Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1016/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunu sədrliyi, X10 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Sumqayıt” Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən və tamah məqsədilə casusluq etmiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2007-ci ildə İran İslam Respublikasının Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan X7 Korpusunun (SEPAH) Əkbər adlı əməkdaşının pul müqabilində Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq əməkdaşlıq etməsi barədə təklifini qəbul etmiş, SEPAH əməkdaşı tərəfindən məxfi əməkdaşlıq üzrə gizli əlaqədə olmanın forma və metodları, o cümlədən görüş vaxtı və yeri, əlaqə üsulları, məlumatların təqdim edilmə formaları və sair davranış qaydaları barədə təlimatlandırılmış və “Behişti” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs aldığı tapşırıqlara uyğun olaraq 2007-ci ildən 2014-cü ilədək olan dövr ərzində Əkbər adlı SEPAH əməkdaşının verdiyi təlimat və tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək, mütəmadi olaraq qəsdən və tamah məqsədilə, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Bakı şəhərinin Binə, Maştağa və Nardaran qəsəbələrində olan məscidlərin, əhalinin, buradakı məscidlərə gələn İran xüsusi xidmət orqanlarının təsir dairəsində ola biləcək dindarların sayı, habelə Bakı şəhərində müxtəlif dini əqidəyə malik şəxslərin sıx yaşadıqları əraziləri və Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər barədə, eləcə də malik olduğu və əldə edə bildiyi digər məlumatları toplayaraq 2007-ci ilin aprel, oktyabr, 2008-ci ilin fevral, avqust, oktyabr, 2009-cu ilin mart, iyun, oktyabr, 2010-cu ilin oktyabr, 2011-ci ilin iyun, noyabr, 2012-ci ilin sentyabr, noyabr, 2013-cü ilin iyun aylarında müntəzəm olaraq İran İslam Respublikasına səfər edib xarici xüsusi xidmət orqanı olan SEPAH-ın Əkbər adlı nümayəndəsi ilə həmin ölkənin Qum şəhərində görüşüb vermiş, bunun müqabilində 2007ci ildə 3.000, 2008-ci ildə 3.000, 2009-cu ildə 3.000, 2010-cu ildə 2.000, 2011-ci ildə 2.000, 2012-ci ildə 1.500 və 2013-cü ildə 1.000 ABŞ dolları, ümumilikdə 12.460 manat ekvivalentində 15.500 ABŞ dolları məbləğində pul vəsaiti almaqla, casusluq və xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, barəsində olan cinayət işində sübutlar və dəlillər həqiqəti əks etdirmir. O, xx.xx.1962-ci ildə anadan olmuşdur, heç vaxt qanunun tələblərini pozmamışdır, inzibati xəta belə törətməmişdir. 1990-cu ildə Təbriz şəhərində olmuş, 2 ay müddətində orada dini təhsil almışdır. Bu aylar ərzində Azərbaycandan gələn həmkəndliləri ilə birlikdə Məşhəd və Qum şəhərlərində olan ziyarətgahlara getmişdir. Gəzintidə onunla nümayəndələr var idi ki, avtobuslarla onları ziyarətgahlara aparırdılar. Gəzinti nümayəndələrinin rəisinin adı Ağamehdi idi. 2 ay sonra təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmiş, orada ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2007-ci ildə Azərbaycana qayıtmış, daha sonra 2014-cü ilə qədər mütəmadi olaraq İrana gedib gəlmişdir. Belə ki, həmin illərdə o, təhsilini qiyabi davam etdirmişdir. Bu müddət ərzində onun iranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə hər hansı əlaqəsi, münasibəti olmamışdır. Qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Onun heç bir xarici dövlət orqanları ilə hər hansı əlaqəsi olmamış və pul almamışdır. Bununla bağlı hər hansı sübut da mövcud deyil. Onun telefonlarına baxış keçirilmiş, ittihamı təsdiq edəcək sübutlar aşkar olunmamış, telefonlarında İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə yazışmaları, hər hansı əlaqələri olmamışdır. Hətta həmin etirafedici ifadələrə nəzər yetirilsə orada dövlət əhəmiyyətli məlumatların verilmədiyini görmək olar. Məscidlərin sayı barədə məlumatları verdiyini istintaqda qeyd edilib, bu məlumat dövlət sirri hesab olunmur. İnternetdə məscidlərin sayı barədə məlumatlar tapmaq mümkündür. Məsələn, Maştağada 38 məscid var. Dövlət sirrini internetə yerləşdirirlər? Həmçinin ifadələrində göstərilən digər məlumatlara baxılsa, onların da dövlət sirri olmadığını görmək mümkündür və bu məlumatların verilməsinə görə pul alması da təsdiq olunmur. İstintaq zamanı etirafedici ifadələr verməsinin səbəbi evində aparılan axtarış zamanı üzərində “ettelat” yazılan kağızın aşkar olunması ona əngəl yaratdı. Ondan həmin nömrələrin kimə məxsus olması, Fərhad Əzizinin kim olmasını, onun “Ettelatla” nə kimi əlaqələrin olmasını soruşduqda o, xatırlamadığını demişdir. İlk əvvəl ona heç nə demədilər, sonra onu bir nəfər başqa bir otağa apararaq eyni sualı təkrar soruşduqda o, həbs olunan gün oruc tutsa da iftar etməmişdir. Onu həbs edərək DTX-ya gətirmişlər, o, həyəcan içində ola-ola ondan tez tez cavab verməsini tələb edirdilər. 34 il bundan qabaq olan hadisələr tutulduğu gün yadıma necə düşə bilərdi? O, verdiyi ifadələrdə göstərdiyi xüsusatları həmin zaman uydurmuşdur, bu uydurmaların əsas səbəbi onu bir əməkdaş başqa bir otağa aparıb orada ondan Fərhad Əzizini və ettelatı soruşması olmuşdur. O, xatırlamadığını bildirsə də, həmin əməkdaş ondan əl çəkməmiş, onu təhdid edib cavab verməyəcəyi təqdirdə qolunu buracağını demişdir. Burada adamın qolunu bururlar və s. Həmin şəxsin dedikləri onu çox həyəcanlandırmışdır. Çünki daha əvvəl mətbuatda həbs olunan şəxslərin başına nələr gətirilir, onların döyüldüyünü, işgəncə verildiyini, əxlaqsız hərəkətlər edildiyini oxumuşdur. Məhbusların dediyinə görə onlara tok verilir, əgər ittihamı boynuna almırlarsa, ailə üzvlərini həbs etməklə hədələyirlər. Bunlar onun gözünün qarşısına gəldikdə o, bütün bunlardan yaxa qurtarmağın çətin olduğunu başa düşmüşdür. O, başına belə oyunların gətirilməməsi üçün istintaqda göstərdiyi halları özündən uydurmuşdur. O, 1990-cı ildən təqribən 2013-cü ilə qədər Qum şəhərində dini təhsil almışdır, 2007-ci ilə qədər huzuri oxumuşdur. 2007-ci ildən 2013-2014-cü illərə qədər qiyabi oxumuşdur. Yəni arada İrana gedib gəlmişdir və uydurmuşdur ki, guya 2007-ci ildən 2014-cü ilə qədər İranın dövlət orqanları ilə əməkdaşlıq etmidir. Digər tərəfdən onun ifadələrini sonradan dəyişməsinə səbəb ibtidai istintaq bitənə qədər DTX-nın təcridxanasında saxlanılması olmuşdur. O, orada olduğunundan qorxub ifadələrini dəyişə bilməyib, çünki ona qarşı qanunsuz hərəkətlərin ediləcəyindən ehtiyat edirmiş. Həmçinin, yenidən bildirir ki, o, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişdir, onlara hər hansı məlumatlar ötürməmişdir, ümumiyyətlə onda dövlət sirri təşkil edən məlumatlar olmamışdır. Ettelaat İranda təkcə xüsusi xidmət orqanı deyil, həmçinin məlumat bürosu adlanır. İran aeroportlarında, vağzallarında divarlarda “Ettelat” yazılarını görmək mümkündür. Bu o deməkdir ki, orada məlumat bürosu fəaliyyət göstərir. O, də İrana tez-tez gedib- gəldiyimdən həmin büronun telefon nömrəsini ora gedəndə avtobusların vaxtını öyrənmək, hər hansı otel tapmaqda ona kömək etsinlər deyə götürmüşdür. Onun evində aşkar olunan kağızlarda qarşısında Ettelat yazılan telefon nömrələri də məlumat bürosunun nömrələridir, hər hansı xüsusi xidmət orqanına aid deyil. Bunu yoxlamaq mümkündür. O, İranın heç bir xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməmiş, onlara hər hansı məlumat ötürməmişdir. Ümumiyyətlə onda dövlət əhəmiyyətli informasiyalar yoxdur ki, onları hansısa xüsusi xidmət orqanlarına təqdim etsin. Onun bildiyi məlumatları hamı bilir, internetdə bu barədə məlumatlar var. Azərbaycanda xüsusi mühafizə olunan obyektlərə giriş imkanı yoxdur ki, bu barədə məlumatlara malik olsun. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq edilməmişdir, istintaq dövründə ona təqdim edilmiş bütün sənədləri özü imzalamış, həmin zaman verdiyi ifadələri isə tərəfindən uydurulmuş hekayədir. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri ilə yanaşı, məhkəməyədək istintaq dövründə dəfələrlə verdiyi etiraf edici ifadələrlə, şahidlərin ifadələri, ekspertiza rəyi, DVD disklərdə olan videogörüntülər, "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlar, “İAMAS Web Consultation” sərhədkeçmə məlumatları, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən alınmış sorğuların cavabları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının Qum şəhərində Şeyx Sərdar, Hacı İlham, “Behişdi” təxəllüslü Təqsirləndirilən şəxs ilə dini təhsil aldığını xatırlayır. Təqsirləndirilən şəxs elə həmin vaxtlardan tanısa da yaş fərqləri çox olduğuna görə onunla yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində “Azərbaycan Ruhanilər Məclisi” və ya qısaca “ARM” adı ilə tanınan dini birliyin üzvü olmasını, onunda həmin məclisin üzvü olmasını, Hacının həmin məclisdə moizələr oxuduğunu və çıxışlarında İran İslam Respublikasının dini siyasətini nümunə göstərən moizələrini oxuduğunu eşitmişdir. Bundan əlavə Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə təkbə-tək söhbət edən zaman sonuncu ölkədə din əleyhinə atılan addımlara daim mənfi münasibət bildirirdi. Belə ki, Hacı “ARM”də olan yığıncaqlarda qadınların çadrasız olmamasına, şəxsiyyət vəsiqələrində şəkillərinin olmasına, Azərbaycan Respublikasının Kostitusiyasında və qanunlarında dini etiqadların qanun qarşısında bərabər olmamasına, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılmasını daimi olaraq məclisdə müzakirə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1994-2004-cü illərdə Qum şəhərində “Əl-Mehdi” və Höcətiyyə” mədrəsələrində dini təhsil almış, Əl-Mehdi mədrəsəsində Şeyx Sərdar, Hacı İlham, “Behişdi” təxəllüslü Təqsirləndirilən şəxs ilə birlikdə dini təhsil almışdır. Hacı Əli ilə elə həmin zaman tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxslə təxminən 2023-cü ilin mart ayında mobil telefonla əlaqə saxlamış və ümumi şəriət məsələləri ilə bağlı söhbətlər aparmışdır. Təqsirləndirilən şəxslə birlikdə İran İslam Respublikasında uzun müddət dini təhsil almasına baxmayaraq onun həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsinin olub-olmaması barədə məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində “Azərbaycan Ruhanilər Məclisi” və ya qısaca “ARM” adı ilə tanınan dini birliyin üzvü olması ona məlum olduğunu, o da həmin dini birlikdə moizələr oxuduğunu və Təqsirləndirilən şəxs çıxışlarında İran İslam Respublikasının dini siyasətini nümunə göstərən moizələrini eşitdiyini bildirərək Təqsirləndirilən şəxs tərəfindən Ramazan bayramı ilə bağlı məsələlərdə İran İslam Respublikası dini liderinin yəni “vilayəti-fəqihin örnək alınmalı olduğunu qeyd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasında Şeyx Sərdar, Hacı İlham, Ruhani, həmçinin “Behişdi” təxəllüslü Təqsirləndirilən şəxs ilə birlikdə həmin ölkənin Qum şəhərində yerləşən Əl-Mehdi mədrəsəsində dini təhsil almışdır. Haci Əli ilə elə həmin zaman tanış olmuş və aralarında dostluq münasibətləri yaranmış, onunla arada bir görüşüb dini mövzuda söhbətlər edirmiş. Təqsirləndirilən şəxs İran İslam Respublikasında yaşadığı müddət ərzində həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsinin yarana biləcəyi ehtimalı olduğunu bildirmiş, lakin dəqiq əlaqəsinin olub-olmamasını bilmədiyini qeyd etmişdir. 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı İran İslam Respublikası hərbi təlimlər keçmiş təcrübəli şəxslərə ehtiyacı yaranmış və əslən Urmiya şəhərindən olan anket məlumatlarını xatırlamadığı Həsəni adlı şəxsin təşəbbüsü ilə İİR-in Qum və Məşhəd şəhərlərindəki hövzeyi-elmiyyədə yəni dini dərslərin verildiyi yerdə təhsil alan tələbələrin hərbi təlimlərə cəlb olunduğunu eşitmiş, 1992-1993-cü illərə qədər həmin hərbi təlimlər orada təhsil alan tələbələrə keçirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində “Azərbaycan Ruhanilər Məclisi” və ya qısaca “ARM” adı ilə tanınan dini birliyin üzvü olması ona məlum olmuş, o, həmin birliyin dini moizələrində bir neçə dəfə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev X26 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2003-cü ildə İran İslam Respublikasının Qum şəhərində anadan olmuşdur. 2006-cı ilin sonlarında ailəsi ilə birlikdə Azərbaycana köçmüş və ünvan 2 ünvanında yaşamağa başlamış, atası Təqsirləndirilən şəxs İran İslam Respublikasının Qum şəhərində dini təhsil aldığı üçün Azərbaycana qayıtdıqdan sonra molla kimi fəaliyyət göstərmiş, davamlı olmasa belə İran İslam Respublikasına səfərlər etmişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-103-cü vərəqələrində olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-129-cu vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 206-209-cu vərəqələrində olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 222-245-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1508 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, üzərində “Əз Qom – бе ettelam...” yazıları ilə başlayıb “...09 12552 94 54” rəqəmləri ilə bitən 14 x 23,5 sm ölçülü kağız vərəqəsindəki yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 223-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat müəyyən edilmişdir. Cinayət işinin 163-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 1216 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs istinad edilən əməli törədərkən (2007- 2014-cü illər ərzində) öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 257-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş üzərində “Ettelat Qum, Ettelat Tehran və s.” yazılar olan kağız parçası maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 189-199-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunana baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon. Telefon “Android” əməliyyat sistemi ilə idarə olunur. Mobil telefonun 2 İMEİ kodu mövcuddur. Bunlardan biri “**********54202” digəri isə “**********54210” kimi qeyd olunmuşdur. Bundan əlavə mobil telefonun ümumi yaddaş həcmi 64 GB-dir. Mobil telefona ilkin daxil olduqda hər hansı bir şifrə tələb olunmur. Telefona daxil olduqdan sonra buradan video və fotoşəkillər bölməsinə daxil olunur. Burada müxtəlif dini məzmunlu 135 fotoşəkil və 73 video mövcud olduğunu görmək mümkündür. Mobil telefonda çox sayda dini xarakterli və İran İslam Respublikasının ali dini lideri olan Ayetulla Xomeneyinin çoxsaylı fotoşəkillərinin mövcud olduğunu görmək mümkündür. Lakin burada iş üzrə əhəmiyyət kəsb edəcək hansı material aşkar edilmir. 2) Davam edən baxış zamanı mobil telefonun mobil tətbiqlər mövcud olan bölməsinə daxil olunur, orada çoxsaylı dini məzmunlu proqramların mövcud olduğunu görmək mümkündür. Həmin mobil tətbiqlərə daxil olundu, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir material aşkar edilmədi. 3) Davam edən baxış zamanı mobil telefonun “Google” mobil tətbiqinə daxil olunur. Orada Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktı ilə bağlı xəbər axtardığı aşkar edilir. 3) 01 ədəd qara rəngli “Samsung Galaxy A71” markalı mobil telefon. Telefon “Android” əməliyyat sistemi ilə idarə olunur. Mobil telefonunun 2 İMEİ kodu mövcuddur. Bunlardan biri “**********03752” digəri isə “**********03750” kimi qeyd olunur. Bundan əlavə mobil telefonun ümumi yaddaş həcmi 64GB-dir. Mobil telefona ilkin daxil olduqda hər hansı bir şifrə tələb olunmur. Telefona daxil olduqdan sonra buradan video və fotoşəkillər bölməsinə daxil olunur. 4) Davam edən baxış zamanı mobil telefonun mobil tətbiqlər mövcud olan bölməsinə daxil olunur. Daxil olunduqdan sonra orada çoxsaylı dini məzmunlu proqramların mövcud olduğu görünür. Həmin mobil tətbiqlərə baxılır, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir hal aşkar edilmir. 5) Davam edən baxış zamanı mobil telefonun foto və videoların mövcud olduğu bölməyə daxil olunur, orada çoxsaylı dini məzmunlu foto və videolar aşkar edilir. Lakin iş üzrə əhəmiyyət aşkar edəcək hər hansı material aşkar edilmir. 6) 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon, “Android” əməliyyat sistemi ilə idarə olunur. Mobil telefonun model nömrəsi SM-N900 kimi qeyd olunmuşdur. Mobil telefonun quraşdırma nömrəsi KOT49H.N900XXUENG3 formasında qeyd olunmuşdur. Mobil telefona ilkin daxil olduqda hər hansı bir şifrə tələb olunmur. 7) Mobil telefona davam edən baxış zamanı telefonun əsas ekran hissəsinə çoxsaylı dini məzmunlu mobil tətbiqlər aşkar edilir. Bundan əlavə, mobil telefonun foto və videoların mövcud olduğu galereya bölməsinə daxil olduqda orada İran İslam Respublikasının ali dini lideri olan Ayetulla Xomeneyinin və digər şəxslərin çoxsaylı foto və videoşəkilləri görünür. 8) 01 ədəd gümüşü rəngli sərt yaddaş qurğusunun arxa hissəsində farsca müxtəlif yazıların olduğu aşkar edilir. Sərt yaddaş qurğusu komputerə qoşulur, daha sonra çoxsaylı qovluqların olduğu aşkar edilir. Mövcud olan qovluqlardan New Folder (Yeni qovluq) bölməsinə, oradanda “Farsi” qovluğuna daxil olunur, burada həyata keçirilən baxış zamanı dini məzmunlu faylların olduğu aşkar edilir. Lakin davam edən baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir material aşkar edilmir. 9) 01 ədəd qara rəngli sərt yaddaş qurğusunun ön hissəsində mailto:email-alumni@miu.ac.irElektron ünvan , www.alumni.miu.ac.ir və tellfax: +**********19 söz və rəqəmləri qeyd olunduğu görünür. Bundan əlavə sərt yaddaş qurğusunun aşağı hissəsində “This is Presented as a Gift” (hədiyyə kimi təqdim olunur) yazısı qeyd olunmuşdur. Davam edən baxış zamanı sərt yaddaş qurğusu komputerə qoşulur və daxilinə baxış keçirilir, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı material aşkar edilmir. 10) 01 ədəd gümüşü rəngli fləş kart 32 GB yaddaş gücünə malik olduğu aşkar edilir. Davam edən baxış zamanı fləş kart komputerə daxil edilir, lakin iş üzrə əhəmiyyət kəsb edəcək materiallar aşkar edilmir. 11) 01 ədəd “X19 SM-T 705” markalı planşet, “Android” əməliyyat sistemi ilə idarə olunur. İlk olaraq planşet aktivləşdirilir. Daha sonra video və fotoşəkillərin mövcud olduğu bölməyə daxil olunur, burada iş üzrə əhəmiyyət kəsb hər hansı material aşkar edilmir. Bundan əlavə planşetə keçirilmiş ümumi baxış zamanı da iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı material aşkar edilmir. 12) 01 ədəd “Samsung” markalı planşetə ümumi həyata keçirilmiş baxış zamanı uzun müddətdir istifadə olunduğu görünür, lakin texniki problemlər səbəbindən işlək vəziyyətə gətirilməsi mümkün olmur. 13) 01 ədəd qara rəngli “Lenovo” markalı noutbukun arxan hissəsində fars dilində yazıların olduğu aşkar edilir. Noutbuk işlək vəziyyətə gətirilir, baxış keçirilir, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı material aşkar edilir. 14) 01 ədəd boz rəngli “Toshiba” markalı noutbukun uzun müddətdir istifadə olunduğu görünür. Həmin noutbukun texniki problemləri səbəbindən işlək vəziyyətə gətirilməsi mümkün olmur. 16) Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı aşkar edilmiş 03 ədəd kağız parçasından biri fars dilində yazıldığı müəyyən edilmişdir. Həmin kağız parçasında olan yazıların ümumi məişət xarakterli (dua) olduğundan iş üçün əhəmiyyət kəsb etmir. Cinayət işinin 36-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan axtarış keçirilməsi haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilir. Baxış zamanı evin kitabxana kimi istifadə edilən otaqda yerləşən kitab rəflərində olan kitabların arasından 1 ədəd fars-ərəb əlifbası ilə qeydlər edilmiş kağız parçası, 1 ədəd üzərində “Ettelat Qum, Ettelat Tehran və s.” yazılar olan kağız parçası aşkar edilir. Cinayət işinin 118-121-ci vərəqəsində olan Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin ibtidai istintaq idarəsinin 1-ci şöbəsinin baş müstəntiqi F.E.Babayev, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılır. Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah olunduqdan sonra sonuncunun izahatı alınır. Belə ki, Təqsirləndirilən şəxs izahatında bildirir ki, o, 1990-cu ildə dini təhsil almaq məqsədilə İrana getmiş, orada Əziz adlı müəllimi ona və digərlərinə silahdan davranma qaydalarını bilmək lazım olduğunu onlara izah edərək onları Ərdəbil şəhərinin kənarında bir yerə aparmış, orada avtomat “AK47”(kalaşnikov) markalı silahdan atəş açma və s təlimlər keçirilmişdir. Belə ki, həmin təlimlər bir həftə ərzində hər gün saat 09:00-dan 12:00-dək davam etmişdir. Onlara 01 günə 10 güllə verilmiş və onlarda həmin güllələrlə atəş açmışlar. Bundan əlavə bildirir ki, o, 2007-ci ildə təhsilini bitirdikdən sonra Qum şəhərində yerləşən Əl Mehdi adlı mədrəsinin müdirinin təşəbbüsü ilə İranın xüsusi xidmət orqanı olan “SEPAH” təşkilatının Əkbəri adlı nümayəndəsi ilə tanış olmuş, sonuncu ona İranda uzun müddətdir ki, yaşadığını, burada dini təhsil aldığını vurğulayaraq Azərbaycana qayıtdıqdan sonra tərəfindən verilmiş tapşırıqlar əsasında dini təbliğat aparmasını, habelə müəyyən tapşırıqları icra etməyini tapşırmış, həmin tapşırıqların icrası ilə əlaqədar hər dəfə İrana məlumatları gətirdiyi halda 3000 ABŞ dolları pul verəcəyinə dair söz vermişdir. Ümumilikdə Əkbəri ona onunla əməkdaşlıq etdiyi dövrdə, yəni 2007-2014-cü illərdə 3 dəfə, 3.000 ABŞ dolları, 2 dəfə 2.000 ABŞ dolları, 1 dəfə 1.500 ABŞ dolları, 1 dəfə də 1.000 ABŞ dolları vermişdir. O, Əkbəridən Bakı kəndlərində olan məsçidlərin sayı, Binə qəsəbəsinin əhalisinin sayı, həmin qəsəbədə yerləşən məsçidlərdə iranyönümlü şəxslərin faizi barədə məlumat toplamağına, aşuranın Azərbaycanda izdihamlı keçməsinə dair tapşırıq almışdır. Evində baxış zamanı aşkar edilmiş kağız parçasında qeyd edilən Fərhad Əzizi ilə İranda tanış olduğunu, həmin şəxsi “Ettelaat” əməkdaşı olduğunu bildirir. Cinayət işinin 169-cu vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1568 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, qızı X1, oğlu Şahid4, nəvələri X6 və X3 ibarətdir. Cinayət işinin 170-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-12-6/2-248/2023 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsində əhali tərəfindən qatı dindar kimi tanınıb. Qəsəbədə keçirilən məclislərdə və yas mərasimlərində molla kimi fəaliyyət göstərib. Onun barəsində Binə İ.Ə.D üzrə nümayəndəliyinə hər hansı bir ciddi şikayət daxil olmamışdır. Cinayət işinin 282-ci vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əks-kəşfiyyat baş idarəsinin xx.xx.2023-cü il tarixli, 2/6296 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs evində keçirilmiş axtarış zamanı aşkar olunmuş kağız parçasında yazılmış “Əz Qom-v-ettelaat 02161021, 02151001” və “Fərhad Əzizi **********4” telefon nömrələrinin İran İslam Respublikasının xüsusi xidmət orqanları (İİR XXO)-“SEPAH” və “ETTELAAT”ın nümayəndələrinin istifadələrində olmasına dair məlumatlar əldə olunmuşdur. Bununla yanaşı, “Tehran Ettelaat **********3” kimi qeyd olunmuş telefon nömrəsinin İİR XXO-ya aidiyyətinin olması istisna edilmir. Cinayət işinin 267-271-ci vərəqələrində olan İAMAS Web Consultation” sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 2007-ci ilin aprel, oktyabr, 2008-ci ilin fevral, avqust, oktyabr, 2009-cu ilin mart, iyun, oktyabr, 2010-cu ilin oktyabr, 2011-ci ilin iyun, noyabr, 2012-ci ilin sentyabr, noyabr, 2013-cü ilin iyun aylarında müntəzəm olaraq İran İslam Respublikasına səfər edib. Cinayət işinin 211-ci vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci ildən etibarən müntəzəm olaraq İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrələr ilə danışıqlar aparır. Cinayət işinin 186-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əks-kəşfiyyat baş idarəsinin xx.xx.2023-cü il tarixli, 2/3711 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə olunmuş məlumatlara görə, Təqsirləndirilən şəxs 2007-ci ildə İran İslam Respublikasının Qum şəhərində olarkən həmin ölkənin xüsusi xidmət orqanı olan “SEPAH” təşkilatının Əkbəri adlı əməkdaşı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş, aldığı tapşırıqlar əsasında Bakı şəhəri və ətraf kəndlərdəki əhalinin, orada yerləşən məscidlərin, həmin məscidlərdə ibadət edən yerli dindarların sayı və s. məlumatlar toplayaraq “SEPAH” əməkdaşı olan Əkbəri adlı şəxsə ötürmüş və qarşılığında pul mükafatı almışdır. Bundan əlavə o, xarici xüsusi xidmət orqanlarının maraqları istiqamətində ideoloji dini təbliğat aparmaqla Azərbaycan Respublikasının dini mühitinə gərginliyin yaranmasına, eyni zamanda dindarlar arasında mövcud siyasi hakimiyyətə qarşı narazılıqların formalaşmasına səylər göstərmişdir. Cinayət işinin 212-ci vərəqəsində olan əşyaların təhvil verilməsi protokolundan görünür ki, 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon, 01 ədəd qara rəngli “Samsung Galaxy A71” markalı mobil telefon, 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd gümüşü rəngli sərt yaddaş qurğusu, 01 ədəd qara rəngli sərt yaddaş qurğusu, 01 ədəd gümüşü rəngli fləş kart, 01 ədəd “X19 SM-T 705” markalı planşet, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd qara rəngli “Lenovo” markalı noutbuk və 01 ədəd boz rəngli “Toshiba” markalı noutbuk Şahid4 xx.xx.2023-cü il tarixdə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Beləliklə, Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən və tamah məqsədilə casusluq etmiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirməklə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmə cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli və məhkəməyədək istintaq dövründə verdiyi etiraf edici ifadələri, şahidlərin verdikləri ifadələr, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD və CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs şahid, şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi (i/v 43-48, 70-74, 86-90) protokollarından və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan(i/v 100-103) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında mənzilə axtarış keçirilməsi gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilir. Baxış zamanı evin kitabxana kimi istifadə edilən otaqda yerləşən kitab rəflərində olan kitabların arasından 1 ədəd fars-ərəb əlifbası ilə qeydlər edilmiş kağız parçası, 1 ədəd üzərində “Ettelat Qum, Ettelat Tehran və s.” yazılar olan kağız parçası aşkar edilir. Həmçinin təqsirləndirilən şəxsi dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs izahatında 1990-cu ildə dini təhsil almaq məqsədilə İrana getdiyini, orada Əziz adlı müəllimi ona və digərlərinə silahdan davranma qaydalarını bilmək lazım olduğunu onlara izah edərək onları Ərdəbil şəhərinin kənarında bir yerə apardığını, orada avtomat “AK47”(kalaşnikov) markalı silahdan atəş açma və s təlimlər keçirildiyini, həmin təlimlərin bir həftə ərzində hər gün saat 09:00-dan 12:00-dək davam etdiyini, onlara 01 günə 10 güllə verildiyini və onlarında həmin güllələrlə atəş açdığını bildirir. Bundan əlavə, 2007-ci ildə təhsilini bitirdikdən sonra Qum şəhərində yerləşən Əl Mehdi adlı mədrəsinin müdirinin təşəbbüsü ilə İranın xüsusi xidmət orqanı olan “SEPAH” təşkilatının Əkbəri adlı nümayəndəsi ilə tanış olduğunu, İranda uzun müddət yaşadığını, orada dini təhsil aldığını vurğulayaraq Azərbaycana qayıtdıqdan sonra sonuncu tərəfindən verilmiş tapşırıqlar əsasında dini təbliğat aparmasını, həmin tapşırıqların icrası ilə əlaqədar hər dəfə İrana məlumatları apardığı halda 3000 ABŞ dolları pul verəcəyinə dair söz verdiyini, Əkbərinin ona ümumilikdə 2007-2014-cü illərdə 3 dəfə, 3.000 ABŞ dolları, 2 dəfə 2.000 ABŞ dolları, 1 dəfə 1.500 ABŞ dolları, 1 dəfə də 1.000 ABŞ dolları verdiyini, Əkbəridən Bakı kəndlərində olan məscidlərin sayı, Binə qəsəbəsinin əhalisinin sayı, həmin qəsəbədə yerləşən məsçidlərdə iranyönümlü şəxslərin faizi barədə məlumat toplamağına, aşuranın Azərbaycanda izdihamlı keçməsinə dair tapşırıq aldığını, evində baxış zamanı aşkar edilmiş kağız parçasında qeyd edilən Fərhad Əzizi ilə İranda tanış olduğunu, həmin şəxsi “Ettelaat” əməkdaşı olduğunu bildirmişdir (i/v 118-120). Bundan başqa, İAMAS Web Consultation” sərhədkeçmə məlumatlarından göründüyü kimi Təqsirləndirilən şəxs 2007-ci ilin aprel, oktyabr, 2008-ci ilin fevral, avqust, oktyabr, 2009-cu ilin mart, iyun, oktyabr, 2010-cu ilin oktyabr, 2011-ci ilin iyun, noyabr, 2012-ci ilin sentyabr, noyabr, 2013-cü ilin iyun aylarında mütəmadi olaraq İran İslam Respublikasına səfər etmişdir. (i/v 267-271). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki təsir və zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli və yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.6-cı maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs həmin əməli tamah məqsədilə də törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinə əlavə edilmiş şübhəli şəxsin tutulma haqqında protokoluna əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır(i/v 60-61). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ettelat, Qum, Ettelat Tehran və s.” yazılar olan kağız parçası cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Ettelat, Qum, Ettelat Tehran və s.” yazılar olan kağız parçası cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1016/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1016/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver