3 ayda bir şirkətin səhminizə görə sizə divident ödəyir ki bu da 1000lərlə avro ola bilər və bu kimi sair reklam xarakterli paylaşımlar edildiyi qeyd edilmişdir. Cinayət işinin 4-cü cild 192-206-cı vərəqələrində olan vəməhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefon aparatına baxış keçirilməsi haqqında 19 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş danışıqlardan çıxarışlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd "Samsung" markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefon aparatında “Whatsapp" ani mesajlaşma proqramı var. "Whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs2 + 994 77 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 ilə digər təqsirləndirilən şəxslər arasında yazışmalar olması müəyyən edilmiş, iş üzrə digər Təqsirləndirilən şəxs3 ***-***- **-** saylı mobil nömrəsinin "alivTolqa Habil cro” kimi qeydiyyatdan keçdiyi və aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdir: xx.xx.2021-ci il tarixdə -Təqsirləndirilən şəxs2: ofis məsələsini neylədiniz, -Təqsirləndirilən şəxs3: Qalıb elə. Sabah son gündür. Sahibi deyib ki, ya pul ya da çıxın. Uşaqlar da sıxılıb qalıb.? -Təqsirləndirilən şəxs2: bu biri 5 vermədilər Ramin gildə, -Təqsirləndirilən şəxs3: yox, hardan -Təqsirləndirilən şəxs2: kod verəcək? -Təqsirləndirilən şəxs3: kredit götürə bilsək pul alınmasa kod, belə dedi. -Təqsirləndirilən şəxs2: uşaqlar foks dağılıb yenə bu məs görə elləri soyuyub yenə, dişimizlə dırnağımızla iş görürük, qıraqdan bir hoqqa çıxardırlar. -Təqsirləndirilən şəxs3: Elədir qardaş, Ramin fırladır uşaqları deyir nə pul var nə də kod. Gözləyin accounta gəlsin götürəcəm kod, Toga 45ci yerdədir siyahıda deyir accaunt boşdur. -Təqsirləndirilən şəxs2: ))) (gülmək İşarəsi) ağlamaq sənəti oyrənibiər, təzə peşədir. -Təqsirləndirilən şəxs3: yaxşı hərəkət eləmirlər Səbahirdən aldığı pul ilə kodları alıb özlərinə vurublar. -Təqsirləndirilən şəxs2; artisdik edirlər konkret. , -Təqsirləndirilən şəxs3: Sebahirin də beyni çönüb mən saxlamışam bayaqdan, deyirəm səbirli ol, -Təqsirləndirilən şəxs2: düzdü qaqaş, adam əliylə pul verib indi deyir gözlə. , İş üzrə digər Təqsirləndirilən şəxs1 +7 778 *** ** ** saylı mobii nömrəsinin “Habil bawkan” kimi qeydiyyatdan keçdiyi və 08 yanvar 2020-ci tarixdən yazışmalar olduğu müəyyən edilmişdir; 30 iyul 2021-ci il tarixdə: -Təqsirləndirilən şəxs1: Görüşək, başdıyaq işə. -Təqsirləndirilən şəxs2: ok, -Təqsirləndirilən şəxs1: Həll edəsiyik hamısını qaqa, o qədər pazdan çıxmışıq ki, (gülmək işarəsi) bu da növbəti. Planlı eləsək zor olacaq, plan olmuyacaq özümüzü qutarasıyıq. Bundan başqa +994 77 *** ** ** saylı mobil nömrənin istifadəçisinin “ Vaqif Najafov” adı ilə qeydə alındığı və iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu yazışmalar aşkar edilmişdir: 01 avqust 2021-ci İl. -V.Nacəfov: Good morning bro, necə oldu dünənki məsələ? -Təqsirləndirilən şəxs2: izahat aldılar sabah biləcəm, tel. Saxlayıb, cinayət işi açmaq istəyirlər. -V.Nacəfov: xeyr ola? -Təqsirləndirilən şəxs2: araşdırma gedir Crovvd1 görə, -V.Nacəfov: danışa bilirsənsə bir dəqiqəlik danışaq sözüm var sənə, -Təqsirləndirilən şəxs2: 15 dəq yığıram. -V.Nacəfov: brat danışmağımız vacibdir dünənki məsələ ilə bağlı. Səsli mesaj göndərir: bir də Amin bu marifləndirmə ilə bağlı ola bilsin sənə sual verilsin ki, bu marifiəndirmə nədən ibarətdir, onda demək lazımdır ki, marifləndirmə, yəni accauntların açılması, yeni texnologiyalardan istifadə edilməsidir, yəni orada texniki aspektlərlə bağlı olan şeylərdir. Şirkətə müraciət etməkdir, hansı texniki addımlar lazımdırsa onlarla bağlı marifləndirirsən, yəni o internet resurslarından istifadə ilə bağlı sənə müraciət edir və sən də o barədə onları marifləndirirsən. Amma istifadəçilərin verdikləri qərar səni heç cür əlaqədar eləmir, yəni bax belə bir “pozisiyan” olmalıdır qardaş. Bundan başqa “X33” adı ilə qeydiyyatdan keçmiş şəxslə əhəmiyyət kəsb edən aşağıdakı yazışmalar vardır: -Tunzalə: Bizdə 100 gif düzəldi sizə ataq 100 gif kodu indi. -Təqsirləndirilən şəxs2: olar, hesabıma atın amma, səsli mesaj göndərir: tünzalə xanım hesaba girirsiz "gift kod” bölməsi var gift kodun qabağında send var ona vurursuz üstünə yazırsın Təqsirləndirilən şəxs2, login yazın send edin. 16 iyun 2020-ci il. -Tünzalə; Səhimləri necə pula çevirmək olar, məni bir neçə adam bezdirib ki, bu nə puldu mən satıb çıxmaq istəyirəm, çıxan adamların səhmlərini necə pula çevirə bilərəik. -Təqsirləndirilən şəxs2 səsli mesaj: Tünzalə xanım səhmlərin satışı ilə bağlı hələ bir şey yoxdur, necə çevirə bilərsiz, özünüz ala bilərsiz, ya kiməsə sata bilərsiz, çünki, səhimlərin satışı ilə bağlı mövzu gündəmdə deyil, yəqin ki, il sonuna qədər (2020) ola bilsin ki, daxili mübadilə bölməsi açılsın, orada çevirə bilərsiz, müəyyən valyutalar, şirkətin qoyduğu qiymət və limitlərlə. 10 dekabr 2020: -Tünzalə: Salam Amin m necəsiz, biz adlarda olan pulları necə çıxarıb bitkoinə oturum, camaat narazılıq edir, hamı səhmlərini satmaq istəyir, səhmləri nə vaxt satacaqlar, -A,Hüseynov: Salam axşamın xeyr, btc 21 iş günü erzində oturur. Gift kodla çıxara biiərsiz, səhmlərin satışını hələ şirkət rəsmi elan etməlidir. Bu haqda yanvarda məlumat almaq gözdəyirik. -Tünzalə: İnanın bizi bezdiriblər və yalançı çıxarırlar, biz nə cavab verək. -Təqsirləndirilən şəxs2: Məndə olan cavablar bunlardır verdim sizə, işləməyən komandalarda bu problem çıxır, insanlar soyuyur, elə bilirlər ki, ış getmir və sair hevesdən düşürlər bir az aktivlik lazım məncə, -Yəni yazılanlar heç nə qazanmır axı ona görə də yazılış etmirik. -Təqsirləndirilən şəxs2: Maaş deyirdiz maaşda verir şirkət, bizdə 100 lərlə adam maaş alır, 1200 mandan 12 000 mana kimi, sizin qruplar işləmir, qalan başqa qruplar çalışır. -Tünzalə: Sehimlər dedilər fevralda sataılacaq satılmadı, sonra İYUN, sonra SENTYABR, daha adımızı yalançı qoydular, biz də qeydiyyatı dayandırdıq, neçə adama özümüz 200 manatını qaytarmışıq, bizim komandanın vəziyyəti gərgindir, çoxu yanvara qədər gözləyir sonra hamısı bizi polisə verməklə hədələyir. -Təqsirləndirilən şəxs2: belə söhbətlər görə mən hamıya demişəm ki, riskləri gözə alın. Hər kəs öz qoyduğu pula görə kimisə NARAHAT etməməlidir, öz risk etdiyi məbləği qoymalı və gözləməlidir. Mən sizə bu mövzud nə kömək edə bilərəm. Narahat olmayın çox bir az səbrli olun. -Tünzalə: səhmləri satılsa biz də rahat olardıq. -Təqsirləndirilən şəxs2: dekabrda dividentlər bir azda artacaq insanlar platformaları işlətdikcə səhmləri satmaq istəməyəcək. Yanvarda şirkət yenilik edər inşallah. Yanvarı gözləyin, Bundan başqa “Crowd1 adı ilə xeyli sayda şəxslərlə yazışmaların oldugu müəyyən edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 207-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefon aparatına baxış keçirilməsi haqqında 22 mart 2022-cj il tarixli protokoldan və protokola əlavə edilmiş danışıqlardan çıxarışdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs4 istifadəsində olan bir ədəd “iPhone” markalı “12 pro max” modelli mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefon aparatında “Whatsapp Business” ani mesajlaşma proqramları var. “Whatsapp" ani mesajiaşma proqramında Təqsirləndirilən şəxs4 + 48 502 171 414 saylı nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs4 ilə digər təqsirləndirilən şəxslər və eləcə də zərərçəkmiş şəxslər arasında yazışmalar olması müəyyən edilmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 055-390-61- 95 saylı mobil nömrəsinin “Amin Crowd” kimi qeydiyyatdan keçdiyi və aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdir; xx.xx.2022-ci il, -Təqsirləndirilən şəxs4: Salam, Amin bəy, necəsiz? Sebahirdir. -Təqsirləndirilən şəxs2: Alaeykum salam tşk, -Təqsirləndirilən şəxs4: Ali bəy dedi USDT satmaq istəyirsiniz? -Təqsirləndirilən şəxs2: Yaxşıyam, siz necəsiz, bəli 775 var, istəyiniz varsa verə bilərəm. -Təqsirləndirilən şəxs4: Ok, göndərin -Təqsirləndirilən şəxs2: Adres yollayın göndərim. Başa baş həll edə biiərsiz. -Təqsirləndirilən şəxs4: ok. link göndərir, protocol: Trc 20 -Təqsirləndirilən şəxs2: ok, mətnində 773 USDT göndərilməsi ilə bağlı “screen short” göndərir. Sonra isə yazır kart atsam ora vura bilərsiz 500 m, qalanını da başqa karta, bundan sonra Zərərçəkmiş şəxs28 adına olan Kapital bank tərəfindən verilmiş 4169 7423 2127 0460 nömrəli kartı göndərir və yazır: həmin karta 500 man vurarsız, vuranda deyərsiz mənə. -Təqsirləndirilən şəxs4: Varsa yenə həll edə bilərik. İndi həll edəcəyəm. -A,Hüseynov: ok, 1 dəq; X deyəcəyəm, bundan sonra Müdafiəçi3 adına olan Kapital bank tərəfindən verilmiş 5103 0714 6892 7708 nömrəli kartı göndərir və yazır: Qalan məbləğidə Səbahır zəhmət olmasa bu karta -Təqsirləndirilən şəxs4: ok. -Təqsirləndirilən şəxs2: Nə qədər vaxta həll olunar təxmini, -Təqsirləndirilən şəxs4; Müdafiəçi3 adına olan karta 814 manat, Zərərçəkmiş şəxs28 adına olan karta 500 manat ödənilməsi ilə bağlı qəbz şəkli göndərir. -Təqsirləndirilən şəxs2: təşəkkür qardaş. 31 avqust 2021-ci il -Təqsirləndirilən şəxs2: iki ədəd kod atır və səsli mesaj göndərir,- Səbahir axşamın xeyr, nətərsən qardaş, üç dənə “farzalıya” göndərdim, iki dənə də bura atdım 100-lük, 5 dənə, 15 dənə də atım farzalıya olsun 20, bir dənə mənə ok de. Prosta bu iki dənə Whatsappa atdığı qabağa salarsız. -Təqsirləndirilən şəxs4: Salam, hər vaxtınız xeyr, Bəli ele edərik, Siz göndərin ele farzalı hesabına zehmet olmasa. -Təqsirləndirilən şəxs2: ok, 18 dənə hesabına atdıq 2 dənə watsapa, imkan olsa vatsapdakı iki dənəni 1-ci həll et. -Təqsirləndirilən şəxs4: tamam, təşəkkür edirəm. -Təqsirləndirilən şəxs2: Salam aleykum Sebahir necəsiz, buldersiz 888 vurduz yoxsa 1888, neceye ala bildiz btc, bizdedə 1 dənə var, bulder var 1888 necəyə başa gəlir o sizde. -Təqsirləndirilən şəxs4: Salam Amin bey həm 1888 etdik həm 888. İndi səkillərini hazırlayıram paylaşıram. Btc yarısını 3 faiz yarısını 4 faizdən aldıq. 1888 olan buildere hesablayım deyim. 3 faizlə 3930 azn 4 faizlə isə 3960 azn edir, her dəfə göndərəndə binance təqribən 20-23 dollar komissiya tutur. Onu da üzərinə gəlməsin -Təqsirləndirilən şəxs2 səsli mesaj: Sebahir Ayten xanımgildə də var, probulder saat 5-ə kimi vurmaq istəyirlər, YÖNLƏNDİRDİM sənə, gör ona kömək elə həll elə, btc almaq istəsən 3 faizlə uşaq var deyərəm ondan götürərəsən. -Təqsirləndirilən şəxs4: ok -Təqsirləndirilən şəxs2: Ayten xanım pro bulderi vura bildimi? -Təqsirləndirilən şəxs4: sistem donmuşdu indi açıldı, indi edəcəyik. -Təqsirləndirilən şəxs2:ok, ela, Birdə 109 ERİTDİZ 20 denəsin, baxdım beyaq qalmayıb deyəsən ))) (gülmək işarəsi) -Təqsirləndirilən şəxs4: Bəli etmişik. -Təqsirləndirilən şəxs2: ela xeyirli olsun. -Təqsirləndirilən şəxs4: hesab göndərin ofisdən çıxanda pulu yükləyim. -Təqsirləndirilən şəxs2: ok ataram indi ekspresdi. Kapital Bank tərəfindən verilmiş 4169 7413 3099 5760 nömrəli kartın şəkilini göndərir və yazır: Qardaş bura təcili 400 man vurda, qalıqı bir az sonra icin hell edərik. -Təqsirləndirilən şəxs4: ok, göndərinəm bize 20 kod əlavə lazımdır, ödənişini edəcəyəm hamısını. -Təqsirləndirilən şəxs2: hell edərik 15 deq. -S,Fərzəliyev: mendədir pullar ok -Təqsirləndirilən şəxs2:ok, 400 man vurdun qardaş? -Təqsirləndirilən şəxs4: yoldayam çatıram, milliönə, Bundan sonra X11 adına olan karta 400 manat göndərilməsi ilə bağlı qəbz şəkli göndərir. -Təqsirləndirilən şəxs2: Qalanları vur, Bank of Baku Müştəri kodu 805523, Pin xx.xx.1982 -Təqsirləndirilən şəxs4: köhnənin qalanı və yeninin hamısını? -Təqsirləndirilən şəxs2: Ne qədərdi toplam azn. -Təqsirləndirilən şəxs4: 3080+3080=6160-400=5760azn -Təqsirləndirilən şəxs2; Farzalı hesaba atım. -Təqsirləndirilən şəxs4; atın zehmet olmasa -Təqsirləndirilən şəxs2: ok, Sebahir deyesen köçürtmədin qalan hissəsini -Təqsirləndirilən şəxs4; Pulun qalıb evdə. Mən ofisdəyəm. Çıxım gedirəm hamısını köçürüm. Sabaha qalmayacaq. -Təqsirləndirilən şəxs2: ok, onda Sebahir belə edək, sen karat vurma sabah cash götürüm senden. -Təqsirləndirilən şəxs4: ok -Təqsirləndirilən şəxs2: Axşamın xeyr, Aytengildeki Bulderi alimadı? -Təqsirləndirilən şəxs4: Ee indice edirəm, alınacaq, çatdıracağam, -A,Hüseynov: Ayten xanım gözləyir ))) (gülmək işaresi) deyesen btc veren kimdisə, aradan çıxıb ))) (gülmək işarəsi) -Təqsirləndirilən şəxs4: Almışam Amin bey. Crovvd da vurmuşam processingdi, çıxan kimi balansdan okay olacaq, -Təqsirləndirilən şəxs2: inşallah ele uzun çekir? -Təqsirləndirilən şəxs4: teqriben 15 deq olar, hele processing (şəkil atır). -Təqsirləndirilən şəxs2: Aktivleşdi, tşk Sebahir. xx.xx.2021-ci il tarixdə -Təqsirləndirilən şəxs4: şəkil atır və yazır burda sonuncu kod istifadə olunmamışdı, İndi istifadə etmək istəyirlər. Amma deyirlər istifadə olunub. Ali bəy dedi sizə yazım. Zəhmət olmasa buna baxardız. -Təqsirləndirilən şəxs2: Salam səbahir, hə , Əliyə demişdim ki, GİFT KODU versəm tez İstifadə edin, bunu uşaqlardan almışdım. İndi maraqlanaram problem yoxdur. Yeqin özləri xərcləyiblər onda . Həə Səbahir, bizim uşaqlar xərcləyiblər, ataram sənə indi bir dənə GİFT KOD. İş üzrə digər Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı mobil nömrəsinin “Aliovset” kimi qeydiyyatdan keçdiyi və 2021-ci ilin may ayından etibarən "Crovvd1' ilə bağlı yazışmalar, eləcə də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 GİFT KODU göndərməsi, Təqsirləndirilən şəxs4 isə ona pul ödənişi etməsi ilə bağlı yazışmaların olması müəyyən edilmişdir. Həmin yazışmalarda X9 Fərzəliyevə əvvəllər cəlb etdiyi şəxslərlə mütəmadi görüşərək onları “MÜSBƏTLƏMƏK” öhdəlik almaq, eləcə də yeni şəxslər cəlb etmək, yəni “DƏVƏT” etmək ilə bağlı göstərişlər verir. Bundan başqa həmin yazışmalarda Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və qeyrilərinin “Crovvd1” ilə bağlı yazışmalar müəyyən edilmişdir: 16 iyun 2021 -ci il tarixdə: -Təqsirləndirilən şəxs4: Nə baş verir -Təqsirləndirilən şəxs3: Yazıq Şuşada olan XTQ əsgərlərini qoşublar. Müharibədən qabaq. Hərəsinə 8-10 min borc etdiriblər ki, dividentdə qaytararsan. Bunlar da sələm zad götürüblər. Sonra müharibə. 50 nəfərdilər. Yaralananlar zad da var içlərində. Sonra da divident gəlib QƏPİKLƏR qoşanlar çıxıb aradan. Bunlar da düşüb hamının şəklinə postuna ağzına gələni yazır. -Təqsirləndirilən şəxs4: kim edibki, bilinmir, nə varkı tapmağa Usernamelərini Habil mlm yoxlasında. -Ə,Mazandarov: Bilmirəm, Yazmışdı ki, Mazandarovu gözləyirik, gəlsin bölmədə cavab versin. Ya da tutub döyək. Mən tapdım bunları danışdım. Dedi Bədəlov zad atıb bizi bloka . Deyir görürük burda hörmət etdiyi düz danışan bir sizsiz. Dərdimizi sizə deyirik. Mən də bayaq yazdım qrupa ki, gedin zibilinizə araşdırın. -Təqsirləndirilən şəxs4: Dəhşət, Belə iş olar, HEÇ OLMAYA BALACA PAKET etmirlərə. -Təqsirləndirilən şəxs3: Yazdım ki, deyirlər Bədəlov da bizi blok edir, verəciyik polisə hamımız. Müəllim oxudu dəli oldu, Axırıncı Məsələdən sonra bağdan çıxmır ki, heçnə olmasın. Bunu oxuyub indi yata bilmir. -Təqsirləndirilən şəxs3: Başlarına oyun açacam hələ bu idr yığının, Aminə də demişəm. Deyir edək. Bezib uje)), Accauntları zadı bağlatdıracam, qalanlarının ağlı gəlsin başına, sen de görüm BİZDƏ vəziyyət necədi? -Təqsirləndirilən şəxs4: Bizdə veziyyət ürək açan deyil, indi yeni TAKTİKA tətbiq edirik, Yasin bir-bir hamıya yığıb dəvət edir ofisə, umumi yox şəxsilərinə, effekti var. -Təqsirləndirilən şəxs3: Əlbətdə olacaq. -Təqsirləndirilən şəxs4: Gələnlər də izah edib MÜSBƏTLƏYİB öhdəlik aılıb oturur. -Təqsirləndirilən şəxs3: Nəfərlə şəxsi işləyərlər, -Təqsirləndirilən şəxs4; Növbətilərində mən edəcəyəm görüşlərin, məndə canlı olan coorlarla işləyiəm. -Təqsirləndirilən şəxs3: Bu variant işləyəcək. -Təqsirləndirilən şəxs4: Mən coorlarla yasində çorların komandası ilə, həə canlanma var, hər gündə təlim planlamıştq, həftənin planını bir həfə öncədən paylaşırıq. -Təqsirləndirilən şəxs3: izah qoydurun. Ofisə girənə izah qoydurun. Siyahıların sayını artırın. İzah sayını artırın. -Təqsirləndirilən şəxs4:hər günə bir təlim və təlimçi , təlimçi də ofisdə növbətçi edirəm, səhər 9-da gəlib açır. Təqsirləndirilən şəxs3: ofisin həftəlik izah ardıcıllıq qeydiyyat statisdikasını artırın. S,Fərzəliyev: təlimədə yeniləri də cəlb edirəm. Bundan başqa eyni məzmunlu yazışmalar müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” ani mesajlaşma proqramlarında Təqsirləndirilən şəxs6 ***-***-**-** saylı nömrəsinin “Göyçək Xanım” kimi qeyd edilmişdir. Lakin onlarla aralarında olan danışıqların silindiyi müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” ani mesajlaşma proqramlarında “Team Leaders” adlı qrupda 132 nəfər, “Director və manager” adlı qrupda 26 nəfər şəxsin olduğu həmin qruplarda “Crowd1” ilə bağlı elan və təbliğatın aparıldığı müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 226-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış mobil telefon aparatına baxış keçirilməsi haqqında 23 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş danışıqlardan çıxarışlardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Əmİrli Yasin Namiq oğlunun istifadəsində olan bir ədəd “iPhone” markalı “12 pro max” modelli mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefon aparatında “Whatsapp” ani mesajlaşma proqramları var, “Whatsapp” ani mesajlaşma proqramında Yasin Əmiriinin ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Baxış zamanı Yasin Əmirli ilə digər təqsirləndirilən şəxslər və eləcə də zərəçəkmiş şəxslər arasında yazışmalar olması müəyyən edilmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinin “Amin Bəy Crowd1’ kimi qeydiyyatdan keçdiyi və aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdir: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs2 link atır, (növbəti sms silinmişdir) . Təqsirləndirilən şəxs2 yazır: 10.000 azn və mətnində 5882 USDT göndərilməsi ilə bağlı “screen short” göndərir. Sonra isə səsli mesaj göndərərək “hə, okey, xeyrli olsun, bunu çevirin, hardasa bir 15 dənə də var da nəzərinizdə olsun. - Təqsirləndirilən şəxs5: Tamamdır. -Təqsirləndirilən şəxs2: Screen short göndərir. Mətində kalkulyatorda 10000:1,7=5 882,********** yazılmışdır. Arxası ilə yazır ki, Yasin necəsiz? Neylədiz ƏRİDƏ bildirz -Təqsirləndirilən şəxs5: Yaxşı Amin bəy, Amma hələki cash yoxdur Bir nəfər ilə danışmışam Görüşəcəm birazdan. -Təqsirləndirilən şəxs2: Nə qədər ala bilər? -Təqsirləndirilən şəxs5; 5 k deyib. -Təqsirləndirilən şəxs2(səsli mesaj): Hə, lap yaxşı, şəhərdəyəm mən, sən nə vaxt görüşəcəksən? okeydirsə, elə onu həll edim götürüm gedim, gec olarsa onda mən gedim sabah həll edərsiz? Y,Əmirli: Mən hələ gözləyirəm, xəbər verəcək. Sizə indiyə vavacib deyilsə gedin, sabaha kimi hamısını əridib cash kimi saxlayaram. Lazım olsa deyerəm tether kimi göndərərsiniz. -Təqsirləndirilən şəxs2: ok, Axşamın xeyr, Yasin, Necəsən qaqaş, Həll edə bildin 5 K? -Təqsirləndirilən şəxs5 (səsli mesaj); Salam Amin bəy. hən/axtınız xeyr, yox Amin müəllim hələ ki heç bir xəbər yoxdur, adam dedi ki, gələcəm bırazdan 28-də” görüşərik , xəbər gözdəyirəm ondan, belə dəqiq adamdır, satılacaq 100 faiz, sadəcə zaman cəhətdən bilmirəm, indiyəmi həll edəcək bir iki saat sonrayamı, yenədə hər nə olursa-olsun sabah cash-ı verə biləcəm. Mən çalışacam ki, bu 5 k-dan da əlavə bacardığım qədər nə qədər çox sata bilsəm o qədər yaxşı olar. Təqsirləndirilən şəxs2 (səsli mesaj) : hə, yaxşı Yasin başa düşdüm. Narahat olma, sən həll etsən xəbər edərsən sabaha bizə lazımdır. Nəzərində olsun da 15, 18 K vardır. Təqsirləndirilən şəxs5; Aha, tamamdır. xx.xx.2022-ci il. -Təqsirləndirilən şəxs2: Salam sabahın xeyr, necəsən Yasin vəziyyət kef hal, 2 K mümkündür indi almaq? Təqsirləndirilən şəxs5: Sabahınız xeyr, Amin bəy, şükür siz necəsiz?, Dünənki oğlan almadı 5 k ona görə planlanan kimi olmadı, -Təqsirləndirilən şəxs2: ok, anladım. -Təqsirləndirilən şəxs5; 4300 azn var. Nə düşürsə alım. -Təqsirləndirilən şəxs2: bu gün 15 k eritmə gücünüz varmı? Gün sonuna kimi. -Təqsirləndirilən şəxs5: var)))) (gülmək işarəsi). 4300-ü istəyirsiniz görüşək verim? -Təqsirləndirilən şəxs2: Karta vura bilərsən? -Təqsirləndirilən şəxs5: aha bəli, göndərin kart. Təqsirləndirilən şəxs2 İlqar İsmayılov adlı şəxsin adına olan Beynəlxalaq banka məxsus kartın şəklini göndərir və deyir: aparatdan vuracaqsızsa test üçün 10 man vur deyim baxsın görək okeydirsə 4100 man vurarsan bu karta . -Təqsirləndirilən şəxs5: Amin bəy, başqa kartvar, bütün milli önlər işləmir. -Təqsirləndirilən şəxs2 səsli mesaj: Yasin eybi yox qaqa, narahat olma, şəhərə gəlirəm, cash verərsən. -Təqsirləndirilən şəxs5: Tamamdır, belə daha yaxşıdır, mencə, 28 deyəm ofisə gedirəm, İçərişəhər uyğundur? -Təqsirləndirilən şəxs2 səsli mesaj: hə Yasin narahat olma, işində ol, gör əlavə istəyən olsa 15 k varda, həll edərik. Narahat olma Əli ilə olacam (digər Təqsirləndirilən şəxs3 nəzərdə tutur.) görüm gələrik o tərəfə. -Təqsirləndirilən şəxs5: tamamdır. -Təqsirləndirilən şəxs2; adress atım, beyaqkı atım, (Link göndərir,) Adres budu? -Təqsirləndirilən şəxs5: Budur bəli. -Təqsirləndirilən şəxs2: mətnində 2941 usdt göndərilməsi ilə bağlı screen short göndərir. -Təqsirləndirilən şəxs5: Təşəkkür, 3114, -Təqsirləndirilən şəxs2: mətnində 3115 usdt göndərilməsi ilə bağlı screen short göndərir. -Təqsirləndirilən şəxs5: 4 k karta , 4.7 k cash, 2000 Abş dolları bura. Həmçinin Təqsirləndirilən şəxs2 077-390- 61-95 ayiı mobil nömrəsinin “Amin Bəy Crowd1” kimi qeyd edildiyi, lakin heç bir danışıq olmadığı müəyyən edilmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı mobil nömrəsinin “Əliövsət Mazandarov #CT’ kimi qeydiyyatdan keçdiyi və aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdiri: 09 sentyabr 2021 -ci il tarixdə: -Təqsirləndirilən şəxs3: Sabahın xeyr necəsən, Promo ilə bağlı planlamalar başlayıb? -Təqsirləndirilən şəxs5 səsli mesaj: Salam, heç nə indi gedcəm ofisə promonu gördüm, ləzzət elədi mənə, gedib Səbahirlə sistemə baxıb planlamalar edəcik, ona uyğun hərəkətə başlayacıq. -Təqsirləndirilən şəxs3: okey, Forsaj, xx.xx.2021. -Təqsirləndirilən şəxs3: Sabahın xeyr, İşlər necə gedir? -Təqsirləndirilən şəxs5:Salam, hələ ki, getmir, mən tərəfdən yəni son promodakı uduşdan sonra hələki sakitlikdir, heçnə etməmişəm, axırıncıdan 4 fear oldu, fso, onlarda Fake, yəni belə artıq ballar silinib deyə o da olmur, hamısını ziyana vurdum sistemə, -Təqsirləndirilən şəxs3: İndi plan nədir? -Təqsirləndirilən şəxs5: Bilmirəm ofisə gedim biraz hesabat edəcəm. 11.09,2021 -Təqsirləndirilən şəxs5: Əli bəy salam Səbahir demişdi, tether durur? Ya satmaq lazımdır? -Təqsirləndirilən şəxs3: Salam nə qədər lazımdır? -Təqsirləndirilən şəxs5: indi yox, sabah lazım olacaq yeqin, siz nə qədər salacaqsınızsa deyin mən satmı hamısını 4 k lazımdı indi var? -Təqsirləndirilən şəxs3: var. -Təqsirləndirilən şəxs5: link göndərir. Bu adresə TRC 20 ilə göndərin, bir də kart atın bir hissəsini ora atım qalanlarını cash verim. -Təqsirləndirilən şəxs3: hamısını cash elə +2%? -Y.Əmirii 1.5, 3-4 K lazımdır, dəqiqləşsin deyəcəm. Əli bəy (link atır) bu adresə 2461 USDT göndərin please -Təqsirləndirilən şəxs3: pul səndə? -Təqsirləndirilən şəxs5: Bəli, çek də atardınız , şəbəkə kimi TRC20 seçin. Nə qədər qaldı? İstəyən olsa deyə -Təqsirləndirilən şəxs3: nə xəbər? -Təqsirləndirilən şəxs5: 200 ABŞ 1 %ilə istəyirlər, axşama okaydır? Cash -Təqsirləndirilən şəxs3.axşama nə vaxta? -Təqsirləndirilən şəxs5: max 9 belə, təcilidirsə məndə cash var, kartda mən onu verim axşam kimidə satılar özüm götürüm. -Təqsirləndirilən şəxs3: Əslində təcilidir, edə bilsən əla. -Təqsirləndirilən şəxs5 səsli mesaj: okey o zaman, mənim pulum Aslangildədir, yəni kartdadır, Aslan birazdan onu çıxardacaq Yello Bank vasitəsilə, onda deyim təcili çıxartsın, görüşün tarqovıyda və İçərişəhərdə versin sizə. -Təqsirləndirilən şəxs3: Okay, hardasan? -Təqsirləndirilən şəxs5: Mən Aysel iləyəm hazırda birazdan pulu çəkim görüşək, link atır, 2 k, TRC20, Please tez göndərərsiz, bunlar həssasdırlar belə şeyə, -Təqsirləndirilən şəxs3: Atım indi. 14 sentyabr 2021. -Təqsirləndirilən şəxs3: 15 K nağdlaşdırmaq lazımdır, Dur görək yuxudan, -Təqsirləndirilən şəxs5: Durdum)), 15 K-nı işarələyib maşallah, Əli bəy bizə məxsus deyilsə faizdən qırmaq olar?? -Təqsirləndirilən şəxs3: +1 ver qalanını götür)) -Təqsirləndirilən şəxs5: Tamamdır, amma əli bəy belə bir məsəl var, 15 k-nı biz bir yerdə sata bilmirik, stasaq gərək faizini aşağı qoyaq, hətta faizsiz alırlar, çünki məbləğ böyüdükcə faiz düşür, ona görə də mən bunu bala-bala satacam, ən azı iki günə sada təmiz əriyər. -Təqsirləndirilən şəxs3: verək faizsiz, tez lazımdır, problem yoxdu, amma gözləməklə yox, anında verək götürüm, bas qaza. -Təqsirləndirilən şəxs3 səsli mesaj: Yasin səndə nə qədər var, hardasan, harda gprüşüb götürə bilərəm? -Təqsirləndirilən şəxs5 səsli mesaj: Əl bəy mən yoldayam gəlirəm, sadəcə bir məsələ var, üstümdə cash də var, amma kart atsaz daha çox göndərə bilərlər, hardasa 3 k göndərəcəklə. Üstümdə təxmini 5 var amma yenə göndərir. Kart var? Amin müəllim də göndərdiyi karta vurum? Soruşun hələ -Təqsirləndirilən şəxs3: Bizdə max 5 K dollar var. -Təqsirləndirilən şəxs5: İlqar İsmayılovun adına olan kartın şəklini göndərir və yazır bu karta vursunlar 3 K, Azn? -Təqsirləndirilən şəxs3: 3 k okeydir, sen özün tez gəl biraz, -Təqsirləndirilən şəxs5: taksidəyəm, 5-6 dəq ordayam, bundan sonra mobil telefonda həmin karta 4 000 manat göndərilməsi ilə bağlı qəbzin şəklini göndərir. Və yazır gəldi soruşun hələ? -Təqsirləndirilən şəxs3 səsli mesaj : 4 000 dən başqa qəti şəkildə ora heç nə vurmayın. -Ə.Mazandərov səsli mesaj: İşlər necə gedir? Sen özün neynəyirsən, nətərdi komando ilə görüşürsənmi ? -Təqsirləndirilən şəxs5: Heç əli bəy: arada bir görüşlər olur, komadoda vəziyyət stabildi, siz bildiyiniz, İş üzrə digər Təqsirləndirilən şəxs4 +48 502 171 414 saylı mobil nömrəsinin “Səbahir Polyak" kimi qeydiyyatdan keçdiyi və aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdir: 04 sentyabr 2021-ci il tarixdə: -Təqsirləndirilən şəxs5: Əhmədinin dərsini verim qrupda Sən yaxşı polis mən pis polis, -Təqsirləndirilən şəxs4: Ehmed kimdir? -Təqsirləndirilən şəxs5: … məsləhətlər verən, -Təqsirləndirilən şəxs4: Esi boş verə, qoymuram ona , -Təqsirləndirilən şəxs5: Obşimdə 14 gifty getdi, (gülmək işarəsi) -Təqsirləndirilən şəxs4: he, esi eybi yox bilsəm belə imkan var səhər tezdən edərdim, düşünməkdən günüm məhv oldu, devətimlədə normal danişa bilmədim. -Təqsirləndirilən şəxs5: cash göndərdilər ya sahaba qaldı. -Təqsirləndirilən şəxs4: 900 atıb kartıma qalanını yeqin atacaqlar. 1250 manat pulun ödənilməsi ilə bağlı qəbzin şəklini göndərərk müəllim bunu yüklədim uje, göndər denənki 500 de indi banka gedib yükləyəcəyik. Bundan başqa “Whatsapp” ani mesajlaşma proqramlarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 +7 778 *** ** ** saylı nömrəsinin “Təqsirləndirilən şəxs1 #Ct” kimi , ***-***-**-** saylı nömrəsinin “Təqsirləndirilən şəxs1” kimi qeyd edildiyi, digər Təqsirləndirilən şəxs6 ***-***-**-** saylı nömrəsinin “Göyçək Crowd1” kimi qeyd edilmişdir. Lakin onlarla aralarında olan danışıqların silindiyi müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” ani mesajlaşma proqramlarında “Our Crowd1 Team” adlı qrup oiduğu, 200 nəfər şəxsin olduğu, “Crowd1” adlı qrupda 137 nəfər şəxsin olduğu, “Team Leaders” adlı qrupda 145 nəfər, “Director və manager” adlı qrupda 26 nəfər şəxsin olduğu həmin qruplarda “Crowd1” ilə bağlı elan və təbliğatın aparıldığı müəyyən edilmişdir. Bundan başqa mobil telefonun kontaktlarına baxış zamanı iş üzrə ərizə ilə müraciət etmiş zərərçəkmiş şəxslərin əksəriyyətinin adlarının qeyd edildiyi və onlarla danışıqlar olduğu müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs24 ***-***-**-** saylı nömrəsi “Tura!#C1” kimi( aralarında danışıqlar var) -X17 ***-***-**-** saylı nömrəsi “İsa İsmayıl qohum” kimi ( aralarında danışıqlar var) -X6 ***-***-**-** saylı nömrəsi “Günel Crowd” kimi, -Zərərçəkmiş şəxs5 ***-***-**-** saylı nömrəsi “Elşən#C1” kimi, -Zərərçəkmiş şəxs15 ***-***-**-** saylı nömrəsi “Malik#C1” kimi, -Zərərçəkmiş şəxs17 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs17#C1” kimi, (aralarında danışıqlar var), -Zərərçəkmiş şəxs21 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs21” kimi, -Zərərçəkmiş şəxs22 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs22 BİTK” kimi, -Zərərçəkmiş şəxs8 ***-***-**-** saylı nömrəsi “Əsgər Qəhrəmanov #CY’ kimi, -Zərərçəkmiş şəxs11 ***-***-**-** saylı nömrəsi “Həbib#C1” kimi, -Zərərçəkmiş şəxs16 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs16#Cr kimi, -Zərərçəkmiş şəxs7 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs7#CT’ kimi, -Zərərçəkmiş şəxs12 ***-***-**-** sayiı nömrəsi “Zərərçəkmiş şəxs12 #C1” kimi, -Zərərçəkmiş şəxs27 oğıunun ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs27#Cr Kimi, -X3 ***-***-**-** saylı nömrəsi “Zərərçəkmiş şəxs19#C1” kimi qeyd edilmişdir. Cinayət işinin 5-ci cild 12-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs28 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs28 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, “Onecoin” adlı şirkətə yatırım edib qazanc əldə edilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitlərini Vaqif Nəcəfov adlı şəxsə verdiyini, həmin şəxslərlə görüşlərinin olduğunu, hətta həmin görüşdə Təqsirləndirilən şəxs2da iştirak edib onunla söhbətlər apardığını bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 5-ci cild 46-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X4 05 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə ofislərə baxış keçirilməsi zamanı götürülmüş 5 ədəd notebook və qeydiyyat dəftərçələri iş üzrə sübut əhəmiyyətinə malik olmadığından sahiblərinə geri qaytarılmışdır. Cinayət işinin 5-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X4 05 aprel 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ilə əlaqəsi olmuş şəxsiyyəti istintaqa məlum olmayan Vaqif Nəcəfov adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ayrıca cinayət işi icraata ayrılmışdır. Cinayət işinin 5-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X4 05 aprel 2022-ci il tarixli cinayət işinin materiallarından başqa materialın ayrılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs28 86.064 ABŞ dolları və 4000 manat pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işi materiallarından ayrıca material ayrılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyərək, iş üzrə tanınmış zərərçəkmiş şəxslərə maddi ziyan vurmadıqlarını, “Crowd1” haqqında yalnız məlumat verdiklərini, zərərçəkmiş şəxslərin pullarının həmin şirkətə yatırıldığını, həmin şəxslərə heç vaxt yalan vədlər vermədiklərini bildirmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxslərin bu barədə məhkəmədə verdiyi ifadələrinə münasibətdə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefon nömrəsi və “whatsapp” əlaqə vasitəsilə aparılan danışıqları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 Səmid oğlu 22 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 200 manatın ödənilmədiyini, 200 manatı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 29 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 8500 manatın ödənilmədiyini, 8500 manatı təqsirləndirilən şəxslər Yasin Əmirli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Əsabə oğlu 06 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 3000 manatı Təqsirləndirilən şəxs1 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs25 06 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 2600 manatı Təqsirləndirilən şəxs1 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs20 13 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 1400 manatı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs23 13 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 1600 manatın ödənilmədiyini, 1600 manatı Təqsirləndirilən şəxs6 və Samildən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 20 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 200 manatın ödənilmədiyini, 200 manatı təqsirləndirilən şəxslərdən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs21 20 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 620 manatı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs22 20 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 1800 manatı təqsirləndirilən şəxslər Yasin Əmirli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 27 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 2400 manatı Təqsirləndirilən şəxs1 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs26 03 avqust 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 10.000 manatı Təqsirləndirilən şəxs1 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs31 17 avqust 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 600 manatı əvvəlcədən atdığı, xatırlamadığı şəxslərdən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs32 17 avqust 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 1600 manatı təqsirləndirilən şəxs Yasin Əmirlidən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 29 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 200 manatın ödənilmədiyini, 200 manatı Zərərçəkmiş şəxs22 tələb etdiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 22 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs28 29 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 51.954 manat pulun ödənildiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir iddiası olmadığını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs28 17 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, ona vurulmuş maddi ziyanın ödənildiyini, ona görə heç bir şikayəti və iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs34 Mövlud oğlu 29 iyun 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 06 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 06 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 700 manatın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 13 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 13 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 20 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 20 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 27 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 27 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 27 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 27 iyul 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyan 600 manatın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 17 avqust 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs5 notarial qaydada təsdiq olunmuş ərizə verərək, Yasin Əmirli və digər təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs19 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, Əmirli Yasin və digərləri tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, Yasin Əmirli və digərlərinə qarşı şikayəti, tələbi və iddiasının olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs29 31 avqust 2022-ci il tarixli ərizə verərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 yanvar 2022-ci il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vurulmuş ziyanın ödənilməsi üçün 43.700 manatı istintaq orqanının depozit hesabına qoymuşdur. Cinayət işinin 5-ci cild 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X4 05 aprel 2022-ci il tarixli nağd pulun depozit hesabına təhvil verilməsi haqqında qərarından görünür ki, təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən ödənilmiş 43.700 (qırx üç min yeddi yüz) manat pul vəsaiti məhkəmənin yekun qərarı ilə təyinatı həll edilənədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabına Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 43.700 (qırx üç min yeddi yüz) manat pul vəsaitinin 36.120 (otuz altı min yüz iyirmi) manatını xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edərək iş üzrə dəymiş maddi ziyanları ödənilməyən və dəymiş maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə ödənilməsini məqsədəmüvafiq sayır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs12 Səməd oğluna, Zərərçəkmiş şəxs1 Əsabə oğluna, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32 dəymiş maddi ziyanın ödənilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 43.700 (qırx üç min yeddi yüz) manat pul vəsaitindən müvafiq olaraq Zərərçəkmiş şəxs18- 200 manat, Zərərçəkmiş şəxs27-8500 manat, Zərərçəkmiş şəxs12 Səməd oğluna -200 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğluna- 3000 manat, Zərərçəkmiş şəxs25 – 2600 manat, Zərərçəkmiş şəxs10- 2400 manat, zərərçəkmiş şəxs X12- 1400 manat, Zərərçəkmiş şəxs23 -1600 manat, Zərərçəkmiş şəxs6- 200 manat, Zərərçəkmiş şəxs21 -620 manat, Zərərçəkmiş şəxs22 -1800 manat, Zərərçəkmiş şəxs26-10.000 manat, Zərərçəkmiş şəxs31 – 600 manat, Zərərçəkmiş şəxs32 -1600 manat, Zərərçəkmiş şəxs11- 200 manat, zərərçəkmiş şəxs X19 -200 manat, Zərərçəkmiş şəxs30 – 1000 manat ödənilməlidir. Məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında qalan 7580 (yeddi min beş yüz səksən) manat pul vəsaitinin hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 qaytarılmasını məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət işinin 3-cü cild 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 3-cü cild 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 4-cü cild 84-93-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli, 1(101)-141/2010 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə görə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 3-cü cild 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 3-cü cild 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 3-cü cild 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Əmirli Yasin Namiq oğlunun məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs Əmirli Yasin Namiq oğlunun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Əmirli Yasin Namiq oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 3-cü cild 154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 məhkumluğu olmamışdır. Doğum haqqında şahədətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs6 xx.xx.2008-ci il tarixli Xədicə adlı qızı vardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs6 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğluna yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə kollegiyası cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Əmirli Yasin Namiq oğlunun ilk dəfə cinayət törətmələrini, bundan başqa, Təqsirləndirilən şəxs2 elan edilmiş bütün ittihamlar üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar müstəsna hallar kimi qiymətləndirilməli və qeyd olunan təqsirləndirilən şəxslər barəsində Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə müddəa təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən belə hesab edir ki, bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2 və Əmirli Yasin Namiq oğlu təqsirli bilindikləri maddələrin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah oluna və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail oluna bilər. Belə ki, cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədilə tətbiq edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Əmirli Yasin Namiq oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan 04 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 164-166-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 4(005)-1006/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 56-cı vərəqəsində olan 05 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 213-216-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 4(005)-1010/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan 05 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 217-219-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 4(005)-1009/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs4 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan 04 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 161-163-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 4(005)-1007/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Əmirli Yasin Namiq oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 75-ci vərəqəsində olan 04 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əmirli Yasin Namiq oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 167-169-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 4(005)-1005/2021 saylı qərarından görünür ki, Əmirli Yasin Namiq oğlu barəsində həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı cəza təyin edərkən Təqsirləndirilən şəxs6 münasibətdə məhkəmə kollegiyası, sonuncunun himayəsində bir azyaşlı uşağın olmasını, qadın olmasını, maddi ziyanın tam ödənilməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs6 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-c ibəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan 04 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 137-138-ci vərəqələrində olan 06 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd “Samsung” mobil telefonu Təqsirləndirilən şəxs2 yaxın qohumuna, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “İphone 12 pro max” Təqsirləndirilən şəxs4 yaxın qohumuna və Əmirli Yasin Namiq oğlunun istifadəsində olmuş ‘İphone 12 pro max” markalı mobil telefon isı Yasin Əmirlinin yaxın qohumuna qaytarılmalıdır. İş üzrə ekspetiza xərci olan 128,65 (yüz iyirmi səkkiz manat altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin 3-cü cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 18 oktyabr 2021-ci il tarixli, 016-121575-1221 saylı məktubdan görünür ki, baza məlumatına görə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir; - Təqsirləndirilən şəxs1 adında “Ford Fusion” markalı **-SL-*** qeydiyyat nişanlı, “BMW750” markalı, **-RK-*** qeyiyyatda nişanlı və “Mercedes Benz G63 AMG” markalı, **-HY-*** qedyiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Cinayət işinin 3-cü cild 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 22 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına aşağıdakı daşınmaz əmlaklar var və onların üzərinə məhdudiyyət qoyulmuşdur; -Sumqayıt şəhəri, 40-cı məhəllə, 199 ünvanında yerləşən 309 nömrəli mənzil, -Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1263E nömrəli bağ evi, -Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4705 və 4706C nömrəli torpaq sahələri, -ünvan 14 ünvanda yerləşən 125 nömrəli mənzil, -ünvan 16rəli fərdi yaşayış evi, -Xaçmaz rayonu, Hacıəhmədoba kəndi, 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs1 adına olan daşınmaz əmlakların: Sumqayıt şəhəri, 40-cı məhəllə, 199 ünvanında yerləşən 309 nömrəli mənzil, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1263E nömrəli bağ evi,Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4705 və 4706C nömrəli torpaq sahələri, ünvan 14 ünvanda yerləşən 125 nömrəli mənzil,ünvan 16rəli fərdi yaşayış evi,Xaçmaz rayonu, Hacıəhmədoba kəndi, 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və onun adına rəsmiləşdirilən “Ford Fusion” markalı **-SL-*** qeydiyyat nişanlı, “BMW750” markalı, **-RK-*** qeyiyyatda nişanlı və “Mercedes Benz G63 AMG” markalı, **-HY-*** qedyiyyat nişanlı nəqliyyat vasitələri üzərindən məhdudiyyət götürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Əmirli Yasin Namiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

5. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

6. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs6 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs6 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd “Samsung” mobil telefonu Təqsirləndirilən şəxs2 yaxın qohumuna, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “İphone 12 pro max” Təqsirləndirilən şəxs4 yaxın qohumuna və Əmirli Yasin Namiq oğlunun istifadəsində olmuş ‘İphone 12 pro max” markalı mobil telefon isı Yasin Əmirlinin yaxın qohumuna qaytarılsın. İş üzrə ekspetiza xərci olan 128,65 (yüz iyirmi səkkiz manat altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs4, Əmirli Yasin Namiq oğlu və Təqsirləndirilən şəxs6 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 43.700 (qırx üç min yeddi yüz) manat pul vəsaitindən müvafiq olaraq Zərərçəkmiş şəxs18- 200 manat, Zərərçəkmiş şəxs27-8500 manat, Zərərçəkmiş şəxs12 Səməd oğluna -200 manat, Zərərçəkmiş şəxs1 Əsabə oğluna- 3000 manat, Zərərçəkmiş şəxs25 – 2600 manat, Zərərçəkmiş şəxs10- 2400 manat, zərərçəkmiş şəxs X12- 1400 manat, Zərərçəkmiş şəxs23 -1600 manat, Zərərçəkmiş şəxs6- 200 manat, Zərərçəkmiş şəxs21 -620 manat, Zərərçəkmiş şəxs22 -1800 manat, Zərərçəkmiş şəxs26-10.000 manat, Zərərçəkmiş şəxs31 – 600 manat, Zərərçəkmiş şəxs32 -1600 manat, Zərərçəkmiş şəxs11- 200 manat, zərərçəkmiş şəxs X19 -200 manat, Zərərçəkmiş şəxs30 – 1000 manat ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənildikdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında qalan 7580 (yeddi min beş yüz səksən) manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 qaytarılsın. Təqsirləndirilən şəxs1 adına olan daşınmaz əmlakların: Sumqayıt şəhəri, 40-cı məhəllə, 199 ünvanında yerləşən 309 nömrəli mənzil, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1263E nömrəli bağ evi,Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4705 və 4706C nömrəli torpaq sahələri,ünvan 14 ünvanda yerləşən 125 nömrəli mənzil,ünvan 16rəli fərdi yaşayış evi,Xaçmaz rayonu, Hacıəhmədoba kəndi, 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və onun adına rəsmiləşdirilən “Ford Fusion” markalı **-SL-*** qeydiyyat nişanlı, “BMW750” markalı, **-RK-*** qeyiyyatda nişanlı və “Mercedes Benz G63 AMG” markalı, **-HY-*** qedyiyyat nişanlı nəqliyyat vasitələri üzərindən məhdudiyyət götürülsün,əmlaklar sahibinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar